16
Şəki rayonu İncə –Zunud kənd tam orta məktəbinin Azərbaycan dili və Ədəbiyyat müəllimi Kərimova Almazın Azərbaycan dili fənnindən keçirdiyi açıq dərs

Kirımova almaz

Embed Size (px)

Citation preview

Page 1: Kirımova almaz

Şəki rayonu İncə –Zunud kənd tam orta məktəbinin Azərbaycan

dili və Ədəbiyyat müəllimi Kərimova Almazın Azərbaycan dili

fənnindən keçirdiyi açıq dərs

Page 2: Kirımova almaz

Fənn- Azərbaycan dili Tarix-15.08.2014Sinif-6Dərsin mövzusu- isimin hallarıStandart-1.2.4Məqsəd-Isimin hallarını hər bir halın özunəməxsus

sualları olduğunu şagirdlərə mənimsədilməsiİş forması-qruplarla işİş üsulu-beyin həmləsi,əqli hücumResurs- dərslik,metodik vəsaitTəchizat- komputer,disk,iş vərəqləri,flomaster

Page 3: Kirımova almaz

Fəndaxili inteqrasiya. Dərsin tipi- induktivDərsin gedişi- Sinifin təşkili,

davamiyyətin yoxlanilması, jurnalın yazılması

Page 4: Kirımova almaz

Arzular insanı yaşamağa ruhlandırır.İnsan arzuların qanadında yaşayır.İnsan arzulara doğru can atır.İnsan arzuları ilə qanadlanırİnsanın arzularında qəlbinin hissi gizlənir.İnsanın arzularından həyat eşqi yaranır.

Page 5: Kirımova almaz

Cümlələrdəki fərqləndirilmiş sözlərə sual verin.

Həmin sözlər cümlədə nə cür dəyişir?

Arzu sözü cümlədə sözlərlə nə cür əlaqəyə girir?

Page 6: Kirımova almaz

Isim hallanarkən hansı fonetik dəyişikliklərə məruz qalır?

Page 7: Kirımova almaz

Şagirdləri qruplara bölmək üçün oyun keçirilir. Müəllim sinifdən dörd yaxsı oxuyan şagirdi seçir və onları lovhəyə çağırır. Hər şagirdə öz qruplarını yaratmaq tapşırılır. Beləliklə dörd qrup yaradılır. Günəs qrupu, Alov qrupu, Umid qrupu, Səma qrupu yaradılır.

Page 8: Kirımova almaz

1. Adlıq yiyəlik hal haqqında. Yiyəlik halda q- ğ əvəzlənməsi, k-y əvəzlənməsinə aid nümunələr göstərin. Məsələn ; yarpaq- yarpağın,külək-küləyin

Page 9: Kirımova almaz

1. İsmin yönlük və təsirlik halları haqqında. Təsirlik halda q-ğ əvəzlənməsi k-y əvəzlənməsi haqqında nümunələr göstərin. Məsələn: otaq-otağı, mələk –mələyi

Page 10: Kirımova almaz

1.İsmin yerlik və çıxışlıq halları haqqında nümunələr göstərin. Məsələn- ağacda, ağacdan

Page 11: Kirımova almaz

İsmin hallarının cümlədə rolu haqqında

Page 12: Kirımova almaz

Şagirdlər qrup tapşırıqlarını hazırladıqdan sora qrup liderləri tərəfindən təqdimat edilir.Təqdimat zamanı şagirdlər və müəllim tapşırıqlardakı düzgün və yalnış fikirlərə öz münasibətlərini bildirirlər.

Page 13: Kirımova almaz

Qruplar təqdimatı yekunlaşdırdıqdan sonra mövzunu möhkəmləndirmək məqsədi ilə qısaca izahat verirəm. Qeyd edirəmki ismin iki halı, yiyəlik ve təsirlik hallari müəyyənlik və qeyri- müəyyənlik bildirir. Qeyri- müəyyən olduqda hər ikisi nə sualına cavab verir. Qeyri-müəyyən yiyəlik halın cümlədə sintaktik rolu ikinci növ təyini söz birləşməsinin birinci tərəfi olmaqdı. Məsələn ; dağ havası, kənd həyatı, bulaq suyu. Qeyri-müəyyən təsirlik halın isə cümlədə sintaktik rolu qeyri- müəyyən vastəsiz tamamlıq olmaqdı. Məsələn; kitab oxuyur, dərs hazırlayır. Sonra dərsi daha yadda qalan etmək üçün isimin hər bir halını ayrılıqda hansı mənanı ifadə etdiyini, cümlədə digər sözlərlə əlaqəyə girərək hallandığını qeyd edirəm

Page 14: Kirımova almaz

qrup

meyar

1. Ismin hallarını mənimsədiyini nümayiş etdirir.

2. Yiyəlik və təsirlik hallarda d-ğ,k-y əvəzləməsini fərqləndirir.

3.Ismin hallarının sintaktik rolunu izah edir

4.Əməkdaşlıq edir

5. Yekun

Günəs qrupu

5 4 5 5 5

Alov qrupu

5 4 5 5 5

Ümid qrupu

5 4 5 5 5

Səma qrupu

5 4 5 5 5

Page 15: Kirımova almaz

• Hər bir şagird bir isim seçir və hallandırır.• Məsələn iki ismi hallandıraq.• Kitab Ağac• Kitabın Ağacın • Kitaba Ağaca• Kitabı Agacı • Kitabda Ağacda • Kitabdan Ağacdan

Page 16: Kirımova almaz

Isimin halları mövzusuna aid test tapşırıqları işləyin.