Zəngilan rayon 11 saylı tam orta məktəb

Preview:

DESCRIPTION

Zəngilan rayon 11 saylı tam orta məktəb. Baxşəliyeva Diləfuruz Musa qızı. STANDART :. 1.1.2. Elektromaqnit, atom və nüvə hadisələrinə aid məsələ qurur və həll edir. 1.1.1. Elektromaqnit, atom və nüvə hadisələrini, baş vermə səbəblərini şərh edir. MÖVZU:. - PowerPoint PPT Presentation

Citation preview

Zəngilan rayon 11 saylı tam orta məktəb

Baxşəliyeva Diləfuruz Musa qızı

STANDART :

1.1.2. Elektromaqnit, atom və nüvə hadisələrinə aid məsələ qurur və həll edir.

1.1.1. Elektromaqnit, atom və nüvə hadisələrini, baş vermə səbəblərini şərh edir.

MÖVZU:URAN NÜVƏSİNİN BÖLÜNMƏSİ IX sinif

Məqsəd : Atom və nüvə hadisələrinin qanunauyğunluqların şərh edir. Atom və nüvə hadisələrinə aid məsələlər qurur və həll edir. Atom və nüvə hadisələrinin inkişafında fizika elminin rolunu

izah edir.

İNTEQRASİYA:

K.1.2.1

İş forması : Qruplarla iş, kollektivlə iş İş üsulu : müzakirə, Venn diaqramı, BİBÖ

RESURSLAR :

Dərslik İş vərəqləri «FİZİKA» elektron dərs vəsaiti

Motivasiya :

1. Uranın hansı izotoplarını tanıyırsınız ? 2. Uran nüvəsi nəyin təsiri ilə parçalanır ? 3. Neytronların artma əmsalı dedikdə nə başa düşürsünüz ?

Tədqiqatın aparılması :

Şagirdlər üç qrupa bölünür. Qruplara tapşırıqlar verilir :Tapşırıq 1 :

1-ci qrup- Alfa qrupu :Atom nüvəsinin bölünməsi prosesində damla modelini necə başa düşürsünüz ?

2-ci qrup- Beta qrupu :Neytronlar artma əmsalına görə nüvə reaksiyalarını araşdırın (sönən, stabil-stasionar, zəncirvari) ? Venn diaqramı vasitəsilə reaksiyaları müqayisə edin .

3-cü qrup- Qamma qrupu

Nüvə enerjisindən hansı məqsədlər üçün istifadə edilir ?

Müəllim uran nüvəsinin bölünməsində alimlərin rolu və nüvə enerjisi haqqında məlumat verir.

Tapşırıq 2:Bütün qruplara BİBÖ cədvəli ilə iş tapşırılır.

Bildiklərim İstəyirəm bilim Öyrəndim

Məlumatın mübadiləsi :

Qruplar nəticələrini təqdim edir.

Məlumatın müzakirəsi :Qrupların cavabları müzakirə olunur, təkliflər verilir, verilmiş cavablar əsnasında mövzu açıqlanılır

Nəticələrin çıxarılması : Məlumatlar ümumiləşdirilir, qrupların

fəaliyyəti müqayisə edilir, yardımçı suallarla müzakirə aparılır, mövzunun tam mənimsənildiyi açıqlanır. Dərsdə nə öyrəndik ?- Uran nüvəsinin bölünməsi, neytronların artma əmsalından asılı olaraq nüvə reaksiyalarının tipi, nüvə enerjisinin əhəmiyyəti və bu sahədə alimlərin rolu.

Yaradıcı tətbiqetmə (ev tapşırığı)

Nüvə reaksiyalarında nə zaman enerji ayrılır, nə zaman enerji udulur ?

Reaksiyaları tamamlayın :

23592U + 0

1 n = 56127 Ba + 3 x 0

1 n + ?

23592U + 0

1 n = 55132 Cs+ 2 x 0

1 n + ?

Qiymətləndirmə : Qrup Meyar

Alfa Beta Qamma

Uran izotoplarını tanıyır.Nüvə hadisələrinə dair məsələlər qurur və həll edir.Atom və nüvə hadisələrində fizika elminin rolunu şərh edir. YEKUN

DİQQƏTİNİZƏ GÖRƏ MİNNƏTDARAM

HÖrmƏTLƏ, BAXŞƏLİYEVA DİLƏFURUZ

Recommended