8/10/2019 Uzun Həsən - Vikipediya.pdf
http://slidepdf.com/reader/full/uzun-hsn-vikipediyapdf 1/9
25 11 2014 Uzun Həsən - Vikipediya
http://az.wikipedia.org/wiki/Uzun_H%C9%99s%C9%99n 1/9
Uzun Həsən, Həsən bəy Bayandur — Ağqoyunludövlətinin banisi, mənşəcə Oğuz türklərindən olan
sərkərdə və dövlət xadimi.Uca boylu olduğuna görə "Uzun Həsən" ləqəbini almış Həsən bəy
Bayandur 1423-cü ildə anadan olmuşdur. Qara Yuluq Osman Bəyin nəvəsidir. Uzun Həsən
qaraqoyunluların Azərbaycanda hakimiyyətin son qoydu , teymurilərin Azərbaycan haqqında və Fateh
Sultan Mehmetin Şərq haqqında planlarını pozdu . Onun vergi islahatı nəticəsində əkinçilik təsərrüfatında
vəziyyət nisbətən dəyişdi . O, dövləti möhkəmləndirmək üçün nizami ordu yaratdı, odlu silah istehsalına
təsəbbüş etdi və feodalların müqavimətini qırdı. O, Şirvanşahlarla və Ərdəbil hakimliyi ilə dostluq əlaqələriqursa da, Azərbaycanı vahid dövlətin tərkibində birləşdirə bilmədi
Mündəricat [gizlə]
1 Ailəsi
2 Siyasi fəaliyyəti
2.1 Trabzon məsələsi
2.2 Qaraqoyunluların məğlub edilməsi
2.3 Teymurilərin məğlub edilməsi
2.4 Ağqoyunlu imperiyasının yaranması2.5 Uzun Həsənin islahatçılıq fəaliyyəti
2.6 Osmanlı-Ağqoyunlu müharibəsi
2.7 Uzun Həsənin Avropa dövlətləri ilə əlaqələri
2.8 Uzun Həsənin şərq siyasəti
2.9 Gürcüstan, Misir və Suriya yürüşləri
2.10 Uğurlu Məhəmmədin üsyanı
3 Ölümündən sonra
4 Poçt markası üzərində
5 Mənbə
6 İstinadlar
7 Xarici keçidlər
8 Həmçinin bax
Ailəsi [redaktə]
Ata
Əli bəy-Ağqoyunlu bəylinin başçısı olub .
Ana
Sara xatun-Azərbaycanın ilk diplomat qadınıdır .
Qardaşı
Cahangir Mirzə-Uzun Həsən tərəfindən devrilmişdir .
Həyat yoldaşı
Trabzon imperatoru IV İoanın (1429-1458) qızı Dəspinə xatun
Uşaqları
Uğurlu Məhəmməd-Gödək Əhmədin atasıdır .
Maqsud bəy-Rüstəm Bəyin atasıdır .
Zeynal bəy
8/10/2019 Uzun Həsən - Vikipediya.pdf
http://slidepdf.com/reader/full/uzun-hsn-vikipediyapdf 2/9
25 11 2014 Uzun Həsən - Vikipediya
http://az.wikipedia.org/wiki/Uzun_H%C9%99s%C9%99n 2/9
Uzun Həsənin hakimiyyətidövründə Ağqoyunlu dövləti 1453 - 1478
Sultan Xəlil-Ağqoyunlu dövlətinin II hökmdarıdır .
Mirzə Yaqub-Ağqoyunlu dövlətinin III hökmdarıdır, Baysunqurun və Murad Mirzənin atasıdır.
Yusif Mirzə-Məhəmməd Bəy ,Abdul Müzəffər Nur Əlvənd Bəy və Abdul Müzəffər Nur Əhmədin
atasıdır .
Məsih Mirzə
Həlimə xanım
AləmşahbəyimUzun Həsənin başqa məzhəbə və dinlərə etiqad edən əhaliyə qayğısı bu nəhəng və çoxtayfalı ölkədə
sabitləşdirici rol oynayır. O, bacısını Şah İsmayıl Xətainin babasıŞeyx Cüneydə, qızı Aləmşahbəyimi isə
Şeyx Cüneydin oğlu Şeyx Heydər ə ərə vermişdi.
Siyasi f əaliyy əti [redaktə]
Uzun Həsənin uşaqlıq və gənclik illəri barədə heç nə məlum
deyil. Bircə onu ehtimal etmək olar ki, o, yaxşı təhsil almış və
yenicə yaranan Ağqoyunlu dövlətininhərbi təlimlərində iştirak
etmişdir. Uzun Həsən Ağqoyunlu tayfalarını
birləşdirib,Dəclə və Fərat çaylarının yuxarı axarı boyunca
paytaxtı Diyarbəkirdə yerləşən kiçik bir ərazidə öz hakimiyyətini
qurur və o vaxtdan da adı tarixə düşür. Uzun Həsənin sarayında
səfir olmuş Venesiya diplomatı Ambrozio Kontarininin yol
qeydlərində Azərbaycan və Uzun Həsənin özü barədə bir çox
maraqlı məlumatlar var. Uzun Həsən haqqında o yazır: "Uzun
Həsən çox yeyir, az qala fasiləsiz olaraq şərab içir və öz qonaqlarına qulluq etməyi sevir. Onun yanındahəmişə rəqqasələr və müğənnilər olur. Onlar onun əmri ilə oxuyub-oynayırlar. Ümumiyyətlə, o, şən
xasiyyətli, arıq, ucaboy, qırmızısifət bir kişidir və üzündə tatar cizgiləri var."
Trabzon məsələsi [redaktə]
Hər tərəfdən düşmənlərlə əhatə olunmuş bu kiçik dövlətin başçısı öz müttəfiqləriniOsmanlı
imperiyasının Avropaya doğru genişlənməsindən qorxuya düşən qərb dövlətləri arasında axtarır.Uzun
Həsən Osmanlı imperiyası, Venesiya Respublikası,Böyük Moskva Knyazlığı, Qızıl Orda, Polşa, Avstriya,
Macarıstan, Çexiya, Almaniya, Papalıq, Burqundiya, Neopolitan Krallığı, Rodos, Kipr, Qaraman bəyliyi,Misir, Hindistan və başqa dövlətlərlə diplomatik münasibətlər saxlamışdır. Uzun Həsən öz müşavirləri
vasitəsilə bir neçə Avropa ölkəsi ilə ona odlu silah yardımı göstərilməsi barədə danışıqlar aparır. Həmin
yardım Qara dəniz və Aralıq dənizivasitəsilə Uzun Həsənin müttəfiqi, Ağqoyunlu tayfaları ilə qədimdən
əməkdaşlıq edən və Qaraman bəyliyinin qərb sərhədlərində yerləşən yunan Trapezund imperiyası
üzərindən keçib gəlməli idi.
Osmanlılar bunun qarşısını almaq istəyir və 1453-cü ildə Fateh II Mehmettərəfindən Konstantinopol işğal
olunduqdan sonra Trapezund imperiyasını məhv etmək qərarına gəlirlər. Uzun Həsən buna mane olmaq
istəsə də, Osmanlı qoşunlarının Ağqoyunlu ərazisinə müdaxiləsi onu məcbur edir ki, sülh xahişi ilə onlaramüraciət etsin. Osmanlıların Yastıçəmən yaylağında yerləşən düşərgəsinə Uzun Həsənin anası Sara
xatunun başçılığı ilə elçilər yollanır. Sara xatun mahir bir diplomat kimi öz ölkəsindən çox-çox uzaqlarda
da tanınmışdı. O, bu dəfə də öz vəzifəsinin öhdəsindən gəlir – sülh bağlanır. Bu sülhün şərtlərinə görə,
8/10/2019 Uzun Həsən - Vikipediya.pdf
http://slidepdf.com/reader/full/uzun-hsn-vikipediyapdf 3/9
25 11 2014 Uzun Həsən - Vikipediya
http://az.wikipedia.org/wiki/Uzun_H%C9%99s%C9%99n 3/9
Cahanşah Həqiqi
Uzun Həsən osmanlıların Trapezundu işğal etməsinə mane olmamalı, osmanlılar isə onun dövlətinin
ərazisindən çıxmalı idilər.
Uzun Həsəni neytrallaşdırmaq üçün II Mehmet Trapezund üzərinə hücuma keçərkən Sara xatunu və onun
başçılıq etdiyi heyəti də özü ilə götürür. 1461-ci il oktyabrın 26-da Trapezundun mühasirəsi qələbə ilə
nəticələnir. Sara xatun sultanı inandıra bilir ki, Trapezund çarlığının xəzinəsindəki sərvətin bir hissəsi onun
gəlini Dəspinə xatuna çatmalıdır və həmin iri məbləği də götürüb, özü ilə vətənə aparır. Ağqoyunlu
dövləti Qara dənizdən keçən ənənəvi ticarət yolunu itirmiş olur. Bundan sonra osmanlılar Uzun Həsənindigər bir müttəfiqini – Qaraman bəyliyini də tutub, onu faktiki olaraq Aralıq dənizinə çıxışdan da məhrum
edirlər.
Qaraqoyunluların məğlub edilməsi [redaktə]
Osmanlılar Qaraqoyunlu Cahanşah Həqiqini və teymurilərdən
olan Əbu Səidi Uzun Həsənlə mübarizəyə təhrik edirlər.1467-ci
ildə bütün bunların nəticəsində Cahanşah Təbrizdən öz qoşunu
iləDiyarbəkir ə tərəf hərəkət edir. Osmanlı sultanı II Mehmet oğluşahzadə Bayazidi ona köməyə göndərəcəyini vəd edir. Düşmənin
planlarından xəbər tutan Uzun Həsən gözlənilmədən Muş
düzündə onların qarşısına (Muş döyüşü) çıxır. Cahanşah
məğlubiyyətə uğrayıb, geri çəkilir. Uzun Həsən onu təqib edərək,
gecə düşməninƏrzincan yaxınlığındakı düşərgəsinə hücum çəkir.
Qaraqoyunlu ordusunun qalıqları məhv edilir, Cahanşah Həqiqi
öldürülür. Bir müddətdən sonra Uzun Həsən Xoy şəhəri
yaxınlığında Cahanşahın Qaraqoyunlu dövlətini bərpa etmək
etmək istəyən oğlu Həsənəlini də məğlub edir. Uzun Həsən
Cahanşahın başını onun müttəfiqi Əbu Səidə, Həsənəlinin başını
isə sultan II Mehmetə göndərir.
Teymurilərin məğlub edilməsi [redaktə]
Cahanşahın süqutundan sonra teymuri Əbu Səid öz müttəfiqi Həsənəlini müdafiə etmək pərdəsi altında
Azərbaycan üzərinə hücuma keçməyə hazırlaşmışdı. Hətta Sara xatunun sülh şərtləri ilə onun hüzuruna
göndərilməsi də Əbu Səidi bu addımı atmaqdan çəkindirmədi. Keçmiş müttəfiqi şirvanşahın köməyinə bel
bağlayan Əbu Səid Şirvana doğru hərəkət edir. Lakin Şirvanşah Fərrux Yasar Ərdəbil hakimi Şeyx
Heydərlə birlikdə Uzun Həsənin tərəfinə keçir və Əbu Səidin qoşunları tamamilə blokadaya alınır. Orduda
aclıq başlanır. Uzun Həsən Əbu Səidin danışıq təklifini qəbul etmir və gözlənilmədən düşmən qoşununa
hücum çəkib, onu pərən-pərən salır. Bu döyüş tarixə Mahmudabad döyüşü kimi daxil olmuşdur. Əbu Səid
qaçmağa cəhd göstərsə də, onu tutub edam edirlər. Həsənəli isə Uzun Həsənin oğlu Uğurlu Məhəmmədin
əlində ölür.
Ağqoyunlu imperiyasının yaranması [redaktə]
Qaraqoyunlular dövlətisüqut edir, Teymurilər dövləti isə həddən artıq zəifləyir. Uzun Həsən Azərbaycanın
əsasında Qərbi İranın, İraqın, Ermənistanın, Kürdüstanın, Diyarbəkirin, Şərqi Gürcüstanın və digər kiçik
dövlətlərin də daxil olduğu möhtəşəm bir dövlət qurur. Həmin dövlətin paytaxtı isə Azərbaycanın
8/10/2019 Uzun Həsən - Vikipediya.pdf
http://slidepdf.com/reader/full/uzun-hsn-vikipediyapdf 4/9
25 11 2014 Uzun Həsən - Vikipediya
http://az.wikipedia.org/wiki/Uzun_H%C9%99s%C9%99n 4/9
Uzun Həsənin yaratdığı Ağqoyunlu dövlətininsərhədləri
paytaxtı Təbriz olur.
Ağqoyunlu dövlətinin tarixində yeni bir dönəm
başlayır. Artıq onun bir, lakin çox güclü düşməni
qalmışdır,bu, Osmanlı dövlətidir. Onunla
mübarizə aparmaqdan ötrü isə köhnə metodlar
keçmir. Bunun üçün ölkəni iqtisadi cəhətdən
möhkəmləndirmək, ordunu yenidən təşkil etməkvə güclü müttəfiqlər tapmaq lazımdır. Uzun
Həsən özünəməxsus çeviklik və enerji ilə bu
məsələlərin həllinə başlayır. Qeyd etmək lazımdır
ki, o, bundan əvvəl də həmin istiqamətdə
müəyyən işlər görmüşdü. İlk növbədə ölkə iqtisadiyyatının inkişafına təkan vermək üçün Uzun Həsən bir
sıra islahatlar aparır ki, bunlar da öz əksini onun Qanunnaməsində tapmışdır. Sonralar bu toplu "Padşah
Həsənin qanunları" adı ilə məşhurlaşır. Həmin qanunların həyata keçirilməsi nəticəsində vergilərin
yığılması qanuniləşir və sistem şəklini alır, sənətkarlıq və ticarət inkişaf edir. Uzun Həsənin xəzinəsi dolur
və Azərbaycanda möhtəşəm bir mərkəzləşdirilmiş dövlət yaranır.
Ordusunun təkmilləşdirilməsi haqqında çox düşünən Uzun Həsən bu məqsədlə Avropadan mütəxəssislər
çağırır və nizami ordu yaratmaq istəyir. Venesiya və başqa ölkələrdən gəlmiş mütəxəssislər odlu silah
istehsal etmək üçün ona köməklik göstərirlər. Ölkədə top istehsalına başlanılır, topçu kadrlar
hazırlanmasının əsası qoyulur. Lakin lazımi qədər top istehsal etmək Uzun Həsənə müyəssər olmur,
topların qərbdən gətirilməsi işi isə müxtəlif səbəblər üzündən tez-tez pozulur.
Uzun Həsən böyük tikinti işləri də aparır. O, Təbrizdə örtülü Qeysəriyyə bazarını,Nəsriyyə universiteti ilə
birlikdə möhtəşəm məscid və digər ictimai binalar tikdirir. Uzun Həsənin sarayında alimlər məclisi fəaliyyətgöstərir və zəngin kitabxana yaradılır. Kitabxanada çoxlu alim çalışır, onun nəzdindəki emalatxanalarda
isə o dövrün ən görkəmli xəttat və rəssam-miniatürçüləri fəaliyyət göstərirdi. Sonralar, Səfəvi şahlarından
İsmayıl və Təhmasibin zamanında həmin kitabxana genişlənir və daha da zənginləşdirilir. Sarayda saz
çalanlar ansamblı yaradılmışdı ki, buraya da 98 aşıq daxil idi.
Uzun Həsənin parlaq qələbələrindən sonra Ağqoyunlu dövlətinin nüfuzu artır. Uzun Həsən və onun mahir
sərkərdələri olan Məhəmməd Bağır Mirzə, Mirzə Yusif xan, Uğurlu Məhəmməd, Zeynal bəy və
başqalarının adları Azərbaycanın sərhədlərindən də çox-çox uzaqlarda məşhurlaşır. Uzun Həsənin özünü
Əmir Teymur və Makedoniyalı İskəndərlə müqayisə edirlər. Uzun Həsənin müasiri Fəzlullah ibn-Ruzbihan
Xunci yazırdı:
"Xaqan əl-afaq, sahib-qıran, muin əl-xilafə vəs-səltənə Əbu-nəsr Həsən Bahadır xan
Qaraqoyunluların cahan şahlığına son qoydu. Onlar dünyanın hakimiyyət düzündə alaq
otları idi. O, Cahan şahın xəzinə alovundan şam yandırmaq istəyən oğlu Həsən Əliyə
ölüm şərbətini daddırdı. Uzaq Otrar və Kaşğar vilayətlərindən yüz min döyüşçü ilə
Qarabağ üzərinə hücuma gələn teymuri sultan Əbu Səidin yasəmən bağını qara bağa
döndərdi. Beləliklə, cəmisi bir neçə il ərzində o, öz hakimiyyətinin sərhədlərini Fəratdan
Amu-Dəryaya və Rumdan Ümman adalarına qədər genişləndirdi. Onun atlarınınayaqları altında gürcülərin torpaqları dəfələrlə tapdandı. O, öz bayrağını Ruma və
Suriyaya qədər apardı. O, sərhədyanı torpaqlarını və yolları qoruyub müdafiə etdi və
bununla da İslamın rəmzlərinə yeni can verdi. O, çox böyük səxavət göstərib, 400-dən
8/10/2019 Uzun Həsən - Vikipediya.pdf
http://slidepdf.com/reader/full/uzun-hsn-vikipediyapdf 5/9
25 11 2014 Uzun Həsən - Vikipediya
http://az.wikipedia.org/wiki/Uzun_H%C9%99s%C9%99n 5/9
artıq dini xeyriyyə idarəsi (zaviyə və ribat və xanəgah) yaratdı..."
Uzun Həsənin islahatçılıq fəaliyyəti [redaktə]
Uzun Həsən hərbi-tayfa əyanlarının separatizmini zəiflətmək, ərazicə geniş olan dövlətini gücləndirmək
üçün bəzi maliyyə və inzibati islahatlar həyata keçirməyə təşəbbüs göstərirdi.
Qaynaqlarda Uzun Həsənin islahatçılıq fəaliyyəti haqqında müfəssəl məlumat verilməmişdir. Onun tərtibetdiyi "Qanunnamə" nin mətni bizə gəlib çatmamışdırsa da, islahatlar haqqında salnaməçilərin "Həsən
padşah qanunları" və ya "Dəsturi-Həsən bəy" adlandırdıqları qanunlar barədəki cüzi məlumatlarına
əsasən mühakimə yürütmək mümkündür. Ağqoyunlular dövlətinin Osmanlı imperiyası tərkibinə qatılan
(Diyarbəkir, Mardin, Urfa, Ərzincan, Xarput və s.) qərb ərazilərinə aid olan bəzi sənədlər Türkiyə
arxivlərində saxlanılır. Bu mənbələr Ağqoyunlu dövlətinin vilayətlərində feodal münasibətlərini araşdırmaq
baxımından əhəmiyyətlidir. Uzun Həsənin islahatının ümumi xarakteri haqqında "Tarix əl-Qiyasi" də
deyilir:
"Uzun Həsən ədalətli və xeyirxah idi. O, bütün dövləti ərazisində tamğanı ləğv etmək
istəyirdi. Lakin əmirləri onunla razılaşmadılar. Sultan tamğanı yarıbayarı azaldaraq
iyirmidə bir dirhəmə çatdırmışdı... O, bütün ölkədə yığılan vergilərin həcmini
dəqiqləşdirdi. Uzun Həsən əhali arasındakı mübahisə və şikayətlərə aid "Qanunnamə"
də tərtib etdirmişdi. O, günahkarları sərt şəkildə cəzalandırmağı tələb edirdi. Sultan
"Qanunnamə'ni icra edilmək üçün dövlətin bütün vilayətlərinə göndərmişdi".
Uzun Həsənin tamğanı ləğv etmək cəhdi zəngin gəlir mənbəyini itirmək istəməyən əmirlərin güclü
müqaviməti ilə qarşılaşdı. Buna baxmayaraq, tamğa məhsulun dəyərinin 5 faizi həcmində (yəni 1/20)
alınmağa başlandı. Buradan belə bir nəticəyə gəlmək olar ki, islahata qədərki dövrdə həmin vergi 1/10
həcmində alınmırdı. Digər vergilərin də həcmi dəqiqləşdirildi. Məsələn, torpaq vergisi azaldılaraq
məhsulun həcminin 1/6-i qədər oldu.
Uzun Həsən feodal özbaşınalığını məhdudlaşdırmaq və vergilərin yığılması zamanı sui-istifadə hallarını
aradan qaldırmaqla iqtisadiyyatın inkişafına təkan verdi.
Osmanlı-Ağqoyunlu müharibəsi [redaktə]
Avropa Uzun Həsənə böyük ümidlər bəsləyirdi. İndi yalnız o, Osmanlı imperiyasının fikrini yayındıra və
onu Avropaya doğru irəliləməkdən saxlaya bilərdi. Professor Yaqub Mahmudovun Ağqoyunlular və
Səfəvilər dövlətlərinin qərbi Avropa ilə münasibətlərə həsr etdiyi samballı elmi araşdırmasında da
göstərdiyi kimi, bu dövrdə Uzun Həsən Venesiya Respublikası, Böyük Moskva Knyazlığı,Qızıl
Orda, Polşa, Avstriya, Macarıstan,Çexiya, Almaniya, Vatikan, Burqundiya,Neopolitan
Krallığı, Rodos, Kipr , Qaraman bəyliyi, Misir , Hindistan və başqa dövlətlərlə diplomatik münasibətlər
saxlayırdı.
Ağqoyunlu dövlətinin Venesiya Respublikası ilə diplomatik münasibətlərinə dair materiallar daha yaxşı
qorunmuşdur. Bu ölkə Uzun Həsənin sarayında daim səfirlər saxlamış, müxtəlif vaxtlarda Katerina Zeno,
Barbaro və Ambrozio Kontarini burada elçi olmuşlar. Venesiya Senatı öz iclaslarında tez-tez Uzun
Həsənin Osmanlı imperiyasına qarşı mübarizəyə cəlb olunması məsələlərini müzakirə edirdi. Uzun Həsən
8/10/2019 Uzun Həsən - Vikipediya.pdf
http://slidepdf.com/reader/full/uzun-hsn-vikipediyapdf 6/9
25 11 2014 Uzun Həsən - Vikipediya
http://az.wikipedia.org/wiki/Uzun_H%C9%99s%C9%99n 6/9
Fateh Sultan Mehmet
Qara və Aralıq dənizlərinə çıxış qazanmaq uğrunda mübarizəyə
hazırdır, lakin onun şərtləri də var. O, tələb edir ki, odlu silahla
tə'min edilsin və hər iki ölkə hərbi əməliyyatlara eyni vaxtda
başlasın. Venesiya tərəfi ilə əldə olunmuş razılıq əsasında odlu
silah yardımını Qaraman bəyliyi ərazisindən həyata keçirilməlidir.
Lakin sultan II Mehmethadisələri qabaqlayaraq, Qaraman
bəyliyinin qalan yerlərini da işğal edir və Uzun Həsənin Qərbi Avropa ilə əlaqələrini tamamilə kəsir. Uzun Həsən də bunun
cavabında 1472-ci ilin baharında öz
qoşunlarını Qaramana yeridir. Bir neçə parlaq qələbə
qazandıqdan sonra məşhur Ağqoyunlu süvariləri Qaramanı
osmanlılardan təmizləyərək, Aralıq dənizinə çıxış əldə edir. Lakin
təəssüf ki, Uzun Həsənin cəhdləri boşa çıxır. Müttəfiqlər nəinki
ikinci cəbhəni açmır, hətta razılaşdıqları kimi, odlu silahı sahilə də
çıxarmırlar.
Sərkərdə Mirzə Yusif xanın başçılıq etdiyi arxa cəbhədən
aralanmış Ağqoyunlu qoşunları sultan II Mehmetin buraya atdığı yeni və artilleriya ilə təchiz olunmuş
güclü Osmanlı ordusu ilə üz-üzə qalır. Bəyşəhər yaxınlığındakı döyüşdə Ağqoyunlu ordusu məğlubiyyətə
uğrayır və Qaraman yenidən osmanlıların əlinə keçir.
Lakin Qaraman tayfa başçılarından olan Pir Əhməd və Qasım yeni hücumlara keçən sultan qoşunları ilə
daha ciddi vuruşmaq məqsədilə Uzun Həsənə müraciət edərək ondan kömək istədilər. Uzun Həsən Pir
Əhməd və Qasım ilə ittifaq yaratdı, sultanla döyüşə hazırlaşmağa başladı. Kiçik Asiyada Toqat adlanan
yerdə ağır döyüşlər baş verdi. Qeysəriyyə şəhəri ətrafında və Kiçik Asiyanın digər yerlərində
Ağqoyunluların qaramanlılarla birləşmiş qüvvələri sultan qoşununa güclü zərbə vura bildilər. Ağqoyunlu
qüvvələrinin bu qələbələri II Mehmedi qorxuya saldı. 1472-ci il avqustun 18-də Konya yaxınlığında II
Mehmedin oğlu Mustafanın başçılıq etdiyi sultan qoşunları ilə baş vermiş döyüşlərdə Ağqoyunlu qüvvələri
məğlub oldular. Ağqoyunlu sərkərdələrindən olan Uzun Həsənin oğlu Yusif Mirzə digər iki qardaşı ilə
birlikdə əsir alındı və edam edildi.
1473-cü ilin ortalarında Venesiya ilə odlu silah təminatı barədə yeni razılığa gələn Uzun Həsən
qoşunlarını təzədən Aralıq dənizi sahillərinə yeridir. Bu dəfə II Mehmet Ağqoyunluları yolda qarşılayır.
Uzun Həsən düşməni Ağqoyunlu süvariləri üçün daha münasib bir yerə gətirmək məqsədilə ölkənin
içərilərinə doğru irəliləyir. Osmanlılar ehtiyatla onu təqib edirlər. Uzun Həsən Fərat çayının sol sahilinə
çıxır, osmanlılar isə cənuba dönərək, sağ sahillə hərəkət edirlər. Uzun müddət heç biri çayı keçməyə cürət
etmir. Nəhayət, avqustun 1-də Malatya yaxınlığında çoxdan gözlənilən döyüş başlayır. Ağqoyunlu qoşunu
düşməni aldatmaq məqsədilə bir az geriyə çəkildi. Bu hərəkəti zəiflik sanan Xasmuradın qüvvələri
mühasirəyə alındılar, Uzun Həsən qalib gəldi, Osmanlı sərkərdəsi isə həmin döyüşdə öldürüldü.Bu gərgin
döyüş üç saata qədər davam edir və Uzun Həsənin tam qələbəsi ilə başa çatır. Təxminən 50 min osmanlı
əskəri halak olur, 150 zabit və 35 nəfər yüksək səviyyəli sərkərdə isə əsir düşür. II Mehmet sülh
müqaviləsi bağlamağı təklif etsə də, Uzun Həsən hərbi əməliyyatları davam etdirmək qərarına gəlir.Osmanlıların qüvvələri tükənməmiş Fərat çayının sağ sahilləri ilə geri çəkilirlər.
Bu döyüşdən on gün sonra Uzun Həsənin öz qüvvələrinə arxayın olan sərkərdələri onu inandırıb, çayı
keçmək və osmanlıları biryolluq əzmək
8/10/2019 Uzun Həsən - Vikipediya.pdf
http://slidepdf.com/reader/full/uzun-hsn-vikipediyapdf 7/9
25 11 2014 Uzun Həsən - Vikipediya
http://az.wikipedia.org/wiki/Uzun_H%C9%99s%C9%99n 7/9
Otluqbeli döyüşü
fikrinə gətirirlər. Əvvəl-əvvəl osmanlıları
mühasirəyə alaraq, artilleriyadan istifadə
etməyə imkan verməmək onlara müyəssər
olur. Osmanlılar mühasirəyə alınıblar və
məğlubiyyət ərəfəsindədirlər. Son anda isə
onlar hiyləgər bir manevr edərək,
mühasirədən çıxır və artilleriyalarını işəsalaraq, təqribən 8 saat davam edən döyüşü
udurlar. Bu döyüş tarixə Otluqbeli
vuruşu kimi daxil olub. Həmin qələbə
osmanlılara elə ağır başa gəlir ki, sultan
hərbi əməliyyatları davam etdirmədən və
hətta Ağqoyunlulara qarşı heç bir ərazi
iddiası irəli sürmədən tez-tələsik İstanbula yola düşür.
Uzun Həsən yenə də ona vəd olunmuş silahları alıb, ordusunu lazımınca silahlandıra bilmir. Bu problemi
heç onun oğlanları və nəvəsi Şah İsmayıl da həll edə bilmir. Şah İsmayılın Çaldıran döyüşündə məğlub
olmasının əsas səbəbi də türklərin artilleriyaya sahib olmaları idi.
Osmanlılar əleyhinə ittifaqa daxil olmuş Avropa dövlətlərinin mənafeyi də bir-biri ilə toqquşduğu üçün bu
ittifaq Uzun Həsənə kömək edə bilmədi. Ağqoyunlu qoşununun məğlubiyyətinin əsas səbəblərindən biri
də Uzun Həsənin osmanlılara qarşı mübarizə aparmaqda olan Misir və Suriya qüvvələrindən istifadə edə
bilməməsi ilə izah olunmalıdır. O, hətta Ağqoyunlu dövləti ilə iqtisadi, siyasi və diplomatik əlaqə saxlayan
qonşu Gürcüstanla osmanlılar əleyhinə ittifaq yarada bilmədi.
Venesiya elçisi Ambrozio Kontarini Uzun Həsənin ordusundakı silahlar barədə yazırdı: "Uzun Həsənindöyüşçüləri ox, yay, qılınc və ipəkdən, yaxud da məftildən düzəldilmiş kiçik qalxanlarla silahlanır. Onlar
nizədən istifadə etmirlər. Seçmə döyüşçülərə yaxşı dəbilqələr və mizraqlar verilir. Onların atları isə
olduqca gözəl və dözümlüdür."
Uzun Həsən belə kasıbyana texniki təchizatla yaxşı silahlanmış və artilleriyaya sahib olan türklərə qalib
gələ bilməyəcəyini anladığı üçün döyüşü həmişə elə qurmağa çalışır ki, həlledici rolu onun cəngavər
süvariləri oynasın. Yetərincə odlu silahı olmayan və yeniləşməsi başa çatmayan bir ordunun qazandığı
qələbələr Uzun Həsənin sərkərdəlik məharəti və hərbi ehtiyatlardan lazımınca istifadə etmək bacarığı
sayəsində əldə edilirdi.
Uzun Həsənin Avropa dövlətləri ilə əlaqələri [redaktə]
Məğlub olduqdan sonra da Uzun Həsən türklər əleyhinə yaradılmış koalisiyanın daha da
möhkəmləndirilməsi uğrunda fəal siyasi mübarizəyə qoşulur. Onun sarayında yenə də Avropa
ölkələrindən gəlmiş elçiləri tez-tez görmək olar. O, türklərə qarşı yeni hərbi əməliyyatlara başlayacağını
bildirir və müttəfiqlərini də buna çağırır.
1471-ci ildə İosafat Barbaronun başçılığı ilə Azərbaycana yola düşmüş Venetsiya səfarəti (elçilik heyəti)
üç ildən sonra (1474-cü ilin əvvəllərində) Uzun Həsənin qərargahına gəlib çatdı. Lakin Uzun Həsən onuhörmətlə qarşılamadı. Katerino Zeno vasitəsilə bağlanmış müqavilə əsasında Venesiya Respublikası öz
vədinə əməl etməmişdi və buna görə də Uzun Həsən İosafat Barbaro ilə yeni danışığa girmək istəmədi.
Barbaronun nəticə əldə edə bilmədiyini anlayan Venetsiya senatı Ambroco Kontarinini fövqəladə səfir kimi
8/10/2019 Uzun Həsən - Vikipediya.pdf
http://slidepdf.com/reader/full/uzun-hsn-vikipediyapdf 8/9
25 11 2014 Uzun Həsən - Vikipediya
http://az.wikipedia.org/wiki/Uzun_H%C9%99s%C9%99n 8/9
Uzun Həsənin yanına yola saldı. Kontarinin heyəti Almaniya, Polşa, Moskva dövlətləri və Krımdan
keçərək beş ay yol qət etdikdən sonra, 1474-cü il avqustun 4-də Təbrizə çatdı. O, Təbrizə yetişərkən
Uzun Həsənin oğlu Uğurlu Məhəmməd Ağqoyunlu dövlətinə qarşı qiyam qaldırmışdı. 1474-cü il
sentyabrın 5-də Venesiya Respublikası tərəfindən Azərbaycana müəyyən tapşırıqla göndərilmiş
Bartolomeo Liompardo da Təbrizə gəldi. Kontarini Təbrizdə rast gəldiyi ağır vəziyyət haqqında topladığı
məlumatı Liompardo vasitəsilə Venesiyaya göndərdi. Sonra o, Uzun Həsənin olduğu İsfahan şəhərinə
tərəf yollandı və ay yarımdan sonra oraya çatdı. O vaxtlar Barbaro da İsfahana gəlmişdi. Uzun Həsən1474-cü il noyabrın 4-də Venesiya elçilərinin hər ikisini öz sarayına çağırdı və onları qəbul etdi. Uzun
Həsən Ağqoyunlu dövlətinə tabe edilmiş ucqar yerlərdə, xüsusilə İsfahanda yaranmış qarışıqlığı aradan
qaldırdıqdan sonra 1474-cü il noyabrın 25-də Azərbaycana qayıtdı. Venesiya səfirləri də onunla bərabər
yola düşdülər. 1475-ci il mayın 30-da Təbriz yaxınlığında boloniyalı Fiqaro Lodoviko adlı bir katolik rahibi
Uzun Həsənin sarayına gəldi. Rahib özünün Antioxiya baş ruhanisi olduğunu və Burqundiya hersoqluğu
tərəfindən səfir kimi gəldiyini söylədi. Ertəsi gün Uzun Həsən Lodo-vikonu Kontarini və Barbaro ilə birlikdə
öz yanına çağırdı. O, öz məqsədini təfsilatı ilə Uzun Həsənə bildirdi və iki tərəf arasında başlanmış
danışıqlar müəyyən razılaşma ilə bitdi. 1475-ci il iyunun 11-də Uzun Həsən Təbrizə gəldi. O, bir neçə dəfə
Venesiya və Burqundiya səfirlərini qəbul etdi. Uzun Həsən osmanlılara qarşı çıxış etmək barədə onlarla
danışıq apardı və baş verə biləcək Osmanlı basqınlarından müdafiə üçün hazırlıq işləri görməyə başladı.
Kontarini yazır: "Padşah səfir-rahibə Fransaya qayıtmasım təklif etdi. Qeyd etdi ki, mən öz vədimə
vəfalıyam, osmanlılara qarşı müharibə edəcəyəm və hazırda müharibə tədarükü ilə məşğulam. Sonra isə
məni də öz yanına çağırıb dedi: "Venesiyaya qayıt və bu rahiblə birlikdə öz padşahının nəzərinə çatdır ki,
mən müharibəyə hazırlıq işləri ilə məşğulam. O, müharibəni baçlasın və bu haqda bütün xristian
hakimlərinə xəbər versin..." Yola düşməzdən bir gün əvvəl yenə də Uzun Həsənin sarayına getmişdik.
Moskva dövləti tərəfindən də Uzun Həsənin yanına Marko Rosso adlı səfir gəlmişdi. Həmin gün padşahın
yanında iki nəfər yerli əyan var idi. Padşah onların birini Moskvaya, digərini isə Bur-qundiyaya səfir göndərmək istəyirdi. Padşah Burqundiya səfirinə və mənə sözlərini xristian hakimlərinə yetirməyi tapşırdı".
Uzun Həsənin şərq siyasəti [redaktə]
Uzun Həsən Ağqoyunlu dövlətinin qərb sərhədlərində böyük müvəffəqiyyət əldə edə bilmədi, lakin Şərq
tərəfdə vəziyyəti yaxşılaşdırmağa nail oldu. O, İranda gedən feodal müharibəsindən məharətlə istifadə
edərək, əvvəlcə Cahanşaha (1467), sonra isə Muğanda Teymuri Əbu Səidə (1469) qalib gəlmiş, nəticədə
Xorasan, Gilan və Mazandarandan başqa bütün İranı öz hakimiyyəti altında saxlaya bilmişdi. Sultan Əbu
Səidin ölümündən sonra Teymuri şahzadələri arasında taxt-tac uğrunda başlamış mübarizədə UzunHəsən Şahruxun varisi olan Yadigar Məhəmmədi müdafiə edirdi. O zaman Teymurilərin əsas qüvvələri
Xorasanda idi, buna görə də Uzun Həsən buraya zərbə endirə bilmədi və Xorasan vilayəti Teymurilərin
əlində qaldı.Xorasanda Sultan Hüseyn Bayqara tərəfindən məğlub edilmiş Yadigar Məhəmməd Uzun
Həsənə müraciət etdi və ondan kömək istədi. Bu xahiş müqabilində Uzun Həsən Xorasana böyük qüvvə
göndərərək, onu yenidən Heratda taxta çıxardı. Lakin Ağqoyunlu qoşunu Xorasandan qayıdan kimi Sultan
Hüseyn Bayqara hakimiyyəti yenidən ələ keçirdi və Yadigar Məhəmmədi edam etdirdi. Xorasan 36 il
Sultan Hüseyn Bayqaranın hakimiyyəti altında qaldı. Beləliklə, Uzun Həsənin Yadigar Məhəmmədi taxta
çıxarmaqla Xorasanı öz təsiri altına almaq cəhdi müvəffəqiyyətsizliyə uğradı.
Gürcüstan, Misir və Suriya yürüşləri [redaktə]
Uzun Həsən feodal pərakəndəliyindən istifadə edərək Gürcüstanı öz hakimiyyəti altına salmaq üçün
8/10/2019 Uzun Həsən - Vikipediya.pdf
http://slidepdf.com/reader/full/uzun-hsn-vikipediyapdf 9/9
25 11 2014 Uzun Həsən - Vikipediya
http://az wikipedia org/wiki/Uzun H%C9%99s%C9%99n 9/9
cəhdlər etmişdi (1458, 1463, 1466, 1472 və 1475-ci illər). 1472-ci ildə Gürcüstana qarşı yürüş isə
Ağqoyunluların osmanlılarla az sonra edəcəyi müharibəyə hazırlıq kimi düşünülmüşdü. Uzun Həsən
asanlıqla qazanılmış qələbələrlə əsgərlərin döyüş ruhunu yüksəltmək istəmiş, onların müəyyən qədər
qənimət əldə etməsinə şərait yaratmışdı.
Uzun Həsən müxtəlif illərdə(1462, 1464, 1472, 1475) Misir və Suriya məmlüklərinə qarşı da yürüş təşkil
etmişdi.
1477-ci ildə Uzun Həsən özünün son yürüşünə – Gürcüstan üzərinə yürüşə gedir. Oradan zəngin qənimət
və 5 min nəfərlik əsirlə qayıdır. Həmin əsirləri də öz yaxınlarına paylayır. Beləliklə, Uzun Həsən Şərqi
Gürcüstanı ələ keçirir .
Uğurlu Məhəmmədin üsyanı [redaktə]
Uzun Həsənin oğlu, istedadlı sərkərdə və qalibiyyətli yürüşlərin iştirakçısı olan Uğurlu Məhəmməd atasına
qarşı qiyam qaldırır. Kontarini özünün "Səyahətnamə"sində yazmışdı:
"Təbrizə yetişdikdən sonra bir karvansaraya düşdük. Küçələrdə bərk çaxnaşma vardı.
Məlum oldu ki, Uzun Həsənin oğlu Məhəmməd Şirazı tutub öz qayınanasına vermiş,
Uzun Həsən də onu dəf etmək üçün Şiraz səmtinə qoşun göndərmişdir. Uğurlu
Məhəmmədin tərəfdarlarından biri öz dəstəsi ilə Təbrizə qədər gələ bilmişdi. Təbrizdən
hərəkət edib padşah ordusu olan yerə getmək istədim. Lakin gördüm ki, bu çox çətindir.
Ona görə də həmin karvansarada qalmağa məcbur oldum. Karvansara sahibi də
müvəqqəti olaraq çıxmağımı məsləhət görmədi. Bu zaman Uzun Həsənin oğlanlarından
biri (Maqsud bəy) min nəfər atlı ilə Təbrizə, atasının köməyinə gəldi. Mən də xeyli
zəhmətdən sonra onunla görüşə bildim və gətirdiyim hədiyyələri verdim. Uzun Həsəninyanına getmək üçün məni minik vasitəsi ilə təmin etməsini ondan xahiş etdim. Maqsud
bəy hədiyyələri qəbul etdi, lakin başqa sözlərimə əhəmiyyət vermədi. Şəhərin vəziyyəti
çox pis idi. Maqsud bəy qoşun hazırlamaq üçün camaatdan pul tələb edirdi. Lakin
camaat onun bu tələbini rədd etdi və dükan-bazarı bağladı. Çörək, su tapılmadı".
Uğurlu Məhəmməd qardaşı Sultan Xəlil tərəfindən təqib olunduqdan sonra isə Türkiyəyə qaçır. Sultan II
Mehmet orada onu ədəb-ərkanla qəbul edir və öz qızı Kövhərxan sultanı da ona ərə verir.Fateh Sultan
Mehmet onu Sivasa hakim təyin edir . Uğurlu Məhəmməd atasına qarşı mübarizəsini davam etdirir, lakinonu tezliklə tutub edam edirlər. Bundan az sonra 1478-ci ilin 5 yanvarında Uzun Həsənin özü də həyatla
vidalaşır. Onu özünün tikdirdiyi Nəsriyyə məscid kompleksində dəfn edirlər. Bundan sonra həmin məscid
"Həsən padşahın məscidi" adlanır.
Ölümündən sonra [redaktə]
Təəssüf ki, Uzun Həsənin varisləri onun yaratdığı nəhəng imperiyanın qüdrətini qoruyub saxlaya bilmirlər.
Daxili çəkişmələr ölkəni zəiflədir və 1499-cu ildə dövlət iki yerə
parçalanır. Azərbaycan və Ermənistana Əlvənd Mirzə Ağqoyunlu, İraq və Farsa isə Murad Padşah Ağqoyunlu hökmranlıq edir. 1501 -ci ildə Şah İsmayıl Əlvənd Mirzənin, 1503-cü ildə isə Murad Padşahın
qoşunlarını darmadağın edir və bununla da Ağqoyunlu dövlətinin mövcudluğuna son qoyulur.