Upload
ferid-suleymanov
View
87
Download
6
Embed Size (px)
Citation preview
Gəncə şəhər M.Ş. Vazeh adına 16Nli tam orta
məktəbin IX sinif şagirdi Məmmədova Gülxanımın Azərbaycan xalqının ümummilli lideri H.Əliyevin
92 illik yubileyinə həsr etdiyi referat işi.
Ümumilli liderimiz
Heydər Əliyev*Əliyev Heydər Əlirza oğlu
Azərbaycanın görkəmli dövlət
xadimi, Azərbaycan
Respublikasının üçüncü
Prezidenti. 1941-ci ildən
Heydər Əliyev Naxçıvan
MSSR Xalq Daxili İşlər
Komissarlığında və Naxçıvan
MSSR Xalq Komissarları
Sovetində şöbə müdiri
vəzifəsində işləmişdir. Bu
dövrdən təhlükəsizlik
orqanları sistemində çalışan
Heydər Əliyev 1964-cü ildən
Dövlət Təhlükəsizliyi Komitəsi
sədrinin müavini, 1967-ci ildən
isə sədri vəzifəsində işləmiş,
general-mayor rütbəsinə qədər
yüksəlmişdir.
Heydər Əliyevin nəsihətləri*Böyük siyasəti kiçik hisslərə, xırda mənfəətlərə
bağlamaq olmaz.
*Kim müxalifətdə durursa-dursun, ancaq Vətəninə,
xalqına, mənəviyyatına, məsləkinə müxalifətdə
durmasın.
*Xalq dövlət üçün yox, dövlət xalq üçün olmalıdır.
*Tarix həmişə hər şeyi öz yerinə qoyur.
*Hər bir insan həyatda öz yerini tapmalıdır. Amma öz
yerini, özünə məxsus olan yerini tapmalıdır.
*Heç kim əbədi qalib ola bilməz.
*Heç bir ölkəni özünə düşmən hesab etməməlisən.
*Həyatda şərəflə şərəfsizliyi, şəxsi rifahla ictimai borcu,
tamahkarlıqla vicdanlılığı hər bir kəs özü seçir.
*Ədalətsizliklə ədaləti bərpa etmək olmaz.
*İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir.
*Gəlişinlə qurtulubdur bu vətən,
Sən oldun bu xalqa ümid və güvən.
Sən oldun dar gündə köməyə yetən,
Ulu bir sərkərdə, ulu bir öndər.
*Ucaltdı hər yerdə bayrağımızı,
Yazdı tarixlərə ad- sanımızı.
Tanıtdı dünyada varlığımızı,
Ulu bir sərkərdə, ulu bir öndər.
*Hara baxırsansa nişanələri,
Özündən sonrakı abidələri.
Bizləri tərk etmir xatirələri
Ulu bir sərkərdə, ulu bir öndər.
Qabil Ədalət
Zərifə Əliyeva 1923-cü il aprelin 28-də Azərbaycanın Naxçıvan
Muxtar Respublikası Şərur rayonunun Şahtaxtı kəndində anadan
olmuşdur. Atası Əziz Məmmədkərim oğlu Əliyev və anası Leyla
Cabbar qızı Abbasova əbədi və əzəli torpağımız olan İrəvan mahalında
anadan olmuşlar. Məhz burada Zərifə xanım dünyaya göz açır. 1923-cü
ilin may ayında Əziz Əliyev Bakıya köçmək qərarına gəlir.
* H.Əliyev şəxsiyyətinin dahiliyi, onun
əvəzolunmazlığını sübut edən ən birinci fakt məhz odur ki,
o böyüklərə nə qədər sərt və tələbkar idisə, eyni zamanda
uşaqlara qarşı son dərəcə nəzakətli və mərhəmətli idi.
O, hər zaman "Uşaqlar bizim gələcəyimizdir"
deyirdi və əgər bir dövlət öz gələcəyini işıqlı, parlaq
görmək istəyirsə gərək uşağa xüsusi diqqət yetirsin.
Bu da H. Əliyev siyasətinin əsas yollarından biridir.
O, kimsəsiz uşaqların rahat həyat keçirmələrini təmin
etmişdir.
Azərbaycanın keçmiş prezidenti Heydər Əliyevin vəfatından 12 il
keçir. Dekabrın 12-də respublikanın bir çox dövlət strukturlarında
Heydər Əliyevin anım mərasimi keçirilir. Elə paytaxt Bakıda da hər il
onun Fəxri Xiyabandakı məzarı ziyarət olunur.
Heydər Əliyev yaddaşlarda necə qalıb?
Heydər Əliyev yaddaşlarda
necə qalıb?
Bu dahi insan Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar
dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan öndər kimi
qalmışdır.
*Milli liderliklə siyasi liderlik keyfiyyətlərinin bir dövlət adamında
birləşməsi bəşər tarixində nadir rast gəlinən unikal haldır.
Heydər Əliyev dünyanın nadir, unikal, seçilən
siyasət adamı idi.