12
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası YENİ KİTABLAR BİBLİOQRAFİK İCMAL 2017 Məmmədova Tamella 05.05.2017

YENİ KİTALAR -  · Nəsibov, Elşən Misir oğlu. İnkişaf və sülh ideyaları / E. M. Nəsibov. I kitab / elmi red. H. Cabbarlı. - Bakı : Elm və Təhsil, 2011. - 154 s. Müəllifin

  • Upload
    others

  • View
    4

  • Download
    0

Embed Size (px)

Citation preview

Page 1: YENİ KİTALAR -  · Nəsibov, Elşən Misir oğlu. İnkişaf və sülh ideyaları / E. M. Nəsibov. I kitab / elmi red. H. Cabbarlı. - Bakı : Elm və Təhsil, 2011. - 154 s. Müəllifin

b

ka Gənclər Kitabxa

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası

YENİ KİTABLAR

2017 Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası

YENİ KİTABLAR BİBLİOQRAFİK İCMAL

2017

Məmmədova Tamella

05.05.2017

Page 2: YENİ KİTALAR -  · Nəsibov, Elşən Misir oğlu. İnkişaf və sülh ideyaları / E. M. Nəsibov. I kitab / elmi red. H. Cabbarlı. - Bakı : Elm və Təhsil, 2011. - 154 s. Müəllifin

Hörmətli oxucular! 2017-ci ilin aprel-may aylarında

kitabxananın fonduna müxtəlif elm sahələrinə dair 153 adda yeni kitab

daxil olub. Bunlardan 122-si Azərbaycan, 27-si rus, 7-si ingilis, biri türk

dilində kitablardır. Bu gün Azərbaycan dilində kitabların bir qisminin biblioqrafik

icmalını Sizə təqdim edirəm:

1. Kelimbetov, Nemət. Türk xalqlarının qədim ədəbi abidələri

/ N. Kelimbetov ; ön sözün müəl. K. Kelimbetov ; layihənin

rəh.: Ç. Əlioğlu, R. Majenqızı ; rus dilindən tərc.: F. E. Xudanlı,

E. Əli ; Azərbaycan Respublikası Mədəniyyət və Turizm

Nazirliyi. - Bakı : Şərq-Qərb, 2016. - 432 s.

Coğrafi və etnik baxımdan Türk xaqanlığının tarixi

vətəni, özülü, qızıl çubuğu, şübhəsiz, müasir qazax torpağı,

onun əsası və nüvəsini isə Qazax xalqını formalaşdıran qəbilə

və tayfalar təşkil edir.

Bu gün Türk dünyası dünya mədəni irsinə əhəmiyyətli

töhfələr verən, ümumi tarixi irsi, dili, mədəni ənənələri bölüşən bir neçə müstəqil

dövlətdən ibarət böyük bir məkandır. Bizim zəngin tarix və ədəbiyyatımızın ən dəyərli

abidələri isə zamanın yaddaşından silinməyən qədim yazılı mənbələrdir.

Türkoloq alim Nemət Kelimbetovun “Türk xalqlarının qədim ədəbi abidələri”

kitabı qazax xalqının tarixinin müəllif tərəfindən özünəməxsus formada yenidən

qurulması baxımından mühüm tarixi əhəmiyyət daşıyır. Çünki türk ədəbi irsi- qədim

yazılı mənbələr bu gün dünya tarixi və ədəbiyyatının ən qiymətli abidələridir.

Bu kitabda əldə edilən ən əhəmiyyətlivə mühüm nəticə isə ondan ibarətdir ki,

qazax xalqı dünya elmi, incəsənəti və ədəbiyyatına öz töhfələrini vermiş , tarix

səlnaməsinə alimlər, şairlər və dünya səviyyəli şəxsiyyətlər bəxş etmişdir. Qazax

ədəbiyyatının mənşəyini sak və hun xalqlarının folklorunda, islamdan əvvəlki və Qızıl

Orda dövrünün sənətkarlarının işlərində axtarmaq lazımdır. Çünki Türk dünyasının

birliyini məhz ədəbi ənənənin varisliyi şərtləndirir.

Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub və tarixi

gerçəklikləri öyrənmək istəyən hər bir oxucu istifadə edə bilər.

2. Lomakin, Viktor Kuzmiç. Dünya iqtisadiyyatı : dərslik

/ V. K. Lomakin ; tərc. R. Ş. Hacıyev ; red. Ə. M. Babaşov. -

Bakı : Zərdabi LTD MMC, 2015. - 736 s.

Oxucuya təqdim olunan “Dünya iqtisadiyyatı” dərsliyi

dünya təsərrüfatının inkişafının və vəziyyətinin ən mühüm

məsələlərinin məntiqi və tarixi baxımdan şərh olunması

Page 3: YENİ KİTALAR -  · Nəsibov, Elşən Misir oğlu. İnkişaf və sülh ideyaları / E. M. Nəsibov. I kitab / elmi red. H. Cabbarlı. - Bakı : Elm və Təhsil, 2011. - 154 s. Müəllifin

əsasında qurulmuşdur. Dərslik dünya təsərrüfatının fəaliyyəti sistemini, istehsal

amilləri bazarlarının ( inkişaf etmiş və inkişaf etməkdə olan və ayrı-ayrı ölkələrin

dünya təsərrü-fatında tutduğu yeri və inkişafını məntiqi ardıcıllıqla nəzərdən keçirən

hissələrdən ibarətdir.

Dünya iqtisadiyyatı kursu ümumtəhsil iqtisadi fənn olmaqla, dünya birliyinin

iqtisadi həyatının əsas proseslərini nəzərdən keçirir və izah edir. Dünya təsərrüfa-

tının inkişafı meylləri geniş statistik materiallar, xaricdə və ölkədə aparılan tədqi-

qatlar, habelə beynəlxalq təşkilatların rəsmi nəşrləri əsasında nəzərdən keçirilir və

təhlil olunur.

Kitabdan ali təhsil məktəbinin tələbələri və müəllimləri, dünya iqtisadiyyatı

və beynəlxalq iqtisadi münasibətlər sahələri üzrə mütəxəssislər, politoloqlar, habelə

dünya təsərrüfatının problemləri ilə maraqlananlar istifadə edə bilərlər.

3. Nəsibov, Elşən Misir oğlu. İnkişaf və sülh ideyaları / E.

M. Nəsibov.

I kitab / elmi red. H. Cabbarlı. - Bakı : Elm və Təhsil, 2011. -

154 s.

Müəllifin beş cilddən ibarət “İnkişaf və sülh ideyaları”

adlı kitabının I cildində əsasən Azərbaycanda cəmiyyətin

gələ-cək inkişafı və sülhün qorunub saxlanılması və möhkəm-

ləndirilməsi üçün bəzi ideyalar öz əksini tapır. Ölkənin

beynəl-miləlləşməsi siyasətinin genişlənməsi məqsədilə

ideyalar şəklində bir çox maraqlı fikirlər də bildirilir.

Ölkəmizdə artıq neçə illərdir ki, müharibə gedir və biz sülhə maraqlı ölkə

olduğumuzdan bu kitabdakı fikirlər oxucular üçün dəyərli mənbədir.

4. Nəsibov, Elşən Misir oğlu. İnkişaf və sülh ideyaları / E.

M. Nəsibov.

II kitab / elmi red. C.Cabbaroğlu. - Bakı: Elm və Təhsil,

2012.- 160 s.

Kitabda Azərbaycanın gələcək inkişafı və sülhün

qorunub saxlanılması və möhkəmləndirilməsi üçün bəzi

ideyalar şərh olunub. Qərb və Şərq mədəniyyət arealları

arasında aralıq coğrafi mədəniyyət məkanı kimi

Azərbaycanın həm də Qərb və Şərq geosiyasi məkanları

arasında oynadığı mədəniyyət qovuşdurucu funksiyasının daha da genişlənməsi

üçün əlavə ideyalar bildirilir, təkliflər irəli sürülür. Ölkənin beynəlmiləlləşməsi

siyasətinin genişlənməsi məqsədilə ideyalar şəklində bir çox fikirlər bildirilir.

Siyasətçilər və diplomatiya ilə maraqlanan digər oxucular istifadə edə bilərlər.

Page 4: YENİ KİTALAR -  · Nəsibov, Elşən Misir oğlu. İnkişaf və sülh ideyaları / E. M. Nəsibov. I kitab / elmi red. H. Cabbarlı. - Bakı : Elm və Təhsil, 2011. - 154 s. Müəllifin

5. Nəsibov, Elşən Misir oğlu. İnkişaf və sülh ideyaları / E. M.

Nəsibov.

III kitab / elmi red. P. Y. İbrahimova. - Bakı : Elm və Təhsil,

2013. - 216 s. ; 20,2 sm. - Biblioqr.: s. 212-215.

Kitabda inkişaf, sülh, sabitlik və insan hüquqları kimi

kateqoriyaların qarşılıqlı əlaqəli və şərtləndirici məzmunu öz

əksini tapır. İnsan hüquqlarının tərkibi olan təbii hüquqların

(baza hüquqları) və pozitiv hüquqların (baza hüquqlara xidmət

edən və fəaliyyətlə, o cümlədən əldə olunan resurslarla və

vasitələrlə genişlənən hüquqlar) yüksək səviyyədə təmin

olunmasının inkişafa, sülhə və sabitliyə xidmət etməsinin əsasları şərh olunur.

Sülhün təminatının əsaslarına dair ümumiləşdirilmiş fikirlər yer alır.

6. Nəsibov, Elşən Misir oğlu. İnkişaf və sülh ideyaları / E.

M. Nəsibov.

IV kitab : Və Təbiət haqqında düşüncələr... / elmi red. A.

Əsgərzadə. - Bakı : Elm və Təhsil, 2014. - 252 s. ; 20,2 sm. -

Biblioqr.: s. 249-251.

Kitabda Azərbaycanda sülh və inkişafın ardıcıl

qaydada davam etməsi üçün yeni ideyalar öz əksini tapır.

Belə qənaətə gəlinir ki, gələcəkdə yerinə yetirilməsi mümkün

olan yeni ideyalar həm mövcud material-maddi mühitdən

formalaşır, mövcud şərait ideyaların meydana gəlməsinin

əsaslarında dayanır, həm də idealizm üzərində qurulan

gələcək baxışlar ideyaların meydana gəlməsinin əsaslarını ortaya çıxarır.

7. Nəsibov, Elşən Misir oğlu. İnkişaf və sülh ideyaları / E. M.

Nəsibov.

V kitab / elmi red. C. Cabbaroğlu. - Bakı : Elm və Təhsil,

2014. - 170 s. ; 20,2 sm. - Biblioqr.: s. 163-169.

Kitab sabitlik, sülh və inkişafa aid olmaqla müxtəlif

sahələri əhatə edən, fərqli predmetləri özündə əks etdirən

müqayisəli ideyalardan ibarətdir. Buraya multikulturalizm və

onun əhəmiyyəti, mental dəyərlərimizin dəyərsizlədirilməsi,

sabitliyə və inkişafa aparan yollar, sülhə aparan yollar və

şəraitlər, dövlət və hakimiyyət rəhbərlərinin fəaliyyətinin tənqid olunmasının

əsasları və gələcəkdə azərbaycanda yeni formalı dövlət quruluşunun yaradılması və

əhəmiyyəti mövzuları daxildir.

Page 5: YENİ KİTALAR -  · Nəsibov, Elşən Misir oğlu. İnkişaf və sülh ideyaları / E. M. Nəsibov. I kitab / elmi red. H. Cabbarlı. - Bakı : Elm və Təhsil, 2011. - 154 s. Müəllifin

8. Şirəliyev, Həsən İsmayıl oğlu. Politologiya : dərslik / H. İ.

Şirəliyev, Ə. Əhmədov. - Bakı: APOSTROFF, 2016.- 392 s. ;

21 sm. - 500 nüs.

Kitabda siyasətşünaslığın problemlərinin yığcam elmi

şərhi verilir. Azərbaycan Respublikası Təhsil Nazirliyi

tərəfindən təsdiq edilən “Politalogiya” tədris proqramı

əsasında yazılmış dərslikdə siyasi elmin müasir nailiyyətləri,

başlıca nəzəriyyələri və müddəaları özünün geniş əksini

tapmışdır. Azərbaycanın siyasi inkişafının reallıqları müasir

elmi konsepsiyalar baxımından nəzərdən keçirilir.Kitab 5 bölmə, 19 fəsildən

ibarətdir.

Müasir dünyada cəmiyyət üzvlərininsiyasi biliyinin artırılmasında, onların

siyasi həyata hazırlanmasında sınaqdan çıxmış ən etibarlı vasitələrdən biri təhsil

müəssisələrində siyasi biliklərin tədris edilməsidir. Palitologiya fənni bu çətin və

məsuliyyətli vəzifənin yerinə yetirilməsinə xidmət edir.

Kitabdan siyasətlə məşğul olanlar, müəllim və

tələbələr istifadə edə bilərlər.

9. Azərbaycan Respublikasının Əmək Məcəlləsi : 1 mart

2017-ci il tarixədək olan əlavə və dəyişikliklərlə / bur. məsul

B. C. Kərimli. - Bakı : Hüquq Yayın Evi, 2017. - 256 s. ; 21

sm. - 100 nüs.

Kitaba Azərbaycan Respublikasının Əmək Məcəlləsi,

həmin Məcəllənin təsdiq edilməsi və qüvvəyə minməsi ilə

əlaqədar Qanun, Məcəllənin tətbiqinə dair Azərbaycan

Respublikası Prezidentinin Fərmanı, Azərbaycan Respub-

likasının Əmək Məcəlləsinə əlavə və dəyişikliklər etmiş bütün qanunlardan müvafiq

çıxarışlar, habelə AZərbaycan Respublikası Konstitusiya Məhkəməsinin

Azərbaycan Respublikasının Əmək Məcəlləsinin müxtəlif müddəalarının tətbiqi və

şərhi ilə bağlı qərarları daxil edilmişdir.

Özünün əmək hüquqlarını bilmək və öyrənmək istəyən

bütün oxucu qrupları bu kitabdan istifadə edə bilərlər.

10. Əlibəyli, Ənvər Əliverdi oğlu. Nəğmələr / Ə. Ə.

Əlibəyli ; red. Ş. Əlibəyli ; Azərbaycan Respublikası

Mədəniyyət və Turizm Nazirliyi. - Bakı : NAT, 2016. -

72 s.

Elə şairlər var ki, onların poeziyası sanki musiqidə həkk

olunmaq üçün yaranır, hər misra, hər söz birləşməsi qafiyəli

söz yığını deyil, daxili musiqi ahənginə malik şeriyyatdır.

Ənvər Əlibəyli məhz belə şairlərdən idi. Saysız-hesabsız

mahnıların şeir mətnlərinin müəllifi olan bu sənətkar mahnı yaradıcılığında dərin iz

buraxmış şəxsiy-yətlərdəndir.

Page 6: YENİ KİTALAR -  · Nəsibov, Elşən Misir oğlu. İnkişaf və sülh ideyaları / E. M. Nəsibov. I kitab / elmi red. H. Cabbarlı. - Bakı : Elm və Təhsil, 2011. - 154 s. Müəllifin

Şair Ənvər Əlibəylinin 100 illik yubileyi münasibətilə çap olunan bu kitabda

şairin sözlərinə yazılmış və yaddaşımıza həkk olunmuş nəğmələri toplanmışdır.

Kitabda şairin “Azərbaycan”, “Bakı, əziz şəhər”, “Gəlmədin”, “İlk məhəb-

bət” və daha çox dillər əzbəri olan nəğmələri toplanıb.

11. Seyidov, Tərlan Mir Əhməd oğlu. XX əsrin Azərbaycan

fortepiano mədəniyyəti : pedaqogika, ifaçılıq və bəstəkarlıq

yaradıcılığı: monoqrafiya / T. Ə. Seyidov ; tərc., red. K.

Ələsgərli ; elmi red. Z. Səfərova ; Azərbaycan Respublikası

Mədəniyyət və Turizm Nazirliyi. - Bakı : Təhsil, 2016. - 336 s.

Professor Tərlan Mir Əşrəf oğlu Seyidovun "XX əsrin

Azərbaycan fortepiano mədəniyyəti: pedaqogika, ifaçılıq və

bəstəkarlıq yaradıcılığı" monoqrafiyası aktual və dəyərli

tədqiqatdır. Burada faktoloji materialın geniş əhatə olunması

ilə yanaşı, Azərbaycan fortepiano mədəniyyətində baş verən müxtəlif təzahürlərin

qarşılıqlı əlaqəsi tarixi retrospektivdə əsaslı, müfəssəl və ciddi bir şəkildə təhlilə

cəlb olunmuşdur.

12. Şuşinski, Firidun Məhəmməd oğlu. Azərbaycanın musiqi

xəzinəsi / F. M. Şuşinski ; topl., tərt. ed., nəşrə haz. və ön söz.

müəl. A. Kənan ; red. V. Quliyev ; Azərbaycan Respublikası

Mədəniyyət və Turizm Nazirliyi. - Bakı: Vətənoğlu, 2015. -

672s.

Əsərdə xalq musiqisi və onun tanınmış nümayəndələri

haqqında ilk dəfə ətraflı məlumat verilir. Kitabda Cabbar

Qaryağdıoğlu, Keçəçioğlu Məhəmməd, Şəkili Ələsgər, Zabul

Qasım, Segah İslam, Hüseynqulu Sarabski, Qurban Pirimov,

Seyid Şuşinski, Bülbül, Xan Şuşinski ilə bərabər, oxuculara məlum olmayan neçə-

neçə sənətkar haqqında da qiymətli məlumatlar var.

Azərbaycan incəsənəti və onun görkəmli nümayəndələri haqqında məlumat

əldə etmk istəyən hər bir oxucu bu kitabdan istifadə edə bilərlər.

13. Rza, Xəlil Ulutürk. Firəngiznamə / X. Ü. Rza ; tərt.

F. Ulutürk ; red. Ə. Əsgərli. - Təkmilləşdirilmiş nəşri. - Bakı

: APOSTROFF, 2016. - 400 s.

Bu kitab Xəlil Rzanın Firəngiz xanıma yazdığı

məktubları, gündəlikləri, şeirləri əsasında hazırlanmış ikinci

nəşrdir. Birinci kitab 2013-cü ildə çap edilmişdir. Həmin

kitabda Xəlil Rza və Firəngiz xanım məhəbbətinin salnaməsi

verilmiş, xatirələr, məktublar və ərizələr özünə yer almışdır.

Page 7: YENİ KİTALAR -  · Nəsibov, Elşən Misir oğlu. İnkişaf və sülh ideyaları / E. M. Nəsibov. I kitab / elmi red. H. Cabbarlı. - Bakı : Elm və Təhsil, 2011. - 154 s. Müəllifin

İkinci nəşrdə iki şəxsiyyətin könül və idrak aləmi ailə-məişət və sosial həyat

fonunda ifadəsini tapmışdır. Oxucular Xəlil Rza və Firəngiz xanımın özləri,

övladları ilə bağlı fikirləri, eləcə də elm, mədəniyyət xadimləri, qohum-qonşular,

dostlar və iş yoldaşlarının Firəngiz xanım haqqında düşüncələri ilə tanış olacaqlar.

14. Bəxtiyaram mən / Azərbaycan Respublikası

Mədəniyyət və Turizm Nazirliyi ; tərt., ön sözün müəl. E.

S. Akimova ; elmi red. A.Turan. - Bakı: Çaşığolu Elm-

İstehsalat, 2016. - 288 s.

Kitab Azərbaycan Respublikasının Prezidenti İlham

Əliyevin "Bəxtiyar Vahabzadənin 90 illik yubileyinin ke-

çirilməsi haqqında" 14 yanvar 2015-ci il tarixli sərənca-

mına əsasən nəşr olunmuşdur.

Kitabda böyük Azərbaycan şairi, dramaturq və

ictimai xadimi Bəxtiyar Vahabzadənin ömür yolu və yaradıcılığnın önəmli

məqamlarına işıq salınır, onun zəngin ədəbi irsi, şəxsiyyətinin qüdrəti müxtəlif

məzmunlu məqalələr, düşüncələr, təəssüratlar və tədqiqat xarakterli mətnlər

vasitəsilə ifadəsini tapır.

15. Dadaşov, Aydın Ərşad oğlu. Dünya kinosu örnəklər

kontekstində : monoqrafiya / A. Ə. Dadaşov ; elmi red. V.

Qafarov ; red.: G. Qafarova, K. Yusifova ; Azərbaycan

Respublikası Mədəniyyət və Turizm Nazirliyi. - Bakı : Şərq-

Qərb, 2016. - 688 s. : foto ; 22 sm. - Dünya kinosunun 120

illiyinə ithaf olunur.

Əməkdar incəsənət xadimi, dövlət mükafatı laureatı

professor Aydın Ərşad oğlu Dadaşovun "Dünya kinosu

örnəklər kontekstində" monoqrafiyası Azərbaycan dilində bu

mövzuda yazılmış ilk kitabdır. Bu monoqrafiyada kinematoqrafiyanın keçdiyi yol,

ekran sənətinin tərəqqisinə təkan verən ən dəyərli filmlər mövcud nəzəri əsaslarla

təhlil edilir.

Kino dünyasına maraqı olanlar bu kitabı oxusalar dünya kino inciləri və

tanınmış kino ulduzlar haqda maraqlı informasiyalar əldə

etmiş olarlar.

16. Arşın mal alan - 100 : [fotoalbom] / Azərbaycan

Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Üzeyir

Hacıbəylinin ev-muzeyi ; tərt.: A. Heydərova, T.

Xudaverdiyeva ; layihənin rəh. S. Fərəcov. - Bakı : Şərq-Qərb,

2016. - 320 s.

Kitab çox nəfis tərtibatda "Arşın mal alan"

operettasının səhnəyə qoyulmasının 100 illiyi münasibətilə

dərc olunub. Kitabda dahi Azərbaycan bəstəkarı Üzeyir

Page 8: YENİ KİTALAR -  · Nəsibov, Elşən Misir oğlu. İnkişaf və sülh ideyaları / E. M. Nəsibov. I kitab / elmi red. H. Cabbarlı. - Bakı : Elm və Təhsil, 2011. - 154 s. Müəllifin

Hacıbəylinin bu əsərin yazılması ilə bağlı xatirələri, qeydləri, əlyazmaları, müxtəlif

teatrların afişaları, elanlar, dəvətna-mələr, fotoşəkillər və s. yer almışdır.

Son illər dövlət səviyyəsində, istərsə

də özəl nəşriyyatlar tərəfindən uşaq

ədəbiyyatının nəşri sahəsində maraqlı

layihələr həyata keçirilir, rəngli-illüstrativ

kitablar-kitabçalar nəşr edilir. Xüsusilə də

kiçikyaşlılar üçün daha çox nəşr məhsullarının

həyata vəsiqə aldığını görürük.

Kitabxanamıza Respublika Mədəniyyət və

Turizm Nazirliyinin maddi və mənəvi dəstəyi ilə nəşr olunmuş uşaq şair və

yazıçılarının kitabları daxil olub. Onlardan bir neçəsini sizə təqdim edirəm.

Hörmətli oxucular! Uşaqlarınızın geniş dünyagörüşünə malik, ağıllı və

savadlı, nitqinin aydın, səlist olmasını və milli ruhda formalaşmasını istəyirsinizsə

bu kitabı 10 gün müddətinə evdə istifadə etmək üçün götürə bilərsiniz.

17. Azərbaycan Uşaq Ədəbiyyatı Antologiyası: folklor.

I cild.- Bakı:Renessans-A, 2016.- 432 s.

Bu çoxcildliyin birinci cildi bütünlüklə Azərbaycan uşaq

folkloru nümunələrindən seçilib, tərtib edilib. Bunun üçün

xeyli ağız ədəbiyyatı saf-çürük edilərək poetik parçaların bir-

birinə zahiri oxşarlığını aradan qaldırmaq üçün onlara

məzmunlarına uyğun adlar verilib.

Əziz oxucu! “Azərbaycan uşaq ədəbiyyatı antologiyası”

balalarımızdan ötrü ən yaxşı sinifdənxaric oxu materialı kimi

öz dəyəri və əhatə dairəsinə görə ilk böyük həcmli nəşr

məhsuludur. Azərbaycan kitabçılığı tarixində uşaq ədəbiyyatı nümunələrini özündə

əks etdirmək baxımından belə bir toplu hələ ki, ilk dəfədir işıq üzü görürTopluda

bədii materiallar xronoloji ardıcıllıqla: Laylalar...Oxşamalar: Sanamalar... Düzgülər:

Tapmacalar: Yanıltmaclar: Atalar sözü: Əfsanələr... Rəvayətlər: Qaravəllilər, kitabın

axırıncı bölməsində isə İraq- Türkmən folklor nümunələri

verilmişdir.

18. Azərbaycan Uşaq Ədəbiyyatı Antologiyası: klassik və

müasir uşaq poeziyası.

II cild.- Bakı:Renessans - A, 2016.- 422 s.

Əziz oxucu! “Azərbaycan uşaq ədəbiyyatı antologi-

yası”nın II cildində indiyə qədər Azərbaycan uşaq ədəbiy-

yatının tərtibi sahəsindəki ənənəvi formadan fərqli olaraq kim

ki, öz həyatını uşaq ədəbiyyatına həsr edib və uşaq yazıçısı kimi tanınır , bu cildə

Page 9: YENİ KİTALAR -  · Nəsibov, Elşən Misir oğlu. İnkişaf və sülh ideyaları / E. M. Nəsibov. I kitab / elmi red. H. Cabbarlı. - Bakı : Elm və Təhsil, 2011. - 154 s. Müəllifin

məhz onların əsərləri ( məşhur “Şəngül, Şüngül, Məngül”ün müəllifi M. Müşfiq

istisna olmaqla) daxil edilib. Antologiyanın bir özəlliyi də var ki, əsasən klassik

şairlərimizin şeirlərində gedən naməlum söz və ifadələrin izahı da verilib. Belə ki, o

şeirdə çətin anlaşılan və anlaşılmayan sözlərin səhifənin aşağısında izahı verilib.

Həmçinin əvvəlki nəşrlərdə yol verilmiş səhvlər burada düzəldilib. Antologiyanın

bu cildində “Klassik uşaq poeziyası” bölməsində Mirzə Kazım Qazi Əsgərzadə

Mətlə, M.Ə.Sabir, R. Əfəndizadə, A.Səhhət, A. Şaiq və M. Müşfiqin , “Müasir uşaq

poeziyası” bölməsində isə M. Rzaquluzadə, M. Seyizadə, X. Əlibəyli, T. Elçin, H,

Ziya, F. Sadıq, S. Məmmədzadə, T. Mahmud, İ. Tapdıq, Mir Sabir, Məstan Günər,

Z. Xəlil və başqa uşaq şairlərinin şeirləri verilmişdir.

19. Babayeva, Narıngül. Azərbaycan şahları: uşaq ensik-

lopediyası / N. Babayeva; red. Elnur Raqifoğlu . - Bakı:

Qələm, [n.i.y.].-181 s.

Bu kitabda tarixin müxtəlif dövrlərində taxt-tac sahibi

olmuş, bütün cahana hökm etmək arzusuna düşmüş

hökmdarların həyatı, dövlətçilik fəaliyyəti və siyasi baxışları

haqqında qısa məlumatlar verilib. Bu məlumatlar tarixə

ekskursiya xarakteri daşıyır. Məqsəd tarixin müxtəlif

dönəmlərində mövcud olmuş hadisələrə və şəxsiyyətlərə rəğbət, yaxud qınaq

pəncərəsindən baxmaq deyil. Məqsəd sadəcə , keçmişə səyahət həvəsində olanlara

bələdçilik etməkdir. Bu səyahətin üşaqlar üçün maraqlı olacağına isə şübhəmiz

yoxdur. Yolçu yolda gərək , əziz dostlar! Buyurun

kitabxanamıza gəlin.

20. Heyvanlar: mənim ilk ensiklopediyam / Red. İbrahim

İlyaslı.- Bakı: Qələm Çingizoğlu MMC, 2015.- 92s.

Heyvanlar aləmi olduqca zəhgin və müxtəlifdir. Alim-

lərin son hesablamalarına görə Yer planetində 2 milyondan

çox heyvan növü yaşayır. Onlar hər yerdə - suda, quruda və

havada yaşamağa uyğunlaşmışlar. Heyvanlar xarici və daxili

quruluşuna, çoxalma və inkişafına, davranışına görə bir-

birindən fərqlənirlər.

Əziz uşaqlar! Bu müxtəlifliyi aydın təsəvvür etmək üçün

məsləhətdir ki, bu kitabı götürüb içərisindəki şəkillər və məlumatlarla tanış olasınız.

Page 10: YENİ KİTALAR -  · Nəsibov, Elşən Misir oğlu. İnkişaf və sülh ideyaları / E. M. Nəsibov. I kitab / elmi red. H. Cabbarlı. - Bakı : Elm və Təhsil, 2011. - 154 s. Müəllifin

21. Dünyada ilk və ən maraqlı hadisələr: Uşaq

ensiklopediyası / Tət.ed. Büyükkeçeçi Serhan; İlyaslı İbrahim:

red. Rafiqoğlu Elnur. – Bakı: Qələm Çingizoğlu MMC,

[n.i.y].-104 s.

Bu kitab həm uşaqlar üçün, həm də elə böyüklər üçün

olduqca lazımlı və maraqlı kitabdır. Kitabın hər vərəqində

bilmədiyimiz və ensiklopedik biliyə malik olmaq üçün bilməli

olduğumuz çox sayda məlumatlar var. İnanın ki, əgər siz də

bu kitabı əlinizə götürsəniz yerə qoymayacaqsınız,

istəyəcəksiniz ki, həmişə əlinizin altında olsun.

Əziz oxucular! Kitabxanamıza buyurub gəlin ki, sizə təqdim

etdiyim bu kitablardan eləcə də fondumuzda olan digər kitablardan bəhrələnəsiniz.

Biz Sizi gözləyirik!

Page 11: YENİ KİTALAR -  · Nəsibov, Elşən Misir oğlu. İnkişaf və sülh ideyaları / E. M. Nəsibov. I kitab / elmi red. H. Cabbarlı. - Bakı : Elm və Təhsil, 2011. - 154 s. Müəllifin

Fonda daxil olan yeni kitabla

Ünvan:

Az 1065, Yasamal rayonu,

Bakı şəhəri

N.Nərimanov küç., 203

Əlaqə telefonları:

(+994 012) 538 02 47

538 54 57

538 93 54

Page 12: YENİ KİTALAR -  · Nəsibov, Elşən Misir oğlu. İnkişaf və sülh ideyaları / E. M. Nəsibov. I kitab / elmi red. H. Cabbarlı. - Bakı : Elm və Təhsil, 2011. - 154 s. Müəllifin