36
“Azərenerji” ASC Romada “Keyfiyyət və ən böyük dəyişikliklərə görə qızıl mükafat” aldı ANALİTİK İNFORMASİYA JURNALI DEKABR 2019 (№9)

“Azərenerji” ASC Romada “Keyfiyyət və ən böyük ...azerenerji.gov.az/files/2019_12_17_10_08_42_5c8e.pdf · 9 noyabr Dövlət Bayraq Günü, 12 noyabr Konsti-tusiya Günü

  • Upload
    others

  • View
    8

  • Download
    0

Embed Size (px)

Citation preview

Page 1: “Azərenerji” ASC Romada “Keyfiyyət və ən böyük ...azerenerji.gov.az/files/2019_12_17_10_08_42_5c8e.pdf · 9 noyabr Dövlət Bayraq Günü, 12 noyabr Konsti-tusiya Günü

“Azərenerji” ASC Romada “Keyfiyyət və ən böyük dəyişikliklərə görə qızıl mükafat” aldı

ANALİTİK İNFORMASİYA JURNALI

DEKABR 2019 (№9)

Page 2: “Azərenerji” ASC Romada “Keyfiyyət və ən böyük ...azerenerji.gov.az/files/2019_12_17_10_08_42_5c8e.pdf · 9 noyabr Dövlət Bayraq Günü, 12 noyabr Konsti-tusiya Günü

Tәsisçi“Azәrenerji” ASC

Hәmtәsisçi“Azәrişıq” ASC

Baş redaktorTeymur Abdullayev

“Kütlәvi informasiya vasitәlәri haqqında” Azәrbaycan Respublikası Qanununa müvafiq olaraq tәsis edilib.

Redaksiyanın ünvanı:AZ 1005, Bakı şәhәri, Ə. Əlizadә küç 10.

“Azәrbaycan işıqları”jurnalının kompüterlәrindә yığılıb.

Telefon: (+99412) 493-65-03(+99450) 228-77-11

[email protected]

Tiraj: 2500

MÜNDƏRİCATANALİTİK İNFORMASİYA JURNALI

2019 (№9)

“Azərenerji” və “Azərişıq” birgə tədbir keçirib

“Azərenerji ”ASC Romada “Keyfiyyət və ən böyük dəyişikliklərə görə qızıl mükafat” aldı

Azərbaycan hansı ölkələrə elektrik enerjisi ixrac edir?

“Azərenerji” SES-lərdə yeni sistem yaradır

“Azərenerji” payız-qış mövsümünə hazırlıq hesabatı verdi

İlin sonunadək daha 8 kənddə elektrik şəbəkəsinin yenidən qurulması yekunlaşacaq

Beynəlxalq standart üzrə təlim keçirilib

“Azerenerji” gənc və perspektivli kadrların yolunu açır

Natiq Məlikov: “Azərenerji” kadrların professional seçiminə böyük diqqət yetirir

Bu il Gürcüstanın elektrik enerjisinə tələbatının 68%-ni Azərbaycan ödəyib

Dövlət müəssisələri bu il 1,6 milyard kilovat/saat elektrik enerjisi istifadə edib

“Yeni Yaşma” KEP-də profilaktik cari təmir, baxış və sınaq işləri həyata keçirilib

Azәrbaycanın ilk energetika vә elektriklәşmә naziri

Peşəmin ustası, sənətimin vurğunuyam

Təbiət hadisəsinin yaratdığı fəsadlar

Bakı və ətraf kəndlərin işıqlandırılması

Binaların işıqlandırılmasının tarixi

Atom enerjisinin üstünlükləri, ekoloji zərəri, bəşəriyyət üçün təhlükəsi

Vatt nədir?

Tikinti mühəndisi elektroenergetikanın əsasını qoydu

Qlobal elektrik enerjisi istehsalı 2040-cı ildə 38,7 milyard meqavat/saata çatacaq

Dünyada istehsal olunan elektrik enerjisinin 80%-i İES-lərin payına düşür

Bəşəriyyəti çirklənmədən qorumağın yolu

Pulsuz elektrik enerjisinin yaratdığı problemlər

Elektrik dövrəsini həddən artıq yükləməyin fəsadları

Qəza baş verən “FUKUSİMA-1” radiasiyalı ərazi bərpa olunur

“Əşyaların İnterneti”ndən “ağıllı” şəbəkələrə qədər

Günəş panellərinin səmərəliliyi

Ötən il bəşəriyyətin istehlak etdiyi elektrik enerjisinin ümumi həcmi 2,5 teravat olub

Dünyanın ən böyük külək parkı

01

08

20

05

16

10

23

25

27

29

31

26

28

30

32

02

14

21

06

18

12

04

15

09

22

24

07

19

12

13

Page 3: “Azərenerji” ASC Romada “Keyfiyyət və ən böyük ...azerenerji.gov.az/files/2019_12_17_10_08_42_5c8e.pdf · 9 noyabr Dövlət Bayraq Günü, 12 noyabr Konsti-tusiya Günü

9 noyabr Dövlət Bayraq Günü, 12 noyabr Konsti-tusiya Günü və 17 noyabr Milli Dirçəliş Günü ilə bağlı “Azərenerji” və “Azərişıq” səhmdar cəmiyyətləri birgə tədbir keçiriblər. 9 noyabr Bayraq Gününə təsadüf edən tədbirdə “Azərenerji” ASC-nin rəhbəri Baba Rzayev çıxış edərək Azərbaycanın dövlətçilik tarixindən, bayraq və konstitusiyanın yüksək amalından danışıb. Baba Rzayev çıxışı zamanı Azərbaycan elektroenergetikasının tari- xinə ekskursiya edərək ulu öndər Heydər Əliyev və Cənab Prezident İlham Əliyevin bu sahədə həyata keçir-dikləri böyük miqyaslı layihələrdən danışaraq son illərdə görülən işlər barədə ətraflı məlumat verib. Daha sonra

20 Oktyabr Energetiklər günü ilə bağlı ölkə Prezidenti İlham Əliyev tərəfindən təltif edilən bir qrup energetikə orden və medallar təqdim edilib. Mükafatları energe-tiklərə “Azərenerji” ASC-nin prezidenti Baba Rzayev, “Azərişıq” ASC-nin sədrinin səlahiyyətlərini icra edən Vüqar Əhmədov, “Azərenerji” ASC-nin vitse-preziden-ti Ziyəddin Quliyev və “Azərişıq” ASC-nin sədr müavini Ramil Yusifov təqdim edərkən təbriklərini çatdırıblar. Eyni zamanda təltif edilən energetiklər çıxış edərək təltif edildiklərinə görə Azərbaycan Respublikasının Prezidentinə öz dərin minnətdarlıqlarını bildiriblər.

“Azərenerji” və “Azərişıq” birgə tədbir keçirib

AZƏRBAYCAN İŞIQLARI 1

Page 4: “Azərenerji” ASC Romada “Keyfiyyət və ən böyük ...azerenerji.gov.az/files/2019_12_17_10_08_42_5c8e.pdf · 9 noyabr Dövlət Bayraq Günü, 12 noyabr Konsti-tusiya Günü

Dünya miqyasında müəssisələr üzrə keyfiyyət və davamlı inkişaf nailiy- yətini araşdıran və Avropanın nüfuzlu Qeyri-Hökumət Təşkilat-ları tərəfindən dəstəklənən Fransanın “Otherways Group” Menecment və Konsaltinq Assosiasiyası “Azərenerji” Açıq Səhmdar Cəmiyyətini “2019-cu ildə Keyfiyyət və ən böyük dəyişikliklərə görə qızıl mükafat"a layiq görüb.

24-25 noyabr tarixlərində İtaliyanın Roma şəhərində keçirilən təd-birdə “Azərenerji“ Açıq Səhmdar Cəmiyyətini Xarici İqtisadi Əlaqələr İdarəsinin rəisi Əli Abbasovla İctimaiyyətlə əlaqələr və Media Mərkəzi-nin rəisi Teymur Abdullayev təmsil ediblər. Beləliklə Fransa, Yaponiya, Yunanıstan və digər 24 ölkənin hökumət və böyük səhmləri dövlətdə olan müəssisələrindən biri də Azərbaycandan olub. MDB ölkələrindən isə yal-nız Ukrayna, Gürcüstan və Azərbaycan mükafata layiq görülüb.

Tədbirdə Prezident İlham Əliyevin energetika strategiyasına uyğun olaraq son illərdə enerjinin istehsalı, ötürülməsi, paylanması və idarəedilməsi sahəsində aparılan inkişaf, islahat, tikinti, o cümlədən “Re-abilitasiya Proq-ramı” çərçivəsində həyata keçirilən yenidənqurma işləri barədə iştirakçılara geniş məlumat verilib.

“Azərenerji ”ASC Romada “Keyfiyyət və ən böyük dəyişikliklərə görə qızıl mükafat” aldı

Page 5: “Azərenerji” ASC Romada “Keyfiyyət və ən böyük ...azerenerji.gov.az/files/2019_12_17_10_08_42_5c8e.pdf · 9 noyabr Dövlət Bayraq Günü, 12 noyabr Konsti-tusiya Günü
Page 6: “Azərenerji” ASC Romada “Keyfiyyət və ən böyük ...azerenerji.gov.az/files/2019_12_17_10_08_42_5c8e.pdf · 9 noyabr Dövlət Bayraq Günü, 12 noyabr Konsti-tusiya Günü

Prezident İlham Əliyev TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin açılış mərasimində Azərbaycanın xarici dövlətlərə elektrik enerjisi ixrac etməsini xüsusi vurğulayıb. Dövlət başçısı Azərbaycanın Gürcüstana və Türkiyəyə elektrik enerjisi ixrac etdiyini qeyd edib:

“Digər layihə elektrik enerjisinin ötürülməsidir. Artıq Azərbaycan Gürcüstana və Türkiyəyə elektrik enerjisi-ni ixrac edir. Əgər enerji layihələri, yaşadığımız bölgədə

sabitlik, qarşılıqlı dəstək, anlaşma olmasaydı bunların biri də həyata keçməzdi”.

Maraqlıdır, Azərbaycan hazırda xarici dövlətlərə nə qədər elektrik enerjisi ixrac edir?

“Azərenerji” ASC-nin İctimaiyyətlə əlaqələr və Media Mərkəzinin rəisi Teymur Abdullayev bildirib ki, enerjinin mübadiləsi, o cümlədən ixracı fəsillərə və aylara görə dəyişir.

“Dekabr ayı ərzində orta he- sa-bla Azərbaycan-Gürcüstan sərhə- dini keçərək saatda 320 MVt elek-trik enerjisi ixrac olunur ki, onun da 50 MVt-ı Türkiyəyə ötürülür. Eyni zamanda Azərbaycandan Gür- cüstana, oradan isə Türkiyəyə ötü-rülən elektrik enerjisinin 10 MVt-ı Yunanıstana ixrac olunur. Həmçi-nin Rusiyaya orta hesabla 20 MVt elektrik enerjisi ötürülür”.

Qarşıdakı aylarda müqavilə əsa- sında digər Avropa dövlətlərinə də elektrik enerjisinin ixrac edilməsi planlaşdırılıb.

Azərbaycan hansı ölkələrə elektrik enerjisi ixrac edir?

4 AZƏRBAYCAN İŞIQLARI

Page 7: “Azərenerji” ASC Romada “Keyfiyyət və ən böyük ...azerenerji.gov.az/files/2019_12_17_10_08_42_5c8e.pdf · 9 noyabr Dövlət Bayraq Günü, 12 noyabr Konsti-tusiya Günü

“Azərenerji” istilik elektrik stansiyaları ilə yanaşı, “Mingəçevir” Su Elektrik Stansiyasında da təmir-bər-pa işləri həyata keçirir. 6 hidroaqreqatdan ibarət “Mingəçevir” SES-də təmir-bərpa işləri aparılaraq dayanıqlıq, etibarlıq və təhlükəsizlik artırılacaq. Ən əsası isə tezliyin avtomatik tənzimlənməsi istiqa-mətində böyük layihə gerçəkləşəcək. Qeyd edək ki, 2018-ci ilin yayında baş verən qəza nəticəsində ener- jisistemin çökməsinin bir daha təkrarlanmaması üçün əks-qəza avtomatikasının, rele mühafizəsinin yenilənməsi ilə yanaşı, tənzimatın avtomatik aparıl-ması üçün bir çox ölkələrin və şirkətlərin müasir texnologiyasına əsaslanaraq alınan avadanlıqlar işə qoşulur. 1, 3 və 6 saylı hidroaqreqatlarda bu işlər artıq başa çatdırılıb, tənzimləmə, idarəetmə sistemləri dəyişdirilib, təsirlənmə və yeni generato-run mühafizə qurğuları işə qoşulub. 2, 4 və 5 saylı qurğularda bu işlər davam etdirilir.

“Mingəçevir” SES-də olduğu kimi, “Şəmkir” və “Yenikənd” Su Elektrik Stansiyalarında da eyni qurğular quraşdırılacaq. Bununla yanaşı, hazırda “Şəmkir” SES-in 37 il əvvəl istifadəyə verilən və is-tismar müddətini bitirdiyindən təhlükəli vəziyyətdə olan su tullayıcı qurğusunda da bərpa işləri aparılır. Qeyd edək ki, 160 metr uzunluğunda olan üç blok-lu yeraltı su tunelinin döşəməsində, tavanında, orta aşırımında, çıxış başlıq hissəsində, istinad divar-larında aşınmalar və çatlar əmələ gəlib, beton qat-

ları qırılıb. Qurğuda su sızmasının qarşısını almaq, uçmaq təhlükəsini aradan qaldırmaq üçün yerli və xaricdən dəvət edilən mütəxəssislərin iştirakı ilə la-yihə hazırlanıb və təmirə başlanılıb.

“Şəmkir” SES-də təmir-bərpa işləri təkcə su-tullayıcı qurğu ilə yekunlaşmayacaq və digər işlər də aparılacaq. Eyni zamanda planlaşdırılan işlər çərçivəsində “Şəmkir” SES-in açıq paylayıcı qur- ğusunun, hidroaqreqat generatorlarının təsirlənmə sistemlərinin, idarəetmə mərkəzinin, SCADA Dis-petçer İdarəetmə Sisteminin, tezliyin və aktiv gücün avtomatik tənzimlənməsi sisteminin yenidən qurul-ması nəzərdə tutulub. Qeyd edək ki, su elektrik stan-siyalarında işlər fasiləsiz olaraq aparılıb, 2020-ci ildə başa çatdırılması planlaşdırılıb.

Tezliyin tənzimlənməsi avtomatik olacaq

“Azərenerji” SES-lərdə yeni sistem yaradır

AZƏRBAYCAN İŞIQLARI 5

Page 8: “Azərenerji” ASC Romada “Keyfiyyət və ən böyük ...azerenerji.gov.az/files/2019_12_17_10_08_42_5c8e.pdf · 9 noyabr Dövlət Bayraq Günü, 12 noyabr Konsti-tusiya Günü

2019–2020-ci il payız-qış mövsümünə hazırlıq-la bağlı "Azərenerji” ASC-nin müəssisələri üzrə ay- rı-ayrılıqda görüləcək konkret işlər müəyyənləşdi-rilərək bütün zəruri tədbirlər görülüb. Bu məqsədlə noyabrın 14-də payız-qış mövsümünə hazırlıq işlərinin tərkib hissəsi kimi, elektrik stansiyaları və yarımstan-siyaların əməliyyat heyətləri cəlb edilməklə əks-qəza məşqi keçirilib.

Enerji müəssisələrinin əməliyyat heyətləri şər-ti qəzanın aradan qaldırılmasına normativ vaxt çər-çivəsində nail olub. Əks-qəza məşqlərinin nəticələri təhlil olunarkən uğurlarla yanaşı, buraxılan səhvlər də diqqətdən kənarda qalmayıb, onların aradan qaldırıl-ması üçün tapşırıqlar verilib. Ümumilikdə sistem üzrə

əks-qəza məşqi, əməliyyat heyətlərinin hərəkətləri qənaətbəxş hesab olunub.

2019–2020-ci ilin payız-qış mövsümünə hazırlıq işləri yekunlaşdıqdan sonra noyabrın 19-da mərkəzi komissiya və yerli komissiya üzvlərinin iştirakı ilə keçirilən iclasda il ərzində görülmüş işlərə qiymət verilib. Ümumilikdə nəzərdə tutulmuş 897 tədbirdən 807-nin icra olunduğu qeyd edilib, obyektiv səbəblər üzündən icrası mümkün olmayan tədbirlərin ilin sonunadək yerinə yetirilməsi üçün müvafiq tapşırıqlar verilib. Qiymətləndirmə yekunlaşdıqdan sonra bütün enerji müəssisələrinə payız-qış mövsümünə hazırlıq barəsində pasportlar təqdim olunub.

Qış mövsümü ərəfəsində enerjinin istehsalında və ötürülməsində heç bir problem olmayacaq

“Azərenerji” payız-qış mövsümünə hazırlıq hesabatı verdi

6 AZƏRBAYCAN İŞIQLARI

Page 9: “Azərenerji” ASC Romada “Keyfiyyət və ən böyük ...azerenerji.gov.az/files/2019_12_17_10_08_42_5c8e.pdf · 9 noyabr Dövlət Bayraq Günü, 12 noyabr Konsti-tusiya Günü

Hazırda “Azərişıq” ASC-nin respublikanın fasilə-siz enerji təchizatının təmin olunması istiqamətində gördüyü işlər yekunlaşır. Cari ilin 10 ayında 32 kənd-də (0,4 kVt-luq şəbəkələrdə) yenidənqurma işləri aparılaraq istehlakçıların elektrik enerjisi təchizatının 24 saat dayanıqlığı və keyfiyyəti tam təmin olunub. İlin sonunadək isə daha 8 kənddə elektrik şəbəkəsi-nin yenidən qurulması yekunlaşacaq.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezi- dentinin 2019-cu il 12 aprel tarixli Sərəncamına əsasən, 24 illik fasilədən sonra Astara rayonunun Sekaşan kəndi yenidən elektrik enerjisi ilə təmin olunub. Sərəncama əsasən, Astara rayonunun Diqo,

Dolu və Sekaşan kəndlərinin elektrik enerjisi ilə təchizatını təmin etmək məqsədilə “Azərişıq” ASC bir sıra işlər görüb. Astara rayonunun dağlıq ərazisində yerləşən daha 2 ucqar yaşayış məntəqəsinə - Diqo və Dolu kəndlərinə də elektrik enerjisinin verilişi təmin olunub.

İlin sonunadək daha 8 kənddə elektrik şəbəkəsinin yenidən qurulması yekunlaşacaq

AZƏRBAYCAN İŞIQLARI 7

Page 10: “Azərenerji” ASC Romada “Keyfiyyət və ən böyük ...azerenerji.gov.az/files/2019_12_17_10_08_42_5c8e.pdf · 9 noyabr Dövlət Bayraq Günü, 12 noyabr Konsti-tusiya Günü

"Azərenerji" ASC-nin struktur bölmələrinin ida- rəetmə sistemləri üzrə auditor və koordinator-ları üçün Keyfiyyət Assosiasiyası tərəfindən ISO 9001:2015 beynəlxalq standartın tətbiqinə dair məsləhət layihəsi çərçivəsində təlim keçirilib.

Təlimdə iştirakçılara ISO 9001:2015 stan-dartının tələbləri, keyfiyyəti idarəetmə sistemi, onun tətbiq sahəsi, təşkilatın konteksti, keyfiyyət üzrə siyasət, keyfiyyət üzrə məqsədlər, risk və imkanlar, təşkilati vəzifə, məsuliyyət və səlahiy- yətlər, keyfiyyəti idarəetmə sisteminin tətbiqinə dəstək, daxili auditin keçirilməsi, sistemin yekun qiymətləndirilməsi və yaxşılaşdırılması ilə bağlı ətraflı məlumat verilib və qeyd olunan mövzular üzrə geniş müzakirələr aparılıb. Təlim zamanı mövzuların daha yaxşı qavranılması üçün prakti-ki nümunələrdən və interaktiv metodlardan isti-fadə olunub, eləcə də ISO 9001:2015 standartının tətbiqi ilə bağlı praktiki tövsiyələr verilib.

Beynəlxalq standart üzrə təlim keçirilib

8 AZƏRBAYCAN İŞIQLARI

Page 11: “Azərenerji” ASC Romada “Keyfiyyət və ən böyük ...azerenerji.gov.az/files/2019_12_17_10_08_42_5c8e.pdf · 9 noyabr Dövlət Bayraq Günü, 12 noyabr Konsti-tusiya Günü

“Azərenerji” ASC-nin rəhbərliyi Dövlət başçısının enerjisistemin perspektivləri ilə bağlı qarşıya qoy-duğu hədəflərə çatmaq, gənc kadrları önə çək-mək, peşəkarlara şərait yaratmaq məqsədi ilə kadr məsələsinə xüsusi diqqət ayırır.

Belə ki, son aylarda kadr hazırlığı məqsədilə Tədris Mərkəzinin formalaşdırılmasından tutmuş, fasiləsiz təhsil, davamlı insan resurslarının inkişafı və başqa istiqamətləri özündə əks etdirən xüsusi konsepsiya hazırlanaraq icrasına başlanılıb. Bunun-la yanaşı, elektrik stansiya və şəbəkələrində çalışan mütəxəssislərin bilik və peşəkarlıq səviyyələrinin artırılması məqsədilə 18 ixtisasartırma və 13 işə qəbul kursu təşkil olunub. İxtisasartırma kursları-na 220 nəfər, işə qəbul kurslarına isə 136 nəfər cəlb edilib. Bundan əlavə, "Wartsila" şirkəti tərəfindən Nəzarət Ölçü Cihazları və Avtomatika üzrə ixtisas- artırma kursunda iştirak üçün 5 nəfər Finlandiyaya göndərilib. Eyni zamanda “General Elektrik” və ABB şirkətlərinin nümayəndələri Azərbaycana gələrək xüsusi kurslar təşkil ediblər. Belə ki, “General Elek-trik” tərəfindən ixtisasartırma kursuna 10 nəfər, ABB şirkəti tərəfindən isə Micro SCADA üzrə 5 nəfər, Rele Mühafizəsi və Avtomatikası ixtisası üzrə isə 14 nəfər cəlb edilib. Hal-hazırda 8 ixtisasartırma kursu fəaliy-yət göstərir. Eyni zamanda noyabr ayının 20-dən elektrik stansiyalarının bütün texnoloji sexlərində hər vəzifə üzrə ixtisasartırma kursunun başlaması üçün tədris planı hazırlanıb.

“AZƏRENERJİ” gənc və perspektivli kadrlara yol açır

AZƏRBAYCAN İŞIQLARI 9

Page 12: “Azərenerji” ASC Romada “Keyfiyyət və ən böyük ...azerenerji.gov.az/files/2019_12_17_10_08_42_5c8e.pdf · 9 noyabr Dövlət Bayraq Günü, 12 noyabr Konsti-tusiya Günü

- Enerji bazarının düzgün tədqiqi, bazarın tələblərinə və sifarişçilərin istəklərinə uyğun yanaşma tərzi. Hər bir layihənin vaxtında yerinə yetirilməsi, müştərilərin illərlə qazanılmış inamı, avadanlığın keyfiyyəti və işçilərin peşəkarlığı bizim əsas meyarımızdır.

- Finlandiyanın "Wartsila" şirkəti on ildən artıqdır Azərbaycan enerjisistemində genişmiqyaslı layi-hələrdə fəal iştirak edir. İndiyə qədər Azərbaycan-da hansı böyük layihələriniz olub?

- 1996-cı ildə Azərbaycanda "Wartsila"nın nü-mayəndəliyi fəaliyyətə başlayıb. 2005-ci ilin may ayın-

da “Azərenerji” ASC və "Wartsila" şirkəti arasında ilk müqavilə imzalandı. Həmin müqavilə Bakı, Xaçmaz, Şəki, Astara və Naxçıvanda elektrik stansiyalarının tikilməsini nəzərdə tutmuşdur. Bütün elektrik stansi-yalarının tikinti-quraşdırma işləri zamanında başa çat-dırılmış və istismara verilmişdir. 2007-2009-cu illərdə "Səngəçal" və "Şahdağ" elektrik stansiyaları tikilib istis-mara verilib. Bu, “Azərenerji” ASC və "Wartsila" arasın-da olan ilk müqavilə idi. Hər iki tərəf işlərin icrasında özünü doğrultduğuna görə, gələcəkdə həyata keçirilən layihələrin bünövrəsi qoyuldu. Həmçinin diqqətinizə çatdırmaq istərdik ki, “Wartsila" Azərbaycan” Xəzəryanı ölkələrdə biznesin inkişafı üzrə təmsilçidir. Bakı-Tbili-

Natiq Məlikov: “Azərenerji” kadrların professional seçiminə böyük diqqət yetirirDünya enerji bazarında rəqabətə davamlı və inkişafda olan bir çox şirkətlər var və onlar-dan biri də “Wartsila” şirkətidir. Uzun illərdir böyük layihələrdə Azərbaycan elektroener-getika sistemi ilə əməkdaşlıq edən şirkətin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Na-tiq Məlikovla söhbətimizə bu əməkdaşlığın da-vamlı olmasının hansı meyarlara söykənməsi-ni soruşmaqla başladıq.

10 AZƏRBAYCAN İŞIQLARI

Page 13: “Azərenerji” ASC Romada “Keyfiyyət və ən böyük ...azerenerji.gov.az/files/2019_12_17_10_08_42_5c8e.pdf · 9 noyabr Dövlət Bayraq Günü, 12 noyabr Konsti-tusiya Günü

si-Ceyhan kəmərində istifadə olunan 4 ədəd nasos stansiyası "Wartsila" istehsalı olan elektrik stansiyaları ilə uğurla istismar olunur. Xəzər dənizində 260 ədəd gəmidə "Wartsila" mühərrikləri və avadanlığı istismar olunur. "Heydər Əliyev", "Dədə Qorqud", "İstiqlal", "Li-der-1" adına qazma platformalarında "Wartsila" isteh-salı olan mühərriklər qurulub və uğurla istismar edilir.

- “Azərenerji” ASC tərəfindən 2018-2021-ci illəri əhatə edən “Reabilitasiya Proqramı” çər-çivəsində aparılan yenidənqurma işlərində “Wart-sila” necə iştirak edir və əsasən hansı generasiya mənbələrini sifariş əsasında ehtiyat hissələri ilə təmin edir?

- “Azərenerji” ASC rəhbərliyi tərəfindən proqram-laşdırılmış və uğurla həyata keçirilən “Reabilitasiya Proqramı” “Wartsila” şirkəti tərəfindən böyük dəstək tapmışdır. Bu proqrama əsasən hər bir stansiya üçün ehtiyat hissələrinin təminatı məqsədilə müqavilə im- zalanmışdır. Bu günə qədər ehtiyat hissələrinin 2025 növü sifariş edilib və müqaviləyə uyğun sifarişçiyə çat-dırılmışdır.

- “Wartsila” tərəfindən “Qobu” layihəsi üzrə işlər planlaşdırılıb və bu haqda oxucularımıza məlumat verməyinizi xahiş edirik.

- “Qobu” layihəsi öz tələblərinə görə çox maraqlı layihədir. İlk müqavilədə göstərilən avadanlıqların Azərbaycana çatdırılması ilin sonunda yekunlaşacaq. Hal-hazırda layihənin həyata keçirilməsi üçün texniki məsləhətlər aparılır.

- Bu il "Azərenerji" ASC-nin mütəxəssisləri stansiyaların dayanıqlı və təhlükəsiz işinin təmin edilməsi məqsədi ilə “Wartsila Təlim Mərkəzin- də” təlim keçiblər. Mütəxəssislərimizin bilik və bacarıqlarını necə qiymətləndirirsiniz?

- Əməkdaşlıq etdiyimiz müddətdə görürük ki, “Azərenerji” ASC kadrların peşəkarlığına böyük diqqət yetirir. Bu, son il ərzində xüsusi ilə öz əksini tapıb. Eyni zamanda “Azərenerji” ASC savadlı gənc kadrlara xüsu-si qayğı ilə yanaşı, onların hərtərəfli biliklərə yiyələn-məsinə köməklik göstərir. “Wartsila Akademiya”sının son təlimində “Azərenerji” ASC-nin 4 mütəxəssisi işti-rak etmiş və qazandıqları biliklərini yüksək səviyyədə nümayiş etdirmişlər. .

AZƏRBAYCAN İŞIQLARI 11

Page 14: “Azərenerji” ASC Romada “Keyfiyyət və ən böyük ...azerenerji.gov.az/files/2019_12_17_10_08_42_5c8e.pdf · 9 noyabr Dövlət Bayraq Günü, 12 noyabr Konsti-tusiya Günü

Bu il ərzində Gürcüstan Azərbaycandan 823,603 milyon ki-lovat-saat elektrik enerjisi idxal edib. Bu barədə “Gürcüstanın elektrik enerjisi sisteminin kommersiya operatoru”nun (ESCO)

Yanvar-sentyabr aylarında dövlət büdcəsindən maliyyə- ləşdirilən idarə, müəssisə və təşkilatlar 1670,6 milyon kVts elektrik enerjisindən istifadə edib.

Dövlət Statistika Komitəsi-nin məlumatına görə, ötən ilin müvafiq dövrü ilə müqa-yisədə bu il büdcə təşkilat-larının elektrik enerjisindən istifadəsi 4,2 faiz artıb.

Bu il Gürcüstanın elektrik enerjisinə tələbatının 68%-ni Azərbaycan ödəyib

Dövlət müəssisələri 1,6 milyard kilovat-saat elektrik enerjisi istifadə edib

məlumatında bildirilir.Hesabat dövründə qonşu ölkə,

ümumilikdə, 1 215,8 milyon kilo-vat-saat elektrik enerjisi tədarük edib ki, bunun da 67,7%-i Azərbay-canın payına düşüb.

Bu ilin ilk 10 ayı ərzində isə Gür-cüstanın ixrac etdiyi elektrik enerji- sinin həcmi 243,35 milyon kilo-vat-saata bərabər olub ki, bunun da 12,046 milyon kilovat-saatını Azər-baycan alıb.

Yanvar-oktyabr aylarında Gürcüs-tan Azərbaycandan Türkiyəyə 94,63 milyon kVts elektrik enerjisi tranziti həyata keçirib.

12 AZƏRBAYCAN İŞIQLARI

Page 15: “Azərenerji” ASC Romada “Keyfiyyət və ən böyük ...azerenerji.gov.az/files/2019_12_17_10_08_42_5c8e.pdf · 9 noyabr Dövlət Bayraq Günü, 12 noyabr Konsti-tusiya Günü

Cənubi Qafqazın ən böyük Külək Elektrik Parkı olan və ekoloji ba- xımdan ən təmiz enerji istehsal edən 50 MVt-lıq "Yeni Yaşma" KEP-də texniki xidmət, o cümlədən təcrübə toplanması daha yüksək səviyyədə həyata keçirilir. Növbətçi heyət tərəfindən 24 saat operativ xidmət təmin edilməklə yanaşı, gecə saatlarında yaranmış qüsurlar dərhal akt-laşdırılır. Növbəti gün stansiya rəhbərliyinə təqdim olunan qüsurların aradan qaldırılması istiqamətində tədbirlər planı hazırlanır və operativ şəkildə yerinə yetirilir. 50 MVt-lıq "Yeni Yaşma" KEP-dən əlavə 3.7 MVt gücə malik olan "Yaşma Bağları" KEP də mərkəzi SCADA sisteminə in-teqrasiya olunmuşdur. Bunun nəticəsində, real vaxt rejimində, fasiləsiz nəzarət təmin edilməklə, zəruri əməliyyatlar operativ şəkildə həyata keçirilir. Əlavə olaraq, Külək Enerjili Elektik Qurğularının Test Xidməti-nin işçi heyəti külək aqreqatları ilə yanaşı, "Yeni Yaşma" 110/20 kV-luq açıq tipli paylayıcı qurğu və 20 kV-luq qapalı tipli paylayıcı qurğuları 24 saat ərzində nəzarətdə saxlayır və yaranmış qüsurları vaxtında aradan qaldırır.

Texniki itkilərin normativ həddə saxlanması və baş verə biləcək qəzaların qarşısını almaq məqsədi ilə bu ilin noyabr ayında cari təmir işləri həyata keçirildi. 110/20 kV-luq açıq tipli paylayıcı qurğunun bütün avadanlıqlarında Külək Enerjili Elektrik Qurğularının Test Xidmətinin işçi heyəti və “Azərişıq” ASC-nin Test İzolyasiya xidməti ilə birlikdə nəzərdə tutulmuş sınaq işləri aparıldı. Yarımstansiyada olan iki ədəd - hər birinin gücü 40 MVA olan transformatorlara texniki-profilaktik baxış keçirildi, bütün hissələri təmizləndi, yük altında tənzimləmə qurğusunun funk-sional göstəriciləri yoxlanıldı. Bu yarımstansiyanı digər yarımstan-siyalarla əlaqələndirən 110 kV-luq "4-cü Yaşma", "KES" və "Sitalçay" xətlərinin 110 kV-luq açarları, ayırıcıları, cərəyan və gərginlik transfor-matorları ilə yanaşı, digər avadanlıqlarda bolt birləşmələri yoxlanıldı, sınaq işləri görüldü, onların bütün hissələri xüsusi vasitələrlə təmizləndi.

“Yeni Yaşma” KEP-də profilaktik cari təmir, baxış və sınaq işləri həyata keçirilib

AZƏRBAYCAN İŞIQLARI 13

Page 16: “Azərenerji” ASC Romada “Keyfiyyət və ən böyük ...azerenerji.gov.az/files/2019_12_17_10_08_42_5c8e.pdf · 9 noyabr Dövlət Bayraq Günü, 12 noyabr Konsti-tusiya Günü

Əlirza Baxşәli oğlu Bayramzadә 1911-ci il mart ayının 18-dә Bakının Binә kәndindә anadan olub. 1920-ci ildә kәnd mәktәbinә, 1927-ci ildә Bakı Sәnaye Texnikumuna daxil olub və 1932-ci ildә həmin texniku-mu bitirib. Elektrik quraşdırma sexindә әmәk fәaliy-yәtinә başlayıb. 1932-1937-ci illәrdә istehsalatdan ayrılmadan Azәrbaycan Sәnaye İnstitutunun Energeti-ka fakültәsindә tәhsil alıb. Ali tәhsilini başa vurduqdan sonra mәdәnlәrdә elektrotexnik, dispetçer, “Azenerji”dә mühәndis işlәyib.

Əlirza Bayramzadә 1941-ci ildә “Qırmızı Ulduz” Dövlәt Rayon Elektrik Stansiyasının (1 saylı "Bakı" İstilik Elektrik Mәrkәzi) baş mühәndisi tәyin olunub. 1958-ci ildә “Azenerji”nin rәisi olub. O, “Şimal” Dövlәt Rayon Elektrik Stansiyası, “Mingәçevir” Su Elektrik Stansiyası, “Sumqayıt” İstilik Elektrik Stansiyası vә “Əli Bayramlı”

Azərbaycanınilk energetika və elektrikləşdirmə naziri

Dövlәt Rayon Elektrik Stansiyası kimi müәssisәlәrin tikilmәsindә böyük sәy, tәşәbbüs göstәrib, Azәrbay-canın şәhәr vә kәndlәrinin elektriklәşdirilmәsindә onun çox böyük әmәyi olub. Ə.Bayramzadә 1955-ci ildә tex-nika elmlәri doktoru alimlik dәrәcәsi almaq üçün dis-sertasiya müdafiә edib. 1963-cü ildә isә ona professor adı verilib. Bu illәrdә o ixtiraçı vә tәkmillәşdirici, res-publikanın "Əmәkdar mühәndis"i kimi fәxri adlara layiq görülüb, Azәrbaycan Dövlәt Neft vә Sәnaye Universi-tetindә müәllim işlәyib.

Əlirza Bayramzadә 1962-ci ildә Azәrbaycanın ilk energetika naziri tәyin olunub vә ömrünün sonuna kimi – 1963-cü ilәdәk bu vәzifәdә işlәyib.

Ə.Bayramzadә keçmiş SSRİ-nin ali mükafatları-na - "Lenin" ordeninә, iki dәfә “Qırmızı Əmәk Bayrağı” medalına vә başqa mükafatlara layiq görülüb. Birinci Fәxri xiyabanda dәfn olunub.

Əlirza Bayramzadə

14 AZƏRBAYCAN İŞIQLARI

Page 17: “Azərenerji” ASC Romada “Keyfiyyət və ən böyük ...azerenerji.gov.az/files/2019_12_17_10_08_42_5c8e.pdf · 9 noyabr Dövlət Bayraq Günü, 12 noyabr Konsti-tusiya Günü

Ömrünün 40 ilini “Azərenerji” ASC-nin “Şimal” Elektrik Stansiyasında qaldırıcı kran maşinisti peşəsinə həsr edən Məlahət Dünyamalıyeva bu sahənin ağırlığına, çətinliyinə və məsuliyyətli olmasına baxmayaraq işinin öhdəsindən layiqincə gəlir. “Bu peşəni cox sevdim, işimdən də ol- duqca razıyam” deyib, seçdiyi sənətdən həvəslə danışan Məlahət xanım həm də orta ixtisas təhsilli energetikdir. Bu sahədə ilk iş yeri 1980-ci ildə “Şimal” Elektrik Stan-siyasının turbin sexi olub. Çalışdığı sahədə qüsursuz işləyən Məlahət xanımın qaldırıcı kran maşinistliyinə olan həvəsi onu bu işdə peşəkar maşinist kimi, yüksəkliklərə qaldırdı.

Stansiyanın əsas avadanlıqlarından sayılan buxar- qazan turbinlərinin və generatorların, sahildə dövrə na-sosların torlarının təmiri, ağırlığı yüz tona qədər olan

rotorun dəyişdirilməsi Məlahət xanımın yerinə yetirdi-yi iş prosesinin əsasını təşkil edir. Bu peşənin sirlərini M.Dünyamalıyevaya öyrədən usta ona bu işdə çox böyük köməklik göstərib. Bu, qadın üçün olduqca məsuliyyətli bir iş olsa da Məlahət xanım yorulmadan seçdiyi peşəsi-nin öhdəsindən layiqincə gəlir. "Bəzən elə olub ki, bütün günümü işdə keçirmişəm" - deyən Məlahət Dünyamalı-yeva çalışdığı kollektivi hətta özünün ikinci ailəsi də ad-landırır. Təbii ki, Məlahət xanım hər qadının seçmədiyi bir peşənin sahibidir və bu sənətə çox böyük sevgi və rəğbətlə yanaşır.

Növbəti ayda 63 yaşını tamamlayacaq xanım ener-getik hələ də işləmək həvəsində oldugunu deyir. 3 oğul, 4 nəvə sahibi olan Məlahət Dünyamalıyevanın bir oğlu da özü kimi, energetiklərlə bir sırada çiyin-çiyinə çalışır.

“Azərenerji”də çalışan qadın işçilər silsiləsindən - 40 ilin xanım kran maşinisti

Peşəmin ustası, sənətimin vurğunuyam

AZƏRBAYCAN İŞIQLARI 15

Page 18: “Azərenerji” ASC Romada “Keyfiyyət və ən böyük ...azerenerji.gov.az/files/2019_12_17_10_08_42_5c8e.pdf · 9 noyabr Dövlət Bayraq Günü, 12 noyabr Konsti-tusiya Günü

Xəzər dənizində suyun səviyyəsinin düşməsi su elektrik stansiyalarının fəaliyyətinin məhdudlaşmasına səbəb olub. Əgər suyun səviyyəsi daha bir neçə metr düşərsə, bu öz növbəsində bir sıra problemlərin yaranmasına gətirib çıxa- racaq və vəziyyət daha da çətinləşəcək. Aidiyyəti qurumlar müvafiq tədbirlər görməyə başlayıblar.

Coğrafiya institutunun araşdırmalarına görə, hazırda Xəzər dənizinin səviyyəsi 1,60 m-ə qədər aşağı düşüb. Bu prosesin hələ bir müddət də davam edəcəyi gözlənilir. Bunun ən başlıca səbəbi son zamanlar yağıntıların miqdarının az olması və Xəzər dənizini su ilə təmin edən çayların sululuq dərəcəsinin azalmasıdır. Suyun səviyyəsinin bu qədər en-məsi hətta Xəzər dənizi ətrafındakı elektrik stansiyalarının fəaliyyətinin dayanmasına da gətirib çıxara bilər.

Su resurslarının dəyişməsinə ən əsas reaksiya verən sahələr energetika, kənd təsərrüfatı və içməli su təminatıdır. Hesablamalar göstərir ki, iqlim dəyişmələri səbəbindən çayların suyu azaldıqda hidroelektrik stansiyalarında elek-trik enerjisinin istehsalı 15-20% azalır. "Azərenerji" ASC-nin mütəxəssislərinin açıqlamasına görə, azalma artq bir çox elektrik stansiyalarında problemlərin yaranmasına gətirib çıxarıb.

SİTAT: "Sumqayt" Elektrik Stansiyasında suyun götü-rüldüyü Xəzər dənizinin səviyyəsi 1,30 metrə qədər aşağı düşüb. Bu artq kritik həddir. Əgər daha 10 sm düşmə eh-timalı yaranardısa, bu stansiyanın fəaliyyətinin dayandırıl-ması ilə nəticələnə bilərdi. Ona görə də hazırda stansiyanın ərazisindən 750 m dənizin içərisinə doğru estekada çəkilir. Bu estakada vasitəsilə soyutma suyunun 5 m dərinlikdən götürülərək kaskad üsulla ötürülməsi üçün işlər həyata keçirilir.

Qeyd edək ki, bu cür bənzər təbiət hadisəsi Xəzər ətrafı ərazilərdə fəaliyyət göstərən digər elektrik stansiyalarının da iş prinsipinə mənfi təsir göstərir. Bunun üçün yerli və xarici mütəxəssislərlə birlikdə layihələr hazırlanaraq bu is-tiqamətdə işlərə start verilib. Ümumilikdə müvafiq işlərin il ərzində yekunlaşması planlaşdırılır.

Təbiətin yaratdığı fəsadlar və onun həlli

16 AZƏRBAYCAN İŞIQLARI

Page 19: “Azərenerji” ASC Romada “Keyfiyyət və ən böyük ...azerenerji.gov.az/files/2019_12_17_10_08_42_5c8e.pdf · 9 noyabr Dövlət Bayraq Günü, 12 noyabr Konsti-tusiya Günü
Page 20: “Azərenerji” ASC Romada “Keyfiyyət və ən böyük ...azerenerji.gov.az/files/2019_12_17_10_08_42_5c8e.pdf · 9 noyabr Dövlət Bayraq Günü, 12 noyabr Konsti-tusiya Günü

Bakı təkcə unikal memarlıq ənənələri, tarixi koloriti ilə deyil, həmçinin gecələrini al-əlvan şölələrlə bəzəyən işıqları ilə də məşhurdur. Neçə-neçə sənətkarın ilham mənbəyi olan Bakı işıqları görənləri heyran edib, şəninə şeirlər həsr olunub, mahnılar bəstələnib.

Paytaxtımızın işıqlandırılması sovet dövründə deyil- diyi kimi, “İliç lampaları”ndan deyil, XIX yüzilliyin ikinci ya- rısında, bir çox Avropa şəhərlərindən əvvəl başlayıb. 1878-ci ildə Bakı Dumasının icazəsi ilə şəhərin mərkəzi yerlərində 86 ağ neft fənəri quraşdırılıb. İki il sonra “Qafqaz və Merkuri” şirkəti Bakı sərnişin limanını elektrik fənərləri ilə işıqlandırıb. Həmin vaxt milyonçu Şəmsi Əsədullayev ilk dəfə Qoqol küçəsində yerləşən imarətinə işıq çəkdirib. 1895-ci ildə mərkəzi küçələrdə ilk elektrik çıraqları gö-rünüb. 1909-cu ildə “Электрическая сила” cəmiyyəti Bakı bulvarının işıqlandırılmasını həyata keçirib. Bakı Şəhər İdarəsinin 1911-ci ildə nəşr olunan məruzəsində şəhərin küçə və meydanlarında 4840 fənərdən 58-nin elektrik çırağı olduğu bildirilir. Elektrik fənərləri Yeni bulvarda (28 ədəd), Nikolayev (indiki İstiqlaliyyət) (8), Mixaylov (7), Mil- yutinski (6), Sahil (2), Velikoknyaz (indiki Əziz Əliyev) (1), Daş körpü küçələrində (1), Mixaylov (2), Marinski (1) və Molokan (2) bağlarında quraşdırılmışdı. 1903-cü ildə “Электрическая сила” cəmiyyəti ilə bağlanan müqaviləyə

əsasən elektrik enerjisinin qiyməti hər kilovat-saat üçün 28 qəpik olduğuna görə, şəhər sakinləri enerjidən nadir hallarda istifadə edirdilər. 1914-cü ildə enerjinin qiyməti 20,5 qəpiyə endirildikdən sonra elektrik enerjisindən isti-fadə edən sakinlərin sayı artdı.

Bakının əsas neft mənbəyi olan Bibiheybət, Balaxa-nı, Ramanı və Sabunçu kəndlərinin elektrikləşdirilmə-si də XIX əsrin sonlarına təsadüf edib. Həmin kəndlərdə quraşdırılan 5-50 kV-luq kiçik stansiyalar mədənləri elek-trik enerjisi ilə tam təchiz edə bilmirdi. Sonradan tikilən 900 kV-luq “Suraxanı”, 4000 kV-luq “Ramanı”, 720 kV-luq “Zabrat”, 1420 kV-luq “Artyom” elektrik stansiyaları elek-trikləşdirilmənin coğrafiyasını genişləndirib. Bakı və ətraf kəndlərin elektrikləşdirilməsində 1924-cü ildə istismara verilən tramvay xətti, 1926-cı ildə Bakı-Sabunçu-Suraxanı dəmir yolunun mövcudluğu da mühüm rol oynayıb. Elek-trikləşdirilən dəmiryol xətti Zabrat (1933-cü il), Maştağa (1934-cü il), Buzovna (1939-cu il) və digər kəndlərə çat-dıqca həmin yaşayış məntəqələrində işıqlar yanıb. Bakı-da fasiləsiz aparılan elektrikləşdirilmə prosesi Böyük Vətən müharibəsi illərində də davam edib. 1941-ci ilin dekabrında paytaxtda ilk trolleybus xətti istismara verilib. 1944-cü ildə Zirə, 1950-ci illərdə Saray və digər yaşayış məntəqələri elektrikləşdirilib.

Bakı və ətraf kəndlərin işıqlandırılması

Page 21: “Azərenerji” ASC Romada “Keyfiyyət və ən böyük ...azerenerji.gov.az/files/2019_12_17_10_08_42_5c8e.pdf · 9 noyabr Dövlət Bayraq Günü, 12 noyabr Konsti-tusiya Günü

XX әsrin әvvәllәrindә ucuz Edison lampalarının geniş tәtbiqi binaların işıqlandırılması üçün әlverişli şәrait yaradıb. Memarlıq abidәlәrinin işıqlandırılması ilk dәfә 1920-ci illәrdә Nyu-Yorkun mәşhur mәdәniyyәt vә ticarәt mәrkәzi sayılan Manhettendә baş tutub. Nyu-Yorkun gecә işıqlandırılması tәdricәn ABŞ-ın digәr şәhәrlәrinә, daha sonra “Köhnә qitә”yә yayılıb. Avropada ucuz elektrik lampalarının yayılması binaların işıqlandırılması prosesi-ni genişlәndirib, incәsәnәtdә “işıq memarlığı” istiqamәti formalaşıb.

Keçmiş Sovetlәr birliyinә bu tәcrübә bir qәdәr gec yayılıb. XX әsrin 30-50-ci illәrindә şәhәr memarlığın-da aparıcı istiqamәt olan neoklassik üslub vә “Stalin” binalarının fasadlarının işıqlandırılması prosesini diqqәt mәrkәzinә gәtirib. İlk vaxtlar “işıq memarlığı” bu binaların fasadını әhatә edib. İşıqlandırmanın digәr istiqamәti isә heykәllәrә, Böyük Vәtәn müharibәsinә hәsr olunmuş abidәlәrә yönәldilib.

Hәmin vaxt Avropada bu sahәdә ciddi durğunluq müşahidә olunub. II Dünya müharibәsindәn sonra әsas diqqәti infrastrukturun, bütövlükdә iqtisadiyyatın bәr-

pasına yönәldәn Qәrb dövlәtlәrindә “işıq memarlığı” diqqətdən kənarda qalıb. 1960-cı illәrdәn başlayaraq fasadların işıqlandırılması yenidәn şәhәr memarlığının mühüm amilinә çevrilib, Avropa şәhәrlәrinin gecә mәnzәrәsi bütövlükdә qitәnin simasını dәyişib.

1969-cu ildә işıqlandırma memarlarını birlәşdirәn ilk tәşkilat - Dizaynerlәrin İşıqlandırma üzrә Beynәlxalq As-sosiasiyasının (ILAD) yaranması bu sahәdә peşәkarlığın artmasına, mütәxәssislәr arasında tәcrübә mübadi-lәsinә kömәk edib. Bu kimi qurumların artması işıq üzrə dizayner mәktәblәrinin fәaliyyәt dairәsini genişlәndirib, bu sahәnin elmi-texniki bazası formalaşıb. Müasir dövrdә binaların fasadlarının vә landşaftların işıqlandırılması vi-zual estetik qavrayış kimi, şәhәr memarlığının ayrılmaz tәrkib hissәsidir. Hazırda dünyanın әn cox işıqlandırılmış şәhәri mәşhur Las-Veqas hesab edilir.

Binaların işıqlandırılmasının tarixi

AZƏRBAYCAN İŞIQLARI 19

Page 22: “Azərenerji” ASC Romada “Keyfiyyət və ən böyük ...azerenerji.gov.az/files/2019_12_17_10_08_42_5c8e.pdf · 9 noyabr Dövlət Bayraq Günü, 12 noyabr Konsti-tusiya Günü

Atom Elektrik Stansiyaları XX әsrdә bәşәriyyәtin hәyatında energetikanın zirvәsini tәşkil etmәklә yanaşı, hәmçinin dünyada kütlәvi qırğın törәtmәk cәhdlәri, in-san hәyatını dәhşәtә gәtirәn qlobal problemlәrdәn birinә çevrildi.

Dünyada ilk atom elektrik stansiyası 1954-cü ildә keçmiş SSRİ-dә Kaluqa vilayәtinin Obninsk şәhәrindә tikilib. İlk nüvә stansiyasının faydalı gücü 5000 kVt-ә çatırdı. Bu günә qәdәr dünyada 450-dәn çox atom enerji bloku işlәsә dә onlardan bәzilәrinin fәaliyyәti dayandırılıb. Mәlumdur ki, AES ölkәlәrin enerji sistemindә olduq-ca böyük rol oynayır. Fransada istehsal olunan elektrik enerjisinin tәxminәn 65%, Belçikada 50%, İsveçdә 39%, İsveçrәdә 35%, Bolqarıstanda isә 30%-i atom energeti-kasının payına düşür. Lakin atom elektrik stansiyaların-dan әtraf mühitә yayılan istiliyin azaldılması dünya icti-maiyyәtini hәlә dә narahat edәn qlobal mәsәlәlәrdәndir.

Son onilliklәr Ukrayna, ABŞ, İngiltәrә, Yaponiya, Al-maniyadakı atom elektrik stansiyalarında baş verәn qәza vә bәdbәxt hadisәlәr bu stansiyaların fәaliyyәtinә ciddi yanaşmanı tәlәb edir. Mәsәlәn, atom enerjisi at-

mosferi çirklәndirmir, onlar eyni gücә malik başqa stan-siyalara nisbәtәn daha böyük әrazi tәlәb etmir. Lakin bu stansiyaların ekologiyaya radioaktiv tullantıların zәrәri vә qәzaların qarşısının alınması ilә әlaqәdar tәd-birlәrin görülmәsi vacibdir. Bununla yanaşı, radioaktiv elementlәrlә çirklәnmiş çirkab suların dәnizlәrә, çay-lara axıdılmaması üçün dә tәdbirlәrin görülmәsi әn vacib mәsәlәlәrdәndir. Bir AES-dә 1 mln kVts enerji istehsal etmәk üçün bir gündә 16 kq nüvә yanacağının lazım olduğu bildirilir. Bu olmadıqda isә, qatar dolusu mazut çәnlәri tәlәb olunur. Görünәn budur ki, AES-lәr bәşәriyyәt üçün nә qәdәr tәhlükә mәnbәyidir. Ölkәmiz, o cümlәdәn Cәnubi Qafqaz vә Orta Asiya üçün yeganә әn tәhlükәli atom elektrik stansiyası Ermәnistan ərazi-sində istismarda olan “Metsamor” hesab olunur. 1986-cı ildә Ukraynanın Çernobıl şәhәrindәki AES-dә baş verәn qәza zamanı atmosferә böyük miqdarda uran mәhsulları dağılmışdır. 2011-ci ildә Yaponiyanın “Fukusima-1” AES-dә baş vermiş qәza dünya üçün bir dәrs oldu. 1998-ci ildә Hindistan vә Pakistanda eyni vaxtda ardıcıl 5 partlayış olmaqla yeraltı nüvә sınaqları keçirilmişdir. Nәticәdә Pa-kistanla Əfqanistan sәrhәddindә çoxlu insan tәlәfatı ilә nәticәlәnәn güclü “zәlzәlә” baş vermişdir. Bu sәbәbdәn indi Şimali Koreya vә İranda atom reaktorlarının tikilmәsi vә onların sınaqdan keçirilmәsi bәşәriyyәti tәşvişә salıb.

Mütәxәssislәrin fikrincә, atom energetikası sәrfәli olsa da, onun istehsalı vә nәzarәti “möhkәm әllәrdә” ol-malıdır. Ciddi nәzarәt isә AES-lәrdә tәhlükәsizliyin başlıca şәrti vә dünya insanlarının xoşbәxt hәyatının tәminatıdır.

Atom enerjisinin üstünlükləri, ekoloji zərəri, bəşəriyyət üçün təhlükəsi

20 AZƏRBAYCAN İŞIQLARI

Page 23: “Azərenerji” ASC Romada “Keyfiyyət və ən böyük ...azerenerji.gov.az/files/2019_12_17_10_08_42_5c8e.pdf · 9 noyabr Dövlət Bayraq Günü, 12 noyabr Konsti-tusiya Günü

Vatt (Vt) (ing. Watt (W) - elektrik vә ya mexaniki güc ölçü vahididır.

Gücü hesablamaq üçün ayrılıqda Vt-dan istifadә edilmәsi hәmişә uyğun olmur. Bәzәn ölçülәn dәyәrlәr çox böyük vә ya çox kiçik olur. Mәsәlәn, radar vә radio-qәbuledicilәri layihәlәndirәrkәn, elektrokardioqram (EkQ) kimi tibbi qurğular üçün pikovat (pW), nanovat (nW) vә ya mikrovat (mkW), elektrik enerjisi istehsalında, elәcә dә dәmir yolu lokomotivlәrinin dizaynında meqavat (MVt) vә qeqavatdan (GW) istifadә olunur.

Bәnzәr adlar sәbәbindәn kilovat vә kilovat-saat tez-tez gündәlik istifadәdә, xüsusәn elektrik cihazlarında qa-rışıqlığa sәbәb olur. Ancaq bu iki ölçü vahidi fәrqli fiziki kәmiyyәtlәrә aiddir. Cihazın zaman kәsiyindә sәrf etdiyi güc vatlarla, kilovatlarla ölçülür. Vatt-saat vә kilovat-saat enerjinin ölçü vahididir. Yәni cihazın xüsusiyyәtlәri vә bu cihaz tәrәfindәn görülәn iş hәcmi ilә müәyyәn edilmir.

Bu iki kәmiyyәt aşağıdakı kimi әlaqәlidir. 100 vat-lıq bir lampa 1 saat işlәyәrsә, onun işlәmәsi 100 Wh enerji vә ya 0,1 kVtsaat tәlәb edir. 40 vatlıq bir lampa 2,5

saat әrzindә eyni miqdarda enerji istehlak edir. Elektrik stansiyasının gücü meqavatla ölçülür, satılan elektrik enerjisinin miqdarı kilovat-saatla (meqavat-saat) ölçülür. Buna görә kilovat-saat (kVts) sistemsiz iş ölçü vahidi vә ya istehsal olunan enerji miqdarıdır. Əsasәn evdә elek-trik enerjisinin istehlakını, xalq tәsәrrüfatını vә elektrik sәnayesindә elektrik enerjisinin istehsalını ölçmәk üçün istifadә olunur. Kilovat (kW), meqavat (MW), qeqavat (GW) ve teravatt (TW) әn çox istifadә olunan güç vahidlәridir.

Watt vә Watt-Hours arasındakı fәrq nәdәn ibarәtdir? Watt (W, Vatt), saniyәdә istehsal vә ya istehlak olunan enerjidir. Watt-Hours (Vatsaat, Wh) isә bir saatda istifadә olunan enerjini ifadә edir.

Vatt (Vt) ölçü vahidi universal buxar maşınının yaradıcısı ixtiraçı-mexanik Ceyms Vattın şәrәfinә ad-landırılıb.

Maraqlıdır ki, 1 kVt-saat enerjinin kömәyi ilә 75 kq kömür, 35 kq yağ әldә etmәk, 88 kömbә çörәk bişirmәk, 10 metr parça toxumaq, 2,5 sot torpağı şumlamaq olar.

Kilovat və kilovat-saat arasında fərq nədir?

VATT NƏDİR?

Page 24: “Azərenerji” ASC Romada “Keyfiyyət və ən böyük ...azerenerji.gov.az/files/2019_12_17_10_08_42_5c8e.pdf · 9 noyabr Dövlət Bayraq Günü, 12 noyabr Konsti-tusiya Günü

Oskar fon Millerin adı alman Muzeyinin yaradılması ilә sıx bağlıdır. İxtisasca tikinti mühәndisi olan Miller 1881-ci ildә Parisdә elektrikdәn istifadә üzrә beynәlxalq sәrgidә iştirak edir. Hәmin vaxt Miller Bavariyada su elektrik stansiyasını yaratmaq üçün fürsәt axtarırdı. O, 1882-ci ildә ilk elektrik sәrgisini Almaniyanın Münhen şәhәrindә tәşkil edir. Bu sәrgidә fon Miller Marsel Depre ilә birlikdә elektrik enerjisini Mizbax şәhәrindәn 60 kilometrlik xәtt ilә Münhen şәhәrinә ötürmәyә nail oldu. 1884-cü ildә Oskar fon Millerin tәşәbbüsü ilә Alman Edison Cәmiy-

Tikinti mühəndisi elektroenergetikanın əsasını qoydu

yәti (AEG) yaradıldı. 1890-cı ildә Miller әsasәn enerji sahәsindә layihәlәr üzәrindә işlәyәn mühәndislik şirkә-tini açdı. O, 1891-ci ildә Frankfurtda keçirilәn Beynәlxalq Elektrotexnika Sәrgisinә rәhbәrlik edәrәk 20000 Volt gәrginlikli elektrik cәrәyanını 176 kilometr mәsafәyә ötürmәyә müvәffәq olur vә bu da alternativ cәrәyanın tәtbiqi sahәsindә sensasiya idi. 1892-ci ildә Bavariyanın

enerji tәchizatı sistemi yaxşılaşdırıldı, әlavә olaraq Oskar fon Miller Valxen gölü üzәrindә dünyaca mәşhur su elek-trik stansiyasını tikdi. Bu elektrik stansiyası hәlә dә işlәk vәziyyәtdәdir vә dövlәt tәrәfindәn qorunan bir abidәdir. Eyni zamanda Almaniyanın cәnubunda genişzolaqlı elek-triklәşdirilmiş dәmir yolunun inkişafının әsasını qoyan da mәhz o idi.

Almaniyada genişzolaqlı elektriklәşdirilmiş dәmir yolunun banisi: Oskar fon Miller

22 AZƏRBAYCAN İŞIQLARI

Page 25: “Azərenerji” ASC Romada “Keyfiyyət və ən böyük ...azerenerji.gov.az/files/2019_12_17_10_08_42_5c8e.pdf · 9 noyabr Dövlət Bayraq Günü, 12 noyabr Konsti-tusiya Günü

2040-cı ildə dünya üzrə elektrik enerjisi isteh-salının həcmi 38,7 MVts-a çatacağı gözlənilir. Bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) hesa-batı açıqlanıb. Bildirilir ki, keçən il 23 milyard MVts olan qlobal elektrik enerjisi tələbatı 2040-cı ilə qədər 34,5 milyard MVts-a yüksələcək. Elektrik enerjisinə olan bu tələbatın böyük hissəsi - 18 milyard MVts-ı Asiya-Sakit Okean bölgəsindəki ölkələrdə və 5,6 milyard MVts-ı isə Şimali Amerikada formalaşa-caq.

Ötən il 26,6 milyard MVts olan qlobal elektrik enerjisi istehsalı sonrakı illərdə 45,4 faiz artaraq 2040-cı ildə 38,7 milyard MVts-a çatacaq ki, bununla da istehsalda bərpa olunan enerji mənbələrinin payı 50 faizi keçəcək.

Bərpa olunan enerji mənbələrində bu dövrdə 26 milyard MVts elektrik enerjisi istehsal ediləcək. Ən böyük istehsal - 15,5 milyard MVts külək və

günəş elektrik stansiyalarının payına düşəcək. Bu stansiyaları 6,9 milyard MVts-lı istehsalla su elektrik stansiyaları davam etdirəcək.

Qlobal elektrik enerjisi istehsalı 2040-cı ildə 38,7 milyard meqavat-saata çatacaq

AZƏRBAYCAN İŞIQLARI 23

Page 26: “Azərenerji” ASC Romada “Keyfiyyət və ən böyük ...azerenerji.gov.az/files/2019_12_17_10_08_42_5c8e.pdf · 9 noyabr Dövlət Bayraq Günü, 12 noyabr Konsti-tusiya Günü

Hazırda dünya qlobal ekoloji problemlәrlә әhatә olu- nub. Müasir dövrün elmi-texniki tәrәqqisi bu vәziyyәti daha da kәskinlәşdirib. Bu cür problemlәrin meydana çıxmasında tәbii ki, insan amili mühüm rol oynayır. Dün- yada hәddindәn artıq enerji istehsalı müәssisәlәrinin (İstilik Elelktrik Stansiyaları) fәaliyyәt göstәrmәsi vә at-mosferә normadan artıq zәrәrli maddәlәrin buraxılması әtraf mühitin çirklәnmә dәrәcәsini daha da artırır. Yer kürәsindә baş verәn qlobal mәnfi tәbiәt hadisәlәri bun-ların nәticәsiz qalmadığını göstәrir. Dünyada istehsal olunan elektrik enerjisinin 80%-i İES-lәrin payına düşür ki, bu stansiyalar üzvi yanacaqla işlәyir. İES-lәrin atmos-ferә müәyyәn qәdәr buraxdığı zәrәrli maddәlәri nәzәrә alaraq, indi dünya dövlәtlәri ekoloji tәmizliyinә görә, SES vә digәr bu kimi alternativ enerji mәn-bәlәrinә üstünlük verirlәr. Mütәxәssis-lәrin qәnaәtinә görә, atmosferә kükürd qazının atılması әn çox İES-lәrdә kömür yanacağının yandırılması zamanı baş verir. 1000 MVt gücündә olan İES-lәr hәr il 3 milyon ton kömür yandırır. Bu kömürlәrin tәrkibindә külün miqdarı 4-5%-ә çatır. Ətraf mühitә bura- xılan kükürd qazının miqdarını azaltmağın yollarından biri tüstü borularının mümkün qәdәr hündür inşa edilmә-sidir. Dünyanın iri sәnaye şәhәrlәrindә atmosferin

müxtәlif tullantılarla çirklәndirilmәsi "smoq" adlanan tәhlükәli qazdan ibarәtdir. "Smoq" tüstü qazları vә avto-mobillәrin hәrәkәti zamanı buraxdığı dumana bәnzәr boğucu zәrәrli qarışıqdır. Bu, dünyanın iri şәhәrlәrindә daha cox müşahidә edilir. 1952-ci ildә Londonda bu qaz qarışığının әmәlә gәlmәsi nәticәsindә 4000 nәfәrdәn çox adam ölüb, tәqribәn 9000 nәfәr ağır xәstәlәnib, yüzlәrlә avtomobil qәzası qeydә alınıb. Mütәxәssislәrin rәyinә görә, bu qarışığın tәrkibindә yüz tonlarla tüstü vә sul-fat kimi zәrәrli maddә olub. Buna oxşar digәr bir hadisә 1963-cü ildә Nyu-Yorkda baş verib vә nәticәdә 400-ә yaxın adam zәhәrlәnmә nәticәsindә ölüb. Bunun da әsas sәbәbi dünya әhalisi tәrәfindәn hәr il atmosferә qeyri-tә-bii yolla 100 milyon tonlarla çirklәndirici maddәlәrin atıl-masıdır. Bunun qarşısını almaq üçün indi dünya dövlәtlәri belә müәssisәlәrin inşası zamanı maksimum dәrәcәdә әtraf mühitin çirklәnmәmәsi qaydalarına xüsusi diqqәt yetirirlәr.

Dünyada istehsal olunan elektrik enerjisinin 80%-i İES-lərin payına düşür

Page 27: “Azərenerji” ASC Romada “Keyfiyyət və ən böyük ...azerenerji.gov.az/files/2019_12_17_10_08_42_5c8e.pdf · 9 noyabr Dövlət Bayraq Günü, 12 noyabr Konsti-tusiya Günü

Təmiz texnologiya və bərpa olunan enerji ilə gecə-gündüz heç bir yanacaq işlətmədən təyyarədə uçmaq kimi, qeyri-mümkün bir işə nail olunub. Bu yolla dövlət müəssisələrini, şirkətləri və cəmiyyəti enejidən istifadəni azaltmağa cəlb etməklə, dünyanı səmərəli enerji istifadəçisinə çevirmək olar. Dünyaca məşhur pilot Bertrand Pikkard şar ilə dünya ətrafını dövr edən ilk insandır. O, bununla bəşəriyyətə təmiz enerji tərəfdarı olduğunu bəyan edib və dünyanı çirklənmədən qorumağa səsləyib.

"Solar Impulse-2" adlı yüngül mühərrikli təy-yarənin ilk sınaq uçuşu dörd saat çəkib. Günəş enerjisi ilə işləyən dörd mühərrikli təyyarə ilə sınaq uçuşları həyata keçirmək, sadəcə xüsusi bacarıq tələb edir. İki yerlik və tək oturacaqlı olan günəş enerjisi ilə işləyən yüngülmotorlu təyyarənin pi-lotları beş ay ərzində 25 uçuşu növbə ilə həyata

keçirəcəklər. Təyyarənin işlək olması üçün o, yüngül olmalıdır, təyyarədə pilot kabinəsi yoxdur. Pilot-lar uçuş zamanı yoqa ilə məşğul olaraq az yataraq dayanmadan beş gün uçuşu başa vurmalıdır. Hər iki pilot dünyaya davamlı enerji mənbələrinin hər gün istifadəsinin mümkünlüyünü göstərməyə çalışa-caqlar. “Günəş enerjisi ilə işləyən təyyarə ilə uçmaq üçün son dərəcə enerjini səmərəli işlədən təyyarəyə ehtiyacımız var. Dünyaya nümayiş etmək istədiyimiz şey, evlərimizdəki əşyalarda, nəqliyyatda istifadə edə biləcəyimiz texnologiyanın olmasıdır”- deyə pilotlar bildiriblər.

"Solar İmpulse-2" yüngül mühərrikli təyyarənin yaxın zamanlarda Əbu Dabiyə uğurla çatması üçün 80-ə yaxın texniki işçi uçuşa nəzarət edəcək. Daha sonra lahiyənin həmtəsisçisi Andre Borsçberq ikinci sınaq uçuşunda bütün günü havada qalacaq.

Təyyarənin günəş enerjisi ilə işləməsinin sınağı keçirilib

Bəşəriyyəti çirklənmədən qorumağın yolu

AZƏRBAYCAN İŞIQLARI 25

Page 28: “Azərenerji” ASC Romada “Keyfiyyət və ən böyük ...azerenerji.gov.az/files/2019_12_17_10_08_42_5c8e.pdf · 9 noyabr Dövlət Bayraq Günü, 12 noyabr Konsti-tusiya Günü

Çili yüksək tariflərdən əziyyət çəkən bir ölkədən, bu gün dünyanın ən böyük günəş enerjisinin istehsalçısına çevrilmişdir. Günəşli günlərin sayı çox olduğundan, stan-siyalar o qədər böyük həcmdə enerji istehsal edir ki, onun sərfiyyatına artıq yer tapa bilmirlər.

Keçən il elektrik enerjisinin qiymətləri ardıcıl 192 gün ərzində sıfır səviyyəsinə enmişdi. Bu ilin sonuna yeni rekord hədd gözlənilir. Əlbəttə, elektrik enerjisinə daim tələbatı olan əhali və qeyri-əhali müəssisələr üçün bu iq-tisadi baxımdan əlverişlidir.

Çilidə elektrik enerjisi istehsal edən özəl şirkətlərin qazanc əldə edə bilmədikləri səbəbindən, yaxın zamanda böyük problemlərlə üzləşəcəyi gözlənilir. Çünki, günəş elektrik stansiyalarının işlək vəziyyətdə olması üçün daim maddi vəsait tələb olunur. Bu vəsaitin haradan və necə əldə olunacağı böyük sual altındadır.

Hazırda dünya iqtisadiyyatında müşahidə olunan tənəzzül Çilidə də özünü büruzə verməkdədir. Dünya ba-zarında misə tələbat azaldığı üçün ölkə iqtisadiyyatının əsasını təşkil edən mis sənayesinin də elektrik enerji- sinə olan ehtiyacı ciddi dərəcədə azalıb. Buna baxmaya- raq, Çilidə günəş elektrik stansiyalarının gücü və enerji müəssisələrinin sayı artmaqda davam edir. 2017-ci ildən bəri ölkənin “günəş” enerji sisteminin gücü dörd dəfə artaraq 770 MVt-a çatmışdır. Ən böyük artım ölkənin şimalında Atakama bölgəsində müşahidə olunub. Təkcə keçən il ərzində ümumi güc 5% artıb. Hal-hazırda ener-ji tədarükünün təxminən 50%-i günəş elektrik stansi-yalarının payına düşür.

Vəziyyət belə davam edərsə, dövlət bərpa olunan enerjinin inkişafı strategiyası haqqında ciddi düşünməli olacaqdır.

Pulsuz elektrik enerjisininyaratdığı problemlər

26 AZƏRBAYCAN İŞIQLARI

Page 29: “Azərenerji” ASC Romada “Keyfiyyət və ən böyük ...azerenerji.gov.az/files/2019_12_17_10_08_42_5c8e.pdf · 9 noyabr Dövlət Bayraq Günü, 12 noyabr Konsti-tusiya Günü

Bu gün istehlakçılar elektrik cərəyanının təhlükəsini ya düzgün qiymətləndirmirlər, ya da elektrik enerjisi ilə davranmaqda məsuliyyətsizliyə yol verirlər. Bu da son-da müəyyən xoşagəlməz hallara, xəsarətlərə, qəzalara, bəzən də bədbəxt hadisələrin baş verməsinə gətirib çı-xarır.

Məsələn, elektrik qurğuları işləyən zaman dövrə həddindən artıq yüklənir, keçiricilərdən axan elektrik cərəyanı istilik yaradır. Keçid cərəyanında yaranan istilik

və bu zaman işləkliyi təmin etmək üçün elektrik dövrəsi-nin potensialı arasında müəyyən bir tarazlıq olmalıdır. Bəzi hallarda bu tarazlığın pozulması qəza və yanğınlara səbəb ola biləcək elektrik naqillərinin, məişət cihazlarının izolyasiya təbəqəsinin itməsi riskini yaradır.

Elektrik naqillərinin prinsipiPaylanma panelindən mənzilə ötürülən elektrik cə-

rəyanı müxtəlif materiallardan (mis, alüminium, polad və s.) hazırlanmış naqillər vasitəsilə ötürülür. Bu naqillər bir-birindən izolyasiya üsulları və kəsişmələri ilə fərqlənir. Hər bir metal fərdi elektrik keçiriciliyinə malikdir. Mis, po- lad və alüminiumdan fərqli olaraq elektrik cərəyanını daha tez və itkisiz qəbul edir, eyni zamanda daha az qızır. Bu naqillər həmçinin davamlı olmaqla yanaşı, mexaniki yüklərə daha yaxşı dözür və əyilir.

Elektrik dövrəsini həddən artıq yükləməyin fəsadları

Bəs mənzilin elektrik şəbəkəsini həd-dindən artıq yüklənmədən necə qorumaq olar?

Mənzillərdə bağlı şəkildə olan elektrik cihazların sayı cox olarsa bu zaman elektrik dövrəsində yük artır və yüksək cərəyanlar dövrə etməyə başlayır. Buna görə, cihaz və naqillərdə həddindən artıq istilik əmələ gəlir. Bu istilik kritik həddə çatdıqda, gərgin-lik istilik ötürücüləri ilə təchiz olunmuş qoruyucu cihazlar vasitəsilə boşaldırılaraq çıxarılır. Bu cür qoruyucu qurğular diferensial avtomatik qurgular-da, maşınlarda, elektrik açarlarında və digər cihaz- larda quraşdırılır.

AZƏRBAYCAN İŞIQLARI 27

Page 30: “Azərenerji” ASC Romada “Keyfiyyət və ən böyük ...azerenerji.gov.az/files/2019_12_17_10_08_42_5c8e.pdf · 9 noyabr Dövlət Bayraq Günü, 12 noyabr Konsti-tusiya Günü

Yaponiyanın bu bölgəsi bərpa olunan enerji mərkəzinə çevriləcək

Yaponiya hökuməti 2011-ci ildə “Fukusima-1” Atom Elek- trik Stansiyasında baş verən qəza ərazisində bərpa olunan enerji mərkəzinin inşasına təxminən 2,75 milyard dollar sərmayə qoymağı planlaşdırır. Radiasiya nəticəsində çirklənmiş ərazilərdə 11 gü- nəş elektrik stansiyası və 10 külək parkı tikmək nəzərdə tutulur. Quraşdırılacaq enerji qurğularının ümumi gücü 600 MVt-a çatdırıla-caq. Günəş elektrik stansiyalarının inşasına gələn ildən başlanıla-caq və 2024-cü ildə başa çatdırılması planlaşdırılır. Layihənin həya-ta keçirilməsi üçün özəl şirkətlər hökumətdən 257 milyon dollar məbləğində subsidiya alacaqlar. Yaponiya hökuməti belə bir layi-həni həyata keçirməklə nüvə fəlakəti zamanı zərər çəkmiş bölgənin “canlanmasına” ümid bəslədiyini bəyan edib.

Xatırladaq ki, bundan əvvəl Ukraynanın Çernobıl zonasında İs-paniya hökumətinin vəsaiti hesabına günəş elektrik stansiyasının qurulacağı bildirilmişdi. 2018-ci ilin sonunda “Çernobıl” AES-in ərazisində - Pripyat şəhərində günəş elektrik stansiyası açıldı. Bu stansiya 26 aprel 1986-cı ildə qəza baş verən “Çernobıl” Atom Elek-trik Stansiyasının sənaye zonasında yerləşir. İstismara verilən yeni elektrik stansiyasının illik gücü 1024 MVts təşkil edir.

Qəza baş verən “FUKUSİMA-1” radiasiyalı ərazi bərpa olunur

28 AZƏRBAYCAN İŞIQLARI

Page 31: “Azərenerji” ASC Romada “Keyfiyyət və ən böyük ...azerenerji.gov.az/files/2019_12_17_10_08_42_5c8e.pdf · 9 noyabr Dövlət Bayraq Günü, 12 noyabr Konsti-tusiya Günü

Elektroenergetikada innovativ inkişaf yolu zamanın tәlәbidir. Bu gün müasir informasiya texnologiyaları (İT) sistemini tәtbiq etmәdәn bu sahәnin inkişafına tәkan verәcәk mәsәlәlәri hәll etmәk çox çәtindir, gәlәcәkdә isә bu heç mümkün olmayacaq. Fasilәsiz vә keyfiyyәtli enerji tәminatına artan tәlәbat nәticәsindә yaxın illәrdә elektro-energetikada tam rәqәmsallıq zәruri olacaq. Energetika sa- hәsindә artıq tәsiri hiss olu- nan innovasiyalardan olan İoT-a nәzәr salaq. İoT (internet of things) -“Əş-yaların İnterneti” sensor-larla vә birlikdә işlәmәk üçün internetlә tәmin olunmuş, insanların nә et- diyini bilәn vә avtomatik çalışıb bizim hәyatımızı asan- laşdıran gündәlik cihazların nә-hәng sistemidir. Müasir texnologi-ya obyektinin istismarı zamanı ehtimal olunmayan qanunauyğunluqları belә üzә çı- xarmağa yardım edir. Həmçinin müәssisәni “dinlәmәyә” vә bu mәlumata uyğun yeni sәviyyәdә dialoq qurmaq im-

kanı verir. İoT-un elektrik enerjisinin istehsalı sahәsindә tәtbiqi zamanı әldә edilmәsinә çox mәsrәf tәlәb olunan yanacağın sәrfiyyatı vә enerji itkisindә azalmalar müşa-hidә olunur. Bu da elektrik stansiyalarının faydalı iş әm-

salını artırır. Daima inkişafda olan informasi-ya texnologiyalarının nailiyyәtlәrindәn

istifadәdә әsas mәqsәd sonda avtomatik olaraq sәmәrәliliyi,

etibarlığı, iqtisadi mәnfәәti, hәmçinin elektrik enerji-

sinin istehsalı vә pay lanmasında stabilliyi artırmağa imkan ve-rәn informasiya vә kommunikasiya şәbә- kә vә texnologiya-

larından istifadә edәrәk enerji istehsalı vә isteh-

lakı barәdә mәlumat toplayan modernlәşdirilmiş

elektrik şәbәkәlәrinin -“ağıllı şәbәkәlәr”in (Smart grid) tәkmil-

lәşdirilmәsinә nail olmaqdır.

“Əşyaların İnterneti”ndən “ağıllı” şəbəkələrə qədər

AZƏRBAYCAN İŞIQLARI 29

Page 32: “Azərenerji” ASC Romada “Keyfiyyət və ən böyük ...azerenerji.gov.az/files/2019_12_17_10_08_42_5c8e.pdf · 9 noyabr Dövlət Bayraq Günü, 12 noyabr Konsti-tusiya Günü

Hazırda alimlər gecələr işıq udacaq mo- dulların işlənib hazırlanması üzərində çalışırlar

Günəş panellərinin iş prinsipi belədir. Şüalar səthə düşür, işığın udulması prosesi baş verir və elektrik cərəyanı əmələ gəlir. Şüalar panellərin səthinə nə qədər çox düşərsə, səmərəlilik də təbii ki, bir o qədər yüksək olar.

Bəs günəş çıxmırsa və bu zaman panel işləmirsə, deməli, enerji də yaranmır? Alimlərin qənaətinə görə, əlverişsiz hava şəraitində də günəş modulları

elektrik enerjisi yarada bilər. Məsələn, panellər bir-başa şüaları və səpələnmiş işığı udmaq qabiliyyətinə malikdir. Lakin buludluluq dərəcəsindən asılı olaraq, bu zaman səmərəlilik təxminən 10-25% azalır.

Ona görə də, günəş panelləri quraşdırılan zaman evin damı kölgədə olmamalıdır. Bu, mini elektrik stansiyasının daha səmərəli işləməsinə şərait yara- dacaqdır. Bu sahədə mütəxəssislər dünya təcrübəsi-ni daha cox nəzərdən keçirirlər.

Məsələn, Almaniyada hava çox vaxt əsasən tutqun olur. Lakin buna baxmayaraq, 2006-cı ildə dünyanın ən böyük günəş elektrik stansiyaları parkı məhz burada açılıb. ABŞ-ın San-Fransisko, Sietl və Boston kimi bir çox iri şəhərlərində ilboyu buludlu, yağışlı hava hökm sürür. Ancaq günəş enerjisi sahə-si bu şəhərlərdə daim inkişaf etdirilir, texnologiyalar təkmilləşdirilir, modulların səmərəliliyi ildən-ilə ar-tırılır. Bundan əlavə, dəyər də azaldılır ki, bu da on-ların qurulması və istismarında əhalinin fəallığına təsir göstərir. Hazırda alimlər gecələr də işıq udacaq modulların işlənib hazırlanması üzərində çalışırlar.

Günəş panellərinin səmərəliliyi

30 AZƏRBAYCAN İŞIQLARI

Page 33: “Azərenerji” ASC Romada “Keyfiyyət və ən böyük ...azerenerji.gov.az/files/2019_12_17_10_08_42_5c8e.pdf · 9 noyabr Dövlət Bayraq Günü, 12 noyabr Konsti-tusiya Günü

Bu baxımdan bərpa olunan enerji mən-

bələri genişləndiriləcəkBeynəlxalq Enerji Agentliyinin (IEA) məlumatına

görə, beş ildən sonra yaşayış evlərində, kommersiya binalarında və sənayedə günəş fotoelektrik (PV) batare- yalarından istifadə edilməsi sayəsində dünyanın ümumi bərpa olunan enerji gücü 50 faiz - 1,2 TW (teravat) arta-

caq. Məlumat üçün deyək ki, 1 TW 10.000.000.000 vata bərabərdir. Ötən il bəşəriyyətin istehlak etdiyi elektrik enerjisinin ümümi həcmi 2,5 teravat olub.

IEA-nın bərpa olunan enerji ilə bağlı illik hesabatında bu artımın təqribən 60%-ni günəş enerjisinin, 25%-ni isə külək enerjisinin təşkil edəcəyi göstərilir. Elektrik ener-jisi istehsalında bərpa olunan enerjinin payının 2024-cü ildə 30% artacağı gözlənilir. IEA-nın məlumatında bildi-rilir ki, “bərpa olunan enerji mənbələri artıq dünyada ikinci böyük elektrik enerjisi mənbəyidir. Ancaq iqlim, hava keyfiyyəti və enerjiyə çıxış sahəsində uzunmüddətli hədəflərə nail olmaq istəyiriksə, ondan istifadəni daha da sürətləndirmək lazımdır”.

Əksər ölkələrdə elektrik enerjisinin istehsalı və dəyəri günəş panellərinin pərakəndə satış qiymətindən çoxdur. IEA bildirir ki, 2024-cü ilə qədər günəş enerjisi isteh-salının dəyəri daha 15-35% azalacaq, bu da texnologi-yanın tətbiqini daha cəlbedici edəcək. Bununla birlikdə, hesabatda günəş enerjisinin davamlı artımını təmin et-mək, elektrik bazarında fəsadların və daha yüksək ener- ji xərclərinin qarşısını almaq üçün tarif islahatlarının zəruri olduğu bildirilir.

Ötən il bəşəriyyətin istehlak etdiyi elektrik enerjisinin ümumi həcmi 2,5 teravat olub

AZƏRBAYCAN İŞIQLARI 31

Page 34: “Azərenerji” ASC Romada “Keyfiyyət və ən böyük ...azerenerji.gov.az/files/2019_12_17_10_08_42_5c8e.pdf · 9 noyabr Dövlət Bayraq Günü, 12 noyabr Konsti-tusiya Günü

İngiltərənin “Equinor” şirkəti və onun SSE adlı tərəf-daşı Şimal dənizinin Dogger bölgəsində üç genişmiqyaslı dəniz külək parkının salınması üçün müqavilə bağlayıblar. Bu, ümumi gücü 3,6 QV olan dünyanın ən böyük dəniz külək qurğusu olacaq. Layihə reallaşarsa bu, İngiltərədəki 4,5 mil- yon evi enerji ilə təmin edə biləcək.

İngiltərə sahillərində qurulması planlaşdırılan dünyanın ən böyük külək parkı, elektrik enerjisini kömürdən daha ucuz istehsal edəcək. Eyni zamanda bir neçə külək enerjisi layihəsi elektrik enerjisinin hərracda zəmanətli qiymətlərlə satılması üçün müqavilələr qazanıb. Hərrac zamanı qiymət bir meqavat-saat üçün 39,65 funt sterlinq səviyyəsində müəyyənləşdirilib ki, bu da həmin dövrün qiymətindən 31% aşağıdır.

Bloomberg nəşri qeyd edir ki, bir neçə il əvvəl bəsit tex-nologiyaya malik olan külək stansiyaları, bu gün dünyanın enerji iqtisadiyyatını dəyişdirir. Həm kommunal xidmətlər müəssisələri, həm də iri energetika şirkətləri 2030-cu ilədək “yaşıl enerji” güclərinin səkkiz dəfə artmasına 448 milyard dollar xərcləməyi planlaşdırırlar.

Bu sahədə dünyanın aparıcı şirkətləri olan SSE Plc, Equinor ASA və Innogy SE 5,5 QVs qədər elektrik enerjisi istehsal edəcək külək enerjisinin alınması üçün müqavilələr qazandıqlarını bildiriblər. Onların fikrincə, hərracın nəticələri dənizdə yaranan küləyin elektrik enerjisinin indiki qiy-mətlərinə uyğun olduğunu göstərir. 2021-ci ildə keçiriləcək növbəti beynəlxalq hərracda “yaşıl enerji”nin maya dəyərinin daha aşağı olacagı gözlənilir.

Bu park elektrik enerjisini kömür yanacağından daha ucuz qiymətə

istehsal edəcək

Dünyanın ən böyük külək parkı

Page 35: “Azərenerji” ASC Romada “Keyfiyyət və ən böyük ...azerenerji.gov.az/files/2019_12_17_10_08_42_5c8e.pdf · 9 noyabr Dövlət Bayraq Günü, 12 noyabr Konsti-tusiya Günü

AZƏRBAYCAN İES dekabr 2019

Page 36: “Azərenerji” ASC Romada “Keyfiyyət və ən böyük ...azerenerji.gov.az/files/2019_12_17_10_08_42_5c8e.pdf · 9 noyabr Dövlət Bayraq Günü, 12 noyabr Konsti-tusiya Günü