53

"InForex"#37: Forex tarixinde en ugurlu emeliyyatlar

  • Upload
    inforex

  • View
    236

  • Download
    5

Embed Size (px)

DESCRIPTION

InForex: treyderler ucun online jurnal

Citation preview

Page 1: "InForex"#37: Forex tarixinde en ugurlu emeliyyatlar
Page 2: "InForex"#37: Forex tarixinde en ugurlu emeliyyatlar

MART 201337-ci Sayı

Oxuyacaqsınız:

01

Sən kimsən, treyder-qadın?05

06

07

08

09

10

12

16

Əlil qızın bacardıqları

“Qrafikləri kardioqram bilirdim”. Treyderlə müsahibə

Forex tarixində ən uğurlu əməliyyatlar

İndikatorlardan ikiqat yalan. Treyder başına gələnləri danışır

Hansı periodu seçməli?

Elderin ziyanlı metodu. Yoxladıq, işləmir

“Bəzilərinin əlçatmaz hesab etdiyi işləri görmək çox xoşdur”

Qannın “Vibrasiya qanunu”

“Bəzilərinin əlçatmaz hesab etdiyi işləri görmək çox xoşdur”

Ağıl və Pul

18

19

20

“Şamlar+MA”

Əfsanəvi treyderin taktikası. Klassikanın Forexdə tətbiqi

Bizi uduzduran beyin

Qoy, bazar özünü göstərsin

“Ayı” ayı

“Trading Central”dan bazarın analizi

Elliot Dalğalarının analizi

Kompleks texanaliz

İşimoku əsasında analiz

21

22

25

29

30

31

34

39

44

47

Mokarimakka? Yapon şamlarının tarixçəsi

Page 3: "InForex"#37: Forex tarixinde en ugurlu emeliyyatlar

Dəyişikliyə doğru!Əziz oxucu!

Yəqin, artıq fərqindəsən ki, bu sayımızın tamam fərqli dizaynı var. Ola bilər, bir qədər qeyri-adi görünsün. Amma əminəm ki, hamının xoşuna gələcək. Elə bu fürsətdəncə istifadə edib, dəyişiklik fəlsəfəsi haqqında fikirlərimi səninlə bölüşmək istəyirəm. Məncə, dəyişikliyin pisi olmur. Pis odur ki, dəyişiklik olmasın. Bu, durğunluqdur. Durğunluq – ölümdür.

Dəyişiklik – hərəkətdir. Hərəkət – həyatdır. Soruşacaqsınız ki, bəs mənfiyə doğru dəyişiklik necə, o da yaxşıdır? Cavab verirəm: bəli! Çünki mənfiyə doğru dəyişiklikdən də hansısa dərs almaq, nəticə çıxartmaq və gələcəkdə bundan istifadə edib, müsbətə doğru getmək olar. Bir sözlə, mənfiyə doğru dəyişiklik də qazancdır. İtki yalnız durğunluqdadır. Eynilə bazarda olduğu kimi: artım trendi kimi, eniş trendi zamanı da qazanc götürmək olur. Qazancı yalnız o zaman götürmək olmur ki, qiymət yerində dursun.Ona görə də, əziz dost, dəyişiklikdən qorxma.

Dəyişikliyin olmamasından qorx! Həyatda da, ticarətdə də - hər yerdə! Çalış, dəyiş və dəyiş, çalış! Yeri gəlmişkən, fürsətdən istifadə edərək, dəyişiklikdən nəinki qorxmayan, əksinə, həmişə dəyişikliklərə can atan varlıqları – xanımları təbrik etmək istəyirəm. Siz bu sayımızda xanımlarla Foreksin mehriban münasibətlərinə həsr olunmuş çoxlu maraqlı materi-allar tapacaqsınız.

Zövqlü və faydalı mütaliələr!

WWW.INFOREX.COM

InForex Redaktorlar

Məmmədov VüsalMəmmədqızı Səbinəİmanverdiyev QafarBagiyev MavletHüseynov Fərid

Layihənin rəhbəri Vəliyev İlqar

DizaynerMoos Vitaliy

Azərbaycanda ilk və tək treyderlər üçün online jurnal

02

Page 5: "InForex"#37: Forex tarixinde en ugurlu emeliyyatlar

Çoxları hələ də treydinqi sırf kişi peşəsi hesab edirlər. Amma faktlar əksini göstəir. Çünki dünyada uğurlu qadın treyderlərin sayı getdikcə artmaqdadır. “CityIndex” agentliyinin apardığı araşdırma da bunu təsdiqləyir.

Araşdırmalara görə, 2000-ci ildən bu yana qadln-treyderlərin açdığı ticarət hesablarının sayı 16 dəfə artıb.

20 top-treyder qadının orta illik gəliri 271 225 funt sterlinq olub.

Treyder qadınların orta yaşı 41-dir.

Orta yaşlı qadın treyderlərin əksəriyyətinin əsas peşəsi müəllimlikdir.

Qadın treyderlərin kişilərdən bir sıra üstünlükləri var. Belə ki, onlar ticarətə öz “mən”lərinin təsdiqi kimi baxmırlar. Çoxbilmişlik və özlərini hamıdan ağıllı göstərmək kimi bir ehtiyacları yoxdur. Daha mühafizəkar və daha hesablıdırlar. İtkiləri daha yaxşı məhdudlaşdırırlar.

Aleksande Elder “Birja ticarətinin əsasları” adlı kitabında yazır: “Texasdan olan bir təqaüdçü qadın öz uğurunun sirrini mənə belə izah etmişdi. O, çox dindar idi və hesab edirdi ki, əgər stop-loss qoymasa, Allahı qəzəbləndirə bilər. Ona görə də, həmişə itkilərini məhdulaşdırırdı”.Yəni ticarətdə uğurun çox hissəsi treyderin psixlogiyasından asılıdır. Bu işdə isə qadınlar kişilərdən öndə olurlar.

05

Page 6: "InForex"#37: Forex tarixinde en ugurlu emeliyyatlar

06

Əlil qızınbacardıqları

Elvira Biktimirova anadangəlmə əzələ distrofiyasından əziyyət çəkir. Əlil arabasından qalxa bilmir. Amma bu, onun uğurlu treyder olmasına əngəl törədə bilməyib.

19 yaşımda başa düşdüm ki, internet-treydinqlə məşğul olmaq istəyirəm. Xüsusi kitabları oxumağa başladım. Çünki bu işlə evdən çıxmadan məşğul ola bilərdim. Amma əvvəlcə ilkin kapitalı qazanmaq lazım idi. Bu məqsədlə mən bacardığım hər işi görürdüm – məsələn, tərcüməçilik, telefonla satışlar, taksi dispetçeri kimi,- deyir Elvira.

Elvira Başqırdıstanın Sterlitamak şəhərində yaşayır. Amma özünü başqa yerdə hiss edir: “Arzularım reallaşıb. Mən özümü Uoll-Stritdə hiss edirəm. Çünki elə onların elədikləri işlə məğulam”. İlk kompüterini Elvira əlilərə verilən qrant hesabına alıb. O, birjaya gələndə qarşısına tez pul qazanmaq məqsədi qoymayıb: “Burada ancaq tək-tük adamlar tez varlana bilərlər. Qalanlarına incə yanaşma, hər gedişi ölçüb-biçmə lazımdır”,- deyir Elvira.

Yaxınları onun nə işlə məşğul olduğunu bilmirdilər. Ama günlərin birində qızın gözlərinin yaşardığını görəndə nəyin baş verdiyini soruşurlar. Mıəlum olur ki, o, uğursuz əməliyyat açıb. İtkinin məbləğini biləndə isə ev adamları başlarını tuturlar – onlar internetdə hansı məbləğdə pulların fırlandığını heç təsəvür də eləmirdilər.

Ondan sonra Elvira heç vaxt heç kimə itkiləri barədə danışmır. O, üç dəfə ciddi uğursuzluğa düçar olub, amma hər üçündə də təzədən qalxmağı bacarıb. Hazırda onun ilik gəliri 10-20 min dollar arasında olur.

- Mənə özümə əminlik və intuisiyam kömək edir. Bunlarsız bazarda heç nə etmək mümkün deyil,- deyir Elvira. – Bir də təcrübə özünü göstərir. Keçən həftə mən kapitalımı 20% artırmışam. Bunu hansı bank edə bilərdi? Mənim əməliyyatlarımın 80%-ə qədəri uğurlu olur.

İş prosesini Elvira belə təsvir edir: “Baxıram ki, hansısa qrafik qalxır. Ya da bunu əvvəlcədən hiss edirəm. Alıram. İzləməkdə davam edirəm. Əgər artım samballı şəkildə davam edərsə, başa düşürəm ki, bazardan çıxmaq vaxtıdır. Tamahkarlıq eləmək lazım deyil”..

Page 7: "InForex"#37: Forex tarixinde en ugurlu emeliyyatlar

07

Tez-tez eşidirik ki, bazarda qadınlar özlərini kişilərdən daha “ağıllı” aparırlar – onlarda kişilərdə olduğu kimi güclü eqo yoxdur, itkilərin artmasına heç vaxt yol vermirlər. Bu, belədirmi? İspaniyalı treyder Marina Stivenson müsahibəsində həm də bu haqda danışır.

- SƏNIN TICARƏT GÜNÜN NECƏ KEÇIR? İŞLƏRINI ƏVVƏLCƏDƏN PLANLAŞDIRIRSANMI?

- Hə, mən bütün işlərimi əvvəlcədən planlaşdırıram. Əlbəttə ki, fors-major situasiyaları çıxmaqla. Əgər axşamdan açıq əməliyyatım yoxdursa, səhərlərim yüngül yemək və idmanla başlayır. Yox, əgər açıq əməliyyatım qalıbsa, ilk növbədə terminalı açıb, əməliyyatımın vəziyyətinə baxıram.

- NIYƏ MƏHZ FOREX?

- Bu işə məni ərim sövq elədi. Qrafikləri lap əvvəlcə ərimin bir dostumun otağında görmüş və kardioqrama bənzətmişdim. Sonra kitablar oxuya-raq, özümütəhsillə məşğul olmağa başladım..

- GƏLƏCƏKLƏ BAĞLI PLANLARIN NECƏDIR?

- Gələcək haqqında danışmaq istəmirəm. Düşər-düşməzi olar.

- BAZARLARDA HƏMIŞƏ SABIT QAZANMAĞIN MÜMKÜN OLDUĞUNA INANIRSANMI?

- Mümkün olduğuna inanıram. Amma bir şərtlə: “yanmamaq” üçün qarşına real şərtlər qoymalısan.

- SƏHVLƏRININ ÜSTÜNDƏ IŞLƏYIRSƏNMI?

- Əlbəttə! Bunsuz necə olar? Səhvlər bizə öyrənmək üçün lazımdır.

- TREYDINQDƏ ƏN ÇOX XOŞUNA GƏLƏN NƏDIR?

- Müstəqillik.

- HEÇ VAXT UNUDA BILMƏDIYIN ZIYANLI ƏMƏLIYYATIN OLUBMU?

- Olub. Təzə başladığım vaxtlarda itkili əməliyyatları bağlamaq istəmirdim. Nəticədə hər şeyi itirdim və sıfırdan başlamalı oldum.

- BƏS INDI ITKILƏRƏ NECƏ YANAŞIRSAN?

- İtki – biznesin bir hissəsidir. Ancaq kapitalımın bir hissəsilə risk edir və heç vaxt hamısını əməliyyata qoymuram.

- UZUNMÜDDƏTLI, YOXSA QISAMÜDDƏTLI ƏMƏLIYYATLAR AÇIRSAN?

- Qisamüddətli. Amma skalpinqlə də məşğul olmuram, əsəblərim daha qiymətlidir. Yaxşı volatillik zamanı gündə bir neçə əməliyyat açıram. “Ölüvay” bazarda isə ümumiyyətə, bir neçə gün əməliyyat açmaya da bilərəm.

Qrafikləri

bilirdim.kardioqram

- BAZARA HANSI QAYDALARLA GIRIRSƏN?..

- Overbought-oversold, kanalın daxilində hərəkət, fibo-nisbətlər əsasında korreksiya... Hamısını bir yerdə toplayır və qərar qəbul edirəm.

- HANSI VALYUTA CÜTLÜKLƏRINDƏ TICARƏT APARIRSAN?

- Avro/dollar, funt/dollar, avro/funt.

- ƏN YADDAQALAN ƏMƏLIYYATIN HANSIDIR?

- Bir neçəsi olub. 2008-ci ilin avqust-sentyabrında Amerika banklarının defoltu vaxtı hələ təzə başlamışdım, hər gün qısa əməliyyatlar açırdım və xoşbəxtliyimə inana bilmiridm.

- SƏNCƏ, TREYDER INFORMASIYA YÜKÜNÜN ALTINDA ƏZILMƏMƏK ÜÇÜN NƏ ETMƏLIDIR?

- Bir vaxtlar mənə yaxşı bir məsləhət vermişdilər, indi mən onu sizə deyirəm: “Nə görürsünüzsə, ona uyğun da ticarət aparın”.

- ÖZ TEXNIKI YANAŞMANI NECƏ TƏSVIR EDƏRDIN?

- Çalışıram ki, ekranı çoxlu indikator və ossillyatorlarla “zibilləməyim”. Trend, kanallar, 2-3 ossillyator... vəssalam.

- SƏNCƏ, YENI BAŞLAYANLARIN ƏN BÖYÜK SƏHVI NƏDƏDIR?

- Düşünürlər ki, hər şeyi bilirlər. Və bazara girəndə pulu ot kimi biçəcəklər. Əslində isə çox öyrəndikcə və çox oxuduqca anlayırsan ki, bildiklərin nə qədər azdır.

- YENI BAŞLAYANLARA HANSI MƏSLƏHƏTI VERƏRDIN?

- Real pullarla ticarətə başlamazdan əvvəl mütləq öyrənin!

- ON-ON BEŞ IL SONRA ÖZÜNÜ YENƏ DƏ TREYDER KIMI GÖRÜRSƏNMI?

- Yəqin ki, hə.

Page 8: "InForex"#37: Forex tarixinde en ugurlu emeliyyatlar

08

Forex valyuta bazarı dünyanın ən böyük bazarıdır. Bu bazarın nəhəng həcmi spekuly-antlara böyük qazanc üçün əla imkanlar verir. İndi valyuta bazarı tarixində həyata keçirilmiş ən uğurlu əməliyatlardan danışacağıq. Valyuta treyderi bu və ya digər valyutanın gələcək dəyərinə dair 4 variantda əməliyyat həyata keçirə bilirlər: Satış - Treyder inanır ki, bir valyutanın məzənnəsi digərinə nəzərən aşağı düşəcək. Alış - treyder bir valyutanın digərinə nəzərən bahalaşacağına inanır. Digər iki əməliyyatlar məzənnənin bu və ya digər istiqamətdə hərəkət proqnozunu əks etdirir - treyder bu hərəkətin güclü və ya zəif olacağına inanır. Bunlar strendl və streqql adlanırlar. Siz hansı əməliyyatı həyata keçirəcəyinizi müəyyən etdikdən sonra bu əməliyyatı açmaq üçün müxtəlif üsullardan istifadə edə bilərsiniz. Məsələn, əgər siz Kanada dollarının ucuzlaşacağını hesab edirsinizsə, ən yaxşı üsul kanada dolları ilə kredit götürməkdir, belə ki, siz onu qaytararkən ucuzlaşacaq və az məbləğ qaytaracaqsınız.

Forex tarixində ən uğurluəməliyyatlar

Hər bir uğurlu spekulyasiya işində Corc Sorosun adı hallanır, çünki bütün uğurlu əməliyyatlar onun “Quantum Fund”-u ilə bağlıdır. Soros valyu-ta fondlarının idarəçiliyindən uzaqlaşaraq, təqaüdə çıxdıqdan sonra dəfələrlə bildirib ki, müxtəlif ölkələrin valyutalarına hücum edərək milyonlar qazanmasına peşman olub. Təbii ki, Britaniya Sorosun bu əməliyyatından çoxlu zərərlə üzləşib, amma funtun həmin vaxt enişi reallaşmasa idi, Bri-taniya iqtisadiyyatı güclənməzdi.

Nəticə: Ölkə valyutasının ucuz olmasından da qazana bilər. Valyutanın zəifləməsi malların və aktivlərin xarici alıcılar üçün ucuzlaşmasına gətirir, buna görə də ixracat yüksəlir. Valyuta spekulyantı pul qazanaraq ölkə rəhbərliyini görmək istəmədiyi realığı görməyə məcbur edir.

1987-ci ildə Bankers Trust-dan 32 yaşlı valyuta treyderi Endi Kriqer “qara bazar etəsi”ndən sonra dollar qarşısında bahalaşan valyutaları izləyirdi. İnvestorlar və şirkətlər Amerika dolarını satır və digər ölkələrin valyutalarını alırdılar. Bununla əlaqədar bu valyutaların qiyməti həddindən artıq yuxarı qalxdı və arbitraj üçün yaxşı şərait yarandı. Kriqerin seçdiyi valyu-ta “kivi “ adı ilə tanınan Yeni Zelandiya dolları idi. Opsionlar sayəsində əldə olunan yeni texnologi-yalardan istifadə edərək, Kriqer Yeni Zelan-diya dollarına qarşı bir neçə milyon dollarlıq əməliyyat açdı, onun “sell” orderinin həcmi Yeni Zelandiyanın pul aqreqatnın həcmindən artıq idi. “Kivi” dövriyyədə pul çatmaması üzündən satış fonunda qəfil aşağı düşdü. Beləliklə,Kriqer öz rəhbərləri üçün milyonlarla dollar qazandı. Bundan sonra Yeni Zelandiya rəhbərliyi Bankers Trust -a müraciət edərək, tələb etdilər ki, Kriqer “kivi” ilə ticarət aparmasın. Sonralar Kriqer həmin bankı tərk edərək, C.Soros ilə işləməyə başladı.

Stendli Drakenmiller Corc Sorosun “Quantum Fund” şirkətində işləyərkən eyni valyutada 2 alış orderi açmaqla milyonlarla dollar qazanıb. Birinci sövdələşməni o,Berlin divarlarının uçurulması zamanı edib. Şərqi və Qərbi Almaniyanın birləşməsi Alman markasına təzyiq göstərirdi. O, elə bir həddə düşdü ki, treyder bu həddi ekstremal hesab edirdi. Əvvəlcə o, qalxış üçün çoxmilyonlu order açdı, sonra isə Soros bu orderin 2 milyard markaya çatdırılmasını tələb etdi. İşlər nəzərdə tutulduğu kimi getdi və əməliyyat milyonlarla dollar gəlir gətirdi.

Britaniya və Almaniyada iqtisadi vəziyyətin fəqli olmasına baxmayaraq, marka 1990-cı illərdə Britaniya funtunun kölgəsində idi. Al-maniya iqtisadiyyatı Böyük Britaniyanınkından güclü idi, amma buna baxmayaraq, Britani-ya funtun dəyərini 2.7 markadan yuxarıda saxlamağa çalışırdı. Nəticədə Böyük Britani-yada faiz dərəcələri və infliyasiya kəskin qalx-sa da, hökumət yenə də Avropa mübadilə mexanizminə daxil olmaq üçün məzənnəni təsbit olunmuş 2.7 marka səviyyəsində saxlamağa çalışırdı. Soros da daxil olmaqla əksər spekulyantlar təsbit olunmuş məzənnələrin bazarın gücünə nə qədər tab gətirəcəyi sualına cavab axtarırdılar və Britaniya funtuna qarşı satışlar açmağa başladılar. İngiltərə Bankı investorları cəlb etmək üçün faiz dərəcələrini 110%-dən yuxarı qaldırdı. Amma Soros funtun ucuzlaşması üçün iri həcmli satışla bazara daxiloldu. Soros bu əməliyyatında 1 milyard dollar qazandı.

3-cü yer: Endi Kriqer “kivi”yə qarşı 2-ci yer: Stendli Drakenmiller markaya qarşı

1-ci yer: Soros funta qarşı

“Nanəcib” iş

Page 9: "InForex"#37: Forex tarixinde en ugurlu emeliyyatlar

09

Jurnalımızın ən çox sevilən rubrikalarından biri olan “Treyder əhvalatları”nı davam etdiririk. Bildiyiniz kimi, bu rubrikada treyderlər öz başlarına gələn real əhvalatları nəql edirlər. Məktubların məzmunu saxlanılsa da, üslubu redaktə olunur. Təbii ki, adların gizli saxlanmasına zəmanət verilir. Budəfəki qonağımız indikatorlar əsasında açdığı əməliyyatın onu necə ziyana salmasından danışır.

İndikatorlardan ikiqat yalanMən başıma gələn bu əhvalatı paylaşmaq isəyirəm ki, digər treyderlər də bilsinlər və indikatorlara aldanmasınlar. Çünki bizim kitablarda və kurslarda öyrəndiklərimiz əksər hallarda yalan çıxır. Və biz onlara əməl edəndə uduzuruq.

Mən bu əməliyyatı fevralın əvvəllərində açmışdım. Eur/usd artım trendində idi. Müəyyən qədər eniş yarandı. Mən hesab edirdim ki, bu, korreksiyadır və indikatorlar siqnal verən kimi trend bərpa olunacaq.

Qiymət bir qədər aşağıya hərəkət edəndən sonra mənim işlətdiyim hər iki indikator yuxarıya siqnal verdi. MACD “0” xəttini yuxarıya doğru kəsdi. RSI da 50 səviyyəsindən yuxarıya qalxdı. Bu arada qiymət özü də artmaqda idi. Yəni bütün siqnallar almağa göstəriş verirdi. Mən də aldım.

Amma mən alan kimi qiymət döndü. Di gəl, indikatorlar hələ də müsbət zonada idilər. Bir az da keçdi və onlar yenidən alış siqnalı verdilər. Yenə də MACD “0” xəttini yuxarıya doğru kəsdi və RSI da 50 səviyyəsindən yuxarıya qalxdı.Tam alış vəziyyəti idi. Mən fikirləşdim ki, bu dəfə yalan olmaz, iki indikator dalbadal iki dəfə aldada bilməzlər. Və yenə də aldım!

Amma bu dəfə bazar konkret aşağıya döndü. Mənim 2 dənə açıq alış əməliyyatım ola-ola. Həm də çox sürətlə, ani olaraq düşdü. Mən qorxuya düşdüm və hər iki əməliyyatı itki ilə bağladım.

Hirsimdən zəncir gəmirirdim. Bu, necə ola bilər axı? İki dənə ən məşhur, ən hörmətli indikator gözlə qaş arasında iki dəfə yanlış siqnal verdi. Bu, nə deməkdir?.. Niyə bu haqda kitablarda yazmırlar?..

Siz “İn Forex” jurnalı olaraq müxtəlif indikatorlardan çox yazırsınız, az qala bəy tərifi qoşursunuz. Ay nə bilim, belə qazandırır, elə qazandırır... Belə şeylərdən yazın ki, indikatorlar dalbadal iki dəfə yalan siqnal verməklə adamı necə ziyana salırlar!

Redaksiyadan: Oxucunun təsviri əsasında hadisələri bu cür rekonstruksiya etmişik.

Dəyərli oxucu! Əgər sən də treydinqdə başına gələn əhvalatları “İn Forex”in oxucuları ilə bölüşmək istəyirsənsə, bizimlə əlaqə saxlaya bilərsən: [email protected]

Page 10: "InForex"#37: Forex tarixinde en ugurlu emeliyyatlar

10

Con Kiklayter

Valyuta bazarında texniki treyderlərin çoxu dey-treyder, impuls treyderi, kəsilmə treyderi və ya başqa metoda üstünlük verən treyder olmasından asılı olmayaraq, böyük trendi nəzərdən qaçırır, aydın görünən dəstək və müqavimət səviyyələrinə diqqət yetirmir və yüksək gəlir ehtimalına, etibarlı stop-lossa malik əməliyyatları da buraxmış olur. Belə olmaması üçün zaman intervalları ilə işləməyi bacarmaq lazımdır.

Multizaman intervallı analiz nədir?

Bir neçə zaman intervalının analizi eyni valyuta cütlüyünə daha geniş baxmağa imkan verir. Bir qayda olaraq, 3 müxtəlif perioddan istifadə bazarı geniş dərk etməyə kifayətdir. Daha xırda periodlardan istifadə məlumatların əhəmiyyətli dərəcədə itkisinə səbəb olacağı kimi, daha böyük periodlar ifrat analizə səbəb ola bilər.

3 zaman intervalında sadə bir strategiya 4 qaydaya riayət edilməsindən ibarət ola bilər. Bu, o deməkdir ki, əvvəla orta əməliyyatın nə qədər müddətə açıq qala biləcəyini təyin edəcək ortamüddətli period müəyyənləşdirilməlidir. Daha sonra nisbətən xırda zaman intervalı seçin. O, heç olmasa aralıq periodun ¼-ni əhatə etməlidir (məsələn, kiçik period üçün 15 dəqiqəlik qrafiki, ortamüddətli və ya aralıq period üçün 60 dəqiqəlik qrafiki götürə bilərik). Eyni qaydada, uzunmüddətli zaman intervalı ən azı aralıq period-dan 4 dəfə böyük olmalıdır (əvvəlki nümunəyə istinad etsək, bu, 240 dəqiqəlik və ya 4 saatlıq qrafik olacaq).

Bu 3 periodu seçərkən düzgün zaman intervalının üzərində dayanmaq çox vacibdir. Aydındır ki, pozisiyasını aylarla saxlayan uzunmüddətli treyder üçün 15 dəqiqəlik, saatlıq və 240 dəqiqəlik periodlar gərəksizdir. Eyni zamanda pozisiyasını sutkadan çox saxlamayan deytreyderlər üçün günlük, həftəlik və aylıq qrafiklərin kombinasiyası yararsızdır. Bu, o demək deyil ki, uzunmüddətli treyderə 240 dəqiqəlik qrafiki, qısamüddətli treyderə günlük qrafikləri izləmək vacib deyil. Sadəcə, onları bütöv zaman intervalları diapazonuna bağlamaq lazım deyil

Uzunmüddətli zaman intervalı

Bir neçə zaman intervalının analizləri ilə tanış olduqdan sonra onları valyuta bazarına tətbiq etməyə çalışaq. Qrafikləri uzunmüddətli zaman intervallarından başlayaraq, daha xırda periodlara doğru təhlil etmək yaxşı olardı. Uzunmüddətli analizində əsas trend müəyyən olunur. Burda məşhur deyim yada düşür: “Trend - sənin dostundur”.

Böyük zaman intervalında əməliyyat açmırıq, amma planlaşdırılan əməliyyat oradakı trendin istiqamətində köklənməlidir. Amma bu, o demək deyil ki, böyük trendə qarşı əməliyyat açmaq olmaz, sadəcə, belə əməliyyatların gəlirlik ehtimalı azalır və trend istiqamətində verilən əməliyyatla müqayisədə gəlir hədəfini daha yaxın məsafədə təyin etmək lazım gələcək.

Valyuta bazarında uzunmüddətli period üçün günlük, həftəlik və aylıq qrafikləri seçiriksə, trendin istiqamətinə fundamental faktorlar əhəmiyyətli təsir göstərir. Ona görə də, bu zaman intervallarında işləyən treyderlər əsas iqtisadi hadisələri nəzərdə tutmalıdırlar. Qiymətin istiqamətini yaxşı başa düşmək üçün büdcə kəsri barədə narahatlıqları, istehlak xərclərini, investisiya səviyyələrini və ya istənilən digər faktorları izləmək lazımdır.

Böyük zaman intervalında işləyənlər üçün daha bir vacib faktor faiz dərəcələridir. Bu, valyuta məzənnələrinin qiymətləndirilməsində əsas komponentdir. Əksər hallarda kapital valyuta cütlüyünün daha yüksək faiz dərəcəli vayutasına axacaq, çünki bu, yatırılmış investiyaya qarşı böyük gəlir deməkdir.

Ortamüddətli zaman intervalı

Həmin qrafikin detalizasiyasını aralıq zamanı intervalına qədər böyütsək, ümumi trendin sərhədləri çərçivəsində xırda hərəkətlər görünür. Bu period 3 period arasında ən universalıdır, ona görə ki, bu səviyyədə həm qısamüddətli perioda, həm da uzunmüddətli perioda məxsus informasiya öz əksini tapır. Yuxarıda deyildiyi kimi, bu zaman intervalı orta əməliyyatın gözlənilən açıq qalma dövrü ilə müəyyən olunur. Faktik olaraq bu səviyyə əməliyyat zamanı daha tez-tez izlənilən qrafik olmalıdır.

Qısamüddətli zaman intervalı

Nəhayət, əməliyyatların icrası qısamüddətli zaman intervalında baş verməlidir. Belə ki, burada daha xırda qiymət hərəkətləri nəzərə çarpandır, treyder böyük periodlu qrafiklərdəki istiqamətdə daha əlverişli yerdə pozisiya vermək imkanı əldə edir.

Bu periodun daha bir vacib aspekti ondan ibarətdir ki, funda-mental faktorlar hələ də qiymətə ciddi təsir göstərir. Amma bu, böyük zaman intervallarında olduğundan bir qədər fərqli baş verir. H4 zaman intervalından aşağı qrafiklərdə fundamental trendlər elə də nəzərə çarpmır. Bunun əvəzində qısamüddətli zaman intervalı bazar hərəkətlərini təkrarlayan yüksək volatilliyə malik indikatorlarla xarakterizə olunur. Zaman intervalı nə qədər balacadırsa, iqtisadi göstəricilərə reaksiya bir o qədər böyük görünəcək. Kəskin hərəkətlər çox qısa vaxtda baş verir və bəzən “küy” kimi təsvir olunur. Amma treyder əksər hal-larda belə əməliyyatlardan yan keçə biləcək, çünki digər zaman intervallarında vəziyyətə nəzarət edir.

Hamısını bir yerə gətirək

Valyuta cütlüyünü qiymətləndirmək üçün hər 3 zaman intervalını birləşdiriləndə strategiyanın digər qaydalarından asılı olmaya-raq, treyderin uğurlu əməliyyat vermək şansı artacaq. Böyük ehtimal var ki, qiymət uzunmüddətli trend istiqamətində hərəkət edəcək. Bu nəzəriyyəyə əsasən, əməliyyata əminlik zaman intervallarının bir xətt boyunca necə düzülməsi ilə ölçülə bilər. Məsələn, əgər əsas trend yuxarı, orta və qısamüddətli trendlər aşağıdırsa, ehtiyatla satış pozisiyası açmaq olar.

Hansı periodu seçməli?Əslində treyder 1 yox, 3 zaman miqyasına nəzarət etməlidir

Page 11: "InForex"#37: Forex tarixinde en ugurlu emeliyyatlar

11

Nümunə

Bu nəzəriyyənin praktikada özünü necə göstərməsinə bax-maq üçün misallara nəzər salaq.

Şəkil 1. Aylıq uzunmüddətli qrafik (10 il)

Şəkil 1-də uzunmüddətli zaman intervalı kimi aylıq qrafik seçilib. Bu qrafikdə eur/usd-nin uzunmüddətli artım trendində olduğu vaxtları göürük. Dəqiq desək, cütlük 2005-ci ilin sonlarında yaratdığı minimumdan kifayət qədər davamlı artan trend formalaşdırıb.

Şəkil 2. Günlük ortamüddətli qrafik (1 il)

Ortamüddətli zaman intervalına keçəndə aylıq qrafikdə qeyd olu-nan ümumi artım trendi hələ də nəzərə çarpır. Amma indi aydın oldu ki, qiymət artan trend xəttini kəsib və əsas trendə doğru korreksiya baş verə bilər. Bunu diqqətdə saxlayaraq əməliyyatı incələmək olar.

Şəkil 3. Qısamüddətli (4 saatlıq) qrafik (40 gün) Daha böyük zaman intervalı qrafikində seçilmiş istiqamətdən asılı olaraq qiymətin aşağı düşməsi zamanı ya münasib satış siqnalı seçə, ya da əsas trend xəttinə kimi enişə nəzarət edə bilərik. Şəkil 3-də göstərilən 4 saatlıq qrafikdə 1.4525 dəstək səviyyəsi yenicə kəsilib. Tez-tez əvvəlki dəstək səviyyəsi yeni müqavimət səviyyəsinə çevrilir (və əksinə), beləliklə, satış əməliyyatı bu

texniki səviyyədən dərhal sonra yerləşdirilə bilər, “stop”u isə 1.4750-dən yuxarıda qoymaq olar.

Nəticə

Bir neçə zaman intervalı ilə analiz metodundan istifadə uğurlu əməliyyat şansını artıra bilər. Təəssüflər olsun ki, treyderlərin çoxu özləri üçün xüsusi bir metod tapdıqdan sonra bu texnikanın vacibliyini unudur. Bu məqalədə göstərdik ki, treyderlərin çoxu bu metoda münasibətlərinə yenidən nəzər sala bilər, belə ki, bu - pozisiyanın əsas trend istiqamətindən gəlir götürməsinə dair öz-özünüzə zəmanət verəcək sadə bir yoldur.

Page 12: "InForex"#37: Forex tarixinde en ugurlu emeliyyatlar

METODUElderin ziyanlı

“İmpuls Filtri” pis əməliyyatlarısaxlayıb, yaxşıları ləğv edir

“İn Forex” bu saydan etibarən yeni rubrikaya başlayır: “Yoxladıq, işləmir”. Bu rubri-kada biz sizi məşhur olsa da, əslində işlməyən metodlarla, sistemlərlə tanış edəcəyik. Beləliklə, bu sayımızda Aleksadr Elderin məşhur “İmpuls Filtri”ni sınaqdan keçiririk.

Aleksandr Elder əməliyyatların filtrasiyası texnikasını “Sell and Sell Short”(John Wiley & Sons, 2008) adlı kitabında təsvir edib. Bu texnika 2 çox məşhurindikatorun kombinasiyası yolu ilə trendi müəyyənləşdirir.

Həmin indikatorlar bunlardır: Eksponensial Orta Dəyişən Göstərici (EMA) və Orta Dəyişən Göstəricilərin Konvergensiya/Divergensiya Histoqramı (MACD). Elderə görə, EMA-nın əyriliyi bazarın “inersiyasına” (ətalətinə) işarə edirsə, MACD histoqramı momentumu qiymətləndirməyə imkan verir. Artan EMA artan trendə, enən EMA enən trendə işarə edir. MACD histoqramı 0-cı səviyyədən nə qədər yuxarıdırsa, “buğa” momentumu bir o qədər güclüdür. 0-cı səviyyədən nə qədər aşağı düşürsə, “ayı” momentumu bir o qədər güclüdür.

Sistemin qaydaları əməliyyat açmaq üçün EMA və MACD-in eyni istiqamətdə olmasını tələb edir. EMA və MACD artanda alış rejimində oluruq və satış siqnallarından yan keçirik. İndikatorlar düşəndə isə biz yalnız satış siqnallarını qəbul edirik, alışlara fikir vermirik. Elder qeyd edir ki, İmpuls Sistemi ticarət siqnallarının filtridir, ticarət sis-temi deyil. Aşağıda təsvir edilmiş testdə Daily və Weekly zaman intervallarında SMA-ların kəsişməsi sistemində siqnalları filtrasiya etmək üçün İmpuls qaydalarından istifadə edəcəyik. MA-ların kəsişməsi strategiyası trendi izləmək üçün tipik sistemdir. Həm də fil-trin effektivliyini qiymətləndirmək üçün yaxşı seçimdir. Birinci testdə Daily zaman intervalında sistemin işini qiymətləndirəcəyik. İkinci testdə həftəlik diapazonda uzunmüddətli trendlərin filtrasiyası üçün impuls qaydasından istifadə etməyə çalışacağıq. Amma əməliyyatlar daha qısa zaman intervalında – Daily-də veriləcək.

Strategiya 1 (MA-ların kəsişməsi)1) 20 SMA 60 SMA-nı aşağıdan yuxarıya kəsəndə növbəti günün açılışı zamanı satış əməliyyatını bağlayıb, alış veririk.2) 20 SMA 60 SMA-nı yuxarıdan aşağıya kəsəndə növbəti günün açılışı zamanı alış əməliyyatını bağlayıb, satış veririk. Strategiya 2 (Daily qrafikdə İmpuls Sistemi filtri ilə birgə MA-ların kəsişməsi). Bu strategiya filtrin siqnallarından asılı olaraq, baza sisteminin qaydalarını tətbiq edir. Filtrlər bu və ya digər vəziyyətdə alış və ya satış verməyimizə işarə edir. İmpuls sistemi yaşıl (alış pozisiyası üçün) və qırmızı (satış pozisiyası üçün) siqnallar verir.A) Yaşıl: Daily qrafikdə 13 EMA və 12-26-9 MACD dünənki göstəricilərdən yuxarı olmalıdır.

B) Qırmızı: Daily qrafikdə 13 EMA və 12-26-9 MACD dünənki göstəricilərdən aşağı olmalıdır.

Qeyd: Bu iki indikator bir-birinə əks hərəkət edərək, bazarda qeyri-müəyyən

Ticarət qaydası1) Növbəti günün açılışında Daily qrafikdə 20 SMA 60 SMA-nı yuxarı

kəsəndə və impuls filtri yaşıl olanda alırıq.2) Növbəti günün açılışında Daily qrafikdə 20 SMA 60 SMA-nı aşağıya

kəsəndə və impuls filtri qırmızı olanda satırıq.3) Daily qrafikdə 20 SMA 60 SMA-nı aşağı kəsəndə və impuls filtri yaşıl

olmayanda alış pozisiyasını bağlayırıq.4) Daily qrafikdə 20 SMA 60 SMA-nı yuxarı kəsəndə və impuls filtri qırmızıolmayanda satış pozisiyasını bağlayırıq.

Strategiya 3 (Weekly qrafikdə MA kəsişmələrinin filtrasiya olunmuş sis-temi)

İmpuls filtrləri:A) Yaşıl: Weekly qrafikdə 13 EMA və 12-26-9 MACD histoqramı dünənkindənyuxarıdır.B) Qırmızı: Weekly qrafikdə 13 EMA və 12-26-9 MACD histoqramı dünənkindən aşağıdır.

Ticarət qaydaları:1) Növbəti günün açılışında Weekly qrafikdə 20 SMA 60 SMA-nı yuxarı kəsəndə və impuls filtri yaşıl olanda alırıq.2) Növbəti günün açılışında Weekly qrafikdə 20 SMA 60 SMA-nı aşağı kəsəndə və impuls filtri qırmızı olanda satırıq.3) Weekly qrafikdə 20 SMA 60 SMA-nı aşağı kəsəndə və impuls filtri yaşıl olmayanda alış pozisiyasını bağlayırıq.4) Weekly qrafikdə 20 SMA 60 SMA-nı yuxarı kəsəndə və impuls filtri qırmızı olmayanda satış pozisiyasını bağlayırıq.

Şəkil 1-də Daily qrafikdə impuls filtrindən istifadə olumaqla əməliyyatlara nümunələr göstərilib.

Kapitalın idarə olunması: hər pozisiyaya depozitin 10%-i. İlkin de-pozit: 10000 $. Testin nəticələri: Baxmayaraq ki, test zamanı MA-ların kəsişməsi sistemi bazardan geri qalırdı, bütün testin yeku-nuna görə uzunmüddətli “buy-and-hold” investisiya sistemi ilə müqayisədə yaxşı nəticələr göstərib. Test dövrünün nəticələrinə görə, uzunmüddətli investisiya sistemiə müqayisədə təmiz gəlir

təxminən 95% təşkil edib (şəkil 2).

12

Page 13: "InForex"#37: Forex tarixinde en ugurlu emeliyyatlar

Kapitalın idarə olunması: hər pozisiyaya depozitin 10%-i.İlkin depozit: 10000 $

Testin nəticələri:Baxmayaraq ki, test zamanı MA-ların kəsişməsi sistemi bazardan geri qalırdı, bütün testin yekununa görə uzunmüddətli “buy-and-hold” in-vestisiya sistemi ilə müqayisədə yaxşı nəticələr göstərib. Test dövrünün nəticələrinə görə, uzunmüddətli investisiya sistemiə müqayisədə təmiz gəlir təxminən 95% təşkil edib (şəkil 2).

Şəkil 1-də Daily qrafikdə impuls filtrindən istifadə olumaqla əməliyyatlara nümunələr göstərilib.

Sistem üzrə əməliyyatlar elə də çox deyildi – cəmi 317, bununla belə, orta hesabla əməliyyatlar +2.3% gəlir verib. Sistem üzrə pozisiyanı açıq saxlamağın orta müddəti təxminən 2 ay olub. Bu minvalla biz deyə bilərik ki, sistemimiz gəlirlidir (10 illik test dövrünün 9-u gəlirli olub), amma elə də mükəmməl deyil. Bəs filtrlərdən istifadə etsək nə baş verər?

Təəccüblüdür ki, filtrlərlə sistemin testi dəhşətli nəticələr verdi (şəkil 3). 10 illik nəticələrə görə təmiz itki -4560 dollar təşkil etdi. Testə başlayandan dərhal sonra ucu-bucağı bilinməyən 2.267 bardan ibarət bir drawdown yaratdı. Bu da orijinal sistemdəkindən 2 dəfə böyük draw-down idi.

Şəkil 1. Yaşıl barlar artım trendinə işarə edir, qırmızılar isə əksinə

Şəkil 3. Filtr olunmuş sistem üçün depozitin qrafik əyrisi. Əsas sistemə impuls filtrinin tətbiqi testin itki ilə nəticələnməsinə səbəb oldu.

Həmçinin filtr olunmuş sistemin drawdownu orijinal sistemdəkindən daha çox olub (-30%-ə qarşı -33%) (şəkil 4). Testin sonuna yaxın belə drawdown-dan çıxa bilmədi.

Həftəlik məlumatlar əsasında test də uğursuz oldu. Sistem burada da mənfi zonada yekunlaşdı, amma itki nisbətən az idi (test demək olar ki, itkisiz sona çatdı). Şəkil 5-də həftəlik məlumatlarda orijinal sistem üzrə testlə filtr olunmuş sistemin testinin nəticələrinə görə illik gəlirin müqayisəsi göstərilib. Drawdown çox böyük idi (-39%) və zaman keçdikcə daha da dərinləşirdi.

Şəkil 2. Baza sistemi üçün depozitin qrafik əyrisi

Həmçinin filtr olunmuş sistemin drawdownu orijinal sistemdəkindən daha çox olub (-30%-ə qarşı -33%) (şəkil 4). Testin sonuna yaxın belə drawdown-dan çıxa bilmədi. Həftəlik məlumatlar əsasında test də uğursuz oldu. Sistem burada da mənfi zonada yekunlaşdı, amma itki nisbətən az idi (test demək olar ki, itkisiz sona çatdı). Şəkil 5-də həftəlik məlumatlarda orijinal sistem üzrə testlə filtr olunmuş sistemin testinin nəticələrinə görə illik gəlirin müqayisəsi göstərilib. Drawdown çox böyük idi (-39%) və zaman keçdikcə daha da dərinləşirdi.

Şəkil 4. Drawdownların müqayisəsi. Filtr olunmuş sistemin draw-downu (aşağıda) orijinal sistemdəkindən (yuxarıda) daha uzun və dərin oldu.

Şəkil 5. Filtr olunmuş həftəlik versiya (aşağıda) və orijinal sistemin testi zamanı (yuxarıda) 9 gəlirli illə müqayisədə yalnız 3 il gəlirli oldu

13

Page 14: "InForex"#37: Forex tarixinde en ugurlu emeliyyatlar

14

Qəribədir ki, filtrin tətbiqi sistemin yaxşı əməliyyatları inkar etməsinə və pisləri qəbul etməsinə gətirib çıxarıb. Məsələn, şəkil 1-də gördüyümüz kimi, sistem alışa siqnal verərək, 50%-dən çox gəlir gətirib. Amma filtr belə potensial gəlirli əməliyyatı inkar edib.

Nəticəİmpuls filtrinin effekti ortamüddətli trendi izləmə sistemi üçün çox neqa-tiv oldu. Kor-koranə bu filtri tətbiq etmək lazım deyil.

Ola bilsin ki, MA kəsişmələrinin baza sistemi bu filtr üçün həddindən artıq uzunmüddətli olub. Test zamanı orijinal sistemlə müqayisədə filtrin daha çox potensial əməliyyat verməsi faktı güman etməyə əsas yaradır ki, qısamüddətli ticarət siqnallarına tətbiq olunsa, daha yaxşı işləyə bilərdi. Yaxşı olardı ki, filt daha balaca zaman intervalında işlədilsin. Digər mümkün faydalı ideya isə odur ki, ondan mövcud trenddə korreksiya zamanı faydalanmaq olar.

Page 15: "InForex"#37: Forex tarixinde en ugurlu emeliyyatlar

15

Page 16: "InForex"#37: Forex tarixinde en ugurlu emeliyyatlar

Dell şirkətinin qu-rucusu Maykl Dell-

in planları, üzləşdiyi səhvləri, həvəs və ideal imkanları haqqında fikirləri.

Biznesə başlayan zaman mənə ən çox xeyir gətirən bilməməzliyim, məni irəli aparan isə qərəzli fikirlərdən uzaq intuisiyam oldu.

Qeyri-adi, bağıllı fikir yürütmək üçün heç də dahi olmaq və ya ali məktəb bitirmək lazım deyil. Sadəcə olaraq, düşünmək qabiliyyəti və xəyal qurmaq bacarığı kifayət edir.

Bəzən insanlar görəcəyin işin mümkünsüz olduğunu deyirlər. Belə olan halda yaxşısı budur, heç kimdən heç nə soruşmayasan və ya kimsənin məsləhətinə qulaq asmayıb, öz bildiyini edəsən. Mən də belə etmişəm.

Mənimsəmək məcburiyyətində qaldığım ilk şey — uğursuzluqlarımın sayı və həmin uğursuzluqlardan aldığım dərslər arasındakı əlaqə oldu. Nə qədər səhv etdimsə, bir o qədər də öyrəndim.

Uğurların artdıqca məğlubedilməz olduğunu düşünürsən. Lakin bu düşüncə səni daha da zəiflədər.

Öz düşündüyüm kimi deyil, müştərinin real tələbatları əsasında biznes qurmaq mənə daha yaxın və daha təbiidir.

Gördüyün işin uğurla nəticələnəcəyinə inanmaq lazımdır.

Əgər real konsepsiyan varsa, başqalarının səni yolundan döndərmək cəhdlərinə məhəl qoymadan ətrafında özünlə həmfikir əməkdaşlar topla.

Bəzən qarşı tərəfə hücum - ən yaxşı müdafiədir. Özünü qalx-anla qorumaq əvəzinə qılıncla hücuma keçin.

Uğur içox təhlükəlidir – çünki uğur insanı eyni anda həm

16

Page 17: "InForex"#37: Forex tarixinde en ugurlu emeliyyatlar

məğlubedilməz, həm də həssas

edər.

Bəzilərinin imkansız, hətta əlçatmaz hesab etdikləri işləri görmək çox xoşdur.

Çətin anlarda gördüyün işi yüz ölçüb, bir biçmədən emosional qərar qəbul etmək qaçılmaz uğursuzluqlara yol

açır.

Planlaşdırma ən əsas məqamlardan biridir. Burada təbiətin bəxş etdiyi ağıldan çox, təcrübə vacibdir.

Böyük və ya kiçik şirkətin rəhbəri olmağından asılı olmayaraq hər işi təkbaşına görmək mümkün deyil. Əslində, dəstək olmadan demək olar ki, heç nə edə bilməzsən.

Mən heç kəsə xəbər vermədən sexlərə baş çəkir, işçilərimin problemlərini elə iş başında aydınlaşdırıram

Uğurlarımızla öyünməməyə, lovğalanmamağa çalışırıq.

Düşünürəm ki, bu gün iri korporasiyalarda anlaşılmazlıqlara səbəb ünsiyyət qıtlığı və mürrəkkəb iyerarxik quruluşdur.

Bu gün sadəcə müştəri qazanmaq azdır, əsas odur ki, onu razı sala və yaxşı mənada təəccübləndirə biləsən. Özü də təkcə bir dəfə yox, həmişə.

İnternetdən də üstün yeganə əlaqə vasitəsi fikirlərin birbaşa çatdırılması, başqa sözlə desək, müştəri ilə birbaşa ünsiyyətdir

Özünüzü önəmli bir şəxs kimi göstərməyə çalışmayın. Müştərilər daha çox sadə və etibarlı adamlara üstünlük verirlər.

Başqalarının lazımsız hesab etdiklərini mülkiyyətə çevirməyə çalışın.

Ideal imkanlar axtarmaqla vaxtınızı itirməyin. Bunula doğru yoldan azmış olarsınız.

Axtardığınızı, ən əsası, özünüzü tapmaq üçün içinizdəki həvəs od olub qarşınızdakı maneələri yandırıb tökməli və sizi istəklərinizə doğru aparmalıdır.

17

Page 18: "InForex"#37: Forex tarixinde en ugurlu emeliyyatlar

18

Ceyms Smitson

Uilyam Qann (1878 - 1955) dahi texniki anali-tik idi. O, həm də yaxşı müəllim idi – treydinqə dair yazdığı yeddi kitabı və keçdiyi iki kurs da bunu təsdiqləyir. Amma Qannı dünyada məşhurlaşdıran ilk növbədə bazarlarla bağlı ver-diyi dəqiq proqnozlar olub.Qannın proqnozları onun “Vibrasiya qanunu” adlandırdığı qanuna əsaslanırdı.

Qann bu qanunu 1908-ci ilin 8 avqustunda kəşf etmişdi. “Pullar niyə itirilir və ya necə gəlir əldə etməli” adlı məqaləsində Qann yazırdı: “1908-ci ilin 12 mayında Ohlakoma-Sitini tərk edərək, Nyu-Yorka yola düşdüm. 8 avqustda bazarları proqnozlaşdırmaq üçün ən böyük kəşflərdən birini etdim. 300$ kapitalla ticarətə başlayraq, onu 25 000$-a çatdırdım. 130$-lıq başqa hesab açdım və onu da bir aya 12 000$ elədim”.1908-ci ilin avqustunda Qannın 30 yaşı var idi. Haqqında danışdığımız kitabı yazanda isə 76. Amma 1909-cu ildə “Ticker And Investment Digest” jurnalına verdiyi müsahibədə o, böyük kəşfi haqqında danışaraq, “Vibrasiya qanunu”nu qısaca izah edirdi. Əlbəttə ki, detalları açmamaq şərti ilə.

“Vibrasiya qanunu”nun prinsipləri nələrdir?

1. Dünyada olan hər şey, o cümlədən, qiymət qrafikləri də vibrasiyadadır. Vibrasiya hər şeyə aiddir, fundamental və universaldır. 2. Səhm və əmtəə qrafikləri həm aldıqları enerjiyə, həm də öz daxili enerjilərinə uyğun olaraq, vibrasiyadadırlar. Onlara hərəkət verən qüvvələr də vibrasiyadadır.3. Səhmin/əmtəənin ümumi enerjisi/vibrasiyası onun qiymətində əks olunur. Bu vibrasiya qüvvələri ancaq qrafiklərdə səbəb olduqları hərəkətə əsasən müəyyən edilə bilərlər.4. Maliyyə bazarları müəyyən vibrasiya normalarına malik qiymət hərəkətlərinin törətdiyi impulsları özündə daşıyır. İlkin im-pulslar ritmik hərəkətlərə təkan verirlər.

QANNIN“VİBRASİYA QANUNU”

Dahi treyder və analitik astrologiya ilə texniki analizi necə birləşdirmişdi...

inkişaf edir. Səhmlər, atomlar kimi, enerji mərkəzləridirlər. Ona görə də, bu hərəkətin bünövrəsində riyasi qanunlar dayanır. 6. Səhmin/əmtəənin ümumi vibrasiyası tarazlıqda olanda onun qiyməti daimi vibrasi-ya normasını dəstəkləyir. Yəni trend yaradır. Bu vibrasiya norması dəqiq ölçülə və qiymətin gələcək hərəkəti Qann bucaqları, yaxud, Qann yelpiyi vasitəsilə proqnozlaşdırıla bilər. 7. Bu prinsiplər müxtəlif zaman miqyaslarında trendin proqnozlaşdırılması məqsədilə tətbiq edilə bilər. Məsələn, kiçik impuls bir neçə saat sürən trend yarada bilər. Çox güclü impulsun səbəb olduğu trendin isə hətta illərlə davam etməsi mümkündür. 8. Səhmə/əmtəəyə təsir gösətərən kənar amil faktik olaraq astroloji təsirdir.

Təəssüf ki, Qann müsahibəsində bu mətləbləri tam açıb göstərmir. Amma 1927-ci ildə yazdığı “Havadan keçən tunel” adlı avtobioqrafik kitabında bir qədər əlavə məlumat tapa bil-irik. Kitabda görürük ki, Qann astrologiyaya və ulduzların hadisələrin inkişafına təsir göstərməsinə inanıb.

Qanna görə, astroloji amillər o səhmlərə təsir göstərir ki, vibrasiyaları üst-üstə düşür. Za-man-zaman aktiv özünün astroloji amilə qarşı həssaslığını itirir Bu halda inert olur və qiyməti eniş trendinə başlayır. Ona görə də, Vibrsiya Qa-nununu Qanununu tətbiq etmək üçün astroloji təsiri də dəqiq identifikasiya etmək lazımdır. Göründüyü kimi, Qann birjaların fəaliyyətinin tamam fərqli paradiqmasını və prinsiplərini göstərir. Bəs bunları praktikada necə tətbiq etmək mümkündür?

Qann bunları tövsiyə edirdi:

1. Trendin başladağı zaman anını identifikasiya edin. 2. Həmin vaxt üstün olan astroloji təsiri müəyyənləşdirin. Bunun üçün araşdırın ki, əvvəllər eyni astroloji dövrdə qrafik necə hərəkət edib.3. Qalxan və ya enən trendin ümumi normasını identifikasiya edin. Bunu Qann bucaqlarının köməyilə etmək olar. 4. Astroloji təsirin nə vaxt başa çatacağını proqnozlaşdırın. 5. Cari astroloji təsirin qiyməti hara qədər apara bilcəyini müəyyənləşdirməyə çalışın.

İndi Qannın özünün gətirdiyi praktik misala bax-aq. 1909-cu ildə buğda fyüçerslərinin qiymətini

dəqiq proqnozlaşdırması Qannın ən uğurlu işlərindən biri idi. Qann fyüçerslərin 1,08$-dan qalxaraq, 1,20$-a çatacağını demişdi: “Dəxli yoxdur, harada olursa-olsun, qiymət ora getməlidir. Getməsə, deməli, mənim bütün işlərim yanlışdır”. Qiymət həqiqətən də onun dediyi yerə çatır (şəkil 1). Qann bunu astroloji təsirləri və trendin uzunmüddətli vibrasiya normasını nəzərə ala-raq hesablamışdı.

Şəkil 1

Bundan əlavə, Qann qiymətə təsir göstərən as-troloji faktorların neçə ay qüvvədə qalacağını da dəqiq göstərə bilmişdi.

Gördüyümüz kimi, vibrasiya normalarını müəyyənləşdirən enerji səviyyələri dəstək və müqavimət səviyyələrilə üst-üstə düşür. Qann bu metodlardan istifadə edərək, çox dəqiq pro-qnozlar vermişdi. O cümlədən, 1929-cu ilin birja çöküşünü bir il əvvəldən proqnozlaşdırmışdı. Qannın analizində qiymətin heç bir önəmi yox-dur, burada hər şey vaxta bağlıdır: əgər almaq vaxtıdırsa, demək almaq lazımdır. Qiymət hara-da olursa-olsun.

Page 19: "InForex"#37: Forex tarixinde en ugurlu emeliyyatlar

1919

EMOSIYALARIN TRENDƏ TƏSIRI

Qafar İmanverdiyev

Bazarda qiymətlər alıcı və ya satıcıların daha çox mənfəət əldə ətmək istəyi və ya zərərlə üzləşmək qorx-usu nəticəsində artır və ya azalır. Qıymətlərin artım tendensiyası zamanı bazarda alıcı qismində çıxış edən iştirakçılar daha optimisdirlər və gələcəkdə qiymətlərin daha da artacağına ümid edirlər. Artım tendensiyası zamanı bazarda satıcı qismində çıxış edən iştirakçılar isə qiymətlərin daha da artacağından çəkinərək satış əməliyyatlarını yerləşdirməkdən çəkinir və qiymətlərin daha yüksək səviyyəyə qalxmasını gözləyirlər. Artım ten-densiya yalnız bazarın əksər alıcı iştirakçılarının ruhdan düşdüyü və satıcıların ticarət qərarlarını qətiyyətləşdirdiyi zaman yekunlaşır. Bazarda qiymətlərin aşağı düşməsi satıcıları ruhlandırır və onlar qiymətlərin daha da aşağı düşəcəyi ümidi ilə satış əməliyyatları icra etməyə çalışırlar. Bu zaman alıcılar qiymətlərin aşağı düşəcəyindən çəkinərək daha ucuz almağa çalışırlar. Qiymətlərin eniş tendensiyası yalnız bazarın əksər satıcı iştirakçılarının ruhdan düşdüyü və alıcıların ticarət qərarlarını qətiləşdirdiyi zaman yekunlaşır. Bazarda qiymətlərin artımına təsir göstərən başlıca faktor alıcıların daha çox mənfəət qazanmaq istəyi və satıcıların qiymətlərin aşağı düşəcəyi ilə bağlı şübhələridir. Qiymətlərin kəskin dəyişməsi zamanı isə bazarın əksər iştirakçıları da bu dalğalanmalardan öz mənfəətlərini qazanmağa çalışır və ticarət fəaliyyətinə qoşulurlar. Qiymət dəyişikliyinin nə dərəcədə kəskin olması birja iştirakçılarının emosional vəziyyətindən asılıdır. Alıcılar satıcılara nisbətən daha az fərqlə ruh yüksəkliyində olduğu zaman qiymətlər tədricən artır. Əksinə, satıcılar alıcılara nisbətən daha az fərqlə ruh yüksəkliyində olduğu zaman qiymətlər təcridən aşağı düşür. Bazarda qiymətlər artdığı zaman satıcılar özlərini narahat hiss edirlər: onların mənfəəti gözləri qarşısında azalır, zərər həcmi isə artır. Bunun qarşısını almaq məqsədilə satıcıların da artım istiqamətində ticarət əməliyyatlarını yerləşdirdiyi zaman bazarda qiymət dəyişikliyi kəskin surətdə artır (bu onunla izah olunur ki, qorxu hissi tamah hissindən daha güclüdür). Ən nəhayət, “uğursuzluq şoku” adlanan an yaranır, belə ki, tendensiyanın yeni yarandığı vaxtda alış əməliyyatlarını

reallaşdırmağa başlayır və bazarda satış əməliyyatlarının həcmi artır. Tendensiyanın əks istiqamətdə qönməsi üçün zamin yaranır. Alıcıların bəzi qismi yenidən tendensiyanı davam etdirməyə səy göstərsələr də, bu, yalnız müvəqqəti olaraq yeni təpə nöqtələrinin yaranması istisna olmaqla bazarda ciddi dəyişiklik yaratmır. Bu zaman tendensiyanın əks istiqamətdə döndüyünü ossilyator vasitəsilə aydın müşahidə etmək olar. Yuxarıda qeyd edilən bütün müddəalar eniş tendensiyası üçün də doğrudur.Birjada texniki analitik çoxluğun tərəfində olmalı, bazarda yaranmış real situasiyanı aydınlaşdırmağa çalışmalıdır. Yuxarı tendensiya istiqamətində alış əməliyyatları icra etdiyiniz təqdirdə satış əməliyyatlarının da effek-tiv şəkildə yerləşdiriləcəyi münasib səviyyə nəzərdən qaçırılmamalıdır. Həqiqətən də əsl analitik sadəcə alış və ya satış əməliyyatları icra etməyə meyilli olmur, hər iki istiqamətdə eyni həvəslə ticarət əməliyyatları icra etmək bu tip bazar iştirakçıları üçün normal haldır. Fərz edək ki, qiymətlərin artacağını proqnozlaşdırırsınız və alış əməliyyatları yerləşdirmək niyyətindəsiniz. Qiymət qrafi-kini tərsinə çevirin və bu halda yaranmış mənzərə sizin üçün münasib satış səviyyəsini xatırladırsa, proqnozunu-zun doğru istiqamətdə olduğu bir daha təsdiqini tapır.Bir çox birja iştirakçıları elə hesab edir ki, birja analizinin başlıca məqsədi qiymət dəyişikliyinin proqnozlaşdırılmasıdır. Bazarın professional iştirakçıları isə sadəcə daxil olan informasiyanı təhlil edir və ehtimal dərəcəsinə görə yarana biləcək nəticələri nəzərə almaq qərar qəbul edirlər.Birja fəaliyyəti zamanı mənfəət əldə etmək üçün gələcəyi müəyyənləşdirmək tələb edilmir. Sadəcə, birjada yaranmış situasiya barəsində məlumat toplanmalı və bazarda alıcıların və ya satıcıların üstünlük təşkil etdiyi və mövcüd tendensiyanın nə dərəcədə davam edəcəyi ehtimalı müəyyənləşdirilməlidir.Bundan əlavə, kapitalın rasional şəkildə idarə edilməsi də vacib faktorlardan biridir. Ən nəhayət, tamah və qorxu hissinin yaranmaması üçün şəxsi hisslər və düşüncələr nəzarət altında saxlanılmalıdır. Bu qaydalara riayət edildi-yi zaman birja fəaliyyəti zamanı uğurlu nəticələrin əldə ediləcəyini əminliklə söyləmək olar.

Page 20: "InForex"#37: Forex tarixinde en ugurlu emeliyyatlar

20

Ağıl

və P

ul

Antik dövrün məşhur filosoflarından olan Miletli Falesin maliyyə müdrikliyi haqqında rəvayət

Bir dəfə yerliləri Falesi kasıblıqda ittiham edərək, deyirlər ki, əgər o, doğrudan da ağıllı olsaydı, pul qazanmağı da bacarardı. Bir halda ki, əsas məsələ olan pul qazanmağı bacarmır, demək, onun ağlı da, bildikləri də, fəlsəfəsi də faydasız və mənasızdır.

Fales qərara gəlir ki, həmyerlilərinə bunun belə olmadığını sübut etsin. Həmin il Miletdə zey-tun məhsulu az olduğundan, insanlar zeytun yağı sıxmaq üçün lazım olan xüsusi pressləri lazımsız əşya kimi ambarlara tullamışdılar. Fales təbiəti yaxşı bildiyi üçün növbəti ildə zey-tunun bol bəhər vercəyini proqnozlaşdırır və ucuz qiymətə zeytun yağı sıxan alətləri insan-lardan alır. Camaat da onu lazımsız əşya kimi satırlar. Çünki cari ildə də zeytunun yaxşı bəhər verəcəyinə inanmırdılar. Amma yayda zeytun yaxşı məhsul verəndə hamıya yağ sıxan presslər lazım olur. Onda miletlilər vaxtilə alətlərini satdıqları Falesə üz tuturlar.

Bu zaman Fales aldığı qurğuları baha qiymətə satır və yaxşı pul qazanır.

Beləliklə də, yerlilərinə sübut edir ki, əgər ağıllı adam istəsə, həmişə yaxşı pul qazana bilər.

Page 21: "InForex"#37: Forex tarixinde en ugurlu emeliyyatlar

XVI əsrdə Yaponiyada 60-a yaxın dövlət var idi və onlar bütün yüzillik boyunca bir-birlərilə müharibə aparırdılar. Hər bir iri feodal (deymyo) qonşu əraziləri də öz torpaqlarına birləşdirməyə çalışırdı. Hər yan xoas içində idi.

XVI əsrin 2-ci yarısında üç böyük sərkərdə - Nobunaqa Oda, Xideyoşi Toyotomi və Yasu Tokuqava ölkəni birləşdirmək uğrunda savaşa başlayırlar. Və 40 ilə bu məqsədə çatırlar. Yapon folklorunda belə bir bənzətmə var: “Nobunaqa düyünü üyütdü, Xideyoşi xəmir yoğurdu, Tokuqava əppəyi yedi”. Yəni hakimiyyətə Tokuqava gəlir və onun nəsli 1615-1867-ci illərdə ölkəni idarə edir. Yapon tarixində bu dövrü “Tokuqava söqunluğu dövrü” adlandırırlar.

Həmin müharibənin izləri bu gün də “yapon şamları”nda qalıb. Boşuna demirlər ki, “ticarət və hərb bir-birinə çox bənzəyir”. Hər ikisində taktika, strategiya, rəqabətə dözmək, vaxtında geri çəkilmək, meydandan çıxmağı bacarmaq lazımdır. Şamların yaratdıqları bir çox kombinasiyaların adları da həmin müharibədən gəlir: “Səhər hücumu”, “Gecə hücumu”, “Hücum edən 3 əsgər”, “Əks-hücum”, “Başdaşı” və s.

Tokuqava sülələsinin başçılıq etdiyi mərkəzləşmiş hakimiyyət Yaponiyada iqtisadi inkişafa təkan verir. Ən əsası, ticarət genişlənir. Dağınıq feodallıqlar birləşərək, bir böyük bazar əmələ gətirirlər. Osaka həm ölkənin, həm də ticarətin və maliyyənin mərkəzi şəhərinə çevirilir.

Bu mərhələyə qədər Yaponiya əhalisi şərti olaraq dörd zümrəyə bölünürdü: ən hörmətli zümrə olan əsgərlər, sonra kəndlilər, sənətkarlar və lap axırda tacirlər.

Mokarimakka?..Yapon şamlarının tarixi və

onları yaradan şəxs

müəllif Tariyel Həsənov

Amma Osaka əhalisi ticarəti xoşlayır və bu işdən pul qazanmağı bacarırdı. Osakanın mərkəzə çevrilməsi ilə tacirlərin rolu və hörməti artmağa başlayır. Hətta Osakada insanlar görüşəndə bir-birlərinə ənənəvi olaraq bu sualı verirdilər: “Mokarimakka?..” Yəni gəlir götürə bilirsənmi?..

Osakada yaşayan düyü ticarətçisi Yodoya Keyan öz nüfu-zundan istifadə edərək düyü birjası yaradır və çox tezliklə varlanır. Amma bu, onun üçün pis qurtarır: söqun onun bütün var-dövlətini əlindən alır. Amma yaradılan birja işinə davam edir və 1710-cu ildən sonra orada düyüdən başqa əmtəələr də satılmağa başlayır. Ən maraqlı məqamlardan biri budur ki, birjada düyü kuponlarının – faktik olaraq, tarixdə ilk fyüçerslərin dövriyyəsi başlayır.

Bu birjada1300-dən çox düyü taciri fəaliyyət göstərirdi. O zamanlar Yaponiyada vahid valyuta olmadığından, düyünün özü həm də mübadilə vasitəsi kimi çıxış edirdi. Düyü kuponları birjada aktiv dövr edirdilər. Çox vaxt hələ əldə olmayan düyü üçün kuponlar alınıb-satılırdı. 1749-cu ildə bazarda 110 000 torbalıq düyü üçün kupon dövr etsə də, real istehsal 30 000 torba idi.

Belə bir dövrdə Muhehis Homma adlı məşhur ticarətçi yetişir. “Bazarın hökmdarı” adlandırılan bu şəxs 1724-cü ildə zəngin ailədə doğulmuşdu. 1750-ci ildə ailə bizne-sini öz üzərinə götürür və liman şəhəri olan Sakatada düyü ticarətinə başlayır.

Hommonun ailəsinin böyük düyü tarlaları var idi. Buna görə də, o, düyü bazarı haqqında ilk əldən məlumata malik idi. Bundan başqa, Hommo hava şəraitinin bazara təsirini araşdırırdı. Bazar kütləsinin psixologiyasını öyrənmək üçün isə Birjanın bütün tarixi boyunca qiymətlərin necə dəyişməsini araşdırmışdı. Deyirlər ki, Hommo ard-arda 100 uğurlu sövdələşmə bağlaya bilmişdi.

Məhz Hommonun ticarət prinsipləri bugünkü yapon şamları analizinin əsasını qoyur. Onun özü isə samuray titulu alır və ömrünün son illərini sarayda hökumətin iqtisadi məsləhətçisi kimi keçirir.

20

Page 22: "InForex"#37: Forex tarixinde en ugurlu emeliyyatlar

Yapon şamlarının Qərb texniki analiz vasitələrilə birləşdirilməsi mövzusunda yazıları davam etdiririk. Bu dəfə şamlarla Dəyişən Orta Göstəricilərin (MA) birgə işlədilməsinə nəzər salacağıq.

Yapon şamlarının verdikləri siqnallar investorların əhvalını real əks etdirir. Şam siqnalı və ya patterni bazardakı əhvalın dəyişməsi fonunda formalaşan vizual mənzərədir. Bu alətdən istifadə etməklə gəlirinizi artıra bilərsiniz.Uzun illərdir ki, analizdə şamlardan istifadə olunması faktı bir daha onların faydalılığını sübut edir.

Emosiyalar

Qorxu və tamah bazardakı əsas emosiyalardır. Peşəkar inverstorlar gəlir əldə etmək üçün bu vacib faktordan istifadə edirlər. Şam siqnalı investorların əhvalının (emosiyaların) vizual əksidir. Bu analiz növü göstərir ki, nə vaxt bazar iştirakçıları gəlirli əməliyyat açmağa yaxşı imkan yaratdığını düşünürlər. İnvestorların çoxu dibdə panikaya düşür və təpədə eyforiya vəziyyətində olur. Bunu şamlar əks etdirə bilir.

Şamlar həmçinin digər texniki alətlərin təqdim edə bilmədiyi imkanları təklif edir. Çünki investorların nə düşündüyünü bilməyə kömək edirlər. Məhz bu, şam analizini digər analiz metodlarından üstün edir.

Şamlar + MA

Treyderlər giriş və çıxış məlumatlarını əlavə təsdiqləmək üçün şamlarla SMA-ları kombinasiya edə bilərlər. 50 SMA və 200 SMA mühüm dəstək və müqavimət səviyyələrini əks etdirən vacib texniki indikatorlardır. İri investorlar bu iki uzunmüddətli SMA-ya diqqət yetirir və investisiyaları ilə bağlı uzunmüddətli qərarlar verərkən bu qiymət səviyyələrinə əsaslanırlar. Şamların analizi bu mühüm SMA-lar ətrafında hansı qərarların verildiyini müəyyənləşdirməyə kömək edir.

Vacib texniki səviyyələrdə şamların analizi vasitəsilə investorların əhvalının vizual görülməsi daha münasib vaxtlarda pozisiya açmaq və bağlamaq üçün əsas yaradır. Şamların siqnalı ilə birgə MA-lardan istifadə etmək əməliyyatların düzgün vaxtda açılıb-bağlanma ehtimalını əhəmiyyətli dərəcədə artıracaq.

MA-lar dəstək və müqavimət səviyyələri kimi çıxış edirlər. Onlar həmçinin trend üçün “maqnit” kimi işləyirlər. İnvestor çətin ki qiymət MA-ya yuxarıdan aşağı toxunmayanadək eniş trendində alış versin. Və çətin ki, qiymət müqavimət səviyyəsindəki potensial hədəfə çat-mayana qədər satmaq istəsinlər. Daha bir vacib qayda: əgər qiymət MA-dan tez hərəkət edirsə, onda o, çox güman, MA-ya qayıdacaq.

MA-larla kombinasiya

Bu sadə qaydaları şamları siqnalı ilə birgə tətbiq etmək yüksək gəlirlik ehtimalına malik əməliyyatlar açmağa imkan verəcək. Şəkil 1-də A nöqtəsində şam “Buğa hücumu” kimi tanınan alış siqnalı formalaşdırıb. Bu siqnal əvvəlcə digər şamların bazarın qeyri-qətiliyini əks etdirməsindən sonra yaranır (Doji və ya Xırda çəkic).

Şəkil 1

Siqnalların belə kombinasiyası güclü dönüş vəziyyətini sübut edir. Daha bir faktı da bura əlavə edək ki, bütün bunlar 50 günlük MA-da baş verib. Nəticədə artım trendinin baş verəcəyini proqnozlaşdırmaq olar.

Qaydalar

21

Page 23: "InForex"#37: Forex tarixinde en ugurlu emeliyyatlar

Treyderlər həmçinin şamları 9 EMA ilə də kombinasiya edə bilərlər. Bu MA-lar giriş və çıxışları, həmçinin artım və ya eniş trendinin da-vam etməsi barədə siqnalları müəyyənləşdirməkdə son dərəcə effektivdir.

Bəs bu kombinasiyadan necə istifadə etməli? Alışa siqnal şamın 8 EMA-dan yuxarıda bağlanmağı ilə təsdiqlənirsə, bu, o deməkdir ki, artım trendi əks siqnal yaranana qədər davam edəcək (yəni şam 8 EMA-dan aşağı bağlanana qədər). Bu konsepsiyasın əksi eniş trendi üçün də keçərlidir. Şamın 8 EMA-dan aşağıda bağlanması və satışa siqnal verməsi eniş trendinə işarə edir. Bu hal şamın 8 EMA-dan yuxarıda bağlanaraq alışa işarə etməsinə qədər davam edəcək.

Kiçik MA-lardan istifadə

Deytreyderlər də MA və şamlar analizinin kombinasiyası taktikasından istifadə edə bilərlər. Biz 2 EMA və 8 EMA-ların kəsişməsi zamanı yaranan şam siqnalına əsasən qısamüddətli əməliyyatlar aça bilərik. Bu filtr itkili əməliyyatların sayını əhəmiyyətli dərəcədə azaldır.

Şəkil 2-də M10 qrafikində MA-dan ticarətdə necə istifadə edə biləcəyimizə nümunə göstərilib. A nöqtəsində Stoxastik ifrat alışa işarə etdiyi vaxt “Ayı hücumu” patterninin şahidi oluruq. Bu siqnallardan artım trendində gəlirin fiksasiyası üçün istifadə edə bilərik. Həmçinin diqqət yetirin ki, 2 EMA 8 EMA-dan kifayət qədər uzaqdadır. Bu, qiymətin korreksiyaya hazır olmasına əlavə sübutdur. İlk hədəf 8 EMA-dır.

İrəliyə doğru addım

Şəkil 2

8 EMA qiymətin yuxarıya doğru gedəcəyinə dəstək olacaqmı? Treyder bunu bilə bilməz. Qiymət həmin səviyyəyə çatanda şamlar investorlarının əhvalının necə olduğunu göstərəcək. İndiki vəziyyətdə 8 EMA hələ dəstək deyil. Bundan başqa, 2 EMA 8 EMA-nı aşağıya doğru kəsib. Bu, birmənalı olaraq həmin yerdə almamağa işarə edir.

B nöqtəsində potensial dönüş göstərilib. Amma bunun trendin dönüşü olmamasına iki işarə var. Əvvəla, stoxastiklər aşağıya istiqamətlənib, amma hələ ki ifrat alış zonasında deyillər. Bundan savayı, 2 EMA 8 EMA-nı hələ də yuxarıya kəsməyib. Bununla əlaqədar olaraq, həmin nöqtədə alış əməliyyatı vermək itkilə nəticələnə bilər.

Səbrli olmaq uğurun açarıdırŞəkil 2-də yalnız C nöqtəsində potensial alış siqnalı görürük. “Buludlar arasında işıq” patterni MA-dan təsdiqini aldı. Bu 2 EMA 8 EMA-nı yuxarı kəsəndən sonra və həmin vaxt stoxastiklər yuxarı hərəkət edəndə baş verib. Texniki siqnalların kombinasiyasından istifadə lazımi vaxtda lazımi yerdə olmaq şanslarımızı xeyli artırır.

22

Page 24: "InForex"#37: Forex tarixinde en ugurlu emeliyyatlar

2 EMA və 8 EMA kəsişmələri ilə şamların kombinasiyası həmçinin gəlirli pozisiyaları tez bağlamamağımıza da kömək edəcək. Bundan başqa, əgər pozisiya çox tez bağlanıbsa, EMA-lar əlavə giriş üçün siqnal verə bilərlər. Şəkil 3-dən göründüyü kimi, artım trendi zamanı satışa şam siqnalı yaransa da, 2 EMA 8 EMA-nı aşağıya kəsməyib. Qiymət nə qədər yuxarı doğru hərəkətini davam etdirirsə, bu, treyderə pozisiyanı bir o qədər saxlamağa imkan verir.

Gəlirli əməliyyatları saxlamaq

Bu metodları tətbiq edən treyderlər gəlir ehtimallarını artıra bilərlər. Şamların verdiyi informasiyadan yararlanmamaq treyder üçün ciddi çatışmazlıqdır. Şam analizinin patternlərinin və siqnallarının tədqiqi bazarda qorxu və tamahı, həmçinin yüksək gəlir ehtimalına malik ticarət imkanlarını müəyyənləşdirməyinizə imkan verəcək.

Ehtimal sizin tərəfdədir

2 EMA və 8 EMA kəsişmələri ilə şamların kombinasiyası həmçinin gəlirli pozisiyaları tez bağlamamağımıza da kömək edəcək. Bundan başqa, əgər pozisiya çox tez bağlanıbsa, EMA-lar əlavə giriş üçün siqnal verə bilərlər. Şəkil 3-dən göründüyü kimi, artım trendi zamanı satışa şam siqnalı yaransa da, 2 EMA 8 EMA-nı aşağıya kəsməyib. Qiymət nə qədər yuxarı doğru hərəkətini davam etdirirsə, bu, treyderə pozisiyanı bir o qədər saxlamağa imkan verir.

23

Page 26: "InForex"#37: Forex tarixinde en ugurlu emeliyyatlar

Cessi Livermorun səhmlərlə etdiyini Forexdə necə tətbiq etmək olar?

25

Page 27: "InForex"#37: Forex tarixinde en ugurlu emeliyyatlar

26

Page 28: "InForex"#37: Forex tarixinde en ugurlu emeliyyatlar

Cessi Livermor ən məşhur aksiya ticarətçilərindən biri hesab olunur. Bir neçə dəfə xırda kapitalları milyon-lara çevirib. 1929-cu ildə bazarda böhran yaşananda

o, karyerasının pik səviyyəsinə çatmışdı. Aksiyaları sataraq 100 milyon dollardan çox qazanmışdı. Amma sonra müflis olaraq karyerasını 1940-cı ildə özünəqəsdlə başa vurdu.

Bele elə bir nəticə gözlənilməz deyildi, çünki Livermor öz ticarət qaydalarına riayət etmirdi. Qaydalarına uyğun ticarət aparanda isə onun uğurlarından hər yerdə danışılırdı.

Müasir ticarət jarqonu ilə desək, Livermoru “pozisiya trey-deri” və ya “svinq-treyder” adlandırmaq olar. “Reminis-cences of a Stock Operator” kitabında Livermor yazırdı: “Çoxları düşünür ki, gəlir əldə etməklə heç vaxt kasıb qalmaq olmaz. Əlbəttə, bu, belədir. Amma sən “buğa” bazarında 4 punkt qazanmaqla da varlanmayacaqsan”.

O, bazara vəsait yatırarkən tədricən əməliyyatlarını artıırdı. Trendin mahiyyətini tutmağa çalışırdı.Livermor hər gün bazara girib-çıxan treyderlərdən fərqli olaraq, daha böyük həcmlərlə oynayırdı. O düşünürdü ki, yalnız ağılsızlar “dibi” və ya “təpəni” tapmağa çalışır, amma özü də tez-tez “dib” ətrafında alır və “təpə” ətrafında satırdı - onun yaxşı ticarət strategiyası var idi. “Cessi Livermor – məşhur aksiya spekulyantı” kitabının müəllifi Riçard Smit yazır ki, Livermorun prinsipi belə idi: “Mən həmişə xırda bir müqavimət ətrafında ticarət aparmaq istəmişəm, bu minvalla çox vaxt bazar kütləsi ilə bir yerdə gedirdim. Mən həmişə vəziyyətin dəyişəcəyinə dair işarələr axtarırdım. Ona görə də daim camaatdan ayrılmağa və onlara qarşı getməyə hazır idim. Trendin mühüm dəyişikliklərini tut-maq çox çətindir, amma aksiyanı satmaq imkanım olan yerdə mən heç vaxt kütlə ilə birgə uçuruma getmək istəmirdim”.

Livermorun strategiyası “mərkəzi nöqtələr”ə əsaslanırdı. Bu gün treyderlərin çoxu bu barədə məlumatlıdır. Bir çoxları müqavimət və ya dəstək səviyyəsini müəyyənləşdirmək üçün bu ticarət metodunun müxtəlif variantlarından istifadə edirlər.

Livermorun fikrincə, mərkəzi nöqtələr böyük həcmli ticarət olan günlərdə yaranır. Mühüm hərəkətdən sonra həcmin nəzərə çarpacaq artımı onun üçün bazarın tezliklə böyük hərəkətini başa vuracağına dair siqnal verirdi. Pozisiyanı dərhal bağlamaq əvəzinə o, bazarın korreksiya edərək onun fikirlərini təsdiqləməsini gözləyirdi. Bunun nəticəsində “mərkəzi dönüş nöqtəsi” yaranmalı idi. Trendin sonunda dönüş nöqtəsi “köpüy”ün təpəsini və “panika”nın dibini əks etdirir.

Amma heç də bütün mərkəzi nöqtələr dönüşə gətirib çıxarmır. Böyük həcm tez-tez nəinki böyük hərəkətin so-nunda, həm də trendin ortasında özünü büruzə verir. Hər hansı bir qrafikə baxın. Əgər böyük həcm yarananda qiymət dərhal düşmədisə, onda “davamedici mərkəzi nöqtədən” danışa bilərik. Dönüş mərkəzi nöqtəsi yarananda Liver-mur əməliyyatın həcmini artırırdı və ya yenisini açırdı.

Bəs Livermorun ticarət taktikasını, bu mərkəzi nöqtələri foreks bazarında tətbiq etmək mümkündürmü? Livermor kimi mərkəzi nöqtələri müəyyənləşdirmək üçün bizə həcm lazımdır. Amma foreksdə ticarət mərkəzləşdirilmiş birjada aparılmır, ona görə də həcmi göstərmək mümkün deyil. Belə çıxır ki, Livermorun aksiyalar-la ticarəti kimi foreksdə ticarət aparmaq qeyri-mümkündür?

Şəkil 1-də 1929-1933-cü illəri əhatə edən Dow Jones Industrial Average (DJIA) indeksinin qrafiki göstərilib. Qırmızı indikator həcmi göstərir. Aşağıdakı qara indikator Həqiqi Orta Diapazon, yaxud ATR indikatorudur. Adi gözlə

“Mərkəzi nöqtələr” taktikasına baxış

“Mərkəzi nöqtələr” taktikasına baxış 1) X dövr üçün ən böyük 1 periodlu ATR-i müəyyənləşdiririk.2) Əgər qiymət mərkəzi nöqtənin maksimumunu kəsibsə, alış əməliyyatı açırıq. Əgər qiymət mərkəzi nöqtənin min-imumunu kəsibsə, satış veririk.3) Əgər mərkəzi nöqtənin maksimum və minimumu kəsilibsə, onda bu yalnış mərkəzi nöqtə idi.Bu taktikanı müxtəlif zaman intervalları və diapazon-larla yoxlayın. Həftəlik qrafik üçün 52 periodunu, saatlıq qrafik üçün 24 periodunu testdən keçirin.

Vaxt və kapitalın idarə olunması “Reminiscences of a Stock Operator”dan ən məşhur sitatların biri belədir: “Mən ağlımın hesabına yox, səbrli olmağıma görə böyük pullar qazandım”. Çoxlar bu sitatı elə başa düşür ki, Livermor böyük hərəkətləri tutmaq

Vaxt və kapitalın idarə olunması

Alətlərdən istifadə

üçün əməliyyatları uzun müddət açıq saxlayırdı. Bu, belədir, amma həmin kitabda bu sitata daha bir şərh var: “Heç kim həmişə bilə bilməz ki, aksiyanı almağa və ya satmağa dəyərmi?” Başqa sözlə, elə anlar var ki, ən yaxşı əməliyyat elə əməliyyat açmamaqdır. Səbrli olub yaxşı imkanları gözləməkdə pis heç nə yoxdur. Bir çox uğurlu treyderlər ona görə uduzurlar ki, həddindən artıq çox ticarət aparırlar. Mərkəzi nöqtələrin yaranmasını gözləmək həddindən artıq intensiv ticarətdən yayınmaqda kömək olacaq kapitalın idarə edilməsi aləti kimi də xidmət edə bilər. Livermorun bazarda ticarət apardığı vaxtlarda aksiyalar üçün marja 10%-dən çox deyildi. Başqa sözlə desək, treyder 1:10-a kredit çiyini ilə işləməli idi. Marjaya olan aşağı tələblər Livermo-run əsasən gözləmə mövqeyinə üstünlük verməsinin səbəblərindən biri idi. Bu məsələdə XX əsrin əvvəlləri Livermorun ticarət apardığı fond bazarı müasir foreksə

27

Page 29: "InForex"#37: Forex tarixinde en ugurlu emeliyyatlar

baxanda belə, iki indikator arasında oxşarlığı görmək olar.

Şəkil 1.

Əlbəttə, görmə qabiliyyətiniz sizi aldada bilər. İnsanlar tez-tez görmək istədiklərini görürlər. Fikrimizin təsdiqlənməsi üçün statistika lazımdır. DJIA-nın qiymət və həcm göstəricilərini Microsoft Excel-ə yerləşdirsək, günlük həcmin korrelyasiyası və 1 günlük ATR-lə test etsək, ko-rrelyasiya əmsalının 79% təşkil etdiyini görəcəksiniz. Belə əmsalı kifayət qədər böyük hesab etmək olar.

İntuitiv demək olar ki, günlük həcm və diapazonun bir-birilə sıx bağlı olması məntiqə uyğundur. Qiymət hərəkəti nə qədər böyük olsa, bir o qədər çox order işə düşməlidir. Foreks treyderləri bu əlaqədən istifadə edərək 1 gün-lük ATR-i həcm indikatoru əvəzinə işlədə bilərlər. Sadəcə, 1 periodlu ATR-i qrafikimizə yerləşdirir və “tikanları” müəyyənləşdiririk. Onlar həcmin tikanlarına ekvivalentdirlər.

Şəkil 2.

Şəkil 2-də gbp/usd cütlüyünün 1 günlük ATR-lə daily qrafiki göstərilib. Burada həmçinin ATR 200 günlük maksimuma ça-tanda barı qırmızı rəngə çevirən funksiya da tətbiq edilib. Mərkəzi nöqtə (200 günlük maksimum) 2007-ci ilin 17 avqus-tunda formalaşıb. Əgər həmin gün qiymət aşağıya gedibsə, onda onu “ayı” dönüş nöqtəsi kimi saymaq olar. Amma qiymət günlük minimumu kəsməyib, həmin günün maksimumu isə bir neçə gün sonra kəsilməklə “buğa” trendini təsdiqləyib.

Növbəti mərkəzi nöqtə 28 sentyabrda formalaşıb. Bir neçə həftə sonra günlük maksimum kəsildikdən sonra cütlük yuxarıya hərəkəti davam etdirib. Mərkəzi nöqtə 12 noyabrda formalaşıb, amma həmin gün qiymət aşağıya doğru kəsilməklə eniş trendinin başlandığınıtəsdiqləyib. Nə qədər ki qiymət bu mərkəzi nöqtənin maksimumundan aşağıdadır, trend enişdə hesab olunur. Qiymət mərkəzi nöqtənin maksimumunu kəsə bilmədi.

Daha bir mərkəzi nöqtə 2008-ci ilin 13 avqust təxminən 2.0156-dan 1.7442-yə qədər olan məsafədə formalaşıb (qrafikdə sentyabrda formalaşmış mərkəzi nöqtə göstərilməyib, bunun ardınca bir aya 1000 punktdan çox hərəkət olub).

Şəkil 3-də usd/cad cütlüyünün Daily qrafiki göstərilib. Qrafikə əvvəlkilərə tətbiq olunan qaydalar tətbiq edilib.

Şəkil 3.

Amma qrafikdə yalnış mərkəzi nöqtə görürük. 2007-ci il 29 iyun USDCAD cütlüyü göründüyü kimi davamedici mərkəzi nöqtə formalaşdırdı (ayı əhvallı). Növbəti həftə minimum-dan da aşağı düşdükdən sonra qiymət enməkdə davam edirdi, amma 25 iyulda geri döndü. 29 iyulda mərkəzi nöqtənin maksimumu kəsildiyi üçün faydasını itirdi. Növbəti belə məqam 1 aydan az bir müddətdə müşahidə olundu.

bənzəyirdi; marja tez-tez 10%-dən xeyli aşağı ola bilərdi.Smitten kitabında yazır ki, Livermorun fikrincə, “səbrli olub, lazımi məqamı gözləmək – spekulyant üçün hər şey deməkdir. Hər şey aydın səslənir, amma treyderlərin çoxu bazarın nə vaxt hərəkət edə biləcəyinə fikir vermirlər. Adi praktika odur ki, əməliyyatı yerləşdirirsən və onun nə vaxt işə düşəcəyini gözləyirsən. Amma bazar gözlənilən istiqamətdə hərəkət etməzdən əvvəl yan trend yarada bilər. Kəsilmə baş verənə qədər şərtlər dəyişə və kəsilmə başqa istiqamətdə baş verə bilər. Daim kapitalı risk altına salmağın mənası yoxdur. Bunun yerinə mərkəzi nöqtənin yaranmasını gözləmək yaxşı olardı.

Alətlərdən istifadə

Livermordan sitat: “Real həyatda çoxlu sayda amillərlə mübarizə aparmaq lazım gəlir ki, bunlar insan təbiətinə

qarşıdır”. Livermorun metodu ilə ticarət xeyli üstünlüyə malikdir. Onların arasında ən əhəmiyyətlisi mərkəzi nöqtələrlə ticarətin sizi tez-tez əməliyyat açmaqdan qorumağıdır. İntensiv ticarət treyderlərin nəyi düz etmədiklərinə dair suallarına cavab tapmağa çalışanda tez-tez buraxdıqları səhvlərdən biridir. Sözügedən texnikanın digər bir üstünlüyü ondan ibarətdir ki, onun tətbiqi zamanı nə vaxt səhv etdiyinizi bilirsi-niz. “Stop” həmişə mərkəzi nöqtənin digər tərəfində yerləşdirilir. İntensiv ticarətdən qaçmağımız və “stop”u yerləşdirəcəyimiz yeri bilməyimizim özü səhvlərə aparan insan emosiyalarımızı idarə etməyimizə kömək edəcək.

Livermor emosiyalarını idarə edə bilmədi. O, öz qaydalarına riayət edə biləndə və bazara obyektiv yanaşanda çox tanınmış bir spekulyant idi... Siz həmin səhvi buraxmayın!

28

Page 30: "InForex"#37: Forex tarixinde en ugurlu emeliyyatlar

Məsələn, bəzi insanların altşüurunda belə bir məntiqi sxem gizlənib: pul - vaxtdir, vaxt isə məhduddur. Demək, pul da məhdud olmalıdır. Belə düşüncəli insanlar heç vaxt çox pul qazana bilməyəcəklər. Çünki biz həmişə həyat haqqındakı əsas fikirlərimizə uyğun olaraq yaşayırıq.Özümüz bunun fərqində olmasaq belə. Bu fikirlər bizi idarə edir.

Və ya bəzi insanlarda belə təsəvvür olur ki, “Mən yaxşı adamam, pul isə pis şeydir”. Belə adamların da heç vaxt pulu olmayacaq. Bu cür insanlar öncə öz təsəvvürlərini dəyişməlidirlər. Uğurlu treyderlər və ümumiyyətlə, uğurlu insanlar heç vaxt belə düşünmürlər.

Paradiqma – bizim dünyaya baxdığımız qavrayış filtridir. Bu, bizim reallığı qəbul etmə yolumuzdur. Biz reallığı öz paradiqmalarımıza uyğun qavrayırıq. Biz heç vaxt dünyanı birbaşa, olduğu kimi görmürük. Həmişə öz paradiqmalarımızın filtrindən (süzgəcindən) görürük. Bazarı da həmçinin. Biz heç vaxt onu tam görmürük. Həmişə öz paradiqmalar filtrimizdən keçən hissəsini görürük.

İnsanlarda hadisələri olduğu kimi yox, öz beyinlərində təsəvvür etdikləri kimi görmək xüsusiyyəti var. Bu xüsusiyyət bizdə lap erkən dövrlərdən, hələ ana bətnində olarkən formalaşır. Ona görə də biz həyatdakı hadisələri həmişə təhrif olunmuş şəkildə qəbul edirik.

Bazar hamı üçün bir olsa da, ona baxışlar fərqlidir. İki treyder bazarı eyni cür görə bilməz. Hər biri bazarı öz mental və əqli filtrlərindən keçirərək qəbul edir. Amma ən vacibi bazarın özünə olan münasibətdir. Əgər siz bazara çoxlu gəlirin olduğu qazanc yeri kimi baxırsınızsa, bu, belə də olacaq. Yox, əgər pulların itirildiyi mübarizə yeri kimi görürsünüzsə, onda bu baxışlar da doğrulacaq.

Treyderin uğurunun mənbəyi ilk növbədə onun özüdür, sistemi və yametodu yox. Uğursuz insanlar düşünürlər ki, həyat – sadəcə, onlarınbaşına gələn işlərdir. Uğurlu insanlar isə əksinə, özlərini hadisə yaradan qüvvə kimi təsəvvür edirlər. Sizin həyatınızda baş verən hər şey təfəkkürünüzün və həyat haqqında təsəvvürünüzün nəticəsidir. Bəzi insanlar əmindirlər ki, heç vaxt pul qazanmaq işində bəxtləri gətirməyəcək. Belələri doğrudan da, qazana bilmirlər.

İnsan bir paradiqmanın daxilində olanda başqa reallığı qəbul etməkdəçətinlik çəkir. Məsələn, təsəvvür edin ki, siz 1968-ci ildəsiniz və sizdən1980-ci ildə dünyada hansı ölkənin ən böyük saat istehsalçısı olacağınısoruşurlar. Siz, təbii ki, İsveçrənin adını çəkirsiniz. Çünki uzun illər bu ölkə saat istehsalında lider olub. Və siz heç bir halda düşünə bilməzdiniz ki, 80- ci illərdə saat istehsalı üzrə dünya lideri Yaponiya olacaq. Niyə belə olub?.. Çünki paradiqma dəyişir: dünya mexaniki saatlardan elektron saatlara keçib. Bu yeni paradiqmanı ilk qəbul edən isə yaponlar olub.

Bizi uduzduranbeyin

Hər dəfə paradiqma dəyişəndə hər şey dəyişir. Yanlış paradiqmalarınmövcud olduğu şəraitdə hətta düzgün işlər də səhv nəticə verir.

Bizim beynimiz ondan keçən enerji axınlarının təsirilə müxtəlif davranış formaları ortaya çıxarır. Beynimizin sol yarımkürəsi xətti, sağ yarımkürəsi isə qeyri-xətti, xaotik məntiqlə işləyir. Sabitlik xətti məntiq, xaos isə qeyri-xətti məntiqlə bağlıdır. Əgər bizim dünyamızı beynin sol yarımkürəsi yaratsaydı, onda biz düz xəttli çaylar, kvadrat dənizlər, dairəvi buludlar və konus formalı dağlar görərdik. Amma təbiət başqa qüvvələrdən və mıəntiqdən istifadə edir. Təbiət qeyri-xətti məntiqlə işləyir. Bazar da; çünki bazar təbiətin bir parçasıdır.

Treyder bazara qarşı çıxmalı deyil, bazarın tərəfini tutmalıdır. Buna görə də bazarı beynin sol yarımkürəsilə analiz etməkdən çəkinməlidir. Sol yarımkürə bazarı ona aid olmayan qəliblərə salmaq istəyəcək. Amma siz gərək bazarla mübarizə aparmayasınız. Bazarla eyni tərəfdə durasınız. Bazarın istədiyini istəyəsiniz. Bu, sizə qazan-maq üçün güc verəcək.

Siz ilk növbədə bazara yanaşmada mövcud olan yanlış fikirləri beyninizdən çıxarmalısınız. Sizin fikirləriniz bazarla konflikt mənbəyidir. Sizin fikriniz olmamalıdır. Çünki fikir olanda sizi daim gərginlikdə saxlayır. Siz əsəbilik keçirirsiniz ki, bazar sizin fikrinizə uyğun hərəkət etmir. Halbuki, bu fikrin özü olmasa, hər şey yaxşı gedəcək.

Amma siz bazarın istədiyini istəyəndə həmişə düzgü və lazımlı tərəfdəolursunuz. Rahatsınız. Siz bazarla mübarizə aparmırsınız, rəqs edirs-iniz. Bazar sizə boks rinqi kimi yox, rəqs meydançası kimi gəlir. Siz ticarətdən həzz alırsınız. Ağlınız sakitdir.

Ticarətdə uğur qazanmaq üçün ancaq bir şey lazımdır: lazımi vaxtda lazımi tərəfdə olmaq. Təfəkkürünüz elə qurulmalıdır ki, sizin bununla təmin etsin. Ona görə də, təfəkkür sistemdən vacibdir.

Siz öz “mən”inizi bazara qarşı qoymamalısınız. Başa düşməlisiniz ki,əməliyyatınız – siz deyilsiniz. Və bazarda pul itirməyin sizin şəxsiyyətinizlə heç bir əlaqəsi yoxdur. Ona görə də, ziyanlı əməliyyatı şəxsi məğlubiyyət kimi qəbul etməli deyilsiniz.

Siz ticarətdən həzz almalısınız. Bu, yüngül və asan bir iş olmalıdır. Bu-nun üçün də öz mənliyinizi ticarətə qoşmayın. Sadəcə, bazarı izləyin, onun istədiyini istəyin, vəssalam.

Niyə bəzi treyderlər daim uduzurlar? Çünki beynindəki təlimatlar onları buna vadar edir. Hər halda, bazarı öyrənən psixoloqlar belə iddia edirlər.

29

Page 31: "InForex"#37: Forex tarixinde en ugurlu emeliyyatlar

QOY, BAZAR OZUNU GOSTERSİN....effektiv ticarət üçün 19 məsləhət

Ümumilikdə götürəndə yaxşı sayılan bazar strategiyasının zəif bəndi onun necə tətbiq edilməsi ola bilər.Yaxşı bazar alətlərini və metodlarını tapmaq, onları uğurla tətbiq etməkdən daha asandır. Bəs biz bazara vaxtında daxil olaraq böyük hərəkətləri necə tutmalıyıq?

Gəlin, effektiv ticarət fəaliyyəti üçün vacib qaydalarla tanış olaq. Bazara daxil olarkən onlara əməl etməyə çalışın.

Bazara daxil olmaq üçün uyğun şərait axtarın və ya bu şərait yaranana qədər bazardan kənarda qalın.

Ticarətə girməzdən əvvəl bazarı müşahidə edin.Fikrinizi təsdiq edən sübutlar axtarın. Zaman, kütlə və trend fikrinizi təkzib etməməlidir.

Ya hərəkət etməyi, ya da kənarda qalmağı seçin. Bazardan kənarda qalmaq da bir mövqedir. Bütün imkanlar riskli olanda hətta gözəl başlanğıc da pis əməliyyatla nəticələnə bilər.

Bütün ticarət imkanlarını öz şəxsi planınızın filtrindən keçirin. Əgər əməliyyat sizin risk həddinizi aşırsa, o halda ondan vaz keçin.

Oyundan kənarda qalmağı öyrənin və imkan yaranacağı anı gözləyin.

Bazardan nə qədər vaxt ərzində kənarda qalacağınıza qərar verin. Əgər investisiya yatırmaq istəyirsinizsə, gündəlik əməliyyat açmaqdan çəkinin,əksinə, əgər sıçrayışlarda ticarət aparırsınızsa, uzunmüddətli investisiyalardan çəkinin.Əməliyyatı bazarın istiqamətində açın. Dalğalarda yırğalanmaq iri balıqlara yem olmaqdan yaxşıdır.

1234567

8.Bazarın açılma anında oradan uzaq olun. Bu anda siz çox həssassınız.8Kütlədən kənarda qalmağı öyrənin. Kütlənin emosiyaları əks istiqamətin qalib gəlcəyi ehtimalını gücləndirir.9Siz ticarətə başlamazdan əvvəl bazara özünü göstərməyə imkan verin.10Əllərinizi klaviaturadan uzaq saxlayın, onlar sizin beyninizdən tez hərəkət edir.11Bazarda qeyri-müəyyənlik varsa, ondan uzaq qalın.12Orderlərinizin həcmini azaltmağa çalışın.

Hər bir analizin üzərində sistematik işləyin.14Bazarın məhdud diapazonlarında və trendlərdə işləmək strategiyaları yaradın.15Orta vəziyyətlərdə bazara vaxtında daxil olmaq, yaxşı vəziyətləərdə vaxtsız daxil olmaqdan daha çox qazanc gətirər.16Sapmalarda və onlardan sonra yaranan qırılmalarda kütləyə qarşı gedin.17Dönüş nöqtəsini tapmağa çalışın.18Əgər bazarı davamlı müşahidə edə bilmirsinizsə, limit orderlərindən istifadə etməyə çalışın.19

13

30

Page 32: "InForex"#37: Forex tarixinde en ugurlu emeliyyatlar

“İn Forex”in daimi ekspertləri yenə də iki ənənəvi suala cavab verirlər:

1) Mart ayında avro/dollar cütlüyündən nə gözləyirsiniz?2) Başqa hansı cütlüklərə diqqət yetirməyi məsləhət görürsünüz?

TƏHLİL VƏ PROQNOZLARBÜROSU...

"IN FOREX"-IN

Səbinə Məmmədqızıekspert

1) Avro/dollar qrafikinə nəzər salsaq, MA-rin siqnal yaratdığını müşahidə edirik. Cütlük 1.2950-20 dəstəyini aşağı istiqamətdə qırmağa nail olarsa, bu, satış siqnalı olaraq qiymətin hələ bir neçə həftə eniş trendi daxilində hərəkət etməsinə səbəb olacaq. Bu halda ilkin hədəf 1.2870-50 olacaq. Sonrakı dəstəklər 1.2785 və 1.2697 yaxınlığındadır. Texniki şəkil avronun 1.2870-50 ətrafından qayıda biləcəyini ehtimal etməyə əsas verir, çünki bu səviyyə 200 günlük MA-nın keçdiyi güclü dəstək zonasııdır. Bu halda qalxışı davam etdirmək üçün cütlük 1.3060-80 müqavimətindən yuxarıda qalxmalıdır. Növbəti müqavimətlər 1.3150-60 ətrafındadır.

2) Funt/dollar cütlüyü də maraqlı dinamika əks etdirir. Artıq davamlı eniş nümayiş etdirən cütlük enişdən yorulmuş kimi görünür. Amma cütlüyün texniki şəkli hələ stabilləşmə haqqında danışmağa əsas ver-mir. Cütlük qalxmaq üçün 1.5256 səviyyəsindən yuxarıda qalmalıdır. 1.4984 dəstəyi və minimumu aşağı qırılarsa, enişin hələ bir müddət yenə davam edəcəyini gözləmək olar.

1) EUR/USD cütlüyünün bu tempdə hərəkət etməsi qiymətin ayınsonuna kimi 4 hədəfi: 1.2841 - 1.2738 - 1.2659 və 1.2548-i asanlıqlayoxlaya biləcəyindən xəbər verir. Alternativ ssenaridə isə qiymət əvvəl göstərdiyimiz 2 hədəfdən dönüş nümayiş etdirib 1.3147 və 1.3289 nöqtələrinə tərəf yönələ bilər.

2) Bu ay EUR/USD cütlüyü ilə bərabər Qızıla diqqət edin. Çünki oradada sürətli eniş və yüksəlmə gözlənilir.

Qafar İmanverdiyevekspert

MART ÜÇÜN EKSPERT PROQNOZLARI

“AYI” AYI

31

Page 33: "InForex"#37: Forex tarixinde en ugurlu emeliyyatlar

Qafar İmanverdiyev:

Qızılda da sürətli eniş və yüksəlmə gözlənilir.

Fərid Hüseynov:

Avronun kəskin enişini gözləyirəm.

Mavlet Bagiyev:

1.26-ya qədər eniş müm-kündür.

İlqar Vəliyev:

Avro/funta diqqət yetirməyi məsləhət görərdim.

Səbinə Məmmədqızı:

Usd/chf cütlüyünə baxmaq maraqlı olardı.

BİR CÜMLƏ İLƏ

32

Page 34: "InForex"#37: Forex tarixinde en ugurlu emeliyyatlar

33

Fərid Hüseynovekspert

1) Mart ayında Avronun kəskin enişini gözləyirəm. Qiymətin 1.2500ətraflarına qədər düşəcəyini proqnozlaşdırıram.

2) NZDUSD-nin 0.79-a qədər, AUDUSD-in isə 0.98 ətraflarına qədərenəcəyini proqnozlaşdırıram. USDCAD əgər keçən ilin maksimumunu - 1.0450 ətraflarındakı müqavimət səviyyəsini qıra bilsə, 1.0850-yə qədər qalxma ehtimalı var. Yaxın aylar EURGBP üçün çox ağır keçəcək. Belə ki, cütlüyün hər hansı bir istiqamətdə hərəkətini Yanvar ayının maksimum və minimumları müəyyənləşdirəcək.

1) Fevral ayını avro/dollar 1.30 səviyyəsindən yuxarıda bağlaya bildivə bu da vacib korreksiya səviyyəsidir. Cütlük 1.3140 müqavimətiniqırarsa, 1.3480-1.3520 ətrafına qalxacaq. Eyni zamanda, qiymət 1.30 səviyyəsindən aşağıda qalarsa eniş 1.2787 ətrafına qədər davam edəcək. 1,2787 dəstəyindən aşağıda möhkəmlənməsi 1.26 ətrafına enişə səbəb olacaq.

Mavlet Bagiyevekspert

İlqar Vəliyevekspert

1) Avro/dollar 1,27-yə qədər yeni minimumuları fəth etməyə hazırgörünür. Müvəqqəti yuxarı sıçrayışları istisna etmirəm. Məsələn, 1,32-yə qədər. Amma ümumilikdə “ayı” əhvalı qüvvədə qalacaq.

2) Avro/funta diqqət yetirməyi məsləhət görərdim. Orada həftəlik qrafikdə aşkar divergensiya var.

Page 35: "InForex"#37: Forex tarixinde en ugurlu emeliyyatlar

34

"Trading Central" -dan bazarin analizi

Dönüş nöqtəsi: 1.062

Əsas fikir: Qiymət 1.062 səviyyəsindən aşağıda qaldıqca hədəflər 1.015 və 0.9995 olmaqla SATIŞA üstünlük verilməlidir.

Alternativ variant: 1.062 səviyyəsinin yuxarıya qırılması 1.085 və 1.1 ətrafına qalxışa gətirəcək.

Analiz: Texniki baxımdan RSI indikatoru neytral 50 zonasından aşağıdadır.

Əsas səviyyələr:

1.1000**

1.0850***

1.0620***

1.0205

1.0150***

0.9995**

0.9835***

AUD/USD, ortamüddətli: Konsolidasiya

Page 36: "InForex"#37: Forex tarixinde en ugurlu emeliyyatlar

35

Dönüş nöqtəsi: 1.299

Əsas fikir: Qiymət 1.299 səviyəsindən yuxarı qalxarsa, hədəflər 1.35 və 1.383 olmaqla ALIŞA üstünlük verilməlidir.

Alternativ variant: 1.299 səviyyəsindən aşağıda möhkəmlənmə 1.265 və 1.25 ətrafına enişə yol açacaq.

Analiz: RSI “ayı” dinamikasını itirir.

Əsas səviyyələr:

1.4245 ***

1.3830 ***

1.3500 **

1.3012

1.2990***

1.2650 **

1.2500 **

Dönüş nöqtəsi: 1.57

Əsas fikir: Qiymət 1.57 səviyyəsindən aşağıda qalarsa, hədəflər 1.496 və 1.48 olmaqla SATIŞA üstünlük verilməlidir.

Alternativ variant: 1.57 səviyyəsinin yuxarı qırılması 1.5915 və 1.631 yaxınlığına qalxışa gətirəcək.

Analiz: RSI enişin davamına işarə edir

Əsas səviyyələr:

1.6310***

1.5915***

1.5700***

1.5022

1.4960*

1.4800***

1.4435 ***

EUR/USD, ortamüddətli : Sıçrayış

GBP/USD, ortamüddətli: Eniş riskləri var

Page 37: "InForex"#37: Forex tarixinde en ugurlu emeliyyatlar

36

Dönüş nöqtəsi: 87.5

Əsas fikir: Qiymət 87.5 səviyyəsindən yuxarıda qalarsa, hədəflər 95 və 96.65 olmaqla ALIŞA üstünlük verilməlidir.

Alternativ variant: 87.5 dəstəyinin aşağıya qırılması ortamüddətli perspektivdə 84 və 82.85 yaxınlığına enişə yol açacaq.

Analiz: RSI ayı dinamikasını itirir.

Əsas səviyyələr:

101.25 ***

96.65 *

95.00 **

92.7

87.50 **

84.00 **

82.85 **

USD/JPY, ortamüddətli : Trend qalxışa meyllidir

Page 38: "InForex"#37: Forex tarixinde en ugurlu emeliyyatlar

37

Dönüş nöqtəsi: 30.75

Əsas fikir: Qiymət 30.75 səviyyəsindən aşağıda qaldıqca hədəflər 27.25 və 26 olmaqla SATIŞA üstünlük verilməlidir.

Alternativ variant: 30.75 müqavimətinin yuxarı qırılması ilə 32.45 və 34.3 ətrafına yol açılacaq..

Analiz: Qısamüddətli perspektivdə enişin davam edəcəyi ehtimalı yüksəkdir

Əsas səviyyələr:

34.3

32.45

30.75

29.25

27.25

26

24.9

Dönüş nöqtəsi: 1656

Əsas fikir: Qiymət 1656 səviyyəsindən aşağıda qaldıqca hədəflər 1550 və 1525 olmaqla SATIŞA üstünlük verilməlidir.

Alternativ variant: 1656 müqavimətinin yuxarıya qırılması ilə 1698 və 1750 ətrafına yol açılacaq.

Analiz: RSI əsasən “ayı” əhvallıdır.

Əsas səviyyələr:

1750

1698

1656

1612

1550

1525

1480

Silver, ortamüddətli: Təzyiq altındadır

Gold, ortamüddətli: Eniş riskləri var

Page 40: "InForex"#37: Forex tarixinde en ugurlu emeliyyatlar

39

> A - <<A>> dalğası hələ davam edir

....A - “A” dalğasının başlayacağı gözlənilir

Müqavimət səviyyəsi yarılsa, qiymət yuxarıya hərəkət ədəcək

Dəstək səviyyəsi yarılsa. qiymət aşağiya hərəkət edəcək

Conformative - Bu səviyyə keçiləndə ssenari təsdiqlənəcək

Critical - Bu səviyyə kəçiləndə ssenari qüvvədən düşəcək

EUR/USD Weekly

Avro/dollar cütlüyündə İntermediate dalğa səviyyəsində vəziyyət qeyri-müəyyəndir. Hazırda konkret ssenarinin üzərində dayanmaqda çətinlik çəkirik. Ona görə də aşağı dalğa səviyyəsinə baxırıq.

"Elliot Dalğaların Analizi"Vüsal Məmmədovun təqdimatında

Page 41: "InForex"#37: Forex tarixinde en ugurlu emeliyyatlar

40

EUR/USD H4

Bu zaman miqyasında dalğa sayı eniş trendinin hansı mərhələdə olduğunu aşkar göstərir. Hazırda (iii) minuete dalğası yekunlaşmaq üzrədir. Onun ardınca (iv) minuette korreksiyasını gözləyəcəyik. Detallar qrafikdə gostərilib.

EUR/USD Daily

Bu səviyyədə aşkar eniş ssenarisi var. Yuxarıa doğru 3 dalğa (W-X-Y) formalaşandan sonra cütlük aşağıya dönüb və trend xəttini kəsib. Bu, korreksiyanın bitməsi və eniş ssenarisinin qüvvəyə minməsi anlamına gəlir.

Page 42: "InForex"#37: Forex tarixinde en ugurlu emeliyyatlar

41

GBP/USD Daily

Aşağıya doğru hərəkətin ilk impulsunun inkişafını görürük. Detallar qrafikdə göstərilib.

GBP/USD Weekly

Burada qiymət tam əks ssenarini seçdi. İrimiqyaslı üçbucağın sonuncu “E” dalğası aldadıcı olsa da, nəhayət, hər şey yerini aldı. Deyəsən, qiymət 4 il sürən korreksiya ilə vidalaşır və eniş trendini bərpa edir.

Page 43: "InForex"#37: Forex tarixinde en ugurlu emeliyyatlar

42

USD/CHF Daily

Bu zaman periodunda enişin başa çatdığını və artımın ilk dalğalarının yarandığını görürük. Korreksiyadan sonra sonra meydan yenidən “buğa”ların olacaq.

USD/CHF Weekly

Dollar/frank mürəkkəb formalı korreksiya formalaşdırır: (W)-(X)-(Y). Hazırda əsas ssenariyə görə (X) dalğası başa çatıb. Detalları aşağı zaman periodunda araşdırırıq.

Page 44: "InForex"#37: Forex tarixinde en ugurlu emeliyyatlar

43

USD/JPY Daily

Bu qrafikdə yuxarı perioddakı ssenarinin detallarına baxırıq. Görürük ki, [i] minute dalğasının (ilk üçbucağın) formalaşması hələ bitməyib. O, tam formalaşandan sonra aşağıya doğru [ii] minute korreksiyasının hərəkətini gozləyəcəyik.

USD/JPY Weekly

Qrafikdə 5 dalğalı «wedge» (ilk üçbucaq) modeli yaranıb. Qaydaya gorə, bu, ya ziqzaqın, flat-in, ya da impulsun ilk dalğası olur. Bunu nəzərə alaraq, qiymətin qrafikdə gostərilən şəkildə hərəkət edəcəyini düşünürük.

Page 45: "InForex"#37: Forex tarixinde en ugurlu emeliyyatlar

44

"Kompleks Texznaliz"Fərid Hüseynov təqdim edir

EUR/USDCütlüyün mart ayı üçün eniş şansı çox yüksəkdir. Günlük, həftəlik və aylıq qrafiklərdə bu, aydın nəzərə çarpır. İlk hədəf 1.2870, növbəti dəstək səviyyələri 1.2700-1.2650 ətrafında toplaşıb. Artım barədə yanvar ayının sonlarından başlamış eniş trendinin müqaviməti

Page 46: "InForex"#37: Forex tarixinde en ugurlu emeliyyatlar

45

GBP/USDQiymət gözlənilənləri də üstələyək? diapazonun aşağı sərhədini – 1.5300 ətrafındakı dəstək səviyyəsini kəsib. Bu, eniş trendinə işarə edəcək ilk amildir. Bundan sonra qiymətin artım perspektivini yenidən özünə qaytarması üçün onun 1.5700-dən yuxarıda möhkəmlənməsi lazımdır. Amma onu da qeyd etməliyik, cütlük bazarın hərəkət inersiyasına sadiq qalaraq, 1.5300 ətrafındakı kəsdiyi dəstək səviyyəsini yenidən yeni müqavimət səviyyəsi kimi test etməyə çalışacaq. Yəni qısamüddətli artım korreksiya baş verə bilər. Bu korreksiya dərinləşə, 1.5700 ətrafında investorlar ciddi seçim qarşısında qalacaqlar. Hələlik onu demək olar ki, “gep”lə açılış da bir növ klassik “retest”ə işarə edir.

USD/CHFCütlük dekabr-yanvar maksimumlarını qıraraq, artımф meyllik nümayiş etdirir. Hazırda yeni artım trendi kifayət qədər sağlamdır. Ola bilsin ki, 0.9350 ətraflarına qədər korreksiya etdikdən sonra yenidən artsın, ya da mövcud yerdən artmağa davam etsin. İlk hədəf kimi 0.9500, daha sonra 0.9700 götürülə bilər. Cütlüyün yenidən enişi üçün əsas 0.9250 dəstəyinin kəsilməyi olacaq.

Page 47: "InForex"#37: Forex tarixinde en ugurlu emeliyyatlar

46

USD/JPYUsd/jpy cütlüyü 94.50 ətrafında (2010-cu ilin maksimumu və 15 illik eniş trendinin müqavimət xətti) güclü müqavimətlə rastlaşıb. Əgər qiymət bu müqavimətı qıra bilməsə, usd/jpy üçün eniş trendi başlayacaq. Eniş zamanı dəstək verə biləcək və “ayı”lar üçün hədəf sayılacaq qiymət 87, daha sonra 85 olacaq. Belə məqamlarda bazarın 94.50-dən yuxarıdakı “stop”ları, “buy stop”ları işə salıb, yenidən enə biləcəyindən ehtiyatlanaraq, məsləhət görərdim ki, alış əməliyatı verməkdə tələsməyəsiniz və münasib məqamı gözləyəsiniz.

Page 48: "InForex"#37: Forex tarixinde en ugurlu emeliyyatlar

47

"İşimoku" Qrafik Sistemin əsasında təhlil

EUR/USD WeeklyQiymət gözləntilərə rəğmən ”bulud”a girdi. Buluddan çıxana qədər bazardan kənarda qalmaq lazımdır.söhbət açmaq olar.

Gözəl günlərə inanGavalı ağacı inanırVə yazda çiçəkləyir Matsuo Base

Page 49: "InForex"#37: Forex tarixinde en ugurlu emeliyyatlar

48

EUR/USD DailyQiymət uğurla “bulud”u yarıb, amma hələ test etməyib. Aqressiv “ayı”lar 1.3120-də “stop” qoymaqla sata bilərlər. Qalanları buludun testini gözləsələr yaxşı olar. Hədəf - 1,27.

GBP/USD WeeklyCütlük “bulud”u uğurla yarıb və hətta “ölü xaç” da formalaşdırıb. Amma qiymətin Tenkan və Kijun xəttlərindən uzaqlığını nəzərə alaraq, ancaq artım zamanı satmaq məsləhətdir. Məsələn, bu məqsədlə 1,53-1,54 zonasına korreksiyanı gözləmək olar.

Page 50: "InForex"#37: Forex tarixinde en ugurlu emeliyyatlar

49

GBP/USD DailyBütün xəttlər aşağıya göstərir. Amma heç olmasa 1,52 zonasına qədər artım gözləyirik.

USD/JPY WeeklyŞam analizi korreksiyanın yetişdiyindən xəbər verir. Heç olmasa 90-91,00 zonasına qədər konsolidasiya gözləyirik. Alış əməliyyatlarından çəkinmək məsləhətdir.

Page 51: "InForex"#37: Forex tarixinde en ugurlu emeliyyatlar

50

USD/JPY DailyHər iki xətt üfiqi vəziyyət almaqla trendsizlikdən xəbər verir. 91-ə (buluda) qədər satmaq məsləhətdir. Stop - 94,20.

USD/CHF WeeklyQiymət “bulud”dadır – bazardan kənarda qalırıq.

Page 52: "InForex"#37: Forex tarixinde en ugurlu emeliyyatlar

49

USD/CHF Daily“Bulud” yarılsa da, hər iki xətt üfiqi vəziyyət alıb. 0,9300 zonasında test gözləyirik. Ancaq bundan sonra alış haqqında düşünmək olar.