Ümumtəhsil fənləri üzrə dərsliklərin, dərs vəsaitlərinin və
digər tədris vasitələrinin elmi-metodiki monitorinqi şöbəsi
Azərbaycan Respublikasının
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası
Ümumtəhsil məktəblərində istifadədə olan 8-ci sinif
“Azərbaycan dili” dərslik komplektində verilmiş
materiallara dair
İLKİN RƏY
Respublikanın ümumtəhsil məktəblərinin
8-сi sinifləri üçün “Azərbaycan dili” dərslik
komplekti
Müəlliflər:Tofiq HacıyevSamirə BektaşiMehriban VəliyevaYeganə Hüseynova
Bakı: Şərq-Qərb - 2015.
Məzmun xətləri:
1. Dinləyib-anlama və danışma
2. Oxu
3. Yazı
4. Dil qaydaları
məzmun xətləri üzrə 6 əsas və 19 alt standartın
reallaşdırılmasına yönəlmişdir.
Məzmun xətləri üzrə əsas və alt
standartlar1. Dinləyib-anlama və danışma
1.1. Dinlədiyi fikri anladığını nümayiş etdirir.
1.1.1. Suallar verməklə dinlədiyi fakt və hadisələr barədə özünün fikir
və mülahizələrini dəqiqləşdirir.
1.1.2. Dinlədiyi fikrin məntiqiliyini əsaslandırır.
1.2. Şifahi nitq bacarıqları nümayiş etdirir.
1.2.1. Auditoriyanın səviyyəsinə uyğun ifadə forması seçir.
1.2.2. Əlavə materiallardan istifadə etməklə nitqini zənginləşdirir.
1.2.3. Nitq etiketlərindən məqamında istifadə edir.
1.2.4. Müzakirələrdə deyilmiş müxtəlif mövqeli fikirləri
ümumiləşdirir.
Məzmun xətləri üzrə əsas və alt
standartlar2. Oxu
2.1. Mətndə tanış olmayan sözləri mənimsədiyini nümayiş etdirir.
2.1.1. Tanış olmadığı söz və ifadələrin mənasını müvafiq qarşılığını
tapmaqla şərh edir.
2.1.2. Həqiqi və məcazi mənalı söz və ifadələrin mənasını nümunələrlə
şərh edir.
2.2. Mətnin məzmun və strukturunu mənimsədiyini nümayiş etdirir.
2.2.1. Söz sırasını, cümlələr və abzaslar arasında əlaqəni gözləməklə
mətni oxuyur.
2.2.2. Mətnin hissələri arasında əlaqəni şərh edir.
2.2.3. Mətndəki fakt və hadisələri real həyatla müqayisə edir və
əlaqələndirir.
Məzmun xətləri üzrə əsas və alt
standartlar
3. Yazı
3.1. Rabitəli yazı vərdişlərinə yiyələndiyini nümayiş etdirir.
3.1.1. Mövzuya uyğun müxtəlif tipli (nəqli, təsviri,
mühakimə) mətnlər yazır.
3.1.2. Sitatlardan istifadə etməklə fikir və mülahizələrini
qüvvətləndirir.
3.1.3. Mətnin hissələri, abzaslar və cümlələr arasında əlaqəni
gözləməklə yazıya düzəlişlər edir.
3.1.4. Müxtəlif əməli yazılar (arayış, protokol) yazır.
Məzmun xətləri üzrə əsas və alt
standartlar4. Dil qaydaları
4.1. Dil qaydalarını mənimsədiyini nümayiş etdirir.
4.1.1. Sadə cümlənin növlərini fərqləndirir.
4.1.2. Söz və söz birləşmələrinin sintaktik vəzifəsini müəyyən edir.
4.1.3. Həmcins üzvlər, əlavələr, xitab və ara sözlərlə bağlı durğu
işarələrindən istifadə edir.
4.1.4. Həmcins üzvlərdə şəkilçilərin yazılış qaydalarına əməl edir.
Ümumi təhsili həyata keçirən bütün təhsil
müəssisələrində istifadədə olan dərslik, dərs vəsaiti
və digər tədris vasitələrinin elmi-metodiki
monitorinqi 5 parametr üzrə həyata keçirilir:
1. Məzmunun işlənməsi baxımından
2. Dil və yazı üslubu baxımından
3. Dizayn və bədii tərtibat baxımından
4. Tapşırıqların elmi-metodiki uyğunluğu baxımından
5. “Müəllim üçün metodik vəsait”in (MMV-nin) məzmununun
işlənməsi baxımından
Parametrlər üzrə monitorinq meyarları
1. Məzmunun işlənməsi baxımından
1.1. Təhsil proqramı (kurikulum) standartlarına uyğunluğu
1.2. Materialların elmiliyi və müasir elmi baxışlara
uyğunluğu
1.3. Materialların elmi-metodiki baxımdan mübahisə
doğurmaması
1.4. Mövzular üzrə məqsədlərin dəqiqliyi, hər alt standartın
reallaşdıracağı bacarığın məqsədə çevrilməsinin
mümkünlüyü
1.5. Materialların verilişində sadədən mürəkkəbə prinsipinin
gözlənilməsi
Parametrlər üzrə monitorinq meyarları
1. Məzmunun işlənməsi baxımından
1.6. 45 dəqiqə vaxt baxımından mövzunun dərsin məqsədinə
nail olmağa imkan verməsi
1.7. Materialların şagirdin müstəqil təliminə imkan verməsi
1.8. Verilən nəzəri materiallarla müstəqil təlimi inkişaf
etdirən fəaliyyət xətləri arasında mütənasibliyin
gözlənilməsi
1.9. Fəndaxili və fənlərarası inteqrasiya
1.10. Materialların seçilməsində didaktik tələblərin (tətbiq-
yönümlük, nəticəyönümlük, tərbiyəvilik) nəzərə
alınması
Parametrlər üzrə monitorinq meyarları
1. Məzmunun işlənməsi baxımından
1.11. Dərsliyin strukturu ilə məzmun standartları arasındakı
uyğunluq
1.12. Pedaqoji və metodiki baxımdan mövzuların xronoloji
və metodiki baxımdan vaxtında verilməsi
1.13. Yeni termin və sözlərin göstəricisinin təmin olunması
1.14. Materiallarda milli ənənələrə, gender, irq, etnik və
sosial inklüziya, tolerantlıq prinsiplərinin təmin
olunması
1.15. Digər xalqların adət-ənənələrinə, mədəniyyətinə və
tarixinə hörmətin gözlənilməsi
1.16. Ətraf mühiti qorumağın və təbii sərvətlərdən səmərəli
istifadənin təbliğ olunması
Parametrlər üzrə monitorinq meyarları
2. Dil və yazı üslubu baxımından
2.1. Materialların dilinin və üslubunun, mətnlərdəki
fikirlərin, onların ifadə tərzinin şagirdlərin yaş
səviyyəsinə uyğunluğu
2.2. Yeni termin və sözlərin onların izahı ilə verilməsi. Bir
dərs üçün nəzərdə tutulmuş materialda yeni termin və
sözlərin sayının həddindən artıq olmaması
2.3. Qrammatik və orfoqrafik qaydalara əməl olunması
2.4. Materialların şagirdlərin dünyagörüşünün formalaşdı-
rılmasına, söz ehtiyatının və nitq mədəniyyətinin
inkişafına təsir səviyyəsi
Parametrlər üzrə monitorinq meyarları
3. Dizayn və bədii tərtibat baxımından
3.1. Üz qabığının tərtibatı, orada verilmiş illüstrasiyaların
dərsliyin məzmununa uyğunluğu
3.2. Səhifələrin tərtibatının məzmunun asanlıqla mənimsənil-
məsinə köməkliyi
3.3. İstifadə edilən şriftlərin müvafiq yaş qrupuna uyğunluğu
3.4. İllüstrasiyalarla mətnin həcm nisbətinin məqsədəuyğun-
luğu
Parametrlər üzrə monitorinq meyarları
3. Dizayn və bədii tərtibat baxımından
3.5. İllüstrasiyaların orjinallığı, rəngarəngliyi və onların
reallığı əks etdirməsi
3.6. İllüstrasiyaların ifadəli və dəqiq olması
3.7. Yeni anlayışların izahında illüstrasiyalardan istifadə
olunması
3.8. Vahid dizaynın qorunması
Parametrlər üzrə monitorinq meyarları
4. Tapşırıqların elmi-metodiki uyğunluğu baxımından
4.1. Tapşırıqların mövzularla uyğunluğu
4.2. Biliklərin tətbiqini tələb edən idraki bacarıqların
formalaşdırılmasına yönəlmiş tapşırıqlara üstünlük
verilməsi
4.3. Şagirdin özünü müstəqil qiymətləndirə bilməsi üçün
tapşırıqların verilməsi
4.4. Qapalı, açıq və yarımaçıq tapşırıqların sayının
mütənasibliyi
4.5. Tapşırıqlardakı nümunələrin reallığı əks etdirməsi,
elmiliyi, gündəlik həyatdan götürülməsi
“Müəllim üçün metodik vəsait”in (MMV-nin)
məzmununun işlənməsi baxımından
1. Giriş
1.1. Dərslik və MMV-dən istifadə qaydaları, məzmun xəritəsi,
tədris vahidləri, bölmələr üzrə struktur, standartların şərhi,
tövsiyə olunan iş planı
1.2. Təlim texnologiyaları haqqında məlumat
1.3. Mövzular üzrə alt standartların xəritəsi
“Müəllim üçün metodik vəsait”in (MMV-nin)
məzmununun işlənməsi baxımından
2. Planlaşdırma
2.1. Hər bir dərsin təlim məqsədlərinin müəyyən olunması
2.2. Hər bir dərsdə yeni materiala keçərkən əvvəl öyrənilmiş
materiallarla əlaqənin təmin olunması
2.3. İstifadə olunan təlim texnologiyasının idrak taksonomiyası-
nın mərhələləri ilə əlaqələndirilməsi
2.4. Hər bir mövzu üzrə istifadə olunan fəaliyyət növlərinin
koqnitiv, psixomotor və sosial vərdişlərin inkişafına
yönəlməsi
“Müəllim üçün metodik vəsait”in (MMV-nin)
məzmununun işlənməsi baxımından
2. Planlaşdırma
2.5. Dərs zamanı əlavə vəsaitlərdən ( elektron resurslar,
xəritələr, sxemlər, atlaslar və s.) istifadənin nəzərdə tutulması
2.6. İllik və gündəlik planlaşdırma nümunəsi
2.7. Məzmun standartlarının reallaşdırılması cədvəli
2.8. Hər bir dərs üçün müəllimə verilən metodiki tövsiyələr
“Müəllim üçün metodik vəsait”in (MMV-nin)
məzmununun işlənməsi baxımından
3. Mövzuların tədrisi texnologiyası
4. Qiymətləndirmə
5. Əlavə materialların verilməsi
6. İstifadə olunan mənbələr
Dərsliyin strukturu
Dərslik komplekti dərslik və müəllim üçün metodik
vəsaitdən ibarətdir. Dərslik komplektində verilmiş materiallar
“Dinləyib-anlama və danışma”, “Oxu”, “Yazı”, “Dil
qaydaları” məzmun xətləri üzrə 6 əsas və 19 alt standartın
reallaşdırılmasına yönəlmişdir.
Dərslik 6 bölmə, 160 səhifədən ibarətdir. Burada
həmçinin “Giriş”, “Şərti işarələr”, “Kompleks lüğət”,
“Mündəricat” adlı hissələr, “Dinləyib anlama və danışma”,
“Nitqi zənginləşdirmə”, “Qrammatik sual və tapşırıqlar”,
“Yazı”, “Lüğət”, “Dil qaydaları”, “Açar sözlər” rubrikaları
verilmişdir.
Məzmunun işlənməsi baxımındanMüasir təhsilin əsas məqsədi yüksək mənəvi keyfiyyətlərlə yanaşı,
dünyaya inteqrasiya edən, zamanın tələblərinə cavab verən, yüksək
intellektual səviyyəyə, qlobal dəyərlərə malik, təbiət və cəmiyyət
hadisələrinə obyektiv, real münasibət bəsləyən, hərtərəfli şəxsiyyətlər
yetişdirməkdir. Bu baxımdan, dərslik üçün mətnlər seçilərkən davamlı
inkişaf konsepsiyasına müvafiq olaraq, ətraf mühitə qayğıkeş münasibətin,
təbii sərvətlərdən səmərəli istifadənin, ictimai və milli-mənəvi dəyərlərin
təbliğ olunması kimi məsələlər də hökmən nəzərə alınmalıdır. Dərslikdəki
mətnlər bütün bu məqsədlərin gerçəkləşməsinə münbit zəmin yaratmır.
Buradakı mətnlər daha çox faktoloji, məlumatverici xarakter daşıyır (səh.6,
19, 45, 137, 145, 148, 151, 154 və s.).
Qeyd etmək lazımdır ki, Təhsil Nazirliyinin rəsmi müraciətinə əsasən
dərslik komplektinin qiymətləndirilməsi ilə bağlı Tələbə Qəbulu üzrə
Dövlət Komissiyası tərəfindən hazırlanmış rəydə göstərilən irad və
təkliflərin xeyli hissəsi bu nəşrdə nəzərə alınmışdır. Bununla yanaşı,
dərslikdə müəyyən qüsur və nöqsanlar da vardır. Bunlar aşağıdakılardır:
Məzmunun işlənməsi baxımından
Kurikulum sənədində 8-ci sinif proqramında söz və söz
birləşmələrinin sintaktik vəzifəsinin müəyyən edilməsi, həmcins
üzvlər, əlavələr, xitab və ara sözlərlə bağlı durğu işarələrindən istifadə
edilməsi, həmcins üzvlərdə şəkilçilərin yazılış qaydalarına əməl
edilməsi, sadə cümlənin növlərinin fərqləndirilməsi nəzərə tutulur.
Əsas məqsəd dil hadisələri zəminində şagirdlərin idrak fəaliyyətinin və
ünsiyyət bacarıqlarının inkişafı üçün təcrübi baxımdan əhəmiyyətli
olan dilçilik anlayışları və qaydalarının mənimsənilməsi olmalıdır.
Lakin dərslik nəzəri xarakterli, bilikyönlü dil qaydaları ilə
yüklənmişdir. Məsələn, heç bir alt standartın tələblərinə uyğun
gəlməyən sintaktik əlaqələrlə bağlı ayrıca bölmə (səh.28-49), qeyri-
həmcins təyinlərlə bağlı şərhlər (səh.109) verilir.
Məzmunun işlənməsi baxımından
Ümumtəhsil məktəbləri üçün Azərbaycan dili üzrə təhsil
proqramına əsasən ümumi orta təhsil səviyyəsi (V-IX siniflər) üzrə
şagird dil vahidlərindən istifadə etməklə müxtəlif tipli (nəqli,
təsviri, mühakimə) və formalı (inşa, esse, hekayə) mətnlər qurmalı,
onları təkmilləşdirməlidir. Lakin dərslikdə bu təlimata uyğun
gəlməyən qəzet, kompleks lüğət hazırlamaq, məqalə, ssenari
yazmaq kimi tapşırıqlara yer verilir (səh. 32, 87 və s.). Yeni təhsil
proqramına görə isə müxtəlif üslublu mətnlər qurmaq tam orta
təhsil səviyyəsi (X-XI siniflər) üçün nəzərdə tutulmuşdur.
Məzmunun işlənməsi baxımından
Yeni təhsil proqramında ana dilinin tədrisi prosesində, ilk
növbədə, dilin düşünmə, öyrənmə və danışma vasitəsi kimi dərk
olunması tələb edilir. Deməli, əvvəlcə düşünmə, öyrənmə, daha
sonra tətbiqetmə, ünsiyyət prosesi gerçəkləşdirilməlidir. Bu
baxımdan, hər bir bölmənin dialoqla başlaması metodiki
baxımdan doğru deyil. Dialoqlar təbiilikdən uzaqdır, bədii
məzmun və dəyər daşımır, sönük və cansıxıcıdır, çox vaxt
faktoloji xarakter daşıyır. Onlara konkret olaraq dərs saatı
ayrılmış (bəzən 2, bəzən 3 saat), bəzi alt standartların
reallaşdırılmasının bu dialoqlar üzrə aparılması nəzərdə
tutulmuşdur. Lakin qarşıya qoyulan məqsədə yetişməkdə bu
mətnlərin heç bir əsaslı rolu yoxdur. Dialoqlar başqa mətnlərlə
əvəz edilsə, daha yaxşı olar.
Məzmunun işlənməsi baxımından
Mətnlərdə müasirlik azdır. V bölmədə “Əhvalpürsanlıq”,
“Yalançı Xortdan” mətnlərinin əvəzinə, müasir informasiya və
kommunikasiya məsələlərinə aid mətnlər verilsə, çağdaş nəslin
formalaşmasına daha müsbət təsir etmiş olar. “Yaxşılıq itmir”
(səh.13) mətninin adı mətnin mahiyyətinə, ideyasına uyğun deyil.
Maarif və mədəniyyətin tarixi ilə bağlı mətnlərə geniş yer
verilsə də, bu mətnlər daha çox faktoloji məlumat xarakterlidir,
ictimai və mənəvi dəyərlər formalaşdırmaq səviyyəsi yetərli deyil.
Habelə ətraf mühitə qayğıkeş münasibət, təbii sərvətlərdən faydalı və
səmərəli istifadəni təbliğ edən mətnlərə də, demək olar ki, rast
gəlinmir.
Məzmunun işlənməsi baxımından
Məzmun standartlarının reallaşdırılması vasitələrinin
səviyyəsi qənaətbəxş deyil:
“Dinləyib-anlama və danışma”, “Oxu”, “Yazı” məzmun
xətləri və onlara aid əsas və alt standartlar yetərli şəkildə
reallaşdırılmamışdır. “Dil qaydaları” məzmun xətti və ona aid olan
əsas və alt standartlar reallaşdırılmış sayıla bilər. Lakin dil qaydaları
yenə ənənəvi dərsliklərdə olduğu kimi, demək olar ki, akademik
səviyyədə öyrədilir. Məsələn, alt standartlarda nəzərdə tutulmadığı
halda, sintaktik əlaqə və onun növləri də dərsliyə daxil edilmişdir. Dil
qaydaları ilə bağlı tapşırıq və çalışmalar da böyük üstünlük təşkil edir
ki, bu da onunla digər məzmun xətləri arasında bərabərliyin böyük
ölçüdə pozulmasına gətirib çıxarır.
Məzmunun işlənməsi baxımından1.1.1. (Suallar verməklə dinlədiyi fakt və hadisələr barədə özünün
fikir və mülahizələrini dəqiqləşdirir) alt standartı (MMV, səh.42) “Bəxt,
ağıl və zəhmət” mövzusunun 1-ci dərsi üçün nəzərdə tutulsa da,
reallaşdırılma vasitələri düzgün seçilməmişdir. Bu alt standart dinləmə
mətni üzrə aparılan işdə reallaşa bilər. Dinləmə mətni isə motivasiya üçün
nəzərdə tutulmuşdur. Mətnin həcmi motivasiya mərhələsinə uyğun
olmamaqla yanaşı, alt standartın reallaşdırılması da bu prosesdə mümkün
deyil. Həmçinin tövsiyələrdən məlum olur ki, “sonra müəllim şagirdlərə
əsas fikrin müəyyən edilməsi məqsədilə suallar tərtib etməyi tapşıra
da bilər” (MMV, səh.43) yazılarkən dinləmə mətni üzrə iş deyil,
dərslikdəki oxu mətni üzrə iş nəzərdə tutulur. Bu isə alt standartın
reallaşdırılmasına xidmət edə bilməz. Mövzunun tədrisində digər bir
yanlışlıq mətndaxili tapşırıqların yerinə yetirilməsinin məzmun üzrə işdən
və əsas fikrin tapılmasından sonraya saxlanılmasıdır. Hətta mətndaxili
tapşırıqların həyata keçirilməsi dinləmə mətni ilə oxu mətninin məzmun
və ideya baxımından müqayisəsindən sonraya saxlanılır. Əgər şagird
mətnin məzmununu mənimsəməyibsə, bu işləri həyata keçirə bilməz.
Beləliklə, mövzunun tədrisində idrak taksonomiyalarının mərhələlərindən
irəli gələn ardıcıllıq pozulmuşdur.
Məzmunun işlənməsi baxımından
3.1.3. (Mətnin hissələri, abzaslar və cümlələr arasında
əlaqəni gözləməklə yazıya düzəlişlər edir) (MMV, səh.26) alt
standartının reallaşdırılması üçün dərslikdə verilmiş 13-cü tapşırıq
(“Lüğətin köməyi ilə mətndə bütün hərfləri böyük yazılmış
ifadələrin düzgün yazılışını müəyyənləşdirin”) (səh.12) alt
standartın tələbini ödəmir. Alt standartın tələbi mürəkkəb adların
orfoqrafiyasına edilən düzəlişlərlə reallaşdırıla bilməz.
“Bəxt, ağıl və zəhmət” mövzusunda verilmiş 3.1.3. alt
standartının (MMV, səh.42) reallaşdırılması üçün dərslikdə
nəzərdə tutulmuş tapşırıq (“Səfanın cavabını müəyyənləşdirmək
üçün çərçivədə verilmiş sözləri ardıcıl düzmək lazımdır”)
(səh.26) alt standartın tələbi üçün çox bəsitdir. Mətnə yazılı
əlavəni şagird özü düşünməlidir. Hazır sözlərdən mətnin özü
verilməsə belə, həmin cümləni qurmaq mümkündür.
Məzmunun işlənməsi baxımından
Ana dili fənninin xarakterinə, məzmun standartlarının
mahiyyətinə uyğun gəlməyən, hətta bəziləri mücərrəd xarakter
daşıyan standart suallar dərslikdə təkrar olunur, məsələn:
“...mətndəki əsas fikri müəyyənləşdirin...” (səh. 76, 80), “Bu
mətn əvvəlki mətnlərdən nə ilə fərqlənir?” (səh. 91, 115, 118),
“Mətn üzərində iş aparmaq üçün hansı sual və tapşırıqlardan
istifadə edərdiniz?” (səh.138), “Mətn əsasında dialoq qurun.
Müşahidə aparın. Bu zaman nədən istifadə etmədiniz?”
(səh.146), “...dialoq qurun...” (səh. 23, 46, 91, 152, 155).
Mətndəki əsas fikri müəyyən etməklə bağlı suallar bir çox
hallarda əvvəldə, yəni 1-ci və ya 2-ci tapşırıqlarda verilir (səh. 17,
34, 59, 76, 80). Bu, pedaqoji baxımdan da doğru deyil. Bəllidir ki,
ideyanın düzgün müəyyənləşdirilməsi mətn üzərində müəyyən iş
aparıldıqdan sonra mümkündür.
Məzmunun işlənməsi baxımından
Səhifə 62. Sultan Mahmudla bağlı mətn yanlış təəssürat
yaradır: “Həqiqətən, Allah ona kömək etmiş və Sultan
Mahmud böyük qələbə qazanaraq çox dəyərli qənimətlərə
sahib olmuşdur”. Burada Allahın Mahmud Qəznəviyə kömək
etməsi fakt kimi irəli sürülür, halbuki bu fakt deyil, hadisələrə
münasibətdən doğan fikirdir. Mətn dünyəvilik prinsipinə ziddir.
Əsər didaktik baxımdan da məqsədəuyğun deyil. Sultan
Mahmudun öz şöhrəti üçün bir xalqı soyub əldə etdiyi qəniməti
Allah qorxusundan digər xalqın kasıb-kusubuna paylaması heç
də örnək olacaq hərəkət deyil. Bu baxımdan Allaha verdiyi söz və
o sözün yerinə yetirilməsində ideal heç nə yoxdur.
Məzmunun işlənməsi baxımından
Həmin mətndə deyilir: “...Əgər
Allaha bir daha işiniz düşməyəcəksə,
vəzirlərinizin, komandanlarınızın
dediyini edin! Lakin Allaha yenidən
dua edib nə isə istəyəcəksinizsə,
nəzirinizi yerinə yetirin, qənimətləri
yoxsullara paylayın”. Bu hissədəki
fikir şagirdi mənəvi bağları təmənna
əsasında qurmağa təşviq edir, sanki
“Allaha rüşvət” deyimini yada salır.
Verilən vədə əməl edilməsi ideyası
başqa mətn vasitəsilə çatdırılsa, daha
məqsədəuyğun olar.
Məzmunun işlənməsi baxımından
Səhifə 93.
“Sədaqətli dost” mətni
şagirdlərə artıq 5-ci sinif
“Azərbaycan dili”
dərsliyindən tanışdır. 5-ci
sinif dərsliyində bu mətn
“Bilirdim ki, gələcəksən”
adı ilə təqdim olunmuşdur.
Bu dərslikdə mətnin adı və
forması bir qədər
dəyişdirilsə də, 13-cü
çalışmada mətnin adı 5-ci
sinif dərsliyindəki kimi
“Bilirdim, gələcəksən”
şəklində verilmişdir.
Məzmunun işlənməsi baxımındanSəhifə 126. Tədris materiallarının real həyatla əlaqəli və müqayisəli şəkildə təqdim
olunması standartlardan irəli gələn tələbdir. Dərslikdə ədəbi dil normasının
pozulmasını müşahidə etmək məqsədilə birincidə jarqon və vulqar ifadələrlə zəngin,
ikincidə isə ədəbi dil normalarının gözlənildiyi iki variantlı dialoq müqayisəli şəkildə
təqdim olunmuşdur. Lakin dialoq qoyulmuş məqsədə çatmaq baxımından uğurlu
deyil. Əvvəla, məhz belə informasiyalar (burada konkret olaraq, jarqon, daha çox da
tin-küçə dili) təlim-tərbiyə prosesində insan şəxsiyyətinin inkişaf qanunauyğunluq-
larına ziddir. Belə ki, jarqonlardan bol istifadə ədəbi dil normasının ciddi və kobud
şəkildə pozulması faktıdır. Əslində, şagirdlərin çox hissəsi, xüsusən də əyalətlərdə
yaşayan şagirdlər bu tip danışıq forması ilə tanış deyil. Bu danışıq formasının təlim
prosesində təqdim edilməsi şagirdi ondan uzaqlaşdırmaqdan daha çox onları belə
ifadələrlə tanış edir, hətta belə ifadələrin (“alə, dibil, brat, karoçi, qırıl” və s.) daha
çox işlənməsinə şərait yaradır. Artıq psixolinqvistikada təsbit olunub ki, jarqon
leksikasının özünün ekspressivliyi onların ədəbi dil normaları ilə ciddi bağlı olmayan
ümumxalq danışıq-məişət leksikasına keçməsi üçün imkan yaradır (İ.B. Qolub). Bu
cür mətnlərlə şagirdlərə, xüsusən mənfi vərdişlərə meyilli olanlara özümüzdən asılı
olmayaraq, şüuraltı siqnallar göndərməklə jarqonların yayılmasına səbəb oluruq.
Buna görə də dərsliklərdə ədəbi dillə danışıq-məişət leksikasının müqayisəsi
verilərkən bu məsələyə xüsusi diqqətlə, həssaslıqla yanaşılmalıdır. Yaxşı olardı ki, bu
cür mətnlər dialekt-şivə leksikası ilə ədəbi dil leksikasının müqayisəsi üzərində
qurulsun.
Məzmunun işlənməsi baxımından
Mətndə didaktik, pedaqoji tələblər də nəzərə alınmayıb. Mətnin
məzmunundan aydın olur ki, şagirdi valideynləri zorakılıqla təhsil
almağa göndərir. “Allah haqqı, evdə məni nadayet eliyiblər. Oxu,
oxu ... Lap adamı təkərə salırlar eyy ...”. Bu situasiya şagirdin
istirahət vaxtının əlindən alınmasına dəlalət edən, xoşbəxt və bütöv
şəxsiyyət kimi formalaşmasına əngəl yaradan bir hal kimi nəzərə
çarpır. Unutmayaq ki, şagird biliklərə yiyələnməklə yanaşı,
ləyaqətini dərk edən, özünə inam və hörmət hissi olan bir şəxsiyyət
və vətəndaş kimi formalaşmalıdır. Belə bir sual yaranır: Axşam
şagird niyə dostları ilə görüşüb şəhəri gəzə bilmir? Əsl məsələ də
bundadır.
Dil və yazı üslubu baxımından
Dərslikdə söz ehtiyatını artıracaq nümunələr çox olsa da,
yeni söz və terminlərin izahı MMV və lüğətdə öz əksini tapmır.
Dərslik komplektində izahlı lüğətin olmaması dərsliyin ən qüsurlu
cəhətlərindəndir. Habelə şagirdlər üçün nəzərdə tutulan lüğətlərdə
dərslikdə verilən çətin sözlərin əksəriyyətinin izahı yoxdur.
Dərslik boyu orfoqrafik və üslubi qaydaların pozulması halları var.
Səhifə 26. 4-cü tapşırıqda dilimizdə işlənməyən,
ümumişlək xüsusiyyətini itirən sözlərin (“kolxoz”, “briqadir”)
mənşəyinin araşdırılması tələb olunur. Ümumiyyətlə, dərslikdə
müasir dövrlə bağlı mətnlərin azlığı ətraf aləmin dərk edilməsində
mühüm əhəmiyyət kəsb edən yeni sözlərin də istisnalıq təşkil
etməsinə səbəb olmuşdur. Bu da tələbyönlük prinsipinə ziddir.
Dil və yazı üslubu baxımından
Səhifə 125. Tapşırıq mətni kimi verilən “Bakıda yeni üsul
ilə çöp çıxardan arvad əmələ gəlmişdir. Südəmər uşağın
boğazından şaftalı, balıq gəmiyi, buynuz parçasını asan qayda
ilə çıxarır” mətnli elan, çağdaş işgüzar sənəd nümunəsi ilə əvəz
edilsə, daha məqsədəuyğun olar. Müasir mətnlərə üstünlük
verilməsi həm də şagirdlərin söz ehtiyatını zənginləşdirən amil
kimi əhəmiyyətlidir.
Dizayn və bədii tərtibat baxımından
Dərslikdə vahid dizayn qismən gözlənilmiş, tədris
vahidləri bir-birindən rənglərlə fərqləndirilmişdir. Dərslikdə
olan rəsm və illüstrasiyalar, əsasən, orijinaldır. Lakin rəsm,
illüstrasiya və dizayn bəzən məzmunun səmərəli
mənimsənilməsinə köməklik göstərmir. Məsələn, müxtəlif
tipli çalışmalar hamısı eyni dizayn və eyni rəngdə verilib.
Verilən şəkillərin isə mətnə uyğunluğu və həcm nisbəti
gözlənilməmişdir.
Dizayn və bədii tərtibat baxımından
Səhifə 75. Verilmiş illüstrasiya
(uşağın bataqlıqda boğulmasının
təsviri) məktəbyaşlı uşaqların
psixologiyasına mənfi təsir edə
bilər. Mətndəki pozitiv
hadisələrdən biri canlandırılsa,
daha yaxşı olar. Məsələn, uşağın
fermerə təşəkkürü, yaxud
fermerlə Randolf Çörçilin
qarşılaşma səhnəsi və s.
Tapşırıqların elmi-metodiki uyğunluğu
baxımından
Tapşırıq və çalışmalarda yaş səviyyəsinə uyğunluq qismən
gözlənilmişdir. Tapşırıqlarda rəngarənglik, xüsusən də, yaradıcılıq çox
azdır. Belə ki, çalışmaların əksəriyyəti hazır mətnlər və cümlələr üzrə
gerçəkləşdirilir ki, bu da şagirdlərdə müstəqil və yaradıcı iş
qabiliyyətini inkişaf etdirmir. Nəzəri məlumatlarla praktik tapşırıqlar
arasında mütənasiblik, əsasən, gözlənilmişdir. Düşündürücü-məntiqi
tipli çalışmalar azlıq təşkil edir. Dil qaydaları ilə bağlı çalışmalar
eynitiplidir, bu və ya digər formada bir-birinin təkrarıdır.
Səhifə 12. 15-ci çalışma dərsdəki təlim nəticələrinin heç birinə
uyğun deyil. Eyni zamanda, “Xalqın tarixində əhəmiyyətli rol
oynamış ziyalılarımızı tanıyırıqmı?” cümləsində “tanıyırıqmı” sözü
üslubi cəhətdən qüsurludur.
Tapşırıqların elmi-metodiki uyğunluğu
baxımından
Səhifə 15. 11-ci çalışma (mürəkkəb adların
müəyyənləşdirilməsi, yazılışına diqqət yetirilməsi) dərsdə
reallaşdırılması nəzərdə tutulmuş heç bir alt standarta uyğun
deyil.
Yenə həmin səhifədə “Sizcə, təqdimatımızda lüğətə
məxsus hansı prinsip pozulmuşdur?” sualı və bununla bağlı
görülən işlər dərs üçün seçilmiş heç bir alt standarta uyğun
deyil.
Səhifə 17. 6-cı sual (“Şair ana dilini necə
qiymətləndirir?”) 2-ci sualla (“Şeirdəki əsas fikri müəyyən
edin”) mahiyyətcə təxminən eynidir.
Səhifə 18-də və dərslik boyu sözlərin düzgün tələffüz
qaydalarının göstərilməsi tələb olunur. Nəzərə almaq lazımdır ki, 8-
ci sinif Azərbaycan dili kurikulumunda belə bir alt standart nəzərdə
tutulmayıb. Tələffüz qaydalarını gözləməklə oxumaq bacarığının
formalaşdırılması ibtidai təhsil səviyyəsi və 5-ci sinif üçün 2.2.1.
(Tələffüz qaydalarını gözləməklə mətni düzgün oxuyur) nəzərdə
tutulmuşdur. Eyni alt standartın tələbi 6-cı sinifdə mətndəki əsas
fikri nəzərə çatdırmaq məqsədi ilə mühüm məqamların
vurğulanması ilə, 7-ci sinifdə səs tonu, temp və fasiləni
gözləməklə, 8-ci sinifdə isə söz sırasını, cümlələr və abzaslar
arasında əlaqəni gözləməklə mətnin oxunması bacarıqlarının
formalaşdırılmasıdır.
Tapşırıqların elmi-metodiki uyğunluğu
baxımından
Tapşırıqların elmi-metodiki uyğunluğu
baxımından
Səhifə 32. 17-ci tapşırıqda 8-ci sinif proqramına uyğun
olmayan, alt standartlarda nəzərdə tutulmayan kiçik məqalə
yazmaq tapşırılır.
Səhifə 34. 8-ci tapşırıq (“Mətndəki müraciət
etiketlərini seçib məna növünü müəyyənləşdirin”) dərsin
təlim nəticələrinə uyğun deyil.
Səhifə 38. Yaradıcı tətbiqetmə kimi nəzərdə tutulmuş 5-
ci tapşırığın 1-ci sualı (“Yaşadığınız ərazinin adıyla bağlı
əfsanə mövcuddurmu? Onlar haqqında yoldaşlarınızla
müzakirələr aparın”) məqsədəuyğun deyil, belə ki,
“mövcuddurmu?” sualına sadəcə “mövcud deyil” kimi cavab
verilə bilər. Bu zaman tapşırığın 2-ci hissəsi icra olunmamış qala
bilər.
Tapşırıqların elmi-metodiki uyğunluğu
baxımından
Səhifə 115. Sonuncu mətndaxili sual didaktik baxımdan
qüsurludur, şagirdin yaş səviyyəsinə uyğun deyil: “Siz necə
düşünürsünüz, hansı daha şərəflidir?” (Söhbət “Olum, ya ölüm?”
ifadəsindən gedir).
Səhifə 143. Mətnə aid sonuncu suala (“Sizcə, Ərtoğrula hansı
sənəd verilməli idi?”) cavab tapmaq şagird üçün çox çətindir, belə ki,
arayış haqqında şagirddə ilkin təsəvvür yaradılmamışdır.
Səhifə 144. “Xəyalən Qarabağ bölgəsini səyahətə çıxın. ...
İnşa və esselər yazın, təqdimatlar hazırlayın. Münasib günlərdə
hazırladığınız təqdimatlarla çıxış edin” kimi tövsiyənin dərsliyin
sonunda və ümumi şəkildə verilməsi metodik baxımdan məqsədəuyğun
deyil.
“Müəllim üçün metodik vəsait”in (MMV-nin)
məzmununun işlənməsi baxımından
Müəllim üçün metodik vəsait 160 səhifədən ibarətdir. MMV-də
“Giriş”, “Azərbaycan dili fənni üzrə məzmun standartları”, “Təlim
formaları”, “Azərbaycan dili dərslərində istifadə olunan metod və
üsullar”, “Azərbaycan dili fənni üzrə illik planlaşdırma”, “Şagird
fəaliyyəti və nailiyyətlərinin qiymətləndirilməsinə dair tövsiyələr”, “Cari
planlaşdırmaya nümunələr”, “Ümumiləşdirici təkrarlara nümunələr”,
“Ədəbiyyat siyahısı”, “Mündəricat”, “KSQ nümunələri”, “Şagirdlərin
öyrənmə tərzi” öz əksini tapmışdır.
MMV-də dərslikdə öz əksini tapmış çalışma və tapşırıqların konkret
olaraq, hansı alt standartla bağlı olduğu göstərilməmiş, tapşırıq və çalışmalar
ümumi şəkildə verilmişdir. Bəzi çalışmaların isə hansı alt standartla bağlı
olduğunu müəyyənləşdirmək çətindir. MMV bəzi hallarda müəllimə yardımçı
olmur. Xüsusən 2.1.1. (Tanış olmadığı söz və ifadələrin mənasını müvafiq
qarşılığını tapmaqla şərh edir) və 2.1.2. (Həqiqi və məcazi mənalı söz və
ifadələrin mənasını nümunələrlə şərh edir) alt standartlarının
reallaşdırılmasında MMV müəllimə, demək olar ki, heç bir yol göstərmir.
“Müəllim üçün metodik vəsait”in (MMV-nin)
məzmununun işlənməsi baxımındanAzərbaycan Respublikasında ümumi təhsilin konsepsiyası (milli
kurikulumu) sənədində tələbyönlülük, nəticəyönlülük, şəxsiyyətyönlülük
prinsipləri ilə yanaşı, inteqrativlik prinsipi xüsusi qeyd edilir. Həm
perespektiv planlaşdırma cədvəlində, həm də təlim materialları ilə iş
texnologiyalarının şərhində inteqrasiyaya dair, demək olar ki, heç bir
göstəriş verilməmişdir.
Təlim materiallarının tədrisi ilə bağlı verilən metodik tövsiyələr
ümumi xarakterlidir, az qala bütün dərs boyu təkrarlanır və şablon
xarakter daşıyır.
MMV-də təlim məqsədinin reallaşdırılması ilə bağlı hansı
məsələlərə daha çox diqqət yetirməyin vacibliyi açıqlanmır.
Fəal dərsin bəzi mərhələləri dərs icmallarında əksər hallarda öz
əksini tapmır və ya aydın ifadə edilmir, yaxud da qüsurlu olur (səh.34,
36, 50, 64, 65, 67 və s.).
“Müəllim üçün metodik vəsait”in (MMV-nin)
məzmununun işlənməsi baxımından
Motivasiya mərhələsi bir çox hallarda fəal təlim prinsiplərinə və bu
mərhələnin mahiyyətinə uyğun deyil. Səhifə 33-də motivasiya mərhələsində
müəllim frontal sorğu keçirir (ənənəvi metod), sorğudan əldə olunan nəticə
müəllim tərəfindən ümumiləşdirilir, ismi birləşmələrin növləri haqqında
məlumat verilir. Bu cür motivasiya başqa dərslərdə də təkrar olunur.
MMV-də bir çox hallarda məzmun standartlarından çıxarılan təlim
nəticələri standartın tələbinə uyğun gəlmir, məqsəd və vəzifələri tam ehtiva
etmir, habelə elmi-metodik baxımdan yanlışdır.
Dinləyib-anlama və danışma məzmun xətti danışanı dinləyə bilmək,
onun fikrinə münasibət bildirmək, fikrini inandırıcı şəkildə təqdim etmək,
dinlənilmiş mətndəki informasiyanı çevik qəbul edib onun əsasında aydın və
dəqiq mühakimə yürütmək, qoyulmuş məqsədə və auditoriyanın səviyyəsinə
müvafiq məntiqli, rabitəli və inandırıcı çıxışlar etmək bacarıqlarının
formalaşdırılmasını təmin etməlidir. Lakin vəsaitdə bu məzmun xəttinin 1.1.
(Dinlədiyi fikri anladığını nümayiş etdirir) əsas standartının və ona müvafiq alt
standartların dinləmə ilə bağlı deyil, oxu materialları əsasında reallaşdırılması
nəzərdə tutulur.
“Müəllim üçün metodik vəsait”in (MMV-nin)
məzmununun işlənməsi baxımından
1.1.1. (Suallar verməklə dinlədiyi fakt və hadisələr barədə
özünün fikir və mülahizələri dəqiqləşdirir) alt standartı şagirdin
dinlədiyi fakt və hadisələr barədə özünün fikir və mülahizələrini
suallar verməklə dəqiqləşdirməsini tələb edir. Lakin MMV-də bu alt
standartdan çıxarılan təlim nəticələri alt standartın tələbinə uyğun
deyil: “Dinlədiyi fikirlər barədə mülahizələrini dəqiqləşdirir”
(səh.36,40), “Mətndəki əsas faktları seçir və münasibət bildirir”
(səh.108), “Mətndəki faktlar haqqında fikirləri dəqiqləşdirir”
(səh.115), “Mətndəki əsas faktları seçir və mülahizələrini
dəqiqləşdirir” (səh.130,132), “Dinlədiyi hadisə haqqında
mülahizələrini dəqiqləşdirir” (səh.136).
“Müəllim üçün metodik vəsait”in (MMV-nin)
məzmununun işlənməsi baxımından
1.1.2. (Dinlədiyi fikrin məntiqiliyini əsaslandırır) alt
standartından çıxarılan təlim nəticələri bir çox hallarda standartın
tələbinə uyğun gəlmir: “Mətni məntiqə əsaslanaraq abzaslara
bölür” (səh.24), “Dil haqqında fikirlərini əsaslandırır” (səh.31),
“Fikrini əsaslandırır” (səh.72, 78, 79, 95...), “Mövzu ilə bağlı
fikirlərini əsaslandırır” (səh.44). Bu təlim nəticələrini konkret
mövzu üzrə reallaşdırmaqla bağlı müəllimə heç bir tövsiyə verilmir.
Təlim nəticələri çıxarılarkən çox zaman alt standartın özü bəsit
şəkildə təkrar edilir, bəzən də bir alt standartdan çıxarılan təlim
nəticəsi başqa bir alt standartın tələbini əks etdirir.
“Müəllim üçün metodik vəsait”in (MMV-nin)
məzmununun işlənməsi baxımından1.2.1. (Auditoriyanın səviyyəsinə uyğun ifadə forması seçir) alt
standartının tələbi auditoriyanın səviyyəsinə uyğun ifadə forması
seçməkdir. Bu alt standartın təlim nəticələri çox zaman standarta ya
uyğun gəlmir, ya da standartda tələb olunan bacarığı konkretləşdirmir:
“Fikirlərini yoldaşlarının qəbul edəcəyi formada çatdırır” (səh.20),
“Mətndəki əsas fikri yoldaşlarının anlaya biləcəyi formada nəql
edir” (səh.28), “Sinif yoldaşlarının səviyyəsinə uyğun fikrini izah
edir” (səh.42) “Mətni şagirdlərin başa düşəcəyi şəkildə nəql edir”
(səh.48), “Fikirlərini çatdırmaq üçün uyğun ifadə forması seçir”
(səh.115), “Dialoqu birinci şəxsin dilindən danışır” (səh.142), “Mətni
dialoq şəklində danışır” (səh.150) və s.
1.2.4. (Müzakirələrdə deyilmiş müxtəlif mövqeli fikirləri
ümumiləşdirir) alt standartından çıxarılan təlim nəticələri standartın
tələbini tam şəkildə özündə əks etdirmir, mövzu üzrə konkretləşmir:
“Söylənilən fikirləri ümumiləşdirir” (səh.28, 38, 56, 73), “Deyilən
fikirləri ümumiləşdirir” (səh.58), “Nəticə çıxarmaq üçün fikirləri
ümumiləşdirir” (səh.62), “Sinif yoldaşlarının fikirlərini
ümumiləşdirir” (səh.72).
“Müəllim üçün metodik vəsait”in (MMV-nin)
məzmununun işlənməsi baxımından
2.1.1. (Tanış olmadığı söz və ifadələrin mənasını müvafiq
qarşılığı tapmaqla şərh edir) alt standartından çıxarılan təlim nəticələri
“Yeni sözlərin mənasını tapır” (səh.24), “Sözlərin mənasını
dəqiqləşdirir” (səh.42) alt standartın mahiyyətinə uyğun deyil.
8-ci sinifdə 2.1.2. (Həqiqi və məcazi mənalı söz və ifadələrin
mənasını nümunələrlə şərh edir) alt standartının məqsədi həqiqi və
məcazi mənalı söz və ifadələrin mənasını nümunələrlə şərh etmək
bacarıq və vərdişini formalaşdırmağı nəzərdə tutduğu halda, metodik
vəsaitdə bu məqsədə xidmət etməyən təlim nəticələri verilir. Məsələn,
“Sözlərin mənasını şərh edir” (səh.139), “Sözlərin mənasını
aydınlaşdırır” (səh.92, 142), “Söz və ifadələrin mənasını
aydınlaşdırır” (səh.150) və s. kimi təlim nəticələri alt standartı
konkretləşdirmək, xüsusiləşdirmək, dəqiqləşdirmək əvəzinə onu daha
ümumi şəkildə təkrar edir.
“Müəllim üçün metodik vəsait”in (MMV-nin)
məzmununun işlənməsi baxımından
8-ci sinif səviyyəsi üçün nəzərdə tutulmuş söz sırasını,
cümlələr və abzaslar arasında əlaqəni gözləməklə mətnin oxunmasına
dair bacarıqların yaradılması və inkişaf etdirilməsi kimi önəmli
məqsədə xidmət edən 2.2.1. (Söz sırasını, cümlələr və abzaslar
arasında əlaqəni gözləməklə mətni oxuyur) alt standartının təlim
nəticələri bir çox hallarda təhrif edilir və yaxud alt standarta qismən
uyğun verilir. Məsələn, alt standart oxu prosesində reallaşmalı olduğu
halda, MMV-də təlim nəticəsi belə verilir: “Abzaslar arasında
əlaqəni şərh etməklə mətnin məzmununu danışır” (səh.34),
“Mətndə abzasları müəyyən edir” (səh.79), “Mətni düzgün
oxuyur” (səh.92), “Mətni hissələrə bölüb adlandırır” (səh.88),
“Abzasları müəyyən edir” (səh.148), “Mətni abzaslara ayırır”
(səh.150). Təlim nəticələrindəki yanlışlıq alt standartların
reallaşdırılmasına da imkan yaratmır.
“Müəllim üçün metodik vəsait”in (MMV-nin)
məzmununun işlənməsi baxımından
Beləliklə, MMV-də fənn kurikulumunun tələblərinin
reallaşma mexanizmlərinin şərhi və əsaslandırılması qənaətbəxş
sayıla bilməz. Burada vahidlik prinsipi gözlənilməyib: əksər
mövzuların hər dərsi üçün ayrıca bir saat, bəzisi üçün iki saat, bəzisi
üçün üç saat nəzərdə tutulur. 3-cü kiçik summativ qiymətləndirmənin
(KSQ) vaxtı tələb olunan normadan gec müəyyənləşdirilmişdir
(MMV, səh.10-11). 3-cü bölməyə aid KSQ 2 dəfə aparılır.
Ümumiyyətlə, 2-ci ilə 3-cü KSQ arasında 22 saat vaxt fərqi var. 3-cü
və 4-cü KSQ-lər arasında isə bu fərq 10 saatdır. “Ümumi təhsil
məktəblərində məktəbdaxili qiymətləndirmənin aparılmasına dair
müvəqqəti təlimat”a görə bunlar yolverilməzdir.
İllik planlaşdırmada resurslar bütün dərslər üçün tamamilə
eyni mənbələrdir: dərslik və lüğət, bunlara aid dərs icmallarında isə
nisbətən fərqlidir.
“Müəllim üçün metodik vəsait”in (MMV-nin)
məzmununun işlənməsi baxımından
Nailiyyət səviyyələri üzrə qiymətləndirmə rubrikalarında bəzi
qiymətləndirmə meyarları düzgün deyil və ya göstərilən səviyyəyə
uyğun deyil. Qiymətləndirmə rubrikalarında 1-ci səviyyə üçün
verilən meyarlarda bəzi ifadələr müasir təlim prinsiplərinə ziddir.
Bəllidir ki, 1-ci səviyyə üçün feilin inkar formasında işlədilməsi,
məsələn: “Deyilən fikirləri ümumiləşdirə bilmir” (səh.61), “Söz və
söz birləşmələri arasındakı sintaktik əlaqəni müəyyənləşdirə
bilmir” (səh.61) və s. pedaqoji baxımdan məqbul hesab edilmir.
Ümumiyyətlə, qiymətləndirmə meyarları: mülahizə irəli sürmür,
fikrini məntiqi cəhətdən əsaslandırmağı bacarmır, cümlənin növlərini
fərqləndirməyi bacarmır, yaza bilmir, ...əlavələr edə bilmir,
...müəyyən edə bilmir – metodik cəhətdən doğru deyil. Belə ki,
müasir təlimin məqsədi biliklərlə yanaşı, müəyyən bacarıq və
vərdişləri formalaşdırmaqdır. Şagird adi bir bacarığa yiyələnməyibsə,
deməli, bütövlükdə dərs uğursuz olub.
“Müəllim üçün metodik vəsait”in (MMV-nin)
məzmununun işlənməsi baxımından
Səhifə 32. Dərsdə 4 alt standartın reallaşdırılması nəzərdə
tutulsa da, “Qiymətləndirmə” rubrikasında 3 alt standartın
qiymətləndirilməsi verilmişdir.
Səhifə 24. M.Kazımbəy haqqındakı dinləmə mətni ilə əsas
mövzuya keçid uğursuz alınır. Eyni dərsdə həm dərslikdəki mətn,
həm də dinləmə mətni üzərində iş təşkil olunmalı (dinləmə mətni
kifayət qədər mürəkkəbdir) və müxtəlif tapşırıqlar (1-9) yerinə
yetirilməlidir.
Səhifə 26. 3.1.3. (Mətnin hissələri, abzaslar və cümlələr
arasında əlaqəni gözləməklə yazıya düzəlişlər edir) alt standartının
təlim nəticəsi (“Mətndəki mürəkkəb adlara düzəliş edir”)
standarta uyğun deyil. Belə ki, bu alt standart mətndəki mürəkkəb
adlara deyil, mətnin hissələri, abzaslar və cümlələr arasında əlaqəni
gözləməklə yazıya düzəliş edilməsini tələb edir.
“Müəllim üçün metodik vəsait”in (MMV-nin)
məzmununun işlənməsi baxımından
Səhifə 36. Buradakı icmal “Mədinə xanım Qiyasbəyli”
mətninin üzərində işin davamı kimi nəzərdə tutulduğu halda, bu
mətn üzərində heç bir əməliyyat aparılmır. Gah motivasiya kimi
hər hansı bədii mətn, gah çalışma kimi bədii mətn, gah da digər
çalışma kimi (10-cu tapşırıq) başqa bir mətn təqdim olunur.
Dərsin resurslarında şifahi nitqi müşahidə cədvəli verilir, lakin bu
resursdan istifadə barədə heç bir tövsiyə verilmir.
Burada qiymətləndirmə meyarlarında da ciddi pedaqoji
yanlışlıqlar var: I səviyyə – “Esseni müstəqil yazmağı
bacarmır”, “Söz birləşmələrinin növünü müəyyənləşdirə
bilmir”; II səviyyə – “Essenin xarakterini müəyyənləşdirə
bilmir”; III səviyyə – “Söz birləşmələrinin növünü müəllimin
köməyi ilə müəyyənləşdirə bilir”.
“Müəllim üçün metodik vəsait”in (MMV-nin)
məzmununun işlənməsi baxımından
Səhifə 46. KSQ № 1-də 2-ci və 4-cü suallar eyni
mahiyyətlidir.
5-ci tapşırıq 8-ci sinif üçün nəzərdə tutulmuş şagird
nailiyyətlərinin qiymətləndirilməsi üçün bəsit tapşırıqdır. Belə ki,
mətnin məzmunu ilə bağlı olan “Şah nə üçün köpək saxlayırdı?”
sualının cavabı mətndə açıq şəkildə mövcuddur.
Burada 10 sualdan 9-u test tapşırığıdır. 3-cü tapşırığın D
bəndində belə olmalıdır: “...qoruya bilsin”.
Səhifə 48. 6 alt standart və təlim nəticəsi verilsə də,
qiymətləndirmədə 5-i öz əksini tapmışdır.
Səhifə 50. 4.1.2. (Söz və söz birləşmələrinin sintaktik
vəzifəsini müəyyən edir) alt standartı ilə ondan çıxarılan təlim nəticəsi
(“Söz və söz birləşmələri arasındakı əlaqələri müəyyən edir”)
uyğun deyil.
“Müəllim üçün metodik vəsait”in (MMV-nin)
məzmununun işlənməsi baxımından
Səhifə 53. Mürəkkəb adların yazılışı ilə bağlı 3 cümlə verilir:
“1. “Leyli və Məcnun” operasına baxdım. 2. “Leyli və Məcnun”a
baxdım. 3. “Leyli və Məcnuna” baxdım”. Bunlardan ikincisinin
doğru olduğu vurğulanır. Doğrudur, məqsəd dırnaq içərisində yazılan
mürəkkəb adlara artırılan şəkilçinin yazılış qaydasının öyrədilməsidir,
lakin 1-ci cümlədə də mürəkkəb ad düzgün yazılmışdır.
Dərs müasir təlim texnologiyaları baxımından da qüsurludur,
dərsin mərhələləri bir-birindən fərqləndirilməmişdir.
Səhifə 57. Dərslikdə səhifə 35-də 12-ci və 13-cü tapşırıqların
şagirdlərdə tənqidi təfəkkürün inkişafına xidmət etməsi deyilir. Lakin
bu tapşırıqlar – söz birləşmələrini seçmək, uzlaşma əlaqəsini
müəyyənləşdirmək, uzlaşma əlaqəsində olan sözləri qruplaşdırmaq -
nəzərdə tutulmuş məqsədə xidmət etmir.
“Müəllim üçün metodik vəsait”in (MMV-nin)
məzmununun işlənməsi baxımından
Səhifə 66. Qrup işində 3-cü qrupun tapşırığı, metodik baxımdan
uğursuzdur. Belə ki, 1-ci qrup faktlar seçməli, 2-ci qrup suallar
hazırlamalı, 3-cü qrup isə suallara cavab hazırlamalı (belə çıxır ki,
suallar hazır olanadək 3-cü qrup passiv vəziyyətdə qalır), 4-cü qrup
mətnin leksikası üzərində iş aparmalıdır. Müxtəlif əməliyyatlardan
sonra dialoq tərtib edilməli, sonra da müxtəlif qrammatik tapşırıqlar icra
edilməlidir. Belə dərs müasir təlim prinsiplərinə cavab vermir.
Burada qiymətləndirmə rubrikasında də nöqsan var. 3-cü meyar
pedaqoji baxımdan qüsurlu olmaqla yanaşı, III və IV səviyyələr üçün
eynidir: “Mətn əsasında sualları asanlıqla tərtib edir”.
Səhifə 69. II bölmə üçün müəyyənləşdirilmiş KSQ-də 7-ci
tapşırıq, demək olar ki, 6-cı tapşırığın təkrarıdır.
14-cü test tapşırığında sonuncu cümlədə hansı əlaqənin
olmadığını müəyyənləşdirmək tapşırılır, lakin sözü gedən cümlədə
sintaktik əlaqənin bütün növləri var.
“Müəllim üçün metodik vəsait”in (MMV-nin)
məzmununun işlənməsi baxımından
Səhifə 74. 4-cü səviyyədə müvafiq qiymətləndirmə meyarı
qüsurludur: “Mətndəki məna əlaqəsini izah edərkən
müəyyənləşdirir və oxuyur”.
Səhifə 77. “Səhəng xidmətçiyə nə dedi?” sualı
proqnozlaşdırma üçün məqsədəuyğun deyil.
Səhifə 85. Dərslikdəki 5-ci tapşırığın həm qrup işi kimi tətbiq
olunması, həm də yaradıcı tətbiqetmə - ev tapşırığı kimi verilməsi
tövsiyə olunur. Eyni zamanda tapşırığın xarakterinə uyğun gəlməyən
sərbəst yazı üsulu təklif olunur.
Səhifə 89. Tədqiqat sualı məqsədəuyğun deyil: “Zərflik nəyə
deyilir, nə ilə ifadə olunur?”
Səhifə 91. Motivasiya mərhələsində tədris olunacaq mövzu
ilə bağlı 9-cu tapşırığın icrasının verilməsi məqsədəuyğun deyil.
“Müəllim üçün metodik vəsait”in (MMV-nin)
məzmununun işlənməsi baxımından
Səhifə 94. Dərs üçün nəzərdə tutulmuş 4 alt
standartdan 3-nün təlim nəticəsi yanlışdır: 1.2.1.
(Auditoriyanın səviyyəsinə uyğun ifadə forması seçir) –
“Fikrini anlaşıqlı şəkildə ifadə edir”; 3.1.1. (Mövzuya uyğun
müxtəlif tipli (nəqli, təsviri, mühakimə) mətnlər yazır) və
3.1.3. (Mətnin hissələri, abzaslar və cümlələr arasında əlaqəni
gözləməklə yazıya düzəlişlər edir) (iki alt standartdan bir təlim
nəticəsi çıxarılıb) – “Abzaslar və cümlələr arasında əlaqəni
gözləməklə şəhidlər haqqında yazı yazır”.
“Müəllim üçün metodik vəsait”in (MMV-nin)
məzmununun işlənməsi baxımından
Səhifə 95. Dinləmə
mətninin 2-ci abzasındakı 2-ci
cümlə (“Başına fəlakətlər
gələcəyini duyub çox peşman
olur və hər gün Allaha dua edir
ki, kaş ki Mövlana yanımda
olub mənə kömək edə idi”)
qüsurludur və dünyəvilik
prinsipinə ziddir.
Səhifə 97. Təklif edilən
variant (frontal sorğu) motivasiya
üçün əlverişli deyil. Verilən 2-ci
mətn yarımçıq olduğu üçün fikir
aydın olmur.
“Müəllim üçün metodik vəsait”in (MMV-nin)
məzmununun işlənməsi baxımından
Səhifə 99. Dərslikdə səhifə 91-dəki 6-cı tapşırığın həm
motivasiya, həm də tədqiqatın aparılması mərhələlərinin icra edilməsi
üçün nəzərdə tutulması metodik baxımdan məqbul deyil. 6-cı tapşırıq
yalnız tədqiqat xarakterlidir.
Səhifə 104. KSQ №3-də 1-ci sualın əvvəldə verilməsi
məqsədəuyğun deyil, çünki mətn bərpa olunduqdan sonra ona uyğun
başlıq seçilə bilər.
4-cü test tapşırığı əhəmiyyətsizdir, heç bir bacarığın
yoxlanmasına xidmət edə bilməz. 9-cu sualdakı cümlədə norma
pozuntusu, üslub səhvi var: “Həyətdəki toyuq birdən-birə acıqlı
səslə qaqqıldadı”.
“Müəllim üçün metodik vəsait”in (MMV-nin)
məzmununun işlənməsi baxımından
12-ci test tapşırığında şühudi keçmiş zamanda işlənən feillə
ifadə olunan xəbərin verildiyi bəndin müəyyənləşdirilməsi tələb
edilir. A, C, D, E bəndlərinin hər biri düzgün cavabdır. Bundan başqa,
5-ci-7-ci sinif ana dili proqramlarında keçmiş zaman tədris olunarkən
“şühudi keçmiş zaman şəkilçisi” termininin verilmədiyi və tədris
olunmadığı halda (ümumiyyətlə, hal-hazırda ümumtəhsil
məktəblərində istifadədə olan “Azərbaycan dili” dərsliyində feilin
zamana görə dəyişməsi tədris olunarkən zaman şəkilçilərinin şühudi
və nəqli keçmiş, qəti və qeyri-qəti gələcək zaman bölgüsü verilmir)
(“Azərbaycan dili”, 5-ci sinif üçün dərslik. Bakı: Altun Kitab, 2012,
səh.137.), belə bilik və bacarığın yoxlanaraq qiymətləndirilməsi də
doğru deyil.
“Müəllim üçün metodik vəsait”in (MMV-nin)
məzmununun işlənməsi baxımından
Səhifə 112. Mətnin oxusu təşkil olunmadan, (“Hüseynqulu
Sarabskinin xatirələri”) müqayisəsinin aparılması tapşırılır.
Yalnız bundan sonra mətnin oxunması tövsiyə olunur.
Səhifə 153-154. KSQ №7-də 3-cü sualda “Abzasları
müəyyənləşdirin” deyil, “Buraxılmış abzasları müəyyənləşdirin”
yazılması daha məqsədəuyğundur.
6-cı və 7-ci test tapşırıqlarının cavabı tapılarkən 8-ci test
tapşırığının cavabı da mexaniki şəkildə əldə olunur. 14-cü sual
ümumi səciyyəlidir, konkret verilsə, daha məqsədəuyğun olar.
Kiçik summativ qiymətləndirmələrdə qapalı test
tapşırıqlarının sayı açıq suallarla müqayisədə daha çoxdur. Eyni
nisbətdə verilməsi məqsədəuyğundur.
Diqqətinizə görə təşəkkür
edirik!