23
Mövzu 15. Tələbedici yarimstansiyalarin transformatorlarinin təmiri Plan 1.Əsaslı və cari təmir müddətləri və həcmləri 2.Transformatorun əsas hissələrinin təyinatı, quruluşu və zədələri Ədəbiyyat 1.Пястолов А. А. и др. Монтаж, эксплуатация и ремонт электрооборудования. – М.: Колос, 1981. 2.Перельмутер Н.М. Электромонтер – обмотчик и изолировщик по ремонту электрических машин. М.: Высшая школа, 1980. 3.Атабеков В.Б. Ремонт трансформаторов и электрических машин. М.: Высшая школа, 1983.

Mövzu 15. Tələbedici yarimstansiyalarin transformatorlarinin təmiri

Embed Size (px)

DESCRIPTION

Mövzu 15. Tələbedici yarimstansiyalarin transformatorlarinin təmiri. Plan 1.Əsaslı və cari təmir müddətləri və həcmləri 2.Transformatorun əsas hissələrinin təyinatı, quruluşu və zədələri Ədəbiyyat - PowerPoint PPT Presentation

Citation preview

Page 1: Mövzu 15.   Tələbedici yarimstansiyalarin  transformatorlarinin təmiri

Mövzu 15. Tələbedici yarimstansiyalarin transformatorlarinin təmiri

Plan

1.Əsaslı və cari təmir müddətləri və həcmləri

2.Transformatorun əsas hissələrinin təyinatı, quruluşu və zədələri

 

Ədəbiyyat

1.Пястолов А. А. и др. Монтаж, эксплуатация и ремонт электрооборудования. – М.: Колос, 1981.

2.Перельмутер Н.М. Электромонтер – обмотчик и изолировщик по ремонту электрических машин. М.: Высшая школа, 1980.

3.Атабеков В.Б. Ремонт трансформаторов и электрических машин. М.: Высшая школа, 1983.

Page 2: Mövzu 15.   Tələbedici yarimstansiyalarin  transformatorlarinin təmiri

Əsaslı və cari təmir müddətləri və həcmləri

Transformatorların əsaslı təmirləri arasındakı müddətlər aşağıdakı kimi müəyyənləşdirilmişdir :

► təzə transformator üçün 6...8 il;

► əsaslı təmirdən sonra yağın hermetikləşdirilməsi və mühafizəsi qismən olan transformatorlar üçün (təmir zamanı genişləndiricilərin və termosifon süzgəclərin quraşdırılması hallarıda daxil olmaqla) – 4...5il;

►bərpaedici əsaslı təmir keçmiş transformatorlar üçün (yağın mühafizəsi və hermetizasiyası olmadan) – 2...3il.

Page 3: Mövzu 15.   Tələbedici yarimstansiyalarin  transformatorlarinin təmiri

Transformatorun mütləq açılmaqla aparılan cari təmir işlərinin həcminə xarici baxışın bütün əməliyyatları və aşkarlanmış nasazlıqların aradan qaldırılması, həmçinin

çənin təmizlənməsi və boyanması, yağgöstərici qurğuların, kontaktların və birləşmələrin təmiri və dəyişdirilməsi daxildir. Genişləndiricidən çöküntü süzülür, yağ əlavə olunur, kipləşdiricilərin boltları çəkilir, izolyasiyaların müqaviməti ölçülür və yağın elektrik möhkəmliyi təyin

olunur. Cari təmir elektrotəmir müəssisələrində həyata keçirilir.

Transformatorun cari təmiri qida mənbəyindən hökmən ayrılmaqla onun quraşdırıldığı yerdə aparılır.

Page 4: Mövzu 15.   Tələbedici yarimstansiyalarin  transformatorlarinin təmiri

Transformatorun əsaslı təmirinin həcmi hər bir konkret hal üçün spesifik olub

zədələnmələrin növündən və dərəcəsindən asılı olaraq müəyyənləşdirilir. Əksər hallarda əsaslı

təmir bərpaedici olmaqla özündə transformatorun dolaqlarının dəyişdirilməsini

(yenidən dolanma) və bir sıra oxşar əməliyyatları birləşdirməklə işlərin həcminə

görə transformatorun hazırlanmasına yaxınlaşır.

Page 5: Mövzu 15.   Tələbedici yarimstansiyalarin  transformatorlarinin təmiri

Transformatorun əsas hissələrinin təyinatı, quruluşu və zədələri

Page 6: Mövzu 15.   Tələbedici yarimstansiyalarin  transformatorlarinin təmiri

Transformatorun bəndərinin zədələnmə faizi

Transformatorun hissələri Zədələnmə, %

Dolaqlar, cərəyanaparan hissələr və ayırmalar 53

Girişlər 18

Çevirgəclər 12

Çən 7

Maqnit dövrəsi (nüvə) 2

Qapaq, genişləndirici və s. 8

Page 7: Mövzu 15.   Tələbedici yarimstansiyalarin  transformatorlarinin təmiri

Maqnit dövrəsi (nüvə)

Transformatorun nüvəsi polad lövhələrdən və boyunduruqdan ibarət olub, qapalı maqnit dövrəsini yaradır. Polad lövhələrdə dolaqları yerləşdirirlər.

Nüvələrin əsas iki tipə ayırırlar: çubuqlu və zirehli.

Gücü 20-dən 5600kVA-ə qədər olan güc transformatorları üçün çubuqlu nüvələri hazırlayırlar.

Nüvəni qalınlığı 0,35...0,5mm olan elektrotexniki polad lövhələrdən yığırlar. Bu lövhələr isti (marka Э42) və soyuq (marka Э310 və Э320) yayma yolu ilə hazırlanır.

Burulqan cərəyanlarından yaranan itkiləri azaltmaq üçün maqnit dövrəsinin (keçiricisinin) hər bir vərəqəsini bütün səthi boyunca bir-birindən ciddi izolə edirlər.

Page 8: Mövzu 15.   Tələbedici yarimstansiyalarin  transformatorlarinin təmiri

Çubuqlu maqnitkeçiricilərinin ümumi görünüşü

a-şixtalanmış; b-calaqlanmış; 1-aşağı boyunduruq; 2-çubuqlar; 3-yuxarı boyunduruq; 4-boyunduruq və çubuqlar

arasındakı calaqda izolyasiya.

Page 9: Mövzu 15.   Tələbedici yarimstansiyalarin  transformatorlarinin təmiri

Üçfazlı maqnit keçiricisinin şıxtalanma üsulları

a-lövhələrin birinci vəziyyəti; b-lövhələrin ikinci vəziyyəti.

a b

Page 10: Mövzu 15.   Tələbedici yarimstansiyalarin  transformatorlarinin təmiri

Şixtalanmış çubuqlu maqnit keçiricisi yığılmış halda

1-çubuqlar; 2-şaquli presləyici bolt; 3-güclü transformatorların çubuqlarının presləyici sancaqlarının yerləri; 4-sıxıcı sancaq; 5-yuxarı boyunduruq tiri; 6-yuxarı boyunduruq; 7-aşağı boyunduruq; 8-aşağı

boyunduruq tiri.

Page 11: Mövzu 15.   Tələbedici yarimstansiyalarin  transformatorlarinin təmiri

Sıxma sancağının izolə edilmə nümunəsi:

1-boyunduruq; 2-boyunduruq tiri; 3-sancaq; 4-

izolyasiya borusu; 5-elektrokarton

şayba; 6-polad şayba; 7-qayka.

Page 12: Mövzu 15.   Tələbedici yarimstansiyalarin  transformatorlarinin təmiri

Yüksək YG və alçaq AG gərginlik dolaqları transformatora verilən alçaq gərginliyi yüksəyə və əksinə

dəyişmək (transformasiya) üçün nəzərdə tutulmuşlar. Onlar mis və ya alüminium naqillərdən hazırlanırlar. Bu naqillər

sapla, kağız və ya emalla və izolyasiya detalları ilə izolyasiya edilirlər.

İzolyasiya dərəcəsini və böyük mexaniki möhkəmliyi yüksəltmək üçün dolağı qliftal lakı 1154-lə hopdururlar.

Konstruktiv yerinə yetirilməsinə görə dolaqları iki növə bölürlər:

--- konsentrik (biri digərinin içərisində yerləşən); --- növbələşən (ayrı-ayrı sarğıların ox boyunca dəyişən

şəkildə yerləşməsi).

Page 13: Mövzu 15.   Tələbedici yarimstansiyalarin  transformatorlarinin təmiri

Yerinə yetirilməsinə görə bir neçə tipə bölünən, dairəvi formalı konsentrik dolaqlar daha çox yayılmışdır: ikiqat silindrik dolaqlar, qatlar arasında şaquli kanal buraxılmaqla ikiqat sarınır: gücü 560kVA-ə qədər AG-yi 525V-a qədər olan

transformatorlar üçün tətbiq olunur;

Silindrik dolaqlar:

a-birqat; b-ikiqat; 1-birinci qatın sarğıları; 2-ikinci qatın sarğıları;

3-birinci qatın düzəldici kəməri; 4-ikinci qatın düzəldici

kəməri; 5-bakelit silindr.

Page 14: Mövzu 15.   Tələbedici yarimstansiyalarin  transformatorlarinin təmiri

Çoxqatlı silindrik dolaq, sərt kağız-bakelit silindr üzərində bir-neçə qatlarla sarınır: dolağın qatları şaquli kanallarla iki hissəyə ayrılırlar; YG 35kV-a qədər, gücü 560kVA-ya qədər

olan transformatorlar üçün tətbiq olunur;

Page 15: Mövzu 15.   Tələbedici yarimstansiyalarin  transformatorlarinin təmiri

Silindrliyə analoji çoxqatlı makaralı (seksiyalı) dolaq, lakin hündürlüyü boyunca izolyasiya şaybaları ilə bir-neçə

makaraya bölünmüşdür; 35kV-a qədər YG-də tətbiq olunur və gücləndirilmiş izolyasiyanı təmin edir

Çoxqatlı makaralı dolaq:a-ümumi görünüşü; b-ayrı-ayrı dolaq makaraları; 1-silindr; 2-boyunduruq şaybası; 3-

aralıq şaybaları; 4-yığılmış makaralar.

a b

Page 16: Mövzu 15.   Tələbedici yarimstansiyalarin  transformatorlarinin təmiri

Arasıkəsilməyən dolaq izolyasiya silindri üstündə düzbucaqlı en kəsikli naqillə bir-neçə sarğı üzrə yastısına sarınaraq, seksiyanı yaradır; seksiyalar ardıcıl birləşdirilir və naqilin arası kəsilmir. Silindr və dolağın seksiyaları arasında soyutma üçün horizontal kanallar yaradan reykalar quraşdırılır. Gücü 1000kVA və yuxarı olan transformatorların AG və YG dolaqlarında tətbiq olunur.

Page 17: Mövzu 15.   Tələbedici yarimstansiyalarin  transformatorlarinin təmiri

Dolaqlar tez-tez xarab olmaya məruz qalırlar. Dolaqların ən çox yayılmış

zədələnmələrinə aid etmək olar: ► Sarğılar arası və gövdə arası

qapanmanı; ► Seksiyalar arası deşilməni;

► Elektrodinamiki dağılmaları; ► Dövrənin qırılmasını.

Page 18: Mövzu 15.   Tələbedici yarimstansiyalarin  transformatorlarinin təmiri

Qurğuların giriş izolyatorları

a - 1kV-a qədər gərginlik üçün; b-11,5kV-a qədər gərginlik üçün.

a

b

Page 19: Mövzu 15.   Tələbedici yarimstansiyalarin  transformatorlarinin təmiri

ÇevirgəcYG dolağının çevirgəcə çıxarılmış sarğılar sayını bilavasitə dəyişməklə ± 5% hüdudunda transformasiya

əmsalını azaltmaq və ya artırmaq üçün nəzərdə tutulmuşdur.

Gücü 100kVA-ya, gərginliyi 6kV-a qədər olan

transformatorlarda quraşdırılan genişləndiricisiz

ТПСУ-9-120/6 çevirgəci:

1-getinaks plitə; 2-kağız-bakelit içliklər (oymaqlar); 3-silindrik

latun kontakt çubuqları; 4-tərpənən seqmentvari

kontaktlar; 5-kağız-bakelit borucuq; 6-polad keçid

müftası; 7-polad val; 8-polad çətir.

Page 20: Mövzu 15.   Tələbedici yarimstansiyalarin  transformatorlarinin təmiri

Gərginliyi 10 kV-a və gücü 1000kVA-ə qədər olan transformatorlarda tətbiq olunan ТПСУ-9-120/11 çevirgəcləri;

çevirgəci transformatorun qapağına quraşdırırlar

1-getinaks disk; 2-kağız-bakelit oymaqlar; 3-nikellənmiş silindrik latun kontakt çubuqları; 4-latun seqmentvari kontaktlar; 5-kağız-bakelit silindr; 6-kipgəcin alüminium qapağı; 7-çevirgəcin papaqcığı.

Page 21: Mövzu 15.   Tələbedici yarimstansiyalarin  transformatorlarinin təmiri

Çən

Çən yalnız yağlı transformatorlarda

olur. O maqnit keçiricisini dolaqlarla

birlikdə yağda yerləşdirmək və öz səthi

ilə istiliyi xaric etmək üçün nəzərdə tutulmuşdur.

Page 22: Mövzu 15.   Tələbedici yarimstansiyalarin  transformatorlarinin təmiri

Qapaq

Qapaq yağla doldurulmuş çənin bağlanması üçün, nüvənin, YG və AG girişlərinin və digər armaturların bərkidilməsi üçün xidmət edir.

Onu polad lövhələrdən hazırlayırlar və boltların köməyi ilə çənin yuxarı çərçivəsinə sıxırlar. Qapaq və çərçivə arasına yağadavamlı rezindən araqatı quraşdırırlar.

Page 23: Mövzu 15.   Tələbedici yarimstansiyalarin  transformatorlarinin təmiri

Genişləndirici yağın qızması zamanı onun sərbəst genişlənməsi üçün və yağı nəmlənmədən və oksidləşmədən qorumaq üçün nəzərdə

tutulmuşdur. O, gücü 75kVA-dan yuxarı olan bütün transformatorlarda quraşdırılır.

Genişləndiricinin sxemi:1-gövdə; 2-transformator çəninə gedən borucuq; 3-tıxaclı çökdürücü; 4-

yağın əlavə edilməsi üçün tıxac; 5-nəfəslik deşikləri; 6-yağgöstərən.