48
Aqronomluq ixtisasının “Bitki mühafizəsi” ixtisaslaşması üzrə “Ümumi fitopatologiya” kursu Mövzu 4. Abiotik və biotik stress amilləri P L A N: 4.1 Abiotik və biotik stress amilləri 4.2 Stress nədir ? 4.3 İqlim və hava 4.4 Temperatur 4.5 İşıq və külək 4.6 Yağıntılar 4.7 Bitkilərdə stressə səbəb olan abiotik və biotik amillərin patogenezə təsiri

Mövzu 4. Abiotik v ə biotik stress amilləri

Embed Size (px)

DESCRIPTION

Aqronomluq i xtisas ı nın “Bitki mühafizəsi” i xtisaslaşması üzrə “Ümumi fitopatologiya” kursu. Mövzu 4. Abiotik v ə biotik stress amilləri. P L A N: 4 . 1 Abiotik və biotik stress amilləri 4.2 Stress nədir ? 4.3 İqlim və hava 4.4 Temperatur 4.5 İşıq və külək - PowerPoint PPT Presentation

Citation preview

Aqronomluq ixtisasının “Bitki mühafizəsi” ixtisaslaşması üzrə

“Ümumi fitopatologiya” kursu

Mövzu 4. Abiotik və biotik stress amilləri

P L A N:

4.1 Abiotik və biotik stress amilləri4.2 Stress nədir ?4.3 İqlim və hava4.4 Temperatur4.5 İşıq və külək4.6 Yağıntılar4.7 Bitkilərdə stressə səbəb olan abiotik və biotik amillərin patogenezə təsiri

ƏDƏBİYYAT

1. Cəfərov İ. Ümumi fitopatologiya. Bakı: Elm, 2007, 392 s.2. Cəfərov İ.H. Fitopatologiya (fənnini öyrənilməsinə dair metodik vəsait) Bakı: Elm, 2008, 184 s.3. İbrahimov A.Ş., Abdulova Z.A., Mehdiyeva L.N. Mikologiya. Bakı: “Bakı Universiteti”, 2008, 324 c.4. M.Timur Döken, Erkol Demirçi, Hüseyn Zengin Fitopatoloji. Erzurum: 2010, 256 s.5. Защита растений в устойчивых системах землепользования / Под общей ред. док. с.х. наук Д.Шпаара, книга 1, Торжок ООО «Вариант», 2003, 391 с.6. Попкова К.В. Общая фитопатология. М.: Агропромиздат, 1989, 362 с.7. Семенкова И.Г., Соколова Э.С. Фитопатология. М.: Изд. Академия, 2003, 496 с.8. Чикин Ю.А. Общая фитопатология (часть 1). Учебное пособие - Томск: ТГУ, 2001, 170 с.9. www. stavropolye.tr10. www. nbcnews.ru11. www. inforotor.ru

DİQQƏT !

Mövzuda istifadə edilən cədvəllər, rəngli foto şəkillər və sxemlər müxtəlif mənbələr-dən götürülmüşdür. Həmin mənbələr ədəbiyyat siyahısında göstərilmişdir.

Stress amilləri

Abiotik Biotik

Viruslar,Göbələklər,Bakteriyalar,Parazitlik edən ali bitkilər

Nematodlar, Gənələr, Sorucu həşəratlar

Gəmirici həşəratlar,İlbizlər,İstiqanlılar

Xəstəlik törədicilər Zərərvericilər

Patogenlər

ZərərXəstəliklər

Zədələnmələr

yoluxma

infeksiya

Kənd təsərrüfatı bitkilərinin təbii şəraitdə becərilməsi üçün şərait heç də həmişə optimal olmur. Onlara daim müxtəlif kombinasiyalarda xarici mühit amilləri təsir edirlər, bu amillər içərisində mənfilər də mövcuddur. Bitkilər də öz növbəsində həm müsbət, həm də mənfi mənada xarici mühit amillərinə özünəməxsus reaksiya verir-lər. Sağlam bitkilər, onların “normal” böyüməsi və inkişafı, bununla bərabər məhsul-darlığı üçün xarici mühit amilləri o zaman təmin edilir ki, mövcud şərait bitkilərin adaptasiya hədlərini ötmür. Əlverişsiz hava şəraiti, qida maddələrinin çatışmazlığı və ya ötürülməzliyi, bioloji rəqabət, eyni zamanda zərərverici və xəstəliklərlə yoluxma, habelə antropogen qarşılıqlı təsirləri nəticəsində bitkilər daim yük altında olurlar. Bu bitkilər üçün stress vəziyyətidir. Bəs stress nədir? Bu orqanizmə düşən yükdür, əvvəlcə destabilləşməyə səbəb olur, sonra normallaşma başlayır, davamlılıq yüksəlir, lakin adaptasiya hədləri keçəndə və mənfi amillərə qarşı müvafiq kompensasiya mexanizmləri işləmə-yəndə bütöv bitkinin və ya onun ayrı-ayrı hissələrinin məhv olması başlayır. Bir tərəfdən stress mədəni bitkilərə genetik potensialını maksimum realizə olunmasına mane olur, digər tərəfdən müəyyən dərəcədə qeyri optimal şəraitə bitkilərin adaptasiyasına yardımçı olur. Müəyyən hədlər daxilində onlar mənfi şəraitə stress reaksiyaları ilə cavab verirlər, bu cavab özünü morfoloji, fizioloji və biokimyəvi funksiyaların dəyişməsi formasında göstərir və sahib bitkiyə dəyən müəyyən zərərlə müşayiət olunur.

Bitkilərdə stressə səbəb olan abiotik və biotik amillər

Abiotik amillərBiotik amillər

fiziki kimyəviİşıq çatışmamazlığıHədsiz işıqlanmaİşıqlanma müddətiUltrabənövşəyi şüalanmaİonlaşdırıcı şüalanmaBuz qabığıHədsiz yağıntılar və böyük RütubətElektromaqnit şüalanmasıYüksək temperaturlarAşağı temperaturlarDolu, Külək, SakitlikYaralanmaYatmaTorpağın kipləşməsi Torpağın eroziyasıAyaqlama, Biçmə

Nəmlik çatışmazlığıOksigen çatışmazlığıQida maddələri çatışmazlığıTorpaq məhlulunun reaksiyasıDuzların yüksək konsentrasiyasıProtonların aşağı və ya yüksək konsentrasiyasıAğır metallarQazşəkilli zərərli maddələr SO2, H7,NO2,O3, NH3,SmoqKsenobiotiklər

Bitki qruplarında rəqabətZibilləməDişləməZərərvericilərlə yoluxmaVirus, bakteriya və göbələklərlə infeksiyaBitkilər-parazitlər

Şəkil 1.2. Stresin müxtəlif fazalarında bitkilərin davamlılılğının səviyyəsia - həyəcan fazası: bitkilərin özünün bərpaedici mexanizmlərini fəallaşdırırlar. Davamlılıq azalır. b- bər-paetmə fazası: bərpaedici mexanizmlər davamlılığın normal səviyyəsini bərpa edirlər. c- möhkəm-ləndirmə fazası: davamlılıq normal səviyyədən yuxarı yüksəlir. d-yüksək davamlılıq fazası kəsilir, çünki stress amili fəaliyyətsizdir. Davamlılıq yenidən aşağı düşür. e- tükənmə, üzülmə fazası: stress amilinin uzun müddətli təsiri altında bitki tədricən adaptasiyanı itirir. Bitkilərin tolerantlıq həddi yüksəlir. Xroniki zədələnmələr baş verir, bitki ölür. ə – stress amillərinin yüksək intensiv təsiri altında dözümlü-lük və ya tolerantlıq həddi tez yüksəlir. Güclü zədələnmələr baş verir və ya bitki məhv olur. f- bərpa-edici mexanizmlərin təsiri altında stress amillərinin intensivliyinin azaldığı zaman bitkilərin davamlılıq səviyyəsi yenidən bərpa oluna bilər.

Stressin uzunluğu

Olüşgəmə Olüşgəmə

maksimal

davamlılıq

a b c d e

Davamlılığın yüksəlmə diapazonu

Normal davamlılıqDönmə reaksiyasının diapazonuTolerantlıq həddiDönməz reaksiyaların diapazonuMinimal davamlılıq

Xroniki davamlılıq

Dav

amlı

lıq

azal

ır

Dav

amlı

lıq

yüks

əlir Stress amili

f

ə

Möhkəmlən-mənin itməsi

y

Rütubət çatışmazlığı

Qəbul olunan qıcıqlanmalar,nizamlama:

AK(yüksəlmə)

Etilenlə(yüksəlmə)

-

Bitki üçün əhəmiyyət:

transpirasiyanın aşağı enməsi

suyun yığılması və verilməsi

qurumağa doğru yüksəlmiş tolerantlıq

mərhələlərin əmələ gəlməsi

həyacanlanma

+

+

+

+

+

yarpaq tökümü

zoğların qalınlaşması

qocalma

ağızcıqların eninə açılışı

tutum prolinlər

tutum şəkərlər

qocalma

Şəkil 1.3. Rütubət çatışmazlığına bitkilərin reaksiyasının sxemi və fitohormonların koordinasiyaedici rolu (+ - köməkedici, - - azalma)

Böyümə üçün karbona tələbat

Sərbəst şəkərlər

Yarpaqların böyüməsi

Hüceyrə örtüyünün gərilməsi

Böyümənin nisbi surəti

Fotosintez

Ağızcıq vasitəsilə buxarlanma

Yarpaqlarda AT

Köklərin siqnalı ↑AK? ↓Sitokininlər ?

Azotla pis təmin olunma

Pis azot mümkünlüyü

Şəkil 1.4. Azot çatışmazlığı və bitkilərin böyüməsinin aşağı düşməsi ilə qarşılıqlı əlaqənin sxemi (↓ - yüksəlmə, ↑ - azalma, AT – abstsiz turşusu)

Zoğ

Kök

Torpaq

İQLİM VƏ HAVA

Bütün mədəni bitkilər çoxəsrlik mövcudluğu dövründə müəyyən iqlim şəraitinə adaptasiya olunmuşlar. Ancaq onlar yalnız müəyyən səviyyədə normadan kənarlaşmağa tolerantlıq göstərir, eyni zamanda mədəni bitkilərin stress iqlim amillərinə reaksiyası seleksiyada olan tərəqqi ilə əlaqədar dəyişilir. Mədəni bitkilərin böyümə və inkişafı, müəyyən regionda becərilən bitkilərin spektri orta illik temperatur, ən soyuq və ən isti ayların orta temperaturu, vegetasiya dövrünün başlanğıcı və sonu, ildə şaxtadan azad günlərin sayı, küləyin tezliyi və gücü, yağıntıların miqdarı və paylan-ması, günəşli günlərin sayı kimi iqlim elementləri ilə müəyyən edilir. Torpaq şəraitindən əlavə bu amillər nəinki becərilən bitkilərin spektrini və müəyyən dərəcədə bitkilərin zərərverici və xəstəliklərlə yoluxmasına səbəb olan orqanizmlərin inkişafı və tərkibini aydınlaşdırır. Burada əkinlərin alaqlarla zibillənməsi də unudulmamalıdır. Əgər müəyyən iqlim amilləri region üçün formalaşmış bitkilərin adaptasiya hədlərini keçirsə, bu bitkilərdə stressə səbəb olur, o isə müəyyən itkilərlə müşayiət edilir.

55◦ en dairəsi üçün vegetasiya dövrü bitkilərin istiyə tələbatı

Bitki Tez yetişməyə görə sortun (hibridin) səciyyəsi Fəal temperaturun cəmi, Cº

Yazlıq buğda Tezyetişən 1200-1400

Ortayetişən 1300-1500Gecyetişən 1450-1700

Arpa Ən erkən yetişən 950-1750

Ortayetişən 1200-1350Gecyetişən 1300-1450

Vələmir Ən erkən yetişən 1000-1250

Ortayetişən 1250-1400Gecyetişən 1400-1600

Darı Ən erkən yetişən 1400-1550

Ortayetişən 1600-1750Gecyetişən 1800-1950

Qarğıdalı dən üçün

Ən erkən yetişən 2100Ortayetişən 2400

Orta gecyetişən 2700Gecyetişən 2900

Qarğıdalı siloc üçün

Ən erkən yetişən 1800Orta tezyetişən 2100

Ortayetişən 2300Gecyetişən 2400

Qarabaşaq Ortayetişən 1300

Noxud Ortayetişən 1300

Kartof Ortayetişən 1600

Şəkər çuğunduru Ortayetişən 2000

Yem çuğunduru Ortayetişən 1500

Kətan lif üçün Ortayetişən 1300

Çoxillik otlar küləş üçün Ortayetişən 900

İl Vəziyyətin xarakteri Region Sahə, min/ha

İtkinin cəmi, mln. avro

1991 Yaz şaxtaları Almaniya 44 17,5

1992 Yayqabağı quraqlıq Şimali və Şərqi Almaniya 3200 1750,0

1993 Yayqabağı quraqlıq Şərqi Almaniya 1500 600,0

1996 Payızlıqların donması Şimal-Şərqi Almaniya 236 50,0

1996 Yayqabağı quraqlıq Şərqi Almaniya 500 150,0

1997 Subasma Odra çayının sahilləri 7 15,5

1998 Subasma Aşağı Reyn 15 30,0

1999 Subasma Dunay 35 25,0

2000 Yayqabağı quraqlıq Şərqi Almaniya 1000 326,0

2002 Yaz şaxtaları Cənibi Almaniya 20 8,0

1990-cı illərdə Almaniyanın bəzi regionlarında ekstremal hava şəraiti və vurulan itkilər (şəkər çuğunduru)

T E M P E R A T U R

Kənd təsərrüfatı bitkilərinin böyüməsi və coğrafi yayılmasına hər şeydən əvvəl temperatur təsir edir, belə ki, bütün böyümə və bir çox inkişaf prosesləri temperatur şəraiti ilə nizamlanır. Onlar düzünə və dolayısı ilə bitkilərin böyümə və inkişafının bütün fizioloji proseslərinə təsir edir, eyni zamanda mədəni bitkilər növə məxsus minimal, optimal və maksimal temperatur nöqtələrinə malikdirlər. Zonadan asılı olaraq belə nöqtələr dəyişə bilir. Mülayim iqlim region-larında toxumların cücərməsi və böyümənin başlanması üçün minimal temperatur çox əhəmiyyətlidir. Zərəri həm aşağı, həm də hədsiz yüksək temperatur vurur. Aşağı tem-peratur həssaslığına görə soyuğahəssas və soyuğadavamlı, şaxtayahəssas və şaxtaya davamlı bitki növləri və sortlarını fərqləndirirlər. Soyuğa həssas bitkilər 100 C-dən aşağı müsbət temperaturun uzun müddətli təsirinə dözmürlər, bu zaman soyuğadavamlı formalar belə temperaturlara uzun müddət dözür və dönməz zədələnmə əmələ gətirmir. Qar örtüyü olmayan regionlarda payızlıqların becərilməsi onların inkişaf vəziyyəti və sortdan asılı olaraq məhdudlaşdırılır.

Mədəni bitkilərin toxumlarının və yumrularının cücərməsi üçün minimal, optimal və maksimal temperaturlar

(müxtəlif müəlliflərin məlumatlarına əsasən)

Bitki Toxumların cücərməsi üçün temperatur, 0Cminimal optimal maksimal

Buğda 2...4 15...30 30...37 Çovdar 1...2 25...30 30...37 Arpa 2...4 20...25 30...37 Tritikale 2...4 20...30 30...37 Yonca (üçyarpaq) 4...6 25...30 37...44 Yulaf 3...5 25...30 30...37 Qarğıdalı 8...10 32...35 44...50 Çəltik 10...12 30...37 40...42 Noxud 2...3 25...30 30...32 Yem paxlalar 2...3 20...25 30...35 Lobya 10...12 31...33 34...37 Günəbaxan 8...10 25...35 35...45 Şəkər çuğunduru 6...8 20...25 33...37 Kartof 8...10 19...24 30...35 Tütün 13...14 26...30 33…37

Bitki Temperatur, 0C

Payızlıq taxıllar, raps, at paxlalıları, vika, noxud, yerkökü, şalğam 4...6

Yazlıq taxıllar, mərcimək, lalə, lyupin, şəkər və yem çuğunduru, günəbaxan 6...8

Kartof, lobya, soya 8...10

Qarğıdalı 12...15

Qabaq, tütün > 15

Böyümənin başlanması üçün minimal temperatur

Soyuqdan zədələnmələr böyümənin gecikməsi, rəngin dəyişməsi və deformasiyası, enzimatik reaksiyaların yubanması ilə ifadə edilir. Sitoloji dəyişmələr (vakkolizasiya, sitoplazma orqanoidlərin funk-siyalarının pozulması) hüceyrə membranında dəyişikliklərlə (plazmo-lemma, tonoplast, hüceyrə daxili membranlar) müşayiət olunur. Belə təsəvvür edilir ki, hüceyrənin lipid tərkibli hissələrində dəyişiklik baş verir. Temperaturun tez bir zamanda gözlənilən nöqtədən aşağı düşməsi membranın zədələnməsi və müəyyən funksiyaların itirilməsi ilə nəticələnir. Membranla bağlı enizmlərin tarazlığı pozulur, müx-təlif aralıq məhsullar toplanır. Kation karbohidrat və aminturşularının tutumu aşağı düşür. Sağlam bitkidə maddələr mübadiləsinin bütün prosesləri öz ara-larında razılaşdırılır, baxmayaraq ki, fizioloji və biokimyəvi reaksi-yalar müxtəlif optimal temperaturlarda gedir (optimal tənəffüsün temperaturu fotosintezdən yüksəkdir).

Bitki

Zədələnmənin başlanması və qismən bitkilərin məhvi, fazada

Fazalar üzrə əksəriyyət bitkilərin məhvi

cücərti çiçəkləməsüd

yetişməcücərti çiçəkləmə

süd yetişmə

Ən davamlılar Yazlıq buğda -9...-10 -1...-2 -2...-4 -10...-12 -2 -4 Yulaf -8...-9 -1...-2 -2...-4 -9...-11 -2 -4 Arpa -7...-8 -1...-2 -2...-4 -8...-10 -2 -4 Noxud -7...-8 -3 -3...-4 -8...-10 -3...-4 -4 Çina -7...-8 -2...-3 -2...-8 -8...-10 -3 -4

Davamlılar Yazlıq vika -6...-7 -3 -2...-4 -8 -3...-4 -4 Nut -6...-7 -2...-3 -2...-3 -8 -3 -3...-4 Paxlalılar 6...-7 -3 -2...-4 -8 -3...-4 -4 Günəbaxan -3...-6 -3 -2...-3 -7...8 -3 -3 Şəkər çuğunduru -6...-7 -2...-3 - -8 -3 -

Orta davamlılar Soya -3...-4 -2 -2...-3 -4 -2 -3

Zəif davamlılar Qarğıdalı -2...-3 -1...-2 -2...-3 -3 -2 -3 Yulaf -2...-3 -1...-2 -2...-3 -3 -2 -3 Sorqo -2...-3 -1...-2 -2...-3 -3 -2 -3

Davamsızlar Pambıq -0,5...-1 -0,5...-1 -1 -1 -1 -2 Çəltik -0,5...-1 -0,5 - -1 -0,5 -2

İnkişafın müxtəlif fazalarında bitkilərinin şaxtalara davamlılığı, 0C

Yüksək temperaturla mədəni bitkilərin zədələnməsi aşağıdakı

şəkildə özünü büruzə verir:

• Məhsuldarlığın azalması ilə daimi süstlük;

• Yarpaqların qıvrılması və ya assimilyasiya sahəsinin ölüşgəməsi;

• Bitkinin böyümə nöqtələrinin ölüşgəməsi;

• Köklərin ölüşgəməsi;

• Fizioloji qocalma, məsələn, kartof yumrularının, əkin materialı

kimi keyfiyyəti pisləşir;

• Verticillium və Fuzarium cinslərindən olan göbələklərə qarşı

həssaslığın artması.

İŞIQ

Bitkilərin becərildiyi yerdə işıqlanma şəraiti (uzunluğu, dövriliyi, intensivliyi) onların böyüməsi və inkişafı üçün böyük əhəmiyyət kəsb edir. İşığın bitkiyə fizioloji təsiri özünü düzünə və dolayısı ilə göstərir. İşıqdan bitki əkinlərinə dəyən zərər onun fövqalədə yüksək intensivliyi, çatışmaz-lığı və təsiretmə müddəti ilə əlaqəlidir. Yüksək intensivli işıq şüalanması plastidləri dağıda bilir, işıq xlorozu və “günəş yanığı” əmələ gətirir. Protoplastların zədələnməsi zamanı hücey-rələrin ölüşkəməsi başlayır, bu zaman yüksək ultrabənövşəyi şüalanmanın təsiri altında ozon və oksigen radikalları yaranır. Güclü antosion əmələ gəlməsi yarpaqların qızarması və nekrozların formalaşması belə reaksiya-nın xarici simptomlarıdır. Bu hal xüsusilə arpa yarpaqları üçün xarakte-rikdir, qeyri-parazit qonur ləkəlik xəstəliyi zamanı yarpaqların qızarması tipik əlamətdir. İşıq çatışmazlığı da mənfi hal kimi qiymətləndirilir və bitkilərdə qeyri-parazit xloroz əmələ gəlməsinə səbəb olur. Bitkilərdə işıqlanmanın uzun-luğu vegetativ fazadan onun generativ fazaya keçməsinə səbəb olur, nəti-cədə zərərverici və xəstəliklərə qarşı həssaslıq yüksəlir.

YAĞINTILAR

Kənd təsərrüfatı bitkilərinin becərilməsi zamanı kifayət qədər rütubətin mövcudluğu həlledici amillərdən biridir. Yağıntıların paylanması və həcmi, torpağın rütubəti saxlamaq xüsusiyyətindən bitkinin böyümə və inkişafı asılıdır. Eyni zamanda bitkinin istifadə edə biləcəyi rütubət temperaturla çox əlaqəlidir. Rütubət şəraitini xa-rakterizə etmək üçün Zelyaninov hidrotexniki əmsalından istifadə edilir.

yağıntıların cəmi (iyun... avqust)

0,1· temperaturun cəmi (iyun ... avqust)HTƏ =

Bu əmsalın vegetasiya dövrü rütubət şəraitinə görə aşağıdakı zonaları fərqləndirmək mümkündür.

Vegetasiya dövrü rütubət şəraitinə görə zonalar

HTƏ (iyun...avqust)

Rütubət şəraiti üzrə zonalar Xarakteristika

> 1,6 Güclü rütubətli Yağıntılar buxarlanmadan yüksəkdir; Ayrı-ayrı illərdə və regionlarda rütubət yüksəkliyi mümkündür

1,3...1,6 Optimal rütubətlik Bəzi illərdə rütubətin artıqlığı mümkündür, eyni zamanda quraqlıq illər nadir halda olur (HTƏ > 0,7)

1,0...1,3 Zəif quraqlıq Quraqlıq dövrlərin ehtimalı 25%-dən aşağıdır; Qismən suvarma tələb olunur

0,7...1,0 Quraqlıq Quraqlıq dövrlərin ehtimalı 25...50%; Suvarma lazımdır

0,4...0,7 Çox quraqlıq Quraqlıq dövrlərinin ehtimalı 50...80%; Suvarılan əkinçilik, qismən dəmyə əkinçilik

< 0,4 Quru Quraqlıq dövrlərin ehtimalı > 80%; Ancaq suvarma əkinçiliyi

Mədəni bitkilərin su basmaya nisbi davamlılığı

Davamsızlar Zəif davamlılar Davamlılar

Üçyarpaq yonca Pambıq Armud

Arpa Əkin yulafı Çəltik su basan

Lobya Çəltik qurudilimli Yulaf yüksək

Sürünən yonca Çovdar

Salat-latuk Sorqo

Yulaf Buğda

Kartof Alma

Pomidor Gavalı

Ərik

Şaftalı

1. Bitkilərdə stressə səbəb olan hansı amillər mövcuddur ?

a) kimyəvi, fiziki

b) biotik və abiotik

c) fiziki-mexaniki, kimyəvi

d) günəş, temperatur

e) kimyəvi, bioloji

Özünü yoxlama üçün mövzuya aid test sualları

2. Hansı abiotik stress amillərini tanıyırsınız ?

a) fiziki, kimyəvi

b) fiziki, termokimyəvi

c) kimyəvi, mexaniki

d) aqrotexniki, karantin

e) aqrokimyəvi, bioloji

3. Stressor və ya stress amilləri nədir ?

a) stressə səbəb olan xarici mühit amilləridir

b) bitkini qıcıqlandıran amillərdir

c) buxarlanmaya səbəb olan amillərdir

d) transpirasiyanı gücləndirən mühit amilləridir

e) parazit xəstəlik əmələ gətirən amillərdir

4. Fiziki abiotik amillərin bir qrupunu düzgün sıralayın ?

a) rütubət çatışmazlığı, göbələklər, viruslar, həşərat zədələri, ağır metallar

b) oksigen çatışmazlığı, rütubət çatışmazlığı, zərərvericilərlə zədələnmə, torpaq məhlulu reaksiyası, bitkilər-parazitlər

c) ksenobiotiklər, ağır metallar, rütubət çatışmazlığı, yüksək kəsafətli duzlar, qida maddələrinin çatışmazlığı

d) ağır metallar, duzlar, torpaq məhlulu, ksenobiotiklər, viruslar

e) işıq çatışmazlığı, hədsiz işıqlanma, ultrabənövşəyi şüalar, elektromaqnit şüaları, dolu

5. Kimyəvi abiotik amillərin bir qrupunu düzgün sıralayın ?

a) rütubət çatışmazlığı, oksigen çatışmazlığı, qida maddələrinin çatışmazlığı, yüksək kəsafətli duzlar, ağır metallar, qazşəkilli zərərli maddələr

b) hədsiz işıqlanma, göbələklər, fitoplazmalar, ionlaşdırıcı şüalar, bitkilər-parazitlər, mikroelementlər

c) işiqlanmanın müddəti, dolu, külək, yatma, yaralanma, torpağın eroziyası

d) torpağın kipləşməsi, sakitlik, dolu, külək, leysan yağışları, hədsiz işıqlanma

e) boğulma, torpaq eroziyası, ağır metallar, aşağı temperaturlar, rütubət çatışmazlığı, ağır metallar

6. Stress nədir ?

a) sahib bitki parazit əlaqələridirb) sahib bitki, parazit və xarici mühit amillərinin əlaqəsidirc) bitkilərin adapdasiyasıdırd) abiotik və biotik amillərin qarşılıqlı təsiridire) orqanizmə düşən yükdür, əvvəlcə destabilləşmə, sonra

normallaşma və davamlığın yüksəldilməsinə səbəb olmaqla, adaptasiya hədlərini aşan zaman müxtəlif mexanizmlərin mənfi təsiri altında bütöv bitki və ya onun ayrı-ayrı hissələrini məhv edir

7. Bitkilərin stress amillərinə qarşı adaptasiya dərəcəsi nə ilə

məhdudlaşır ?

a) bitkinin stress amillərinə qarşı cavab reaksiyası

b) bitkilərin stress amillərinə qarşı həssaslığı ilə

c) bitki sortunun və ya növün genetik imkanları ilə

d) bitkinin fotosintez qabiliyyəti ilə

e) stress amillərinə qarşı tolerantlıq ilə

8. Bitkinin soyuq nəticəsində zədələnmələri hansı hallarda

müşayət olunur ?

a) böyümənin gecikməsi, deformasiya, rəng dəyişməsi, enzimatik reaksiyaların yubanması

b) böyümə normal gedir, məhsuldarlıq qismən azalırc) stressə düşmüş bitkidə morfoloji dəyişikliklərin

əmələ gəlməsid) fizioloji proseslərin pozulmasıe) fotosintezin zəifləməsi, bitkinin cırtdanlığı, aşağı

məhsul

9. Hüceyrə şirəsi onun kəsafətliyindən asılı olaraq hansı

temperaturda donur ?

a) 0º C

b) - 1 – 5º C

c) 0º ... + 1º C

d) +3 ... + 5º C

e) 0º C ... - 10º C

10. İşıq şüalanmasının yüksək intensivliyi bitkidə hansı mənfi

hallar yaradır ?

a) plastidlər dağılır, işıq xlorozları və “günəş yanığı” əmələ gəlir

b) mitoxondirilər ölur, nüvə dağılırc) bitkidə anormal hallar baş vermird) xloroplastlar leykoplastlara çevrilir, bitki quruyure) bitkinin hüceyrəvi strukturunda morfoloji

dəyişikliklər baş verir