105

Quranı dinləməyənlər

Embed Size (px)

DESCRIPTION

Bu kitabın yazılmasında məqsəd insanları dünyada və axirətdə böyük iflasa uğradan ön mühakiməli baxış prizmasına qarşı xəbərdar etməkdir. Keçmişdə yaşayan bütün saleh möminlər kimi iman gətirməsindən və ya gətirməməsindən asılı olmayaraq, hər cür ön mühakimədən, əzbərlənmiş məlumatlardan, yanlış fikirlərdən təmizlənmiş şəkildə Quran oxumağa, Allahın ayələrinin üzərində düşünməyə dəvət etməkdir. Amma onu da qeyd etmək lazımdır ki, bu xəbərdarlıq sadəcə Allahı və Quranı inkar edənlərə deyil, eyni zamanda, iman gətirdiklərini dedikləri halda, Quran əxlaqını yaşamayan insanlara da aiddir.

Citation preview

Page 1: Quranı dinləməyənlər
Page 2: Quranı dinləməyənlər

MÜƏLLİF HAQQINDA

Harun Yəhya təxəllüsündən istifadə edən Adnan Oktar 1956-cı ildə anadan olmuşdur. 1980-ci ildən bəri imani, elmi və siyasi mövzularda bir cox əsər yazmışdır. Bundan əlavə, müəllifin təkamülçülərin saxtakarlıqlarını, iddialarının əsassızlığını və darvinizmin qanlı ideologiyalarla olan qaranlıq əlaqələrini üzə çıxaran cox mühüm əsərləri var.Müəllifin bütün əsərlərindəki ortaq hədəf Quranın təbliğini dünyaya çatdırmaq, beləliklə, insanları Allahın varlığı, birliyi və axirət kimi imani mövzular üzərində düşünməyə sövq etmək və inkarçı sistemlərin çürük təməllərini və batil fəlsəfələrini ifşa etməkdir. Belə ki, bu günə qədər 57 fərqli dilə tərcümə edilən

250-yə yaxın əsəri dünya səviyyəsində geniş oxucu kütləsi tərəfindən oxunur.Harun Yəhya Külliyyatı, Allahın izniylə XXI əsrdə insanları Quranda tərif edilən rahatlıq və sülhə, düzgünlük və ədalətə, gözəllik və xoşbəxtliyə çatdırmağa vəsilə olacaqdır.

Page 3: Quranı dinləməyənlər

HARUN YƏHYA (ADNAN OKTAR) 1

Page 4: Quranı dinləməyənlər

QURANI DİNLƏMƏYƏNLƏR2

OXUCUYABu kitabda və digər işlərimizdə təkamül nəzəriyyəsinin süqutuna xüsusi bir yer ayrılmasının səbəbi bu nəzəriyyənin hər cür din əleyhdarı olan fəlsəfənin təməlini meydana gətirməsidir. Yaradılışı və dolayısı ilə, Allahın varlığını inkar edən darvinizm 150 ildir ki, bir çox insanın imanını itirməsinə və ya şübhəyə düşməsinə səbəb olmuşdur. Buna görə də bu nəzəriyyənin yalan olduğunu gözlər önünə gətirmək əhəmiyyətli imani bir vəzifədir. Bu əhəmiyyətli xidmətin bütün insanlığa çatdırılması isə zəruridir. Bəzi oxucularımız ola bilər ki, yalnız bir kitabımızı oxumaq imkanı tapa bilər. Bu səbəblə, hər kitabımızda bu mövzuya xülasə də olsa yer ayrılması uyğun hesab edilmişdir.Qeyd edilməsi lazım olan başqa bir xüsus da bu kitabların məzmunu ilə əlaqədardır. Yazıçının bütün kitablarında imani mövzular Quran ayələri yönündə izah edilir və insanlar Allahın ayələrini öyrənməyə və yaşamağa dəvət edilirlər. Allahın ayələri ilə əlaqədar bütün mövzular oxucuda heç bir şübhə və ya sual buraxmayacaq şəkildə açıqlanmışdır.Bu mövzuda istifadə edilən səmimi, sadə və səlis üslub isə kitabların hamı tərəfindən rahat başa düşülməsini təmin edir. Bu təsirli və sadə izah sayəsində kitablar «bir nəfəslə oxunan kitablar» ibarəsinə tam uyğun gəlir. Dini qəti şəkildə rədd edən insanlar belə bu kitablarda bildirilən həqiqətlərdən təsirlənir və yazılanların doğruluğunu inkar edə bilmirlər.Bu kitab və yazıçının digər əsərləri oxucular tərəfindən şəxsən oxuna biləcəyi kimi, qarşılıqlı söhbət mühiti şəklində də oxuna bilər. Bu kitablardan istifadə etmək istəyən bir qrup oxucunun kitabları bir yerdə oxumaları mövzu ilə əlaqədar öz təfəkkür və təcrübələrini də bir-birlərinə ötürmək baxımından faydalıdır.Bununla belə, yalnız Allahın razılığı üçün yazılan bu kitabların tanınmasında və oxunmasında iştirak etmək də böyük bir xidmətdir. Çünki yazıçının bütün kitablarında isbat və razı salıcı yön son dərəcə güclüdür. Bu səbəblə, dini izah etmək istəyənlər üçün ən təsirli üsul bu kitabların digər insanlar tərəfindən də oxunmasının təşviq edilməsidir.Kitabların arxasına yazıçının digər əsərlərinin təqdimatının əhəmiyyətli səbəbləri vardır. Bu sayədə kitabı nəzərdən keçirən şəxs yuxarıda yazılan xüsusiyyətləri daşıyan və oxumaqdan xoşlandığını ümid etdiyimiz bu kitabla eyni xüsusiyyətlərə sahib daha bir çox əsərin olduğunu görəcək, imani və siyasi mövzularda faydalana biləcəyi zəngin bir qaynağın mövcudluğuna şahid olacaq.Bu əsərlərdə digər bəzilərində görülən, yazıçının şəxsi qənaətlərinə və şübhəli qaynaqlara əsaslanan izahlara, müqəddəsata qarşı lazım olan ədəb və hörmətə diqqət yetirilməyən üslublara, şübhəli və həmçinin incidici yazılara rast gələ bilməzsiniz.

Page 5: Quranı dinləməyənlər

HARUN YƏHYA (ADNAN OKTAR) 3

Page 6: Quranı dinləməyənlər

QURANI DİNLƏMƏYƏNLƏR4

Page 7: Quranı dinləməyənlər

HARUN YƏHYA (ADNAN OKTAR) 5

Page 8: Quranı dinləməyənlər

QURANI DİNLƏMƏYƏNLƏR6

YAZIÇI VƏ ƏSƏRLƏRİ HAQQINDA

Harun Yəhya təxəllüsündən istifadə edən yazıçı Adnan Oktar 1956-cı ildə Ankarada anadan olmuşdur. İbtidai və orta təhsilini Ankarada almışdır. Daha sonra İstanbul Memar Sinan Universitetinin İncəsənət fakültəsində və İstanbul Universitetinin Fəlsəfə bölməsində təhsil almışdır. 1980-ci illərdən bu yana imani, elmi və siyasi mövzularda bir çox əsər hazırlamışdır. Bununla yanaşı, yazıçının təkamülçülərin saxtakarlıqlarını, iddialarının əsassızlığını və darvinizmin qanlı ideologiyalarla olan qaranlıq əlaqələrini ortaya qoyan çox əhəmiyyətli əsərləri vardır.Harun Yəhyanın əsərləri təxminən 30.000 şəklin olduğu cəmi 45.000 səhifəlik külliyyatdır və bu külliyyat 60 fərqli dilə tərcümə edilmişdir.

Yazıçının təxəllüsü inkarçı düşüncəyə qarşı mübarizə aparan iki peyğəmbərin xatirəsinə hörmət olaraq adlarını yad etmək üçün Harun və Yəhya adlarından götürülmüşdür. Yazıçı tərəfindən kitabların üz qabığında Rəsulullahın möhürünün olmasının simvolik mənası isə kitabların məzmunu ilə əlaqədardır. Bu möhür Qurani-kərimin Allahın son kitabı və son sözü, Peyğəmbərimizin (s.ə.v.) xatəmül-ənbiya olduğunun rəmzidir. Yazıçı bütün yayınlarında Quranı və Rəsulullahın sünnəsini özünə rəhbər etmişdir. Bu surətlə, inkarçı düşüncə sistemlərinin bütün təməl iddialarını bir-bir ortadan qaldırmağı və dinə qarşı yönələn etirazları tam susduracaq «son söz»ü söyləməyi hədəfləmişdir. Böyük hikmət və kamal sahibi olan Rəsulullahın möhüründən bu son sözü söyləmək niyyətinin duası olaraq istifadə edilmişdir. Yazıçının bütün işlərindəki ortaq hədəf Quranın təbliğini dünyaya çatdırmaq, beləliklə, insanları Allahın varlığı, birliyi və axirət kimi təməl imani mövzular üzərində düşünməyə sövq etmək və inkarçı sistemlərin

əsassız təməllərini və azğın tətbiqlərini gözlər önünə çəkməkdir.Necə ki, Harun Yəhyanın əsərləri Hindistandan Amerikaya, İngiltərədən İndoneziyaya, Polşadan Bosniya-Hersoqovinaya, İspaniyadan Braziliyaya,

Malayziyadan İtaliyaya, Fransadan Bolqarıstana və Rusiyaya qədər dünyanın əlavə bir çox

ölkəsində sevilərək oxunur. İngilis, fransız, alman, italyan, ispan, portuqal, urdu, ərəb,

alban, rus, boşnaq, uyğur, İndoneziya, malay, benqal, serb, bolqar, Çin,

Danimarka və İsveç dili kimi bir çox

Page 9: Quranı dinləməyənlər

HARUN YƏHYA (ADNAN OKTAR) 7

dilə tərcümə edilən əsərlər xaricdə geniş oxucu kütləsi tərəfindən izlənilir. Dünyanın dörd tərəfində fövqəladə təqdir toplayan bu əsərlər bir çox insanın iman etməsinə, bir çoxunun da imanında dərinləşməsinə vəsilə olur. Kitabları oxuyub araşdıran hər kəs bu əsərlərdəki hikmətli, dolğun, asan aydın olan və səmimi üslubun, ağıllı və elmi yanaşmanın fərqində olar. Bu əsərlər sürətli təsir etmə, qəti nəticə vermə, etiraz və təkzib edilə bilinməyən xüsusiyyətləri daşıyır. Bu əsərləri oxuyan və üzərində ciddi şəkildə düşünən insanların artıq materialist fəlsəfəni, ateizmi və digər azğın görüş və fəlsəfələrin heç birini səmimi olaraq müdafiə etmələri mümkün deyil. Bundan sonra müdafiə etsələr də, ancaq romantik inadla müdafiə edəcəklər. Çünki fikri dayaqları aradan götürülmüşdür. Dövrümüzdəki bütün inkarçı cərəyanlar Harun Yəhya külliyyatı qarşısında fikirlə məğlub olmuşlar.Şübhəsiz, bu xüsusiyyətlər Quranın hikmət və ifadə təsirliliyindən qaynaqlanır. Yazıçı bu əsərlərə görə öyünmür, yalnız Allahın hidayətinə vəsilə olmağa niyyət etmişdir. Bundan başqa, bu əsərlərin çap və nəşrində hər hansı bir maddi qazanc hədəflənməmişdir.Bu həqiqətlər göz önünə gətirildikdə insanların görmədiklərini görmələrini təmin edən, hidayətlərinə vəsilə olan bu əsərlərin oxunmasını təşviq etməyin də çox əhəmiyyətli xidmət olduğu ortaya çıxır.Bu qiymətli əsərləri tanıtmağın yerinə insanların zehinlərini bulandıran, fikri qarışıqlıq meydana gətirən, şübhə və tərəddüdləri aparmaq və imanı qurtarmaq üçün güclü və iti təsiri olmadığı ümumi təcrübə ilə sabit olan kitabları yaymaq isə əmək və zaman itkisinə səbəb olar. İmanı qurtarmaq məqsədindən çox yazıçının ədəbi gücünü vurğulamağa yönələn əsərlərdə bu təsirin əldə edilə bilməyəcəyi məlumdur. Bu mövzuda şübhəsi olanlar varsa, Harun Yəhyanın əsərlərinin tək məqsədinin dinsizliyi yox etmək və Quran əxlaqını yaymaq olduğunu, bu xidmətdəki təsir, müvəffəqiyyət və səmimiyyətin açıq şəkildə göründüyünü oxucuların ümumi qənaətindən anlaya bilərlər. Bilmək lazımdır ki, dünyadakı zülm və qarışıqlıqların, müsəlmanların çəkdiyi əziyyətlərin təməl səbəbi dinsizliyin fikri hakimiyyətidir. Bunlardan xilas olmağın yolu isə dinsizliyin fikirlə məğlub edilməsi, iman həqiqətlərinin ortaya qoyulması və Quran əxlaqının insanların qavrayıb yaşaya biləcəkləri şəkildə izah edilməsidir. Dünyanın gündən-günə daha çox büründüyü zülm, fəsad və qarışıqlıq mühiti diqqətə alındığında bu xidmətin mümkün qədər sürətli və təsirli şəkildə edilməsinin lazım olduğu aydındır. Əks halda çox gec ola bilər.Bu əhəmiyyətli xidmətdə öndərliyi üzərinə götürən Harun Yəhya külliyyatı Allahın izni ilə 21-ci əsrdə dünya insanlarını Quranda təsvir edilən hüzur, sülh, düzgünlük, ədalət, gözəllik və xoşbəxtliyə daşımağa vəsilə olacaq.

Page 10: Quranı dinləməyənlər

QURANI DİNLƏMƏYƏNLƏR8

QURANI DİNLƏMƏYƏNLƏR

HARUN YƏHYA(ADNAN OKTAR)

Bu kitabda istifadə edilən ayələr Əlixan Musayevin tərcümə etdiyi«Qurani-kərim» kitabından götürülmüşdür.

www.harunyahya.org - www.harunyahya.net

Page 11: Quranı dinləməyənlər

HARUN YƏHYA (ADNAN OKTAR) 9

İÇİNDƏKİLƏR

YARADILIŞ HƏQİQƏTİ 10

GİRİŞ 28

İNSANLAR QURANDA BİLDİRİLƏN HƏQİQƏTLƏRDƏN NİYƏ QAÇIRLAR? 31

QURANI DİNLƏMƏYƏNLƏRİN GİZLİ LİDERİ: ŞEYTAN 43

ŞEYTANIN İNSANLARI QURANDANUZAQLAŞDIRMAQ ÜÇÜN VERDİYİ ƏMRLƏR 50

YANLIŞ FİKİRDƏN QURTULMAQ 72

QURANI DİNLƏMƏYƏNLƏRİN BÖYÜK QƏFLƏTİ 76

NƏTİCƏ 79

TƏKAMÜL YALANI 81

Page 12: Quranı dinləməyənlər

QURANI DİNLƏMƏYƏNLƏR10

Page 13: Quranı dinləməyənlər

HARUN YƏHYA (ADNAN OKTAR) 11

De: “Bir deyin görək, sizin Allahdan başqa tapındıqlarınız yer üzündə nə yaratmışlar? Yoxsa

onların göylərin (yaradılmasında) bir şərikliyi var? Əgər doğru danışanlarsınızsa, mənə bundan əvvəl (nazil olmuş) bir kitab və ya elmdən qalan

bir əsər gətirin”. (Əhqaf surəsi, 4)

www.kurandacennet.com

Page 14: Quranı dinləməyənlər

QURANI DİNLƏMƏYƏNLƏR12

Kəpənəklər soyuqqanlı canlılar olduqları üçün bədən tempera-turlarının çox yüksəlməməsi və daim nisbətdə tutulması vacib-dir. Uçma əsnasında qanadlarda yaranan yüksək temperatur kəpənəklər üçün problemdir. Kəpənəklərin bədənindəki qan qanadlardakı çox incə damarlardan keçir. Kəpənəyin bədənində yaranan artıq temperatur qanadlardakı incə damarlarda qanın dövranı ilə birliktə xaricə atılır. Bu, Allahın yaratmasıdır.

www.yaratilisgercekleri.com

Page 15: Quranı dinləməyənlər

HARUN YƏHYA (ADNAN OKTAR) 13

Dünyada yaşayan on mindən çox quş növünün hər biri müxtəlif xüsusiyyətlərə malikdir. Şahinin iti gözləri, geniş qanadları və sivri pəncələri var. Bir neçə yüz qramlıq yağmur quşları hər il qışlamaq üçün 4.000 kilometrlik yolu 88 saat qanad çırparaq və okeanın üstündə dəstələrini itirmədən qət edirlər. Allah hər canlını müxtəlif xüsusiyyətlərlə yaratmışdır.

www.darwinvekuslar.com

Page 16: Quranı dinləməyənlər

QURANI DİNLƏMƏYƏNLƏR14

Yüksək dərəcəli temperaturda bütün yay boyu yarpaqları günəşin altında qovrulmasına baxmayaraq, bitkilərə heç nə olmur. Yarpaqların günəşə tərəf olan üst hissələri su itkisinin qarşısını almaq üçün xüsusi qoruyucu təbəqə ilə örtülmüşdür. Bundan başqa, su yarpaqlardan buxarlanır və tərləmə baş verir. Su buxarlanarkən tərləmə sayəsində bitki sərinləyir. Uca Allah yaratdığı bütün canlıları ən yaxşı biləndir, qoruyandır.

www.yaratilisguzellikleri.com

Page 17: Quranı dinləməyənlər

HARUN YƏHYA (ADNAN OKTAR) 15

Yaratdıqlarımızı öz istifadələrinə verdik ki, bəzilərindən minik kimi yararlansınlar və bəzilərini

də yesinlər. Bunlarda onlar üçün (başqa) mənfəətlər və içiləcək süd də vardır. Yenə də şükür etməyəcəklərmi?

(Yasin surəsi, 72-73)

www.kaderinaciklamasi.com

Page 18: Quranı dinləməyənlər

QURANI DİNLƏMƏYƏNLƏR16

Yeddi göy, yer və onlarda olanlar Ona təriflər deyir. Elə bir şey yoxdur ki, həmd ilə Ona tərif

deməsin, lakin siz onların tərifini anlamazsınız. Həqiqətən, O, Həlimdir, Bağışlayandır.

(İsra surəsi, 44)

www.kurandayaratilis.com

Page 19: Quranı dinləməyənlər

HARUN YƏHYA (ADNAN OKTAR) 17

Bir çox bitki növü tırtıllardan qorunmaq üçün uçucu xüsusiyyətə malik kimyəvi maddə ifraz edirlər. Bu kimyəvi maddələr sayəsində tırtılların düşmənı olan ovçu həşəratlar bura gəlir və tırtılları yeyərək bitkini qoruyurlar. Şübhəsiz ki, bitki özünü düşmənlərindən qorumaq üçün belə strategiya hazırlaya bilməz. Bitkini qüsursuz xüsusiyyətlərlə yaradan aləmlərin Rəbbi olan Allahdır. www.belgeseller.tv

Page 20: Quranı dinləməyənlər

QURANI DİNLƏMƏYƏNLƏR18

Pişik balaları doğulduqları zaman kor və müdafiəsiz olurlar. Təxminən 100 qr. ağırlığındakı balalara baxmaq üçün ana pişik çox az yatır. Daim balalarının isti qalmalarını və müdafiəsini təmin etməyə çalışır. Ananın südü balaların böyüməsi üçün tam lazım olan xüsusiyyətdədir. Bu canlıların balalarına olan şəfqəti ancaq bütün canlıların hakimi olan Allahın ilham etməsi ilə yaranır.

www.darwinnedenyanildi.com

Page 21: Quranı dinləməyənlər

HARUN YƏHYA (ADNAN OKTAR) 19

Sınıq zamanı ağrı hissinə səbəb olan sinirlər onurğa iliyi ilə beyinə daha çox siqnal yollayır. Beyin hüceyrələri isə ilk 10-15 dəqiqədə ağrı siqnallarını demək olar ki, sıfıra endirən morfinə bənzər təbii anesteziya maddəsi olan endorfini ifraz etməyə başlayır. Bunun sayəsində yaralanan insanın təhlükə yerindən uzaqlaşmaq üçün gücü olur. Şüursuz hüceyrələrə bu xüsusiyyətləri verən uca Allahdır.

www.darwinistlerinferyatlari.com

Page 22: Quranı dinləməyənlər

QURANI DİNLƏMƏYƏNLƏR20

Qurdlar bu günkü xüsusiyyətləri ilə yaradılmışlar və milyon-larla ildir dəyişməmişdir. Məməlilərin mənşəyi mövzusunda təkamülçülərin irəli sürdükləri iddialar ağılsız və məntiqsiz hekayələrdən ibarətdir. Heç bir elmi dəlilə əsaslanmayan bu hekayələr təbliğat xarakteri daşıyır. Əlbəttə, hər kəs istədiyi kimi ssenarilər yaza bilər, fantastik üslubdan istifadə edə bilər, lakin bu ssenarilərə elmi don geydirmək doğru deyil.

www.dawkinsecevap.com

Solda: Dövrümüzdə yaşayan qurd

Altda: 120 milyon illik qurd kəlləsinin fosili.

Page 23: Quranı dinləməyənlər

HARUN YƏHYA (ADNAN OKTAR) 21

Budur Allah – sizin Rəbbiniz. Ondan başqa ilah yoxdur. Hər şeyin yaradıcısı (Allahdır)! Elə isə Ona

ibadət edin! O, hər şeyi qoruyandır. (Ənam surəsi, 102)

www.darwinizminyalanlarinaaldanmayin.com

Solda: Dövrümüzdə yaşayan qurd

Altda: 9.5 milyon yaşı olan qurd kəlləsinin fosili.

Page 24: Quranı dinləməyənlər

QURANI DİNLƏMƏYƏNLƏR22

Bu günə qədər heç bir boz ayı: «Niyə özümü inkişaf etdirib sivilizasiya qurmuram», -deyib şəhərlər inşa etməyə, sənət əsərləri meydana gətirməyə, ədəbi əsərlər yazmağa, elmi kəşflər etməyə başlamamışdır. Ayılar həmişə ayı olmuş, heç bir canlıya çevrilməmişlər. Bütün canlılar sahib olduqları xüsusiyyətlərlə soylarını davam etdirmişlər. Meymunların insana çevrildiyini iddia etmək ağılsızlıqdır. Bu iddianın heç bir elmi əsası yoxdur.

www.fosiller.net

Ustdə: Dövrümüzdə yaşayan boz ayı

Solda: 90 milyon illik boz ayının kəllə fosili.

Page 25: Quranı dinləməyənlər

HARUN YƏHYA (ADNAN OKTAR) 23

Məgər onlar görmürlər ki, göyləri və yeri yaradan Allah onlar kimisini də yaratmağa qadirdir? Allah

onlar üçün (elə) bir əcəl müəyyən etmişdir ki, ona heç bir şəkk-şübhə yoxdur. Zalımlar isə küfrdən başqa bir

şey qəbul etmədilər. (İsra surəsi, 99)

www.darwinistlersoruncevaplayalim.com

Sağda: Dövrümüzdə yaşayan qurd

Solda: 9.3 milyon illik qurd kəlləsinin fosili.

Page 26: Quranı dinləməyənlər

QURANI DİNLƏMƏYƏNLƏR24

Ən vəhşi heyvan kimi tanınan və pişiklər fəsiləsinin nümayəndələri olan şir, bəbir və pələngin dərilərindəki naxışların fərqli olduğunu bilirsinizmi? İnsanların barmaq izi kimi bu naxışlar da hər bəbir və yaquarda fərqlidir.

www.darwinnedenyanildi.com

Üstde: 80 milyon illik pələng kəlləsinin fosili

Yanda: Dövrümüzdə yaşayan pələng.

Page 27: Quranı dinləməyənlər

HARUN YƏHYA (ADNAN OKTAR) 25

O, Xaliq, yoxdan yaradan, surətverən Allahdır. Ən gözəl adlar yalnız Ona məxsusdur. Göylərdə və

yerdə olanların hamısı Onun şəninə təriflər deyir. O, qüdrətlidir, müdrikdir.

(Həşr surəsi, 24)

www.evrimbilim.com

Altda: Dövrümüzdə yaşayan tülkü

Solda: 95 milyon illik tülkü kəlləsinin fosili

Page 28: Quranı dinləməyənlər

QURANI DİNLƏMƏYƏNLƏR26

Fosil tapıntıları təkamül nəzəriyyəsinə vurulan ən böyük zərbədir. Çünki:

1. Təkamülçülər canlıların daim kiçik dəyişikliklərə uğra-yaraq sadədən mürəkkəbə doğru inkişaf etdiyini iddia edirlər. Fosil tapıntıları isə canlıların yüz milyon illərlə kiçik bir dəyişikliyə belə uğramadığını isbatlamışdır.2. Təkamülçülər bütün canlıların xəyali ortaq atadan

Yanda: Livanda tapılmış 95 milyon illik zarqan fosili.

Altda: Dövrümüzdə yaşayan bir zarqan.

Belonidae sinfinə daxil olan zarqanlar incə uzun quruluşa sahibdir. Sıçrayaraq suyun üzərinə çıxa bilir və quyruqlarının üzərində yenidən suya geri qayıda bilirlər. Bu metoddan düşmənlərındən qaçmaq üçün istifadə edirlər.

Page 29: Quranı dinləməyənlər

HARUN YƏHYA (ADNAN OKTAR) 27

törədiklərini irəli sürürlər. Bu günə qədər canlı növlərinin atası kimi qəbul edilən bir dənə fosil nümunəsinə belə rast gəlinməmişdir.3. Təkamülçülər canlıların bir-birlərindən törədiklərini və bunu göstərən ara-keçid forması olduğunu iddia edirlər. Lakin 150 il ərzində aparılan araşdırmalar nəticəsində bir dənə belə ara canlılara aid fosil tapılmamışdır.

www.baltikamberleri.com

Almanyada tapılan 208-146 milyon illik krevet fosili ilə dövrümüzdəki krevet arasında heç bir fərq yoxtur.

Page 30: Quranı dinləməyənlər

QURANI DİNLƏMƏYƏNLƏR28

Page 31: Quranı dinləməyənlər

GİRİŞ

B ir anlıq həyatınız boyu ən çox sahib olmaq istədiyiniz imkanın sizə verildiyini, lakin bu imkanı layiqincə dəyərləndirmədiyinizi

düşünün. Həyatınızı tamamilə dəyişdirən bu yanlış qərardan sonra kim bilir nə qədər peşman olacaq, o ana geri qayıdıb qərarınızı dəyişdirmək istəyəcəksiniz. Amma artıq çox gecdir və zamanı geriyə çevirmək mümkün deyil. Ən ağıllı hərəkət isə bundan sonra belə bir səhv etməmək üçün tədbirli davranmaqdır. Bu yanlış qərarı verərkən bəzi insanları düşünür və bir daha bu cür insanların təsiri altına düşməmək üçün özünüzə söz verirsiniz.

Hal-hazırda bir çox insan bu vəziyyətdədir. Dünyadakı bütün insanlara geniş imkanlar verilmişdir. İnsanların əksəriyyəti isə bu imkanları görməməzliyə vururlar. Allah həm bu dünyada bütün insanalara gözəllik, ədalət, bolluq, rifah, rahat həyat, həm də axirətdə insanın düşünə bilmədiyi əbədi həyat vəd etmişdir. Bu yola Allahın elçiləri və insanlara rəhbər olaraq endirdiyi müqəddəs kitablar vasitəsilə bütün insanlar dəvət edilmişdir.

Hz.Muhəmmədin (s.ə.v.) də Quranla insanları doğru yola dəvət etməsi, haqqı ilə təqdir edənlər üçün vacib fürsət, böyük lütf və Allahın bir nemətidir. Vicdanlı və ağıllı olan hər insan bu fürsəti diqqətlə dəyərləndirməli, düşünməli və bu fürsətdən istifadə etməlidir. Əksi isə, yəni Quranda bildirilən həqiqətləri görməməzliyə vurmaq, dinləməmək, düşünməmək və ya bu həqiqətləri inkar edərək qaçmaq, axirətdə böyük peşmançılığa səbəb olacaq. Üstəlik, bu peşmançılığın heç bir faydası da olmayacaq.

Allahın dəvətini bu gün qəbul etməyənlər o ağır gün gəldiyi zaman “…Kaş ki, bizi (dünyaya) qaytaraydılar! Onda biz Rəbbimizin ayələrini yalan saymayıb möminlərdən olardıq. (Ənam surəsi, 27)”, -deyəcəklər. O gün hər insan dünya həyatında etdiyi hərəkətlərin əvəzini alacaq.

Onu da qeyd etmək lazımdır ki, içində nə yazıldığını belə bilmədən Quranı oxumaqdan, öyrənməkdən və dinləməkdən çəkinən, Qurandan

Page 32: Quranı dinləməyənlər

QURANI DİNLƏMƏYƏNLƏR30

üz çevirən insanlar əksəriyyət təşkil edir. Bu insanlar Allahın onları hansı həyata, hansı əxlaqa dəvət etdiyini bilmədən Quran ayələrindən qaçır, elçilərin dəvətini rədd edirlər. Bu, insanları uçuruma aparan böyük addımdır. Buna baxmayaraq, insanların əksəriyyəti qəflətdə olduqlarından və yanlış fikirlərinə görə öz vəziyyətlərindən bixəbərdirlər.

Bu kitabın yazılmasında məqsəd insanları dünyada və axirətdə böyük iflasa uğradan ön mühakiməli baxış prizmasına qarşı xəbərdar etməkdir. Keçmişdə yaşayan bütün saleh möminlər kimi iman gətirməsindən və ya gətirməməsindən asılı olmayaraq, hər cür ön mühakimədən, əzbərlənmiş məlumatlardan, yanlış fikirlərdən təmizlənmiş şəkildə Quran oxumağa, Allahın ayələrinin üzərində düşünməyə dəvət etməkdir. Amma onu da qeyd etmək lazımdır ki, bu xəbərdarlıq sadəcə Allahı və Quranı inkar edənlərə deyil, eyni zamanda, iman gətirdiklərini dedikləri halda, Quran əxlaqını yaşamayan insanlara da aiddir.

Keşmişdə yaşayan bütün peyğəmbərlər də göndərildikləri qövmləri Allaha iman gətirməyə və haqq dinə tabe olmağa dəvət etdikləri zaman inkarla qarşılaşmışdılar.

Bu baxımdan, kitabda verilən nümunələrin bütün haqq kitablara aid olduğu və hər bir elçinin oxşar cavablarla qarşılaşdığı unudulmamalıdır. Bu kitabda “Quranı dinləməyənlər”, “Qurandan qaçanlar” kimi adlandırdığımız insanlar keçmişdə yaşayan bütün elçilərə, bütün haqq kitablara oxşar münasibət göstərən, iman gətirməməkdə israr edən, həqiqətlərdən qaçan insanları ifadə edir.

Məqsədimiz insanları yenidən Quranda bildirilənlər üzərində düşünməyə sövq etmək, Allaha təslim olmağa dəvət etməkdir. Bundan başqa, Allahın Quranda xəbər verdiyi “Allahın təbliğatçısını qəbul etməyən kimsə yer üzündə (Allahdan) yaxa qurtara bilməz və Ondan başqa onun himayəçi dostları da olmaz. Onlar aşkar azğınlıq içindədirlər. (Əhqaf surəsi, 32)” ayəsinin hökmünü bir daha xatırlatmaqdır.

Page 33: Quranı dinləməyənlər

İNSANLAR QURANDA BİLDİRİLƏN HƏQİQƏTLƏRDƏN

NİYƏ QAÇIRLAR?

İ nsan dünyaya gəldiyi andan etibarən hər şeyi öyrənməyə səy göstərir. Uşaqlıq dövründə gördüyü, hiss etdiyi və oxuduğu

hər şey onun üçün yeni və həyəcanverici olur, lakin müəyyən zaman keçdikdən sonra bu araşdırma və yeni şeyləri öyrənmə səyi öz yerini alışqanlığa, böyüklərindən qalma hazır məlumatlara verir. Qeyd-şərtsiz qəbul edilən bu qəlibləşmiş məlumatların nəticəsində isə araşdırma və düşünmə qabiliyyətini itirmiş, gördüyü, hiss etdiyi hər şeyi sorğu-sualsız icra edən bir insan modeli ortaya çıxır. Bu insan üçün artıq cəmiyyətin “pis” dediyi “pis”, “yaxşı” dediyi isə “yaxşı”dır. Pisin niyə pis, yaxşının niyə yaxşı olduğu araşdırılmır.

Bu mövzuda diqqəti cəlb edən isə insanların din mövzusunda əvvəldən qalma məlumatlara bağlanmalarıdır. İnsanların əksəriyyəti adət-ənənələrlə, yanlış məlumatlarla və keçmişdən qalma yalan və yalnışlarla birləşdirdikləri dinlərini özünəməxsus şəkildə tətbiq edirlər.

Bu dinin qanun və qadağaları, əxlaq anlayışı tamamilə fərqlidir. Bu dinin Allahın vəhyində və Peyğəmbərimizin (s.ə.v.) sünnəsində olmayan bir çox qanunları var. Bu din məfhumunun ən təhlükəli nəticəsi isə insanlar arasında haqq dinə qarşı ön mühakimə yaratmasıdır.

İnsanların əksəriyyəti ön mühakimələr və yanlış məlumatlar nəticəsində əsl dindən uzaqlaşırlar. Hətta çox vaxt Allahın adının çəkilməsinə, ayələrin oxunmasına belə dözə bilmirlər. Gündəlik həyatlarında hadisələrə bitərəf yanaşan, araşdıran və oxuyub-öyrənməyin tərəfdarı olan böyük dünyagörüşlü insanlar belə “din”dən bəhs ediləndə çox sabit fikirli və ön mühakiməli davranırlar. Üstəlik bu davranışlarının səbəbini izah etmək üçün bəhanə də gətirə bilmirlər.

Demaqoqluqlarla, məntiqsiz sözlərlə bu düşüncələrini müdafiə etməyə çalışırlar. Lakin bu insanların Allahın ayələrindən, Quran əxlaqından qaçmalarının bir neçə səbəbi var.

İnsanlar Quranda bildirilən həqiqətlərdən aşağıda göstərilən səbəblərə görə qaçırlar:

Page 34: Quranı dinləməyənlər

QURANI DİNLƏMƏYƏNLƏR32

Atalarının dininə kor-koranəbağlandıqlarından…

Bəzı insanlar həmişə dəyşikliklərə və yeni fikirlərə qarşı mühafizəkar davranıblar. Onlar elmdən təhsilə, iqtisadiyyatdan ədalət sisteminə qədər bir çox mövzuda öz təsdiqini tapmış mövzuların dəyişdirilməsinə qarşı çıxmış, ancaq qarşı çıxarkən müdafiə etdikləri mövzular doğru olmamışdır. Çox vaxt vərdişlər, adət-ənənələr ölçü götürülmüşdür. Bu dünyagörüşü ilə Allahın vəhyini insanlara bildirən elçilərlə də qarşılaşmışlar. Öz batil dinlərini müdafiə edən insanlar tarix boyu hər elçiyə - hz. Muhəmmədə (s.ə.v.), hz. İsaya, hz. Şüeybə, hz. Musaya, hz. Nuha, hz. Huda və digərlərinə qarşı çıxmış, batil inanclarından dönməyəcəklərini söyləmişlər.

Allahın bizə “atalarının dininə bağlılıq” olaraq bildirdiyi bu dünyagörüşünün nəticəsi insanların keçmişdəki atalarından qalan həyat və əxlaq formasını nümunə götürmələri və bunu davam etdirmələridir. Bu insanların ən böyük səhvi isə atalarının mirasına bağlı qalmalarıdır.

Quranda elçilərin təbliğləri və qövmlərinin onlara verdikləri cavablarla bağlı ətraflı məlumat verilir. Elçilərin Allaha iman gətirmək üçün dəvətinə bu insanlar: “...Biz atalarımızı bu yolda gördük və biz də onların yolunu tutub gedəcəyik! (Zuxruf surəsi, 23)”, -deyə cavab vermişlər.

Həqiqətən də inkarçıların yolu atalarının yolu, oxuduqları isə atalarının əsərləridir. O yoldan başqa yolla getməz, o kitabdan başqa kitab oxumazlar. Atalarının doğru yolda olduqlarına inanır, onların həyatlarını özlərinə nümunə götürür, dedikləri hər sözün onlara həyat verdiyini düşünürlər. Bu bağlılıq o qədər güclüdür ki, bu yolun yanlış yol olduğunu və keçmişdəki atalarının bir çox səhv və əskikliklərinin olduğunu onlara göstərməyə çalışan insanları özlərinin ən böyük düşməni hesab edirlər. Ən böyük qorxuları da atalarından miras aldıqları bu dinlərindən döndərilməkdir.

Keçmiş qövmlərin elçiləri günahlandırmalarının səbəbi “Onlar dedilər: “Gəlmisiniz ki, bizi atalarımızın tutduğu yoldan döndərəsiniz və yer üzündə böyüklük etmək ikinizə qalsın? Biz sizə iman gətirən deyilik (Yunus surəsi, 78)” ayəsində bildirilmişdir.

Ayələrdə də bildirildiyi kimi, insanlar doğrunu araşdırmadan, vicdanlı şəkildə düşünmədən, sadəcə o formada gördükləri üçün atalarının dinini yaşayır, həqiqətlərə var gücləri ilə qarşı çıxırlar.

Page 35: Quranı dinləməyənlər

HARUN YƏHYA (ADNAN OKTAR) 33

Allah inkar edənlərin bu hərəkətini “...Bəs ataları bir şey anlamayıb doğru yola yönəlməyiblərsə necə? (Bəqərə surəsi, 170)” ayəsi ilə bizə bildirmişdir.

Ancaq onlar dinlərinə bağlı olduqları üçün heç kimin atalarından daha ağıllı ola bildiyini ehtimal etməz, doğrunu eşitmək istəməz, elçinin dəvətinə qarşı qulaqlarını tıxayar, üz çevirərlər. Bu davranışlarının səbəbini isə izah edə bilməzlər. Çünki elçinin onları dəvət etdiyi şey Allahın sözü olan Qurandır. Ayədə bu şəkildə bildirilir:

(Peyğəmbər) dedi: “Əgər sizə atalarınızın tutduğu o yoldan daha doğrusunu göstərsəm necə?” Onlar dedilər: “Biz sizinlə göndərilənləri inkar edirik”. (Zuxruf surəsi, 24)

İnsanlar məhz atalarının dininə kor-koranə bağlandıqları üçün Quran həqiqətlərindən qaçar, ayələrdəki hökmləri görməməzliyə vurar və Allahın vəhyini göz ardı edərlər. Dünya həyatının nə qədər qısa olduğunu, bir neçə on ildən sonra ölüb bir bezə sarılaraq torpağın altına atılacaqlarını və Allah qatında bütün etdiklərinin hesabını verəcəklərini ağıllarına belə gətirməzlər.

Allah Quranda “Bəli, Biz onlara və atalarına ömürləri qədər xoş güzəran verdik... (Ənbiya surəsi, 44)” ayəsi ilə inkarçıların yanılmasına işarə edir. Ölüm həqiqətindən qaçan bu insanlar Allahın ayələrindən üz çevirdikləri üçün böyük iflasa uğrayacaqlar. Onlar böyük qəflət içindədirlər.

Quranda bu mövzuda verilən nümunələrdən biri də hz. İbrahimin qövmüdür. Onlar atalarının yolu ilə gedərək bütlərə sitayiş edirdilər. Bu batil dinə bağlı olduqlarına görə, hz. İbrahimin haqq dinə çağırışını rədd etmişdilər. Ayələrdə hz. İbrahimin atasına və qövmünə “... Bir zaman o öz atasına və tayfasına: “Bu nə heykəllərdir ki, siz onlara sitayiş edirsiniz?”– demişdi (Ənbiya surəsi, 52)” ayəsindəki kimi səsləndiyi bildirilir. Bundan sonra aralarında olan söhbətlər Quranda belə xəbər verilir:

Onlar: “Biz atalarımızı onlara ibadət edən görmüşük!”– demişdilər. (İbrahim) demişdi: “Doğrusu, siz də, atalarınız da, açıq-aydın bir azğınlıq içindəsiniz”. Onlar: “Sən bizə haqq gətirmisən, yoxsa oyunbazlardansan?”– demişdilər. (İbrahim) demişdi: “Xeyr, sizin Rəbbiniz, yaratdığı göylərin də, yerin də Rəbbidir. Mən də buna şahidlik edənlər dənəm”. (Ənbiya surəsi, 53-56)

Page 36: Quranı dinləməyənlər

QURANI DİNLƏMƏYƏNLƏR34

Ayənin davamında qövmün hz. İbrahimin hər çağırışını inkar etdiyindən bəhs edilir. Aralarındakı söhbətdən sonra hz. İbrahim bütlərə hiylə quracağını söyləyir. Onlar getdikdən sonra “böyüyündən” başqa bütün bütləri sındırır. Sonra inkar edən qövm ilə İbrahim peygəmbərin arasında olan söhbət Quranda belə xəbər verilir:

Onlar dedilər: “Tanrılarımızı kim bu kökə salıb? Şübhəsiz ki, o, zalımlardandır!” (Bəziləri:) “İbrahim deyilən bir gəncin onları pislədiyini eşitmişik”– dedilər. (Digərləri də:) “Onu camaatın gözü qabağına gətirin ki, şahidlik etsinlər”– dedilər. Onlar dedilər: “Tanrılarımızı sənmi bu kökə saldın, ey İbrahim?” (İbrahim) dedi: “Xeyr, bunu onların bu böyüyü etmiş olar. Əgər danışa bilirlərsə, özlərindən soruşun”. (Ənbiya surəsi, 59-63)

Hz. İbrahimin bu dəvəti və ağıllı üsulu sayəsində qövmü əvvəl tərəddüd etsə də, sonradan vicdanla düşünərək zalımlıq etdiyinin fərqinə varır. Ancaq sonra yenidən üz çevirir. Onların bu əxlaqı ayələrdə belə xəbər verilir:

“… Sonra yenə öz bildikləri (batil əqidələrinə) qayıdıb dedilər: “Axı sən bilirsən ki, bunlar danışmırlar”. (İbrahim) dedi: “Elə isə Allahı qoyub sizə heç bir fayda və zərər verə bilməyən (bütlərəmi) tapınırsınız? Tfu sizə də, Allahdan başqa tapındıqlarınıza da! Doğurdandamı, siz dərk etmirsiniz?” (Ənbiya surəsi, 65-67)

Bundan sonra hz. İbrahimi öldürməyə, yandırmağa cəhd edirlər, lakin Allah onların bu tələlərini pozur. Yuxarıdakı ayələrdən də göründüyü kimi, qövmün etdiyi şeyin ağıllı və məntiqli olması vacib deyil. Əslində, onlar doğrunu axtarmaq da istəmirlər. Onların etdikləri yeganə şey doğru və ya yanlış olmasından asılı olmayaraq, atalarının yolu ilə getməkdir. Bundan başqa heç nə istəmirlər. Çünki bu insanlar ağıl və vicdanlarını dinləmirlər. Vicdanla düşünsələr, həqiqəti görə bilərlər. İradə göstərərək bunu həyata keçirməyin yerinə onlara öyrədilənlərlə kifayətlənirlər. Əksəriyyətin yolu ilə getmək öyrədilən şeylərin doğru və ya yanlış olduğunu ayırd etmədən kor-koranə həyata keçirmək deməkdir. Bu isə vicdanın korlanması və iradəsizliyin nəticəsidir.

Lakin bu qədər dəyər verib hər şeydən üstün tutan atalarını qiyamət

Page 37: Quranı dinləməyənlər

HARUN YƏHYA (ADNAN OKTAR) 35

günündə yanlarında görməyəcəklər. Dünyada insanları Allahın yolundan uzaqlaşdıran, şeytanın yoluna çağıranlar hesab günü onları tək qoyacaqdır. Ayələrdə bu insanların o gün keçirəcəkləri peşmançılıq hissi belə tərif edilir:

Üzləri odda o yan-bu yana döndəriləcəyi gün onlar deyəcəklər: “Kaş biz Allaha ibadət edəydik, Onun Elçisinə müti olaydıq!” Onlar deyəcəklər: “Ey Rəbbimiz! Biz başçılarımıza və böyüklərimizə itaət etdik, onlar da bizi haqq yoldan azdırdılar. Ey Rəbbimiz! Onları ikiqat əziyyətə sal və onları müdhiş bir lənətə məruz qoy!” (Əhzab surəsi, 66-68)

Dünya həyatına çox bağlandıqlarından…

İnsanların Quranda bildirilən həqiqətlərdən qaçmalarının birinci səbəbi dünya həyatına çox bağlanmaları və bu həyatlarının heç bitməyəcəyini düşünmələridir. Bu səbəbdən, dünya həyatının nə qədər qısa olduğunu anlamazlar. Hər insanın heç gözləmədiyi bir anda ölüm mələkləri ilə qarşılaşacağını, sonra yerin altına qoyularaq üzərinə torpaq atılacağını, o an özləri ilə heç nə götürə bilməyəcəklərini də düşünməzlər.

O gün heç bir insana nə mal-mülkü, nə də dəyər verdiyi yaxınları, dostları kömək etməyəcək. O gün insan Allahın qarşısına tək çıxanda, bütün əməlləri önünə gətiriləcək. Məhz o an dünya hayatının keçici bir imtahan yeri olduğunu bütün insanlar dərk edəcəklər. Amma o gün peşman olmaq üçün gec olacaq.

Bu həqiqətləri düşünməyən insanların dinə və dünya həyatına fərqli baxış prizmaları var. Həyatın təhsil-evlilik-iş üçbucağı daxilində çabalamadan ibarət olduğunu, bunlardan başqa bir həyatın mümkün olmadığını düşünürlər. Bu səbəbdən, zehinlərini sadəcə bu üç mövzu məşğul edir. Hadisələri bu prizmaya əsasən dəyərləndirirlər, qərarlarını buna görə verir, buna uyğun qururlar. Üzərində düşünülməli mövzuları da bu prizmaya görə sıralayırlar: necə pul qazanacaqları, gələcəklərinin necə olacağı, iş həyatında necə müvəffəqiyyət qazanacaqları, evlilik həyatları, təhsilləri, karyeraları… Əlbəttə, bunların hamısı vacibdir. Ancaq bu insanlar böyük səhv edirlər. Onlar sadəcə dünya həyatı ilə əlaqədar mövzuları düşünür və həyatın ən böyük həqiqəti olan ölümü düşünməkdən qaçırlar, çünki bu insanlara ayədə xəbər verildiyi kimi “…şeytan (günah

Page 38: Quranı dinləməyənlər

QURANI DİNLƏMƏYƏNLƏR36

işləri) gözəl göstərdi və onlara uzun ömür vəd etdi (Muhəmməd surəsi, 25)”. Dünya həyatının bitməsini istəməmələrinin səbəbi də məhz planları, gələcəkdən gözlədikləri və illərə böldükləri hədəfləridir. Axirət gününə hazırlıq görməyi isə göz ardı edərlər.

Quran oxumaqdan və Quranda bildirilən həqiqətləri düşünməkdən qaçdıqları üçün başqa insanlara bu həqiqəti izah etməyə imkan verməzlər. Halbuki Quranı oxusalar və ya onlara deyilənlərə qulaq assalar, Allahın ayələrdə bildirdiyi həqiqətlərdən xəbərdar olar, Allahın razı olduğu şəkildə yaşamağın vacibliyini anlayarlar. Beləliklə, özləri və yaxınları üçün yararlı olan sonsuz cəhənnəm əzabından qurtularlar. Bunu qavramaq və ümid etmək hər insan üçün çox vacibdir, çünki əsl yurd sonsuz axirət həyatıdır.

Allah “Ali-İmran” surəsində belə bildirir:

Qadınların, uşaqların, yığın-yığın qızıl-gümüşün, yaxşı cins atların, mal-qaranın və əkin yerlərinin verdiyi zövqlərə olan istək insanların gözünə gözəl göstərilmişdir. Bunlar, dünya həyatının keçici zövqüdür, gözəl qayıdış yeri isə Allah dərgahındadır. De: “Sizə bunlardan daha yaxşısı barədə xəbər verimmi? Allahdan qorxanlar üçün Rəbbi yanında (ağacları) altından çaylar axan, içində əbədi qalacaqları cənnət bağları, pak zövcələr və Allahın rizası vardır”. Allah qullarını görür”. (Ali-İmran surəsi, 14-15)

Yuxarıda da qeyd etdiyimiz kimi, insanlar öz anlayışlarına əsasən həyat tərzi keçirirlər. Bu həyat tərzinin, xüsusilə də dünyaya baxış prizmasının, başqa sözlə desək, “həyat fəlsəfələrinin” dəyişməsini istəməzlər. Tarix boyu Qurana və elçilərə qarşı göstərilən təzyiqin və inkarın səbəbi də budur. Çünki mənimsədikləri fəlsəfənin dəyişməsi insanın həyat tərzini tamamilə dəyişdirəcəkdir. Quranda qövmün hz. Şüeybə verdiyi cavab buna nümunədir. Bu qissədə də izah edildiyi kimi, qövmün qorxduğu şey həyatlarını və mallarını tərk etməkdir. Bu vəziyyət ayələrdə belə xəbər verilir:

Onlar dedilər: “Ey Şueyb! Atalarımızın ibadət etdikləri (tanrılardan), yaxud mallarımızı istədiyimiz kimi istifadə etməkdən vaz keçməyimizi sənə namazınmı əmr edir? Doğrudan da, sən yumşaq xasiyyətlisən, ağıllısan”. (Hud surəsi, 87)

Page 39: Quranı dinləməyənlər

HARUN YƏHYA (ADNAN OKTAR) 37

Hz. Şüeybin qövmünə cavabı bu şəkildədir:

O dedi: “Ey qövmüm! Bir deyin görək, əgər mən Rəbbimdən açıq-aydın bir dəlilə istinad edirəmsə, O da Öz tərəfindən mənə gözəl bir ruzi veribsə, onda necə olsun?” Sizə qadağan etdiyim şeyləri etməklə sizin əleyhinizə çıxmaq istəmirəm. Mən ancaq bacardığım qədər islah etmək istəyirəm. Mən ancaq Allahın sayəsində uğur qazanıram. Mən yalnız Ona təvəkkül edir və yalnız Ona üz tuturam. (Hud surəsi, 88)

Bu insanlar yaşadıqları batil həyatlarından razıdırlar. Bu həyat tərzinin və vərdiş etdikləri sistemin dəyişməsini əsla istəmirlər. Allahın “Şübhəsiz ki, Bizimlə qarşılaşacaqlarına ümid etməyənlər, dünya həyatından razı qalıb onunla rahatlıq tapanlar və ayələrimizdən xəbərsiz olanların – məhz onların qazandıqları (günahlara) görə sığınacaqları yer oddur. (Yunus surəsi, 7-8)” ayələri ilə bizə tanıtdığı bu insanlar doğru yolda olduqlarını zənn edirlər.

Allahın zikrindən üz çevirmişlər və “Sən də Bizim Zikrimizi rədd edib dünya həyatından başqa bir şey istəməyənlərdən üzünü yana çevir! (Nəcm surəsi, 29)” ayəsində bildirildiyi kimi, istədikləri şeyə - dünya həyatına qovuşmuşlar. Ancaq dünya həyatı keçici zövqdən başqa bir şey deyil.

Quranda “kafirlər mütləq müsəlman olmalarını arzulayacaqlar. Qoy onlar yeyib-içsinlər, əylənsinlər və xam xəyallar onların başlarını qatsın. Tezliklə biləcəklər. (Hicr surəsi, 2-3)” ayələrində bildirildiyi kimi, bu dünya həyatındakı əyləncə o insanlara heç nə verməyəcək. Allah dünya həyatına aldanaraq din əxlaqını unudanların hesab günü peşman olacaqlarını belə bildirmişdir:

O kəslərə ki, dinlərini əyləncə və oyun etmişdilər və dünya həyatı onları aldatmışdı. Onlar bu günləri ilə qarşılaşmağı unutduqları və ayələrimizi inkar etdikləri kimi, Biz də onları bu gün unudarıq. (Əraf surəsi, 51)

Page 40: Quranı dinləməyənlər

QURANI DİNLƏMƏYƏNLƏR38

Çox qürurlu olduqlarından....

Bəzi insanların Quranda bildirilən həqiqətlərdən qaçmalarının səbəbi isə lovğalanma hissi, yəni qürurlarıdır. Öz fikirlərinin, inanclarının, həyat tərzlərinin doğruluğuna və qüsursuzluğuna o qədər inanırlar ki, bunlardan daha doğru fikrin, inancın varlığını əsla qəbul etmək istəmirlər. Bunu düşünmək belə onları narahat edir. Allahın “Ona: “Allahdan qorx!”– deyildikdə, lovğalıq onu daha da günaha sürükləyər. Ona cəhənnəm kifayət edər. Ora nə pis yataqdır! (Bəqərə surəsi, 206)” ayəsində də bildirildiyi kimi, insanı inkara sürükləyən məhz “qürurudur”.

Belə insanlar Qurana dəvət edildikdə onu inkar edərlər. Çünki haqq dinə tabe olmaq, indiyə qədər batil inanca sahib olmağı qəbul etmək deməkdir. Səhv yolda olduqlarını, doğru yolda olmayan insanları öndər seçdiklərini və ya yazdıqları, oxuduqları, dəyər verdikləri hər şeyin səhv olduğunu öyrənmələri deməkdir. Bu da onlar üçün böyük fəlakətdir. Buna görə də dəlillə isbat edilsə belə, fikirlərindən əsla dönmək istəməzlər. Çünki qürurları buna izn verməz. Ayədə bildirildiyi kimi, qürurları onları “günaha sürükləyər”.

Əslində, Quranın yeganə həqiqət olduğunu dərk etdikdən sonra yanlış yolda olduğunu dərhal qəbul etməli, vicdanlarının səsini dinləməli və tövbə edib yeni həyata başlamalıdırlar. Asan olan və Allahın razı olduğu əxlaq məhz budur. Bunun əksi həm dünyada, həm də axirətdə sıxıntı içində yaşamaqdır. Allah inkar edənlərin ruh halını “Buna qəti inandıqları halda, haqsızcasına və təkəbbürlə onları inkar etdilər. Gör fəsad törədənlərin aqibəti necə oldu! (Nəml surəsi, 14)” ayəsi ilə bizə bildirir. Qürurları bu insanları doğru yoldan sapdırır və böyük ziyana uğradır.

Din əxlaqından uzaq olan insanların qürurlanmasının nəticəsi “Həcc” surəsində bu şəkildə bildirilir:

İnsanlar içərisində eləsi də vardır ki, heç bir biliyi, doğru yolu göstərən rəhbəri və nur saçan bir kitabı olmadan Allah haqqında mübahisə edir. O, başını o yan bu yana çevirir ki, (insanları) Allahın yolundan sapdırsın. O, bu dünyada rüsvay olacaq, Qiyamət günü isə Biz ona cəhənnəm məşəqqətini nəsib edəcəyik. (Ona deyiləcəkdir:) “Bu, əvvəllər öz törətdiyin əməllərin əvəzidir, yoxsa Allah qullarına əsla zülm edən deyildir”. (Həcc surəsi, 8-10)

Page 41: Quranı dinləməyənlər

HARUN YƏHYA (ADNAN OKTAR) 39

Ayələrdə qeyd edildiyi kimi, inkar edənlər qürurları ucbatından digər insanları da Allahın yolundan döndərmək istəyirlər. Buna görə, məlumatları olmasa da, mübahisə edərlər. Quranı oxumasalar da, Quran əxlaqını bilməsələr də, Allah haqqında mübahisə edir və qürurla üstün gəlməyə çalışırlar. Ancaq axirət günündə bu qürurlu davranışları insanlara heç bir fayda verməyəcək. Əksinə, böyük peşmançılığa səbəb olacaq və ayədə bildirildiyi kimi: “Kaş ki, bizi qaytaraydılar! Onda biz Rəbbimizin ayələrini yalan saymayıb möminlərdən olardıq (Ənam surəsi, 27)”, -deyəcəklər.

Yanlış və sabit fikirləri səbəbindən…

İnkarçıların Quranı dinləməmələrinin, ondan qaçmalarının səbəblərindən biri də yanlış və sabit fikirli olmalarıdır. Yuxarıda da bildirdiyimiz kimi, atalarından öyrəndikləri məlumatlar və yanlış adət-ənənələr, cəmiyyətdə gördükləri həyat və düşüncə tərzi bu insanların həyata baxışında mühüm rol oynamışdır. Kiçik dəyişiklik və ya yenilik fikri onların etirazına səbəb olur. Hətta yeniliklə, dəyişikliklə, haqla gələn insanlara qarşı təcavüzkar, qəzəbli olmalarının səbəbi də bu yanlış və sabit fikirləridir.

Bu yanlış fikir bir pərdə kimi insanların bir-birlərini dinləmələrinin və görmələrinin qarşısını alır. Allaha iman gətirməyə dəvət edilən bu tip insanların cavabları “Fussilət” surəsində belə bildirilir:

Ayələri Quran kimi ərəbcə müfəssəl izah edilmiş, bilən camaat üçün bir Kitabdır. O, həm müjdə verən, həm də xəbərdar edəndir. Lakin onların çoxu üz çevirib söz eşitməzlər. Onlar deyirlər: “Sənin bizi dəvət etdiyinə qarşı qəlbimiz qapalıdır, qulaqlarımızda tıxac vardır, bizimlə sənin arana pərdə çəkilmişdir. Sən işində ol, biz də öz işimizdə olacağıq!” (Fussilət surəsi, 3-5)

Əslində, insan Qurana dəvət edilərkən batil, səhv düşüncələrindən arınma fürsəti əldə edir. Belə bir vəziyyətdə bu dəvəti edəni dinləmək, dəvət etdiyi haqq kitabı oxumaq və düşünmək daha doğru olar. Vicdanlı insan doğrunu gördüyü andan öz fikirlərini tərk edəcək.

Yanlış və sabit fikirli olmaq insanı ağıllı və məntiqli düşünməyə qoymur. Üstəlik burada bəhs etdiyimiz mövzu hər insanın borcudur.

Page 42: Quranı dinləməyənlər

QURANI DİNLƏMƏYƏNLƏR40

Quran hər insanın qurtulmaq üçün təslim olacağı yeganə kitabdır. Hər hansı bir mövzunu dinləmədən, oxumadan, düşünüb qiymətləndirmədən rədd etmək ancaq sabit fikirli, dar dünyagörüşlü, yeni düşüncələrə bağlı olan insanların davranışıdır. Amma Allahın insanlara göndərdiyi təhrif edilməmiş son haqq kitab olan Quranı dinləməmək, ayələri oxumamaq sadaladığımızdan daha ciddidir. İnsanın hər hansı bir həyati mövzuda yanlış fikirdə olması bəlkə ona böyük zərər verməz, amma Allahın əmrlərini dinləməmək mövzusunda sabit fikirlilik insanı cəhənnəmə aparan çox ciddi təhlükədir. Hər bir insan belə vəziyyətə düşməkdən çəkinməlidir.

Bundan başqa, insanın fitrətində daim mükəmməlik axtarmaq xüsusiyyəti var. Daha gözəl fikir, daha gözəl düşüncə, daha yaxşı baxış prizması insanı həmişə özünə cəlb edir. Ancaq dinsizlik insanın yaradılışına uyğun olmayan sabit fikirliliyi məqbul göstərir və insanın köhnəlmiş fikirlərinə bağlı qalmasına səbəb olur. Hadisələri olduğu kimi mühakimə etməyə izn vermir, köklü dəyişikliklər etməyə qoymur.

Bu dünyagörüşünü metroların, təyyarələrin, gəmilərin, inkişaf etmiş nəqliyyat vasitələrinin olduğu halda, başqa qitəyə at arabası ilə getmək istəyən insanın vəziyyətinə bənzətmək olar. Necə ki, bu insanın inadkar davranışı onu texnologiyanın nemətlərindən məhrum edirsə, eləcə də yanlış və sabit fikirli insan bütün çətinlikləri özü çəkir, gözəllik və rahatlıqdan məhrum olur.

İnsanların yanlış və sabit düşüncələri sadəcə dinə baxışları ilə məhdudlaşmır, bütün həyat tərzlərində özünü göztərir. Evlərinin dekorasiyasında dəyişiklik etməmək, yeni texnoloji məhsullara qarşı ön mühakiməli yanaşaraq bu məhsullardan istifadə etməmək, eyni cür geyinmək, eyni yeməkləri yemək, eyni cür əylənmək, eyni zarafatları etmək bu yanlışlıqlardan sadəcə bir neçəsidir. Bu sabit fikirlilik düşüncə formalarını da öz təsiri altına alır. Buna görə, səhv olsa da, eyni fikri müdafiə edir, eyni doğrulara və yanlışlara sahib olurlar. Bu qaydalar ucbatından müstəqil və rahat düşünə bilmir, yeni fikirləri müdafiə edən kitabları oxumur, yeniliklərdən zövq almır, həyatlarını yaxşılaşdırmağa cəhd etmirlər.

Buna misal olaraq materialist və kommunist fəlsəfəni mənimsəyən insanları göstərə bilərik. Onları dərhal tanımaq mümkündür. Geyim stilləri, saç formaları, danışıq üslubu illərdən bəri dəyişməmişdir. Əsrlər keçsə də, keçmiş fikirləri müdafiə edir, bu fikirləri doğru kimi göstərir, öz

Page 43: Quranı dinləməyənlər

HARUN YƏHYA (ADNAN OKTAR) 41

təcrübələrini hər yerdə nümunə göstərirlər.Karl Marksın “Kapital”ını, Çarlz Darvinin “Növlərin mənşəyi”ni

və ya Maonun “Qızıl kitab”ını illərlə özlərinin stolüstü kitabı edir, bu kitabları təkrar-təkrar oxuyur, altından xətt çəkir, əzbərləyirlər. Bu kitablardakı “dövriyyədən çıxmış” məlumatları israrla müdafiə edir, çatışmamazlıq və ya səhv olma ehtimalını belə qəbul etmirlər. Dünyada baş verən hadisələri və elmi inkişafı izləmədiklərindən bu kitablarda olan məlumatları “doğru və elmi” zənn edirlər. Böyük səbirlə Marksın XIX yüzilliyin qaranlıq səhifələrində qalmış fikirlərinin və utopiyasının həyata keçməsini gözləyirlər. XX əsrin əvvəllərində elmi tərəqqi qarşısında yox olan Darvinin iddialarının doğru olduğunu zənn edirlər. Sadəcə özləri kimi düşünənlərlə görüşür, illərlə eyni qəzeti oxuyur, eyni filmlərə baxırlar. Ən çox dedikləri isə “mən dəyişmədim, bundan 40 il əvvəl nəyi müdafiə edirdimsə, indi də onu müdafiə edirəm” sözüdür. Ancaq unudulmamalıdır ki, bu söz ancaq mütləq doğruları müdafiə edən insan tərəfindən söyləndiyi zaman məqbul sayılır.

Dəyişikliyə, yeniliyə qarşı çıxmaq, müxtəlif fikirləri dinləmədən rədd etmək bu insanların qürur hesab etdikləri anlayışdır. Öndər hesab etdikləri Marks, Mao və ya Darvin kimilərin dinə qarşı sözlərinə o qədər inanırlar ki, bu sözdən dönməmək üçün Quran və Quran əxlaqından bəhs edən kitabları oxumaqdan çəkinirlər. Belə kitabları oxumağın onlara zərər verəcəyini düşünürlər.

Halbuki Quran əxlaqına dəvət edilmələri bu insanların keçmiş təcrübələrindən dərs almaları, səhvlərindən nəticə çıxarmaları, daha gözəlini, daha yaxşını axtarmaları sabit fikirlərindən qurtulmaları üçün fürsətdir. Ancaq yanlış fikirləri ucbatından onlara məsləhət verən insanları aşağı səviyyəli görür, səmimi, xoş niyyətli təklifi düşünmədən rədd edir, kor-koranə bağlandıqları inanclarından əsla vaz keçmirlər.

Niyə hər cür yeni məlumata, yeni fikrə, yeni anlayışa və ya elmi həqiqətə qarşı çıxan bu insanlar yanlış və sabit fikirlərindən dönmürlər?

Məhz burada şeytanın insanlar üzərindəki təsiri qarşımıza çıxır. Şeytan inkar edənlərə gördükləri işləri gözəl göstərib, onları doğru yolda olduqlarına inandırmışdır. Vicdanlarının səsini dinləməyənlər və Qurandan qaçan bu insanlar şeytana aldanmışlar. Ayədə bu şəkildə bildirilmişdir:

Page 44: Quranı dinləməyənlər

QURANI DİNLƏMƏYƏNLƏR42

... Şeytan onlara etdikləri əməlləri gözəl göstərib onları haqq yoldan çıxartdı. Halbuki onlar gözüaçıq adamlar idilər. (Ənkəbut surəsi, 38)

Doğruları görən, mənfi cəhətlərinin fərqinə varan bu insanlar şeytanın təsiri ilə sonradan görməyən, həqiqətlərə qulaq tıxayan insanlara çevrilirlər. Həqiqətən də bu tip insanla danışmaq, xəbərdarlıq etmək və ya fikir mübadiləsi aparmaq mümkün deyil. Çünki onlar öz fikirlərini paylaşmayan insanları dinləməyə, onların sözlərinə qulaq asmağa və onların tənqidinə dözə bilməzlər.

Ağıllı, vicdanlı, düşünməyi bacaran bir insan rahat şəkildə qüsurlarını görə bilir, lakin sabit fikirli insan isə özünü kənardan izləyib dəyər verə bilmir. Bu insanların ən vacib xüsusiyyəti sabit fikirləri ilə öyünmələri, illərlə dəyişməyən düşüncə sistemləri və həyat tərzləri ilə iftixar hissi keçirmələridir.

Allahın “şübhəsiz ki, şeytanlar onları haqq yoldan sapdıracaq, onlar isə özlərinin haqq yolda olduqlarını güman edəcəklər. (Zuxruf surəsi, 37)” ayəsi ilə bildirdiyi kimi, bu insanlar doğru yolda olduqlarını zənn edirlər. Amma heç də düşündükləri kimi deyil. Hesab günü düşünmək, xatırlamaq və peşman olmaq haqqdan üz çevirən insanlara bir fayda verməyəcək. Ayədə bu şəkildə bildirilir:

Və o gün cəhənnəm gətiriləcək. O gün insan xatırlayacaqdır. Lakin xatırlamanın ona nə faydası? (Fəcr surəsi, 23)

Page 45: Quranı dinləməyənlər

QURANI DİNLƏMƏYƏNLƏRİNGİZLİ LİDERİ: ŞEYTAN

K itabın birinci hissəsində insanların Quranı dinləməmə və həqiqətlərdən qaçma səbəblərini ayələrlə izah etdik. İnsanları

Qurandakı həqiqətlərdən qaçmağa və inkar etməyə təşviq edən, onları yanlış yola yönəldən və təsir etməyə çalışan insanlar var. Bu insanlar şeytanın təsiri altında olan cəmiyyətə liderlik edən insanlardır. Məqsədləri dinsizliyi yaymaq, Quran əxlaqının tətbiq olunmasının qarşısını almaqdır.

Bu insanların sayca çox olmalarına ehtiyac yoxdur. Cəmiyyətdə maddi və mənəvi gücə malik olan, iqtisadiyyatı əllərində tutan və ya cəmiyyətin düşüncə tərzini yönləndirən vasitələrə sahib olmaları kifayətdir. Bununla kütləni istədikləri yönə istiqamətləndirirlər. Bu vasitələr sayəsində insanları istədikləri cür düşündürə, danışdıra bilirlər.

İnkar edənlərin öndərlərinin siyasəti xalq arasında təslimiyyətlə qarşılanır. Bu insanların əsl niyyətini bilməyən, özünü dünya həyatına qapdıran insanlar məqsədlərinin nə olduğunu və nə cür həyatın içinə düşdüklərini bilmədən onların göstərdikləri yolla gedirlər. Onların ağzından çıxan hər sözü dərhal qəbul edir və həyatlarını buna əsasən uyğunlaşdırırlar. Onlar bütün vasitələridən öz düşüncələrini yeritmək üçün istifadə etmiş, istədikləri şəkildə təhsil verilməsini təmin etmiş, istədikləri kitabların oxunmasına icazə vermiş, istəmədiklərini kütləvi şəkildə məhv etmişlər. Müxtəlif düşüncələrin olmasına izn verməmiş, bütün zidd düşüncələri vəhşicəsinə ortadan qaldırmışlar. Dinsizliyi insanlar arasında yaymaq üçün hər cür üsuldan istifadə etmiş, kilsələri, məscidləri dağıtmış, dini təhsili aradan qaldırmışlar. Bu insanların hərəkətləri, Quranda bildirildiyi kimi, “insanları oda çağırmaq” olmuşdur. Allah “Qəsəs” surəsində bu cür davranan insanların vəziyyətini belə bildirir:

Biz onları oda çağıran rəhbərlər etdik. Qiyamət günü onlara kömək edilməyəcəkdir. Bu dünyada onları lənətə düçar etdik. Qiyamət günü isə onlar qovulmuş kimsələrdən olacaqlar. (Qəsəs surəsi, 41-42)

Page 46: Quranı dinləməyənlər

QURANI DİNLƏMƏYƏNLƏR44

Bu inkarçı öndərlərin güclü təlqinləri sayəsində düşünməyən, görməyən, danışmayan, ağılsız insanlar ortaya çıxır. Bu insanlar onları yaradan və həyat verən Allahı unudaraq özlərinə öndər qəbul etdikləri insanın sözünə görə hərəkət edir, onun razı olmadığı hərəkəti etməkdən qorxurlar. Bu insanların öndərlərinin izni olmadan Allaha iman gətirməyə dəvət edənləri dinləmələri, onların kitablarını oxumaları və Allaha iman gətirmələri mümkün deyil. Quranda bildirilən peyğəmbərlərin həyatlarında da bunun nümunələrini görmək mümkündür. Çünki hər qövmün içində insanların elçilərə iman gətirmələrinin qarşısını almağa çalışan öndərlər olmuşdur. Məsələn, hz. Musa fironun qövmünü Allahın ayələrinə iman gətirmək üçün dəvət edəndə qövmü fironun güc sahibi olduğundan onun öndərliyini qəbul etmiş və onun verdiyi əmrlərə düşünmədən tabe olmuşlar. Ancaq ayələrdə fironun insanları oda aparan öndər olduğuna belə işarə edilmişdir:

Biz Musanı möcüzlərimizlə və aydın bir dəlillə elçi göndərdik – firon və onun əyanlarına. Onlar isə fironun əmrinə tabe oldular. Halbuki fironun əmri doğru deyildi. Qiyamət günü öz camaatının qabağına düşüb onları Oda aparacaq… (Hud surəsi, 96-98)

Bu liderlər onlardan asılı olan insanların həyatlarını idarə etdikləri kimi, necə düşünəcəklərinə də qərar verirlər. Məsələn, fironun bütün dəlillərə baxmayaraq, Allahın varlığını qəbul etməməsi hakim olduğu cəmiyyəti də eyni cəhalətə sürükləmişdir. Bu baxımdan, Qurandakı firon nümunəsi inkar edənlərin öndərlərinin cəmiyyətə necə təsir etdiyini bir daha sübut edir:

(Firon) dedi: “Mən sizə izn verməmişdən əvvəl siz ona imanmı gətirdiniz? Şübhəsiz ki, o sizə sehr öyrədən böyüyünüzdür. Tezliklə biləcəksiniz! Mən sizin əllərinizi və ayaqlarınızı çarpaz kəsdirib hamınızı çarmıxa çəkdirəcəyəm”. (Şuəra surəsi, 49)

Ayədən də göründüyü kimi, insanları haqq dinə qarşı çıxaran bu liderlərin ən vacib xüsusiyyətlərindən biri cəmiyyəti qorxudaraq təzyiq göstərməkdir. Bu səbəbdən, firon nümunəsində olduğu kimi, müxtəlif iftiralarla, həbs olunma, xalqın gözündən salma, öldürmə kimi təhdidlərlə

Page 47: Quranı dinləməyənlər

HARUN YƏHYA (ADNAN OKTAR) 45

insanları qorxudaraq Allaha iman gətirməyə qoymurlar. Ancaq bir şeyi unudurlar ki, ağıllı və imanlı möminlər nə qədər təzyiq və ya təhdidlə qarşılaşsalar da, Allahdan başqa heç kimdən və heç nədən qətiyyən qorxmazlar. Çünki iman gətirənlər bilirlər ki, insan yalnız Allah qarşısında məsuliyyət daşıyır və yalnız Allahın rizasını qazanmaq üçün yaşamalıdır. Firon qissəsində də gördüyümüz kimi, hz. Musanın gətirdiyi dəlilləri görən sehrbazlar Allaha olan imanları və səmimiyətlərinə görə fironun təhdidlərindən qorxmamış və Allaha iman gətirdiklərini bildirmişlər:

Sehrbazlar səcdəyə qapandılar. Onlar dedilər: “Aləmlərin Rəbbinə iman gətirdik! Musa və Harunun Rəbbinə!” Firon dedi: “Mən sizə izn verməmişdən əvvəl siz ona iman gətirdiniz? Şübhəsiz ki, bu, şəhərdə qurduğunuz bir hiylədir ki, əhalisini oradan çıxarasınız. Tezliklə biləcəksiniz. Əllərinizi və ayaqlarınızı çarpaz kəsəcək, sonra da hamınızı çarmıxa çəkəcəyəm”. Onlar dedilər: “Şübhəsiz ki, biz Rəbbimizə qayıdacağıq. Sən sadəcə, Rəbbimizin möcüzələri bizə gəldikdə onlara iman gətirməyimizə görə bizdən intiqam alırsan. Ey Rəbbimiz! Bizə çoxlu səbir ver və bizi müsəlman olaraq öldür”. (Əraf surəsi, 120-126)

Allah bir başqa ayədə iman gətirən sehrbazların firona qarşı çıxdıqlarını belə bildirir:

Onlar dedilər: “Biz heç vaxt səni bizə gələn bu aydın dəlillərdən və bizi yaradandan üstün tutmayacağıq. İndi nə hökm verəcəksənsə, ver. Sən ancaq bu dünyada hökm verə bilərsən! (Taha surəsi, 72)

Öndərlərinə bağlı olduqları üçün ağılla və vicdanla düşünməyən, dolayısilə də Quranı rəhbər etməyənlərin vəziyyəti firon izn vermədiyi üçün iman gətirməyən cəmiyyətin vəziyyətinə bənzəyir. Bu insanlar Allahın varlığından və Ondan başqa heç kimin və ya heç nəyin müstəqil gücü olmayacağından qafil olduqlarından, qorxduqları şeyin nə qədər mənasız olduğunun fərqinə varmazlar. Halbuki qorxduqları və əmrinə tabe olduqları şəxslər, əslində, heç bir gücə malik olmayan, Allahın yaratdığı qədərə tabe olan aciz insanlardır. Məsələn, firon yaşadığı dövrdə xalqına təzyiq göstərən və çox zülm edən bir lider idi. Amma ayələrdə xəbər verildiyi kimi, firon “ancaq bu dünyada hökm verə bilər”. Nə sahib

Page 48: Quranı dinləməyənlər

QURANI DİNLƏMƏYƏNLƏR46

olduğu mal-mülk, nə də qurduğu krallıq onu ölümdən xilas edir. Onun da qısa sürən ömrü ölümlə nəticələnir. Qövmünün Allaha iman gətirməsinə mane olmaq üçün verdiyi əmrlərdən isə əsər-əlamət qalmamışdır.

Öndərlərinin təlqin və təzyiqlərini bəhanə edərək Quranın əmrlərindən qaçan insanlar Allahın hüzurunda olduqları zaman əmrlərinə tabe olduqları bu liderləri yanlarında görməyəcəklər. Hər kəs tək-tənha hesab verəcək və bütün əməlləri önünə gətiriləcək. Dolayısilə küfrün öndərlərinin dünyadakı güc, var-dövlət, ehtişam, iqtidar sahibi görüntüləri yanıldıcıdır. Allah küfrün öndərlərinin öz nəfslərinə belə yardım edə bilməyəcəklərini bir Quran ayəsində belə bildirmişdir:

De: “Sizi gecə də, gündüz də sizi ər-Rəhmandan müdafiə etməyə qadir olan kimdir?” Lakin onlar öz Rəbbinin nəsihətlərindən üz döndərdilər. Yoxsa onları Bizdən qoruya biləcək tanrılarımı vardır? Onlar heç özlərinə kömək etməyə qadir deyillər. Bizdən də müdafiə oluna bilməzlər. Bəli, Biz onlara və atalarına ömürləri boyunca xoş güzəran verdik. Məgər onlar Bizim gəlib ərazini hər tərəfdən əskiltdiyimizi görmürlərmi? Doğrudanmı onlar qalib gələcəklər?! (Ənbiya surəsi, 42-44)

Allahdan başqa varlıqların gücü olduğunu düşünmək, onlara tabe olmaq, bu insanların düşüncə, inanc və əxlaqi dəyərləri yönləndirmələrinə izn vermək, öz düşüncə və inanclarını itirmək böyük ağılsızlıq və qəflətdir. Əslində, bu vəziyyət düşünməyən, iradəsiz, zəif cəmiyyətin psixologiyasından irəli gəlir. Bu insanlar üçün hazır olanı düşünmək, onları tətbiq etmək və heç bir məsuliyyət daşımamaq daha rahatdır. Onlar özləri düşünməyi, oxuyub-öyrənməyi, araşdırmağı çətin hesab edirlər. Hətta öndər qəbul etdikləri insanlar həyatda olmasa da, onların əsərlərinin oxunması bu insanların dünyagörüşünün formalaşmasına kifayət edir. Bu insanın fikirlərində qeyri-sağlam düşüncə tərzinin olub-olmamasını dəyərləndirmədən dərhal bu fikirləri mənimsəyirlər. Marksın, Maonun, Leninin, Stalinin, Mussolininin, Hitlerin, Darvinin və s. kimi bir çox dinsiz fikri və ya siyasi öndərin insanların düşüncələrinə yiyələnmələri bu anlayışa nümunədir.

Bu anlayış səhv olduğu kimi, həm də təhlükəlidir. İnsan məlumatsızlıqdan, vicdanının səsini dinləmədiyindən və başqa səbəblərdən Allaha iman gətirməyə bilər. Ancaq doğrunu gördüyü andan

Page 49: Quranı dinləməyənlər

HARUN YƏHYA (ADNAN OKTAR) 47

qəbul etməsi daha ağıllı davranış olardı. Bilə-bilə səhv etmək, inadkarlıq etmək, doğru olanı tətbiq etməmək böyük ağılsızlıqdır. Əslində, doğrunu tətbiq etmək üstünlük oldugu halda, bunu zəiflik kimi görmək, insanların nə düşünəcəyini hesablamaq və etibarını qorumağa çalışmaq insana həm dünyada, həm də axirətdə zərər verər. Halbuki bu qərarı vermək və qeyd-şərtsiz Qurana və Peyğəmbərimizin (s.ə.v.) sünnəsinə tabe olmaq vicdanlı və cəsur hərəkətdir. Eyni zamanda, bunu edən insan nə qədər güclü, səmimi və sağlam düşüncəli olduğunu da sübut etmiş olur. Əslində, zəiflik şeytanın təlqinlərinə səssiz qalmaq, şeytana itaət etməkdir.

Şeytanın firqəsindən olmaq…

İnsanların haqq dinlə gələn elçilərə və ya elçilərin yoluna dəvət edən səmimi müsəlmanlara qarşı inkarçı üslubları həmişə eyni olmuşdur. Qövmün öndərləri elçinin sözünü dinləməyib haqq dinə uymamaq üçün həmişə eyni bəhanələr irəli sürmüş, qaçmaq üçün həmişə eyni üsullardan istifadə etmişlər. Bəs bu bənzərliyin, eyni söz və eyni hərəkətlərlə cavab verməyin səbəbi nədir? Hamısı eyni kitabı oxuyurlar? Yoxsa bu insanlar yaranandan bəri eyni insanın yolu ilə gedirlər?

Bunun səbəbi din əxlaqından uzaq olan insanların həmişə eyni yerdən əmr almaları, eyni öndərin sözünü dinləmələridir. İnsanların Allaha iman gətirmələrinin, elçilərin sözünə itaət etmələrinin, hidayətə gəlmələrinin, Allahın haqq kitabı olan Qurana tabe olmalarının qarşısını alan öndər “şeytan”dır. Əvvəlki hissələrdə insanları inkara təşviq edənlər cəmiyyətin liderləri olduğundan, insanları müxtəlif vasitələrlə təsir altına alıb doğru yoldan azdırdıqlarından bəhs etdik. Ancaq maddi və ya mənəvi güc sahibi olan bu insanlar da, əslində, şeytanın əmr və təlqinləri ilə hərəkət edir, onun sözünü dinləyirlər. Allah “onlar Allahı qoyub...yalnız üsyankar şeytana sitayiş edirlər (Nisa surəsi, 117)” ayəsi ilə insanların şeytanın yolu ilə getdiklərini, xeyirdən uzaqlaşdıqlarını bildirir. Dolayısilə, şeytan bu insanların öndəri olaraq onları müxtəlif vədlərlə aldadır, onların xalqı aldatdıqları kimi, müxtəlif təlqin və vəsvəsələrlə Allahın haqq dinindən uzaqlaşdırır. Halbuki insanlar şeytanı özlərinə dost tutmaqla böyük əzabla nəticələnən yolu seçmiş olurlar. Çünki Quranda bildirildiyi kimi, “kimin yoldaşı şeytandırsa, necə də pis yoldaşdır o! (Nisa surəsi, 38)”.

İnsan şeytanı dost etdiyi zaman onun tövsiyələri, ilhamı və əmrləri ilə hərəkət etməyə başlayır. Bir işə, bir söhbətə başlamazdan və ya bir qərar

Page 50: Quranı dinləməyənlər

QURANI DİNLƏMƏYƏNLƏR48

verməzdən əvvəl bu saxta dostu ilə danışır. Hər işini şeytanla məsləhətləşir, şeytanla birlikdə planlaşdırır. Allah bir ayəsində belə bildirir:

İnsanlardan eləsi də var ki, heç nə bilmədiyi halda, Allah haqqında mübahisə edir və hər bir inkarçı şeytana itaət edir. Onun haqqında belə yazılmışdır: kim (şeytanla) dostluq etsə, (şeytan) onu (doğru) yoldan çıxardıb alovlu Odun əzabına sürükləyər. (Həcc surəsi, 3-4)

Ayədə də bildirildiyi kimi, şeytanın dostları Allahın dininə qarşı döyüşənlər, mübahisə edənlər və doğru yoldan azanlardır. Bu insanlar şeytanın Allahın dininə qarşı apardığı mübarizədə onun yanında olur, onun ordusunun əsgərinə çevrilirlər. Belə insan ayədə də bildirildiyi kimi, “…kafir öz Rəbbinə qarşı (şeytana) köməkçidir (Furqan surəsi, 55)”.

Şeytan təbəələrinə, ilk növbədə, Allahın varlığını, hər yeri əhatə etdiyini və insanların yaradılış səbəbləri unutdurur. Allah elçiləri və haqq kitabları vasitəsilə insanlara onları yoxdan yaratdığını, yaşatdığını və onlara ruzi verdiyini və gözəl əxlaq göstərdikləri zaman sonsuzadək gözəl həyat vəd etdiyini bildirir. Bu səbəbdən, insanlara Quranda bildirilən sərhədləri qorumaqla və Ona ibadət etməklə mükəlləf olduğunu xatırladır. Şeytan isə öz firqəsinə etdikləri işlərin, dedikləri sözlərin hesabını verməyəcəklərini, insanın yalnız özünə qarşı məsuliyyət daşıdığını, heç kimin qarşısında məsuliyyət daşımadığını, beləliklə də hər cür azğınlıq etməkdə sərbəst olduğunu təlqin edir. Məsələn, Allah Quranda beş dəfə namaz qılmağı əmr edir. Namaz İslamın əsaslarından biridir. Peyğəmbərimiz (s.ə.v.) bir hədisində belə buyurur:

“İslam (dini) beş (əsas) üzərində qurulmuşdur: Allahdan başqa heç bir ilah olmadığına, Muhəmmədin (s.ə.v.) Allahın Rəsulu olduğuna şəhadət etmək, namazı doğru-düzgün qılmaq, zəkatı vermək, beyt (-i şərifi) ziyarət etmək və Ramazan orucunu tutmaqdır.” (Riyazüs-salihin, İmam Nəvəvi, Bədir yayınları, səh. 668)Şeytan isə namazı çətin göstərərək bəhanələr uydurmağa başlayır.

Bəzən işlə bağlı iclas, bəzən avtomobil tıxacı, səyahət, təyyarə və ya avtobusun saatı, bəzən vaxt darlığı kimi vəziyyətlər insanın qarşısına çıxa bilər. Ancaq iman gətirənlər bunları gözəl fürsət kimi dəyərləndirir və namazlarını nə olursa-olsun mütləq vaxtında qılmağa çalışırlar. İman gətirməyən, Quranı rəhbər etməyən insanlar isə şeytanın bu təlqinlərini rahat şəkildə qəbul edirlər. Allah Qurandan üz çevirənlərin vəziyyətini bir ayəsində belə təsvir edir:

Page 51: Quranı dinləməyənlər

HARUN YƏHYA (ADNAN OKTAR) 49

Onlara ayələrimizi verdiyimiz kimsənin əhvalatını oxu. O, ayələrdən kənara çıxdı, şeytanın təqibinə məruz qaldı, axırda da azanlardan oldu. (Əraf surəsi, 175) Bu təlqinlərə qapılanlar sanki ölməyəcəkmiş kimi məsuliyyətsiz şəkildə

yaşayırlar. Din əxlaqını və Allahın qoyduğu qadağaları görməməzliyə vuraraq rahat yaşayacaqlarını ümid edirlər. Onları əhatə edən həqiqətləri görməmək, gördükləri şeyləri isə unutmaq, düşünməmək üçün səy göstərirlər. Bunun üçün də Qurandan uzaq həyat tərzi seçərək Quranda bildirilən həqiqətləri düşünməməyin, bunlardan qaçmağın və unutmağın, qısaca desək, Quranı dinləməməyin çıxış yolu olmasını istəyirlər. Ancaq heç də şeytanın onlara vəd etdiyi kimi olmaz. Əksinə, Quran ayələrindən qəflətdə keçirdikləri hər dəqiqə onlara sıxıntı və bəla gətirər. Çünki heç kimin qarşısında məsuliyyət daşımadığına və etdiklərindən hesaba çəkilməyəcəyinə inanan insan hər cür əxlaqsızlığı, vicdansızlığı edə bilər. Bu səbəbdən, inkarçılar çox vaxt inanmamaqla məhdudlaşmır, eyni zamanda, elçilərin söylədiklərinə və ya haqq kitabların oxunmasına belə dözməyərək Allahın elçilərinə və möminlərə qarşı düşmən mövqeyində olurlar. Tarixin bütün dövrlərində inkar edən insanların davranışları eyni olmuşdur. Çünki onları yönəldən şeytani gücdür. Bu vəziyyət Quranda belə xəbər verilir:

... Həqiqətən, şeytanlar öz dostlarına sizinlə mübahisə etmək üçün (batil əqidələr) təlqin edirlər... (Ənam surəsi, 121)

Quranın hər yerdə üstün gələcəyindən xəbərsiz olan, Allahın ayələrinə qarşı mübarizə aparanlar da şeytanın yolu ilə gedərək, onun verdiyi əmrləri düşünmədən və vicdanlarının səsini dinləmədən ona tabe olurlar. Ancaq şeytanın bu gizli çağırışları, əslində, onları cəhənnəm odunun əzabına doğru sürükləyir. Allah bu insanlarla bağlı Quranda belə xəbər verir:

... İnsanlar arasında eləsi də vardır ki, heç bir biliyi, doğru yolu göstərəni və nur saçan bir kitabı olmadan Allah barəsində mübahisə edir. Onlara: “Allahın nazil etdiyinə itaət edin!”– deyildikdə, onlar: “Yox! Biz əcdadımızın getdiyi yolu tutub gedəcəyik!”– deyərlər. Əgər şeytan onları (cəhənnəm) odunun əzabına doğru sürükləyirsə, necə olsun? (Loğman surəsi, 20-21)

Page 52: Quranı dinləməyənlər

ŞEYTANIN İNSANLARIQURANDAN UZAQLAŞDIRMAQ

ÜÇÜN VERDİYİ ƏMRLƏR

K itabın əvvəlki hissələrində inkar edən insanların liderinin şeytan olduğundan bəhs etdik. Sonrakı hissələrdə də şeytanın inkar

edən insanlara verdiyi əmrlərdən və bu əmrlərlə onları Qurandan necə uzaqlaşdırdığından bəhs edəcəyik. Ancaq əvvəl onu qeyd etmək lazımdır ki, şeytan yalnız öz firqəsinə təsir edə bilər.

Şeytanın səmimi qəlbdən Rəbbimizə yönələn, Onun əmr və tövsiyələrinə riayət edən, sadəcə Allahın rizasını qazanmaq üçün ixlasla yaxşılıq edən və hər etdiklərinin əvəzini axirətdə görəcəklərini bilən insanlar üzərində heç bir gücü yoxdur. Şeytan Allahın cəhənnəm üçün yaratdığı insanlar üzərində hakim olur. Məsələn, Allah bütün qadınlara təsəttür ibadətini fərz qılmışdır. Təsəttür qadını Allah qatında ucaltmağa, onu sıxıntıdan qurtarmağa səbəb olur. Təsəttürlə birlikdə əxlaq, davranış və hərəkətlər də Quran və sünnəyə uyğun olmalıdır. Şeytan bunu çətin göstərməyə çalışır. Ancaq mömin qadınlar təsəttürün fitrətlərinə uyğun olduğunu bilir və bu fərzi də lazımi qaydada tətbiq edirlər. Şeytanın doğru yoldan azdırmağa çalışdığı, qulağına fısıldadığı vəsvəsələr iman gətirənlərə təsir etməz. Allah bunu ayələrində belə bildirir:

Şübhəsiz ki, şeytanın iman gətirib yalnız öz Rəbbinə təvəkkül edənlər üzərində heç bir hökmranlığı yoxdur. Onun hakimiyyəti yalnız onu özünə dost tutanlar və Allaha şərik qoşanlar üzərindədir. (Nəhl surəsi, 99-100)

Bir başqa ayədə şeytanın bu vəziyyəti belə xəbər verilir:

Əslində, Mənim (ixlaslı) qullarım üzərində sənin hökmün olmayacaqdır. Qoruyan olaraq Rəbbin yetər”. (İsra surəsi, 65)

Page 53: Quranı dinləməyənlər

HARUN YƏHYA (ADNAN OKTAR) 51

Bu səbəbdən, Allah iman gətirənlərə Quranda “o şeytan sadəcə sizi öz dostları ilə qorxudur. Möminsinizsə, onlardan qorxmayın, Məndən qorxun! (Ali-İmran surəsi, 175)” şəklində buyurur. Şeytan müxtəlif yollarla insanın bir anlıq səhv etməsinə səbəb ola bilər, ancaq müsəlman səhv edəndə də, dərhal bunun fərqinə varar və tövbə edib Allaha sığınar. “Əraf” surəsində iman gətirənlərə belə bildirilir:

Əgər şeytandan sənə bir vəsvəsə gəlsə, Allaha sığın. Şübhəsiz ki, O, Eşidəndir, Biləndir. Allahdan qorxanlara şeytandan bir vəsvəsə toxunduğu zaman (Allahı) xatırlayar və dərhal (gerçəyi) görərlər. (Əraf surəsi, 200-201)

Ancaq inkar edənlər şeytanın sözünü dinləməklə, onu özlərinə dost etmişlər. Şeytan onları qorxu, təhdid, dünya həyatına dair müxtəlif aldanışlar, vəsvəsələr və vədlərlə təsiri altına almışdır. Artıq onlar şeytanın firqəsinə, üsyankar ordusuna mənsubdurlar. Şeytanın sözləri onlar üçün bir təlimat və əmrdir. Yalnız onun sözünə itaət edirlər.

Şeytanın insanlara verdiyi ilk əmr isə Allahın varlığını inkar etmələridir. Allahın “şeytana bənzəyirlər. Şeytan insana: “Kafir ol!”– deyir… (Həşr surəsi, 16)” şəklində bildirdiyi kimi o, insanlara Allahın varlığını inkar etmələrini söyləyir. Sonra əmrlər bir-birini təqib edir: Düşünmə! Dinləmə! Oxuma! Öyrənmə! Uzaqlaş! Yaxınlaşma və Qürurlan!…

Şeytanın əmri: “Düşünməyin”

Düşünmə qabiliyyəti insana dünya həyatında verilən ən böyük nemətlərdən biridir. Çünki insan ancaq dərin düşünərək Allahın sonsuz gücünün, kainatdakı qüsursuz sənətinin fərqinə varır. Yalnız düşünən insan dünyada hər şeyin bir çox hikmətlə yaradıldığını, ölümün yaxın olduğunu və dünya həyatında müəyyən məsuliyyətlərinin olduğunu qavrayır. Quranda bir çox ayədə ancaq düşünən insanların öyüd ala biləcəyi, Allahın varlığının dəlillərini ancaq onların görə biləcəyi bildirilmişdir. Quranın nazil edilmə məqsədi “sənə nazil etdiyimiz mübarək bir Kitabdır ki, onun ayələrini düşünüb dərk etsinlər və ağıl sahibləri də ibrət alsınlar! (Sad surəsi, 29)” ayəsində xəbər verildiyi kimi, insanların düşünüb dərk etmələri və ondan ibrət almalarıdır. Lakin insanların əksəriyyəti düşünməyi çətin iş kimi görür. Hətta bu insanlar düşünməyin həyat və

Page 54: Quranı dinləməyənlər

QURANI DİNLƏMƏYƏNLƏR52

nizamlarına zərər verəcəyinə inanırlar. Onların anlayışına görə, “ən böyük zərər” insana dünya həyatındakı məsuliyyətlərini xatırlatmaq, onu qəflət halından çıxarmaqdır. Çünki düşünməmək insan zehnini boşaldır və onu demək olar ki, yuxuya verir.

Bu yuxu sanki bir sehr kimi insana bütün məsuliyyətlərini, nə üçün var olduğunu, həyatdakı məqsədini, bir gün öləcəyini unutdurur. Bu yuxunun başqa növü isə insanların özlərini dünya həyatının gündəlik və təkrarlanan işlərinə qapdırmalarıdır. Bəlkə bu insanlar gün ərzində çox şey düşünür, qərar verir, yaxud da problem həll edirmiş kimi görünürlər. Amma, əslində, düşündükləri şeylər gündəlik təfərrüatdan başqa bir şey deyil. Bu düşüncələrin heç biri insanın yaradılış məqsədi, dünya həyatının gəlib-keçici olduğu və hər canlının bir gün torpaq olacağı ilə əlaqədar deyil. Əzbərlənmiş, öyrədilmiş, qəliblənmiş hərəkətlər, söhbət və davranışlar insanların bütün həyatını o qədər örtür ki, onlar həyati əhəmiyyətə malik olan həqiqətlər üzərində düşünməyi lazım bilmirlər.

Bu insanlar özləri düşünməkdən qaçdıqları kimi, başqalarının verdiyi nəsihətlərdən də qaçırlar. Allaha iman gətirmələri, Onun rizası üçün yaşamaları və Quran ayələri üzərində düşünmələri barədə çağırışlardan üz çevirirlər.

Ancaq dünyada hər şey və hər varlıq bir məqsədlə yaradılmışdır. Allah kainatdakı hər şeyi insanın düşünməsi üçün yaratmışdır. Allah Quran ayələrində yeri, göyü və onların arasındakıları kimin daha gözəl davrandığını sınamaq üçün yaratdığını bildirmişdir. İnsan qısa həyatı boyu bütün etdikləri ilə sınanır. Onu yaradan və ölümündən sonra yenidən dirildib hesaba çəkən Allaha qarşısında məsuliyyəti var. Quranı oxumaq, dinləmək, ayələr üzərində düşünmək və tətbiq etmək hər insanın borcudur. Allah buna “məgər kəlam haqqında düşünüb daşınmırlarmı? Yaxud onlara ulu babalarına gəlməyən bir şey gəldi? (Muminun surəsi, 68)” ayəsi ilə diqqət çəkir.

Düşünən insan kainatdakı nizamın və qüsursuz dizayn nümunələrinin təsadüfən meydana gəlmədiyini, var olan hər şeyin bir yaradıcısının olduğunu anlayacaq. Ətrafındakı yaradılış möcüzələrini düşündükcə Allahın varlığının dəlillərini, Onun yaratdığı hikmətləri görərək Allaha təslim olacaq və yalnız Onun rizasını qazanmaq üçün yaşayacaq. Bu həqiqətin fərqinə varan şeytan insanların qəflət içində yaşamalarını, Allahın ayələrindən uzaq durmalarını, bunun üçün də düşünməmələrini istəyir. Allah şeytanın hədəfini bu şəkildə bildirir:

Page 55: Quranı dinləməyənlər

HARUN YƏHYA (ADNAN OKTAR) 53

(İblis) dedi: “…Sənin düz yolunun üstündə oturub insanlara mane olacağam! Sonra onların yanına qarşılarından və arxalarından, sağlarından və sollarından gələcəyəm…” (Əraf surəsi, 16-17) Şeytan bu hədəfinə nail olmaq üçün insanları qəflətə salan xüsusi

mühitlər hazırlayır. Belə ki, insanların zəif yönlərindən istifadə edib planlar qurur, ssenarilər hazırlayır və bunları insan nəfsinin zövq alacağı hala gətirir. Dindən uzaq insanlar da belə mühitlərdə iman gətirənlərin əksinə, Allahı unudub qəflətə düşürlər.

Məsələn, əyləncə yerləri şeytanın bu planını rahat şəkildə həyata keçirməyə imkan verir. Çünki din əxlaqını yaşamayan insanlar belə yerlərdə heç nə düşünmədən vaxt keçirirlər. Bu məkanlarda dəyər verilən şeylər geyim, bijuteriya, xərclənən pul və ətrafındakı insanlardır. Yüksək səsli musiqi, dumanlı hava, yükək səsli söhbətlər və bağırtılar Allah qorxusu olmayan insanların diqqətini toplamayacağı və düşünməyəcəyi yerlər olur.

Əlbəttə, insanların əylənmələri, onlara maraqlı olan insanlarla söhbət etmələri gözəl nemətdir. Ancaq burada axirətin unudulduğu, Allahın adının anılmadığı məkanlardan söhbət gedir. Yaradılış məqsədini tamamilə unutmuş, Allah qorxusunu qəlbində hiss etməyən, əylənmək üçün deyil, buradakı qafil həyatı yaşamaq üçün vaxtını keçirən insanlar öyüd-nəsihət dinləməzlər. Bu yerlərdə vaxt keçirən insanların əsas məqsədi də budur: “hər şeyi unutmaq” və “düşünməmək”. Belə məkanlara “beynini boşaltmaq üçün” gələn insan 10 dəqiqə əvvəl ağlı başında olduğu halda, bir anda buradakı qarışıqlığı normal qəbul etməyə başlayır. “Çılğın şəkildə əylənmək üçün” hər cür əxlaqsızlığı normal qarşılayır. Halbuki bu cür yerlərdə qab-qacaq qırmaq, stolu çevrimək, salfetləri atmaq, pencək yandırmaq, pis sözlərlə insanlara sataşmaq, təhdidlər, mübahisələr baş verir.

Bu cür yerlərdə Allah qorxusu olmayan insanların faydalı düşünməsi qeyri-mümkündür. Nəzarətdən çıxmış, şiddət və əxlaqsızlığın təşviq edildiyi məkan burada olan insanların tamamilə şeytanın təlqinlərinə tabe olmasına zəmin yaradır. Beləliklə, şeytan insanları “düşünməyin!” əmrinə itaət etdirir. Allah “onlardan gücün çatdığı kimsələri səsinlə (günah)a təhrik et, atlı və piyadanı onların üstünə yerit, mallarına və övladlarına şərik ol, onlara vədlər ver... (İsra surəsi, 64)” ayəsi ilə şeytanın bu üsuluna diqqət çəkmişdir.

Page 56: Quranı dinləməyənlər

QURANI DİNLƏMƏYƏNLƏR54

İnsanların qəflət içində yaşadıqları bu həyat sadəcə əyləncə məkanları ilə məhdudlaşmır. Bağırtı, gurultu, insanların Allahın ayələrini düşünməkdən uzaqlaşdırıldıqları hər məkan şeytanın yuxarıda bəhs etdiyimiz planının bir hissəsidir. Futbol matçlarında tribunaları, konsertlərdə stadionları dolduran izdihamın meydana gətirdiyi mühitdə də şeytan eyni vasitələrlə insanları düşünməkdən uzaqlaşdırır. Bir çox insan belə yerlərdə əylənmək, maraqlı oyun seyr etmək və ya gözəl səs dinləmək üçün deyil, insanlara bağırmaq, mübahisə etmək, qısaca desək, hər cür çirkin davranışı göstərmək üçün gəlir. Üstəlik belə yerlərdə bir-iki insan deyil, minlərlə, on minlərlə insandan ibarət izdiham bir-birinə təsir edir və kütləvi surətdə qəflətə düşürlər.

Belə məkanda bir çox insan Allahın onu hər yöndən əhatə etdiyini, hər an ölüm mələkləri ilə qarşılaşacağını ağlına belə gətirmir.

Qəflətə qapılıb həqiqətlərdən qaçan insan ölüm mələklərini gözləmədiyi anda qarşısında gördüyündə isə gec olacaq. Çünki o, həyatını boş əməllərlə, çirkin davranışlarla keçirmiş və Quran ayələrini düşünməkdən qaçmışdır. Düşünməmək üçün müxtəlif üsullara əl atmış, şeytanın oyunlarına aldanmışdır. Halbuki ölümü, həyatın keçiciliyini, Allah qarşısında məsuliyyətlərini düşünən insanın belə qafil halı qəbul etməsi mümkün deyil. Allahın hər an canını alacağını bilən, ölümün nə qədər yaxın olduğunun fərqində olan, ağzından çıxan hər sözdən, ağlından keçən hər düşüncədən və etdiyi hər hərəkətdən hesaba çəkiləcəyinin şüurunda olan insan hansı mühitdə olursa-olsun bunu unutmaz, ağlından çıxarmaz və qəflətə qapılmaz.

Unutmaq olmaz ki, bir məkanda Quran əxlaqına uyğun şəkildə əylənməyin yerinə həddini aşan bir adama da, buna təşviq edənlərə də ölüm eyni yaxınlıqdadır. Bəlkə də həmin insan çölə çıxar-çıxmaz ölüm mələkləri ilə qarşılaşacaq, heç gözləmədiyi bir anda Allahın hüzurunda hesaba çəkiləcəkdir.

Ölüm insana bu qədər yaxın olduğu halda, insanın qəflət içində yaşaması, əyləci sıradan çıxmış yük maşınının sürətlə üstünə gəldiyini görüb onu vuracağını bildiyi halda, maşının qarşısından çəkilməyən insanın vəziyyətinə bənzəyir. İnsan ömrü boyu belə yaşasa da, ölüm mələkləri canını alarkən bütün yaşadıqlarını arxada qoyacaq. Əgər insan vaxtını Allahın varlığından qafil halda keçirmişsə, o gün cahiliyyə cəmiyyətlərində “həyatını doya-doya yaşamaq” şəklində ifadə edilən bu həyatın ona itkidən başqa bir şey vermədiyini dərk edəcək. Allahı və

Page 57: Quranı dinləməyənlər

HARUN YƏHYA (ADNAN OKTAR) 55

hesab gününü unutduğu üçün peşman olacaq. Allah Quranda inkarçıların qəflətdə ikən onlara verilən öyüd-nəsihətlərə olan reaksiyalarını belə bildirmişdir:

“İnsanların haqq-hesab vaxtı yaxınlaşdı, onlar isə hələ də qəflət içindədirlər və üz döndərirlər. Rəbbindən onlara elə bir yeni xəbərdarlıq gəlməz ki, onu məsxərəyə qoyub dinləməsinlər; qəlbləri qəflət içində olaraq...“ (Ənbiya surəsi, 1-3).“Düşünmək insana zərər verir”

Cahiliyyə cəmiyyətində “düşünmək insana zərər verir” kimi batil düşüncə tərzi mövcuddur. Bu, böyük səhvdir. Əslində, bu, insanların Allahın ayələri üzərində düşünmələrinin qarşısını almaq üçün şeytanın taktikalarından biridir. Şeytan insanlara düşünərkən çətinlik çəkəcəklərini, yorulacaqlarını təlqin edərək onları Qurandan uzaqlaşdırır. Hətta cahiliyyə cəmiyyətində çox düşünməyin insanı dəli edəcəyinə inanırlar. Bu inanc şeytanın digər oyunları kimi aldadıcıdır. Əksinə, insan düşünmədiyi zaman ağılsızlığından əziyyət çəkir.

Eyni zamanda, insanların bir çoxu ölüm, axirət kimi mövzular barəsində düşünməyin də məsuliyyətlərini xatırladacağını bildiklərindən, bu mövzuları da düşünmürlər. Bu baxımdan, düşünməmək insanların özlərini aldatmaq və həqiqətləri görməməzliyə vurmaq üçün istifadə etdikləri vasitələrdən biridir. Ancaq düşünmədiklərində məsuliyyətlərinin aradan qalxması kimi fikir yanlışdır. İnsan istəsə də, istəməsə də, düşünsə də, düşünməsə də, məsuliyyətləri azalmaz. Çünki Allah hər kəsi iman gətirməklə və Quran əxlaqını yaşamaqla məsul tutmuşdur. Hər insan dünya həyatında sınanır və əvvəl-axır görməməzliyə vurduğu həqiqətlə üz-üzə gələcək.

Düşünməməyin nəticələrindən biri də bu insanların ətraflarında baş verən hadisələrdən və ya öz başlarına gələn hadisələrdən ibrət almamalarıdır. Allahın insanların düşünüb davranışlarını düzəltmələri üçün yaratdığı hadisələr bu insanların dəyişməsinə səbəb olmaz. Dünyada hər an meydana gələn hadisələrin təsadüf olduğuna özlərini inandıraraq yaşadıqları ibrətverici hadisələrin hikmətlərini təqdir etməzlər. Allah inkarçıların bu xüsusiyyətindən belə bəhs edir:

Page 58: Quranı dinləməyənlər

QURANI DİNLƏMƏYƏNLƏR56

Onlar ildə bir və ya iki dəfə fəlakətə uğradıqlarını görmürlərmi? Yenə də tövbə etmir, ibrət almırlar. (Tovbə surəsi, 126)

Halbuki böyük fəlakətlər, dünya həyatındakı bəlalar və sıxıntılar insanları düşünməyə sövq edən hadisələrdir. Lakin inkarçılar bu hadisələri mübahisə mövzusu edir, hadisələrin təsadüfən olduğunu dilə gətirir və bu minvalla düşünməkdən qaçırlar. Allahın Quranda bildirdiyi kimi: “...atalarımıza da belə qıtlıq və bolluq üz vermişdi... (Əraf surəsi, 95)”, -deyər və qəflətdə yaşamağa davam edərlər. Hər bəlanı və fəlakəti təsadüflərlə, təbii səbəblərlə izah etməyə çalışır, bunun bir xatırlatma olduğunu unutmağa, düşünməməyə çalışırlar. Başlarına gələn fəlakətləri anlamazlıqdan gəlir, “təsadüflərin yanlışlığı, böyük bir təbii fəlakət, belə olması gözlənilirdi, hər yerdə belə hadisələr olur, bəxtim gətirmədi”, -deyərək izah etməyə çalışırlar. “Bu, Allahın bizə xəbərdarlığıdır”, -deməz, bunu ehtimal belə etməzlər. Bu da şeytanın bir taktikasıdır.

Dünyada insanın başına gələn hər fəlakət, bəla, sıxıntı, yaxud axirətdəki əzabı xatırladan hər hansı bir hadisə Allahın insanlara lütf olaraq verdiyi fürsətlərdir. Allah dünya həyatındakı bu sıxıntıların şiddətini müəyyən dərəcədə saxlayaraq, insanların Ondan qorxmaları və bu hadisələrdən ibrət alaraq davranışlarını düzəltmələrini istəyir. Bir ayədə Allah dünyəvi əzabların hikmətini belə bildirir:

Ən böyük əzabdan əvvəl Biz onlara mütləq kiçik əzabdan daddıracağıq ki, bəlkə qayıtsınlar. Rəbbinin ayələri yadına salındıqdan sonra onlardan üz döndərən kəsdən daha zalım kim ola bilər?... (Səcdə surəsi, 21-22)

Allah bu yolla insanlara ölümün yaxın olduğunu, insanın hər hərəkətindən məsuliyyət daşıdığını, dolayısilə, əmr və qadağalarına riayət etməyə borclu olduğunu xatırladır. Ancaq inkarçılar qürurları ucbatından bütün xatırlatmalara əyləncə kimi baxır və inkarlarını daha da artırırlar. Onlara Allahın əzabından qorxmalarını, Allahın ayələrinə tabe olmağı xatırladan elçilərə “əgər doğru deyirsinizsə, bu vəd nə vaxt olacaq? (Mülk surəsi, 25)” şəklində meydan oxuyan cavablar verirlər. Ya da “bu həm bizə, həm də əvvəllər atalarımıza vəd olunmuşdu. Bu, keçmişdəkilərin əfsanələrindən başqa bir şey deyil. (Muminun surəsi, 83)” kimi ifadələr işlədərək çirkin cəsarət göstərirlər. Allah “Əraf” surəsinin 95-ci ayəsində

Page 59: Quranı dinləməyənlər

HARUN YƏHYA (ADNAN OKTAR) 57

çirkin davranışlarının əvəzində bu insanların “özlərinin də hiss etmədən qəflətən yaxalandıqlarını” və böyük əzaba layiq olduqlarını xəbər verir. “Ali-İmran” surəsi insanları o çətin gün barəsində düşünməyə sövq edir:

O gün ki, hər kəs etdiyi yaxşı və pis əməlləri hazır görəcək, özü ilə (pis əməllərinin) arasında çox böyük məsafə olmasını arzulayacaqdır. Allah sizi Özündən çəkindirir. Allah qullarına şəfqətlidir”. (Ali-İmran surəsi, 30)

Şeytanın əmri: “Yaradılış dəlillərinigörməməzliyə vurun”

Kainatdakı hər detal, təbiətdəki və canlılardakı qüsursuz sistemlər çox mükəmməl quruluşa malikdir. Kainatın böyüyündən kiçiyinə qədər hansı hissəsini araşdırsaq, hər birinin şüurlu yaradılış dəlillərini ortaya qoyduğunu görərik. Əsla səhv etməyən bir quruluşa malik olan və orbitlərində firlanan göy cisimlərindən atmosferdəki qazların nisbətinə, insanın yaşaması üçün xüsusi şəkildə yaradılmış bədəndən, hüceyrə, zülal, DNT, atom kimi ən kiçik hissələrə qədər saymaqla bitməyən detal var. Bütün bunlar mükəmməl şəkildə var edilmişdir və qüsursuz şəkildə varlığını davam etdirir.

Ancaq inkarçılar Allahın varlığına və tək olduğuna dair saysız dəlili görməməzliyə vurur, canlıların varlığını təsadüflərlə izah etməyə çalışırlar. İnsanın bədənindəki qüsursuz sistemi, təbiətdəki canlıların yaradılış möcüzələrini, gilasın, çiyələyin, portağalın dadını, qızılgülün qoxusunu, qüsursuz görünüşünü, ulduzların, ayın, günəşin bənzərsiz xüsusiyyətlərini təsadüflərə bağlayır, yaradılış həqiqətini inkar etmək üçün hər vasitəyə əl atırlar. Bu insanlar kainatdakı hər detalın milyonlarla il baş verən təsadüf nəticəsində şüursuz atomların bir yerə yığılması ilə meydana gəldiyini iddia edirlər. Bu mövzuda qarşımızdakı nümunələr təkamül nəzəriyyəsini kor-koranə müdafiə edib bizi əhatə edən milyonlarla yaradılış dəlilini görməməzliyə vuran takümülçü elm adamlarına məxsusdur.

Hüceyrənin varlığından belə xəbəri olmayan XIX əsrdə yaşayan Çarlz Darvin adlı həvəskar bioloq tərəfindən ortaya atılan bu nəzəriyyə dövrümüzün elmi inkişafı qarşısında böyük məğlubiyyətə uğramışdır. Ancaq bu nəzəriyyənin vacib xüsusiyyəti dini inkar edən materialist ideologiyaya elmi don geydirmək olmuşdur. Bu səbəbdən də təkamül

Page 60: Quranı dinləməyənlər

QURANI DİNLƏMƏYƏNLƏR58

nəzəriyyəsi (elmi cəhətdən məğlubiyyətə uğramasına baxmayaraq) materialist elm adamları tərəfindən hələ də yaşadılmağa çalışılır. Bu elm adamları yaradılış həqiqətini inkar etmək üçün elmi həqiqətlərdən qaçır, dəlillərə etibar etmirlər. Onları ən çox narahat edən şey isə yaradılış həqiqətinin dəlillərlə ortaya qoyulması və təkamül nəzəriyyəsinin qüsur və xətalarının elmi qaynaqlarla sübut edilməsidir. Təkamülçü elm adamlarının təkamül nəzəriyyəsinə bağlılıqları artıq elmi yanaşmadan uzaqlaşmış, kor-koranə bağlılıq halına gəlmişdir.

Quranda Allahın varlığının dəlilləri gətirildiyi halda, atalarının dininə olan bağlılıqları ucbatından inkarda israr edən qövmlər nümunə verilmişdir. Bütün dəlillərə baxmayaraq, inanmamaqda israr etmək inkarçıların ortaq xüsusiyyətidir. Allah Quranda inkarçıların bu yönlərini bir çox ayə ilə xəbər verir:

Sizdən əvvəlki nəsilləri də zülm etdiklərinə və elçiləri onlara açıq-aşkar dəlillər gətirdikləri halda, (onlara) inanma dıqlarına görə məhv etdik... (Yunus surəsi, 13)

Hal-hazırda yaradılışı inkar edənlərlər də yuxarıdakı ayədə xəbər verilən nəsillər kimi iman etməməkdə israr edirlər. Bu insanlar açıq-aşkar dəlillərə baxmayaraq, kainatın və bütün canlıların təsadüfən yarandığını, bu dünyada heç kimin qarşısında məsuliyyət daşımadıqlarını iddia edir və Qurandan üz çevirirlər. İmanlı insanlar ətrafdakı hər yaradılış dəlilini heyranlıqla və diqqətlə izləyərkən, Allahın yaradılışındakı ehtişam qarşısında hər gün heyranlıqlarını qat-qat artırarkən, digərləri bu dəlilləri görməyəcək qədər korlaşmışlar. Bu, insanların vicdanlarının korlaşmasının və Allahın haqq kitabından uzaqlaşmalarının nəticəsidir.

İnsanların həqiqətləri görməməzlikdən gəlməsinin səbəbi isə onların inkar etmələri üçün ciddi səy göstərən şeytandır.

Quranda “kim mərhəmətli (Allahın) zikrindən üz döndərsə, Biz şeytanı ona calayarıq və o da ona yoldaş olar. Şübhəsiz ki, şeytanlar onları haqq yoldan sapdıracaq, onlar isə özlərinin haqq yolda olduqlarını güman edəcəklər. (Zuxruf surəsi, 36-37)” ayələrində bildirildiyi kimi, şeytan bu insanları doğru yoldan azdırır. Allahın qüsursuz plan və dizaynı hər yeri əhatə etmişkən, şeytan inkar edənləri həqiqətlərdən uzaqlaşdırır, dünyəvi işlərlə məşğul edir və onların bu dəlilləri görməməzlikdən gəlmələrinə səbəb olur.

Page 61: Quranı dinləməyənlər

HARUN YƏHYA (ADNAN OKTAR) 59

Şeytanın tələsinə düşən insanlar onlara haqqı söyləyən insanlara şiddətlə etiraz edirlər. Bu vəziyyət onların iman gətirənlərə qəzəblənmələrinə, kin və nifrət bəsləmələrinə gətirib çıxarır. İnkarçıların Allahın varlığına dair dəlillərin göstərilməsindən və izah edilməsindən keçirdikləri narahatlıq hissini Allah bir ayədə belə bildirir:

... Elçiləri onlara açıq-aydın dəlillər gətirdilər. Onlar isə əllərini ağızlarının üstünə qoyub dedilər: “Biz sizinlə göndərilənlərə inanmırıq...”. (İbrahim surəsi, 9)

Qeyd etmək lazımdır ki, inkar edənlər həqiqətləri, yəni Allahın varlığına dair dəlilləri və Quranın haqq kitab olduğunu qəsdən görməməzlikdən gəlirlər. Bu insanlar həqiqəti bilə-bilə inkar edir, düşünmək istəmirlər. Allahın “…halbuki onlardan bir zümrə var idi ki, Allahın sözünü eşidib anladıqdan sonra, bilə-bilə onu təhrif edirdilər. (Bəqərə surəsi, 75)” ayəsində bildirdiyi kimi, bilirlər, amma inkar edirlər. Çünki yaradılış həqiqətini dərk etmək, Allahın bənzərsiz sənətini təqdir etmək üçün çox düşünməyə, saatlarla araşdırmağa, oxumağa gərək yoxdur. İnsan vicdanının səsini dinləyib, səmimi qəlblə bir az diqqət sərf etsə, bir neçə saniyə düşündüyü zaman yaradılış həqiqətini inkar edə bilməyəcək. İnsan vicdanının səsini dinləməli və şeytanın vəsvəsələrinə qarşı diqqətli olmalıdır.

Şeytanın əmri: lovğalanın

Allahın ayələrinə iman gətirməyənlərin, Onun əmr və qadağalarına itaət etməyənlərin ortaq xüsusiyyətlərindən biri də təkəbbürdür. Şeytan insanlara lovğalanma hissi verərək insanları Allaha təslim olmağa, Quran ayələrini dinləməyə qoymur.

Allahın “ayələrimiz onlara oxunduğu zaman sanki onları eşitmirmiş, qulaqlarında tıxac varmış kimi təkəbbürlə üz çevirər. Sən belələrini ağrılı-acılı bir əzabla müjdələ. (Loğman surəsi, 7)” ayəsində bildirdiyi kimi, insanlar qürurları səbəbindən ayələrdən üz çevirirlər.

Şeytan insanlara lovğalanma hissini verərək hər şeyi yalnız özünün doğru şəkildə bildiyinə inandırır. Bu səbəbdən, insan ətrafındakıların xatırlatmalarına, tövsiyə və tənqidlərinə qürur və istehza ilə cavab verir. Heç kimi və heç nəyi yol göstərici qəbul etmədiyi kimi, sadəcə öz

Page 62: Quranı dinləməyənlər

QURANI DİNLƏMƏYƏNLƏR60

imanından vaz keçməmək üçün yanlış olduğunu gördüyü şeylərdən belə vaz keçməz. Öz fikrinin yanlış olduğundan, xətalı yönlərinin olduğundan bir az şübhələnsə, doğrunu görə bilər. Lakin inadkar, sabit fikirli xarakter göstərir. Bu səbəbdən, özünə edilən dəvəti səmimiyyətlə dəyərləndirmir, səhv anlayır, iman gətirənlərin bu dəvətlə onlardan üstün olmaq istədiyini düşünərək özlərini aldadırlar. İman gətirənlərin heç bir qarşılıq gözləmədən, sadəcə Allahın rizası üçün insanlara Quran əxlaqını izah etdiklərinə inanmaq istəmirlər. İnkarçıların bu qənaətinə keçmiş qövmlərin zadəganları ilə əlaqəli bir ayədə belə diqqət çəkilir:

Qövmünün kafir zadəganları dedilər: “O da sizin kimi sadəcə bir insandır. Sizə böyüklük etmək istəyir. Əgər Allah istəsəydi, mələklər göndərərdi. Biz bunu ulu babalarımızdan eşitməmişik”. (Muminun surəsi, 24)

Ancaq unutmaq olmaz ki, qürur və təkəbbürün insana qazandırdığı zərər çox böyükdür. Boş qürur savaşı aparan inkarçılar doğrunu yanlışdan ayırmaq və etdikləri səhv hərəklətlərdən dönmək, özlərini islah etmək kimi fürsəti itirirlər. Səhv etdiklərini əsla qəbul etmədikləri üçün özlərini inkişaf etdirə bilmirlər. Çünki bütün yolları əvvəlcədən bağlamışlar. Xəbərdarlıqların öz lehlərinə olduğunu belə düşünməzlər. Öz fikirlərinin, düşüncələrinin və inanclarının doğru olduğuna o qədər əmin olurlar ki, kiminsə onlardan ağıllı olduğunu ehtimal belə etməzlər. Allah qürurun insanı necə üsyana sürüklədiyini bir ayəsində belə xəbər verir:

Ona: “Allahdan qorx!”– deyildikdə, lovğalıq onu daha da günaha sürükləyər… (Bəqərə surəsi, 206)

Keçmişdə firon da hz. Musanın peyğəmbərlik məqamını və onun Allaha boyun əymək təklifini qüruruna sığışdırmamış və özünün güc və maddi imkan baxımından daha üstün olduğunu düşünmüşdür. Qürurlanaraq Allaha üsyan etmiş, ona izah edilənləri dinləməmiş, lovğalandığından Allahın ayələrindən üz çevirmişdir. Eynilə, qövmünə də Allahın ayələrindən üz çevirmək üçün təzyiq göstərmişdir. “Taha” surəsində fironun qövmünə bu cür səsləndiyi bildirilir:

Page 63: Quranı dinləməyənlər

HARUN YƏHYA (ADNAN OKTAR) 61

(Firon) dedi: “Mən sizə izn verməmişdən əvvəl siz Ona iman gətirdiniz? Şübhəsiz ki, O, sizə sehr öyrədən böyüyünüzdür. Mən sizin əllərinizi və ayaqlarınızı çarpaz kəsdirib xurma ağaclarının gövdələrində çarmıxa çəkəcəyəm. Onda hansımızın əzabının daha şiddətli və daha sürəkli olduğunu biləcəksiniz!” (Taha surəsi, 71)

Təkəbbüründən qaynaqlanan zorakılığı və zülmü ilə tanınan Firon da bu baxımdan tamamilə şeytanın təsiri altına düşən, onun əmrlərinə tabe olan şəxs idi. Onun bu azğın xarakterini Allah “özünü yüksək tutan və həddi aşanlardan idi. (Duxan surəsi, 31)” ayəsi ilə xəbər vermişdir.

İnsana bu əxlaqı əmr edən şeytandır. Ancaq şeytan insanların “lovğalanın!” şəklindəki əmrinə itaət etmələrini yetərli görməz. Onun istəyi insanları da özü ilə birlikdə Allaha qarşı üsyan etdirməkdir. Bir ayədə Allah şeytanın əsl hədəfini belə xəbər verir:

(İblis) dedi: “Ey Rəbbim! Sən məni yoldan çıxartdığına görə, mən də yer üzündə onlara (pis işləri) gözəl göstərib onların hamısını azdıracağam. (Hicr surəsi, 39)

Şeytan bu istəyinə nail olmaq üçün üsyan etməyi iman etməyənlərin gözündə gözəl göstərməyə çalışır. Bu səbəbdən, inkarçılar özlərini Allahın əmr və qadağalarına tabe olmağa çağıran möminlərə qarşı da çox üsyankar davranır və məlumatlarının az ola bildiyini ehtimal belə etmirlər. Onlar Quran ayələrini dinləməz, lovğalanaraq üz çevirərlər. Quranda Allah hz. Musanın təbliğinə fironun əzəmətlə cavab verməsindən belə bəhs edir:

(Musa) ən böyük möcüzəni (Firona) göstərdi. O isə yalan sayıb üsyankar olduğunu göstərdi. Sonra da üz döndərib (fəsad törətməyə) girişdi. O, (camaatını) toplayıb dedi: “Sizin ən uca rəbbiniz mənəm!” (Naziat surəsi, 20-24)

Qısaca desək, inkarçılar özlərinin hərtərəfli üstün olduqlarına inanmaq istəyirlər. Fironun misalından da göründüyü kimi, özlərinin aciz qul olduğunu qəbul etməyi qürurlarına sığışdırmazlar. Tərk edə bilmədikləri qürur onları üsyana sürükləyər. Hətta “möcüzələrimiz onlara aşkar şəkildə göstərildikdə... Buna qəti inandıqları halda, haqsızcasına və təşəxxüslə onları inkar etdilər... (Nəml surəsi, 13-14)” ayələrində

Page 64: Quranı dinləməyənlər

QURANI DİNLƏMƏYƏNLƏR62

olduğu kimi, Allahın varlığını dəlilləri ilə görsələr belə, şeytanın təsiri ilə inkarlarında israr edərlər. Şübhəsiz, dünyada Allaha qarşı baş qaldıraraq şeytanın əmrlərinə uyanlar bunun əvəzini axirətdə ödəyəcəklər:

Ayələrimizi yalan sayıb onlara təkəbbürlüklə yanaşanlar isə od sakinləridirlər. Onlar orada əbədi qalacaqlar. Allaha qarşı yalan uyduran və ya Onun ayələrini yalan hesab edən kimsədən daha zalım kim ola bilər... (Əraf surəsi, 36-37)

Şeytanın əmri: dinləməyin

Şeytan doğrunun və yaxşının hiss edilməsinin tərəfdarı deyil. Çünki Quranı eşidən və dinləyən insan vicdanının səsinə tabe olaraq yaxşıların yanına keçə bilər, haqqı tətbiq etməyə, yaşamağa və yaşatmağa başlaya bilər. Məhz bu səbəbdən, şeytan tərəfdarlarını ilk növbədə Qurandan, dolayısilə də Quranı təbliğ edən müsəlmanlardan uzaqlaşdırmağa çalışır. Allah insanları gözəl və doğru olanı etməyə, Allahın razılığını qazanaraq nemət içində yaşamağa dəvət edərkən insanların çoxu şeytanın əmrlərinə tabe olaraq izah edilənləri eşitməmək üşün əllərindən gələni edirlər. Allah “kafirlər: “Bu Qurana qulaq asmayın, (oxunarkən) hay-küy salın. Bəlkə, qalib gələsiniz”– dedilər. (Fussilət surəsi, 26)” ayəsi ilə bu insanların necə münasibət göstərdiklərini bildirilmişdir.

İnkar edənlər Quranı dinləməmək üçün müxtəlif vasitələrə əl atır, yüksək səslə danışaraq üstün gəlməyə çalışır, təcavüzkar üslubla ayələrin oxunmasının qarşısını almağa çalışırlar. Bu vasitələr işə yaramadığında iman gətirənləri susdurmaq üçün şiddətə, təhdidə və başqa təzyiq üsullarına baş vururlar. Bu hərəkətlərinin səbəbi isə eşitdikləri həqiqətlərdən təsirlənəcəklərindən, vicdanlarının oyanacağından və bəzi düşüncələrinin nə qədər səhv olduğunu dərk edəcəklərindən qorxmalarıdır. Bu qorxularını onların üz ifadələrindən, davranışlarından, Quran ayələri oxunarkən və yaradılış həqiqəti izah edilərkən panikaya düşmələrindən anlamaq mümkündür.

Quranda insanlara rəhmət və müjdə olan, onların dünya və axirət həyatlarını xilas edə bilən məlumatların olmasına baxmayaraq, inkarçıların haqqı dinləməkdən qaçacaqlarını bildirən ayələrdən bir neçəsi belədir:

“Ayələri Quran kimi ərəbcə müfəssəl izah edilmiş, (anlaya) bilən

Page 65: Quranı dinləməyənlər

HARUN YƏHYA (ADNAN OKTAR) 63

camaat üçün bir Kitabdır. O, həm müjdə verən, həm də xəbərdar edəndir. Lakin onların çoxu üz çevirib söz eşitməzlər. (Fussilət surəsi, 3-4)

Onlara: “Önünüzlə olan və arxanızca gələndən qorxun ki, bəlkə sizə rəhm oluna!”– deyildikdə (üz çevirirlər). Onlara öz Rəbbinin ayələrindən elə bir ayə gəlmir ki, ondan üz döndərməsinlər. (Yasin surəsi, 45-46)

Quranda bu mövzuda hz. Nuhun qövmü nümunə verilmişdir. Qövmlərinə Allahı tək İlah etmələrini, gözəl əxlaqı yaşamalarını nəsihət edən bütün peyğəmbərlər kimi, hz. Nuh da qövmünün inkarı ilə qarşılaşmışdır:

O dedi: “Ey Rəbbim, mən xalqımı gecə də, gündüz də dəvət etdim. Amma dəvətim onların qaçmalarını daha da artırdı. Sən onları bağışlayasan deyə, mən hər dəfə onları dəvət etdikdə, onlar barmaqlarını qulaqlarına tıxayır, paltarlarına bürünür, israr edir və ötkəm-ötkəm təkəbbürlənirdilər”. (Nuh surəsi, 5-7)

Ayədə də bildirildiyi kimi, hz. Nuh qövmünü müxtəlif yollarla Allaha iman gətirməyə dəvət etmiş, ancaq qövmü onu dinləməmişdir. Burada vacib məqamı vurğulamaq lazımdır. Elçilərin bu dəvətlərindən üz çevirənlər və Allahın vəhyini dinləməmək üçün qulaqlarını tıxayanlar bunu şeytanın güclü təlqini ilə edirlər. Çünki inkar edənlər bir kəlmə belə dinləmədən, elçilərə endirilən müqəddəs kitabları oxumadan izah edilənlərə qarşı çıxırlar. Allah “Kəhf” surəsinin 101-ci ayəsində inkarçıların Quranı dinləməyə dözə bilmədiklərini bildirir. Bu insanlar: “Dinləsəm də, vaz keçməyəcəm”, -deyərək əvvəldən üz çevirirlər.

Halbuki belə vəziyyətdə məntiqli davranmaq, yəni dəvəti dinləmək, izah edilənlər barədə ətraflı məlumat toplamaq, Allahın haqq kitabını diqqətli şəkildə oxumaq lazımdır. Ancaq inkar edənlər şeytanın “dinləməyin!” əmrinə tabe olur və əvvəldən üz çevirirlər. Çünki şeytan çox yaxşı bilir ki, əgər insanlar Quranı səmimi şəkildə dinləsələr, qəflətdən xilas olacaq və açıq şüurla Quranda bildirilən həqiqətlərin fərqinə varacaqlar. Məhz bu səbəbdən, şeytan insanların Quranı dinləmələrinin qarşısını almağa çalışır.

Page 66: Quranı dinləməyənlər

QURANI DİNLƏMƏYƏNLƏR64

Onun bu tələsinə düşüb, Quranı dinləməmək üçün qulaqlarını tıxayanlar bilməlidirlər ki, hesab günü kitabları sol əllərinə verildiyində çox böyük peşmançılıq hissi keçirəcəklər. O gün şeytanın firqəsinin istədiyi yeganə şey ölüm olacaqdır:

Kitabı sol əlinə verilən kimsə isə deyəcəkdir: “Kaş kitabım mənə verilməyəydi! Hesabımdan da xəbərim olmayaydı! Kaş ilk ölümüm həmişəlik olaydı! Var-dövlətim məni qurtarmadı. Hökmranlığım da məhv olub getdi”. (Mələklərə deyiləcək): “Onu yaxalayıb zəncirləyin! Sonra da cəhənnəmə atın! Çünki o, böyük Allaha iman gətirmirdi, və kasıbı yedirtməyə rəğbətləndirmirdi. Bu gün burada onun üçün bir dost tapılmaz. Qanlı irindən başqa yeməyi də yoxdur. Onu ancaq günahkarlar yeyər”. (Haqqə surəsi, 25-37)

Şeytanın əmri: “İman gətirənlərə yaxınlaşmayın,uzaqlaşın”

Şeytanın insanların Quranda izah edilənləri dinləmələrinə, oxuyub öyrənmələrinə mane olmaq üçün verdiyi başqa bir əmr ‘’yaxınlaşmayın, uzaqlaşın’’ şəklindədir. Bunun üçün özünə tabe olanları Quranı oxuyan, tətbiq edən və Qurana dəvət edən insanlardan uzaqlaşdırmağa çalışır. Çünki iman gətirənlər Allaha olan güclü təslimiyyətləri sayəsində hər hərəkət, davranış və söhbətlərində insanlara Allahı xatırladır, gözəl əxlaqları ilə ətraflarında müsbət aura yaradırlar. Möminlərlə birlikdə olan insanlar istəsələr də, istəməsələr də onlardan təsirlənir və qəlbləri İslama isinir. Bu isə şeytanın istəmədiyi bir şeydir. Bu səbəbdən də, inkar edənlərə iman gətirənlərdən uzaqlaşmalarını, onlarla münasibət qurmamalarını əmr edər. Hətta iman gətirənlərə qarşı istehzalı münasibət göstərmələrini istəyər, çünki bununla aralarında isti münasibətin yaranmasının qarşısını ala bilər.

Şeytanın güçlü təlqini sayəsində inkar edənlər Allaha iman gətirənlərdən uzaqlaşmağa səy göstərirlər. Bir insanın iman gətirdiyini, Allah üçün yaşadığını bilmələri inkarçıların bu insandan uzaqlaşmaları, ya da ona qarşı kin bəsləmələri üçün yetərli olur. Çünki möminlər xatırlatdıqları həqiqətlər sayəsində inkarçıların din əxlaqından uzaq yaşadıqları həyat üçün mənəvi cəhətdən təhlükəlidirlər. Quranda inkarçıların Allahın ayələrini zikr edən və ya xatırladan möminlərə qarşı

Page 67: Quranı dinləməyənlər

HARUN YƏHYA (ADNAN OKTAR) 65

münasibətləri bu şəkildə izah edilir:

Həqiqətən, kafirlər Quranı eşitdikləri zaman az qala səni gözləri ilə yeyələr. Onlar: “O divanədir!” – deyirlər. Halbuki bu aləmlərə ancaq bir öyüd-nəsihətdir! (Qələm surəsi, 51-52)Kafirlərə açıq-aydın ayələrimiz oxunduqda sən onların üzündə nifrət görərsən. Onlar az qalırlar ki, ayələrimizi onlara oxuyanların üstünə cumsunlar… (Həcc surəsi, 72)

Ayələrdə inkar edənlərin iman gətirənlərə olan kinləri, düşmənçiliyi izah edilir və bunun yeganə səbəbi də Allahın ayələrinin oxunması olduğu bildirilir.

İnkarçıların məqsədlərindən biri də özləri kimi digər insanları da din əxlaqından uzaqlaşdırmaq, doğru yoldan sapdırmaqdır. Bu səbəbdən, iman gətirənlərə qarşı simpatiya bəsləyən, onlarla görüşmək və fikirlərini dinləmək istəyən insanların qarşısını almaq üçün əllərindən gələni edir, uzaqlaşdırmaq üçün səy göstərirlər. Beləliklə, Allahı və Onun ayələrini xatırladan, ölümün yaxın olduğunu düşünmələrini söyləyən, hesab günü ilə xəbərdar edən və vicdanlarını oyadan insanların ətrafında olmasının qarşısını alırlar. Hər kəsin özləri kimi Quran ayələrindən qaçaraq yaradılış məqsədini düşünmədən yaşamaları isə daha asan olacaq.

İnkarçıların hədəfləri iftiralarla, təzyiqlə iman gətirənləri cəmiyyətdən uzaqlaşdırmaq, bütün əlaqələrini kəsməkdir. Çünki bu, onların insanları haqqa dəvət etmələrinin qarşısını alan ən təsirli vasitədir. Bu barədə Quranda verilən nümunələrdən biri Kəhf əhlidir.

İman gətirən bir qrup gənc inkarçı qövmlərin təzyiqi nəticəsində bir mağaraya sığınmaq məcburiyyətində qalmışdılar. “Kəhf” surəsində bu insanlarla əlaqədar belə bildirilir:

Onlar (kafir hökmdarın qarşısında) durub: “Rəbbimiz göylərin və yerin Rəbbidir. Biz heç vaxt Ondan başqa tanrıya ibadət etməyəcəyik. Əks halda olduqca böyük bir (küfr) danışmış olarıq!”– deyərkən onların qəlbinə qüvvət verdik. (Cavanlardan biri o birilərinə )(dedi:) “Bizim bu xalqımız Allahdan başqa tanrılar qəbul etdi. Bəs nə üçün onlar buna aid bir dəlil gətirmədilər? Allaha qarşı yalan uydurandan daha zalım kim ola bilər?! Madam ki, siz onları və Allahdan savayı ibadət etdiklərini tərk etdiniz, onda mağaraya sığının ki, Rəbbiniz sizə Öz mərhəmətini geniş etsin və işinizdə

Page 68: Quranı dinləməyənlər

QURANI DİNLƏMƏYƏNLƏR66

sizin üçün fayda hazırlasın. (Kəhf surəsi, 14-16)

İnkar edənlər tarixən peyğəmbərlərin də cəmiyyət tərəfindən dəstəklənməmələri üçün müxtəlif iftira və təzyiqlərə əl atmışlar. Bu iftiraların səbəbi insanların onlardan qaçmalarını, uzaqlaşmalarını təmin etməkdir. Ancaq inkarçılar (Hz. Nuhun qövmündə olduğu kimi) etdiklərindən yalnız özləri ziyan çəkəcəklər:

Onlar həm haqqdan uzaqlaşdırır, həm də özləri ondan uzaqlaşırlar. Onlar ancaq özlərini həlak edir və bunu hiss etmirlər. (Ənam surəsi, 26)

Şeytanın əmri: Quran əxlaqından bəhs edən kitabları oxumayın, oxutmayın

Tarix boyu inkarçılar insanların iman gətirmələrinə mane olmaq, iman gətirənləri isə bu yoldan döndərmək üçün müxtəlif vasitələrdən istifadə etmişlər. Bu vasitələrdən biri və ən başlıcası insanları din əxlaqı mövzusunda məlumatlandıran, gözəl əxlaqı öyrədən kitablardan uzaqlaşdırmaq olmuşdur. Bu məqsədlə saysız-hesabsız kitab yandırmış, çap edilməsinin və yayılmasının qarşısı alınmışdır. Xüsusilə, dövrümüzdəki kommunist və materialist sistem insanlara Allahın varlığının dəlillərini göstərməyi hədəfləyən və Quran əxlaqından bəhs edən kitabların oxunmasına, oxudulmasına təzyiqlərlə, sui-qəsdlərlə, iftiralarla mane olmağa çalışmışdır.

Yaradılış həqiqətini və Quran həqiqətlərini izah edən kitabların qəsdən zərərli və elmdən uzaq olduğunu qələmə verərək, insanları Allaha iman gətirməyə dəvət edən insanların cəmiyyətdəki nüfuzunu zədələməyə çalışmışlar.

Əslində, bütün bunlar şeytanın insanların Allahı inkar etmələri üçün uyğun zəmin hazırlamaq məqsədilə apardığı siyasətdir. Bir qisim din əxlaqından uzaq insanlar şeytanın insanların oxuyub-öyrənmələrinə, mühakimə edib həqiqətləri bilmələrinə mane olma yönündəki hədəfinə vasitəçi olurlar. Bu siyasət Rusiya, Çin kimi kommunist ölkələrdə açıq şəkildə tətbiq edilərkən, materialist həyat anlayışına sahib idarəçilər də buna təşviq edilmişdir. Kommunist Rusiyanın müsəlman-türk dövlətlərində əlifbanı dəyişdirməsi, sonra bütün kitab nəşrlərini nəzarət

Page 69: Quranı dinləməyənlər

HARUN YƏHYA (ADNAN OKTAR) 67

altına almasının səbəblərindən biri də insanların dinlərini öyrənmələrinə mane olmaq, dolayısilə mənliklərini itirmələrini təşkil etməkdir. Eynilə Çin dövləti də Şərqi Türküstan xalqının müsəlman mənliyini itirməsi üçün Quran və Qurandan bəhs edən kitablar oxunmasına qadağa qoyması buna misal ola bilər.

Nəticədə inkarçılar yaradılışa dair kitabları başqalarına oxutmadıqları kimi, özləri də oxumazlar. Çünki Allahı və din əxlaqını izah edən əsərləri oxuduqları zaman öz fəlsəfələrindən şübhəyə düşməkdən, müdafiə etdikləri fikirlərə olan inanclarını itirməkdən qorxurlar. Bu səbəbdən, kommunistlərin lideri Leninin illər əvvəl “insan özünü dinə həsr etməmək üçün dindən uzaq durmalıdır” yönündə verdiyi nəsihətləri ondan sonra gələn inkarçılar da bir-birlərinə vəsiyyət edərək tətbiq etmişlər.

Həyatlarını dinsiz fəlsəfə üzərində quran bu insanlar üçün Allahın varlığını və hər şeyi Onun yaratdığını qəbul etmək kabusa çevrilmişdir. Bu səbəbdən, əvvəlki qövmlər kimi Allaha təslim olmaqdan qaçır, Allahın lütf olaraq onlara göndərdiyi haqq kitabdan faydalanmırlar. Ancaq bu qaçış onlara zərərdən başqa heç nə verməyəcək.

Şeytanın əmri: lağ edin

İnkarçıların Quranı dinləməmək üçün ən çox istifadə etdikləri vasitələrdən biri Allahın ayələrinə və möminlərə istehza etmələridir. Allah inkarçıların bir-birlərinə vəsiyyət etdikləri bu əxlaq pozuqluğunu bir ayəsində belə bildirir:

Onlara Rəbbindən gələn elə bir ayə yoxdur ki, ondan üz çevirməsinlər. Onlara haqq gəldikdə onu yalan saydılar. İstehza etdikləri şeyin xəbəri onlara tezliklə çatacaqdır. (Ənam surəsi, 4-5)

Bir başqa ayədə isə bu şəkildə bildirilir:

(Musa) dəlillərimizi onlara bəyan edən kimi onlar buna güldülər. (Zuxruf surəsi, 47)

İstehza etmələrinin səbəbi isə izah edilənləri dinləmək istəməmələridir. Çünki bu həqiqətlərə qulaq asanda vicdanları oyanır, axirətin varlığının, ölümün və dünya həyatındakı məsuliyyətin ağıllarına gələcəyindən

Page 70: Quranı dinləməyənlər

QURANI DİNLƏMƏYƏNLƏR68

qorxurlar. Bu səbəbdən, Allahın elçiləri vasitəsilə endirdiyi dinlərə lağ etmək məqsədilə bu mövzuda fikirlərinə görə karikaturalar çəkir, istehzalı yazılar yazır, bununla nəşələnməyə və Quranda bildirilən həqiqətləri unutmağa çalışırlar.

İnkar edənlərin bu üslubu şeytanın firqəsində bir-birlərinə qarşı dərin hörmət və heyranlıq meydana gətirir. İstehza etməyi bir üstünlük kimi gördüklərindən, bunu edən insana hörmət edirlər. Etdiklərinə görə iman gətirənlərin zərər görəcəklərini və mənəvi cəhətdən çökmələrini düşünmələri isə böyük səhvdir. İnananların bu vəziyyətə baxış prizmasını anlamazlar. Çünki onlar istehzanı güc göstərişi və üstünlük kimi qavrayırlar. Halbuki istehza çarəsizliyin və gücsüzlüyün əlamətidir. İstehza fikri açıqlaması olmayan, qarşısındakı fikrə qarşı dəlil gətirə bilməyən insanların bu zəifliklərini və komplekslərini gizlətmək üçün istifadə etdikləri vasitədir. Quranda bu mövzuya xüsusilə diqqət çəkildiyi üçün istehzanın dinə inanmayanların inananlara qarşı istifadə etdiyi vasitə olduğunu bilən müsəlmanlar bu davranışı ibadət həzzi ilə qarşılayarlar. Lakin lağ edən şəxs bunu bilmədiyi üçün etdiyi hərəkətin təsirli olduğunu düşünür. Eyni hərəkət özünə qarşı ediləndə özü bundan təsirləndiyindən, qarşı tərəfin də bu cür reaksiya verəcəyindən əmin olur.

İnkarçılar dövrümüzdə də Quran ayələri və iman gətirənlər haqqında istehzalı üslubla dini zarafatlar edərək inkarlarının üstünlük olduğunu düşünərlər. İstehza ilə inkarlarını haqlı göstərməyə çalışan insanlar Allahın “Allah da onlara istehza edər və azğınlıqlarını (o qədər) artırar ki, sərgərdan gəzərlər. (Bəqərə surəsi, 15)” ayəsi ilə bildirdiyi kimi, ancaq qısa müddət istehza edə bilərlər. Ölüm gəlib çatdığı zaman “…istehza etdikləri (əzab) onları bürüyəcəkdir. (Zumər surəsi, 48)” ayəsinə uyğun məkanla qarşılaşacaqlar.

Allah lağ edənlərin cəhənnəm əzabı qarşısındakı vəziyyətlərini Quranda belə təsvir edir:

Sən onlara təəccüb edirsən, onlar isə (səni) ələ salırlar. Onlara xatırlatdıqda düşünüb ibrət almırlar. Bir möcüzə gördükdə isə ona istehza edir və deyirlər: “Bu ancaq gözlə görülən bir sehrdir. Məgər biz öldükdən, sür-sümük olub torpağa çevrildikdən sonra dirildiləcəyikmi? Ya da atalarımızmı (dirildiləcəklər)?” De: “Bəli, özü də, zəlil günə qalmış olduğunuz halda (dirildiləcəksiniz)”. Bu, təkcə dəhşətli bir səs olacaq və onlar qəfildən (dirilib) görməyə

Page 71: Quranı dinləməyənlər

HARUN YƏHYA (ADNAN OKTAR) 69

başlayacaqlar. (Günahkarlar) deyəcəklər: “Vay halımıza! Bu ki, haqq-hesab günüdür!” (Onlara deyiləcək:) “Bu, yalan saydığınız fərqləndirmə günüdür!” (Saffat surəsi, 12-21)

Şeytanın əmri: çoxluğa uyun

İnsanların Quranda bildirilən həqiqətlərdən qəflətdə olmalarının və Allahın ayələrini inkar etmələrinin ən vacib səbəblərindən biri də şeytanın onları “inkar edən insanların çoxluğu ilə” aldatmasıdır. İnsanların əksəriyyətinin Allahı inkar etməsi, yaradılış həqiqətindən qaçması və Quran əxlaqına uyğun olmayan həyat tərzi keçirməsi, öz həyatını cəmiyyətdə qəbul edilən normalara əsasən qurması bir insan üçün qaçış vasitəsidir. Bu səbəbdən, ona verilən hər suala “hamı belə edir, onlar da inkar edir, onlardan belə gördüm!” kimi qəlibləşmiş cavablar verir. Belə insanın düşdüyü vəziyyət onu düşünməkdən də məhrum edir.

Bu insanlar düşünmədən, həyatın girdabına düşərək əzbərlədikləri şeylərdən başqa “mən niyə bunları edirəm, niyə bu insanlarla birlikdəyəm, niyə onların ardınca gedirəm, niyə düşünmədən hərəkət edirəm?” kimi sualları özlərinə verməzlər. Ağıl və vicdanlarına ehtiyac duymadan, cəmiyyətin doğru və yanlışlarını olduğu kimi mənimsəyər, onların qurduğu həyat şəklini yaşayarlar. Buna səbəb olaraq isə yaşadıqları cəmiyyətin qəbul etdiklərini göstərirlər. Allahın ayələrindən üz çevirərək öz yanlış məntiq və düşüncələrini göstərici kimi qəbul etmələri, onların “güclü olduğu” kimi batil inanca qapılmalarına səbəb olur. İzdihamla birlikdə hərəkət edən şəxslərin müstəqil şəkildə düşünüb, qərar vermələri də o qədər çətin olur. Bir-birlərinin izni, razılığı olmadan hərəkət etməkdən çəkinirlər. “Çoxluğa uyma” psixologiyaları səbəbindən, haqqı, doğrunu bilsələr belə, bunu açıqlamaqdan çəkinərək səmimi qənaətlərini gizlədərlər.

Bu mövzuda ən çox rast gəldiyimiz nümunələrdən biri təkamül nəzəriyyəsini müdafiə edən materialistlərdir. Təkamülə inananlar: “İllərdən bəri müdafiə edildiyinə görə bu doğrudur”, -deyə düşünürlər, “bu qədər insan təkamülə inanırsa, mən də inanmalıyam” düşüncəsi ilə hərəkət edir və “hər kəs elmi həqiqətləri görməməzlikdən gəlirsə, hər halda mən də elə etməliyəm” nəticəsinə varırlar. Beləliklə, kor-koranə təkamül nəəzəriyyəsini müdafiə etməyi özlərinə borc bilirlər. Bu cür insanların Allahın varlığını inkar etmək üçün irəli sürdükləri ssenarilərin

Page 72: Quranı dinləməyənlər

QURANI DİNLƏMƏYƏNLƏR70

əsası “hamı inanırsa, doğrudur” şəklindədir. Belə ki, dünya səviyyəsində təşkil edilmiş bu yalana qarşı elmi mübarizə aparmaq cəsarət tələb edir, çünki qarşına milyonlarla insanı almış olursan.

Halbuki insanların əksəriyyəti “onlar dini inkar edirdilər, hamının birdən yanılmasının çətin olduğunu düşündüm” şəklində bəhanənin arxasında gizlənə biləcəklərini düşünürlər. Allah “Ənam” surəsinin 116-cı ayəsində: “Əgər sən yer üzündə olanların əksəriyyətinə itaət etsən, onlar səni Allah yolundan azdırarlar. Onlar ancaq zənnə qapılır və ancaq yalan uydururlar”, -deyə bildirərək çoxluğa uymağın doğru olmadığını xəbər vermişdir. Dolayısilə, bir fikri çox insanın müdafiə etməsi o fikrin mütləq doğru olduğu mənasına gəlməz.

Bu səbəbdən, insan hər zaman vicdanının səsini dinləməli, çoxluğun qəbul etdiyi fikirlərlə hərəkət etməkdən vaz keçməlidir. Yoxsa qarşısına çox sayda insan toplayan hər insanın doğru yolda olduğu kimi yanlış məntiq çıxacaq ki, bu da dəlillərin yerini haqsız çoxluğun alması mənasına gəlir.

Çoxluğun təsirini güc kimi qəbul edən firon da hz. Musa ilə qarşılaşdığı zaman eyni vasitədən təzyiq kimi istifadə etmək istəmişdir. Hz. Musa Allahın varlığına dair açıq-aşkar dəlilləri göstərəndə isə firon bütün xalqını bir yerə toplamışdır. Bunu etməkdə məqsədi izdiham önündə qalib olmaq və xalqa təsir etmək idi. İkincisi isə izdihamın gücünün iman gətirənlərə təsir edəcəyini düşünməsi idi. Eyni şey hz. İbrahimin bütpərəst qövmünə də aiddir. Onun qövmünün öndə gələnləri də hz. İbrahimlə danışmaq üçün bütün insanları toplamışdılar. Ayələrdə bu şəkildə buyurulur:

Onlar dedilər: “Tanrılarımızı kim bu kökə salıb? Şübhəsiz ki, o, zalımlardandır!” (Bəziləri:) “İbrahim deyilən bir gəncin onları pislədiyini eşitmişik”– dedilər. (Digərləri də:) “Onu camaatın gözü qabağına gətirin ki, şahidlik etsinlər”– dedilər. (Ənbiya surəsi, 59-61)

Əslində bu, inkar edənlərdə mövcud olan bir düşüncə tərzidir. İnkarçılar iman gətirənlərlə qarşılaşdıqları zaman yalnız olmaqdan, ətraflarında onları dəstəkləyən insanların olmamasından narahat olurlar. Həmişə izdihamlı qrupla birlikdə olmaq istəyirlər. Ancaq iman gətirənlər Allahı dost və vəkil etdiklərindən heç vaxt heç bir mövzuda sarsılmazlar. Allah inananların sayca onlardan daha çok olanlara qarşı necə imani güc

Page 73: Quranı dinləməyənlər

HARUN YƏHYA (ADNAN OKTAR) 71

ilə hərəkət etdiklərini belə xəbər verir:

(Bəzi) adamlar onlara: “Camaat sizə qarşı (ordu) toplayıbdır, onlardan qorxun!”– dedilər. Bu, onların imanını daha da artırdı və onlar: “Allah bizə yetər. O nə gözəl Qoruyandır!”– dedilər. (Ali-İmran surəsi, 173)

Şübhəsiz, möminlər Allaha olan təslimiyətləri ilə qurtulacaqlar. Şeytanı və inkarda öndə gedənləri özlərinə dost edənlərin cəhənnəmdəki yalvarışları isə dünya həyatındakı haqsız izdihamın nə qədər yanlış yolda olduğunu insanlara açıq şəkildə göstərəcək. Çünki o gün inkar edənlər peşmançılıq içində tək-tənha qaldıqlarını söyləyəcəklər. O gün güvəndikləri izdiham onlardan uzaqlaşacaq:

Həmin gün gerçək hökm vermək ancaq Rəhmana məxsusdur. O, kafirlər üçün çətin bir gün olacaqdır. Həmin gün zalım kimsə barmaqlarını dişləyərək deyəcəkdir: “Kaş ki, mən Peyğəmbərin yolunu tutub gedəydim! Vay halıma! Kaş ki, filankəslə dost olmayaydım! Çünki Zikr mənə çatdıqdan sonra o, məni ondan uzaqlaşdırdı”. Həqiqətən, şeytan insanı tənha qoyub qaçandır. Peyğəmbər: “Ey Rəbbim! Qövmüm bu Quranı tərk etdi!”– deyəcək. (Furqan surəsi, 26-30)

Page 74: Quranı dinləməyənlər

YANLIŞ FİKİRDƏNQURTULMAQ

B ir fikrə etiraz etmək və ya onu tamamilə inkar etmək üçün əvvəl bu fikir haqqında ətraflı məlumat toplamaq lazımdır. Bir fikir, təklif və

nəsihətdən heç nə oxumadan qaçmaq, bu mövzuya qarşı irəli sürüləcək alternativin olmadığını göstərir.

Bu vəziyyət Quran ayələrini dinləmək istəməyən şəxsin məntiqidir. Qurandan üz çevirənlərdən niyə Quranı dinləmədikləri, oxumadıqlarını soruşsaq, onların cavabları əvvəlki səhifələrdə qeyd etdiyimiz kimi, ya əzbərlənmiş ön mühakiməyə, ya da sadəcə zənn və təxminlərə əsaslanacaq. Bu şəxslərin Qurandan səmimiyyətsiz şəkildə qaçdıqlarının ən bariz nümunəsi isə Quran haqqında heç bir məlumatlarının olmamasıdır.

Əslində, bu, bir çox insanın bütün həyatını bürüyən böyük xətadır. İnsanların əksəriyyəti yanlış fikir ucbatından öz düşüncələrinə qarşı olan fikirləri öyrənməz, onların kitablarını oxumaq istəməzlər. Kommunist düşüncəyə sahib olanlar sadəcə öz fikirlərini müdafiə edən, faşistlər faşist düşüncəyə sahib olan şəxslərin, ateistlər də ateistlərin kitablarını oxuyarlar.

Ancaq bu vəziyyət insanların dünyagörüşünün artmasının qarşısını alır. Bir mövzu haqqında məlumatsız biri ilə o mövzu haqqında danışmaq, ona o fikrin yanlış və ya doğru tərəflərini izah etmək mümkün deyil.

Hər mövzuda məlumata yiyələnmək isə insanın qərar və fikirlərinin doğru və məqsədəuyğun olması baxımından vacibdir. Çünki məlumatsız insan hər cür təlqinə açıq olur. Bu səbəbdən, yanılma ehtimalı daha çoxdur. Şüurlu, mədəni, azad düşüncəli və dünyagörüşlü insan isə daha geniş, təhlilləri daha ətraflı, fikirləri də əzbərə yox, konkret dəlillərə əsaslanır. Məhz belə insanlara yanlışları izah etmək, doğruları göstərmək daha asandır.

İman gətirənlər üçün bu vəziyyət başqa prizmadan vacibdir. Qurandan ətraflı məlumatı olan, eyni zamanda mədəni, geniş məlumat sahibi olan möminin ətrafında baş verənlərə baxışı daha kəskin, qərarları

Page 75: Quranı dinləməyənlər

HARUN YƏHYA (ADNAN OKTAR) 73

daha məqsədəuyğun olur. Məsələn, dinsiz ideologiyaları, onların məntiqlərini və vəd etdikləri sistemlərin təhlükələrini bilən bir mömin Quranda tərif edilən əxlaqın üstünlüyünü təqdir edə bilir. Qurana qarşı olan kommunizm, faşizm və ya anarxizm kimi fikirlər haqqında məlumat sahibi olan bir mömin bu fikirləri Quranla analiz edərək insanlığa verdiyi zərərlərin fərqinə vara bilir. Beləliklə, insanlara da bu zərərləri, səhvləri bildirə, doğru olanın Quran əxlaqını yaşamaq və yaşatmaq olduğunu izah edə bilər.

Məhz bu səbəbdən, insanların inkarda yarışdıqları bir dövrdə hər müsəlmanın üzərinə düşən vəzifə hər fikir haqqında məlumat toplamaq, Qurana qarşı fikirlərlə elmi mübarizə aparmaq üçün özünü yetişdirmək, mədəniyyətini, dünyagörüşünü artırmaqdır. Baş verən hadisələr qarşısında reaksiyasız qalmaq, “qarşı tərəf bunları deyir, biz də belə cavab verək”, -deyə düşünməmək, çıxış yolları axtarmamaq müsəlmana yaraşmaz. Müsəlman böyük şövq, əzm və imanla Quranda bildirilən həqiqətləri qəlbən yaşamalı, bir yandan da Qurana qarşı fikirlərin zərərlərini, pisliklərini, bu iddiaların yanlış tərəflərini öyrənməlidir. Çünki digər insanlara din əxlaqını izah etmək, dinə qarşı olan insanlarla fikri mübarizə aparmaq ancaq onların fikirlərini bilməklə mümkün ola bilər.

Bundan başqa, Quranda Allahın bir çox ayəsi ilə xəbər verdiyi bütpərəst dinləri tanımaq, haqq dinləri necə degenerasiyaya uğradığını bilmək də vacibdir. Bununla keçmişdə baş verənlərin dövrümüzdə hansı formalarda ortaya çıxdığını görmək mümkün olur. Bu səbəbdən, Quranda “ataların dini” kimi vurğulanan batil dinləri, totem anlayışını da öyrənmək lazımdır. Belə ki, Quranda digər dinlərdən, müşriklərdən lat, uzza və mənata tapınan cəmiyyətlərdən bəhs edilir, iman gətirənlərin bu cür mövzular barədə məlumat əldə etmələrinin vacibliyinə diqqət yetirilir. Dolayısilə, müsəlman digər inanclar, ideologiyalar və fəlsəfələri yaxşı bilməli, kitablarını oxumalı və hər biri haqqında məlumata yiyələnməlidir.

Müsəlmanın öyrənməli olduğu mövzuların sayını dilədiyimiz qədər artıra bilərik. Çünki Quranda bir çox elmə - biologiya, astronomiya, arxeologiya, botanika, coğrafiya, tarix, kimya, psixologiya, incəsənət kimi bütün həyatımızı əhatə edən məlumatlara diqqət çəkən ayələr var. Bu ayələrdən anlayırıq ki, əsas məlumatlara, mədəniyyətə sahib olan imanlı bir şəxs Allahın yaratdığı hər şeyi incəliklərinə qədər öyrənəcək, gördüyü mükəmməlliyi diqqətlə araşdıracaq, dolayısilə, özünü və kainatda var olan hər şeyi yaradan Allaha dərin imanla bağlanacaq. Bundan başqa, elmi

Page 76: Quranı dinləməyənlər

QURANI DİNLƏMƏYƏNLƏR74

texnologiyadan xəbərdar olmaq Quranın möcüzələrinin görünməsində də vacib addım olacaqdır. Belə ki, “... Allahdan Öz qulları arasında ancaq alimlər qorxarlar... (Fatir surəsi, 28)” ayəsi ilə də məlumat və fikir sahibi olmağın vacibliyinə diqqət çəkilmişdir.

Müsəlmanın üzərinə düşən vacib öhdəlik

İnsanların əksəriyyəti Allaha və Qurana iman gətirdiklərini söyləyirlər. Ancaq bu insanların əksəriyyəti ömürləri boyu bir dəfə də Quranı oxumamış və Quranda bildirilən əxlaqı, ibadətləri və hökmləri yerinə yetirməmişlər. Halbuki bütün həyatını Qurandan xəbərsiz keçirmək və ya sadəcə iman gətirdiyini söyləyib Quranda tərif edilən həyatı yaşamamaq Allahın razı olmadığı bir davranışdır. Allah “Ənkəbut” surəsində bu şəkildə bildirir:

İnsanlar elə güman edirlər ki, təkcə: “İman gətirdik!”– demələri ilə onlardan əl çəkiləcək və onlar imtahan edilməyəcəklər? Biz onlardan öncəkiləri də sınaqdan keçirmişdik. Sözsüz ki, Allah doğru danışanları da, yalançıları da aşkara çıxardacaqdır. (Ənkəbut surəsi, 2-3)

Dolayısilə, Allaha və Qurana iman gətirdiyini söyləyən hər kəsin Quranı oxuması, ayələr üzərində dərin düşünməsi, Allahın bütün insanlar üçün göndərdiyi Kitabı çox yaxşı öyrənərək tətbiq etməsi vacibdir. Çünki insanlar qiyamət günündə Quranla bütün etdikləri ilə hesaba çəkiləcəklər.

İnkar edənlər isə heç oxumadan, öyrənmədən, sahib olduqları yanlış fikirləri səbəbindən Quranı inkar edirlər. Bir dəfə belə oxumadıqları, üzərində diqqətlə düşünmədikləri halda, Quranda xəbər verilən həqiqətlərdən qaçmalarının səbəbi imansızlıqlarından vaz keçməmələridir. Oxuyub-öyrəndikdən sonra nəticəyə varmaq əvəzinə, “oxusam da, fikirlərimdən və ön mühakimələrimdən vaz keçməyəcəm”, -deyərək, onlara səmimi şəkildə yaxınlaşanları əvvəlcədən rədd edərlər.

Əvvəlki səhifələrdə qeyd etdiyimiz kimi, insanların əksəriyyəti Qurandan uzaq durarkən, ayələri inkar edərkən daim ətraflarındakı insanların təsiri altında qalırlar. Bəziləri din əxlaqını bilməyən və fərqli şəkildə tətbiq edən bir insanın təsiri üzündən dindən soyuyur, bu yanlış məlumatların təsirindən illərlə qurtula bilmir. Bəziləri isə ateist və ya dinə

Page 77: Quranı dinləməyənlər

HARUN YƏHYA (ADNAN OKTAR) 75

düşmən olan bir inkarçıdan eşitdiyini özünə ölçü götürür, bütün həyatını bu düşüncələrin əsasında qurur. Bu insanların ən böyük səhvi yanlış insanlardan eşitdikləri və oxuduqları ilə din haqqında qərar vermələridir.

Allah qatında əsl din Quranda bildirilən haqq dindir. Dolayısilə, din əxlaqını (istər inanan, istər inanmayan) öyrənmək istəyən hər insan ilk növbədə Qurana müraciət etməli və Quranı səmimiyyətlə oxumalı, ayələr üzərində dərindən düşünməlidir.

Məlumatsız və şüursuz şəkildə, sadəcə belə gördüyü və öyrəndiyi üçün Qurandan qaçmaq, bunu edən hər insan üçün böyük itkidir və belə itkinin (Allahın diləməsindən başqa) axirətdə əvəzi yoxdur. Bu səbəbdən, ağıllı və vicdanlı hər insan Allahın seçdiyi və Peyğəmbərimizə (s.ə.v.) vəhy edərək göndərdiyi Kitabı oxuyub-öyrənməlidir. Allah Quranın insanları qurtuluş yollarına çatdıracağını bir ayədə belə bildirir:

... Artıq sizə Kitabdan gizlətdiyiniz şeylərin bir çoxunu bəyan edən və bir çoxunun da üstündən keçən Elçimiz gəlmişdir. Artıq sizə Allahdan bir nur və açıq-aydın bir Kitab gəldi. Allah Onun rizasını arayan şəxsləri əmin-amanlıq yollarına yönəldir, onları Öz izni ilə zülmətlərdən nura çıxarır və düz yola yönəldir. (Maidə surəsi, 15-16)

Allah “Təkvir” surəsində insanlara Qurandan qaçmamağı tövsiyə edir:

Bu, daşqalaq olunmuş şeytanın sözü də deyildir. Elə isə hara gedirsiniz? Bu, aləmlərə yalnız bir nəsihətdir – sizlərdən doğru (yolda) olmaq istəyənlər üçün. (Təkvir surəsi, 25- 28)

Məhz bu səbəbdən, iman gətirənlərin üzərinə vacib vəzifə düşür: insanların Allahın ayələrindən qaçmasının qarşısını almaq üçün ciddi şəkildə səy göstərmək. Bunun üçün ilk növbədə elmlə insanlara Quranın sonsuz hikmətlərini izah etmək, Allahın yaradılış möcüzələrinə diqqət çəkmək, hər insanı yaradılış həqiqətindən, Quran əxlaqının nəsib etdiyi gözəlliklərdən xəbərdar etmək lazımdır. Əlbəttə ki, insanların əksəriyyəti bu həqiqətləri dinləmək və oxumaq istəmirlər. Ancaq bir müsəlman dinləmək və oxumaq istəməyənlər üçün də dinləyə biləcəkləri və oxuya biləcəkləri şəkildə əsərlər yazmalı, hər alternativdən axıra qədər istifadə etməlidir.

Page 78: Quranı dinləməyənlər

QURANI DİNLƏMƏYƏNLƏRİNBÖYÜK QƏFLƏTİ

Ş eytanın yolu ilə gedən insanlar bütün kainatı yoxdan var edən Allahı inkar etdikləri üçün gördükləri hər varlığa ayrı-ayrılıqda mənlik

verirlər. Bunların hər birinin Allahdan müstəqil gücü olduğunu zənn edirlər.

Halbuki bu varlıqlar tamamilə Allahın qüdrəti və hakimiyyəti altındadır. Bu varlıqlara insanın özü və yaşadıqları da daxildir. Çünki insan beyninin içində yaşadığı maddədən ibarət dünyanı sadəcə qavrayır, yəni bu varlıqların beyninə verilən surətini görür və sadəcə beynindəki görüntülərlə əlaqədə olur. Bu görüntülərin əsli ilə əsla təmasda ola bilməz.

Məsələn, yolda gedən bir maşını görməyimiz, onun siqnal səsini eşitməyimiz və ya bu maşına mindiyimiz zaman oturacağının yumşaqlığını, metalının bərk olduğunu hiss etməyimiz üçün bu maşının əslinə çatmağımız vacib deyil. Biz maşının varlığına dair bütün məlumatları sadəcə beynimizdə hiss edirik. Dolayısilə, maşının xarici dünyada var olan əsli ilə əlaqədə olmağımız mümkün deyil. Bizim əlaqədə olduğumuz həqiqət sadəcə beş duyğu orqanımız sayəsində beynimizdə qavradığımız elektrik siqnallarından başqa bir şey deyil. Bizim ömrümüz sadəcə və sadəcə beynimizin içində keçir. Xaricdəki maddə ilə əsla əlaqədə ola bilmərik. (Ətraflı məlumat üçün baxın: Harun Yəhya, Təkamül yalanı, Sonsuzluq artıq başlamışdır, Həqiqəti bilmək, Xəyalın digər adı : maddə, Qüllədəki kiçik adam)

Eynilə, mitinqdə çıxış edən insan da, əslində, beyninin içindəki izdiham üçün danışır. Bu insan izdiham üçün danışdığını sadəcə zənn edir. Yəni çıxış edən insan beyninin içindəki mitinqdən kənara çıxmaz. İzdihamı təşkil edən insanlar da hər biri ayrı-ayrı onlara səslənən bu insanı öz beyinlərində görürlər. Bütün danışıqlar, bağırtılar insan beynindən kənara çıxmır.

Dolayısilə, heç vaxt əslinə çata bilməyəcəyi bir şeyin arxasınca qaçmaq, heç vaxt əsilləri ilə danışmadığı insanlara dəyər vermək, heç

Page 79: Quranı dinləməyənlər

HARUN YƏHYA (ADNAN OKTAR) 77

vaxt əslinə toxunmadığı əşyaları mənimsəmək beynindəki görüntünün xaricinə çıxa bilməyən bir şəxs üçün çox mənasızdır. Bu mövzunu yuxu nümunəsi üzərində düşünə bilərsiniz. Məsələn, yuxuda ətrini hiss etdiyiniz, görüntüsünü gördüyünüz, istiliyini hiss etdiyiniz bir yemək olmadığı halda, bu yeməyin dadına baxa bilər, hətta istidən dilinizin yandığını hiss edə bilərsiniz. Yaxud da məsuliyyətli bir işə gecikdiyinizi, buna görə də həyəcanlandığınızı da həyatdakı kimi bütün detalları ilə yuxunuzda yaşaya bilərsiniz. Yuxudan oyanana qədər də yaşadığınızın həqiqiliyindən əmin olursunuz. Məhz yuxuda yaşanan bu hadisələr, yaşadığımız dünyaya da aid ola bilər.

Bu, dünyaya bağlanan insanların düşünmək istəmədikləri aşıq-aşkar elmi həqiqətdir. Nə qədər qaçmağa çalışsalar da, qəbul etməmək üçün nə qədər israr etsələr də, bu, bir həqiqətdir. Üstəlik bu, insanın bütün həyatı boyu yaşadığı bir həqiqətdir. Bundan qaçan hər kəs bilməlidir ki, beyninin içindəki dünyadan kənara çıxması əsla mümkün deyil. Dolayısilə, maddənin mütləq varlığı ilə əlaqədə olduğuna inanaraq Quranı inkar edənlər bu vacib məlumatlar əsasında düşünsələr, dəyər verdikləri şeylərin, əslində, bir qavramadan ibarət olması həqiqəti ilə üz-üzə qalacaqlar. Beləliklə, həvəslə bağlanmalarına, qorxmalarına və ya qürurlanmalarına səbəb olan şeylər də mənasını itirəcək.

Eynilə, sözlərinə etibar edilən, öndər qəbul edilən insanlar da Allahın insanların beynində yaratdığı qavramadan ibarətdir. Dolayısilə, şeytana, onun insan surətindəki təcəllilərinə və ya təsiri altındakı insanlara qeyd-şərtsiz itaət etmək, əslində, yuxarıda bəhs etdiyimiz maddədən ibarət dünya ilə əlaqədə olduğunu düşünməkdən başqa bir şey deyil.

Bir insan maddənin əsl mahiyyəti ilə bağlı bu vacib həqiqətlərin fərqinə varmadan illərlə yaşaya bilər. Bəlkə bir çox insan kimi ətrafındakı insanları, təbiəti və bütün kainatı beyninin içində gördüyünü, xaricdə olanların həqiqətləri ilə əsla əlaqədə olmayacağını düşünməyə bilər. Ancaq bir neçə saniyə diqqətini toplayıb, səmimiyyətlə düşünməsi insanın bütün həyata baxışını dəyişməsi və yanlış fikirlərdən qurtulması üçün yetərlidir.

Məsələn, siz əlinizdə tutduğunuz bu kitabı, kitabda yazılanları, bir-bir çevirdiyiniz səhifələri düşünün. Əslində, bunların hər biri duyğularınız vasitəsilə beyninizə gələn qavramadan ibarətdir. Gördüyünüzü zənn etdiyiniz kitabın əsli ilə təmasda olmadığınızı, yalnız beyninizə gedən elektrik siqnallarını qavradığınızı, səhifələri çevirdiyiniz əlinizin əsli ilə ömrünüz boyu heç qarşılaşmadığınızı bir daha düşünün. Bu möcüzəvi

Page 80: Quranı dinləməyənlər

QURANI DİNLƏMƏYƏNLƏR78

vəziyyəti anladığınız an əsl həyata başlayacaqsınız. Çünki maddənin əsli ilə heç vaxt əlaqədə olmayacağını və sadəcə xaricdə olanların görüntülərini görəcəyinizi əsl mənada anlamaq insanın dünya həyatında öyrənəcəyi ən böyük elmi həqiqətdir.

Bütün bu həqiqətlər insanın Allahın qarşısındakı aciz vəziyyətini bir daha sübut edir. Çünki şeytanın insanı boş vədlərlə aldatdığı dünya həyatı da insan üçün xəyal dünyasından başqa bir şey deyil. Bütün bu həqiqətlər hər şeyi yaradan Rəbbimizə təslim olmağımıza, Ona iman gətirməyimizə və Ondan qorxmağımıza gözəl vasitədir.

Bu kitabda izah edilənlər bütün insanlara bir xəbərlarlıqdır. Ümid edirik ki, vicdanlarının səsini dinləyənlər bu çağırışı dinləyib həqiqətlərdən qaçmazlar. Allah bir ayədə belə buyurur:

Həqiqətən, bunda ibadət edənlər üçün bir bildiriş vardır. (Ənbiya surəsi, 106)

Page 81: Quranı dinləməyənlər

NƏTİCƏ

B u kitabda izah edilən insan xarakterlərini əsla özünüzdən uzaq görməyin. Çünki siz də Quranı indiyə qədər oxumamış və ya oxumaq

istəsəniz də, indiyə qədər sahib olduğunuz ön mühakimələrə görə oxumaqdan vaz keçə bilərsiniz. Bəlkə gündəlik işlərinizin çoxluğundan vaxt ayıra bilmədiyinizi düşünərək belə qərar vermiş, bəlkə də ətrafınızdan “çox oxuma, yoxsa təsiri altına düşərsən” kimi məntiqsiz təlqinlər ala bilərsiniz. Ya da sadaladığımız bu ehtimalların heç birini yaşamamış və Quranı oxumağı ağlınızdan belə keçirməyə bilərsiniz. Ancaq önünüzdə böyük bir imkan var: şeytanın insanların Quranı dinləmələrinə mane olmaq üçün verdiyi əmrlərə tabe olmayıb vicdanınızın səsini dinləyə bilərsiniz.

Əgər Quranı oxuyan, ayələrdə bildirilən həqiqətləri bilən bir insansanızsa, yenə də qarşınıza gözəl bir fürsət çıxmışdır. Burada izah edilənlərdən, Qurandan qaçan insanların necə böyük bir zərərdə olduqlarını görmüş vicdanlı bir insan kimi başqalarının da Quranı oxumalarını tövsiyə edə bilərsiniz. İnsanları Allahın dinini öyrənməyə, Quran əxlaqını yaşamağa, İslamın verdiyi gözəllikləri öyrənməyə təşviq edə bilərsiniz.

Hər şeyi yoxdan var edən və dünyanı insanlar üçün bir imtahan yeri edən Rəbbimiz şeytana güc verib insanlara “eşitmə, dinləmə, düşünmə” dedizdirir. Ancaq siz bu imtahanın fərqinə varıb şeytanın əmrlərinə qulaqlarınızı tıxamalı və vicdanınızın: “Eşit, dinlə”, -deyən sözünə tabe olmalısınız. Unutmayın ki, sizə şeytanın təlqinlərini verən, Allaha iman gətirməyinizə mane olan, güc və iqtidar sahibi görünən öndərləriniz də, Allahın sizi sınamaq üçün yaratdığı varlıqlardır. Allah şeytanın bu çağırışlarına necə qarşılıq verəcəyinizlə bağlı sizi sınayır. Eynilə, onların “kitabları oxumayın, düşünməyin” əmrlərini verən səsi yaradanın da Allah olduğunu əsla unutmayın.

Unutmayın ki, bu insanların hər birinin ayrı-ayrı güc sahibi olduğunu düşünərək, onlardan çəkinmək, qorxmaq və heç düşünmədən onlara itaət etmək böyük səhvdir. Çünki o insanların hər biri də Allahın onlar

Page 82: Quranı dinləməyənlər

QURANI DİNLƏMƏYƏNLƏR80

üçün yazdığı qədərə təslim olur və Allah diləmədikcə heç nəyə güc yetirə bilməzlər. Ancaq bir həqiqət var, o da bütün insanların bu gün, ya da sabah, yaxın, ya da uzaq bir zamanda mütləq ölüm mələkləri ilə qarşılaşıb tək-tənha hesaba çəkiləcəkləridir. Hər insan istəsə də, istəməsə də, ağ bezə sarılıb yerin üç metr altına girəcək və üstünə torpaq atılacaq. Hər insan Allahın hüzuruna çıxacaq. Bilin ki, insan Allahın hüzuruna çıxdığı anda yanında onu Allahı inkar etməsini dəstəkləyən, təşviq edən, hətta özü də inkar edən, dost sandığı insanlardan heç biri olmayacaq. Bu səbəbdən, sizi inkara təşviq edən insanların canlı və sağlam olmaları sizi aldatmasın. Çünki hesab günü o insanların heç birini yanınızda görməyəcəksiniz. Allah ayədə belə bildirir:

Hüzurumuza ilk dəfə sizi xəlq etdiyimiz kimi tək-tənha, həm də sizə verdiyimiz (nemətləri) arxanızda qoyub gəldiniz. Öz aranızda (Allaha) şərik saydığınız şəfaətçilərinizi də yanınızda görmürük. Artıq aranızda əlaqə qırılmış, iddia etdiyiniz (tanrılar) isə sizdən uzaqlaşmışdır. (Ənam surəsi, 94)

Bu səbəbdən siz də o gün gəlmədən öncə Quran həqiqətindən qaçmaqdan vaz keçin, vaxtınızı Quranı oxumağa və oxutmağa, Quran ayələri üzərində düşünməyə və düşündürməyə ayırın.

Page 83: Quranı dinləməyənlər

Təkamül yalanı

Darvinizm, yəni təkamül nəzəriyyəsi yaradılış həqiqətini rədd etmək məqsədi ilə ortaya atılan, lakin müvəffəqiyyətli ola bilməyən və

elmdən kənar olan mənasız fikirdən başqa bir şey deyil. Canlının cansız maddələrdən təsadüfən meydana gəldiyini iddia edən bu nəzəriyyə kainatda və canlılarda çoxlu möcüzəvi nizam olduğunun elm tərəfindən isbat edilməsilə dəlilsiz hala gəlmişdir. Beləcə, Allahın bütün kainatı və canlıları yaratdığı həqiqəti elm tərəfindən də sübut edilmişdir. Bu gün təkamül nəzəriyyəsinə dəstək olmaq üçün dünya səviyyəsində aparılan təbliğat yalnız elmi həqiqətlərin təhrif edilməsinə, tərəfli şərh olunmasına, elm adı altında deyilən yalanlara və edilən saxtakarlıqlara əsaslanır.

Ancaq bu təbliğat həqiqəti gizləyə bilmir. Təkamül nəzəriyyəsinin elm tarixinin ən böyük yalanı olduğu son 20-30 ildə elm dünyasında getdikcə daha yüksək səslə dilə gətirilir. Xüsusilə 1980-ci illərdən sonra aparılan araşdırmalar darvinist iddiaların tamamilə səhv olduğunu ortaya qoymuş və bu həqiqət bir çox alim tərəfindən də dilə gətirilmişdir. Xüsusilə ABŞ-da biologiya, biokimya, paleontologiya kimi fərqli sahələrdən olan çoxlu sayda tədqiqatçı alim darvinizmin əsassızlığını görür, canlıların mənşəyini artıq yaradılış həqiqəti ilə açıqlayırlar.

Təkamül nəzəriyyəsinin süqutunu və yaradılışın dəlillərini digər bir çox əsərlərimizdə bütün elmi detalları ilə göstərdik və göstərməyə davam edirik. Ancaq mövzunu daşıdığı böyük əhəmiyyət səbəbilə burada da yekunlaşdırmaqda fayda vardır.

Darvini yıxan çətinliklərTəkamül nəzəriyyəsi tarixinin qədim yunanlara qədər gedib çıxan bir

nəzəriyyə olmasına baxmayaraq, əhatəli olaraq 19-cu əsrdə ortaya atıldı. Nəzəriyyəni elm dünyasının gündəliyinə gətirən ən əhəmiyyətli yenilik Çarlz Darvinin 1859-cu ildə nəşr olunan “Növlərin mənşəyi” adlı kitabı idi. Darvin bu kitabda dünyadakı fərqli canlı növlərinin Allahın ayrı-ayrı

Page 84: Quranı dinləməyənlər

QURANI DİNLƏMƏYƏNLƏR82

yaratdığı həqiqətinə qarşı çıxırdı. Darvinə görə, bütün növlər ortaq bir atadan gəlirdilər və zamanla kiçik dəyişmələrlə fərqliləşiblər.

Darvinin nəzəriyyəsi heç bir konkret elmi tapıntıya əsaslanmırdı; özünün də qəbul etdiyi kimi, yalnız bir “məntiq irəli sürmək” idi. Hətta Darvinin kitabındakı “Nəzəriyyənin çətinlikləri” başlıqlı uzun hissədə etiraf etdiyi kimi, nəzəriyyə bir çox əhəmiyyətli suala cavab verə bilmirdi.

Darvin nəzəriyyəsinin önündəki çətinliklərin inkişaf edən elm tərəfindən aşılacağını, yeni elmi tapıntıların nəzəriyyəsini gücləndirəcəyini ümid edirdi. Bunu kitabında tez-tez ifadə etmişdi. Ancaq inkişaf edən elm Darvinin ümidlərinin tam əksinə, nəzəriyyənin təməl iddialarını bir-bir əsassız etmişdir.

Darvinizmin elm qarşısındakı uduzması üç təməl başlıqda araşdırıla bilər:

1) Nəzəriyyə həyatın yer üzündə ilk dəfə necə ortaya çıxdığını heç cür açıqlaya bilmir.

2) Nəzəriyyənin qarşıya qoyduğu “təkamül mexanizmləri”nin, həqiqətdə təkmilləşdirici bir təsirə sahib olduğunu göstərən heç bir elmi tapıntı yoxdur.

3) Fosil (qalıq) qeydləri təkamül nəzəriyyəsinin nəzərdə tutduqlarının tam əksi olan bir cədvəl ortaya qoyur.

Bu hissədə bu üç təməl başlığı ana xətləri ilə araşdıracağıq.

Keçilə bilməyən ilk pillə: Həyatın mənşəyi Təkamül nəzəriyyəsi bütün canlı növlərinin bundan təxminən 3.8

milyard il əvvəl ibtidai dünyada ortaya çıxan tək bir canlı hüceyrədən gəldiyini iddia edir. Tək bir hüceyrənin necə oldu ki, milyonlarla kompleks canlı növünü meydana gətirdiyi və əgər həqiqətən bu cür təkamül reallaşmışdırsa, niyə bunun izlərinin fosil qeydlərində olmadığı nəzəriyyənin açıqlaya bilmədiyi suallardandır. Ancaq bütün bunlardan əvvəl iddia edilən təkamül müddətinin ilk pilləsi üzərində dayanmaq lazımdır. Haqqında danışılan o “ilk hüceyrə” necə ortaya çıxmışdır?

Page 85: Quranı dinləməyənlər

HARUN YƏHYA (ADNAN OKTAR) 83

Təkamül nəzəriyyəsi yaradılışı rədd etdiyi və heç bir fövqəltəbii müdaxiləni qəbul etmədiyi üçün, o “ilk hüceyrə”nin heç bir məqsəd, plan və tənzimləmə olmadan təbiət qanunları içində təsadüfi olaraq meydana gəldiyini iddia edir. Yəni nəzəriyyəyə görə, cansız maddə təsadüflər nəticəsində ortaya canlı bir hüceyrə çıxarmalıdır. Ancaq bu, məlum olan ən fundamental biologiya qanunlarına zidd bir iddiadır.

“Həyat həyatdan gəlir”Darvin kitabında həyatın mənşəyi mövzusundan heç danışmamışdı.

Çünki onun dövründəki ibtidai elm anlayışı canlıların çox sadə bir quruluşa sahib olduğunu fərz edirdi. Orta əsrlərdən bəri insanların inandığı “öz-özünə törəyən nəsil” adlı nəzəriyyəyə görə, cansız maddələrin təsadüfən bir yerə gəlib canlı bir varlıq meydana gətirə biləcəyinə inanırdılar. Bu dövrdə böcəklərin yemək artıqlarından, siçanların da buğdadan meydana gəldiyi məşhur bir düşüncə idi. Bunu isbat etmək üçün maraqlı təcrübələr aparılmışdı. Çirkli bir əskinin üzərinə bir az buğda qoyulmuş və bir az gözlədikdə bu qarışıqdan siçanların meydana gələcəyi zənn edilmişdi.

Ətlərin qurdlanması da həyatın cansız maddələrdən törəyə bildiyinə bir dəlil sayılırdı. Halbuki daha sonra aydın olacaqdı ki, ətlərin üzərindəki qurdlar öz-özlərinə meydana gəlmirlər, ağcaqanadların gətirdiyi gözlə görünməyən sürfələrdən çıxırdılar.

Darvinin “Növlərin mənşəyi” adlı kitabını yazdığı dövrdə isə bakteriyaların cansız maddədən meydana gəldiyi inancı elm dünyası tərəfindən qəbul edildi.

Halbuki Darvinin kitabının nəşr olunmasından beş il sonra məşhur fransız bioloq Luis Pastor təkamülə əsas təşkil edən bu inancı qəti olaraq təkzib etdi. Pastor apardığı uzun təcrübələr nəticəsində aldığı nəticəni belə yekunlaşdırmışdı:

Cansız maddələrin həyat meydana gətirə biləcəyi iddiası artıq qəti olaraq tarixə basdırılmışdır.1

Təkamül nəzəriyyəsinin müdafiəçiləri Pastorun tapıntılarına qarşı uzun müddət müqavimət göstərdilər. Ancaq inkişaf edən elm canlı hüceyrəsinin kompleks quruluşunu ortaya çıxardıqca həyatın öz-özünə meydana gələ biləcəyi iddiasının əsassızlığı daha da aydınlaşdı.

Page 86: Quranı dinləməyənlər

QURANI DİNLƏMƏYƏNLƏR84

20-ci əsrdəki nəticəsiz səylər20-ci əsrdə həyatın mənşəyi mövzusunu tədqiq edən ilk təkamülçü

məşhur rus bioloq Aleksandr Oparin oldu. Oparin 1930-cu illərdə ortaya atdığı bəzi tezislərlə canlı hüceyrəsinin təsadüfən meydana gələ biləcəyini isbat etməyə çalışdı. Ancaq bu işlər müvəffəqiyyətsizliklə nəticələnəcək və Oparin bu etirafı etmək məcburiyyətində qalacaqdı:

Təəssüf ki, hüceyrənin mənşəyi təkamül nəzəriyyəsinin tamamını əhatə edən ən qaranlıq nöqtəni meydana gətirir.2

Oparinin yolunu izləyən təkamülçülər həyatın mənşəyi mövzusunu həll edəcək təcrübələr aparmağa çalışdılar. Bu təcrübələrin ən məşhuru amerikalı kimyaçı Stanley Miller tərəfindən 1953-cü ildə təşkil edildi. Miller ibtidai Yer atmosferində olduğunu iddia etdiyi qazları bir təcrübə qurğusunda birləşdirib və bu qarışığa enerji əlavə edib proteinlərin quruluşunda istifadə edilən bir neçə orqanik molekul (aminoasid) sintez etdi.

O illərdə təkamül adına əhəmiyyətli bir mərhələ kimi tanıdılan bu təcrübənin əsaslı olmadığı və təcrübədə istifadə edilən atmosferin həqiqi dünya şərtlərindən çox fərqli olduğu növbəti illərdə ortaya çıxacaqdı.3

Uzun sürən səssizlikdən sonra Millerin özü də istifadə etdiyi atmosfer mühitinin həqiqi olmadığını etiraf etdi.4

Həyatın mənşəyi problemini açıqlamaq üçün 20-ci əsr boyu aparılan bütün təkamülçü səylər davamlı olaraq müvəffəqiyyətsizliklə nəticələndi. San Diego Scripps institutundan məşhur geokimyaçı Jefrey Bada təkamülçü “Earth” jurnalında 1998-ci ildə nəşr olunan bir məqalədə bu həqiqəti belə qəbul edir:

Bu gün 20-ci əsri geridə qoyarkən hələ 20-ci əsrə girdiyimizdə sahib olduğumuz ən böyük həll edilməmiş problemlə qarşı-qarşıyayıq: Həyat yer üzündə necə başladı.5

Həyatın kompleks quruluşu Təkamül nəzəriyyəsinin həyatın mənşəyi mövzusunda belə böyük

çətinliyə düşməsinin başlıca səbəbi ən sadə zənn edilən canlı quruluşların inanılmaz dərəcədə kompleks quruluşlara sahib olmasıdır. Canlı hüceyrəsi insanların düzəltdiyi bütün texnoloji məhsullardan daha kompleksdir.

Page 87: Quranı dinləməyənlər

HARUN YƏHYA (ADNAN OKTAR) 85

Belə ki, bu gün dünyanın ən inkişaf etmiş laboratoriyalarında belə cansız maddələr bir yerə gətirilərək canlı bir hüceyrə çıxarıla bilmir.

Bir hüceyrənin meydana gəlməsi üçün lazım olan şərtlər əsla təsadüflərlə açıqlana bilməyəcək qədər çoxdur. Hüceyrənin ən fundamental quruluş maddəsi olan proteinlərin təsadüfi olaraq sintez edilmə ehtimalı 500 aminoasidlik orta hesabla bir protein üçün 10950/1-dir. Ancaq riyaziyyatda 1050/1-dən kiçik ehtimallar praktik olaraq qeyri-mümkün sayılır. Hüceyrənin nüvəsində yerləşən və genetik məlumatı saxlayan DNT molekulu isə inanılmaz bir məlumat bankıdır. İnsan DNT-sinin ehtiva etdiyi məlumatın kağıza köçürüldüyü təqdirdə 500 səhifədən ibarət 900 cildlik bir kitabxana meydana gətirəcəyi hesablanmışdır.

Bu nöqtədə çox maraqlı bir dilemma əlavə var: DNT yalnız bəzi xüsusiləşmiş proteinlərin (fermentlərin) köməyi ilə cütləşə bilər. Amma bu fermentlərin sintezi də ancaq DNT-dəki məlumatlar yönündə reallaşır. Bir-birindən asılı olduqlarından cütləşmənin meydana gəlməsi üçün ikisi də eyni anda mövcud olmalıdırlar. Bu isə həyatın öz-özünə meydana gəldiyi ssenarisini çarəsiz vəziyyətə salır. San Diego California universitetindən məşhur təkamülçü professor Lesley Orqel “Scientific american” jurnalının oktyabr, 1994 tarixli sayında bu həqiqəti belə etiraf edir:

Son dərəcə kompleks quruluşlara sahib olan proteinlərin və nuklein turşularının (RNT və DNT) eyni yerdə və eyni zamanda təsadüfi olaraq meydana gəlmələri həddindən artıq ehtimaldan kənardır. Amma bunların biri olmadan digərini əldə etmək də mümkün deyil. Dolayısı ilə, insan həyatın kimyəvi yollarla ortaya çıxmasının əsla mümkün olmadığı nəticəsinə gəlmək məcburiyyətində qalır.6

Şübhəsiz, əgər həyatın təbii amillərlə ortaya çıxması qeyri-mümkündürsə, bu vəziyyətdə həyatın fövqəltəbii bir şəkildə yaradıldığını qəbul etmək lazımdır. Bu həqiqət əsas məqsədi yaradılışı rədd etmək olan təkamül nəzəriyyəsini açıq şəkildə əsassız edir.

Təkamülün xəyali mexanizmləriDarvin nəzəriyyəsini əsassız edən ikinci böyük nöqtə nəzəriyyənin

“təkamül mexanizmləri” olaraq qarşıya qoyduğu iki anlayışın həqiqətdə heç bir təkmilləşdirici gücə sahib olmadığının aydınlaşmasıdır. Darvin ortaya atdığı təkamül iddiasını tamamilə “təbii seleksiya” mexanizminə

Page 88: Quranı dinləməyənlər

QURANI DİNLƏMƏYƏNLƏR86

bağlamışdı. Bu mexanizmə verdiyi əhəmiyyət kitabının adından da açıq şəkildə aydın olurdu: Növlərin mənşəyi, təbii seleksiya yolu ilə...

Təbii seleksiya təbii seçmə deməkdir. Təbiətdəki həyat mübarizəsində təbii şərtlərə uyğun və güclü canlıların həyatda qaldığı düşüncəsinə əsaslanır. Məsələn, yırtıcı heyvanlar tərəfindən təhdid edilən bir maral sürüsündə daha sürətli qaçan marallar həyatda qalır. Beləcə, maral sürüsü sürətli və güclülərdən meydana gəlir. Amma, əlbəttə, bu mexanizm maralları təkmilləşdirməz, onları başqa bir canlı növünə, məsələn, atlara çevirməz.

Dolayısı ilə, təbii seleksiya mexanizmi heç bir təkmilləşdirici gücə sahib deyil. Darvin də bu həqiqətin fərqində idi və “Növlərin mənşəyi” adlı kitabında: “faydalı dəyişikliklər meydana gəlmədiyi müddətdə təbii seleksiya heç bir şey edə bilməz”,- demək məcburiyyətində qalmışdı.7

Lamarkın təsiriBəs bu “faydalı dəyişikliklər” necə meydana gələ bilərdi? Darvin

öz dövrünün ibtidai elm anlayışı içində bu sualı Lamarka əsaslanıb cavablandırmağa çalışmışdı. Darvindən əvvəl yaşamış fransız bioloq Lamarka görə, canlılar yaşayış dövrlərində keçirdikləri fiziki dəyişiklikləri sonrakı nəslə köçürürlər və nəsildən nəslə yığılan bu xüsusiyyətlər nəticəsində yeni növlər ortaya çıxırdı. Məsələn, Lamarka görə, zürafələr ceyranlardan törəmişdir, yüksək ağacların yarpaqlarını yeməyə çalışarkən nəsildən nəslə boyunları uzanmışdı.

Darvin də bənzəri nümunələr vermiş, məsələn, “Növlərin mənşəyi” adlı kitabında yemək tapmaq üçün suya girən bəzi ayıların zamanla balinalara çevrildiyini iddia etmişdi.8

Amma Mendelin kəşf etdiyi və 20-ci əsrdə inkişaf edən genetika elmi ilə dəqiqləşən irsilik qanunları qazanılmış xüsusiyyətlərin sonrakı nəsillərə köçürülməsi əfsanəsini qəti olaraq rədd etdi. Beləcə, təbii seleksiya “özbaşına” və dolayısı ilə, tamamilə təsirsiz bir mexanizm olaraq qalırdı.

Neodarvinizm və mutasiyalarDarvinistlər bu vəziyyətə bir həll tapa bilmək üçün 1930-cu illərin

sonlarında “Müasir sintetik nəzəriyyə”ni və ya daha məşhur adı ilə desək, neodarvinizmi ortaya atdılar. Neodarvinizm təbii seleksiyaya

Page 89: Quranı dinləməyənlər

HARUN YƏHYA (ADNAN OKTAR) 87

“faydalı dəyişiklik səbəbi” olaraq mutasiyaları, yəni canlıların genlərində radiasiya kimi xarici təsirlər və ya köçürmə səhvləri nəticəsində yaranan pozulmaları əlavə etdi.

Bu gün də hələ dünyada təkamül adına əsaslılığını qoruyan model neodarvinizmdir. Nəzəriyyə Yer üzündəki milyonlarla canlı növünün bu canlıların qulaq, göz, ağciyər, qanad kimi saysız kompleks orqanlarının “mutasiyalara”, yəni genetik pozulmalara əsaslanan müddət nəticəsində meydana gəldiyini iddia edir. Amma nəzəriyyəni çarəsiz duruma salan açıq bir elmi həqiqət vardır: Mutasiyalar canlıları inkişaf etdirməzlər, əksinə, həmişə canlılara zərər verərlər.

Bunun səbəbi çox sadədir: DNT çox kompleks bir quruluşa malikdir. Bu molekul üzərində yaranan hər hansı bir təsadüfi təsir ancaq zərər verər. Amerikalı genetik B.G.Ranganathan bunu belə açıqlayır:

Mutasiyalar kiçik, təsadüfi və zərərlidirlər. Çox nadir hallarda meydana gəlirlər və ən yaxşı halda təsirsizdirlər. Bu üç xüsusiyyət mutasiyaların təkamüli inkişaf meydana gətirə bilməyəcəyini göstərir. Onsuz da yüksək dərəcədə xüsusiləşmiş orqanizmdə meydana gələ biləcək təsadüfi bir dəyişmə ya təsirsizdir, ya da zərərlidir. Bir qol saatında meydana gələn təsadüfi dəyişmə qol saatını inkişaf etdirməz. Ona böyük ehtimalla zərər verər və ya ən yaxşı halda təsirsiz olar. Bir zəlzələ bir şəhəri inkişaf etdirməz, onu dağıdar.9

Necə ki, bu günə qədər heç bir faydalı, yəni genetik məlumatı inkişaf etdirən mutasiya nümunəsi müşahidə edilməmişdir. Bütün mutasiyaların zərərli olduğu görülmüşdür. Aydın olmuşdur ki, təkamül nəzəriyyəsinin “təkamül mexanizmi” olaraq göstərdiyi mutasiyalar həqiqətdə canlıları yalnız korlayan, şikəst edən genetik hadisələrdir. (İnsanlarda mutasiyanın ən çox görünən təsiri xərçəngdir). Əlbəttə, korlayıcı bir mexanizm “təkamül mexanizmi” ola bilməz. Təbii seleksiya isə Darvinin də qəbul etdiyi kimi, “özbaşına heç bir şey edə bilməz”. Bu həqiqət bizlərə təbiətdə heç bir “təkamül mexanizmi”nin olmadığını göstərir. Təkamül mexanizmi olmadığına görə də təkamül deyilən xəyali müddət yaşana bilməz.

Page 90: Quranı dinləməyənlər

QURANI DİNLƏMƏYƏNLƏR88

Fosil qeydləri: Ara nümunələrin izi yoxdurTəkamül nəzəriyyəsinin iddia etdiyi ssenarinin yaşanmadığının ən

açıq göstəricisi isə fosil (qalıq) qeydləridir.

Təkamül nəzəriyyəsinə görə, bütün canlılar bir-birlərindən törəmişlər. Əvvəldən var olan bir canlı növü zamanla bir başqasına çevrilmiş və bütün növlər bu şəkildə ortaya çıxmışlar. Nəzəriyyəyə görə, bu çevrilmə yüz milyonlarla il davam edən uzun zaman kəsiyini əhatə etmiş və addım-addım irəliləmişdir.

Bu vəziyyətdə iddia edilən uzun çevrilmə müddətində saysız “ara növlər” meydana gəlməli və yaşamalıdırlar.

Məsələn, keçmişdə balıq xüsusiyyətlərini daşımalarına baxmayaraq, bir tərəfdən də bəzi sürünən xüsusiyyətləri qazanan yarı balıq, yarı sürünən canlılar yaşamalıdır. Yaxud sürünən xüsusiyyətlərini daşıyarkən bir tərəfdən də bəzi quş xüsusiyyətləri qazanan sürünən quşlar ortaya çıxmalıdır. Bunlar bir keçiş müddətində olduqları üçün şikəst və qüsurlu canlılar olmalıdır. Təkamülçülər keçmişdə yaşadıqlarına inandıqları bu nəzəri varlıqlara “ara keçid nümunəsi” adını verirlər.

Əgər həqiqətən bu cür canlılar keçmişdə yaşamışdırsa, bunların sayı və növləri milyonlarla, hətta milyardlarla olmalıdır və bu əcaib canlıların fosillərinə mütləq fosil qeydlərində rast gəlinməldir. Darvin “Növlərin mənşəyi”ndə bunu belə açıqlamışdır:

“Əgər nəzəriyyəm doğrudursa, növləri bir-birinə bağlayan saysız ara keçid növləri mütləq yaşamalıdır... Bunların yaşadıqlarının dəlilləri də yalnız fosil qalıqları arasında ola bilər.10

Darvinin puç olan ümidləriAncaq 19-cu əsrin ortalarından bu yana dünyanın dörd tərəfində

çoxlu fosil araşdırmaları aparıldığı halda, keçiş nümunələrinə rast gəlinməmişdir. Aparılan qazıntı işlərində və araşdırmalarda əldə edilən bütün tapıntılar təkamülçülərin gözlədiklərinin əksinə, canlıların yer üzündə birdən-birə qüsursuz və nöqsansız şəkildə ortaya çıxdığını göstərmişdir.

Məşhur ingilis paleontoloq Derek W.Ager bir təkamülçü olmasına baxmayaraq, bu həqiqəti belə etiraf edir:

Page 91: Quranı dinləməyənlər

HARUN YƏHYA (ADNAN OKTAR) 89

Problemimiz budur: Fosil qeydlərini detallı olaraq araşdırdığımızda istər növlər, istərsə də siniflər səviyyəsində olsun davamlı olaraq eyni həqiqətlə qarşılaşırıq; pilləli təkamüllə inkişaf edən deyil, birdən-birə yer üzündə yaranan qruplar görürük.11

Yəni fosil qeydlərində bütün canlı növləri arasında heç bir keçiş nümunəsi olmadan qüsursuz şəkilləri ilə birdən-birə ortaya çıxırlar. Bu, Darvinin nəzərdə tutduğunun tam əksinədir. Əlavə də bu canlı növlərinin yaradıldıqlarını göstərən çox güclü bir dəlildir. Çünki bir canlı növünün öz-özünə təkmilləşən heç bir atası olmadan bir anda və qüsursuz olaraq ortaya çıxmasının tək izahı o növün yaradılmış olmasıdır. Bu həqiqət məşhur təkamülçü bioloq Douglas Futuyma tərəfindən də qəbul edilir:

Yaradılış və təkamül yaşayan canlıların mənşəyi haqqında verilə biləcək yeganə iki açıqlamadır. Canlılar dünyada ya tamamilə mükəmməl və qüsursuz bir şəkildə ortaya çıxmışlar, ya da belə olmamışdır. Əgər belə olmamışdırsa, bir dəyişmə müddəti sayəsində özlərindən əvvəl var olan bəzi canlı növlərindən təkmilləşərək meydana gəlməlidirlər. Amma əgər qüsursuz və mükəmməl bir şəkildə ortaya çıxmışlarsa, o halda, sonsuz güc sahibi olan bir ağıl tərəfindən yaradılmış olmalıdırlar.12

Fosillər isə canlıların yer üzündə qüsursuz və mükəmməl bir şəkildə ortaya çıxdıqlarını göstərir. Yəni “növlərin mənşəyi” Darvinin zənn etdiyinin əksinə, təkamül deyil, yaradılışdır.

İnsanın təkamülü nağılıTəkamül nəzəriyyəsini müdafiə edənlərin ən çox gündəliyə gətirdikləri

mövzu insanın mənşəyi mövzusudur. Bu mövzudakı darvinist iddia bu gün yaşayan müasir insanın meymunabənzər bəzi varlıqlardan gəldiyini fərz edir. 4-5 milyon il əvvəl başladığı fərz edilən bu müddətdə müasir insanla ataları arasında bəzi “ara nümunə”lərin yaşadığı iddia edilir. Həqiqətdə tamamilə xəyali olan bu ssenaridə dörd təməl “kateqoriya” sayılır:

1-Australopithecus

2-Homo habilis

3-Homo erectus

4-Homo sapiens

Page 92: Quranı dinləməyənlər

QURANI DİNLƏMƏYƏNLƏR90

Təkamülçülər insanların sözdə ilk meymunabənzər atalarına “cənub meymunu” mənasını verən australopithecus adını verirlər. Bu canlılar həqiqətdə soyu tükənmiş bir meymun növündən başqa bir şey deyil. Məşhur ingilis və amerikalı iki anatomiyaçı Lord Solly Zuckerman və prof. Charles Oxnardın australopithecus nümunələri üzərində apardığı çox geniş əhatəli tədqiqat bu canlıların yalnız soyu tükənmiş bir meymun növünə aid olduğunu və insanlarla heç bir bənzərliklərinin olmadığını göstərmişdir.13

Təkamülçülər insan təkamülünün bir sonrakı mərhələsini də “homo”, yəni insan olaraq sinifləndirirlər. İddiaya görə, “homo” ardıcıllığındakı canlılar australopithecuslardan daha çox inkişaf etmişlər. Təkamülçülər bu fərqli canlılara aid fosilləri ard-arda düzərək xəyali bir təkamül sxemi meydana gətirirlər. Bu sxem xəyalidir, çünki həqiqətdə bu fərqli siniflər arasında təkamüli bir əlaqənin olduğu qətiyyən isbat edilə bilməmişdir. Təkamül nəzəriyyəsinin 20-ci əsrdəki ən əhəmiyyətli müdafiəçilərindən biri olan Ernst Mayr ““Homo sapiens”ə uzanan zəncir həqiqətdə itmişdir”, -deyərək bunu qəbul edir.14

Təkamülçülər “australopithecus > homo habilis > homo erectus > homo sapiens” sıralamasını yazarkən bu növlərin hər birinin bir sonrakının atası olduğu təəssüratını verirlər. Halbuki paleoantropoloqların son tapıntıları australopithecus, homo habilis və homo erectusun dünyanın fərqli bölgələrində eyni dövrlərdə yaşadıqlarını göstərir.15

Bundan başqa, homo erectus sinifləməsinə aid insanların bir hissəsi müasir dövrlərə qədər yaşamış, homo sapiens, neandertalensis və homo sapiens sapiens (müasir insan) ilə eyni mühitdə yan-yana olmuşlar.16

Bu isə, əlbəttə, bu siniflərin bir-birlərinin ataları olduğu iddiasının əsassızlığını açıq şəkildə ortaya qoyur. Harvard Universitetinin paleontoloqlarından Stephen Jay Gould özünün də bir təkamülçü olmasına baxmayaraq, darvinist nəzəriyyənin düşdüyü bu çıxılmaz vəziyyəti belə açıqlayır:

Əgər bir-birilə paralel şəkildə yaşayan üç fərqli hominid (insana xas) xətti varsa, o halda, bizim soy ağacımıza nə oldu? Açıqdır ki, bunların biri digərindən gələ bilməz. Bundan başqa, biri digəri ilə müqayisə edildiyində təkamüli bir inkişaf tərzi göstərmirlər.17 Qısa olaraq, mediya və ya dərs kitablarında yer alan xəyali bəzi “yarı meymun, yarı insan” canlıların şəkilləri ilə, yəni sırf

Page 93: Quranı dinləməyənlər

HARUN YƏHYA (ADNAN OKTAR) 91

təbliğat yolu ilə dəstəklənməyə çalışılan insanın təkamülü ssenarisi heç bir elmi təməli olmayan bir nağıldan ibarətdir.

Bu mövzunu uzun illər araşdıran, xüsusilə australopithecus fosilləri üzərində 15 il tədqiqat aparan İngiltərənin ən məşhur və hörmətli alimlərindən Lord Solly Zuckerman bir təkamülçü olmasına baxmayaraq, ortada meymunabənzər canlılardan insana uzanan həqiqi bir soy ağacı olmadığı nəticəsinə gəlmişdir.

Zuckerman bir də maraqlı “elm şkalası” tərtib etmişdir. Elmi olaraq qəbul etdiyi bilik sahələrindən elmdən kənar qəbul etdiyi bilik sahələrinə qədər bir yelpik hazırlamışdır. Zuckermanın bu cədvəlinə görə, ən “elmi” (yəni konkret məlumatlara əsaslanan) bilik sahələri kimya və fizikadır. Yelpikdə bunlardan sonra biologiya elmləri, sonra da ictimai elmlər gəlir. Yelpiyin ən aşağısında, yəni ən “elmdən kənar” sayılan hissəsində isə Zuckermana görə telepatiya, altıncı hiss kimi “duyğu sonrası qəbul etmə” anlayışları və bir də “insanın təkamülü” vardır! Zuckerman yelpiyin bu yerini belə açıqlayır:

Obyektiv həqiqətin sahəsindən çıxıb bioloji elm olaraq fərz edilən bu sahələrə (yəni duyğu sonrası qəbul etməyə və insanın fosil tarixinin şərh olunmasına) girdiyimizdə təkamül nəzəriyyəsinə inanan bir adam üçün hər şeyin mümkün olduğunu görərik. Belə ki, nəzəriyyələrinə qəti inanan bu adamların ziddiyyətli bəzi qərarların eyni anda qəbul etmələri belə mümkündür.18

Budur, insanın təkamülü nağılı da nəzəriyyələrinə kor-koranə inanan bəzi insanların tapdıqları bəzi fosilləri birtərəfli şəkildə izah etmələrindən ibarətdir.

Darvin düsturu!

İndiyədək araşdırdığımız bütün texniki dəlillərlə yanaşı, istəyirsinizsə, təkamülçülərin necə axmaq bir inanca sahib olduqlarını bir də uşaqların anlaya biləcəyi qədər açıq bir nümunə ilə yekunlaşdıraq.

Təkamül nəzəriyyəsi həyatın təsadüfən meydana gəldiyini iddia edir. Dolayısı ilə, bu iddiaya görə, cansız və şüursuz atomlar bir yerə gələrək əvvəlcə hüceyrəni meydana gətirmişlər və sonra eyni atomlar bir şəkildə digər canlıları və insanı meydana gətirmişlər. İndi düşünək: həyatın elementi olan karbon, fosfor, azot, kalium kimi elementləri bir yerə gətirdiyimizdə bir topa meydana gələr. Bu atom topası hansı əməliyyatdan

Page 94: Quranı dinləməyənlər

QURANI DİNLƏMƏYƏNLƏR92

keçirilsə də, tək bir canlı meydana gətirə bilməz. İstəyirsinizsə, bu mövzuda bir “təcrübə” hazırlayaq və təkamülçülərin əslində müdafiə etdiyi, amma yüksək səslə dilə gətirə bilmədiyi iddianı onlar adına “Darvin düsturu” adı ilə arşdıraq:

Təkamülçülər çoxlu sayda böyük bir qabın içinə həyatın quruluşundakı fosfor, azot, karbon, oksigen, dəmir, maqnezium kimi elementlərdən bol miqdarda qoysunlar. Hətta normal şərtlərdə olan ancaq bu qarışığın içində olmasını lazım gördükləri vəsaitləri də bu qablara əlavə etsinlər. Qarışıqların içinə istədikləri qədər amin turşusu, istədikləri qədər də (tək birinin belə təsadüfi meydana gəlmə ehtimalı 10-950 olan) zülal doldursunlar. Bu qarışıqlara istədikləri nisbətdə istilik və nəmlik versinlər. Bunları istədikləri inkişaf etmiş cihazlarla qarışdırsınlar. Qabların başına da dünyanın ən öndə gələn alimlərini qoysunlar. Bu mütəxəssislər atadan oğula, nəsildən nəslə köçürərək növbəti milyardlarla, hətta trilyonlarla il davamlı qabların başında gözləsinlər. Bir canlının meydana gəlməsi üçün hansı şərtlərin var olması lazım olduğuna inanılırsa, hamısından istifadə etmək sərbəst olsun. Ancaq nə etsələr də, o qablardan qətiyyən bir canlı çıxara bilməzlər. Zürafələri, aslanları, arıları, bülbülləri, tutuquşuları, atları, delfinləri, gülləri, zanbaqları, qərənfilləri, bananları, portağalları, almaları, xurmaları, pomidorları, qovunları, qarpızları, əncirləri, zeytunları, üzümləri, şaftalıları, tovuz quşlarını, rəngarəng kəpənəkləri və bunun kimi milyonlarla canlı növündən heç birini meydana gətirə bilməzlər. Yalnız burada bir neçəsini saydığımız bu canlı varlıqları deyil, bunların tək bir hüceyrəsini belə əldə edə bilməzlər.

Qısası, şüursuz atomlar bir yerə gələrək hüceyrəni meydana gətirə bilməzlər. Sonra yeni bir qərar verib, bir hüceyrəni ikiyə bölüb, sonra ard-arda başqa qərarlar alıb elektron mikroskopunu tapan, sonra öz hüceyrə quruluşunu bu mikroskop altında izləyən professorları meydana gətirə bilməzlər. Maddə ancaq Allahın üstün yaratması ilə həyat tapar. Bunun əksini iddia edən təkamül nəzəriyyəsi isə ağıla tamamilə zidd bir mənasız sözdür. Təkamülçülərin ortaya atdığı iddialar üzərində bir az belə düşünmək üstdəki nümunədə olduğu kimi, bu həqiqəti açıq şəkildə göstərər.

Page 95: Quranı dinləməyənlər

HARUN YƏHYA (ADNAN OKTAR) 93

Göz və qulaqdakı texnologiya

Təkamül nəzəriyyəsinin qətiyyən izah edə bilmədiyi bir başqa mövzu isə göz və qulaqdakı üstün qəbul etmə keyfiyyətidir.

Gözlə əlaqədar mövzuya keçməzdən əvvəl, “necə görürük?” sualına qısa cavab verək. Bir cisimdən gələn şüalar gözdə retinaya tərs düşür. Bu şüalar buradakı hüceyrələr tərəfindən elektrik siqnallarına çevrilir və beynin arxa hissəsindəki görmə mərkəzi deyilən kiçik bir nöqtəyə çatır. Bu elektrik siqnalları bir silsilə əməliyyatdan sonra beyindəki bu mərkəzdə görüntü kimi hiss olunur. Bu məlumatdan sonra indi düşünək:

Beyin işığa bağlıdır. Yəni beynin içi tamamilə qaranlıqdır, işıq beynin olduğu yerə girə bilməz. Görüntü mərkəzi deyilən yer qaranlıq, işığın əsla çatmadığı, bəlkə də heç qarşılaşmadığınız qədər qaranlıq bir yerdir. Ancaq siz bu zülmət qaranlıqda işıqlı, tərtəmiz bir dünyanı seyr edirsiniz.

Üstəlik, bu o qədər dəqiq və keyfiyyətli bir görüntüdür ki, 21-ci əsr texnologiyası belə hər cür imkana baxmayaraq, bu dəqiqliyi təmin edə bilməmişdir. Məsələn, bu anda oxuduğunuz kitaba, kitabı tutan əllərinizə baxın, sonra başınızı qaldırın və ətrafınıza baxın. Bu anda gördüyünüz dəqiqlik və keyfiyyətdəki bu görüntünü başqa bir yerdə gördünüzmü? Bu qədər dəqiq bir görüntünü sizə dünyanın bir nömrəli televizor şirkətinin çıxardığı ən inkişaf etmiş televizor ekranı da verə bilməz. 100 ildir ki, minlərlə mühəndis bu dəqiqliyə çatmağa çalışırlar. Bunun üçün fabriklər, nəhəng təsisatlar qurulur, araşdırmalar aparılır, plan və dizaynlar inkişaf etdirilir. Yeni bir televizor ekranına baxın, bir də bu anda əlinizdə tutduğunuz bu kitaba. Arada böyük bir dəqiqlik və keyfiyyət fərqinin olduğunu görəcəksiniz. Üstəlik, televizor ekranı sizə iki ölçülü bir görüntü göstərir, halbuki siz üç ölçülü, dərin bir perspektivi izləyirsiniz.

Uzun illərdir ki, on minlərlə mühəndis üç ölçülü ekran düzəltməyə, gözün görmə keyfiyyətinə çatmağa çalışırlar. Bəli, üç ölçülü bir ekran sistemi düzəldə bildilər, amma onu da eynək taxmadan üç ölçülü görmək mümkün deyil, qaldı ki, bu süni bir üç ölçüdür. Arxa tərəf daha bulanıq, ön tərəf isə kağız dekorasiyası kimi durur. Heç bir zaman gözün gördüyü qədər dəqiq və keyfiyyətli bir görüntü meydana gəlməz. Kamerada da, televizorda da mütləq görüntü itkisi meydana gəlir.

Təkamülçülər bu keyfiyyətli və dəqiq görüntünü meydana gətirən

Page 96: Quranı dinləməyənlər

QURANI DİNLƏMƏYƏNLƏR94

mexanizmin təsadüfən meydana gəldiyini iddia edirlər. İndi biri sizə “otağınızdakı televizor təsadüflər nəticəsində meydana gəldi, atomlar bir yerə gəlib bu görüntünü meydana gətirən aləti meydana gətirdi”, -desə, nə düşünərsiniz? Minlərlə adamın bir yerə gəlib edə bilmədiyini şüursuz atomlar necə etsin?

Gözün gördüyündən daha primitiv olan bir görüntünü meydana gətirən alət təsadüfən meydana gələ bilmirsə, gözün və gözün gördüyü görüntünün də təsadüfən meydana gələ bilməyəcəyi çox açıqdır. Eyni vəziyyət qulaq üçün də etibarlıdır. Xarici qulaq ətrafdakı səsləri qulaq çanağı vasitəsilə qəbul edib orta qulağa çatdırır; orta qulaq aldığı səs titrəyişlərini gücləndirib daxili qulağa ötürür; daxili qulaq da bu titrəyişləri beyindəki eşitmə mərkəzinə verir.

Gözdəki vəziyyət qulaq üçün də etibarlıdır, yəni beyin işıq kimi səsə də bağlıdır, səs keçirməz. Dolayısı ilə, çölü nə qədər gurultulu olsa da, beynin içi tamamilə səssizdir. Buna baxmayaraq, ən dəqiq səslər beyində qəbul edilir. Səs keçirməyən beyninizdə bir orkestrin simfoniyalarını dinləyirsiniz, izdihamlı bir mühitin bütün səs-küyünü eşidirsiniz. Amma o anda həssas bir cihazla beyninizin içindəki səs səviyyəsi ölçülsə, burada iti bir səssizliyin hakim olduğu görüləcək. Dəqiq bir görüntü əldə edə bilmək ümidi ilə texnologiya necə istifadə edilirsə, səs üçün də eyni səylər on illərdir davam etdirilir. Səs yazma cihazları, musiqi mərkəzləri, bir çox elektronik alət, səs qəbul edən musiqi sistemləri bu işlərdən bəziləridir. Ancaq bütün texnologiyaya, bu texnologiyada çalışan minlərlə mühəndisə və mütəxəssisə baxmayaraq, qulağın meydana gətirdiyi dəqiqlik və keyfiyyətdə bir səs əldə edilməmişdir.

Ən böyük musiqi sistemi şirkətinin istehsal etdiyi ən keyfiyyətli musiqi mərkəzini düşünün. Səsi yazdıqda mütləq səsin bir qismi itir və ya az da olsa, mütləq əngəl meydana gələr və ya musiqi mərkəzini açdığınızda hələ musiqi başlamadan bir xışıltı mütləq eşidərsiniz. Ancaq insan bədənindəki texnologiyanın məhsulu olan səslər son dərəcə dəqiq və qüsursuzdur. Bir insan qulağı heç vaxt musiqi setində olduğu kimi, xışıltı və ya əngəl qəbul etməz; səs necədirsə, tam və dəqiq bir şəkildə onu qəbul edir. Bu vəziyyət insan yaradıldığı gündən indiyədək belədir. İndiyə qədər insanların düzəltdiyi heç bir görüntü və səs cihazı, göz və qulaq qədər həssas və müvəffəqiyyətli bir qəbul edici olmamışdır. Ancaq

Page 97: Quranı dinləməyənlər

HARUN YƏHYA (ADNAN OKTAR) 95

görmə və eşitmə hadisəsində bütün bunlardan başqa böyük bir həqiqət yenə vardır.

Beynin içində görən və eşidən şüur kimə aiddir?

Beynin içində rəngli dünyanı seyr edən, simfoniyaları, quşların civiltisini dinləyən, gülü iyləyən kimdir?

İnsanın gözlərindən, qulaqlarından, burnundan gələn xəbərdarlıqlar elektrik siqnalı olaraq beynə gedir. Biologiya, fiziologiya və ya biokimya kitablarında bu görüntünün beyində necə meydana gəldiyinə dair bir çox məlumat oxuyubsunuz. Ancaq bu mövzu haqqındakı ən əhəmiyyətli həqiqətə heç bir yerdə rast gələ bilməzsiniz: Beyində bu elektrik siqnallarını görüntü, səs, qoxu və hiss hesab edən kimdir? Beynin içində gözə, qulağa, buruna ehtiyac duymadan bütün bunları qəbul edən bir şüur var. Bu şüur kimə aiddir?

Əlbəttə, bu şüur beyni meydana gətirən sinirlər, yağ təbəqəsi və sinir hüceyrələrinə aid deyil. Buna görə, hər şeyin maddədən ibarət olduğunu zənn edən darvinist-materialistlər bu suallara cavab verə bilmirlər. Çünki bu şüur Allahın yaratdığı ruhdur. Ruh görüntünü seyr etmək üçün gözə, qulağa, buruna ehtiyac duymaz. Bunlardan əlavə düşünmək üçün beynə ehtiyac duymaz.

Bu açıq və elmi həqiqəti oxuyan hər insanın beynin içindəki bir neçə kub santimetirlik qaranlıq məkana bütün kainatı üç ölçülü, rəngli, kölgəli və işıqlı olaraq sığdıran uca Allahı düşünməli, Ondan qorxmalı, Ona sığınmalıdır.

Materialist bir inanc

Bura qədər araşdırdıqlarımız təkamül nəzəriyyəsinin elmi tapıntılarla açıq şəkildə ziddiyyət təşkil edən bir iddia olduğunu göstərir. Nəzəriyyənin həyatın mənşəyi haqqındakı iddiası elmə ziddir, qarşıya qoyduğu təkamül mexanizmlərinin heç bir təkmilləşdirici təsiri yoxdur və fosillər nəzəriyyənin tələb etdiyi ara formaların yaşamadığını göstərir. Bu vəziyyətdə, əlbəttə, təkamül nəzəriyyəsinin elmə zidd bir düşüncə olaraq bir kənara atmaq lazımdır. Necə ki, tarix boyu dünya mərkəzli kainat modeli kimi bir çox düşüncə elmin gündəmindən çıxarılmışdır. Amma

Page 98: Quranı dinləməyənlər

QURANI DİNLƏMƏYƏNLƏR96

təkamül nəzəriyyəsi israrla elmin gündəmində tutulmaqdadır. Hətta bəzi insanlar nəzəriyyənin tənqid olunmasını “elmə hücum” kimi göstərməyə belə çalışırlar. Yaxşı, bəs niyə?...

Bu vəziyyətin səbəbi təkamül nəzəriyyəsinin bəzi çevrələr üçün özündən əsla imtina edilə bilməyəcək doğma bir inanc olmasıdır. Bu çevrələr materialist fəlsəfəyə kor-koranə bağlıdırlar və darvinizmi də təbiətə gətirilə biləcək yeganə materialist izah olduğu üçün mənimsəyirlər. Bəzən bunu açıq şəkildə etiraf da edirlər. Harvard Universitetindən məşhur bir genetik və eyni zamanda öndə gələn bir təkamülçü Richard Lewontin “əvvəl materialist, sonra alim” olduğunu belə etiraf edir:

Bizim materializmə bir inancımız var, “a priori” (əvvəldən qəbul edilmiş, doğru fərz edilmiş) bir inancdır bu. Bizi dünyaya materialist bir izah gətirməyə məcbur edən şey elmin üsulları və qaydaları deyil. Əksinə, materializmə olan “a priori”yə bağlılığımız səbəbi ilə dünyaya materialist bir izah gətirən araşdırma üsullarını və anlayışları hazırlayırıq. Materializm mütləq doğru olduğuna görə də ilahi bir izahın səhnəyə girməsinə icazə verə bilmərik.19

Bu sözlər darvinizmin materialist fəlsəfəyə bağlılıq uğruna yaşadılan bir doqma olduğunun açıq ifadələridir. Bu doqma maddədən başqa heç bir varlığın olmadığını fərz edir. Bu səbəblə də cansız, şüursuz maddənin həyatı yaratdığına inanır. Milyonlarla fərqli canlı növünün, məsələn, quşların, balıqların, zürafələrin, böcəklərin, ağacların, çiçəklərin, balinaların və insanların maddənin öz içindəki qarlılıqlı təsirlərlə, yəni yağan yağışla, çaxan şimşəklə cansız maddənin içindən meydana gəldiyini qəbul edir. Həqiqətdə isə bu, həm ağıla, həm də elmə zidd bir qəbuldur. Amma darvinistlər öz deyimləri ilə “ilahi bir izahın səhnəyə girməməsi” üçün bu qəbulu müdafiə etməyə davam edirlər.

Canlıların mənşəyinə materialist zehniyyətlə baxmayan insanlar isə bu açıq həqiqəti görəcəklər: Bütün canlılar üstün bir güc, bilik və ağıla sahib olan bir Yaradıcının əsərləridir. Yaradıcı bütün kainatı yoxdan var edən, qüsursuz şəkildə təşkil edən və bütün canlıları yaradıb şəkilləndirən Allahdır.

Təkamül nəzəriyyəsi dünya tarixinin ən təsirli cadusudur

Burada bunu da ifadə etmək lazımdır ki, zehniyyətsiz, heç bir ideologiyanın təsiri altında qalmadan, yalnız ağıl və məntiqindən isitifadə

Page 99: Quranı dinləməyənlər

HARUN YƏHYA (ADNAN OKTAR) 97

edən hər kəs elm və mədəniyyətdən uzaq cəmiyyətlərin xurafatlarını xatırladan təkamül nəzəriyyəsinin inanılması qeyri-mümkün bir iddia olduğunu asanlıqla anlayacaq.

Yuxarıda da ifadə edildiyi kimi, təkamül nəzəriyyəsinə inananlar böyük bir qabın içinə bir çox atomu, molekulu, cansız maddəni dolduran və bunların qarışığından zaman içində düşünən, bir çox tapıntının müəllifi olan professorların, universitet tələbələrinin, Eynşteyn, Habl kimi alimlərin, Frank Sinatra, Charlton Heston kimi sənətçilərin, bununla yanaşı, ceyranların, limon ağaclarının, qərənfillərin çıxacağına inanırlar. Üstəlik, bu axmaq iddiaya inananlar alimlər, professorlar, mədəni və təhsilli insanlardır. Bu səbəblə, təkamül nəzəriyyəsi üçün “dünya tarixinin ən böyük və ən təsirli cadusu”-ifadəsini işlətmək yerinə düşər. Çünki dünya tarixində insanların bu dərəcə ağlını başından alan, ağıl və məntiqlə düşünmələrinə imkan verməyən, gözlərinin önünə sanki bir pərdə çəkib çox açıq olan həqiqətləri görmələrinə mane olan bir başqa inanc və ya iddia yoxdur. Bu, qədim misirlilərin günəş tanrısı Raya, afrikalı bəzi qəbilələrin totemlərə, Səba xalqının Günəşə ibadət etməsindən, hz İbrahim qövmünün əlləri ilə düzəltdikləri bütlərə, hz Musa qövmünün qızıldan düzəltdikləri buzova ibadətlərindən daha dəhşətli və ağıla sığmaz bir korluqdur. Həqiqətdə bu vəziyyət Allahın Quranda işarə etdiyi bir ağılsızlıqdır. Allah bəzi insanların anlayışlarının bağlanacağını və həqiqətləri görməkdə aciz duruma düşəcəklərini bir çox ayəsində bildirir. Bu ayələrdən bəziləri belədir:

Həqiqətən, kafirləri əzabla qorxutsan da, qorxutmasan da, onlar üçün birdir, iman gətirməzlər. Allah onların ürəyinə və qulağına möhür vurmuşdur. Gözlərində də pərdə vardır. Onları böyük bir əzab gözləyir! (“Bəqərə” surəsi, 6-7)

… Onların qəlbləri vardır, lakin onunla anlamazlar. Onların gözləri vardır, lakin onunla görməzlər. Onların qulaqları vardır, lakin onunla eşitməzlər. Onlar heyvan kimidirlər, bəlkə də, (ondan) daha çox zəlalətdədirlər. Qafil olanlar da məhz onlardır! (“Əraf” surəsi, 179)

Allah “Hicr” surəsində isə bu insanların möcüzələr görsələr belə, inanmayacaq qədər ovsunlandıqlarını belə bildirir:

Page 100: Quranı dinləməyənlər

QURANI DİNLƏMƏYƏNLƏR98

Əgər onlara göydən bir qapı açsaq və onunla durmadan yuxarı dırmaşsalar yenə də: “Gözümüz bağlanmış, biz sehrlənmişik”, - deyərlər. (Hicr surəsi, 14-15)

Bu qədər geniş kütlənin üzərində bu cadunun təsirli olması insanların həqiqətlərdən bu qədər uzaq tutulması və 150 il bu cadunun təsirini itirməməsi isə sözlə izah edilə bilməyəcək qədər heyrət verici bir vəziyyətdir. Çünki bir və ya bir neçə insanın qeyri-mümkün ssenarilərə, axmaqlıq və məntiqsizliklərlə dolu iddialara inanmaları başa düşülə bilər. Ancaq dünyanın dörd tərəfindəki insanların şüursuz və cansız atomların ani bir qərarla bir yerə gəlib fövqəladə bir təşkilat, intizam, ağıl və şüur göstərib qüsursuz bir sistemlə işləyən kainatı, həyat üçün uyğun olan hər cür xüsusiyyətə sahib olan Yer planetini və saysız kompleks sistemlə təchiz edilmiş canlıları meydana gətirdiyinə inanmasının “cadu”dan başqa bir izahı yoxdur.

Necə ki, Allah Quranda inkarçı fəlsəfəni müdafiə edən bəzi adamların etdikləri sehrlərlə insanlara təsir etdiklərini hz. Musa və firon arasında keçən bir hadisə ilə bizlərə bildirir. Hz. Musa firona haqq dini izah etdiyində firon hz. Musaya öz “bilikli sehrbazları” ilə insanların toplandığı bir yerdə qarşılaşmasını istəyir. Hz. Musa sehrbazlara əvvəlcə onların bacarıqlarını göstərməyini deyir. Bu hadisənin açıqlandığı ayə belədir:

(Musa: ) “Siz atın”, – dedi. Onlar atdıqda, adamların gözlərini bağlayıb (sehrləyib) onları qorxutdular və böyük bir sehr göstərdilər. (“Əraf” surəsi, 116)

Göründüyü kimi, fironun sehrbazları öz “hiylə”ləri ilə (hz. Musa və ona inananlar xaricində) insanların hamısını ovsunlaya bilmişlər. Ancaq onların atdıqlarına qarşı hz Musanın ortaya qoyduğu dəlil onların bu sehrini, ayədəki ifadə ilə “uydurduqlarını udmuş”, yəni təsirsiz etmişdir:

Biz də Musaya: “Əsanı tulla!”, – deyə vəhy etdik. Bir də (baxıb gördülər ki) əsa onların uydurub düzəltdikləri bütün şeyləri udur. Artıq haqq zahir, olanların uydurub düzəltdikləri yalanlar isə batil oldu. (Sehrbazlar) orada məğlub edildilər və xar olaraq geri döndülər. (“Əraf” surəsi, 117-119)

Ayələrdə də bildirildiyi kimi, daha əvvəl insanları ovsunlayaraq təsir edən bu adamların etdiklərinin bir saxtakarlıq olduğu başa düşülmüşdür.

Page 101: Quranı dinləməyənlər

HARUN YƏHYA (ADNAN OKTAR) 99

İndiki dövrdə də bir sehr təsiri ilə elm adı altında son dərəcə axmaq iddialara inanan və bunları müdafiə etmək üçün həyatını həsr edənlər əgər bu iddialardan imtina etməsələr, həqiqətlər tam mənası ilə ortaya çıxdığında və “sehr pozulduğunda” pis vəziyyətə düşəcəklər. Necə ki, təxminən 60 yaşına qədər təkamülü müdafiə edən və ateist fəlsəfəçi olan, ancaq daha sonra həqiqətləri görən Malcolm Muggeridge təkamül nəzəriyyəsinin yaxın gələcəkdə süqut edəcəyi vəziyyəti belə açıqlayır:

Mən özüm təkamül nəzəriyyəsinin xüsusilə tətbiq olunduğu sahələrdə gələcəyin tarix kitablarındakı ən böyük zarafat vəsaitlərindən biri olacağına inandım. Gələcək nəsil bu qədər səhv və naməlum bir fərziyyənin inanılmaz bir saflıqla qəbul edilməsini heyrətlə qarşılayacaq.20

Bu gələcək uzaqda deyil, əksinə, yaxın zamanlarda insanlar “təsadüflər”in ilah ola bilməyəcəklərini anlayacaqlar və təkamül nəzəriyyəsi dünya tarixinin ən böyük yalanı və ən şiddətli sehri olaraq təyin olunacaq. Bu şiddətli sehr böyük sürətlə dünyanın dörd tərəfində insanların üzərindən qalxmağa başlamışdır. Təkamül yalanının sirrini öyrənən bir çox insan bu yalana necə aldandığını heyrətlə düşünürlər.

Page 102: Quranı dinləməyənlər

QURANI DİNLƏMƏYƏNLƏR100

Sənin bizə öyrətdiklərindən başqa bizdə heç bir bilik yoxdur!

Həqiqətən, Sən Bilənsən, Müdriksən!”(Bəqərə surəsi, 32)

Page 103: Quranı dinləməyənlər

HARUN YƏHYA (ADNAN OKTAR) 101

Haşiyə:

1. Sidney Fox, Klaus Dosə, Molecular Evolution and The Origin of life, New York: Marcel Dekker, 1977, səh. 2

2. Aleksandr I. Oparin, Origin of Life, (1936) New York, dover Publications, 1953 (Yeni nəşr), səh. 196

3.”New Evidence on Evolution of Early Atmosphere and Life”, Bulletin of the American Meteorological Society, c. 63, Kasım 1982, səh. 1328-1330.

4. Stanley Miller, Molecular Evolution of Life: Current Status of the Prebiotic Synthesis of Small Molecules, 1986, səh. 7)

5. Jeffrey Bada, Earth, Fevral 1998, səh. 40.

6. Leslie E. Orgel, The Origin of Life on Earth, Scientific American, səh. 271, oktyabr 1994, səh. 78

7. Charles Darvin, The Origin of Species: A Facsimile of the first Edition, Harvard University Press, 1964, səh. 189

8. Charles Darvin, The Origin of Species: A Facsimile of the first Edition, Harvard University Press, 1964, səh. 179

9. B. G. Ranganathan, Origins?, Pennsylvania: The Banner Of Truth Trust, 1988

10. Charles Darvin The Origin of Species: A Facsimile of the first Edition, Harvard University Press, 1964, səh. 179

11. Derek A. Ager, “The Nature of the Fossil Record”, Proceedings of the British Geological Association, c. 87, 1976, səh. 133

12. Douglas J. Futuyuma, Science on Trial, New York: Pantheon Books, 1983. səh. 197

13. Solly Zuckerman, Beyond The İvory Tower, New York: Toplinger Publications, 1970, səh. 75-94; Charles E. Oxnard, “The Place of Australopithecines en Human Evolution: Grounds for Doubt”, Nature, c. 258, səh. 389

14. J. Rennie, “Darwins Current Bulldog: Ernst Mayr”, Scientific American, Dekabr 1992

15. Alan Walker, Science, c. 207, 1980, səh. 1103; A. J. Kelso, Physical Antropology, 1-ci nəşr, New York: J. B. Lipincott Co., 1970, səh. 221; M. D. Leakey, Olduvai Gorge, c. 3, Cambridge: Cambridge University Press, 1971, səh. 272

16. Time, Noyabr 1996

17. S. J. Gould, Natural History, c. 85, 1976, səh. 30

18. Solly Zuckerman, Beyond The Ivory Tower , New York: Toplinger Publications, 1970, səh. 19

19. Richard Lewontin, “The demon-Haunted World”, The New York Review of Books, 9 Yanvar 1997, səh. 28

20. Malcolm Muggeridge, The End of Christendom, Grand Rapids: Eerdmans, 1980, səh. 43

Page 104: Quranı dinləməyənlər

QURANI DİNLƏMƏYƏNLƏR102

Page 105: Quranı dinləməyənlər

HARUN YƏHYA (ADNAN OKTAR) 103