177
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI ──────────────────────────────────────────────────────────────────────────────── 1 2009-cu il MÜNDƏRİCAT ¾ Heydər Əliyev Fondu ilə tanışlıq Estoniya Prezidenti Toomas Hendrik İlves Heydər Əliyev Fondunda olmuşdur ................................................................................................................................ 3 ¾ Böyük yolun sirdaşı ................................................................................................................................. 4 ¾ Dünya azərbaycanlıları Xocalı soyqırımı barədə həqiqətləri xarici ölkələrdə fəal yayırlar.......... 10 ¾ Heydər Əliyev Fondu son iki ildə ......................................................................................................... 12 ¾ Bu gün Bakıda Beynəlxalq Muğam Festivalı ılır ............................................................................ 16 ¾ Muğam festivalı: müsabiqə, müqayisə və nəticə ................................................................................. 18 ¾ Muğam - köklərə bağlılıq, milli ləyaqət hissi və emosional zənginlik... ............................................ 20 ¾ Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva Litvanın ölkəmizdə səfərdə olan nümayəndə heyəti ilə görüşşdür .......................................................................................................................................... 22 ¾ Ukrayna Prezidentinin xanımı Heydər Əliyev Fondunda olmuşdur ............................................... 23 ¾ Heydər Əliyev Fondunun laçınlılara böyük töhfəsi............................................................................ 24 ¾ Heydər Əliyev Fondu Marneulidəki Humanitar Universitetin kitabxanasına 100-dək kitab hədiyyə etmişdir ..................................................................................................................................... 26 ¾ Leyla Əliyeva Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının sədri seçilmişdir ............................... 27 ¾ Heydər Əliyev Fondu ilə tanışlıq (“Mədəniyyətlərarası dialoqda gənc qadınların rolu” mövzusunda keçirilmiş beynəlxalq görüşün iştirakçıları Heydər Əliyev Fondunda olmuşlar) .... 30 ¾ Şərəfli missiya ........................................................................................................................................ 31 ¾ Maarifçiliyin yüksək məqamı ............................................................................................................... 33 ¾ Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin rəhbəri, “Baku” jurnalının baş redaktoru Leyla ƏLİYEVA: “Biz gənclər yaşamalı və bu dünyanı qurmalıyıq” ........................... 36 ¾ Xilas edilmiş uşağın təbəssümü naminə............................................................................................... 40 ¾ Heydər Əliyev Fondu əlil insanların İKT-dən istifadə imkanlarının artırılması məqsədi ilə yeni layihə həyata keçirir .............................................................................................................................. 41 ¾ Heydər Əliyev Fondu səhiyyə sahəsində böyük layihələr həyata keçirib ......................................... 42 ¾ Məqsəd və amalı insanlara yaxşılıq etmək olan fond ......................................................................... 44 ¾ Təhsilimizin inkişafı, millətimizin işıqlı gələcəyinin təmin olunması Heydər Əliyev Fondunun prioritetlərindəndir ............................................................................................................................... 46 ¾ Heydər Əliyev Fondu mədəniyyətimizin təbliğində və zənginləşdirilməsində mühüm işlər görür ....................................................................................................................................................... 49 ¾ Heydər Əliyev Fondu və Azərbaycan səhiyyəsi .................................................................................. 52 ¾ Heydər Əliyev Fondu - ulu öndərin adına layiq ................................................................................. 54 ¾ Ulu öndərin əbədiləşən adı .................................................................................................................... 56 ¾ Humanist, ictimai təşəbbüskarlıq, xeyriyyəçilik................................................................................. 62 ¾ Heydər Əliyev Fondu - milli-mədəni irsimizin hamisi ....................................................................... 64 ¾ İnsanların ümidlərini doğrultmaq və xeyirxahlıq etmək Heydər Əliyev Fondunun fəaliyyətində aparıcı amillərdir ................................................................................................................................... 68 ¾ Heydər Əliyev Fondunun əhalinin sağlamlığının qorunması işinə ən dəyərli töhfələrindən biri ........................................................................................................................................................... 72 ¾ Ümummilli lider Heydər Əliyevin anadan olmasının 86-cı ildönümü və Heydər Əliyev Fondunun fəaliyyətə başlamasının 5 illiyi münasibətilə təntənəli mərasim keçirilmişdir ................................ 74 ¾ Keçmişə ehtiram, gələcəyə ümid Heydər Əliyev Fondu beş illik fəaliyyəti ilə, məhz bu prinsipə əsaslandığını real həyatda sübuta yetirib ............................................................................................ 75 ¾ “Ölkəmiz Heydər Əliyev Fondu qismində qrant alan ölkədən qrant verən ölkəyə çevrilib”......... 77 ¾ Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva “Eurovision–2009” mahnı müsabiqəsində Azərbaycanı təmsil etmiş Aysel Teymurzadə və Araş ilə görüşşdür ............... 79 ¾ İqtisadi Əməkdaşlıq Təşkilatı Katibliyinin və quruma üzv dövlətlərin nümayəndə heyətlərinin üzvləri Heydər Əliyev Fondunda olmuşlar ......................................................................................... 80 ¾ Ombudsman Aparatının əməkdaşları Heydər Əliyev Fondu ilə tanış olmuşlar ............................. 81 ¾ "Qızıl çinar" etimad, stimul və məsuliyyət deməkdir ........................................................................ 82

2009-cu il - preslib.azfiles.preslib.az/site/xsefir/2009.pdf · 2012. 6. 25. · ¾ Heydər Əliyev Fondu böyük mütəfəkkir Nsirəəddin Tusinin “ Əxlaqi-nasiri” kitabını

  • Upload
    others

  • View
    3

  • Download
    0

Embed Size (px)

Citation preview

  • Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI

    ────────────────────────────────────────────────────────────────────────────────

    1

    2009-cu il

    MÜNDƏRİCAT

    Heydər Əliyev Fondu ilə tanışlıq Estoniya Prezidenti Toomas Hendrik İlves Heydər Əliyev

    Fondunda olmuşdur ................................................................................................................................ 3 Böyük yolun sirdaşı ................................................................................................................................. 4 Dünya azərbaycanlıları Xocalı soyqırımı barədə həqiqətləri xarici ölkələrdə fəal yayırlar.......... 10 Heydər Əliyev Fondu son iki ildə ......................................................................................................... 12 Bu gün Bakıda Beynəlxalq Muğam Festivalı açılır ............................................................................ 16 Muğam festivalı: müsabiqə, müqayisə və nəticə................................................................................. 18 Muğam - köklərə bağlılıq, milli ləyaqət hissi və emosional zənginlik... ............................................ 20 Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri

    Mehriban xanım Əliyeva Litvanın ölkəmizdə səfərdə olan nümayəndə heyəti ilə görüşmüşdür .......................................................................................................................................... 22

    Ukrayna Prezidentinin xanımı Heydər Əliyev Fondunda olmuşdur............................................... 23 Heydər Əliyev Fondunun laçınlılara böyük töhfəsi............................................................................ 24 Heydər Əliyev Fondu Marneulidəki Humanitar Universitetin kitabxanasına 100-dək kitab

    hədiyyə etmişdir..................................................................................................................................... 26 Leyla Əliyeva Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının sədri seçilmişdir ............................... 27 Heydər Əliyev Fondu ilə tanışlıq (“Mədəniyyətlərarası dialoqda gənc qadınların rolu”

    mövzusunda keçirilmiş beynəlxalq görüşün iştirakçıları Heydər Əliyev Fondunda olmuşlar) .... 30 Şərəfli missiya ........................................................................................................................................ 31 Maarifçiliyin yüksək məqamı ............................................................................................................... 33 Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin rəhbəri, “Baku” jurnalının baş

    redaktoru Leyla ƏLİYEVA: “Biz gənclər yaşamalı və bu dünyanı qurmalıyıq” ........................... 36 Xilas edilmiş uşağın təbəssümü naminə............................................................................................... 40 Heydər Əliyev Fondu əlil insanların İKT-dən istifadə imkanlarının artırılması məqsədi ilə yeni

    layihə həyata keçirir .............................................................................................................................. 41 Heydər Əliyev Fondu səhiyyə sahəsində böyük layihələr həyata keçirib......................................... 42 Məqsəd və amalı insanlara yaxşılıq etmək olan fond......................................................................... 44 Təhsilimizin inkişafı, millətimizin işıqlı gələcəyinin təmin olunması Heydər Əliyev Fondunun

    prioritetlərindəndir ............................................................................................................................... 46 Heydər Əliyev Fondu mədəniyyətimizin təbliğində və zənginləşdirilməsində mühüm işlər

    görür ....................................................................................................................................................... 49 Heydər Əliyev Fondu və Azərbaycan səhiyyəsi .................................................................................. 52 Heydər Əliyev Fondu - ulu öndərin adına layiq ................................................................................. 54 Ulu öndərin əbədiləşən adı.................................................................................................................... 56 Humanist, ictimai təşəbbüskarlıq, xeyriyyəçilik................................................................................. 62 Heydər Əliyev Fondu - milli-mədəni irsimizin hamisi ....................................................................... 64 İnsanların ümidlərini doğrultmaq və xeyirxahlıq etmək Heydər Əliyev Fondunun fəaliyyətində

    aparıcı amillərdir................................................................................................................................... 68 Heydər Əliyev Fondunun əhalinin sağlamlığının qorunması işinə ən dəyərli töhfələrindən

    biri........................................................................................................................................................... 72 Ümummilli lider Heydər Əliyevin anadan olmasının 86-cı ildönümü və Heydər Əliyev Fondunun

    fəaliyyətə başlamasının 5 illiyi münasibətilə təntənəli mərasim keçirilmişdir................................ 74 Keçmişə ehtiram, gələcəyə ümid Heydər Əliyev Fondu beş illik fəaliyyəti ilə, məhz bu prinsipə əsaslandığını real həyatda sübuta yetirib ............................................................................................ 75

    “Ölkəmiz Heydər Əliyev Fondu qismində qrant alan ölkədən qrant verən ölkəyə çevrilib”......... 77 Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva “Eurovision–2009” mahnı

    müsabiqəsində Azərbaycanı təmsil etmiş Aysel Teymurzadə və Araş ilə görüşmüşdür ............... 79 İqtisadi Əməkdaşlıq Təşkilatı Katibliyinin və quruma üzv dövlətlərin nümayəndə heyətlərinin

    üzvləri Heydər Əliyev Fondunda olmuşlar ......................................................................................... 80 Ombudsman Aparatının əməkdaşları Heydər Əliyev Fondu ilə tanış olmuşlar ............................. 81 "Qızıl çinar" etimad, stimul və məsuliyyət deməkdir........................................................................ 82

  • Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI

    ────────────────────────────────────────────────────────────────────────────────

    2

    Heydər Əliyev Fondu böyük mütəfəkkir Nəsirəddin Tusinin “Əxlaqi-nasiri” kitabını latın qrafikası ilə nəşr etdirmişdir ................................................................................................................ 84

    Azərbaycanın layiqli təmsilçisi ............................................................................................................. 85 Heydər Əliyev Fondunun daha bir humanitar addımı ...................................................................... 89 Heydər Əliyev Fondu Müqəddəs Məryəm Kilsəsinə ianə verib ........................................................ 90 Strasburqda Heydər Əliyev Fondunun xeyriyyəçiliyi ilə bağlı tədbir keçirilmişdir ....................... 91 Fransa mətbuatı Heydər Əliyev Fondunun Strasburqdakı kilsənin təmirinə maliyyə dəstəyini

    yüksək qiymətləndirir ........................................................................................................................... 93 Böyük amallar uğrunda........................................................................................................................ 94 Xalqımızın güvənc və fəxarət məkanı ................................................................................................ 102 Növbəti humanist akt icra olundu...................................................................................................... 104 Heydər Əliyev Fondu ölkəmizin dünya miqyasındakı nüfuzunun artmasında mühüm rol

    oynayır.................................................................................................................................................. 105 Milli-mənəvi dəyərlərin etibarlı hamisi ............................................................................................. 108 Heydər Əliyev Fondu Azərbaycanı gələcəyə aparan gözəl bir vasitədir ........................................ 111 Heydər Əliyev Fondu Azərbaycanı mədəniyyətlərarası dialoq-barış məkanına çevrilir.............. 114 Heydər Əliyev Fondu ölkəmizin tərəqqisinə misilsiz töhfələr verir................................................ 117 Mənəvi yüksəlişə xidmət edən nəcib missiya..................................................................................... 119 Ümid qapısı, mərhəmət ünvanı .......................................................................................................... 124 Heydər Əliyev Fondu xeyirxahlığın ali ünvanıdır............................................................................ 129 Humanist ənənələrin davamçısı ......................................................................................................... 132 Heydər Əliyev Fondunun təhsilə diqqət və qayğısı ölkəmizdə bu sahənin sürətli inkişafını təmin

    etmişdir................................................................................................................................................. 136 Heydər Əliyev Fondunun bütün təşəbbüsləri milli ruha əsaslanır ................................................. 138 Ümumbəşəri mənəvi dəyərlərin təbliği mərkəzi ............................................................................... 141 Heydər Əliyev Fondunun həyata keçirdiyi irimiqyaslı layihələr təhsil sahəsində əsaslı dönüş

    yaradıb.................................................................................................................................................. 144 Mərhəmət və xeyirxahlığın ali ünvanı ............................................................................................... 147 Heydər Əliyev Fondu uğurlu layihələr həyata keçirir ..................................................................... 148 Heydər Əliyev Fondunun qlobal missiyası........................................................................................ 150 Azərbaycan mədəniyyəti və incəsənətinin dünyaya inteqrasiyasında Heydər Əliyev Fondunun

    müstəsna rolu var ................................................................................................................................ 152 Xalqa layiqli xidmət məramı .............................................................................................................. 155 Azərbaycanda uşaqların müdafiəsi islahatı üzrə milli konfrans işə başlamışdır .......................... 161 Heydər Əliyev Fondunun humanitar sahədəki layihələri əks-səda doğurur ................................. 166 Heydər Əliyev Fondunun həyata keçirdiyi genişmiqyaslı proqram layihələri .............................. 168 Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilmiş fənn olimpiadasının qalibləri

    mükafatlandırılmışlar ......................................................................................................................... 170 Heydər Əliyev Fondunda “Azərbaycan muğamı” multimedia toplusunun və “Muğam aləmi”

    nəşrinin təqdimatı olmuşdur .............................................................................................................. 171 Uşaqların xoşbəxt gələcəyi Heydər Əliyev Fondunun diqqətdə saxladığı əsas

    məsələlərdəndir.................................................................................................................................... 174 Leyla Əliyeva: "Millətin sağlamlığı Heydər Əliyev Fondunun fəaliyyətinin prioritet

    istiqamətidir"....................................................................................................................................... 176

  • Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI

    ────────────────────────────────────────────────────────────────────────────────

    3

    Heydər Əliyev Fondu ilə tanışlıq

    Estoniya Prezidenti Toomas Hendrik İlves Heydər Əliyev Fondunda olmuşdur Bakı, 13 yanvar (AzərTAc). Estoniya Prezidenti Toomas Hendrik İlves Heydər Əliyev Fondunda

    olmuşdur. Azərbaycan Prezidenti İlham Əliyev və Fondun prezidenti, YUNESKO-nun və İSESKO-nun

    xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva Estoniyanın dövlət başçısını və onun xanımı Evelin İlvesi səmimiyyətlə qarşıladılar.

    Prezident İlham Əliyev ali qonağa Azərbaycan xalqının ümummilli liderinin xatirəsinə yaradılmış Fondun məqsədləri, ulu öndərin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərinə aid eksponatlar barədə ətraflı məlumat verdi.

    Estoniya Prezidenti fenomen şəxsiyyət Heydər Əliyevin həyatının ən müxtəlif məqamlarını əks etdirən və Azərbaycan tarixinin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan çoxlu sənədlərlə, dünyanın tanınmış siyasi xadimlərinin bəxş etdikləri hədiyyələrlə, ulu öndərimiz haqqında kitablarla, dünyanın nüfuzlu elm, mədəniyyət və incəsənət xadimlərinin Azərbaycan dövlətinin qurucusu haqqında fikirləri ilə tanış oldu, müxtəlif ölkələrin liderləri ilə görüşlərdə çəkilmiş şəkillərə maraqla baxdı.

    Prezident Toomas Hendrik İlves Fondla tanışlıqdan sonra Xatirə kitabına ürək sözlərini yazdı. Sonra qarşılıqlı hədiyyələr təqdim olundu. Dövlət başçıları və xanımları Heydər Əliyev Fondunun fəaliyyəti haqqında filmə baxdılar.

    Ali qonaq Fonddan zəngin təəssüratla ayrıldı.

    AzərTAc

    13 yanvar 2009-cu il

  • Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI

    ────────────────────────────────────────────────────────────────────────────────

    4

    Böyük yolun sirdaşı

    Ulu öndərin adını daşıyan Fond ölkə Prezidentinin təşəbbüslərinə əməli dəstək verməklə

    qüdrətli Azərbaycanın təşəkkülünə xidmət edir Yol anlayışı hər bir millətin təfəkküründə məxsusi ictimai mahiyyəti, siqlət və ehtivası nöqteyi-

    nəzərindən fəlsəfi dərinliyi olan bir məfhumdur. Onun əhəmiyyət və məna əlvanlığı birbaşa təyinatını, yəni ilk öncə, bir kommunikasiya vasitəsi olduğunu çoxdan arxa plana çəkib. - Qardaşın necə adamdır? - Bilmirəm, yoldaşlığım olmayıb! - Bu, bir el məsəlidir və yol yoldaşlığının necə məhrəm, müstəsna münasibət olduğunu, insan xarakter və davranışının ən dərin laylarına "artezian vuran" bir meyar olduğunu isbatlayır. Doğrudan da, hədəfdəki məqsədin böyük ya kiçikliyindən, görüləcək işlərin vəzn və sanbalından asılı olmayaraq yolçusuna çevrildiyin yolda məhz kiminlə yoldaşlıq edəcəyinin bəlkə də taleyüklü əhəmiyyəti vardır.

    Qələbənin rəhni Azərbaycan tarixin dan yerindən boy götürüb üzü bəri gələn, yaşı minilliklərlə ölçülən, qəzavü-qədərlə

    dolu keşməkeşli bir yolun yolçusudur. Bu çətin yolda Tanrı xalqımıza bolluca qeyrət, təpər, səbrlə yanaşı, cəsur sərkərdələr, müdrik hökmdarlar, bu günün lüğəvi söz imkanları ilə ifadə etsək, liderlər, öndərlər bəxş edib. Və bütöv bir millətin, dövlətin tarixlə paralel addımlaması, ona yoldaşlıq etməsi, hardasa, həmin liderlərin də xidməti sayıla bilər. Ən yeni tariximizin ulu öndər Heydər Əliyevdən sonra adını dövlətin və vətəndaşların yaddaşına həkk etmiş lideri Azərbaycan Prezidenti İlham Əliyevdir.

    15 oktyabr prezident seçkilərində layiqli və şərafətli bir qələbəyə imza atmış cənab İlham Əliyev tək məqsədinin xalqının rifah halının yüksəldilməsi, vətəndaşı və rəhbəri olduğu dövlətin möhkəmlənməsi, ölkəsinin iqtisadi və siyasi qüdrətinin artması olduğunu ötən beş ildə cahanşümul sayıla biləcək əməlləri, titanik zəhmətinin bəhrələri ilə sübut etdi. Tarixin bu son dərəcə mürəkkəb və məsuliyyətli zaman kəsiyi ölkənin tərcümeyi-halında tükənməz əzm, iradə və qətiyyətin, eləcə də coşqun quruculuq və yaradıcılıq şövqünün real və qürurverici bəhrələri ilə yadda qaldı. İctimai həyatın elə bir sahəsini tapmaq, mənəvi-intellektual sferanın elə bir istiqamətini göstərmək, iqtisadi infrastrukturun elə bir prioritetini nişan vermək mümkün deyil ki, bütövlükdə cəmiyyətin bütün sferalarını çulğamış ümumi inkişaf ahəngindən kənarda qalmış olsun.

    Daxili və xarici siyasət, sənaye və aqrar sektor, sosial-mədəni həyat, iqtisadi islahatlar, informasiya texnologiyaları, idman və olimpiya hərəkatı, gənclik və gender problemləri, uşaq siyasəti, enerji və ərzaq təhlükəsizliyi məsələləri, beynəlxalq miqyaslı nəqliyyat-kommunikasiya dəhlizləri, Dağlıq Qarabağ münaqişəsi, işsizlik, yoxsulluq, kadr və intellektual kapital qayğıları, vətəndaş cəmiyyətinin qurulması, demokratiyanın inkişafı, cəmiyyətin modernləşməsi, siyasi konsolidasiya və sair - cənab İlham Əliyevin prezident kimi məşğul olduğu işlərin əhatəsini və ünvanlarını ehtiva edən, belə demək mümkünsə, siyasi-coğrafi xəritədir. Və bir dövlət başçısı kimi onun ötən beş ildə həyata keçirdiyi işlərin miqdar, miqyas və çəkisinə nəzər salanda, bir adamın təkbaşına bunca işin öhdəsindən necə gəldiyi rəğbət qarışıq heyrət doğurur.

    Müasir idarəçilik elminin lider tipi ilə bağlı irəli sürdüyü və qətiyyətlə müdafiə etdiyi tələblər sırasında özünü daha qabarıq şəkildə anons edən və Azərbaycan Prezidentinin iş üslubunda təcəssümünü tapmış üç məqam var: dövlət həyatı üçün taleyüklü prioritetlərin müəyyənləşdirilməsi, onların ümumiləşdirilərək vəzifə şəklində qarşıya qoyulması və bu vəzifələrin icrasına nəzarət. Hər bir fəaliyyətin əlifbası olmağa iddia edə biləcək bu üçbucağın cənab İlham Əliyevin iş prinsipinə çevrilməsi ölkə həyatında con beş ildə həyata keçirilmiş bütün irili-xırdalı layihələrin universal açarına çevrilmişdir.

    Heç şübhəsiz, hər bir iqtisadi, siyasi, ictimai və mədəni təşəbbüsün arxasında insan əməyi, konkret fərdlərin əzmi, kollektiv şücaət durur. Bu baxımdan ölkə prezidenti mobil, zirək, intizamlı komandaya malik olsa da, dövlət hakimiyyəti, iqtisadi və siyasi sferaları əhatə edən bütün ideya və təşəbbüslərin müəllifi kimi məhz özü çıxış edir. Lakin cəmiyyət həyatı, bəllidir ki, yalnız bu sahələrin varlığı ilə məhdudlaşmır. Humanitar sahədə də çox böyük problemlər layı mövcuddur ki, onların həlli, təbii ki, hər bir ölkədə rifah və inkişafın birbaşa göstəricisi, indikatoru sayılır. Artıq beşinci ildir ki, bu sferada yaşanan problemləri ulu öndər Heydər Əliyevin adını daşıyan Fond həll etməklə məşğuldur.

    Xeyirxahlığa bələnmiş yol 2003-cü il dekabrın 12-si. Çoxları üçün həmin gün saatın əqrəbləri dayanıb durdu. Kamanından çıxmış

    zaman qınındaca donub qaldı. Vaxt öz hesabını xatirələrə köçürdü, yaddaşlardakı ən həzin, ən ülvi, bol işığı ilə

  • Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI

    ────────────────────────────────────────────────────────────────────────────────

    5

    içimizi nura boyayan xatirələr oldu həmdəmimiz. Həmin gün bütöv bir tarixə, epoxaya yoldaşlıq etmiş, yeni Azərbaycana həqiqi müstəqilliyinin dadını, barını tamsındırmış, kəsalət və rəzillik girdabına yuvarlanmış bir məmləkəti çiçəklənən, qüdrətli, beynəlxalq aləmdə sözünün sanbalı, özünün prinsipial mövqeyi olan dövlətə çevirmiş siyasət və hakimiyyət ustadı, vətəndaşlıq və şəxsiyyət etalonu Heydər Əliyev əbədiyyətə qovuşdu. Ulu öndər Azərbaycan üçün bütöv bir ömrə bəs edəcək qədər iş görmüşdü. Fəqət, görəcəyi işlər daha çoxdu. Həmin arzuları, planları ölkə başçısı ilə birlikdə çinləyib həyata keçirəcək bir şəxsə əşhədü-ehtiyac vardı. Elə bir şəxsə ki, Heydər Əliyevə munis olmuş olsun, həyatın bütün ağrı-acılarında yanında olmuş olsun, onun fenomenal məziyyətlərinin ən yaxın şahidinə çevrilsin, bu insanın Vətənlə, Millətlə, Xalqla bağlı arzularının adi tərcümanına deyil, alovlu tərənnümçüsünə çevrilməyi bacarsın. Həmin məsuliyyətli, şərəfli, eyni zamanda ağır vəzifəni öz üzərinə Mehriban xanım Əliyeva götürdü. Ölkə Prezidentinin ömür-gün yoldaşı, ölkənin Birinci ledisi, timsalında bütün dünyanın Şərq gözəlliyi haqqında təsəvvürlərini yerbəyer edən xanım.

    - XX əsrdə Azərbaycan tarixinin önəmli, əlamətdar bir mərhələsi var: 60-cı illərin sonundan başlanan və XXI əsrə adlayan tarixi zaman. İlk baxışda quru statistika və faktlarla dolu, möhtəşəm, ziddiyyətli, enişli-yoxuşlu bir dövrün mənzərəsi yaranacaq. Lakin ikicə kəlmə söz tarix səhifələrini canlandırıb uğurları, itkiləri, tərəqqi və inkişafı onlarca müfəssəl cədvəldən, araşdırmalardan qat-qat tutumlu əks etdirə bilər - Heydər Əliyev. Tarix səhifəsinin XX əsr üçün taleyüklü səhifələrinin iştirakçısı, yaradıcısı, aparıcısı. 30 ildən artıq Azərbaycanın məsuliyyətini öz çiyinlərində daşıyan, onu bir dövlət və millət kimi tarixin sınaqlarından çıxaran Vətəndaş, Şəxsiyyət, Lider.

    Heydər Əliyev dühasına belə bir tarixi-fəlsəfi yanaşma Mehriban xanım Əliyevaya məxsusdur. O, ulu öndərin məhz Tanrı və Tarix tərəfindən missiyalandırıldığını, miras qoyduğu zəngin irsin araşdırılmağa ehtiyacının olduğunu dərk edirdi. Birinci xanımın rəhbərliyi ilə 2004-cü il mayın 10-da fəaliyyətə başlayan Heydər Əliyev Fondu öncə humanitar və sosial sahədə layihələrin həyata keçirilməsi ilə məşğul olmağa başladı. Heydər Əliyevin yarımçıq qalmış məram və arzularının davamı kimi dəyərləndirmə də bu fəaliyyətin ictimai mündəricə və mahiyyətini tam əhatə etməkdə acizdir. Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Fondun fəaliyyətinin bir məqsədi də məhz 2003-cü ilin prezident seçkilərində qalib gələrək Vətənə, Dövlətə, Xalqa sədaqət andı içən cənab İlham Əliyevə ulu öndərin başlamış olduğu işləri davan etdirməkdə yardımçı olmaqdı. Çünki qarşıdakı beş ildə Prezidentin hər gün, hər an etıbarlı, zərif olduğu qədər də möhkəm, vəfalı bir çiyinə ehtiyacı olacaqdı.

    Zaman sınaq, mənzilbaşı imtahandır. Və 2008-ci ilin prezident seçkilərinin yüksəkliyindən üzü aşağı - beş ildə qazanılmış uğurların xronologiyasına nəzər atdıqda, iki məqama həm təəccüblənir, həm də heyrətlənirsən: bir Heydər Əliyev Fondunun dəstək, iştirak və müəllifliyi ilə görülmüş işlərin miqyas, əhəmiyyət və sanbalına, digər tərəfdən isə həyata vəsiqə qazanmış bütün bu işlərin həqiqi memarının - Mehriban xanım Əliyevanın tükənməz enerjisi və quruculuq şövqünə, nəciblik və xeyirxahlığının, mərhəmət və şəfqətinin hüdudsuzluğuna. Hər biri ayrılıqda ünvan tapmış sosial proqramlar, humanitar layihələr, beynəlxalq tədbirlər bütövlükdə Azərbaycana, onun vətəndaşına məhəbbətdən rişələnib, bu ölkənin müsbət imicinin formalaşmasına xidmət edir.

    Böyük əməllərin sadə fəlsəfəsi Əgər sənin əməyin yüzlərlə, minlərlə həmvətəninin ailəsinə sevinc bəxş edir, kimlərinsə sönmüş

    çırağına qığılcım tutur, kimlərinsə bağlı qapısına açar salır, ümidlərini pöhrələndirirsə, bundan ali, bundan faydalı işmi var?! Belə bir imkanı olan və onu tam dəyərləndirən insan isə ikiqat xoşbəxtdir. - Mən konkret iş görmək, konkret adamlara kömək etmək istəyirəm - Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın bu istəyi ölkə Prezidenti zati-aliləri İlham Əliyevin - Əsil siyasət - real, konkret iş görməkdən ibarətdir - tezisi ilə səsləşir. Hər iki çağırışın kökündə, mayasında qərar tutan başlıca qayə isə xalqın, insanların rifahı naminə faydalı iş görməkdən ibarətdir.

    Fond fəaliyyətə başladığı ilk gündən sosial proqramların həlli ilə məşğul olmağa başladı. Zira, bu sahə dövlət başçısının özünün də bəyan etdiyi kimi, qarşıdakı beş il üçün fəaliyyətinin əsas prioritetini təşkil edirdi. Həmin dövrdə cəmiyyətin sosial qayğıları şumlanmamış, fəqət qayğıkeş və şəfalı ələ möhtac bir tarlanı xatırladırdı. Qaçqın və məcburi köçkünlərin, internat və uşaq evlərinin, müxtəlif xəstəliklərdən əziyyət çəkən insanların problemləri radikal müdaxilə tələb edirdi. Belə ki, cəmiyyət həyatındakı sosial patologiyalar öz bətnlərində insanlara xas bioloji mənşəli patalogiyalardan daha çox və fərqli neqativlər daşıyırlar. Və birinci ledi ixtisasca həkim olduğuna, alim kimi isə sosial mərəzlərin məhz tibbi-fəlsəfi mahiyyəti ilə maraqlandığına görə həmin problemlərin həlli ilə ciddi və məhsuldar şəkildə məşğul olmağa başladı.

    Heydər Əliyev Fondunun hesabına ötən dövrdə Şamaxı şəhərində məskunlaşmış müvəqqəti köçkün ailələri üçün 16 mənzilli bina əsaslı təmir olunaraq ev əşyaları və avadanlıqla təmin edilmiş, Qaradağ rayonunun

  • Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI

    ────────────────────────────────────────────────────────────────────────────────

    6

    Lökbatan qəsəbəsində 20 min sakinin su təminatını yaxşılaşdırmağa imkan verən boru kəməri çəkilmişdir. Hər il kimsəsiz, qaçqın və məcburi köçkün ailələrindən olan uşaqlar üçün möhtəşəm Yeni il və Novruz şənlikləri təşkil edilir. Mehriban xanım Əliyeva Milli Məclisin deputatı kimi namizədliyinin irəli sürüldüyü Əzizbəyov rayonunda çox böyük işlər görmüşdür. Əzizbəyov rayonu Bakı kəndlərindən ibarətdir və sirr deyil ki, paytaxtın, necə deyərlər, bir addımlığında yerləşsələr də, bu yaşayış məskənlərinin problemləri respublikanın hər hansı bir kənd rayonundakından az deyildi. Üç il ərzində həmin kəndlərdə həyata keçirilən infrastruktur layihələri, tikilən tibb müəssisələri, istifadəyə verilən mədəni obyektlər, yeni təhsil ocaqları, açılan iş yerləri istənilən şəhərin qibtə və nümunə örnəyi olmağa layiqdir.

    Ulu öndərin yaşıllığa, ağaclara, paytaxtın zümrüd libasına qısqanc və məhrəmanə münasibəti hamıya yaxşı məlumdur. Bu sevgiyə bir vəfa nümunəsi olaraq inişil Novruz ərəfəsində Fondun təşəbbüsü ilə Bakı ətrafında 20 min ədəd həmişəyaşıl tingin əkilməsi ilə "Hərəmiz bir ağac əkək!" layihəsi respublikanın bütün bölgələrinə yayıldı və hamı tərəfindən Heydər Əliyevin xatirəsinə şükranlıq kimi dəyərləndirildi.

    Cənab İlham Əliyev hakimiyyətin fəaliyyətinin sosial yönümlü olduğunu, vətəndaşların rifah və güzəranının dövlətin diqqət ayırdığı prioritet məsələlər cərgəsində dayandığını həmişə bəyan etmiş və bu çağırışını hökumətin konkret addımları ilə əyaniləşdirmişdir. Ötən beş ildə cəmiyyətin ən müxtəlif təbəqələrini ehtiva edən insanların pensiya və müavinətlərinin, maaşlarının, imtiyaz və güzəştlərinin artırılması sahəsində konkret işlər görülmüşdür. Uşaqların keyfiyyətli təhsil, böyüklərin peşəkar tibbi yardım alması üçün 1600 məktəb, 240 tibb müəssisəsi tikilərək istifadəyə verilmişdir.

    Millətin gələcəyinin təhsildə, elmdə olduğunu bilən Mehriban xanım Əliyeva bu sahədə ulu öndərin nəsihət, tövsiyə və bütövlükdə irsinə dəyər əlaməti olaraq "Yeniləşən Azərbaycana yeni məktəb proqramı" və "Təhsilə dəstək" adlı möhtəşəm layihələri cəmiyyətə təqdim etdi. Həmin layihələrin pillə-pillə həyata keçirilməsi bir tərəfdən Prezident İlham Əliyevin bu sahə ilə bağlı qayğı yükünün əhəmiyyətli dərəcədə azaldılması, dövlət başçısının humanitar siyasətinə fəal dəstək demək idisə, digər tərəfdən də sivil qurumların konkret infrastrukturların inkişafına yardım etməklə bilavasitə xalqa xidmət göstərdikləri barədə ictimaiyyətə ünvanlanmış mesaj idi. Layihənin əsas məqsədi müasir dövrdə tədrisin keyfiyyətinin yüksəldilməsində məxsusi əhəmiyyət kəsb edən müasir məktəb binalarının tikintisi, təmirə ehtiyacı olanların yenidənqurulması idi. Respublikanın demək olar ki, bütün coğrafiyasını əhatə edən proqram çərçıvəsində 200-dən artıq məktəb tikilərək müasir avadanlıq və ləvazimatlarla təchiz edilmiş, darısqallığın hiss olunduğu tədris müəssisələrində laboratoriya və kompüter otaqları, idman zalı, yeməkxana və sairə inşa olunmuşdur. Ötən müddət ərzində 820 yerlik beş internat məktəbi, 6138 yerlik səkkiz ümumtəhsil məktəbi, 230 yerlik üç uşaq bağçası və bir yay düşərgəsi yenidən qurularaq şagirdlərin istifadəsinə verilmişdir. Artıq hər il birinci sinfə gedən 100 mindən artıq şagird məktəbə Heydər Əliyev Fondunun hədiyyəsi olan çanta ilə gedir.

    Sosial sferanın mühüm sahə olduğunu xanım Mehriban Əliyevanın özü bu cür ifadə edir: "...Müasir Azərbaycan sosial dövlətdir, onun siyasəti vətəndaşların layiqli həyatını və sərbəst inkişafını təmin edən şərait yaradılmasına yönəlmişdir. Azərbaycan dövləti qəti şəkildə bazar iqtisadiyyatının daha da inkişaf etməsinə yönəlmiş istiqaməti saxlamaqla yanaşı, sosial siyasətin prioritetliyini təmin etməyə çalışır. İndi dövlət sosial yönümlü proqramlara və layihələrə getdikcə daha çox maliyyə vəsaitləri sərf edir".

    Şəfqət ilahəsi Fondun "Uşaq evləri və internat məktəblərinin inkişafı proqramı" layihəsi çərçivəsində gördüyü işlər

    Mehriban xanım Əliyevanın bir azərbaycanlı qadın, millətini sevən vətəndaş, nəhayət, ana kimi necə böyük və çətin bir mənəvi-ictimai missiyanı üzərinə götürdüyündən soraq verir. Taleyin hökmü ilə valideyn himayəsindən, ana nəvazişindən, ata nəsihətindən uzaq düşmüş binəsib uşaqların böyüyərək ulu öndər Heydər Əliyevin təbirincə desək, vətənə oğul, cəmiyyətə vətəndaş kimi yetişməsi üçün görülən işlərin maddi tərəfi bir yana, mənəvi ödəncini ifadə etmək, savabını müəyyənləşdirmək hər hansı rəqəmin belə çətinlik çəkəcəyi bir işdir. Məgər insanın içindən, qəlbinin ən mübhəm hücrələrində qərar tutmuş Tanrı sevgisindən süzülüb gələn xeyirxahlığın, əliaçıqlığın bir formulu, yaxud hüdudları mövcuddurmu?

    Proqram çərçivəsində indiyədək 30-dan artıq uşaq evi və internat məktəbində təmir və yenidənqurma işləri aparılmış, bu müəssisələrin kimsəsiz uşaqlara doğma ocağı, böyük və mehriban bir ailəni xatırlada bilməsi üçün hər cür şərait yaradılmışdır. Üç ildir ki, Fond qarşısına nəcib bir məqsəd qoymuşdur - ailə qayğısından məhrum uşaqların ailələrə verilməsi ilə onların müdafiəsi sahəsində pozitiv islahatların həyata keçirilməsi. Bu təşəbbüs artıq institusional təsbitini də tapmışdır. Belə ki, Prezident İlham Əliyevin 29 mart 2006-cı il tarixli sərəncamı ilə "Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (deinstitusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı (2006-2015-ci illər)" təsdiq edilmiş və həmin sənəddə dövlətin bu sahədəki məqsəd və strategiyası açıqlanmışdır.

  • Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI

    ────────────────────────────────────────────────────────────────────────────────

    7

    Yaxın günlərimizdə "Hər uşağın ailəyə ehtiyacı var" milli məlumatlandırma kampaniyasına çevrilmiş və müxtəlif dövlət, qeyri-hökumət, eləcə də beynəlxalq təşkilatlar tərəfindən dəstəklənən həmin layihə milli-strateji maraqlar kəsb edən məsələlərdə Fondla rəsmi hakimiyyətin eyni məxrəclərdən çıxış etdiyini göstərir.

    Ümummilli liderin adını daşıyan Fond, bütövlükdə, uşaq səhiyyəsi problemləri ilə də sıx məşğul olur. 2004-cü il dekabrın 4-də bu qəbildən ilk "Diabetli uşaqlara ən yüksək qayğı" layihəsi Azərbaycan Diabet Cəmiyyəti və Danimarkanın "Novo Nordisk" dərman preparatları şirkəti ilə birgə əməkdaşlıq çərçivəsində həyata keçirilir. Məqsəd beynəlxalq səhiyyə təşkilatlarının diqqətini ölkəmizdəki bu problemə cəlb etmək və onların dəstəyinə nail olmaqdır.

    2005-ci ilin fevralında isə Fondun ikinci - "Talassemiyasız həyat uğrunda" layihəsi ölkə və dünya səhiyyə ictimaiyyətinin diqqətinə çatdırıldı. Azərbaycanda qan azlığından əziyyət çəkən uşaqlar az deyil və zəruri müdaxilə olmazsa, onların sayı daha da arta bilər. Ölkə səhiyyəsi üçün aktual olan bu problemi həll etmək məqsədilə Mehriban xanım Əliyevanın təşəbbüs və dəstəyi ilə Bakıda ən müasir tibbi avadanlıqlarla təchiz edilmiş Talassemiya Diaqnostika Mərkəzi inşa olunmuşdur.

    Uşaqlara qayğı hər bir cəmiyyətin nəticə etibarilə öz gələcəyinə qayğısıdır. Potensial intellektual kapitala qoyulan etibarlı sərmayədir. Azərbaycanda dövlət uşaq siyasətinin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş, bu vacib sosial seqmentdəki fəaliyyətin hüquqi tənzimlənməsi məqsədilə müvafiq qanunlar qəbul edilmişdir. Ölkə Prezidenti cənab İlham Əliyev də xüsusi istedada malik, qayğıya ehtiyacı olan, habelə aztəminatlı ailələrdə yaşayan uşaqlara himayəsini əsirgəməmiş, bu məsələni dövlətin strateji prioritetləri siyahısına daxil etmişdir. Əlamətdardır ki, dövlətin uşaq siyasətinin həyata keçirilməsi ilə yenə də ölkənin Birinci xanımı Mehriban Əliyevanın rəhbərliyi altında Heydər Əliyev Fondu yaxından məşğul olur. Nəticə göz qabağındadır - Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 2009-cu il "Uşaq ili" elan olunmuşdur.

    Mədəni irsin himayədarı Hər bir xalqı dünya xalqları içərisində fərqləndirən, iqtisadi göstərici və urbanist nailiyyətlərin birtipli

    və bıqdırıcı kakafoniyasında əriyib itməyə qoymayan bütöv bir amillər, yaxud nəsnələr məcmuyu mövcuddur. Və həmin səbəblər şəridində, heç şübhəsiz, millətin milli-mənəvi dəyərlərindən su içən, etik-əxlaqi və fəlsəfi-estetik düşüncə və görüşləri üzərində pərvəriş tapan mədəni irsi, incəsənəti, əqli-intellektual sərvəti mühüm yer tutur. Azərbaycan bu sarıdan bəxti gətirmiş ölkələr sırasındadır, desək, yanılmarıq. Mədəni sərvəti hardasa mineral sərvətlərlə də müqayisə etmək mümkündür. Biri yerin təkində, əlçatmaz qatlarında gizlənibsə, digəri millətin təfəkküründə, təxəyyülündə, gen yaddaşında süxurlaşıb. "İstehlakçısına", xiridarına qismət olmaq üçün hər ikisinin onları üzə çıxaracaq, cilalayıb təqdim edəcək bir insana ehtiyacları var. Zaman-zaman hər millətin içindən belə bir mesenatlığa çiyin verəcək şəxslər yetişib. Azərbaycan timsalında ötən əsrin əvvəllərində bu cür adamlar barmaqla sayılacaq qədər olsalar da, yüzilin sonunda bu sıra tam seyrəlmişdi.

    1995-ci ildə Mehriban xanım Əliyevanın yaratdığı "Azərbaycan Mədəniyyətinin dostları" Fondu mövcud boşluğu dolduran ilk qaranquş oldu. Fondun məqsədi Azərbaycan mədəniyyətini dünyaya tanıtmaq və təbliğ etmək idi. Sirr deyil ki, siyasətçilərin, diplomatların aça bilmədikləri qapılara mədəni əməkdaşlıq, bu məxrəcdə ərsəyə gələn təmaslar çox tez açar tapa bilir. Bu mənada ölkənin Birinci xanımı Heydər Əliyev Fondunun prezidenti və Milli Məclisin deputatı kimi Mehriban xanım Əliyeva cənab İlham Əliyevin siyasi-diplomatik cəbhədə əldə etdiyi uğurların sırasına özünün beynəlxalq mədəni-humanitar əməkdaşlıq sahəsində əldə etdiyi sanballı nailiyyətləri əlavə etdi. Rəsmi və qeyri-rəsmi statuslu iki nəfərin fəaliyyətinin məhsuldar tandemi kimi ortaya çıxan belə bir əməkdaşlıq örnəyi nəticə etibarilə Azərbaycanın müsbət imicinə, pozitiv renomesinə işləyən çox tutarlı və təkzibedilməz zəmindir.

    Tarixən qısa müddət ərzində Mehriban xanım Əliyeva milli musiqimizin tacı sayılan muğamın dirçəldilməsinə, onun dünya mədəni irsləri ailəsinə qəbul edilməsinə nail oldu. Fond muğama dəstək olan bir neçə diqqətəlayiq layihə-"Muğam-İrs", "Muğam-Dəstgah", "Muğam dünyası", "Muğam ensiklopediyası", "Muğam-internet", Muğam-antologiya" layihələrini həyata keçirdi. Fondun prezidentinin təşəbbüsü ilə YUNESKO tərəfindən Azərbaycan muğamının bəşəriyyətin şifahi və qeyri-maddi irsinin şah əsərləri siyahısına daxil edilməsi, muğamın təbliği, inkişafı və qorunması məqsədilə paytaxtımızın ən gözəgəlimli bir guşəsində Beynəlxalq Muğam Mərkəzinin inşa olunması Mehriban xanımın adını milli musiqi mədəniyyətimizin hamisi və xeyirxahları siyahısının önünə yazmışdır.

    Məhz belə bir geniş diapozonlu və məqsədyönlü fəaliyyət, çağlayan enerji Mehriban xanım Əliyevanın YUNESKO kimi nüfuzlu beynəlxalq təşkilatın Xoşməramlı səfiri təyin edilməsini səbəbləndirmişdir. 2006-cı ildə isə o, 51 müsəlman dövlətinin təmsil olunduğu nüfuzlu İSESKO - İslam Ölkələri Elm, Təhsil və Mədəniyyət Təşkilatının ilk qadın xoşməramlı səfiri seçilmişdir. Bununla da Heydər Əliyev Fondunun prezidentinin fəaliyyət miqyası, bu fəaliyyətin coğrafiyası genişlənmiş, təbiri caizsə, planetar xarakter almışdır. Tanrının cismani və mənəvi gözəlliyin yeganə nüsxədə xəlq etdiyi bu xeyirxahlıq və

  • Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI

    ────────────────────────────────────────────────────────────────────────────────

    8

    mərhəmət elçisini artıq başqa ölkələrdə də səbirsizliklə gözləyirlər. Bir sıra xarici ölkələrdə həyata keçirdiyi layihələr Fondun beynəlxalq aləmdə artan nüfuzunun bariz göstəricisidir. Belə bir sayğı nümunəsi kimi Pakistan İslam Respublikasının zəlzələdən zərər çəkmiş Müzəffərabad şəhərində inşa olunmuş müasir məktəb binasını, Fransanın Versal sarayında dünya mədəni irsi siyahısına salınmış iki nadir heykəlin bərpasını, Gürcüstan paytaxtında yaşayıb yaratmış görkəmli Azərbaycan şair, mütəfəkkir və siyasi xadimləri Mirzə Şəfi Vazeh, Mirzə Fətəli Axundov və Fətəli xan Xoyskiyə aid xatirə abidələrinin yenidən qurulmasını göstərmək olar.

    Son illər iqtisadiyyatın sürətli inkişafı, ictimai-siyasi sabitlik, ölkənin artan nüfuzu Azərbaycanı bir sıra regional və beynəlxalq əhəmiyyətli tədbirlərin paytaxtına çevirmişdir. Gələn qonaqlar rəsmi tədbirlərdə iştirak etməklə yanaşı, ölkədəki inkişaf proseslərini yaxından izləmək imkanı əldə edirlər. Heydər Əliyev Fondunun beynəlxalq əməkdaşlıq çərçivəsində ev sahibliyi etdiyi tədbirlər də bu sıradan istisna deyil. Fondun dəstəyi ilə Bakıda və Parisdə dahi bəstəkar Üzeyir Hacıbəyovun 120 illik, kimyaçı alim, akademik Yusif Məmmədəliyev və görkəmli ədəbiyyatşünas alim, yazıçı Mir Cəlal Paşayevin 100 illik yubileyləri böyük təntənə ilə qeyd olunmuşdur. Dünya şöhrətli musiqiçilər Mstislav Rostropoviç və Dmitri Şostakoviçin yubileyinə həsr olunmuş beynəlxalq festivallar keçirilmişdir.

    "YUNESKO-Azərbaycan: gələcəyə körpü", "Avrasiyada mədəniyyət müxtəlifliyi: Azərbaycan-sivilizasiyalararası dialoqun keçmişi və bu günü", "Orta əsr əlyazmalarında tibb və əczaçılıq" və digər tədbirlərdə ölkəmizin təhsil sistemində aparılan islahatlar, tarixi və mədəni ənənələri, tolerantlıq, dini etiqad azadlığı, irsə münasibət məsələləri müzakirə predmetinə çevrilmişdir.

    Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, eyni zamanda Birinci xanım kimi ölkə Prezidentini müşayiət edərkən qatıldığı bütün tədbir və mərasimlərdə, keçirdiyi yüksək səviyyəli görüşlərdə Mehriban xanım Əliyevanın kifayət qədər ciddi ictimai xadim kimi qəbul edilməsi onun artıq beynəlxalq hüdudları fəth etməkdə olan ictimai fəaliyyətinə və şəxsi personasına verilən yüksək qiymətin təzahürüdür. Əlamətdar, eyni zamanda qürurverici faktdır ki, belə bir ali qiymət təkcə elə isimləri bir dünyaya yetə biləcək siyasi liderlərin, ictimai xadimlərin, görkəmli elm, sənət adamları və beynəlxalq təşkilatların rəhbərlərinin dilindən səslənir. Auditoriya və formatından asılı olmayaraq iştirak etdiyi bütün tədbirlərdə Mehriban xanım Əliyeva Azərbaycan həqiqətlərini, Dağlıq Qarabağ problemi ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevin birmənalı və qətiyyətli mövqeyini dünya ictimaiyyətinə çatdırmaq üçün xitabət kürsüsündən siyasətçi fəhmi, diplomat məharəti ilə istifadə edir.

    Ölkəmizdə, eləcə də onun hüdudlarından çox-çox uzaqlarda apardığı səmərəli xeyriyyəçilik fəaliyyətinə görə Mehriban xanım Əliyeva "Əsrin xeyriyyəçiləri" beynəlxalq fondunun "Yaqut xaç" ordeninə layiq görülmüş, bəşəriyyətin ali ideallarına xidmətdə qazandığı görkəmli nailiyyətlərə görə isə beynəlxalq "Qızıl ürək" mükafatı ilə təltif olunmuşdur.

    İnsan qəlblərinin mühəndisi Mərhəmət olmayan yerdə şəfqət, nəcabət olmayan yerdə nəciblik, kübarlıq olmayan yerdə alicənablıq

    arama. Bu dəyərlər toxum deyil ki, yerə atasan, cücərə. İrsən keçməlidir, genetik yaddaşda kodlaşdırılmalıdır, insanın amalı, məramı ilə diktə olunan gündəlik mənəvi ehtiyaca, ali olduğu qədər də adi davranış normasına çevrilməlidir. Məhz belə bir ruhani harmoniya yarandıqda fərdin ən ali və ülvi mənəvi-əxlaqi çağırışlarla müşayiət olunan xeyirxahlığı konkret konturlar kəsb edir, istəkdən bir addım önə keçib ünvanlaşır.

    Xeyirxahlığı heç vəchlə səxavət və maddi zənginliklə bağlamaq olmaz. Məgər Azərbaycanda milyonlara sahib olsa da üç çəpər o yana məhrumiyyət girdabında çabalayan qonşusuna bir abbası qıymayan adamlar azdırmı?! Belələrinin zatı, mayası natamam olduğu üçün maddi ölçüsündə zənginliyi mənəvi zənginliyə çevirə, mərhəmətin, yaxşılığın, xeyirxahlığın bəxş etdiyi ruhani zövqü yaşaya bilmirlər.

    Bu prizmadan yanaşanda Heydər Əliyev Fondu böyük xeyirxahlıq məbədidir. Niyyəti, məramı, amalı insanlara, Azərbaycana təmənnasız sevgidən yoğrulmuş ümid qapısıdır. Bu qapını döyənlər, bu ocağa pənah gətirənlər heç vaxt naümid qayıtmayıblar. Fondun yaradılmasında ümdə məqsəd Heydər Əliyev irsinin yaşadılması idi. Əgər ulu öndərin siyasi-dövlətçilik irsinin tək varisi cənab İlham Əliyevdirsə, zəngin mənəvi irsinin sadiq daşıyıcısı və qoruyucusu Mehriban xanım Əliyevadır. Birinci xanımın gördüyü işlər ona görə əzəmətlidir, möhtəşəmdir ki, daxilindəki mərhəmət və şəfqət ziyası ilə Azərbaycanın ümummilli liderinin arzu və istəklərinin gerçəkləşdirilməsinə, Prezident İlham Əliyevin xalqına verdiyi vədlərin həyata keçirilməsinə xidmət edir.

    Birinci xanımın qənaətincə, xeyriyyəçilik fəlsəfəsinin əsası, ilk növbədə, insanların yaxşılıq etməyə çalışması, başqasının dərdinə şərik olmaq, onun halına yanmaq, altruizm, ehtiyacı olanlara kömək əli uzatmaq istəyi kimi insani keyfiyyətlərin və qabiliyyətlərin fundamental xarakterinin qəbul edilməsidir.

  • Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI

    ────────────────────────────────────────────────────────────────────────────────

    9

    Elə buradaca kübar və ziyalı bir ailənin, çevrənin tərbiyəsinin təzahürü kimi təvazökar və alicənab bir mövqe, həyat prinsipi ilə baş-başa qalırıq: "Mənəviyyatın ali qanunlarına görə, xeyriyyəçilik fəaliyyətinin əsas motivi şəxsən özün üçün hər hansı dividendlər və ya səmərə gözləmək deyil, məhz insanlara sevgi və təmənnasız olaraq xeyirxah işlər görmək arzusundan ibarət olmalıdır". Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva bu cür düşünür və bu ali ideallara söykənərək çalışır. Həmin çalışmalarınsa bircə ünvanı var - Azərbaycan!

    Xalid NİYAZOV.

    “Azərbaycan”.-2009.-24 yanvar.-N 17.-S.1-2.

  • Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI

    ────────────────────────────────────────────────────────────────────────────────

    10

    Dünya azərbaycanlıları Xocalı soyqırımı barədə həqiqətləri

    xarici ölkələrdə fəal yayırlar Heydər Əliyev Fondunun bu yönümdəki fəaliyyəti və tövsiyələri Dünya Azərbaycanlıları

    Konqresinin əsas istinad mənbəyidir Ermənilərin onilliklər boyu Azərbaycan xalqına qarşı həyata keçirdiyi etnik təmizləmə siyasətinin

    növbəti mərhələsi olan Xocalı soyqırımından 17 il ötür. 1992-ci il fevralın 26-da bütün dünya Xocalı şəhərində dəhşətli bir vəhşiliyin şahidi oldu. Şəhərdən çıxmağa çalışan mülki əhali məhz azərbaycanlı olduğu üçün erməni hərbi birləşmələri tərəfindən soyqırımına məruz qaldı. Sovet ordusunun 366-cı hərbi alayın köməyindən yararlanan ermənilər körpələrə, əlsiz-ayaqsız qocalara, qadınlara belə aman vermədilər. Şəhərin özü isə yerlə yeksan edildi.

    Bu gün hər birimizin qarşısında duran əsas vəzifələrdən biri insanlığa qarşı ən böyük cinayətlərdən

    olan Xocalı faciəsi ilə bağlı əsl həqiqətləri dünyaya çatdırmaq, dinc azərbaycanlılara qarşı soyqırımı törədən Ermənistanın bütün dünya miqyasında ifşa edilməsinə nail olmaq, Azərbaycan dövlətinin bu məqsədlə həyata keçirdiyi fəaliyyətə dəstək verməkdir. Çünki ideoloji təbliğatın mühüm əhəmiyyət kəsb etdiyi müasir zamanda əsl həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması böyük əhəmiyyət kəsb edir.

    Bunları nəzərə alan Heydər Əliyev Fondu Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, azərbaycanlıların məruz qaldığı soyqırımı cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasını ümdə məqsəd kimi öz fəaliyyətinin prioritet istiqaməti elan edib. Cəmi 5 ilə yaxındır ki, fəaliyyət göstərməsinə baxmayaraq, Heydər Əliyev Fondu ölkəmizin üzləşdiyi ədalətsizliklə bağlı həqiqətlərin dünyaya çatdırılmasında xeyli iş görüb. Fondun bu məqsədlə apardığı davamlı iş 2005-ci ildə "Azərbaycan" internet portalının yaradılması ilə başlayıb. Portalda faktlarla Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyəti, Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində dinc əhaliyə qarşı törətdiyi azğınlıq, ölkəmizin tarixini əks etdirən memarlıq abidələrinə qarşı vandalizm aktları barədə məlumatlar yerləşdirilmişdir. "Azərbaycan" portalında Xocalı soyqırımı ayrıca bölmə kimi təqdim olunur. Burada 1992-ci ilin fevralında erməni işğalçılarının Xocalıda törətdiyi soyqırımı haqqında geniş məlumatla yanaşı, qanlı faciəni əks etdirən fotoşəkillər də yerləşdirilib.

    Heydər Əliyev Fondunun 2006-cı ildə hazırladığı "Qarabağ həqiqətləri" bukletlər toplusu da Ermənistanın Azərbaycana təcavüzü barədə obyektiv məlumatları daha geniş auditoriyaya çatdırmaq üçün həyata keçirilən davamlı fəaliyyətin tərkib hissəsidir. Fondun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə hazırlanan bukletlər toplusu gerçəkləşdirilən layihələr sırasında xüsusi əhəmiyyətə malikdir. Qarabağın tarixi, münaqişənin başlanması, erməni təcavüzünün nəticələri, erməni terror təşkilatlarının Azərbaycana qarşı cinayətkar fəaliyyəti haqqında ətraflı informasiya almağa imkan verən topluda Xocalı soyqırımı haqqında həqiqətlər yer alıb. Topludakı bukletlərdən biri "Xocalı soyqırımı" adlanır. Toplu müxtəlif dillərdə çap olunaraq xarici ölkələrdə yayılıb.

    Heydər Əliyev Fondunun bu silsilədən olan digər nəşrləri - "Azərbaycanın qarşılaşdığı müharibə: mədəni irsin hədəfə alınması" və "Pirlər və müharibələr" kitabları Qarabağ müharibəsinin faciələrindən, tarixi-maddi abidələrimizin, müqəddəs dini yerlərimizin dağıdılmasından bəhs edir.

    Heydər Əliyev Fondu Xocalı faciəsinin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması istiqamətindəki fəaliyyətinə öz xətti ilə xarici ölkələrdə anma mərasimlərinin, elmi-praktik konfransların keçirilməsini də daxil edib. Ötən illərdə olduğu kimi, Xocalı faciəsinin 17-ci ildönümündə də xarici ölkələrdə ziyalıların, elm adamlarının, tanınmış insanların iştirakı ilə belə tədbirlər keçirilir.

    Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması ilə bağlı ölkəmizin hüdudlarından kənarda görülən işlər sırasında Heydər Əliyev Fondunun Moskva nümayəndəliyinin həyata keçirdiyi tədbirlər də diqqəti cəlb edir. Hələ ötən il fevralın 27-də fondun Rusiya nümayəndəliyi tərəfindən Moskvada keçirilmiş "Xocalı. 16 il sonra" mövzusunda elmi-praktik konfrans Xocalı soyqırımının beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması yönündə keçirilən əhəmiyyətli tədbirlərdən biri olmuşdur.

    Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri, İslam Konfransı Təşkilatının Əməkdaşlıq və Dialoq uğrunda Gənclər Forumunun mədəniyyətlərarası və sivilizasiyalararası dialoq üzrə birinci baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə ötən il "Xocalıya ədalət" kampaniyasına start verilmişdir. 2008-ci ilin mayında İstanbulda İslam Konfransı Təşkilatının Əməkdaşlıq və Dialoq uğrunda Gənclər Forumu və İSESKO-nun təşkilatçılığı ilə keçirilmiş İKT ekspertlərinin ikigünlük iclasında bu kampaniya İKT ekspertləri tərəfindən dəstəklənmiş və 26 fevral - Xocalı soyqırımı gününün İKT ölkələrində humanitar fəlakətlər

  • Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI

    ────────────────────────────────────────────────────────────────────────────────

    11

    qurbanlarının xatirəsini anma günü kimi qeyd olunması barədə qərar qəbul olunmuşdur. İslam Konfransı Təşkilatının üzvü olan ölkələrin xarici işlər nazirlərinin ötən ilin iyununda Uqandada keçirilmiş konfransında Leyla Əliyevanın təşəbbüsü təsdiq edilmişdir.

    "Xocalıya ədalət" beynəlxalq kampaniyası çərçivəsində fevralın 22-də Hollandiyanın Haaqa şəhərində "Ana Vətən" Avropa Azərbaycanlı Qadınları Birliyi azərbaycanlı tələbələrin iştirakı ilə anma mərasimi və yürüş təşkil etmişdir. Bu tədbirlər zamanı "Xocalıya ədalət" beynəlxalq kampaniyasının www.justiceforkhojaly.org ünvanlı internet saytının təqdimatı olmuşdur.

    Xocalı faciəsinin ildönümündə dünyanın bir çox şəhərlərində yaşayan azərbaycanlıların diaspor təşkilatları tərəfindən piketlər, mitinqlər keçirilir, anma mərasimləri təşkil olunur. Dünya Azərbaycanlıları Konqresi də bu istiqamətdə üzərinə düşən mənəvi borcunu layiqincə yerinə yetirir. Ulu öndər Heydər Əliyevin və onun siyasi kursunun davamçısı cənab İlham Əliyevin Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması yönündə tövsiyələri DAK-ın keçirdiyi bu silsilədən olan bütün tədbirlərinin əsas qayəsini təşkil edir.

    Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın Azərbaycan həqiqətlərinin və Xocalı soyqırımının mahiyyətinin dünyaya çatdırılması yönündə təşəbbüslərini də DAK özü üçün örnək sayır. DAK-ın təşkilatçılığı ilə bu il və ötən illərdə Xocalı soyqırımı ilə bağlı keçirilən anma mərasimlərində Heydər Əliyev Fondunun hazırladığı "Xocalı soyqırımı" filmi nümayiş etdirilmişdir. Mərasimə dəvət olunanlar ermənilərin Xocalıda törətdikləri vəhşilikləri əks etdirən foto-şəkillərin ekspozisiyası və müxtəlif illərdə xarici ölkələrin nüfuzlu nəşrlərində yer alan Xocalı faciəsindən bəhs edən materiallarla tanış olmuşlar. "Qarabağ həqiqətləri" toplusunun da geniş ictimaiyyət arasında yayımı təşkil edilmişdir.

    İctimai rəyi formalaşdırmağa yönələn bu kimi bütün tədbirlər Xocalı soyqırımı haqqında beynəlxalq ictimaiyyətin daha obyektiv və dürüst informasiya almasına imkan yaradır. DAK bu cür tədbirlərin mütəmadi olaraq keçirilməsini diqqət mərkəzində saxlayır.

    Nadir ORUCOV,

    Dünya Azərbaycanlıları Konqresinin Bakı nümayəndəliyinin rəhbəri

    “Azərbaycan”.-2009.-27 fevral.-N 46.-S.3.

  • Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI

    ────────────────────────────────────────────────────────────────────────────────

    12

    Heydər Əliyev Fondu son iki ildə

    Fond yarandığı gündən təhsilə yardımı öz fəaliyyətinin prioritet istiqaməti elan edib

    Xalqımızın böyük oğlu, həyat amalı varlığı qədər sevdiyi Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin

    iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olan və bu istiqamətdə uzun illər titanik fəaliyyət göstərən ümummilli liderimiz Heydər Əliyevin ölkəmizlə, xalqımızla bağlı böyük arzuları vardı. O istəyirdi ki, Azərbaycan tezliklə dünya ölkələri arasında öncül mövqelərə çıxsın, ölkəmizin iqtisadi qüdrəti artsın, xalqımızın maddi rifah halı yüksəlsin, milli dəyərlərimiz qorunsun və nəsildən-nəslə ötürülsün. Məhz bu istəklə də dövlətimizin gələcəyi naminə nəhəng işlərin, iri layihələrin əsasını qoymuşdur. Bu gün həmin işlər, habelə onun yeritdiyi müdrik daxili və xarici siyasət layiqli varisi, yeni düşüncəli rəhbər və siyasi lider ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

    Ümummilli liderimizin ölkəmiz, xalqımızla bağlı arzularının, planlarının gerçəkləşməsində onun adını daşıyan Fond da yaxından iştirak edir. Yaranmasından təxminən 5 il ötməsinə baxmayaraq, böyük siyasətçinin dövlətçilik irsini öyrənən və təbliğ edən, irimiqyaslı proqramların həyata keçirilməsinə dəstək verən Heydər Əliyev Fondu öz genişmiqyaslı fəaliyyəti ilə artıq cəmiyyətimizdə böyük nüfuz qazanmışdır.

    Xalqın rifahının yüksəlməsinə, fiziki və mənəvi sağlamlığının təmin olunmasına yönəlmiş faydalı təşəbbüsləri dəstəkləmək, elm, təhsil, mədəniyyət, incəsənət, səhiyyə və idmanın inkişafını təmin edən layihələrə yardımçı olmaq, milli mənəvi dəyərlərə sadiq gənclərin yetişdirilməsinə çalışmaq, ölkəmizin nüfuzunu artırmaq kimi mühüm, əhəmiyyətli vəzifələri reallaşdırmağı qarşısına məqsəd kimi qoymuş Fond yarandığı gündən bəri həmin istiqamətlərdə xeyli iş görmüş, ardıcıl layihələr həyata keçirmişdir. Fondun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyeva təhsil sahəsində həyata keçirilən "Yeniləşən Azərbaycana yeni məktəb" Proqramının ikinci mərhələsinin təqdimatına həsr olunmuş "dəyirmi masa"dakı çıxışında demişdir: "Müasir dünyada hər bir ölkənin inkişafı, onun dünya birliyinə inteqrasiyası üçün təhsilin rolu əvəzsizdir. Məhz buna görə Heydər Əliyev Fondu yarandığı ilk gündən təhsilə yardımı öz fəaliyyətinin prioritet istiqaməti elan etmişdir".

    Heydər Əliyev Fondunun təhsillə bağlı qarşıya qoyduğu əsas məqsəd Azərbaycanda qloballaşan dünyanın tələbləri səviyyəsində qurulmuş milli təhsil modelinin gerçəkləşdirilməsinə yardımçı olmaqdır. Bu məqsədə çatmağın yolu təhsilin infrastrukturunun yeniləşdirilməsindən, müasir tipli yeni məktəblər inşa etməkdən, təlim-tədris prosesi üçün lazımi şərait yaratmaqdan keçdiyi üçün Fond öz fəaliyyətində yeni məktəblərin tikintisinə, tədris müəssisələrinin bərpasına, təmirinə və müasir avadanlıqlarla təchiz olunmasına xüsusi önəm verir. Bu baxımdan Fondun ardıcıl həyata keçirdiyi "Yeniləşən Azərbaycana yeni məktəb" Proqramı ölkədə xüsusilə böyük əks-səda doğurmuşdur. Proqram çərçivəsində tikilən yeni məktəblərin sayı 237-yə çatmışdır. 35 məktəb, o cümlədən xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün 28 internat məktəb əsaslı təmir olunmuş, müasir avadanlıqlarla təchiz edilmişdir.

    Fondun fəaliyyətə başladığı ilk illərdə olduğu kimi, 2007-2008-ci illərdə də "Yeniləşən Azərbaycana yeni məktəb" Proqramının icrası diqqət mərkəzində saxlanılmış, proqram çərçivəsində xeyli yeni məktəb, məktəblər üçün əlavə tədris korpusları inşa olunmuş və əsaslı təmir edilmişdir. Son iki ildə paytaxtın Qaradağ, Səbail, Əzizbəyov, Yasamal rayonlarında, Lənkəranda, Abşeronda, Balakəndə, Qazaxda, Qubada, Dəşkəsəndə, Zaqatalada, Oğuzda və digər bir çox rayonlarda Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə məktəb binalarının tikintisi, təmiri işi aparılmışdır. Onlardan bəzilərini diqqətə çatdırmağı məqsədəuyğun hesab edirik.

    2007-2008-ci illərdə Heydər Əliyev Fondunun "Yeniləşən Azərbaycana yeni məktəb" Proqramı çərçivəsində Bakıda 180 nömrəli məktəb üçün 240 , 104 nömrəli məktəb üçün 440, 156 nömrəli məktəb üçün 1140, 218 nömrəli məktəb üçün 1176, 100 nömrəli məktəb üçün 240, 300 nömrəli məktəb üçün 600, Zərifə Əliyeva adına məktəb üçün 840 şagird yerlik yeni məktəb binaları və əlavə tədris korpusları inşa olunaraq istifadəyə verilmişdir. Bunlardan 156 və 218 nömrəli məktəbləri xüsusi qeyd etmək lazımdır. Fondun təşəbbüsü ilə tikilmiş hər iki məktəb 2007-ci ilin sentyabrın 15-də istifadəyə verilmiş, bu münasibətlə keçirilən açılış mərasimlərində Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva iştirak etmişdir.

    Bölgələrdə də məktəb tikintisi böyük vüsətlə aparılmışdır. Cəlilabad şəhərində 2007-ci ildə istifadəyə verilmiş 1100 şagird yerlik akademik Zərifə Əliyeva adına orta məktəb, həmin ilin yanvarında açılışı keçirilmiş Lənkəranın Liman şəhərində 1200 şagird yerlik məktəb Fondun iri layihələrindəndir. Bunlarla yanaşı, Fondun təşəbbüsü ilə Lənkəran rayonunda Bürcəli kənd ibtidai məktəbi üçün 100, Abşeron rayonunun Goradil kənd məktəbi üçün 120, Novxanı kənd 2 nömrəli məktəb üçün 240, Balakən rayonundakı Katex kənd 3 nömrəli orta məktəb üçün 240, Pirəhməd kənd orta məktəbi üçün 100, Qazax rayonunda Dəmirçilər kənd orta məktəbi üçün 200, Fərəhli kənd orta məktəbi üçün 100, Quba rayonunda Əlinkənd əsas məktəbi üçün 100, Daşkəsən

  • Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI

    ────────────────────────────────────────────────────────────────────────────────

    13

    rayonunda Təzəkənd kənd orta məktəbi üçün 140, Salyan rayonunda Yuxarı Xalac -1 kənd orta məktəbi üçün 220, Yuxarı Xalac - 2 kənd orta məktəbi üçün 100, Zaqatala rayonunun Əliabad qəsəbə 4 nömrəli orta məktəbi üçün 360, Yuxarı Çardaxlar kənd orta məktəbi üçün 200, Qandax kənd orta məktəbi üçün 240, Ağdaş rayonunun Pirkələ kənd məktəbi üçün 200, Oğuz rayonunun Böyük Söyüdlü kənd orta məktəbi üçün 200, Hacıqabul şəhərində 640, Tovuz rayonunun Düz Qırıxlı , Aşağı Öysüzlü və İsakənd kəndlərinin hər birində 240, Şəki şəhər 1 nömrəli orta məktəbi üçün 240, şəhərin Yaramalı adlanan ərazisində 240 şagird yerlik yeni məktəb binaları tikilmişdir. Gədəbəy rayonundakı Slavyanka, Şamaxı rayonundakı Avaxıl kənd, Yardımlı qəsəbə 2 nömrəli orta məktəbləri də 2007-ci ildə Heydər Əliyev Fondundan dəyərli töhfələr almışlar. Həmin məktəblər üçün 120, 240, 360 şagird yerlik binalar tikilmiş və müasir avadanlıqlarla təchiz olunmuşdur. 2007-ci ildə Fondun təşəbbüsü ilə Saatlı, Qusar, Samux, Siyəzən, Şəmkir, Qax rayonlarında da məktəblər üçün yeni binalar tikilmiş və mövcud binalar təmir edilmişdir.

    Məktəb tikintisi və təmiri 2008-ci ildə də vüsətlə davam etdirilmişdir. Ötən il Fondun vəsaiti hesabına tikilən ən böyük məktəblərdən biri paytaxtın Yasamal rayonunda aprelin 28-də istifadəyə verilmiş akademik Zərifə Əliyevanın adını daşıyan məktəbdir. 840 şagirdin təhsil alması üçün nəzərdə tutulmuş məktəb ən müasir standartlara uyğun tikilmiş, Fondun vəsaiti hesabına müasir tədris avadanlığı və kompüterlə təmin olunmuşdur. Məktəbin açılışında dövlət başçısı İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva iştirak etmişlər.

    Fondun "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi çərçivəsində İmişli şəhərində 300 şagird yerlik yeni məktəb binası tikilmişdir. 5 sinif otağı, idman zalı, kitabxana, kompüter kabineti olan yeni məktəb binasında istilik sistemi və nasosxana da vardır.

    Ötən il sentyabrın 17-də ölkə başçısının iştirakı ilə açılışı keçirilmiş Qusar rayonunun Balaqusar kənd orta məktəbinin binası da qusarlılara Heydər Əliyev Fondunun töhfəsidir. Qəza vəziyyətində olan həmin məktəb üçün Fondun sifarişi ilə 2007-ci ildə 500 şagird yerlik yeni binanın inşasına başlanmış və o, qısa müddətdə tikilib istifadəyə verilmişdir. Məktəbin 25 sinif otağından əlavə geniş idman salonu, fənn kabinetləri, kompüter otağı, atıcılıq tiri, akt salonu və kitabxanası vardır.

    Heydər Əliyev Fondu Qusar rayonu Yeni Zeyxur kənd məktəbinin müəllim və şagird kollektivini də ötən il sevindirmişdir. Belə ki, sakinlərin arzusu nəzərə alınaraq uzun illər yararsız vəziyyətdə olan kənd məktəbi üçün yeni bina inşa edilmişdir. ötən il digər rayonlarda da Fondun təşəbbüsü ilə çoxlu məktəb binası tikilib istifadəyə verilmişdir.

    Heydər Əliyev Fondunun fəaliyyətində aparıcı istiqamətlərdən birini xüsusi qayğıya ehtiyacı olan uşaqlara kömək etmək, onların cəmiyyətə layiqli vətəndaş kimi yetişmələrinə, sosial problemlərinin həllinə dəstək göstərmək təşkil edir. Bu sahədə işlər Fondun "Uşaq evləri və internat məktəblərinin inkişafı Proqramı “ çərçivəsində həyata keçirilir. Son illər həmin proqramın icrası istiqamətində də xeyli iş görülmüş, xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün 28 internat məktəbdə, bir çox uşaq evlərində yenidənqurma, təmir-tikinti işləri aparılmış, onlar zəruri avadanlıqlarla təmin edilmiş, yeni ədəbiyyatlarla zənginləşdirilmişdir. Fondun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyeva özü şəxsən xüsusi qayğıya ehtiyacı olan uşaqlara diqqətlə yanaşır, tez-tez onların təlim-tərbiyə aldıqları müəssisələrə baş çəkərək təhsilləri, yaşayış şəraitləri ilə maraqlanır.

    Proqramın icrası istiqamətində işlər 2007-2008-ci illərdə də ardıcıl davam etmiş, Bakının Nizami rayonundakı 1 nömrəli uşaq evində 2005-ci ildən başlamış yüksək səviyyədə aparılan təmir işlərinin son mərhələsi ötən il başa çatdırılmış, üç min kvadrat metr sahəsi olan uşaq evi bütünlüklə əsaslı təmir olunmuşdur.

    Fondun vəsaiti hesabına Göyçay internat məktəbində əsaslı təmir işləri aparılmışdır. Fondun təşəbbüsü ilə Azərbaycanda xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün reabilitasiya mərkəzinin tikilməsinə başlanmışdır. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva 2007-ci ilin dekabrın 27-də özünün şəxsi təşəbbüsü ilə əsaslı təmir olunmuş Bakının Nəsimi rayonundakı 268 nömrəli xüsusi məktəbdə olmuş, burada Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə təşkil edilmiş şənlikdə iştirak etmişdir. 2008-ci il fevralın 14-də Mehriban Əliyeva Xətai rayonundakı 3, Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsindəki 2 nömrəli, Nərimanov rayonundakı psixo-nevroloji uşaq evlərində olmuş, pedaqoji heyət və uşaqlarla görüşmüşdür. ötən il martın 8-də Heydər Əliyev Fondunun prezidenti Bakının Əzizbəyov rayonunda yerləşən 3 təhsil müəssisəsinə - 3 nömrəli uşaq evinin Buzovnadakı yay düşərgəsinə, Uşaqlara və Ailələrə dəstək Mərkəzinə və 262 nömrəli məktəbə baş çəkmişdir. Fondun təşəbbüsü və dəstəyi ilə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün mütəmadi olaraq bayram şənlikləri, konsertlər təşkil olunur.

    Fondun təhsillə bağlı həyata keçirdiyi "Təhsilə dəstək" layihəsi də ölkə ictimaiyyəti tərəfindən rəğbətlə qarşılanır və təhsilimizə diqqət və qayğı nümunəsi kimi yüksək dəyərləndirilir. Əsasən məktəbəqədər uşaq tərbiyə müəssisələrinin yenidən qurulmasını, müasir avadanlıqlarla təchizini hədəfə alan layihə həm də uşaq müəssisələrinin dərs vəsaitləri ilə təmin olunması, xaricdə fəaliyyət göstərən Azərbaycan məktəblərinə dərsliklərlə, İKT avadanlıqları ilə kömək göstərilməsini nəzərdə tutur.

  • Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI

    ────────────────────────────────────────────────────────────────────────────────

    14

    Layihə çərçivəsində son illər 8 uşaq bağçasında bərpa işləri aparılmışdır. Bu sahədə işlər 2007-2008-ci illərdə də uğurla davam etdirilmiş, 2007-ci ildə Nərimanov rayonunda akademik Zərifə Əliyevanın adını daşıyan yeni bağça tikilib istifadəyə verilmişdir. 120 yerlik bağçanın açılışında Fondun prezidenti Mehriban Əliyeva da iştirak etmişdir. ötən il mayın 9-da Bakının Əzizbəyov rayonunun Binə qəsəbəsində Heydər Əliyev Fondunun dəstəyi ilə yenidən qurulmuş uşaq bağçası açılmışdır.

    Fondun təşəbbüsü ilə uşaq bağçaları üçün uşaq musiqilərindən və nağıllardan ibarət disklər buraxılaraq uşaq bağçalarına hədiyyə edilmişdir.

    Fondun "Təhsilə dəstək" layihəsi çərçivəsində həyata keçirdiyi tədbirlərdən biri də məktəblərin əyani vəsaitlərlə təmin olunmasına kömək göstərməkdir. Bu məqsədlə Fondun dəstəyi ilə son iki il ərzində 140 adda plakat hazırlanaraq Azərbaycanın bütün ümumtəhsil məktəblərinə verilmişdir. Bu, məktəblərin əyani vəsaitlərlə təminatını xeyli artırmışdır. Təhsilin keyfiyyətini yüksəltmək məqsədi ilə müxtəlif fənlər üzrə hazırlanan plakatların hər birindən 10 min nüsxə olmaqla 1 milyon 400 min ədəd plakat çap edilmişdir.

    "Təhsilə dəstək" layihəsi çərçivəsində hər yeni dərs ilinin əvvəlində məktəblilərə çanta və dərs ləvazimatları paylanması da Fondun gözəl ənənələrindəndir. 2004-cü ildən başlayaraq Fond hər il qaçqın və məcburi köçkün ailələrdən olan I sinif şagirdlərini, eləcə də Gürcüstanda yaşayan soydaşlarımızı yeni dərs ili ərəfəsində bağışladığı çanta və dərs ləvazimatı ilə sevindirir.

    2007-ci ildə hədiyyələrin coğrafiyası daha da genişləndirilmişdir. Bir sıra xarici ölkələrdə, o cümlədən Rusiya Federasiyasında, Hollandiyada, Türkiyədə, Rumıniyada yaşayan məktəbli soydaşlarımız da belə hədiyyə almışlar.

    2008-2009-cu dərs ili ərəfəsində həyata keçirilmiş aksiyanın miqyası isə daha geniş olmuşdur. Belə ki, ötən il həmin aksiya bütün ölkəni əhatə etmiş və birincilərə 130 min çanta paylanmışdır. Hər çantaya 16 adda məktəb ləvazimatı qoyulmuşdur.

    Gəncədə I sinfə gedən 462 şagirdi Fond məktəbli geyimi ilə təmin etmişdir. Heydər Əliyev Fondunun təhsilə qayğısı təkcə respublikamızla məhdudlaşmır. Fondun bu istiqamətdəki

    fəaliyyətinin coğrafiyası gündən-günə genişlənir. Artıq beynəlxalq aləmdə nüfuzlu bir qurum kimi tanınan Fond xeyriyyəçilik missiyasını bir neçə ölkədə də uğurla davam etdirir. Gürcüstanda yaşayan azərbaycanlıların təhsillə bağlı problemlərinin aradan qaldırılması üçün hər il dövlət xətti ilə yanaşı, Fond tərəfindən də yardım edilməsini soydaşlarımız dərin minnətdarlıq hissi ilə qarşılayırlar.

    Rusiyanın paytaxtında və ayrı-ayrı şəhərlərindəki Azərbaycan məktəblərinə göstərilən qayğını bu baxımdan xüsusi qeyd etmək olar.

    2007-ci ildə Hollandiyanın paytaxtı Amsterdamda fəaliyyətə başlayan Azərbaycan məktəbi də Fondun diqqətindən kənarda qalmamış, məktəbə kompüter dəsti və dərs vəsaitləri göndərilmişdir.

    Rusiyanın "Puşkin kitabxanası"nın Fondla əməkdaşlığı da ölkəmizin elm, təhsil və mədəniyyətin inkişafına yönələn dəyərli hadisədir. Rusiyada son illər nəşr edilən müxtəlif elm sahələrinə aid 4 min kitab, 1000-dən çox dərslik Fondun və şəxsən Mehriban xanım Əliyevanın təşəbbüsü ilə respublikamızın ali məktəblərinə təqdim edilmişdir. Fondun dəstəyi ilə Türkiyənin Qars Qafqaz Universitetində Heydər Əliyev tədris mərkəzi açılmışdır.

    Fondun "Təhsilə dəstək" layihəsi çərçivəsində Pakistanda tikdirdiyi qızlar məktəbi isə Azərbaycan-Pakistan münasibətlərinə əsl töhfə olmuşdur. Pakistanın Müzəffərabad şəhərinin Rara ərazisində inşa olunan bu məktəb həmin ölkədə 2005-ci ildə baş vermiş güclü zəlzələ nəticəsində yararsız vəziyyətə düşən məktəbin yenisi ilə əvəzlənməsinə imkan yaratmışdır. Dəyəri 750 min ABŞ dolları olan layihə çərçivəsində qısa müddətdə inşa olunmuş və 2008-ci il fevralın 4-də istifadəyə verilmiş təhsil ocağında müasir tələblərə cavab verən 10 xüsusi sinif otağı, laboratoriya, fənn kabinetləri, kitabxana, kompüter otağı, idman meydançası vardır. 500-dən artıq şagirdin təhsil alması üçün nəzərdə tutulmuş məktəbi Heydər Əliyev Fondu əyani vəsaitlərlə, o cümlədən Azərbaycan haqqında nəşrlərlə təmin etmişdir. Pakistanda tikilmiş yeni məktəb binası Fondun "Təhsilə dəstək" layihəsi çərçivəsində xarici ölkələrdə tikdirdiyi ilk məktəb binasıdır.

    Heydər Əliyev Fondu Milli təhsil sisteminin inkişafı naminə bir sıra nüfuzlu beynəlxalq qurumlarla, xüsusən də Fondun prezidenti Mehriban xanım Əliyevanın xoşməramlı səfiri olduğu YUNESKO və İSESKO ilə sıx əməkdaşlıq əlaqələri qurmuşdur. Bu əlaqələr əsasən "Təhsil hamı üçün " proqramını, "Assosiativ məktəblər " texniki peşə sahəsində əməkdaşlıq, inklüziv təhsil layihəsi, ali məktəblərdə YUNESKO kafedralarının yaradılması və digər sahələri əhatə edir.

    2007-ci il aprelin 27-də Heydər Əliyev Fondu ilə İSESKO arasında protokol imzalanmışdır. Məhz bu əməkdaşlığın nəticəsidir ki, Bakıdakı ötən il mayın 14-də YUNESKO-nun "Avropada sübregional çərçivədə savadlılıq problemlərinə baxış: tərəfdaşlıq əlaqələrinin qurulması və innovativ yanaşmaların tətbiqinə dəstək" mövzusunda regional konfransı, oktyabrın 6-da isə İslam ölkələrinin ali təhsil və elm nazirlərinin IV konfransı keçirilmişdir. Hər iki konfransın təşkilatçılarından biri məhz Heydər Əliyev Fondu olmuşdur.

  • Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI

    ────────────────────────────────────────────────────────────────────────────────

    15

    Fondun dəstəyi ilə 2007-ci il oktyabrın 28-dən noyabrın 3-dək Bakıda "Gənclər sivilizasiyaların alyansı naminə" təşəbbüsü çərçivəsində beynəlxalq konfrans keçirilmişdir.

    Fondun mədəniyyətimizin, xüsusən də muğam sənətinin inkişafı, Azərbaycan mədəniyyətinin xaricdə təbliğ olunması, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, mənfur qonşularımızın xalqımıza qarşı törətdikləri soyqırımlar haqqında dünya xalqlarına məlumatların verilməsi istiqamətində çoxcəhətli fəaliyyəti də təqdirəlayiqdir və xalqımız tərəfindən həmişə yüksək qiymətləndirilir. Bu istiqamətlərdə Fond son 2 ildə də səmərəli fəaliyyətlər göstərmişdir.

    Yusif Əliyev

    “Azərbaycan müəllimi”.-2009.-6 mart.-N.9.-S.3.

  • Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI

    ────────────────────────────────────────────────────────────────────────────────

    16

    Bu gün Bakıda Beynəlxalq Muğam Festivalı açılır

    Tədbir Heydər Əliyev Fondunun dəstəyi və himayəsi altında keçirilir Dünən Azərbaycan Milli Elmlər Akademiyasının Tarix Muzeyində “Muğam aləmi” Beynəlxalq

    Muğam Festivalı ilə bağlı mətbuat konfransı keçirildi. Tədbirdə təhsil naziri Misir Mərdanov, Milli Elmlər Akademiyasının prezidenti Mahmud Kərimov, Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə, AMEA-nın vitse-prezidenti, Tarix Muzeyinin direktoru Nailə Vəlixanlı və mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva iştirak edirdilər.

    Festivalla bağlı ətraflı məlumat verən Misir Mərdanov bildirdi ki, Bakıda keçirilən Beynəlxalq Muğam Festivalı Azərbaycan xalqının mühüm bayramlarından olan Novruzla eyni vaxta təsadüf edir. Onun sözlərinə görə, Novruz günlərində muğamla bağlı silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulub. Bütün tədbirlər Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın dəstəyi və himayəsi altında keçirilir. Natiq dedi: “Son illərdə Heydər Əliyev Fondu Azərbaycan xalq sənətinin, milli muğamlarımızın təbliği işinə çox böyük dəstək verib. Heydər Əliyev Fondunun dəstəyi ilə ölkəmizdə təkcə muğam, musiqi, incəsənət deyil, bütövlükdə təhsil, mədəniyyət, elm, səhiyyə sahələrində yüksək inkişafa nail olunub. Mənim xeyli yaşım var və xeyli vaxtdır ki, nazir vəzifəsində çalışıram, amma heç vaxt görməmişəm və eşitməmişəm ki, muğamla bağlı elmi simpozium keçirilsin, muğam bu qədər geniş tədqiqat obyektinə çevrilsin. Biz artıq muğam sahəsindəki tədqiqatçıların beynəlxalq simpoziumunu Azərbaycanda keçiririk. Simpozium üç gün davam edəcək. Bütün bunlar Heydər Əliyev Fondunun, şəxsən onun prezidenti Mehriban xanım Əliyevanın dəstəyi sayəsində mümkün olub. Simpoziumda Azərbaycan Milli Elmlər Akademiyasının, universitetlərimizin alimləri ilə yanaşı, dünyanın çoxsaylı ölkələrindən gəlmiş muğam tədqiqatçıları iştirak edəcəklər. Tədbirlərə YUNESKO-nun baş direktoru, Azərbaycanın dostu Kouşiro Matsuura da qoşulacaq. Eyni zamanda, gözlənilir ki, bizim Novruz bayramı YUNESKO-nun siyahısına düşəcək”.

    Təhsil nazirinin dediyinə görə, tədbirlərdə dünyanın onlarla ölkəsindən tanınmış alimlər, incəsənət, mədəniyyət xadimləri iştirak edəcək, onlar həm ölkədə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlarla, xüsusən mədəniyyət, incəsənət, memarlıq abidələrimiz, onların bərpası ilə bağlı görülmüş və görülməkdə olan işlərlə tanış olacaq, həm də Azərbaycanda çox qədim zamanlardan keçirilən Novruz bayramının özəlliklərini görəcəklər.

    “Muğam aləmi” Beynəlxalq Muğam Festivalı haqqında ətraflı məlumat verən Firəngiz Əlizadə qeyd etdi ki, bu geniş tədbir 18-25 martda keçiriləcək. Festival çərçivəsində Beynəlxalq Elmi Simpozium, Beynəlxalq Muğam Müsabiqəsi və festival konsertləri silsiləsi təşkil olunacaq. Azərbaycanda mart ayının əvvəllərində birinci respublika muğam müsabiqəsi keçirilib. Müsabiqənin qalibləri Təyyar Bayramov (birinci yer), Vəfa Orucova (ikinci yer), Babək Niftəliyev (üçüncü yer) və diplomantlar Arzu Əliyeva, Səbuhi İbayev Beynəlxalq Muğam Müsabiqəsində ölkəmizi təmsil edəcək, Bakıya dünyanın hər yerindən, o cümlədən Avropa ölkələrindən gəlmiş məşhur muğam tədqiqatçılarına Azərbaycan milli muğam xəzinəsinin nadir incilərini təqdim edəcəklər. Onun sözlərinə görə, ”Muğam aləmi” Beynəlxalq Muğam Müsabiqəsi martın 22-dən 24-dək Kukla Teatrında keçiriləcək. Müsabiqədə İran, Suriya, İraq, Mərakeş, Özbəkistan, Tacikistan, Qazaxıstan, Misir, Türkiyə və Almaniyadan 67 iştirakçı qatılacaq. Müsabiqədə bir Qran-Pri (20 min avro) və üç mükafat (15 min, 10 min və 5 min avro) var. Festival günlərində 10 ölkədən - İraq, Mərakeş, İran, Suriya, İtaliya, Çin, Hindistan, Misir, Özbəkistan və Azərbaycandan musiqiçilər çıxış edəcəklər. Konsertlər martın 21-25-də 5 gün ərzində Beynəlxalq Muğam Mərkəzində keçiriləcək. Konsertlərdə Azərbaycan muğam ifaçılarının ifasında 7 əsas Azərbaycan muğamı səslənəcək. Muğamları Alim Qasımov, Mənsum İbrahimov, Mələkxanım Əyyubova, Ağaxan Abdullayev, Səkinə İsmayılova, Nuriyyə Hüseynova, Zabit Nəbizadə ifa edəcəklər. Eyni zamanda, festival çərçivəsində Azərbaycan Dövlət Filarmoniyasında keçiriləcək konsertlərdə Fikrət Əmirovun “Şur”, ”Kürd ovşarı”, “Gülüstan Bayatı-Şiraz”, Niyazinin ”Rast” simfonik muğamları, Aqşin Əlizadənin “Muğamvari” simfoniyası, Nazim Əliverdibəyovun ”Bayatı-Şiraz” xor muğamı, Cahangir Cahangirovun “Füzuli” kantatası səslənəcək. Azərbaycan Dövlət Simfonik Orkestrinə konsertlərdə Silvio Serqio Barbato (İtaliya) və Fəxrəddin Kərimov (Azərbaycan) dirijorluq edəcəklər. Azərbaycan Dövlət Opera və Balet Teatrında Azərbaycan bəstəkarlarının muğam operaları - Üzeyir Hacıbəyovun ”Leyli və Məcnun” və Z. Hacıbəyovun “Aşıq Qərib” operaları nümayiş etdiriləcək. Festival günlərdə Caz Mərkəzində etno-caz musiqisi axşamları təşkil olunacaq. Burada İsfar Sarabski, Emil Məmmədov, Salman Qəmbərov və ”Bakustik-caz” qrupu çıxış edəcək. Azərbaycan Dövlət Muğam Teatrında “Azərbaycan muğamının dostları ilə görüş” adlı tədbirdə Bəstəkarlar İttifaqının üzvləri, xarici ölkələrdən gəlmiş musiqiçilər iştirak edəcəklər. Festivalın açılış mərasimi martın 20-də

  • Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI

    ────────────────────────────────────────────────────────────────────────────────

    17

    Beynəlxalq Muğam Mərkəzində, bağlanış mərasimi isə martın 25-də Heydər Əliyev Sarayında keçiriləcək. Firəngiz Əlizadə onu da bildirdi ki, keçiriləcək simpoziumda etnomusiqişünaslıq elminin məşhur simalarından Nyu-York Universitetinin professoru, YUNESKO-nun eksperti Stiven Blam, Nyu-Yorkun Kolumbiya Universitetinin fəxri professoru Diter Kristensen, Niderlanddan YUNESKO yanında ənənəvi musiqi sahəsi üzrə Beynəlxalq Şuranın vitse-prezidenti Uim van Zanten, fransalı professor Jan Dyurinq, Berlindən Humbolt Universitetinin professoru Yurqen Elsner, Kaliforniya Universitetinin fəxri professoru Hiromi Lüter Sakata, Özbəkistandan Rövşən Yunusov, Moskva Konservatoriyasının professoru Violetta Yunusova, Düşənbədən “Akademiya makoma”nın direktoru Abduvali Abduraşitov və başqaları iştirak edəcəklər. Bölmələrin iclaslarında Azərbaycan, İran, Türkiyə, Pakistan, Hindistan, Tunis, Özbəkistan və Tacikistanın musiqi mədəniyyətinə həsr olunmuş məruzələr də dinləniləcək. Ayrı-ayrı tədbirlədrdə BBC radiosunun ”Dünya yolları” (“Word Routes”) populyar musiqi proqramının aparıcıları, tanınmış musiqi xadimləri professor Lyusi Düran və Ceyms Parkin, ”Pan Rekords” kompaniyasının sahibi Bernard Kleykami, Şərq və Asiya musiqisinin Böyük Britaniyada və bütün dünyada yorulmaz təbliğçisi, “Azian Serkyüt” kimi nəhəng kompaniyanın meneceri Viram Casani və başqaları iştirak edəcəklər. Beynəlxalq Muğam Festivalı və Müsabiqəsi kimi bu simpozium da Azərbaycan muğamının inkişafına və bütün dünyada populyarlaşmasına, dünyanın müasir musiqi müstəvisində özünəməxsus əhəmiyyətli yer tutmasına geniş imkanlar yaradacaq.

    Paşa ƏMİRCANOV

    “Xalq qəzeti”.-2009.-18 mart.-N 61.-S.2.

  • Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI

    ────────────────────────────────────────────────────────────────────────────────

    18

    Muğam festivalı: müsabiqə, müqayisə və nəticə

    Muğam sənətinin qorunması və inkişafına xidmət edən “Muğam aləmi” Beynəlxalq festival artıq tarixə

    qarışdı. Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi, Bəstəkarlar İttifaqının təşkilatçılığı, Azərbaycan Mədəniyyətinin Dostları Fondu, Milli Elmlər Akademiyası Təhsil Nazirliyinin təşkilati dəstəyi ilə keçirilmiş tədbir xalqın ulu sənətə bağlılığını və bunun nəticəsi kimi dövlətin milli mədəniyyət nümunələrinə olan diqqət və qayğısını qabarıq şəkildə göstərmiş oldu.

    Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü və qayğısı ilə baş tutan bu möhtəşəm müsabiqə mədəniyyət sahəsində inkişafın yeni mərhələsin