16
MƏKTƏB İDARƏÇİLİYİNDƏ İCMA İŞTIRAKÇILIĞI VASİTƏSİ İLƏ TƏHSİLİN KEYFİYYƏTİNİN YAXŞILAŞDIRILMASI: TƏHSİLİN ƏKSMƏRKƏZLƏŞMƏSİ OLMADAN MÜMKÜNDÜRMÜ? Murad Nəsibov Yeni Təhsil Təşəbbüsü

Murad Nəsibov Yeni Təhsil Təşəbbüsü

Embed Size (px)

DESCRIPTION

Məktəb İdarəçİlİyİndə İcma İştirakçIlIğI vasİtəsİ İlə Təhsİlİn Keyfİyyətİnİn YaxşIlaşdIrIlmasI: TəhsİlİN Əksmərkəzləşməsİ olmadan mümkündürmü?. Murad Nəsibov Yeni Təhsil Təşəbbüsü. İçindəkilər. Problemin Qoyuluşu və Tədqiqatın Məqsədi Tədqiqat mövzusu Nəzəriyyə İçma iştirakçılığı nədir? - PowerPoint PPT Presentation

Citation preview

Page 1: Murad Nəsibov Yeni Təhsil Təşəbbüsü

MƏKTƏB İDARƏÇİLİYİNDƏ İCMA İŞTIRAKÇILIĞI VASİTƏSİ İLƏ TƏHSİLİN KEYFİYYƏTİNİN YAXŞILAŞDIRILMASI: TƏHSİLİN ƏKSMƏRKƏZLƏŞMƏSİ OLMADAN MÜMKÜNDÜRMÜ?

Murad Nəsibov

Yeni Təhsil Təşəbbüsü

Page 2: Murad Nəsibov Yeni Təhsil Təşəbbüsü

İçindəkilər

Problemin Qoyuluşu və Tədqiqatın MəqsədiTədqiqat mövzusu

Nəzəriyyə İçma iştirakçılığı nədir? Təhsilin əksmərkəzləşməsi İcma İştirakçılığı və Təhsilin Əksmərkəzləşməsi arasında əlaqə İcma İştirakçılığı və Təhsilin Əksmərkəzləşməsi İcma və Ümumi inkişaf aspektindən

Əksmərkəzləşmə baxımından mövcud vəziyyət İcma İştirakçılığı baxımından mövcud vəziyyət Qrup Müzakirələrinin nəticələri

Məktəb idarəçiliyində iştiraka icmanın münasibəti Məktəb idarəçiliyində icmanın iştirak imkanları İcma məktəb idarəçiliyində iştirakı necə görür

Page 3: Murad Nəsibov Yeni Təhsil Təşəbbüsü

Problemin Qoyuluşu və Tədqiqatın MəqsədiTədqiqat mövzusu

Problemin qoyuluşu: Təhsil xidməti verənlə alan arasında hesabatlılığın çatışmaması, icma iştirakçılığının çatışmaması və

ya təhsil xidməti alanının təhsil xidməti verən üzərində təsirinin az olması və ya heç olmamasıNəticəsi:

Təhsilin keyfiyyətinin aşağı düşməsi Həssas təbəqədən olan insanların daha çox zərər çəkməsi Təhsilin sisteminin yüksək dərəcədə mərkəzləşməsi, bütün qərarların mərkəzdə verilməsi

Nəticəsi:

Səmərəsiz və ehtiyaclara cavab verməyən təhsil idarəetməsi

Tədqiqatın məqsədi: Bu sahədə yeni bir tədqiqat cığırı açmaq İslahatların başlanmasına töhvə vermək Məsələni qərarvermə mərkəzinin və vətəndaş cəmiyyətinin gündəliyinə çıxartmaq,

Tədqiqatın mövzusu Azərbaycanda kənd yerlərində icmanın məktəb idarəçiliyində iştirakçılığının artırılması və rəy

nəzarət mexanizminin qurulması yolunda mövcud və ya çıxa biləcək əngəllər və imkanlar

Page 4: Murad Nəsibov Yeni Təhsil Təşəbbüsü

1. İcma İştirakçılığı Nədir?

Dünya Bankı(2000) icma iştirakçılığını belə təsvir edir:

“Maraqlı tərəflərin onlara təsir edən inkişaf təşəbbüsləri, qərarlar və resurslar

üzərində idarəyə və təsirə malik olduğunu proses”

Bu tədqiqatda isə İcma iştirakçılığı aşağıdakıları əhatə edir:

Valideyin və şagirdlərin, icma üzvlərinin rəy nəzarət mexanizmi vasitəsi ilə dolayısı

yolla məktəbin idarə edilməsində iştirakı

Valideyin və şagirdlərin, icma üzvlərinin yaradılmış və hamılıqla qəbul edilmiş

yerli mexanizmlər və qaydalar vasitəsi ilə strateji və gündəlik qərarların

verilməsində birbaşa iştirakı. Bura ianələrin verilməsi də daxildir.

Page 5: Murad Nəsibov Yeni Təhsil Təşəbbüsü

İcma İştirakçılığı Nədir?

Təhsildə icma iştirakçılığı aşağıdakı şərtləri yaratmaqla təhsilin keyfiyyətinin yaxşılaması üçün istifadə

edilən ən yaxşı təcrübə olaraq ortaya çıxmaqdadır:

Yerli ehtiyaclara cavab vermək qabliyyətinə/çevikliyinə malik məktəb idarəetmə sistemi/təhsil

xidməti (başqa sözlə, məsuliyyətli yerli idarəetmə, icmadan gələn islahatlar)

Məktəb idarəçiliyində/təhsil xidmətində hesabatlılığın və şəffaflığın yüksəlməsi

İcma mülkiyyəti hissinin və ianə vermək istəyinin inkişafı

Yuxarıda qeyd olunanlardan da aydın olduğu kimi icma iştirakçılığı üçün yerli səviyyədə qərarverə

səlahiyyətlərinin mövcud olması vacib edir. Bu səbəbdən də, təhsilin əksmərkəzləşməsi bu

tədqiqatın nəzəri çərçivəsini təşkil edir.

Page 6: Murad Nəsibov Yeni Təhsil Təşəbbüsü

Təhsilin Əksmərkəzləşməsi

Məqsəd təhsilinin keyfiyyətinin yaxşılaşdırılmasıdır.

Sual:

Təhsilin sisteminin əksmərkəzləşməsi necə təhsilin keyfiyyətinin artırılmasna

gətirib çıxardır?

Cavab:

Yerli məktəbə yaxın olan qərar vermə daha uğurla kurrikulumu yerli quruluşa -

ehtiyac və imkanlara uyğunlaşdıracaq, daha yüksək sahiblənmə hissi yaradacaq,

şagir və müəllimlərin motivasiyasını artıracaq, valideyin iştirakını təşviq edəcək,

icmanın maddi dəstək olma istəyini artıracaq.

Page 7: Murad Nəsibov Yeni Təhsil Təşəbbüsü

Siyasətçilər üçün əsas sual: Hansı məsələlər əksmərkəzləşməlidir?

İşin Ötürülməsi - ənənəvi olaraq, səlahiyyətin deyil, tapşırıqların və

işlərinin , təşkilat daxilində digər qurumlara ötürülməsinə deyilir.

Səlahiyyətin ötürülməsi – qərarvermə səlahiyyətinin təşkilat

daxilində ierarxik şəkildə yuxarıdan aşağıya doğru ötürülməsi.

Bununla belə, bu səlahiyyət səlahiyyəti ötürən ierarxik pillədə

yüksəkdə duran qurumun qərarı ilə geri alına bilər.

Səlahiyyətin təhvil verilməsi – müstəqil və ya ilkin icazəni almadan

qərarvermə səlahiyyətinin digər bir quruma ötürülməsi

Page 8: Murad Nəsibov Yeni Təhsil Təşəbbüsü

Əgər...

Əgər mühüm qərarlar yerli səviyyədə verilmirsə, valideyinlərin və yerli icma üzvlərinin

məktəb idarəçiliyində iştirakı təhsilin keyfiyyətində əhəmiyyətli dəyişikliklərə gətirib

çıxarda bilməz. Başqa sözlə, icmanın məktəb idarəçiliyində iştirakı valideyinlər və digər

icma üzvləri üçün mənalı olmalıdır. Onlar mühüm qərarların verilməsində iştirak

etməzlərsə, məktəb idarəçiliyində iştirak həvəsi azala bilər.

Əgər məktəb idarəçiliyində ciddi icma iştirakçılığı yoxdursa, təhsilin keyfiyyətinin

yaxşılamasına çətin ki, nail olmaq mümkün olsun. Çünki, icma iştirakçılığı olmayan

bütün cəhdlər təhsilin keyfiyyətinin yaxşılaşması üçün vacib olan xüsusiyyətlərə (yerli

ehtiyaclara cavab vermə - məsuliyyətlilik, hesabatlılıq, şəffəaflıq, icma mülkiyyətçiliyi

hissinin və icmanın töhvə vermə mədəniyyətinin inkişafı) cavab verə bilmir.

Page 9: Murad Nəsibov Yeni Təhsil Təşəbbüsü

İcma və Ümumi inkişaf aspektindən

İcmanın məktəb idarəçiliyində iştirak etmək üçün kifayət qədər vaxt, enerji və resurs sərf etmək istəyi və ya edə

bilməsi

İcma ondan nə gözlənildiyini və gözlənilən işin nə ilə nəticələnə biləcəyini haqqında çox az biliyə malik olur.

Uzun mərkəzləşdirilmiş hakimiyyət tarixi olan xalqlarda icma iştirakçılığı baxımında təcrübənin və məlumatlılığın

olmaması

Məktəb idarəçiliyində iştirak üçün icmanın kifayət qədər vaxt, enerji və resurs sərf etmək məsələsi ölkənin ümumi

inkişafı və yerli səviyyədə göstərilən əsas sosial xidmətlərin keyfiyyətindən də asılıdır. Bunlar məktəb

idarəçiliyində icma iştirakçılığının ətraf mühitini təşkil edir və icma iştirakçılığının təsirliliyini müəyyənləşdirir.

Başqa sözlə, məktəb idarəçiliyində icma iştirakçılığı ailə xidmətlərinin genişlənməsi , rifah dövlətinin xidmət

miqiyası və sosial yönümlü kapital qoyuluşu və demokratikləşmə ilə yanaşı gedir.

Təhsilin keyfiyyətini yüksəltməklə yanaşı icma iştirakçılığı güc münasibətlərinin dəyişməsi ilə də nəticələnə bilər:

ənənəvi olaraq təsirli olan qruplardan: müəllimlərdən, icra hakimiyyətlərindən alaraq valideyin şuralarına,

bələdiyyələrə ötürür.

Page 10: Murad Nəsibov Yeni Təhsil Təşəbbüsü

2. (Əks)Mərkəzləşmə baxımından mövcud vəziyyət

Yüksək mərkəzləşdirilmiş sovet sistemi

Yüksən Mərkəzləşdirilmiş Təhsilin maliyyələşdirilməsi və idarəolunması sistemi

Bütün strateji, öyrənmə, kurrikulum, pedoqoji və idarəetmə əlaqəli məsələləri nazirlik səviyyəsində

verilir yerli rayon təhsil şöbələri isə icra edir. Bu qərarların əsaslandığı, ehtiyacların araşdırılması və

prioritetləşdirilməsini göstərən ictimai əlçatan sənədlər/tədqiqatlar yoxdur

Milli səviyyətə təhsil sahəsində qərarvermə prosesində ictimai iştirakın olmaması və ya zəif olması

Rayon təhsil şöbələrinin öyrənmənin, kurrikulumun və mühüm idarəetmə məsələlərində və ya

mərkəzdə verilmiş qərarların eyrli ehtiyac və xüsusiyyətlərə uyğunlaşdırılmasıda müstəqil

qərarvermə səlahiyyətlərinin olmaması.

Bir sözlə, “yuxarıda-aşağıya” və “hər kəs üçün eyni” yanaşması

Page 11: Murad Nəsibov Yeni Təhsil Təşəbbüsü

İcma iştirakçılığı baxımından mövcud vəziyyət

Məktəb və Sinif Valideyin Komitələr Valideyin Komitəsinin vəzifələri Valideyin Komitəsinin İcbari Təhsil Fondunun bölüşdürülməsin və Məktəbin

Pedoqoji Şurasında İştirakı Valideyin Komitələri yoxdur və ya çox az səlahiyyətə sahibdir. Valideyinlərin

məktəb idarəçiliyində iştirakı adətən aşağıdakı formada olur: Şagirdin göstərdiyi performans zəifdirsə və ya xüsusi bir hal baş veribsə, fərdi

olaraq valideyinlər məktəbə çağırılır. İldə iki dəfə rübün sonunda valideyin iclası keçirilir.

Görüşlərdə müzakirə edilən məsələlər adətən şagirdlərin göstərdiyi nəticələr, təlim-tərbiyə məsələləri, xüsusi bir məqsədlə fond yaradılması, valideyinlərdən pul toplanılması. Məktəb İdarəçiliyi məsələləri bu görüşlərdə müzakirə edilmir. Valideyinlərdən məktəb idarəçiliyi ilə bağlı rəy verməkləri gözlənilmir. Ənənəvi olaraq məktəb idarəçiliyi müəllimlərin, məkətib təktərəfli işi kimi qəbul edilir.

Page 12: Murad Nəsibov Yeni Təhsil Təşəbbüsü

Qrup Müzakirələr: İcma iştirakçılığı önündə hansı əngəllər və imkanlar olduğu düşünülür?

Məktəb İdarəçiliyində icmanın iştirakçılığına münasibət Vacibiyyət Valideyinlər müəllimlərlə sıx əlaqə qurmaqda maraqlı deyillər Çünki çox zaman maliyyə cəhətdən

məktəbə dəstək olmaqları istənilir. Bəzi valideyinlər düşünürlər ki onların məktəb idarəçiliyin iştirak üçün kifayət qədər bilik və bacarıqları

yoxdur. Çox zaman kiçik icmalarında müəllimlər və valideyinlər arasında qonşuluq və ya qohumluq

münasibətləri olur. Bu, valideyinlərin məktəb idarəçiliynə qarışmasına və öz rəyini bildirməsinə maneə yaradır.

İnsanlar həm də icmada aktiv olmaq istəmirlər. Əks halda “yüksək dövlət orqanları”na çağırılacaqlarında qorxurlar.

Yerli mədəniyyətdə mövcud olan stereotiplər qadınların iştirakçılığına məhdudiyyətlər yaradır. Bəzən kişilər qadınların məktəbə getməklərinə və məktəb idarəçiliyi ilə maraqlanmaqlarına müsbət baxmırlar. Bəzən qadın müəllimlər kişi valideyinlərlə açıq ünsiyyət qura bilmirlər.

Müəllimlər məktəb idarəçiliyində icma iştirakçılığına kifayət açıq deyillər. Bəzi kişi və qadın valideyinlər təhsil sisteminə inamlarını itirdiklərini bildirirlər. Uşaqların təhsillə bağlı məsələlərində, ümumiyyətlə, qadınlar daha çox məşğul olurlar. Bu, cəmiyyətdə

və ailədə kişi və qadınlar arasında iş bölgüsü ilə bağlıdır. Həm də, hesab edilir ki, qadınların bu işlə məşğul olmaq üçün kifayət qədər vaxtı vardır.

Page 13: Murad Nəsibov Yeni Təhsil Təşəbbüsü

Qrup Müzakirələr: İcma iştirakçılığı önündə hansı əngəllər və imkanlar olduğu düşünülür?

Məktəb idarəçiliyində icmanın iştirak imkanları

Vaxt məhdudiyyəti

Qadınlar kişilərdən daha çox uşaqların təhsil məsələlərinə vaxt ayırırlar. Qadınlar gün ərzində 1-2

saat, kişilər isə 30 dəqiqə

Ortalama hesabla kişilər ayda bir dəfə müəllimlərlə əlaqə saxlayırlar, qadınlar isə 2-3 dəfə

Qadınlar həftə ərzində1-2 saat məktəb idarəçiliyi məsələləri üçün vaxt ayıra biləcəklərini deyirlər.

İşləyən qadınlarda isə bu vaxt daha da məhduddur. Bununla belə qeyd edilir ki, məktəb

idarəçiliyində icma iştirakçılığının təsirli olduğu görülərsə, daha çox vaxt ayıra bilərlər.

Hökumət tərəfindən icma iştirakçılığı üçün dəstəyi rolların rəsmi bölünməsi və rəhbər kitabçanın

hazırlanmasında görürlər

Page 14: Murad Nəsibov Yeni Təhsil Təşəbbüsü

Qrup Müzakirələr: İcma iştirakçılığı önündə hansı əngəllər və imkanlar olduğu düşünülür?

İcma məktəb idarəçiliyində öz iştirakını necə görür Dərslərdə iştirak – dərs prosesinin izlənilməsi, öncədən xəbər vermədən məktəbə səfərlər Müxtəlif təşəbbüslər üçün vəsait toplanılması Fəal valideyinlər və müəllimlər arasında təhsilin keyfiyyəti və məktəb idarəçiliyi məsələləri

ətrafında müzakirələrn təşkil olunması. Tərəflər arasında səlahiyyətlərin dəqiq bölüşdürülməsi və hər kəsin digərlərinin

səlahiyyətlərini dəqiq bilməsi Müəllimlər peşəkar kurslar keçsinlər və hər il valideyinlər məktəbdən müəllimlərin

sertifikatlarını tələb etsinlər Valideylərin fərdi iştirakdan çəkinirlər. Valideyinlər Valideyin Komitələrinin birləşməsini və bir mərkəzdən idarə olunmasını

istəyirlər. Valideyinlər məsuliyyətlərinin çox olduqlaırnı düşünürlər, bunun azaldılması üçün Təhsil

Nazirliyinin və Rayon Təhsil Şöbəsinin mütəmadi nəzarətinin vacib olduğunu düşünürlər. Valideyinlərə mütəmadi olaraq məktəb məlumat verilməsinin, Şagird Birliklərinin yaradılmasının və onların da məktəb idarəçiliyində iştirakının vacib olduğunu düşünürlər.

Page 15: Murad Nəsibov Yeni Təhsil Təşəbbüsü

Nəticə

Bütövlükdə dəyərləndirildikdə bu tədqiqatın nəticələri aşağıdakı siyasi praktiki dəyişiklikləri təklif edir:

Uzun müddətdə, təhsil sistemi əksmərkəzləşməlidir. Siyasi qərarvermə mərkəzləri üçün isə əsas sual hansı

məsələlərin əksmərkəzləşməsidir. Bu məsələ ilə bağlı verilən bütün qərarlar tədqiqatlara, empirik sübutlara

əsaslanmalıdır. Təhsilin əks mərkəzləşməsi ailə xidmətlərinin genişlənməsi, yerli özünüidarəetmənin

gücləndirilməsi və demokratikləşmə ilə paralel getməlidir.

Qısa müddətdə, məktəb idarəçiliyində icma iştirakçılığı artırılmaslıdır. Buna nail olmaq üçün birinci

Valideyin Birlikləri haqqda nümunəvi əsasnamə dəyişdirilməli, onların elə artırılmalıdır, valideyinlərə mənalı

və təsirli iştirak üçün imkanlar yaradılmalı, onlar həvəsləndirilməldir.

Bütün bu işlər milli və yerli səviyyədə məlumalılığın artırılmaslı kampaniyaları, müəllimlər, şagirdlər,

valideyinlər və yerli rayon təhsil şöbələri üçün təlimlər ilə müşayət olunmalıdır.

İslahatlar vətəndaş cəmiyyəti qurumları ilə əməkdaşlıq etməklə aparılmalı, onların təcrübəsində istifadə

olunmalıdır.

Page 16: Murad Nəsibov Yeni Təhsil Təşəbbüsü

Təşəkkürlər

Bərdədə Hədəf Qrup Müzakirələrini keçirdiyi üçün Günel Mehdiyeva, Gülər Fətəliyev, Mətin Axundlu və Ülviyyə Babsoya

Təşəkkürlər.