296

Redaktor - Bakı Biznes Universitetilib.bbu.edu.az/files/book/883.pdf · 2018-03-07 · qüdrətli dövlətlərin müxtəlif adlar daımasını bəhanə gətirərək onların hazırkı

  • Upload
    others

  • View
    5

  • Download
    0

Embed Size (px)

Citation preview

Redaktor Fuad İskəndərov,

Milli Təhlükəsizlik Nazirliyinin İdarə

rəisi.

Məsləhətçi Bədirxan Əhmədov, filologiya elmləri namizədi.

Lətif Şüküroğlu “Cümhuriyyət hökuməti repressiya

məngənəsində”. Bakı, Şirvannəşr, 2000-ci il, səh. 296.

1-ci cild.

Çapı iki cilddə nəzərdə tutulmuş kitabda 1920-ci ilin məşhum aprel

çevrilişindən sonra sovet cəza orqanları tərəfindən repressiyalara məruz qalmış

Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin hər iki sədri, nazirləri və digər

yüksək vəzifə sahiblərinin nəsillərə örnək olan həyat və fəaliyyətlərindən bəhs

edilir. Zəngin arxiv materiallarına, milli iftixarımız sayılan həmin şəxsiyyətlərin

bəziləri ilə bağlı indiyədək aparılmış tədqiqatlara istinad edən müəllif ilk

müstəqillik dövründə Azərbaycanda hüquqi, demokratik dövlət quruculuğunda

əvəzsiz xidmətləri olmuş görkəmli dövlət və ictimai xadimlərimiz barəsində

sözünü deyməyə çalışmışdır. Müəllif Azərbaycanın beş hökumət kabinəsində

nazir, yaxud nazir müavini postları tutmuş və sonradan qanlı rejim tərəfindən

respressiya olunmuş şəxslər haqqında arxiv-istintaq materiallarının tapılması

sahəsində araşdırmalarını davam etdirir.

L 83.3 A3 (2)

054 qrif nəşri

Şirvannəşr 54 (213), 2000

Naşir Qəşəm İsabəyli

© MTN, 2000.

Giriş

Azərbaycan dövlətinin yaşı, ümumən tarixi dövlətçilik ənənələrimiz barəsində elmi dairələrdə müxtəlif fikirlər vardır. Bəzi alimlər Azərbaycan ərazisində qədim dövrlərdən bəri mövcud olmuş bir çox dövlətlərin tam müstəqil olmadıqlarını, yaxud onları bu gün respublika ərazisində məskunlaşmış türk etnosunun deyil, başqa xalqların ulu əedadlarının yaratdıqlarını deyərək, tarixi həqiqətləri bu və ya digər formada təhrif etmişlər. Bəziləri isə eramızdan əvvəl, xüsusilə ilk orta əsrlər dövründə hazırkı Cənubi Azərbaycan ərazisi və bir sıra digər torpaqlar da daxil olmaqla özündə birləşdirən qüdrətli dövlətlərin müxtəlif adlar daşımasını bəhanə gətirərək onların hazırkı Azərbaycan dövlətçiliyi ilə heç bir əlaqəsi olmadığını iddia etməyə cəhd göstərmişlər. Ancaq xüsusilə son vaxtlarda aparılan tarixi tədqiqatlar sübuta yetirir ki, Azərbaycan dünyada ən qədim insan məskənlərindən biri sayılan Cənubi Qafqazda ilk dövlətin qurulduğu, dövlət idarəçiliyi sisteminin ilk tətbiq olunduğu ərazidir və sözsüz ki, bütün bunlarda hazırda qeyd edilən ərazidə müstəqil Azərbaycan Respublikasının tərəqqisi uğrunda səy göstərən bir etnosun əcdadlarının müstəsna xidmətləri vardır. Bu qənat- lərimizin göydən düşmədiyini, sadəcə təxəyyül məhsulu deyil, həqiqət olduğunu eramızdan əvvəlki tarixi-etnik proseslərlə bağlı son elmi açıqlamalar da təsdiqləyir.

Müasir dünya tarixçiləri arasında böyük türk köçləri, daha dəqiq desək axınları ilə əlaqədar ötən dövrlərdə mövcud olmuş və bir qrup alimlər tərəfindən az qala məqsədli surətdə elmi doqmaya çevrilmiş fikirlər ciddi tənəzzülə uğramaqdadır. Belə ki, türklərin Şərqdən Qərbə doğru ilk axınlarınin qəbul edildiyi kimi bizim eranın 4-5-ci əsrlərinə deyil, ondan çox-çox əvvəllərə gedib çıxdığı barəsindəki elmi qənaətlər öz obyektiv təsdiqini getdikcə daha qəti şəkildə tapmaqdadır. Eramızdan bir neçə yüz, hətta min il qabaq Qafqazda və bu yerlərdən həm şərqə, həm də qərbə doğru yayılan ərazilərdə yaşamış bir sıra xalqların etnik mənşəyi ilə bağlı elmi araşdırmalar və apanlan arxeoloji qazıntılar zamanı tapılan maddi-mədəniyyət nümunələri onların məhz türklərlə bağlılığını üzə çıxarır. Ancaq türklərin tarixdə yeni ərazilərə doğru elmi mənbələrdə yanlış olaraq göstirildiyi kimi bir dəfə deyil, azı iki dəfə böyük axınlar etdiklərini qəbul edən müəlliflərin sonralar türklərin keçib getdikləri və uzun bir müddət məskunlaşdıqları həmin ərazilərdə yaranmış dövlətlərin bu etnosun adı ilə əlaqələndirilməsi ilə razılaşmamaları qəribə deyilmi? Belə münasibətə qısqanclıqdan, tarixi təhrifdən başqa nə ad vermək olar. Haradan qaynaqlandığı elmi dairələrdə artıq şübhə doğurmayan bu münasibətin arxasında hansı niyyətlərin gizləndiyi aydındır: Qərbdə, o cümlədən onun üçün Şərqə pəncərə sayılan Azərbaycanda qədim Türk dövlətlərinin mövcudluğunu inkar yolu ilə türk etnosunun buraya sonradan gəldiyini, aborigen olmadığını sübuta yetirmək. Yaxud həmin ərazilərdə neçə min il əvvəl yaradılmış dövlətlərin quruculan kimi türklərin deyil, başqa xalqların göstərilməsi ilə türklərin bəşər sivilizasiyası qarşısındakı böyük xidmətlərini danmaq, onları yalnız dağıdıcı gücə malik bir vəhşi kimi təqdim etmək. Ancaq belə məntiq sahibləri unudurdular ki, nə vaxtsa, dünya tarixinin bir çox mühüm dövrləri və bu dövrlərdə baş vermiş hadisələrlə bağlı obyektiv reallıqlar aşkarlana, tarixə milli və dini-etnik maraqlardan deyil, əsl həqiqətin və ədalətin bərpası mövqeyindən yanaşıla bilər. Yəqin oxucu da razılaşar ki. Lev Qumilyov, Oljas Süleymenov, Tadeuş Svyataxovski və s. müəlliflərin yazdıqları bu qənaətimizdə ifrata vamıadığımızı kifayət qədər təsdiqləyir.

Qanında və ruhunda passionarlıq olan bir millətin nəinki kiçik dövlətlər, hətta nəhəng imperiyalar qurduğunu belə saxtalaşdırmalar, elmi əsasdan məhrum mülahizələrlə inkar etmək mümkün olmasa da, uzun müddət buna cəhd göstərildi. Türkün “yuxanda mavi göy çökmədikcə, aşağıda qara torpaq yanimadıqca elini kimsənin poza bilməyəcəyi”nə bəslədiyi inamın azacıq sarsıdılması onun dövlətçiliyinin illər, bəzən əsrlərlə itirilməsi bahasına başa gəldi, onun qurduğu xanədanları dağıdan qəvi düşmən vətən adlı məbədgahını işğal altında saxladı. Azad ruhlu türk oğlu qolu bağlı halda ulu əcdadı Alp Ər Tunqanm, Oğuz xaqanın, babası Bayandur xanın. Qazan xanın (zamanla torpaqlarımız itirildikcə xaqandan xana, padişahdan şaha qədər hökmümüz də azaldı) törəməsi olamŞah İsmayılın, Uzun Həsənin qılınc çalan qoluna, düşmən bağrı yaran sözünə güvəndi. Türkün titrəyib, özünə dönməsindən bərk qorxuya düşən düşmənin pərən- pərən olması ılə yeni türk dövlətlərinin adı cahana səs salıb. Zəngin tarixi ənənələrdən bəhrələnən görkəmli dövlət adamlarımızın, ictimai xadimlərimizin eyni zamanda böyük sərkərdə olmalan, lazım gələndə yurd naminə əlinə silah götürüb özü kimi cəsarətli, mərd insanları arxasınca aparmağa qabil olmaları türkü başqalarından fərqləndirən daha bir üstün cəhətidir. Yalnız bunlarmı?

Bu kitabı oxucunun mühakiməsinə verməkdə başlıca məqsədimiz olan Azərbaycan dövlətinin çox qısa bir müddətdə, 1918-1920-ci illər arasındakı mövcudiyyəti dövründə fəaliyyət göstənniş milli hökumətimizin hansı səbəblərdən repressiyalara məruz qaldığını aşkarlamaq idi və bu istiqamətdə müəyyən araşdırmalardan sonra yuxandakı qənaətimizin doğruluğuna bizdə şübhə qalmadı. Bəli, Azərbaycan Xalq Cümhuriyyəti və onun liderləri kütləvi şəkildə məhz ona görə repressiyalara məruz qalıblar ki, onlar türk dövlətinin zəngin tarixi ənənələrinə Söykənmişdilər və öz qızğın, əvəzsiz fəaliyyətləri ilə bu mirasın artırılmasına xidmət edirdilər. Təsadüfi deyildi ki, onların əksəriyyəti öz əlləri ilə doldurduqları anketlərində milliyətiniz qrafasınm qarşısında düşünmədən “türk” yazmışdı və hansı kök üstündə dayandıqlarını, nə uğrunda mübarizə apardıqlarını yaxşı

bilirdilər. Əlbəttə mövzu ilə əlaqədar qeyd edilən dövrdəki hadisələrin hərtərəfli ehni təhlili, tarixi dövrün dünyada baş vermiş proseslərin kontekstində araşdırılması dediklərimizi daha aydın sübuta yetirir. Ancaq bizim məqsədimiz bir qədər fərqli olduğundan belə təfərrüatlara yer ayırmağı məqsədəmüvafıq saymadıq.

Azərbaycan ərazisində təşəkkül tapmış dövlətlər arşında xüsusi yeri olan Şərqdə ilk demokratik respublika - Azərbaycan Xalq Cümhuriyyətinin mövcudluğu illərində belə bir cəhət də sühuta yetirildi ki, türklər həm də dünyəvi, demokratik, hüquqi normalarla idarə edilən dövlət quruculuğunda başqalarına nümunə göstərməyə qadirdir. Tarixin kifayət qədər mürəkkəb və ziddiyyətli bir dövründə yaradılmış bu dövlətin göstərilən istiqamətlərdə hansı addımlar atdığı, görülən tədbirlər barəsində kitabın ayrı-ayrı bölmələrində tarixi faktların dili ilə müfəssəl məlumatlar verildiyi üçün əlavə təfərrüata varmırıq. Yalnız belə bir məqama diqqəti yönəltmək istərdik ki, xalq cümhuriyyəti formasında qurulmuş bu dövlət cəmi iyirmi üç ay ərzində yaşamasına baxmayaraq, zəmanənin aparıcı ölkələrinin ən qabaqcıl təcrübəsinə istinad etməklə, demokratik prinsiplərlə idarəedilmənin möhkəm əsaslarını yaratmaq yolu tutmuşdu. 27 aprel çevrilişi ilə bu tərəqqinin qarşısı alınmasaydı, Azərbaycan ölkə həyatının demokratikləşdirilməsi və hüquqi dövlət quruculuğunda daha böyük uğurlara nail ola biləcəkdi.

İmperiya bunu yaxşı bildiyi üçün Azərbaycanı bu yoldan döndərdi, onun milli dövlətini süquta uğratdı. Vaxtı ilə çar Rusiyasına daxil olan və Azərbaycanla bərabər öz müstəqilliklərini əldə eımiş digər Qafqaz respublikalarının taleyi də eyni cür oldu. Rusiya yenidən əvvəlki imperiya hüdudlarında öz hökmranlığını bərpa etdi. Ancaq bu dəfə onun adının önündə “çar” sözünün əvəzində “sovet” sözü yazılmışdı və xalqların xilaskarı cildinə girmiş kommunistlər əllərində tutduqları “ədalət”, “bərabərlik”, “azıdlıq” şüarları ilə də xalqlara necə böyük müsibətlər gətirdiklərini sanki gizlətmək istəyirdilər. Çox qısa bir zamanda bu şüarların mahiyyəti ilə daban-dabana ziddiyyət təşkil edən hərəkətlər və ölkəni başdan-başa xalqlar həbsxanasına çevirəcək

ardıcıl fəaliyyətlər gəlirdi. İlk işğal aktının reallaşdırıldığı Azərbaycan bu qanlı tədbirlərin tətbiqində də birinci oldu. Nəinki onun müstəqil dövlətini yaratmış şəxsiyyətləri görünməmiş amansızlıqla sui-qəsdlər və kütləvi cəza üsulları ilə aradan götürməyə başladılar, hətta 40 ilə yaxın bir dövrdə dayanmadan tökülən qanlar hesabına Cümhuriyyət adında bir dövlət qurulduğunu xalqa unutdurmağa çalışdılar. Dövlətin süqutu ilə onun rəhbərlərinə qarşı həyata keçirilən kütləvi cəza tədbirləri 1921-1930-cu illər arasında siyasi partiyalara, hələ kifayət qədər formalaşmamış təşkilatlara və müstəqillik uğrunda mübarizəyə qoşulmağa qadir potensial qüvvələrə qarşı yönəldildi. 1930-cu ildən sonrakı mərhələdə başlıca hədəf ziyalı qruplan, milli oyanışa səbəb ola biləcək işıqlı təfəkkür sahibləri və qanında türk passionarhğını yaşadan insanlar oldu. Çapını iki hissədən ibarət nəzərdə tutduğumuz bu kitabda biz repressiyanın hər üç mərhələsinin məşəqqətlərini dadmış Cümhuriyyət hökumətinin rəhbərlərinin taleyi haqqında söhbət açmağa çalışmışıq. Fətəli Xan Xoyski və Nəsib bəy Yusifbəylinin sədrliyi altında təşkil edilən Azərbaycanın 5 hökumət kabinəsində hərbi işlər müvəkkili İsmayıl xan Ziyadxanov da daxil olmaqla 37 nəfər nazirin və onların bir sıra müavinlərinin müstəqillik dövründəki fəaliyyətlərindən, aprel çevrilişindən sonra onların başlanna hansı müsibətlərin gətirilməsindən arxiv materiallanna istinadla bəhs olunur. Məlumat üçün qeyd edək ki, həmin şəxslərin 3 nəfəri, o cümlədən hər iki hökumət sədri sui-qəsd yolu ilə aradan götürülmüş, 12 nəfər 1920-ci ilin 27 apreli ərəfəsində və ondan dərhal sonra mühacirət etmiş, yaxud xaricdə üzərinə düşən missiyanı yerinə yetirməsi ilə əlaqədar orada qalmış, 17 nəfər repressiya olunaraq, iki nəfəri qısa müddətdə güllələnmiş, qalanları isə müəyyən müddət həbsdə saxlanılmış və müxtəlif cəzalar almışlar. Onların arasında bir neçə dəfə repressiyaya məruz qalanlar, istintaq “metod”larma davam gətirməyib həbsxanada ölənlər və sonradan güllələnənlər olmuş, iki nəfər isə bir müddətdən sonra heç bir cəza almadan azad olunmuşdur. Qalan 5 nəfərin sovetləşmədən sonrakı taleyini müəyyənləşdirmək indilik mümkün olmamışdır...

7

Milli hökumətin baş memarı -

Fətəli xan Xoyski

Daha çox söz-sənət dühalarının, mədəniyyət və elm adamlannm vətəni kimi tanınmış, bəşəriyyətə bir-birindən nəhəng mütəfəkkirlər bəxş etmiş Azərbaycanın yetişdirdiyi qüdrətli dövlət və ictimai xadimlər də az olmayıb. Belə şəxsiyyətlər arasında 14 yaşında ikən Səfəvilər kimi böyük bir dövlət yaratmağa girişmiş və qısa müddətdə buna nail olmuş, yenilməz sərkərdə, uca hökmdar Şah İsmayıl Xətainin adını çəkmək kifayətdir. Dövlətçilik ənənələrinin kökü eramızdan əvvələ gedib-çıxan, bu tarixi gələnəklərə dayaqlanaraq türk Oğuz elinin mükəmməl idarəçilik sistemini yaratmış və onu “Kitabi Dədə Qorqud” kimi bütün, zamanların ən yaşan söz-sənət abidələrindən sayılan bir dastanda tərənnüm etmiş bu günkü Azərbaycan xalqı XX əsrdə Şərqdə ilk demokratik respublikanın qurucusu olmaqla dövrünün ruhuna uyğun, müasir dövlət qurmaq qüdrətini bir daha təsdiq etdi. Bu baxımdan Azərbaycan Xalq Cümhuriyyəti neçə min illik mədəniyyətə, zəngin dövlətçilik ənənələrinə malik bir xalqın dünya sivilizasiyasına bəxş olunmuş-:ən dəyərli töhfəsi idi və onun yaradılmasında yaxından iştirak etmiş şəxslər arasında zəmanəsinin sayılıb-seçilən siyasətçiləri, dövlət və ictimai xadimlərindən heç bir səviyyədə geri qalmayan, bəzən onlardan da yüksəkdə dayanan, hər bir millətin iftixar duyacağı nadir simalar

8

sırasında yer tutur. Fətəli Xan Azərbaycanda hökumət qurmağın, Nazirlər Şurasına rəbərlik etməyin nə demək olduğunu öz fəaliyyəti ilə əyani surətdə göstərən, bu sahədə praktik işin təməl daşlarını qoyan bir dövlət xadimidir. Fətəli Xan Xoyski 1918-ci ilin 28 mayından 1919-cu ilin 14 aprelinə qədər dalbadal üç dəfə ona etibar olunmuş ən şərəfli vəzifənin öhdəsindən layiqincə gəlmiş, son dərəcə mürəkkəb və ziddiyyətli şəraitlərdə Azərbaycan hökumətini təşkil etmiş və onun sədri olmuşdur. 1920- ci ilin mə lum aprel çevrilişinə qədər öz müstəqilliyini qoruyub saxlamış Azərbaycan dövlətinin 23 aylıq bir müddətdə siyasi, hərbi, iqtisadi, beynəlxalq sahələrdə qazandığı uğurlarda onun çox böyük zəhməti, danılmaz xidmətləri vardır.

Mən Fətəli Xan haqqında ilk məlumata mərhum tədqiqatçı Mövsüm Əliyevin “Odlar yurdu” qəzetinin 1989-cu il 1-ci sayında dərc edilmiş məqaləsində rast gəlmişdim. Sonralar həmin məlumat “Azərbaycan Demokratik Respublikası. Azərbaycan hökuməti 1918-1920” (Bakı “Gənclik” 1990) kitabçasına salınaraq bir daha geniş oxucu kütləsinə çatdırıldı.

“Fətəli xan İskəndər oğlu Xoyski 1875-ci il dekabrın 7-də Şəki şəhərində anadan olmuşdur. Onun atası rus ordusunun general-leytenantı idi. Fətəli xangilin əsli-nəsli Cənubi Azərbaycanın Xoy şəhərindəndir. Xoy xanı olan ulu babası Cəfərqulu xan İran şahı Fətəli xan ilə müharibədə məğlub olduqdan sonra, 20000 nəfərlik qoşunu ilə Üçkilsəyə (Eçmiad- zinə) sığınmışdı. 1803-1806-cı illər rus-İran müharibələri dövründə rus qoşunlarına qoşulan Cəfərqulu xan imperator I Aleksandr tərəfindən bahalı brilyantla bəzədilmiş qızıl medal və lələklə təltif edilmişdir. O, 1807-ci ildə Şəki xanı təyin edilmiş və general-leytenant rütbəsinə layiq görülmüşdür. Cəfərqulu xan 1810-cu ildə vəfat etdikdən sonra Şəki xanlığını onun oğlu İsmayıl idarə etmişdir. 1819-cu ildə İsmayılın vəfatı ilə Şəki xanlığı ləğv olunmuş və Rusiyanın tərkibinə qatılmışdır. Bu nəsildən görkəmli sərkərdələr, dövlət xadimləri və çoxlu ali təhsilli ziyalı çıxmışdır.

Fətəli xan Xoyski Gəncə klassik gimnaziyasını bitinniş, əvvəlcə Gəncədə, sonra isə Suxum və Batum dairə məhkəmələrində müxtəlif vəzifələrdə işləmiş və Kutaisidə dairə məhkəməsində böyük məhkəmə məmuru olmuşdur. 1900-cu il

10

martın 8-də Kutaisi qəza istintaq sahəsinin müdiri, 1907-ci ildə isə Yekaterinodar dairə məhkəməsində prokuror müavini təyin edilməsi Xoyskinin ictimai fəaliyyətində yeni mərhələ olmuşdur. O, Yelizavetpol quberniyasından (Gəncə) 2-ci Dövlət Dumasına nümayəndə seçilmişdir. Fevralın 2-də Peterburqun məşhur Tavriya sarayında toplanan Rusiya parlamentinin iclaslarında çıxış edən Fətəli xan çar hökumətinin Zaqafqaziyada və Azərbaycanda yeritdiyi müstəmləkəçilik siyasətini tənqid atəşinə tuturdu. O, kadet partiyasının üzvü olmasına baxmayaraq, Dumanın müsəlman deputatları fırqəsinə daxil idi. F.Xoyski Rusiyanın müstəmləkə xalqlarına məhəlli muxtariyyət verilməsini hökumətdən tələb edirdi. Onun da iştirakı ilə hazırlanaraq 1907-ci il may ayının 18- də Dumaya təqdim olunan qanun layihəsində Rusiyada milli və dini fərqlərə görə vətəndaşların siyasi və mülki hüquqlarını məhdudlaşdıran qanunların ləğv olunması tələbləri səsləndirilmişdi. Demokratik normalara tam cavab verən bu qanunda Rusiyanın bütün vətəndaşlarının hüquq bərabərliyi, daimi yaşayış üçün yer seçmə azadlığı, şəxsiyyət toxunulmazlığı, mətbuat və söz azadlığı, təhsil hüququ və s. başlıca demokratik dəyərlər öz əksini tapmışdı. Ancaq ikinci Dövlət Duması vaxtından qabaq buraxıldığı üçün bu qanun layihəsinin qəbul edilməsi mümkün olmadı. Vətənə qayıdan Fətəli Xan Dairə Məhkəməsinə müraciət edərək Tiflis Məhkəmə Palatasına müraciət edərək, bu Məhkəmə Palatasına andh iclasçı qəbul olunmasını xahiş etdi. Bu xahişi nəzərə alan ədliyyə nazirliyinin ikinci departamenti Fətəli Xan Xoyskini Tiflis Məhkəmə Palatasının andh iclasçıları sırasına qəbul olunmasına icazə verdi. O, sonralar müxtəlif illərdə Bakı və Gəncə dairə məlıkəmələrində iş kəsmək üzrə andçı-müvəkkil vəzifəsini icra etmişdir. Müstəmləkə siyasətinin rəmzi olan Yelizavetpol şəhəri və quberniyasının yenidən Gəncə şəhəri və Gəncə quberniyası adlandırılması, Qaryagin qəzasının Cəbrayıl qəzası adı ilə əvəz edilməsi, çoxpartiyalı parlament sisteminin yaradılması, Azərbaycan Respublikasının pul və poçt markalarının buraxılması, ana dilində məktəb və seminariyaların açılması və digər mütərəqqi tədbirlər Xoyskinin rəhbərlik etdiyi hökumət kabinələri dövründə həyata keçirilməyə başlanmışdır”.

11

F.Xoyski (1875-1920) haqqında növbəti məlumatlardan biri “Azərbaycan Cümhuriyyəti sənədlər və materiallar 1918-1920- ci illər” (“Elm”, 1998) məcmuəsində, aşağıdakı şəkildə verilib: “AR-in dövlət xadimi. Azərbaycanın əsilli ailələrindən birinin nümayəndəsi. Moskva Dövlət Universitetinin hüquq fakültəsini bitirib (1901). İkinci Dövlət Dumasına üzv seçilib (1907). Kadet partiyasının üzvü olub. Məhkəmə orqanlarında xidmət edib. 1917- ci ilin martında Müsəlman Milli Şurasının Müvəqqəti İcraiyyə Komitəsinin üzvü seçilib. (Müsəlman Milli Şurasının Müvəqqəti İeraiyyə Komitəsi 1917-ci ilin 27 martında Bakıda yaradılmışdı - L.Ş.) Zaqafqaziya Seyminin üzvü (Zaqafqaziya Seymi Rusiya Müəssislər Məclisinin buraxılmasından sonra onun üzvlərinin Tiflisdə toplaşıb 1917-ci ilin dekabrında yaratdıqları qurumdur. Məclisdə müsəlmanların sayı 14, Seymdə isə 44 nəfər idi. Gürcülər Seymdən ayrılanda Zaqafqaziya Müsəlman Şurası 26 mayda özünü Azərbaycan Milli Şurası elan etmişdi. - L.Ş.) və Zaqafqaziya Federativ Respublikasının Ədliyyə naziri olub. 1918- ci ilin mayından 1919-cu ilin martına qədər AR hökumətinə başçılıq edib. 1919-cu ilin dekabrından 1920-ei ilin martına qədər Xarici İşlər Naziri olub. 1920-ci ilin 28 aprelindən sonra Tiflisə gedib. 1920-ci il iyunun ayının 19-da muzdlu qatilin əli ilə öldürülüb”.

Bu qısa tərcümeyi-hal qeydlərinin arxasında ilk baxışda görünməyən, adi rəqəmlərin daxilinə sinmiş potensial güc, yaşanmış hər bir ilin neçə on ilə bərabər siqləti haqqında düşünəndə insanı heyrət bürüyür. Belə az müddətdə bir millətin tərəqqisi və özünütəsdiqi yolunda görülmüş saysız-sonsuz işlər, göstərilmiş əvəzsiz xidmətlər qarşısında qəlbin riqqətə gəlir. Sözsüz ki, bolşevik rejimi bu qüdrətindən xəbərdar olduğu üçün Fətəli Xanın yaşayış yerini müəyyənləşdirməyə nail olmuş və çevrilişdən heç iki ay keçməmiş öz muzdlu qatilini tez-tələsik onu aradan götünnəyə göndinnişdi. Çünki belə əməl və nüfuz sahibləri durduqca müstəqil Azərbaycan uğrunda çarpışmalar səngiməyəcək, ən amansız cəza tədbirləri qarşısında da öz gücünə inandırılmış xalq qorxub geri çəkilməyəeəkdi. Buna görə də bolşevik hakimiyyəti Fətəli Xan kimi şəxsiyyətlərin məhv edilməsi, yaxud mühacirətə getmək məcburiyyəti qarşısında

12

qoyulması ilə xalqı rəhbərlərdən təcrid etmək, asan idarə olunan kütləyə çevirmək niyyətində idi.

Əsrin əvvəllərindən etibarən siyasi fəaliyyətə qoşulan, demokratiya və azadlıq şüarları ilə çar Rusiyasını titrədən qüvvələrin tərkibində ilk təcrübə qazanan Fətəli xan hələ o dövrdə öz yolunu qəti müəyyənləşdirməsə də, bir şey onun üçün gün kimi aydın idi. O, canından artıq sevdiyi millətinə təmənnasız xidmət göstərmək amalı ilə yaşayırdı. Əsrin əvvəllərində yüksək təhsil görmüş bu gənc hüquqşünas onu qarşıda gözləyən taledən xəbərdar deyildi. Tale isə ona millətinin tarixində əbədi yaşamaq qisməti yazmışdı. Ancaq bunun üçün o, neçə-neçə sərt sınaqlardan keçməli, özünü həyatın keçməkeşlərində təsdiq etməli idi. Bütün bunlar hələ gələcəkdə baş verəcəkdi. Bəli, tale onu xalqının istiqlalı uğranda fədakarlıqla çalışmaq, yüz ilə yaxın bir müddətdə Rusiyanın tərkibində müstəmləkə ucqan kimi alçaldıcı bir addan başqa heç nə əldə etməyən doğma Azərbaycanı tərəqqi və inkişafa qovuşduracaq insanların cərgəsində öz layiqli yerini tutmaq üçün seçmişdi. Yeri gəlmişkən, bəzi müəlliflər Fətəli Xanın fevral burjua inqilabından sonra siyasi mübarizəyə qoşulduğunu bildirirlər, ancaq onun 1907-ci ildə Dövlət Dumasına üzv seçilməsi və təqribən həmin illərdə Kadet partiyasına daxil olması bu qənaətlərin doğra olmadığını göstərir.

Məhkəmə orqanlarında çalışan Xoyskinin əksər dost- tanışlarından siyasi fəaliyyətlə məşğul olanlar, çar hökumətinin nəzərində siyasi cəhətdən səbatsız, hətta təhlükəli hesab olunurdu. O isə artıq öz fəaliyyətini heç bir partiyanın üzvülüyü ilə məhdudlaşdırmaq istəmir, müstəqil siyasətçi kimi formalaşmağı daha üstün tuturdu. Ancaq Kadet partiyasının üzvü olanda da, fevral-burjua inqilabından sonra heç bir partiyaya mənsub olmadan fəal surətdə siyasətə girişəndə də o, daim diqqət mərkəzində idi. Təsadüfi deyildi ki, o dövrdə ən qatı millətçilər sayılan qüvvələr öz fəaliyyətini hansısa siyasi mənsubluq çərçivəsinə salmaq istəməyən Fətəli Xanla tam hesablaşır, onu öz sıralarına cəlb etməyə çalışır, keçirdikləri tədbirlərdə məmmuniyyətlə söz verir, fikirlərini dinləyirdilər. Belə tədbirlərdən birində, 1917-ci il oktyabrın 26-dan 31-dək Bakıda keçirilən “Türk ədəmi- mərkəziyyət partiyası” “Müsavaf’ın birinci qurultayında çıxış edən

13

Fətəli xan burada irəli sürülən “Azərbaycana muxtariyyət” şüarını qızğın müdafiə etmişdir. Yenə 1917-ci ildə Bakıda çağrılan Qafqaz müsəlmanlarının qurultayında iştirak edərək milli problemlər ətrafında geniş diskussiya aparmışdı. Onun Müsəlman Milli Şurasının Müvəqqəti İcraiyyə Komitəsinin və Zaqafqaziya Seyminin üzvü seçilməsi məhz bu qızğın fəaliyyətin, Azərbaycanın taleyini düşünən milli qüvvələr arasında ən yüksək nüfüza malik şəxsiyyətlərdən olmasının nəticəsi idi.

28 may 1918-ci il. Vətən tarixinin ən müqəddəs və şərəfli günlərindən biri. Neçə min illik dövlətçilik tarixi olan, ancaq son bir neçə yüz ili İran, Rusiya və s. dövlətlərin əsarəti altında inləyən Azərbaycanın bir qrup həqiqi vətənpərvər və qeyrətli övladı Tiflis şəhərində ona öz tarixi haqqını geri qaytarmaq təşəbbüsündə bulundular. Onların sonsuz fəxarət duyğuları oyadan, qəlbləri riqqətləndirən əməllərinin nəticəsi 6 mübarək bənddən ibarət olan Azərbaycanın İstiqlalını mübəyyin Əqdnamə adlanırdı: “Rusiya ilə Osmanlı imperatorluğu arasında zühur edən müharibənin təsviyyəsi üzündən hasil olan vəziyyəti-hazıreyi-siyasiyyə və məmləkət daxilində bulunan misilsiz anarşi Cənubi-Şərqi Zaqafqaziyadan ibarət bulunan Azərbaycana dəxi bulunduğu xarici və daxili müşkülatdan çıxmaq üçün xüsusi bir dövlət təşkilatı qurmaq lüzumunu təlqin ediyor”. (ARDA, f 970, s. 1, iş 4, v. 1 -2).

Bu addımla bahəm Azərbaycan Nazirlər Şurası öz işinə başlamış, kabinetin sədrliyi artıq siyasi dairələrdə nüfuzlu şəxs kimi tanınan Fətəli Xan Xoyskiyə həvalə olunmuşdu. Müstəqilliyin elan olunmasının səhəri günü Azərbaycan Milli Şurasının yığıncağında çıxış edən yeni hökumətin ilk başçısı qarşıda duran vəzifələrdən, konkret əməli işlərdən (ARDA, f970, s.l, iş 1, v.51.) danışırdı. Bu əməli fəaliyyətin ilk nəticələrindən biri kimi 1918- ci il may ayının 30-da Xoyskinin imzası ilə dünyanın aparıcı dövlətlərinin paytaxtlarına, Konstantinopol, Berlin, Paris, Vyana, Roma, London, Vaşinqton, Sofiya, Buxarest, Tehran, Moskva, Haaqa, Madrid, Stokholm, KiyeV, Oslo, Kopenhagen, Tokio şəhərlərinə, həmin ölkələrin xarici işlər nazirlərinə radioteleqram göndərildi: “Zaqafqaziya Federativ Respublikasının dağılması, Gürcüstanın ondan çıxması ilə Azərbaycan Milli Şurası 28 may 1918.-Cİ ildə Azərbaycanın müstəqilliyini elan etmişdir... Sizi

14

bununla bağlı xəbərdar etməklə, Zati Alilərinizdən bu barədə öz hökumətinizə məlumat çatdırmağınızı xahiş edirəm. Hökumət müvəqqəti olaraq Gəncə şəhərində yerləşir. Xoyski - Azərbaycan Respublikası Nazirlər Şurasının sədri”. (ARDA, f.970, s.l, iş 5, v.l).

Azərbaycan Milli Şurası ilə bərabər respublikanın müstəqilliyi yolunda real addımlar atmaq üçün ilk günlərdən geniş əməli işlərə başlayan, fəaliyyətini quracağı dövlətin hüdudları daxilinə keçirməsi üçün möhkəm zəmin yaratmağa çalışan birinci hökumət iyun ayının 16-da öz məqsədinə nail oldu. Azərbaycan hökumətinin Tiflisdən Gəncəyə köçməsi ilə öz faktiki missiyasını uğurla yerinə yetirmiş Azərbaycan Milli Şurası səhəri gün fəaliyyətini dayandırdı və səlahiyyəflərini müəyyən dövr ərzində yeni təşkil edilmiş Azərbaycanın ikinci hökumətinə verdi. Yeni hökumətin fəaliyyətə başladığı 17 iyun 1918-ci ildə AR Nazirlər Şurasının Azərbaycan əhalisinə müraciətində deyilirdi: “Azərbaycanın müstəqilliyi ilə əlaqədar müqəddəs arzu həyata keçmişdir. Biz inanırıq ki, millətimizin sarsılmaz iradəsi və bizim həmmilətimiz və həmdinimiz olan Osmanlı imperiyasının dəstəyi ilə Vətənimizin xoşbəxt gələcəyi təmin olunacaqdır. Bununla yanaşı, indiki vəziyyətdə gənc respublikamızı həm xaricdən, həm də daxildən ciddi təhlükələr təhdid edir... Belə məsul vəziyyətdə öz üzərinə ölkənin idarə edilməsi kimi ağır bir vəzifə götürmüş Azərbaycan hökuməti ona dövlət orqanlarını vahid əldə cəmləşdirməyə imkan vermək üçün bütün vətəndaşlardan öz gündəlik fəaliyyətləri ilə məşğul olmaqla idarəçilik işinə mane olmamağa çağırır. Bununla hökumət Vətənin səadəti və xilası naminə hökumət qərarlanm yerinə yetinnəkdən yayınan şəxslərə qarşı ən sərt təxirəsalınmaz tədbirlər görəcəkdir. Hökumətin ən yaxın vəzifələrindən biri bütün hökumət müəssisələrinin, məhkəmə və məktəblərin milliləşdirilməsidir. Ancaq bu iş dövlət aparatını dağıtmadan, tədricən həyata keçiriləcəkdir. Hökumət ayrıca qərarların qəbuluna qədər bütün hökumət xidmətindən olanları öz əvvəlki yerlərində qalıb işlərini davam etdirməyə dəvət edir. Hökumət milliyyətindən və dinindən asılı olmayaraq Azərbaycanın onun bütün vətəndaşlarının həqiqi vətəni olması üçün bütün tədbirləri görəcəkdir. Bütün əhali qruplarına öz

15

hüquqlannm müdafiəsində o, hərtərəfli dayaq olacaqdır.” (ARDA, f895, s.l,iş 29, v.l).

Bu tarixi müraciətdən 5 ay sonra 17 noyabr 1918-ci ildə saat 13.30-da Azərbaycan Milli Şurası yenidən fəaliyyətə başladı. İlk müstəqillik dövrünün ən ağır və məsuliyyətli günlərində özünü doğrultmuş bu qurumun üzvlərinin bir araya yığılması təsadüfi deyildi. Məqsəd onun artıq əməli işdə sınanmış tərkibi əsasında Azərbaycanda qanunvericilik orqanının yaradılması, Azərbaycanın Parlamenti! idarə üsuluna malik rsepublika kimi formalaşdırılması idi. Şuranın açılışında çıxış edən Fətəli Xan hökumətin 5 aylıq fəaliyyətini belə qiymətləndirmişdi: “Biz öz vəzifələrimizin icrasına başlayanda ölkədə anarxiya hökm sürürdü, maliyyə sahəsində olduğu kimi, hərbi və daxili sahələrdə də. Ən başlıcası bizim paytaxtımız öz əlimizdə deyildi və hökumətin vəzij^əti ağır idi. Allaha şükürlər olsun ki, indi anarxiya aradan qaldırılıb və həyat normal axarına düşüb. Biz maliyyə vəziyyətini nizama salmış, ölkədə qayda-qanunu qorumağa yetəcək qədər ordumuzu təşkil etmişik.” (“Azərbaycan” qəzeti 1918-ci il 17 noyabr).

Fətəli Xan Xoyskinin Azərbaycanda hüquqi, demokratik dövlət quruculuğu yolundakı xidmətləri barəsində dövlət arxivlərində kifayət qədər tədqiq edilməmiş faktiki material, indiyədək haqqında xalqa lazımınca məlumat verilməmiş tarixi sənədlər var. Bunların qətiyyən mübaliğə olmadığına yəqin ki, heç bir azərbaycanlının qəlbində şübhə yoxdur. Ancaq bu da bir həqiqətdir ki, dövlət xadimi, böyük şəxsiyyət barəsində ən doğru bilgilər bir çox hallarda içində yaşadığı dövrün ona göstərdiyi münasibətdə, verdiyi qiymətdə də öz əksini tapır. Müstəqil Azərbaycan dövrünün aynasında Fətəli Xanın necə göıündüyü aşağıdakı məqamlarda öz dolğun əksini tapıb.

Azərbaycan Parlamentinin 1918-ci il dekabr ayının 7-də fəaliyyətə başlaması ilə gündəmə respublikada yeni hökumətin təşkili kimi son dərəcə aktual bir məsələ çıxmışdı. Müstəqilliyin əldə olunmasından ötən 6 ay 10 gün ərzində Azərbaycanda iki hökumət qurulmuş, bunlann hər ikisinə Fətəli Xan sədrlik etmişdi. Ancaq 3-cü hökumət bir qədər fərqli prinsiplər əsasında fonnalaşdırılmah, ali qanunverici orqan - Parlament qarşısında cavabdehlik daşımalı, onda təmsil edilən fraksiyaların ümumi

16

razılığı ilə öz işinə başlamalı idi. Dekabr ayının 10-da məhz bu məsələni müzakirə üçün toplaşmış ilk parlament üzvlərimizin hökuməti kimin təşkili edəcəyi ilə bağlı çox asanlıqla yekdil rəyə gəlmiş və Parlamentin sədr əvəzi Doktor H.Ağayevin Fətəli Xan Xoyskiyə Nazirlər Şurasının sədri postunu tutması ilə bağlı 13 dekabr 1918-ci ildə məktubla müraciət etmişdi: “Azərbaycan Parlamentinin bu il dekabr ayının 10-da keçirilən iclasında mənə yeni kabineti təşkil etmək üçün Baş Naziri seçmək və dəvət etmək tapşırığı verilmişdir. Fraksiyaların arzusu, həmçinin siyasi təcrübəyə, Sizin Vətənə və millətə xidmət işində göstərdiyiniz görkəmli fəaliyyətiniz və fədakarlığınıza görə mən Sizdən bü mühüm və çətin işi öhdənizə götürməyi. Baş nazir vəzifəsini qəbul etməyi və koalisiyah kabinet yaratmağı xahiş etməyi özümə borc bilirəm. Xahiş edirəm mənim səmimi hörmət və ehtiramımı qəbul edəsiniz. Parlament sədri əvəzi; doktor Ağayev”.

Əlbəttə, Parlamentin yekdil şəkildə dəvəti kimi yüksək bir etimaddan, millətin sayılıb-seçilən insanları tərəfindən belə dəyərləndirilməkdən daha böyük qiymət ola bilməzdi və bu 'etiraflar qarşısında hədsiz məmnunluq və minnətdarlıq duyğusu keçimıək, bu dəvəti düşünmədən qəbul etmək təbiidir. Ancaq bəlkə də Fətəli Xan yeganə insanlardan idi ki, millətə xidmət hissini hansısa vəzifə tutmaqla, səlahiyyət sahibi olmaqla bağlamırdı və o, ən sıravi vətəndaş kimi də bu yolda hər cür fədakarlıq göstərməyə, həyatını və sağlamlığını canından artıq sevdiyi Vətəninə verməyə hazır idi. O, bütün bunlara qəti əmin olduğu və hazırda səhhətinin belə son dərəcə məsuliyyətli bir dövrdə təklif olunan yüksək postu tutmağa imkan vermədiyi üçün çəkinmədən bu təklifdən imtina etmişdi. Məktubu aldığı günün səhəri Fətəli Xan Xoyski öz cavab məktubunu yazırdı:

“Çox hörnıətli Həsən bəy! Dünən mən Sizin məktubunuzu aldım. Həmin məktubda Siz bildirirsiniz ki, mənim Vətənə və millətə xidmət işində göstərdiyim keçmiş fəalİ5q/əti və Parlament fraksiyalarının arzusunu nəzərə alaraq. Parlament qarşısında cavabdeh olan yeni koalisiyah kabinet təşkil etməyin kimə həvalə olunması seçimi ilə əlaqədar mənim namizədliyim üzərində dayanmısınız. Mənə göstərOan hiLviikcat' görə dərin minnətdarlığımı bildirir, eyfbzamanüa£atdmrai3i.ki. <=ahhətimin

17

ciddi surətdə pozulması səbəbindən bu vəzifəni öz üzərimə götürə bilmərəm, bununla yanaşı lazım gəldikdə bütün qüvvəmi xalqa xidmət işinə sərf etməyi özümə daim mənəvi borc sayacağam. İmkandan istifadə edərək mənim dərin minnətdarlığımı və sədaqətimi qəbul etməyinizi xahiş edirəm. F.X.Xoyski”. (“Azərbaycan” qəzeti 1918, 15 dekabr).

Buna baxmayaraq 18 dekabrda Həsən bəy Fətəli Xan Xoyskiyə Nazirlər Şurasının sədri olmaq, koalisiyalı kabinet yaratmaq xahişi ilə yenidən müraciət edir; “... mən ikinei dəfə xalq adından Sizə müraciət edirəm. Vətən üçün belə ağır bir vəziyyətdə hökumət qurmaq kimi məsuliyyətli işdən imtina etməyəsiniz və öz üzərinizə koalisiyalı kabinet təşkil etmək vəzifəsini götürəsiniz. Ümid edirəm ki, mənim xahişimi yerinə yetirəeəksiniz, belə ki. Parlament farksiyaları yekdil olaraq Sizin namizədliyiniz üzərində dayandılar və Sizi bu postda göraıəyi israrlı arzu edirlər.”

Bu məktubu öz səhifələrinə çıxaran “Azərbayean” qəzeti 1918-ci il 21 dekabr sayında oxucularına belə bir məlumat verir ki. Fətəli Xan bu israrlı dəvətlərdən sonra hökumət təşkil etməyi öz üzərinə götürdü. Bütün bunlar Fətəli Xanın hökumət başçısı kimi, doğrudan da, əvəzedilməz şəxs olduğunu göstərirdi və zəmanəsinin görkəmli dövlət xadimləri onu məhz bu eür şəxsiyyət saydıqlarını qətiyyən gizlətmir, belə bir insanla çiyindaşlıq etməkdən qürur duyurdular. Hökumətin başında durduğu zaman etibarı ilə əslində çox qısa, görülən işlərin həeminə görəsə həsəd və heyrət doğuran müddətdə Azərbaycanın daxili və xarici siyasət məsələləri ilə bağlı problemləri necə həll olunmuşdu?

F.X.Xoyski 1918-ci il dekabr ayının 7-də Azərbaycan parlametinin açılışında söylədiyi nitqində sanki bu suala cavab verib: “Bu günkü müqəddəs gündə ölkəmizin taleyinin öz əlimizdə olduğu bir vaxtda hökumət adından hörmətli parlament üzvlərini salamlayıram.” O, hökumətin 6 ay ərzində Azərbayeanda dövlətçiliyin möhkəmləndirilməsi sahəsində görülmüş çox böyük işlərdən danışır və xüsusilə ölkədə anarxiyanın aradan qaldırılmasını qeyd edir. Özü də bütün bunlar “hökumətin heç bir qoşuna və vasitəyə malik olmadığı şəraitdə həyata keçirilmişdir”.

18

- deyir. “Altı ay ərzində biz ölkəni anarxiya və xaosdan çıxamıaq üçün fəaliyyət göstərmişik: qayda-qanun yaratmış, polis təsis etmiş, məhkəmə qunnuş, dəmiıyolunda hərəkəti bərpa etmiş, az- çox dərəcədə poçt-teleqraf və digər müəssisələrin işlərini qaydaya salmış, ölkəni maliyyə çətinliyindən çıxarmışıq... Doğrudur, işimizdə çatışmazlıqlar və nöqsanlar çoxdur. Ancaq nəzərə alın ki, bu işlər son dərəcə gənc, çoxillik dövlətçilik təcrübəsinə, bundan əlavə heç bir vasitəyə və real gücə malik olmyan bir hökumət tərəfindən görülmüşdür. Yuxarıda qeyd olunanları yerinə yetirdikdən sonra hökumətin qarşısında başqa, daha mühüm və daha çətin vəzifə Azərbaycanın paytaxtı Bakı şəhərinin onu xəyanətkarcasma işğal etmiş, xalqların azadlığı və qardaşlığı və s. barədəki hay-küyləri Bakılı müsəlman kişiləri və qadınları məhv etmək hərəkətləri ilə uyğun gəlməyən partiyadan (müdafiəsiz Bakılılar soyqınmından canlannı qurtanb İrana, Dağıstan dağlarına qaçmış, müxtəlif ölkələrə dağılıb alçaldıcı qaçqın həyatı yaşamışdılar) geri alınması dumrdu. Bu mühüm və çətin vəzifə hökumətin müraciət etmək məcburiyyətində qaldığı Türk qüvvələrinin köməyi ilə hökumət tərəfindən yerinə yetiri İdi... Biz bacardığımız qədər hər şeyi etdik, ola bilər ki, səhvlərə də yol verdik, ancaq işlədik, yalnız bir məqsədlə - Vətənin rifahı naminə çalışdıq.” (“Azərbaycan” qəzeti 1918-ci il, 10 dekabr).

Həmin nitqində Fətəli Xan mövcud çətinliklərlə üzləşən gənc dövləti dalğalar qoynunda yırğalanan qayıqla müqayisə edərək deyir ki, bu qayığı qayalar arasından elə keçirmək lazımdır, o, büdrəməsin və daşlara toxunub parçalanmasın.

Fətəli Xan və Cümhuriyyətin digər rəhbərləri Bakınm alınmasını müstəqilliyə bərabər bir addım kimi qiymətləndirir və bu qənaətlərində qətiyyən mübaliğəyə yol vermirdilər. Çünki o dövrdə dünyanın neft sənayesi üzrə ən mühüm mərkəzlərindən biri olan bu şəhərin müstəqil dövlətin paytaxtına çevrilməsinin gənc respublikanın mövcudluğu üçün həm çox böyük siyasi, həm də iqtisadi əhəmiyyəti vardı. Bütün Zaqafqaziyada az qala diqqətini tamamilə Bakıya yönəltmiş Qərbin dəstəyinə nail olunması bu şəhərin onu işğal etmiş düşmən qüvvələrin əlindən

19

təcili surətdə geri alınmasını tələb edirdi və Azərbaycanın gənc dövləti bu mühüm missiyanı şərəflə yerinə yetirməyi bacardı.

1918-ci ilin 15 sentyabnnda Bakının oyuncaq Sentrokaspi qüvvələrindən təmizlənməsi münasibətilə F.Xoyski “Azərbaycan” qəzetinin 19 sentyabr sayında (№2) yazırdı: “Bizim də həyatda yaşamağa, bizim də azad yaşamağa hüququmuz vardır. Heç bir zirehli maşın, hidroplan, aeoroplan, kanonerka, məftilli çəpər, mina və sairə texniki qurğu, heç bir ingilis, heç bir qüvvə və onların havadarları tarixin təbii axarına mane ola bilmədilər. Bakının 50 minlik qoşun və texnika ilə birlikdə kiçik bir qüvvənin həmləsi qarşısında süqutu başqasının fəlakəti üzərində öz xoşbəxtliyini qurmaq istəyənlərə ibrət dərsi olmalıdır.”

Əlbəttə, yeni dövlət quruculuğu yolunda Azərbaycanın üzləşdiyi bitib-tükənməz çətinliklərin yalnız bunlardan və ölkəni hər an təhdid edən xarici müdaxilə təhlükəsindən ibarət olduğunu düşünmək azı sadəlöhvlük sayılardı. Çünki nəinki ən yaxın xaricdə və ölkə daxilində, hətta yüksək dövlət postu tutan, parlamentdə təmsil olunan siyasətçilər arasında da müstəqil Azərbaycanın açıq və gizli düşmənləri az deyildi. Elə ən çətini də bu qüvvələrin neytrallaşdırılması, lazım gəldiyi vaxt onların dağıdıcı fəaliyyətlərinin qarşısına sədd çəkilməsi idi. Çoxpartiyalılıq əsasında formalaşdırılmış Azərbaycan Parlamentində ennəni fraksiyası, “Daşnakstuyun” fraksiyası, “Hümmət” fırqəsi kimi məqam düşdükdə açıq-açığına düşmən siyasəti yeritməkdən çəkinməyən, “Sosialist” fırqəsi kimi bolşeviklərə meylli olan, “Slavyan-rus cəmiyyəti” fırqəsi kimi əslində keçmiş Rusiyanı bəıpa etmək mövqeyinidə dayanan fırqələr fəaliyyət göstərirdi. Məhz belə vəziyyətlə bağlı idi ki. Fətəli Xan Parlamentin israrlı xahişlərini nəzərə alıb hökumət qurmaq mandatını götürməyə razılıq verdikdən sonra bir neçə gün fasiləsiz danışıqlar aparsa da, fırqə rəhbərləri ilə ümumi razılığa gələ bilməmişdi.

“Azərbaycan” qəzeti müxbirinin F.X.Xoyski ilə yeni kabinet quruculuğu barədə 1918-ci il dekabr ayının 21 -də keçirdiyi söhbət tarixi həqiqətlərin üzə çıxıralması baxımdan xüsusi maraq gəsb edir. Bunu nəzərə alaraq, həmin müsahibəni cüzi ixtisarla oxuculara çatdırırıq.

20

Biz ağır dövr yaşayırıq. Qarşıda yeni həyat formaları yaratmaq kimi nəhəng işlər durur və bunun üçün bəzən partiya mənsubiyyətindən, bu və ya digər millətin nümaynədəsi olmasından asılı olmayaraq respublikanın bütün qüvvələrini səfərbər etmək lazımdır. Mən bu niyyətlərlə mümkün namizədlərlə danışıqlara başlamışam. Danışıqlar iki gündür davam edir və mən belə bir kədərli faktı deməyə məcburam ki, parlamentin mənim üzərimə qoyduğu vəzifəni yerinə yetirəcəyimə ümid çox azdır. Mən kabinet yaratmaqdan imtina edəcəyəm.

- İcazə verin öyrənək, hansı səbəblərə görə? - Səbəblər çoxdur, ən başlıcası, maraqların və tələblərin son

dərəcədə ziddiyyətli olmasıdır ki, mən bunları razılaşdırmağın mümkün olacağını gönuürəm.

- Milli, yaxud partiya xarakterli tələblər və maraqlar? - Daha çox şəxsi. - Danışıqların nəticələri nə vaxt aydınlaşa bilər? - Bu gün, yaxud sabah. Ancaq təkrar edirəm, mən danışıqlann

nəticələrinə hədsiz pessimistcəsinə yanaşıram. - Onda çıxılmaz vəziyyət yaranır. Əgər Siz, parlament

fraksiyalarının e’timadını qazanmış şəxs bu vəzifənin öhdəsindən gələ bilmirsinizsə, bunu başqası heç bacarmaz.

- Nəyə görə, bəlkə başqası bacaracaqdır. Hər bir siyasi xadimin öz prinsipləri və öz dünyagörüşü var. Mənim dünyagörüşüm kabinet yaratmaqda qarşılaşdığım ziddiyətləri razılaşdırmağa imkan vennir, ancaq ola bilər ki, başqası kəskin ucları yumşaldar və barışıq xəttini tapar. Mən bütün son gücümü toplamağa və vətənin rifahı naminə verməyə hazır olduğumu demişəm, ancaq elə hədlər var ki, mən heç vaxt adlayıb keçə bilmərəm.” (“Azərbaycan” qəzeti 1918, 22 dekabr).

Yeni kabinetin formalaşdırılması ilə bağlı belə çıxılmaz vəziyyətin yarandığını görən bir sıra fırqə sədrlərinin hansı qərara gəldikləri barədə “Azərbaycan” qəzetinin 1918-ci il, 24 dekabr sayında aşağıdakı məlumat dərc olunub: “Dünən parlament fırqələri sədrlərinin kabinet yaradılması ilə əlaqədar məsələnin müzakirəsinə həsr edilmiş yığıncağı keçirilmişdir. Konvent senyorları ölkənin indiki məsuliyətli və böhranlı vəziyyətində

21

kabinetin təşkilində sonrakı ləngimələri qəti arzuedilməz hesab edərək, F.X.Xoyskidən onun qarşısında kimin tərəfindən qaldırılmasından asılı olmayaraq, heç bir maneə və şərtlə hesablaşmadan özünün lazım bildiyi kimi təcili surətdə Nazirlər Şurasının təşkilinə başlamağı israrla xahiş etməyi qərara aldı.”

İki gün sonra Parlamentin növbəti iclasında çıxış edən F.X.Xoyski yeni kabinetin təşkili və hökumətin proqramı barədə hesabat verir. Hökumətin təqdim olunan bəyannaməsində “Başlıca vəzifə” bölməsində deyilirdi: “Bizim birinci və əsas vəzifəmiz ... Azərbaycanın müstəqilliyidir”. (“Azərbaycan” qəzeti 1918, 29 dekabr).

Təsadüfi deyildi ki, Azərbaycanda koalisiyalı hökumətin təşkili respublikadakı xarici missiyalar, xüsusilə müttəfiq dövlətlərin nümayəndəsi General Tomson tərəfindən də yüksək qiymətləndirilmişdi. Tomson 28 dekabr bəyannaməsində deyirdi: “F.X.Xoyskinin sədrliyi altında Koalisiyalı Azərbaycan hökumətinin təşkil edilməsi ilə əlaqədar müttəfiq komandanlıq bu hökumətə Azərbaycan hüdudlarında yeganə yerli qanuni hakimiyyət kimi hərtərəfli köməklik göstərəcəkdir.” (MİA AN Azerbaydjana, Nauçnıy arxiv, invent № 2143).

Bu bəyannamə müstəqil Azərbaycanın yaşaması üçün ən zəruri beynəlxalq təminatlardan biri kimi xüsusi əhəmiyyət daşıyırdı və ona elə həmin gün dərhal reaksiya verilməsi dövlət adamlarımızın işə münasibətini əyani surətdə göstərir.

Bəyannamənin hökumət və siyasi dairələrdə belə ruh yüksəkliyi doğurması, böyük ümidlər yaratmasının səbəbləri sırasında sözsüz ki, təqribən 40 gün əvvəl eyni şəxsin verdiyi başqa bir qərarın da az rolu olmamışdı. Belə ki, İ918-Cİ il noyabr ayının 17-də Bakıda hərbi vəziyyət tətbiq olunması barədə məcburi qərar verən general-mayor Tomson özünü hərbi vəziyyətin davam edəcəyi vaxta qədər Bakının hərbi qubernatoru, polkovnik F.Kokkoreli isə müttəfiq dövlətlərin Bakı şəhərində polis komissarı təyin etmişdi. Əslində Azərbaycan hökumətinin bir sıra səlahiyyətlərini məhdudlaşdıran bu qərarın verilməsinin səhəri günü Bakı şəhərinə dünya müharibəsindən qalib kimi dönən ingilis-fransız-amerikan qoşunları daxil olmuş.

22

əhali arasında müəyyən narahatlıq yaranmışdı. Bunu nəzərə alan Fətəli Xan Xoyski və daxili işlər naziri Behbud Ağa Cavanşir Azərbaycan hökuməti adından şəhər əhalisinə müraciət edərək, onları sakitliyə, qayda-qanunu gözləməyə çağırmışdılar. Həmin hadisələrlə bağlı “Azərbaycan” qəzetinin 18 noyabr 1918-ci il sayında belə bir məlumat dərc olunmuşdur: “Bazar günü, noyabrın 17-də gündüz saat 1-də Bakıya general Tomsonun başçılığı ilə müttəfiq qoşunları daxil olmuşdur.” Generalı təmsil etdiyi dövlətlərin qoşunlannın Bakıya, Azərbaycanın paytaxtına daxil olması münasibətilə Azərbaycan hökuməti adından xarici işlər naziri səlahİ3^ətlərini müvəqqəti icra edən Adil Xan Ziyadxanov salamlayaraq demişdir: “Qanla biq-birindən aralınmış, əldən düşmüş və tükənmiş insanlıq üçün dinc əməkdaşlıq zəminində danışıqlar üçün yeni və işıqlı era başlanır”.

Əslində isə türklərin Azərbaycandan getməsindən, general Tomsonun başçılığı ilə müttəfiq qoşunları qüvvələrinin Ənzəlidən Bakıya gəlməsindən, eyni zamanda rus generalı Biçeraxovun ruslar və ermənilərdən ibarət qüvvəsinin də Bakı limanına çıxarılmasından Azərbaycan hökuməti ciddi narahıtlıq keçirirdi. Ayrı-ayrı qüvvələrin yaydıqları müxtəlif məzmunlu bəyannamələrin xalqı çaşdırdığı bir vəziyyətdə hamı hökumətin nə qərar verəcəyini gözləyirdi. “Belə bir vəziyyətdə Azərbaycan dövlət rəisi mərhum Fətəli Xan general Tomson ilə görüşür. Onların söhbətləri çox mübahisəli və sərt olur General Tomson Azərbaycan Cümhuriyyətini tanımadığını, müttəfiq olan rusların torpağına gəldiyini söyləyir. Fətəli Xan isə Azərbaycan xalqının qəran və istəyi ilə Azərbaycan Cümhuriyyətinin və istiqlalının elan edildiyini və büunun bütün dünya dövlətlərinə bildirildiyini söyləyir. Fətəli Xan sözlərinə davamla: “Siz böyük bir millət və böyük bir imperiyasınız. Eyni zamanda mədəni bir millətsiniz. Bizim istiqlaliyyətimizi tanımalısınız” deyir. General Tomson da: “Bu söylədikləriniz siyasi şeylərdir və iki dövlət arasmda cərəyan edər. Halbuki mən bir əsgərəm” cavabını verir. Fətəli Xan da: “Madam ki, siz əsgərsiniz, mən də istiqlaliyyətini elan etmiş Azərbaycan Cümhuriyyətinin Baş Naziriyəm. Biz sizi buraya dəvət etmədik. Sizdən ölkəmizi tərk etməyi tələb edirəm” deyir. Bu cavab

23

qarşısında general Tomson tərcüməçiyə dönərək “Baş nazir həzrətlərinə söyləyin ki, hər hansı bir hərbi qüvvəni çıxarmaq üçün hərbi qüvvəyə sahib olmaq gərək. Bildiyimə görə q u r d u ğ u n u z Cümhuriyyətinin ordusu hələ qurulma- mışdır” deyir. Fətəli Xan tərcüməçiyə: “General həzrətlə- rinə söyləyin ki, o yalnız hərbi birliyə malikdir. Ya xalq qüvvələrinin nə ol- duğunu bilmir və ya hər xalqı Hindistan xalqı zənn edir. Biz

azərbaycan türkləri istiqlaliyyətimizi elan etməmişdən öncə 100 minə qədər rus əsgərini xalq qüvvələrimizin gücü ilə süpürüb sərhədlərimizdən kənara atdıq. Əgər inad edərlərsə, bir ovuc ingilis əsgərini dənizə tökmək qəhrəman xalqımızın gücü ilə bir neçə saatlıq məsələdir. Ancaq, biz nə onlardan pislik görmək, nə də onlara pislik etmək istəyirik” cavabını vermişdi”. (Nağı Şeyxzamanhnın xatirələri Bakı, “Qartal” nəşriyyatı, 1997, səh. 165- 166.)

Fətəli Xan Azərbaycanda ayrı-ayn hökumət qurumlarının yaradılmasında, xüsusilə ölkənin müdafiəsi, daxili sabitliyin qorunması və xarici siyasət məsələləri ilə bağlı sahələrin inkişaf etdirilməsində xüsusi xidmətlər göstərmişdir. Bu baxımdan belə bir fakt mühüm əhəmiyyət kəsb edir ki. Fətəli Xan 1-ci hökumət kabinəsində eyni zamanda daxili işlər, ikinci kabinədə ədliyyə

24

və müəyyən dövrdə həm də müdafiə, üçüncü kabinədə isə xarici işlər naziri kimi çox vacib sahələrə rəhbərlik etmişdir. Hökumət başçısı kimi onsuz da kifayət qədər işi olan bu insanın həmin postları da tutmasının vəzifə aludəçiliyi ilə heç bir bağlılığı yox idi və yuxarıda göstərilənlər bunu aydın sübuta yetirir. Görünür həmin vəzifələrin kabinet sədrinə həvalə olunması hər şeydən əvvəl ölkə həyatının daxili tələbatından, bu sahələrin müstəqilliyin qorunması və möhkəmləndirilməsində həqiqətən də, daha mühüm sayılmasından irəli gəlirdi. Çünki Azərbaycanın 4-cü hökumətinə başçılıq etmiş Nəsib bəy Yusifbəyli də eyni zamanda daxili işlər naziri vəzifəsini icra et—mişdir. Azərbaycanın üç hökumətində Nazirlər Şurasının sədri olmuş Fətəli xan Xoyski 24 dekabr 1919- cu ildən 1 aprel 1920-ci ilə qədər fəaliyyət göstərmiş 5-ci hökumətdə isə xarici işlər naziri postunu tutmuşdur.

Fətəli Xanın necə uzaqgörən siyasətçi və dövlət xadimi olduğunu onun müasirlərindən biri, Azərbaycanın müxtəlif hökumətlərində üç dəfə nazir postu tutmuş M.Hacmskinin 29 dekabr 1930-cu ildə istintaqa verdiyi ifadə bir daha təsdiq edir: “Mən burada Bakıda 1919-cu ilin sonlarında mənimlə İrandan Londona göndərilmiş nümayəndə Mirzə Rza Xanla aramızdakı bir söhbəti də gətirmək istəyirəm. O, Londondan Tehrana gəlmişdi. Hökumət üzvlərinə danışmışdı ki, İngiltərənin Yaxın Şərqdə Türkiyə ilə yanaşı böyük bir müsəlman dövləti yaratmaq planı var. Belə bir dövlətin İran olacağı güman edilir. Nəzərdə tutulur ki, Azərbaycanın arzuladığı formaya uyğun şəkildə Türkistan, Əfqanıstan və Azərbaycan birləşsinlər. O vaxtkı xarici işlər naziri Xoyski ona diplomatik bir cavab vermişdi ki, bu barədə fikirləşmək lazımdır, ancaq sonra hökumət dairələrində biz başa düşdük ki, bu Bakını tutmuq üçün manevr imiş. Bu cavab təəssüf hissi ilə qarşılanmadı”.

Yeri gəlmişkən, bir fakta aydınlıq gətirmək istərdik. Fətəli Xan haqqında yazan müəlliflərin əksəriyyəti (bizim tanış olmadığımız materiallar da ola bilər - L.Ş.) onun çox az bir müddətdə Azərbaycanın hərbiyyə naziri olduğunu qeyd etməyiblər. Bu faktın ən sadə təsdiqi isə Naz noyabr 1918-ci il tarixli qərarıdır: “Nazirlər

Respublikasında hərbi nazirlik yaratmağı qərar almışdır; hərbi nazir vəzifəsi Nazirlər Şurasının sədri F.Xoyskiyə həvalə olunmuş, onun müavini isə general Səməd bəy Mehmandarov tə’yin edilmişdir.”

Ümumilikdə isə həm dövrün tələbi, həm də millətin gələcəyini düşündüyü üçün Fətəli Xan gənc respublikanın müdafiə məsələlərini birinci dərəcəli əhəmiyyətə malik məsələlər hesab edir və bu işdə təcrübəli generallarımızın hərtərəfli sərbəst fəaliyyət göstərmələri üçün onlara lazımi şərait yaradılmasına çalışırdı. Hərbi nazirliyin müvafiq strukturlarının yaradılmasında bu qurumun rəhbərliyinə köməklik göstərilməsi, Gəncədə hərbi məktəbin açılması, yenə müstəqil Azərbaycanın ilk paytaxtı olmuş bu şəhərdə martın 23-də hərbi paradın qəbulunda iştirak və s. - onlarla belə faktlar var. Çünki millətini hər cür bəladan qorumağa çalışan bu fədakar insan yaxşı bilirdi ki, güclü ordu qurulmadan Vətənin müstəqilliyini möhkəmləndirmək çətin olacaq.

1918-ci il dekabrın 20-də Azərbaycan Parlamentinin fövqəladə iclası keçirildi. Gündəliyə iki məsələ: Andronikin, onun quldur dəstəsinin Qarabağda törətdiyi vəhşiliklər və erməni-gürcü münaqişəsi ilə bağlı məsələ çıxarılmışdı. İclasda əsas söz sahibi olan Fətəli Xan Xoyski çıxış edərək dedi: “...Azərbaycan Respublikasının Bakı əməliyyatı ilə məşğul olmasından istifadə edən Andronik Zəngəzurda vəhşiliklər törətməkdə, bu rayonu müsəlman əhalisindən təmizləməyə cəhd göstərməkdə davam etdi və bu məqsədlə orada yerləşən müdafiəsiz müsəlman kəndlərinə basqınlar etdi. Sonra Andronik bu əməliyatlarmı Zəngəzur qəzasından Şuşa rayonuna keçirdi və onun qızışdırdığı yerli eıtnənilər Şuşa-Yevlax yolunu kəsdilər və beləliklə Şuşa şəhərinin müsəlman əhalisini olduqca təhlükəli vəziyyətə saldılar. Onda hökumət respublikanın mənafelərini müdafiə etmək, əhalinin həyatını və əmlakını qorumaq məcburiyyətində qalaraq Qarabağa hərbi qüvvələr göndərdi. Dinc əhali tərəfdən bir nəfər də itki verilmədən Andronikin quldur dəstələri qovuldu və orada tam sakitlik yaradıldı. Andronikin quldur dəstələri Zəngəzurun dağlıq ərazisində gizləndilər ........ Sonra siyasi vəziyyət dəyişdi. Şuşadan türk hissələrinin getməsi ilə vətəndaşların rahatlığı yenidən pozuldu.... General Tomson Qarabağa iki zirehli maşının

26

və bir neçə ingilis əsgərinin müşayəti ilə yeni qarışıq nümayəndə heyəti göndərmək qərarına gəlib. İndiyədək bir nümayəndə heyəti qayıtmayıb və ondan heç bir xəbər yoxdur. Göründüyü kimi, Qafqaza nümayəndə heyəti göndərmək sistemi həmişə öz məqsədinə nail olmur. Bu Qarabağın müxtəlif hissələrindən erməni quldur dəstələrinin yeni vəhşilikləri barədə bizə daxil olmaqda davam edən teleqramlardan da görünür. ... Andronikin planı - Zəngəzuru və Şuşanı müsəlman əhalisindən təmizləmək və bu torpaqları Azərbaycandan qoparmaqdır. Ancaq bu ola bilməz. Azərbaycan Respublikası hökuməti öz taktikasına uyğun olaraq, ondan asılı olan bütün tədbirləri görmüşdür ki, bu avantyura qansız, dinc yolla aradan qaldırılsın. Ancaq sülhü quru söz sayan, ölkənin həyati əhəmiyyətli hüquqlarına qəsd edən elementlərə qarşı hökumət bütün digər müvafiq tədbirləri görəcəkdir”. (“Azərbaycan” qəzeti 1918, 21, 22, 24 dekabr).

General Tomsonu Qarabağa zirehli maşın göndərməyə məcbur edən də əslində F.Xoyskinin 6 dekabr 1918-ci ildə yazdığı məktub və bu məktuba əlavə olunmuş Qaryagin və Cəbrayıldan aldığı iki teleqram idi. Bu teleqramlarda Zəngəzurda eraıəni quldur dəstələrinin Andronikin başçılığı altında azərbaycanlı kəndlərini amansızlıqla dağıtmalarından, əhalini vəhşicəsinə öldürmələrindən, canını qurtaran bir qrup əhalinin İrana keçməsindən söhbət gedir. Belə bir vəziyyətin Şuşa və Cəbrayıl qəzalanm da gözlədiyi bildirilir və müttəfiqlərin nümayəndəsindən təcili tədbirlər görülməsi xahiş edilirdi.

1918-19-cu illərdə Zəngəzurda, Naxçıvanda və Qarabağda törədilən erməni vəhşiliklərinin qarşısının alınmasında, Andranikin və başqalarının rəhbərliyi altında yerli azərbaycanlı əhaliyə divan tutan quldur dəstələri ilə mübarizə aparılmasında Fətəli Xanının çox böyük xidmətləri olmuşdur. O, hökumət başçısı kimi bir tərəfdən diplomatik missiyalar vasitəsilə xarici dövlətlərin diqqətini bu məsələlərə cəlb etmiş, digər tərəfdən öz niyyətlərindən heç vəchlə əl çəkmək istəməyən ermənilərin ərazimizdən sıxışdırılıb çıxarılması, əhalinin müdafiəsi üçün müvafiq hərbi tədbirlər görülməsinə nail olmuşdur.

27

Fətəli Xanın çoxsahəli fəaliyyəti ilə əlaqədar belə bir faktı xüsusi qeyd etmək istərdim ki, gənc dövlətin gələcəyinin məhz )mksək ixtisaslı kadrlar yetişdirilməsindən asılı olduğunu gözəl bildiyi üçün 0, Azərbaycanda ali təhsil ocaqlarının təşkil edilməsinin ilk təşəbbüskarlarından olmuşdur. Dövrünün aparıcı elmi mərkəzlərindən sayılan Peterburq Universitetini bitirən bu yüksək intellektli insan ildə yüz, iki yüz gənci xarici dövlətlərdə ali təhsil almaq üçün göndərməklə respublikanın hərtərəfli ixtisaslaşmış mütəxəssislərə olan tələbatını ödəməyin mümkün olmayacağmı görürdü və bütün bu məsələləri zamanında həll etməyə yeganə çıxış yolu hesab edirdi. Professor V.İ.Razumovskinin 1922-ci ildə çap etdirdiyi “Bakı şəhərində universitetin əsasının qoyulması” adlı məqaləsindən məlum olur ki, Azərbaycan Dövlət Universitetinin yaradılması təşəbbüsü F.Xoyskiyə məxsusdur.

Xoyskilər nəslindən onlarla məşhur şəxsiyyətlər,

Azərbaycanın iftixarı olan dövlət və ictimai xadimlər, şanlı Vətən generalları çıxıb. Bu şəxsiyyətlər arasında üç nəfər haqqında bir qədər ətraflı bəhs etmək istərdim. Onlardan birincisi Fətəli xanın qardaşı. Cümhuriyyət dövründə Gəncə general-qubernatorunun müavini olmuş general Hüseynqulu xan İskəndər oğlu Xoyskidir. Aprel çevrilişindən sonra Hüseynqulu xan Gəncə xanı Cavad xanın nəslindən Əbülfət xanın qızı olan həyat yoldaşı Şirinbəyim xanımı, qızı Valiyəni, 6 aylıq nəvəsi Abbası və kürəkəni, məşhur Gəncə üsyanına başçılıq etmiş polkovnik Cahangir bəy Kazımbəyovu götürüb əvvəlcə İrana keçmiş (C.Kazımbəyov sonra geri qayıtmış və 1920-ci il may ayının sonunda sovet hakimiyyəti əleyhinə üsyana rəhbərlik etmişdi. Gəncə üsyanında bolşeviklər 8,5 min tələfat vermişdilər. Ancaq təxminən 10 gün davam edən qanlı döyüşlərdə 12 min nəfər şəhid verən milli qüvvələr öz istəklərinə nail ola bilmədilər), İrandan isə Türkiyəyə keçmişdi. Hüseynqulu xan 1955-ci ildə İstanbulda vəfat etmişdir. Onun kiçik oğlu 1910- cu ildə Gəncədə doğulmuş Zahid xan Xoyski hazırda Nyu-Yorkda yaşayır. Zahid xanın nəvəsi öz ulu babası 1819-cu ildə ləğv edilmiş Şəki xanlığının ilk xanı olmuş Cəfərqulu xanın adını daşıyır.

Fətəli Xanın ikinci qardaşı Rüstəm Xan Xoyski Azərbaycanın üçüncü hökumətində nazir olub. Onun barəsində kitabda

28

başqa materialda geniş söhbət açıldığı üçün təkcə bu faktı qeyd edirik ki, Rüstəm Xan aprel çevrilişindən sonra repressiyaya məruz qalmış, bir müddət həbsdə saxlandıqdan sonra, anası Şəlırəbam xanım Xoyskinin xahiş ərizəsi ilə həbsdən azad edilmişdir.

Haqqında ayrıca söhbət açmaq istədiyimiz üçüncü şəxs Əmir xan Cahangir oğlu Xan Xoyskidir. Əmir xan Fətəli xanın böyük qardaşı Cahangir xanın oğludur. Şəkidə doğulmuşdur. Cümhuriyyət dövründə Bakı qubernatorunun köməkçisi (1-ci müavini).

_ T/-J'

tıi

3 Л.5 ние 11 арла?,!снтя

Gəncə qəzasının rəisi, Dİ nazirliyinin Qazax qəzasında xüsusi səlahiyyətli nümayəndəsi təyin edilmişdir. 1920-ci ilin aprelində Quba qəzasının qubernatoru olmuşdur. Aprel çevrilişindən sonra Türkiyəyə keçmişdir. Həyat yoldaşı Əfşan xanım Cənubi Azərbaycandakı Maku xanlığının nəslindən olan Cəfər xanın qızı idi. Əmir xanın 12 yaşlı qızı Bəyim, 10 yaşlı oğlu anasının ölümündən sonra qohumlarının himayəsində yaşayıblar. Onlar soyadlarını dəyişib Cahangirli soyadı götürməyə məcbur olublar. Əmir xan Xoyski 1966-cı ildə İstanbulda vəfat edib.

Fətəli Xanın özünü isə bolşevik rejimi xəyanət yolu ilə aradan götürdü. Əslində özünə düşmən hesab etdiyi bir şəxsiyyətin

29

hansı formada, kimlərin vasitəsilə öldürülməsi xəyanət sayıla bilməz. Müstəqil dövləti zorla devirmiş bir hakimiyyət üçün Fətəli Xan da, onun çiyin yoldaşları da düşmən idilər və onlara qarşı bolşeviklərin tətbiq etdiyi bütün aksiyaların əsl həqiqətdə bir adı vardı - repressiya. Bu amansız vasitə ilə həmin insanları həbsxana güncündə divara dayayıb güllələyə də, F.Xoyski kimi bir emıəni qatili tərəfindən arxadan vuraraq öldürə də bilərdilər. Ancaq mahiyyət dəyişmirdi və sovet rejiminin mövcud olduğu bütün illər ərzində də bu mahiyyət dəyişməz olaraq qaldı. Azərbaycanın dövlət və ictimai xadimlərinin həyatı bahasına başa gəlmiş terror və kütləvi repressiyalar dalğası 30-cu illərdə daha da yüksəldi və yeni-yeni çalarlar qazandı. 40-50-ci illərdə və sonrakı dövrlərdə isə əslində mahiyyəti dəyişilməz qalan bu siyasətin üsul və vasitələrində dekorativ fərqlər meydana çıxdı. Sovet cəza orqanlan mənəvi terromn ən geniş miqyaslarda tətbiqinə nail olmaqla, bütün cəmiyyəti ümumi nəzarət altında saxlamağa, azad düşüncəni, sağlam fikri buxovlamağa çalışdılar. Milli təfəkkürdən məhrum manqurtlar nəsli Fətəli Xan kimi millət fədailərini xalqa birdəfəlik unutdurmaq, onun müstəqil yaşamaq qüdrətinə malik olmadığını təlqin etmək istəyirdilər və elə bu məqsədlə də ilk repressiya tədbirləri F.Xoyskinin, N. Yusifbəylinin başçılıq etdikləri hökumət kabinetlərinin, Azərbaycan Parlamentinin üzvlərinə qarşı tətbiq olunmuşdu.

Bolşevik təcavüzü 27 aprel 1920-ci ildə Azərbaycanın 5-ci hökumətini devirdi və bununla da qədim bir diyarda kütləvi qanlar axıdılmasma, insanlar qarışıq milli sayılan hər şeyin məhv edilməsinə başlandı. Azərbaycanın 6-cı milli hökumətinin qurulmasının qarşısı həmin təcavüzlə alındı. Bu hökumətin təşkili həvalə edilmiş M.Hacınski bolşeviklərin onda təmsil olunmasından imtina etmələri səbəbindən tapşınlan işin öhdəsindən gələ bilmədi. 6-cı milli hökumətin əvəzinə Azərbaycanda bolşeviklər hakimiyyətə gəldilər. Xislətlərində həqiqətən də şeytana xas xüsusiyyətlər gəzdirən bolşeviklərin 6-cı hökuməti şərti mənada əvəz etmələri bəlkə də qanunauyğunluq idi. Onlar sonrakı bütün fəaliyyətləri ərzində mifik şeytanın yer üzərində ardıcılları olduqlanm sübuta yetirdilər. Şeytan, Cavidin təbirincə desək İblis

30

bolşevik qiyafəsində Azərbaycanda 27 aprel çevrilişini həyata keçirdi və zorakılıq, şantaj, xəyanətlə ələ aldığı hakimiyyətdən istifadə edərək Azərbaycanda bütün zamanların ən qanlı cinayətlərini törətdi. Şeytan hakimiyyətinin davam etdiyi illər xalqın məhşər günü oldu.

31

Azərbaycanın ilk ordu generalı

Tann qisməti, alm yazısı. Tanndan qeyri kimsə bu qismətdən kimin payına nə düşdüyünü müəyyənləşdirə bilərmi. Bəlkə də insanı min illərlə qədərin hökmünə boyun əyməyə vadar edən ən böyük hikmətlərdən biri elə budur: insan heç vaxt öz taleyinin nə ilə bitəcəyindən xəbərdar olmayıb. Bir günün içində möhtəşəm saraylar, nəhəng abidələr yerlə yeksan olub, abad şəhərlər viran qalıb. Dünyanı qarşısında diz çökdürən cahangirlər bir qəfil zərbədən elə büdrəyiblər, bir daha qədləri düzəlməyib. Yaxud əksinə, hamının vecsiz saydığı birisi fələyin gərdişi ilə kimsənin ağlına gəlməyən, yatsa yuxusuna da girməyən mərtəbəyə yüksəlib. Bəlkə buna görə nağıllarda dünyadan sonsuz köçmüş hökmdann yerinə yeni taxt-tac sahibini seçmək istəyən xalq şahlıq quşu uçurdur. Bu quş da qədərin yazısıyla kimin qismətində varsa onun başına qonur.

Bir də xalqın, millətin qismətinə düşən, yeri kimsəylə əvəzedilməyəGək, alnına bir parçası olduğu Vətənin taleyində müstəsna rol oynamaq qisməti yazılmış nadir insanlar var. Nə yaxşı ki, Azərbaycanın taleyində belə insanlar az olmayıb. Türk yurdunun bir parçası olan Oğuz elinin bəxti bu sarıdan tann sevgisinə daha çox tuş gəlib. Ulu Dədəmiz Oğuz Xaqandan, Alp Ər Tunqadan üzü bu yana hərəsi bir elə arxa, dayaq olan, qayalar yaran gücü ilə ağlı tən gələn onlarla başbuğlarımız, öndərlərimiz.

32

C-lmiiS- 6yj (MeltMiiıiAiıpıjü,

tfSliS-^iiı iı<t

SÖZÜ dağdan ağır, çiçəkdən zərif ozanlarımız gəlib gediblər. Özü də

təkcə oğuzların deyil, dövrü qədimdən bütün türkün ellərinin

33

bəxti iki şeydə xüsusilə gətirib. Türk ellərində həmişə qüdrətli söz, sənət adamları, bir də ən böyük orduları çəkib ardınca aparmağa, ən qəvi düşmənə qalib gəlməyə qabil sərkərdələr olub. Birinci zümrənin varlığı daha çox millətin tanrı sevgisindən, tanrı seçimindən qaynaqlanan saflığının, təfəkkür və təxəyyül zənginliyinin nəticəsidirsə, ikincilərin bu millətin payına ərmağan edilməsi bütün özəl xüsusiyyətlərlə yanaşı, həm də türkün “Tanrı” deyə sidqi ürəkdən əl açdığı ulu göylərin onu hifz etmək üçün göndərdiyi töhfəsidir.

Səməd bəy Mehmandarov bu milləti hifz etməyə göylərdən göndərilmiş qüdrətli sərkərdələrdən biridir. Tanrı ondan qabaq və sonra da türklərə neçə qüdrətli sərkərdə bəxş edib. Ancaq Səməd bəy bu neçələrin arasında adi sıra nəfəri deyil, onların ən uca mərtəbədə dayananlanndan, adı ən ehtiramla çəkilməyə layiq olanlanndan biridir. Səməd bəy Azərbaycanın taleyində çox böyük rol oynamış, ilk müstəqil respublikanın 40 min nəfərlik ordusunu yaratmış və bununla da yüz illərdən sonra xalqın əzəli haqlanndan biri sayılan özünümüdafiə imkanlarını yenidən özünə qaytarmış bir şəxsiyyətdir. Səməd bəy bənzərsiz, iftixar olunmağa layiq, ancaq eyni zamanda son dərəcə mürəkkəb və zəngin bir ömür yaşamış insandır. Əsla təsadüfi deyil ki, onun haqqında yazan bütün müəlliflər bu fikirdə olublar və onların hamısının eyni fikrə gəlməsində qəribə heç nə yoxdur. Çünki Səməd bəy sadəcə olaraq on minlərlə, yüz minlərlə adi yaradılmışlardan biri deyildi, o, tanrı tərəfindən bu Vətənin taleyində mühüm rol oynamaq üçün seçilmiş bir şəxs idi və özünün istəyi ilə onun adi bir insan ömrü yaşaması əslində mümkünsüzdü.

Səməd bəy Mehmandarov 1855-ci il oktyabr ayının 16-da Lənkəran quberniyasın Lənkəran şəhərində anadan olmuşdur. Quberniya katibi işləyən atası Sadıqbəy Qarabağdan köçüb gəlmiş zədagan idi və onun öz oğluna istənilən səviyyədə təhsil verməyə imkanı çatırdı. Buna görə də ilk təhsilini Bakı relanı məktəbində alan Səməd bəyin biliklərə kifayət qədər yiyələndiyi təqdirdə. Qərbin istənilən ali məktəbində oxuması mümkün idi. O isə doğrudan da, hərtərəfli bilik qazanmaq üçün ciddi səy göstərmiş, realnı məktəbin proqramı çərçivəsində öyrədilənləri tam

34

mənimsəmiş, gələcəkdə əldə edəcəyi mükəmməl elmi biliklərin ilkin təməlini yaratmışdı. Ancaq atasının və atasının əmisi oğlu Xanı bəy kimi yaxın qohumlarının tövsiyyələrinə baxmayaraq, 16 yaşlı Səməd mülki təhsil ardınca getmək, sonra quberniya idarələrindən birində hansısa vəzifə tutmaq fikrində deyildi. Bəlkə də məhz bu yolu seçmiş atasının yolunu davam etdirməsi ona daha sakit və uzaqmənzilli bir həyat bəxş edə bilərdi. O isə bunu istəmirdi, ona görə də bu sayaq təkliflərə eyni konkret cavabı verirdi, yox. Damarlarında qanı qaynayan bu coşğun gəncin məqsədi tamam başqa idi. O, hərbçi olmaq, millətini əsgəri xidmətə belə layiq görməyən bir dövlətdə rütbələr almaq, çiyinlərində fərqləndirici zabit ulduzu gəzdinnək istəyirdi. Yalnız şöhrət xatirinəmi, yaxud hərbçi geyiminin Qafqazın bir parçası olan Azərbayean kimi “milli ucqar” sayılan bir məmləkətdə xarici görünüşcə cəlbedici olmaq üçünmü? Bəlkə bu sənətin ai'xasınca düşməsində yaşma uyğun bir macəraçıhq həvəsi vardı, yoxsa, gənclik romantikası idimi onu çəkən? Bütün bu sualların da bir cavabı vardı: xeyr. Tək özünə məlum idi ki, bu yolu təsadüfi seçməyib, hələlik axıradək izah edə bilməyəcəyi hisslər, onu istiqamətləndirən güclü daxili istək məhz bu addımı atacağma qəti inam yaratmışdı. Özü də bu qəti fikrindən onu kimsə döndərə bilməzdi, çünki bu yol tanrı qisməti ilə cızılmışdı, hərbçi ömrü yaşamaq onun alın yazısı idi.

Seçimində qəti israr edən Səməd 16 yaşında ikən Peterburqda yerləşən ikinci Konstantinovka artilleriya məktəbinə daxil olur və 1875-ci ildə təhslini uğurla başa vurur. Qarşıda isə onu uzun və ağır hərbi xidmət illəri gözləyirdi. Bu illərin çox böyük bir hissəsini o qanlı müharibələrdə, ölüm-dirim savaşlarında keçirəcək, Vətəndən xeyli uzaqlarda olacaq və ən başlıcası təmsil etdiyi millətin adını həmişə ucaldacaqdı. Hələlik isə 1875-ci il idi və Peterburqda yunkerlər məktəbini yenicə bitirmiş Səməd bəy ilk təyinat yerinə göndərilirdi. Aneaq ilk addımdan özünü nizam-intizamlı və bacarıqlı kadr kimi göstərən Səməd bəyin podporuçik mtbəsi alması üçün o qədər də müddət lazım gəlmir. Elə həmin ilin dekahr ayında ona bu rütbəni verirlər. Bir neçə

35

müddətdən sonra isə xidmətdə xüsusi fərqləndiyinə görə, o, üçüncü dərəcəli “Müqəddəs Stanislav” ordeni ilə təltif edilir.

“Odlar yurdu” qəzetinin 13 iyul 1989-cu il tarixli 13-cü sayında böyük sərkərdənin həyatının bundan bir qədər sonrakı dövrü, daha kokret desək 15 il keçəndən sonrakı xidmət illəri haqqında yazan M.Əliyev aşağıdakı məlumatları çatdırırdı: “Səməd bəy 1890-cı ildə kapitan rütbəsi almış, 1891-ci ildə isə ikinci dərəcəli “Müqəddəs Stanislav” ordeninə layiq görülmüşdür. 1894-cü ildə Səməd bəy hərbi komandanlığın əmri ilə Varşava hərbi dairəsinin sərancamma göndərilmşdir. 1896-cı ildə o, ikinci dərəcəli “Müqədds Anna” ordeni ilə təltif edilmişdir. 1898-ci ildə podpolkovnik rütbəsi alan Səməd bəy Mehmandarov Zabaykalye artilleriya diviziyasının komandiri təyin edilmişdir. O illərdə diviziya Mancuriyada yerləşirdi. 1900-1901-ci illərdə Çində antiimperialist hərəkatının yatırılmasında Səməd bəy Mehmanda- rovun komandir olduğu diviziya da iştirak etmişdir. Lakin Səməd bəy Mehmandarov silahsız Çin əsgərlərinə atəş açmağa razı olmamışdır. 1901-ci ildə S.Mehmandarov polkovnik rütbəsi və üçüncü dərəcəli “Müqəddəs Vladimir” ordeni, habelə üstündə “Qəhrəmancasına dərqlənməyə görə” sözləri yazılmış qızıl qılınc almışdır. Rus-yapon müharibəsi zamanı Port-Artur şəhərini qəhrəmancasına müdafiə edən Səməd bəy Mehmandarov 1904- cü il oktyabr ayının 22-də general-mayor rütbəsinə və dördüncü dərəcəli “Müqəddəs Georgi” ordeninə layiq görülmüşdür. 1907- 1910-cu illərdə Səməd bəy Mehmandarov 3-cü Sibir ordusunda artilleriya rəisi işləmişdir. 1908-ci il iyulun 13-də hərbi xidmətlərinə görə ona general-leytenant rütbəsi verilmişdir.

Birinci dünya müharibəsində Səməd bəy Mehmandarov Varşava əməliyyatı istiqamətində olmuş və payızda burada rus qoşunları almanlar üzərində tam qələbə çalmışdılar. Bu və başqa cəbhələrdə göstərdiyi sərkərdəlik məharətinə görə Səməd bəy Mehmandarova 1915-ci il martın 22-də artilleriya üzrə tam general rütbəsi verilmişdir, (bu müasir Silahlı Qüvvələrdə orduda ordu generalı rütbəsinə bərabərdir - L.Ş). 1917-ci ilin aprel ayında o, istehfaya çıxmışdır. Bu zaman o, Rusiyanın “Stanislav”, “Anna”, “Vladimir” və “Georgi” ordenlərinin bütün dərəcələrinə layiq görülmüş, İngiltərə, Fransa, Rumıniya və İranın ordenlərini

36

almışdı. İstefaya çıxdıqdan sonra Vladiqafqaz şəhərindəki öz sakit mənzilində yaşayan Səməd bəy Mehmandarov 1918-ci ilin sentyabrında Bakıya gəlmiş, 1918-ci ilin oktyabrından hərbi nazirlikdə işləməyə başlamış və həmin il noyabrın 7-də hərbi nazirin müavini, dekabrın 15-də isə hərbi nazir təyin edilmişdir.

Birinci dünya müharibəsindən qayıdan 15 minə yaxın azərbaycanlı Səməd bəy Mehmandarovun ətrafına toplaşmış, döyüşkən Azərbaycan generaliteti yaranmışdır. Ordu üçün 1918- ci ilin iyul ayında Gəncədə açılmış praporşik məktəbi 1919-cu ilin əvvəllərində Bakıya köçürülmüş, onun əsasında Azərbaycan hərbi məktəbi təşkil edilmişdir. Bakıda istehkamçı və hərbi feldşer məktəbləri də təşkil edilmişdir. Gəncədə isə hərbiləşdirilmiş dəmiryolu məktəbi fəaliyyətə başlamışdır. 1920-ci ilin yanvannda bu məktəblərə müdavim hazırlayan xüsusi hərbi təmayüllü kadet korpusu təşkil olunmuşdur”.

Əlbəttə, Səməd bəyin Azərbaycanın sovetləşməsinə qədərki həyatının çox böyük və hərbi xidməti ilə bağlı ən başlıca dövrünü əhatə bu tarixlərin arasında onun 1903-cü ilin əvvəllərində Jitomirli Yelizaveta Nikolayevna Teslavla ailə qurması, elə həmin il yeddi aylıq topçu zabitləri məktəbində təhsil alması, Fort-Arturda qalanın xəyanətkarcasına təslim edilməsindən sonra rus-yapon müharibəsində əsir düşərək 1904-1906-cı illərdə Yaponiyaya aparılıb və buradan Portsmut müqaviləsi bağlandıqdan sonra qayıtması və bir sıra digər mühüm faktlar öz əksinf tapmayıb. Ancaq bu da həqiqətdir ki, mərhum tədqiqatçı Mövsüm Əliyev bu barədə düz 11 il qabaq yazmışdı və onda da bir çox dövlət və ictimai xadimlərimiz kimi Səməd bəy haqqında da hərtərfli tədqiqatlar apaniması, həqiqətlərin sonadək açıqlanması mümkün deyildi. Milli hökumətin süqutuna bais olmuş bolşeviklərin qurduğu şər və yalan imperiyasının hələ sonu çatmamışdı, hələ qarşıda 20-ci illərdə kütləvi repressiyaların başlanğıcında daha çox istifadə olunmuş və 70 il keçdikdən sonra yeni fonnada davam etdirilən - 90-cı il 20 yanvar faciəsi gəlirdi. Təkcə elə buna görə neçə illər keçdikdən sonra Azərbaycanın tarixi taleyində əbədi izlər qoymuş bu fədailəri ilk yada salan, onlar barəsində öz doğma xalqına ilk məlumatlar çatdıran həmin insanları biz daim minnətdarlıq hissi ilə xatırlamalıyıq.

37

Səməd bəy Mehmandarovu bu gün millətin həqiqi iftixarına çevirən xidmətlərin böyük əksəriyyəti onun ilk müstəqil dövlətimizin hərbi nazirliyində göstərdiyi fəaliyyətlə bağlıdır. Həmin fəaliyyətin nə dərəcədə səmərəli olduğunu isə təkcə bir fakt -1918-ci ilin iyununda bütün hərbi qüvvəsi bir alaydan ibarət olan Azərbaycanın 1920-ci ilin aprelində 40 min nəfər nizami orduya malik olması aydın göstərir. Səməd bəy Azərbaycan dövlətinin müdafiəsi ilə məşğul olacaq müvafiq hərbi strukturlann formalaşdırılması, Silahlı Qüvvələrin imkan daxilində hərtərəfli təşkili və bu günkü Milli Təhlükəsizlik Nazirliyinin sələfi sayılan ilk qurumun yaradılması, bir sıra digər sahələrdə də çox böyük işlər görmüş, zəngin biliyini və əvəzsiz təcrübəsini doğma xalqının naminə əsirgəməmişdi.

Ömrünün 40 ildən artıq bir dövrünü çar ordusunda xidmətdə keçirmiş, yüksək peşəkarlığı və sədaqəti nəticəsində Rusiya dövlətinin ən nüfuzlu hərbçi-generallarından birinə çevrilmiş, hakimiyyət tərəfindən dəfələrlə mükafatlandırılmış, bir-birindən qiymətli hədiyyələr almış Səməd bəy Mehmandarovun Cümhuriyyət dövründə ən məsul vəzifələrdən birinə təyin olunması nə dərəcədə ölçülüb-biçilmiş addım idi? Əlbəttə, indi tamamilə yersiz və əsassız gömnən bu sualın o vaxt Azərbaycana rəhbərlik edən, gənc respublikanın taleyi üçün cavabdehlik daşıyan şəxslər tərəfindən verilməsi qətiyyən məntiqsiz səslənmirdi və regionda yaranmış son dərəcə mürəkkəb vəziyyətdə başqa cür də ola bilməzdi. Müstəqil dövlət kimi ilk addımlarını atan bir ölkədə peşəkarlığın, sədaqət və Vətənpərvərlik kimi keyfiyyətlərlə bir sırada dayanması tamamilə qanunauyğun, təbii hal idi və əlimdə heç bir tarixi sənəd və fakt olmasa da, mən bu qənaətdəyəm ki. Səməd bəy hərbi nazirlikdə yüksək vəzifəyə gətirilməzdən qabaq onun keçmişi, hazırkı mövqeyi ilə bağlı kifayət qədər götür-qoy edilmişdi.

7 noyabr 1918-ci il. Həmin gün Nazirlər Şurasının qərarı ilə “Azərbaycan Respublikasında hərbi nazirlik yaradılması” qərara alınmış, “hərbi nazir vəzifəsi Nazirlər Şurasının sədri F.Xoyskiyə həvalə olunmuş, onun müavini isə general Səməd bəy Mehmandarov təyin edilmişdir.” Eyni gündə “Azərbaycan” qəzeti

38

hərbi nazirin müavini S.Mehmandarovun qeyd edilən təyinatla əlaqədar hərbi dəftəııcana üzrə əmrinin mətnini dərc etmişdir:

“AR Nazirlər Şurasının qərarı ilə mən hərbi nazirin müavini tə’yin edilmişəm. Mən öz vəzifə borcumun yerinə yetirilməsinə başlayaraq görməli olduğum nəhəng işin bütün ciddiliyini, mürəkkəbliyini və çətinliyini gizlətmədən, hərbi nazirliyin bütün rütbəli şəxslərinin işə birgə, dostcasına və vicdanlı münasibəti ilə onun öhdəsindən gəlməyin tamamilə mümkün ollduğunu bildirirəm. Döyüşə qadir ordu yaradılması işinin uğuru bütünlüklə bu işin düzgün qoyuluşundan asılıdır. Hamını birgə, yoldaşcasına işləməyə çağırmaqla, mən bütün səviyyələrdəki rəislərdən qoşunun təlim-tərbiyəsi, öyrədilməsi və möhkəm nizam-intizam yaradılması işinə tam ciddi diqqət yetirmələrini, xidməti işə, qayda-qanuna, vəzifə borcuna məhəbbətlə yanaşmalarını, tabeliyində olanlara qayğıkeş münasibət göstərmələrini istərdim”.

Bu elə bir dövr idi ki, Qafqaz İslam ordusunun getməsi ilə kifayət qədər hərbi qüvvəsi olmayan, özünümüdafiə imkanından faktiki surətdə məhrum edilmiş Azərbaycan daxildə bolşeviklər və daşnaklarla, xaricdə Rusiya və Ermənistanla üz-üzə dayanmışdı. Bu təhlükələrdən əlavə onu Çar Rusiyasını xilas etməyə çalışan general Denikinin Könüllü Ordusu, Ba^ya tərəf irələləmək fikrini gizlətməyən Biçeraxovun qüvvələri və başqa təhlükələr də təhdid edirdi.

Arxiv sənədləri belə bir mürəkkəb və gərgin vəziyyətdə faktiki olaraq hərbi quruma rəhbərlik edən şəxsin (təbii ki, hökumətin saysız-sonsuz problemləri sırasında Fətəli Xanın yalnız hərbi məsələlərə vaxt sərf etməsi mümkünsüz idi) hansı tədbirləri gördüyünü və hansı məsələlərə xüsusi diqqət yetirdiyini tam aydınlığı ilə göstərir. Yəqin ki. Səməd bəyin Azərbaycan dövlətçiliyinə sonsuz sədaqətlə xidmət etdiyini sübuta yetirmək üçün də bu gün həmin arxiv sənədlərindən daha etibarlı bir mənbə tapmaq çətindir.

Hərbi nazirlikdən 21 aprel 1919-cu ildə Gəncə şəhərindən şəxsən Nazirlər Kabinetinin sədri N.Yusifbəyliyə (Nəsib bəy eyni zamanda daxili işlər naziri idi) çatdırılmalı olan 1663 saylı məxfi raport göndərilir: “Bu il aprelin 15-dəki 1631 saylı raportla mən bolşeviklər tərəfindən orduda təbliğata başlamağa hazırlıq barədə

39

məlumat vermişdim. Bakıda öz işini başa çatdıran həmkarlar ittifaqlan qurultayı belə bir bəyannamə qəbul etmişdir: “İttifaqın məqsədi Zaqafqaziya hüdudunda sovet hakimiyyəti qurulmasının həyata keçirilməsi üçün hərtəərfli siyasi cəhd göstərməkdən ibarət olmalıdır.” Bu bəyannamə yerli bolşeviklərin Azərbaycanın müstəqilliyini məhv edib, onu Sovet Rusiyası ilə birləşdirmək cəhdləri ilə artıq şübhə doğurmur.

Bəyannaməyə nəzərə alınaraq Hökumətin fəaliyyətinin əsasında Azərbaycanın müstəqilliyinin müdafiəsi durmalıdır və mən şübhə etmirəm ki, bolşeviklərin dağıdıcı cəhdlərinə qarşı zəruri tədbirlər görüləcəkdir. Mən Bakı qarnizonunun qoşunlanna bolşeviklərin təsir göstərəcəklərindən ehtiyat edirəm, çünki Bakı hazırda Zaqafqaziya bolşeviklərinin fəaliyyət mərkəzidir. Buna görə, xahiş edirəm Bakı xəfıyyə bölməsi qarnizon qoşunlannda zərərli təbliğata yol verilməməsi üçün öz nəzarətini gücləndirsin və bu sahədə rəhbər şəxslərə hərtərəfli köməklik göstərsin.

Mənim tərəfimdən həmçinin qoşunlarda daxili nizam- intizama nəzarəti gücləndirmək tələb edilmişdir. Bu barədə ona görə xahiş edirəm ki, hərbi nazirlik Bakıda kəşfiyyat işini təşkil etmək və həyata keçirmək üçün kifayət qədər hazırlıqlı, yerli şəraitə bələd olan agentlərə malik deyil.

Ümid edirəm ki, ordunu və bununla da Azərbaycanın müstəqilliyini saxlamaq uğrundakı ümumi mübarizə işində Hərbi nazirlik Daxili İşlər nazirliyindən ancaq Bakıda deyil, respublika ərazisinin hər yerində, hərtərəfli dostluq köməyi görəcəkdir. Bunun üçün mən Zati Alilərinizdən general-qubernatorlara və qubernatorlara müvafiq əmrlə bildirməyinizi xahiş edərdim. Tam artilleriya generalı Mehmandarov, Baş qərargah rəisi general- leytenant Sulkeviç”. (ARDA, f894, s.7, iş.5, v.50).

Bu məktubdan 15 gün qabaq, 1919-cu il aprel ayının 6-da Baş Qərargah rəisi general-leytenant Sulkeviçin göstərişi ilə qarnizon rəislərinə qoşunlarda bolşevik təbliğatına qarşı əks- kəşfiyyat işinin gücləndirilməsi barədə əmr göndərilmişdi. (ARDA, f 1046, S.2,

iş.38, v.22). Hökumətin gördüyü tədbirlərə baxmayaraq, bolşeviklər hər

vasitə ilə öz işlərini davam etdirməyə, orduda anarxiya yaratmaqla, onun hakimiyyəti müdafiə etmək əzmini sarsıtmağa və öz

40

tərəflərinə çəkməyə çalışırdılar. Bunu 11 may 1919-cu ildə Tam Artillerya generalı Baş Qərargah rəisi S.Mehmandarovun daxili işlər naziri N.Yusifbəyliyə məruzəsi də aydın sübuta yetirir: “Mənim tərəfimdən belə bir məlumat alınmışdır ki, Bakıda müsəlmanlardan ibarət olan xeyli bolşevik təmayüllü şəxs hər vasitə ilə kazarmalara daxil olmağa, təbliğatla ordunun əsaslarını sarsıtmağa və bolşevik idayelarmı aşılamağa can atırlar. Bakıda yerləşən qoşunlar, xüsusilə, piyada qoşunları hərbi tərbiyənin əsaslarını tamamilə mənimsəməmişlər və intizam o qədər də möhkəm deyil, buna görə də mən qoşunları Bakıya gətirmək istəmirdim. Bu gənc qoşunlan bolşeviklərin dağıdıcı təbliğatından qorumaq üçün Zati Alilərinizdən kazarmalann yerləşdiyi rayonlara kənar şəxslərin icazəsiz daxil olmasına imkan verilməməsi məqsədilə qoşunların yerləşdiyi rayonlarda polis nəzarətinin tətbiqinə sərancam vemıəyinizi xahiş edirəm.” (ARDA, f.894, s.lO, İŞ.96, V.30).

Yenə də arxiv materiallarına istinadən demək olar ki, müstəqil Azərbaycan hökumətinin həyata keçirdiyi ardıcıl tədbirlər nəticəsində artıq 1919-cu ilin ikinci yansına doğm yeni hakimiyyət respublikanın bütün ərazisində mölıkəmlənmiş, mərkəzlə yanaşı yerlərdə də idarəetmə orqanlarının tam formalaşdırılmasına başlanmışdı. Ancaq bu proseslərin getməsində qətiyyən maraqlı olmayan, əksinə həm daxili, həm də xarici təsirlərin istifadə ilə buna maneçilik göstənuəyə cəhd edən qüvvələr də fəallaşmışdılar. Necə deyərlər, məsələ hər iki tərəf üçün tam aydın idi: artıq dünyanın aparıcı xarici dövlətləri tərəfindən tanınmaq ərəfəsində olan müstəqil Azərbaycan Cümhuriyyətinin sonrakı inkişafının qarşısına sədd çəkilməsə, onu öz yolundan sapdırmaq mümkün olmayacaqdı. Buna görə də, düşmən qüvvələr də hədsiz quduzlaşmış, görünməmiş fəallıqla öz qara niyyətlərini reallaşdırmağa girişmişdilər. Onlar indi daha ciddi-cəhdlə əhali arasında, xüsusilə hərbi hissələrdə təbliğat aparmağa, fəhlə-kəndli hökuməti qurmaq vədləri ilə özlərinə yeni tərəfdarlar toplamağa çalışırdılar.

Bunun qarşısının alınması üçün nazir tam artilleriya generalı Mehmandarov və Baş qərargah rəisi general-mayor Səlimovun imzası ilə 2-ci piyada diviziyasının rəisinə Azərbaycan

41

Respublikasının hərbi nazirinin 18 noyabr 1919-cu il tarixli 399 saylı tam məxfi əmri göndərilir: “Alınmış məlumatlara görə, son vaxtlar, əsgərlər arasında, xüsusilə onların getdiyi fəhlə klublarında bolşevik təbliğatı xeyli güclənmişdir. Hissələrdə bolşevik təbliğatının yayılmasının bütün məsuliyyətini yüksək vəzifəli rəislərin, xüsusilə komandirlərin üzərinə qoyaraq bu təbliğatın qarşısının alınması üçün aşağıdakı tədbirlərin görülməsini əmr edirəm: 1 .Adamlara bu təbliğatın bütün fəlakəti izah edilsin. 2.Bütün bolşevik təbliğatçılarının Azərbaycanın qatı düşmənləri olduları izah edilsin. 3.Bütün kazarmalara güclü nəzarət edilsin və bolşevik təbliğatı aparan şəxslər dərhal həbs olunsunlar. 4.Kazarmaların yerləşdiyi ərazilərdə heç bir kənar şəxsin oraya girə bilməməsi üçün etibarlı növbətçilər olsunlar. 5.Hissələrin bütün rütbəli şəxslərinə elan olunsun ki, bolşevizmə uyan şəxslər şəhərdən kənarlaşdırılacaq və qanunla ciddi cəzalandınlacaqlar”.

Bu əmr əsasında elə həmin gün 2-ci piyada diviziyası komandirinin və podpolkovnik Zeynalovun imzası ilə 5-ci piyada Bakı alayının komandirinə belə bir əmr göndərilmişdi: “Hərbi nazirə məlumat çatmışdır ki, əsgərlərin bir çoxu fəhlə klublanna və digər yerlərə gedir və burada siyasi və hökumət əleyhinə bolşevik təbliğatının təsiri altına düşürlər. Belə halı siyasətdən və partiyalıhqdan kənarda dayanmalı olan orduda yolverilməz sayaraq. Zati Aliləri fəhlə klublanna və digər partiya dəməklərinə getməyi tamamilə qadağan etmək, Bakı şəhər sakini olan əsgərlərə xüsusi diqqət yetirmək əmri vermişdir. Bu əmrin yerinə yetirilməsində günahkar olan əsgərlər məhkəmə qarşısında ciddi məsuliyyət daşımaqla yanaşı, aşkar edilən kimi uzaq məsafələrə göndəriləcəklər. Rəis şəxslər tabeçiliklərində olanlara daimi ciddi nəzarət etsinlər. Axşam yoxlamalarından sonra rota və komandalarda növbətçilər əsgərlərin hamısının yerində olmalanna nəzarət etməli, alay üzrə növbətçilər və onların köməkçiləri isə tez-tez rota və komandaları gəzib şəxsi heyətin sayını yoxlamalıdırlar. Xəbərdarlıq edirəm, mənim tələblərmi yerinə yetirməyənlər vəzifədən kənarlaşdırılacaq və əmri yerinə yetirmədiyinə görə məsuliyyətə cəlb olunacaqdır. Diviziyanın

42

müvəqqəti komandiri general-mayor, qərargah rəisi podpolkovnik Zeynalov”.

Cümhuriyyət tarixinin ən unudulmaz hadisələrindən biri olan Lənkəran qəzasının müxtəlif antiazərbaycan qüvvələrindən təmizlənərək, idarəçiliyin Azərbaycan hökumətinə tabe etdirilməsində Səməd bəyin müstəsna xidmətləri vardır. Dünyaya göz açdığı bu dilbər diyann özünü “Muğan respublikası” adlandıran xəyanətkar qüvvələrin və onlara bu işdə havadarlıq edənlərin fəaliyyəti nəticəsində 1919-cu ilin iyun ayına qədər müstəqil respublikanın hüdudlarından kənarda qalması onu, Azərbaycanın bütövlüyü yolunda xidmət göstərməyi ən müqəddəs vəzifə borcu sayan Səməd bəyi ciddi narahat edirdi. O, 40 il əvvəl tərk edib hərbi təhsil ardınca uzaq Peterburqa getdiyi Lənkəranı bolşeviklərin də daxil olduğu qaragüruhun əlindən xilas etmək üçün bu gün əyninə general mundiri geyinib qayıtmışdı. O bu gün 40 il əvvəl onun kimi türk balaları üçün əlçatmaz sayılan hərbi şöhrət və şücaətin ən yüksək zirvəsində dayanmışdı. Ancaq onun bütün bunlar barəsində düşünməyə nə vaxtı, nə də həvəsi vardı. Ölkənin taleyi üçün hər günün deyil, hər saatın mühüm əhəmiyyət kəsb etdiyi bir vaxtda başqa cür də ola bilməzdi.

“Azərbaycan Respublikası hökumətinin iradəsi ilə mən Lənkəran qəzasına vətəndaş müharibəsini birdəfəlik kəsmək, qayda-qanun yaratmaq, yerli əhalini zalımlardan və qatillərdən qurtarmaq üçün dəstə göndərirəm. Azərbaycan qoşunları Azərbaycanın ayrılmaz tərkib hissəsi olan bu yerin bütün millətlərdən olan əhalisi üçün qanunçuluğun və ədalətin müdafiəçisi kimi gəlir. Silahlı qüvvələrin himayəsi altında ölkənin bütün sahələrinin idarəçiliyində təxirəsahnmadan mülki idarəçilik bərpa ediləcəkdir... Bununla yanaşı xəbərdar edirəm ki, hər hansı şura, komitə, yaxud “Muğan respublikası” şəklində heç bir özbaşına təşkilatın olmasına yol verilməyəcəkdir. Lənkəran qəzasında yalnız Azərbaycan Respublikasının hakimiyyəti tanınacaqdır və onun sərancamlannı yerinə yetinnəyənlər qiyamçı kimi hərbi dövrün qanunlarına uyğun məsliyyət daşıyacaqlar. Xəbərdarlıq edirəm ki, rus əhalisinə qarşı heç bir qarətə və zorakılığa yol verilməməlidir, çünki onlar da qəzanın digər millətlərinin nümayəndələri ilə bərabərhüquqlu Azərbaycan

43

Respublikasının vətəndaşlarıdır... Hər cür silahlı müqavimət ölüm cəzası ilə cəzalandınlacaqdır və qoşuna belə hallarda amansızlıqla fəaliyət göstərməyi əmr edirəm. Bu barədə bu və ya digər bəhanə ilə əhalini qoşunlara, yaxud hakimiyyətə qarşı qaldıracaq şəxslərin hamısına xəbərdarlıq edirəm. Öz növbəmdə mən dəstə rəisinə qoşunların əhaliyə heç bir zərər verməməsi və mülki əhaliyə qarşı hər cür zorakılıq edənləri ciddi cəzalmdırmağı əmr etmişəm.” Bunlar, hərbi nazir S.Mehmandarovun Lənkəran qəzasının əhalisinə 4 iyun 1919-cu il tarixli müraciətindən götürülmüşdür (ARDA, f.894, s.lO, iş. 124, v. 15-16).

Birinci müstəqillik dövründə də gənc respublikanın ən çox narahatlıq doğuran bölgələrindən biri Qarabağ bölgəsi idi. O zaman da ərazi iddiaları ilə Azərbaycanı müharibəyə cəlb etməyə çalışan ermənilər İrəvanda, Zəngəzurda, Naxçıvanda, Qarabağda kütləvi qırğınlar törədir, həmin ərazilərdəki kəndlərin yerli türk, müsəlman əhalisini öz dədə-baba yurdlarını tərk etmək məcburiyyəti qarşısında qoyurdular. Görünməmiş vəhşiliklə həyata keçirilən bu soyqırım aksiyalarında nəinki Andronik kimi qaniçən cəlladlar, həmçinin Ermənistan hökumətinin tabeliyində olan hərbi qüvvələrin nümayəndələri də iştirak edir, qədim türk yurdlannın talanmasmda xüsusi canfəşanlıq göstərirdilər. Ocaqlan söndürülmüş yerli əhalinin Azərbaycanın içərilərinə axışmaqdan başqa çarəsi qalmırdı.

Tiflisdən general Sulkeviçin adına göndərilən 18 aprel 1919- cu il tarixli teleqram göstərir ki, həmin illərdə ermənilər nəinki qədim Azərbaycan torpaqlarına, hətta Türkiyə ərazilərinə göz dikmişdilər: “Soçi istiqamətində irəliləyən gürcülər zabitlərdən ibarət könüllülər alayını əsir alıblar. Mənim tərəfimdən Aleksandropolsk dəstəsinin rəisi general Ospyantsm əmri ələ keçirilmişdir. Bu əmrdə əhaliyə Qars vilayətinin Ermənistanın tərkibinə bir hisssə kimi daxil olduğu elan edilir. Hökumətin və müttəfiqlərin sərancamma uyğun olaraq, erməni hökumətinin iradəsi qanunsuz sayılmışdır. Şayiələrə görə ingilislər ultimativ qaydada naxçıvanlılara Ermənistan hakimiyyətini tanımağı təklif etmişlər. Naxçıvan əhalisinin etirazı ilə əlaqədar ingilis zirehli maşını və erməni qoşunlan hərəkətə başlamışdır. №1548. Əliyev”.

44

Məhz belə ağır bir dövrdə Azərbaycan hökumətinin Qarabağda həyata keçirdiyi tədbirlərin operativliyi və səmərəliliyindən çox şey asılı idi. Bununla əhalidə dövlətin onları müdafiə etmək qüdrəti və qüvvəsinə malik olduğu inamı yaradıla, torpaqlarımızın boşaldılmasının qarşısı alınardı. Əlbəttə, gənc hökumət qeyd edilən sahədə az iş görməmişdi və bu barədə Xosrov Paşa haqqındakı materialda kifayət qədər danışıldığından bir daha ona qayıtmağa lüzum görmürük. Yalnız oxucuların diqqətini Qarabağa hökumət adamlarımız tərəfindən necə böyük diqqət yetirildiyini göstərən bir fakta cəlb etməklə kifayətlənirik.

Baş Nazir N.Yusifbəylinin və hərbi nazir S.Mehmandarovun Qarabağa gəlmələri haqqında məlumat verən “Azərbaycan” qəzeti 3 avqust 1919-cu il sayında yazırdı: “Qarabağın həyatında daha əlamətdar bir hadisə - bu 29-30 iyul günləri oldu. Bu günlərdə Qarabağ özünün ən əziz və sevimli qonaqlarını - Gəncə qubernatoru Rəfıbəyovun müşayət etdiyi Baş nazir N.Yusifbəy- lini və hərbi nazir S.Mehmandarovu qəbul etmək sevincini yaşadı. Qonaqlar iyulun 29-da Xankəndinə gəldilər, orada qoşunların paradı oldu. Paradı Baş nazir N. Yusifbəyli qəbul etdi... İyulun 30-da əziz qonaqlar Şuşaya gəldilər. Şəhərdə qonaqlar ruhanilər və əhali tərəfindən duz-çörəklə qarşılandılar. Sonra qonaqlar Azadlıq meydanına gəldilər və burada ruhanilər və əhali tərəfindən nitqlər söyləndi. Cavab nitqi söyləyən Baş Nazir müsəlmanların başqa millətlərin nümayəndələri ilə dinc yanaşı yaşamalarının zəruriliyindən danışaraq, qeyd etdi ki, bunsuz Azərbaycanın rifahı mümkün deyil.” İndisə Nəsib bəyin, Səməd bəyin nitq söylədiyi gözəl Şuşa torpağı erməni tapdığı altında öz xilaskarını gözləyə-gözləyə inləyir. Ancaq qəvi düşmən də yaxşı bilir ki, Şuşanın və başqa işğal edilmiş ərazilərimizi əsrin əvvəllərində Azərbaycandan qopardığı toıpaqlara qata bilməyəcək, tez-gec 0 yerlər azad ediləcək.

Bu günə qədər Səməd bəy haqqında yazan müəlliflər (Ə.Şıxlinski “Xatirələrim”, SSRİ EA 1944, Hacıağa İbrahimbəyli (Səməd bəyi yaxından tanıyan bir şəxs olub və mayor rütbəsindək yüksəlib) “Səməd bəy Mehmandarov” 1946-cı il, Ş.Nəzirli “Azərbaycan generallan”, Bakı “Gənclik” 1991, E.Qoca “Callad ehtirafı” Bakı, “Şuşa” nəşriyyatı 1999) onun ümumxalq,

45

ümumdövlət işinə necə məsuliyyətlə yanaşdığını, hətta bu məsələlər ən yaxın, ən doğma adamlanna aid olduqda belə heç bir güzəştə getmədiyini dəfələrlə qeyd ediblər. Belə məqamlardan biri haqqında Azərbaycanda ilk müstəqil xüsusi xidmət orqanı - “Əksinqilab ilə mübarizə təşkilatf’nm sədri Nağı bəy Şıxzamanh Türkiyədə mühacirətdə olduğu zaman qələmə aldığı xatirələrində söhbət açıb. Bakıda tutulan genaral Denikinin agenti kapitan Starkov onda tapılan hərbi sənədləri guya general S.Mehmanda- rovun nəvəsinin mürəbbiyəsi vasitəsilə əldə etdiyini bildirir. Bunun həqiqiliyini yoxlayan Nağı bəy vəzifəsini yerinə yetirərək. Müdafiə Komitəsinə raport təqdim edir və məsələ barəsində hökumət rəhbərliyinə müvafiq məlumat çatdırır:

“Komitəyə verdiyim raport oxunduqda general Melımandarh çox əsəbiləşdi. Ertəsi gün idarədə kabinetimin pəncərəsindən baxarkən general Mehmandarimm avtomobilinin idarəmizin önündə durduğunu gördüm. Onu dərhal qapıda qarşıladım. Çox əsəbi görünürdü. Oturmaq istəmədi. Məndən Nağı bəy, siz bu alçağın məlumatına inanırsınızmı? deyə soruşdu. Mən də “Paşam, sənədi verəni gizlətmək üçün yüzbaşı Starkov mürəbbiyə məsələsini uydurmuşdur. İcazənizlə iki günə qədər məsələni tamamilə aydınlaşdıracam. Ancaq, qərargah zabitlərindən istədiyimi nəzarət altına ala bilmək üçün indidən icazənizi istəyirəm” cavabını verdim. General Mehmandarh: “Bu milli və istiqlalımızla bağlı bir işdir. Kimi istəyirsiniz onu da nəzarət altına ala bilərsiniz. Bir də məndən icazə istəməyin. Ancaq mən bu alçağı görmək istəyirəm” dedi. Starkov içəri gəldi və generalı görən kimi diz çöküb ona yalvarmağa başladı. General bu mənzərə qarşısında; “Alçaq, qorxaq, cəzan ölümdür. Sənin kimi şərəfsiz və qorxaq bir yüzbaşını rus ordusunda ilk dəfə görürəm” dedi və mənimlə vidalaşıb getdi. Yüzbaşı isə hələ də diz çökmüş vəziyyətdə qalırdı.”

Səməd bəyin müstəqil respublikanın hərbi naziri kimi geniş miqyaslı fəaliyyətinə və göstərdiyi tarixi xidmətlərə şahidlik edən yüzlərlə arxiv sənədi, zəmanəsinin görkəmli şəxsiyyətlərinin onun haqqında yazdığı xatirələr və başqa materiallar var. Yəqin ki, bütün bunlar barəsində gələcək tədqiqatçılar daha ətraflı söhbət açacaq, onun nəsillərə nümunə olan həyatı və əməllərini doğma xalqına

46

hərtərəfli çatdıracaqlar. Əlbəttə, 1920-ci ilin aprel işğalı ilə Azərbaycanın müstəqil dövlətinə qəsd edilməsəydi Səməd bəyin cəmi il yarım çəkmiş nazirlik fəaliyyəti davam edər, o, güclü və mütəşəkkil ordu yaratmaq sahəsindəki planlarını daha dolğun şəkildə reallaşdıra bilərdi. Aprel çevirilişi nəinki onun və dostu Əliağa Şıxlinski kimi hərbi dühalann, həmçinin gənc dövlətin özü kimi gənc sərkərdələrinin də arzulanm yanmçıq qoydu. Aralannda xaricə mühacirət edənlər, bolşevik gülləsinə tuş gələnlər və repressiyanın başqa formalarına məruz qalanlar oldu. O və dostu Əliağa Şıxlinski üçüncü qrupa düşdülər. Hər ikisi bir müddət həbs edilərək, bolşevik çekasınm cəza üsullarının “ləzzətini” duydular.

Səməd bəy Mehmandarov 1920-ci il iyun ayının 3-də həbs edildi. Ancaq bu gözlənilən aksiyanın reallaşdırılması üçün işğaldan ötən müddət ərzində bir neçə hazırlıq tədbiri görülmüşdü. Bunlardan biri 11-ci ordunun 5-ci Bakı alayınm hərbi komissannm 11-ci ordu hərbi şöbəsinin rəisinə yazdığı məlumat idi. Həmin mə’lumatda deyilirdi: “Məruzə edirəm ki, 1 iyun 1920-ci ildə mənim tərəfimdən alayın məxfi kağızlar yeşiyi açılmış və həmin kağızların arasından hələlik 399, 88,96 saylı kağızlar tapılmışdır. Onları sizin sərancama göndərirəm.”

Bu sənədlər 5-ci alaym hərbi rəhbərliyin tapşınğı ilə bolşevik təhlükəsinə qarşı hansı tədbirlər gördüyünü, yaxud görməyi planlaşdırdığını sübuta yetirirdi. Artıq yeni hökumətin utanmadan əksinqilab adlandırdığı bu hərəkətlərin arxasında əslində müstəqil dövlətin özünü təxribat xarakterli təbliğatlardan qrumaq kimi tam qanuni tələbi dayandığına açıq-aydın göz yumulurdu. Çekanın “bolşeviklər təqib ediliblər, deməli qatı cinayətə yol verilib” məntiqi istənilən şəxs barəsində istənilən hökmün çıxanimasma əsas verirdi.

İkinci bu tipli sənəd yeni hökumətin hərbi dəniz komissan Ç.İldınm tərəfindən 11-ci ordunun xüsusi şöbə rəisi Pankratova göndərilib. Özü də birincidən fərqli olaraq, burada keçmiş hərbi xadimlərin ciddi cəzalandırılmasına açıq təhrik ifadə edilib:

“Yol. Pankratova. Mənim teleqramlanma və məlumatlarıma baxmayaraq, keçmiş hərbi nazir Mehmandarov və Bakı komissarının köməkçisi Azad Vəzirov hələ də azadlıqdadırlar. Yuxarıda göstərilən şəxsləri təcili həbs etmək, keçmiş polis

47

Mirzəyevin qohumu qatı müsavatçı Axundov İbrahimi “Axund- zadə”ni tutub saxlamaq barədə tədbir görün. Hərbi Dəniz komissarı İldırım”.

Artıq heç bir qüvvə Səməd bəyi həbs olunmaqdan qurtara bilməzdi. Nə onun Bakı şəhər komendantından 22 may 1920-ei ildə aldığı vəsiqə: “... vətəndaş Mehmandarov mənim tabeliyimdə olan idarədə 232 №-li qeydiyyat kitabçasında qeydiyyatdadır. Bakı şəhəri və onun rayonlarının komendantı hərbi komissar”, nə də Qomizon rəisinin 18 may 1920-ei il 10 saylı əmri ilə verilmiş şəhadətnamə: “Bu sənədi təqdim edən vətəndaş Mehmandarova 27139 №-li “Naqan” tapançasını saxlamağa və üstündə daşımağa icazə verilir. Əsas: Qomizon rəisinin 18 may 1920-ei il 10 saylı

əmri”. Artıq daha yüksək məqamdan başqa tələb irəli sürülmüşdü və

komissarın bu tələbi Azərbaycan SSR FK-sı tərəfindən məmuniyyətlə yerinə yetirildi. 226 saylı orderlə 3 iyun 1920-ei ildə: “Komissar Vekeşpevə Mehmandarovun mənzilinin axtarışı və həbs edilməsi həvalə olundu”.

Sənədin arxasında həmin komissarın qeydi var: “Məhbusu qəbul etdim”.

4 iyun 1920-ci ildə Kains Vekeşpev tərəfindən həbs edilmiş 64 yaşlı Azərbaycanın hərbi naziri tam artilleriya generalı Səməd bəy Mehmandarov həbsxanada Safronov tərəfindən qəbul edilir və Az.SSR FK-nm 953 saylı həbs kağızı təqdim olunur.

Elə həmin gün protokol həmin 226 saylı order əsasında Orlovsk küçəsi 116 №-li evdə yaşayan Mehmandarovun mənzilində “yol. Kamyatina və Feoktistov iştirakı ilə” axtarış apanhb və axtanş zamanı aşağıdakılar aşkarlanaraq FK-ya apanhb: “Brauninq” tapançası №19294, “Naqan” №27139, yeddi ədəd güllə ilə birlikdə müxtəlif cür sənədlər və yazışmalar, foto kartoçkası və paqonlar”.

Bu gün PR 19871 saylı iş kimi MTN arxivində saxlanılan Səməd bəy Mehmandarov haqqında istintaq işində belə bir qeyd var: “Azərbaycanın keçmiş hərbi naziri Mehmandarov Səməd Sadıq oğlunun işi № 485, 11-ci ordunun Hərbi İnqilabi Şurası yanında xüsusi şöbə. 4 iyun 1920-ci il 30 iyul 1920-ci ü”.

48

Başqa sənədlərdən isə aydın olur ki, istintaq işi həbs aksiyasından 14 gün sonra, 17 iyun 1920-ci ildə Az.SSR FK-nın 577-li saylı işi kimi başlamış, 18 avqust 1920-ci ildə isə indiki sayla qeydə alınaraq, davam etdirilmişdir.

Əslində Səməd bəyin və keçmiş hökumətdə yüksək vəzifə postu tutmuş bir neçə başqa görkəmli hərbi və siyasi xadimin həbsində təəccüblü heç nə yox idi. Bu hakimiyyət dəyişikliyi ilə əlaqələndirilməkdən başqa həmin ərəfədə baş vermiş çox mühüm bir hadisə - Gəncə üsyanı ilə də bağlı ola bilərdi. 1920-ci ilin may ayının sonlannda olmuş həmin üsyanda bolşeviklər on min nəfərə yaxın itki vermişdilər və sonrakı ərəfədə belə kütləvi çıxışların başqa ərazilərdə gözlənilməsi barədəki məlumatlar həbs tədbirlərini tam əsaslandırırdı. İstintaqın başlıca məqsədi Səməd bəyin və başqalarının bu üsyanla nə dərəcədə əlaqəli olduqlannı araşdırmaqdan və ən kiçik əlaqə ehtimalı aşkarlandığı halda onu istənilən vasitə ilə sübuta yetirməkdən ibarət idi. Əlbəttə, bu ehtimal doğrulmadığı təqdirdə ehtiyatda kifayət qədər başqa ittihamlar vardı və hökumətin hərbi naziri olmuş bir şəxsin nədəsə günalıkar olduğunu aşkarlamaq üçün rəsmi sənədləri bir-iki gün araşdırmaq yetərli idi. Təkcə orduda bolşevik təhlükəsinə qarşı tədbirlər görülməsinə aid belə sənədlər isə onlarla idi və onlardan bir neçəsini yazımızda oxucunun diqqətinə çatdırmışıq. Yeni faktlara, yaxud şahid ifadələrinə gəlincə isə FK heç bir korluq çəkmirdi. Müstəqil Azərbaycanın dövlət adamlarını ittiham etməyə istənilən qədər erməni, rus şahidi həvəslə ifadə verirdi. Əlbəttə, bu prosesdən əksəriyyəti bolşevik təbliğatına uymuş, yaxud da şəxsi-qərəzlik prinsipi ilə intiqam aldığını düşünən bə’zi azərbaycanlılar da kənarda qalmırdılar. Ancaq nədənsə. Səməd bəylə bağlı bu üsullardan çox cüzi isitfadə olunub. Bəlkə də bu generalın müəyyən müddətdən sonra Moskvaya aparılaraq, azadlığa buraxılması ilə əlaqədar olub. Yaxud inandırıcı olmasa da, belə yüksək səviyyəli bir hərbçiyə qarşı primitiv üsullarla ittiham irəli sürməkdən çəkiniblər.

S.Mehmandarovun daha çox Gəncə üsyanı ilə bağlılığının dəqiqləşdirilməsi məqsədilə həbs edildiyini iki fakt da sübuta yetirir. Bunlardan birincisi və təkzibedilməzi N.Nərimanovun

49

V.İ.Leninə 1920-ci il avqust ayının 1-də yazdığı 2 səhifəlik şəxsi məktubudur. Surəti işdə saxlanılan həmin məktub 20.09.1956-cı ildə Az.KP MK-nın katibi Əfəndiyevin göstərişi ilə Az.SSR NK

50

yanında DTK sədri vəzifəsini icra edən Səmədov tərəfindən ona göndərilmişdir: “Əziz Vladimir İliç!

Gəncə üsyanı zamanı kölmə Azərbaycan ordusunun bütün zabitləri həbsə alınmışdı. Bu məktubu Sizə təqdim edən məşhur general -Mehmandarov və Şıxlinski də onların içərisində idi. Diqqətli yoxlama nətieəsində məlum oldu ki, generalların üsyanla əlaqəsi olmamışdır. Lakin mövqeyimiz sakitləşənə qədər və ümumi işimizə kömək məqsədilə biz hər halda bu qərara gəldik ki, onları qərargahda işləmək üçün Sizin sərancamınıza göndərək, çünki, onlar hərbi mütəxəssislər olmaq etibarı ilə əvəzsizdirlər. Onlardan biri Şıxlinski Nikolay ordusunda “artilleriyanın Allahı” sayılırdı. Polşa cəbhəsi qurtarana qədər qoy onlar Moskvada işləsinlər, sonra Sizdən xahiş edəcəyəm ki, bizim əsgəri hissələrimizi təşkil etmək üçün onları buraya göndərəsəniz. Bu müddətdə onların qayğısına qalmaq lazımdır. Kommunist salamı ilə N.Nərimanov”.

Göründüyü kimi, məktubda Azərbaycanın hər iki generalı Gəncə üsyanında iştiraklarının olub-olmadıqlarının müəyən- ləşdirilməsi məqsədilə həbs edildikləri göstərilir.

İkincisi, PR 19871 saylı istintaq işində saxlanılan Azərbaycan 1 -ci piyada diviziyasının (general Cavan Şıxlinskinin komandanlığı altında) Qərargah rəisi Vasili Nikolayeviç Sokolovun istintaq işidir. Sokolovun həbsi ilə bağlı bağlı qərarda deyilir:

“Mən 11-ci ordunun xüsusi şöbəsinin baş müstəntiqi Qubin 20-ei atıcı diviziyanın Qərargah rəisi Könüllü ordunun generalı ilə əlaqəyə girməkdə günahlandmlan V.N.Sokolovun istintaq işinə baxaraq müəyyən etdim: Baş qərargahın polkovniki Sokolov bütün vətəndaş müharibəsi ərzində daim Gəncə üsyanım təşkil və ona rəhbərlik edən Cavan Şıxlinskinin başçılıq etdiyi Azərbaycan ordusu 1-ci piyada diviziyasının qərargah rəisi olub. Gürcüstandan general İrmanovun Əliağa Şıxlinski və Mehandarova ünvanladığı məktub 1-ei piyada diviziyasının qərargahına daxil olub, burada gerbli, surquçlu, möhürlə məxfi xidməti məktub şəklinə salınmış və bu şəkildə ünvanına göndərilmişdir. Bu işdə möhürün yalnız onda saxlandığı nəzərə alınmaqla Sokolovun iştirakı şübhəsizdir. Ona görə də Sokolova qarşı irəli sürülən ittihamın qüvvədə qalmasını düzgün sayıram. Müttəhim Sokolovun ÜFK XŞ-nə

51

göndərilən Mehmandarovun və Şıxlinskinin fəaliyyəti ilə tanışlığını və hərbi işi bildiyi halda 11-ci orduda və Azərbaycan qırmızı hissələrində xidmət göstənnək istəmədiyni nəzərə alaraq, qərara gəldim: Vasili Nikolayeviç Sokolov 575 №-li işlə birlikdə ÜFK-nın sərəncamına göndərilsin”. Sənədin üstündə 11-ci ordu xüsusi şöbəsinin rəisi Pankratovun razılaşdığını bildirən qeydi var.

Müstəntiq Qubinin 1920-ci il 29 iyun tarixində casusluqla bağlı ittiham olunan Şahtaxtinski İlyas Əliqulu oğlunu dindirərək tərtib etdiyi protokolda belə bir qeyd var: “Hərbi nazir Mehmandarov haqqında deyə bilərəm ki, o da bolşeviklərə və sovet hökumətinə pis münasibət bəsləyirdi. Mən bunu onunla bağlı deyirəm ki, mən bolşevikləri Mehmandarovun şəxsi əmri ilə həbs etmişəm və onları tək çörəklə suyun ümidinə qoymuşam. Həmçinin Mehmandarovun əmri vardı ki, bolşevik fəaliyyəti ilə azacıq əlaqəsi olanlan həbs edib ciddi rejim altında saxlamaq...”

Bütün bunlardan sonra əlində kifayət qədər dəlil-sübut topladığını güman edən müstəntiqi Qubin iyul ayının 29-da 11-ci ordu xüsusi şöbəsinin istintaq materialları əsasında qərar verir: “Mən keçmiş Azərbaycan Respublikası hərbi naziri tam artilleriya generalı 64 yaşlı Səməd Sadıq oğlu Mehmandarovun işinə baxaraq müəyyən etdim: yuxarıda adı çəkilən vətəndaş Mehmandarov əksinqilabi Müsavat partiyasının vəzifəyə qoyduğu adamdır və 399 №-li əmrdən göründüyü kimi onu müdafiə etməklə, orduda bolşevizmin aradan qaldırılması üçün həmin partiyanın qarşısında duran vəzifələri həyata keçinnişdir. Mehmandarovun əksinqilabi fəalij^əti, yaxud Azərbaycanda sovet hakimiyyətinin devirilməsi məqsədilə törədilən hadisələrə aidiyyatı barədə digər məlumatlar yoxdur. Bunu nəzərə alaraq qərar gəldim: vətəndaş Səməd Sadıq oğlu Mehmandarov keçmiş hərbi nazir kimi ÜFK xüsusi şöbəsinin səraəncamına göndərilsin.”

Sənədin üstündə Pankratovun qeydi var: “Qərar təsdiq olunur əksinqilabi hökumətin naziri kimi göndərilir”.

1920-ei il avqust ayının 2-də ÜFK Xüsusi Şöbəsinə 2797 saylı məktubla bildirir: “Devrilmiş Azərbaycan müsavat hökumətinin keçmiş hərbi naziri kimi Səməd Sadıq oğlu Mehmandarov ÜFK-nın Xüsusi şöbəsinin sərəncamına göndərilir. 11-ci ordunun xüsusi şöbəsinin rəisi, katib.”

52

Moskvaya göndərilən Mehmandarov doldurduğu Sorğu vərəqində 1914-cü il müharibəsinə qədər nə ilə məşğul olub sualına cavabda: “21-ci piyada diviziyasının rəisi olduğunu”, müharibədən fevral inqilabına qədər “2-ci Qafqaz korpusunun komandiri və dəfələrlə birləşmiş korpuslar komandiri olduğunu”, 1917-ci iln avqustundan 1918-ci ilin yanvarın 1-nə qədər “Aikesandrovski yaralılar komitəsinin üzvü olduğunu” göstərir, gedişinin səbəbi kimi “Az.SSR hərbi komissarı tərəfindən RSFSR Hərbi İnqiqab Şurasına ezam olunduğunu” bildirir və bütün bunlardan sonra isə yazırdı: “Sənədlərim Xüsusi Şöbədədir”.

Əlavə şərhə ehtiyac yoxdur. Qırmızı ordunun Ümumrusiya Baş qərargahı rəisinin adma

göndərilən raportda isə guya hər iki generalın Moskvaya ezam olunduqları bildirilirdi: “Keçmiş Azərbaycan Respublikası hərbi naziri yol. Mehandarov və onun müavini Şıxlinski bu ilin 15 yanvarında keçmiş İndendanthqdan hərəsi 2 pud qənd götürdükləri üçün hər birindən 3600 rubl tutub Az.SSR Baş hərbi təsərrüfat idarəsinin rəisinin adma göndərəsiniz. Bununla bərabər mə’ruzə edirəm ki, yol. Mehandarov və yol. Şıxlinski Moskvaya ezam ediliblər.”

Moskvaya göndərilərkən Səməd bəyə və ailə üzvlərinə İnqilabi Komitənin müvafiq vəsiqələri təqdim edilir. Çünki ən qısa müddət ərzində bolşeviklər ölkədə elə sərt tədbirlər görmüşdülər ki, vətəndaşlar əllərində pasportları, başqa sənədləri olduğu halda, bu komitə tərəfindən şəxsiyyətini təsdiqləyən vəsiqələr almadan daimi yaşayış yerini dəyişə, başqa yerə gedə bilməzdilər. Artıq o qədər də uzaq olmayan gələcəkdə dünyanın 6-da birində tətbiq ediləcək əhalinin ümumi nəzarət altında saxlanılması, kütləvi izlənilməsi kimi repressiv metodlar həyata ilk vəsiqəsini almaqda idi.

11-ci ordunun xüsusi şöbəsinə “Bununla yanaşı Xarici İşlər komissarlığı İnqilabi Komitənin Mehmandarovun həyat yoldaşı Y.Mehmandarovanm adma olan 473 №-li vəsiqəsini. Səməd Mehmandarovun adma olan İnqilab Komitəsinin 474 №-li vəsiqəsini, Mehmandarovun oğlu İqorun adına olan 475 №-li vəsiqəsini. Xarici İşlər komissarlığının 5733 №-li vəsiqəsini, iki sorğu vərəqini. Xalq Xarici İşlər komissarlığının Moskvaya

53

gəlməyə icazə verən vəsiqəsini və çıxarılmasına icazə verilən əşyaların siyahısı, üç ədəd fotoşəkillə birlikdə göndərir. Qərb siyasi şöbəsinin rəisi Y.Axundov”. Sənədin üstündə qeyd var: Şıxlinskinin və Mehmandarovun işinə, qeydiyyata alınsın.

S.Mehmandarov ÜFK Xüsusi idarəsi komendantlığı tərəfindən 18 avqust 1920-ci ildə qəbul edilib və bu vaxt onun üstündən hansı əşyaların çıxdığı barədə qeyddə “qızıl qolbağı ilə birlikdə, qızıl saat” olduğu göstərilib.

1 oktyabr 1920-ci ilə aid 346 saylı agentura qeydindən isə aydın olur ki, hər iki general Moskvaya hərbi müşayətlə deyil, sərbəst gəlmişlər. “Alınmış arayışlara görə, vətəndaşlar Mehandarov və Şıxlinski Moskvaya gələn kimi həbs edilib, Butırsk türməsinə göndərilmişlər. Hazırda onların harada olduqları bilinmir.”

Onlar isə ÜFK Xüsusi Şöbəsində saxlanılırdılar və bunu 10 oktyabr 1920-ci ildə həmin şöbəyə Az.SSR-in fövqəladə nümayəndəsi tərəfindən göndərilən məktub da sübut edir: “Xahiş edirəm mənim katibim Şahbazova hərbi işin mütəxəssisi kimi Bakıdan Moskvaya göndərilən Az.SSR vətəndaşları Əliağa Şıxlinski və Səməd Mehmandarovun işlərinin vəziyyəti barədə məlumat verməkdən imtina etməyəsiniz. Fövqəladə Səlahiyyətli nümayəndə B.Şahtaxtinski”

Haşiyə çıxıb qeyd edək ki, bir diplomat kimi tanınmış Behbud ağa Şahtaxtinski 1881-ci ildə məşhur Şahtaxtı kəndində anadan olmuşdur. 0,1917-18-ci illərdə Bakı soveti ieraiyyə komitəsinin, Bakı XDS-fövqəladə komissiyasının üzvü, “Hümmət” təşkilatı mərkəzi komitəsinin sədri olmuş, sovetləşmədən sonra Xalq ədliyyə komissarı, eyni zamanda Azərbayeanm RSFSR-dəki fövqəladə səlahiyyətli nümayəndəsi işləmişdir. Daha sonra isə Türkiyədə Azprbaycanm səlahiyyətli nümayəndəsi və Sovet- Türkiyə danışıqlannda Azərbaycan nümayəndə heyətinin başçısı olmuşdur. 1920-ci il sentyabrın 30-da RSFSR və Azərbaycan arasında hərbi iqtisadi ittifaq haqqında müqaviləni Leninlə birgə B.Şahtaxtinski imzalamışdır. (Maqsud Mahmudzadə “Dünyanın bəzəyi - Naxçıvan” “Nicat” nəşriyyatı. 1998.)

54

Məşhur generalların işi ilə əlaqədar məsələyə Nərimanov, B.Şahtaxtinski və s. səlahiyyətli şəxslərin qoşulması onlarla bağlı aşağıdakı qərarın çıxarılması ilə nətieələnir. “Yol. Yaqoda Azərbaycandan sizin sərəncama iki general Şıxlinski və Mehandarov göndərilib. Yol. Stalin xahiş edir ki, o, gedənə qədər (13.10.1920) bu iş araşdırılsın. Əgər onların heç bir günahı yoxdursa, onları təcili azad etmək. 12.10.20.” Sənədin üstündə qeyd var: “Dairədə məsul postlar tutmamaq hüququ ilə ehtiyata buraxmaqla azad etmək”.

Bəli, başqa cür də ola bilməzdi. Azərbaycan milli hökumətində hərbi nazir və onun müavini işləmiş şəxslərə onların ordu qumculuğunda istər nəzəri, istər təcrübi baxımdan əvəzsiz hərbi dühalar olduqları etiraf edilsə belə səviyyələrindən qat-qat aşağı vəzifələrin etibarı mümkün deyildi. Səməd bəy Mehmanda- rov həbsxanada saxlanılarkən guya ona hörmət əlaməti olaraq mundirinin və ordenlərinin gətirilməsinə, xalça verilməsinə mane olmamağı tapşırmaqla bu şəxsiyyətin böyüklüyü qarşısında nə qədər cılız göründüklərini başa düşürdülər. Ancaq Azərbaycanın müstəqilliyi yolundakı tarixi xidmətləri barədə düşünəndə, yeni hakimiyyətin nəzərində Səməd bəyin bolşevik düşməni olduğunu dəlilsiz-sübutsuz təsdiqləyən bu faktı yada salanda onu nəinki vəzifələrə yaxın buraxmaq istəmir, hətta əllərində imkan olsa, ən ağır cəzaya layiq görmək istəyirdilər. Elə bunun nəticəsi idi ki. Səməd bəy dünyasını dəyişdikdən xeyli sonra da onun yeganə oğlu İqoru incidir, sanki atasının intiqamını almaqlarından həzz duyurdular. Halbuki Azərbaycan milli dövləti çar ordusunda sədaqətlə xidmət göstənuiş generala etibar edib, ölkənin müdafiəsi kimi ən məsul postu ona tapşırmışdı.

İqor Səməd bəyin 3-cü Sibir korpusunda artilleriya rəisi təyin edildiyi 1908-ci ilin 18 noyabmrda anadan olmuşdur. Qeyd etdiyimiz kimi, həmin il iyul ayının 13-də 53 yaşlı hərbçi generalın həyatında daha mühüm bir hadisə baş vermişdi, o, general- leytenant rütbəsi almışdı. Oğlu dünyaya gəlməsindən hədsiz şad olan S.Mehmandarov onun adını Pir qoyub, sonra isə bu ad dəyişdirilərək İqor edilib. Səməd bəy 1915-ci ildə 2-ci Qafqaz ordusu korpusunun komandanı təyin ediləndə İqorun iki yaşı.

55

Azərbaycanın ikinci hökumətində nazir olanda 11, həbs olunanda isə cəmi 12 yaşı vardı və təbbi ki, bu yaşda uşağın atasının fəaliyyətində hansı şəkildəsə iştirakı qeyri-mümkün idi. Ancaq çeka, enkevede cəlladları üçün bütün bunların heç bir əhəmiyyəti yox idi, əhəmiyyətli olansa, onun kimin oğlu olması, yeri gəlsə, hətta əsli-köküydü.

Pirin xatirələrindən: “Atamdan sonra tez-tez anamı və məni çekaya çağırırdılar. Min cür hədələyici suallar verirdilər. Suallara düzgün cavab versək də, verməsək də bizi döyüb incidirdilər. Bir dəfə lap cana doyub ağlaya-ağlaya soruşdum ki, axı məni niyə döyürsünüz? Verdiyiniz sualların cavabını mən həqiqətən də bilmirəm, yalandan nə deyim? Mənim günahım nədir?

- Günahınız ondan ibarətdir ki, özünüzə yaxşı valideynlər seçməmisiniz.”

Butırsk həbsxanasının rəisinə 3 noyabr 1920-ci ildə 1512 saylı talon göndərən ÜFK-nm xüsusi şö’bəsi “bu sənədi alan kimi Səməd bəy Mehmandarovu təcili həbsdən azad edəsiniz” tapşırığı verir. Həbsdən buraxılan keçmiş hərbi nazir 1921-ci ilin payızında Moskvadan Bakıya qayıdır. Elə həmin il Səməd bəy Mehman- darov Azərbaycan SSR hərbi-dəniz komissarlığında məsləhətçi vəzifəsində işləmiş, 1924-cü ildən 1927-ci ilin axınna qədər isə Azərbaycan hərbi məktəbində və Zaqafqaziya hərbi-piyada məktəbində dərs demiş, həmçinin Bakı Zabitlər evində fəaliyyət göstərən “Hərbi-elmi cəmiyyəf’in sədri olmuşdur. 1928-ci ildə istefaya buraxılan Azərbaycanın ilk hərbi generalı, dalbadal dörd hökumətində hərbi nazir postunu tutmuş Səməd bəy Mehman- darov 1931-ci ilin fevral ayında Bakıda vəfat etmişdir.

56

Görkəmli diplomat

Azərbaycan Fövqəladə Komissiyasının (FK) həbs edilənlər və qeydə alınaraq saxlanınlar üçün 1182 №-li Anketindən: “Cəfərov Məmməd Yusif Haeıbaba oğlu, Az.SSR vətəndaşı, türk, 1885-ci ildə anadan olub, 40 yaşında, ali təhsilli (universitet qurtanb), həyat yoldaşı Yekaterina 31 yaş, evdar qadm, qızı Xəyalə 8 yaş, şagird. Minə 5 yaş, oğlu Məmməd Rauf 5 aylıq, anası Minəbəyim 70 yaş. Bitərəf, 4-cü dövlət Dumasının üzvü. Xüsusi Qafqaz Komitəsinin üzvü (Tbilisi şəhərində). Müsavat dövründə nazir. Parlament sədrinin müavini, 28 dekabr 1924-cü ildə həbs edilib. Az.SSR CM-in 61, 68-ci maddələri ilə ittiham olunur.”

M.Y.Cəfərov bu sənədi həbs olunduğu günün səhəri, dekabrın 29-da saat 1-də həbs qəti imkan tədbiri seçildikdən və irəli sürülən ittihamla tanış edildikdən sonra imzalamışdır.

Anketdə göstərildiyi kimi M. Y.Cəfərov Moskva universitetinin hüquq fakültəsini 1912-ci ildə bitirmiş və 4-cü Dumanın deputatı (1912-17), 1917-ci ildə isə Zaqafqaziya komissarlığında sənaye və ticarət komissarı olmuşdu.

Məmməd Yusif Cəfərovun həbsi haqqında qərar da əslində Az. FK İstintaq Əməliyyat Hissəsi (bundan sonra - İƏH) Əks- kəşfiyyat şö’bəsinin rəisi Qolikov tərəfindən məhz 1924-cü il dekabrın 29-da verilmişdir. Bunu həmin gün Qolikovun tərtib etdiyi sənəd də təsdiqləyir. “Mən Azərbaycan FK İƏH Əks-

57

kəşfiyyat şöbəsinin rəisi Qolikov həbs edilmiş Babayev Əbdüləli, Babayev Məmməd Əli, Nəriman Qasım oğlu və b. işi üzrə 894 və 685 saylı işlərlə onların gizli “Müsavat” təşkilatına məxsusluqlan barədə ittiham olunmalan ilə əlaqədar tanış olarkən qeyd edilən işlə bağlı Kladbişenski küçəsində 37 saylı evdə yaşayan Məmməd Yusif Cəfərovun adının hallandığını nəzərə alaraq “Müsavaf’ partiyasına aidiyyatı olan Məmməd Yusif Cəfərovu həbs etmək və Az. FK-da nəzarət altında saxlamaq barədə qərar” verdim.

Qolikovun bu qərarını İƏH rəisi Nikolayev, Az. FK-nm sədr müavini Qaber-Kom təsdiqləyirlər.

Ancaq istintaq işi ilə tanışlıqdan aydın olur ki, M.Y.Cəfərovu çeka həbs olunduğu dövrdən xeyli qabaq diqqət mərkəzində saxlamış, onu az qala addım-addım izləmişdir. Keçmiş hökumətin tərkibində mühüm postlar tutmuş şəxsə qarşı belə münasibət əslində təəccüblü deyildi. Çünki əvvəl FK, sonra DSİ və XDİK siyasi cəhətdən səbatsız hesab etdikləri şəxsləri daim nəzarət altında saxlayır, onun özü və ətrafı ilə bağlı kifayət qədər məlumatlar toplayır, yuxarıdan məqamın yetişdiyi barədə işarə veriləndə həbsə alırdılar.

M.Y.Cəfərov çekanın tam diqqət mərkəzinə 1922-ci ildə düşüb. Həmin il aprelin 27-də onun xidməti iş yerini dəqiqləşdirmək tapşırığını alan 91 saylı əməkdaş 3 gün sonra tapşmqla bağlı aşağıdakıları bildirir: “Cəfərov Məmməd Yusifin ev ünvanı və tutduğu vəzifənin dəqiqləşdirilməsi ilə bağlı bildirirəm ki, vət. Cəfərov Az. Sənaye ticarət komissarhğmda təşkilat şöbəsinin rəisi işləyir, yaşadığı ünvanı hələlik dəqiqləşdirməmişəm”.

İki gün sonra isə eyni əməkdaş Cəfərovun ev ünvanını dəqiqləşdirdiyi barədə növbəti məlumat verir.

115 saylı məlumata əlavədə isə deyilir: “İnzibati maliyyə idarəsinin rəisi Müsavat dövründə parlament üzvü Cəfərov Məmməd Yusif yanma işə götürülmək üçün göndərilən kommunistlərə “iş yoxdur”, deyir, halbuki öz adamlarını qəbul edir. Son vaxtlar onun kabinetində keçmiş şəhər rəisi Kovalyov və Şirin bəy Səfərəlibəyov olur və hansısa mövzuda söhbət edirlər.”

58

■ ■ ' .'.i-

"'İ*u

Bir neçə gün sonra isə artıq Səfərəlibəyov barədə də məlumatlar çatdırılır: “Sənaye idarəsinin işlər müdiri Səfərəli- bəyov öz ətrafına müxtəlif adamları yığaraq onlara sovet hökuməti əlyehinə təbliğat apanr. Kommunist partiyasının əksər üzvlərini “oğrular və başqa pozulmuş şəxslər”, sovet hökumətini “moşenniklər hökuməti” adlandırır”

Daha sonra Cəfərovun yanına mühüm tapşırıqlar üzrə mühəndis Rüstəmbəyovun da tez-tez gəldiyi və onların hansısa mövzuda uzun söhbətlər apardıqları bildirilir.

Cəfərovu xarakterizə edən başqa bir məlumat isə

11.09.1922-ci ilə aiddir: “392/177/439 saylı tapşırıqla əlaqədar Cəfərov rəis kimi tabeliyində olanlarla çox mədəni davranır, ancaq qapalı adamdır, heç kimlə artıq şey danışmır. Yaxşı təəssürat oyadır, ancaq onun siyasi görüşləri şübhəlidir.”

Bir yandan Cəfərovu addım-addım izləyir, bir yandan isə keçmişini dəqiqləşdirməklə məşğul olurdular. Bu baxımdan Cəfərovun keçmişini araşdırmaq tapşırığı almış şəxsin verdiyi məlumat maraq doğurur: “ Cəfərov Nikolay rejimi dövründə 4- cü Dövlət Dumasının üzvü. Müsavat hökuməti dövründə Tiflisdə Gürcüstan menşevik respublikasında konsul olub. 1919-cu ildə Xarici işlər naziri, 1920-ci ilin aprel inqilabı ərəfəsində Müsavat partiyası tərəfindən Respublika parlamentinin sədri (sədr müavini L.Ş.) təyin olunub. Müsavat partiyasının üzvü olub, arvadı rusdur, iki uşağı var, yaxşı yaşayır, hər cümə günü avtomobillə Əhmədlidəki bağa gedir”

M,IÜ.Ä*a{|ıapoH

aaM.nrw.we.üfl'Te.n»

nap.ıawema

59

Mərhum tədqiqatçı Mövsüm Əliyev “ADR Azərbaycan hökuməti” (1918-1920) (“Gənclik” nəş. 1990.) məcmuəsində M.Y.Cəfərov haqqında yazır: “M.Y.Cəfərov görkəmli pedaqoq, jurnalist Əli İskəndər Cəfərzadənin kiçik qardaşıdır. Orta təhsilini Bakıda almış, sonra Moskva Universitetinin hüquq fakültəsini bitirmişdir. O, Moskvada oxuyan azərbaycanlı tələbələrin təşkil etdiyi “Azərbaycan etnoqrafik konsert gecələrinin” və “Azərbaycan həmyerlilər təşkilatf’mn əsas rəhbərlərindən biri olmuşdur. 1912-ci ildə universiteti fərqlənmə diplomu ilə bitirən M.Y.Cəfərov “Nigahm şəriət üzrə pozulması haqqında rəy” mövzusunda hüquq elmləri namizədlik dissertasiyası müdafiə etmişdir. O, həmin il Peterburqda açılan 4-cü dövlət Dumasına Bakı, Gəncə və İrəvan quberniyalarının müsəlman əhalisi tərəfindən deputat seçilmişdir. M.Y.Cəfərov Dumada kadet partiyasına qoşulmuşdur. O, Dumadakı çıxışlarında çar hökumətinin Azərbaycanda yeritdiyi müstəmləkəçilik siyasətini tənqid atəşinə tuturdu.”

1917-ci ildə Rusiyada fevral-burjua inqilabı baş verdikdən sonra martın 9-da Müvəqqəti hökumətin göstərişi ilə M.Y.Cəfərov daxil olmaqla Dövlət Dumasının beş nəfər üzvündən ibarət xüsusi Zaqafqaziya komitəsi yaradıldı. Komitədə sənaye və ticarət işlərinə rəhbərlik etmək M.Y.Cəfərova tapşınidı. O, 1917-ci il noyabnn 15-dən Zaqafqaziya komissarlığında sənaye və ticarət komissarı idi. 1918-ci ilin 28 mayında Azərbaycanın öz milli istiqlalını bütün dünyaya elan etməsi M. Y.Cəfərovun da həyatında tamamilə yeni bir səhifə açır. Bütün həyatını doğma xalqının tərəqqisinə həsr edən millət fədaisi 1918-ci ildə bitərəf Fətəli Xan Xoyskinin təşkil etdiyi ADR-in ilk hökumətində sənaye və ticarət naziri olur. Həmin ilin iyun ayının 17-də birinci hökumət istefaya getdiyi üçün o, tutduğu vəzifəni tərk etmiş və bundan sonra AR-in Gürcüstan hökuməti yanında diplomatik nümayəndəsi vəzifəsini icra etməyə başlamışdır.

Azərbaycan Parlamenti və hökumət üzvlərinin Gəncədə hərbi paradda iştirakı (23 mart 1919-cu il) barədə “Azərbaycan” qəzetində o dövrdə dərc edilmiş material M.Y.Cəfərovun Gürcüstanda diplomatik nümayəndə olduğu dövrü təsdiqləyən

60

onlarla tarixi sənədlərdən biridir: “23 martda Novruz bayramının səhəri günü xüsusi qatarla Azərbaycan Parlamenti və hökumət üzvlərinin hərbi paradda iştirak etmək üçün Gəncəyə gəlmişlər. Qrup heyətinə Nazirlər Şurasının sədri Fətəli Xan Xoyski, daxili işlər naziri Xəlil bəy Xasməmmədov , Xalq təhsili naziri Nəsib bəy Yusifbəyli, poçt və teleqraf naziri Aslanbəy Səfıkürdlü, xarici işlər nazirinin müavini Adil Xan Ziyadxanov, Parlament üzvü, “Müsavat” fraksiyasının lideri Məmməd Əmin Rəsulzadə, parlamentin müdafiə komitəsinin sədri Camo bəy Hacmski, parlament üzvü və “Azərbaycan” qəzetinin redaktoru Üzeyir bəy Hacıbəyov və s. şəxslər daxil idi. Saat 9-da qatar Gəncəyə çatdı. Qatarı qarşılamağa hərbi nazir general Səməd bəy Mehmandarov, nazir müavini general Əlağa Şıxlinski, Gəncə qubernatorunun müavini Hüsyenqulu Xan Xoyski, Azərbaycanın Gürcüstandakı nümayəndəsi Məmməd Yusif Cəfərov, Gəncə şəhərinin başçısı Ələsgər bəy Xasməmmədov, ictimaiyyət nümayəndələri və ağsaqqallar çıxmışdılar.”

M.Y.Cəfərov AR-in Gürcüstan hökuməti yanında diplomatik nümayəndəsi olarkən Nazirlər Şurasının 9 noyabr 1918-ci il tarixli qəran ilə Zaqafqaziya konfransında M. A. Vəkilovla bəraber nümayəndə kimi iştirak edib.

M.Y.Cəfərov ikinci dəfə nazir vəzifəsini Nəsib bəy Yusifbəylinin təşkil etdiyi dördüncü hökumət kabinəsində tutmuşdur. Həmin kabinədə o, xarici işlər naziri təyin olunmuşdur.

Azərbaycanın demokratik dövlət kimi beynəlxalq aləmdə tanınmasında M.Y.Cəfərovun danılmaz xidmətləri vardır. Onun rəhbərliyi altında həmin dövrdə məşhur Azərbaycan sənətşünasları və ictimai xadimləri Məmməd Ağa oğlu və Hüseyn Mirzəcamalovun arxivlərindən toplayaraq çap etdirdikləri “Zaqafqaziyada rus siyasətinə aid sənədlər” kitabını xüsusi qeyd etmək lazımdır. Azərbaycan ziyahlannın çar hökuməti tərəfindən təqib olunmasını ifşa edən sənədlər toplusu 1920-ci ilin əvvəllərində Bakıda rusca çapdan çıxmışdır. Azərbaycan parlamentinin üzvü bitərəf M. Y.Cəfərov 1919-cu ilin oktyabrında “Türk ədəmi-mərkəziyyət partiyasf’mn (“Müsavat”) tərkibinə daxil olmuşdur.

61

ADR hökumətində xarici işlər naziri işlədiyi dövrdə M.Y.Cəfərov dövlət xadimi kimi nə qədər böyük siyasi və elmi potensiala malik olduğunu, ən mürəkkəb tarixi şəraitlərdə belə yeganə düzgün siyasi və diplomatik qərarlar çıxırmaq bacarığını nümayiş etdinnişdir. Bunu həmin qurumun məhz onun rəhbərliyi altında xüsusilə 1919-cu ilin may-dekabr aylarmdakı son dərəcə səmərəli fəaliyyəti də təsdiq edir. Aşağıdakı tarixi faktlar dediklərimizə əyani misal sayıla bilər.

ADR-in Xarici İşlər nazirliyi 1919-cu il mayın 18-də Ermənistandakı nümayəndəsinə belə bir məlumatı Naxçıvan əhalisinə çatdırmağı'xahiş edirdi ki, yaranmış şəraitin ucbatından onlar yaxın vaxtlarda Azərbaycan hökumətindən qoşunlar hesabına real yardım gözləyə bilməzlər. Əgər yerli əhali erməni qoşunlarının irəliləməsinin qarşısını ala bilərsə, bu Azərbaycan rəhbərliyi tərəfindən rəğbətlə qarşılanacaqdır. XİN Naxçıvana yardım göstərilə bilməməsini həm də Qarabağ ermənilərinin Azərbaycan hökumətini tanımamaqları ilə bağlı yaranmış çətinliklərlə əlaqələndirirdi.

Naxçıvan bölgəsində və onun ətrafında yaranmış siyasi-hərbi vəziyyəti ətraflı öyrənərək dərindən təhlil edən ADR Xarici İşlər Nazirliyi 1919-cu il iyun ayının 17-də hökumət başçısına oradakı erməni “iadərəçiliyi”nə son qoymaq üçün mövcud əlverişli şəraiti və məqamı mütləq nəzərə almaqla fürsəti əldən verməməyi tövsiyyə edirdi. Mövcud əlverişli şərait dedikdə: 1 .İngilislərin getməsi xəbərinin yayılması ilə əlaqədar olaraq Ermənistan hökumətini tanımamaq zəminində bölgədə həyacanlarm və çıxışların genişlənməsi (ermənilərin Ordubada buraxılmamaları, onların və daşnak komissarının Şahtaxtıdan qovulması, Naxçıvan şəhərində qeyri sabitlik və s.); 2.Türkiyə qoşunlarının toplaşması ilə bağlı Ermənistanın öz qərb sərhədlərini möhkəmləndirmək məcburiyyətində qalması; 3.ADR ordusu zabitləri tərəfindən yerli əhalinin müəyyən qədər təşkil edilməsi və döyüş hazırlığı vəziyyətinə gətirilməsi; 4.Denikin ordusunun yaratdığı təhlükənin bizə əlverişli tərzdə aradan qaldırıla bilməsi ehtimalı nəzərdə tutulurdu.

62

Bütün bu amillər və şərtlər həm Naxçıvan bölgəsinin azərbaycanlı əhalisinin ermənilərə qarşı hərakatmm müdəfiə olunmasına yardım edər, həm də Ermənistanın “idarəçiliyi”nin ləğvi və qoşunların oradan çıxaniması işinə əhəmiyyətli dərəcədə təsir göstərə bilərdi. Yaranmış əlverişli şəraitdə Naxçıvana Azərbayeanm təsiri və oradakı nüfuzunun bərpası, sonra isə bölgədə möhkəmlənməklə bütün mahala həm maddi, həm də döyüş sursatı ilə real yardım göstərmək mümkün idi. Bu məqsədlə də bölgənin azərbaycanlı əhalisinin erməni qoşunlarını dəf etməkdən ötrü təşkilatlanması üçün ilkin addımlardan biri kimi Baş nazirdən Naxçıvana zabit kadrları göndərilməsi və ixtiyanndakı vəsaitdən 100 min manat pul buraxılmasma sərancam verməsi xahiş olunurdu.

Keçmiş İrəvan quberniyasından və Zəngəzur mahalından qovularaq Naxçıvan bölgəsinə pənah gətirənlərin, habelə erməni basqınları zamanı Cənubi Azərbaycana, Bakı, Tiflis, Gəncə şəhərlərinə dağılan naxçıvanlıların. Ermənistandakı azərbaycanlı qaçqınların və ümumiyyətlə orada yaşayan müsəlman əhalisinin vəziyyəti ilə bağlı çoxlu problemlər var idi. Buna görə də Azərbayean hökuməti ermənilər tərəfindən müsəlmanlara vurulan insan və əmlak itkisinin həcmini aydınlaşdırmaq məqsədilə ingilisləri, italyanları və digərlərini cəlb etməklə beynəlxalq komissiya təşşkil etməyi qərar almışdı. Lakin həmin komissiyanın yaradılması ilə bağlı məsələlərin həlli xeyli vaxt tələb etdiyindən başqa vasitə və yollarla bu səciyyəli məlumatlann əldə olunmasına başlanıldı. ADR XİN bu məqsədlə 1919-cu il iyun ayının 10-da İrəvandakı diplomatik nümayəndəliyə ələltdan və yubatmadan keçmiş İrəvan quberniyasının dağıdılmış kəndlərinin nümayəndələrinin köməyi ilə ermənilərin törətdikləri qırğın və talanlar zamanı azərbaycanlıların məruz qaldıqları insan və əmlak itkiləri barədə ətraflı statistik məlumatlar toplamağı, şahidlərin və ya zərərçəkənlərin söhbətləri əsasında ermənilərin müsəlman kəndlərinə etdikləri hüeumlar haqqında xüsusi materiallar hazırlamağı tapşırdı.

M.Cəfərov hadisələrin inkişafını şəxsi nəzarətində saxlamaqla, ümumi vəziyyətə təsir göstərəcək qərarlar qəbul

63

olunması ilə bağlı məsələləri bir an belə unutmurdu. Bu məqsədlə Azərbaycanda yerləşən hərbi missiyalara, diplomatik nümayəndəliklərə ardı-arası kəsilmədən teleqramlar, izahedici məktublar, digər diplomatik xarakterli sənədlər göndərilirdi. AR xarici işlər naziri 4 iyul 1919-cu ildə Britaniya qüvvələri komandanlığına ünvanladığı növbəti teleqramlardan birində yazırdı: “Naxçıvandan alman məlumata görə erməni hökuməti öz qoşunlarının bir hissəsini Zəngəzura göndərir. İndiyədək 700 nəfər və böyük miqdarda güllə göndərilmişdir. Buna görə də ayrı-ayrı silahlı toqquşmalar baş vermişdir. Həmin toqquşmalarda həm erməni əhalisi, həm də erməni nizami ordu hissələri iştirak etmişdir. Azərbaycan hökuməti öz siyasətində daim bir mövqeyə sadiq qalmışdır - qonşu xalqlarla qonşuluq münasibətlərini möhkəmləndirmək üçün bütün münaqişəli məsələləri imkan daxilində dostluq və sülh yolu ilə həll etmək. Bu günədək Azərbaycan hökuməti qonşu dövlətlərlə bütün mübahisələrin həllində sülhsevər siyasət yeritməyə nail olmuşdur. O, ümid edir ki, indiki hadisədə də Britaniya komandanlığının erməni hökumət Şurasının işlərinə xeyirxah müdaxiləsi ilə Azərbaycan Respublikası ilə Ermənistan arasında kəskin münaqişədən qaçmaq mümkün olacaqdır. Əgər erməni hökuməti Azərbaycana qarşı fəal silahlı çıxışdan imtina etməsə bu münaqişənin reallaşması qaçılmazdır. Xarici işlər naziri Cəfərov. Dəftərxananın direktoru C.Qayıbov” (ARDA f 970, siy. 1, iş 62, səh. 78).

Yaxud AR hökumətinin Ermənistan Respublikasına 16 iyul 1919-cu il və 22 sentyabr 1919-cu il notalan da məhz M.Y.Cəfərov tərəfindən hazırlanmış və imzalanmışdır: “Azərbaycan hökumətində olan rəsmi və şəxsi məlumatlara görə artilleriya imkanına malik erməni qoşunları Böyük-Vedi, Çinyankənd, Gələvaş, Qaşlu və s qonşu müsəlman kəndlərini mühasirəyə ahnış və atəşə tutmuşlar.”

Bu notada da AR-in sülhsevər, respublikalar arasında mehriban dostluq münasibətləri qurulmasına yönəldilmiş siyasətinin əksinə olaraq erməni tərəfinin təcavüzkar, etnik təmizləməyə aparan siyasət yeritməsi, azərbaycanlı əhalini bütün vasitələrlə məhv etməyə, öz yurd-yuvasından didərgin salmağa

64

yönəldilmiş siyasəti pislənir və erməni qoşunlarının qanunsuz hərəkətlərinin qarşısının alınması üçün qəti tədbirlər görülməsi tələb olunur (16 iyul 1919-cu il).

Bu dövrdə ermənilər tərəfindən törədilən münaqişələrlə bağlı elə bir hal tapmaq olmaz ki, onunla əlaqədar AR xariei işlər nazirliyi hansı formadasa öz etirazını bildirməsin. Azərbaycan tərəfi öz notaları və kəskin bəyanatları ilə xarici dövlətlərin diqqətini bu məsələyə yönəldir, erməni təcavüzünün nəticələrini beynəlxalq ictimamiyyətin müzakirə obyektinə çevirməyə cəhd göstərirdi. Xarici işlər naziri M.Y.Cəfərovun Ermənistanın xarici işlər nazirinə göndərilmiş notalanndan birində deyilirdi: “1918- ci ilin yanvanndan türklərin İrəvan qubemiyasma gəlməsinə qədər ermənilər həmin quberniyada üç yüzdən çox müsəlman kəndini dağıtmış, əhalinin əksər hissəsini qırmışlar. Türklərin getməsi və Qafqaza müttəfiq qoşunlannm girməsi ilə Azərbaycan əhalisi ümid edirdi ki, erməni hökuməti sülhün və əmin-amanlığın bərqərar edilməsi məqsədilə artıq müsəlman qırğınlarına yol verməyəcək. Ancaq türklərin İrəvan quberniyasından getməsində sonra, 1918- ci ilin dekabnnda Sasunlu alayı quberniyanın Qaraxaç və Vediçay kənd cəmiyyətlərinin müsəlmanlarını tərksilah etmiş və Qədili, Şahablı, Qaraxaç, Doxnaz, Qarabəylər, Ağası Bəkli və s. kəndlərini dağıtmış, həmin cəmiyyətin az qala bütün müsəlmanlarını qırmışlar. Milli Dərəsi rayonunun bir sıra kəndləri də eyni vəziyyətə salınmışdır. Erməni qoşunları eyni vaxtda Basarkeçər rayonunun, Yenibəyazid qəzasının kəndlərini mühasirəyə almış və kəndlərin əhalisini qırmışlar... Erməni hökuməti qısa müddətdə, 17-31 avqust arasında Eçmiədzin, Sürməli, İrəvan və Yenibəyazid qəzalarında 50-yə yaxın kəndi dağıdıb, əhalisini qırmışlar...”.

Ermənilərin İrəvan, Zəngəzur, Qarabağ, Naxçıvan mahallarında təcavüzkar hərəkətlər törətməklə, yerli azərbaycanlı əhalini məhv etməyə çahşdıqlanm yaxşı başa düşən M.Cəfərovun göstərişi ilə 1919-cu il oktyabr ayının 1-də radioda belə bir teleqram səsləndirilmişdi: “Hamıya, hamıya, hamıya. 1918-ci ilin əvvəllərindən başlayaraq ermənilər öz hərbi hissələrinin və hökumət nümayəndələrinin iştirakı ilə sistemli şəkildə İrəvan

65

hökuməti rayonlannda dinc müsəlman əhalisinin əzilməsini təşkil etmişlər.”

AR Xİ naziri 29 oktyabr 1919-cu ildə erməni həmkarının Ermənistan-Azərbaycan konfransı keçinuək barədəki 7 oktyabr tarixli 4108 saylı məktubuna cavab olaraq Azərbaycan hökumətinin mövqeyini belə açıqlayır: “Mənim hökumətim qonşu respublikalarla mehriban qonşuluq münasibətləri yaratmaq istəyərək daim bütün mübahisələrin danışıqlar yolu ilə həll edilməsinə tərəfdardır. ... İndi Sizin hökumətiniz adından hər iki dövlətə aid mübahisəli məsələlərin həll edilməsi üçün erməni- azərbaycan müşavirəsi keçirilməsi təklifinizi mənim hökumətimin tapşırığı ilə həvəslə qəbul edərək və məsələnin Sizin tərəfinizdən qoyuluşuna etiraz etmədən hər iki respublika arasında müvəqqəti demorkasiya xəttinin müəyyənləşdirilməsi deyil, Azərbaycan və Ermənistan respublikaları arasında bütün sərhəd mübahisələrinin birdəfəlik həll olunması məsələsinin qoyulmasını vacib sayıram. Bununla yanaşı mənim hökumətim müşavirənin çağrılması üçün nisbətən rahat yerin Bakı şəhəri olduğunu hesab edir və Sizin hökumətin nümayəndələrini oraya gəlməyə dəvət edir”.

Gənc respublika üçün qonşu dövlətlərlə sülh şəraitində yaşamağın müstəqilliyin möhkəmləndirilməsi baxımından necə böyük əhəmiyyət kəsb etdiyini yaxşı başa düşən ADR rəhbərləri, 0 cümlədən xarici işlər naziri M.Y.Cəfərov ermənilərlə münaqişəli məsələlərin həllinə danışıqlar yolu ilə nail olmağa səy göstərir, hər iki dövlətin müstəqilliyi əleyhinə olan qüvvələrə imkan vermək istəmirdilər. Ancaq öz təcavüzkar xarakterlərindən, qara niyyətlərindən heç vədə əl çəkmək istəməyən ermənilər Qafqazda möhkəm sülhün yaranmasına o vaxt da ciddi təhlükələr doğururdular. 14 dekabr 1919-cu ildə Bakıda xarici işlər nazirliyinin binasında Azərbaycan-Ermənistan konfransı açıldı. Konfransı giriş sözü ilə Azərbaycan Respublikasının xarici işlər naziri M.Y.Cəfərov açaraq qeyd etdi ki: “Zaqafqaziya Federasiyası parçalanıb ayrı-ayrı müstəqil respublikalar - Azərbaycan, Gürcüstan, Ermənistan respublikaları əmələ gələndə çox təəssüf ki, bir çox həll edilməmiş mübahisəli məsələlər qaldı.”

66

Belə məsələlərə əsas etibarı ilə respublikalar arasındakı qarşılıqlı münasibətlərin aydınlaşdıniması, ərazi məsələlərinin tam həll edilməsi daxil idi. Həmin mübahisəli məsələlərin həlli yollarının tapılmasında ADR rəhbərlərinin göstərdikləri bütün sə’ylər, nümayiş etdirilən müdriklik qarşı tərəfdən lazımi səviyyədə qiymətləndirilmədiyi üçün Qafqazda ümumi sülhü bərpa etmək ümidləri reallaşmadı.

Zaqafqaziya respublikalan hökumətlərinin həmin məsələləri həll etməyə cəhd göstərdikləri hallardan biri Tiflisdə çağınimış Zaqafqaziya konfransı idi. Bu konfransda o vaxtadək həll edilməmiş məsələlər çözülməli və Zaqafqaziya respublikalan arasında mehriban qonşuluq münasibətlərini bərqərar etmək üçün ümumi bir konsepsiya hazırlanmalı idi. Təəssüf ki, siyasi vəziyyətin kəskinləşməsi konfransa öz işini başa çatdırmağa imkan vermədi və məsələlərin çoxu, xüsusi ilə də, əsas ərazi məsələləri, Azərbaycanla Ermənistan arasındakı sərhəd münaqişələri həll edilməmiş qaldı. Nəticəsiz konfransdan bir neçə həftə keçməmiş erməni hərbi hissələri ilə 23 noyabr 1919-cu ildə amerikalıların vasitəsilə saziş imzalandı. Sazişə Azərbaycan və Ermənistan hökumətlərinin başçıları N. Yusifbəyli və Xatisyan, habelə təminatçı sifətilə ABŞ nümayəndəsi, müttəfiqlərin Ali komissarının müavini C.Rey və Gürcüstanın Xarici İşlər naziri E.Gekeçkori qol çəkdilər. Beş maddədən ibarət olan Sazişdə aşağıdakılar razılaşdınimışdı:

1 .Ermənistan və Azərbaycan hökumətləri hazırda baş verən toqquşmalan dayandırmağı və yenidən silahın gücünə əl atmamağı öhdələrinə götürürlər.

2. Ermənistan və Azərbaycan hökumətləri Zəngəzura gələn yollann düzəldilməsi və açılması, onlarla dinc hərəkət üçün təsirli tədbirlər görülməsini razılaşdırırlar.

3. Ermənistan və Azərbaycan hökumətləri sərhədlər haqqında məsələlər də daxil olmaqla bütün mübahisəli məsələləri dinc sazişlər yolu ilə həll etməyi öhdələrinə götürürlər.

Ancaq necə deyərlər bağlanmış sazişin mürəkkəbi qurumamış ermənilər onun şərtlərini kobud surətdə pozaraq

67

yenidən Zəngəzura hücum etdilər və 1920-ci ilin əvvəlində 26 azərbaycanlı kəndini dağıdıb əhaliyə divan tutdular.

Zəngəzurda hərbi əməliyyatlan yenidən genişləndirilməsi nəticəsində noyabrın sonları və dekabrda bölgənin azərbaycanlı əhalisi xüsusi qəddarlıqla məhv edilməyə başlandı. Artıq bir ilə yaxın müddət ərzində ermənilərin mühasirəsi şəraitində yaşayan Oxçudərəsi (ətraf ərazilərdəkilərlə - Gığıdərəsi və s. ilə birlikdə 24 kənd) əhalisi onlan gözləyən təhlükə barədə dəfələrlə Qarabağ və Naxçıvan general-qubernatorlarına, rəsmi Bakıya müraciət etmişdilər. Noyabrın 19-da Oxçuya gələn komissar Hamazaspm ardınca kəndi mühasirəyə alan 200 əsgər əhalini karvansaraya və həyətə toplayıb vəhşiliklə qırmışdılar. 1400 nəfərə qədər əhali təkcə bu böyük kənddə məhv edilmişdi. ADR XİN-nin Ermənistanın müvafiq nazirliyinin rəhbərliyinə verdiyi 1919-cu il 29 noyabr tarixli notada 23 noyabr sazişinə əsasən iki dövlətin qoşunları arasında hərbi əməliyyatların dayandırılmalı və bütün mübahisəli məsələlərin ikitərəfli konfransın müzakirəsinə verilməli olduğu xatırladılırdı. Burada həmçinin erməni hərbi hissələrinin sazişə məhəl qoymadan Zəngəzurda məlum hadisələri törətmələri, habelə Dərələyəz qəzasında da xeyli kəndi dağıtmaları, bölgələrə silahlı qüvvələr gətirilməsini davam etdirmələri bildirilir, bu hallann qarşısının alınması tələb olunurdu.

Vəziyyətin getdikcə təhlükəli şəkil aldığını görən ADR hökuməti - Baş nazir N.Yusifbəyli Haskelə və Uordropa ünvanladığı 1919-cu il 14 dekabr, xarici işlər naziri isə altı ünvana Reyə (Haskelə), Uordropa, Fransa və İtaliyanın Qafqazdakı hərbi nümayəndələrinin başçılarına, habelə Gürcüstan Xarici İşlər nazirinə və Tiflisdəki nümayəndəmiz Vəkilova göndərdiyi 10 dekabr teleqramlarında bildirirdilər ki, Azərbaycan 23 noyabr sazişinə müvafiq olaraq öz hərbi hissələrini Zəngəzurdan çıxartdığı halda, Ermənistan nəinki nizami qoşunlarını bölgədən apanmş, əksinə əlavə və yeni qüvvələr gətirməklə döyüş əməliyyatlarını davam etdirmiş, dinc əhalinin bir qismini qırmış, digərlərini isə qovmuşdur.

Bütün bunları müttəfiqlərin nümayəndələrinin nəzərinə çatdıran hökumət həm də qısa müddətdə Zəngəzurdakı erməni

68

silahlı dəstələrinin tərksilah olunması üçün oraya amerikalı zabitlərdən ibarət komissiya göndərilməsini xahiş edir, öz əhalisinin taleyinə qətiyyən biganə qalmayaraq müvafiq konkret tədbirlər görəcəyini bildirirdi.

Yeri gəlmişkən, belə bir fakta Azərbaycan oxucusunun diqqətini bir daha yönəltmək istərdik ki, Cümhuriyyət dövründə Azərbaycan Respublikası 114 min kv km. əraziyə malik idi. Doğrudur, həmin ərazinin yalnız 97, 3 min kv kilometri mübahisəsiz ərazilər sayılırdı.

Azərbaycan hökumətinin yerli müsəlman əhalinin müdafiəsinin təşkili sahəsindəki haqlı tələbləri ilə razılaşsalar da, bunu açıq şəkildə bildirməkdən çəkinən müttəfiq qoşunlar komandanlığının nümayəndələri tərəfindən bəzi təkliflər irəli sürülürdü. Belə təkliflərdən birinin müəllifi polkovnik Haskel 26 sentyabr 1919-cu ildə xarici işlər naziri M. Y.Cəfərova Naxçıvan və Şərur- Dərələyəz dairələrinin neytral zona yaradılması üçün onun tabeliyinə verilməsini təklif etmişdi: “Naxçıvan və Şərur- Dərələyəz dairələrini əhatə edən neytral zona yaradılmaymca mənim tərəfimdən general Denikinlə neytral zonanın yaradılması, yaxud digər məsələlərin həlli üçün heç bir addım atılmayacaqdır. Həmin neytral zonanın yaradılması barədə şərtlər tərəfimdən bu gün Tiflisdə olan Azərbaycanın hərbi nazirinə təqdim olunmuşdur. Şərtlərin qəbul edilməsi barədə teleqramı gözləyirəm”.

Bir gün sonra AR-in Gürcüstandakı diplomatik nümayəndəsi Vəkilovun Şərur və Naxçıvan rayonlarında neytral zonanın yaradılması barədə polkovnik Haskellə söhbət haqqındakı məlumatında deyilirdi : “Dünən, sentyabrın 26-da mən hərbi nazirlə birlikdə Haskelin yanında oldum. Mehmandarov ondan İtaliyaya sursat alınması məqsədilə nümayəndələr göndərilməsi işində köməklik göstərməsini xahiş etdi. Söhbət zamanı Haskel qəti şəkildə bildirdi ki, o, yalnız o halda köməklik göstərər ki, Azərbaycan hökuməti öz tərəfindən Şərur və Naxçıvan rayonlarında neytral zonanın yaradılmasını sürətləndirsin. Eyni zamanda Hsakel Sizdən Dağıstanda neytral zona yaradılması ilə bağlı aldığı teleqramı göstərdi. Bütün söhbət ərzində məlum oldu

69

ki, Haskel Azərbaycanla Ermənistan arasında ən qısa bir müddət üçün neytral zona yaradılmasına xüsusi əhəmiyyət verir...”.

Üç gün keçmiş nazir M.Cəfərov Haskelə teleqram vuraraq Azərbaycan hökumətinin ABŞ-m Xüsusi Naxçıvan general- qubernatorluğu yaratmasına razılaşdığını bildirir və onu da əlavə edir ki, bu təklif olunmuş şərtlərin yalnız bir neçə bəndi mübahisə doğurur. Bu barədə mən Sizə məlumat verəcəyəm.

4 oktyabr 19191-cu ildə isə o, Haskelə məktub yazaraq, Naxçıvan və İrəvan quberniyasının Şərur-Dərələyəz qəzalarının müvəqqəti idarəçiliyi ilə bağlı Haskelin Azərbaycan hökumətinin başçısı və onunla birlikdə əsasnamə hazırladıqlarını və bu ərazilərdə müsəlmanların sayca çox olmasının nəzərə alınması barədə xahişi yada salır və məsələyə prezident Vulson tərəfindən bəyan edilmiş xalqların öz müqəddaratmı təyin etməsi hüququ prinsipindən yanaşılmasının vacibliyini vurğulayır (ARDA f 894 siy 10 iş 99 səh.8-9).

Ermənistanla münasibətlərin gərgin olmasına baxmayaraq, Azərbaycan və Gürcüstan hökumətləri arasında müqavilə bağlanması Qafqazın müharibə ocağına çevrilməsinin qarşısını aldı. Bu ümumi sülh haqqmda məlumat verən “Azərbaycan“ qəzeti 2 iyul 1919-cu il sayında yazırdı: “Parlamentin fövqəladə iclasında çıxış edən xarici işlər naziri M.Y.Cəfərov Azərbaycan və Gürcüstan hökumətləri arasında bağlanmış müqavilənin əhəmiyyətindən danışdı.”

Elə həmin dövrdə Tiflisdəki diplomtik nümayəndəliyin müavini M.Vəkilov xarici işlər naziri M.Y.Cəfərova teleqram vuraraq İtaliya hissələrinin Azərbaycana gəlişinin gözlənilməsi barədə xəbər verirdi. (ARDA, f 894, s.4, iş 60, v. 69).

M.Y.Cəfərovun xarici işlər naziri kimi necə səmərəli fəaliyyət göstərməsini o dövrdə Azərbaycan Xalq Cümhuriyyətinin gündən-günə artan beynəlxalq nüfuzu da təsdiq edir. Hökumət başçıları ilə yanaşı həm də onun yorulmaz, səmərəli fəaliyyətin nəticəsi idi ki, artıq 1919-cu ilin sonlarına doğru respublikamız dünyanın əsas aparıcı dövlətləri tərəfindən tanınmış və öz müstəqilliyini mölıkəmləndirmək üçün beynəlxalq dəstək almışdı. Ancaq təəssüf ki, bütün bu uğurlara baxmayaraq,

70

hadisələrin sonrakı inkişafında Azərbaycanın müstəqilliyini qoruyub saxlamaq mümkün olmadı, həmin beynIxalq dəstək bolşevik müdaxiləsi qarşısında kifayət etmədi. Halbuki, hökumət tərəfindən bütün müvafiq tədbirlərin görülməsinə cəhd göstərilmiş, mövcud şərait düzgün qiymətləndirilmişdi. Bəs, səbəb nə idi?

Bu səbəblərdən biri Bakı rayonundakı müttəfiq qoşunların komandanı general Tomsonun Xəzər Donanmasının gəmilərinin Denikin komandanlığına verilməsi barədə Xarici işlər naziri M.Cəfərova 6 avqust 1919-cu il tarixli məktubunda açıqlanırdı: “Sizin 5 avqust tarixli 2380 saylı məktubunuzun Britaniya ali hökumətinə təqdim olunacağını bildirirəm. Sizə çatdırıldığı kimi Britaniyanın Xəzər donanması bolşeviklərlə mübarizə məqsədilə yaradılmışdı. Bu siyasətin davamı kimi bizim getməyimizlə bağlı məsələ həll olununda, Britaniya hökuməti bu gpmiləri general Denikinə təhvil verməyi əmr etmişdir” (Gürcüstan Respublikasının Dövlət arxivi f 13/51, siy. 1, iş 83, səh. 20).

Deməli, müttəfiqlər Azərbaycanm müstəqilliyinin qorunmasını Rusiyanın bərpası kontekstində vacib sayırdılar. Belə çıxır ki, əgər general Denikin məhz bolşevikləri devirmək və çar üsul- idarəsini bərpa etmək məqsədilə Azərbayeana müdaxilə etsə, onlar bu hadisəyə göz yumardılar. Əks-halda Xəzər donanmasının təhvil verilməsi ilə bağlı məsələ belə qoyulmaz, Azərbaycanın maraqları da nəzərə alınardı.

1919-cu ilin sonlanndan etibarən regionda vəziyyətin kəskin dəyişməyə doğru getməsi, bir tərəfdən Könüllü ordu, digər tərəfdən bolşevik təhlükəsinin gündən-günə artması iyunun İldən fəaliyyətə başlamış Azərbaycan Dövlət Müdafiə Komitəsini daha qəti qərarların qəbuluna sövq edirdi. Bu Komitənin xarici işlər nazirinin təklifi ilə qəbul edilmiş 29 oktyabr 1919-cu il qərarında “Könüllü ordunun əlində olan Petrovsk və digər şəhərlərə agentlərin və diplomatik nümayəndələrin təyin edilməsi” nəzərdə tutulur, “general Denikinə fövqəladə missiya göndərmək, bu MƏSƏLƏNI

SENYOREN-KONVENTDƏ (PARLAMENTDƏ) BIR DAHA MÜZAKİRƏ EDƏRƏK, XARİCİ

İŞLƏR NAZlrinə Petrovsk şəhərində bizim agentin bərpa edilməsi məqsədilə müvafiq tədbirlər

71

görməsini təklif etmək” qərara alınırdı. (ARDA f. 894 siy 10 iş 99 səh. 15).

Həmin vaxt AR-in Kuban hökuməti yanında diplomatik nümayəndəsinin eyni gündə xarici işlər nazirinə göndərdiyi məlumatda deyilirdi; “İngilislər Dağıstan üsyanına mənfi münasibət bəsləyirlər və polkovnik Rolnsonun sözlərinə görə həmin sənədlər (?) dağıstanhlann Həştərxan kommunistləri ilə əlaqələrini yaradır. İngilislərə görə Dağıstan Rusiyanın ayrılmaz hissəsidir, ali hakimiyyət Denikinə məxsusdur və dağıstanhlara öz müqəddəratlarını təyin etmək hüququ veriləcək. Onların sözlərinə görə Denikin və Azərbaycan hökuməti bir-birlərinə inanmırlar. Denikinin inamsızlığının səbəbi Azərbaycanın üsyanda iştirakı şübhəsi ilə bağlıdır, ikincisi isə Azərbaycan ciddi cəhdlə Bakını möhkəmləndirir və Yalamada böyük qarnizon saxlayır. Mənim görülən tədbirləri Könüllü orduya qarşı yox, Azərbaycanın müstəqilliyinə qəsd etmək istəyənlərə qarşı yönəlib və əgər general Denikin bütün bunları özünə qarşı hesab edirsə, deməli o, bizə qarşı təcavüzkar addımlar atmağa hazırlaşır. İngilislərin cavabı: general Denikin dəfələrlə bəyan edib və yenə bildirə bilər ki, sizin müstəqilliyinizə qəsd etməyə hazırlaşmır və onu Rusiya Müəssislər məclisinə qədər tanıyır. Müəssislər məclisinə qədər o, heç nə edə bilməz, belə ki, o, indi Rusiyanın müvəqqəti himayədandır. Mən cavab verdim ki. Müəssislər məclisinin qəran bizim üçün əsas sayıla bilməz. Biz yalnız sülh konfransının qərarlanm məcburi hesab edirik. Ola bilərmi ki, zamanla başqa münasibətlər çərçivəsində “Siz ona bolşeviklərlə mübarizə üçün canlı qüvvə verə bilərsinizmi sualına cavab verərək dedim: - Xeyr, bizim qoşun özümüzə sərhədlərimizi qorumaq və daxildə qayda- qanun yaratmaq üçün lazımdır. Bununla ingilislərlə söhbətimiz qurtardı və mən bir daha Taqonroqa getməmək barədə düşünürəm. Görünür gen. Denikinlə ermənilər arasında hansısa müqavilə bağlanıb, çünki hər yerdə açıq danışılır ki, əgər Azərbaycan Könüllü ordu ilə vuruşsa, ermənilər Azərbaycan qoşunlannm arxa cəbhəsinə hücum edəcəklər. Ancaq bütün bunlar hələ söz- söhbətdir, hələlik mən rəsmi sənəd əldə edə bilməmişəm” (ARDA f. 894 siy 10 iş 99 səh.20-21).

72

Rusiyanın Qafqaz uğrunda mübarizə apardığı bütün dövrlərdə mövcud olmuş rus-erməni əməkdaşlığının daha bir nümunəsi - Denikin Ermənistan sövdələşməsi baş tutmasa da, sonrakı mərhələdə bolşevik-daşnak birliyi müstəqil Azərbayeam sovet fəlakətinə sürüklədi.

M.Cəfərovun dövlət adamı kimi Azərbaycanın mənafeyini hər şeydən üstün tutmasını, milli maraqları qorumaq yolunda kimsəyə güzəştə getməməsini təsdiqləyən neçə-neçə arxiv sənədi, tarixi materillar var. O, 1919-cu ilin 15 noyabr tarixində Zaqafqaziyadakı Ali Britaniya komissanna ünvanladığı məktubda İngiltərə komandanlığı nümayəndələrinin Azərbaycandan neftin daşınmasında özbaşınalığı barədə söhbət açaraq yazırdı: “Bütün qüvvəni sərf etməklə Bakıdan hər gün 40-45 sistem neft göndərmək mümkündür. Əgər bu miqdardan hər gün 30 ədədini ingilis komandanlığına versək, onda ən zəmri ehtiyaclar üçün də bir şey qalmır. Dəmiryolu nazirliyi bütün danışıqlara baxmayaraq, ingilis komandanlığının ehtiyaclanm ödəmək arzusu ilə general Brefə hər gün 15 sistem göndərməyə razı olmuşdur. Ancaq bir neçə gün sonra general Brefm göstərişi ilə Kabulletlə Batum arasında kerosin ötürülməsi dayandınimışdır... Əgər bu itkini pula çevirsək Azərbaycan və Gürcüstan respublikaları ingilis komandanlığı rütbəlilərinin bu hərəkətlərinin ucbatından gündə bir neçə milyon rubl itirmişlər ki, bu da bizim sənayeni və maliyyəni məhv edir” (ARDA f 970 siy 1 iş 198 səh.l).

1919-cu il dekabrın ortalarında N.Yusifbəylinin sədrliyi altında Azərbaycanın yeni beşinci hökumətinin tərkibi elan edilir və M.Cəfərovun yerinə xarici işlər naziri F.X.Xoyski təyin olunur. Doğmdur, bu hökumət əslində rəsmi fəaliyyətə 24 dekabrdan sonra başladı, ancaq artıq bütün sahələrin gələcək rəhbərləri müəyyənləşdirilmişdi. S. Mehmandar ov hərbi və dəniz naziri, M.H.Hacmski daxili işlər naziri, R.X.Kaplanov maliyyə naziri, C.Hacmski poçt və teleqraf naziri, X.Xasmməmədov ədliyyə naziri, Ə.Pepinov torpaq və əkinçilik naziri, H.Şahtaxtmski təhsil naziri, X.Məlikaslanov yollar naziri, M.Rəfiyev səhiyyə və himayə naziri təyin edilmişdilər.

73

Tutduğu vəzifənin icrasına davam etməkdə olan M.Y.Cəfərov 14 dekabr 1919-cu ildə açılan Azərbaycan-emıəni konfransının birinci iclasında çıxış etmişdi: “Zaqafqaziyanın müxtəlif müstəqil respublikalara ayrılması ilə bu respublikalar arasındakı münasibətlərdə bir sıra mübahisəli, həll olunmamış, o cümlədən ərazi məhdudiyyətləri ilə bağlı məsələlər qaldı. Tiflisdə açılan Zaqafqaziya konfransı belə həll olunmamış məsələlərin yoluna qoyulması və Zaqafqaziya respublikaları arasında mehriban qonşuluq münasibətləri yaradılmasını qarşısına məqsəd qoymuşdu. Təəssüf ki, yaranmış mürəkkəb siyasi vəziyyətə görə bu konfransın işi başa çatdırılmadı və məsələlərin bir hissəsi həll edilməmiş qaldı. Onlann ən əsası ərazi məsələsidir - Ermənistan və Azərbayean arasında mübahisəli ərazi məsələlərinin həll edilməsi üçün 23 noyabr razılaşması əsas istiqamətləri müəyyənləşdirdi və indiki konfransın vəzifəsi bu istiqamətlərin xırdahqlannm işlənməsidir.

Bu günkü konfransı açaraq mən ümid edirəm ki, bu məsələlərin bütün ağırlığını və çətinliyini hiss edərək, siz, cənab konfrans iştirakçılan, işinizin müsbət nəticələr verməsi və iki xalq arasında mehriban dostluq münasibətlərinin möhkəmləndirilməsi üçün bütün səylərinizi sərf edəcəksiniz.” (“Azərbaycan” qəzeti 1919- cu il 17 dekabr).

Ancaq ermənilər onlardan gözlənilən və Qafqazda möhkəm sülhün bərqərar olunması üçün zəruri sayılan bu konstruktiv mövqeni yenə də nümayiş etdirmədilər və hər üç respublikanın müstəqilliyinə vurulacaq ağır zərbələrin təməlini qoydular. Yeri gəlmişkən qeyd edək ki, Bakıda keçirilən həmin konfransda Azərbaycan tərəfindən sədr F.X.Xoyski olmuşdur.

M.Y.Cəfərov nazir postunu tərk etdikdən cəmi iki ay sonra, 1920- ci il fevral ayının 2-də Azərbaycan Parlamenti sədrinin müavini vəzifəsindən azad olunan Həsən bəy Ağayevin yerinə seçilmişdir. Parlamentin sədri Əlimərdan bəy Tooçubaşov Bakıda olmadığı üçün M.T .Cəfərov onun vəzfrəsım 1920-ci uin 27 aprelinədək icra etmışoır.

AR parlamentinin 1920-ci iiin fevral ayınüan sonrakı əksər iclaslan M.Y.Cəfərovun sədrliyi ilə keçirilmişdir. Belə iclaslardan

74

biri Qarsda ermənilər tərəfindən müsəlman əhalisinin qırılması ilə bağlı 8 mart 1920-ci ildə keçirilmiş iclasdır. Bu iclasda yekdil səslə eımənilərin soyqırımı hərəkətlərini pisləyən qətnamə qəbul edilmişdir. Parlamentin növbəti 11 mart tarixli iclasında Gürcüstanda zəlzələdən zərər çəkənlərə 3 milyon rubl yardım göstərilməsi üçün məsələ müzakirə edilmişdir. Növbəti gün 12 martda parlamentin fevral-burjua inqilabının ildönümünə həsr edilmiş növbəti iclasına yenə M.Cəfərov sədrlik etmişdir. 1 aprel 1920-ci ildə Parlament onun sədrliyində Qarabağ hadisələri ilə bağlı məsələni müzakirəyə çıxarmışdır. 15 aprel 1920-ci il iclasında isə Azərbaycanla İran arasında müqavilə, Azərbaycanın Qərbi Avropa və Amerikada diplomatik missiyalarının yaradılması haqqında qanunun qəbulu, Paris konfransındakı Azərbaycan nümayəndə heyətinin təsdiqi və s məsələlər haqqında müzakirələr keçirilərək müvafiq qərarlar qəbul edilmişdir. Bu iclasa da M.Cəfərov sədrlik etmişdir. Nəhayət parlamentin sonuncu iclası və ondan əvvəlki 5 məsələnin müzakirə edildiyi 26 aprel tarixli iclas da onun sədrliyi altında keçirilmişdir. Bütün bu faktları sadalamaqda məqsədimiz həm M.Y.Cəfərovunun fəaliyyəti barədə əlavə məlumatlar çatdırmaq, həm də respublikamızın ilk Ali qanunverici orqanının nə qədər səmərəli işlədiyini göstərməkdir.

Azərbaycanın zor gücünə sovetləşdirilməsindən sonra tərkibi 120 nəfərdən ibarət olan bu Ah qanunvericilik orqanının bir sıra üzvləri də kütləvi cəza tədbirlərinin qurbanı oldular. Parlament üzvləri də eyni amansızlıqla güllələndi, sürgünə göndərildi və ölkəni tərk etmək məcburiyyəti qarşısında qoyuldu.

M.Y.Cəfərovun dindirilməsinə həbs olunduğu ilk gündən başlanmışdır. Müstəntiqlər aprel çevrilişindən sonra gizli fəaliyyətə keçməyə məcbur olmuş bir sıra müsavatçılara qarşı tətbiq edilən üsulların səmərə verməyəcəyini bildikləri üçün onu konkret əməllərinə - iki nəfər “Müsavaf ’ partiyası fəalının İrana keçirilməsinin təşkilində və mənzilində siyasi cəhətdən səbatsız şəxsləri toplayıb dövlət əleyhinə iş aparmaqda günahlandınrlar. Özü də ilk dəfə onu qeyri-rəsmi şəkildə Az. FK-nın ən yüksək vəzifəli şəxsləri, sədr və sədrin müavini dindirmiş, ancaq həmin

75

protokolu nədənsə istintaq işinə əlavə etməmişlər. Görünür həmin dindirmənin qeyri-rəsmi xarakter daşıdığı nəzərə alınmışdır.

Milli tariximizin bir parçası olduğunu nəzərə alaraq, M.Y.Cəfərovun birinci və sonrakı dindirilmə protokollanndan bəzi məqamları olduğu kimi çatdırmaq istəyirəm: “Sual: Siz Az. FK- nm sədri yol. Bağırovun mənzilində 28 dekabrda sədr müavini Qaber-Kom, Qorovçenkonun yanında dediyiniz sözləri təsdiq edirsinizmi?

Cavab: Tam təsdiq edirəm. Sual: Həmin sözləri təkrar edin. Cavab: İki nəfər müsavatçının Bakıdan İrana yola

salınmasında iştirakım olduğunu qəti inkar edirəm. Xarici missiyalarla əlaqəm olduğunu, mənzilimdə yığıncaqlar keçirdiyimi, kiməsə müxtəlif kağızlar və əşyalar olan zənbili saxlamağa verməyimi inkar edirəm.

Sual: Babayev Əbdüləli və Məmməd Əli, Hacı Əhməd və Əmirbəy Məşədi Əli Ağa oğlu adlı şəxslər sizə tanışdılarmı?

Cavab: Babayev qardaşlarını uşaqlıqdan tanıyıram. Son vaxtlar Əbdüləli mənim yanımda hələ Tiflisdə olarkən xidmət edib. Mən Bakıya dəyişdiriləndə və Xarici İşlər naziri təyin olunanda yenə yanımda kuryer işləyib. Xalq Komissarları sovetində işləyərkən də yanımda kuryer kimi çalışıb və həmişə mənzilimə gəlib. Məmməd Əli usta suvaqçı kimi həmişə mənzilimi təmir edib. Hacı Əhmədi ümumiyyətlə tanımıram, Əmirbəyi Əbdüləli Babayevin qohumu kimi tanıyıram. Hacı Əhməd heç vaxt mənim evimdə olmayıb və onunla qətiyyən tanış deyiləm və əgər Hacı Əhməd sübuta yetirsə ki, nə vaxtsa evimdə olub və öz sözlərinin təsdiqi kimi məsələn, mənzilimin quruluşu, əşyaların necə yerləşməsini deyə bilsə, onda mənə qarşı irəli sürülən ittihamları tam qəbul edir və buna görə qanunun bütün gücü ilə cavab verməyə hazıram.

Sual: Sizin mənzilinizdə Ələkbər Məmmədov, Ağa İsmayıl Tağıyev, Əli Əsədullayev, Əziz bəy Tahirov, Yusif Məlikov, Baxış bəy Rüstəmbəyov, Məmməd Həsən Hacmski, Mirzə Məcid Qəniyev və Nərimanbəyli olublarmı və gəlişlərinin məqsədi?

76

Cavab: Adlarını saydıqlarınızın hamısı mənim tanışlarımdır və evimdə olublar, gəlişlərinin məqsədi preferans oynamaq olub. Xüsusilə həmin tanışlarım yanıma Tiflisdən Hacmski gələndə, Nərimanbəylidən başqa, o, həbs olunduqdan sonra mən də ondan qaçırdım və həmin vaxtdan mənim evimdə olmurdu, yığılıblar.

Sual: Bu gəlişlər zamanı Əbdüləli Babayev orda olubmu və o yığılanlar arasında hansı rol oynayırdı?

Cavab: Bir ilə yaxın idi ki, Əbdüləli Babayev mənim evimdə olmurdu, mən ona mənzilimə gəlməyi qadağan etmişdim. O, məndən icazəsiz evdə olmayanda mənzilimə gəlib oyun şeylərini götürmüşdü. Ona qədər o, tez-tez gəlir qonaqlar yığılanda tarda çalırdı.

Sual: Qonaqlar yığılanda hansısa içki içilirdimi, tostlar deyilirdimi?

Cavab: Bəli içki olurdu. Hamının sağlığına içilirdi. Ancaq siyasi xarakterli tostlar olmurdu.

Sual: Bizdə olan məlumatlara görə orada Əli Əsədullayev Məmməd Əmin Rəsulzadənin və gələcək nazirin sağlığına tost deyib.

Cavab: Kim tərəfmdənsə belə tostlar deyildiyini xatırlamıram və inkar edirəm.

Sual: Sizə yığılan tanışlarınız müxtəlif təmayüllü və inamlı adamlar idilər. Necə olurdu ki, söhbət indiki vəziyyətdən, ümumiyyətlə siyasi mövzulardan düşmürdü?

Cavab: Bizim yığıncaqlarda siyasi mövzuda söhbətlər olmurdu və biz belə məsələlərə toxunmurduq.

Sual: Siz nə vaxtsa Babayevlərin mənzilində olmusunuzmu və məqsədiniz?

Cavab: Hacı Əhmədin onların mənzilinə gəlişinə qədər hərdən onların mənzilində olurdum.

Sual: Siz Abbasqulu Kazımzadə və Məmməd Əli Rəsulzadəni tanıyırdmızmı, indi də tanıyırsmızmı və onların harada olduqları sizə məlum deyil ki?

Cavab: Məmməd Əlini də. Abbasqulunu da tanıyırdım. İndi harada olduqlarını deyə bilmərəm.

77

Sual: Siz 1922-ci ilin sonunda Əmirbəy Əli Ağa oğluna kimisə harasa göndərmək məqsədilə müraciət etməmisiniz?

Cavab: Heç vaxt belə hadisə olmayıb və heç vaxt Əmirbəyin yanma kəndə getməmişəm.

Sual: Hansısa səbəb varmı ki, Əmirbəy sizin barənizdə yalan mə’lumat versin, sizi nədəsə günahlandırsın, aranızda düşmən- ıçilik varmı?

Cavab: Mənim Əmirbəylə şəxsi haq-hesabım və hətta yaxın tanışlığım yoxdur, motiv mənə aydın deyil.

Sual: Siz kiməsə 1922-ci ilin sonunda Zirə kəndində Əlibəyin evində gizlənən adamlarınızı İrana keçirmək üçün qayıq tutmaq barədə göstəriş vennisinizmi?

Cavab: Mən heç vaxt heç kimə belə tapşırıq verməmişəm. Qəti inkar edirəm.

Sual: Siz Əbdüləli Babayevə hansısa əşyalan saxlamaq üçün vermisinizmi, əgər vermisinizsə, nə vaxt və hansı əşyalar? Tərəfinizdən ona hansısa silah verilibmi və hansı məqsədlə?

Cavab: 1920-ci ildə Azərbaycanın sovetləşməsindən sonra mən bir neçə ev əşyasını və iki ədəd tapançanı saxlamaq üçün Əbdüləli Babayevə vermişəm. Tapançalardan başqa əşyalan ondan geri almışam.

Sual: Əbdüləli Babayev sizə demədimi tapançaları mühacir Hacı Əhmədə verib ki, ondan almazlar. Siz revolverlərinizin Hacı Əhməddə olmasını bilirdinizmi?

Cavab: Əbdüləli Babayev mənə bu barədə dediyini xatırlamıram, ancaq onların indi qaldığı barədə ümumiyyətlə maraqlanmamışam.”

Ilk dindirmədən bir şey hasil etməyən müstəntiqlər səhəri gün, yə’ni 30 dekabr 1924-cü ildə M.Y.Cəfərovu növbəti dəfə dindirirlər:

“Sual: Siz İranın Azərbaycandakı konsulu Məmməd Xanı tanıyırsınızmı və onun vasitəsilə nə vaxtsa məktub göndərmisi- nizmi, əgər göndərmisinizsə, hara?

Cavah: Məmməd Xanı Müsavat hökumətində nazir olduğum 1919-cu ildən tanıyıram, onun vasitəsilə heç vaxt heç kimə məktub

78

göndərməmişəm, həm də şəxsən ona heç vaxt məktub yazmamışam. Sual: Nə vaxtsa Məmməd Xan evinizə və xidməti yerinizə

gəlibmi və bu vizit nə ilə bağlı olub? Cavab: Heç vaxt Məmməd Xan mənim mənzilimə və xidmət

vaxtı iş yerimə gəlməyib. O, mənimlə evdə və iş yerində söhbət etməyib.

Sual: Elə bir hal olubmu ki, siz Əbdüləli Babayev vasitəsilə Məmməd Xana məktub göndərəsiniz və ona deyəsiniz ki. Məmməd Xan bu məktub barədə bilir?

Cavab: Belə halı xatırlamıram və mənə elə gəlir ki, belə hal olmayıb.

Sual: Sizin İranda hansısa şəhərdə həkim tanışınız varmı və siz onunla məktublaşırsınızmı?

Cavab: Təsadüfən İranda mənim nə vaxtsa tanıdığım Bakılı həkim Axundov Əbdül Saleh yaşayır. Ancaq mən onunla və başqa həkimlərlə heç vaxt yazışmamışam.

M.Y.Cəfərovdan onlardan tələb edilən e’tirafları ala bilməyən FK işçiləri digər vasitələrə əl atır, onu əvvəlcədən təşkil olunmuş ssenari üzrə bir neçə şəxslə üzləşdirirlər.

Belə üzləşdirilmələrdən birincisi Babayev Əbdüləli ilə aparılır.

“Sual: Babayev, deyin M.Y.Cəfərov Hacı Əli Əhməd Kesmaini tanıyırmı və əgər tanıyırsa, onlar hansı şəraitdə və nə zaman tanış olublar?

Cavab: Cəfərov Hacı Əli Əhmədi tanıyır. Belə ki, sonuncu mənimlə birgə Cəfərovun mənzilində 3 dəfə olub.

Sual: Hacı Əli Əhmədin Cəfərovun mənzilində cəmi 3 dəfə olub, sonra onun mənzilinə gəlişini kəsməsi nə ilə bağlıdır?

Cavab: Mən ondan Cəfərovun razılığı ilə yenə onun mənzilinə gəlməsini xahiş etdim. Ancaq o, razılaşmadı və bunu Cəfərovla tamam başqa-başqa siyasi görüşlərin sahibi olduqları ilə izah etdi.

Sual M.Y.Cəfərova: Siz qarşınızda oturan şəxsi tanıyırsı- nızmı?

Cavab: Bu Əbdül Əli Babayevdir.

79

Sual: Cəfərov deyin, Babayev sizin Hacı Əhməd Kesmaini yaxşı tanıdığınızı, onun sizin mənzilinizdə Babayevlə birgə 3 dəfə olduğunu, yenə gəlməsinə icazə versəniz də onun daha gəlmədiyini doğrumu deyir?

Cavab: Babayev yalan danışır, mən Hacı Əhmədi tanımıram, o heç vaxt mənim evimdə olmayıb və Babayevi mən heç vaxt onun dalınca göndərməmişəm.

Sual: Babayev doğrumu deyir ki. Hacı Əhməd sizin mənzilə gələndə aranızda siyasi mövzudu söhbət olub və Babayev sizin adınızdan ondan xahiş etsə də, Kesmai sizin təmayülünüzü aşkarhdığı üçün daha mənzilinizə gəlməyib.

Cavab: Qəti etiraz edirəm. Mən heç vaxt heç kimi Hacı Əhmədin yanma göndərməmişəm və o, mənim mənzilimə gəlməyib, onunla heç vaxt, heç bir mövzuda söhbət etməmişəm.

Sual: Babayev, Cəfərovun mənzilində qonaqlar olanda həmin qonaqlıqda hansı tostlar deyilirdi və iştirak edənlərdən kim hansı tost deyirdi?

Cavab: İştirak edənlərin hər birinin sağlığına tostlar deyilməklə barəbər, belə hal olmuşdu ki. Əli Əsədullayev Məmməd Əmin Rəsulzadənin sağlığına tost demişdi. Həmçinin gələcək nazirlərin sağlığına tost deyilmişdi. Ancaq sonuncq sağlığı kimin dediyini xatırlamıram. Bu sağlıqlar ev sahibi Məmməd Yusif Cəfərovun yanında deyilmişdi və o, tosta cavab olaraq badəsini axıradək içdi.

Sual: Babayevin tost barəsində dedikləri həqiqətdirmi? Cavab: Mənim evimdə kimsə tərəfindən belə tost deyilməyib,

Babayev yalan danışır. Sual: Babayev, siz Hacı Əhmədlə Cəfərovun mənzilində

olarkən orada daha kim vardı və onlar nədən söhbət edirdilər və bu söhbət çoxdanmı gedirdi?

Cavab: Mən Hacı Əhmədlə Cəfərovun mənzilində olarkən orada Cəfərovun daha iki qardaşı Aleksandr və Məmmədcəfər də vardı. Onlar öz aralarında birinci iki gecə İranda inqilabi dövr və bu hadisələrdə Hacı Əhmədin oynadığı rol haqqında danışırdılar, üçüncü gün də eyni xarakterli söhbətlər oldu. Sonuncu

80

gecə mən tez-tez çıxırdım, ona görə dəqiq bilmirəm. Hacı Əhmədlə Cəfərovun söhbəti gecə yansma qədər çəkdi.

Sual; Babayev düzmü deyir? Cavab; Yalan danışır, təkrar edirəm Hacı Əhməd heç vaxt

mənim evimdə olmayıb. Sual; Babayev, Məmməd Yusif Cəfərov İran konsulunu

tanıyırdımı? Məmməd Xanı onun mənzilində, yaxud xidməti yerində görmüsünüzmü və siz Məmməd Yusifdən Məmməd Xana hansısa məktub aparmısmızmı, əgər aparmısmızsa, nə məqsədlə?

Cavab; Cəfərov Məmməd Xanı yaxşı tanıyır, mən hətta Məmməd Xanı Sənaye Ticarət nazirliyində işləyəndə onun kabinetində görmüşəm. Mən də İranda hansısa Xəlif adlı həkimə göndərilməli olan məktubla Məmməd Xanın mənzilində olmuşam.

Sual; Siz Babayevin Məmməd Xana İrana göndərmək üçün məktub göndərməyinizlə bağlı ifadəsi ilə əlaqədar nə deyə bilərsiniz?

Cavab; Yadıma sala bilmirəm. Ola bilər ki. Məmməd Xanın hansı məsələ ilə bağlısa mənim mənzilimdə olması mümkündür. Ancaq mən Əbdüləli vasitəsilə Məmməd Xana, İrana hansısa həkimə çatdırmaq üçün heç vaxt məktub göndərməmişəm. Ümumiyyətlə, Məmməd Xan vasitəsilə xariclə heç bir yazışma apannamışam və buna qəti e’tiraz edirəm.

Sual; - Babayevin sizinlə hər hansı düşmənçiliyi yoxdur ki, yaxud sizinlə şəxsi zəmində haqqınızda yalan danışır.

Cavab; - Babayevin bir ildən artıq qadağan etməyimə görə evimə gəlməməsi ola bilər ki, tə’sir göstərib və o, bu zəmində mənə şər atır və güman edir bununla özünü xilas edir.”

M. Y.Cəfərovun növbəti üzləşdirilməsi Hacı Əhmədlə olur. “Sual; - Kesmai siz qarşınızda oturan şəxsi nə qədər

müddətdir tanıyırsınız və əgər tanıyırsınızsa, onunla hansı şəraitdə tanış olmusunuz?

Cavab; - Qarşımda oturan şəxs Məmməd Yusif Cəfərovdur və mən onunla 1922-ci ilin payızında tanış olmuşam. Axşam yanıma gələn yaşadığım mənzilin sahibi Əbdüləli Babayev bildirdi ki. Məmməd Yusif Cəfərov məni öz evinə dəvət edir. O, məni Babayevlə birgə küçədə görübmüş. Mən Babayevlə birlikdə

81

Cəfərovun mənzilinə getdim. Üç dəfə onun mənzilində oldum. Dəqiq deyə bilməsəm də, biz orada xeyli oturduq, təqribən gecə saat 10-11-ə qədər.

Sual: - Siz birinci dəfə, ikinci və üçüncü gecə Cəfərovun mənzilində nədən söhbət edirdiniz?

Cavab: - Məmməd Yusif Cəfərovun xahişi ilə mən İranda inqilab və Kiçik Xanla inqilabçıların apardıqları iş barədə danışdım. 10-15 gün sonra Babayev məni yenidən Məmməd Yusif Cəfərovun xahişi ilə onun mənzilinə apardı. Bu dəfə də yenə Cəfərovun iki qardaşı da orada idi. İkinci gecə Məmməd Yusif mənə sübut etməyə çalışırdı ki, bolşeviklər İranda inqilabı necə boğdular və sonra buraya gəlib bütün ziyaldan güllələdilər. Söhbət yenə gecə yarasmadək çəkdi. Üçüncü dəfə Cəfərovun mənzilində 25 gün keçmiş oldum. O, söhbəti yenə əvvəlki mövzunun üstünə gətirərək dedi ki, siz mühacirlər bolşeviklərdən yaxşı heç nə gözləməyin, yaxşı olar birlikdə işləyək. İranda olan mühacirlər qoy bizimkilərlə işləsinlər. Burdakılar da bizimlə işləsinlər. Türkiyədə bizim öz adamımız Məmməd Əmin Rəsulzadə var. Onun vasitəsilə çox şey Kanstintanipoldan gəlir. Təşkilatın İranın bütün şəhərlərində öz adamları var. Mühacirlərlə birlikdə apnlan iş yaxşı nəticələr verə bilər. Mən bir neçə gün sonra Babayev vasitəsilə cavab verəcəyimi bildirdim. Sonra onunla əlaqə saxlamadım.

Sual: - Sonra siz haradasa, nə vaxtsa Cəfərovla görüşmüsü- nüzmü?

Cavab: - Bundan sonra Əbdüləli yenə yanıma gəlib məni Məmməd Yusifin də’vət etdiyini bildirdi. Ancaq mən qəti imtina etdim. Orda heç bir işim yoxdur, biz ayn-ayn əqidənin sahibləriyik, dedim. Bir neçə gün keçmiş küçədə Məmməd Yusiflə görüşdüm. O, iki nəfər müsəlmanla dayanmışdı. Soruşdu ki, niyə onun yanın gəlmirəm. Dedim başım qarışıqdır, sonra soruşdu ki, mənim adamlarımdan kimsə İrana getmir. Dedim bəli, mən öz adamım Rzanı Nərimanın qayığında İrana göndərirəm. Məmməd Yusif yanındakı adamları göstərib bu iki nəfəri də İrana keçirmək lazımdır, yoxsa onları həbs edərlər. Onları mənə təqdim etdi. Yadımda qaldığına görə onlardan birinin adı Abbasqulu, o birinki

82

Məmməd Əli idi. Onunla bir də 8 ay sonra hərbi komissarlıqda görüşdük. Kök bir müsəlmanla söhbət edirdi, deyəsən yol. Musabəyovun katibi idi.

Sual: - Məmməd Yusif, Hacı Əhməd doğrumu danışır? Cavab: - Bütün bunlar yalandır.” Qayıqla Müsavatçılan İrana keçirdiklərinə görə Qasımovlar

ailəsindən bir neçə adamı həbs edirlər. Onlardan Nəriman Qasım oğlu və onun oğlanlarından biri Aliman Qasımovun günahsız olduğu barədə sübutlar toplandıqdan sonra 1926-cı il yanvann 4- də həbsdən buraxmaq haqqında qərar qəbul edilir. Məhz həmin ərəfədə artıq istintaq M.Y.Cəfərovun əleyhinə ifadə vermiş şəxslərin nə üçün yalan ifadə vermələrini təftiş edirdi. İstintaqın birdən-birə “həqiqət tərəfdarı” cildinə girməsi, M.Y.Cəfərova qarşı münasibətin bu şəkildə dəyişilməsi nə ilə izah oluna bilər? Bu suala işin sonrakı gedişində cavab verildiyini nəzərə alıb əlavə təfərrüata varmır, yalnız bir faktı qeyd edirik ki, M. Y.Cəfərovun sonrakı taleyində həmin münasibət dəyişikliyi müstəsna rol oynayıb. Ən ağır cəzanın bir addımhğmda dayanmış sabiq müsavat naziri və ictimai xadim nə qədər qəribə də olsa həbsdən azad edilib və sürgünə göndərilməyib.

1925-ci il yanvarın 31-də Babayev Əbdüləlini yenidən dindirirlər: “Sual: - Hacı Əhməd sizinlə birlikdə Məmməd Yusif Cəfərovun mənzilinə gedibmi?

Cavab: - Xeyr getməyib. Sual: - Nə üçün siz əvvəlki ifadənizdə deyirdiniz gedib. Cavab: - Məni Hacı Əhməd öyrətdi ki, de gedib. Mən dedim

lazım deyil, onda soruşarlar ki. Məmməd Yusifin neçə otağı var, giriş haradandır, o dedi eybi yoxdur.

Sual: - Siz Hacı Əhmədə demisinizmi ki, Cəfərov müsavatçıdır və Müsavat hökumətində nazir olub?

Cavab: - Mən Cəfərovun nazir olduğunu demişəm, ancaq müsavatçı olduğunu deməmişəm. O, məndən soruşurdu ki, əvvəllər Məmməd Yusif Cəfərov kim olub. Mən dedim Dövlət Dumasının üzvü, Tiflisdə komitənin sədri, nazir olub.

Bir il sonra eyni gündə dindirilən Hacı Əhməd üzləşdirmədə Məmməd Yusif Cəfərovun mənzilində olduğu barədə yalan dedi

83

yini boynuna alır və bunu özünün müsavatçılarla, əksinqilabçılarla əlaqədə günahlandırıldığı üçün etdiyini söyləyir.

Az. FK İƏH əks-kəşfiyyat şöbəsi 1-ci “B” qrupu müvvəkil köməkçisi Pevzner 1925-ci il yanvarın 21-də 894 saylı həbs işi üzrə ittihama baxaraq qərara alır:

“1. Babayev Məmməd Əlieəbryıl oğlu Bakı quberniyası Zirə kənd sakini 47 yaş, savadsız, bitərəf, ailəli, Cəfərovun gizli “Müsavat” təşkilatında işini gizlətməkdə və kömək göstərməkdə və Bakıdan gizli şəkildə qayıq vasitəsilə Müsavat partiyası liderləri - Abbasqulu Kazımzadəni və Məmməd Əli Rəsulzadəni İrana yola salmaqda günahlandırılaraq Az.SSR CM-in 68-ci maddəsi ilə ittiham olunur.

2. Əmirbəy Məşədi Əlağa oğlu 31 yaş, savadsız, muzdur. Zirə kənd sakini, ailəli gizli şəkildə qayıq vasitəsilə Müsavat partiyası liderləri - Abbasqulu Kazımzadəni və Məmməd Əli Rəsulzadəni İrana yola salmaqda günahlandırılaraq Az.SSR CM- in 68-ci maddəsi ilə ittiham olunur.

3. Qasımov Orucqulu Nəriman oğlu 23 yaş, savadsız. Bibi Heybət mədənlərində fəhlə, eyni ittihamla.

1922-ci ildə Cəfərov Məmməd Əli Babayevə deyib ki, iki nəfəri İrana göndərmək üçün necə olur-olsun yelkənli qayıq tapmaq lazımdır. Babayev uzun axtarışdan sonra bu məqsədlə dayısı Nərimanın qayığından istifadə etmək barədə onunla razılaşıb. Zirə kəndində onun qohumu Əmirbəy Məşədi Əlağa oğlunun evində gizlənən həmin şəxslər İrana yola salınıblar.”

Sənədə Pevznerlə yanaşı “razıyam” qeydi ilə əks-kəşfiyyatın rəisi Qolikov qol çəkmiş, İƏH rəisinin köməkçisi Nikolayev və Az FK sədrinin müavini Qaber-Kom təsdiq etmişlər.

1925-ci il fevral ayının 1-də FK əməkdaşı Pevzner agentura işi üzrə 129, həbs işi üzrə 582 və 894 saylı işlərə baxaraq növbəti qərar qəbul edir:

“Cəfərov Məmməd Yusif Hacıbaba oğlu 45 yaş, ali təhsilli, keçmiş Dövlət Dumasının üzvü, keçmiş xarici işlər naziri, meşşan ailəsindən, ailəli, bitərəf, həbs olunana qədər Azod. ZXK-da şöbə rəisinin müavini işləyən Az.SSR CM-in 61 və 68-ci maddələri ilə gizli şəkildə qayıq vasitəsilə Müsavat partiyası liderlərini - Abbasqulu Kazımzadəni və Məmməd Əli Rəsulzadəni İrana yola

84

salmaqda və mənzilinə siyasi cəhətdən səbatsız sayılan şəxsləri toplamaqda, yemək süfrəsi arxasında əksinqilabi xarakterli tostlar deyilməsində və İran konsulu Məmməd Xanla əlaqələrdə günahlandırılaraq ittiham olunur.

Babayev Əbdüləli Cəbrayıl oğlu 42 yaş, azsavadb, dülgər, Az.SSR CM-in 68 və 179-cu maddələri ilə Cəfərovun mənzilinə siyasi cəhətdən səbatsız şəxslərin toplanmasında iştirakda günahlandırılaraq ittiham olunur.

Cəfərov ona qarşı irəli sürülən ittihamda günahkar sayılaraq 5 il müddətinə ciddi təcrid şəraitində saxlanılmaqla cəzasını SSRİ- nin şimal şəhərlərindən birində çəkməsi qərara alınır.”

6 aprel 1925-ci ildə Zaqafqaziya FK-dan İƏH rəisi Beriyanın, əks-kəşfiyyat şöbəsinin rəisi Lordkipanidze, 1-ci şöbənin rəisi Yerşovun imzası ilə Az. FK sədrinin müavini Petrova məktub göndərilir: “ZFK-a ƏK şöbəsi xahiş edir ki. Babayev Əbdüləlinin 224 saylı istintaq işi üzrə sonrakı nəticələri barədə məlumat verəsiniz. Bundan başqa xahiş edirik bu iş üzrə 2 №-li memorandumun surətini göndərəsiniz.”

!2 aprel 1925-ci ildə Petrov, İƏH rəisi Nikolayev, əks- kəşfiyyat şöbəsinin rəisi Qolikov Tiflisə Zaq.FK-ya aşağıdakıları bildirirlər: “Az. FK Babayev Əbdüləlinin 224/682 və Cəfərov Məmməd Yusifin 270/894 saylı istintaq işləri üzrə yekun qərarın surətini baxmaq üçün göndərir. Əlavə edirik ki, fevralın 22-də qərarda göstərilən dərkənarla əlaqədar Babayev və Cəfərov azad edilmişlər. 2 №-li memorandumun göndərilməsinə ehtiyac varmı?” 1925-ci il may ayının 9-da Zaqafqaziya çckasmm sürgün haqqında tələbini nəzərə alan Qolikov “Cəfərov Məmməd Yusif Hacıbaba oğlu və Babayev Əbdüləlinin Az.SSR ərazisindən sürgün edilməsinə sanksiya verilməsi üçün 894/270 №-li işinZFK- ya göndərilməsi” qərarına gəlir.

İstintaqın aparıldığı bütün dövr ərzində, xüsusilə 1925-ci ildə M.Y.Cəfərovun yaşadığı mənzil nəzarətdə saxlanılmış, oraya postlar qoyulmasına qədər bütün tədbirlər görülmüşdü. Bununla onun ailəsinə kimlərin baş çəkdiyini, əvvəllər kimlərlə əlaqədə olduğunu dəqiqləşdirmək istəyirdilər.

“25.12.25-ci il. Göstərişə uyğun olaraq Kladbişenski küçəsi 100/12 №-li evə saat 6.30-da postlar qoyulmuşdur. M.Y.Cəfərov

85

saat 9.30-da faytona minib işə getdi. Saat 3.30 iki nəfər namə’lum şəxslə çıxdı və faytonla evə gəldi. Saat 5-də postlar götürüldü.” Az. Çekanın göndərdiyi materiallara əsasən yekun qərar çıxaran Zaq.FK Əks kəşfiyyat şöbəsinin 1-ci bölməsinin əməliyyat müvəkkili Zakaıyan 1925-ci il avqustun 22-də aşağıdakı sanksiyanı qəbul edir: “1. M.Y.Cəfərov 5 il müddətinə Voloqda quberniyasının həbs düşərgəsinə sürgün edilsin. 2. Ə.Babayevi bir illik həbs cəzasına məhkum etmək, ancaq onun sosial vəziyyətini, azsavadh olmasını və ilk məhkumluğunu, həmçinin ilkin qəran nəzərə alaraq sonrakı məs’uliyyətdən azad etmək.” Əks-kpşfıyyat şöbəsi rəisinin müavini Yerşov və SOÇ rəisi Beriya razı olduqlanm bildirirlər.

Həmin qərara əsasında Zaq. FK yanında Xüsusi müşavirə 18.12.25-ci ildə belə bir qərar qəbul edir: “M. Y.Cəfərov RSFSR- in şəhərlərindəki həbs düşərgələrindən birinə 3 il müddətinə sürgünə göndərilsin.”

1926-cı il martın 1-də Zaqafqaziya çekasının məsul əməkdaşları Bejanov və Beriyanın imzası ilə Az. FK-ya M.Y.Cəfərovun və onunla bağlı istintaq işinin Baş Siyasi İdarə yanında müşavirənin qərarına uyğun olaraq Urala Sverdlovsk şəhərinə göndərilməsinin təmin olunması barədə məktub göndərilir və elə həmin günlərdə Tiflisdən Bakıya aşağıdakı məzmunda şifrəli teleqram yola salınır: “Y.Qorobçenkoya çatdırılsın ki, Cəfərov Məmməd Yusifi dərhal həbsdən azad etsin. Bağırov, şifrə açılmışdır 11.03. 1926.”

Bu göstərişdən sonra onu həbsdə saxlayıb-saxlamamağı qətiləşdirə bilməyən 3-cü qrupun müvəkkili Movsesov Sumbatovun adına raport yazır: “Bildirirəm ki, XSİŞ yanında Xüsusi Müşavirənin 12.02.1926-cı il qəran ilə M.Y.Cəfərov DSİ vasitəsilə 3 il müddətinə Urala sürgünə göndərilməyə məhkum edilmişdir. Zaq. FK qeyd edilən qərarın yerinə yetirilməsi üçün mənim tərəfimdən müttəhim həbs olunmuşdur. Az. FK sədri y. Bağırovun göstərişi ilə M.Y.Cəfərov həbsdən azad edilmişdir. Cəfərov Urala sürgünə göndərilməli olduğu üçün xahiş edirəm sonra necə hərəkət etməli olduğumuzu aydınlaşdırasınız və Zaq. FK, həmçinin XSİŞ-yə nə cavab verməyimizi bildirəsiniz.”

86

Cəfərov həbsdən azad olunur. Ancaq barəsində yuxanda adı çəkilən sürgün qərarı ləğv edilmədiyi üçün 1928-ci ildən başlayaraq onu yenidən çək-çevirə salır, həbsə atılmaq təhlükəsi ilə üz-üzə qoyurlar. Uzun əzablardan, yazışmalardan sonra o, vəziyyəti qismən də olsa, aydınlaşdıra, sürgündən canını qurtara bilir.

Bu tipli sənədlərdən biri M.Y.Cəfərovun Az. DSİ-yə yazdığı 1929-cu il 2 oktyabr tarixli ərizəsidir: “ 1924-cü ilin dekabr ayında mənim əleyhimə iş açıldı və mən böhtan əsasında həbs olundum. Yeganə material şahid ifadəsi idi. İstintaqın gedişində hətta o da məlum oldu ki, mənə qarşı həmin ifadə də tamamilə yalandır və heç bir reallığa əsaslanmır. Yeri ^əlmişkən yolüstü Bakıda olan Zaq. FK-nm rəhmətlik sədri Mogilyevski də mənim işimlə maraqlanmış və bir neçə üzləşdirmə və dindirmələrin nəticəsi ilə də tanış olmuş, mənim tərəfimdən müəyyənləşdirilmiş momentləri təsdiq etmiş, ifadələrdəki yalanı aşkara çıxararaq, mühakimənin əsassızlığını qeyd etmişdir. Bütün bunlara əsasən 0, mənə tezliklə azad olunacağımı və istintaq işimin dayan- dmlacağım, mən bunu dəqiq xatırlayıram ləğv ediləcəyini demişdi.

Həqiqətən də, 1925-ci ilin fevralında mən tezliklə həbsdən buraxıldım və belə belə qənaətə gəldim ki, mənə qarşı ittihamlar aradan qalxdı. İşimin gedişi ilə bağlı soruşduğum məsul şəxslər də məni əmin etdilər. 1926-cı ilin martında ilk dəfə tutulmağımdan 1 il 4 ay və Mogilyevskinin tapşınğı ilə həbsdən buraxıldıqdan 1 il 2 ay sonra mən Az. DSİ tərəfindən DSİ Kollegiyası yanında Xüsusi Müşavirənin 12 fevral 1926-cı il qanr ilə yenidən həbs edildim... Sonra Moskvaya Pambıq müşavirəsinə nəzərdə tutulan məzuniyyətimlə əlaqədar mən orada DSİ qarşısında şəxsən müvafiq vəsatət qaldırmaq üçün Az. DSİ-yə müraciət etdim ki, mənim işim hansı vəziyyətdədir. Sualımla bağlı qəti cavab aldım ki, mənim sürgün edilməyim barədə qərar lazımi qaydada ləğv olunub və mən bir də ona görə qəti şəkildə əmin oldum ki, 28-ci ilin əvvəlində Az. DSİ-yə çağnidım və orada öyrəndim ki. Uraldan harada yerləşməyim və oraya nə üçün göndərilmədiyimlə bağlı sorğu gəlib. Bu sorğuya cavab olaraq Urala məlumat verilib ki, mənim sürgün olunmağımla əlqadar qərar artıq ləğv olunub. İndi

87

4 ildən artıq müddət keçdikdən sonra mənə deyildiyi kimi işdə yuxarıda göstərilən qərarın ləğvi ilə bağlı qeyd olmadığı üçün bu məsələ yenidən qaldırılır, halbuki bütün yuxanda göstərilənlər və işin gedişi onun ləğv edildiyini sübuta yetirir. Bütün bunlarla bağlı xahiş edirəm: Mənim sürgünə göndərilməyimlə əlaqədar qərarın ləğv olunmasını yoxlayıb müəyyən edəsiniz, əgər müəyyən olunsa ki, həmin ləğvolunma qərarı vaxtında lazımi şəkildə sənədləşdirilməyib, onda mənə qarşı qaldırılmış işin vaxtının keçməsini və mənim təsərrüfat sahəsində 9 illik işimi, başlıcası isə bütün SSRİ üçün mühüm əhəmiyyət kəsb edən pambıq sənayesinin bərpasındakı əməyimi, həmçinin səhhətimin son dərəcə ağır olduğunu nəzərə alıb bu işin birdəfəlik ləğvi üçün qərar çıxarasınız”. 2 oktyabr Bakı ş.

Bu ərizə Uraldan Az.DSİ-yə 1929-cu ildə göndərilmiş 708 saylı məktubdan sonra yazılmışdı. Həmin məktubda deyilirdi: “XDSİ Kollegiyası yanında Xüsusi Müşavirənin 12.02.26-cı il qərarı ilə tərəfinizdən sürgünə göndərilməli olan vət. Cəfərov Məmməd Yusif Hacıbaba oğlu indiyədək bizə gəlib çıxmamışdır. Xahiş edirik gecikmənin səbəbi barədə mə’lumat verəsiniz və bildirəsiniz belə şəxs bizim sərəncama göndəriləcəkmi?”.

Fevralın 7-də Az.DSİ-dən Urala məlumat verilir: “vət. Cəfərov Məmməd Yusif Hacıbaba oğlunun Urala sürgünə göndərilməsi ASSR direktiv orqanlarının göstərişi əsasında dayandırılmış və onun işinə baxılması və ilkin qərarın dəyişdirilməsi, Cəfərovun Urala sürgünə göndərilməsinin ləğvi barədə XDSİ-dən xahiş edilmişdir.”

Sürgün ətrafında dəqiqləşdirmələrdən biri 1928-ci ildə aprel ayında Az. DSİ-nin hissə rəisləri Moroz və Rəhmanov, müvəkkil Movsesovun imzası ilə Zaq. DSİ-yə göndərdikləri tam məxfi qrifli sənəddə aparılmışdı: “XDSİ-nin Şərq şöbəsi 14.02.28-ci il tarixli 33093 saylı məktubla bağlı bildirir ki, Cəfərov Məmməd Yusif Hacıbaba oğlunun ittiham olunması ilə bağlı istintaq işi 16.02.26- cı il № 270235 məktubla əlaqədar Zaq. FK-ya göndərilmişdir. Vət. Cəfərov Məmməd Yusif Hacıbaba oğlu Az DSİ-nin keçmiş sədri yol. Bağırovun şəxsi göstərişi ilə həbsdən azad edilmiş və sürgünə göndərilməsi dayandırılmışdır. Ural DSİ hazırda Bakıda

88

olan həmin vətəndaşı tələb etdiyi üçün xahiş edirik tə’cili cavab verəsiniz XDSİ Kollegiyası yanında XM-in qərarını yerinə yetirmək lazımdırmı?”.

1929-cu il fevralın 25-də isə eyni şəxslər Zaq. DSİ-dən yaranmış zərurətlə bağlı XDSİ-nin Şərq şöbəsinin 16.02.26-cı ildə onlara göndərdiyi “Cəfərov Məmməd Yusif Hacıbaba oğlunun ittiham olunması ilə bağlı istintaq işinf’n geri qaytarılmasını xahiş edirdilər.

Oradan isə M.Y.Cəfərovun ittiham olunması ilə bağlı işin Moskvada olduğu bildirilir.

Bundan sonra Cəfərov barəsində yenidən müxtəlif tipli məlumatlar toplanmasına başlanır. Tam məxfi qrifli belə məlumatlardan birində deyilir: “2.09.1929-cu il tarixli tapşırıqla əlaqədar bildirilir ki, Cəfərov Məmməd Yusif Hacıbaba oğlu həqiqətən Nijne-Kladbişenski küçəsi 100/12-də yaşayır, ailəlidir, Bakı sakinidir, meşşan ailəsindəndir, əvvəllər Az.pambıqda direktor müavini işləyib. Hazırda öz ixtisası üzrə hüquqşünas kimi fərdi praktika ilə məşğuldur”.

Zaq. DSİ öz növbəsində Moskvaya müraciət edirdi: “... Cəfərovun sürgünə göndərilməsi haqqında Az. DSİ-yə göndərilmiş Zaq.FK-nın 26.06.26-cı il qərarı onlar tərəfindən Az. KP(b) MK-nın göstərişi ilə dayandınimışdır. Zaq. DSİ Cəfərovun işi ilə bağlı sizin növbəti qərarınızı bildirməyinizi xahiş edir”. 28 aprel 1928. Sənədə belə bir arayış da əlavə olunmuşdur: “Cəfərov Zaq. MKİ-nin sədri yol. Ağamahoğlunun xahişi ilə azad edilmişdir və hazırda Bakıda yaşayır.” rəis Bejanov, müavin Safironov.

Yazışmaların miqyası genişləndikcə, məsələ bir qədər də qəlizləşdirilir, M.Y.Cəfərovun sürgünə göndərilməsi ilə bağlı təhlükələr reallaşmaq dərəcəsinə çatırdı.

Xalq Komissarlığı yanında DSİ Şərq şöbəsi tərəfindən 12 iyul 1928-ci ildə Zaq. XDSİ-yə Kaula göndərilmiş məktub bunu bir daha sübuta yetirir. Həmin məktubda göstərilirdi: “XDSİ Kollegiyası yanında XM-in qərarında dəyişiklik yalnız həmin Xüsusi Müşavirə tərəfindən, yaxud SSRİ MİK Rəyasət Hey’əti tərəfindən edilə bilər Cəfərov Məmməd Yusif Hacıbaba oğlu XM- in qərarına uyğun oiraq dərhal 3 il müddətinə Urala sürgün yerinə

89

göndərilməlidir. İcra barədə bildirməyinizi xahiş edirik. XDSİ VO . rəisinin müavini Petrosyan, 3-cü bölmənin rəisi Baldayev.”

Az DSİ Kollegiyası yanında XM Cəfərov Məmməd Yusif Hacıbala oğlunun işinə yenidən baxılması ilə əlaqədar məsələ qaldırmaq üçün Moskvadan istintaq işinin təcili geri göndərilməsi xahişinə Zaq DSİ-dən Bejanov və Safronovun imzası ilə cavab gəlir : “Bildiririk ki, MDSİ Kollegiyası yanında XM-in Cəfərov Məmməd Yusif Hacıbala oğlunun Urala sürgünü ilə bağlı 16.02.26 qərarını dəyişdirmək üçün Az.DSİ XM-in Zaq DSİ XM, onun isə öz növbəsində MDSİ qarşısında əsaslandırılmış vəsatəti qaldırılmalıdır. Belə olduğu təqdirdə MDSİ əvvəlki qərarını dəyişdirə bilər.”

Daha sonra bu tipli yazışmalar bir müddət də davam etdirilir. Digər tərəfdən də Uraldan Azərbaycana Cəfərov Məmməd Yusif Hacıbala oğlu nə vaxt oraya sürgünə göndəriləcəyi barədə sorğular daxil olurdu.

Bütün bu müddət ərzində dəyişməyən yalnız bir şey idi. M.Y.Cəfərova münasibət. Onu sürgünə göndərmək, yaxud bu qərarı ləğv etmək barədə sənəd imzalayanda da cəza orqanı əməkdaşları eyni cür düşünürdülər - bu şəxsə etibar etmək olmaz, çünki o, müstəqil Azərbaycan dövlətində mühüm vəzifələrdə işləyib, tanınmış xadim kimi millət yolunda böyük xidmətlər göstərib.

Qeydiyyatçı Akopovun 1928-ci il noyabr ayının 9-da tərtib etdiyi arayış cəza orqanının M.Y.Cəfərova daim eyni münasibətdə oluduğunu bir daha təsdiqləyir: “40 yaş, türk, işi ƏKŞ-də apanimışdır, həbs olunmuşdur, “Müsavat” partiyasına məxsusluqda ittiham edilir (58, 61-ci maddələr), iş 6139/s № ilə Zaq. FK ƏKŞ-ə 9.05.25-də göndərilib və başqa yerə getməmək haqqında kağız alınmaqla azadlığa buraxılmışdır. Etibarsız sayılır. Barəsində MDSİ tərəfindən 3 il müddətinə Urala sürgün qəran çıxanimışdır”.

Urala sürgünlə əlaqədar Az. DSİ-yə çağnlan Məmməd Yusif Cəfərov 2 oktyabr 1929-cu ildə Az. DSİ Kollegiyasına bağışlanması tarixçəsi haqqında ikinci məktubu yazır və 1930-cu il yanvar ayının 2-də isə Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinə ərizə ilə müraciət edir:

90

“ 1924-cü ildə böhtan əsasında mən FK tərəfindən tutuldum. İşin araşdırılmasında, həmçinin o vaxt təsadüfən Bakıda olan Zaq. FK sədri mərhum Mogilyevski də iştirak etmişdi, böhtanın yalan olduğu müəyyənləşdirildi. Mogilyevski mənə azad ediləcəyimi, işin isə ləğv olunacağını bildirdi. Həqiqətən də, bundan sonra 1925-ci ildə mən azad edildim. Bir il keçmiş 1926-cı ilin martında mən XDSİ Kollegiyası yanında XM-in 12 fevralda mənim Urala sürgün edilməyim barədə qəran ilə yenidən həbs olundum. İşim ləğv edildiyi üçün Az. DSİ sürgün olunmağımın ləğvi barədə vəsatət qaldırdı. Görünür bu vəsatət nəzərə alındığı üçün mən bir neçə gün sonra həbsdən azad olundum və Bakıda qalmaqda davam etdim. Ötən il 28 sentyabrda mən yenidən Az. DSİ URSO-ya çağrıldım ki, XDSİ XM-in yuxarıda göstərilən qərarı ilə mən sürgünə göndərilməliyəm və izah etdilər ki, işdə mənim 1924-cü ildə qaldırılmış cinayət işinin ləğv olunması barədə mə’lumat yoxdur. Mənim həbsdən iki dəfə azad edilmə faktımın özü işin bağlanması və ləğvi üçün sübut olmalı idi. Buna baxmayaraq iş keçmiş biabırçı məlumatlarla üçüncü dəfədir ki, yenidən qaldırılır və təhlükəli sürgün məni normal işləməkdən məhrum edir və mənim, həm də ailəmin normal yaşayışını pozur. Yuxarıda göstərilənlərlə əlaqədar Az. MECİ-yə mənim işimin ləğv edilmiş sayılması və həmişəlik dayandırılması üçün müraciət edirəm”

Az. MİK-nin katibi A. Şahbazov 1930-cu ildə 367/s saylı məktubla onun bu ərizəsini münasibət bildirilmək üçün Az DSİ- yə göndərir.

1930-cu ildə yanvar ayının 20-də Az. DSİ-nin əməliyyat müvəkkili Sergeyev M.Y.Cəfərovun işinin ləğv edilməsi barədə vəsatətlə bağlı Az. MİK-nin 1930-cu il 3 yanvar tarixli göndərişinə baxaraq müəyyən edir:

M.Y.Cəfərov 50 yaş, ali təhsilli, keçmiş 4-cü Dövlət Dumasının üzvü, müsavat hökumətində xarici işlər naziri, ziyalı ailəsindən çıxmış, ailəli 1924-cü ildə Az FK tərəfindən həbs edilmişdir və istintaq nəticəsində müəyyən olunmuşudur ki, Cəfərov Azərbaycanın sovetləşməsindən sonra Müsavat partiyasının axtarışda olan liderləri Abbbasqulu Kazımzadə və Məmməd Əli Rəsulzadənin gizlədilməsində və xaricə göndəril

91

məsində birbaşa iştirak etmişdir. Bundan başqa Cəfərov mənzilində siyasi cəhətdən səbatsız adamların yığıncağını keçirmiş və keçmiş İran konsulu Məmməd Xanla yaxın əlaqədə olmuş, onun vasitəsilə İrana məktub göndərmişdir. Az. Fk-nm 3.05.25- ci il vəsatəti ilə Zaq. DSİ-nin Kollegiyası 18.12.25-ci il qəran ilə onu Az. SSR hüdudlanndan kənara sürgünə göndərməyə məhkum etmişdir.

XDSİ Kolegiyası yanında XM-in 12.02.26-cı il qərarı ilə Cəfərov 3 il müddətinə Urala sürgünə göndərilməyə məhkum edilmişdir, ancaq AZ. MİK-nin keçmiş sədri Ağamahoğlunun şifahi göstprişi ilə M.Y.Cəfərovun sürgünə göndərilməsi dayandırılmış və o, Zaq. DSİ və XDSİ qarşısında onun sürgünə göndərilməsinin ləğvi ilə bağlı müvafiq vəsatət qaldırılmadan 23.02.26-cı ildə həbsdən azad edilmişdir.

Hazırda Zaq.DSİ XDSİ Kolegiyası yanında XM-in yuxarıda göstərilən qərarının yerinə yetirilməsini və Cəfərovun sürgünə göndərilməsini tələb edir”.

Sergeyev belə bir gümanını da bildirir ki: “M.Y.Cəfərov mərkəzi orqanın qərarı ilə ittiham olunduğu üçün əvvəlki qərarın dəyişdirilməsi ilə əlaqədar Moskvaya müraciət etmək lazımdır”.

Məxfi əməliyyat hissəsi rəisi Nevemov sənədi təsdiq edir. ...1920-ci ilin aprelin 26-dan 27-nə keçən gecə 11-ci Qızıl

Ordu Samur körpüsünü, yə’ni Azərbaycan sərhədini keçərək Bakı üzərinə yürüşə başladı. Aprelin 27-də Parlamentin iclası zamanı Quba valisi Əmirxan Xoyski tərəfindən vurulmuş teleqramda 11- ci ordunun Azərbaycan sərhədini keçdiyi və Xaçmazı tutduğu xəbər verilirdi. Bu məlumatla əlaqədar Azərbaycan parlamenti yaranmış vəziyyətin təhqiqi üçün M.H.Hacmski başda olmaqla xüsusi nümayəndə heyəti yaratdı. Bu vaxt Ağa Hüseyn Kazımovun və Həmid Sultanovun başçılıq etdiyi bolşevik nümayəndə heyəti parlamentə hakimiyyəti müqavimət göstəmıədən təslim etmək haqqında fırqənin ultimatumunu təqdim etdi. Həmin gün saat 13- də artıq Qızıl Ordu Bakıya daxil olmuşdu. M.H.Hacmski başda olmaqla xüsusi nümayəndə hey’əti əvvəlcə Ağa Hüseyn Kazımovun evində, sonra isə B.Cavanşirin mənzilində ultimatumu müzakirə etdilər. Bir yandan hökumət böhranı (1920-ci ilin

92

martında N.Yusifbəylinin kabinəsi istefaya çıxmış, aprelin 1-dən yeni kabinə təşkil etmək M.H.Hacmskiyə tapşınimışdı. O, bu məqsədlə parlamentə daxil olan bütün partiya və firqələrin rəhbərliyi ilə, o cümlədən bolşeviklərlə danışıqlar aparmış, hökuməti qurmağa səylər göstərmişdi. M.H.Haemski bolşevikləri yeni qurulacaq hökumətə daxil etməklə Samur körpüsünün şimal tərəfində dayanmış 11-ci qızıl ordunun Bakı üzərinə yürüşünü ləngitmək və nizami Azərbaycan ordusunu təcili surətdə Dağlıq Qarabağdan Bakıya qaytarmaq istəyirdi. Bu vaxt Bakıda cəmi iki minə yaxın əsgər var idi. Onlar dövlət idarələrini qoruyurdu. Bolşeviklərdən rədd cavabı alan M.H.Haemski aprelin 22-də Azərbaycan parlamentinin sədrini əvəz edə bilməyəcəyini rəsmən bildirmişdi.), digər tərəfdən yaranmış mürəkkəb siyasi şəraitin nəticəsində həmin gün saat 23-də Azərbaycan parlamenti hakimiyyəti müqavimət göstərmədən bolşeviklərə təhvil vermək haqqında qərar çıxardı.

Azərbaycan Parlamentinin son iclasına yuxarıda qeyd etdiyimiz kimi məhz Parlamentin sədr müavini Məhəmməd Yusif Cəfərov sədrlik etmişdir. (Katib Rza bəy Qaraşarh olmuşdur) 1920-ci il aprelin 27-də keçirilən Azərbaycan parlamentinin təcili fövqəladə iclasında müstəqil respublikanın şimal sərhədlərindən gözlənilən Qızıl ordunun hərbi müdaxiləsi təhlükəsi qarşısında vəziyyətin ağırlığını aydın dərk edən millət vəkilləri Məmməd Əmin Rəsulzadənin təklifinin səsə qoyulmasından sonra əksər səs çoxluğu ilə “istiqlaliyyət, millət və məmləkəti layiqincə müdafiə etmək” şərtilə hakimiyyəti kommunstlərə təhvil verməyə razılaşdılar. Hökumətin taleyi Azərbaycan kommunist fırqəsinə təslim edildi. Ancaq elə həmin günün səhəri, yəni aprelin 28-də bir gün əvvəldən Azərbaycana və Bakıya soxulmuş Qızıl ordunun görünməmiş cinayətlər törətməsinə şərait yaradan kommunistlər öz vədlərini asanlıqla unutdular. Nəticədə Azərbaycanın müstəqilliyinə son qoyuldu, demokratik cümhuriyyətin timsalında milli dövləti süquta uğradıldı. Azərbaycan xalqı ilə bərabər, ADR- in dövlət və hökumət rəhbərlərinin, o cümlədən Məmməd Yusif Cəfərovun həyatında ən ağır və məşəqqətli günlər başlandı. Müstəqillik yolunda az-çox xidmətləri olmuş ictimai xadimlərimiz.

93

vətənpərvər qüvvələr bolşevik terrorunun qurbanına çevrildilər. Minlərlə insan yerindəcə güllələndi, həbsxanalara atıldı, kütləvi repressiyalara məruz qaldı. Bolşeviklər milli hökumətə xidmət göstərmiş şəxslərin hamısını cəzalandırdılar. Bu siyahıda adı birincilər sırasında olan M. Y.Cəfərov da istisna təşkil etmədi. O, ömrünün 5 ilini həbsxana divarları arasında və kütləvi cəza orqanının nəzarəti altında keçirdi.

M.Y.Cəfərov sovet dövründə pambıqçılıq trestində və “Azərbaycan şərabçılıq tresti”ndə hüquq məsləhətçisi vəzifəsində işləmişdir. 0,1938-ci ildə may ayının 15-də Bakıda vəfat etmiş və Şağan kəndində dəfh olunmuşdur.

94

Sultanov qardaşları

\

Azərbaycan Demokratik Respublikasının öz müstəqilliyini bütün dünyaya elan etdiyi gün, may ayının 28-də Tiflis şəhərində millət fədaisi Fətəli xan Xoyskinin sədrliyi ilə təşkil olunan Azərbaycanın birinci hökumət kabinəsində (28 may - 17 iyun 1918-ci il) ən mühüm vəzifələrdən biri, gənc respublikanın müdafiə naziri olmaq vəzifəsi Xosrov Paşa bəy Sultanova həvalə edilmişdi. Gələcəkdə Qarabağın general-qubernatoru kimi hərtərəfli fəaliyyəti də göstərəeəkdi ki, Xosrov bəyin belə yüksək şərəfə layiq görülməsi heç də təsadüfi deyildi. Ancaq birinci hökumətin respublika hüdudlarından kənarda yaradılması bir sıra mühüm dövlət qurumlarının lazımınca təşkili sahəsində qarşıya çoxlu problemlər çıxırmışdı və bu problemlərin bir hissəsini hökumətin Azərbaycan ərazisində fəaliyyətə başlamadığı halda yerinə yetirmək də əslində mümkün deyildi. Daxili işlər, hərbiyyə, torpaq, əmək və s. nazirliklər bu qəbildən idi. Məhz buna görə də Xosrov Paşa bəy Sultanovun respublikanın ilk hərbi naziri kimi nəzərdə tutduğu işlərin böyük qismi ideya olaraq qaldı ve onların reallaşdırılması, Azərbaycanda ordu quruculuğu prosesi ikinci hökumətin fəaliyyəti dövrünə, general-leytenant Səməd bəy Mehmandarov kimi bu sənətin dərin bilicisi, zəmanəsinin görkəmli hərbi dühalarından sayılan bir şəxsin bu qurumun rəhbəri olduğu dövrə təsadüf etdi. Ancaq qeyd etdiyimiz kimi Xosrov bəyin ilk

95

hərbi nazir postunu tutmağa namizədliyi təsadüfi bir addım deyildi. Onun 1918-ci il may ayının 28-də Nəsib bəy Yusifbəyli və Şəfi bəy Rüstəmbəyli ilə birlikdə Gəncəyə əmin-amanlıq yaratmağa göndərilməsi faktının özü də göstərirdi ki, bu şəxsin Azərbaycan daxilində böyük nüfuzu var. Bu nüfuzun böyük bir hissəsi Xosrov bəyin Zəngəzurun sayılıb-seçilən, əsil-nəcabətli bir ailəsindən çıxmasının - Paşa bəy kimi hörmətli bir şəxsin övladı olması ilə əlaqədardı. Bu ailənin şöhrətinin yaxın-uzaq ellərə yayılması isə xüsusilə Paşa bəyin böyük oğlu Sultan bəyin adı ilə bağlı idi və o, nəinki Zəngəzurda, Qarabağda, hətta bütün Azərbaycanda ad-san sahibiydi. Bu gün bu adın şöhrəti bütün türk dünyasına yayılıb desək yanılmarıq. Bəli, Xosrov bəyin böyük qardaşı Sultan bəy Sultanov tariximizin ən ağır dövrlərindən birində xalqı ən ciddi təhlükələrdən xilas etmiş, onun müdafiəsinin təşkili üçün çox böyük işlər görmüş həmin məşhur şəxsdir.

Qarabağ və Zəngəzurda erməni qırğınlarının qarşısını alan, erməni hərbi birləşmələrinə, xüsusilə Andronikin dəstəsinə qan udduran məşhur xalq qəhrəmanı Sultan bəy. Onun göstərdiyi igidliklər haqqında müxtəlif mənbələrdə və o dövrün hadisələrindən bəhs edən sənədli, yaxud bədii yazılarda kifayət qədər söhbət açılmışdır. Sultan bəy Sultanov minlərlə azəbaycanh ailəsini real ölümdən, erməni təcavüzündən xilas etmiş, milli qəhrəman kimi bütün Qarabağ, Zəngəzur zonasında ad çıxarmış, xalqının ümid, pənah yeri olmuşdur. Sultan bəy həmçinin dövrünün əsl zəka və ağıl sahibi kimi tanınmış, milli münaqişələrin həlli ilə bağlı bir sıra məsələlərin çözülməsində müxtəlif missiyalar tərəfindən Azərbaycanla Ermənistan arasında aparılan danışıqlarda iştirak etmiş, bə’zi hallarda hətta son söz söyləmək hüququna malik olmuşdur. Azərbaycanda demokratik hökumət devrildikdən sonra Sultan bəy xaricə mühacirət etmiş, İrana keçərək orada Azərbaycanın rnüstəqilliyinin bərpa edilməsi uğrunda mübarizəyə qoşulmaq üçün məqamın yetişməsini gözləmişdir. Ancaq tale nə Sultan bəyə, nə qardaşı Xosrov bəyə, nə də digər millət fədailərinə həmin günü görməyi qismət etmədi. Milətin yolunda xidmətdən canını əsirgəməyən Sultanov qardaşlan ömürlərinin qalan hissəsini bütün varlıqları ilə bağlı olduqları Azərbaycandan kənarda, onun

96

həsrəti ilə qovrulduqları mühacirətdə yaşamaq məcburiyyətində qaldılar. Gözlərini son kərə yumduqları gündə onlar da böyük millət mücahidi, öndər Məmməd Əmin Rəsulzadə kimi “Azərbaycan, Azərbaycan!” dedilər. Allah bütün millətsevərlərin, Vətənsevərlərin məzannı nurla doldursun. Onlar Vətənin, millətin şərəfini uca tutmaqla bizlərə, min bir ürək çırpıntısı ilə qoyub getdikləri əmanətə bu gün və sabah cavabdeh olaeaq şəxslərə Vətəni, milləti sevmək, ona

sədaqətlə xidmət etmək dərsi öyrədiblər...

A z ə r b a y c a n hökumətinin Tiflisdən Gəncəyə köçürülməsinin səhəri günü, 1918-ci il iyun ayının 17-də Gəncə şəhərində Fətəli xan Xoyskinin sədrliyi ilə Azərbaycanın ikinci müvəqqəti hökuməti (19 iyun - 7 dekabr 1918-ci il). Nazirlər Şurası yaradıldı. Azərbaycan Demoloratik Respublikasının Nazirlər Şurasının fəaliyyətə başlamasının ikinci günü, iyunun 19-da hökumətin tərkibinə daxil olan

nazirliklərə nazirlər təyin edildi. Tiflisdə elan edilən və bir sıra nazirliklərin funksiyaları ilə bağlı sahələrdə konkret fəaliyyət göstərmək imkanına malik olmayan birinci hökumətdən fərqli olaraq yeni hökumət konkret əməli işlər görmək, gənc rsepublikanm hüdudlan daxilində səlahiyyəti həddindəki bütün məsələləri həll etmək iqtidarında idi. Bu baxımdan yeni təyin olunmuş nazirlərin üzərinə çox məsul vəzifələr düşürdü. Onlar həm rəhbərlik etdikləri nazirliklərin strukturunu, ştat vahidini, maliyyə-təsərrüfat və spesifik fəaliyyətlə əlaqədar istiqamətlərini konkret müəyyənləşdirməli, həm nazirliyin bütün respublika

97

ərazisində gündəlik işinin təşkilinə nail olmalı, həm də digər strukturlarla əlaqəli işləri lazımi səviyyədə qurmaqla hökumətin tam normal fəaliyyət göstərməsinə şərait yaratmalı idilər. Belə məs’ul dövrdə son dərəcə vacib vəzifələrdən biri də Xosrov Paşa oğlu Sultanova həvalə olundu.

Xosrov Paşa oğlu Sultanov ADR-in Torpaq naziri təyin edildi. Əhalisinin əksər hissəsinin kənddə yaşadığı bir respublikada bunun nə demək olduğunun əlavə izahata yəqin ki, ehtiyacı yoxdur. Yalnız belə bir faktı yada salaq ki, həmin ərəfədə Rusiyada baş vermiş sonuncu fevral burjua demokratik inqiabı da daxil olmaqla əksər inqilabların və üsyanların qarşıya qoyduğu başlıca tələblərdən biri məhz torpaq məsələsi (torpağın kəndlilərə paylanması) olmuşdu. Bu amil də nəzərə alınsa, yeni hakimiyyətin yerlərdə möhkəmlənməsi əslində bu problemi necə həll etməsindən çox asılı olacaqdı və bunu ADR dövlətini təmsil edən şəxslər də yaxşı başa düşürdülər. Yenə də Fətəli xan Xoyski tərəfindən 1918-ci ilin 22 dekabrında təşkil olunan üçüncü hökumətdə də (22 dekabr 1918-ci il - 14 aprel 1919-cu il) X.P.Sultanov torpaq naziri təyin edilmişdi. Təkrar eyni vəzifəyə təyinat alması Xosrov bəyin bu sahənin rəhbəri kimi öz işinin öhdəsindən layiqincə gəldiyini sübuta yetirən ən tutarlı və təkzibolunmaz fakt, dəlildir. Yeri gəlmişkən, bir faktı da oxucuların diqqətinə çatdıraq ki, X.Sultanov başqa vəzifəyə keçiriləndən sonra onun yerinə həmin sahəyə nazir üçüncü hökumətdə əvvəl poçt-teleqraf və əmək naziri olan A.Səfıkürdlü təyin edilmişdir.

Xosrov Paşa bəy (oğlu) Sultanov 1880-ci ildə Qarabağda, Şuşa şəhərində anadan olmuşdur. İbtidai təhsilini Şuşada alan X.Sultanov rus dilini mükəmməl öyrənmiş və Xarkov şəhərində institutun tibb fakültəsinə daxil olmuşdur. Atasının arzusu onu tibb. Sultanı isə hərb elminə yiyələnmiş şəxslər kimi görmək idi və Paşa bəy bu yolda bütün qüvvəsi ilə səy göstərmişdir. Xosrov bəy tibb təhsilini Xarkov şəhəri ilə yanaşı, bir müddət Odessa şəhərində davam etdirmiş, burada N.Nərimanovla tanış olmuş və dostluq etmişdir. Tələbəlik illərində bir rusla duelə çıxan bu qızğın gənc sol gözündən zədə almışdır. Ancaq bu zərbədən qəti özünü itirməyən Xosrov bəy həmin oğlanı bir atəşlə yerə sərmişdir. Ali

98

təhsilini başa vurduqdan sonra Vətənə dönən Xosrov bəy fevral- burjua inqilabına qədər öz ixtisası üzrə Bibiheybət xəstəxanasında həkim işləmiş, Bakının ictimai-siyasi həyatında yaxından iştirak etmişdir.

“Azərbaycan Cümhuriyyəti sənədlər və materiallar 1918- 1920-ci illər” məcmuəsində onun barəsində aşağıdakılar qeyd olunmuşdur; “X.P.Sultanov (1879-1941) Novorossiysk universitetinin tibb fakültəsini bitirmişdir (1903). Tiflisdə həkim işləmişdir. 1917-ci ilin fevral inqilabından sonra “Müsavat” partiyasına daxil olmuşdur. Zaqafqaziya Seyminin üzvü olmuş və “İttihad” partiyasına keçmişdir. Birinci hökumətdə hərbi nazir, ikinci və üçüncü hökumətdə torpaq naziri olmuşdur. 12 fevral 1919-cu ildə Qarabağ general-qubernatoru. 1920-ci ilin 28 aprelindən sonra Türkiyədə yaşamışdır. Bu kitabda həm Xosrov bəyin anadan olduğu il, həm tibbi təhsil aldığı şəhərin adı başqa cür göstərilmiş, həm də onun sovet cəza orqanları tərəfindən həbs olunduğu barədəki fakt qeyd olunmamışdır.

Bir neçə başqa mənbədə də Xosrov bəyin məhz 1879-cu il mayın 10-da anadan olduğu göstərilir.

Vətənpərvər bir ziyalı kimi millətinin tərəqqisi və sağlamlığı yolunda qeyrətlə çalışması, milli mənafelərlə bağlı məsələlərin həllində həmişə prinsipial mövqe tutması onu gələcək əqidə yoldaşları ilə yaxınlaşdırır. Bunların bir çoxu o şəxslər idilər ki, az sonra Azərbaycanın müstəqillik qazanmasında böyük işlər görəcək. Şərqdə ilk Demokratik Respublikanın yaradıcıları sırasında layiqli yer tutacaqdılar. X. Sultanovun taleyinə həmin şəxslərlə bir yerdə olmaq, onlara çiyindaşlıq etmək, ADR-in hökumət quruculuğunda iştirak etmək qisməti düşmüşdü.

Xosrov bəyin hərbi nazir təyin olunmasının təsadüfi olmadığını təsdiq edən onlarla faktdan ikisini də oxucunun diqqətini çatdırmaq istəyirik. 15 yanvar 1919-cu ildə Gəncə quberniyasından ayrılaraq təşkil edilən yeni Qarabağ general- qubematorluğunun qubernatoru təyin edilən Xosrov bəy 1919-cu il martın 21 -dən 30-na qədər Əsgəran döyüşlərində general Dronun quldur dəstələrini darmadağın etmişdi. Yaxud başqa bir fakt. Həmin il iyun ayının əvvəllərində Şuşaya gizli yolla silah gətirən

99

erməni milli şurasının üzvlərini həbs edib, onları Qarabağ ərazisindən çıxartdırmışdı.

Yuxarıda qeyd etdiyimiz kimi Xosrov Paşa bəy Sultanov Fətəli xan Xoyski tərəfindən təşkil edilən Azərbayeanın birinci hökumətində hərbi, ikinci və üçüncü hökumətində isə torpaq naziri təyin olunmuşdu. Təəssüf ki, əlimizdə X.Sultanovun hər iki sahənin naziri kimi necə fəaliyyət göstərdiyini tam dolğunluğu ilə əks etdirən arxiv materiallan və tarixi faktları əks etdirən digər sənədlər yoxdur. O, bu vəzifələrdən birincisini cəmi 20, ikincisi və üçüncüsünü isə üst-üstə on aya qədər müddətdə yerinə yetirmiş, hökumətin bu sahələrlə bağlı apardığı müzakirələrdə və mühüm qərarların qəbul olunmasında əsas söz sahiblərindən biri kimi iştirak etmiş, respublikanın ilk dövlət strukturlarının formalaşdırılmasında digər hökumət üzvləri ilə yanaşı bilik və səriştəsini əsirgəməmişdir. Yəqin ki, gələcəkdə arxiv materiallarının daha dərindən araşdırılması tədqiqatçılara Xosrov bəyin həmin dövrlərdəki əməli fəaliyyətinin tam dolğunluğu ilə işıqlandırılaraq, xalqa çatdırılmasına imkan verəcəkdir. Ümid edirik ki, gələcək nəsil Xosrov Paşa bəy Sultanov kimi dövlət xadimlərimizin xidmətlərini layiqincə qiymətləndirmək naminə onun həyatının sonrakı, mühacirət dövrü ilə bağlı da lazımi tədqiqat-araşdırma işləri aparacaqdır. İndilik isə biz kifayət qədər material olmadığını nəzərə alaraq, onun avtobioqrafiyasının general-qubernatorluq mərhələsi haqqında daha geniş söhbət açmağı lazım bilirik.

Əwala onu qeyd edək ki, 1918-ci ildə Zəngəzurda və digər ərazilərdə ermənilərin azərbaycanlılara qarşı vəhşilikləri daha geniş miqyaslar almağa başlamışdı. Azərbaycan əhalisinin müdafiəsizliyindən istifadə edən daşnak tör-töküntüləri ağlasığmaz cinayətlər törədir, yerli əhalini öz dədə-baba yurdundan didərgin salmağa, həmin əraziləri ələ keçimıəyə çalışırdılar. Aşağıdakı teleqram həmin dövrdə haş vermiş onlarla kütləvi qanlı hadisələrdən biri ilə bağlıdır.

Zəngəzur qəza rəisinin Andronikin və onun dəstəsinin törətdiyi vəhşiliklər haqqında telaqramı: “Gəncədəki hökumətdən aşağıdakı məzmunda teleqram alınmışdır: “İngilis-fransız

100

nümayəndələri tərəfindən Andronikin hərbi hərəkətləri dayandırması tələbinə inanan müsəlmanlar ermənilərin qarşısını kəsdikləri mövqeləri tərk etmiş evlərə dağılışmışlar. Bundan istifadə edən quldur Andronik Türkiyə və yerli ermənilərdən ibarət dəstəsinə qonşu müsəlman kəndlərinə qəfil hücumlar etməyi əmr etmişdir. Bu siqnalla bütün ermənilər silaha sanimış, yaxınlıqdakı müsəlman kəndlərinə basqın etmiş və yaşma, cinsinə fərq qoymadan əhalini qırmış, meyidləri təhqir etmişlər; öldürdükləri qadınların döşlərini kəsib südəmər körpələrin ağzına soxmuşlar; əyləncə məqsədilə iki qadını lüt soyundurmuş və buraxmışlar. Dekabrın 9-da on ikidən çox kəndi yandırmışlar. On nəfər qadın hazırda ermənilərin əsiridir. Qoşun göndərilməsi barədə sərancam verməyinizi xahiş edirəm.

Zəngəzur qəza rəisi Məlik-Namazəliyev, 11 dekabr 1918- ci il.”

Zəngəzurda və Qarabağda yaranmış vəziyyətlə əlaqədar müəyyən məsləhətləşmələrdən sonra Azərbaycan hökumətinin 1919-cu il 29 yanvar tarixli iclasında “Cəvanşir, Şuşa, Cəbrayıl və Zəngəzur qəzalarına general-qubernator təyin edilməsi haqqında DİN-in məruzəsi” dinlənildi və aşağıdakılar qərara alında:

1 .Xosrov bəy Sultanov general-qubernator təyin edilsin; 2. Nazirliyin 20 milyonluq fondundan general-qubematorlu-

ğun ehtiyacları üçün 5 milyon manat ayrılsın; 3. Həmin məbləğdən 1 milyon manatın general-qubernatorun

sərancamına indi buraxılması, ondan isə 728 min 300 manatın qubernatorluğun ştatının saxlanılması, 600 nəfərlik süvari dəstəsinin təşkili və bir ay müddətində təmin olunmasına, 271 min 700 manatın isə gözlənilməz, təcili tədbirlərə xərxclənilsin;

4. Yuxarıda qeyd olunan dəstənin sayının 3000 nəfərə çatdırılmasının mümkünlüyünü etiraf etməklə bunun hökumətin xüsusi göstərişi ilə həyata keçirilməsi təmin edilsin.

Yeni vəzifəyə təyin olunduqdan sonra X.Sultanov hələ Bakıda ikən general-qubematorluğun təşkili ilə əlaqədar olan bəzi işləri görmüş, 1919-cu il 12 fevralda Şuşaya gələrək öz vəzifəsinin icrasına başlamışdı. ADR hökumətinin bu addımı azərbaycanlı

101

əhali tərəfindən böyük ümid və razılıqla qarşılanmışdı. Çoxsaylı arxiv sənədləri və materialları (İ.Şaxdin, T.Svyatxovski və b.) araşdırmalan sübut edir ki, ADR hökuməti tərəfindən Zəngəzur qəzasını da əhatə edən Qarabağ general-qubernatorluğunun yaradılması və xüsusilə də X.Sultanovun oraya başçı təyin olunması Ermənistanı xeyli təşvişə salmış və onun diplomatik- hərbi fəallığını artırmışdı. R.Hovannesyan bu barədə belə yazırdı: “Acıqlanmış ermənilərin özləri üçün təhqir üstündən təhqir hesab etdikləri bir də bərk qorxduqları məşhur armenofob Xosrov Sultanovun Tomson tərəfindən hər iki ərazinin qubernatoru təyin edilməsi idi”. Qeyd edək ki, general-qubernatorun müavini bolşevik Çingiz İldınm təyin olunmuşdu.

ADR Nazirlər Şurasının torpaqlarımızın bir hissəsində - Zəngəzur və s qazalarda general-qubematorluq təşkil etməsi qərannı Ermənistan hökuməti özünün etiraz notaları ilə qarşıladı. Ermənistanın xarici işlər naziri S.Tiqranyan 1919-cu ilin yanvarında ADR hökumətinə göndərdiyi teleqramda hər iki bölgəyə dair irəli sürülən ərazi iddialarını davam etdirərək yeni general-qubematorluğun yaradılmasına etirazını bildirmiş, bunu “Ermənistanın ərazi hüquqlanna” qəsd kimi qiymətləndirmişdi.

Bu dövrdə daşnak hökumətinin Azərbaycandakı diplomatik nümayəndəsi olan T.Bekzadyan Britaniya komandanlığının nümayəndələri ilə görüşlərində müttəfiqlərin bölgələrin məsələsini Erməistanm xeyrinə həll etməyəcəyi təqdirdə, heç olmazsa, burada müvəqqəti ingilis general-qubernatorluğu yaradılmasına çalışırdı.

ADR hökuməti Ermənistanın əsassız ərazi iddialanna və bölgələrimizin idarə olunmasına müdaxiləsinə biganə qalmadı. Xarici İşlər nazirini əvəz edən A.Ziyadxan 1919-cu il yanvarın 31-də Ararat Respublikasının XİN-nə göndərdiyi 178 saylı teleqramda bildirirdi ki, Azərbaycanın Zəngəzur və digər rayonlannda müvəqqəti general-qubematorluğun yaradılmasına hər hansı bir etiraz əsassızdır; çünki həmin ərazilər ADR-in ayrılmaz tərkib hissələridir. Daha sonra teleqramda yazılırdı ki, öz torpaqlarında qayda-qanun yaratmaq, milliyətindən asılı olmayaraq bütün vətəndaşlarının ləyaqətini və əmlakını məsuliyyətsiz şəxslərin özbaşınalığından müdafiə etmək

102

Azərbaycan hökumətinin nəinki hüququ, hətta mənəvi vəzifəsidir. A.Ziyadxan general-qubernatorun təyin edilməsi barədəki qərarm heç də Ermənistanın ərazi hüquqlarına qəsd olmadığını, əksinə onun hökumətinin etirazını isə daxili işlərimizə qanşmağa cəhd göstərməklə süverenliyimizə qəsd kimi qiymətləndirirdi.

Tomsonun 1919-cu ilin yanvar ayının ortalarında Qarabağın və Zəngəzurun Azərbaycan Respublikasının müvəqqəti idarəçiliyinə verildiyini bəyan etməsi, həmin bölgələrdə müvəqqəti general-qubernatorluğun yaradılmasına obyektiv münasibət bəsləməsi də Ennənistan rəhbərliyini xeyli çaşdırmış və narazı salmışdı. O, ermənilərin bununla bağlı etirazlarına cavab olaraq demişdi: “Məsələ bundadır ki, bəzi ermənilər Azərbaycanm Britaniya tərəfindən tutulmasından intiqam məqamı kimi istifadə edə bilmədiklərindən çox mütəəssir olmuşlar. Onlar başa düşməyə borcludurlar ki, məsələni hərbi qüvvələr deyil. Sülh konfransı həll edəcəkdir” (T.Svyataxovski. Rusiya Azərbaycanı. 1905-1920- ci illər. “Azərbaycan” jurnalı 1989 № 11, səh 137.) (İ.Musayev “Azərbacanm Naxçıvan və Zəngəzur bölgələrində siyasi vəziyyət və xarici dövlətlərin siyasəti (1917-1921-ci illər)” səh. 117-118).

Müttəfiqlərin komandanlığının müvəqqəti general- qubematorluğun təşkilini himayə etməsini onun tərəfindən 1919- cu ilin fevralında Şuşaya göndərilən mayor Mak-Mossenə və xüsusi komissiyaya verilən təlimatdan da görmək olar. Həmin təlimatda Azərbaycan tərəfi üçün müəyyən mə’na və əhəmiyyət kəsb edən bəzi məqamlara nəzər salaq. TəTimatda göstərilirdi ki. Zəngəzur və Qarabağın Azərbaycana və Ermənistana mənsub olması məsələsi yerlərdə həll oluna bilməz, komissiya da bu işə heç bir təsir göstərmək imkanına məlik deyildir və onun yoluna qoyulması yalnız Sülh konfransı vsitəsilə mümkündür. Burada daha sonra doktor Sultanovun bölgələrin general-qubernatoru tə’yin edilməsi bildirilir, onun: 1. “modus vivende” tapmaq; 2.vilayəti qüvvə tətbiq olunmadan idarə etmək; 3. ərazi iddiaları haqqında məsələ qaldırmaqdan çəkinmək kimi vəzifələri sadalanır və bunları həyata keçirməkdə ona hərtərəfli yardım göstərilməsi tapşınhrdı.

Komissiyanın qarşısında qoyulan və təlimatda öz əksini tapan vəzifələrdən biri sənədin 4-cü bəndində yazılmiidi. Həmin bəndə

103

görə Mak-Mossen və komissiya qoşunların tərxis olunması haqqında təlimatı Andronikə çatdırmalı, onun hərbi hisssələrinin Yevlaxa daşınması, orada isə ləğv olunduqdan sonra dəmiryolu ilə Ermənistana ötürülmələri, qaçqınlann bu yazda öz vətənlərinə göndərilmələri üçün lazımi sərancamlar verməlidirlər; Şuşaya gedən iki erməni nümayəndəsi isə onlara hərtərəfli köməklik göstərməli idi. Komissiyanın ardınca isə X.Sultanovun general- qubernator təyin edilməsi 1919-cu il aprelin 3-də polkovnik Şatelvortun bəyanatı ilə müttəfiqlərin komandanlığı tərəfindən rəsmən tanındı və təsdiq edildi.

Vəzifəsinin icrasına başlayarkən X. Sultanovun ilk gördüyü işlərdən biri xalqa müraciət edərək onlan yeni yaranmış və ərazinin idarəedilməsi məsələlərini yoluna qoyacaq bir qurumun rəhbəri kimi onlan məlumatlandırması olur. Aşağıdakı arxiv sənədi bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Həmin sənəd “Müvəqqəti general-qubernator X.P.Sultanovun Zəngəzur, Şuşa, Cəvanşir və Cəbrayıl qəzalannm əhalisinə müraciəti (11 fevral 1919-cu il)” adlanır. Tarixi dəyərini nəzərə alaraq onu olduğu kimi oxuculara çatdırırıq:

“Azərbaycan hökumətinin yanvar ayı qərarı ilə Zəngəzur, Şuşa, Cəvanşir və Cəbrayıl qəzaları xüsusi general-qubemator- luğa ayrılmışdır. Bu fövqəladə tədbirlər fövqəladə vəziyyətdən irəli gəlmişdir: Azərbaycanın təqribən yarasında - onun ən yaxşı hissəsi - 4 qəza - artıq bir ilə yaxındır ki, anarxiya ucbatından dağılır. Şəxsi firavanlığı yüksək idael sayan məsuliyyətsiz elementlərin rəhbərliyi altında olan bandalar diyarı viranə qoyur; kəndləri yandırır, əhalini qırır, on minlərlə ynrdsuz-yuvasız qadın və uşaq qaçqın düşmüşdür, yuxanda göstərilən elementlər milli ədavət yayırlar. Əhalidən ümumi siyasi vəziyyət gizlədilir. Bu şəxslər öz şəxsi mənafelərini güdür, öz cəhdlərini partiya ideya forması donuna salırlar.

Öz həyatını xalqa xidmətə sərf etmiş ictimai xadim kimi mən milli mənsubiyyətindən asılı olmayaraq hamıya eyni münasibət göstərməyi, ciddi ədalət və qanunçuluq mövqeyində dayanmağı hakimiyyətin borcu sayıram. Azərbaycanın müstəqil

104

liyi, ərazi toxunulmazlığı, şəxsiyyətin ciddi məs’uliyyəti və əmlak toxunulmazlığı - diyarın həyatı bu əsaslar üzərində qurulacaqdır.

... General-qubernatorluğun ərazisindəki rayonlarda yeganə hakimiyyət general-qubernatorun şəxsində Azərbaycan hökumətinə məxsusdur və hamı ona tabe olmağa borcludur. Qayda-qanunun hər hansı şəkildə pozulması, anarxiyaya aparan hər hansı hərəkətin kim tərəfindən törədilməsindən asılı olmayaraq, qanunun bütün qüvvəsi ilə fövqəladə mühafizəyə əsasən məhkəməyə verilməklə qarşısı almacaqdar. Qanun qarşısında hamı bərabərdir. Bununla yanaşı qaçqınlara ərzaq, tibbi köməklik göstərilməsi üçün geniş tədbirlər görülür. Kasıbların ehtiyaclan mənim qəlbimə yaxındır, mənim qapılarım hər vaxt hər kəsin ehtiyac və şikayətini eşitmək üçün açıqdır. Dərindən inanıram ki, öz maraqlarını hər şeydən üstün tutanlar istisna olmaqla hamı sülh, fırəvanhq və dinc yanaşı yaşamaq arzulayır. Əhalinin mənə olan inamına ... və general-qubernatora verilən səlahiyyətlərdən istifadə edərək mənə həvalə olunmuş müvəqqəti general-qubematorluğun ərazisində. Zəngəzur, Şuşa, Cəbrayıl və Cavanşir qəzalarında qayda-qanun, sakitlik və xoş münasibət yarada biləcəyəm.

Müvəqqəti general-qubernator X. b. Sultanov” (“Azərbaycan” qəzeti, 11 fevral 1919-cu il).

General-qubernatorluğun yaradılması və onun idarəçiliyi məsələsi general Tomsonun Ermənistan hökumətinin üzvləri ilə İrəvanda 1919-cu il martın 28-də və aprelin 6-da keçirilən müşavirələrdə ermənilər tərəfindən bir daha qaldırıldı. Birinci müşavirədə Ermənistan rəhbərliyi Tomsona verdiyi məktubda Qarabağın dağlıq hissəsinin Ararat Respublikasının aynimaz tərkib hissəsini təşkil etməsi fikrini təkrarlayaraq, vilayətin idarəçiliyinin əhalinin iradəsinə uyğun olaraq Milli Şuranın əlində qalması, bu işə nəzarətin isə ingilislər tərəfindən həyata keçirilməsi şərtlərini irəli sürdü.

İkinci müşavirədə Xatisyan doktor Sultanovun general- qubernator təyin edilməsinə kəskin etirazını bildirdikdə Tomson onun namizədliyini diplomatcasma müdafiə edərək demişdi: “Sultanov ingilis zabiti Mak-Mossenə tabe olacaqdır”.

105

Uzunsürən müzakirə və mübahisələrdən sonra ingilislər nəhayət ki, bu məsələdə güzəştsiz mövqe tutaraq ermənilərdən müttəfiqlərin komandanlığının qərarlarına tabe olmağı, Qarabağda və Zəngəzurda ADR-in hakimiyyətini tanımağı tələb etdilər.

Zəngəzurda yaranmış ağır vəziyyət, xüsusilə də qaçqınlar problemi Azərbaycan parlamentinin 1919-cu il yanvann 16-da keçirilən iclasında bir daha müzakirə olundu.

Qəza rəisləri və ictimai xadimlərinin X.Sultanovun sədrliyi ilə 1919-cu il fevralın 15, 16 və 17-də keçirilən ümumbölgə müşavirəsində Zəngəzurda indiyədək 166 kəndin dağıdılması, onların əhalisinin 30 faizinin məhv edilməsi qeyd olunaraq, Andronikin silahlı dəstəsinin tərkibi barədə məlumatlar verilməklə onun mahaldan çıxarılması məsələsi qətiyyətlə qoyuldu. Azərbaycan hökumətinin 1919-cu il martın 26-da bu məsələ ilə əlaqədar keçirilən iclasında Daxili İşlər nazirinin Qarabağa dair mə’ruzəsi müzakirə edildi.

Azərbaycan ordusu 1-ci piyada diviziyasının komandiri ADR-in hərbi nazirinə “Andronikin dəstəsində siyasi vəziyyət və əhval-ruhiyyə haqqında” raportunda Qarabağ general- qubernatorundan aldığı 1919-cu il 28 fevral tarixli məlumata əsasən yazırdı ki, Andranikin dəstəsi 1300 nəfər piyadadan, 500 at və artilleriyadan ibarətdir.

X.Sultanov ADR DİN-nin 1919-cu il 9 aprel tarixli teleqramına özünün 13 aprel 1919-cu il cavabında bildirirdi ki, o, hələ Bakıda ikən Britaniya missiyasından Andranikin Gorusdan getməsi və Sisyanda olmasına dair məlumat almışdır.

Həmin vaxtlarda X. Sultanov həmçinin idarə etdiyi general- qubematorluğun hüdudlarında vəziyyət və oradakı milli ordu hissələrinin statusu, onunla hərbi hakimiyyət arasındakı münasibətlərin xarakteri ilə bağlı Azərbaycan hökuməti qarşısında müəyyən məsələlər qaldırmışdı.0,1919-cu il aprelin 2-də Nazirlər Şurasının sədrinə məktubunda yazırdı: “Belə ağır anda general- qubematorluğun hüdudlannda tam siyasi məsuliyyət daşıdığı halda hərbi hissələrin onun hakimiyyətinə tabe olmaması, bir tərəfdən, mahalda ikihakimiyyətlilik yaradır, digər tərəfdən də general- qubematom lazım gəldikdə silahlı qüvvədən əməli surətdə istifadə

106

imkanından məhrum edir. Və hətta ermənilərin hücumları baş verdikdə hökumətlə ilkin əlaqə yaratmadan (teleqramın çatdıniması ilə bağlı çətinliklər xüsusilə nəzərə alınmaqla) silahlı qüvvələrdən istifadə etməyin qeyri-mümkünlüyü bölgəni böhranlı vəziyyətə sala bilər.”

Burada daha sonra qeyd edilirdi ki, qanuna görə general- qubernatorun hakimiyyəti Baş komandanın hakimiyyətinə bərabər tutulur və hərbçi olmasa da general-qubematorluğun ərazisindəki silahlı hissələr də onun tabeçiliyinə keçməlidirlər.

Sultanovun bu təklifi ADR hökumətinin 1919-cu il 4 aprel tarixli iclasında müzakirə edildi. Nazirlər Şurası sədrinin müvafiq mə’ruzəsi və fikir mübadiləsindən sonra: a)general-qubematorluq- da yerləşən hərbi hissələrin, hərbçi olmadığına görə, general- qubernatora tabe etdirilməsinin qeyri-mümkünlüyü;

b)qanunda nəzərdə tutulduğu kimi ona yalnız fövqəladə hallarda silahlı qüvvələrin köməyindən istifadə etmək hüququnun verilməsi;

v)general-qubematorluğun hüdudlarındakı hərbi hissələrin hər cür hərəkəti və say tərkibinin dəyişdirilməsinin yalnız onun tələbi və razılığı ilə həyata keçirilə bilməsi qərara alındı.

Hökumətin bu qəran ilə kifayətlənməyən general-qubernator yenidən DİN-ə yolladığı 1919-cu il 6, 7, 14 aprel tarixli, Azərbaycan hökumətinin başçısına ünvanladığı 14 aprel tarixli məktublarda öz mövqeyində qaldığını təkrarlayırdı. 0,1919-cu il aprelin 14-də DİN-nə yazdığı məktubunda Qarabağ qubematorlu- ğuna aid ərazilərin, yə’ni Zəngəzurun da məsələsinin qəti həlli üçün 2000 nəfər əsgərin və kifayət qədər hərbi sursatın lazım olduğunu söyləyir və məhz bu məqsədlə də bölgələrdəki hərbi hissələrin onun tabeçiliyinə keçirilməsini, əks-təqdirdə isə istefaya buraxılmasını xahiş edirdi. Buna görə də ADR hökumətinin 1919- cu il aprelin 19-dakı iclasında Nazirlər Şurasının sədri X.Sultanovun rəhbərlik etdiyi qubematorluqdkı hərbi hissələrin ona tabe olması haqqında əlavə vəsadətinə dair məruzə ilə çıxış etdi. İclasda Qarabağ general-qubematorluğunun hüdudlarında yerləşən hərbi hissələrin Xosrov bəyin icazəsi və razılığı ilə hərəkət etməsi, buna görə də onun silahlı qüvvələrdən istifadə

107

edilməsinə dair öz sərancamlarına görə məs’ul olması qərara alındı. N.Yusifbəyli bu qərara müvafiq olaraq hərbi nazirliyə məktubunda X.Sultanovun vəsadətini yerinə yetirməyi və bu sahədə general-qubernatora kömək göstərməyi tapşırdı.

X.Sultanovun “Qarabağda ingilis siyasəti ilə əlaqədar olaraq yaranmış vəziyyət və həmin vəziyyəti ləğv etmək üçün zəruri tədbirlər” adlı məlumat-məruzəsində Qarabağ general- qubernatorluğuna daxil olan bölgələrin, o cümlədən də Zəngəzurun Azərbaycan üçün ərazi və ümumsiyasi baxımlardan kəsb etdiyi mühüm əhəmiyyəti açıqlanırdı. Onun fikrincə Qarabağın ermənilərin əlinə keçməsi torpaqlarımızın ən yaxşı hissəsinin, digər tərəfdən Naxçıvan və Ordubadın, ümumiyyətlə isə bütün Azərbaycanın itirilməsi demək idi. Naxçıvan və Ordubada yiyələnməklə Ermənistan Azərbaycana öz şərtlərini diktə etdirə, dövlətimizin siyasi qüdrətini və mövcudluğunu təhlükə altına qoya bilərdi. Məruzədə general-qubernatorun 4 aylıq fəaliyyəti ərzində ingilislərsiz bir addım belə atmamasma baxmayaraq, onların verdikləri vədlərin heç birinə əməl etmədikləri dolayısı ilə bildirilir, X.Sultanovun Şatelvortla söhbətində ikincinin bu halın təkzibi üçün qətiyyən əsas tapmadığı aydın olur.

İngilislərin məsələnin həllini yubatmaqla Azərbaycan üçün əlverişsiz şərait yaratdığını gördükdə qəti tədbirlərə əl atan general-qubernator müttəfiq qoşunları komandanlığının heç bir hüquqi və mənəvi əsası olmayan ultimatum səciyyəli və ahəngli tələbləri ilə qarşılaşmışdı. Hətta ingilislər Qarabağ məsələsində onların ziddiyətli siyasətləri ilə razılaşmayan, ADR-in xəttini qətiyyətlə yeridən X. Sultanovun vəzifəsindən kənarlaşdınimasmı tələb etmişdilər. İngilislər general-qubernatoru səhlənkarlıqda günahlandırmağın əsassız olduğunu yaxşı bildiklərindən öz hökumətinin siyasətini düzgün aparan və bununla da ermənilərin, onların Milli Şurasının Qarabağda möhkəmlənməsinə mane olan bir şəxs kimi işdən uzaqlaşdırmağa çalışırdılar.

Zəngəzurla bağlı hadisələrə toxunan X.Sultanov ingilislərin öz vədlərinə xilaf çıxaraq bu bölgədə hakimiyyəti Azərbaycana yox. Erməni Milli Şurasına verdiklərini, Ermənistan hökumətinin

108

agentləri olan Arzumanovun, Çilingərovun ingilis bayrağının himayəsi altında buraya pul və təlimatlar gətirmələrinə dair faktlan qeyd edirdi.

Xosrov bəy yerli şəraiti bilməsinə əsaslanan dərin inamını belə ifadə edirdi:

1. Qarabağ-Zəngəzur məsələsinin həllində ingilis köməyindən qətiyyətlə imtina etmək lazımdır;

2. İngilislər bu işdə bizə yalnız maneçilik törədirlər; 3. Nə qədər ki, daşnakların partiyası orada iş aparır,

məcburedici tədbirlər görülməzsə, ermənilər Azərbaycan hökumətinin tabeçiliyinə razı olmayacaqlar;

4. Bu məsələni bir ay da həllsiz qoymaq əhalini hökumətin gücsüzlüyünə inandırmaq, müsəlman hissəsində anarxiyaya səbəb olmaq və bölgələrdən həmişəlik əlini üzmək deməkdir.

Yaranmış mövcud təhlükəli vəziyyəti düzgün qiymətləndirən X. Sultanov ondan çıxış yolunu bu kimi təcili tədbirlərin həyata keçirilməsində görürdü:

a. Təxirə salmadan hərbi hissələri Zəngəzura yeritmək, eyni vaxtda da ermənilərin İrəvandan Azərbaycan torpaqlarına hərəkətinin qarşısını kəsmək;

b. Dağlıq Qarabağa Azərbaycanın hakimiyyətin tanımaq barədə ultimatum vermək və altı gün vaxt qoymaq;

v.Eyni zamanda bütün ermənilərə müsəlman rayonlanndan getməyi təklif etmək və ultimatum müddətinədək onlarla hər cür əlaqələrin kəsiləcəyini bildirmək;

q.Şuşa şəhəri üçün istisna ediləcəyini göstərmək; d. Azərbaycan hökuməti tanınmazsa altı gündən sonra hərbi

əməliyyatlara başlamaq və bunun məs’uliyyətinin tamamilə erməni əhalisi başçılannm üzərinə düşəcəyini bildirmək.

General-qubernator onun təklif etdiyi tədbirlərin ləngidilməsi və ya qəbul olunmaması şəraitində bölgələri nələrin gözlədiyini belə yekunlaşdırmışdı:

1 .Ermənilərin Zəngəzurdan irəliləməsi və Dağlıq Qarabağ erməniləri ilə birləşməsi və onlann pulla, döyüş sursatı ilə təchiz olunmaları;

2. Müsəlman rayonlarında anarxiya;

109

3. Köçərilərin bütün arandan təcrid olunmaları; 4. Qarabağın itirilməsi ehtimalı. Zəngəzur qəza rəisi Məlik-Namazəliyev, 11 dekabr 1918-

ci il.” X.Sultanovun 1919-cu il iyunun 25-də general Şatelvortla

Qarabağ məsələsinə dair söhbətində aşağıdakı konkret problemlər ətrafınada fikir mübadiləsi olmuşdu: ingilislərin Qarabağ məsələsində üzərlərinə götürdükləri öhdəliklər və onlara əməl edilməməsi; Azərbaycan hökuməti nümayəndələrinin bu sahədəki tədbirləri; bölgələrdəki dörd aylıq birgə fəaliyyətin və ingilis siyasətinin nəticələri.

İngilislərin köməyi ilə Qarabağın sakitləşdirilməsi və burada Azərbaycan hakimiyyətinin həyata keçirilməsi işinin bu müddət ərzində nə qədər irəliləməsi məsələsinə toxunan X.Sultanov bildirmişdi ki, general Tomsonun Mak Mossenə verdiyi təlimata uyğun olaraq o, məlum dörd qəzanın general-qubernatoru təyin edilmişdi və mayor həyatın dinc axarının bərpasında ona kömək göstərməli idi.

Razılaşdarılmış siyasətə və xəttə uyğun olaraq ingilislər bu kimi tədbirləri görməyi öz üzərlərinə götürmüşdülər:

1. Ermənilər tərəfindən atəşə tutulan Ağdam-Füzuli və erməni rayonlarından keçən Şuşa-Füzuli yollarının açılması;

2. X.Sultanovun Şuşadakı ingilis missiyası ilə birgə işləyib hazırladığı və erməni Milli Şurası tərəfindən qətiyyətlə rədd edilən “modus vivende” formulasmın reallaşdırılması;

5. Dağlaq Qarabağda Azərbaycan hakimiyyətinin bərqərar olunmasının təmin ediləcəyi;

d.Andronikin və onun dəstəsinin Ermənistana Yevlaxdan keçirilməsi;

5. Azərbaycan hakimiyyətinin bərqərar olunması üçün ingilis dəstəsinin ardınca Azərbaycan qoşunlarının Gorusa gətirilməsi;

6. Ermənistan hökumətinin Qarabağ məsələsində əli olmasınm (Azərbaycanı tanımamaq haqqında Qarabağ ermənilərinə yardım mənasında) sənədlərlə müəyənləşdiriləcəyi təqdirdə Ermənistana qarşı ölçü götürüləcəyi.

Bütün bunlar üzrə ingilislərlə müəyyən razılıq əldə edilməsinə baxmayaraq, həmin vaxtadək onlar bəzi istisnalarla,

110

demək olar ki, həyata keçirilmişdi. General-qubernator Azərbaycan hökuməti nümayəndəsinin öz üzərinə götürdü}^! öhdəlikləri yerinə yetirməsinə dair faktlardan bəhs edərkən bildirmişdi ki,

1. Şuşa-Yevlax yolunda birinci ayda tam qayda-qanun yaradılmış və təhlükəsizlik təmin olunmuş;

2. İkinci ayın sonuna yaxın Şuşa-Gorus yolunda da təhlükəsizlik bərpa edilmiş;

3. Əhalini ucuz taxılla tə’min etmək üçün general- qubematorluğun hüdudlanndan kənara taxıl çıxaniması qadağan olunmuşdu.

Beləliklə X.Sultanov dörd aylıq birgə işin - ingilis komandanhğmın yardımının nəticələrini yekunlaşdıraraq bildirirdi ki, bir tərəfdən, ingilislər qəbul etdikləri qərarlann heç birini, xüsusilə də Zəngəzur və Qarabağ ermənilərinin Azərbaycan hakimiyyətini dinc yolla tanımalarını təmin edəcəklərinə dair vədlərini yerinə yetirməmişlər. Digər tərəfdən isə Qarabağ məsələsinin həlli ləngidilmiş. Zəngəzurun idarəçiliyi müvəqqəti olaraq erməni Milli Şurasına verilmiş. Dağlıq Qarabağda Azərbaycanın hakimiyyəti bərqərar edilməmiş, nəticədə də bölgədə millətlərarası münasibətlər xeyli kəskinləşmişdi.

Bütün işlərində son dərəcə dəqiq və məsuliyyətli olan Xosrov bəy Müvəqqəti Qarabağ general-qubernatorluğunun dəftərxanasının işə düşdüyü 1919-cu ilin 5 fevralından 31 dekabnna qədərki apardığı pul əməliyyatlannm illik hesabatlarına qədər bütün sənədləri saxlamışdır. 5 yanvar 1920-ci il. Şuşa şəhərində tərtib olunmuş həmin illik hesabata görə Müvəqqəti Qarabağ general-qubematorluğuna;

“Bakı şəhər xəzinədarlığından fevralın 1-də 1 saylı orderlə bir milyon rubl, aprelin 7-də 19 saylı orderlə 1 milyon 560 min rubl, iyunun 12-də 38 saylı orderlə 2 milyon 140 min rubl, iyulun 16-da Şuşa xəzinədarlığı vasitəsilə 2 milyon rubl vəsait ayrılıb”.

Bundan əlavə özünün xüsusi qəzetini çıxarmaq məqsədi olan General-qubematorluğa bu məqsədlə qəzet kağızma 5460, yazı makinalarına (Reminqton, Kontinental, Smist-Premyer adlı makinalara) 11 min, şrift və mətbəə üçün kassalara 34919 rubl pul ayrılıb. 100 ədəd milli bayraq üçün 4250 rubl ayrılıb. Bu kimi

111

işlərə də özünün son dərəcə məhdud vaxtını ayıran X.Sultanovu narahat edən başlıca məsələ isə sözsüz ki, Qarabağda və Zəngəzurda baş verən hadisələr, onlardan düzgün çıxış yollarının tapılması, Azərbayeanm dövlət və milli mənafelərinin bu bölgələrdə tam qorunmasına nail olunması idi.

Zəngəzurdakı gərgin vəziyyətdən çıxış yolları arayan X. Sultanovun ADR-in Baş nazirinə və DİN-nə göndərdiyi 2 yanvar 1920-ci il tarixli məktubu Qərb dövlətlərinin regiondakı nümayəndəliklərinin və rəsmi İrəvanın mövqeyini açıqlamaqla o dövrün siyasi şəraitini aydınlaşdırmağa imkan verir. Məktubdan aşkarlanır ki. Abdallardan nizami hissələrin çıxarılması ilə 100 verstlik ərazidə 250 mühafizəçi və 1500 partizanın ümidinə qalan azərbaycanlı əhalisinin çıxılmaz vəziyyətə düşməsinə dair X. Sultanovun dəfələrlə edilən bəyanatları elə bir əməli nəticə verməmişdi. General-qubernator belə bir cəhəti də qeyd edirdi ki, onun Haskel və Xatisyandan (Ermənistanın Baş naziri) aldığı teleqramlardan göründüyü kimi, ermənilərin həm təcavüzkarlıq hərəkətləri, həm də ni}^ət və planları dəyişməz qalır və hələlik tədbirlər görülmür. Məktubun sonunda isə Zəngəzurun azərbaycanlı əhalisinin hər cür təhlükəsizliyi üçün yardım göstəriləcəyinə bel bağlamağın mümkünlüyü sualı qoyulurdu. Həmin qarətçilik hərəkətləri və erməni nizami hissələrinin Zəngəzurdan Şuşa istiqamətində irəliləməsi barədə ADR tərəfindən Ermənistan hökumətinə nota verildi. Ermənistan hökuməti isə müəyyən hazırlıq tədbirlərindən sonra 1920-ci il yanvarın 19-dan etibarən bölgədəki müharibənin yeni, daha amansız mərhələsini başladı.

Qaryagin və Cəbrayıl qəzalanndan göndərilmiş teleqramlann surətini general Tomsona özünün 6 dekabr 1918-ci il tarixli məktubu ilə birlikdə göndərən F.Xoyski yazırdı: “Mənim gecə aldığım iki teleqramı məlumat üçün Siz əlahəzrətlərinə göndərirəm. Bu teleqramlarda əlahəzrətləri baxın, müsəlman əhalisi Andronikin başçılıq etdiyi cinayətkar erməni quldur dəstələri tərəfindən hansı qeyri-insani iztirablara düçar edilir, təhqirlərə məruz qoyulur. Fürsətdən istifadə edib, hörmət və izzətimi qəbul etmənizi xahiş edirəm. Baş nazir Xoyski”.

112

Qaryagindən gələn teleqramdan: “Artıq neçə gündür ki, Zəngəzur qəzasında olduğu kimi ermənilər Andronikin başçılığı altında müsəlmanları amansızlıqla qırırlar. Bir sıra kəndlər tamamilə dağıdılmış və yandırılmışdır. Adamlar kütləvi şəkildə öldürülmüş və yaaalanmışlar. Xilas olan sakinlərin bir hissəsi İrana keçmiş, bir hissəsi Araz çayı kənarında yersiz-yurdsuz qalmışlar. Yerdə qalan kəndlər məhvolma ərəfəsindədir...”

Cəbrayıl qazasından : “Zəngəzurda ermənilər əllidən çox tatar kəndini dağıtmışlar. Ölənlər və yaralananlar minlərlədir. Andronik 5 min nəfərlik dəstə ilə üçüncü gündür ki, Şuşaya daxil olmaq üçün Zabux kəndindədir. Türk komendantı gedib. Qəza rəisi fəaliyyətsizdir. Əhali panika altında İrana qaçır. Təşkilatçılıq yoxdur. Yalvarırıq nəhayət bədbəxt Zəngəzura ingilis və amerikan hökuməti nümayəndələrinin diqqətini cəlb edin. Beşinci sahənin bütün, dördüncü, üçüncü və ikinci sahənin bir hissə kəndləri dağıdılmışdır”.

O dövrdə Qarabağ və Zəngəzurda baş verən hadisələr bütün respublika ictimaiyyətinin diqqət mərkəzində idi və nəinki ziyalılar, əhalinin ən savadsız hissəsi də imkan düşdükcə bu hadisələr barədə öz narahatlığını hakimiyyət orqanlarına çatdırmağa cəhd göstərirdilər. Bütün bunları nəzərə alan “Azərbaycan” qəzeti 5 aprel 1919-cu ildə Qarabağ general- qubernatoru X.P.Sultanovla müsahibə dərc etmişdi. Bu müsahibə həmin dövrdə ümumən regionda baş verən hadisələr barəsində müəyyən təsəvvür yaratması ilə bərabər, onun başqa bir əhəmiyyəti X.Sultanovun bir ziyalı kimi ümumilli problemlərə hansı mövqedən yanaşdığını göstərməsindən ibarətdir. Müsahibədən bəzi məqamları oxucuların diqqətinə çatdırırıq:

“Belə bir fakt kədər doğurur ki, Qarabağda milli məsələlərin düzgün işıqlandırılmaması Qarabağ əhalisinin xeyirxah qarşılıqlı münasibətlərinə çətin aradan qaldınlan zədə vura bilər. Əhali üçün arzu edilən hakimiyyət ən nəhayət onu tox saxlayan və ehtiyaclarını ödəyən, həmçinin həyatını və əmlakını təhdid edən təhlükədən qoruyan hakimiyyətdir. Qarabağ əhalisi müxtəlif tipli eksperimentlərdən, millətçi, həm də sosialist tipli, azmı ziyan çəkmişdir ki, bir də siyasi mübarizədə fəal iştirak etsin. Təəssüf ki, özlərini demokrat sayan, ancaq xalq maraqlarının ifadəsi

113

baxımından demokratiya ilə heç bir yaxınlığı olmayan siyasi partiyaların bəzi nümayəndələri xalqı özlərinin doğru hesab etdikləri yolla apanrlar və öz məqsədlərinə çatmaqdan onlan hətta terror aktları da dayandıra bilməz. Əhali üzərində aparılan eksperimentlərin əsasında ən yaxşı halda partiya xarakterli terrorçu düşüncə, ən pis halda isə şəxsi maraq və mənfəətləri dayanır. Son iki ay ərzində ermənilər tam təhlükəsiz şəraitdə Qarabağın müsəlman (azərbaycanlı) rayonlarına gəlib-gedirlər. Digər tərəfdən biz görürük ki, müsəlmanların erməni kəndlərinə gediş- gəlişi təhlükəlidir və nadir hallarda müsəlmanlardan kimsə öz işi ilə bağlı buna cəsarət edə bilər. Bunda günahı mən xalq kütləsində deyil, ayn-ayrı şəxslərdə, bu kütləni terror altında saxlayan, öz proqramının həyata keçrilməsinə məcbur edənlərdə görmürəm. Qarabağı iqtisadi cəhətdən bütöv hesab edib, onu siyasi cəhətdən ikiyə parçalamaq olmaz. Bütün Qarabağ bütöv və bölünməzdir, bədəni başdan və yaxud başı bədəndən ayırmaq və bədənin yaşamasını arzu etmək mümkün deyil. Qarabağın parçalanmasını arzulayan şəxslər öz xalqının düşmənidir... Qarabağ iqtisadi və fizioloji cəhətdən Azərbaycanın digər əraziləri ilə sıx surətdə bağlıdır. Əhalisinin böyük əksəriyyəti azərbaycanlılardır. Müsəlman rayonları ilə tam əhatə olunmuş erməni rayonunun Ermənistanla heç bir iqtisadi əlaqəsi və ərazi bağlılığı yoxdur. Söhbət yalnız ədalətli və qərəzsiz idarəetmə nümunəsi yaratmaqdan gedə bilər. Əhalinin fırəvanlığını, qanunçuluğu və hüquqi normaları əsas tutan bütün dövlətlər isə buna əməl etməyə borcludurlar.”

X.P.Sultanovun həyatında öz xalqının mənafeyini hər şeydən üstün tutduğunu sübuta yetirən belə məqamların sayı çoxdur. Onun əsl vətənpərvər, millətsevər olduğunu təsdiqləyən belə faktlar arasında mühacirət həyatı ilə bağlı olanlar da az deyil. Ancaq mühacirətə getməzdən bir neçə ay qabaq X.Sultanov da yüzlərlə, minlərlə millət fədaisi kimi sovet cəza orqanlarının repressiyalanna məruz qalmışdı. 28 aprel çevrilişi ilə müstəqil Azərbaycan dövlətininin taleyini əvvəlcə XI qırmızı orduyla, sonra qırmızı imperiyaya bağlayan bolşeviklərin özlərinin qatı düşməni bilib ilk həbs etdikləri şəxslər sırasında Xosrov bəy də var idi. Sovet

114

cəza oqanları tərəfindən həbs edildiyi vaxt o, Qarabağ hərbi İnqilabi Komitəsinin sədri (çox qısa müddətdə, təqribən cəmi iki həftə) işləyirdi. Ancaq sovet hökumətinin ilk illərində çox mühüm post sayılan bir vəzifədə olması da onu respressiyadan xilas edə bilmədi.

Xosrov Paşa oğlu Sultanovun 519 saylı həbs kağızından məlum olur ki, o, 12 may 1920-ci ildə həbs olunarkən Şuşa şəhərində İnqilabi Komitənin sədri imiş. Həmin həbs kağızında daha sonra; “ixtisası həkim, həkim işləyir. Ailəsi yoxdur” yazılmışdır. Hansı əsasla tutulduğu qeyd edilən qrafada isə “Pankratovun göstərişi ilə həbs olunub”, yazılmışdır.

X.Sultanovun Qarabağ İnqilabi Komitəsinin sədri təyin olunması ilə bağlı qərar 1920-ci il may ayının 1-də verilib. Həmin gün axşam saat 9-da öz iclasını keçirən İnqilabi Komitə Qarabağ ərazisində bütün qəza komissarlarına, qəzalara və Yevlax komissarına elan olunması üçün aşığıdakı qərarları qəbul edir:

1. Azərbaycanda sovet hökumətinin qurulması və Xalq Komissarları Şurası Hökumətinin təşkil olunması ilə əlaqədar Qarabağda müvəqqəti general-qubematorluq haqqında əsasnamə 28 apreldən etibarən ləğv edilmiş hesab olunsun.

2. Keçmiş Qarabağ general-qubematorluğunun dəftərxanası İnqilabi Komitənin dəftərxanasına çevrilsin.

3.4 qəza hüdudunda - Şuşa, Zəngəzur, Cəbrayıl və Cəvanşir qəzalarında bütün hakimiyyətin İnqilabi Komitə təşkilatına verilməsi elan edilsin.

4. İnqilabi Komitənin heyəti; sədr Xosrov Sultanov, sədr müavini Bahadur Vəlibəyov, katib Məmməd Həsən Mirzəcanov, İnqilabi Komitənin üzvləri: Ocaqqulu Musayev, Məmməd Əli Qayıbov, Fərhad Ağayevdən ibarət olsun.

5. Qəza rəisləri və pristav vəzifələri ləğv edilmiş sayılır və onlar qəza və sahə komissarları ilə əvəz olunur.

6. Mühafizəçilərin adı dəyişdirilib xalq milisi olur. 7. Partizanlar bu gündən etibarən Qırmızı kəndli qvardiyası

adlanır. Sənədə X.Sultanov, B.Vəlibəyov və İnqilabi Komitənin işləri

üzrə icraçı Hacıbəyov qol çəkiblər”.

115

Xosrov bəyin bu komitəyə sədr təyin edilməsi sözsüz ki, onun bütün Zəngəzur və Qarabağda böyük nüfuz sahibi olması ilə bağlı idi və yəqin bolşeviklər ilk günlərdə milli münaqişələrin hər an alovlana biləcəyi belə mühüm bir bölgəyə təsadüfi adamı təyin etmək istəmirdilər. Bəlkə də bu təyinatda X.Sultanovun bir vaxtlar Nərimanovla dost olması da müəyyən qədər rol oynamışdı. Ancaq bütün bunlara baxmayaraq, 1 may 1920-ci il qərarının müvəqqəti xarakter daşımasını 11 gün sonrakı həbs tədbiri sübuta yetirdi.

Ali İnqilabi Tribunalın istintaq şöbəsinin 1 avqust tarixli 1762 saylı blankından:

“Azərbaycan SSR (Staro-Poliçeyskaya d.№ 23.) İnqilabi Komitənin 22 may və Xalq Ədliyyə komissarlığının kollegiyasının 29 may qərarı ilə keçmiş qubernator Rəfıbəyov və general- qubernator Sultanov (onların hər ikisi eyni gündə həbs olunmuşdular - L,Ş.) Ali İnqilabi Tribunalın məhkəməsinə veriliblər və onlar haqqındakı iş mənim icraatımdadır. Mənə çatan məlumata görə FK müstəntiqi Səfıkürlüdə də X.Sultanova qarşı ittihamedici materiallardan ibarət iş var. Yuxarıda göstərilən iki qərarla bağlı Komissiyadan xahiş edirəm: 1. Keçmiş general- qubernator Sultanovun ittiham olunması ilə əlaqədar işi və bütün ittihamedici materiallan və əgər varsa, Rəfıbəyovun əksinqilab- da iştirakı barədə materialları da mənə göndərsin. 2. Hər iki müttəhim Ali İnqilabi Tribunalın müstəntiqinin öhdəsinə verilsin və bu barədə mənə məlumat çatdırılsın.” Həbs edilənlərlə əlaqədar tərtib olunan xüsusi arayışdakı künc möhüründən aydın olur ki, blank Bakı şəhərində tərtib edilib.

X.Sultanovun işi ilə (12 may - 9 avqust 1920-ci il (Pr. 20584) MTN arxivi) bağlı 14 may 1920-ci ildə XI ordunun İnqilabi Hərbi Şurası yanında xüsusi şöbənin hərbi müstəntiqi M.Səfıkürdlü tərəfindən aparılan dindirmə əsasında aşağıdakı məzmunda Protokol tərtib olunur:

“Mən XI ordunun İnqilabi Hərbi Şurası yanında xüsusi şöbənin hərbi müstəntiqi Səfikürdlü may ayının 14-də əksinqilabi işdə ittiham olunan Xosrov Paşa oğlu Sultanovu dindirdim. O, Xarkovda institutun tibb fakültəsində oxumuş, inqilaba qədər

116

Bibiheybət xəstəxanasında həkim işləmişdir. Hazırda Qarabağ İnqilabi Komitəsinin sədridir. Sonuncu il Şuşada yaşayıb.”

X.Sultanov Protokolu oxuyub: “Özümə qarşı irəli sürülən ittihamı qəbul etmirəm” qeydini edir.

Əlbəttə, iki gün qabaq Müvəqqəti Qarabağ İnqilabi Komitəsi tərəfindən Mandat alaraq İnqilabi Komitənin işlərini yerinə yetirmək səlahiyyətlərinə malik olan bir şəxsin ona qarşı sürülən ittihamlan qəbul etməməsi təbii idi. Yeri gəlmişkən, istintaq işində saxlanılan Azərbaycan Sovet Respublikası Müvəqqəti Qarabağ İnqilabi Komitəsi tərəfindən Şuşa şəhərində İnqilabi Komitənin sədri, katibi, işlər üzrə icraçısının qol çəkərək öz imzalan ilə təsdiqlədikləri 150 saylı 10 may 1920-ci il tarixli mandatda göstərilirdi ki:

“Bu mandatın daşıyıcısı Qarabağ İnqilabi Komitənin sədri X.Sultanov Xalq Komissarları sədrinin tələbi ilə İnqilabi Komitənin işləri iİə bağlı Şuşa şəhərindən Bakıya gedir”.

Aneaq bir həqiqət də vardı ki, bolşeviklər Azərbaycanda milli dövlət quruculuğunda iştirak etmiş şəxslərin, xüsusilə də X.Sultanov kimi ADR-in yüksək vəzifə sahiblərinin sovet hökumətinə xidmət göstərəcəyinə qəti inana bilməzdilər və əslində bu inamsızlıqlarında onlar tamamilə haqlı idilər. Ona görə də adı hər hansı şəkildə müstəqil Azərbaycanla bağlı olan şəxslərin taleyinə tez-gec qaranlıq çökməli idi. X.Sultanov isə bu yolda mütləq birincilər sırasında olmalıydı. Çünki onun müstəqil Azərbaycan dövlətinin qurulması və möhkəmləndirilməsində böyük əməyi olmuşdu və yenidən eüzi bir məqam yaranacağı təqdirdə o, öz xalqı qarşısında yeni xidmətlər göstərməyə hazır idi. Buna görə də Azərbaycanda hakimiyyəti əslində zorla ələ almış bolşeviklər istənilən an onun barəsində məmuniyyətlə ən ağır cəzaya layiq görülməsi ilə bağlı qərar çıxara bilərdilər. Və doğrudun da X.P.Sultanov haqqında belə bir qərarın çıxarılması ərəfəsində idi.

Qərar: “Mən, Azərbaycan FK-nın müvəkkili M.Səfıkürdlü 1920-ci il avqust ayının 9-da Xosrov Sultanovun Ali Tribunalın məhkəməsinə verilməsi ilə bağlı İnqilabi komitənin 22 may, həmçinin Ədliyyə Komissarlığının 22 may qərarlarına uyğun

117

olaraq və Ali İnqilabi Tribunalın 1 avqust tarixli 1762 saylı qərannı nəzərə alaraq Xosrov Sultanov haqqında bütün materialları Azərbaycan SSR Ali Tribunalına təhvil verirəm.”

X.Sultanov haqqında Azərbaycan SSR Ali Tribunalının hansı qərarı qəbul etdiyi, yaxud onunla bağlı işin nə üçün dayandırıldığı barədə istintaq işində heç bir qeyd yoxdur. İşdəki növbəti sənəd isə Arxiv qeydiyyat şöbəsinin 20 sentyabr 1954-cü il tarixli arayışıdır. Moskva şəhərinə, Baş Hərbi Prokurorun müavini general-mayor Kitayevə göndərilmiş həmin arayışda deyilir:

“SSRİ Prokurorluğunun nümayəndəsi yol. Bazenkonun xahişi ilə Sultanov Xosrov Paşa oğlunun 1225 saylı arxiv-istintaq işini tanış olmaq üçün göndəririk. İstifadə edildikdən sonra işi bizə qaytarmağınızı xahiş edirik. Qoşma: mətn üzrə 1 cild, 21 səhifə. Azərbaycan SSR Nazirlər Kabineti yanında DTK-nm qeydiyyat-arxiv şöbəsinin rəis müavini podpolkovnik Qnezdov, 3-cü bölmənin rəisi mayor Subbotin. 18.9.54”.

Arayışın ruhundan görünür ki, onu Stalinin ölümündən sonra sovet cəza orqanları tərəfindən repressiyalara məruz qalmış şəxslərə bəraətlərin verildiyi dövrdə hazırlamış, ancaq X.Sultanovun ADR hökumətinin rəhbərlərindən olduğunu nəzərə alaraq, heç bir qərar qəbul etməmişlər.

Yeri gəlmişkən, X.Sultanovun kiçik qardaşı Rüstəm bəy Sultanov və Rüstəm bəyin oğlu İskəndərbəy Sultanov da sovet cəza orqanları tərəfindən həbs edilmiş və repressiyaya məruz qalmışlar. Rüstəm bəyin istintaq işi (PR 6399) ilə bağlı bir qədər ətraflı söhbəti Cümhuriyyət dövrünün başqa görkəmli şəxsiyyətləri haqqında bəhs edərkən açacağıq. İndilik isə təkcə onu bildiririk ki. Rüstəm bəy həbs edilərkən doldurulmuş anketdə göstərilir ki, o, 1875-ci ildə Qurd Hacı kəndində anadan olub. Bakıda Mahgin küçəsi ev 2-də yaşayıb. Həyat yoldaşı Zeynəb 60 yaşmdadır. “Türk xalqı uğrunda mübariz” və sovet hakimiyyətini devirməyə çalışan şəxs kimi ittiharn olunmuş İskəndərhəy isə XDİK orqanlan tərəfindən 1935-ci ildə həbs edilmişdir. M.Cəfərli “Siyasi terror və Azərbaycan almanlarının taleyi” (Bakı 1998) kitabında yazır: “Az.SSR XDİK-in sədri Sumbatovun və Xüsusi şöbənin rəisi Avanesyanm imzaladıqları “Az.SSR-də alman

118

kəşfiyyatı ilə mübarizə haqqında” hesabatında əvvəllər Almaniyada işləmiş və təhsil almış azərbaycanlılara həsr olumnuş “Gestaponun Bakı agentlərinin işi” başlıqlı xüsusi fəsil var. Həmin sənəddən fraqmentlər veririk: “Sultanov İskəndərbəy - neftçi- mühəndis Rüstəmbəy Sultanovun oğlu, Türkiyədə olan məşhur ittihadçı-mühacir Xosrovbəy Sultanovun qohumudur. Sultanov digər türk gəncləri ilə birlikdə müsavat hökuməti tərəfindən 1920- ci ildə təhsil almaq üçün Almaniyaya göndərilmişdir. 1933-cü ilin sentyabrında SSRİ-yə qayıtmışdır. Fəal türk millətçisi kimi Almaniyada azərbaycanlı tələbələrin milli ittifaqında rəhbər vəzifə tutmuşdur. Xosrovbəy Sultanovun Almaniyanın rəhbər şəxsləri ilə əlaqələrinin yaradılması üçün tədbirldər görmüşdür. Milli Komitə tərəfindən rəhbərlik edilən əksinqilabi təşkilatın üzvü olmuşdur” (səh. 130-131). '

X.P.Sultanovun xaricə necə mühacirət etməsi, ona bu işdə kimin, yaxud kimlərin köməklik göstərməsi, ilk dəfə hansı ölkədə olması və sonralar haralarda yaşaması barədə qənaətlərə gəlincə burada ən əvvəl iki faktı yada salmaq istərdik. Bunlardan birincisi onun Qarabağın müvəqqəti general-qubernatoru olarkən Çingiz İldırımın orada müavin işləməsi ilə və ikincisi, qeyd etdiyimiz kimi, N.Nərimanovla dost olması ilə bağlıdır. Talenin hökmü ilə Xosrov bəylə çiyindaşlıq etmiş bolşevik Ç.İldırım da sovet Azərbaycanında ən yüksək vəzifələrdən birini - hərbi və Dəniz komissan vəzifəsini (Ə.Qarayevdən əvvəl) tuturdu. Bu isə sözsüz ki, ona istədiyi şəxsə köməklik göstərmək imkanı verə bilərdi. Görünür o, həbsdən azad edildikdən sonra dərhal Türkiyəyə getmiş və mühacirət həyatının bir hissəsini yaşadığı Avorpaya məhz bu ölkədən geçmişdir. Avropada o, Almaniya və Fransada yaşamışdır. Yuxarıdakı qeyddən isə aydınlaşır ki, Xosrov bəy Almaniyada yaşayarkən qardaşı oğlunun vasitəsilə bu ölkənin rəhbərliyi ilə müyyən əlaqələr yaratmağa nail olmuş və vətənini sovet imperiyasının işğalından qurtarmaq üçün mübarizəsini bu yolla davam etdirmişdir. Ancaq indilik əlimdə onun bu mübarizəsindən geniş söhbət açmağa imkan verən lazımi arxiv sənədləri, yaxud digər materiallar olmadığından diqqətinizə çatdırdığım ilkin qeydlərlə kifayətlənməyə məcburam.

119

Görkəmli Azərbaycan maarifçisi və yazıçısı, ictimami xadim S.M.Qəniyevin istintaq işindən (MTN arxivi PR 25450 saylı iş) də X.Sultanovun bir müddət Türkiyədə, sonra isə Almaniyada yaşadığı və bu ölkələrdə olarkən üzvü olduğu “İttihad” partiyasının üzvləri ilə əlaqə saxladığı aydınlaşır. Qeyd edək ki, Xosrov bəy əvvəl “Müsavat”, sonra isə “İttihad” partiyasının üzvü olmuşdur. O, birinci hökumətdə hərbi nazir kimi “Müsavat” və “İttihad” partiyalarını, ikinci, üçüncü hökumətlərdə torpaq naziri kimi isə yalnız “İttihad” partiyasını təmsil etmişdir. S.M.Qənizadənin “İttihad” partiyasının sədri və bu partiyanın ADR parlamentindəki fırqəsinin rəhbəri kimi X.P.Sultanovla sözsüz ki, aralarında yaxınlıq və xoş münasibətlər ola bilərdi və bunu nəzərə alan sovet cəza orqanlan 1937-ci ildə həbs etdiyi şəxslərin də başlıca günahını onların milli hökumətin nümayəndələri ilə yaxınlığında, ADR-in bərpası ideyalan ilə yaşamalannda görürdü. 37-nin qurbanlarından, tanınmış dilçi alim B.Çobanzadənin verdiyi ifadəyə görə “İttihad”çılar xaricdə yaşayan X.b.Sultanovla onun qardaşı Rüstəmbəy Sultanovun vasitəsilə əlaqə saxlayıblar. Xosrov bəyin “Müsavat” partiyasından “İttihad” partiyasına keçməsinə gəlincə bu fakta ən yaxşı açıqlamanı M.Ə.Rəsulzadə “Azərbaycan” qəzetinin 24 sentaybr 1919-cu il tarixli sayında dərc olunmuş “Qondarma həqiqət” adlı məqaləsində verir. O dövrdə “Müsavat” partiyasının Azərbaycan hökumətinin siyasətinə əsaslı təsir göstənnəsi barədə danışıqlara cavab verən M.Ə.Rəsulzadə yazırdı: “Söhbət guya hökumətin siyasətinə təsir göstərən partiyanın fəaliyyətindən gedir, buna görə də “Müsavat” partiyasının sədri kimi mən Daxili İşlər nazirliyinin partiyalı olmasına dair ittihamlann əsassız olduğunu əyani surətdə sübut etmək istəyirəm. İsrar edirlər ki, nazirliyə təyin olunma partiya xarakteri daşıyır, partiya üzvü olmadan idaretmədə yer tutmaq mümkün deyil. Görək bu nə dərəcədə faktlarla uyğun gəlir. Kənar idaretmə vəzifələrindən başlayaq:

1.Qarabağ general-qubernatoru X. b. Sultanov nəinki müsavatçı deyil, hətta bir vaxtlar nümayişkaranə surətdə partiya sıraların tərk etmişdir. 2.Daxili İşlər nazirinin Qazaxdakı xüsusi səlahiyyətli nümayəndəsi Rza Qaraşarov sosialistdir. 3.Zaqatala

120

qubernatoru M.Şahmalıyev bitərəfdir. 4.Keçmiş Bakı qubernatoru R.Axundzadə bitərəfdir.”

“Azərbaycan Cümhuriyyəti sənədlər və materiallar 1918- 1920-ci illər” məcmuəsində qeyd olunur ki, X.P.Sultanov əvvəl “Müsavat” partiyasının üzvü olmuş, sonra isə “İttihad” partiyasına keçmişdir. Bunun başlıca səbəblərinə gəlincə, hələlik yuxarıda göstərilənlərə nəsə əlavə etmək mjmkün deyil. Əlbəttə, gələcəkdə indilik məlum olmayan həmin səbəblərin üzə çıxarılması istiqamətində də tədqiqat-araşdırma işləri aparılacağına və həqiqətin sonadək aşkarlanacağına şübhə etmirik.

X.P.Sultanovun Müvəqqəti Qarabağ general-qubernatoru kimi fəaliyyəti dövründə daha bir maraqlı məqam haqqında da oxuculara məlumat vermək istərdik.

“Daxili İşlər naziri X.Xasməmmədovun Şuşa şəhərinin general-qubernatoruna N.Nərimanovun həbs edilməsi barədə sərancamı

8 aprel 1919-cu il. Müvəqqəti general-qubernator doktor X. Sultanova

Hərbi nazirin aldığı agentura məlumatına görə bolşevik Nərimanov Bakıya gəlib orada parlamentin “Hümməf’dən olan üzvləri, başlıcası isə Sanıyev və Qarayevlə görüşmüş, sonra isə Şuşa və Qazax qəzalarının əhalisi ilə görüşmək və imkan daxilində qoşun daxilində bolşevizmi təbliğ etmək məqsədilə həmin qəzalara getmişdir. Hərbi nazir təsdiq edir ki, belə təbliğatın nəticəsində orduya gənclərin axını xeyli azalmış və təhlükə doğuracaq həddə çatmışdır. Bu barədə Sizə məl’umat verməklə mən əlahəzrətinizdən Sizin general-qubernatorluğun ərazisində göründüyü vaxt Nərimanovun tutulması üçün sərancam verməyinizi xahiş edirəm. Bu barədə tərəfimdən Gəncə qubernatoruna da teleqrafla bildirilmişdir. Daxili İşlər naziri Xasməmmədov” (ARDA, f 1054; siy. 1, iş 4a, səh. 2).

Bu xahişin nəticəsi barədə əlimizdə hər hansı arxiv sənədi yoxdur. Ancaq Xosrov bəyin vəzifə borcunu yerinə yetirmək üçün necə çətin bir durum qarşısında qaldığını güman edirik. O, neçə illər dostluq etdiyi bir şəxsi həbsə almalı, yaxud vəzifə borcuna əməl etməməli idi. Əsl həqiqətdə necə olduğunu isə yəqin gələcək

121

tədqiqatlar deyəcəkdir. N.Nərimanovun Azərbaycan tarixində hansı rolu oynaması barədə mübahisələrə qoşulmadan və bu böyük şəxsiyyətin xalqımız qarşısındakı danılmaz tarixi xidmətlərini azaltmadan yalnız onu deyə bilərik ki, Azərbaycan daxilində aparılan bolşevik təbliğatı nəticədə respublikanın dövlət müstəqilliyinin itirilməsinə, Rusiya imperiyasının yeni cilddə sərhədlərimizdə peyda olmasına və Vətənimizi işğal edilməsinə gətirib çıxardı. Yerli xəyanətkarların əli ilə baş tutmuş həmin çevriliş aktından təqribən iki il sonra vaxtilə bolşevik təbliğatı aparan N.Nərimanov bir nömrəli bolşevik Leninə yazacıqdı: “Müstəqil Azərbaycan sözü məgər sizin dilinizdən çıxmamışdırmı”. Ancaq onun az qala acı fəryad kimi səslənən bu sualına yalnız 71 ildən sonra cavab veriləcəkdi.

Xosrov Paşa oğlu Sultanovun keşməkeşli həyatının Azərbaycanın XI qırmızı ordu tərəfindən işğal olunmasına qədərki dövrü haqqında qısa şəkildə qeyd etdiyimiz bu faktların, eləcə də ömrünün mühacirətlə bağlı mərhələsinə aid faktlann arxasında onun çoxsahəli, əvəzedilməz fəaliyyəti, Azərbaycanın tərəqqisi və xoşbəxt gələcəyi yolunda böyük xidmətləri durur. Qədirbilən xalqımız bu gün həmin xidmətləri yüksək qiymətləndirir. Xosrov bəyin adı Azərbaycanın ilk Demokratik Respublikasının yaradıcdan olmuş millət fədailəri sırasında fəxrlə çəkilir.

122

Rəfibəylilərdən biri

“Zati Alilərinizə 1689 saylı məktuba əlavəni və Hökumətin 102 saylı sərancamınm surətini göndərərirəm. Zati Alilərinizdən xahiş edirəm, ordumuzun hazırkı vəziyyətində vətənimizi müdafiə etməkdə son dərəcə vacib olan partizan işinin təşkilində yardımınızı əsirgəməyəsiniz.

Yalnız Daxili İşlər Nazirliyi, şəhər idarəetmə orqanlarının və gələcək torpaq şöbəsi idarələrinin birgə fəaliyyəti ilə silah gəzdimıəyə qadir müsəlman əhalisini tezliklə səfərbərliyə almaq və təşkil etmək, Azərbaycan silahlı xalqının zərbə qüvvəsi olacaq hərbi hissələrin kadrlarını səfərbər etmək mümkündür.

Gəncə quberniyası partizanlarının toplantı məntəqələri ümumi hərəkət planına görə Gədəbəy və Qazax təyin edilir. Əsgərlərin sayının müharibə dövrü miqdarına çatdırılması, qoşunların komplektləşdirilməsi üçünsə, silahlı adamların toplaşacağı məntəqə Gəncə şəhəri olmalıdır.

Bu sənədlə yanaşı bütün quberniyada ümumi iş üçün vahid sxem kimi qəbul edilməsini mümkün saydığım general-mayor Vəkilovun Qazax dəstəsi üzrə qeydlərinin surətini əlavə edir və onu da bildirirəm ki, böyük partizan dəstələrinə başçılıq üçün təyin edilmiş zabitlər olacaqdır, daha azsaylı dəstələrə isə köməyinə zabitlər veriləcək yerli nüfuzlu şəxslər komandirlik edəcəklər. Adamlar dəmiryolu ilə, yaxud piyada toplantı məntəqələrinə -

123

Gəncə, Qazax, Gədəbəyə gələrkən öz təminatlarını özləri ödəməlidirlər, toplantı yerlərində isə onlara yemək pulu veriləcəkdir. Quberniyadan təqribən nə qədər silahlı piyada toplana biləcəyini müəyyənləşdirmək yaxşı olardı. Onda bəri başdan adamların güllə və ərzaqla İntendant və Artilleriya anbarlarından təminatı üçün işlər gönnək olardı. Hansı gün hansı stansiyaya nə qədər adam üçün qatar göndərilsin ki, lazımi toplantı məntəqəsində tezliklə yığılmaq mümkün olsun. Bütün anlaşılmazlıqlar və aydınlaşdırma tələb olunan məsələlərlə bağlı zəruri izahat verilməsi üçün general-mayor Vəkilova tapşırıq verilmişdir. Tiflisdən qayıdan kimi o, təcili surətdə yanınıza gələcəkdir.

P.S. Fövqəladə məxfi olduğu üçün xahiş edirəm saxlamaq lüzumu yoxdursa göndərilən surəti geri qaytarasınız. General- leytenant Sulkeviç. general-kvartimeystr vəzifəsini icra edən podpolkovnik Zeynalov”.

Tam məxfi qrifli, 1906 saylı 25 may 1919-cu il tarixli bu məktub Azərbaycan Xalq Cümhuriyyəti Hərbi nazirliyinin Baş qərərgah rəisi general-leytenant Məmməd bəy Sulkeviç tərəfindən Gəncə qubernatoru Xudadat bəy Rəfıbəyova göndərilib. Bu həmin vaxtlar idi ki, gənc respublikanın öz ərazi bütövlüyünü təmin etməyə gücünün çatmayacağma inanan erməni daşnaklarının başçılıq etdiyi silahlı dəstələr İrəvanda, Naxçıvanda, Zəngəzurda və Qarabağda qanlı qırğınlar törədir, qədim türk torpaqlarını ələ keçirmək üçün on illərlə cızılmış planları reallaşdırmağa çalışırdılar. Azərbaycan Milli Ordusunun hələ tam təşkilatlanmadığı, adı çəkilən bölgələrə yaxın ərazilərdə yerli əhalinin hərtərəfli müdafiəsi üçün qüvvələrin kifayət qədər olmadığı bir dövrdə quberniyalarda bu işin təşkilini Vətənin xilası naminə fədakarlıqla xidmət göstərməyə hər an hazır olan və xalq arasında böyük nufuza malik Xudadat bəy kimi şəxsiyyətlər öz üzərinə götürmüşdülər.

Xudadat bəy Rəfibəyov kim idi və onun Azərbaycan qarşısındakı xidmətləri nədən ibarət olub? Bən oaşdan deyək ki, indiyədək bu suallara Xuaadat bəyin mənsub olduğu çox məşhur nəslin - Rəfibəyovlarm barəsində yazan müəlliflər faktik materialların imkan verdiyi dərəcədə toxunmuş, bəzi tarixi

124

126

tez-tələsik güllələdiyini bilmək lazımdır. Nə üçün o, yeni hakimiyyətin nəzəaində daha təhlükəli düşmən idi və N.Nəri- manov kimi çox yüksək bir vəzifə sahibi və şəxsiyyət “Xudadat bəyin ondan xəbərsiz öldürülməsindən” dərin təəssüf hissi keçirmişdi.

Bu barədə yazmağa bir də məni Xudadat bəyin sözün həqiqi mənasında nəsillərə örnək olaeaq həyat və fəaliyyəti ilə əlaqədar bir neçə mənbədən əldə etdiyim məlumatlara istinadən onun haqqında daha geniş təsəvvür yaratmaq, xalqımıza layiq olduğundan qat-qat az tanıdılmış bu görkəmli şəxsiyyətin qarşısındakı ümumi mənəvi borcumuzu qismən də olsa yerinə yetirmək istəyi sövq etdi.

Belə mənbələrdən birində - “Azərbaycan Cümhuriyyəti sənədlər və materiallar 1918-1920-ci illər” məcmuəsində Xudadat həy haqqında aşağıdakı avtobioqrafık məlumatlar verilib: “Xudadat bəy Ağa oğlu Rəfıbəyov (1878-1920) - AR-in dövlət və siyasi xadimi. Xarkov Dövlət Universitetinin tibb fakültəsini bitirib (1903). Azərbaycanın ilk cərrahlarından biri. Fəal ictimai xadim, Yelizavetpolda (Gəncə) maarif işinin təşkilatçılarından. Bir sıra cəmiyyətlərin, o cümlədən ehtiyacı olanlara pulsuz yardım göstərən “Yelizavestpol tibb cəmiyyəti”nin təşkilatçısı və həmsədrlərindən biri olmuşdur. 1917-ci ilin martında müsəlman cəmiyyətlərinin Bakı komitəsinin üzvü seçilmişdir. Xalq səhiyyəsi və himayə naziri (iyun-dekabr 1918-ci il). 1919-cu ilin may ayından Gəncə quberniyasının general-qubernatoru. Gəncədə antisovet üsyanı yatırıldıqdan sonra (may 1920-ci il) həbs olunmuş və güllələnmişdir.

Bu tərcümeyi-hal qeydləri Xudadat bəy Rəfıbəyov haqqında yeganə rəsmi məlumatlardan biridir. Çünki sovet hökuməti özünə qatı düşmən hesab etdiyi şəxsiyyətlərimiz barəsində nəinki yazmağı, hətta bu adamların adlannı belə çəkməyi yasaqlamışdı. Ona görə də Xudadat bəyin yada salmması üçün onun bütün varlığı ilə düşmən kəsildiyi və çox qısa bir müddət də olsa mübarizə aparmağa imkan tapdığı bir rejimin ömrünün sona yetməsi lazım idi. Ancaq yuxanda adı çəkilən məcmuədə Xudadat bəyin təvəllüd tarixi və atasının adı başqa mənbələrdəki və istintaq işindəkindən

127

fərlidir. Nədənsə səhvə yol verilərək, burada atasının adı Ağa kimi göstərilmiş, təvəllüdü isə bir il artırılmış, onun Gəncədə antisovet üsyanı yatınidıqdan sonra həbs edildiyi qeyd olunmuşdur. Müqayisə üçün deyək ki, başqa mənbələrə - görə, (R.Hüseynov “Rəfibəylilər” Bakı “Azərbaycan” nəşriyyatı, 1996.), (İ.Əlyarh, T.Behbudov “Müstəqil Azərbaycan polisinin yaranması və fəaliyyəti (1918-1920-ci illər)” Bakı “Qismət” nəşriyyatı 1998.) Xudadat bəy 1877-ci ildə Gəncənin Balabağban məhəlləsində məşhur xeyrij^əçi Ələkbər bəy Rəfıbəylinin ailəsində doğulub. Ancaq tədqiqatçı Mövsüm Əliyev “Odlar yurdu” qəzetinin 8 aprel 1989-cu il sayında dərc etdirdiyi “Xudadatbəy Rəfıbəyov” adlı məqalədə həmin mənbədəki kimi Xudadat bəyin 1878-ci ildə anadan olduğunu yazmışdır.

Bir qədər irəli gedib deyək ki, Xudadat bəyin Gəncəyə nə vaxt qubernator təyin edilməsi faktının özü də mübahisəlidir. Bir neçə mənbədə yuxarıdakı kimi 1919-cu ilin may ayı kimi göstərilmiş bu tarixin bəzi arxiv sənədlərinə istinadən fevral, mart aylarına düşdüyünü iddia etmək də mümkündür.

Xudadat bəy 1919-cu il may ayının 6-da AXC hökumətinin qərarı ilə Gəncə şəhərinin general-qubernatoru təyin edildiyini, qubernator kimi rəsmi qaydada atasının yasının qırxı çıxdıqdan, may ayının 17-dən sonra fəaliyyətə başlamasını istintaq prosesində özü də təsdiq edib. Məhz həmin gün - 17 iyunda Gəncə, Nuxa, Qazax, Ərəş qəza rəislərinə və Gəncə polismeystrinə teleqram göndərən Xudadat bəy bu tarixdən etibarən qubernator kimi vəzifəsinin icrasına başladığını bildirmişdi.

Ancaq qeyd etdiyimiz kimi əlimizdə olan bə’zi məlumatlar, xüsusilə bir arxiv sənədi bu təyinatın bir qədər əvvələ gedib çıxdığını deməyə də müəyyən əsas verir. Bu sənəd Gəncə qubernatorunun qəza rəislərinə və polismeysterlərə ingilis aviasiyasının zabitlərinə Azərbaycan ərazisində hava bazası yaratmaqda köməklik göstərilməsi barədə əmridir (20 fevral 1919). Arxiv materialları arasından əldə etdiyimiz bu əmrdə deyilir: “Daxili işlər nazirinin dəftərxanasının mənə bildirdiyi kimi tezliklə ingilis aviasiyasının zabitləri yaxın gələcəkdə Britaniya aeroplanlarınm enməsində istifadə etmək üçün Qafqazın

128

məlumatlara görə, qoşun qüvvəsi, pulemyot, top olmadan dəstəni məhv etmək mümkün deyil... Qubernator əvəzinə Buqatko” (ARDA, f.894, s.9, iş 6, s 4-6).

Əlbəttə, mən bu tarixlər arasında birincinin, yəni may ayının doğruluğuna şübhə yaratmaq fikrindən uzağam, çünki bunu Xudadat bəy kimi şəxsiyyətin özü və Rəfıbəylilər barəsində çox dəyərli kitab yazmış R.Hüseynov da göstərib. Gözəl publisist “Rəfıbəylilər” kitabında (səh 132-133) bu barədə yazır: “Xudadat bəy vəzifəsinin icrasına mayın 17-də başlayıb. Həmin gün Gəncə quberniyasının idarəçiliyini yerinə yetirən və elə Xudadat bəy kimi hökumət tərəfindən mayın 6-dan yeni vəzifəyə - Baş qərargahın baş idarəsinin topoqrafıya şöbəsinə müdir təyin edilmiş general-mayor Vəkilov imazaladığı son əmrlə vali kürsüsünü təhvil verib”.

Xudadat bəy Rəfıbəyovun atası Ələkbər bəy 1884-88-ci illərdə Nuxa qəzasının Bum sahəsində, Yelizavetpol qəza polis sahəsində və Ərəş qəzasının 1 saylı sahə polisində pristav vəzifəsində işləmiş, 1890-cı ildə Yelizavetpol qubematomnun 17 sentyabr 1890-cı il 42 saylı əmri ilə Yelizavetpol qəzasının pristavı təyin edilmişdir. 1895-ci ilin dekabrından 1896-cı ilin yanvarına qədər isə Yelizavetpol şəhərinin pristavı olmuşdur. Ələkbər bəy xidməti işdəki uğurlanna görə. Müqəddəs Vladimir ordeni ilə təltif edilmiş, saray müşaviri rütbəsinə layiq görülmüşdür.

Milli hökumətdə “Əksinqilab ilə mübarizə təşkilatf’nm sədri olmuş N.Şıxzamanh Türkiyədə çap etdirdiyi xatirələrində yazırdı: “Ələkbər bəy 70 yaşlı, uzunboylu, enli kürək, sərt baxışlı, ciddi görkəmli, məntiqli və yerli-yerində danışan, mədəni, cəsarət sahibi, xalqın sevimlisi olan bir şəxsdir. Bütün milli problemlərimizin həll olunmasını da öz üzərinə götürmüşdür. Eyni zamanda Azərbaycan tarixində şah əsərlər yaradan gizli “Difai” fırqəsinin fəxri sədri idi. Bütün xalqımız kimi düşmənlərimiz də onunla hesablaşmaq məcburiyyətində idilər” (“Nağı bəyin xatirələri” səh 50-51).

Ələkbər bəy sözün tam mənasında Gəncənin ağsaqqalı idi. Bu böyük şəhərdə elə bir tədbir, elə bir iş ola bilməzdi ki. Ələkbər bəyin məsləhəti və xeyir-duası olmadan keçirilsin. Təbiətən

130

xeyirxah, mərd, son dərəcə ağıllı və tədbirli insan olan bu şəxsə el ağsaqqalı kimi yüksək nüfuz qazandıran səbəblərdən biri də onun təmənnasız səxavəti, ehtiyac içərisində yaşayanlara əl tutması, xalqın dərd-səri ilə yaşaması idi. 80-ci illərin əwələrində Peterburqda (qardaşı Hadi bəylə, kürəkənləri Mirzə bəylə birlikdə) ziraət üzrə təhsil almış Ələkbər bəy haqqında Şəfi bəy Rüstəmbəyov yazırdı: “Savadlı, rus və türkcəni kamil bilən Ələkbər bəy mətin bir inadla öz təhsilini artırmağa səy göstərmiş, ictimai elmlərlə maraqlanmış, biliklərinin çərçivəsini kenişlən- dirən, ona həyatın bütün məsələlərindən xəbərdar olmaq imkanı verən müxtəlif toplantı və iclaslarda iştirak etmiş və bununla da dəfələrlə Gəncənin ictimai həyatının axarını düzgün məcraya yönəltməyə nail olmuşdur.”

Bəli məhz “düzgün məcraya yönəltməyə”, çünki ilahi tərəfindən fitri ağıl verilmiş bu insanın qismətinə tək öz əqrabasınm deyil, bütün bir elin yükünü çəkmək düşmüşdü və onun səhv etməyə, nəyisə diqqətdən qaçırmağa haqqı yox idi. Tanrının seçdikləri onlan bu seçimə layiq görmüş qüdrətin adına yaraşan işlər gömıəli və bunun üçün əsla qürrələnməməlidirlər.

Bəlkə elə buna görəydi Ələkbər bəyin bir ömrə deyil, neçəsinə yetəcək qədər xeyirxah əməlləri və bu əməllərə təməl olan özəl xüsusiyyətləri vardı. Onun xalq yolunda göstərdiyi xidmətlər saymaqla qurtarası deyildi. Ən başlıcası belə xeyirxah əməllərinin arasında yadda qalanları unudulanlardan qat-qat çoxdur. Ömrünü millətə xidmət yolunda şam kimi əritmiş bu böyük insanın həyatında “Difai” partiyasının üzvü olması. Nəsib bəy Yusifbəyli ilə bərabər Gəncə Milli Komitəsinə rəhbərlik etməsi kimi və onlarla başqa bu cür millətsevərlik, vətənsevərlik nümunəsi sayılacaq əməllər... Yeri gəlmişkən. Xəlil bəy Xasməmmədov, Həsən bəy Ağayev, Aslan bəy Səfıkürdski, Məmmədbağır və Nağa bəy Şeyxzamanhlar, Sarı Hacı Ələkbər, Molla Məhəmməd Pişnamazzadə, Əhməd Cavad və başqa məşhur şəxslər Gəncə Milli Komitəsinin üzvü olublar. Ayrılıqda hər biri bütün Azərbaycan üçün əziz sayılan genefondumuzun bu əvəzsiz incilərini bir yerə yığmaq və onlara ağsaqqallıq etmək asan bir hünərdimi?

131

132

mə’nada Gəncə əhalisinin hansısa problemindən söhbət açılır, dövrün hadisələrinə əsl ziyalı münasibəti göstərilirdi.

M.S.Ordubadi 1911-ci ildə çapdan çıxmış “Qanlı illər. 1905- 1906-cı illərdə Qafqazda baş verən erməni-müsəlman davasının tarixi” kitabında istinad etdiyi faktlann böyük bir qisminin haradan əldə edilməsi barədə yazırdı: “1905-ci il noyabr ayının birindən başlamış hadisələri Əli Əkbər bəy Rəfıbəyov cənabının topladığı rusca bir jurnaldan və sairə məktublardan topladım.”

Təsadüfi deyildi ki, Ələkbər bəy fəal siyasətlə məşğul olduğu üçün 1908-ci il iyulun 31-də general-qubernatorun əmri ilə 5 il müddətinə Orenburq quberniyasına sürgün edilmişdi. Doğrudur, bu sürgün baş tutmamış, o, sərbəst buraıxılmışdı, ancaq hər halda bu bir xəbərdarlıq idi. Çünki Ələkbər bəy kimi bütün quberniyada böyük nüfuz sahibi olan bir şəxsin fəal siyasətə girişməsi çar hakimiyyəti üçün yaxşı heç nə vəd etmirdi və bu yolla onun qarşısına müəyyən səd çəkmək, gələcəkdə hansı tale ilə üzləşə biləcəyini göstərmək istəmişdilər.

Oğlu (Ələkbər bəyin başqa bir övladı, qızı Sura vaxtsız vəfat edib) doğma şəhərə general-qubernator təyin edildiyi ərəfədə bu əvəzedilməz insanın dünyasının dəyişməsi onu tanıyanların hamısını sarsıtmış, bütün Gəncəni yasa boğmuş, Azərbaycanın hər yerindən Ələkbər bəyə qəni-qəni rəhmət oxunan, Xudadat bəyə uca tanrıdan səbr diləndiyi bildirilən teleqramlar daxil olmuşdu. Mustafa bəy Əlibəyov Gəncə vağzalından Xudadat bəy Rəfıbəyova vurduğu teleqramda (19 saylı) yazırdı: “Hürriyyət qəhrəmanı, millətin fəxri babamız Ələkbər bəyin darülbəqaya rəhmət aparmasını Sizinlə bahəm ağlayıram. Fəqət o nurlu, yumşaq qəbrin nurla dolmasını arzu edirəm”.

Hökumətin başçısı Nəsib bəy Gəncə Milli Komitəsində öz keçmiş həmkarının ölümünə ürəkdən acıyırdı: “Azərbaycan xalqına və mənim qəlbimə əziz olan böyük ictimai xadim və Azərbaycanın namuslu vətəndaşı istəkli Ələkbər bəy Rəfibəyovun vəfatı ilə bağlı dərin kədər hissiylə başsağlığı verirəm.”

Parlamentin sədri Həsən bəy Ağayev Bakıdan öz kədərəni belə ifadə edirdi: “Milli itkiylə əlaqədar olaraq dərindən sarsıldım.

133

Sənin dərdinə və ümumi bədbəxtliyimizə səmimi-qəlbdən şərik oluram.”

Nəzərəliyevin Bakıdan vurduğu teleqramda isə hüzn aşağıdakı şəkildə ifadə olunmuşdur: “Son dərəcə dəyərli və əvəzedilməz insan, ictimai xadim olan Ələkbər bəyin vəfatından kədərlənir, dərin hüznlə başsağlığı verirəm”.

Bakıdan Əhməd bəy Pepinovun 1919-cu il aprel

ayının 10-da Xudadat bəy Rəfibəyova vurduğu teleqramda və onlarla başqa telqamlarda da Ələkbər bəyin vəfatından dərin hüznlə başsağlığı verildiyi bildirilir, onun barəsində tam layiq olduğu “millət fədaisi”, “uca şəxsiyyət”, “hamımızın ağsaqqalı”, “İslam aləminin ən dəyərli mücahidi”, “türk islam övladını vəfatıyla ağladan”, “unudulmaz insan, əvəzedilməz dost” və s. ifadələr işlədilirdi.

Ələkbər bəyin xalq, Vtən qarşısında xidmətlərinin nədən ibarət olduğunu bu teleqramlardan daha konkret şəkildə ifadə etmək bəlkə də

mümkün deyil. “Elizavetpolskie qubemskie vedomosti”nin 1909-cu il 24 may

buraxılışında 1909-1913-cü illər şəhər dumasına seçilmiş qlasnilar arasında Ələkbər bəy, Xudadat bəylə yanaşı daha 6 nəfər Rəfıbəyovların (Gəncə şəhər Dövlət Dumasının 60 üzvü vardı) adlan var. Ümumiyyətlə, Rəfıbəyovlar nəslində sayılıb-seçilən şəxsiyyətlər az olmamışdı. Bütün bunları qeyd etməkdə məqsədimiz Xudadat bəyin necə bir nəslin nümayəndəsi, necə

X-A.Pac^^u&feH.uı

MSlHlICTp

134

bir atanın oğlu olduğunu, hansı kök üstdə bitdiyini göstərməkdən daha çox Vətəninin, millətinin layiqli, gərəkli övladları olmuş insanları bir daha yada salmaqla, onların unudulmasına yol verməmək istəyidir. Nə qədər acı da olsa etiraf etməliyik ki, Azərbaycanın ötən əsrlərdə yaşamış Ələkbər bəy kimi neçə uca şəxsiyyəti barəsində sonrakı nəsillər lazımi məlumatlar əldə etmədiklərindən bu gün onların çoxunu tanımırıq. Beləliklə də, nəsillər arasında əlaqənin qırılması milli yaddaşımızda boşluqlar yaradır, itirdiklərimiz milli genofondumuza çətinliklə bərpa edilən yaralar vurur.

Xudadat bəyin uşaqlıq və ilk gənclik illəri həmyaşıdı olan digər ziyalı, imkanlı ailələrin uşaqlarının həyatından bir o qədər də fərqlənmirdi. Valideynləri onun da mükəmməl təhsil alması, öz xalqı ilə yanaşı, Avropa musiqisindən və mədəniyyətindən xəbərdar olması və bir neçə xariçi dil bilməsi qayğısına qalmağa çalışmışdılar. Bu ümumi ssenari ilə həyata hazırlanan yeniyetmə 1888-ci ildə Gəncədə rusdilli klassik gimnaziyasının hazırlıq şöbəsinə daxil olur, iki il burada oxuduqdan sonra birinci sinfə qəbul edilir və 8 il gimnaziyada təhsil alır. 1898-ci ildə 20 yaşı tamam olan Xudadat artıq təhsilini Xarkovda imperator Tibb Universitetinin tibb fakültəsinin cərrahlıq şöbəsində davam etdirirdi. 1904-cü ildə ali tibbi təhsil görmüş bu gənc Xarkovda qalaraq təyinat üzrə 3 il hospitalda ordinator işləyir. Sərbəst həyata atılan və öz yolunu müəyyənləşdirməyə qadir olan Xudadat burada işlədiyi vaxt, 1905-ci ildə yaxın qohumu Mirzə bəyin qızı Cəvahir xanımla ailə qurur və 1907-ci ildə ailəlisi ilə birlikdə Gəncəyə qayıdır (onların 3 uşaqları olub Kamil, Rəşid, Nigar). Bəlkə də 30 yaşlı, hər cəhətdən tam yetkinləşmiş bu gənc həmyaşıdları arasında yeganə şəxslərdən idi ki, onun yolunu bir ailə, bir nəsil deyil, az qala bütün şəhər gözləyirdi. Çünki ölkədən min kilometrlərlə uzaqda təhsilini başa vurmuş həmin gənc Ələkbər bəyin oğluydu və onun atasının əməllərinin davamçısı olacağına həmyerliləri çox böyük ümidlər bəsləyirdilər.

1907-ci il noyabrın 15-də 30 yaşlı Xudadat bəy qubernatorun əmri ilə Afanasyev adına Yelizavetpol xəstəxanasına direktor təyin edilir. Əlbəttə, bu faktın özü təkcə onun biliyinə, təşkilatçı və

135

bacarıqlı olmasına (3 illik iş yerindən aldığı zəmanət) verilən qiymət deyildi, hansı ailədən çıxması da öz rolunu oynamışdı. Ancaq Xudadat bəy ömrünün sonuna qədər bu və ona göstərilən başqa daha böyük etimadlardan sui-istifadə etmədi, əksinə nə qazandığı biliklərlə, nə təcrübə ilə kifayətləndi, infkan düşdükcə öz elmi səviyyəsini, tibbi və başqa sahələrdəki təcrübəsini yüksəltməyə, soyadına layiq olmağa çalışdı. Tibbi təcrübəsini artırmaq imkanlarından birindən o, 1912-13-cü illərdə Sankt- Peterburqda İmperator Kliniki İnstitutunda 6 ay məşhur professorların apardığı 12 ixtisas kursunun dinləyicisi olarkən bəhrələnmişdir. O zaman öz dinləyicilərinə dünya cən'ahlıq elminin ən qabaqcıl təcrübəsinin mənimsədilməsinə cəhd göstərilən bu institutda çox məşhur alimlər, cərrah həkimlər mühazirələr oxuyurdular.

Xudadat bəy sevimli sənəti ilə məşğul olmaqla yanaşı, şəhərin və ümumən quberniyanın ictimai həyatından da geri qalmırdı. Üzərinə tale tərəfindən çətin ziyalı missiyası qoyulmuş bu millətsevər insan doğma atasından əxz etdiyi tükənməz eneıjisi, coşub-qaynayan fəallığı ilə xalqın maariflənməsi, tibbi savadının yüksəldilməsi üçün müxtəlif tədbirlərə əl atır, əhalinin sağlamlığı keşiyində durmaqla öz vəzifə borcunu bitmiş hesab etmirdi. Xudadat bəyin yaxından iştirakı ilə Gəncədə dünya ədəbiyyatının korifeyi, dahi şair Nizami Gəncəvinin məqbərəsinin bərpası məqsədilə xüsusi bir cəmiyyət yaradılmışdı. Eyni zamanda həmin illərdə Gəncədə fəaliyyət göstərən “Aktyorlar cəmiyyətf’nin rəhbərlərindən biri olan Xudadat bəyin dövrü mətbuatda şəhərin mədəni, ictimai həyatına aid çoxlu məqalələri dərc edilmişdir. Nəhayət, onun ictimai xadim kimi xüsusi yer ayırmaq istədiyimiz xidmətlərindən biri də 1914-cü ilə aid idi. Xudadat bəy həmin il həmyerlisi, ondan əvvəl Moskva Universitetinin Tibb fakültəsini bitinniş və sonralar Azərbaycan Milli Şurasının və Parlamentinin sədr müavini olmuş doktor Həsən bəy Ağayevlə birgə Gəncədə “Yelizavetpol tibb cəmiyyəti”ni yaradıb, özü sədr, Həsənbəy isə katib olmuşdur. Azərbaycanın ikinci hökumətində himayə və dini işlər, beşinci hökumətində səhiyyə və ictimai himayə naziri olmuş Musa bəy Rəfiyev də həmin cəmiyyətin üzvü idi.

136

Xudadat bəy 1909-cu il iyulun 1-dən (18 dekabr əmri ilə) 3 illik Yclizavetpol Mahal məhkəməsinin fəxri barışıq hakimi - mirovaya sudya təyin edilir. 1916-eı il mayın 10-da Qafqaz ordusu baş komandanın əmri ilə Qırmızı Xaçın Yelizavetpoldakı idarə heyətinin üzvü kimi çəkdiyi zəhmətlərə görə 3-cü dərəcəli Müqəddəs Stanislav ordeni ilə təltif olunur.

Onun xalq arasında nüfuzunun dunuadan yüksəlməsini görən və bu nüfuzdan öz mənafeləri üçün istifadə etməyə çalışan yerli hakimiyyət 1915-ci ildə Xudadat bəyi kollej müşaviri vəzifəsinə irəli çəkir. Sonrakı illərdəki fəaliyyəti bir daha göstərdi ki, çar hökumətinin yerli vassallarının onun nüfuzunun artmasından öz məqsədləri naminə belə yararlanmaq cəhdləri səbəbsiz deyildi. Ancaq Azərbaycanı əbədi müstəmləkə zəncirində saxlamaq istəyənlər məhz Xudadat bəy kimi şəxsləri hansısa rütbələr, imtiyazlarla şirinikdirib öz tərəflərinə çəkəcəklərinə ümid bəsləməkdə yanılmışdılar.

Xudadat bəy o şəxs idi ki, son nəfəsinə qədər Azərbaycan istiqlalına sadiq qalmış, vətənin ona e’tibar etdiyi yüksək postu özünü fəhlə-kəndli hakimiyyəti adlandıran bolşevik qaragüruhuna təhvil verəndə də təmkinin itirməmiş, hər işi qanun çərçivəsində və əsl zədanganlara layiq amiranəliklə yerinə yetirmişdi. 1920-ci ilin 27 aprel çevrilişinin səhəri günü onun evinə təşrif buyuran Gəncə bolşeviklərinin liderləri hakimiyyəti onlara təhvil veiTnəsini tələb etdikdə, Xudadat bəy belə cavab vermişdi ki, mən əvvəlcə Bakıya zəng vuıum, əgər siz deyən düzdürsə, gəlin qubernatorluğa dövlət vəzifəsini məndən qanun-qayda ilə təhvil alın. Bakıya zəng vurub vəziyyəti rəsmən öyrəndikdən, hakimiyyətin Parlament iclasında bolşeviklərə təhvil verildiyini bildikdən sonra da tələsməmiş, öz vəzifə borcunu hələ iki gün də şərəflə icra etmişdi. O, yalnız aprelin 30-da Nuxa, Ağdaş, Zəyəm, Gəncə qəza rəislərinə teleqram yollayaraq hakimiyyətin bolşeviklərə təhvil verildiyini bildirdikdən, öz müavini, məşhur Xoyskilər nəslindən olan. Fətəli xanın qardaşı Hüseynqulu xan Xoyski ilə lazımi sənədləri imzaladıqdan sonra qubernatorluğu Gəncə inqilab komitəsinin sədri İbrahim Əliyevə venuişdi.

137

Gəncənin baş valisinin öz postunu tərk etməzdən əvvəl imzaladığı 66 saylı son əmr onun iş və insani keyfiyyətləri barəsində dolğun təsəvvür yaradır. Bu əmrində Xudadat bəy Gəncə quberniyasının idarə heyətinə, qubernator dəfətərxanasmm qulluqçulanna, polis məntəqələrinin işçilərinə tapşınlan vəzifələri vicdanla yerinə yetirdikləri, quberniyada əmin-amanlığın, sülhün, sakitliyin bərqərar olmasında ona hərtərəfli köməklik göstərdikləri üçün təşəkkür etmiş, Azərbaycan Respublikasının çiçəklənməsi naminə vəzifə borclarını bundan sonra da vicdanla və səylə yerinə yetirəcəklərinə əmin olduğunu bildirmişdi.

Bəli, qondanna sovet respublikasının deyil, məhz “Azərbaycan Respublikasının çiçəklənməsi naminə”. Rəfıbəyovlar nəslinin nümayəndəsi, 1918-ci il yanvarın 9-12-si arasında Şəmkir yaxınlığında. Dəllər dəmiryol stansiyasında Aslan bəy Səfıkürdski, Şəfi bəy Rüstəmbəyovla birlikdə Qafqaz cəbhəsindən geri qayıdan, lakin özlərini azğmcasma aparan 9 eşolon rus əsgərlərini qarşılayıb, onların tərksilah edilməsinə nail olmuş bir şəxs başqa cür yaza bilməzdi. Yeri gəlmişkən, həmin silahlar sonralar milli qüvvələrimizə verilmişdi. Bu hadisə ilə bağlı xüsusi qeyd edilməyə layiq və iftixar hissi doğuran faktlardan biri Xudadat bəyin içdiyi Hippokrat andına sadiq qalaraq, atışma zamanı yaralanmış rus əsgərlərinə şəfqət bacıları ilə birlikdə tibbi yardım göstərməsidir.

Xudadat bəy Vətənə, millətə təmənnasız xidmət göstərmək üçün yaranmış insan idi. Bu onun hansısa vəzifə tutması, yaxud səlahiyyət sahibi olub-olmaması ilə bağlı deyil, necə deyərlər qanından, genindən gəlirdi. Bu idi Xudadat bəyi heç vaxt ətrafında baş verən hadisələrə biganə qalmağa qoymayan, öz ölkəsinin həqiqətən də böyük vətəndaşına çevirən. Bəzən konkret vəzifə tutan şəxslər ola-ola o, hansısa problem barəsində təcili tədbirlər görülməsi ilə bağlı məsələ qaldırır, kiminsə xoşuna gəlib- gəlməyəcəyini nəzərə almadan əhalinin düşdüyü vəziyyətindən çıxış yollarını göstərirdi. O, 1919-cu ilin martında hələ yeni vəzifəyə təyin edilməmiş Bakıya, Daxili İşlər nazirinə müraciət edərək bildirirdi; “Cəvanşir qəza rəisi və Ağdam pristavı teleqram göndəriblər ki, ermənilər hücum ediblər. Əsas hücum Əsgəranadır. Şuşa şəhərinin yolunun qarşısını kəsiblər. Hələlik yalnız

138

Əsgəranda şiddətli döyüşlər gedir. Bu barədə bilməyiniz və göstərişləriniz üçün məlumat verirəm.”

Yaxud Kürdəmirdən Gəneəyə Ziyadxan bəyə vurulan teleqram: “Şamaxı eraıənilər tərəfindən yandırılıb və ələ keçirilib, xeyli müsəlman öldürülüb və yaralanıb, əksəriyyət qaçqın düşüb, təcili kömək köstərmənizi xahiş edirik.”

Vəziyyət isə həqiqətən də ağır idi. Əsgəran istiqamətindən hücum etməklə kifayətlənməyən erməni quldur dəstələri. Gülüstan kəndi yaxınlığında və ümumiyyətlə imkan düşdüyü hər yerdə Azərbaycan ərazilərinə basqınlar edir, silahsız əhaliyə zülm verir, hətta hökumət qüvvələrini atəşə tutmaqdan da çəkinmirdilər. 1920-ci il aprelin 11 -də Gəncə qubernatoruna Qaraçinar kəndindən raportla müraciət edən Gəncə qəza rəisi Muradov yazırdı: “Zati Alinizə məlumat verirəm ki, Qaraçinar rayonunda elə bir dəyişiklik yoxdur, ancaq erməni qarovulları əvvəlki təki Gülüstan kəndi tərəfindən bizim süvari mühafizə dəstələrimizi atəşə tuturlar. Mənim tərəfimdən 30 nəfər silahlı atlı dəstəsi yaradılıb ki, həmin ermənilərin yaxın kəndlərə hücumunun qarşısı alınsın.”

Xudadat bəy Rəfibəyov F.X.Xoyskinin təşkil etdiyi Azərbaycanın ikinci hökumətində (17 iyun - 7 dekabr 1918-ci il) xalq səhiyyəsi və himayə naziri olmuş, sənaye və ticarət naziri olan A.Aşurovla bərabər müəyyən müddət eyni zamanda ərzaq naziri vəzifəsini icra etmişdir. Hökumətdaxili dəyişikliklərlə əlaqədar olaraq, 1918-ci ilin 6 oktyabrından etibarən M.Rəfiyev himayə və dini işlər naziri təyin olunduğu üçün son iki ay yarım, dekabrın sonuna qədər o, yalnız xalq səhiyyəsinə rəhbərlik etmişdir.

Səhiyyə naziri işlədiyi qısa müddətdə Xudadat bəy bu sahənin idaretmə strukturunun təşkili, Bakıda ilk ekspertiza laboratoriyasının yaranması, dərmanlar, tibbi ləvazimat və avadanlığın saxlanması üçün xüsusi anbarın tikilməsi və s. işlərin görülməsinə nail olmuşdur. Nazirlikdə o vaxt beş şöbə fəaliyyət göstərirdi.

Xudadat bəy bu yüksək postu tərk etdikdən sonra vaxt itinnədən Gəncəyə qayıtmış, quberniyada səhiyyə işinin təşkili ilə məşğul olmağa başlamışdı. Əslində nazirliyə, qubernatorluğa.

139

yaxud başqa hər hansı vəzifəyə can atmayan bu sadə insanın nəzərində ən böyük post şəfalı əlləri ilə sevdiyi xalqına təmənnasız xidmət göstərmək idi. İndi yenidən bu imkanın qayıtmasından sevinirdi. Əhali isə tamam başqa fıkirdəydi, öz gələcəyinə qəti təminat yaratmaq istəyən əhali ondan tə’kidlə Gəncənin qubernatoru olmasını tələb edirdi.

İllər keçdikdən sonra ikinci oğlu Rəşid Rəfıbəyov həmin günləri belə xatırlayacaqdı: “Əvvəlki kimi xəstəxananın baş həkimi qalmaq, camaata tibbi yardım gstərmək niyyətində idi. Lakin şəhərin, ətraf rayon və kəndlərin əhalisi razı olmurdu. Bayram və matəm günlərində Gəncənin müxtəlif rayonlarının əhalisi, başda ağsaqqallar və din xadimləri olmaqla bizim Zərdabi küçəsindəki evimizin yanma gəlir və tələb edirdilər ki, atam qubernatorluq vəzifəsini tutmağa razılıq versin, şəhərdə və kəndlərdə hərc-mərcliyə, ayrı-ayrı quldur dəstələrin törətdiyi qırğına, soyğunçuluğa və başqa yaramazlıqlara, dini ədavətə, qan düşmənçiliyinə son qoyulsun”.

Azərbaycan isə doğrudun da, ağır durum qarşısındaydı. Gəncəyə qarnizon rəisi general-mayor Novruzova Baş Qərargahın rəisi M.Sulkeviç tərəfindən həmin dövrdə göndərilən 5008 saylı hərbi xarakterli teleqram da bir daha göstərir ki, həm Qazax, həm də Qarabağ istiqamətində hərbi vəziyyət son dərəcə təhlükəli həddə çatmışdı və ermənilərin hər an gözlənilən sərhədboyu hücumlarının qarşısının alınması üçün təxirəsalınmaz tədbirlər görülməsi tələb olunurdu: “Gəncə qarnizonunun rəisi general- mayor Novruzova Gəncə quberniyası və Qazax general- qubematorluğunda Emıənistanla sərhəddə mühafizənin təşkili və təcili partizan dəstələri yaradılması üçün bütün tədbirlərin görülməsi həvalə olunmuşdur. Adminstrasiya bütün bunlarda, xüsusilə qoşunları sərhədin təhlükə gözlənilən məntəqələrinə vaxtında çıxarılması və onları yaxınlıqdakı partizanlar vasitəsilə qüvvətləndirmək üçün sərhəd rəhbərliyi tərəfindən toplanmış bütün məlumatların çatdırılmasında ona hərtərəfli köməklik göstərməlidir. Hərbi nazirin bu barədəki əmrinə görə məlumat çatdırır və göstəriş verirəm. Bu teleqramın surətini məlumat və

140

göstəriş üçün Gəncə qubernatoruna və Qazax general- qubernatoruna göndərin”.

Xudadat bəy Gəneə qubernatoru olduğu müddətdə Ermənistandan və Zəngəzurdan axışıb gəlmiş 20 min qaçqını yerləşdirmiş, Gəneə camaatını, imkanlı adamları onlara kömək göstərmək üçün səfərbər etmişdi. Çətin vəziyyətdə əhalinin müdafiəsinin təşkilini ən mühüm vəzifə hesab edərək qubernator kimi bu sahədə başqa bölgələrə də nümunə olaeaq işlər göımüşdür. Bakıdan Daxili İşlər naziri Xəlil bəy Xasməmmədovun təeili teleqramla “1894-1899-cu illərdə anadan olmuş gənelərin hərbi mükəlləfiyyəti yerinə yetirməyə cəlb olunmaları haqqında əmr”ini operativ surətdə həll edən Xudadat bəy bu fəaliyyəti ilə Azərbayean ordusunun yaradılmasına müvafiq köməklik göstərmişdi.

Bir yandan da bolşeviklərin ölkə daxilində sabitliyi pozmağa, hökuməti hər vasitə ilə nüfuzdan salmağa və devirməyə cəhd göstərmələri quberniyalarda əks tədbirlər görülməsi zərurətini yaradırdı. AR Hərbi naziri 21 aprel 1919-eu il, 1663 saylı raportunda: “bolşeviklər tərəfindən orduda təbliğat aparıldığını məlumat verir”. Baş Nazirdən “ordunu və bununla da Azərbaycanın müstəqilliyini saxlamaq uğrundakı ümumi mübarizə işində köməklik məqsədilə general-qubernatorlara və qubernatorlara müvafiq təmimi sərancam” verilməsini xahiş edirdi (ARDA, f 894, S.7, iş 5, V.50).

Təbii ki, bu əmrlərin lazımi səviyyədə yerinə yetirilməsi bölgələrə rəhbərlik edən şəxslərin fəaliyyətindən, işə məsuliyyətli münasibətindən asılı idi. Yerlərdə Xudadat bəy kimi rəhbərlərin olması düzgün və operativ qərarlar qəbul edilməsinə, Azərbaycan hökumətinin dayaqlarının möhkəmləndirilməsi yolunda ardıcıl tədbirlər görülməsinə ən etibarlı zəmanət sayıla bilərdi. Xudadat bəyin istintaq işində öz əlilə təqribən 1919-cu ilin ortalarında yazdığı belə bir qeyd var: “General Novmzov təcili surətdə partizan dəstələri təşkil etməyə başlamalıdır. Lazım gəldikdə bu qüvvələr şiimal sərhədlərinə keçirilə bilsinlər”. Azərbaycanın müstəqilliyinə ən böyük təhlükənin haradan gözlənildiyini çox dəqiq müəyyənləşdirən bu dövlət adamının vaxtında düzgün qərar qəbul

141

etmək bacarığını sübut üçün neçə-neçə belə tutarlı dəlil tapmaq mümkündür.

Ölkənin taleyi ilə bağlı problemlərdən əslində başı açılmayan X.Rəfıbəyovun Gəncənin mədəni həyatında yaxından iştirakına da qibtə etməmək olmur. Müəllimlər İttifaqı idarə heyəti sədrinin ona yazdığı məktubdan aydınlaşır ki, o, belə tədbirlərdən heç vaxt kənarda qalmırdı. Həmin məktubda sədr acizanə xahiş edir ki, Müəllimlər İttifaqının oğlan gimnaziyasının zalında 26 fevralda tamaşaya qoyulmuş Naydyonovun “Vanyuşinin uşaqları” pyesində iştirak etməsi ilə onları şərəfləndirsin.

Xudadat bəyin istintaq işində Ədliyyə nazirliyi üzrə 4 iyun 1919-cu il tarixli əmrin surəti saxlanılır. Bu əmrdən aydın olur ki. Ədliyyə naziri A.Səfıkürdlünün 1 iyun 1919-cu il, 2694 saylı əmri ilə 1 yanvar 1919-cu ildən etibarən aşağıda adları çəkilən bir qrup şəxs Gəncə dairəsi Dairə məhkəməsinin fəxri hakimləri təyin ediliblər və həmin əmrin surəti məlumat üçün Gəncə dairəsi Dairə məhkəməsinin fəxri hakimi doktor Xudadat bəy Rəfıbəyova göndərilib.

Təyin edilənlər arasında bu gün də adları Azərbaycanın tanınmış şəxsiyyətləri, görkəmli dövlət, elm, mədəniyyət xadimləri arasında fəxrlə çəkilən unudulmaz insanlar var:

1 .Böyük bəy Ağasıbəyov; 2. Gəncə qubernatoru ibrahim ağa Vəkilov 3. Torpaq işləri üzrə rəis İsmayıl bəy Hacıyev 4. Cavad bəy Cuvarlinski 5. Gəncə xəstəxanasında həkim Həmzə bəy Zeynalov 6. Məmməd Xan Ziyadxanov 7. Gəncə kişi gimnaziyasında direktor İoseliani 8. Volqa-Kama bankının müdiri A.Kolakovsk 9. Qafqaz bankının müdiri A.A. Kələntərov 10. Mirzə bəy Qazıyev 11. Himayə nazirliyi, səl. nüm. Həsən bəy Fəttahov 12. Doktor Xudadat bəy Rəfıbəyov 13. Qarşılıqlı kredit üzrə kommersiya cəmiyyətinin sədri

Məşədi Əli Rəfiyev 14. Gəncə dairə məhkəməsinin baş notariusu Rıbin

142

15. Doktor Ağalar bəy Səfıkürdski 16. Gəncə qubernatorunun köməkçisi Hüseynqulu Xan

Xoyski 17-Mirovoy hakim ehtiyat. Mürsəl bəy Şahmahyev IS.Nuxa qəzasının mülkədarı Adil Xan Yesaullu 19. Nuxa kişi gimnaziyasının direktoru Məmməd bəy

Rəşid bəy oğlu Əfəndiyev 20. Doktor Məmməd Rza Vəkilov 21.Seminariyanın direktoru Firudin bəy Köçərli Zənnimcə, Xudadat bəylə yanaşı Azərbaycan ədəbiyyat

tarixinin ən böyük tədqiqatçısı, ədəbiyyatşünaslığımızın banisi Firudin bəy Köçərlinin, görkəmli generallarımız və dövlət xadimlərimiz ilk müstəqil respublikamızın Daxili İşlər naziri işləmiş İbrahim ağa Vəkilovun və Gəncə qubernatorunun köməkçisi Hüseynqulu Xan Xoyskinin, dövlət və ictimai xadim. Aslan bəyin qardaşı Ağalar bəy Səfıkürdskinin adlarını çəkmək kifayətdir.

Xudadat bəy Vətənin hansı bölgəsində baş verməsindən asılı olmayaraq, daim ümummilli problemlərin həllinə çalışdığı, bu sahədə əsl vətənpərvərlik nümunəsi göstərdiyi üçün nəinki qubernator olduğu Gəncədə, bütün Azərbaycanda hörmət və nüfuz sahibi idi. Müvəqqəti Naxçıvan hökumətinin adından həmin hökumətin sədri 5 iyul 1919-cu ildə Xudadat bəy Rəfıbəyova yazırdı: “Naxçıvan, Şərur və Ordubadın bütün əhalisi Naxçıvan hökumətində həqiqi xidmətdə hesab edilirlər. Siyasi və hərbi mülahizələrlə onların hamısı təcili vətənə qaytarılmalıdırlar. Həmin rayonları Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi hesab edərək və Zati alilərinizə müraciətlə aşağıdakıları xahiş edirəm: yuxarıda göstərilən rayonların Bakı-Batum istiqamətində hərəkət edən bütün sakinlərini istisnasız saxlamaq üçün Gəncə stansiyasında xüsusi məmur tə’yin edəsiniz, onlardan bütün sənədləri və yaşayış vasitələrini almaq, qaçmağa hər hansı cəhdin qarşısının kəsilməsi üçünsə onlarda olan pullan cüzi xərclik saxlanılmaqla, qol çəkərək təhvil götürmək. Naxçıvan rayonları sakinlərinin tanınması üçün Naxçıvan Milli Komitəsinin üzvü Məşədi Məmmədəli Rəhimzadəni Zati alilərinizin sərancamına

143

göndərirəm. 4-5 gün ərzində özüm Siz Zati alilərinizin yanına gəlmək və yuxandakı məsələlərlə bağlı şifahi danışmaq istəyirəm. Sədaqət və dərin hönnətlə Hacı Mehdi Bağırov.”

Xudadat bəyin həbs və ən ağır cəzaya məlikum edilməsi ilə bağlı 158 səhifəlik arxiv-istintaq işi. Bu iş Azərbaycan Fövqəladə Komissiyasının 298 saylı cinayət arxiv işi kimi 1920-ci ilin may ayında başlanıb və hazırda MTN arxivində PR 36409 saylı iş qovluğunda saxlanılır. İşin üzərində belə bir dərkənar var: “Yol.Pobelyansk aydınlaşdırın nəyə əsasən arxivə düşmüşdür. 512.” İşi birinci dəfə 4.04.1922-ci ildə FK əməkdaşı Tvanov qeydə almışdır.

X.Rəfıbəyov 1920-ci il may ayının 12-də 11-ci ordunun inqilabi şurasının yanında 8-ci xüsusi bölmənin əməkdaşı tərəfindən həbs edilərək elə oradaca saxlanıb. Həmin qeydlər olan kağızın üstündə dərkənar qoyulub: “Dindirilmədən 11-ci ordunun xüsusi şöbəsinə göndərmək. 14.05.20.”

Xudadat bəyin həbsə alındığı gün Nikolay Qriqoryeviç Babakevxyants adlı Gəncə şəhərində yaşayan bir nəfər eiTnəni şahid kimi 11-ci ordunun xüsusi şöbəsinin müstəntiqi tərəfindən dindirilərkən aşağıdakılan bildirir: “Rəfıbəyovu mən keçmiş sakin kimi tanıyıram. O, əvvəllər eərrah həkim idi. Gəncə şəhər müsəlman əhalisinin və onların böyüklərinin israrlı xahişlərindən sonra müsəlmanların əsl müdafiəçisi kimi Azərbaycan hökumətinin qubernator vəzifəsini qəbul etmişdi. Özünün qubematorluğu dövründə o, qeyri-müsəlman əhaliyə qarşı tam dözümsüzlük nümayiş etdinniş və onu keçmiş quldurlar vasitəsilə müdafiə edən Gncə quberniyasında məşhur olan Qəmbər və Sarı Ələkbər İmamqulu oğluya arxalanaraq (bu şəxslərin hər ikisi məşhur Gəncə üsyanında iştirak etmişdilər - L.Ş), sonuncu şəhər jandarmasınm başçısı təyin edilərək quberniyada qanunsuzluqlar törədilməsində qubernatorun yardımçısı olmuşdur. Rəfıbəyov qubernator təyin edildiyi gündən xristianlara qarşı törədilmiş bir cinayət də açılmayıb. Şikayətlərlə bağlı Rəfıbəyova müraciətlər bir qayda olaraq yerinə yetirilmirdi. Son vaxtlar Gəncə qəzasının erməni kəndləri Rəfıbəyov tərəfindən təşkil edilmiş müsəlman quldur dəstələri tərfındən talan olunur və yandırılırdı. Dəstələrin başçıları

144

onun tərəfindən təyin edilirdilər və onların adları Qaraçinar dəstəsinin Bakıda yerləşən keçmiş rəisi podpolkovnik Pnakadzeyə yaxşı tanışdır. 1917-ei ildə Türkiyə cəbhəsindən qayıdan rus eşolonlarını güllələyən müsəlman quldur dəstəsinin başında Rəfıbəyov dayanmışdı. Rəfıbəyovun fəaliyyəti haqqında daha ətraflı məlumatı onun dəftərxanasının keçmiş rəisi Konstantin Vladimiroviç Qrabovski verə bilər.”

Həmin ittihamla bağlı münasibətini bildirən Xudadat bəy bunların haradan qaynaqlandığını, nə məqsədlə deyildiyini yaxşı başa düşürdü və ona görə də özünü az da olsa, müdafiə etməyə çalışırdı: “Mənim fəaliyyətlərim barəsində rəy və xasiyyətnaməni isə yalnız ermənilər deyil, mslar, almanlar, gürcülər, yəhudilər və digər millətlərdən olanlar, həmçinin Həmkarlar ittifaqı, Gəncə həkimlər ittifaqı. Qızıl Xaç kimi təşkilatlar da verə bilər.

Qatı daşnak olduğu üçün dəfələrlə türməyə salınmış Babakevxyansm ərizəsinə gəlincə, o tamamilə vecsizdir və həqiqətə uyğun deyildir.”

Ancaq onu da yaxşı başa düşürdü ki, müstəntiq Safıkyana və onun kinlilərin himayəçisi olan bolşevik hakimiyyətinə bütün bunların heç bir təsiri ola bilməzdi, çünki Gəncə valisini ən yüksək cəzaya məhkum etmək qərarı artıq bu proses başlanmazdan, həbs qərarı qəbul olunan andan verilmişdi. Bu qərarı ən yaxşı halda bir neçə gün və uzağı bir-iki həftə uzatmaq olardı. Sonra isə Gəncə üsyanı gəlirdi və bu üsyanın başlanması Xudadat bəyin ölüm hökmünü mütləqləşdirməklə, onu bolşevik məntiqi ilə tamamilə ədalətli bir qərara çevirirdi. Onun vali olduğu şəhərdə üsyana hazırlıq işləri gedibsə və o, bu hadisədən cəmi iki həftə əvvəl həbs olunubsa, daha hansısa dəlil-sübut toplanmasına ehtiyac qalmırdı. Ancaq hələ mayın 24-ü gəlib çatmamışdı və düşmən obrazını yaratmaq üçün bu ittihamların yerinə başqalarını düzüb- qoşurdular. Sovet hakimiyyətinin lap sonrakı on illiklərində də qüvvədən düşməyən bir prinsip özünə yaşamaq hüququ qazanırdı: “Təki insan olsun, maddə tapmaq asandır”.

8-ci xüsusi bölmənin rəis müavini Kobsev Xudadat bəy Rəfıbəyovun mənzilində axtarış apannaq barədə 125 saylı order imzalayır. Bu orderlə elə həmin gün (12 may 1920-ci il) Xudadat

145

bəy Rəfıbəyovun mənzilində Qriqoryan və Kobsev tərəfindən İsmayılzadə, Əsgərbəyov, Əmirovun iştirakı ilə axtarış aparılır. Nəticədə bir neçə silah, o cümlədən türk mauzeri № 44 677, rus tüfəngi № 17715, ordu şaşkası, rus tüfəngi № 97852, rus tüfəngi №18838, Kolt pulemyotunun lüləsi, patrondaş, tapança, naqan №59287, naqan sistemli tapança №18950, Brauninq sistemli tapança №09732, rus naqanı üçün 26 güllə, Brauninq kiçik həcmli №40658, onun üçün 25 ədəd güllə, 6 ədəd başqa güllə və müxtəlif yazışmalar tapılıb müsadirə edilir.

Gəncə qubernatorunun həbsində ermənilərin xüsusi canfəşanlıq nümayiş etdirmələri, onun barəsində yeni hökumətə dalbadal donoslar ötürmələri, hətta mənzilində axtarışın Qriqoryanın rəhbərliyi altında aparılması və onlarla bu sayaq faktlar da Xudadat bəyin həbsinin hər şeydən əvvəl siyasi motivlərlə bağlı olduğunu inkar etməyə əsas vermir. Ermənilərin ona qarşı açıq düşmənçilik bildirmələrinə, hər vasitə ilə məhv edilməsinə çalışmalarına gəlincə isə, bu sadəcə doğma xalqının erməni daşnakları və başqa tör-töküntülərdən müdafiəsi yolunda qeyrət göstərmiş bir türk oğluna qarşı patoloji nifrətdən, milli ədavət hisslərindən başqa bir şey deyildi. İndi bolşeviklərlə əlbir olmuş ermənilər birincilərin daha çox siyasi, özlərinin isə milli məqsədlərinin reallaşması naminə gələcəkdə böyük sovet imperiyası yaradacaq qüvvələrin əlində vasitəyə çevrilməyə razılaşmaqla intiqam planlarını gerçəkləşdirməyə başlamışdılar. Xudadat bəy kimi şəxslər məhv edilməyə məlıkum idilər, çünki onlar Azərbaycanın müstəqilliyinə xidmət göstərməklə həm Qafqaz xalqlarına azadlıq vədlərindən başqa heç nə vermək fikrində olmayan bolşeviklərin, həm də Azərbaycanı parçalamaqla yeni-yeni torpaqlar ələ keçirmək istəyən daşnakların arzulan əleyhinə çalışmışdılar. Baxmayaraq ki, Xudadat bəy heç bir siyasi partiyanın üzvü deyildi və milli mənafelərə xəyanət etməyəcək hər hansı milli qüvvə tərəfindən təşkil olunan hökumətdə bir çox vəzifəni tutmağa həm savadı, həmtəcmbəsi imkan verərdi, yəqin ki, belə təklifdən özü də imtina etməzdi. Ancaq bütün bunlara baxmayaraq, o, yenə də siyasi düşmənlər cərgəsinin önündə dayananlar arasında idi, çünki yeni hökumət milli ideyalardan

146

tamamilə uzaq məqsədlərə xidmət edirdi. Məhz bu səbəbdən də istintaq qovluğunda deyilən kimi “Gəncədə yaşayan, ailəli, üç uşaq atası, evi və bağı olan, bitərəf. Universitet qurtarmış, 43 yaşlı Rəfıbəyov Xudadat bəy ... qatı düşmən idi.”

“Qatı düşmən idi”, çünki bir vaxtlar milli hökumət quruculuğuna mane olan hər cür düşmən hərəkətlərinin qarşısını qətiyyətlə almışdı. Azərbaycan Xalq Cümhuriyyəti dövlətinin möhkəmləndirilməsi və tərəqqisi naminə vicdanla, sədaqətlə xidmət göstərmişdi.

“Cənab Hərbi nazirin 21 aprel 1919-cu il № 1663 məktubunu bununla bərabər göndərir Zati alilərinizə bu məsələyə xüsusi diqqət yetirmənizi, ordunun bolşeviklərin zərərli təbliğat və siyasətindən qorunması, həmçinin bu bəlanın qarşısının alınmasında hərbi rəislərə hərtərəfli köməklik göstərilməsində ən qəti tədbirlər görmənizi təklif edirəm.” Bunlar Daxili İşlər naziri əvəzi Ağabəyovun Xudadat bəy Rəfıbəyova 17 may 1919- cu ildə göndərdiyi 118 saylı məxfi məktubda qeyd olunub. Bolşeviklərin əlində nəinki bu cür məxfi hökumət sənədləri, həm də həmin tapşırıqların bu gün ittiham edilən şəxs tərəfindən necə yerinə yetirilməsi barədə müfəssəl məlumatlar var idi və Xudadat bəyin həbsinə fənnan verilməsi üçün başqa bir dəlil-sübuta ehtiyac qalmırdı.

15 may 1920-ci ildə 32-ci diviziyanın nəzdindəki 8-ci xüsusi bölmə 1087 saylı məktubla bərabər “nömrəsiz işi, həbs edilən keçmiş qubernator Xudadat bəy Rəfıbəyovla birlikdə” 11-ci ordunun inqilabi şurası yanındakı xüsusi şöbənin sərancamına göndərir.” Mayın 17-də ünvanda qeydİ5^atdan keçirilmiş sənədi bölmənin rəisi və katibi imzalayıb.

İşdə saxlanılan materiallar arasında Çaykənd kənd cəmiyyətinin sədrinin adından 32-ci diviziya yanında 8 №-li xüsusi şöbənin rəis müavininə 13 may 1920-ci ildə yazılmış bir sənəd ətraf ərazilərin erməni sakinlərinin Xuxadat bəyi özlərinə həqiqi düşmən hesab etdiklərini və onun həbsi üçün dəridən qabıqdan çıxdıqlarını bir daha təsdiqləyir: “Məlumat verirəm ki, (hansısa kəndin) xristian əhalisinin rəhbərliyi və inkişafı barədə tapılan

147

sənədləri sülh konfransına çatdırılmaq üçün Qarabağdan İrəvana göndərirəm.

Təqribən bir ay əvvəl, yerli müsəlmanlara Azərbaycan hökumətinin (müsavat) göstərişi ilə erməni kəndlərini tərksilah etmək, partizan dəstələri düzəldib Qaraçinar kəndini atəşə tutmaq təklif edilmişdi. Ondan sonra həmin dəstə Gəncə qazasının Erkəc, Aşağı Ağcakənd, həmçinin Yuxarı Ağcakənd kəndlərinə gəlməyə başladı”.

Məktubda daha sonra göstərilir ki, guya onlar bir qrup kənd sakini Qaraçinar kəndinə gediblər ki, danışıq aparmaqla müsəlmanların hərəkətlərini dayandırsınlar. Burada onları qubernatorun yanına gətiriblər və o, heç nə soruşmadan onları həbsxanaya atdırıb. Tümıədə onlar döyülüb, təhqir ediliblər, guya hətta dinlərinə görə də söyülüblər. Məktubda daha sonra Y. Ağcakəndin məruz qaldığı itkilər barədə danışılır və itkilərin siyahısı göstərilir. Yalnız maddi şeylər və əsasən ərzaqdan ibarət olan bu zərərə görə kömək göstərilməsi xahiş edilir və “bolşeviklərin gəlməsi nəticəsində mən türmədən xilas oldum, hazırda azadlıqdayam” deyilir. Gəncə quberniyasının Yuxarı Ağcakənd kəndinin sakini Bala Şahnəzərov.”

Həmin məktuba B.Şahnəzərov Xudadat bəy Rəfıbəyovun həbs edildiyi gün, 12 mayda imza atıb.

Mayın 13-də milliyətcə erməni olan iki nəfər Mənəşid kənd sakini isə 32-ci atıcı diviziya yanında 8-ci xüsusi bölməyə “Xudadat bəy Rəfıbəyov və Səfıkürdskinin başçılıq etdikləri dəstələrin 1917-ci ildə Şamxor və s. stansiyalarda onların qardaşlarını (ruslar nəzərdə tutulur - L.Ş.) vəhşicəsinə öldürdüklərini, ölənlərin meyidlərini soyduqlarını və kanala, quyuya atdıqlarını, sağ qalanları isə diri-diri yandırdıqlarını” bildirirlər.

Başqa bir ennəninin guya onlar yaşayan kəndlərin əhalisinin Xudadat bəy Rəfıbəyovun “quldur dəstəsi” tərəfindən talan edildiyi barədə eyni ünvana yazdığı təcili donosunda yenə də eyni xarakterli yalanlar uydurulur və guya Xudadat bəy Rəfıbəyovun hətta İsa peyğəmbəri təhqir etdiyi də göstərilir. Sonluqda o həmkəndliləri adından bolşeviklərin humanizminə ümid

148

bəslədiklərini bildirir. Bir qrup erməni isə (Sərkisov, Ovanes Vartanov, Ambursum Gevorkova, Ovanes Akopov, Yeqiş Gevorkova, Arutyunova və b.) Xudadat bəyin quldur dəstəsinin Mustafabəyovun iştirakı ilə mal-qaralarını apardığından, var- yoxlarını taladığından şikayət edir.

İstintaq davam etdikcə donoslarm sayı artır, X.Rəfıbəyovun məhv edilməsi üçün ermənilər istintaqa yeni-yeni “faktlar” təqdim edirdilər. İş yeni-yeni “sənədlər”lə dolurdu.

“Hörmətli Xudadat bəy! Mənə çatan məlumata görə əsgərlər yük stansiyasında bir

neçə nəfər türk təbəəsi olan erməni qaçqınını həbs etmiş və onlardan bəzilərini döymüşlər. Xahiş edirəm həbs edilənlərin azad olunması və təhlükəsizlikləri üçün təcili tədbirlər görəsiniz. Dərin hörmətlə Parlament üzvü İ.Xocayev (parlamentdə erməni fırqəsinin üzvü idi - L.Ş). 1 mart 1920-ci il”.

Xudadat bəy istintaq materialları arasında saxlanılan izahat xarakterli məktubunda yazırdı: “... Rəsmi şikayətlərə gəlincə, bildirirəm ki, məndə olan sənədləri təqdim etmək imkanım olsa, görərdiniz ki, Qaraçinar, İrəvan, Çaykənd kəndlərinin erməni əhalisinin sülh yolu ilə birləşdirilməsi üçün bütün tədbirləri görmüşəm. Bu kənd icmalarının əhalisi 1917-ci ildən bəri heç bir hakimiyyəti qəbul etmir, daşnak tayfalan tərəfindən terror edilirlər. İrəvandan gəlib yerli cinayətkar elementlər tərəfindən ilhamlandırılan bu icmalar fəlakətlər törədir, aran müsəlman əhalisinə köç etməyə imkan vermir, pusqu qurub onların yollarını kəsir, sularını bağlayır, əkinləri suvarmağa imkan vermirdilər və müsəlmanlar da bununla əlaqədar dəfələrlə şikayət etmişlər. Hətta ermənilər hakimiyyət nümayəndələrini belə qəbul etməyib deyirdilər ki, yalnız Qarabağ milli şurasını etiraf edirlər. Onlara Gəncə və Qarabağın sərhədlərinin keçmişdəki kimi qalması, özlərinin də Gəncə uyezdinə tabe olması barədə sənəd təqdim ediləndən sonra da Gəncə və Cavanşir uyezd rəislərinin iştirakı ilə aydınlaşdı ki, onlar heç bir hakimiyyəti qəbul etmir, Ermənistandan kömək istəyirlər. Nəhayət erməni icmasının yerli nümayəndələri - Gəncə şəhər başçısının müavini, parlament üzvü kimi məqam sahiblərinə və bir neçə başqalarına müraciət etdim.

149

Bütün vasitələr qeyd etdiyim icmaların Gəncə vilayəti rəhbərliyinə tabe edilməsi işində köməklik göstəraıədi.

Hökumətə xəbər verildi. Hökumət də tabe olmaq haqqında qəti qərar qəbul etdi.”

Əlbəttə, Xudadat bəyin ittiham edilməsi üçün onun Gəncə qubernatoru kimi bolşeviklər əleyhinə gördüyü tədbirlərin biri ilə bağlı məlumat vermək də kifayət idi, ancaq ermənilərin bu donoslarına işdə belə səxavətlə yer ayrılması heç də təsadüfi deyildi. Əslində bunlann bir hissəsini Çekada müəyyən səlahiyyət sahibi olan erməni əməkdaşların özləri təşkil etmişdilər. Guya bu “faktlar”la Xudadat bəyin xalqa qarşı zorakı hərəkətlərə yol verdiyini göstərmək və nəticə etibarı ilə milli Azərbaycan hökumətinin özünün xalqa zidd mahiyyət daşıdığı təsəvvürünü yaratmaq istəyirdilər. Belə olduğu təqdirdə “zəhmətkeşləri təmsil edən” bolşevik hakimiyyətinin ən qanlı cəza tədbirlərinə əl atmasına tamamilə qanuni don geydirilə, aprel çevrilişinə haqq qazandırıla bilərdi. Xudadat bəy yuxarıda göstərilənlərlə yanaşı, əgər istintaq prosesi mayın 25-nə qədər davam etdirilsə idi, Gəncədə üsyan törədilməsində iştirak etməkdə də ittiham edilə bilərdi. Özü də bu cür ittihamlan sübuta yetirmək üçün yeni rejimin hansısa dəlil-sübutlar gətirməsinə heç bir ehtiyac duyulmurdu. Ən qəribəsi isə bu idi ki, bolşevik çekasmm, sonrakı dövrdə enkevedesinin istənilən ittihamın doğruluğunu təsdiqləyən istənilən qədər sübut “tapa bilməsinə” kimsə şübhə etmirdi. X.Rəfıbəyovun Gəncə üsyanında iştirakına gəlincə, bu barədə M.Ə.Rəsulzadənin onun haqqında yazdığı təəssüf dolu sətirlərdə də müəyyən işarələr var: “Məşhur vətənsevən Əli Əkbər Rəfıbəylinin oğlu Xudadat bəy Azərbaycanın işğalı üzərindəki Gəncədə vali” ikən həbs olunmuş, Gəncədə zühur edən üsyan əsnasında edam edilmişdir. Fədakar bir millət adamı idi”.

Əslində Xudat bəyin Gəncə üsyanında hansı şəkildəsə iştirakı heç bir şübhə doğurmur, əksinə milli dövlətin möhkəmləndirilməsi naminə həm özünün, həm də ailəsinin həyatını zərbə altında qoymaqdan çəkinməyən bir insanın bolşevik istilasına qarşı əvvəlcədən planlaşdırılan belə bir kütləvi etiraza qoşulmaması təəccüb doğurardı. Üsyana hazırlıq isə həqiqətən də, xeyli

150

əvvəldən başlanmışdı və milli hökumətin devriləcəyi təqdirdə məhz Gəncədə həyata keçiriləcək belə kütləvi etiraz aksiyasının planlaşdırılması Xudadat bəydən gizli saxlana bilməzdi. Əksinə vali kimi sözsüz ki, o, bütün bunlar barəsində ən birinci və daha müfəssəl şəkildə məlumatlandırılmışdı.

Nağı bəy Şıxzamanh xatirələrində yazırdı: “Bir həftə Gəncə ətrafındakı kəndlərdə dolaşdıq. Hər yerdə qızğın hazırlıq gedirdi. Gəncə şəhəri və kəndləri bolşeviklərə qarşı üsyana hazırlaşırdılar. Böyük toplantı. Hər kəs fikrini söyləyir, qərarlar qəbul edilirdi. Şəhərdəki Gəncə alayının komandiri mərhum Cahangir bəy də yığıncaqda iştirak edirdi.”

Xudadat bəy haqqında 298 saylı cinayət işinin 1990-cı il iyul ayının 2-də Az.SSR prokurorluğu tərəfindən ləğvində, onun bəraət almasında qohumu, əməkdarvhüquqşünas Akif Rəfiyevin gərgin zəhməti olub.

Xudadat bəyin özü kimi bu nəslin neçə-neçə başqa nümayəndəsi də Azərbaycan istiqlalı yolunda sədaqətlə xidmət etmiş, müstəqilliyimizə düşmən kəsilən qüvvələrə qarşı banşmaz mövqe tutmuşlar. Onlardan böyük bir hissəsi azadlıq və millətsevər Rəfibəylilər nəslinin axırına çıxmaq istəyən rejim tərəfindən vətəndə repressiyalara məruz qalmış, bir hissəsi isə həbsdən canmı güclə qurtarıb xaricə mühacirət etmişdir. Sonuncu qrupa aid şəxslərdən ikisi, Xudadat bəyin əmisi oğlanları - Əyyub bəy və Səməd bəy haqqında xüsusi bəhs etmək istərdik. Ömürlərinin daha böyük dövrünü qardaş Türkiyə dövlətində, mühacirətdə keçirmək məcburiyyəti qarşısında qalmış bu iki mücahid vətəni Azərbaycanda milli hökumətin devrildiyi aprel çevrilişi baş verəndə tərk etmişdilər. Onda Əyyub bəyin 30, Səməd bəyin isə 28 yaşı vardı. Ancaq xeyli gənc olmalarına baxmayaraq, onların hər ikisi artıq ölkədaxili mürəkkəb siyasi-ictimai proseslərdə kifayət qədər bərkimiş və bütün Gəncə quberniyasında ad-san qazanmış şəxsiyyətlər idilər.

Əyyub bəy Məşədi bəy oğlu Rəfibəyov - Əyyub Sayqm (1890-1979) 1920-ci il Gəncə üsyanının fəal iştirakçılarından biri olmuşdur. İlk təhsilini rus dilli litseydə alan Əyyub qubernatorun 1909-cu il 17 sentyabr tarixli 116 saylı əıiıri ilə Yelizavetpol

151

şəhərinin 3-cü hissəsinin pristav köməkçisi işləyib və bir müddət müvəqqəti olaraq şəhər pristavı vəzifəsini icra edib. Möhkəm xarakterli və iradəli şəxs olan Əyyub bəy 1917-ci ilin sonlarında artıq Yelizavetpol şəhər polisinin pristavı, 1920-ci ilin aprelində isə Nuxa qəzasının rəisi idi. Aprel çevrilişinin arzularını yarımçıq qoyduğu Əyyub bəy Gəneə üsyanında iştirak etmiş və yeni hökumətin təqiblərindən qaçmağa macal taparaq, 1920-ci ilin iyun ayında bir qrup silahdaşı ilə bərabər Ermənistandan keçməklə Türkiyə ərazisinə getməyə nail olmuş, ömrünün qalan hissəsini siyasi mühacir kimi yaşamışdır. Ermənistan ərazisindən keçərkən həbs olunan Əyyub bəyi qardaşı. Qarabağdakı keçmiş 1-ci piyada Cavanşir alayının komandiri, polkovnik Səməd bəy xislas edib. Bu işdə ona Türkiyə ordusunun Şərq cəbhəsinin komandam Kazım Qarabəkir paşa köməklik göstərib. Səməd bəyin müraciətindən sonra Ermənistanla danışıq aparan paşa erməni tərəfini Əyyub bəylə bir neçə enuəni əsirini dəyişməyə razı salıb. 1920-ci ildə Gəncə üsyanında axıradək rus-erməni qüvvələrinə qarşı mərdliklə döyüşmüş Qaffar bəylə, Gəncə üsyanının rəhbərlərindən olan Sarı Ələkbərlə, Xudadat bəyin oğlu Kamil Arran bəylə, qardaşı Səməd bəylə və başqalan ilə bərabər Türkiyədə mühacirət həyatı yaşayan Əyyub bəyə Sayqm adı nüfuz sahibi olmasına, sayılıb-seçildiyinə görə verilmişdir. Əyyub bəy sonralar Türkiyənin xüsusi xidmət orqanlarında fəaliyyət göstəraıiş, bu ölkənin əks-kəşfiyyatının bacarıqlı simalarından biri kimi bolşcvizmə, SSRİ-yə qarşı mübarizəsini davam etdinuişdi. Bütün bu keyfiyyətlərinə görə idi ki, 1941-ci ildə onu Türkiyə Kəşfiyyat İdarəsinin Qars filialının rəis müavini təyin etmişdilər. Ə.Rəfibəyov Ankarada 1979-cu il yanvarın 19-da vəfat etmişdir.

General-mayor Səməd bəy Məşədi bəy oğlu Rəfıbəyov 1892-ci ildə Gəncədə anadan olmuşdur. 1919-1920-ci illərdə polkovnik Səməd bəy Milli Ordunun Qarabağdakı 1-ci Cavanşir piyada alyının komandiri idi və orduda kifayət qədər tanınan bir şəxs sayılırdı. 1920-ci ilin aprel ayının 3-15-də məşhur Əsgəran davasında qiyam qaldıran enuənilərin darmadağın edilməsində onun mühüm rolu olub. Azərbaycanın müstəqilliyinin itirilməsi ilə razılaşmayan Səməd bəy 1920-ci ilin may ayında Gəncə

152

üsyanında iştirak etmiş və həmin ilin iyun ayında üsyan məğlubiyyətə uğradıqdan sonra Türkiyəyə keçmişdir. Bu zaman Türkiyədə bÖ3dik Atatürkün başçılıq etdiyi milli qurtuluş qüvvələri gənc respublikanı yaşatmaq uğrunda ölüm-dirim savaşı apanrdılar. Bir sıra döyüşlərdə iştirak edən Səməd bəyin sərkərdəlik qabiliyyəti Qars və Sarıqamışda gedən vuruşmalar zamanı bütün parlaqlığı ilə üzə çıxır. Onunla tanış olan Atatürk: “Bu cür gənc yaşda polkovnik almaq hər kəsə nəsib olmur. Türk gəncliyi nümunəni Səməd bəydən götürməlidir”, deyir. Hərbi şücaətlər göstərdiyini nəzərə alaraq, ona paşa rütbəsi verilir və Səməd bəy İstanbulda süvari dəstəsinin 2-ci şöbəsinin rəisi təyin edilir. Bu igid sərkərdəni böyük Atatürk tanıyır və çox sevirdi. Təsadüfi deyildi ki. Səməd bəy Türkiyənin birinci dərəcəli ordeni “İstiqlaf’la təltif edilmişdi. 1948-ci ildə isə Türkiyənin ali Hərbi Şurası Səməd bəyi hərbi xidmətlərinə görə türk ordusunun paşası (tam generalı) rütbəsi ilə təltif etmişdi. Çox sayıldığı və nufuz sahibi olduğu üçün Səməd bəy Əbdülsəməd bəy Sayqm adı almışdı. Səməd bəy qardaşından düz bir il sonra - 1980-ci ilin eyni günündə - yanvarın 19-da vəfat etmişdir.

Bir vaxtlar Səməd bəy Bərdədən Gəncəyə əmisi oğlu Xudadat bəy Rəfıbəyova teleqram vurub Saranın səhhətini və Cəmilənin vəziyyətini soruşurdu. Onun həssas ürəyi öz doğmalan ilə bağlı narahatlıq keçirirdi. Ancaq tale elə gətirdi ki, o da, qardaşı Əyyub bəy də Vətəndən, istəkli qohumlardan və dostlardan aynidılar və bir daha Azərbaycana dönmək onlara qismət olmadı. On illərlə Azərbaycandan bir xəbər öyrənə bilmədilər. Xudadat bəy güllələndikdən sonra uzun illər onun iki övladının, başqa simsarların və dostların taleyindən bixəbər qaldılar. Onlar Vətən həsrəti ilə qovruldular, vətəndə isə bir çox yaxın qohumlar kütləvi repressiyalara məruz qaldılar. Xudadat bəyin qızı Nigar xanım, başqa yaxın qohum-əqraba isə sovet rejiminin təqibləri, nəzarəti altında yaşamağa məcbur edildilər. Bu əzab-əziyyətlərdən, sıxma- boğmalardan şairə Nigar xanımla yanaşı, böyük şair Rəsul Rzanın da payına az düşmədi. Şair ömrünün bəlkə də bir on ili bahasına başa gəldi Rəfıbəyovlarla bu qohumluq. Ancaq bu adi seçim yox.

153

tale qisməti idi və Rəsul-Nigar məhəbbəti qanlı repressiya illərindən keçib, bütün sonrakı kompaniyalara da mətanətlə dözdü. Vətənin bir addımlığında isə Əyyub bəy, Səməd bəy kimi say- seçmə oğullar mühacirət həyatı yaşamaqda idilər. Qanlı rejimin ömrü bitmirdi ki, siyasi mühacir adıyla KQB-nin qara siyahılarına düşən bu insanlar heç olmasa ölüm ayağında geriyə - Azərbaycana dönsünlər. İçində Vətən boyda qürbət gəzdirən bu insanlar “Azərbaycan, mənim tacım, taxtım, oy!” (Almas İldınm), deyərək həyata gözlərini yumdular. Əksərinin nə əlləri Vətənə çatdı, nə ünlərini eşidən oldu. Qanlı rejimin ömrü bitəndə artıq onlar həyatda deyildilər.

Ancaq tək təsəlli budur ki. Vətən fədailərinin illərlə qəlblərində gəzdirdikləri ən ümdə, ən müqəddəs arzuları, Azərbaycanı hürr və müstəqil arzulan doğruldu. Nə xoş ki, bu gün Vətəndə qalmış nəvə-nəticələri, qohum-əqrabaları onların məzarlarını ziyarət edə, lap yanlarında dayanıb, qəbriniz nurla dolsun, artıq rahat uyuya bilərsiniz, arzunuz çin olub deyə bilirlər. Vətəndə bu gün çəkinmədən Sizlərin, həqiqi millət və azadlıq fədailərinin adları rəğbət, minnətdarlıq hissləri ilə anılır.

Bu yazını ömrünün cəmi iyirmi ilini Vətəndə, doğmalan ilə birlikdə keçirmiş, sonra qardaş Türkiyədə mühacirətdə yaşamış və gözlərini əbədi yumduğu günədək doğma yurdun, əzizlərinin həsrətindən dərdli-dərdli qovrulan Kamil Arranın anası Cəvahir xanımın ölümünə yazdığı və 1955-ci il fevralın 21-də Əlaziqdə çıxan “Turan” qəzetində dərc etdirdiyi “Ağlaya bilməzsən” adlı rekviyemindən kiçik bir parça ilə tamamlamaq istəyirəm: “Xeyr, əzəz ana, 25 ilin həsrəti, quruduğunu zənn etdiyim və inandığım göz yaşlarımı axıtdı. Ağladım çox, həm də çox ağladım. Hıçqırmadım, səssiz göz yaşlarımı içimə axıdaraq ağladım. Bəli, payızın çürüməyə məhkum saralmış bir yarpağı olduğum üçün kimsəni rahatsız etməməyim lazımdı. Yalnız sənin həsrətinlə və bir daha o gözəl, nurlu üzünü görmək ümidimin qmldığı üçün için-için ağladım...

Artıq hər şey bitdi. Təsəlli mənbələrindən daha heç nə axmır. Fəzada dolaşan tozlar kimi bizi qoyub getdin, əziz ana! Bunlara görə ağladım, bunlara görə ağlayıram, əziz ana!

154

Bunlan niyə yazdıra? Bir şey yazraış olmaq üçün deyil, xatirə və xəyallan əbədiləşdirən yazı elmini mənə ilkin olaraq öyrətdiyin üçün yazdım. Əlifbanı yanlış yazdığım zaman ufacıq əllərimə vurduğun günlərin xatirəsini unutmamaq üçün yazdım. Çəkik gözlərinin, incə dodaqlarının ifadəsini qeyb etməmək üçün yazdım. Mənə öyrətmiş olduğun bu sənəti yenə sənə ithaf etmək üçün yazdım”.

155

Azərbaycan naziri, yoxsa, vahid Rusiya

uğrunda mübariz

“Əziz ata. Məktubunuzu alıb, ünvanıma deyilən tərifdən utandım. Tezliklə gələeəyəm, onda iş barəsində danışarıq. Gedəndə bütün səlahiyyətlərimi diktaturanın işlərini idarə edən şəxslərə təhvil vermişdim. Buna görə də həmin şəxslərin qanunsuz qərarlarına təəcüblənirəm. Mən öz enerjisinə hədsiz inanan adam olduğum üçün cəmiyyətin tərəqqisinə və rifahına yönəlmiş iradəmlə oynanılmasına icazə vemıərəm. Buna görə də Sizə, şəxsən diqqət yetirməyiniz üçün deyirəm. - Mənimlə və mənim baxışlarımla hesablaşasınız. İngilis nümayəndəsi Tomsonun yanında olarkən mən aşağıdakı məzmunda bəyanat aldım: Sizin şəxsinizdə bizim üçün doğma olan Vahid, böyük Rusiyanın bərpasına can atan “Slavyan-ms cəmiyyəti”ni salamlayıram. Əmin olun ki, bütün mümkün vasitələrlə sizi və sizin koalisiyanızla yaradılan hakimiyyəti müdafiə edəcəyəm. Tiflisdə qüvvələr toplandıqda mən onlara sizin arzularınız barədə çatdıracam. Sizə bütün cəhdlərinizdə və gördüyünüz işlərdə köməklik göstərəcəyəm.” Bax biz belə bir yoldayıq. Sizin Tiflislilər ancaq hay-küy salırlar və mənim üzərimə ləkə atmaq istəyirlər. Qəti bəyan edirəm: qorxuda bilməzsiniz, heç nə məni əziz vahid, böyük vətənimə xidmətdən, əziz anam Rusiyanın sabahına aparan yola

156

mane ola bilməz. Məktubumu Ermakova oxuyun və çatdırın ki, ona hər şeyə görə minnətdarlığımı bildirirəm və çalışacağım onu Bakıya gətirim. Özünü sizin dualanmza tapşıran və sizi sevməkdə davam edən K.Lizqar.”

Bu sətirlərin müəllifi K.Lizqar kimdir, onun Azərbaycanla, Bakı ilə bağlılığı nə ilə əlaqədar olmuşdu və bütün bunlann kitaba salınmasına nə dərəcədə ehtiyac var? Yə’qin ki, sualın sonuncu hissəsi istisna olunmaqla birinci iki hissəyə çoxları cavab verə bilməzlər. Sualın sonuncu hissəsinə gəlincə isə, buna daha məntiqi və ədalətli cavabı tarixin özü verib. Bizə unutdurulmasına çahşılan, milli dövlətçiliyimizin ən şərəfli dövrlərindən birinin yaşandığı - hər bir səhifəsi iftixar və qürur doğuran Cümhuriyyət tarixi. K.Lizqann adı bu tarixin silinməz bir parçasına yazıldığı ərəfədə Azərbaycanın müstəqilliyinin elan olunmasından 6 ay keçirdi.

Yuxarıdakı məktubda adı çəkilən “Slavyan-rus cəmiy- yəti”nin sədri Konstantin Nikolayeviç Lizqar həmin məktubu atasına göndərəndə artıq Fətəli Xan Xoyskinin 1918-ci ilin 22 dekabrında təşkil etdiyi Azərbaycan Xalq Cümhuriyyətinin koalisiyalı üçüncü hökumətində ərzaq naziri idi. 1919-cu il aprel ayının 14-nə qədər fəaliyyət göstərmiş bu hökumət kabinəsi milli dövlət quruculuğunda daha çəx idarəetmə strukturlarının yaradılması, hərbi nazirliyin təsis edilməsi və müdafiə işlərinin təşkilinin başa çatdırılması, həmçinin xarici siyasət sahəsindəki diplomatik uğurlarla əlamətdar olmuşdur.

K.Lizqar barəsində danışarkən “Slavyan-rus cəmiyyəti”nin onun taleyində və Azərbaycanın siyasi həyatında oynadığı rola xüsusi yer ayırmaq lazımdır. Çünki sözün açığı o, məhz bu cəmiyyətin hesabına belə yüksək vəzifə postuna yiyələnə bilmişdi. Əslində Konstantin Lizqar gimnaziya mərhələsi istisna olunmaqla kifayət qədər təhsil almamışdı və Azərbaycanın siyasi mühitində az müddətdən bəri tanınan şəxs kimi hansı mənadasa, siyasi çəkisinə bel bağlaya bilməzdi. Lizqan ölkənin çox ali məqam sahibləri sırasına çıxaran, əslində səviyyəsinə görə layiq olduğundan daha artıq hörmət və nüfuz qazandıran “Slavyan-rus cəmiyyəti”nin sədri olması idi və bunu təbiətən ayıq, diribaş olan Lizqarm özü də yaxşı başa düşürdü.

157

“Slavyan-rus cəmiyyəti” vahid, bölünməz Rusiya uğrunda mübarizə məqsədilə Tiflis şəhərində yaradılmışdı. Cəmiyyətin birinci ümumi yığıncağının (1918-ci il 11 mart) sədri K.Lizqar, katibi M.Kozlov seçilmişdi. Bu yığıncaqda cəmiyyətin nizamnaməsi qəbul edilmiş və mart ayının 18-də təkrar toplaşmaq qərarına gəlinmişdi.

Cəmiyyətin Tiflis dairə məhkəməsinin qeydiyyat şöbəsində 1918-ci ilin 14 martmda qeydiyyatdan keçmiş nizamnaməsində deyilirdi; “Cəmiyyət slavyan və rus əsilli və xristian məzhəbli vətəndaşların birliyi üçün təsdiq olunur. Birləşmə aşağıdakı məsələlər üzrə birgə işlə həyata keçirilir: milli, elmi, dini, məişət, texniki, tədris-tərbiyəvi.

Bu məqsədlərə nail olmaq üçün cəmiyyət mövcud qanunlan rəhbər tutaraq, hər cür müəssisələr açır:

müxtəlif tipli (pratiki və ümumtəhsil) məktəblər, yaşlılar və uşaqlar üçün bazar günü dərsləri, peşəkarlıq kursları, uşaq baxçaları, kitabxanalar və oxu zalları, uşaqlar üçün yasli və yetimxanalar, kilsələr, ambalatoriya və müalicə müəsisələri, klublar, koopertivlər, kredit idarələri, həkim, hüquqşünas, repatitor, tibb bacılan dəməkləri, cəmiyyət üzvdəri üçün işaxtarma bürolan, ağıllı əyləncə yerləri, mətbu orqanlar, mətbəə fəaliyyəti.

Cəmiyyət milliyətindən asılı olmayaraq hamıya mədəni- maarifçilik və xeyriyyə köməyi göstərir.”

“Slavyan-ms cəmiyyəti” vahid, bölünməz Rusiya uğrunda mübarizəyə başlayanda Rusiyada bir neçə ay qabaq hakimiyyət gəlmiş bolşeviklər vətəndaş müharibəsi ilə üzləşmiş, Zaqafqaziyada müstəqil respublikalar hələ yaranmamışdı. Əslində general Denikinin və Antanta qüvvələrinin gizli himayəsi ilə təsis edilmiş və gələcək fəaliyyətində buna bel bağlayan cəmiyyət bolşeviklərin öz ideyalarını keçmiş milli ucqarlarda yaymaları və burada hakimiyyəti ələ almalarına qarşı mübarizə məqsədi güdürdü. Bu məqsədlə də bütün slavyan və rus mənşəli şəxsləri öz ətrafına toplamağa çalışır, onları çar Rusiyasının hansı formadasa yenidən bərpası istiqamətində vahid güc mərkəzində təşkilatlandırmağa səy göstərirdilər. Təsadüfi deyildi ki, cəmiyyətdə bütün zümrələrin nümayəndələri təmsil olunmuşdular və onlann arasında onlarla

158

yüksək rütbəli zabit və bir neçə general var idi. Lizqarm istintaq işindəki sənədlərə istinadən deyə bilərik ki, general-leytenant Gennadi Nikolayeviç Tarxanov, general-mayorlar: Mixayil Fyodoroviç Ananyu, İvan Mixayloviç Vasilçenko, Aleksandr Dmitryeviç Boltunov və başqaları “Slavyan-rus cəmiyyəti”nin üz\öi olublar. Hətta həmin generallardan bir nəfəri - general-mayor Marian Savitski 1918-ci ildə Zaqafqaziya Yollar nazirinin müavini işləyib. Ona cəmiyyətin 682 saylı qeydiyyat vərəqi verilib. Rusiyada ağqvardiyaçı hərəkatda böyük nüRıza malik olan başqa bir Savitskinin bu şəxslə hansısa qohumluq əlaqəsi olub- olmadığını, yaxud eyni soyadı təsadüfən daşıdığım hələlik müəyyənləşdirə bilməmişik.

Sözsüz ki, geniş sosial bazaya, hərtərəfli maliyyə imkanlanna malik belə bir cəmiyyətin sədri' olmaq Lizqarı birdən-birə Zaqafqaziya siyasi arenasına çıxarmış, təmsil etdiyi cəmiyyətin hesabına onu az-çox nüfuz sahibinə çevirmişdi.

Taleyin hökmünə bax ki, Lizqara nüflız, şöhrət və hökumətdə yüksək post qazandıran cəmiyyətin sədrliyi, həm də onu bolşevik ölüm maşınının pəncəsinə sürükləyən ən başlıca səbəb sayılacaqdı. Ancaq hələ ki, Azərbaycanda ərzaq naziri Lizqarm da daxil olduğu milli hökumətin öz bəyannaməsinə əsasən üzərinə götürəcəyi vəzifələri yerinə yetirməsinə və qanlı bolşevik istilasının reallaşmasına xeyli müddət qalmışdı. Hələ ki, pomçik Lizqar Zaqafqaziya Xüsusi komitəsinin sərancamında idi və onun sədri olacağı cəmiyyət də yaradılmamışdı.

1918-ci ilin fevral ayı idi və Zaqafqaziya ərazisində qanmıi qüvvəyə malik Hərbi hökumətin Xüsusi Zaqafqaziya komitəsi Lizqara bu komitənin üzvü M. Y.Cəfərovun (müstəqillik dö\TÜndə Azərbaycanın xarici işlər naziri. Parlamentin sədr müavini. Gürcüstandakı diplomatik nümayəndə - L.Ş.) imzaladığı belə bir vəsiqə təqdim etmişdi: “Bu vəsiqə Zaqafqaziya Xüsusi komitəsinin sərancamında olan poruçik Lizqara verilir, ondan ötrü ki, o Xüsusi Zaqafqaziya komitəsi tərəfindən Göyçay icraiyyə komitəsinin və komissar Süleymanovun hərəkətlərini təhqiq etmək üçün Bakı quberniyasına ezam olunur. Bütün vəzifəli şəxslər və müəssisə və idarələr göstərilən şəxsə qanuni köməklik göstərməlidirlər.”

159

Növbəti tapşınqla o, tamamilə başqa istiqamətə göndərilirdi. Belə tapşırıqlardan biri isə K.Lizqara Zaqafqaziya komissarlığının ticarət və sənaye işləri üzrə komissarı L.Behbudov tərəfindən verilmişdi: “Bu tapşırığı alan kimi Ticarət və sənaye işləri üzrə Sizə verilmiş təlimata uyğun olaraq dərhal Batuma gedin. Təlimatda göstərilən işləri 25 fevrala qədər yerinə yetirmək lazımdır.”

Lizqar aldığı tapşırıqlan məmuniyyətlə və lazımı qaydada yerinə yetirir, öz siyasi məqsədlərinə doğru inadla irəliləməkdə davam edirdi və bu yolda onunla həmfikir, həmməslək olan, gələcəkdə Azərbaycanın siyasi səhnəsinə çıxacaq bir neçə şəxs də vardı.

Lizqar Bakıya torpaq naziri Xosrov Paşa Sultanovun çağrışı ilə, 1918-ci ilin oktyabr ayında gəlib. Bu barədə həmin ilin 16 oktyabrında AR-in Gürcüstandakı diplomatik nümayəndəsi M.Cəfərov “Slavyan-rus cəmiyyəti”nin sədri K.Lizqarm AR Torpaq nazirliyinin çağrışı ilə Tiflis şəhərindən Bakıya getməsini təsdiq edən vəsiqə imzalayıb. Bu vəsiqə və Xosrov Paşa kimi nüfuzlu dövlət adamı tərəfindən çağıniması onun Azərbaycanın hakim dairələrinə yaxınlaşmasına imkanı verən yaşıl işıq idi və çevik insan olan Lizqar bu imkandan məharətlə istifadə etdi. Həm də bunun nəticəsi idi ki, təqribən iki ay sonra onun hökumətdə topaq naziri kimi son dərəcə məsul vəzifə tutması məsələsi qaldırılanda müəyyən tərəddüdlər səslənsə də, heç bir ciddi etiraz eşidilməmişdi. Doğrudur, bunu həm də hökumətin koalisiyalı əsaslarda fonualaşdırılması və hər hansı ictimai-siyasi qurumun özünün irəli sürdüyü nümayəndəsinə cavabdehlik daşıması ilə izah etmək olar. Ancaq belə bir amil də nəzərə alınmalıdır ki, hökumətin təşkili üçün parlamentdə mandat almış hər hansı partiya, yaxud təşkilatın hökumətdə təmsil olunmasına etiraz edilməsə də, hər hansı konkret namizədin yüksək vəzifələrə təyinatı ilə bağlı belə etirazların eşidilməsi və müvafiq qaydada ölçü götürülməsi mümkün idi. Yəni K.Lizqann yerinə cəmiyyətin digər üzvünün namizədliyinin irəli sürülməsi məsələsinin qaldırılması da istisna edilə bilməzdi və onun cəmi iki aydan bəri Azərbaycan hüdudlarında yaşaması faktı da əsas gətirilə bilərdi.

160

Ancaq bütün bunların heç biri olmadı və K.Lizqar hökumətdə nazir vəzifəsini tutmağa layiq görüldü.

Məhz 22 dekabr 1918-ci ildən 1919-cu ilin 14 aprelinə qədər ona ünvanlanan və “Çox hörmətli Konstantin Nikolayeviç” müraciəti ilə başlayan məktub və teleqramlarda yalnız eəmiyyətin fəaliyyəti, yaxud şəxsi məsələlər barəsində deyil, həmçinin torpaq nazirliyinipn fəaliyyəti ilə bağlı problemlərdən də söhbət açılırdı. Ancaq nədənsə, istintaq materiallarında əsasən birinci qrup, yəni cəmiyyətin gündəlik işlərinə aid olan yazışmalara yer ayrılıb. Əslində burada təəecüblü bir şey yoxdur, çünki Lizqar tutduğu vəzifə postundan bolşeviklər əleyhinə mübarizə məqsədilə istifadə etməmişdi və edə də bilməzdi. Cəmiyyət sədri kimi isə o. Könüllü ordu və müttəfiq qoşunlar komandanlığı ilə sıx əlaqələr yaratmış, Rusiyanın çar hakimiyyəti dövrü əraziləri də daxil olmaqla əvvəlki üsul-idarəsinin bərpası uğrunda çalışmışdı. Bu yazışmalarda söhbətin cəmiyyət üzvlərindən kimlərinsə harasa ezam olunması, qəzet çıxarılması və s. istintaq üçün əhəmiyyətli, hətta əhəmiyyətsiz məsələdən bəhs edilməsindən asılı olmayaraq, Lizqann ittihamı prosesində bu yazışmalara istinad olunmuş, onlar diqqət mərkəzində saxlanılmışdır.

Belə məktublardan birində Tiflis ali qadın kurslarının tarix- dil fakültəsinin dekanı N.Dubrovin “Çox hörmətli Konstantin Nikolayeviç”ə müraeiəti ilə onun Tiflis şöbəsinə təsir göstərmək üçün buraya gəlməsi zərurətindən danışır və cəmiyyət üçün qəzet çıxarmaq məsələsinin nə yerdə qaldığını soruşur (24 dekabr 1918- ei il).

Lizqara E.Kleynin 29.12.1918-ci ildə yazdığı məktubda da söhbət həmin qəzetin yaradılmasından gedir. Elə bir qəzet ki: “...məşhur rus qəzeti olsun, məqsədi bir tərəfdən Zaqafqaziyada rus əhalisinin maraqlarına xidmət etmək, digər tərəfdən Rusiya dövlətçiliyi maraqlarını həyata keçirmək və müdafiə etmək olmalıdır... Mənə elə gəlir ki, elə bir orqan lazımdır ki, müstəqil və cəsarətli olaraq bu platformada dayansın və Yeni Qafqazın əsaslarının yaradılıb, möhkəmləndirilməsinə xidmət etsin. Belə orqan bizdə yoxdur. Nə “Qafqazskoe slovo”, nə “Yedinaya Rossiya”, nə də “Tiflisskiy vestnik” belə orqan deyil. Onu elə

161

hazırlamaq lazımdır ki, təkcə yuxarı siyasi dairələr tərəfindən deyil, həmçinin “siyasi kütlə” tərəfindən də oxunsun. Buna görə də qəzet məşhur, faktik məlumatlarla zəngin olmalıdır, əlbəttə, “Kəndli qəzeti” sayağı yox. İndi mən keçmiş Ədliyə naziri A.A.Demyanovla birlikdə Rusiyanın dirçəlişi ittifaqının Zaqafqaziya şöbəsinin yaradılması ilə məşğuluq”.

K.Lizqann bütün məsələlərdə “vahid, bölünməz Rusiya”nın mövqeyindən çıxış etdiyini, cəmiyyət tərəfindən atılacaq hər bir addımın bu mövqenin süzgəcindən keçirilməsinə xüsusi diqqət yetirdiyini onun 1918-ci ilin 7 dekabrında Müttəfiq qoşunların komandanına yazdığı 315 saylı məktubdan ayıdın görünür: “Slavyan-rus cəmiyyəti”nin Qafqaz Şurası Qafqazın bütün milli təşkilatları ilə dostluq şəraitində işləməyə can ataraq, özünün beş üzvünü bu gün açılan Azərbaycan parlamentinə göndərməyi vacib hesab edir. Vahid, bölünməz Rusiya uğrunda müttəfiq dövlətlərlə razılıqla öz fəaliyyətini davam etdirmək arzusunda olan Şura Siz Zati Alilərindən xahiş edir, Azərbaycan parlamenti üzvlüyünə bizim rus nümayəndələrin daxil olmasının Müttəfiq Dövlətlər tərəfindən elan olunmuş vahid, bölünməz Rusiyanın qurulmasına zərbə vura bilməz ki.”

Digər tərəfdən Parlamentdə təmsil edilməyi vacib saydığı halda, guya məsləhət üçün müttəfiqlərə üz tutan cəmİ3^ət sədrinin bu müraciəti əslində bir diplomatik addım da hesab oluna bilər. Bununla müttəfiqlərdən Rusiya dövlətinin bərpasında ümumi maraqlara işarə edilir, bu gün Azərbayeanın müstəqillik yolunda atdığı hər hansı addımın gələcəkdə bu maraqlarla ziddiyyət təşkil etməyəcəyinə sanki qarantiya alınmasına dolayısı ilə cəhd göstərilirdi.

Parlamentdə isə cəmiyyətin işləri çox rəvan gedirdi. Bu gedişdən tamamilə məmnun qalan Cümhuriyyətin 3-cü hökumətində xalq səhiyyəsi naziri postunu tutmuş Gindes yazırdı: “Çox hörmətli Nikolay Alekseyeviç! Sizə “Slavyan-rus cəmiyyəti”nin Azərbaycan parlamentində elan olunmuş bəyanatmı göndərirəm. Biz tam razılıqla parlamentə daxil olduq. Mən Könüllü ordu və İngiltərənin, ABŞ-ın təmsilçiləri ilə əlaqəyə girdim və onlarla vahid, bölünməz, böyük Rusiyanın xilası üçün

162

tam həmrəyliyə gəldik. İndi hakimiyyətin konstruksiyası prosesi gedir. Xalq maarifi naziri vəzifəsinə mənimlə bərabər sizin namizədliyiniz də irəli sürülüb. Burada öz orqanının çapı ilə məşğul olarsan. Əgər 400-500 min toplaya bilsən bu da çoxdur. Hələlik 300 000 rubl var. Bu miqdarla qəzet çap etməyə dəyərmi. Artıq bir illik kağız, mətbəə və yığım üçün lazım olan avadanlıq var”.

K.Lizqarın Könüllü ordunun və Müttəfiq Dövlətlərin Fransa ordusunun nümayəndəsinə göndərdiyi məktublarda cəmiyyətin Qafqaz respublikalarının müstəqilliyinə münasibətdəki mövqeyini bütün çılpaqlığı ilə ortaya qoyur: “Zati Alilərinizin arzusunu nəzərə alaraq, “Slavyan-rus cəmiyyəti”nin Qafqazdakı hazırkı tezislərini Sizə göndərir və bu prinsiplər Rusiyanın bütövlüyünün bərpa edilməsinin və xalq kütlələri tərəfindən dəstəklənən, möhkəm hökumətin yaradılmasının yeganə imkanı kimi təklif edilir. Ümumi, vahid dövlət orqanının bərpası Ümumrusiya Müəssislər Məclisi vasitəsilə baş verə bilər. 23 noyabr 1918-ci il.”

Müttəfiq Dövlətlərin Fransa ordusunun nümayəndəsinə: “Slavyan-rus cəmiyyətinin Şurası sizin şəxsinizdə Rusiyanın keçmiş səmimi müttəfiqi Fransa qoşunlarının Rusiya ərazisinə gəlməsini alqışlayır və ümid edir ki, siz rus maraqlarını və onun Qafqazdakı hüquqi vəziyyətini müdafiə etməklə qardaşlıq bağlarım daha da möhkəmləndirəcəksiniz. 4 dekabr 1918-ci il”.

Yəqin oxucu da razılaşar ki, artıq K.Lizqarın kimliyi barəsində bir qədər də geniş məlumat vermək məqamı çatıb. Əslində taleyini müəyyən mənada Azərbaycanla bağlamış, milli hökumətimizin üzvü olmuş bir şəxsin barəsində nisbətən geniş informasiya verilməsinə haqqı da çatır.

MTN arxivində saxlanılan PR 12174 saylı istintaq işində Lizqar Konstantin Nikolayeviçin tərcümeyi-hal ilə əlaqədar aşağıdakılar qeyd olunub: “ 1882-ci ildə anadan olub. Orta təhsilli, 1914-cü ilə qədər Bakıda və Vladiqafqazda mağazaların sahibi olub, 1914-cü ildə praporşik rütbəsi ilə orduya çağrıhb. 499-cu səhra hospitalının nəzarətçisi, Tiflis avtomobil komandasında poruçik rütbəsində xidmətdə olmuş, sonra isə 1917-ci ilin fevralına qədər Türküstanda xidmət etmişdir. Xüsusi Zaqafqaziya

163

komitəsində, yollar üzrə komissiyanın kargüzarı, yollar komissarlığında xüsusi tapşınqlar məmuru vəzifəsində işləmişdir. 1918-ci ilin mart ayında “Slavyan-rus cəmiyyəti”ni yaradanlardan biri olmuşdur. Azərbaycan hökumətində Torpaq nazirliyinin xüsusi tapşırıqlar üzrə məmum və ərzaq naziri təyin edilmişdir”.

K.Lizqar bolşevik çekası tərəfindən istintaqa eəlb edilməzdən əvvəl də bir dəfə istintaqla üz-üzə dayanmışdı. 1919- cu ilin payızında baş vermiş həmin hadisə onun fəaliyyəti barəsində Azərbaycan hökumətinin apardığı xüsusi araşdırma ilə əlaqədar olmuşdu. Bu araşdırmaların aparılması Müxtəlif idarələrdə sui-istifadənin təhqiqatı ilə məşğul olan Xüsusi İstintaq- təftiş Komissiyasına həvalə edilmiş, istintaq qrupu tərəfindən onun özü ilə yanaşı, bir neçə şahid dindirilmişdi. Məsələnin başlanğıcı isə daha əvvəlki tarixlərə, Lizqann nazir işlədiyi dövrlərə gedib çıxırdı.

9 fevral 1919-eu ildə AR Ərzaq nazirliyindən Nazirlər Kabinetinin sədri F.Xoyskiyə 4 saylı məktub göndərilmişdi: “İskra” qəzetinin bu ilin 7 fevral sayında “Adamlar var” başlıqlı yazının məzmunu barədə məqaləni göndərməklə, məTumat venuəyi özümə borc bilirəm. Flam mənim tərəfimdən nazirliyin nəzarət şöbəsinə üzləşdirmə aparan mühasib kimi nəzarətçi təyin olunub, ancaq onun keçmiş Ərzaq komissarlığından şərab aldığı barədə bilən kimi azad etmişəm. Suxarjevsk mənim tərəfimdən hüquq məsləhətçisi dəvət edilib, çünki mən onun haqqında ancaq yaxşı hüquqi savada, qüsursuz fəaliyyət göstərmiş yaxşı hönuət qazanmış şəxs kimi məlumatlar almışam. Rılskilərin firmasında xidməti barədə mənə məlumdur, ancaq onun həmin firmada fəaliyyəti yalnız hüquqşünas kimi olmuşdur. 3.K.Qafafov mənim tərəfimdən təcrübəli hüquqşünas, qanunvericilik işlərindən başı çıxan şəxs kimi hüquq məsləhətçisinin müavini qəbul edilmişdi. O, 24 yaşında Ədliyyə nazirliyində işləyirdi. Sonralar Moskva Məhkəmə Palatası prokurorunun müavini idi. 1916-cı ilin martından 1917-ci ilin iyununa qədər Daxili işlər nazirliyi Şurasının üzvü olmuş. Müvəqqəti hökumət tərfindən istefaya göndərilmişdi. 4.İvanov mənim tərəfimdən təerübəli və qabiliyyətli işçi kimi Torpaqşünaslıq İdarəsinin rəis müavini götürülmüşdü... Məqalənin

164

sonunda qeyd olunur ki, guya mən ölkənin ərzaq təminatında Rılskilər firmasına üstünlük verirəm. Məqalənin bu hissəsi də doğru deyil, çünki mənim tərəfimdən bu işdə heç bir tərəfgirlik göstərilməyib, sadəcə ona görə ki, ikinci bir təklif yox idi. Həmin firmanın xidmətlərindən imtina edilməsi isə mənim tərəfimdən üzərimə qoyulan vəzifələrin yerinə yetirilməməsi demək olardı.”

“Slavyan-rus cəmiyyəti”nin yaradıcılarından və ən fəal üzvlərindən biri, Azərbaycan parlamentinin üzvü ixtisasca dəri mühəndisi olan Mixail Nikolayeviç Vinoqradovun yaxın dostu K.Lizqar barəsində 1919-cu ilin sentyabr ayında Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin dövründə adı çəkilən Xüsusi İstintaq- təftiş Komissiyasına verdiyi ifadədə onun tərcümeyi-halının bir sıra gizli məqamları barədə məlumatlar açıqlanmışdır. Bu məlumatların doğruluğunu Bakı dairəsi məhkəməsinin prokurorunun müavini, zədagan D.Zaxarinin eyni Komissiyaya ifadəsi də təsdiqləyir.

AR parlamentinin üzvü, 38 yaşlı, provaslav, dəri mühəndisi, Bakı ş. Torqovı küçəsi 8, mənzil 6-da yaşayan M.Vinoqradov Xüsusi İstintaq-təftiş Komissiyasının üzvü K.Izdebski tərəfindən şahid qismində dindirilərkən bildirir ki: “K.Lizqan mən 1918-ci- ilin martından Tiflisdən tanıyıram. Əvvəllər onunla dostluq münasibəti saxlamışam. Arvadının dediyinə görə, o, 15 il qabaq Bayıl türməsində özünü asan neftin ötürülməsində və cinayətin gizlədilməsi məqsədilə üç nəfər ləzginin öldürülməsində günahlandırılan milyonçu Rılskinin qeyri-qanuni oğludur. Onu da bilirəm ki, Rılski onu öz oğulları ilə bir yerdə böyüdüb və Lizqar Stepan Rılskini başqa cür yox, qardaş adlandırır. Rılskinin ölümündən sonra Lizqara varis kimi pay düşdü və o, ticarət işinə qoyduğu 1 milyondan çox pul aldı. Ancaq tezliklə müflisləşib, Vladiqafqaza gəldi və yenidən ticarət işlərinə başladı.

Tiflisdə o, ehtiyac içərisində yaşayırdı və bir xidmətçi ilə kifayətlənmişdi, yeməyi tez-tez arvadı hazırlayırdı, Bakıda da Ərzaq naziri tə’yin edilənə qədər eyni vəziyyət idi. Pulsuzluq- larını onunla izah edirdilər ki, S.Rılski Lizqarın hərəkətsizliyindən narazı qaldığı üçün onlara çox az pul verir. Bu vəziyyət Lizqarı Bakıda iş axtannağa məcbur etmişdi və oktyabrın əvvəllərində

165

doktor Xosrov bəy Sultanovun himayədarlığı və sərancamı ilə o, torpaq nazirliyində xüsusi tapşırıqlar məmuru təyin olundu. Sonra Bakının siyasi həyatında iştirak etməklə “Slavyan-rus cəmiy- yətf’nin sədri kimi Lizqar Nazirlər Şurasına daxil ola bildi, xüsusilə onun ticarət və sənaye nazirliyinin rəhbərliyinə təyin olunmasında israr etdi. Onun sirr saxlaya bilməyən arvadı dəfələrlə demişdi ki, “Stepan Kostyadan çox razıdır, əgər o, nazir ola bilsə, ona öz işlərini qaydaya salmaqda köməklik göstərə bilər”. Ancaq ticərət və sənaye naziri başqa adam təyin edildi, Lizqar isə ərzaq naziri oldu. O, əvvəlcə Rılskinin firmasında müdir işləyən Suxarjevskini hüquq məsləhətçisi təyin etdi. Suxarjevski Rılskinin firmasında müdir kimi də qalmışdı. Sonra öz məktəb yoldaşı Ratneri, bacanağı Şuljenkonu cəlb etdi. Yanvann sonunda buğda gətirilməsi ilə bağlı Stepan Rılski ilə sövdələşməyə girdi. Bilmirəm bu sövdələşmə baş tutdu, yoxsa yox. Biz Lizqarm hərəkətlərindən narahat olduğumuza görə ondan qurtulmaq üçün cəmiyyətin Şura iclasını çağımıaq və onu üzvlükdən azad etmək istəyirdik. Əw^əllər Lizqar dediyim kimi puldan korluq çəkirdi, ancaq nazir olduqdan sonra hər biri 4-5 min rubla başa gələn gecələr keçirirdilər. Lizqarm vəzifədən sui-istifadə etməsi barədə gümanlarımızı mən və Zaxarin V.Klenevskiyə bildirdik. O da tezliklə Lizqarm cəmiyyətindən kənarlaşdıniması tərəfdarı idi. Bir dəfə yanıma “İsfahan” firmasından bir nəfər gəlib, Lizqan tanıyıb-tanımadığımı soruşdu. Mən onu cəmiyyətindən tanıdığımı bildirəndə, həmin şəxs dedi ki, o, ictimaiyyətə müraciət etmək məcburiyyətindədir, çünki Lizqar onların çayını və s. mallarını müsadirə etdirib, əvəzində firmaya çatan pulu köçürtmür. Vısotskilər firması və Mirbabayevlər kompaniyası ilə də belə olmuşdu, sonra Vısotskilərin pullarım aldılar. Mən bu barədə Lizqara bildirəndə o, cavab verdi ki, məsələyə Nazirlər Şurasında baxılacaqdır. O, Vısotskilər firmasına 500 min rubl pul ödənilməsindən də imtina etdi.”

17 sentyabr 1919-cu ildə isə Xüsusi İstintaq-təftiş Komissiyasının üzvü Vaxutin tərəfindən şahid kimi Bakı dairəsi məhkəməsinin prokurorunun müavini, zədagan, 41 yaşlı D.Zaxarini dindirilir; “Ötən il dekabrın ortalarında Bakıya gəlib

166

mühəndis Vinoqradovla tanış oldum. O biləndə ki, mənim mənzilim yoxdur, onunla və Lizqarla bərabər qalmağı təklif etdi. Mən onların yaşadığı Telefon küçəsindəki Musa Nağıyevin evinə köçüb onlarla çox tez yaxınlaşdım. Lizqar dəfələrlə mənə AR hökumətində nazir işləmək arzusunu bildirmişdi. Onun arvadı Tamara Aleksandrovna məni də özününkü sayaraq, deyirdi ki, Lizqara qardaşı Stepan Rılski də bu işdə köməklik göstərir, çünki onun bu vəzifəyə gəlməsi firmanın işlərində gərək ola bilər. O, yeni adam kimi mənə izah etdi ki, onlar müharibəyə qədər çox varlı yaşayırmışlar və Vorontsov küçəsində şəxsi evləri varmış. Hökumət formalaşdırılanda Lizqar ərzaq naziri oldu. Vəzifəyə gələn kimi öz yaxınlarını ən mühüm ştatlara təyin etdi. O, Rılskilərin firmasında müdir işləyən Suxarjevskini hüquq məsləhətçisi təyin etdi. Mən bu barədə Klenevski ilə fikir mübadiləsi apararkən o, “görək axırı nə ilə qurtanr” dedi. Lizqar Rılskilərlə buğda gətirilməsi ilə bağlı sövdələşməyə girmişdi, arvadı deyirdi ki, əgər bu iş baş tutsa, o, öz payını alacaq. Bir dəfə mənim yanımda Lizqar Stepan Rılskiyə bir neçə sistem kerosini Tiflisə aparmasını necə təşkil etdiyi barədə Vinoqradova danışmışdı. Tezliklə onun buğda gətirilməsi ilə bağlı hökumətin xeyrinə olmayan 10 milyon rubldan yuxan miqdarda formal bankla sövdələşməyə girdiyi məlum oldu.”

“Slavyan-rus cəmiyyəti”nin sədri K.Lizqar 21 iyul 1919-cu ildə AR parlamentinin mandat komissiyasına müraciətlə hansısa (çox güman ki, bu araşdırma ilə əlaqədar) məsələ barəsində müzakirənin onun müvafiq sənədləri göndərməsinə qədər yubadılmasını xahiş edir.

Ancaq bütün bu təhqiqatların nə ilə nəticələndiyi barəsində nə istintaq işində, nə də arxiv materiallan arasında ikinci bir sənədə rast gəlmədik. Göıiinür, K.Lizqarm sədri olduğu cəmiyyətin nüfuzu, ölkə daxilində və xaricində yaranmış vəziyyət, həmçinin digər amillər nəzərə alınmaqla bu araşdırmalar dayandırılmış, ona heç bir cəza verilməmişdir.

Azərbaycanın 4-cü hökumət kabinəsi təşkil edilərkən Cəmiyyətin parlament fırqəsi K.Lizqarm eyni posta namizədliyini

167

yenidən irəli sünnək qərarında olmuş və bu barədə ona aşağıdakı məktubu göndərmişdir:

“Əziz Konstantin Nikolayeviç, “Slavyan-rus cəmiyyəti”nin Azərbaycan şöbəsinin parlament fırqəsi Sizdən fırqənin səhər (ikinci gün 25 mart) keçiriləcək iclasında iştirak etməyi xahiş edir. Günorta saat 1-də fırqənin tapşırığı ilə (Parlamentdə) Sizin Ərzaq naziri kimi namizədliyinizin irəli sürülməsi ilə hağh məlumat xarakterli məruzə olacaqdır. Hörmətlə Vinoqradov. 24 mart 1919- cu il.”

K.Lizqarın Bakıda Müttəfiq qoşunlann komandanı Şatevorta yazdığı məktubdan aydın olur ki, yeni hökumətin təşkili həvalə olunmuş N. Yusifbəyli bu təklifi qəbul etməmişdir: “Bu ilin 21 aprelində Sizin dəvətinizlə “Slavyan-rus cəmiyyəti”nin Parlamentdə elan olunmuş bəyanatı ilə bağlı danışıqlar aparmaq üçün yanınızda olmuşduq. Danışıqlar vaxtı Siz qeyd etdiniz ki, Hökumətin Sədri Sizə bizim cəmiyyətlə birgə işləmək istəmədiklərini bildirib. Bununla əlaqədar cəmiyyətin Şurası özünün aşağıdakı qərarı barədə Sizə məlumat vermək istəyir: Parlamenti müsəlman çoxluğundan ibarət yaratmaq istədiklərinə görə, ermənilərə 21, ruslara 10, “Slavyan-rus cəmiyyəti”nə cəmi 5 yer təklif olunmuşdur.”

Görünür bu amilləri nəzərə alan Cəmiyyət sədrinin özü də, onun nazir vəzifəsinə namizədliyinin irəli sürülməsi təklifinin müzakirəyə çıxarılmasını məsləhət bilməmiş, yaxud təklif keçməmişdir. N.Yusifbəyli tərəfindən formalaşdırılan yeni hökumətdə nazir portfeli almayan K.Lizqar bir müddət, təqribən may-iyul aylarında Azərbaycandan kənarda yaşamış və bu vaxt ərzində respublikala baş verən proseslər barəsində cəmiyyətin Şura üzvləri vasitəsilə məlumat almışdır.

Parlament və Cəmiyyətin üzvü M.Vinoqradova: “Bu il iyun ayının 5-də parlament iclasında Könüllü ordu haqqında məsələ müzakirə edilib. Bu məsələ barəsində bu vaxta qədər cəmiyyət Şurasına məlumat vermədiyiniz üçün, həmin məsələ ilə bağlı ancaq qəzet məqaləsindən öyrənmək mümkün oldu. Bununla yanaşı Şiz bu vaxta qədər cəmiyyət Şurasına həmin məsələ ilə bağlı nəyə görə səs vermədiyiniz barəsində izahat verməmisiniz

168

və nə üçün Parlament iclasında fraksiyanın qalan üzvləri iştirak etməyiblər. Bundan sonra Şuranın 5-i və 14-ü iyun iclasları olub və Siz onlardan heç birinə gəlməmisiniz. Xahiş edirəm ən qısa müddətdə Şuranın yığıncağında aydınlaşdırılmaq üçün öz izahatınızı təqdim edəsiniz. Sizin tərəfinizdən izahatın verilməməsi bu məsələnin Şuranın qərarı ilə təyin edilmiş 27 iyunda keçiriləcək ümumi yığıncağa çıxarılması məcburiyətini yaradacaq.”

Şura üzvü N.Dubrovskiyə: “Şuranın qərarı ilə Siz Azərbaycanda siyasi vəziyyət barəsində informasiya toplamaq üçün general Erdelinin qərargahına ezam olunursunuz. Qayıdanda ətraflı məruzə təqdim etməlisiniz. Sədr K.Lizqar, 5 iyun 1919-cu ü”. Eyni gündə Şuranın digər üzvü V.Ollenqren də general Erdelinin qərargahına eyni məqsədlə ezam olunur.

Eyni zamanda Rusiya daxilində və Azərbaycana qonşu ərazilərdə baş verən hadisələr və həyata keçirilməsi nəzərdə tutulan tədbirlər barəsində Cəmiyyət üzvlərinə xəbər çatdırılır, onların qarşısında duran vəzifələr bildirilirdi. Belə məlumatlardan biri 10 avqust 1919-cu ildə Cəmiyyət Şurasmm üzvü Vinoqradova ünvanlanmışdır. “Şuraya onun Moskva nümayəndələri tərəfindən Qafqaza Bütün Rusiyanın patriarxı müqəddəs Tixonun müraciətinin göndərildiyi barədə məlumat çatdırılmışdır”.

Təbii ki, bu müraciətdə söhbət məhz Rusiyanın bütövlüyü və bölünməzi iyindən, bu yolda mübarizə aparmaq zərurətindən danışılırdı. Həmin çağrışlar ilk növbədə bolşeviklərin əleyhinə yönəlsə də, “böyük vətəndə - Rusiyada” bu işlər yerinə yetirildikdən sonra məqsəd Zaqafqaziya respublikalarının, o cümlədən Azərbaycanın müstəqilliyinə son qoymaqdan ibarət idi və bunun üçün Könüllü ordu qüvvələri də tam hazır idilər. Bütün bunlardan kifayət qədər hali olan bolşeviklər hakimiyyəti ələ alan kimi ilk növbədə Cəmiyyətin ən radikal nümayəndələrini axtanb, həbs etməyə başladılar və sözsüz ki, bu siyahılarda birinci yerdə sədr K.Lizqar gəlirdi. Ona heç vəchlə aman verilə bilməzdi və belə də oldu.

2 may 1920-ci il 11-ci ordunun İnqilabi Şurasının yanında xüsusi şöbə tərəfindən 292 saylı həbs vərəqi imzalandı və “38

169

yaş, təhsili orta, ixtisası zabit, neft sənayesi sahəsində işləyir, ailəli” deyə isnad edilən K.Lizqar həbs edildi.

Elə həmin gün K.Lizqarın Qorçakovsk küçəsində 14 saylı evində axtarış aparan Çeka əməkdaşları, Petrosyan və Vikentyev aşağıdakıları götürürlər: 21 min rubl pul, 2 brilyanth boyunbağı, 1 ədəd qızıl boyunbağı, gümüş kəmər və xəncər, 12 ədəd gümüş giliz, 3 ədəd metal saat, qızıl sancaq 5 daşla, 1 ədəd qızıl boyunbağı, 1 ədəd qızıl qolbağ, 1 ədəd gümüş pul qabı, 1 ədəd almazla işlənmiş qızıl xaç, ftıtlyarda gümüş qələm və karandaşlar, gümüş çaynik və 11 ədəd qaşıq, gümüş desert qaşığı 11 ədəd, gümüş bıçaq və çəngəllər və s.

Müstəntiq Qubinin tərtib etdiyi anketdə o, belə təqdim olunurdu “ictimai mənşəyinə görə mülkədar olan, kommersiya müəssisəsində işləyən, ailəli, bitərəf, hazırkı vaxtda bolşeviklərin hakimiyyətini tanıyan, 1882-ci il təvəllüdlü, orta təhsilli, 1914-cü ilə qədər Bakıda və Vladiqafqazda mağazaları olan, 1914-cü ildə praporşik rütbəsi ilə orduya çağrılan 499-cu səhra hospitalının nəzarətçisi, Tiflis avtomobil komandasının poruçiki Lizqar Konstantin Nikolayeviç” 1917-ci ilin fevralına qədər Türküstanda xidmət edib. Xüsusi Zaqafqaziya komitəsində, yollar üzrə komissiyanın kargüzarı, yollar komissarlığında xüsusi tapşınqlar məmuru, 1918-ci ildən “Slavyan-rus cəmiyyəti”ndə. Torpaq nazirliyinin xüsusi tapşırıqlar üzrə məmuru, Azərbaycan Respublikasının ərzaq naziri, (Rılskinin kantorunda işləyib).

Sona qədər oxumağa adamın nəfəsi çatmır. Nəhayət K.Lizqar dindirilir: Sual: “Slavyan-rus cəmiyyəti” siyasi sahədəki çıxışları ilə

hansı məqsədlər güdürdü? Cavab: Bu suala “Slavyan-rus cəmiyyəti”nin 1918-ci ilin 10

dekabrında işlənib hazırlanmış və bizim siyasi fəaliyyətimizin əsasında duran bəyannamə cavab verə bilər.

Sual: Bu bəyannaməni kim hazırlamışdı? Cavab: Viktor Viktoroviç Klenovski hazırlamış və təsdiq

üçün M.N.Vinoqradov, V.V.Klenovski, V.K.Oloqrop, V.Krav- çenkov, S.M.Mixaylovdan və məndən ibarət olan “Slavyan-rus cəmiyyəti”nin rəyasət heyətinə təqdim etmişdi.

170

Sual: “Slavyan-rus cəmiyyəti”nin Könüllü ordu ilə əlaqəsi vardımı?

Cavab: Könüllü ordu ilə siyasi əlaqə yox idi, ancaq oraya nümayəndələr göndərilmişdi ki, Könüllü ordu Bakıya hücum etməsin.

Sual: “Slavyan-rus cəmiyyəti”nin ingilis komandanlığı ilə əlaqəsi vardımı və bunda hansı məqsədlər güdülürdü?

Cavab: Əlaqə 1924-cü ilə qədər Azərbaycan hökumətinin Rusiyanın bütövlüyü çərçivəsində yaradılması sahəsində vardı.

Sual: Zaxarvin və Kravçenkov cəmiyyətdə hansı işləri yerinə yetirirdilər?

Cavab: Zaxarvin barəsində yalnız onu deyə bilərəm ki, o, cəmiyyətin katibi və Parlament üzvü idi, Kravçenkov parlament üzvü idi. Zaxarvinin siyasi fəaliyyəti barədə bilmirəm, Kravçenkov Könüllü ordunun ondan yayman hər hansı rusun hərbi sərha məhkəməsinə veriləcəyi barədəki əmrinə əhəmiyyət verməməyi məsləhət görürdü”.

Bolşevik müstəntiqin diqqətindən heç nə yayınmırdı. O, ən kiçik, əhəmiyyətsiz sayılacaq detalları da işə əlavə edir və Cəmiyyətin antibolşevik fəali}^ətini bütün çılpaqlığı ilə sübuta yetirməyə çalışırdı. Əslində müttəhimin nəinki inkar etmədiyi, hətta tamamilə boynuna aldığı bir ittihamı əlavə dəlillərlə zənginləşdirilməsinə heç bir ehtiyac da yox idi.

İstintaq üçün nə dərəcədə əhəmiyyətli olduğu bilinməyən, ancaq materiallara əlavə edilmiş sənədlərdən birində göstərilir ki, 10 dekabr 1918-ci ildə Himayə nazirliyi kargüzarlığmın kargüzarı Yevgeniya Ştamm “Slavyan-rub cəmiyyəti”nin üzvlüyünə qəbul olmaq barədə ərizə verib.

Yəqin Lizqarın “ 1924-cü ilə qədər Azərbaycan hökumətinin Rusiyanın bütövlüyü çərçivəsində yaradılması” ifadəsi əziz oxucunun da diqqətindən yayınmadı. Bu ifadə açıq-aydın göstərir ki, Bakıda yerləşmiş müttəfiq qoşunlar komandanlığını da general Denikin, “Slavyan-ms cəmiyyəti” kimi Azərbaycanın müstəqilliyindən daha çox vahid, bölünməz Rusiya düşündürüb. Həmin planların həyata keçirilməsinə isə yalnız bolşeviklərin nəzərdə tutulan müdaxiləni dörd il tez reallaşdırmaları olub. Əslində nəticə

171

etibarı ilə Rusiya imperiyasının başqa formada bərpasına xidmət göstərən bolşeviklər mahiyyətcə rusiya millətçilərindən az fərqlənirdilər. Ən azı ona görə ki, hər iki qüvvə vaxtı ilə çar Rusiyasının tərkibində olmuş başqa xalqların müstəqil yaşamaq istəklərinə qarşı çıxırdılar.

Ancaq hələlik yollar aynimışdı və bir-birinə düşmən kəsilmiş bu qüvvələr vahid məqsədə müxtəlif siyasət yeritməklə çatmaq məcburiyyətində idilər. Gələcək Rusiyanın qarşısıda hansı yarlığın, çar, yaxud bolşevik yarlığı asılması o qədər əhəmiyyəti deyildi. İndilik isə yollar ayıridığı və bolşeviklərin diktə etməsi səbəbindən K.Lizqar və cəmiyyətlə hansı şəkildəsə bağlı olan bütün şəxslər yoxlamalara, izlənmələrə məruz qalır, bölünməz Rusiya ideyasını bolşeviklərə qarşı mübarizə ilə eyniləşdirənlər isə dərhal həbs olunurdular.

9 dekabr 1918-ci ildə “Slavyan-rus cəmiyyəti”nin üzvlüyünə daxil olmaq barəsində ərizə yazan Kotilevski yalnız ona görə həbs edilməli idi ki, o, ərizəsində “mövcud siyasi vəziyyətlə əlaqədar tezislərlə tanış olduqdan” ifadəsi işlədib və onun namizədliyi V.Klenovski tərəfindən irəli sürülüb. Buna görə Kotilevski ərizəsinin arxasında Lizqann işi ilə əlaqədar həbs edilməlidir qeydi edilib.

Cəmi iki həftədən az müddətdə istintaqı başa çatdıran müstəntiq belə bir Qərar çıxarır: “Mən FK-nm müstəntiqi Qubin 1920-ci il mayın 15-də əksinqilabi fəaliyyətdə ittiham olunan Lizqar və Kravçenkonun işlərinə baxaraq, müəyyən etdim: Azərbaycan Respublikasının keçmiş ərzaq naziri Kosnstantin Lizqar 1917-ci ildən özünün əksinqilabi fəaliyyətinə başlamış, Beynəlmiləlin yaxınlaşan təhlükəsinə qarşı 1918-ci ildə “Slavyan- rus cəmiyyəti”ni yaratmış və sədr kimi onun Sovet Rusiyasına qərşı fəal mübarizə sahəsindəki işinə rəhbərlik etmişdir. Bütöv, vahid, bölünməz Rusiyanın xilası uğrunda şüurlu mübarizədə Könüllü ordu, İngiltərə və Amerikanın nümayəndələri ilə əlaqəyə girmişdir. Özünün əksinqilabi ideyalarını geniş surətdə yaymaq üçün Lizqar qəzet nəşr etməyə başlamış və Könüllü ordunu, general Denikini, “Slavyan-rus cəmiyyəti”ni tənqid edən qəzetlərlə bolşeviklərlə mübarizə aparan bu şəxslərə qarşı tənqidi

172

fikirlər söyləməmək barədə danışıqlar apamıış, general Erdeli və Tomsonun yanına belə qəzetlərin bağlanması xahişi ilə getmişdir. Vasili Kravçenko “Slavyan-rus cəmiyyəti”nə 1918-ci il dekabr ayının 5-də daxil olmuşdur. Həmin il də Azərbaycan parlamentinə üzv seçilmiş və sovet qoşunlannın gəlişinə qədər orada qalmışdır. Parlamentdə özünün sağçı fikirlərini yayaraq “Slavyan-rus cəmiyyəti”nin bəyannaməsini tamamilə həyata keçirməyə çalışmışdır. Sovet hökuməti əleyhinə təbliğat aparmış və son ana qədər sovet hakimiyyətini və onun partiyasını soyğunçular kimi xarakterizə etmiş, Onüllü ordu və Müttəfiq qoşunları ilə əlaqə saxlamışdır. Qərar alıram: Lizqar ən ağır cəzaya layiq görülsün, Ki'avçenko müharibənin tam qurtarmasına qədər məcburi əmək evində saxlanılsın.” Qəran təsdiq edirəm: Pankratov. 16 may 1920- ci il.

Və Kostantin Lizqar 11-ci ordu xususi şöbəsinin 15 may 1920-ci il qərarı ilə güllələndi.

173

Daşnak gülləsinin qurbanı

Azərbaycan hökumətinin Tiflisdən Gəncəyə köçdüyü günün səhəri, 17 iyun 1918-ci ildən etibarən fəaliyyətə başlayan ikinci hökumətdə ən mühüm postlardan biri - daxili işlər naziri vəzifəsi ixtisasca dağ-mə’dən mühəndisi olan 32 yaşlı Behbudağa Cavanşirə həvalə edilmişdi. Çar dövründə heç bir polis orqanında işləməmiş, hərbi çinə, bu işdə xüsusi təhsil və təcrübəyə malik olmayan bir şəxsin birdən-birə belə yüksək və son dərəcə məsul sahəyə təyin edilməsi nə ilə bağlı idi. Ölkədə hərc-mərcliyin baş alıb getdiyi, yeni hökumətin yerlərdə kifayət qədər möhkəm dayağının olmadığı, idarəetmə strukturlarının təzə-təzə foromalaşdırılmağa başlandığı bir vaxtda bu mürəkkəb və taleyüklü vəzifələrin həyata keçirilməsinə ən çox cavabdehlik daşıyan bir qummun rəhbərliyinin Behbudağaya tapşırılması nə dərəcədə düzgün qərar sayıla bilərdi? Burada belə bir cəhət də xüsusi nəzərə alınmalıdır ki, Azərbaycandan kənarda təşkil edilmiş birinci hökumətdə bu vəzifənin icrası Nazirlər Şurasının sədri Fətəli Xan Xoyskinin özünə həvalə olunmuşdu. Ancaq əsl həqiqətdə digər nazirliklərdən fərqli olaraq, başlıca fəaliyyəti ölkənin daxili həyat məsələləri ilə bağlı olan bu nazirliyin hansısa başqa dövlətin ərazisində formalaşdıniması və səlahiyyəti ilə bağlı işlər görməsi mümkün deyildi. Bu baxımdan Behbudağa Cavanşir respublikanın ilk daxili işlər naziri hesab edilə bilərdi və onun

174

qarşısında təsəwürəgəlməz dərəcədə ağır vəzifələr dururdu. O, bir yandan rəhbərlik etdiyi qurumun bütün stmkturlannm təşkili və bu strukturlar arasında düzgün funksional vəzifə bölgüsünün aparılması, kadrların seçilib yerləşdirilməsi kimi məsələlərlə məşğul olmalı, digər tərəfdən isə nazirlik sistemində gündəlik işin qüsursuz yerinə yetirilməsi üçün müvafiq tədbirlər görməli idi. Bütün bunların müqabilində hökumətin daxili işlər naziri kimi məhz onun namizədliyi üzərində dayanılması təsadüfi idimi?

Əlbəttə, bu təyinatın Fətəli Xan kimi bir dövlət xadimi və şəxsiyyət tərəfindən müdafiə edilməsi faktını qeyd etməyin özü məsələyə müəyyən aydınlıq gətirir, necə deyərlər əlavə şərhə ehtiyac qalmır. Behbudağa Cavanşirin nə dərəcədə uğurlu namizəd olmasına gəlincə isə, onun həyatı və fəaliyyəti haqqında qismən də olsa məlumata malik olanların hamısı bunu təsdiq edə və qəti əminliklə deyə bilərlər ki, belə bir məsul dövrdə həmin vəzifəyə məhz Behbudağanın təyin olunması heç də təsadüfi deyildi, əksinə çox düzgün və müdrik bir qərar idi.

Behbudağa Cavanşir 1886-cı ildə Tərtər nahiyyəsinin Azad Qaraqoyunlu kəndində anadan olmuşdur. Orta təhsilini Tiflis real məktəbində almış, sonra dünyada ilk ali-texniki məktəb olan Frayberq Dağ-mə’dən Akademiyasını (Almaniya) bitirmişdir. O, bu Akademiyanın ilk azərbaycanlı məzunu idi. Behbudağa Cavanşir Almaniyada təhsilini başa vurduqdan sonra İngiltərəyə gedərək təkmilləşdirmə kurslarında oxumuş, alman, ingilis, fransız, rus və gürcü dillərini mükəmməl öyrənmişdir. 1916-cı ildə Azərbaycana qayıdan Behbudağa Bakının bir sıra neft müəssisələrində baş mühəndis vəzifələrində çalışmışdır. Doğma xalqının maariflənməsi, dünyanın tərəqqi etmiş xalqları ilə eyni mərtəbəyə yüksəlməsi və öz tarixi haqlanna sahib çıxması uğrunda mübarizə aparan Behbudağa Cavanşir tezliklə “Müsəlman xeyriyyə cəmiyyəti”nin rəhbərliyinə seçilmişdir. Onun coşqun fəaliyyəti çar xəfıyyələri tərəfindən ciddi izlənilirdi. 1920-ci ildə Bakıda rusca çap edilmiş “Zaqafqaziyada rus siyasətinə dair sənədlər” (digər adı “Qara kitab”dır) bu barədə mə’lumat vardır. Həmin kitabdan aydın olur ki, Behbudağa Cavanşir Ə.Ağayevin 1905-ci ildə gizli şəkildə yaratdığı, qarşısma milli ideyalann həyata

175

keçirilməsi kimi ali bir məqsəd qoymuş “Difai” partiyasının Mərkəzi Komitəsinə daxil olmuşdur. O, həmçinin “Nicat” cəmiyyətinin və “Rus texniki cəmiyyəti”nin Bakı şöbəsinin üzvü seçilmişdir. Təsadüfi deyildi ki, Texniki cəmiyyətin elmi əsərlərində Behbudağa Cəvanşirin xeyli elmi və elmi-kütləvi səpkili məqaləsi çap olunmuşdur.

Siyasi fəaliyyətlə getdikcə daha geniş şəkildə məşğul olmağa b a ş l a y a n

Behbudağa fevral- buıjua inqilabından sonra yaranmış Milli Müsəlman Şurası Müvəqqəti i c r a i y y ə K o m i t ə s i n i n tərkibinə seçilir. İndi artıq o, məhdud bir dairədə deyil, Azərbaycanın milli istiqlalı uğrunda m ü b a r i z ə y ə qoşulmağa hər an hazır olan Vətən f ə d a i l ə r i n i n , z ə m a n ə s i n i n ' g ö r k ə m l i şəxsiyyətlərinin yaxından tanıdığı,

hörmət və nüfuz sahibi hesab etdiyi bir ziyalı idi. Behbudağa bu höiTnət və nüfuzu yüksək intelleekti, millətsevərliyi və yorulmaz fəaliyyəti ilə qazanmışdı. Belə bir faktı qeyd etmək kifayətdir ki, 1918-ci ildə bolşeviklərin himayədarlığı ilə ermənilərin Bakıda törətdikləri mart qırğınının qarşısını almağa çalışanlardan biri də məhz Behbudağa Cəvanşir idi. O, həmin hadisələrin qarşısının alınması, milli münaqişələrin daha bÖ5dik miqyas almasına yol verilməməsi üçün yaradılmış barışıq komitəsinin üzvü idi.

'* i.« y, ' f. ; J

i -1.1,

176

Nəhayət Behbudağa Cavanşirin tərcümeyi-halında xüsusi yer tutan bir hadisə. Qeyd edildiyi kimi, o, 1918-ci il iyun ayının 17- də Gəncədə F.Xoyskinin təşkil etdiyi ikinci hökumət kabinəsində Daxili İşlər naziri vəzifəsini tutur. Bu elə bir dövr idi ki, Azərbaycan hökuməti Gəncə quberniyasından və daha bir neçə qəzadan başqa respublikanın digər qanuni ərazilərində real hakimiyyətə malik deyildi. Bir yandan xarici müdaxilə təhlükəsi, bir yandan daxili sabitliyin olmaması vəziyyəti həddən artıq gərginləşdirmiş, antiazərbaycan qüvvələrini fəallaşdırmışdı. Belə bir şəraitdə ümumən gənc respublikanın taleyi ciddi təhlükə altında idi və yeganə xilas yolu hökumətin qətiyyətli addımlar atmaqla, ölkədaxili proseslərə nəzarət imkanları əldə etməsindən, əhalinin müdafiəsi, əmin-amanlığın bərpasına qadir olduğunu sübuta yetirməsindən asılı idi. İyun, iyul, avqust və sentyabr ayları bu baxımdan xüsusilə gərgin keçmişdi. Ancaq nə qədər çətin də olsa, B.Cavanşirin rəhbərlik etdiyi qurumun da gündəlik gərgin fəaliyyəti nəticəsində gənc Azərbaycan hökuməti qarşısına qoyduğu ilkin məqsədlərin həyata keçirilməsinə, ölkə daxilində sabitlik yaratmaqla yerlərdə hakimiyyətin dayaqlarının möhkəmləndirilməsinə nail oldu. Aəzərbayeanın əksər ərazilərində yerli polis və digər hakimiyyət orqanlarının fəaliyyətə başlaması ilə əhalidə gənc Cümhuriyyətin özünü müdafiə etmək qüdrətinə malik olduğuna əhalidə inam yaradıldı. Artıq hökumətin qəbul etdiyi hər hansı qərarın yerinə yetiriləcəyinə nə mərkəzi, nə də yerli orqanlarda azacıq da olsa, şübhə qala bilməzdi və xalq müstəqil dövlətin vətəndaşı olmaqla qürur duyduğunu çəkinmədən ifadə edirdi. Hökumət isə bütün məsələlərin həllində xalqın mənafeyini əsas götürdü3dinü hər addımda sübuta yetirir, bir çox hallarda atılacaq addımlar barəsində ölkə vətəndaşlarına tam aydınlığı ilə hesabat verilirdi. Və sözsüz ki, bu qarşılıqlı etimad da ölkədaxili vəziyyətin yaxşılaşmasına, dövlət quruculuğu kimi mürəkkəb bir prosesin sürətlənməsinə öz müsbət təsirini göstərirdi.

17 noyabr 1919-cu il Nazirlər Şurasının sədri F.X.Xoyski və daxili işlər naziri B.Cavanşir Bakı şəhər əhalisinə müraciət edirlər: “Azərbayean hökuməti ilə müttəfiq qoşunların

177

nümayəndəsi Ənzəlidə olan general Tomsonla əldə edilmiş razılığa əsasən, noyabnn 17-də səhər Azərbaycanın paytaxtı Bakı şəhərinə general Tomsonun başçılığı altında müttəfiq qoşunlarının dəstəsi daxil olacaqdır. Bu dəstənin gəlişi Azərbaycanın müstəqilliyinə və ərazi toxunulmazlığına xələl gətirəcək düşmənçilik aktı deyil. Bütün dövlət və ictimai təşkilatlar əvvəlki kimi normal fəaliyyət göstərəcək. Hökumət tərəfindən qayda-qanun gözlənilməsi üçün bütün müvafiq tədbirlər görülmüşdür. Höloımət bütün vətəndaşları sakitliyi və qayda-qanunu gözləməyə, müttəfiq qoşunlarının dəstəsini dostcasına qarşılamağa çağırır”.

Azərbaycanın müstəqilliyinin tanınmasında bir sıra məlum amillərlə bərabər, Avropanın aparıcı xarici dövlətləri qarşısında respublikanın imicinin yüksəldilməsi də az rol oynamamışdı və rəhbərliyin ölkədə xarici missiyasının mövcud olduğu bütün müddət ərzində əhali tərəfindən onlara qarşı çox böyük səbr və təmkin nümayiş etdirilməsinə çalışması heç də təsadüfi deyildi. Əlbəttə, Cümhuriyyət hökumətinin başçıları yaxşı bilirdilər ki, müttəfiq qoşunları komandanlığının Azərbaycana gəlməkdə məqsədi daha çox öz iqtisadi və siyasi maraqlarını güdməkdən ibarətdir və onlar öz mənafelərinə azacıq uyğun gəlməyən məsələlərdə ən yaxşı halda neytral mövqe tuta bilərlər. Ancaq bütün bunlara baxmayaraq, respublikanı şimaldan gözlənilən Könüllü Ordu və bolşeviklər kimi real təhlükələrdən qorumağın hələlik yeganə vasitəsi birinci dünya müharibəsinin qaliblərinə üz tutmaq idi.

Müstəqilliyin ilk dövrlərində Daxili İşlər Nazirliyinin ölkənin ən mühüm dövlət strukturlarından biri kimi spesifik fəaliyyət istiqamətləri ilə yanaşı, müxtəlif ərazilərdə yerli idarəçilik, müdafiə məsələləri, sərhəd mühafizəsi ilə məşğul olmaq funksiyalanm da öz üzərinə götürmüşdü. Azərbaycan ərazisindəki mövcud qubernatorluqlar və general-qubernatorluqların fəaliyyətinin əsasən bu nazirlik tərəfindən istiqamətləndirilməsi və koordinasiya edilməsi onun üzərinə həqiqətən də böyük vəzifələr düşdüyünü göstərir. Məlız buna görə də, daxili işlər naziri kimi belə məsul bir vəzifənin öhdəsindən gəlmək üçün şəxsi insani keyfiyyətlər də bəzən kifayətləndirici sayılmırdı. Behbudağanın

178

təyinatı onun respublikada yuxarıda qeyd etdiyimiz kimi həm də böyük hörmət, nüfuz sahibi olması ilə əlaqədar idi.

Təsadüfi deyildi ki, bitərəf B.Cavanşir Azərbaycan Parlamentinə çox asanlıqla üzv seçilmiş və parlamentin hərbi komissiyanın tərkibinə daxil edilmişdi. “Difai” partiyası istisna edilməklə ömrünün sonunadək heç bir siyasi qurumda təmsil olunmayan B.Cavanşir də müasirləri olan bir sıra dövlət xadimlərimiz kimi vətənə, millətə təmənnasız xidmət üçün siyasi mənsubiyyətin bəzilərinin düşündüyünün əksinə, əsaslı rol oynamadığını bir daha sübuta yetimıişdi. “Azərbaycan” qəzeti 22 oktyabr 1919-cu il tarixli sayında “Parlament xronikasf’nda yazırdı: “Parlament kluarlarmda “Bitərəflər” fraksiyasının dağılacağı müzakirə edilir. Söhbətlərə görə, onların bir hissəsi lider F.X.Xoyski ilə “Müsavat” partiyasına meyl edir, Ləmbəranski və Axundov “İttihada”a keçiblər, B.Cavanşir partiyadan kənar qalıb”.

Behbudağa Cavanşirin müstəqil respublikanın daxili işlər naziri kimi bu gün iftixar hissi doğuran xidmətlərindən danışarkən onun müavini general-mayor Sadıq bəy Ağabəyovun fəaliyyətini qeyd etməmək ədalətsizlik olardı. Sadıq bəy İsmayıl bəy oğlu Ağabəyov 1865-ci ildə martın 15-də Bakı quberniyasının Göyçay qəzasında anadan olub. 1882-ci ildə Bakı realm məktəbini bitirib. 1886-cı ildə Peterburq hərbi piyada və artilleriya məktəbinə daxil olub.l899-cu ildə Peterburqda Hərbi nazirliyin Baş Qərargahının şərq dilləri kursunu qiyabi bitirib. 1886-cı ildə Qafqaz artilleriya hissəsində, sonra isə 1913-cü ilə qədər Türküstan vəZakaspi vilayətlərində çalışıb. Pləmin ildə təqaüdə çıxıb və Göyçaya qayıdıb. Birinci dünya müharibəsi başlananda hərbiçilərin səfərbərliyə alınması ilə əlaqədar Sadıq bəy də xidmətə çağrıhr və Rusiya müharibədən çıxana qədər müharibədə iştirak edir. O, 1918-20-ci illərdə milli hökumətdə hərbi və daxili işlər nazirlərinin müavini olmuş, daxili işlər nazirini əvəz etmişdir. Hökumətin qərarı ilə “23 oktyabr 1918-ci ildə formalaşmış və təsdiq olunmuş dövlət strukturunda daxili işlər nazirini əvəz etmək və xidməti vəzifəsini yerinə yetinuə”yin general-mayor Sadıq bəy Ağabəyova tapşırılması da göstərirdi ki, onun peşəkarlığı və xidmətləri

179

Azərbaycan hökuməti tərəfindən yüksək qiymətləndirilmişdir (ARDA, f.894, s.l,iş 50).

1918-ci il oktyabr ayının 6-da hökumətdə bəzi dəyişikliklərlə əlaqədar B. Cavanşir bir müddət eyni zamanda ticarət və sənaye naziri funksiyalarım da yerinə yetirmişdir. O, yerli sənayenin inkişafına, Azərbaycanın xarici ölkələrlə ticarət əlaqələrinin qurulmasına ciddi səy göstənnişdir. 1919-cu ildə xarici ölkələrlə ticarət əlaqələrinin yaradılması məqsədilə Behbudağa Cəvanşirin yaxından iştirakı ilə Bakıda “Dəyanət” şirkəti yaradılmışdır. 1918- 1920-ci illərdə Bakıda təntənəli “Azərbaycan gecələri” konsertinin və bir çox cəmiyyətlərin təşkili də onun adı ilə bağlıdır.

28 noyabr 1918-ci ildə Azərbaycan Respublikası və Şimali Qafqazın Dağlı Xalqlar İttifaqı Respublikası arasında müqavilə bağlanır. Həmin müqaviləni Azərbaycan hökuməti aldından ticarət və sənaye naziri B.Cavanşir və maliyyə naziri M.H.Hacınski, qarşı tərəfdən isə Bahadur bəy Molaçaxi və İbrahim bəy Heydərov imzalayırlar. Müqavilədə: “1. Qafqazın Dağlı Xalqlar İttifaqı Respublikası Azərbaycan Respublikasından noyabr ayının 1-dən hesablanmaqla iki illiyə qaytarmaqla faizsiz 10 milyon rubl götüri’məsi nəzərdə tutulur, bu iki dövlət arasında iqtisadi əlaqələrin möhkəmləndirilməsi üçün gələcəkdə də zəruri tədbirlərin görüləcəyinə dolayısı ilə işarə edilirdi (ARDA, f 894, s.lO. iş 40, vA-2).

B.Cavanşirin ticarət və sənaye naziri kimi imzaladığı digər bir müqavilə Azərbaycan və Gürcüstan arasında 1918-ci ilin dekabr ayının 26-da bağlanmışdır. Azərbaycan hökuməti adından B.Cavanşir, Gürcüstan hökuməti adından Azərbaycan hökuməti yanında diplomatik nümayəndə Nikolay İotamoviç Karçivadzenin

üçün möhkəm zəmin yaradılmasında vacib sayılan bir məsələyə - istehlak baxımından ciddi ehtiyac duyulan malların rüsumsuz daşınması məsələsinə toxunulmuşdu. Müqavilənin şərtlərinə uyğun olaraq; 1 .Azərbaycandan Gürcüstana və əksinə yüklərin dəmiryolu ilə rüsumsuz daşınmasına; 2.Azərbaycan hökuməti neft və neft məhsullarının, qarşı tərəf isə daş kömür və meşə materiallarının daşınmasına icazə verirdilər. 19 maddədən ibarət

180

olan bu müqavilənin bağlanması müəyyən dövrdə əhalinin zəruri mallarla təminatında yaranmış probelmələrin aradan qaldınimasına imkan verməklə hər iki respublikada ölkədaxili gərginliyin azalmasına səbəb olmuşdu. Yeri gəlmişkən, bu müqaviləyə görə, Gürcüstan tərəfi yalnız çörəyin, qəndin və dərinin rüsumsuz keçirilməsinə icazə verməmişdi, digər mal və materiallar isə Azərbaycana heç bir rüsum ödənilmədən keçirilə bilərdi.

B.Cavanşirin sənaye məsələləri ilə bağlılığına gəlincə isə, hər şeydən əvvəl onun yüksək sənaye mütəxəssisi olmasını, bu sahədə uzun müddət işləməsi nəzərə alınmışdı. Ancaq bu təyinatı şərtləndirən bir sıra digər amillər də vardı. Hələ çarizm dövıündən böyük neft aksiyalarına malik şəxs kimi neft sənayeçiləri arasında yaxşı tanınan B.Cəvanşir dəfələrlə neft sənayeçiləri qurultayının İcraiyyə Komitəsinin sədri seçilmişdi. O zaman neft mədənlərini müdafiə edən Bakı Qradonaçalnikliyinin polis işçilərinin və şəhər polisinin bir sıra digər sahələrdə çalışan əməkdaşlarının əmək haqqı neft sahibkarlarının öz gəlirlərindən ayırdıqları 3 faiz gəlir hesabına ödənilirdi. Bu isə neft sahibkarları və bu sahədə nüflız sahibi olan şəxslərin həm də polis işindən müəyyən qədər xəbardar olmalarına şərait yaradır və onları bu dairədə az da olsa tanıdırdı. Təsadüfi deyildi, 1920-ci il 27 aprel işğalından sonra milli hökumətdə yüksək post tutmuş Behbudağa Cavanşir kimi mütəxəssislərə qəti etibar etməyən bolşeviklər ilk dövrlər bu cür yüksək ixtisaslı və təcrübəli kadrlardan istifadə etməklə yeni hakimiyyətin iqtisadi dayaqlarını möhkəmləndirməyə çalışırdılar. B.Cavanşirin 1920-ci ilin aprelindən sonrakı dövr ərzində neft sənayesi sahəsində işləməsi həm də bununla izah edilə bilər.

B.Cavanşir sənaye məsələlərindən hərtərəfli baş çıxardığım sübuta yetirən başqa bir fakt. O, Parlamentin 27 noyabr 1919-cu il tarixli iclasında çıxış edərək hökumətin maliyyə və sənaye fəaliyyətini tənqid edib, N. Yusifbəyli hökumətinin 8-10 ay ərzində özünü heç nədə göstərə bilmədiyini, qaçaqmalçılara qarşı iqtisadi vasitələrlə mübarizə aparılmadığını, şəhərdə vəziyyətin yaxşılaşdırılması ilə bağlı tədbirlər görülməməsini qeyd edirdi. Ona görə, qaçaqmalçılığın yayılmasına şərait yaradan səbəblərdən biri ölkədə mövcud olan iqtisadi qadağanlar sistemidir. Bu sistemin

181

ucbatından istehsalçılar istehsal etdikləri mallan əhaliyə çatdınnaq əvəzinə anbarlarda yatızdırır və beləliklə zay olmuş xeyli məhsullan atmalı olurlar. Bundan isə hər iki tərəf ziyan görürdü.

1918-ci ilin dekabrında F.Xoyskinin kabinəsi istefaya çıxdığı üçün Behbudağa Cavanşir tutduğu hökumət vəzifələrini tərk etmiş, həmin dövrdən sonra Azərbaycan Parlamentində fəaliyyət göstərməklə yanaşı, həm də “Dəyanət” fərdi xarici ticarət birliyinin təsisi və onun işinin təşkili ilə bağlı məsələlərlə məşğul olmuşdur. Ancaq hansı sahədə çalışmasından, hansı problemlərin həllinə girişməsindən asılı olmayaraq, o, gəncliyindən seçdiyi yolla - Vətənə, millətə təmənnasız xidmət yolu ilə gedirdi və nə qədər sağ idi heç bir qüvvə onu bu amalından döndərə bilməzdi.

Behbudağa Cavanşir haqqında bir-iki məqalə və ayrı-ayn kitablara salınmış müəyyən tərcümeyi-hal xarakterli qeyd istisna olunmaqla, başqa heç nə yazılmayıb. Belə mənbələrdən birində, “Azərbaycan Cümhurİ3^əti sənədlər və materiallar 1918-1920- ci illər” məcmuəsində Behbudağa haqqında aşağıdakı məlumatlar verilmişdir: “Behbud xan Azad oğlu Cəvanşir (1886-1921) - AR-in dövlət və siyasi xadimi. Almaniyada və İngəltərədə oxumuşdur. 1912-ci ildə Freyberqdə (Almaniya) Dağ Akademiyasını bitirmişdir. Neftayırma müəssisələrində baş mühəndis işləmişdir, “Rus texniki cəmiyyəti”nin üzvü olmuşdur. Elmi məqalələrin müəllifidir. Maarifçilik fəaliyyəti ilə məşğul olmuş, “Müsəlman xeyriyyə cəmiyyəti”nin rəhbərliyinə seçilmişdir. Fevral inqilabından sonra (1917) Bakı müsəlman cəmiyyətləri təşkilatları komitəsinin üzvü olmuşdur. Bakıda mart (1918) hadisələri zamanı razılaşdırıcı komissiyanın heyətinə daxil edilmişdir. 1918-ci ilin iyun-dekabr aylarında ADR-in daxili işlər naziri, (1918-ci ilin oktyabnndan isə) eyni vaxtda ticarət və sənaye naziri olmuşdur. Azərbaycan Parlamentinin üzvü. 1919-cu ildə “Dəyanət” fərdi xarici ticarət birliyinin təsisçilərindən biri. 1920- ci ilin aprelindən sonra neft müəssisələrində çalışıb. N.Nərimanov tərəfindən avadanlıq alınması üçün xaricə göndərilib və İstanbulda “Daşnakstyun”un üzvü tərəfindən öldürülüb.

Azərbaycan hökumətinin bir sıra digər görkəmli nümayəndələri kimi Behbudağa Cavanşirin həyatının və həqiqətən də

18:

zəngin ictimai-siyasi fəaliyyətinin öyrənilməsinə, bu istiqamətlərdə ciddi araşdımıalar aparılmasına ehtiyac vardır. Cəmi 35 il yaşamış bu insanın elmi, elmi-kütləvi məqalələrinin, çıxışlarının toplanılıb bir kitabça halında çap etdirilməsi də bu işin tərkib hissəsi olmalıdır. Behbudağa Cavanşirin həyatı ilk müstəqillik dövrü hökumətimizin repressiyaya məruz qalmış ilk nümayəndələrindən biri kimi də böyük maraq kəsb edir. Doğrudur, o, bolşevik rejiminin amansız cəza tədbirləri tətbiq etdiyi Azərbaycandan kənarda 1918-ci ilin mart soyqırmında fəal iştirak etmiş daşnak Misaq Toplaqyan tərəfindən güllə ilə arxadan vurularaq öldürülmüşdü. Ancaq bu sui-qəsdin kim tərəfindən törədilməsindən asılı olmayaraq mahiyyət dəyişmirdi. Behbudağa Cavanşiri N.Nərimanovun tapşırığı ilə 1920-ci ilin sonlarında Almaniyaya müasir neft avadanlığı alınması üçün göndərildiyi bu ezamiyyətdən geri qayıtdıqdan so'nra da eyni tale gözləyirdi. Çünki, Azərbaycana qarşı ümumi siyasət yeridilməsində daşnaklarla eyni mövqedə dayanan bolşevik rejimi müstəqil hökumətə, onun qumcularma qarşı münasibətdə daha amansız idi.

Sonda bir daha Behbudağa Cavanşirin bir qədər müəmmalı ölüm tarixi ilə bağlı hələlik məlum olan faktlara qayıdırıq. Azərbaycan üçün hələ çox işlər görməyə potensial imkanı olan bu yüksək intellekt sahibinin həyatını yarıda qıran o məşhum hadisə isə belə baş vermişdi. 1920-ci ilin sonlannda Almaniyaya getməli olan Behbudağa Cavanşir yolüstü İstambulda dayanır və qısa bir müddət o vaxtlar Malta adasında sürgündə olan həmyerlisi Əhməd bəy Ağayevin evində yaşayır. Bir gecə evdən çıxıb küçə ilə gedərkən öldürülür. Ə.Ağayevin oğlu Səməd Ağaoğlunun (1909-1982) “Babamın arkadaşları” (İstanbul, 1957) kitabında göstərildiyinə görə bu hadisə 1921-ci ilin yanvar ayının axınnda və ya fevralın əvvəlində baş vermişdir.

183

Camo bəy Hacmski

1923-cü il mart ayının sonlannda Azərbaycan SSR Fövqəladə Komissiyasının sədri Bağırovun və FK-nın daha iki nəfər ən yüksək vəzifəli şəxsinin imzası ilə Moskva Baş Dövlət Siyasi İdarəsinə tam məxfi qrifli belə bir məlumat göndərildi: “Sizin 24 mart 1923-cü il teleqramınıza uyğun olaraq əlavə edilən siyahı ilə birlikdə eserlərin Bakı prosesinin 19 nəfər üzvünü sərəncamınıza göndəririk. Az. FK sədri Bağırov, SOÇ rəisi Qaber-Kom, SEKO rəisi Milov.”

Həmin 19 nəfər siyasi məhbusun arasında Azərbaycanın görkəmli dövlət və ictimai xadimi, publisist, maarifçi və incəsənət bilicisi Camo bəy Flacınski, həmçinin haqqında başqa materialda söhbət açdığımız Aslan bəy Səfıkürdski də vardı. Azərbaycanda Eser (Sosialist inqilabçılar) partiyasının Zaqafqaziya təşkilatının liderləri olmuş bu şəxslər sovet hakimiyyətinə qarşı əksinqilabi fəaliyyətdə günahlandırılmış və ASSR Ali İnqilabi Tribunalı tərəfindən müxtəlif müddətlərdə həbs cəzasına məhkum edilmişdilər.'Bütün bu materialların toplandığı 75 və 130 səhifəlik istintaq işləri də həbs olunanların özləri ilə birlikdə Moskvaya göndərilmişdi.

Moskva DSİ Xüsusi Şöbəyə göndərilmiş tam məxfi qrifli başqa bir sənəddən isə hər iki dövlət xadimimizin ilk dəfə nə vaxt həbs olunduqları aydınlaşır; “Az.FK Bakı eserlərinin prosesi

184

ilə bağlı mühakimə olunmuş şəxslərin həbs edildiyi tarixlərlə əlaqədar bildirir: “Hacınski 7 aprel 1922-ci ildə, Səfıkürdski 8 aprel 1922-ci ildə həbs ediliblər. Azərbaycan FK sədrinin müavini Qaber-Korn, SEKO rəisi Quliyev. 14 04.24-cü il”.

11 aprel 1923-cü ildə Moskva şəhəri 1 saylı islah əmək evindən BDSİ-nin sərəncamına göndərilən siyasi məhbusların siyahısından isə aydın olur ki, Eser partiyasının üzvləri: Ştern Yakov, Mixayil Osintsev, Avramiy Fonştyen, Qaraşarlı Rza Bala oğlu, Olqa Somarodova, Nikolay Anoşin, Səfıkürdski Aslan Ağalar oğlu, Flacınski Camo Süleyman oğlu, Dimitri Sorokin, Anton Fionkin, Nikandor Sizov, Nikolay Çvanov, Kərim Feyzullayev, Maksim Zaytsev, Feodor Pletnev, Mixayil Qalamazov, Kandrati İvanov, Nikolay Kleşapov, İvan Kritavkin Moskvaya aprel ayının birinci ongünlüyündə

gətiriliblər. 5 gün sonra isə XDİK

DSİ Məxfi şöbə rəisinin köməkçisi Butırsk həbsxanasının növbətçi komendantına müraciət edir: “Xahiş edirəm Bakıdan göndərilmiş 19 nəfər eser məhbusu qəbul edəsiniz. Onları eyni kamerada yerləşdirmək olar... 16.04.1923-cü il.”

Camo bəyin çox keçməkeşli və sözün tam mənasında şərəfli ömür yolu barədə hərtərəfli məlumat əldə etmək üçün onun MTN arxivində saxlanılan PR 27275 saylı istintaq-arxiv işi ilə tanışlıqla sözsüz ki, kifayətlənmək olmazdı. Çünki həmin qovluqlarda bu

185

vətənpərvər ziyalının fəaliyyətinin daha çox ona qarşı ittihamlar irəli sürülməsinə imkan verən tərəflərinə, xüsusilə siyasi mövqeyinə aid materiallar toplanıb. Onun çoxşaxəli yaradıcılığı, millətin tərəqqisi və istiqlalı naminə gördüyü işlər təbii ki, imperiya cəlladlarını düşündürmür, əksinə onları Camo bəy kimi şəxsiyyətlərimizə qarşı daha amansız olmağa təhrik edirdi. 20-ci illərdə Azərbaycan istiqlalının birinci Cümhuriyyət dövrünün

hökumətində təmsil olunaraq, poçt və teleqraf naziri

• W .. . .. ■ “bi; '

zr

A

m İF .̂» "> ’< 'VH

< ;/i /•-, j

postunu tutmuş şəxs kimi ittihamlara məruz qalan Camo bəy haqqında “Azərbaycan Sovet Ensiklopcdiyasf’nm 10-cu cildində (səh. 156) yazılırdı: “Camo bəy Süleyman bəy oğlu Hacınski 1887- ci ildə Qubada anadan olub. 1912-ci ildə Peterburq universitetini bitirib. Çar dövründə məşhur publisist, teatr tənqidçisi və incəsənətşünas olub. Mədəni-maarifçi “Nicaf ’ cəmiyyətinin işində iştirak edib, Müsəlman dramatik cəmiyyətinin təşkilatçılarından biri olub. “Türk yurdu” cəmiyyətində Azərbaycan incəsənətindən mühazirələr oxuyub. “Qubalı” təxəllüsü ilə Azərbaycan və rusdilli mətbuatda müntəzəm çıxışlar edib. Ü.Hacıbəyovun teatr tamaşaları. Nəcəf bəy Vəzirovun pyesləri və b. müəlliflərin əsərləri haqqında resenziyalar yazıb. Sovet dövründə mədəniyyət və maarif sahəsində işləməkdə davam edib, tarixi abidələrin

186

bərpası ilə məşğul olub. “Milli nəğmələr” kitabında şerləri dərc edilib (1919-1920-ci illər)”

Kütləvi cəza tədbirlərinə görə, bir sıra şəxsləri ittiham etmiş, guya həmin cəllad hərəkətlərinin yalnız ayrı-ayrı adamların əməlləri olduğunu göstərmiş rejim öz əsl mahiyyətini gizlədə bilmir, tarixi şəxsiyyətlərimiz barəsində həqiqətlərin bir sıra mühüm faktlarım yenə də onların mənsub olduqları xalqdan gizlədirdi. Ensiklopediya kimi ciddi bir nəşrdə Camo bəy Hacmskinin Cümhuriyyət hökumətinin. Parlamentinin üzvü olduğu, 1922-26-cıvə 1937-ci illərdə sovet hakimiyyəti tərəfindən repressiyalara məruz qaldığı göstərilmir, hətta onun doğum tarixi və avtobioqrafıyası ilə bağlı digər faktlar təhrif edilirdi. Müqayisə üçün başqa bir mənbəyə müraciət edək:

“Camo bəy Süleyman oğlu Hacmski (1888-1942) - AR-in dövlət və siyasi xadimi. Peterburq Universitetinin hüquq fakültəsini bitirib (1914). “Kaspi” qəzetinin müxbiri olub (1907). 1914-1915- ci illərdə Batumda və Bakıda qaçqın müsəlmanların işi üzrə komitənin səlahiyyətli nümayəndəsi olub. 1917-ci ilin aprel-iyul aylarında OZAKOM-un səlahiyyətli nümayəndəsi. Zaqafqaziya seymində Müsəlman sosialist blokunun və Azərbaycan parlamentində sosialist fırqəsinin üzvü. F.Xoyski kabinetində Dövlət nəzarətçisi (iyun 1918), N.Yusifbəylinin birinci və ikinci hökumət kabinəsində poçt və teleqraf naziri (aprel 1919 - mart 1920). Sovet Azərbaycanında xalq ədliyyə komisarhğında işləyib, “Köybirliyi”, “Azərittifaq”da. 20-30-cu illərdə siyasi motivlərə görə həbs olunub. Həbsdə ölüb. (“Azərbaycan Cümhuriyyəti sənədlər və materiallar 1918-1920-ci illər” məcmuəsi)

Azərbaycanda müstəqil dövləti devirdikdən sonra öz zorakı hakimiyyətini hər vasitə ilə möhkəmləndirməyə çalışan bolşeviklər bütün potensial siyasi əleyhdarlarını tədricən məhv etmək yolunu tutdular. İlk zərbə milli ideyaların daşıyıcısı, müstəqil Azərbaycanın ideoloji dayağı olan “Müsavat” partiyasına endirildi. “Müsavatf’m ardınca isə vaxtilə onlara münasibətdə loyal və hətta müttəfiq olmuş, indi isə nisbətən təhlükəli sayılan partiyalara, o cümlədən eserlərə qarşı müvafiq tədbirlər görüldü. Siyasi rəqiblərini məhv etmək üçün cəza tədbirlərindən tutmuş.

187

ən müxtəlif vasitələrə əl atan bolşeviklərin sevimli üsullarından biri həmin qüvvələrin yeni quruluşa düşmən olduqları barəsində ictimai rəy formalaşdınnaq və guya qəti addımlara xalqın onları məcbur etdiyini göstərməkdən ibarət idi. Eserlərə qarşı məhz bu yol tutuldu. Onların həbs olunması prosesi mətbutdabu partiyanın düşmən elan edilməsi ilə paralel aparılırdı.

14 may 1922-ci ildə “Bakinski raboçi” qəzetinə məktub yazan S.Evoyan adlı bir erməni SİP-in 1903-cü ildən üzvü olduğunu, indi bu partiyanın başqa yol tutduğu, şəxsi qərəzlik hissi ilə mübarizə metodlarına fərq qoymadan özünün mənafeyi naminə Vrangelin zabitləri ilə sövdələşərək cinayətkar şüarlarla çıxış etdiyi üçün onu ölmüş saydığını və bu partiyadan çıxdığını, başqalarını da onunla əlaqəni kəsməyə çağırdığını bildirir. Həmin qəzetə 11 may 1922-ci ildə məktub yazan partiyanın Tiflis təşkilatının üzvü M.Latkin və iyun ayında məktub yazan Bakı təşkilatının üzvü F.Pletnev də partiya sıralarından çıxdıqlarını bildirir, eserləri ittiham edən digər şəxslərə qoşulurdular.

Eserlər partiyasının Bakı təşkilatının istintanq materiallarından aydın olur ki, “1922-ci il aprelin 7-dən 8-nə keçən gecə Bakıda 51, başqa yerlərdə 17 nəfər eser həbs edilib. Həbs olunanlardan 15 nəfəri dindirilib, onların etiraflarından Bakı təşkilatının fəaliyyəti barədə aydın təsəvvür yaranır. Təşkilatın bir sıra digər xadimlərinin heç bir dəlilə, üzləşdirməyə, başqalanmn ifadələrinə baxmayaraq, inad göstənnəsi SİP-in bütün siyasi cinayətlərini açmağa imkan vermir. Əlavə edilən materiallar əsasən aşağıdakılara aiddir: l.SİP Bakı bürosunun Konstan- tinapoldan sənayedə işləmək üçün köçürülən vrangelçi zabitlərlə Bakıda silahlı üsyan təşkil etmək barədə danışıqları. 2.Eserlərin həbsinə cavab olaraq. Ramana, Suraxanı və Bibi-heybət neft mə’dənlərində yanğınlar törətmək. 3.Eserlərin hərbi drujinalari üçün rəsmi şəxslərin köməyi ilə tüfənglər yığmaq. 4.SİP-in partiya məqsədləri ilə digər cinayətlər törətmək. 5.Eserlərin kilsə Şuralarına daxil olması.”

Camo bəy Hacınski ilk dəfə 29 may 1922-ci il Az.SSR FK- nın müvəkkili Valik tərəfindən dindirilir: “Sual: Ötən il sentyabr ayında Səfikürdskinin mənzilində SİP-in Bakı təşkilatının

188

nümayəndələri ilə sizin, Feyzullayevin, Səfıkürdskinin iştirakı ilə yığıncaq olubmu?

Cavab; Bəli, biz Səfıkürdskinin mənzilində Krestovski, Osintsev və soyadını bilmədiyim bir nəfərlə görüşmüşük. Mən oraya gələndə artıq bütün adı çəkilənlər oturub çay içirdilər. Mənə qədər nə barədə danışmışdılar, bilmirəm. Mənim yanımda SİP- də təmayüllər barədə söhbət getdi. Bizdən, ümumiyyətlə Azərbaycanın qəzalarında əhalinin ovqatı barədə somşdular. Dedilər ki, fəhlələr arasında vəziyyət eserlərin xeyrinədir, ancaq onlar indi adamlar çatışmadığı üçün işləyə bilmirlər. Konkret iş barəsində danışmadılar, çünki bizə inanmırdılar. Onlar bizə ədəbiyyat təqdim etdilər.

Sual: Bundan sonra toxunulan məsələlər barəsində ancaq müsəlmanların ayrı yığıncağı keçirildimi?

Cavab: Bəli, Qaraşarlının mənzilində biz dördümüz toplaşdıq. Mənə və Feyzullayevə həvalə edildi ki, eserlərin konkret nə təklif etmək istədiklərini aydınlaşdıraq. Mən Feyzullayevə dedim Krestovskiyə çatdırsın ki, hələlik onunla görüşmək istəmirəm. Görünür Feyzullayev çatdırmışdı və daha heç kim mənə müraciət etmədi.

Sual: Sizin müsəlman qrupu yaratmaq niyyətiniz olubmu? Cavab: Azərbaycanın iki sosialist partiyasının çoxdan

mövcud olmasını nəzərə alaraq vahid partiyanın yaradılmasını məqsədəuyğun hesab etdilər. Deyəsən bu barədə Pepinov və Ağamalıoğlu danışdılar.

Sual: Sizə Lənkəranda müsəlman eserlər qrupunun fəaliyyət göstərdiyi məlumdunnu?

Cavab: Mən Feyzullayevdən eşitmişdim ki, Krestovski orada hansısa müsəlmanlarla əlaqəyə malikdir. Orada hansı işləri, kimin bayrağı altında görüblər mən bilmirəm.

Sual: Siz Moskvadan ədəbiyyatı necə əldə etmisiniz? Cavab; Təqribən 1921-ci ilin sentyabr-oktyabr aylarında

yanıma komissarlığa türk təbəəsi Behcət Abaşidze adlı birisi gəlib, məni tapmamışdı. İşdə mənə bu barədə dedilər və mən onun mənzilinə getdim. O, qəzetə bükülmüş zərf, Şterninin mənə yazdığı şəxsi məktubu, Olqa Stepanovnanın adma iki məktub.

189

“Doktor”a məktub və içində pul olan məktub verdi. Həbs ediləndən sonra bildim ki, Olqa Stepanovna elə Samorodovadır.

Sual: Sizə eserlərin həbs ediləcəyi məlum idimi və bunu haradan bilirdiniz?

Cavab: Mən Feyzullayevə dedim ki, Krestovskiyə görüşdən imtina etdiyimi və eserləri həbs edilə biləcəklərini çatdırsın ki, qoy onlar ehtiyatlı olsunlar.”

Növbəti dindirməni isə Az.SSR FK-nın müvəkkilləri Doxnoviç və Sosnin aparırlar. C.Hacmski 1917-ci il fevral burjua inqilabından sonrakı fəaliyyəti barədə belə deyir: “Fevral inqilabının əvvəlində, təqribən 1917-ci ilin mayında, yaxud iyununda o zaman Tiflisdə olan və müvəqqəti hökumətin Xüsusi Zaqafqaziya komitəsində və fəhlə kəndli deputatların diyar mərkəzində işləyən bir qrup şəxs Müəssislər məclisinə öz siyahımızı təqdim etmək məqsədilə qeyri-partiya sosialist qmpu yaratmaq fikrinə düşdük. Bu qrup “müsəlman sosilist bloku” adı altında yaradıldı və seçkidə müstəqil siyahı ilə iştirak etdi və Müəssislər məclisinə iki deputat keçirdi. Bu qrupun tərkibinə Ə.Pepinov, İbrahim Heydərov, Aslan Səfıkürdski, Rza Qaraşarh, A.Qantəmirov, Məmməd Məhərrəmov, Bağır Rzayev və bir neçə nəfər daxil idi. Zaqafqaziya Seymi təşkil ediləndə bizim qrupdan 7 nəfər Seymin tərkibinə daxil olub, “Müsəlman sosialist bloku” adı altında fraksiya yaratdılar. Seymin buraxıldığı 26 may 1918-ci ilə qədər bu blok fəaliyyət göstərdi. Bundan sonra qrup fəaliyyətini dayandırdı və onun üzvləri Tiflisdə qaldılar. 1918-ci ilin dekabnnda Azərbaycan Parlamentini çağırmaq qərara alındı və keçmiş Zaqafqaziya Seyminin bütün müsəlman üzvləri Bakıya dəvət edildi. Bakıya gəlib Azərbaycan Parlamentinin tərkibinə daxil olan Seymin keçmiş iki bloku - “Müsəlman sosialist bloku” və “Hümmət” “Sosialist firqəsi” adı altında birləşdilər və parlamentin buraxılmasına qədər bir yerdə işlədilər. Firqənin tərkibinə Ağamalıoğlu, Ə.Pepinov, B.Rzayev, C.Hacmski, Ə.Qarayev, İ.Abdinov, A.Səfikürdski, İ.İsmayılzadə, K.Camalbəyov, R.Qaraşarh və b. daxil idilər. Təqribən 1919-cu ilin payızında sosial-demokrat platformasında dayanan fırqə üzvləri “Azərbaycan SDFP”ni yaratdılar. Bu partiyaya mən, A.Səfıkürd-

190

ski, R.Qaraşarlı və İ.İsmayılzadə daxil olmadıq. Bizim başlıca fikir ayrılığımız məhz həmin vaxt müzakirə olunması gözlənilən aqrar məsələyə görə idi. Azərbaycan Müəssislər Məclisinə seçkilər yaxınlaşırdı. Seçkilər zamanı işsiz qalmamaq üçün 4 nəfərdən ibarət həmin qrup 1919-cu ilin noyabr, yaxud dekabrında Azərbaycan Sİ (“Xalqçı”) partiyasını yaratdılar. Pul vəsaiti və işçilər olmadığı üçün biz partiyanın işini genişləndirə bilmədik. Sovet hakimiyyəti qumlduqdan sonra qrup üzvlərindən əksərİ3^əti Kommunst partiyasına keçdilər və beləliklə partiya öz fəaliyyətini dayandırdı. Təqribən 1921-ci ilin sentyabr ayında mən təsadüfən komissarlıqda keçmiş yoldaşım İ.Ter-Oqanovla rastlaşdım. Müəssislər Məelisinin Paris müşavirəsinin iştirakçılarının təsiri altında, eserləri 5 illik inqilab dövründə Rusiya ərazisindəki xalqların tələblərini başa düşməməkdə qınayaraq o dedi ki, müşavirədə söylənən fikirlər partiyanın deyil, ayrı-ayrı şəxslərin fikridir və tələsdiyi üçün bu barədə mənə gələn dəfə bildirəcəyini söylədi. Bu danışıqda iştirak edən Səfıkürdski də onu dinləmək istədiyini bildirdi. Axşam Ter-Oqanov heç birimizin tanımadığı bir şəxslə Səfıkürdskinin mənzilinə gəldi və çay içib tezliklə getdilər. O, SİP daxilində müxtəlif təmayüllər yarandığı barədə danışdı və bildirdi ki, partiya Paris müşavirəsinin fikri ilə razı deyil. Bundan xeyli keçmiş Səfıkürdski məni evinə dəvət etdi. Onun mənzilinə gələndə mən orda Feyzullayevi, Krestovskini və daha iki nəfəri (sonralar bildim ki, Osintsev və Sizovdur) gördüm. Məndən qabaq nə danışdıqlarını bilmirəm, mənim yanımda Osintsev SİP-də təmayüllər. Kommunist partiyasının gözlənilən qurultayqabağı partiyanın fəaliyyətinin leqallaşması barədə danışıb, hazırkı vəziyyətdə işləməyin mümkün olmadığından şikayətləndi və əhalinin sovet hakimiyyətinə münasibəti barədə soruşdu. Sonra Krestovski ilə görüşdə o, mənə “İnqilabi Rusiya” jurnalının iki sayını verdi. Həmin şəxsləri bir də təqribən 1922-ci ilin yanvar ayında Rza Qaraşarhnm yaşadığı evin yanında gördüm. Sonra dəfələr vaxtımın olmadığını deyərək mən onlarla görüşdən imtina etdim.”

Belə dindirmələrdə istintaqa lazım olan ifadələri ala bilməyən müstəntiqlər SİP üzvlərini bir-biri ilə üzləşdirir, müxtəlif

191

üsullara əl atırlar. Eyni məqsədlə 24 aprel 1922-ci ildə Pletnev, 28 may 1922-ci ildə isə Feyzullayev dindirilir və onların hər ikisinə SİP üzvlərinin, o cümlədən Hacmskinin günahlarının “müəyyənləşdirilməsi” barədə suallar verilir.

Pletnev: Siz Müsəlman sosialistlərindən kimləri tanıyırsınız sualına, “Səfıkürdski, Hacınski və Şabanovu həbsxanada tanıdım”, deyə cavab verir.

Feyzullayevlə isə aşağıdakı sorğu-sual aparılır: “Siz Krsetovskidən hansı işlə əlaqədar Placınskinin yanına getməyi xahiş etmişdiniz?

Cavab: Krsetovski mənim yanıma gəlib xahiş etdi ki, Hacmskiyə çatdırım ki, Osintsev xəstədir, qoy o, Osintsevin ailəsinə köməklik göstərsin.

Sual: Siz Hacmskidən hansısa eser, yaxud menşevik ədəbiyyatı almısınızmı?

Cavab: Hacınski bir dəfə mənə “Sosialist xebərləri”nin əlavəsi olan “Vyanada sosialist Konqresi”ni verdi. Mən onu xalq komissarı Belousova verdim.”

Bu qəbildən növbəti cəhd 31 may 1922-ci ildə Hacmskinin Qaraşarh ilə üzləşdirilməsi olur: “Sual: Qaraşarlimn mənzilində sizin, Səfıkürdskinin və Feyzullayevin iştirakı ilə SİP Bakı təşkilatı ilə bağlı söhbət olubmu və Siz hamınız onun işi ilə tanış olmağa həvəs göstərmisinizmi?

Cavab: Qaraşarlimn mənzilində yuxarıda göstərilənlərin hamının iştirakı ilə Feyzullayevə bildirilib ki, Krestovski bizim birimizlə görüşmək istəyir. Görüşün məqsədi barədə heç nə deyilmədi. Məndən Krsetovski ilə danışmağı xahiş etdilər.

Sual: Siz olduğunuz vaxt Qaraşarh hansı vəzijryətdə idi? Cavab: O, xəstə idi, yerdə yatırdı, bizimlə danışmadı. Sual: (Qaraşarhya) Sizin mənzilinizdə belə söhbət olubmu? Cavab: Mən nəinki bu söhbəti xatırlamıram, hətta onların

gəlişini güclə yadıma salıram, çünki mən o zaman ağ ciyər xəstəliyinin ağır formasını keçirirdim, təəssüf ki, həmin söhbəti eşitməmişəm, əgər mənim yanımda belə söhbət edilsəydi, mənim üçün çox maraqsız olardı.”

192

Eserlərin fəaliyyətinin ciddi nəzarət altında saxlanıldığını, onlann hakimiyyət üçün təhlükəli qüvvə hesab olunduqlarını belə bir fakt da sübut edir. 1922-ci il iyun ayının 4-də RXP MK-nın AKP MK-ya teleqramına əsasən və yol. Bareykis tərəfindən yol. Kirova çatdırılmış yol. Buxarinin şəxsi xahişi ilə Azərbaycan FK Sosialist-inqilabçılar partiyasının istintaq işi üzrə 126 səhifədən ibarət materialları belə bir qeydlə, RKP MK-ya, Eserlərin işi üzrə komissiyaya və şəxsən yol. Dzerjinskiyə göndərib: “İstintaq materialının bir hissəsi əvvəllər ayrılmış və DSİ-yə yol. Menjinskiyə göndərilmişdir. İstintaq davam etdirildiyi üçün material dərc edilə və açıqlana bilməz. FK sədrinin müavini və SOO rəisi, məxfi bölmə rəisi.”

1922-ci ilin noyabr ayının 1 -də Az.MKİ yanında Ali İnqilabi Tribunal tərəfindən Zaqafqaziya təşkilatlarının işi ilə bağlı eserlərə qarşı Yekun ittiham irəli sürülür. Həmin ittihamda deyilirdi: “Rusiya burjuaziyası kapitalist üsul-idarəsini saxlamaq uğrunda proletariata qarşı mübarizəsində yalnız darmadağın edilmiş rus mülkədarları sinfinə deyil, keçmiş hakimiyyət pilləsində yer tutmuş meşşanlara, qolçomaqlara və ziyalılara arxalanmağa başlayıb. Bu kiçik burjuaziyanın böyük bir hissəsinin ideoloji rəhbəri sosialist inqilabçılar partiyası oldu. Özünün əksinqilabi məqsədlərinə demokratik rəng vermək üçün iri burjuaziya bu partiyadan inqilabın əvvəlində bir neçə dəfə istifadə etdi və siyasi hakimiyyəti ələ keçirdi. ICrasnov, Skoropatski, Kolçak, Denikin, Vrangel və b. eserlərin dostu və yolgöstərənləri idilər. Eserlər Bakının mühüm mərkəz olduğunu nəzərə alaraq, buraya ingilislərin gəlişini təbliğ ehuəyə başladılar. Eser Evoyan, Doronin bu cür təbliğat aparıblar. Digər müttəhim Ter-Ohanyan etiraf edir ki, eser partiyasının göstərişi ilə Ənzəliyə gedib və oradan ingilis qoşunlarını gətirib. Eyni vaxtda eserlərin cəhdləri ilə Sentrokaspi diktaturası yaradılab və Osintsevin şahidliyinə görə, bütün işlərə faktiki surətdə leytenant Yemıakov rəhbərlik edib. Bu diktatura Zaqafqaziya proletariatının 26 nəfər məşhur nümayəndəsini başda Şaumyan və Çaparidze olmaqla həbs edib, ingilis qərargahının və Biçcraxovun əmri ilə onları eserlərin və ingilislərin əli ilə öldürüblər. Öz fəaliyyətinə görə həmin dövrdə Osintsev aviasiya

193

proporşiki kimi Biçeraxov tərəfindən Vladimir ordeni, qılınc və bantla mükafatlandırılıb. Bolşeviklərin gəlişindən sonra eserlər Ştemin yazdığı kimi sovet hakimiyyəti ilə silahlı mübarizə apara bilmədikləri üçün gözləmə mövqeyi tutublar. Xaricdə nəşr olunan “İnqilabi Rusiya” jurnalının 15 aprel 1921-ci il sayında “Bakıdakı yoldaşlar kommunist partiyası ilə silahlı mübarizə fikrinə gəliblər” məqaləsi dərc olunub. Bu məqalə sübut edir ki, Bakı təşkilatı Osintsev, Fonşteyn, Pletnevin və b. rəhbərliyi ilə 1921-ci ilin yanvarında sovet hakimiyyəti ilə silahlı mübarizə haqqında qərar çıxarıb. Təqribən bu vaxtlar müsəlman eserlər qrupu “Xalqçı” partiyasını yaradırlar. Sovet hökuməti tərəfindən Ədliyyə nazirliyinin kollegiya üzvlüyünə buraxılmış Səfıkürdski müsəlman eserlər qrupu gizli komitəsinin sədri, Qaraşarh sədr müavini olur. Bu komitənin Lənkəran və Salyan qəzalarında təşkilatları var. Kronştadt qiyamı, Tambovda 1921 -ci ilin yayında Antonov üsyanı və kənd təsərrüfatmdakı dağıntılar eserlər qarşısında yaxın vaxtlarda sovet hakimiyyətini devirmək üçün silahlı üsyan etmək məsələsi qoyur. Bu şəraitdə Moskvada sosialist inqilabçı partiyalann Zaqafqaziya təşkilatlarının 10-cu Şurası keçirilir. Bakı təşkilatı vasitəsilə ədəbiyyat Gürcüstan və Enuənistanda yayılır. Nəhayət, 1921 -ci ilin sentyabrının son günlərində Bakı təşkilatının bütün üzvləri bir yerə yığışırlar. Ancaq Bakıda əksinqilabi çıxış başqa yolla aparılır. 1922-ci ildə sovet hökumətinin əlinə Parisdə məsul eserlər tərəfindən rəhbərlik edilən “İnzibati mərkəz”in həqiqi “Xaricdə eserlərin işi” adı altında kitabça şəklinə salınmış yazışmaları keçir. Eserlərin rəhbəri Çemov Kronştad qiyamını müdafiə üçün təcili vəsait və adamlar göndərməyi tələb edir. İnzibati Mərkəz tərəfindən polkovnik Maxinə məktub göndərilir ki. Birləşmiş komitə adından Şimali Qafqaza nümayəndə kimi göndərilən polkovnik Nelidovun dediyinə görə. Şimali Qafqazda üsyana tam hazırlıq gedir, nəzərdə tutulan 126 qərargahdan artıq 73-ü yaradılıb, 110 min nəfər çıxış etməyə hazırdır. Üsyan 1921- ci ilin oktyabrından gec olmamalıdır. Məktubda sonra göstərilir ki, yazışmanı eser Parisdə Kerenskinin adına aparsınlar və üsyan günü Qafqazdakı çıxışları Şimali qərbi Rusiya ilə əlaqələndirsinlər... Bir çox müttəhimlərin ifadələrindən görünür

194

ki, Vrangel təşkilatının Bakıda ağqvardiyaçı zabitlərdən ibarət qərargahı olub. Bu qərargah Şimali Qafqazdakı hətta Konstantinapolla əlaqəsi olan silahlı üsyançı qruplara rəhbərlik edir. Konstantinapoldan göstəriş alınıb ki, Novorossiysk mühüm liman şəhəri kimi silah, texnika və canlı qüvvə ilə təminatın mürnkünlüyünə şərait yaradılması üçün ələ keçirilsin. Vrangelçilər eserlərin mənəvi dəstəyinə ehtiyac duyub, üsyanın müsəlman fəhlələr tərəfindən müdafiə edilməsi üçün Səttarbəy və Əhməd Şükri bəy adlı şəxslərlə danışıqlar aparmış, ancaq sonuncunun ruslara inamsızlığına görə bu danışıqlar baş tutmamışdır. Vrangel üsyanına hazırlıqda müsəlman qrupların roluna gəldikdə Krestovskinin ifadəsinə əsasən, SəfıMrdski və Hacınskinin iştirak etdiləri bu qrupun yığıncağında o, bütün bildikləri haqqında məlumat verib. Bu iki şəxs silahlı üsyanın keçirilməsində Vrangelçilərə vasitəçilik ediblər. 1921-ci ilin qışında Bakı təşkilatında sovet hakimiyyətinə münasibətlə bağlı müzakirələr başa çatır. Partiya Şurasının kommunist partiyası diktaturasının devrilməsi barədəki qərarının həyata keçirilməsi tələb olunur. Zaytsevin mənzilində 1922-ci ilin yanvarında Bakı təşkilatının geniş iclasında Zaytsev Tiflisə getməsi və Tiflisdə Zaqafqaziya təşkilatlarının gözlənilən qurultayı barədə məruzə edir. Tiflisdən qayıdan Bakı nümayəndələri martın 5-də Krestovskinin mənzilində geniş iclas keçirir və sovet hökumətini zor gücü ilə devirməyə çağıran Tiflis qətnaməsini qəbul edirlər. Hacmski, Səfıkürdski və Qaraşarlı zəhmətkeşlərin inamından və vəzifə səlahiyyətlərindən istifadə edirək, əksinqilabi məqsədlər, sovet hakimiyyətini devirmək üçün gizli surətdə müsəlman eser təşkilatı “Xalqçı” partiyasını, qəzalarda bölmələr yaratmış və tərəfdarlar cəlb etmiş, SİP-in Bakı təşkilatı və Ştem vasitəsilə Moskva təşkilatı ilə əlaqəyə girmişlər. SİP Zaqafqaziya təşkilatının işi üzrə istintaq komissiyasının üzvü Tarasov-Rodionov. Təsdiq edilib: Az. MİK yanında Ali Tribunal Kollegiyasının sərancamçı müşavirəsi. 1 noyabr 1922-ci il.”

Ali İnqilabi Tribunalın eserlərin işi ilə bağlı çıxardığı hökmdə əksinqilabi fəaliyyətdə təqsirləndirilən bu şəxslərə müxtəlif müddətlərdə həbs cəzası kəsilir. Bizim üçün xüsusi maraq doğuran

195

şəxslər - Səfıkürdski və Hacmski həmin hökmə əsasən üç il müddətinə azadlıqdan məhrum ediliblər. Hökmdə deyilirdi: “Səfıkürdski, Hacmski, Qaraşarh və Feyzullayev, birinci üç nəfər məsul sovet vəzifələri tutmaqla. Sovet hökumətinin etimadından istifadə etməklə eyni zamanda SİP-in “Xalqçı” partiyasının üzvü olmuş və 1921-ci ilin avqust-sentyabr aylarında SİP-in Bakı təşkilatı ilə sıx əlaqə saxlamışlar. Bu təşkilatla əlaqəli işləməklə qarşılıqlı informasiya əldə etmək üçün birgə yığıncıqlar keçirmiş və Bakı təşkilatına, onun ayrı-ayrı üzvlərinə müxtəlif xidmətlər göstərmişlər. Hacmski bundan əlavə Ştemdən Bakı təşkilatı üçün ədəbiyyat, məktub, pul çatdırmışdır. Qaraşarh Osintsev və Fonşteynin Az.FK tərəfindən izləndiyini bilə-bələ vəzifəsindən istifadə edərək onları öz yanında işə götürmüş, onlara uydurma adlarla sənəd düzəltmiş, ezamiyyətlərə göndərmiş, həbsdən yayınmaları üçün şərait yaratmışdır. Feyzullayev müsəlman “Xalqçı” partiyası ilə SİP arasında vasitəçilik etmişdir.”

Sol partiyalar üzrə Az.FK-nm müvəkkili Bakı eserlərinin işı haqqında istintaqa aydınlaşdırıcı qeydiyyatında Səfıkürdski və Hacmskinin müsəlman eserlər qrupuna aid olduqlarını və bu qrupun SİP-in Bakı təşkilatı ilə qarşılıqlı əlaqə yaratdığını bildirmişdir.

C.Hacmskinin arxiv-istintaq işində birinci dəfə həbs olunduğu dövrlə əlaqədar maraq doğuran sənədlər arasında biri diqqətimi xüsusilə cəlb etdi. Sosialist inqilabçılar partiyası Zaqafqaziya təşkilatının işi üzrə məhkum edilmiş və Butırsk həbsxanasında saxlanılan 12 nəfər məhbus tərəfindən yazılmış həmin Ərizə bu şəxslərin ən ağır şəraitdə belə öz hüquqlarını müdafiə etməkdən çəkinmədiklərini göstərməklə yanaşı sovet rejiminin demokratik düşüncə tərzinə malik insanlara qarşı hər cür təzyiq üsullarına əl atdığını üzə çıxarmaq baxımından da əhəmiyyətlidir: “10 dekabr 1922-ci ildə biz Azərbaycan Ali İnqilabi Tribunalı tərəfindən müxtəlif müddətlərə sərt təcridetmə tətbiq olunmadan azadlıqdan məhrum edilmişik. 11 aprel 1923- cü ildə biz doğma şəhərdə verilmiş müddəti başa çatdırıb ailələrimizdən ayırılıb Moskvaya Butırsk həbsxanasına göndərildik. Burada həbsxananın müdriyyəti mövcud rejimin

196

onsuz da sərt olmasına baxmayaraq, bizə münasibətdə göstərilən sərt mövqeni gündən-günə daha da sərtləşdirməkdədir və bunu guya həbsxananın istintaq üçün nəzərdə tutulduğu ilə izah edir. Bizə bayırdan heç bir barat çatdırılmır. Bizə iki həftədir ki, verilməli olan ərzaqlar belə çatdınimır, halbuki müəyyən olunmuş qaydaya görə hər beş gündən bir ərzaq verilməlidir, həm də həmin ərzaqların öz vəsaitimizlə alınması üçün şərait yaradılmır. Yalnız həkimin xəstələrin vəziyyəti ilə bağlı yoxlamasından sonra, özü də təkcə xəstələrə şəxsi vəsaitləri ilə ağ çörək almağa icazə verildi. Bizə az-çox yararlı yemək verilməli olduğu halda, çoxsaylı bəyanatlarımıza baxmayaraq bu sahədə heç bir dəyişiklik baş verməyib. 22 gündür ki, heç bir yağlı yemək almınq, halbuki bizim üçün mətbəxdən yağ ayrılır. Sizdən aşağıdakı məsələlərin yerinə yetirilməsini xahiş edirik: l.Uzun müddətə məhkum edilmiş şəxslər kimi bizi hər birimizin məşğul olmasının mümkün olduğu və quru kameralarda yerləşdirsinlər, indi hamımız nəm kamerada saxlanılırıq. 2.Biz burada saxlanılan sosialist yoldaşlarımızla birləşdirilməyi tələb edirik. 3.Gəzinti müddəti uzadılmalıdır, indiki 1 saat kifayət deyil. 4.Ərzaq təminatının yaxşılaşdırılmasını tələb edirik. 5.Həbsxana müdriyyətinin bizimlə nəzakətlə davranmasını tələb edirik. 6.Tamamilə yolverilməz və qəzəbləndiricidir ki, zəruri ehtiyacların ödənməsi üçün çıxmağa da icazə vermirlər. 7.Bizə həqiqi tibbi xidmət göstərilməsini tələb edirik. 8.Məktub, baratın ayda bir dəfə göndərilməsi bizi qane etmir, büna görə də onların sayının artırılması arzu olunur. Bütün bu tələblərin yerinə yetirilməsi ona görə vacibdir ki, iki il ərzində bu həbsxanada sağlamlığını xeyli dərəcədə itirmiş bizlər əlil olmayaq. Bizim 11 may 1923-cü il bəyanatımıza cavab olaraq bizə baş çəkəcəyinizə, qeyri-müəyyən vəziyyətimizi aydınlaşdıracağınıza vəd vermişdiniz, ancaq vədinizi yerinə yetirmədiniz. Mayın 15-nə qədər də gəlmədiniz. Buna görə də bu gün səhərdən (15 may) biz tələblərimizin yerinə yetilmədiyi vaxta qədər aclıq elan edirik. 12-ci dəhliz, otaq 52.”

Bu şəxslərin arasında Hacmski və Səfıkürdski də vardı. Məhbusların bu hərəkətindən guya ehtiyat edən komendant müvafiq

tədbirlər görməsə də, lazımi yerləri xəbərdar edir:

197

“MQPO-ya, surəti DSİ məxfi şöbəyə yol.Andreyevaya: “Bu il aprel ayında Bakı islah əmək evindən DSİ-nin sərancamma göndərilmiş 19 nəfər siyasi məhbusdan 12 nəfəri bu ilin 16 mayından aehq elan etmişdir. Aclığın səbəbi 8 müxtəlif tələbdir. Butırsk həbsxanasının komendantı, 16 may 1923-cü ü”.

Bu hadisədən bir qədər sonra eser məhbuslann saxlandıqlan yer dəyişdirilir və onlar həbs müddətinin qalan hissəsini Çelyabinsk quberniyasında keçirməli olurlar. Ancaq DSİ Xüsusi Şöbəsinə tam məxfi qrifı ilə göndərilmiş bir sənəddən aydın olur ki, bu barədə Zaqafqaziya FK həmin vaxt məlumatlandınimayıb. Əks halda altında Zaq.FK sədrinin müavini Kvantaliani, SOÇ rəisi Beriya, SEKO rəisi Valikin imzaları dayanan 28 fevral 1925-ci il tarixli sənədi necə izah etmək olar: “Zaq.FK xahiş edir, 1922-ci ildə mühakimə edilmiş türk eserləri Hacmski və Səfıkürdskinin harada yerləşdikləri barədə məlumat verəsiniz”.

Eserlərin həbsdən buraxıldıqdan sonra da hakimiyyət uğrunda mübarizə aparmaq yolundan dönməyəcəklərini güman edən və onlann gələcək fəaliyyətlərinin qarşısına hər vasitə ilə sədd çəkməyi planlaşdıran orqanlar əl-ayağa düşürlər. Onlar arasında Hacmski və Səfikürdskinin Azərbaycana qayıtması təhlükə yaratmaq baxımından xüsusi narahatlıq doğururdu.

Moskva DSİ-nin Xüsusi Şöbəsinə tam məxfi qrifı ilə 29.01.24-cü il tarixdə göndərilmiş 240782 saylı sorğuya cavab da bunu sübuta yetirir: “Bildiririk ki, Anoşin, Hacmski, Osintsev, Sorokin, Sizov, Səfikürdski, Tarxanov, Fionkin, Fonşteyn, Feyzullayev, Çvanov və Ştem əvvəllər SİP-in Bakı təşkilatının ən fəal üzvləri olublar. Azərbaycan Respublikasına qayıtdıqdan sonra heç bir təminat vermək olmaz ki, onlar yeni bir eser qrupu yaratmayacaqlar. Az.FK bu fikirdədir ki, yuxarıda göstərilən şəxslərin həbs müddəti başa çatdıqdan sonra onların Azərbaycan Respublikasına gəlmələrinə imkan verilməsin. Az.FK sədrinin müavini Qaber-Kom, SOÇ rəisi Nikolayev, SEKO rəisi Quliyev. 24 02.24-cü il”.

DSİ Çelyabinsk quberniyası şöbəsinin rəisi Korostin 13 mart 1925-ci ildə Moskva DSİ-yə, Andreyevaya göndərdiyi məlumatdan aydın olur ki, “Çelyabinsk təcridxanasmda saxlanılan

198

Səfıkürdski Aslan bəy Ağalar oğlunun həbs müddəti - 8 apreldə, Anoşin Nikolay Pavloviç və Hacınski Camo Süleyman oğlunun həbs müddətləri isə - 11 apreldə başa çatır”. Buna görə də o, 1925-ci il aprelin 25-dən sonra həmin məhbusların hara göndərilməsi barədə vaxtında məlumat verilməsini xahiş edir.

4 aprel 1925-ci ildə Korostinin teleqramına Moskvadan belə bir cavab gəlir: “DSİ Çelyabinsk quberniya şö’bəsinin rəisinə: “Səfıkürdski və Hacmskiyə aprelin 3-də BDSİ yanında Xüsusi müşavirə tərəfindən Zaqafqaziyada, Şimali Qafqazda, sərhədyanı ərazilərdə, Moskva və Leninqrad qubemiyalannda yaşamaq qadağan edilmişdir”.

Aprel ayının 13-də Moskvaya, Andreyevaya vurduğu “Səfıkürdski və Hacınskinin Krıma Feodosiyaya getməsinə icazə vermək olarmı” teleqramına isə Korostin aşağıdakı cavabı alır: “DSİ Çelyabinsk quberniya şöbəsinin rəisinə: “Səfıkürdski və Hacınskinin Feodosiyaya sərhəd quberniyasına getməsinə icazə vermək olmaz. 14 aprel 1925-ci il”.

Eserlərin öz daimi yaşayış yerlərinə qayıtmalarının doğuracağı narahatlıqlarla bağlı bütün bu qənaətlər 26 mart 1925- ci ildə qəbul edilən Yekun qərarda da öz əksini tapmışdı: “ Mən BDSİ xüsusi şöbə 3-cü bölməsinin əməkdaşı Xoroşkeviç Bakı eserləri prosesi üzrə 10.12.22-ci ildə 3 il həbs cəzası alaraq Çelyabinsk siyasi təcridxanasmda saxlanılan Hacınski Camo Süleyman bəy oğlunun, Səfıkürdski Aslan bəy Ağalar oğlunun işi üzrə materiallara baxaraq müəyyən etdim:

Hacınski və Səfikürdski 1921-ci ilin avqust-sentyabr aylarında Sosialist İnqilabçılar “Xalqçı” partiyasının üzvü olmuşlar və SİP-in Bakı təşkilatı ilə sıx əlaqəyə girmişlər. Hacınski SİP-in Bakı təşkilatı üçün ədəbiyyat, məktub və pul almışdır. Onların həbs müddəti 1925-ci ilin aprelində başa çatır. Qafqazda SİP-in fəal üzvləri ilə geniş əlaqələrini nəzərə alaraq, onlara həbs müddəti başa çatdıqdan sonra azad yaşamağa icazə vermək olmaz. Təklif edirəm ki, onların işini məhdudlaşdırma ilə əlaqədar BDSİ yanında Kollegiyanın Xususi müşavirəsinə baxılmaq üçün təqdim edib, sonra arxivə verəsiniz.” Sənədin aşağısında qeyd var: “ Razıyam.

199

Təklif edirəm üç il müddətinə Qafqazda, cənubi-şərqdə, Moskva və Leninqrad quberniyalarında yaşamaq qadağan edilsin.”

BDSİ yanında Xüsusi müşavirə tərəfindən aprelin 3-də həmin qarar təsdiq edilməklə, Səfikürdski və Hacmskiyə Zaqafqaziyada, Şimali Qafqazda, sərhədyanı ərazilərdə, Moskva və Leninqrad quberniyalarında yaşamaq qadağan edilir və bir gün sonra bu barədə Çelyabinsk quberniyası şöbəsinə bildirilir.

Camo bəy Hacınski növbəti dəfə həbsdən buraxıldıqdan 12 il sonra, 1937-ci ilin oktyabr ayında həbs olundu. Bu müddət ərzində onun həyatında hansı dəyişikliklərin baş verməsi, ictimai- siyasi fəaliyyətinin bütün təfərrüatları barədə geniş məlumat verməyə yəqin ki, ehtiyac yoxdur. Yalnız onu demək kifayətdir ki, sovet cəza orqanlarının təzyiq və sıxışdırmalarına baxmayaraq, həbsdən buraxıldıqdan bir müddət sonra Bakı şəhərinə qayıtmış Camo bəy Azərbaycanın tərəqqisi, maariflənməsi yolunda əzmkarhqla fəaliyyət göstərməkdə davam edirdi və heç bir qüvvə onu əqidəsindən döndərə bilməmişdi. Millətə məhz onun həqiqi mənafeyinə uyğun, həm də sədaqətlə xidmət göstərmək niyyətlərindən xəbərdar olduqları üçündü ki, cəza orqanları növbəti dəfə Camo bəyi Az.SSR CM-in 72,73-cü maddələri üzrə məsuliyyətə cəlb etdilər. Bu barədə tərtib olunmuş arayışda yazılmışdı: “Camo bəy Hacınski 48 yaş, Bakı şəhər sakini, azərbaycanlı, bitərəf, müəyyən bir məşğuliyyəti yoxdur. Keçmiş sosialist inqilabçılar partiyasının üzvü kimi əksinqilabi eser mövqeyində qalmaqda davam edir və fəal əksinqilabi iş aparır. Yuxanda göstərilənlər əsasından Camo bəy Hacınski həbs edilib, cinayət məsuliyyətinə cəlb olunmalıdır. 4-cü şöbə 2-ci bölməsinin rəisi leytenant Qalstyan, 21 oktyabr 1937-ci il, 4-cü şöbənin rəisi Sinman bunu təsdiq edir”.

3-cü dərəcəli DT komissarı Sumbatovun imzaladığı ittiham irəli sürülməsi və imkan tədbirinin seçilməsi Qərarı və Az.SSR Prokuroru müavinin razılığı ilə ilə (2040 №-li orderlə) 23 oktyabr 1937- ci ildə Camo bəy Hacınski Qalstyan tərəfindən həbs edilir.

24 oktyabr 1937-ci ildə DT serjantı Xaçaturov və 2-ci bölmənin əməkdaşı Qrekin tərəfindən Camo bəy Hacınskinin Bakı şəhər Krasnaya küçəsi bina 23-də yerləşən mənzilində axtarış

200

aparılır və protokol tərtib edilir. Axtarış prosesində Camo bəy Hacınskinin özü, Hacınski Mariya Lvovna və Qədimov Lətif Şirin oğlu da iştirak edirlər. Nəticədə onun mənzilindən - 549217№-li pasport, 314636 №-li həmkarlar bileti, 1 ədəd qrup fotoşəkil, şəxsi yazışmalar və kitab müsadirə edilir.

Camo bəy Hacınskinin FK əməkdaşı Cəfərov tərəfindən doldurulmuş həbs anketində aşağıdakılar qeyd olunmuşdur: “iqtisadçı, qulluqçu ailəsindən, ali təhsilli, 1922-ci ildə ÜFK orqanları tərəfindən həbs edilib, 3 il müddətinə. Həyat yoldaşı 40 yaş, oğlu Camal 11 yaşında, qızı Nelli 2 aylıq”.

Camo bəy Hacınski bu dəfə həbsdə olarkən ilk dəfə 25 oktyabr 1937-ci ildə Martirosov tərəfindən dindirilir: “Sual: Siz nə vaxtdan SİP-in üzvüsünüz?

Cavab: Mən 1905-ci ildən 1920-ci ilə qədər SPİ-nin üzvü olmuşam.

Sual: SPİ-də siz hansı məsul vəzifəni yerinə yetirmiisiniz? Cavab: 1917-ci ilin fevral inqilabına qədər mənim SPİ-də

iştirakım oxuduğum məktəb və ali təhsil ocaqlarında siyasi dərnəklər təşkil etməkdən ibarət idi. 1917-ci ilin aprel ayında mən Tiflisə getdim və Müvəqqti hökumətin Xüsusi Zaqafqaziya komitəsinə işə girdim. Mən onda SPİ-nin Tiflis təşkilatına daxil oldum və Zaqafqaziya Kəndli deputatlar Soveti İcraiyyə komitəsinin üzvü oldum. Onda mən xüsusi eser partiyası tapşırıqlarını yerinə yetirmirdim. Sentyabr ayında müəssislər məclisinə seçkilər zamanı mən eser təşkilatından çıxdım və eser- menşeviklərin müsəlman sosialist blokuna daxil oldum. Bu blokda olmaqla mən 1918-ci ildə Zaqafqaziya Seyminin, 1919-cu ildə isə Azərbaycan Parlamentinin tərkibinə daxil oldum. Parlamentin üzvlüyünə mən eser-menşeviklərin sosialist bloku firqəsinin tərkibində daxil oldum. 1919-cu ilin sonlarında eserlərin Azərbaycan partiyası “xalqçı” yaradıldı və mən eser mövqeyində duran şəxs kimi onun üzvü oldum. Bu partiyanın mən 1920-ci ilin aprelinə, Azərbaycanın sovetləşməsinə qədər qədər üzvü oldum.

Sual: Sovet hakimiyyəti qurulduqdan sonra siz hansı əksinqilabi iş aparmısınız?

201

Cavab; Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra mən əksinqilabi iş aparmamışam.

Sual: SPİ-nin sizə məlum olan üzvlərinin adlarını deyin. Cavab: İndi eserlərdən heç birini mən tanımıram. Sual: Siz yalan danışırsınız. Müstəntiqə yaxşı məlumdur ki,

siz bir neçə eserlə tanışsınız və əksinqilabi iş aparırsınız. Ona görə də bunlan gizlətməyib, eserlərlə əlaqələriniz barədə danışın.

Cavab: Mən eserlərlə heç bir əlaqəyə malik deyiləm və əksinqilabi iş aparmamışam.

Sual: Müstəntiqə məlumdur ki, siz həbs edilənə qədər əksinqilabi eser möqeyində qalmasınız və əksinqilabi iş aparmısmız. Məsləhət görürük, özünüz düzgün ifadə verəsiniz.

Cavab: İnkar edirəm. Mən əksinqilabi eser mövqeyində dayanmamışam və əksinqilabi iş aparmıram.

Sual: Müqavimət göstərməyi dayandırın və düzgün ifadə verin. Müstəntiq sizin əksinqilabi fəaliyyətiniz barədə kifayət qədər məlumatlara malikdir.

Cavab: Mən müqavimət göstənnirəm və doğru deyirəm. Mən heç bir əksinqilabi iş aparmamışım.

- Siz səmimi deyilsiniz və qəti surətdə düzgün ifadə vermək istəmirsiniz, xəbərdar edirəm ki, konkret məlumatlarla ifşa olunacaqsınız.

21 may 1938-ci il. C.Hacmski yenidən dindirilir. Sual: Siz Bakıda 1919-cu ildə əksinqilabi müsavat

hökumətində hansı vəzifəni tutmuşunuz? Cavab: 1919-cu ildə Bakıda Müsavat hökumətində mən

parlamentin üzvü və 1920-ci ilin 28 aprelinə, Azərbaycan sovetləşənə qədər Poçt və teleqraf naziri olmuşam.

Sual: Siz onda hansı partiyanın üzvü idiniz? Cavab: Mən onda Azərbaycan sosialist inqilabçılar (xalqçı)

partiyasının üzvü idim. Sual: Buradan görünür ki, siz Azərbaycan sovetləşəndən

sonra da eser mövqeyində qalmaqda davam etmisiniz və eser təşkilatına üzv olmusunuz. Təklif edirik mahiyyətcə doğru ifadə verəsiniz.

202

Cavab: İnkar edirəm. Azərbaycan sovetləşəndən sonra mən eser işini bərpa etməmiş və əksinqilabi təşkilata daxil olmamışam.

Sual: Siz Babınini tamyırsınızmı? Cavab: Bəli, mən Nikolay Nikolayeviç Babınini yaxşı

tanıyıram. O aqronomdur. Mən onunla 1930-31-ci illərdə Tiflisdə Zaqkəndtəsrrüfatında bir yerdə işləmişəm.

Sual: Onun siyasi mövqeyi barədə sizə nə məlumdur? Cavab: Mənə məlumdur ki, Babınin keçmiş eserdir. Bu

barədə o, mənə şəxsən deyib. Sual: Babıninlə əksinqilabi əlaqəniz barədə danışın. Cavab: Mənim Babıninlə əksinqilabi əlaqəm olmayıb. Sual: Siz düz danışmırsınız. Cavab: İnkar edirəm Babıninlə mən əksinqilabi təşkilatın

üzvü kimi əlaqədə olmamışam. Sual: Sizə Babıninin sizin ona şəxsən əksinqilabi təşkilatın

üzvü olduğunuz və ona da təşkilata daxil olmağı təklif etdiniz, aneaq onun mən artıq eəlb edilmişəm deyə imtina etdiyi barədə dediyiniz 4-5 fevral 1938-ci ilə aid ifadəsi təqdim olunur. Siz indi də inkar edəeəksiniz?

Cavab: Babıninin ifadəsini mən inkar edirəm. Mən heç vaxt onunla əksinqilabi təşkilat barədə söhbət etməmişəm.

Sual: Müstəntiq yenə sizin qeyri-səmimiliyinizi qeyd edir. Siz Ordubadskini tanıyırsımzmı?

Cavab: Bəli, mən Ordubadskini tanıyıram, onunla şəxsən tanışım.

Sual: Ordubadski ilə əksinqilabi əlaqəniz barədə danışın. Cavab: Mən Ordubadski ilə əksinqilabi əlaqədə olmamışam. Sual: Siz düz demirsiniz, Ordubadski ilə siz əksinqilabi

təşkilat üzvü kimi əksinqilabi əlaqədə olmusunuz. Düzgün ifadə verin.

Cavab: İnkar edirəm. Güreüstan XDİK 3 aprel 1938-ei ildə Az.SSR XDİK DTN

4-cü şöbənin rəisi kapitan Rasskazçikova məlumat verir: “Haemski və digər şəxslərin N.Bobıninlə əksinqilabi əlaqələri barədə yeni məlumatlar alınmayıb. Bobınin ittiham olunub. 3-eü şöbənin rəisi

203

baş leytenant Berişvili, 3-cü şöbənin 1-ci bölməsinin rəisi kiçik leytenant Qorxmazyan”.

1938- ci il may ayının 20-də leytenant Martirosov qarşısına sovet hakimiyyətini devirmək məqsədi qoymuş əksinqilabi eser təşkilatının üzvü olmuş Camo bəy Hacmskinin irəli sürülən ittihamlardan əlavə Az.SSR CM-in 21, 64-cü mddalər üzrə də ittiham olunması qərarını qəbul edir. Bu qərardan təqribən iki həftə sonra, 5 iyun 1938-ci ildə isə Az.SSR Daxili İşlər xalq komissarı baş mayor Rayevin təsdiq etdiyi Yekun ittiham irəli sürülür; “AzSSR CM-in 21, 64, 69, 70, 73-cü maddaləri üzrə cinayət məsuliyyətinə cəlb edilən 10 nəfərin 6140 saylı istintaq- həbs işi ilə əlaqədar Az.SSR XDİK DTİ 4-cü şö’bəsi tərəfindən sosialist inqilabçılar, trotskiçilər və millətçi təşkilatlarla blokda öz qarşısına silahlı üsyan yolu ilə Sovet hakimiyyətini devirmək və ziyankarlıq törətmək, partiya və hökumət rəhbərlərinə qarşı terror etmək məqsədi qoymuş Bakı şəhərində fəalijryət göstərmiş gizli əksinqilabi eserçi təşkilat aşkarlanmış və ləğv olunmuşdur, istintaq müəyyən etmişdir əksinqilabi eser təşkilatına Sosialist inqilabçılar partiyasının eser mövqeyində duran fəal üzvləri:

1 .Xoxrov Mixayil Semyenoviç; 2.Dyakov Feodor Vasilyeviç; 3.Varlaşov Polikarp Petroviç; 4.Mezqisser Matvey İzraileviç; S.Mazutov Aleksandr Vasilyeviç; 6.Kondakov Pyotr İvanoviç; 7.0rdubadski Firuz Mehdi oğlu; 8.Hacınski Camo bəy Süleyman oğlu; 9.Smirnov Vladimir Vasilyeviç; lO.Evseev İvan Mixayıloviç daxil olublar.

Eser təşkilatı Bakıda 1933-cü ildə Moskvadan gəlmiş fəal eser Osintsev tərəfindən yaradılıb. Xoxrovun 1937-ci il 22 noyabrda verdiyi ifadəyə görə guya Camo bəy Hacınskini təşkilata Ordubadski cəlb edib. Əksinqilabi işdə eser təşkilatı trotskiçilər və millətçi təşkilatlarla əlaqədə olub. Trotskiçilərlə əlaqəni müttəhim Dyakov saxlayıb. Millətçilərlə əlaqəni isə Xoxrov millətçi təşkilatların üzvü Fərəczadə vasitəsilə həyata keçirib.

Eser təşkilatı öz qarşısına sovet hakimiyyətini devirmək, kolxoz quruluşunu ləğv etmək və şəhərdə və kənddə kapitalist elementlərini bərpa etmək vəzifələrini qoymuşdu. Təşkilatın iş metodları ziyankarlıq, tətillər təşkil etmək, təxribat aksiyaları

204

törətmək və partiya, hökumət rəhbərlərinə qarşı terror törətməkdən ibarət idi.

Camo bəy Hacmski Bakı şəhərində fəaliyyət göstərən və öz qarşısına silahlı üsyan yolu ilə sovet hakimiyyətini devirmək, ziyankarhq, təxribat aksiyaları və partiya, hökumət rəhbərlərinə qarşı terror törətmək məqsədi qoymuş eser təşkilatının üzvü olmaqla Az.CM-in 21/64,72/73-cü maddələri ilə nəzərdə tutulan cinayətlər törədib. Özünü günahkar saymır. Xoxrov və Bobminin ifadələri ilə ifşa edilir.

İstintaq-həbs işi hərbi prokurorluq vasitəsilə baxılmaq üçün 4-cü şöbənin 3-cü bölməsinin rəisi leytenant Martirosovun və 4- cü şöbənin rəisi kapitan Rasskazçikovun imzası ilə Zaqafqaziya Hərbi Dairəsinin Hərbi Tribunalına göndərilir”.

1938-ci il sentyabr ayının 9-da Camo bəy Hacmskinin işi ilə barəbər 10 məhbusun işi də Zaqafqaziya Hərbi Dairəsinin Hərbi prokuroru tərəfindən Hərbi Tribunalın sədri briqada hərbi hüquqşünası Stelmaxova göndərilir.

15 sentyabr 1938-ci ildə Tbilisi şəhərində Zaqafqaziya Hərbi Dairəsinin Hərbi Tribunalının sərəncam verici yığıncağı keçirilir və tam məxfi protokol tərtib edilir: Hərbi Tribunala sədrlik edən Stelmaxoviç, hərbi hüquqşünas Şirinyan, 2-ci dərəcəli hərbi hüquqşünaslar Kapustin və Mixaylovskidən ibarət heyət ittiham üzrə işə baxaraq, leytenant Martirosovun ittihamedici qəranna əsasən müəyyən edir; 1... 8.Camo bəy Hacmski Az.SSR CM-in 21/64, 72/73-cü maddələri ilə ... işə qapalı məhkəmə iclasında ittihamçı və müdafiənin iştirakı olmadan, Xoxrov, Mezqisser və Razutov barəsində işə SSRİ MKİ-nin 14 sentyabr 1937-ci il tarixli qəran əsasında baxılsın. Bütün müttəhimlərə qarşı seçilmiş həbs altında saxlanılmaq qəti imkan tədbiri dəyişdirilməsin.

Sədr Stelmaxoviç, katib Mixaylovski. İttihamın elan olunması haqqında müttəhimlərdən kağız

alınır. Zaqafqaziya Hərbi Dairəsi Hərbi Tribunalının səyyar qapalı

məhkəmə iclası dövlət ittihamçısı və müdafiə olmadan 2-3 dekabr 1938-ci ildə saat 20.10-da işə baxır.

205

Ordubadski dindiriləndə sədr ona belə bir sual verir: Haemski də sizin əksinqilabi təşkilata daxil idimi?

Ordubadski: Bu Haemski daxil deyildi, onun famildaşı daxil idi.

Müttəhim Hacmskinin ifadəsindən: Sədr: Müttəhim Haemski, ibtidai istintaqda siz ifadə

vermisiniz ki, 1917-ei ildə bitərəf eserlərin və menşeviklərin blokuna qoşulmusunuz?

Haemski: Bəli. Sədr: Sonra siz müsavat hökumətində parlament üzvü və poçt

və teleqraf naziri olmusunuz. Haemski: Bəli. Sədr: 1919-cu ildə isə siz eser partiyasına daxil olmuş və

Azərbayean sovetləşənə qədər onun üzvü olmusunuz? Haemski: Bəli. Sədr: Bu təşkilat kommunistlərlə mübarizə aparırdı? Haemski: Xeyr, aparmırdı. Sədr: Siz sovet hakimiyyəti əleyhinə mübarizə apannaqda öz

günahınızı etiraf edirsinizmi? Haemski: Yox, etiraf ehnirəm. Məlıkəmənin üzvü: Parlamentin bolşeviklərə qarşı mövqeyi

neeə idi? Haemski: Parlament kommunistlərlə mübarizə aparırdı, mən

isə aparmırdım. Sədr: Bu necə parlament idi? Haemski: Millətçi-burjua, ancaq mən baxmayaraq ki, bu

parlamentin üzvü idim, sovet hakimiyyəti əleyhinə heç bir mübarizə aparmırdım.

Sədr: Bobmini tanıyırsmızmı? Haemski: Bəli, biz onunla Tbilisidə bir yerdə işləmişik.

(Şahid Bobminin Hacmskinin cəlb edilməsi ilə bağlı ifadəsi oxunur).

Sədr: Bu düzdünuü? Haemski: Xeyr, düzgün deyil, belə ki, mən oradan çoxdan

getmişdim. Sədr: Siz Xoxrovla çoxdan tanışsınız?

206

Hacınski; Biz onunla 1922-ci ildə birlikdə həbsdə yatmışıq. Sədr: Mütthəhim Hacınski sizə son söz verilir, nə demək

istərdiniz? Hacınski: İbtidai istintaq mənim eser təşkilatına, yaxud

hansısa əksinqilabi təşkilata məxsusluğumu sübuta yetirə bilmədi. Mən burada məhkəmədə qəti bəyan edirəm ki, heç bir əksinqilabi, yaxud düşmən partiyanın təşkilatına daxil olmamışam, ziyankarhqla məşğul olmamışam. Eser təşkilatına mən hələ inqilaba qədərki dövrdə daxil olmuşam, ancaq bu təşkilatla əlaqəni çoxdan kəsmişəm.

Stelmaxoviçin sədrliyi ilə 3 dekabr 1938-ci ildə Hökm çıxarılır. 1905-ci ildən eser partiyasının üzvü, Azərbayean sovetləşənə qədər müsavat hökumətində işləmiş, keçmiş Poçt və teleqraf naziri olmuş C.Hacınski sovet hakimiyyətinə qarşı düşmən mövqedə durmaqla Bakıda fəaliyyət göstərən əksinqilabi eser təşkilatının üzvü olduğuna görə, Az.SSR CM-in 21, 64-cü maddələri ilə günahkar sayılaraq 8 il müddətinə ciddi rejimli islah əmək düşərgəsində saxlanılmaqla və 4 il siyasi hüquqlardan məhrum edilmək, əmlakının yarısı müsadirə olunmaqla azadlıqdan məhrum edilir. Hacmskinin həbsdə olma vaxtı ibtidai istintaq altında saxlandığı 23 oktyabr 1937-ci ildən hesablanır.

C.PIacmski eəzasmı çəkmək üçün Vyatlaq 3-cü həbs düşərgəsinə göndərilir.

SSRİ Ali məhkəməsinin Hərbi Kollegiyası 27.12.1938-ci ildə bu hökmə baxaraq, Hacmskinin onun işinə yenidən baxılması üçün göndərilməsi xahişini əsassız sayaraq rədd edir və hökmü qüvvədə saxlayır.

C.Hacmskinin sonuncu müraciəti isə Zaqafqaziya Hərbi Dairəsi Hərbi Tribunalının Azərbaycan üzrə prokuroruna ünvanlanır. Həmin ərizəsində özünü “Hərbi Tribunal tərəfindən ittiham olunmuş hazırda XDİK Vyatlaq 3-cü həbs düşərgəsində saxlanılan” kimi təqdim edən Camo bəy Hacınski yazır: “Zaq.HD Hərbi Tribunalının hökmü ilə mən şəxsi əmlakımın yarısının müsadirə olunması ilə 8 il azadlıqdan, 4 il siyasi hüquqlardan məhrum edilmişəm. 1939-cu ilin mart ayının sonunda mənzilimə gələn məhkəmə icraçısı mənim bütün paltarımı ən kiçik

207

hissələrinə qədər siyahıya aldı və dərhal müsadirə etdi. Bununla Hərbi Tribunalın hökmünə baxmayaraq, məhkəmə icraçısı vətəndaş Musəvi mənə qarşı yüz faizli müsadirə həyata keçirdi. Vətəndaş prokuror sizdən vət. Musəvi tərfmdən qanunsuz müsadirə edilmiş əmlakımın qaytarılmasını xahiş edirəm. Sizin qərarınız haqqında məni, həmçinin Bakıda Krasnı küçədə 23 saylı binada yaşayan arvadım Mariya Lvovna Hacınskayanı xəbərdar etmənizi xahiş edirəm. 30.03.1939.”

Həmin biabırçı və alçaldıcı müsadirə prosesi isə 27 mart 1939- cu ildə həyata keçirilmiş Hacmskinin mənzilindən götürülən əşyalar may ayında 1890 rubla satılaraq pulu dövlətə keçirilmişdir.

Ancaq bu dəfə həbsdən doğma Bakıya qayıdıb, millət yolundakı fədakar fəaliyyətini davam etdirmək Camo bəyə qismət olmadı. 0,1942-ci ildə vətəndən çox uzaqlarda, həbsxana divarlan arasında keçməkeşli həyatını başa vurdu. Bütün ömrünü doğma xalqının tərəqqisinə sərf etmiş bir qaynar ürək də sovet cəza orqanlarının amansız təzyiqi nəticəsində döyünməkdən qaldı.

Camo bəyin qardaşı Əhməd Süleyman oğlu Hacmski də sovet cəza orqanlarının repressiyasına məruz qalmışdır. O, 1928- ci ildə RSFSR CM-in 58-1, 58-2, 58-10 maddələri ilə ittiham olunmuş və 10 il müddətinə azadlıqdan məhrum edilmişdir (MTN arxivi PR-41065, 1-ci cild).

1955-ci il aprelin 27-də Bakı şəhər sakini Camo Camo oğlu Hacmski atasına bəraət verilməsi ümidi ilə DTK-nm sədri polkovnik Quskova ərizə yazır: “Mənim atam Camo Süleyman oğlu Hacmski 1937-ci ilin oktyabnnda XDİK orqanları tərəfindən təcrid edilib. Mən keçmiş deniz zabitiyəm, 1941-ci ildən 1949-cu ilə qədər HDQ sıralannda xidmət edib, xəstəliyə görə (ağciyər vərəmi) tərxis edilmişəm. İkinci qrup əliləm. Anamın sözlərindən mənə məlum olduğuna görə, mənim atam Bağırov tərəfindən təqib olunub və uzun müddət həbs edilənədək işə düzələ bilməyib. Orqanlar tərəfindən Bağırova sui-qəsddə ittiham olunub. Atamın həbsinin Bağırovun ona şəxsi qərəzliyilə bağlı olduğuna inandığıma görə, xahiş edirəm bu məsələni Azərbaycan DTK-da təhqiq edərək onun bəraət alması imkanlanm aydınlaşdırasınız.”

208

1955-ci il 24 sentyabrda Zaq. HD Hərbi Prokurorluğunun köməkçisi ədliyyə podpolkovniki Danilbəyin, Hərbi Prokurorluğunun baş köməkçisi ədliyyə podpolkovniki Çcsnokovun imzalan ilə təsdiq olunmuş Yekun qərarla eser partiyasının 10 nəfər üzvünə bəraət verilir. 1956-cı il fevral ayının 4-də isə Hərbi Prokurorun müavini ədliyyə polkovniki B.Viktorov həmin 10 nəfərin işində einayət tərkibi olmadığı üçün işin bağlandığım təsdiq edir və həmin şəxslər SSRİ Ali Məhkəməsinin sədri ədliyyə polkovniki Stuçekanın imzaladığı 23 may 1956-cı il qərarı ilə bəraət alırlar. C.C.Hacınskiyə atasının bəraət alması barədə arayış 13 iyun 1956-cı ildə təqdim edilib.

209

18 illik təzyiq və təqiblərin sonu

MTN arxivi. PR 28006 saylı 255 səhifəlik istintaq işi. Tarixi faciəmizin əks olunduğu minlərlə, on minlərlə işlərdən biri. Əhməd bəy Ömər oğlu Pepinovun faciəli taleyinin qara kağızı. Bu qovluq müxtəlif ittihamedici sənədlərlə doldurulmazdan qabaq Əhməd bəy sovet cəza orqanları tərəfindən 10 il həbsə məhkum edilmiş, digər millətçi həmfikirləri ilə yanaşı barəsində RS-7525, RF-56 saylı istintaq işləri açılmışdı. Bir insan, üç cinayət-arxiv işi. Bir ömrün ən son akkordlannm vumlduğu ağır günlərdən xəbər verən dilsiz materiallar. Dövlət Siyasi İdarəsi, enkevede cəlladlarının rejimin sifarişlərini yerinə yetirmək naminə göstərdikləri canfəşanlığın bariz nümunələri, insanlığa qarşı törədilmiş ən qatı cinayətlər xronikasının qanla yazılmış növbəti səhifələri. Dilləri olsa, onlar daha nələrə şahidlik etməz, saralmış, zaman adlanan sınağın möhnət yükündən canı üzülmüş vərəqlər nələr danışmazdılar. Bu işlərin birincisi tərtib ediləndə Əhməd bəy cəmi 37, axırıncısı ittihama çevrilib, ən ağır cəza tələbi ilə sonuclananda isə 55 yaşında idi. Və artıq 18 ildən bəri təqiblərdən, təzyiqlərdən, təhqirlərdən yorulmuş Əhməd bəy üçün müstəntiq Qriqoryan soyadh erməninin nələr düzüb-qoşduğunun heç bir əhəmiyyəti yox idi. Əhməd bəy yorulmuşdu, gördüyü dəhşətli işgəncələrdən bezikmişdi. Bir də millətçi olduğu üçün 1931-ci

210

ildə ağır cəza almış bir şəxs 1938-ci ildə özünə düşmən saydığı və onu qatı düşmən hesab edən bir rejimdən aman gözləmirdi.

Ümidi yerdən, göydən üzülən Əhməd bəyin yeganə təsəllisi içində yaşatdığı, indi saf-çümk etməyə imkan tapdığı keçmişi idi. İndi Əhməd bəy dərin-dərin düşünüb, dalğın-dalğın köks ötürürdü. Ömrün qürub çağında, ölümlə üzbəüz, gözbəgöz dayandığı o məşum dəqiqələrdə enkevede zindanında Əhməd bəy çox şeylər barəsində düşünürdü. İlahi, belə dar macalda insan ötənləri necə aydın, ən kiçik detallarına qədər xatırlaya bilərmiş. Yadına gah dünyaya gəldiyi qədim Borçah mahalı, doğma Əhəlkələk, Bilcəri kəndi, gah taleyindən nigaran qaldığı qızı Sevada düşürdü. Hərdən də ilk gənclik ehtirası ilə qaynayıb coşduğu günləri xatırlayıb dərdli-dərdli köks ötürürdü. Gah da müstəqil Azərbaycanın süqutuna aparan və onun da müəyyən qədər rolu olduğu sapıntılar barəsində düşünüb özünü qınayırdı, yaranmış imkandan lazımınca istifadə edilmədiyinə görə xalqın yenidən imperiya boyunduruğuna salındığına yanıb-yaxılırdı. Məhdud fırqə mövqelərindən dolayı ümummilli maraqlara vurulmuş ağır zərbələrdən, taktiki gedişlər zənniylə düşmən dəyirmanına tökülən sulardan yana qəlbi ağrıyırdı. Azərbaycan adlanan yaşıl bir budağa çalınmış sapı özümüzdən olan baltaların xəyanəti parçalayırdı ürəyini. Kaş belə olmayaydı, ancaq nə yzıq ki, olan-olmuş, keçən-keçmişdi. Müstəqil Azərbaycanın süqutundan sonra milli ziyalılar üçün başlayan məhşər günləri onun da taleyinə öz qara kölgəsini salmış, onu da gedər-gəlməz ünvanlı repressiya girdabına )mvarlatmışdı...

İndi bu gümanlann saysız-sonsuz çoxluğunda yelkənsiz qayıq kimi çırpınmaqdan, hissin axanna düşüb getməkdən başqa bir şeyə nail olmaq şansımız yoxdur. Bizim tək təsəllimiz yenə Əhməd bəyə qoşulub, onun ömür yolunu xəyalən də olsa, birgə vərəqləməkdir.

...Və Əhməd bəyin həmişə oyaq yaddaşında 1919-cu il yanvar ayının 10-u idi. “Tiflis-Batum-Poti yolu ilə dövlət nəzarətçisi M.H.Hacınski, parlament üzvləri Ə.Ağayev, A.Şeyxülislamovdan ibarət Azərbaycan sülh nümayəndə heyəti” F.Xoyskinin başçılıq etdiyi hökumət və parlament üzvləri tərəfindən Bakı dəmiryol vağzalından Avropaya səfərə yola

211

silmirdi. Bir gün sonra Azərbaycan sülh nümayəndə heyətinin Avropaya səfərə yola düşdüyünü xəhər verən “Azərbaycan” qəzeti mərasimdə M.Ə.Rəsulzadə və Ə.Pepinovun çıxış etdiklərini bildirmişdi.

Yaddaşın həmişəsolmaz yarpaqlanndan başqa biri haqqında da yenə həmin qəzet məlumat verəcək və bildirəcəkdi ki, “Gəncədə 23 mart 1919-cu ildə qoşun hissələrinin paradı keçirilmişdir. Paradda F.Xoyskinin başçılıq etdiyi hökumət və parlament üzvləri, o cümlədən Sosialist fırqəsinin üzvü Ə.Pepinov, parlamentin hərbi məsələlər üzrə komissiyasının üzvü C.Hacınski iştirak etmişlər”.

Bunlar adi hadisələr deyildi. Bunlar gənc dövlətin müstəqil yaşamaq haqqının bütün dünyaya nümayiş etdirilməsi, xalqın iradəsinin doğruldulması yolunda atılan uğurlu addımlar idi və həmin günlər Vətənin say-seçmə oğulları ilə çiyindaşhq etmək qisməti onun - Əhməd bəy Pepinovun da taleyinə yazılmışdı.

Qəfildən rənglər tündləşir, yaddaşına dərin iz salmış qara günlər peyda olurdu.

Ulyanovsk şəhər şöbəsinin 3-cü bölməsinin rəisi leytenant Andronov, 1893-cü il təvəllüdlü, ali təhsilli, 1931-ci ildə əksinqilabi fəaliyyətə görə mühakimə edilmiş, Ulyanovsk şəhərində yaşayan, 1933-cü ildən indiyədək şəhərdə SSRİ-nin daxili vəziyyəti ilə bağlı şayiələr yaymaqla hökumətə qarşı inamsızlıq yaradan Əhmədbəy Cəfər oğlu Peipnovun (atasının adı səhv göstərilib - L.Ş.) 58-ci maddənin 1-ci hissəsi ilə məsuliyyətə cəlb edilərək Ulyanovsk həbsxanasında mühafizə altında saxlanılması barədə 1937-ci il sentyabr ayının 7-də qərar çıxarır.

Elə həmin gün Ulyanovsk şöbəsinin Kuybuşev üzrə əməliyyat müvəkkili vəzifəsini icra edən serjant Xudyakov Ə.Pepinovun həbs edilməsi ilə əlaqədar Bakıdan göndərilən teleqrama əsasən, Ulyanovsk şəhərində Krasnoqvardeysk küçəsi bina 24, mən 1-də yaşayan. Sənaye həmkarlar ittifaqında plan- iqtisadçı işləyən Pepinov Əhməd Ömər oğlunun həbs edilməsini və Bakıya XDİK-in sərancamına göndərilməsi barədə şöbənin teleqramını alır və buna müvafiq qərar çıxarır. İki ay sonra, 17 noyabr 1937-ci ildə 2894 saylı order imzalanır. Ancaq Ə.Pepinovun

212

həbs edilməsi bu orderdən əwəl Ulyanovsk şö’bəsi tərəfindən 273 saylı orderlə Xudyakova həvalə edilir.

7 sentyabr 1937-ci ildə Xudyakov və Avdeyevin iştirakı ilə Ə.Pepinovun mənzilində axtarış aparılır və 8 ədəd müxtəlif yazışma, alman-rusca lüğət, Kazax-rus lüğəti, 12 ədəd müxtəlif fotoşəkil və bir ədəd kitab müsadirə edilir.

Taleyin onunla oyun oynadığı belə qara günlərdən birində enkevede dindirmə protokolunda “Əhəlkələk qəzasında Bolojar kəndində anadan olub, kəndli ailəsindən, 1917-ci ildən 1920-ci ilə qədər “Hümmət” partiyasının üzvü, sonra bitərəf 1930-cu ildə Az.DSİ tərəfindən millətçi təşkilata məxsus olduğuna görə həbs edilib” kimi

səciyyələndirilmiş Əhməd bəy s o r ğ u - s u a l a t u t u l m u ş d u . 1937-ci ilin 19 noyabrı idi. E r m ə n i m ü s t ə n t i q özündən razı şəkildə qalib t o n l a h ü n d ü r d ə n : “ İ s t i n t a q

müəyyən edib ki, siz uzun illər açıq əksinqilabi iş aparmısınız və Azərbaycanda əksinqilabi millətçi təşkilatın məsul rəhbərlərindən biri olmusunuz”, deyirdi.

Əhməd bəy isə təmkinin pozmadan: “Mən əksinqilabi təşkilatın üzvü olmamışam və heç bir əksinqilabi iş aparmamışam”, cavabını verir, ancaq ürəyində məqsədlərinə çatmadıqlarına görə acı-acı təəssüflənirdi.

İndilik 4-cü şöbənin 6-cı bölməsinin rəisi baş leytenant Qriqoryan da məqsədini çatmamışdı və dörd gün sonra o, dindinuəni yenidən davam etdirəcəkdi:

213

- Siz bu gün öz əksinqilabi fəaliyyətiniz barədə danışmaq fıkrindəsinizmi?

Cavab: Mən heç bir əksinqilabi iş aparmamışam. Sual: Siz əksinqilabi mövqedə dayanan elmi işçilərdən kimi

tanıyırsınız? Cavab: Heç kimi tanımıram. Sual: Professor Bəkir Çobanzadə sizə əksinqilabçı millətçi

kimi tanışdırmı? Cavab: Professor Bəkir Çobanzadəni mən ancaq millətçi kimi

tanıyıram. Sual: Daha kimi tanıyırsınız? Cavab: Professor Qubaydulin və Kazımovdan başqa daha heç

kimi tanımıram. Sual: Onlar öz əksinqilabi millətçi görüşləri barədə sizə

danışırdılarmı? Cavab: Professor Çobanzadənin millətçi görüşləri mənə

onunla şəxsi söhbətlərdən məlum idi, Qubaydulini onun əsərlərindən, Kazımovun fəaliyyətini isə universitetdən bilirdim.

Sual: Siz onların əksinqilabi görüşləri ilə şərik idinizmi? Cavab: Mən ayn-ayrı məsələlərdə onların millətçi görüşləri

ilə, milli kadrlar yetişdirilməsi sahəsində akademik mübarizələri ilə şərik idim.

Sual: Məgər partiya və hökumət milli kadrlar yetişdirməyin əleyhinə idi?

Pepinov şantaj xarakterli olan bu suala cavab verməkdən imtina edir.”

Bütün sorğu-sual zamanı Qriqoryanın “əksinqilabi millətçi” yarlığı yapışdırdığı fikirlərə Əhməd bəy sadəcə millətçi deməklə qənaətlənirdi. Təsadüfi idimi? Əsla! Yüz illərdən bəri türkün nəfəs aldığı milli ideyalar ermənilər üçün əksinqilabi, antidünyəvi ideyalar kimi qiymətləndirilmişdi və bu ennəninin hansı dövlətə qulluq göstərməsindən, hansı rejimin quluna çevrilməsindən asılı olmayaraq belə idi. Milli deyilən hər şey türkə yad olmalı idi, çünki milli ideyalarla yaşayan türk özünü tanıya, özünə dönə bilərdi. Onda türkün qarşısında heç bir qüvvə dayana bilməzdi.

214

Ona görə də Əhməd bəy millətçi olduğunu danmadığı kimi əksinqilabçı olduğunu da etiraf etməli idi. Məhz bu məqsədlə Qriqoryan Qubaydulinin 20 aprel 1937-ci ildə verdiyi ifadəyə istinad edir, əksinqilabi millətçi təşkilatın 11-ci üzvü kimi əksinqilabi iş aparan Ə.Pepinovun həbs olunmasını və Az.SSR CM-in 72-73-cü maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini vacib saymışdı. Bu barədə DTİ 8-ci şöbəsini və XDİK işlərinə nəzarət edən prokuroru xəbərdar etmək zərurətini də unutmamışdı. Əks-halda DT komissan Sumbatov 7 iyul 1937-ci ildə “1892-ci il təvəllüdlü, Azərbaycan Milli Mərkəzinin fəal üzvü Ə.Pepinovun həbs edilməsi” ilə bağlı Qriqoryan və 4-cü şöbənin rəisi kapitan Sinmanın imzaladıqlan qərarı hansı əsasla imzalayıb təsdiq edərdi. Həmin “zərurəti”n nəzərə alınması erməninin kiçiyinə də, böyüyünə də lazım idi.

8 dekabr 1937-ci il dindirməsi də elə bu zərurətdən doğurdu: “Nəzərə alın ki, bizdə sizə qarşı irəli sürülən ittihamı sübut etmək üçün kifayət qədər dəlillər var və bu dəlil-sübutlardan ancaq bir hissəsindən istifadə etmişik. Biz üzləşdiiTnələr daxil olmaqla sizi ifşa etmək üçün bütün vasitələrdən istifadə edəcəyik və əgər əksinqilabi fəaliyyətiniz barədə həqiqəti deməsəniz sizin qeyri- səmimiliyiniz üzə çıxacaq.

Və bu hədə-qorxuya qədər nələr baş verdiyini başa düşmək üçün böyük ağıl sahibi olmağa ehtiyac qalmadığını göstərən bir cavab. Növbəti daha dəhşətli fiziki təzyiqlərə açıq işarə edildiyini hiss edən Əhməd bəy: “Mən əmin oldum ki, istintaq mənim əksinqilabi fəaliyyətim barədə kifayət qədər məlumata malikdir, qərara gəldim ki, tam tərksilah olaraq öz əksinqilabi fəaliyyətim barədə istintaqa hərtərəfli danışam”, deyir və sonrası artıq oxucuya keçmiş ssenarilərdən məlumdur. İnsanlar dəyişsə də, istintaq metodları, “etiraf’ qoparmaq üsulları təkrarlanırdı.

“Yaxşı, indi cavab verməzdən əvvəl, deyin, nəyə görə 1930- cu ildə Az. DSİ tərəfindən həbs edilərkən əksinqilabi fəaliyyətinizi gizlətmişdiniz?

Cavab: Etiraf edirəm ki, 1930-31-ci ildə DSİ tərəfindən həbs edilərkən mən əksinqilabi təşkilatın fəaliyyət göstərdiyini inkar

215

etmişdim. Mən də başqa iştirakçılar kimi ümid edirdim ki, beləliklə DSİ orqanlan tərəfindən ittiham olunmaqdan yaxa qurtara bilərəm.

Sual: Yalnız bu səbəbə görəmi gizlətmişsiniz? Cavab: Əlbəttə, başqa səbəblər də var idi. Biz, əksinqilabi

təşkilatın üzvləri bir sıra məsul şəxslərin köməyinə ümid bəsləyirdik. Zaqafqaziya Xalq Komissarları Sovetinin sədri Q.Musabəyov, Azərbaycanın keçmiş Xalq Komissarları Sovetinin sədri D.Bünyadzadə kimi şəxslərə. Bizim təşkilatın üz\ni Firuz Ordubadskinin Q.Musəbəyovla, Hacınskinin isə D.Bünyadzadə ilə yaxşı münasibətəlri var idi.

Sual: Q.Musabəyov, D.Bünyadzadə millətçi əksinqilabi təşkilatın mövcudluğundan xəbərsiz idilər?

Cavab: Mənə bu şəxsən məlum deyildi və bu barədə heç kim mənimlə söhbət etməmişdi.

Sual: İstintaqa məlumdur ki, sizin təşkilata Q.Musabəyov, D.Bünyadzadənin və b. rəhbərlik etdikləri yaxşı təşkil edilmiş paralel gizli mərkəz rəhbərlik edib.

Cavab: Paralel gizli mərkəzin fəaliyyət göstərdiyi barədə mənə heç nə mə’lum olmayıb.

Sual: Siz hansı şəraitdə və kim tərəfindən əksinqilabi təşkilata cəlb edilmisiniz?

Cavab: Mən AMP-yə keçmiş Zaqafqaziya Plan komitəsi sədrinin müavini Məmmədhəsən Hacınski tərəfindən 1930-cu ildə, Tiflis şəhərində cəlb edilmişəm. Kasıb ailədən çıxdığım üçün mən universitet təhsili alana qədər fərdi dərs verməklə məşğul olmuşam. Fevral inqilabı başlanarkən Tiflisdə “Hümmət” sosialist təşkilatına keçdim. Ancaq orada menşevik gömşlərinin üstünlük təşkil etməsinə görə, bu mənim sorakı fəaliyyətimdə və həyatımda əsaslı rol oynadı. Mənim əsas işim 1930-cu ilə qədər inqilabın ilk illərdə keçmiş millətçi kadrların mühüm yer tutduğu təhsil nazirliyində'oldu. Menşevik-millətçi bazam da öz rolunu oynadı və mən millətçi siyasətin yeridilməsi ilə məşğul oldum. Qubaydulin, Çobanzadə, İsmayıl Hikmət, Cavad Axundzadə, Mədinə Qiyasbəyli kimi şəxslərin köməyi ilə mən gənc millətçi kadrlann hazırlanması ilə məşğul oldum. Dövlət nəşrkomun müdiri olarkən gəncləri milli ruhda tərbiyələndimıəyə xidmət edən

216

dərsliklərin nəşrinə geniş imkan yaratdım. Onda maarif komissarlığının rəhbər işçiləri R.Axundov, A. Sultanova, Hənəfi Zeynallı, Eminbəyli tərəfindən nəinki müqavimət görmədim, əksinə tam müdafiə edildim. İşimlə bağlı Ordubadski, Məlikaslanov, M.Hacınski ilə görüşdüm. Partiya və hökumətin kənddə kollektivləşdirmə haqqında qərarı bizdə daha böyük narazılıq doğurdu. Bizim son fikrimiz bu idi ki, bu siyasət düzgün deyil və kənd təsərrüfatının dağılmasına gətirib çıxaracaq.

Sual: Əksinqilabi təşkilat qarşısına hansı vəzifələri qoymuşdu?

Cavab: Əksinqilabi təşkilat qarşısına Azərbaycanı Sovet İttifaqından ayırıb, Dağıstanla birləşdirərək milli-burjua respublikası yaratmaq vəzifəsi qoymuşdu.

Sual: Təşkilat bu məqsədə hansı yollarla çatmağı nəzərdə tutmuşdu?

Cavab: Təşkilat Sovet İttifaqına qarşı aşağıdakı üsullarla mübarizə aparmaq fikrində idi: 1 .Kapitalist ölkələri SSRİ-yə qarşı müharibə elan edəndə sovet hökumətinə qarşı silahlı üsyan təşkil etmək. 2.Sənaye və kənd təsərüfatında təxribatlar, ziyankarhqlar törətməklə. Sovet hökumətinə qarşı bu mübarizə metodları haqqında mənə birinci dəfə M.Hacınski bizim gizli əksinqilabi yığıncağımızda məlumat vermişdi.

Sual: Əksinqilabi təşkilat hansı respublikaların millətçi əksinqilabi təşkilatları ilə əlaqə saxlayırdı?

Cavab: Tiflis şəhərində M.Hacmskinin yanında keçirilən gizli əksinqilabi yığıncaqlardan birində o, dedi ki, bizim təşkilat gərək Sovet hakimiyyəti əleyhinə mübarizədə qüvvələri birləşdirmək məqsədilə Gürcüstan və Eımənistandakı millətçi əksinqilabi təşkilatlarla əlaqə yaratsın. Azərbaycanda millətçi əksinqilabi təşkilat Dağıstandakı təşkilatla da əlaqə yaratmışdı.

Sual: Əksinqilabi millətçi təşkilatın Sizə məTum olan üzvlərini sayın.

Cavab: Məmməd Həsən Hacmski, Firuz Ordubadski, mən, Xudadat bəy Məlikaslanov, Rza Şabanov, Şamo Naxçıvanski, Məhəmməd Xəlilov, Çingiz İldınm, Mahmudbəyov, Bilyarbəyov.

217

Sual: Bu şəxslər əksinqilabi millətçi təşkilatın üzvü kimi Sizə haradan məlumdur?

Cavab: Məmməd Həsən Hacmski, Firuz Ordubadski, mən, Xudadat bəy Məlikaslanov, Rza Şabanov mənə əksinqilabi millətçi təşkilatın üzvü kimi şəxsən tanışdırlar. Məhəmməd Xəlilov, Çingiz İldırımın bu təşkilatın üzvü olduqlarını M.Hacınskinin, qalanları isə Ordubadskinin sözlərindən bilirəm.

Sual: Əksinqilabi millətçi təşkilatın rəhbər bey’ətinin tərkibinə kimlər daxil idi?

Cavab: Məmməd Həsən Hacmski, mən, Xudadat bəy Məlikaslanov, Şamo Naxçıvanski və Çingiz İldınm.

Sual: Gürcüstandakı və Ermənistandakı təşkilatlar barədə Sizə nə mə’lumdur?

Cavab: Bu təşkilatların tərkibi barədə mənə heç nə mə’lum deyil.

Sual: Azərbaycanın hansı rayonlarında təşkilatın ilk təşkilatlan yaradılmışdı?

Cavab: Bakıda, Gəncədə və Nuxada. Sual: Əksinqilabi millətçi təşkilat mühacir dairələrlə kimin

şəxsində əlaqə saxlayırdı? Cavab: Təşkilat Parisdə Topçubaşovla əlaqə saxalyırdı, o isə

İstanbulda M.Ə.Rəsulzadə ilə. Topçubaşov ilk dəfə 1928, yaxud 29-cu illərdə mühacirətdən qayıdan Yaqub Vəzirov vasitəsilə M.Hacmski ilə əlaqə yaratmışdı. Sonra Topçubaşovla əlaqə İstanbulda ticarət nümayəndəliyində işləyən M.Xəlilov vasitəsilə yaradıldı. Azərbaycanda əksinqilabi işin genişləndirilməsi barədə göstərişlər əvvəl Vəzirov, sonra Xəlilov vasitəsilə əldə edilirdi.”

Və ona qarşı irəli sürülən ittihamı təsdiq edəcək dəlil-sübutlar artıq hazır idi.

Vaxtilə “Azərbaycan Milli Mərkəzinin işi” (PS-7525) və “Əksinqilabi Azərbaycan Milli Mərkəzinin işi üzrə yekun ittihamnaməsi” (PF-56 saylı) işlərində bir qrup millətçi şəxslərlə bərabər ağır cəzaya layiq görülmüş Ə.Pepinov sözsüz ki, bu dəfə güllələnmədən başqa bir hökm gözləyə bilməzdi və bu hökmün 1932-ci ildəki kimi dəyişdiriləcəyinə heç bir ümid yox idi.

218

Birinci dəfə həbs olunarkən “Təhsil komissarlığının kollegiya üzvü kimi sovet hakimiyyətinə düşmən olan Pepinov Əhməd Ömər oğluna qarşı” 6 maddədən ibarət ittiham sürülmüşdür:

a. qarşısına sovet hakimiyyətini devirmək və milli-müstəqil Azərbaycan qurulması məqsədi qoymuş AMM-in əksinqilabi mərkəzi komitəsinin üzvü olmaqda;

b. AMM-in əsas rəhbərlərindən biri kimi Təhsil komissarlığında tutduğu vəzifədən sui-istifadə etməklə ideoloji cəbhədə praktiki ziyankarhq törətməkdə;

V. əksinqilabi mühacir mərkəzlə birbaşa əlaqədə və onlardan

gizli ədəbiyyat almaqda;

q. ədəbiyyat, incəsənət, həmçinin təhsil müəssisələrində gənclər arasında millətçi ovqatın yeridilməsində;

d. öz nüfuzu və yüksək vəzifəsi ilə təşkilatın tədbirlərinin həyata keçirilməsində keçmişdə ilhamlandmcı olmuşdur;

e. təşkilatın digər üzvləri ilə birlikdə üsyanın hazırhnmasında iştirak etmişdir.

Günahını “boynuna almadığına baxmayaraq, digər ifadələrə əsasən bütün ittihamlarda günahkar olduğu ifşa edilmiş” AR CM- in 64, 65, 66-eı maddələri ilə mühakimə edilmişdir

Yeri gəhnişkən, xatırladaq ki, 1930-cu ildə Az. XDİK yanında Dövlət Siyasi İdarəsinin həbs etdiyi Ə.Pepinov barəsində 30 sentyabr 1931-ci ildə Azərbaycan.SSR DSİ kollegiyasının məhkəməsi tərəfindən Milli Mərkəzin üzvü kimi Azərbaycan SSR DSİ kollegiyasının məhkəməsi tərəfindən güllələnmə qərarı çıxarılmışdır. Aneaq təqribən 4 ay sonra Zaqafqaziya DSİ kollegiyası yanında məhkəmə “Azərbaycan Milli Mərkəzin işi”nə yenidən baxmış, onun eəzasını 10 il işlə əvəz etmişdir.

Adı Azərbayean Xalq Cümhuriyyətinin ən yüksək məqam sahibləri ilə bir sırada çəkilən Ə.Pepinovun sovet cəza sistemində ciddi-cəhdlə əksinqilabçı-millətçi olmasını sübuta yetirməklə ondan intiqam aldıqlarını düşünənlər özləri də duymadan onu gələcək nəsillərin gözündə daha da yüksəldirdilər. Belə şərəfə layiq görülməyin isə arxasında mütləq milli mənafe yolunda göstərilən xidmətlər dayana bilərdi. Biz Əhməd bəyin bu

219

.M -■

f:. •

i' "■'

)i<^ i>

r--

xidmətləri ilə bağlı nə bilirik? Əlbəttə, indiyədək onun barəsində Azərbaycan mətbuatında az söhbət açılmayıb və sonra yazacaqlarımıza da körpünü məhz belə mətbu çıxışlardan biri ilə salacağıq. Ancaq bir həqiqət də var ki, başqa dövlət xadimlərimiz kimi onunla əlaqədar da hələ çox tədqiqatlar aparılmalı, çox məqalələr yazılmalıdır.

“Günay” qəzetinin 26 fevral 2000-ci il 8-ci sayında Ə.Pepinovun qızı Sevda xanımla “Ziyalılar və zaman” adlı müsahibə dərc olunub. Həmin müsahibədə Sevda xanım atası ilə bağlı aşağıdakılara deyir: “Mənim atam milliyətcə məshəti türküdür. Baxmayaraq ki, o, Axaltsixi rayonunda anadan olub, ancaq onun uşaqlığı Şamaxıda və Tiflisdə məşhur dayısı Ömər Faiq Nemanzadənin himayəsi altında keçib. Əhməd bəy Tbilisidə gimnaziyada oxuyub və oranı qızıl medalla bitirib. Onun dayısı ilə yaşadığı binanın birinci

'I mərtəbəsində mətbəə yerləşib, * ^ ikinci mərtəbədə isə onlar Cəlil

Məmmədquluzadə ilə qonşu olublar. M.Cəlil mənim atama ağır xəstə olan böyük Azərbaycan şairi Sabirə qayğı göstənnəyi tapşırıb. Sabir onun gözü qarşısında, az qala qollan arasında həyatla vidalaşıb. Gimnaziyanı bitirdikdən sonra atam oxumaq üçün Moskvaya gedib və orada eyni vaxtda iki fakültədə ali təhsil alıb - hüquq və iqtisadiyyat. O, poliqlot idi, çoxlu dil bilirdi. Moskvadaca da o, eser partiyasına daxil olub. Azərbaycan Xalq Cümhuriyəti elan ediləndə Əhməd bəy, mənim babam, Zaqafqaziya Seyminin üzvü Həsən bəy Ağayevlə birlikdə əvvəl Gəncəyə, sonra isə Bakıya gələrək 1918-ci ildə Parlamentin Rəyəsət Heyətinin katibi, sonra isə əmək və torpaq naziri təyin edilib. Sovet hakimiyyəti illərində atam müxtəlif vəzifələrdə

M. ■.

i

220

işləyib, həbs edildiyi son dövrlərdə isə maarif naziri olub, ali təhsil və mədəniyyət sahəsinə rəhbərlik edib... XX əsrin əvvəllərində böyük bir ziyalılar dəstəsi yetişmişdi. Onlar xalqa fədakarlıqla xidmət edirdilər və xeyli ardıcılları vardı. 1937-ci ildə mənim fikrimcə, Azərbaycan xalqına qarşı əsl soyqırımı tətbiq edildi. Adamlar məhv olundular, ailələr dağıdıldı, uşaqları internat məktəblərə verdilər, çünki qohumlar onları öz yanlarında saxlamağa qorxurdular. Mənim atamı əvvəlcə 1930-cu ildə həbs etdilər, güllələmək istəyirdilər, sonra sürgünə göndərdilər. Sürgündən o, 1935-ci ildə qayıtdı, ona şəxsən M.Bağırov partiya sıralarına keçməyi təklif etmişdi, o, etiraz etmişdi - vicdanına qarşı çıxmaq istəməmişdi. Buna görə cavab verməli oldu, onu yenidən, il yanm sonra Alma-atada həbs edib Bakıya gətirdilər. Burada onu M.Bağırov şəxsən özü güllələmişdi. Bu onun məhkəməsində sübut olundu. Həmin dəhşətli illərdə cəmiyyətin qaymaqlarmm məhv edildiyi dövrdə bizim ziyalılara ağır zərbələr dəydi... İndi əsl mə’nada ziyalılar yoxdur. Yazıçılar, alimlər, pedoqoqlar var. Ancaq həqiqi ziyalılar tək-təkdir. Bu ayrı anlayışdır. Mənim fikrimcə, ziyalıda aşağıdakı keyfiyyətlər olmalıdır: ağıl, təhsil, mədəniyyət, ensiklopedik bilik və ən başlıcası bu şəxs gərək xalqa şəxsi mənfəət güdmədən təmənnasız, həm də özünü gözə soxmadan xidmət etsin. Təəssüf ki, belələri bizdə azdır. Bu bizim mədəniyyətin inkişafı yolunda ciddi maneədir. Dərsliklər elə dildə yazılıb ki, onlar əsasında oxuyub, yazmaq tamamilə mümkün deyil. Bütün hər şey onda məhv olur ki, ilk müəllim rüşvət alır.”

Sevda xanım müxbirin “Siz gələcəkdən nə gözləyirsiniz” sualına cavab verərək deyir; “Vəziyyət son dərəcədə çətindir. O, dövrün adamlannda əqidə, inam var idi. İnam insanı saxlayır. Onu sındırdılar, əvəzində isə heç nə vermədilər. Bu iflasa gətirib çıxardı. Mənə elə gəlir ki, əgər biz tövbə etməsək, 30-cu illərdə başımıza nə gəldiyini düşünməsək, gələcəyimiz olmayacaq. Bütün ölkədə bir dənə də olsun repressiya qurbanlarına abidə qoyulmayıb. Ancaq mən yenə də düşünürəm, ola bilər ki, bizim nəvələrimiz və nəticələrimiz başqa cür olacaqlar. Cəmiyyət dəyişməlidir”.

221

Bizdə bu gün xüsusi maraq doğuran Ə.Pepinovun həyatının 1920-ci il 27 aprel işğalına qədərki dövrüdür. Əslində bu illər onun həyatının hər baxımdan ən məhsuldar və sözün əsl mənasında qızıl dövrüdür.

Əhməd bəyin məhz bu illərə aid fəaliyyəti ilə əlaqədar 24.02.1956-cı ildə DTK-da Müsavat hökuməti xarici, daxili işlər nazirliklərinin arxiv fondlarmdakı, həmçinin himayə nazirliyi tərəfindən 1920-ci ildə buraxılmış Azərbaycan Respublikasının “Ünvan-təqvim”indəki məlumatlara istinadən tərtib edilmiş arxiv arayışında göstərilirdi:

l. Ə.Pepinov (Cövdət) sosialist fırqəsinin Zaqafqaziya Seyminin 28 fevral 1918-ci ildəki iclasmda təsdiq edilmiş siyahıda Seymin tərkibinə daxil olub! 2.Zaqafqaziya Seyminin 16 fevral 1918-ci il iclasında Türkiyə ilə sülh danışıqlan aparılması üçün xüsusi nümayəndə heyəti yaradılıb. Həmin tərkibə siyasi partiyalannkatibləri, o cümlədən Ə.Pepinov salınıb. 3.Ə.Pepinov Azərbaycan Milli Şurasının üzvü kimi 13 iyun 1919-cu ildə Tiflis şəhərində keçirilən Milli Şuranın 6-cı müşavirəsində iştirak edib. 4.Ə.Pepinov 22 dekabr 19!9-cu ildə Nazirlər Kabinetinin yeni tərkibində Toıpaq, dövlət əmlakı və əmək naziri olub. 5.Ə.Pepinov 19 yanvar 1920-ci ildə əksinqilabi (zamanın tələbinə uyğunlaşan arxiv işçisi bu sözü tarixi sənədlərə əlavə edirdi - L.Ş.) Müsavat parlamentinin üzvü olub. 6.Pepinov (adı, soyadı göstərilməyib) 4 may 1920-ci ildə Xalq Xarici İşlər komissarlığının informasiya idarəsinin.kargüzarı olub. ”

Yenə həmin “Ünvan-təqvim”inə istinadən onun parlament üzvü olması faktı ilə bağlı onu da dəqiqləşdirək ki, Ə.Pepinovun adı parlamentin sosialist fırqəsində 7-ci № ilə qeyd olunub.

Ə.Pepinov fəal bir siyasətçi kimi parlament iclaslarında mühüm məsələlərlə bağlı müntəzəm çıxışlar etmiş, təmsil etdiyi fırqənin adından bir çox hallarda son söz demək səlahiyyətinə malik olmuşdur.

Belə çıxışlarından birini Ə.Pepinov 20 dekabr 1918-ci il iclasında general Tomsonun Azərbaycan hökumətinə proklama- siyası barədə müzakirə aparılarkən etmişdir: "... Genaral Tomson müttəfiqlərin nümayəndəsi olaraq, xalqların öz müqəddəratını

222

tə’yin etməsi prinsipini etiraf etməyə bilməz və özünü Azərbaycanın müstəqilliyinin əleyhdarı saya bilməz. General Tomsona ingilis və dünya demokroatiyası tərəfindən məhz belə tapşırıq verilmişdir. Buna görə də, biz ingilis və dünya demokratiyasını alqışlayırıq.” “Azərbaycan” qəzeti 1 yanvar 1919- cu il.

Həmin iclas ərəfəsində yeni təşkil edilmiş parlamentin fövqəladə iclasında qonşu Gürcüstan və Ermənistan arasındakı münaqişənin müzakirəsini gündəliyə çıxarmaq, diqqəti regional problemlərin həllinə yönəltmək istəyən Sosialist firqəsi bu məsələni Ə.Pepinova tapşırmış və o, belə bir sorğu ilə çıxış etmişdi: “Teleqraf məTumatlarından göründüyü kimi son vaxtlar iki qonşu ölkə - Gürcüstan və Ermənistan arasında münaqişə silahlı qanlı toqquşma şəkli almışdır^ Bu vəziyyət ümumqafqaz demokratiya maraqlarına toxunduğu və onu ciddi təhlükə altında qoyduğu üçün müsəlman Sosialist bloku firqəsi adındatl parlamentə bu məsələni müzakirəyə çıxarmağı və müvafiq qərar qəbul etməyi təklif edirəm.” Onun bu təklifini Sosialist blokunun digər üzvü A.Səfıkürdski də müdafiə etmişdir.

Parlamentin 18 avqust 1919-cu il iclasında sosialist fırqəsitiin üzvləri “Denikin təhlükəsi”, respublikanın daxili düşmənləri və ümumiyyətlə xarici siyasətlə bağlı hökumət qarşısında məsələ qaldınimış və xarici işlər naziri M. Y.Cəfərov bu məsələ ətrafında hökumətin mövqeyini bildirsə də, sorğu müəllifləri raZi qalmamışdılar. Buna görə də həmin ilin sentyabr ayında bu məsələ yenidən qaldırılmış və “Hümmət” firqəsi adından mövqenin^ açıqlanması Ə.Pepinova həvalə olunmuşdu; “Üç həftə əvvəl bİ2r bu məsələni qaldıranda, vəziyyət indikindən fərqlənirdi. Onda ingilislər hələ Bakıda idilər... Yarandığı ilk gündən etibarən respublikamız üzərində daim xarici güc hiss olunub - birinci türklər, soma isə ingilislər. Budur indi də, siyasi həyatda yeni şərait yaranması ilə biz və bütün ölkə bu yüksək tirbunadan respbulikanın vəziyyəti barədə eşidib, bilmək istəyirik. Vətəndaşların dinc yaşayışı üçün bütün xarici və daxili tədbirlər görülmüşdür, xarici müdaxilə təhlükəsi qarşısında respublikanın ərazi bütövlüyü tə’min edilmişdirmi? Dənizdən və qurudan

223

müdafiənin tə’min olunması üçün bütün tədbirlər görülmüşdürmü? Gürcüstanla müdafiə müqaviləsi bağlanmışdır. Birgə qüvvələrdən biz istifadə edəcəyikmi?”

Hökumət başçısı N.Yusifbəyli Ə.Pepinova cavabında demişdi: “Dənizdən və qurudan müdafiə üçün bütün tədbirlər görülmüşdürmü? Biz Gürcüstanla müqavilənin imkanlarından istifadə edirikmi? Belə suallara mən bir sözlə cavab verə bilərəm “bəli”... Biz müstəqil yaşaya bilərikmi? Bəli, artıq 4 gündür ki, ingilislər gedib və bu 4 gündə biz sözün tam mə’asında müstəqil yaşamışıq və özümüzün müstəqil yaşamağa haqqımız çatdığını və bunu bacardığımızı sübut etmişik... Şimaldan gözlənilən təhlükəyə gəlincə, burada da hökumət qan tökülməsindən qaçmağa cəhd göstərir... Sülhün tə’minatçısı, əlbəttə, güclü ordudur, güclü olmaqla çox məsələləri asanlıqla həll etmək olar.”

Əhməd bəyin ölkə əhalisi və ümumən dövlətin taleyi üçün narahatlıq hiss edilən bu çıxışından parçanı nahaq gətirmirik. Çünki bu çıxış onun siyasi və vətəndaş mövqeyinin üst-üstə düşdüyü məqamlardan biri olmaqla yanaşı, həm də natiqlik qabiliyyətinə malik olduğunu aydın nümayiş etdirir. Doğrudur, “Hümməf’ fırqəsi adından danışan Əhməd bəy gənc respublikanın kifayət qədər düşməni olduğunu nəzərə almaqla bərabər, onun hansısa dövlətdən yardım görməsini qəbul etmir və faktiki surətdə Azərbaycanı bu ciddi təhlükələr qarşısında müdafiəsiz qoymaq mövqeyi tutanlara qoşulurdu. Çünki əvvəl türklərin, sonra ingilislərin getməsi həmin mərhələdə vəziyyəti rusların xeyrinə dəyişmiş, daxildə bolşeviklərə, onlara yaxın və loyal fırqələrə, o cümlədən sosialistlərə arxalanmaqla Azərbaycam işğal etmələri üçün kifayət qədər əlverişli şərait yaratmışdı.

Əhməd bəyin parlament fəaliy>'əti yalnız belə sorğular və çıxışlarla məhdudlaşmırdı. O, fəal bir deputat kimi bu mülıüm dövlət orqanında daim diqqət mərkəzində olmuş və Parlamentin katibi seçilmişdi. Azərbaycanın bir sıra qanunlarının hazırlanmasında hüquqşünas kimi yaxından iştirak edən Ə.Pepinov 20 oktyabr 1919-cu ildə parlament tərəfindən qəbul edilən “Nəşrlər istehsalı haqqında” Qanuna parlamentin katibi kimi Əhməd Cövdət (Pepinov) qol çəkib (ARDA, f 895, s.3, iş.86, v.l8).

224

Qızğın ictimai fəaliyyətinin və bütün fırqələr tərəfindən qəbul edilməsinin nəticəsi idi ki, Ə.Pepinov Azərbaycan Müəssislər Məclisinə seçkilər üzrə komissiyanın iclasında sədr müavini seçilmişdi (M.Ə.Rəsulzadə sədr, M.Vəkilov katib, H.Məmmədbəyov xəzinədar seçilmişlər (“Azərbayean” qəzeti 28 avqust 1919-eu il).

28 may 1919-cu ildə Azərbaycanın müstəqillik əldə etməsinin birinci ildönümü bayramının keçirilməsi ilə əlaqədar məsələ müzakirəyə çıxarılarkən parlamentdə “Hümmət” partiyasının mövqeyini ifadə etmək Ə.Pepinova həvalə olunmuşdu: Çıxışları daim konkretliyi və məntiqi ilə seçilən Əhməd bəy:

“Hümmət” partiyası bayramda iştirak edəeəkdir, çünki keçmiş sosialist blok Milli Şurada Azərbaycanın müstəqilliyinin e’lan olunmasında iştirak etmişdi... Bu günlərdə “Hümməf’ partiyası Azərbaycanın müstəqilliyinin, demokratiyanın həqiqi müdafiəçisi möqeyində dayanmaqla bayramda iştirak edəcək və mitinq və yığıncaqlarda bu müstəqilliyi başqa partiyalardan fərqli olaraq necə gördüyümüzü izah edəcəkdir. Çarizmin ağır yükündən xilas olmaqla, Azərbaycanın demokratiyası xarici imperialistlərin daha dözülməz istismarı altına düşməyəeəkdir. Buna görə də bu müstəqilliyi biz yalnız xaricdən gələn əksinqilabçılardan deyil, həm də Avropa imperializminin təzyiqlərindən qorumalıyıq”, demişdir.

Əlbəttə, Ə.Pepinov Sosialist blokunun üzvü kimi parlamentdə təmsil etdiyi fırqənin mənafeyini nəzərə almaya bilməzdi və təbii ki, bu mənafe bəzi hallarda milli hökumətin mölıkəmləndiril- məsi istiqamətində müsavatçıların götürdüyü xətlə kəskin ziddiyət təşkil edirdi. Ölkə daxilində siyasi plüralizm nümunəsi kimi tam normal və məqbul sayılan fırqələrarası ixtilaflar bəzən taleyüklü məsələlərin həllinə ciddi əngəllər törədir, yaxud mənfi təsir göstərirdi. Azərbaycan Milli Şurasının parlamentin təşkili ilə bağlı müzakirələrin keçirildiyi 16 noyabr yığıncağında Əhməd bəyin: “Sosialist bloku həqiqi hökumətin yaradılmasında iştirak etmədiyi üçün, o, parlamentin təşkili barədə “Müsavaf ’ tərəfindən təklif edilən formulun səsə qoyulmasında da iştirak etməyəeək”, deməsi

225

əslində dolayısı ilə dövlətin mühüm siyasi addımlarına maneçilik törətməkdən başqa bir şey deyildi.

Yəqin diqqətli oxucu Əhməd bəy haqqında həm eser, həm menşevik, həm “Hümməf’çi kimi söhbət açıldığının fərqinə varmışdır. Həqiqətəndəmi o, siyasi mövqelərinə görə bir-birindən əsaslı şəkildə fərqlənən bu üç partiyanın üzvü olmuşdurmu?

Artıq yuxarıda isnad edilən etibarlı mənbələrin Əhməd bəyin siyasi mənsubiyyəti ilə bağlı suallara nə dərəcədə aydınlıq gətirdiyini oxuculann mühakiməsinə buraxaraq, bu məsələ ilə əlaqədar əldə etdiyimiz digər məlumatları da çatdırmaq istəyirik. “İskra” qəzeti 4 oktyabr 1919-cu il tarixli sayında Ə.Pepinovun mə’ruzəsini dərc edib və xüsusi olaraq bu məruzənin menşeviklər adından edildiyi bildirilib: “Dinləyiciləri hökumətin təşkili ilə bağlı vəziyyətlə tanış edən natiq deyir: Bizdə demokratik respublika e’lan edilib, bu inqilabın qiymətli nailiyyətidir, onun əldə edilməsi üçün ən dəyərli insanlar və apancı ölkələrin demokratlan mübarizə apanblar. Bizdə deməli, xalq hakimiyyəti forması qəbul olunub, belə ki, xalq özü-özünü idarə edir, siz özünüzü idarə edirsiniz, özünüz qanunları müəyyənləşdirir, hökuməti təşkil edirsiniz (Bütün bunlar müsavat parlamenti və hökuməti haqqında deyilir)”. Sonra natiq Gürcüstan menşevik hökumətinin nümunəsindən istifadə etməyə çağırır: Gürcüstanın təcrübəsi sizin qarşınızdadır, orada xalq aldanmayacaq, onlar öz xalq sosialist təşkilatlarını möhkəmləndirirlər, öz hökumətlərini təşkil edib və zəhmətkeş xalqın maraqlarını tə’min edən qanunları həyata keçirirlər.

Əhməd bəyin sosial-demokratların menşevik qanadına məxsusluğunu Azərbaycan milli hökumətində, daha sonra isə sovet hakimiyyəti dövründə onunla çiyindaşlıq etmiş Məmməd Həsən Hacınskinin 29 dekabr 1930-cu ildə Tiflis həbsxanasında verdiyi ifadə də təsdiq edir: “Pepinov məncə menşevik olmaqda davam edir. Ona görə bu fikrə gəlirəm ki, o mənimlə söhbət zamanı bir neçə dəfə Azərbaycan mühacirlərinin həyatından söz saldı, görünürdü ki, bu yay xəbəri var. O, mənə dedi ki, Bakıda şübhələnirlər ki, Şabanov DSİ-nin agentidir və bizi izləyir. Mən Şabano\oı əvvəlki kimi qəbul edirdim. O məni bir dəfə 1920-ci ildə nahara dəvət etmişdi, orada Türk konsulu ilə görüşdüm, o da

226

dedi ki, sosialist-menşevikdir. Söhbət Türkiyədəki vəziyyət ətrafında oldu, ona bolşevik köməyi və əlbəttə, sovet hökumətinin bəzi fəaliyyətinin tənqidi...

18 mart 1956-cı ildə Partiya arxivindən verilmiş arayışda göstərilirdi ki: “Ə.Pepinovun “Hümmət” qanadına məxsusluğu barədə sənədlər yoxdur.”

Ancaq parlament iclasları ilə əlaqədar arxiv sənədləri və qəzet materialları göstərir ki. Əhməd bəy parlamentdə “sosialist” və “Hümmət” fırqələrinin üzvü kimi təmsil olunmuşdur.

“Bednota” qəzetinin 1919-cu il 8 oktyabr tarixli 15-ci sayında dərc edilmiş “Qazax qəzasında kəndli qurultayı haqqında həqiqət” məqaləsində deyilir ki, 27 sentyabrda qurultayın 3-cü iclasında parlament üzvləri Ağamahoğlu və Ə.Pepinov iştirak ediblər və Ə.Pepinov parlamentin işi barədə mə’ruzə ilə çıxış edib. Bu məlumatdan da aydın olur ki. Əhməd bəy “Hümməf’lə sıx bağlı bir şəxs idi və onun kəndli qumltaymda Ağamahoğlu ilə birlikdə iştirak və çıxış etməsi təsadüfi deyildi.

XDİK 4-cü şö’bə 2-ci bölməsinin əməliyyat müvəkkili M.Məmmədov 1938-ci il mart ayının 16-da Ə.Pepinovun əksinqilabi təşkilatın SSRİ əleyhinə silahlı üsyana hazırlaşdığı, qarşısına terror, ziyankarhq və casusluqla bağlı vəzifələr qoyduğu barədə informasiyaya malik olduğu halda eyni mövqədə dayandğı üçün CM-in 64, 68, 69, 70-ci maddələri ilə əlavə məs’uliyyətə cəlb edilməsi haqqında qərar çıxarır. Bu qərarı 4-cü şö’bənin rəisi kapitan Razkazçikov təsdiq edir.

Və iş qovluğunun arasına növbəti 2659 saylı Həbs anketi əlavə edilir; “Ə.Pepinov 1893-cü ildə Tiflis quberniyasında anadan olub, iqtisadçı, 1930-cu ildə Az.SSR CM-in 64-cü maddəsi ilə ittiham edilib, həbs altında saxlanılıb, boşanıb, qızı Sevda 11 yaşında.” Bu iki sətirlik qeydin arasında onun ailəsindən boşandığının göstərilməsi də unudulmayıb. Sanki bununla Əhməd bəy haqqındakı qara boyaları bir qədər də tündləşdirmək istəyirdilər. Hələ bu harasıdır. Xalq düşməni Ə.Pepinova aman vermək olmazdı çünki, İbrahim Tağıyevin (Gəncə RK KP-nin katibi) ifadəsinə (17 avqust 1937-ci il) görə, guya Ə.Pepinovun qardaşı Azərbaycan Kənd Təsərrüfatı institunun müəllimi

227

Məmməd Pepinov da əksinqilabi iş aparıb. Deməli onlar ailəlikcə sovet quruluşunun düşməni olublar. Buna görə də nəinki onun özünü qardaşını da istintaqa cəlb edirlər. Belə də olur. Pepinov Məmməd Ömər oğlu XDİK tərəfindən 17 noyabr 1937-ci ildə həbs edilərək cinayət məs’liyyətinə cəlb edilir. Onun istintaqı ilə bağlı Yekun qərarda aşağıdakılar göstərilirdi;

“1894-cü ildə Gürcüstanın Axaltsixi rayonunda Biləcəri kəndində anadan olmuş, ali təhsilli, bitərəf, Gəncə KTİ-nin müəllimi əksinqilabi millətçi təşkilatın üzvü kimi Azərbaycanı silahlı üsyan yolu ilə SSRİ-dən ayırmağı qarşısına məqsəd qoymuş Pepinov Məmməd Ömər oğlu əksinqilabi təşkilata İbrahim Tağıyev tərəfindən 1936-cı ildə cəlb edilib və Azərbaycan Kənd Təsərrüfatı institunun müəllimləri arasında əksinqilabi iş aparıb. 20 noyabr 1937-ci ildə günahını boynuna alıb. O, 1938-ci il 19 apreldə Zaqafqaziya Hərbi Dairəsi Hərbi tribunalının hökmü ilə güllələnməyə məhkum edilmiş, 1938-ci ilin 17 mayında ərizəsinə əsasən cəzası 10 illik həbslə əvəz edilmişdir. 1940-cı ildə SSRİ Prokurorluğunun protestinə əsasən M.Pepinovun haqqında 19 aprel 1938-ci il hökmü ləğv edilir və iş yenidən baxılması üçün ibtidai istintaqa qaytarılır. Ancaq onun Tağıyev, Muxtar Əliyev və Əsgərbəyli ilə üzləşdirilmə tələbinə məhəl qoyulmur və Pepinov 8 il müddətinə azadlıqdan məhrum edilərək, 1946-cı ilə qədər həbsxanada yatır. Pepinovun 1951-ci ildə Qazaxıstan DTN tərəfindən yenidən həbs edilir və Novosibirsk vilayətinə DTN orqanlarının nəzarəti altında yaşamağa göndərilir”.

Əhməd bəyin dindirilməsində başlıca diqqət yetirilən məsələlərdən biri onun və təmsil etdiyi təşkilatın mühacirətdə yaşayan keçmiş hökumət üzvləri vasitəsilə xarici dövlətlərlə hansı əlaqələr saxlanılmasına yönəldilmişdi. Bu baxımdan 19 yanvar 1938-ci il dindinnəsi istisna deyildi: “Sual: Mühacirətdən hansı maddi köməklik alınırdı və o, necə bölüşdürülürdü?

Cavab: M.Hacınskinin sözlərinə görə, Topçubaşov Azərbaycan əksinqilabi millətçi təşkilatına maddi köməklik göstərirdi. Bir dəfə 1930-cu ildə, payızda mən Ordubadskinin yanında olarkən o dedi ki, Hacınski ona təşkilatın ehtiyacları üçün 40.000 rubl pul göndərib. Bu vəsaitin necə alındığı barədə o, heç

228

nə demədi, ancaq onu bildirdi ki, həmin vəsait təşkilat üzvlərinin rayonlara getmələrinə yol xərci kimi onlar arasında paylanmaq üçün nəzərdə tutulub. Mənə mə’lum idi ki, bu məqsədlə Mollayevə, Mirzəyevə, Bəylərbəyova hərəsinə 5000 rubl verilib.

Sual: Sizə şəxsən bu puldan nə qədər çatmışdı? Cavab: Mən şəxsən Ordubadskidən pul almamışdım, çünki

uzun müddət olduğum üçün yerlərə gedib, əksinqilabi iş apanuağa imkanım olmamışdı.

Sual: Xarici kəşfiyyat orqanlarından hansının təşkilatla əlaqəsi vardı?

Cavab: Xarici ölkə kəşfiyyatları ilə əlaqəni şəxsən M.Hacmski Parisdə mühacirətdə olan Topçubaşov vasitəsilə saxlayırdı. 1930-cu ildə Tiflisə xidməti işlə bağlı gedərkən mən ondan eşitdim ki, bizim işə maddi köməklik Topçubaşovla razılıq əldə edilmiş Fransız hökuməti tərəfindən göstəriləcəkdir.

Sual: Kəşfiyyat orqanlarına hansı casusluq məTumatlan və kimin vasitəsilə verilirdi?

Cavab: Hacınskinin mənə verdiyi məTumata görə, Fransa dövlətindən alınmış maddi yardımın müqabilində əksinqilabi təşkilat tərəfindən ölkənin müdafiə qabiliyyəti, yük daşımaları, neft sənayesinin vəziyyəti barədə kəşfiyyat informasiyaları əldə edilmə—li idi. Müdafiə qabiliyyəti haqqında məTumatlar Azərbaycanın diviziya komandiri Ş.Naxçıvanski, dəmiryol üzrə Mirzəyev, neft sənayesi üzrə F.Rüstəmbəyov və Azneftdə işləyən digər mühəndislər tərəfindən əldə olunurdu. Bu mühəndislərin kimliyi barəsində o, heç nə demirdi. Həmin materialların Hacınskiyə çatdırılıb-çatdırılmadığı barədə o, heç nə deməmişdi.

Sual: Ş.Naxçıvanski komanda bey’ətindən kimi əksinqilabi təşkilata cəlb edə bilmişdi?

Cavab: Men həbsxanada olarkən öyrəndim ki, Ş.Naxçıvanski təşkilata keçmiş çar ordusunun polkovniki Novruzovu, keçmiş ordunun zabiti Vəkilov və Mirzəyevi cəlb edə bilib.

Sual: Sizin 1930-cu ilə qədərki əksinqilabi təşkilatlardakı fəaliyyətiniz barədə istintaq sonra aparılacaq. İndi isə 1930-cu ildə həbs olunduqdan sonrakı fəaliyyətiniz barədə danışın.

229

Cavab: 1930-cu ilin dekabrından 1933-cü ilə qədər həbs edilib, Bakı həbsxanasında saxlanıldıqdan sonra mən Ulyanovsk şəhərinə sürgün edildim və 1936-cı ilin mayına qədər orada qaldım. 1936-cı ilin mayında Moskvada Qazaxıstan KP (b) MK- nın katibi Mirzoyanla görüşdüm və onunla danışıb Qazaxıstanda işləməyə getdim. Mən onun təklifi ilə Bakıdan tanış olduğum Qazaxıstan XKS-in sədr müavini Teymur Əliyevə müraciət etdim. Teymur Əliyev məni iqtisadçı kimi işə düzəltdi. Elə həmin ilin may ayında Mirzoyan tərəfindən də’vət edilən azərbaycanlıların işdən azad edilməsinə görə, Ulyanovska qayıtmağa məcbur oldum. Azərbaycandan 6 il əvvəl ayrıldığım üçün və 1930-cu ildə təşkilatımız DSİ tərəfindən dağıldığı üçün heç bir əksinqilabi iş aparmırdım.”

Onun xaricdə Azərbaycan mühacirəti ilə əlaqələri olduğunu orqanların heç bir şübhəsi yox idi. Çünki Ə.Pepino\am Bakıda yerləşən Türkiyə və İran səfirlikləri ilə münasibətləri barədə hələ 2 fevral 1931-ci ildə M.Hacınskinin verdiyi ifadə bunu təsdiqləyirdi və əllərinin altında saxladıqları həmin faktları istənilən vaxt sübut kimi işə əlavə edə bilərdilər: “Pepinovun İran konsulu ilə şəxsi tanışlığı barədə mənə Əbdül Baqi demişdi. 1924- cü ildə Pepinov və onun dayısı Ömər Faiq Türkiyə konsulunun yanında olurdular. Bu qrupun Pepinov vasitəsilə İstanbulla əlaqəsi vardı. Mənimlə Vəzirovun əlaqələri barədə söhbət olmuşdu. 1928- ci ildə Cəmil Vəzirov dedi ki. Əhməd bəy Ağayevə məktub yazmaq istəyir. Mən dedim, ona Azərbaycanda milli istismar barəsinde yazmaq lazımdır.”

26 yanvar və 8 mart 1938-ci il tarixlərdə aparılan dindirilmələrdə isə onun həyatının sürgündən sonrakı qısa bir dövrünün az qala ən kiçik detallarına qədər araşdırılması baxımından maraq doğurur. Bu dindirmənin başqa bir cəhəti isə XDİK əməkdaşlarının istədiyi ifadələri almaq üçün bütün vasitələrlə müttəhimlərə təzyiq göstərdiyini, onlan daim gərgin psixoloji vəziyyətdə saxlamağa çalışmaları ilə bağlıdır. Əhməd bəy kimi hərtərəfli hazırlıqlı şəxsləri bu cür vasitələrlə “yumşaltmaq” mümkün olmayanda, hədə-qorxular və kütləvi cəza orqanlarının mahiyyətinə tamamilə uyğun formalar işə salınırdı:

230

“1936-cı ilde mən uzun müddətdən bəri qızım və qohumlarımla görüşmədiyim üçün həmin ilin may ayında Bakıya gəldim. Mən bacım Nəzirə Pepinovanın-Mirzəbəyovanm evində qaldım. Gələndə təsadüfən ayağım əzildi və 10 gün yataqda yatdım. Mən xəstə yatanda və sonra yanıma keçmiş tanışım Rzaqulu Nəcəfov gəldi. O, mənə 1932-ci ildən Şamaxı həbsxanasından tanıdığım Bəhlul Əfəndinin ədəbiyyatla məşğul olduğu və hansısa məşhur Qarabağ aşığı barədə kitab yazdığı barədə mə’lumat verdi və onun məni qonaq çağırdığım bildirdi. Axşam Bəhlul Əfəndinin evinə getdik. Hüseyn Cavid, Əmin Abid, Ordubadi və bir nəfər orada idi. O, yenicə çapdan çıxmış kitabını bizə göstərdi və özünün Salman Mümtazla ədəbi mübahisələri barədə danışdı. S.Mümtaz qədim Azərbaycanın klassik və xalq ədəbiyyatının bilicisi heSab edilir. Sdnra mən xəstə yatanda yanıma F.Ordubadski gəldi və mən ona Ulyanovskdakı həyatım və oradan ’ Qazaxıstana getdiyim barədə danışdım. O, dedi ki, o da Azərbaycanda yaşamaq istəmir, Moskvaya getmək fikrindədir. O dedi ki, qohumları Kalininə məktub yazdıqları üçün onu azad ediblər. Sonra isə mənə dedi ki. Alma-ataya qayıdan kimi ona mə’lumat verim, orada mənzil və yaxşı iş tapmaq mümkündürmü? Yaxınlarımdan başqa xəstə olarkən yanıma Hüseyn Cavid, Abdulla Şaiq, keçmiş eser və sosialist fraksiyasının üzvü Aslan Səfıkürdski gəliblər. Şairlər öz yeni əsərləri haqqında danışdılar. H.Cavid özünün yenicə çapdan çıxmış dram əsərini göstərdi və Ruhulla Axundovun tərtib etdiyi yeni orfoqrafıya haqqında tənqidi qeydlərini söylədi. A.Şaiq özünün Puşkindən və “İskəndərnamə”dən etdiyi yeni tərcümələri barədə danışdı. Səfıkürdski şikayətləndi ki, onda aktiv vərəm və şəkər xəstəliyi başlayıb və ona tə’cili güclü müalicə lazımdır. Onu işdən çıxınblar, buna görə də müalicə aparmaq imkanı yoxdur və MK katibinə məktubla müraciət edib və indi cavab gözləyir. Mənim ikinci bacım və qardaşım Gəncədə yaşadıqları üçün qızımla iyunun əvvəlində oraya getdim. On gün onlarda qonaq qalıb qayıtdım. Gəncədən qayıtdıqdan bir neçə gün sonra yığışıb Alma-ataya getdim. Oraya çatan kimi Teymur Əliyevin yanma getdim. T.Əliyev mənə təsərrüfat orqanlannda işləməyi təklif etdi, ancaq

231

mən xahiş etdim ki, əgər mümkündürsə, maarif komissarlığında iqtisdaçı işi versinlər. O, söz verdi ki, danışıb öyrənər, onlarda belə işçiyə ehtiyac vamıı və mənə dedi ki, komissar yol.Jurqe- novun yanına gedim. O, məni qəbul edib, sənədlərimə baxdı və mənə tikinti şö’bəsində iqtisadçı-planlaşdıncı vəzifəsini təklif etdi. Mən bu işlə tanış olduğumu bildirdim və o, məni işin xüsusiyyətləri barədə söhbət etmək üçün y.Qarinin yanma göndərdi. Bundan sonra mən işə başladım. İş həddindən artıq çox olduğu üçün mən gün ərzində 11-12 saat işləməli, əksər hallarda bazar günləri də olurdum. Ayda 650 rubl alır, onun 100 rublunu qızımın tərbiyəsi ilə məşğul olunması üçün Bakıya göndərirdim. Mən Alma-atada T.Əliyevin kabinetində Azərbayeandan Qazaxıstanda XDİK orqanlarında işləyən Üzeyir Şabanbəyovu, Bəylər Ahnəzərovu gördüm. Çimkənddə olan Novruz Rzayevlə, Mustafa Quliyevi bir dəfə Sovetlər evinin yeməkxanasında gördüm. Yoldaşım Torpaq komissarlığında işləyən Rza Şabanovla tez-tez görüşür, boş vaxtlarımızda Qazax teatnna gedir, rus dilində Qazax ədəbiyyatını oxuyur, bu dillə məşğul olurduq. Qazax dili xüsusi öyrənmə olmadan bizim üçün anlaşılmazdır. Mən Qazaxıstanda 9 aya yaxın işlədim. Yol. Stalinin MK-nın fevral- mart plenumundakı çıxışından sonra Azərbaycandan və Uraldan gələn partiya işçiləri, o cümlədən T.Əliyev, Alma-ata şəhər sovetinin sədri Sarumov, vilayət partiya komitəsinin katibi Kiselyov, Çimkənd şəhər sovetinin keçmiş sədri M.Quliyev çıxıb getdilər. Mən fikirləşdim ki, bu kompaniyada Azərbaycandan gəlmiş şəxs kimi məni də işdən çıxara bilərlər və buna görə də işdən azad edilmək üçün müraciət etdim. Mən yenidən işçi kimi tanındığım və mənzil problemini nisbətən asan həll etməyin mümkün olduğu Ulyanovsk şəhərinə getməyə məcburiyyətində qaldım. Orda mənə köhnə işimi, qeydiyyat üzrə iqtisadçı işini təklif etdilər. Orada bir neçə ay işlədikdən sonra iş yerimdə 7 sentyabr 1937-ci ildə həbs edildim və Bakıya göndərildim. 26 yanvar 1938-ci il”.

Bu təfsilatla da kifayətlənməyən XDİK müstəntiqləri ay yarım keçməmiş başqa formada eyni mətləbləri araşdırmağa, onun gizlədə biləcəyi məqamlan aşkarlamağa cəhd göstərirlər və sual-

232

cavab prosesini bilərəkdən əslində bir qədər uzaqdan başlayırlar. Ümumən cəza orqanlannın sevimli üsullarından sayılan bu metod guya qəfildən əsil mətləb üstünə gəlinməsi ilə istintaqa cəlb olunmuş şəxsi çaşdımıaq və belə vəziyyətdə onun gizli saxladığı məsələləri qeyri-ixtiyari bildirməsinə gətirib çıxara bilərdi. Yaxud belə məqamlarda diqqəti yayınan müttəhim ağzından artıq söz qaçıra, istintaqa manevr imkanları verərdi. Əhməd bəylə əlaqədar bunun nə dərəcə alındığını 8 mart 1938-ci il tarixli dindirmə protokolu daha aydın göstərir; “Sual; 1930-cu ildən sonra hansı əksinqilabi iş aparansınız?

Cavab; 1930-cu ildən sonra heç bir əksinqilabi iş aparmamışam. 1930-cu ildən 1933-cü ilin iyuluna qədər Bakıda XDİK həbsxanasında saxlanılmışam. Həmin vaxtdan 1936-cı ilin mayına qədər Ulyanovskda sürgündə olmuşam. Ulyanovskdan sonra Bakıya bacım və qardaşımla görüşməyə gəlmişəm.

Sual; Ulyanovskda olarkən neçə dəfə Bakıya gəlmişdiniz? Cavab; Mən Ulyanovskdan heç vaxt kənara çıxmamışam. Sual; Tanışlarınızdan kim Ulyanovskda cəza çəkirdi? Cavab; Heç kim. Sual; Siz Ulyanovskdan Bakıya qohumlarınızla görüşməyə

deyil, əksinqilabi təşkilatla əlaqə üçün gəldiyinizi e’tiraf edirsinizmi?

Cavab; Xeyr. Mən ancaq qohumlarımla görüşmək üçün gəlmişəm.

Sual; Bakıda 1936-cı ildə keçmiş əksinqilabi təşkilatın üzvlərindən siz kimlərlə görüşdünüz?

Cavab; Bakıda 1936-cı ildə əksinqilabi təşkilatın üzvlərindən mən doktor Ordubadski, Rzaqulu Nəcəfov və Cəfər Rüstəm- bəyovla görüşdüm.

Sual; Siz həmin şəxslərlə hansı əksinqilabi mövzularda söhbət etdiniz?

Cavab; Heç bir siyasi mövzuda söhət etmədik. Sual; Bakıda 1936-cı ildə müsavatçılardan, yaxud gizli

əksinqilabi millətçilərdən kimlərlə görüşdünüz? Cavab; Müsavatçılardan Nəriman Nərimanbəyli ilə

görüşdüm.

233

Sual; 1936-cı ildə Siz əksinqilabi millətçi Bəhlul Əfəndi ilə görüşdünüzmü?

Cavab: Bəli, həqiqətən də, mən bir dəfə Bəhlul Əfəndinin də’vəti ilə onun qonağı oldum.

Sual; Siz Bəhlul Əfəndinin qonağı olarkən onun evində daha kimlər var idi?

Cavab: Mən kürəkənim Mirzəbəyovla oraya gedərkən Bəhlul Əfəndinin evində Hüseyn Cavid, Əmin Abid, Səid və tanımadığım bir nəfər var idi. Orada təqribən 3-4 saat qaldıq. Mən orada olarkən heç bir əksinqilabi mövzuda söhbət getmədi.

Sual: Sizə İttihadçı təşkilatın üzvü Pənah Qasımovun ifadəsindən bir parça oxunur: “Əksinqilabi ittihadçı təşkilata keçmiş menşevik Əhməd Pepinov daxil idi. Mən onu təşkilat üzvü kimi M.Quliyevin sözlərindən tanıyırdım.” İndi nə deyirsiniz?

Cavab: İnkar edirəm. Sual: Sizin İttihad təşkilatının üzvü olduğunuzu Abbas

Sultanov da təsdiq edir. Cavab: Yalandır, mən İttihadçı təşkilatın üzvü olmamışam.

1920-ci ilə qədər menşevik olmuşam, 1930-cu ildə isə əksinqilabi millətçi təşkilata daxil olmuşam.

Sual: Sizə pantürkçü Çobanzadənin ifadəsi oxunur: “Pepinovun sözlərindən bilirəm ki, əksinqilabi blok müsavat və ittihad təşkilatları ilə müntəzəm əlaqə saxlayırdı”. İndi nə deyirsiniz?

Cavab: Bu da yalandır. Sual: Sizə daha bir pantürkçünün, Qubaydulinin ifadəsi

oxunur. Cavab: Qubaydulini tanıyıram, ancaq onunla belə söhbətlər

aparmamışam”. Tamamilə eyni suallar Ə.Pepinova 7, 9 və 13 dekabr 1937- ci

il dindirmələrində də verilmiş və eyni cavablar alınmışdı. İndi üstündən 4 ay keçdikdən sonra bu sorğu-suallara ehtiyac vardımı? Rejimin törətdiyi cinayətlərdən az-çox xəbəri olanlar üçün burada izah ediləsi heç bir şey yoxdur. Əgər kimisə təkrar-təkrar və az qala eyni ssenari ilə dindirirdilərsə, deməli bu lazım idi. Ən azı o dövrün məntiqi belə təkrarlamaları sakitcə qəbul edirdi. Digər

234

tərəfdən, sözsüz ki, enkevede işçiləri sonra bu mətnləri tutuşdurur, onun ifadələrində hansısa uyğunsuzluq, yaxud kimlərəsə qarşı yönəldilməsi mümkün məqamlar axtarırdılar. Belə məqamları erməni müstəntiqlər xüsusi canfəşanlıqla hələ cəza orqanlarının nəzarət dairəsinə düşməmiş, yaxud adı kifayət qədər hallandırıl- mamış Azərbaycan ziyalılarına qarşı ittiham kimi istifadə edir, qara siyahıların yeni səhifələrini tərtib edirdilər.

Ancaq 9 dekabr 1937-ci ildə Əhməd bəy artıq məlum faktlara öz münasibətini təkrar bildirməklə yanaşı, Azərbaycan tarixinin nisbətən az öyrənilmiş sovetləşmə dövrü ərəfəsi və sovetləşmənin ilk mərhələsi ilə bağlı çox maraqlı məqamlara toxunurdu: “1920- ci il aprelin ortalarında mən Azərbaycan parlamentinin sosialist fırqəsinin tapşırığı ilə sovet hakimiyyətinin nümayəndələri, o cümlədən yol. Orconikidze ilə ittifaq yaradılması və Aərbaycanda sosialistlərdən ibarət hökumət yaradılması üçün danışıqlar aparmaq üçün Şimali Qafqaza getdim. Şimali Qafqazdan Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra, qınnızı ordu ilə birlikdə qayıtdım. Bundan sonra müsavatçılar mənim Orconikidze və Kirovla danışıqlarımın qırmızı ordunun hücumu üçün səbəblərdən biri olduğunu hesab edərək, mənə şübhə ilə yanaşmağa başladılar. Çünki mən qayıdan kimi Əmək komissarlığının kollegiya üzvü kimi məs’ul vəzifəyə tə’yin edilmişdim. Müsavatçılar arasında mən tez-tez keçmiş müsavatçı yoldaşları ilə əlaqəni tamam kəsmiş Nərimanbəylinin evində olurdum. İttihadçılar ümumiyyətlə, müxtəlif təmayüllü insanlardan ibarət idilər və ziyalılara heç bir tə’sir göstərmək imkanına malik deyildilər. İttihadçılann rəhbəri Qarabəyov 1921-ci ildə Moskvaya sürgün edildi və onların heç bir qrupu fəaliyyət göstərmirdi. Millətçi təmayülçülər, onlann platforması barəsində mənə partiya daxilində Nərimanovçularm mübarizəsi barədə dərc edilənlərdən və Tağı Şahbazi, Yusif Məlikov, Bağı Cəfərov və Qədirlinin dediklərindən mə Tum idi. Mən onlann partiyadaxili mübarizəsinə, Azərbaycanın həqiq mənafelərinin müdafiəçisi olduqları üçün hallarına acıyırdım. Özbəkistanda, Tatarıstanda və Krımda antisovet partiyaların fəaliyyəti barədə mən ancaq dərc edilən materiallar əsasında bilirəm. Krımda antisovet millətçi təşkilatın

235

fəaliyyəti barəsində mənə professor Çobanzadə 1923-24-cü illərdə demişdi. Dağıstanla əlaqələri bizim milli mərkəz Əhməd Cavad vasitəsilə həyata keçirirdi.”

Ə.Pepinovun 1937-ci ildə həbsə alınmasından qabaq onun barəsində hazırlanan gələcək ittihamların arasında görkəmli dövlət, elm xadimlərinin, yaradıcı ziyalıların ifadələrinin mühüm yer tutması da təsadüfi deyildi. Vaxtilə çar rejiminin hərtərəfli sınaqdan çıxardığı, daha sonra isə sovet sisteminin sevimli metodlarından olan millətlər və insanlan bir-birinə qarşı qoymaqla onlar arasında qarşılıqlı inamsızlıq yaratmaq, cəmiyyəti total xof təzyiqi altında saxlamaq metodları yenidən işə salınmışdı. Bir çox hallarda isə heç bir əlacı qalmayan müttəhimlər müstəntiqlərin diktə etdikləri ifadələri yazmaq məcburiyyətində idilər və bu gün belə ifadələrin əsasında kimlərisə qınamaq, yaxud cəsarətsizlikdə təqsirləndirməklə təhqir etmək əsla doğru olmazdı. Əksinə zamanın hər cür sınağına dözmüş şəxsiyyətlər bəzən fiziki zorakılıqla elə vəziyyətə gətirilirdilər ki, hansı sənədə, nə üçün qol çəkdiklərindən xəbərləri də olmurdu. Bu barədə kifayət qədər yazıldığı, danışıldığı üçün əlavə faktlar gətinnəyə məncə, lüzum yoxdur. Ennəni quldur dəstələri ilə Zəngəzurda aparılmış qanlı mübarizələrin təşkilatçı və qəhrəmanlarından biri, folklorşünas, din tarxinin tədqiqatçısı ,Azərbaycan ədəbiyyatşünaslığında özünəməxsus yeri olan Bəhlul Əfəndi Behcət belə tale yaşamış şəxsiyyətlərdən biri idi. Onun keçmişindən yaxşı xəbəri olan ermənilər özləri və başqa əməkdaşlann əli ilə zindanda Bəhlul Əfəndiyə ən dəhşətli üsullarla işgəncələr vermiş, huşunu itirənə qədər vəhşicəsinə döyərək istədikləri sənədə imza atdınmşdılar (bax. E.Qoca “Cəllad chtirafı” Bakı, “Şuşa” nəşriyyatı, 1999.). Belə günlərdən birində, 26 iyul 1937-ci ildə Bəhlul Əfəndi yenidən “dindirilmiş”, “Əksinqilabi təşkilata kim rəhbərlik edirdi?” kimi suallara istintaqın istədiyi “Bu təşkilata mənim 1931-32-ci illərdə həbsxanada tanış olduğum Ə.Pepinov rəhbərlik edirdi” cavabını vermişdi. Necə deyərlər sonrası məlum idi.

“Sual: Siz hansı şəraitdə bu təşkilata daxil oldunuz? Cavab: 1936-cı ildə mənim yanıma gələn R.Nəcəfov

Ə.Pepinovun mənimlə görüşmək istədiyini bildirdi və bir neçə

236

gün sonra onunla evimdə gömşdük. Ondan bir qədər sonra Əmin Abid, Hüseyn Cavid, Səid Mir-Qasımov, Məzahir Hüseynov mənim evimə gəldildər. Ə.Pepinov azərbaycanlı kadrların sıxışdırıldığından və “qovulduğun”dan danışdı və nümunə kimi T.Əliyevi və M.Quliyevi göstərdi. Sonra H.Cavid ədəbiyyatçılarımızın çətin vəziyyətdə yaşamalarından danışdı.

Sual: Belə çıxır ki, Ə.Pepinov sizin mənzilinizdə əksinqilabi yığıncaq keçirib. Daha harada belə gizli yığıncaqlar keçirilib?

Cavab: Mənim mənzilimdə cəmi bir dəfə yığışmışıq, qalan vaxtlarda Ə.Pepinovun bacısı evində və dayısı Ömər Faiq Nemanzadənin mənzilində belə yığıncaqlar olduğunu bilirəm.

Sual: Həmin yığıncaqlarda kimlər iştirak edib? Cavab: Şəxsən mən iştirak etməmişəm. R.Nəcəfovun

dediklərinə görə, həmin yığıncaqlarda Səməd Vurğunun, H.Cavidin, Ə.Pepinovun dayısı Ömər Faiqin və Abdulla Şaiqin iştirak etdiklərini bilirəm.

Sual: Siz axıradək etiraf edin, təşkilatda sizin əksinqilabi işiniz nədən ibarət idi?

Cavab: Azərbaycanın sərhəd rayonlarında, konkret Cəbrayıl və Zəngilan rayonlarında antikolxoz və antisovet təbliğatı aparan, kəndli kütlələr arasında müridizm yayan, təxribatlarla məşğul olan və üsyançı kadrlar hazırlayıb həyata keçirən əksinqilabi üsyançı təşkilat fəaliyyət göstərir.”

Bundan 5 gün əvvəl isə məşhur türkoloq, dünya şöhrətli dilçi alim professor B.Çobanzadənin dilindən (20-21 iyul 1937-ci il) Ə.Pepinovun ittiham edilməsi üçün əsas olacaq təqribən eyni ifadə alınmışdı: “Müsavat gizli təşkilatı dağıdıldıqdan sonra blok öz qarşısına əksinqilabi işi gücləndirmək və gizli fəaliyyəti bərpa etmək vəzifəsi qoymuşdu. Müsavat gizli fəaliyyətinin bərpasında 1927-ci ildən sonra öz ətrafında möhkəm müsavat kadrları yığıb Bakıda və Azərbaycanın rayonlarında əksinqilabi işi genişləndirən Ə.Pepinov mühüm rol oynadı. Ə.Pepinov və Xəlil Səid Xocayevin dediyinə görə. Xan Tahşınski keçmiş Lənkəran dairəsində üsyançı ilk təşkilatları birləşdirməyə nail olub. Əli Səbri Qasımov və b. isə deyirdilər ki, M.Şahsuvarov Laçında bu işi görüb və Xosrov bəy Sultanovla əlaqə yarada bilib.”

237

B.Çobanzadənin 14 fevral 1937-ci ildə istintaqa dediklərindən isə belə məlum olurdu ki, türk birliyi uğrunda əzrnkar mübariz, dilçi, ədəbiyyatşünas Qubaydulin 1925-ci ildə Bakıya gəldikdən sonra məhz Ə.Pepinovun məktubundan sonra onu Universitetə müəllim düzəldibmiş. Bu faktın özü B.Çobanzadə ilə Əhməd bəy arasında əqidə yaxınlığından, əlavə bir dostluq, ünsiyyət olduğunu da göstərirdi. Bunlan deməkdə məqsədimiz odur ki, bu insanlar arasında düşmənçilik yox idi, əksinə yaxşı münasibət vardı və bütün qeyd edilənlərin az, ya çox dərəcədə Qubaydulinə də aid edilə bilərdi.

Bakıda məhz Ə.Pepinovun köməyi ilə işə düzəlmiş, siyasi istiqamətinə uyğun mühitə zəmanət almış Qubaydulin 1937-ci ilin avqustunda fiziki təzyiq vasitələrindən başqa hansı metodlarla aşağıdakıları deməyə məcbur edilə bilərdi ki: “Ə.Pepinovla görüşlərimizdən birində, təqribən 1926-cı ilin yanvarında mənə Bakıda fəaliyyət göstərən üç əksinqilabi millətçi təşkilatın birləşməsindən ibarət koalisiyalı blok haqqında danışdı. Kommunistlər-millətçilər (əsasən Nerimanovçular), müsavatçılar, yeni millətçilər. Bunlar öz aralannda hansısa taktiki məsələlərdə aynisalar da, sovet hakimiyyətinə qarşı mübarizədə vahid cəbhədə çıxış edirdilər. Ə.Pepinov özäinü yeni millətçilərdən hesab edirdi... Azərbaycanda üsyanın yatırılmasından, Ə.Pepinovun və başqalannm həbsindən sonra mən Azərbaycanda yolüstü olurdum. V.Xuluflu 1935-ci ilin noyabrında Sovet Ensklopediyasına Abbasilər sülaləsi haqqında məqalə yazmaq adı altında Ensklopediyanın binasına də’vət etdi və məndən Tatanstandakı millətçi fəaliyyət və mühacir dairələrdəki əlaqələrim barədə mə’lumat verməyi xahiş etdi... 1929-cu ilin əvvəllərində Ə.Pepinov və V.Xuluflu mənə bildirdilər ki, Azərbaycanın rayonlarında kollektivləşmədə əyintilərə yol verilməsi ilə əlaqədar, xüsusilə Gəncə və Nuxa rayonlaroında silahlı üsyana hazırlıq görülür. Onlann fikrinə görə, bizim pantürkçü mərkəz Krımda, Tatarıstanda və Özbəkistanda bu cür üsyanlar təşkil etməklə bu üsyanı müdafiə etməli idi. Alman-türk casusu Şəfiyev Əbdül Rəhman oraya gələrək mənə qeyd edilən yerlərdə üsyanın təşkili üçün 60. 000 rubl pul verdi. O, üsyanla bağlı bildirdi ki.

238

S.M.Əfəndiyevə türklər tərəfindən Azərbaycanda üsyanın təşkili məqsədilə xeyli pul verilib. Həqiqətən də, 1930-cu ilin iyununda Bakıya gəldikdən sonra M.Quliyev mənə dedi ki, üsyan barədə qərarı S.M.Əfəndiyev verib.”

17 mart 1938-ci ildə Az.SSRCM-in 204-cü maddəsinə görə istintaqın bitdiyi barədə əməliyyat müvəkkili M.Məmmədov tərəfindən yazılan protokolda göstərilirdi ki, Ə.Pepinovun 10497 saylı işi üzrə 74 nəfərin ifadəsi alınıb və adı keçib. Bir işlə əlaqədar bu qədər adamın istintaqa cəlb edilməsi yeni-yeni siyahılann tərtib olunması zərurətindən doğurdu. Artıq elə bir dövr gəlmişdi ki, zorla yıxılmış Azərbaycan milli hökumətinin sağ qalmış bütün kadrları və müstəqillik ideyasının digər potensial daşıyıcısı hesab edilən ziyalılar ucdantutma məhv edilməli idilər. NKVD repressiyaları elə kütləvi həddə çatdırmışdı ki, vəziyyət ÇK dövründəkindən də betər olmuşdu. Moskvada Stalinin, Bakıda Bağırovun adı ilə bağlanan total qorxu, əslində qanunsuz rejimin qəsdən formalaşdırdığı və özünü yaşatmanın yeganə vasitəsi kimi cəmiyyətin başı üstündən asılmış Demokl qılıncı idi. Kütlədən ayrılan, onun idarə edilməsi üçün cızılmış xətlərdən ayrılanlan eyni tale, qaranlıq məhbəs, sürgün, cəmiyyətdən digər üsullarla təcridolunma gözləyirdi.

Əhməd bəy bütün bunların nə demək olduğunu, yeni quruluşun mahiyyətini gözəl başa düşürdü. Buna görə də onu nə yaxın silahdaşlarının hansı şəraitdə alındığı yaxşı məlum olan ifadələri, nə də müəyyən adamlar tərəfindən qəsdən təşkil edilən ittihamlar çaşdıra bilməzdi. Hətta indiki vəziyyətində o, bir vaxtlar qorxaqlıqda qınadığı adamlan da bağışlamışdı. Çünki əsl günahkar onlardan hər dövrdə müəyyən vasitə kimi istifadə edib, sonra müqəssirə, düşmənə çevirən quruluşda idi. Azərbaycana 11-ci qırmızı ordunun süngüləri üstündə zorla gətirilmiş bu hakimiyyət azərbaycanlılar üçün deyildi və ona da milli olan heç nə lazım deyildi.

Ə.Pepinov düşünürdü... Yadına Məhəmməd Qasımovla aralarındakı üzləşdirmə

düşmüşdü. 2 dekabr 1937-ci il: O, “Xəlilovu Azərbaycan əksinqilabi millətçi mərkəzin üzvü kimi tanıyrsmızmı?” sualına

239

“xeyr” cavabı verəndən sonra M.Qasımov “düz danışmır”, demişdi: “Mən güman edirdim ki, Ə.Pepinov artıq istintaqa özünün

əksinqilabi fəaliyyəti haqqında hər şeyi bildirib. Təəccüb edirəm, bunu gizlətməyin nə mə’nası var. Xüsusilə 1930-cu illə bağlı əksinqilabi fəaliyyəti barədə. Onda da və hətta həbsdən azad edildikdən sonra da Ə.Pepinov hər şeyi gizlətmiş və təşkilatın keçmiş üzvlərindən bir neçəsini qorxaqlıqda, DSİ-yə Əksinqilabi millətçi mərkəzin fəaliyyəti barədə məTumat verdikləri üçün qınamışdı. Mən Ə.Pepinova təklif edirəm müqavimət göstərmədən bütün həqiqəti etiraf etsin. 1937-ci ildir, bütün sənədlər və faktlar istintaqın əlindədir. Onun əksinqilabi fəaliyüyətinə gəlincə Ə.Pepinov mənə əksinqilabi millətçi mərkəzin fəal üzvlərindən biri kimi məlumdur. Biz Azərbaycan əksinqilabi millətçi mərkəzinin üzvləri dəfələrlə Tiflisdə M.Hacınqskinin mənzilində yığışmışıq. Bu gizli yığıncıqlarda Ə.Pepinov həmişə iştirak edib və əksinqilabi fəaliyyətin genişləndirilməsi ilə bağlı müzakirələrdə daim fəal olub.

Sual: Pepinov, indi nə deyirsiniz? Cavab: Mən 1930-cu ildə Tiflisdə M.Hacınskinin evində

olmağımı inkar etmirəm, ancaq orada heç bir əksinqilabi yığıncaq keçirilməyib və bu cür söhbətlər aparılmayıb.

Sual: Ə.Pepinova oradakı əksinqilabi söhbətləri xatırladın. Cavab: Həmin gizli əksinqilabi yığıncaqlarda Azərbaycanda

silahlı üsyan qaldıniması və bu yolla hakimiyyətin ələ alınaraq, burjua-millətçi dövlət yaradılması məqsədilə üsyançı dəstələr təşkil edilməsinin zəruriliyi barədə söhbətlər aparılırdı. Biz həmçinin sovet hökumətinin gücünün zəiflədilməsi və kütlələr arasında narazılıq doğurmaq üçün xalq təsərrüfatının bütün sahələrində təxribat və ziyankarhq hərəkətləri törətmək barədə də danışırdıq. Bu yığıncaqlarda Türkiyənin kəşfiyyat orqanları ilə əlaqə, Türkiyədən müvafiq köməklik alınması məsələləri ilə bağlı da müzakirələr aparılırdı.

Sual: Müttəhim Xəlilov M.Hacınskinin evində apanimış əksinqilabi söhbətlər barəsində hər şeyi dedi. Məsləhət görürük ki, doğru ifadə verəsiniz.

240

Cavab: Xəlilov doğru demir, biz M.Hacınskinin evində heç bir əksinqilabi söhbət aparmamışıq.”

Ə.Pepinov dövrünün hərtərəfli inkişaf etmiş bir ziyalısı idi və o da əksər müasirləri kimi mətbuatda müntəzəm çıxışlar edir, müxtəlif problemlərin qaldırılmasında bu səmərəli vasitədən məharətlə bəhrələnirdi. Onun mətbuatla yaxınlığı yalnız bununla bitmirdi.0,1919-cu ildə “Zarya” qəzetinin redaksiya kollegiyasının üzvü olmuş, vəzifə postunda olduğu illərdə qəzet çıxarmaq təşəbbüslərinə qoşulmuşdur.

Əhməd bəy Ömər oğlu Pepinov (1893-1938) haqqında “Azərbaycan Cümlıuriyyəti sənədlər və materiallar 1918-1920- ci illər” məcmuəsində Azərbaycanın “siyasi dövlət xadimi” kimi bəhs edilməklə Moskva universitetinin hüquq fakültəsində oxuduğu, 1918-ci ildə Zaqafqaziya Seyminin üzvü olub, “Müsəlman sosialist bloku” fırqəsinə daxil olduğu, 1918-ci ilin yayında M.Ə.Rəsulzadənin rəhbərlik etdiyi nümayəndə bey’ətinin tərkibində İstanbula getdiyi, Azərbaycan parlamentinin üzvü, N.Yusifbəylinin təşkil etdiyi ikinci kabinetdə (dekabr 1919 - mart 1920) Torpaq naziri olduğu və 1934-cü ildən Qazaxıstan SSAxalq komissarları sovetinin müavini vəzifəsini tutduğu qeyd edilməklə yanaşı bu daxüsüslə vurğulanıb ki; “Azərbaycanın sovetləşməsindən sonra publisist kimi fəaliyyət göstərib”. Onun publisistlik fəaliyyəti barədə aynca bir materialda söhbət açmaq gərəkliyini nəzərə alaraq, indilik onu xatırlatmaqla kifayətlənirik.

...Əhməd bəy düşünürdü. Uzaq keçmişi ilə bağlı hadisələrdən lap dünən baş veiTnişlərə qədər hamısını göz önünə gətirirdi. 10 mart 1938-ci il idi. DTI 4-cü şö’bənin rəisi kapitan Rasskazçikov Yekun ittiham çıxarmışdı. XDİK müavini mayor Borşovun və Baş Hərbi Prokurorun müavini 1-ci dərəcəli hüquqşünas Şultsun təsdiq etdikləri bu ittihamda deyilirdi; “1936-cı ilin sonlarında Az.SSR XDİK Bakıda qarşısına silahlı üsyana hazırlıqla, casusluq, ziyankarlıq və partiya, hökumət rəhbərlərinə terror tətbiq etməklə Azərbaycanı SSRİ-dən aymuağı məqsəd qoymuş millətçi terrorçu təşkilat aşkarlanıb və ləğv edilib.” Özünün əksinqilabi fəaliyyətində millətçi təşkilat trotskiçi-zinovyevçi-terrorçu mərkəzlə və sağların mərkəzi ilə əlaqədə olub. İstintaq tərəfindən

241

müəyyən edilmişdir ki, keçmiş müsavat hökumətinin xadimlərindən olmuş Ə.Pepinov 1920-ci ildən həbs edilənə qədər Azərbaycanda sovet hökumətinin devrilməsi və burjua tipli dövlət yaradılması üçün müntəzəm surətdə sovet hakimiyyəti əleyhinə əksinqilabi mübarizə aparmışdır. Beləliklə,... 1930-cu ildə 5 illiyə sürgün edilmiş Ə.Pepinov 64,69,70 və 73-cü maddələrlə günahkar hesab edilir. İstintaq-həbs materialları 1934-cü il 1 dekabr qanununa görə, SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyasına göndərilir”.

Yekun ittihamın məhkəmə hökmünə çevrilməsinə 4 aydan az vaxt qalırdı. Bu müddət ərzində nələr baş verdi. Əhməd bəy dünyanın daha hansı əzablarına, ağnlanna dözməli oldu? Bütün bunlara soyuq məzar divarları, təkadamlıq həbsxana kamerasının dəmir barmaqlıqlan şahidlik etdi. Üzücü günlərin sonunda 2 iyul 1938-ci il gəlib çatdı və ... SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının hazırlıq yığıncağında 6 saylı protokol tərtib edildi:“!.Yekun ittihamla razılaşmalı və işi icraata götürməli. 2. Ə.Pepinovu 64, 69,70, 73-cü maddələrlə məhkəməyə vermək. 3. İŞƏ qapalı məhkəmə iclasında ittihamçı və müdafiə tərəflərinin iştirakı olmadan baxmalı. 4.Qəti imkan tədbiri, həbs altında saxlamalı. Sədr hərbihüquqşünas Kolpakov və Kulik, katib hərbi 3-cü dərəcəli hərbi hüquqşünas Kozlov. Bakı şəhəri.”

Elə həmin gün Ə.Pepinova itihamın surətini aldığına imza atdırıldı. Və səhəri gün onun fiziki yaşım baxımından dünyanın son gününü təyin edən qərar çıxarıldı. 3 iyul 1938-ci ildə SSRİ ALİ Məhkəməsi Hərbi Kollegiyasının səyyar sessiyasının qapalı iclası Kolpakov və Kulikin sədrliyi altında saat 21,40-da işə başladı və cəmi 15 dəqiqə ərzində, 21,55-də Ə.Pepinovun ən ağır cəzaya layiq görülməsi ilə əlaqədar mühkimə edilməsi qərarı hazırlandı.

Sonra XDİK Xüsusi arxivinin 1-ci xüsusi şö’bə 12-ci bölmənin rəisi le3denant Şevelyevin imzaladığı məxfi arayışa əsasən Ə.Pepinovun barəsində hökm elə həmin gün yerinə yetirilmişdi. Bunu şöbədə 8-ci cild, səh. 44-də qeyd alınmış arayış və eyni səhifədə saxlanan hökmün yerinə yetirilməsi aktı da sübut edir.

242

o məşum gündən təqribən 17 il keçdikdən sonra, 21 yanvar 1955-ci ildə Əhməd bəyin qızı Sevda xanım Pepinova DTK sədri Quskova atasının əvf edilməsi ilə bağlı ərizə ilə müraciət edir; “Mənim atam ixtisasca iqtisadçı 1937-ci ilin sentyabr ayında Ulyanovsk şəhərində DİN orqanlan tərəfindən həbs edilib və 1938-ci ilin may ayına qədər orada qalıb. 1938-ci ilin mayında o, yazışma hüququ olmadan sürgün edilib. Onun haraya, hansı müddətə, nə üçün sürgün edildiyi barədə öyrənmək sahəsindəki bütün cəhdlərim nəticəsiz qalıb. O vaxtdan atam haqqında heç bir məTumatım yoxdur. Dönə-dönə xahiş edirəm, atamın işini təhqiq edib, mənə onun nədə günahkar olduğu, neçə illiyə sürgünə göndərildiyi və hazırda sağ olub-olmadığı barədə mə’umat verəsiniz. Cavabı xahiş edirəm aşağıdakı ünvana göndərəsiniz. Bakı şəhəri, Ostrovski küçəsi ev 23.”

İllərlə ata həsrəti çəkmiş Sevda xanıma indi onun barəsində bircə kəlmə quru söz də böyük təsəlli idi. Bununla bir vaxt xırdaca əlləri ilə elə bil itirəcəyindən qorxduğu üçün bərk-bərk boynuna sarıldığı, doyunca üzünü görmədiyi atasının qarşısında övladlıq borcunu verəcək, onun adına vurulmuş “xalq düşməni” ləkəsini təmizləyəcəkdi. Axı xalq yolunda fədakarcasına çalışmış bir insan necə ona düşmən sayıla bilərdi? O illərdə Sevda xanımın bu suallara axıradək cavab tapması, yaxud əsl həqiqətləri dilinə gətirməsi heç mümkün də deyildi, istədiyi də əslində elə bu idi. Ona dərdini az da olsa, ovudacaq atalı günlərinin xatirəsini kiməsə danışmağına, ürəyini boşaltmağına qoyulan qadağalar aradan qaldırılsın. Ağız dolusu “mənim atam Əhməd bəy...” deyə bilsin. Ancaq öz sələflərinin yolu ilə gedən DTK müstəntiqlərini onun taleyindən, istəklərindən daha çox zamanın siyasi sifarişləri maraqlandırırdı. Əhməd bəyə bəraət verilməsi də atılacaq bu addımın həmin sifarişlərə uyğunluğundan asılı idi.

Artıq dəyişmiş zamanda rejimi Əhməd bəy düşündürmürdü. Dəyişmiş zamanda rejim törətdiyi cinayətlərdən bəraət yollan arayırdı. İndi Bağırovu ittiham etmək lazım idi və yuxarıdan göstəriş almış istintaq nəyin bahasına olsa, bu şəxsin xalq düşməni olduğunu, dövlətin yeritdiyi siyasətdə kənarlaşmalara yol vennəklə ona ağır zərbələr vurduğunu sübuta yetirməliydi. Bu

243

gün ittihamların dünənki ilhamçısının özü müstəntiqlər qarşısında ifadə verirdi. Öz ömrünü uzatmaq xatirinə Ə.Pepinova bəraət verməyə hazır olan rejim yeridəcəyi yeni siyasətin ilk əsaslarını formalaşdırmaq üçün şəxsiyyətə pərəstişi pisləyir, bütün günahları tək-tək rəhbərlərin adı ilə bağlayırdı. Xalqa zidd mahiyyətli rejimin növbəti mərhələdə oynanılacaq tamaşalar üçün yeni dekorasiyalar hazırlamasından başqa bir şey olmayan bu bəraətlər milli şüurun oyanmasına qarşı tamamilə yeni səciyyəli təxribat idi.

1955-ci il iyun ayının 1-də ədliyyə podpolkovniki Maksimov Ə.Pepinovun kiçik bacısı ixtisasca həkim Cavadova Kəbirə Ömər qızım (1905-ci il təvəllüdlü) Ə.Pepinovun işi ilə bağlı şahid qismində dindirir: “Pepinov Əhməd bəy Ömər oğlunu mən və böyük bacım Vidadi küçəsi 50-də yaşayan Mirzəbəyova Nəzirən uşaqlıqdan yaxşı tanıyırıq. Mənim qardaşım Ə.Pepinovun 1930, yaxud 1931 -ci ildə keçmiş DSİ tərəfindən niyə tutulduğu və 1932- ci ilə qədər DSİ təcridxanasmda istintaq altında olduğunu bilmirəm. 1933-cü ildə mən sevimli və yeganə qardaşımla tək bir dəfə görüşdüm. Ə.Pepinov onda mənə dedi ki, günahsızdır və mənim birgə işdən onu yaxşı tanıyan Mikoyanla tə’cili görüşməyimə ehtiyac var. Mən Moskvada y.Mirzəyanla görüşüb, ona qardaşımın yazdığı ərizəni çatdırdım. Tədbir görülmüşdü, mən Bakıya gələndə artıq qardaşım həbsdən buraxılmışdı. Ancaq mənə məlum deyil.ki, o, nəyə görə yaşamaq üçün Ulyanovsk şəhərinə göndərildi. Birinci dəfə həbs edilənə qədər Ə.Pepinov Xalq maarif komissarının müavini işləyirdi. Sürgün yerindən Bakıya qayıtdıqdan sonra, 1935-ci ildə o, artıq Az.SSR-də rəhbər vəzifədə olan Bağırov tərəfindən çağırıldı. Bağırov Ə.Pepinova keçmiş XDİK-də məs’ul vəzifə təklif etmiş, o, isə imtina etmişdi. Onlar Bağırovla siyasi görüşlərinə görə kəskin surətdə ayrılmışdılar. Yuxarıdakı göstərilənlərlə bağlı Ə.Pepinov mənə dedi ki, o, Bağırova görə Azərbaycanda qala bilməz, getməyə məcburdur. Elə həmin il də Ə.Pepinov Ulyanovsk şəhərinə getdi. O, 1935-ci ildə Bakıdan getdikdən sonra mən onu gömrəmişəm və bilmirəm haradadır.”

İki gün sonra, iyun ayının 3-də isə Ə.Pepinovun ikinci bacısı Mirzəbəyova Nəzirədən (1901) şahid qismində ifadə alınır:

244

“Böyük qardaşım Ə.Pepinovu yüksək mədəniyyətli şəxs kimi tanıyıram. O, bütünlüklə öz ömrünü dövlətimizin maarif işinə həsr edib. Ə.Pepinovu uşaqlıqdan tanıyan şəxs kimi əminəm ki, o, heç bir cinayət törədə bilməzdi və 1938-ci ildə əsassız həbs edilib. O, Ulyanovskda yaşayış müddətini başa çatdırdıqdan sonra Bakıya qayıtdı və istəyirdi ki, öz işini davam etdirsin. Həmin vaxt o, şəxsən mənə dedi ki, burada işləyə bilməz, çünki bir çox məsələlərdə Azərbaycana rəhbərlik edən və keçmiş DSİ-də məs’l vəzifə tutmuş Bağırovla razılaşmır. Ə.Pepinov dedi ki, o, Bağırovla bir yerdə işləyə bilməz və onun təklifini qəbul etməyib. Ə.Pepinov Bakıdan Ulyanovska getməyə məcbur oldu və mən bir daha onu görmədim.”

Ə.Pepinovla birgə işləmiş Rəhman Hüseynov, Olqa Calalbəyova, Əlibəy Əlibəyovdan da şahid qismində dindirilirlər.

Nəhayət, 1955-ci il avqust ayının 8-də Zaqafqaziya Hərbi dairəsi hərbi prokurorunun mühüm işlər üzrə köməkçisi ədliyə podpolkovniki Maksimov Ə.Pepinovun ittiham edilməsi ilə bağlı 10497/267349 №-li arxiv-istintaq işinə baxaraq müəyyən edir: “1893-cü ildə Gürcüstan SSR-in Axaltsixi r-nun Belojir kəndində anadan olmuş, 1938-ci il iyul ayının 3-də Az.SSR CM-in 64,69,70, 73-cü maddələri ilə SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyası tərəfindən güllələnməyə məhkum edilmiş və həmin gün güllələnmiş Ə.Pepinovun hərəkətlərində cinayət tərkibi olmadığına görə, SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyasının 1938-ci il iyul ayının 3-dəki qərannm ləğv edilməsi barədə Baş Prokurorluq qarşısında vəsatət qaldırılsın. Zaqafqaziya Hərbi dairəsi hərbi prokurorunun mühüm işlər üzrə baş köməkçisi ədliyyə podpolkovniki Çesnokov 11 avqustda qərarı təsdiq edir.

Beləliklə, 30 yanvar 1957-ci ildə hərbi pro^ror Lazurenko- nun hazırladığı və 4 fevral 1957-ci ildə Baş hərbi Prokurorun müavini ədlİ3'yə polkovniki Terexovun təsdiq etdiyi və SSRİ Ai Məhkəməsinin Hərbi Kollegiyasına göndərilən qərarla Ə.Pepinov haqqındakı cinayət işi xətm edilir.

14 sentyabr 1957-ci ildə SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyası ədliyyə polkovniki Lixaçevin sədrliyi ilə işə baxır və Ə.Pepinova bəraət verir.

245

özlərini ədalətin bərpaçılan kimi göstərməyə çalışanlar 24 yanvar 1958-ci ildə həbs edilərkən Ə.Pepinovdan müsadirə olunmuş 85 rubl pul və 625 mbl dəyərində qiymətli kağızların pulu, həmçinin Ə.Pepinovun Ulyanovskdakı əmanət bankında saxlanılan 450 rubl pulun qızı Sevda xanıma qaytarılması barədə sərancam verirlər.

...1938-ci ilin iyul ayı idi. Qatı millətçi, əksinqilabçı pantürkist Əhməd bəy Pepinova ən ağır cəza - güllələnmə cəzası kəsilmişdi. Əhməd bəy ölüm kamerasında onu bu dünya ilə bağlayan son bağın qırılacağı anı gözləyirdi. Və bu anı yaxınlaşdıran zaman məsafəsi qısaldıqca onun yaddaşında heyatının müxtəlif illərinin xatirələri sürətlə bir-birini əvəzləyirdi, doğma simalar, tanış üzlər keçirdi gözünün önündən. Ölümünü təmkinlə gözləyən Əhməd bəyin zərrə qədər korşalmamış yaddaşının süzgəcindən uşaqlıq, gənclik illəri keçirdi. İlk təhsil aldığı məktəbi, sonra Moskvada oxuduğu illəri xatırlayırdı. O günlərdə hər şey necə də sadə, necə də təmizdi. Sonra onun siyasətə qoşulduğu, özünü qaynar bir mühitin içərisinə atdığı illər gəlirdi. Artıq cəmiyyətdə kifayət qədər nüfuz qazanmış Əhməd Pepinov müxtəlif təşkilatlarda təmsil olunur, orqanlara seçilir, mühüm dövlət vəzifələri tutmağa hazırlaşırdı. Sonra siyasi mühitin rəngləri daha da tündləşəcək, gənc hüquqşünas cəmiyyətdəki mövqelərini daha da möhkəmləndirəcək və günlərin birində müstəqil Azərbaycanın naziri, parlamentin üzvü və fırqə lideri olacaqdı. Milli mənafe naminə öz həyatını əsirgəməyən bir insan bəzi siyasi addımlarında yanılacaq, bolşevizmin və bolşevik hökumətinin mahiyyətini ilk dövrlər o qədər də düzgün qiymətləndirməyəcək və aprel çevrilişinə dəstək verən şəxslərlə az qala həmfikir olacaqdı. Yanıldığını aydın görüb, Azərbaycan uğrunda mücadiləyə qalxanda isə rejimin amansız repressiya tədbirləri ilə üzləşəcəkdi.

Əhməd bəy gözləyirdi. Tək təsəllisi olan ümiddən asılmış xatirələrinin işığına sığınıb ölümünü gözləyirdi. Dünyada insanın öz ölümünün yaxın olduğunu bilə-bilə onu hər an gözləməsindən daha dəhşətli bir duyğu olmadığını bilə-bilə, doğmalarının və Vətənin taleyindən nigaran-nigaran gözləyirdi. Yəqin bütün

246

bunların bir sonu olacaq və onun sonuncu ümidi də yarımçıq arzuları kimi çilik-çilik ediləcəkdi. Ancaq Əhməd bəy həmin o ən talesiz günündə də milyonları sosial ədalət şüurları ilə aldatmış bir rejimin sonu çatacağına inanırdı. Və daxilində bu inamla, o ümidsizliyin haçalanmasmdan doğan bir qeyri-müəyyənliklə, laübəli bir halda Əhməd bəy iyul ayının 3-də bitəcək o sonuncu anı gözləyirdi...

Əhməd bəy qardaşı M.Pepinovun barəsində çıxarılmış sonuncu 1952-ci ilin 23 fevralına aid sürgün qərarının da əsassız sayılaraq ləğv edildiyindən xəbərsiz qaldı.

247

Ona bəraəti zaman verdi

1931-ci il mart ayının 8-də Tiflisdə Dövlət Siyasi İdarəsinə məxsus həbsxanada Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin müxtəlif tərkiblərində üç dəfə nazir postu tutmuş, aprel çevrilişindən sonra Zaqafqaziya Federativ Respublikası Dövlət Plan komitəsi sədrinin birinci müavini işləmiş Məmmədhəsən Hacınski vəfat etdi. Bəzi mənbələrdə onun öldürüldüyü göstərilirdi. Əslində sonuncu ifadənin işlədilməsi kütləvi cəza orqanının ağır ittihamları ilə həbs olunaraq, dəmir barmaqlıqlar arasında özü barəsində çıxarılacaq qəti hökmü gözləyən bir şəxsin düşdüyü vəziyyəti mahiyyətcə daha dolğun əks etdirirdi. Bəli, M.Hacınski öz əcəli ilə ölməmiş, rejimin amansız basından sonucunda həyatla vidalaşmışdı.

M.Hacınski ilə bolşevik rejiminin ilk ixtilafı 1921-ci ildə baş vermişdi. Ancaq bu ixtilaf çox qısa bir müddətdə yoluna qoyulmuş, onun 27 aprel ərəfəsindək! fəaliyyəti və mövqeyi nəzərə alınaraq, istintaq işi yarımçıq saxlanmış, həbsdən azad edilmişdi. 8 mart 1921-ci ildə 11-ci ordu yanında hərbi şuranın xüsusi şöbəsi tərəfindən həbs edilən M.Hacınski cəmi iki günlüyə Pankratov kantorasınm “qonağı” olsa da, bu cəza orqanının hansı qanunlarla idarə edildiyini yaxşı başa düşmüşdü.

MTN arxivində saxlanılan cəmi 8 səhifəlik PR 25562 saylı iş əvvəlcə 359 saylı iş kimi qeydiyyata alınmışdır. Materiallardan

248

aydın olur ki, 8 mart 1921 -ci ildə 11 -ci ordunun xüsusi şöbə rəisinin müavini Freyman Kladbişenk küçəsi ev 55-də yaşayan Məmməddəsən Hacmskinin əksinqilabi fəaliyyətə görə həbs edilməsi və mənzilində axtarış keçirilməsi üçün göstəriş verir və bu zaman başlıca diqqətin yazışmalara yönəldihuəsini xüsusi tapşırır. Sənəddə 11-ci ordu xüsusi şöbəsinin fəal hissə rəisinin də imzası var.

“Yazışmalara başlıca diqqət yetirilməsi” tələbinin arxasında nə dayandığını fəhmli oxucu yəqin ki, hiss etməmiş deyil. Ölkəni bürüyən əksinqilab, daha doğrusu bolşeviklərin işğalı ilə əlaqədar kütləvi etiraz dalğasının M.Hacmskiyə sirayət edib-etmədiyini, onun əvvəlki kimi sovet hakimiyyətinə loyal qalıb-qalmadığını yoxlamaq üçün həmin yazışmalardan daha etibarlı mənbə ola bilməzdi.

Bu əmrin danışıqsız yerinə yetirildiyini xəbər verən fəal hissənin katibi 9 mart 11 -ci ordu xüsusi şöbəsinin qeydiyyat bölməsinə bildirirdi: “Xüsusi şöbə rəisinin müavini yol.Freymanın həbs kağızmdakı dərkanarınm təcili yerinə yetirilməsi üçün vətəndaş Hacmskinin yazışmaları göndərilir”. Onun 526 saylı orderlə həbs edildiyi və həbs altında saxlandığı göstərilir, tərtib edilən akta 186 saylı qəbz əlavə olunurdu. '

Orderlə eyni saylı həbs vərəqində isə: “9 mart 1921-ci il Kladbişensk küçəsi ev 55-də yaşayan mühəndis texnoloq, Xalq Komissarları Şurasında işləyən Məmmədhəsən Hacmskinin Filimonov tərəfindən” həbs edildiyi qeyd olunmuşdur.

Axtanş keçirən komissar Filimonov tərəfindən yazılmış Protokolda “Məmmədhəsən Hacmskinin mənzilində Yevdokimov, Yeremeyeva və xüsusi şöbə əməkdaşı Kazimirçiklə birlikdə axtanş apanidığı, brauninq tapançası və 11 ədəd müxtəlif vəsiqə müsadirə edildiyi” göstərilir.

Növbəti mərhələnin icraçısı 11-ci ordu xüsusi şöbəsinin müstəntiqi Kuznetsov 9 mart 1921-ci ildə qərara alır : “əksinqilabda ittiham olunan” Məmmədhəsən Hacmskinin işinə baxılsın.

Ancaq gözlənilmədən vəziyyət dəyişir və 11 -ci ordunun xüsusi şöbəsinin komendantı 9 mart 1921-ci ildə yazılmış 124

249

saylı talona əsasən belə bir göstəriş alır: “bu qəbzi alan kimi Məmmədhəsən Hacınskini dərhal həbsdən azad edin.” Hətta azad ediləndən dilindən kağız alınması da lazım bilinmir, sənəddə bu qrafanın üstündən qara qələmlə xətt çəkilib.

Göstəriş dərhal yerinə yetirilir və komendant 124 saylı orderə əlavə etdiyi bildirişdə 11-ci ordunun xüsusi şöbəsinə Məmmədhəsən Hacınskinin

9 martda həbsdən azad olunduğu barədə məlumat verir.

Az qala bütün sənədləri ilə sizi tanış etdiyimiz M.Hacınskinin birinci həbsi bununla yekunlaşır. Guya ona qarşı yol verilmiş bu hərəkətdən narahatlıq keçirən yeni hökumət M.Hacınskiyə etibar etdiyini göstərməyə çalışır və o, dalbadal müxtəlif vəzifələrə təyinat alır.

Sonrakı mərhələdə bunun yalnız zahiri münasibət olduğunu, bolşeviklərin milli

hökumətdə vəzifə tutmuş heç bir azərbaycanlıya etibar etmədiklərini görəcəyik. Hələliksə, M.Hacmski və onun kimi ilk addımlarda onların hakimiyyətlərinə loyal olan və ciddi etiraz etməyən şəxslər barəsində qəti tədbirlər görülməsi “zərurəti” yaranmamışdı. Hələlik respressiya növbəsi Azərbaycanın müstəqilliyi uğrunda sonadək mübarizə aparmaq qətiyyətində olanlarla idi.

“Azərbaycan Cümhuriyyəti sənədlər və materiallar 1918- 1920-ci illər” məcmuəsində Məmmədhəsən Cəfərqulu oğlu

.M, r. ra;ı>if; H H CH w

.ViHHUC'fp

250

Hacınski (1875-1931) barəsində əlavə olaraq aşağıdakı məlumatlar verilib: “Azərbaycanın dövlət və siyasi xadimi. Peterburq Texnologiya institunu bitirib (1902). Bakıda şəhər idarəsində işləyib. 1904-cü ildə “Hümmət” sosial-demokrat qrupunu yaradanların arasında olub. 1911-ci ildə “Müsavat” partiyasının üzvü olub. 1917-ci ilin mart ayında Milli Müsəlman şurasının sədri, 1917-ci ilin payızında Müəssislər yığıncağının üzvü olub. Zaqafqaziya komissarlığında və Azərbaycan Cümhuriyyəti hökumətinin müxtəlif tərkiblərində xarici işlər, daxili işlər, ticarət, sənaye və ərzaq naziri olub. 1920-ci ilin 1 aprelində hökumətin başçısı təyin edilərkən bolşeviklərin hökumətə daxil olması üçün onlarla danışıqlar aparıb. Yeni kabinetin formalaşdırılmasmda müvəffəqiyyətsizliyə uğrayaraq, 1920-ci il aprel ayının 22-də istefa verib. Eyni zamanda “Müsavaf’dan çıxması və Az.KP (b)-yə girməsi haqqında bəyanat verib. 1920-ci il aprelin 28-dən sonra sovet idarələrində məsul vəzifələrdə işləyib”.

1875-ci il martın 3-də Bakıda dünyaya gəlmiş, burada realnı məktəbi bitirmiş M.Hacınski mükəmməl təhsil görmüş, zəmanəsinin sayılıb-seçilən ziyahlarmdan biri olmuşdur. Hələ 20- ci əsrin əvvəllərindən siyasi proseslərə qoşulması onu inqilabi və hökumət dairələrində tanıtmış, vəzifə pillələrində irəliləməsi üçün müəyyən vaxtlarda mühüm stimula çevrilmişdir. O, institutu bitirdikdən sonra bir müddət Moskvada maarifpərvər ziyalı və milyonçu Şəmsi Əsədullayevin neftayırma zavodlarının tikintisində çalışmışdır.

21 dekabr 1930-cu ildə ikinci dəfə həbs olunarkən verdiyi ifadədə özünün qızğın siyasi fəaliyyətini gizlətməsə də, o, heç bir partiyaya ginnədiyini göstərirdi: “1917-ci ilə qədər mən heç bir partiyada olmamışam. Tələbəlik vaxtı sosialist yoldaşlarla yaxın idim və 1899-1902-ci illərin bütün tətillərində iştirak etmişəm, ancaq partiyaya yazılmamışam. 1905-ci il inqilabı zamanı müliəndis, Bakı şəhər idarəsinin üzvü olarkən mən yenə də inqilabi dərnəklərlə yaxın idim, pul yığırdım, işə düzəldirdim, gizli ədəbiyyatın çapı üçün avadanlıq tapılmasında kömək edirdim, ancaq partiyaya daxil olmadım. 1917-ci ildə mənim müsavata daxil olmağım şərti idi. Partiyanın aqrar məsələ il əlaqədar qurultayı

251

olmadı və mən avtomatik surətdə üzv oldum. Azərbaycandan kənarda yaşadığım üçün partiyanın işində iştirak etmirdim. Partiya üzvlərindən ancaq yuxarı dairələri tanıyırdım. Mən özümü həmişə müstəqil aparırdım və müsavat üzvü kimi Trapczunda, sonra Parisə gedəndə də komitəyə deyirdim ki, ondan heç bir göstəriş qəbul etmirəm, işi ancaq özüm bildiyim kimi aparacağam. Əlbəttə, bu komitəni təmin etmirdi, ancaq onlar mənim kimi məşhur bir adamı itirmək istəmirdilər və məni əvəz etməyə adam yox idi. Mən partiyadan 1920-ci ildə niyə kənarlaşdım. Mən bu zaman ziyalı- millətçi idim. Avropada bir illik qalmağım nəyisə öyrətmişdi. Birincisi, əmin olmuşdum ki, bizim əsrdə Azərbaycan kimi kiçik dövlətlərin müstəqilliyindən danışmaq mümkün olmayacaq. O, kiminsə orbitində mümkündür. Sual budur ki, kimin. Mən Avropa dövlətlərinin siyasəti ilə yaxından tanış olmuşdum, onların öz orbitlərinə aid kaloniyalara, “müstəqil” ərazilərə münasibətini yaxşı bilirdim. Bu mənim gözümü açmışdı. Sonra mən başa düşdüm ki, heç bir dövlət Azərbaycana, iqtisadi asılılıq deyilən iri kompensasiya olmadan köməyə gəlməyəcək və bu asılılığa görə xalqın mədəni inkişafı ləngidiləcək. Bu dövrdə orbitlər siyahısına kommunist Rusiyası daxil deyildi, çünki hamı onun tezliklə çökəcəyini gözləyirdi. Ancaq mən Bakıya gələndə inqilabi Rusiyanın uğurlanm görüb, müsavat hökumətinin qarşısında təcili surətdə RSFSR ilə saziş məsələsini qoydum. Nə üçün? Çünki mən bolşeviklərin milli siyasətini bilir və inanırdım. Tam bərabərlik, mədəni inkişafa tam azadlıq, geri qalmış xalqların müdafiəsi və onlara köməklik göstərilməsi...”

Ancaq onun da nəniki Bakıda tanınması, ümumzaqafqaziya arenasına çıxması Rusiyada fevral-burjua inqilabının baş verməsindən sonrakı dövrə aiddir. Bu dövrdə 1917-ci il 15 noyabrında yaranmış Zaqafqaziya komissarlığında ticarət və sənaye komissarının müavini və 1918-ci ilin 22 aprelində yaranmış Zaqafqaziya Federativ hökumətində həmin sahələr üzrə nazir postları tutan. Seymin üzvü olan M.H.Hacınski Tiflisdə Azərbaycan Cümhuriyyətini elan edən vətənpərvərlər arasında dövlət idarələrində iş təcrübəsinə görə ən çox fərqlənənlərdən biri idi. Təsadüfi deyildi ki, o, 1917-ci ilin mart ayında Milli

252

Müsəlman şurası Müvəqqəti İcraiyyə Komitəsinin sədri olmuşdur (sədr müavini M.Ə.Rəsulzadə idi). Həmin ilin aprelində Qafqaz müsəlmanlannm Bakı qurultayında, mayda isə Rusiya müsəlmanlarının Moskvada keçirilən qumltaymda iştirak edən Hacınski açılması nəzərdə tutulan Rusiya parlamentinə Azərbaycandan millət vəkili seçilmişdir. Bunlar hamısı onun bir siyasətçi və ictimai xadim kimi kifayət qədər tanınmasının, cəmiyyət arasında nüfuza malik olmasının nəticəsi idi.

1917-ci ilin 26-31 oktyabnnda Bakıda keçirilən “Türk ədəmi- mərkəziyyət partiyası”nm (“Müsavat”) birinei qurultayında M.Hacınski Mərkəzi Komitənin üzvü seçilmişdir.

M.Hacmskinin istedadlı mühəndis kimi Bakı şəhərinin abadlaşdınimasında böyülc rolu olub. Onun rəhbərliyi altında 1911- ci ildə Bakıda Dənizkənarı bulvarın tikintisi başa çatdırılmışdı. 1912-ci ildə onun redaktəsi ilə şəhər bələdiyyəsi Bakı küçələrinin abadlaşdırılması haqqında bir kitab buraxmışdır. 1913-cü ildə isə o, şəhər upravasmın rəisi olarkən Bakıda Şirvanşahlar sarayının qorunub saxlanılması və bərpası haqqında təşəbbüs irəli sürmüşdür.

Bunları sadalamaqda məqsədimiz M.Haemskinin həqiqətən də, dövlət işində müəyyən təcrübəyə malik olduğunu bir daha göstəmıəkdir.

MTN arxivində saxlanılan “Azərbaycan Milli Mərkəzinin işi” (RS-7525) və “Əksinqilabi Azərbaycan Milli Mərkəzinin işi üzrə yekun ittihamnaməsi” (RF-56) saylı işlərdən aydın olur ki, 1930-eu ildə Az. XDİK yanında Dövlət Siyasi İdarəsi tərəfindən həbs edilmiş və “Zaqafqaziya Dövlət Plan komitəsi sədrinin müavini, sovet hakimiyyətinin düşməni olan” M.Haeınskiyə qarşı aşağıdakı ittihamlar irəli sürülmüşdür:

a. əksinqilabi Azərbaycan Milli Mərkəzinin (AMM) yaradıcısı, onun MK-sınm, sonra isə təşkilatın Zaqafqaziya komitəsinin üzvü olmuşdur;

b. AMM-in rəhbəri olmaqla əksinqilabi mühacir dairələrlə əlaqə saxlamış, onlardan təşkilatın işi üzrə göstərişlər almışdır;

v.Gürcüstan və Ermənistanın millətçi təşkilatları ilə birgə təşkilatın ziyankarhq işlərini koordinasiya etmiş, təşkilatın ittifaq

253

üzrə sənaye və kənd təsərrüfatında ziyankarlıq işlərini məyyənləşdiraıiş, üsyançı təşkilatlara ümumi rəhbərlik etmiş, onu gözlənilən xarici müdaxilə üçün hazırlamışdır;

q. AMM-in xarici mərkəzinin eksinqilabi göstərişlərini birbaşa yerinə yetirmiş və təşkilatın millətçi tədbirlərinin ruhlandıncısı olmuşdur.

Bunları nəzərə alan istintaq, 25 sentyabr 1931-ci ildə M.Hacınskini Az.SSR CM-in 64, 65, 66 və 68-ci maddələri üzrə cinayət məsuliyyətinə cəlb etmək barədə qərar çıxarmış, ancaq M.Hacınski istintaq prosesində öldüyü üçün qərar yerinə yetirilməmişdir. Az.DSİ SPO rəisi Qoryaçev və SOÇ rəisi Qulvisin imzaladığı qərarda həmçinin onun təşkilatçılıq məqamlanna qəti etiraz etməsi, günahının yalnız bir hissəsini boynuna aldığı, başqalarının ifadələrinə əsasən ifşa olunduğu göstərilmişdir. Beləliklə, ölümü ilə əlaqədar “1924-cü ildə sovet hakimiyyətinə qarşı düşmən mövqedə dayanan millətçi əhval-ruhiyyəli ziyahlann bazası” əsasında yaranmış Milli Mərkəzin üzvləri arasında ittiham edilən Məmməd Həsən Hacınskinin işi ləğv edilmişdir. Azərbaycan Milli Mərkəzinin işi ilə əlaqədar hökm çıxarılmasından təqribən 4 ay sonra 1932-ci ilin fevral ayında Zaqafqaziya DSİ kollegiyası yanında məhkəmə “Azərbaycan Milli Mərkəzin işi”nə yenidən baxmış və onunla bağlı hökm dəyişilməz qalmışdır.

Ümumilikdə AMM-in işi üzrə ümumilikdə 53 nəfər ittiham olunmuş və müxtəlif müddətlərdə həbs cəzası almışdır. Məmmədhəsən Hacınski, Şamo Naxçıvanski, Rzaqulu Nəcəfov, Məhəmməd Xəlilov, Cəfər bəy Rüstəmbəyovun işlərinə Zaqafqaziya DSİ tərəfindən baxılmışdır.

13 fevral 1931-ci ildə Zaqafqaziya DSİ-nin sədr müavini Beriya və iqtisadi şöbə rəisi Pumis Az DSİ sədrinin müavini Aqrbaya 4939 saylı məktub ünvanlayırlar: “Mühəndis Məmmədhəsən Hacınskinin özünü günahkar saydığı Azərbaycan Milli Mərkəzinin işi ilə bağlı öz əliylə yazdığı ifadələri sizə göndəririk.”

Bu sənəddə göstərildiyinə görə, ona qarşı 5 bənddən ibarət müxtəlif ittihamlar irəli sürülmüşdür. M.Hacınskinin ifadələri və məktubları toplanmış adı çəkilən 191 vərəqdən ibarət olan PF -

254

206 saylı işdə onun həyatının xüsusilə sovetləşmədən sonrakı dövrü ilə bağlı kifayət qədər məlumat toplandığını nəzərə alıb, yeri gəldikcə onlardan sitatlar verəcəyik.

Ancaq bu qeydlərə keçməzdən əvvəl görkəmli dövlət xadiminin milli hökumətdəki fəaliyyəti barədə müəyyən məlumatlar çatdırmağı zəruri hesab edirik. M.Hacınski F.Xoyskinin təşkil etdiyi birinci hökumətdə xarici işlər, ikinci hökumət kabinetində isə maliyyə naziri vəzifəsini icra etmiş və 1918-ci il dekabrın 7-də Bakıda açılan Azərbaycan Parlamentinə üzv seçilmişdir. O, nazir postunun bir də N.Yusifbəylinin təşkil etdiyi ikinci kabinədə tutmuşdur. Bu tərkibdə M.Hacınski əvvəlcə daxili işlər naziri olmuş, ancaq 18 fevral 1920-ci ildə bu vəzifənin icrası Mustafabəy Vəkilova həvalə olunduğundan o, ticarət, sənaye və ərzaq naziri təyin edilmişdir. Mart ayının 30-da Nəsib bəy Yusifbəylinin sədrlik etdiyi hökumət istefa verdikdən bir gün sonra, aprel ayının 1-də yeni kabinənin təşkili M.HacmskiyƏ' tapşırılmışdır.

M.Hacınski ikinci hökumətdə tutduğu nazir postunu tərk etdikdən sonra bir müddət Azərbaycandan kənarda yaşamış, əsasən diplomatik fəaliyyətlə məşğul olmuşdur. Belə ki, bu müddətdə o, gənc respublikanı müxtəlif sülh konfranslarında, o cümlədən danışıqlarda təmsil etmiş, hətta bəzi nümayəndə heyətlərinin başçısı olmuşdur. Əlbəttə, bütün bunlar təsadüfi etibaretmələr deyildi, bu hər şeydən əvvəl onun }diksək elmi, mədəni, diplomatik səviyyəsi və geniş dünyagörüşü ilə bağlı idi.

“Azərbaycan” qəzetinin 9 noyabr 1919-cu il sayında dərc edilmiş məlumatda bildirilirdi; “Bu günlərdə Parisdən Azərbaycan sülh nümayəndə heyətinin üzvü M.H.Hacınski görkəmli siyasi xadlimlərin iştirakı ilə Parisdə nümayəndə heyətinin işi və Qərbi Avropanın siyasi vəziyyəti barədə məruzə edib”.

Yaxud başqa bir tarixi fakt. 1920-ci ilin əvvəllərində M.Cəfərov məlumat verirdi: “Yanvarın 4-də aşağıdakı tərkibdə Azərbaycan Cümhuriyyətinin sülh nümayəndə heyəti axşam qatan ilə Avropaya yola düşür: M.H.Hacınski nümayəndə heyətinin müvəqqəti sədri, üzvlər: Ağayev, Şeyxülislamov, Mehdiyev, Hacıbəyov və Məhərrəmov” (ARDA, f.970, s.l, iş 226, v.24).

255

Belə bir tərkibə orta səviyyəli, yaxud təsadüfi şəxsin başçılıq etməsi mümkün idimi?

Hacınskinin öz çiyindaşları arasında həqiqi nüfuz sahibi olduğunu həm 1 aprel 1920-ci ildə yeni hökumət kabinəsini təşkil etməyin ona həvalə edilməsi, həm də X.Məlikaslanovun 30 mart 1931-ci ildə verdiyi ifadə bir daha təsdiq edir. “AMM-in gələcək hökumətin tərkibi barədə müəyyən dəqiqləşdirmələr tələb olunduğu üçün son qərar qəbul edilməmişdi. Ancaq bilirəm ki, bu sahədə iki variant vardı. 1-ci varianta görə M.Hacınski baş nazir və xarici işlər, yaxud daxili işlər naziri, Ə.Topçubaşov xarici işlər, Naxçıvanski, yaxud Ç.İldırım hərbi, mən yollar, Ə.Pepinov xalq təhsili, Şabanov torpaq, Şəfıbəy Rüstəmbəyov ədliyyə, Z.Tağıyev maliyyə, Ordubadski ticarət və sənaye, X.Sultanov dövlət nəzarəti naziri olmalı idilər”.

M.H.Hacınski Azərbaycan parlamentinin nüfuzlu və fəal deputatlarından biri idi. O, parlamentin 21 avqust 1919-cu il iclasında Dövlət Universitetinin açılması haqqında qanun layihəsini parlamentə məruzə etməsi ilə də tarixi bir missiyanı yerinə yetirmişdir.

Mühüm dövlət vəzifələrində özünü əsl peşəkar kimi göstərməyə qadir olan Məmmədhəsən Hacınski siyasi məsələlərdə sonadək sabitqədəm olmamışdır. Bir çox məqəmlarda bunu özü də etiraf etmiş və həyatının müəyyən dövrlərində siyasi mövqeyinə görə əzab-əziyyətlər də çəkmişdir. Təsadüfi deyildi ki, tədqiqatçı M.Əliyev “Odlar yurdu” qəzetinin 1989-cu ilin may ayında çapdan çıxmış 10-cu sayında onun barəsində yazırdı: “Ziddiyətli həyat yolu keçmiş Məmməd Həsən Hacınski 1931-ci il martın 8-də Tiflis həbsxanasında həlak olmuşdur”. Doğrudan da, bu belə olmuşdur.

Məmmədhəsən Hacınski 21 dekabr 1930-cu ildə istintaqa verdiyi ifadəsində deyirdi:

“Hələ sovetləşmədən əvvəl, 1917-ci ildə və sonralar mən Rəsulzadə ilə fikir ayrılığına malik idim. O belə hesab edirdi ki, fasiləsiz üsyan xalqı bərkidir... mənsə bu fikirdə idim ki, bunu ancaq böyük xalqlar, rus qrupları edə bilərlər, ancaq Azərbaycan kimi kiçik xalqlar belə üsyanlarla özünü məhvə aparar. Mən

256

deyirdim ki, müstəqil Azərbaycan müsavatın gücü ilə deyil, dünya hadisələrinin inkişafının nəticəsi kimi meydana çıxıb... Azərbaycanın taleyi bu ağır itkilərlə deyil, dünya hadisələrinin nəticəsində həll olunacaq... Sonra mən daim öz fikrimi deyir və buna qəti inanırdım ki, milliləşdirilmiş Zaqafqaziyada federasiya ola bilməz. Bu daim balıq, xərcənk, duma olacaq. Gürcüstan Avropaya meyl edir, Ermənistan Rusiyaya meyl etməklə Türkiyə ilə düşmənçilik edəcək, Azərbaycan isə əksinə Türkiyə ilə yaxınlaşmaqla Rusiya ilə ziddiyətdə olacaq... Mən daim deyirdim ki, sovet qumluşu keçmiş Rusiyanın hüdudlarından kənara çıxsa, SSRİ-yə heç olmasa bir nəhəng Avropa dövləti (Almaniya) birləşsə, Azərbaycan Zaqfederasiya ilə yubanmadan Komintemə daxil olar və velikorus cəhdinə son qoyular. 1920-ci ildə Şahtaxtmskinin nümayəndə heyətinin tərkibində Moskvaya gedəndə belə düşünürdük ki, Komintemə gedirik (Nərimanovun göstərişi belə idi), ancaq Şahtaxtinski sonra mənə dedi ki, bu baş tutmur, hələlik Azərbaycan RKP-yə daxil olur... Mən daim faciənin həyacanmı keçiridim. Görürdüm, yüz dəfə demişdim ki, əgər bu gün SSRİ məhv olsa, onunla birlikdə Türkiyənin və İranm müstəqilliyi də itəcək. Mən daim tərəddüd edirdim... Sovet hakimiyyətinə milli zəmində düşmən olmaqla mən elə bir il, ay olmayıb ki, özümlə mübarizə apannayım”.

Daim tərəddüdlər içərisində olan bir adamın ziddiyətli həyat yaşaması əslində qanunauyğun bir hal idi. Məhz buna görə idi ki, o, ölüm ayağında da tərəddüd edirdi. S.Orconikidze və Ş.Eliavaya ünvanladığı məktubunda bu daha açıq-aydın görünürdü;

“Ölərkən mən sizə bütün həqiqəti deyəcəyəm. Mən daim sizin həmişə tərəddüd edən düşməniniz olmuşam. Ancaq mən dildə düşmən olmuşam, düşməncəsinə nitqlər demiş, ancaq heç bir hərəkətimlə sovet hökumətinə zərər yetirməmişəm. Burada mən öz üzərimə günah üstündən günah götürmüşəm, ancaq mənə belə ifadələr göstərəndə ki, guya mən xariclə əlaqəliyəm, Moskva ziyankarlar mərkəzi ilə, Axərbaycanm siyasi mərkəzi ilə, mən üsyan hazırlamışam, mən Zaqafqaziya plan komitəsində təşkilata malik olmuşam, başa düşdüm ki, onları rüsvay edə bilmərəm və həyatımın qalan hissəsini rüsvay olmalı və əzab çəkməliyəm. Mən

257

öz tərəddüdlərimin, çərənçiliyimin qurbam olmuşum. Heç kimi, hətta ifadələri düzüb-qoşanları da ittiham etmək istəmirəm. Hər şey menə uyğun gəlir. Qəbirdə də yalvaracağam ki, menim işimə işıq salın, heç olmasa mənim rüsvayçılığımm bir hissəsini üstümdən götürün.” Məmmədhəsən Hacınski.

Söhbət onun AMM-dəki fəaliyyətindən və yuxanda qeyd olunan ittihamlai'dan gedirdi. Bəlkə bütün bunlarla Məmmədlıəsən Hacınski özünə bəraət qazanmaqdan daha çox başqalarına qarşı yönəldiləcək ittihamlarda baiskar olmaq istəmirdi. Bəlkə əwəl məlum təzyiqlər altında məcburən alınmış ifadələrindən bu yolla imtina edirdi. Nə deyək. Ancaq artıq gec idi. nə kiçik detallan böyük iş kimi təqdim etməyə qadir Beriyanın birbaşa diktəsi ilə tərtib olunmuş istintaq materiallarında Azərbaycan ziyalılarının çoxsaylı bir qrupunu gedər-gəlməzə göndərmək üçün kifayət qədər məlumatlar toplanmışdı. Bunlar həqiqət idimi, yoxsa, bir sıra işlərdə olduğu kimi müstəntiq diktəsinin bəhrələri idi? Azərbaycan xalqının sovet rejiminin hər cür təzyiqlərinə baxmayaraq, öz milli dövlətinin süqutu ilə heç vaxt, xüsusilə də 20-30-cu illərdə razılaşmadığına dair kifayət qədər faktlar öyrəndiyimə və buna qəti inandığıma görə mən birinci versiyanı, yəni ziyahlanmızın qanlı rejimi devirmək üçün təşkilat yaradaraq mübarizə aparmağa çalışdığının həqiqət olduğunu qəbul edirəm”.

AMM-in üzvü Firuz Ordubadski və başqalan ikinci dəfə həbs edilərkən dindirildikdə (25 fevral 1938-ci il) yenə də başlıca məsələlərdən biri kimi bu təşkilatın fəaliyyətinə aid suallar verilməsi də göstərirdi ki. Milli Mərkəz həqiqətən də mövcud olmuş, ancaq bəlkə də o başqa ad altında fəaliyyət göstərmişdir:

Sual: Siz əksinqilabi millətçi təşkilata kim tərəfindən cəlb edilmisiniz?

Cavab: Əksinqilabi millətçi təşkilata mən Tiflis şəhərində 1926-cı ildə onda keçmiş Zaqafqaziya Federasiyası Dövlət Plan komitəsi sədrinin birinci müavini olan Məmmədhəsən Hacınski tərəfindən cəlb edilmişəm.

Sual: Məmmədhəsən Hacınski sizi hansı şəraitdə cəlb etdi? Cavab: Mən Məmmədhəsən Hacınski ilə hələ 1922-ci ildən

tanış idim. Onunla məni Azəçrbaycan Dövlət Plan Komitəsinin, onu Zaqafqaziya Federasiyası Dövlət Plan Komitəsi sədrinin

258

müavini tə’yin edəndən sonra daha da yaxınlaşdım.Biz xidməti vəzifə borcu ilə əlaqədar tez-tez Bakıda və yaxud mənim müntəzəm olaraq ezamiyyətlərə getdiyim Tiflisdə görüşürdük. Hacmski ilə söhbətdə biz hər ikimiz millətçi söhbətlər edirdik və Kommunist partiyasının milli siyasətini əksinqilabi tənqidə məruz qoyurduq. Biz Azərbaycanı Sovet İttifaqından ayırmaq və müstəqil burjua-demokratik tipli dövlət yaratmaq mövqeyində dururduq. 1926-cı ildə M.H.Hacmski söhbətlərdən birində mənə məlumat verdi ki, Azərbaycanda qarşısına Azərbaycanı Sovet İttifaqından ayıırnaq və müstəqil milli respublika qurmaq məqsədi qoymuş əksinqilabi millətçi təşkilat yaranıb. Hacmski dedi ki, bu təşkilata onun tərəfindən bir xeyli millətçi ovqath şəxs cəlb edilib və mənə təklif etdi ki, bu təşkilata keçim. Mən onda Hacmskiyə öz razılığımı verdim və bizim on^a Azərbaycan millətçi partiyası adlandırdığımız (AMP) əksinqilabi partiyaya daxil oldum.

Sual: AMP-nin sizə məlum olan tərkibini deyin. Cavab: Məmmədhəsən Hacmskinin dediyindən bilirəm ki,

AMP-yə aşağıdakı şəxslər daxil idi: l.Xudadat Məlikaslanov - AKNİ-nin professoru; 2.Əhməd Pepinov - Maarif nazirliyinin kollegiya üzvü; 3.Zeynal Tağıyev - “Lenin” fabrikinin direktoru; 4. Riza Şabanov - Plan Komitəsinin kənd təsərrüfatı bölməsinin sədri; 5.Məmməd Xəlilov - Azipəyin rəisi. 6.Mən.

Mən Tiflisdən gələrkən Hacmskinin tapşırığı ilə Məlikaslanov, Əhməd Pepinov və Rza Şabanovla əlaqə yaratdım.

Sual: Əksinqilabi təşkilat qarşısına hansı məqsədlər qoymuşdu?

Cavab: Azərbaycanı Sovet İttifaqından ayırmaq və müstəqil milli Azərbaycan respublikası yaratmaq üçün AMP aşağıdakı vəzifələri öz qarşısına qoymuşdu: 1.Kapitalist ölkələrin xarici müdaxilə edəcəyi təqdirdə sovet hakimiyyətinə qarşı silahlı üsyana hazırlaşmaq üçün Azərbaycanın rayonlarında əksinqilabi ilk təşkilatlar yaratmaq. 2.Əksinqilabi millətçiliyi təbliğ etmək və əksinqilabi təşkilata millətçi ovqath şəxsləri cəlb etmək. 3.0 zaman mövcud gizli partiyalarla blok yaratmaq. 4.Sənayedə və kənd təsərrüfatında ziyankarhq törətmək.

Sual: Hansı kapitalist ölkələri tərəfindən müdaxilə gözləyirdiniz və həmin ölkələrlə kim əlaqə saxlayırdı?

259

Cavab: Biz müdaxiləni Fransa və İngiltərə tərəfdən gözləyirdik. Məmmədhəsən Hacınski mənə demişdi ki, qeyd olunan kapitalist ölkələri ilə o, şəxsən xarici mühacirət: Parisdə Ə.Topçubaşov və Kanistantinapolda Məmməd Əmin Rəsulzadə vasitəsi ilə əlaqə saxlayır”.

AMM-in (yaxud AMP-nin - L.Ş.) fəaliyyətini araşdıran istintaq başlıca diqqəti təşkilatın xariclə, mühacirət dairələri ilə əlaqəsinin aşkarlanmasına yönəltmişdi. Çünki bir tərəfdən sovet imperiyasını qəbul etməyən Qərb dövlətlərinin onun süqutuna çalışması təbii hal idi və sözsüz ki, bu məqsədin reallaşmasında həm bu gün mühacirətdə yaşayan Azərbaycanın keçmiş milli hökumətinin nümayəndələrindən, həm də daxildəki müxalif qüvvələrdən istifadə ediləcəkdi. İkinci tərəfdən isə cəmiyyətdə tutduğu mövqedən asılı olmayaraq, istənilən şəxsi xarici ölkələrə casusluq etmək ittihamı ilə damğalamaqla məhv etmək daha asan idi.

Sovet hakimiyyətinin M.H.Hacınskiyə inamsızlığına gəlincə isə, bu yalnız onun son dövrlərdəki fəaliyyəti ilə bağlı deyildi. Cümhuriyyətin daxili işlər naziri olarkən onun ən azı vəzifə borcunu yerinə yetirmək məcburiyyəti ilə əlaqədar bolşevik təbliğatına və qanunsuz hərəkətlərinə qarşı mübarizə aparması da öz təsirini göstərmişdi. Belə hallardan biri ilə əlaqədar Zaqatala qubernatoru 1 yanvar 1920-ci ildə daxili işlər naziri M.H.Hacınskiyə quberniyada bolşevik təbliğatı haqqında aşağıdakı məlumatı verirdi:

“Zaqatala şəhər pristavı və quberniya polis mühafizəsi təlimatçısı mənə məlumat vermişlər ki, Tah kənd sakini Zəkəriyə Ramazan Ağa oğlu Balaxlinski Bakıdan böyük miqdarda pul alaraq, quberniyada əhali arasında bolşevizm ideyalarının yayılması məqsədilə güclü bolşevik təbliğatı aparır. Bu işdə həmin kənd sakinləri Hafiz Əfəndi və Hacı Şaban yaxından köməklik edirlər. Sonuncu iki nəfərin məqsədi yerli qarnizonun dağıdılması, yerli hökumətin nüfuzdan salınması və bununla da quberniyada anarxiya yaratmaqdır...” ARDA, f 894, s.2, iş 41, v.27.

Belə məlumatların müqabilində isə əksər vaxtlarda hökumət səviyyəsində tədbirlər görülməsi isə bolşeviklərə yaxşı məlum idi.

260

PF 206 saylı işdən (21 dekabr 1930-cu il ifadəsindən): “Müdaxilə haqqında söhbətlər. Mən əvvəllər də demişdim ki, türk ziyahlannm istiqaməti Türkiyəyə idi. Mən də bu fikri müdafiə edirdim, çünki onda Türkiyə elə bir rol oynamırdı, Avropaya stavka olunurdu. Pepinovun danışıqlarından bilirdim ki, müsavatçılar Polşa ilə sıx əlaqədədirlər, keçmiş Azərbaycan nümayəndə heyəti isə Parisdə başqa nümayəndə heyətləri ilə birlikdə danışıqlar aparır. Qafqaz federasiyası haqqında bəyannamə Fransanın planı üzrə mühacirlər tərəfindən verilib və Türkiyə Azərbaycan nümayəndə heyətinin buna imza atmasından narazı qalıb, çünki orada Ermənistanın gələcəkdə nəzərdə tutulan sərhədləri Türkiyə ərazisinin bir hissəsini əhatə edir, (bu məhz planın Fransa tərəfindən hazırlanması ilə əlaqədar olmuşdu - L.Ş.) 1927-28-ci illərdə müdaxilə gözlənilirdi. Müsavatçılar 1928-ci ildə Azərbaycanda olacaqlarına ümid edirdilər. Bu məlumatları Pepinov, Rüstəmbəyov və Şabanovla bölüşürdüm. Müdaxilə elə real idi ki, hətta hansı hökumət olması barədə təkliflər də edirdilər. Bütün söhbət edənlər, o cümlədən mən də bu müdaxilənin və Azərbaycanın ayrılmasının tərəfdarı idik. İngiltərə tərəfindən müdaxilə barədə də danışılırdı. Milli ziyalılar mən dediyim kimi ən az ingilis istiqamətinə gedərdilər, çünki mənə hələ 1919-cu ildə məlum idi ki, İngiltərə Türkiyə ilə birlikdə İranın şəxsində böyük müsəlman dövləti yaratmaq istəyirdi. İngiltərə üə sazişə Azərbaycanda iri mülkədarlar və İttihad partiyası tərfdar idi. Əlbəttə, bu o demək deyildi ki, ziyalılar başqa çıxış yolu qalmadıqda İngiltərə ilə sazişə getməyəcəklər. Ancaq o vaxt belə məsələ qoyulmurdu. Mən bütün bu müdaxilə söhbətlərini xatırlamıram, Azərbaycan mühacirəti kiminlə danışırdı, ancaq bilirdim ki, danışıqların predmeti Bakı neftidir.

Banditizm və üsyanlar barəsində. Bu qrupun üzvləri, hələ 1925-ci ildə və sonra deyirdilər ki,müsavat mühacirlər Azərbaycanda fasiləsiz üsyanlar üçün təlimatlar göndərirlər, banditizmin inkişafı və bu təşkilatlarla əlaqə yaratmağa. Bu məsələdə mən onda da, son vaxtlar da, Nuxa və Qarabağ hadisələri ilə əlaqədar mənfi fikirdə olmuşam. Bütün şəxslərlə kəndlilər barədə söhbətlərdə belə fikir irəli sürülürdü ki, kəndli məişət və

261

dini şərtlərə görə hələ uzun müddət bolşevizmin əleyhinə olacaq. Azərbaycan kəndi tarixən elə qurulub ki, onların hər .biri sıx qohumluq bağları ilə bağlanmış iki-üç qrupdan ibarətdir və böyüklər (ağsaqqallar) kənddə faktiki hakimiyyətdir və bu ağsaqqallar (qolçomaqlar) bizim gələcəkdə dayağımızdır, sovet hakimiyyətinin kəndi parçalamaq, qolçomaqları ləğv etmək siyasəti bizi bu dayaqdan mərhum edə bilər, ona görə də qolçomaqları bütün siyasi və iqtisadi vasitələrlə müdafiə etmək lazımdır. Bu söhbətlərdə mən onlarla həmrəy idim.

Mən tamamilə etiraf edirəm ki, məhdud millətçi kimi Azərbaycanda sovet hakimiyyəti əleyhinə iqtisadi qruplarla həmrəy işləyərək, belə qrupları Gürcüstanda və Ennənistanda da bilib gizlədərək, Azərbaycanın SSRİ-dən ayrılması və milli demokratik respublika yaradılmasının tərəfdarı olmuşam, müdaxiləyə rəğbətlə yanaşmışam, əksiqilabi müsavat partiyasının niyyətlərindən xəbərdar ola-ola bu barədə sovet hakimiyyətini xəbərdar etməmişəm. Mən yalnız öz günahlarıma görə yox, həm də onların günahına görə cəza almalıyam.”

İstintaqa görə, onun cəzası yalnız AMM-in təşkilatçısı və rəhbəri olması ilə bitmirdi. İstintaq onu həm də bu təşkilata paralel bir başqa mərkəzin yaradılmasında da onu günahkar hesab edirdi. Ancaq hələlik bu mərkəzin üzvləri cəza alanların arasında deyildilər, çünki hələlik Azərbaycanda kütləvi repressiyaların birinci dalğası yenicə başa çatmış, ikinci dalğa başlamışdı və bu dövrdə ölümə məhkum ediləcəklər arasında namizədlər sonadək müəyyənləşdirilməmişdi. Kimlərinsə qapısını döymək hələ tez idi və onların adları qara siyahıların sonrakı səhifələrində yer alacaqdılar. Hələ 1931-ci il idi.

Hər iki mərkəzin fəaliyyətinə aidiyyəti olan Mollayev Məhəmməd İbrahimoviçin dindirilməsi (13 noyabr 1937-ci il) zamanı isə artıq ikinci dalğanın ən qızğın çağı yetişmişdi və indi paralel mərkəz haqqında daha ucadan danışmaq olardı. Bunu nəzərə alan müstəntiq artıq Mollayevə sualı “paralel mərkəzin tərkibinə kimlərin daxil olması” haqqında idi;

262

- Paralel mərkəzin tərkibinə: Q.Musabəyov, R.Axundov, S.M.Əfəndiyev, D.Bünyadzadə, T.Əliyev, M.Quliyev, M.Qədirli daxil idilər.

Sual: Sizə paralel mərkəzin fəaliyyəti barədə haradan məlum olmuşdu?

Cavab: 1929-cu ilə qədər mən əksinqilabi AMP-nin sıravi üzvü idim və ancaq öz sahəm üzrə tapşırıqları yerinə yetirirdim. 1929-cu ildə mən AMP-nin Mərkəzi Komitəsinin tərkibinə daxil edildim və Hacmski şəxsən mənə həmin mərkəzin fəaliyyət göstərdiyi barədə bildirdi.

Sual: Hacmski sizə Paralel mərkəzin əksinqilabi fəaliyyəti barədə nə danışmışdı?

Cavab: M.H.Hacmskinin sözlərinə görə. Paralel mərkəz Azərbaycanda sovet hakimiyyətini devirmək uğrunda mübarizə aparır və Gürcüstanda, Ermənistanda mövcud olan analoji əksinqilabi təşkilatlarla birgə fəaliyyət göstərir. Bu Paralel mərkəz faktiki surətdə AMP-nin bütün fəaliyyətinə Hacmski vasitəsilə özünün əksinqilabi göstəriş və qərarlarını çatdırmaqla rəhbərlik edirdi. Bundan əlavə bizə elan olunmuşdu ki, AMP uğursuzluğa düçar olacağı təqdirdə Paralel mərkəz bizim azad olmağımıza və işlərin dayandırılmasına nail olacaq”.

1890-cı ildə Naxçıvanda anadan olmuş, Bakıda yaşayan, Azneftsbıtm müdiri, 1917-31-ci illərdə AKP (b)-nin üzvü, əksinqilabi Azərbaycan Milli Mərkəzinin üzvü kimi 1931-ci ilin mayında mühkimə edilib, 1932-ci ildə azad olunmuş, 1927-ci ildə Qırmızı əmək bayrağı ordeni almış Xəlilov Məhəmməd Murad oğlu da ifadəsində (4 noyabr 1937-ci il) eyni faktları gətirirdi: “Mən 1927-ci ilin sonunda Zaqafqaziya Dövlətticarətin sədr müavini vəzifəsinə təyin edilib Tiflisə getdim. Orda tezliklə M.Hacmski ilə əksinqialbi əlaqə yaratdım. Ondan öyrəndim ki, AMM-in rəhbərliyi partiya və dövlətin Ə.Qarayev, M.Hüseynov, B.Əliyev, Q.Musabəyov, D.Bunyatzadə, H.Sultanov, Ə.Fərəczadə kimi tanınmış şəxslərindən ibarətdir. Hacmskinin fəal köməkliyi ilə mən SSRİ-nin İstanbulda Ticarət nümayəndəliyinin müavini təyin edildim və 1928-ci ilin sonlarında oraya yola düşdüm. Mən İstanbula gələrkən mənə tanış olan mühacir, keçmiş mülkədar.

263

1920-ci ildə Türkiyəyə mühacirət etmiş Şamxorski ilə əlaqəyə girdim. O, Rəhim xan Xəlilovun arvadının qohumudur. Rəhim xan mənim Türkiyəyə gəlməyim barədə əvvəlcədən xəbərdar edilmişdi. Mən Şamxorski vasitəsilə ona gəldiyim barədə məlumat çatdırdım. Şamxorski mənim adımdan Nobeldən təşkilatın ehtiyacları üçün pul yardımı alınması barədə Rəhim xanla danışıqlar aparırdı. Danışıqlar uğurla nəticələndi və mən Şamxorski vasitəsilə 250 min rubl pul aldım və şəxsən Samsun tənbəkisi kimi Xarici Ticarət komissannın müavini M.Hacmskiyə göndərildi. Bu pulların keçirilməsini təşkilat üzvü Dildarov təşkil etdi və pullar Hacınskiyə təhvil verildi. Mən İstanbulda olarkən Şamxorski mənə bildirdi ki, Rəhim xanın Topçubaşovla əlaqəsi var və Ramzin Parisdə xəbərdar edilib ki, bizim təşkilat Nobeldən pul yardımı alır. Mən 1930-cu ildə Tiflisə qayıtdım və yenidən M.Hacınski ilə əlaqə yaratdım. Onun mənzili həmin vaxtlar gizli görüş yerinə çevrilmişdi. Təşkilat Azərbaycanda silahlı üsyanın hazırlanması üçün fəal iş aparırdı və Nuxada təşkilatın sədri Yeliseyski və Gəncədə doktor Əsgərovla əlaqə yaradılmışdı.”.

M.Hacmskinin keçməkeşli həyatında ən ağır və mənəvi baxımdan ən sıxıntılı dövr aprel çevrilişindən sonrakı ilk illər olmuşdur. Bolşeviklərin razılığını ala bilmədiyi üçün hökumət qurmaq missiyasının öhdəsindən gələ bilməyən Hacınski bu barədə Parlamentə məlumat verir və milli qüvvələri bolşeviklərin tutduğu mövqe ilə əlaqədar yaranmış təhlükəli vəzij^yət barədə xəbərdar edərək, onları reallığı qiymətləndirməyə çağınr. Reallıq isə onun qənaətinə görə, şimaldan gələn təhlükənin nəzərə alınması, hakimiyyətin kommunistlərə təhvil verilməsi idi. Çünki artıq Şimali Qafqazda rus bolşeviklərinə müqavimət göstərən bütün qüvvələr məğlub edilmiş, Denikinin könüllülər ordusu dağıdılmış və onların Azərbaycana daxil olması üçün qarşını kəsəcək heç bir maneə qalmamışdı. Həmin dövrdə Qarabağda erməni daşnakları ilə qanlı döyüşlər aparan 40 minlik Azərbaycan ordusunun bütünlüklə şimal istiqamətinə yeridilməsi mümkün deyildi və bunu yaxşı bilən ruslar yerli kommunistlərin dili ilə öz şərtlərini artıq ultimativ formada irəli sürürdülər. Digər tərəfdən əsas qüvvələri şimala çıxarmaqla da əslində 70 minlik heyəti olan 11-ci ordunun qarşısmı sonadək kəsmək də mümkün deyildi. Belə

264

bir ağır durumda M.Hacınskinin hökumət dairələrində və Parlamentdə ifadə olunan təslimçilik çağnşları, onun rəhbərliyi altında bolşeviklərlə danışıqlar aparmaq üçün yaradılmış komissiyanın həmin rəyi təsdiqləməsi müstəqil Azərbayeanın süqutu ilə heç vəchlə razılaşmayan həqiqi vətənpərvərləri hiddətləndirir, onlarda bu şəxsə qarşı düşmənçilik duyğuları oyadırdı. Hətta hökumətin məcburi qaydada Parlamentdə təhvil verilməsindən neçə illər keçdikdən sonra da onların əksəri}^əti Hacmskini bağışlaya bilmir və bütün bunlarda onu ən başlıca günahkar hesab edirdilər.

M.Hacınski 29 dekabr 1930-cu ildə xatırlayırdı: “Bakıda 1922-23-cü illərdə tanınmış müsavatçı, mənim qonşum Əsədulla Məmmədov həbs edilmişdi. Onun bacısı mənim arvadıma danışmışdı. O, qardaşına deyəndə ki, Hacınskidən xahiş edək sənə köməklik göstərsin, qardaşı qəti surətdə imtina etmişdi. Bildirmişdi ki, o, ölər, ancaq məndən heç bir kömək istəməz. Biz onun evini, ailəsi və uşaqları ilə birlikdə yandırmaq istəyirdik,” demişdi.

M.Haemskinin eyni tarixdə istintaqa açıqladığı bir sıra digər məqəmlar ona qarşı münasibətin nə dərəcədə dözülməz olduğunu göstəmıək baxımından xüsüsilə əhəmiyyətlidir. Həmin qeydlər onun nəinki aprel çevrilişindən, ümumən fevral inqilabından sonrakı ietimai-siyasi hadisələrə necə qiymət verdiyini, proseslərə hansı prizmadan yanaşdığını göstərmək cəhətdən də maraqlıdır. “Azərbaycanın sovetləşməsi və ziyalıların, xüsusən türk ziyahlanmn onu necə qarşıladıqlan” barədə fikirlərini belə bildirir: “Oktyabrdan sonra bütün Zaqafqaziya ilə bolşevik Rusiyası arasında Denikin Rusiyası dayanırdı. Həqiqətən də, Bakı kimi mərkəzdə bolşevik hakimiyyətini qurmaq üçün zəngin təməl var idi, ancaq bu Zaqafqaziya miqyasında məhdud bir sahə idi. Hazırlığı, qəti istiqamətləri olmayan türk ziyalıları məncə özlərini itirmişdilər. Əlbəttə, bu bütün ziyalılara aid deyildi. Məşhur təbəqələşmə bu vaxt artıq baş vermişdi. Bir hissə bolşeviklərlə birləşmişdilər, nəhəng burjuaziyaya aid olan bir hissə nə istədiyini bilirdi və məqam gözləyirdi ki, Denikinə doğru hərəkət etsin, aneaq əksəriyyət bitərəflər və müxtəlif milli partiyalara mənsub olanlar, məncə, kor-koranə gedirdilər. Bu məqamda rəhbərliyi gürcü ziyalıları, başlıcası menşevik partiyası öz üzərlərinə

265

götürmüşdü. Kütləvi şəkildə daşnak partiyası ilə təmsil edilən erməni ziyalılarına, təbii ki, müsəlman ziyalılar etimad göstərmirdilər, rus ziyalılarına da həmçinin... Belə ovqatla türk ziyalıları Zaqafqaziya Seymine daxil oldu. ... Bir neçə kəlmə ziyalıların Bakının sovetləşməsinə münasibəti barədə. Mən hadisələrdən xəbərdar deyildim, çünki bütün vaxtı nəinki Bakı, hətta bəzən Zaqafqaziya ərazisindən kənarda olurdum. Ancaq Trapezımda və Tiflisə gələn şəxslər belə düşünür və başqalanm da inandırırdılar ki, guya bu bolşevik deyil, daşnak hərəkatıdır, daşnaklar qan tökməklə Şərqi və Cənubi-Şərqi Zaqafqaziyanı işğal etmək proqramlarını həyata keçirmək istəyirlər... Sonra Azərbaycanın müstəqilliyinin elan olunması gəldi, bütün bu müddət və 1919-cu ilin sonuna qədər mən Azərbaycanda olmadım... Parisdən qayıdarkən mən təqribən belə bir vəziyyəti gördüm. Əvvəllər çox az yeri olan “İttihad” partiyası güclü inkişaf edib və hakimiyyəti ələ keçirmək arzusundadır və doktor Qarabəyov, doktor Sultanov kimi çox güclü liderlərin rəhbərliyi altında müsavatla güclü mübarizə aparır. Ruhanilər, kapitalistlər və “qoçu”lar arasında böyük nüfuza malik olmaqla, həmçinin hərbçilər və varlı ziyalılar arasından tərəfdarlar toplayaraq onlar müsavata ciddi təhlükə yaradıblar... “Sosilalist” qrupu məncə, parçalanma, axtarış mərhələsində idi, onlann əksəriyyəti qəti istiqamətə malik deyildi. Məncə onlann əksəriyyəti son ana qədər gürcü menşeviklərinin təsiri altında oldular.... Mən rəsmi surətdə müsavat partiyasına mənsub olsam da, faktiki olaraq ondan kənarlaşdığım üçün heç bir partiyaya girmədim. Deməliyəm ki, mən faktiki surətdə daha çox sosialist bloku ilə yaxınlaşırdım, nəinki müsavatla, ittihadla isə heç cürə. Sonuncu taktiki qənaətlə məndən istifadə etməyə çalışırdı və hökumət böhranı olanda onlann razılaşdığı baş nazirliyə namizədliyi olan yeganə şəxs mən idim. Ancaq mən əvvəlcədən biləndə ki, onlar Qarabəyovu daxili işlər naziri, məşhur avantürist türk zabiti Bahəddinin isə Bakı şəhər bələdiyyəsinin rəisliyinə namizədliyini irəli sürmək istəyirlər, mən bunlara etiraz etdim və dərhal soyuqluq yarandı. Çevriliş ərəfəsinə gəlmək istəyirəm. 27 apreldə qırmızı ordunun hücumu başlayanda bu bütün partiyalar (o cümlədən sosialist fırqəsinin bir çox üzvləri) üçün gözlənilməz oldu. Xatırlayıram ki, bundan

266

iki gün əvvəl hökumətin müşavirəsində cəbhə xəttindən komissar Əmir Xan Xoyskinin teleqramı alınmışdı ki, qırmızı ordu açlardan, çılpaqlardan, fərari əsgərlər dəstəsindən başqa bir şey deyil və heç bir təhlükə doğurmurlar. Çoxları sevinmişdilər və nazir Xasməmmədov bu teleqramı mənim gözümə soxaraq, bağırırdı: “budur sənin bolşeviklərin...” səhər baş nazir Yusifbəyli öz yanında hökumət və partiya liderlərinin iştirakı ilə təcili müşavirə çağırdı. Bütün baxışlar mənə zillənmişdi, çünki hamı belə hesab edirdi ki, mən işlərin içindəyəm, mən bolşeviklərin agentiyəm. Mən tərəddüd etmədən bildirdim ki, vəziyyətdən yeganə ağıllı və düzgün çıxış yolunu hakimiyyəti Azərbaycan kommunist partiyasına verməkdə görürəm. Bu təklif müsavat fırqəsi tərəfindən qızğın ehtirazla qarşılandı, digər firqələr bu təklifi öz fırqələrində müzakirə etmək arzusu ilə susdular və yalnız Səfıkürdlü və deyəsən bir də Ağamahoğlu oradaca razılaşdılar. Sonra müzakirələr partiyalarda apanidı və mənim rəhbərliyimlə danışıqlar üçün komissiya yaratmaq qərara alındı. Mən bu komissiyanın tərkibini yada salmaq istəyirəm. İttihadçılardan Qarabəyov, müsavatdan Rəsulzadə, sosialistlərdən Səfıkürdlü və Ağamahoğlu, daha kimsə ikinci dərəcəli partiyalardan var idi. Səlahiyyətlərə malik olan Həmid Sultanovun şəxsində Azərbaycan kommunist partiyası ilə danışıqlara girdik. Komissiyada Qarabəyov, Səfıkürdlü, Ağamahoğlu bir qədər müzakirə apardıqdan sonra mənim təklifimə qoşuldular, baxmayaraq ki, Qarabəyov H.Sultanova bir sıra etirazlar etdi, ancaq son nəticədə onların şərti ilə razılaşdı. Tək Rəsulzadə axıradək əleyhinə oldu, komissiya danışıqların nəticəsini Parlamentin fırqə rəhbərlərinin müşavirəsinin müzakirəsinə çıxardı, orda da təqribən eyni vəziyyət yarandı. Parlamentin rəsmi yığıncağında (artıq bu vaxt zirehli maşınlar Biləcəriyə yaxınlaşmışdılar) Parlamentin əksər üzvləri yerlərində deyildilər, komissiyanın təklifi əksəriyyət tərəfindən qəbul olundu. Hökumətin və müsavatm dalğmhğı artdı, fərdi müşavirədə müqavimət imkanları barədə (bir neçə hökumət və müsavat üzvü bu məsələni qoymuşdular) hərbi nazir Mehmandarov bildirmişdi ki, o saat yanmdan artıq müqavimət göstərmək gücündə deyil və özü də komissiyanın təklifi ilə danışıqsız razılaşmağı məsləhət görmüşdü. Başqa hərbçilər də

267

vardı və başqalan da hansı ki, Bakıya cavab verdiklərini bəyan edirdilər, donanma və artilleriyanın hazır dayandığını bildirirdilər və buradaca aydın oldu ki, donanma artıq bolşeviklər tərəfmə keçib. Qısa şəkildə demək istəyirəm ki, nəyə görə İttihad müsavatdan əvvəl güzəştə getmişdi... Müsavatçılar Antantanın nəzərindən düşməmək üçün Türkiyədən bir az kənarlaşmağa çalışırdılar. Türklər deyirdilər ki, qırmızı ordu ilə danışırlar, yaxud danışıblar, sonuncu ancaq Azərbaycandan keçməklə Türkiyəyə köməyə getmək istəyir. Xəlil paşanı az qala bu əməliyyatın komandanı təyin ediblər. Bütün bunlann sözsüz ki, müəyyən təsiri vardı. Sonra İttihad partiyası görünür kommunistlər barədə pis təsəvvürə malik idi, onların gücü və qüvvəsi barədə. Onlara elə gəlirdi ki, düşmənləri müsavatla müqayisədə bu müvəqqəti qüvvədir... Müsavat rəhbərləri. Rəsulzadə və Yusifbəyli daha yüksək dərəcədə savadlı siyasətçilər idilər... Sovetləşmədən sonra, kütlə bolşevik quruluşunun nə demək olduğunu bildikdən sonra nə baş verdi. Müsvatm onları nə gözlədiyini yaxşı bilən fəal xadimləri (Rəsulzadə, Yusifbəyli, Ağayev, Rüstəmbəyov, Xasməmmədov, Mustafa Vəkilov) dərhal gizləndilər, bununla da müxalifətə keçdilər. Ancaq ziyahlann əksəri}^əti ilk günlər sual qarşısında qalmışdılar, yeni hakimiyyətin onlara nə gətirdiyini bilmirdilər, yenə də dağıntılar baş verəcək, yenə də yerli hakimiyyət olacaq, yoxsa hər cür müstəqillik ləğv edilir, antirus işinə görə intiqam alınacaqmı və s. və i... Gəncə üsyanı hökuməti bir sıra sərt tədbirlərə əl atmağa məcbur etdi, böyük həbslər aparıldı, güllələnmələr oldu. Sonra məşhur soyğunçuluq həftəsi gəldi. Partiyaların əvvəllər elan olunmuş açıq fəaliyyəti ləğv olundu və partiyalar aradan götürüldü. Bütün müəssisələr milliləşdirildi, mənzillərin azaldılması və s. Bununla yanaşı türk ziyahlannın çox cüzi şəkildə təmsil edildiyi yeni idarələr yaradıldı. Həmin vaxt məlumdur ki, xüsusi araşdırma aparılmadan hamı işə qəbul edilirdi. Bir neçə idarədə şüurlu, yaxud şüursuz olaraq, yerləri xüsusi adamlar və qeyri-türk ziyalılar tuturdular, türk ziyahlannın üzünə qapılar bağlanmışdı...”

M.Hacınskinin bu fikirlərini şərh etməyə, yaxud nəsə əlavə etməyə əslində heç bir ehtiyac yoxdur. Çünki milli hökumətin məhvinə aparan bolşevik siyasətinin nəyə görə baş tutduğunu,

268

çevrilişin nəyə görə reallaşdığını həmin qeydlər bəzi məqamlarda subyektiv olsa da, hərtərəfli açıb göstərir. Özü də hökumətin təhvil verilməsi təklifi ilə çıxış etdiyini gizlətməyən bir şəxsin müstəqil Azərbaycan dövlətinin süqutundan 10 il sonra 27 aprel gününü saxtakarlıqla inqilab hesab edən kommunistlərin əksinə olaraq açıq şəkildə çevriliş adlandırması, çəkinmədən türk ziyalılarının sıxışdırılmasından danışması onun sovet rejiminə münasibətindən xəbər verirdi.

Məmmədhəsən Hacınskinin 1920-ci ilin aprelindən sonrakı dövrdə hansı sıxıntılar keçirdiyini aşağıdakı faktlar da sübuta yetirir:

“1923-cü ildə Zaqafqaziya dövlət ticarətdə işləyən Rüstəmbəyov M.D.Hüseynovdan İstanbula getmək tapşırığı aldı. Mənə izah etdi ki, oradakı mühacirləri geri qayıtmaq üçün dilə tutmaq tapşırığı alıb. Hüseynov da dedi ki, onu bu məqsədlə göndərir. Mən dedim ki, doktor Rüstəmbəyov Şəfi bəy Rüstəmbəyovun qardaşı olsa da, heç bir nüfuza malik deyil, onun təbliğatına bir neçə adamı çıxmaqla çətin kimlərsə, cavab versin. O dedi ki, cəhd göstərmək də pis deyil. Doktor Rüstəmbəyovu mən 20-ci ildən Bakıdan tanıyırdım, o, mən nazir olanda müavinim idi. O, onda qardaşı ilə fikir ayrılığına malik idi və mənə Rusiyaya neft göndərməkdə çox köməklik etmişdi. O, Rusiyaya münasibətdə mənim xəttimi müdafiə edirdi. 1922.-Cİ ildə mən Tiflisə gələndə, o, işə qəbul olmaq haqqında ərizə göndərmişdi. Mən razılaşdım və onu Zaqdövticarətə göndərdim... Mən bilirdim ki, o İstanbulda müsavatçılarla, o cümlədən Rəsulzadə ilə görüşəcək, mən xahiş etdim ki. Rəsulzadə ilə onun məni söyməsi və haqqımda kitabda, dövrü mətbuatda dərc etdirdiyi böhtanlarla bağlı danışsın. Guya “mən satılmışam və Azərbaycanı bolşeviklərə satmışam”. O qayıtdıqdan sonra mən soruşdum və cavab verdi ki, bütün müsavatçılar əmindirlər ki, mən qırmızı ordunun hücum edəcəyi günə, saata qədər bilmişəm və qəsdən onları xəbərdar etməmişəm, buna görə də məni xəyanətkar hesab edirlər... Müsavatçılar sovetləşmədən sonra Bakıda yayıblar ki, mən bolşeviklərə satılmışam. Bolşeviklərlə mənim yaxınlığımın bütün digər izahları mənə zərrə qədər təsir edə bilməz. Buna görə də mən buna xüsusi əsəbi şəkildə reaksiya verdim, mən daim əzab

269

çəkmişəm, tarix birdən məni “satqın” kimi qeydə alar, mənim gözümün qabağına gəlir ki, rüsvayçı ləqəb uşaqlarımın, bütün gələcək nəslin həyatına daxil olacaq. Mən əzab çəkirdim və bilmirdim ki, bu rüsvayçılığı necə yuyum, necə dağıdım...

Mənim Zaqxarici ticarətə daxil oduğum ərəfədə mühəndis Məlikaslanov işləmək üçün Təbrizə göndərildi. O, əvvəl mənə, hələ mən təyin edilmədiyimə görə isə sonra Teymur Əliyevə müraciət etmişdi və o, onu xaricə göndərmişdi. Məlum oldu ki, onu orada işə buraxmayıblar. O, etiraz əlaməti olaraq, bir sıra məktub və teleqramlar göndərmişdi. Məlikaslanova geri qayıtmaq təklif olundu. O qayıtmadı və orada qaldı, mühəndis kimi İran xidmətinə girdi. Bir qədər keçdikdən sonra keçmiş konsul Kav- Büronun adına uzun bir məktub göndərdi ki, Məlikaslanov müsavatçıdır və onu mən Türkiyə hakimiyyəti və müsavatçılarla əlaqə yaratmaq üçün göndərmişəm. Bu məktubu yoldaş Myasnikov mənə göstərəndə mən dərhal tələb etdim ki, qoy bu iş araşdmlsm, ya mən, ya konsul cəzalandınisın. Mənə söz verdilər və görünür araşdırıldı, konsul buraya gəldi və y.Myasnikov və Nərimanov işi tamam ləğv etdilər, konsul işdən çıxanidı. Onda mən Təbrizə Vançyanı göndərdim.

...Müxtəlif təbəqələrdə və müxtəlif ziyalı qruplarında narazılıq sovet hakimiyyətinin siyasətinə və bolşeviklərin proqramına görə meydana çıxırdı. Ziyalıların milliyətindən asılı olmayaraq, sinfi mənsubiyyətinə görə iri kapitalistlərə, mülkədarlara, tacirlərə məxsus olanları və onların xidmətçiləri çox nadir istisnalarla sovet hakimiyyətinin əleyhdarları idilər. Siyasi partiya nümayəndələri də həmçinin. Ancaq ziyalılann bir hissəsi bitərəflər, yaxud partiyadan aynlanlar hökumətin bu və ya digər addımı ilə razılaşmasalar da loyal mövqe tuturdular.

Azneftdə işlər müdiri Serebrovski gedəndən sonra M.Y.Cəfərov oldu. Sonra Nərimanbəyli nə işləyirdi bilmirəm, təchizat şöbəsinə Mehdiyev baxırdı, orada Mahmudbəyov Ağalar bəy işləyirdi, Məlikaslanov mühəndis kimi dəvət olunmuşdu.

...1922-ci ilin mayından 1925-ci ilin sentyabrına qədər olan mərhələnin başlanması iki hadisə ilə üst-üstə düşürdü: Zaqfederasiyanm təşkil olunması, təsərrüfat sahəsində isə Y eni İqtisadi Siyasətin və təsərrüfat hesabının həyata keçrilməsi.

270

Federasiya ideyası müxtəlif respublikalar və müxtəlif təbəqələr tərəfindən müxtəlif cür qarşılandı. Buna Azərbaycanın müstəqilliyinin ləğv edilməsinin birinci mərhələsi kimi baxırdılar. Belə mülahizə yürüdürdülər: əvvəl Azərbaycan Zaqafqaziyanın, sonra Zaqafqaziya Rusiyanın tərkibində əriyir. Başqa dəlillər də gətirilirdi. Varlı Azərbaycan kasıb səhmdarlar istəmir. Başqa təmayül də vardı. Kommunist B.Şahtaxtmskinin fikrincə, Azərbaycan yaxşı olar Rusiyanın tərkibində başqa qonşu türk rayonları ilə birləşsin. Mən iki səbəbə görə bunun qəti əleyhinə oldum: 1.Azərbaycan birmənalı şəkildə velikorus şovinizmi tərəfindən yeyilmək riskinə gedir. Mən görürdüm və Azərbaycanın müqavimət göstərəciyinə inanmırdım. Zaqfederasiya şovinizmə qarşı daha möhkəm dayana bilərdi. 2.Zaqafqaziya respublikalarının iqtisadi bağlılığı o qədər güclüdür ki, gec-tez bu respublikalar birləşəcəklər. Bu iqtisadi tərəfi mən Nərimanova izah etdim, o mənim fikrimi soruşdu. Mən bəyan etdim ki, Zaqfederasiyanm ən qatı tərəfdarıyam. Federasiya əleyhinə ən güclü təmayül Gürcüstanda idi. Onlar deyirdilər ki, Gürcüstanın Rusiyadan tamamilə ayrılmaq şansı Azərbaycandan çoxdur. Azərbaycan öz nefti ilə elə bir tikədir ki, Rusiya ondan heç vəchlə imtina etməyəcək... Federasiya Azərbaycanı tamamilə Rusiyanın quberniyasına çevrilməkdən xilas edəcək”.

Ancaq bolşevik cəza orqanının nələrə qadir olduğunu şəxsi taleyində hiss etmiş M.Hacmski ifadəsində hərdən siyasət işlətməyə, yaxud fikirlərini dolayısı ilə deməyə məcbur idi. Belə məqamlara əsaslanaraq, yaxud onlardan çıxış edərək onun bütün fəaliyyətinə qara yaxmaq, bir sıra xidmətlərini danmaq nə dərəcədə düzgün olardı. Yəqin bu sualın ritorika xatirinə deyilmədiyi, tarixə obyektiv yanaşmaq istəyindən irəli gəldiyi ilə oxucu da razılaşar. M.Hacmski öz səhvini, tərəddüd və büdrəmələrini özü nəinki etiraf edirdi, hətta olub-keçənlərə görə özünü qınayırdı da. Bütün bunlara baxmayaraq, ondan rejimə açıq- aydın düşmən olduğunu göstərməsini tələb etməyi, yaxud istintaqla əlaqəli manevrlərinə başqa don geyindirməyi düzgün münasibət saymaq olmaz və bu məsələyə tarixi kontekstdə yanaşılması, istənilən halda obyektivliyin gözlənilməsi prisnipləri ilə də uyğun gəlmir. Ona görə də aşağıdakı sözləri M.Hacmskinin

271

hansı şəraitdə və nə üçün dediyi azı ədalətli olmaq naminə mütləq nəzərə alınmalıdır. Özü də əksər hallarda Hacınski belə ifadələri rejimin mahiyyətini daha çılpaqlığı ilə açıb göstərmək xatirinə deyir, sanki həmin sözləri əvvəlcədən söyləməsi ilə özünü müdafiə edirdi.

“...Mənim sovet hakimiyyəti ilə fikir ayrılığım rejimin ümumi əsaslarına aid deyildi. Burada ayn-ayn məqəmlarla bağlı narazılıqlar vardı və taktiki narazılıqlar. Mənim əsas narazılığım Azərbaycana münasibətdə yeridilən siyasət və təcrübə idi. Velikorus şovinizminin hücuma keçməsi, yerli hakimiyyəti simasızlaşdıran, Azərbaycan ziyalılarını əzən, kaloniyalaşdırma yolu ilə türk əhalisini milli azlığa çevirməyə çalışan, nə mümkündür qoparmaq, nə lazımdır verməmək idi. Bu Azərbaycan hakimiyyətinin hərəkətsizliyi, yerli türk olmayan türklərə qarşı düşmən ovqatda olan elementlərin dəstəklənməsi zəminində yeridilən və onlara sərf edən siyasət idi. Bu hallarla mübarizədə mən iqtisadi zəmində, məndən keçən məsələlərə təsir göstərməklə mübarizə aparırdım. İkinci günahım bu olub ki, mən ziyalılarla çoxsaylı görüşlərdə və söhbətlərdə sovet hakimiyyətini tənqiddən qalmamışam və öz növbəmdə bəzən əksinqilabi və fəal söhbətlərə münasibət bildirməmişəm, bu barədə sovet hakimiyyətini xəbərdar etməmişəm... Məlikaslanov əqidəsinə görə tam millətçidir, sovetləşməyə qədər heç bir partiyaya daxil olmayıb. Politexnikumun professoru kimi türk bölməsi üçün çox iş görüb. Mən onunla Cülfa-Bakı dəmiryolunun və elektrik stansiyasının tikintisində əlaqədə olmuşam. Birincidə mən onunla razılaşıb kömək etmişəm, ikincidə isə razılaşmamışam. O, gürcü ziyalıları arasında böyük əlaqələrə malikdir. Cülfa-Bakı dəmiryolunun təşəbbüskarı və qurucusu. O, bu məsələni qəzalarda yaşayan türk əhalisinin rifahını yaxşılaşdırmaq və Naxçıvan diyan ilə Azərbaycanı birləşdirmək məqsədilə qaldırdığını izah edirdi. Sonuncu işlərindən biri kimi iqtisadi rayonlaşdırma barədə işini qeyd edə bilərəm.

Şabanov, onunla Plan komitəsində işləyərkən tanış olmuşdum. Çox ağıllı adamdır, Azərbaycan hökumətində böyük inam qazanıb. Keçmiş eser, ancaq millətçi. Öz partiyası ilə əlaqəsi barədə mənə heç nə demirdi. Bir vaxtlar onun vəziyyəti

272

ağırlaşmışdı və mənə deyirdi ki, Azərbaycandan getmək istəyir. Mən onu Tiflisdə işə düzəltmək istədim.

Ordubadski passiv adam idi. Mən həmişə belə hesab edirdim ki, o da mənimlə eyni təmayüllüdür, məsələlərə jnənim kimi münasibət bəsləyir...

Kənd təsərüfatı sahəsində. Azərbaycanın kənd təsərrüfatında başlıca məqam boş, suvarılmayan torpaqların (Muğan, Mil) fıravanlaşdırılmasıdır. Hamıya çar hökumətinin bu çölləri rus əhalisinin köçürülməsi ilə kaloniyalaşdırmaq siyasəti məlumdur. Sovetləşmədən sonra bu siyasətin təkrarlanması təhlükəsi yaratmışdı. Bizim qərarımız bu idi ki, meliorasiyaya ayrılan vəsaiti ilk növbədə mövcud sistemlərin yenidənqurulmasma yönəltmək, onları türk əhalisi ilə məskunlaşdırmaq. Biz ittifaqın başqa rayonlarından köçürülmənin əleyhinə idik...”

Yaxud Zaqafqaziya DSİ-nin şöbə rəisi İvan Pumisə yazdığı məktubda olduğu kimi: “Mən nə mənəvi, nə fiziki rüsvayçılığa davam gətirə bilmədim. Həyatdan gedəndə də mən israrımda davam edirəm ki, mənim bütün günahım çərənçiliyimdən ibarət olub. Hərəkətlərim və işimlə mən proletariata xəyanət etməmişəm. Ancaq kimi günahlandırmaq olar. Sizi müstəntiq kimi günahlandıra bilmərəm, çünki siz qəlbə inana bilməzsiniz. Qəlbin fotoşəkilini çəkmək olmaz. Yalvanram, mənim əleyhimə olan bütün ifadələri son dərəcə dəqiqliklə yoxlayıb, təhlil edəsiniz. Siz əmin olarsınız ki, güman edilən günahlarda mənim təqsirim yoxdur”. Məmmədhəsən Hacınski.

Məmmədhəsən Hacınskinin 3 yanvar 1931-ci ildə verdiyi ifadə isə vaxtılə sovet rejiminin Azərbaycana qarşı hansı məkrli niyyətlərlə yaşadığını bir daha açıqlamaq baxımından əhəmiyyət daşıyır. Bu ifadədən aydın olur ki, Azərbaycanın paytaxtını dəyişmək istəyən kommunistlər sonrakı mərhələdə onu neytral bir şəhər kimi Rusiyaya birləşdirmək fikrində idilər.: “Mən Azrbaycanın ikinci həqiqi paytaxtı Gəncə şəhrinin hazırlanmasının tərəfdarı idim və belə hesab edirdim ki, Azərbaycan Bakısız da istənilən qədər varlı və bol ölkədir. Bu barədə söhbətlərdə mən Məlikaslanovdan həmişə mənfi cavab eşidirdim. O, Bakıdan heç vəchlə imtina etmək olamaz mövqeyində idi və deyirdi ki, Avropa Azərbaycanı yox, Bakı şəhərini tanıyır, bu nəhəng iqtisadi və

273

mədəni bazadır... İqtisadi rayonlaşdımıada da bizim baxışlarıtmz fərqlənirdi.”

Əslində ikinci paytaxt ideyasının baş tutması Bakını təcrid edib, qoparmaq ideyasının həyata keçirilməsində birinci mərhələ olmalı idi və bunu vaxtında başa düşən Azərbaycan ziyaldan imperiyanın həmin arzusuna qarşı bacardıqları qədər mübarizə apardılar və sonrakı mərhələlərdə bu ideyanın reallaşdırılmasının xoşagəlməz nəticələr verəcəyini hiss edən imperiya ondan əl çəkdi.

20 yanvar 1931-ci ildə isə istintaqa verdiyi hütün ifadələrin qısa icmalına qol çəkdirilən M.Hacınskidən 25, 27 yanvar və 1 fevral 1931-ci il tarixlərdə yenidən ifadə alınır. Ancaq daha yeni bir şey deyilmədiyinimi, yaxud ağırlaşmaqda olan xəstəliyini nəzərə alıb onu bir də dindirmələrə, üzləşdirmələrə cəlb etmədilər. İki ay sonra isə Azərbaycan Xalq Cümhuriyyətinin daha bir naziri repressiya məngənəsində həyatını başa vurmağa məcbur edildi. Sovet imperiyası müstəqil Azərbaycandan daha bir intiqamını M.Hacınskinin şəxsində almış oldu.

274

Cümhuriyyət hökumətlərinin

dəyişməyən yeganə naziri - Xudadat bəy

Məlikaslanov

Xudadat bəy Ağa oğlu Məlikaslanov (1879-1935) Azərbaycan Xalq Cümhuriyyətmin mövcud olduğu dövr ərzində fəalİ3^ət göstərmiş beş hökumətin hamısında Yollar naziri postunu tutmuşdur. Azərbaycan Respublikasının görkəmli dövlət və ictimai xadimi, yüksək intellektə malik şəxsiyyət olan. Xudadat bəy Məlikaslanov 1879-cu ildə Şuşa qəzasında bəy ailəsində dünyaya gəlmişdir. Belə yüksək təbəqəyə məxsus ailənin övladı olduğu üçün hərtərəfli təhsil almaq imkanı olan Xudadat Şuşa realnı məktəbinə daxil olur və 1899-cu ildə oranı bitirir. Ali təhsilini isə Peterburq Yol Mühəndisliyi institutunda birinci dərəcəli diplomla başa vurur. Bu vaxt Voloqda Petrozavodsk dəmiryolu çəkilirdi. Bununla əlaqədar bir sıra tələbə yoldaşlan kimi o da institutu bitirib 6 ay Peterburqda işləməyə məcbur olur. 1905-ci ilin əvvəlində Tiflisə köçən Xudadat bəy burada Zaqafqaziya dəmir yolu idarəsində işləyir. İşə stansiya rəisinin köməkçisi kimi qəbul olunan bu gənc mütəxəssis daha sonra Zaqafqaziya dəmir yolunun ən ağır və dağlıq hissəsi sayılan Suram aşırımı keçidində yol xidməti rəisinin müavini, bir qədər sonra isə rəisi təyin edilir. Bu dövrdə mükəmməl biliyini əvəssiz təcrübə ilə zənginləşdirən

275

X.Məlikaslanovun Peterburqda nəşr olunan jurnallarda 4 elmi məqaləsi dərc edilir və təmsil etdiyi sahədə bir ixtiraçı kimi məşhurlaşmağa başlayır. Bir müddət keçəcək və bu istedadlı mühəndis dəmir yolu texnikası sahəsində yeni ixtiraların müəllifi kimi dünyada tanınacaq və bu sistemdə uzun illər məsul vəzifələr tutacaqdı. Bütün bunlarla yanaşı Xudadat bəyi qarşıda talenin başqa sürprizləri, amansız sınaqlar da gözləyirdi. Belə sərt sınaqlardan birinə o, 1920-ci ilin oktyabr ayında məruz qaldı.

1920-ci ilin aprelindən sonra adı milli hökumətlə hər hansı şəkildə bağlı olan, başqa sözlə desək 1918-ci ilin mayından -1920- ci ilin 27 aprel gününə qədər ömür sürmüş ilk Cümhuriyyətimizin dövlət qurumlarında təmsil edilmiş bütün şəxslərin barəsində yeni quruluşun mahiyyətinə və məramına uyğun tədbirlər görülməyə başlanıldı. 27 aprel gününün səhərindən etibarən işə salınmış

repressiya maşını özünün ilk .... qurbanlarını məhz həmin

adamların arasında axtardı. Dövlət və Hökumət rəhbərlərindən tutmuş, adi məmura qədər bir nəfər də kənarda qalmadı. Bu şəxslərin bir hissəsi sui-qəsd yolu ilə aradan götürüldü, bir hissəsi 11 - ci ordunun qaniçən cəlladları tərəfindən dərhal güllələndi, həbsə alındı, kimlər də amansız cəza qorxusu altında daimi təqiblərə məruz qoyuldu. Haqqında belə “tədbir” görülənlər sırasında Azərbaycanın yollar naziri, parlamentin üzvü Xudadat bəy Məlikaslanov da var idi.

Xudadat bəy Məlikaslanov Azərbaycanda aprel

çevrilişindən sonra qısa bir

K . A . Mç.ımi!;aciiaHOR

MHHHCTp

276

müddət ərzində zahirən sərbəst buraxılsa da, əsl həqiqətdə çevrilişin ilk günlərindən onu da izləyir, hər bir hərəkətinə və davranışına göz qoyurdular. Məqsəd çox sadə idi. Müstəqil dövlətin ən uzunmüddətə nazir olmuş nümayəndəsini həbs edərkən ona qarşı əksinqilabi fəaliyyətlə bağlı ittiham irəli sürülməsi üçün əlavə faktlara və dəlillərə malik olmaq. Əlbəttə, əslində belə fakt və dəlillərə heç ehtiyac da yox idi, çünki əvvəl 11-ci ordunun külli ixtiyar xüsusi şöbəsi, sonra Az.SSR Fövqəladə Komissiyası və nəhayət Xalq Daxili İşlər Komissarlığı istədiyi adama qarşı istədiyi ittihamı irəli sürə, barəsində istədiyi hökmü çıxara bilərdi. Hətta birinci mərhələdə öz cinayətkar hərəkətlərini hakimiyyət dəyişikliyi pərdəsi altında yerinə yetirən qan içən cəlladlar, Pankratov və onun köməkçiləri heç bir ittiham irəli sürmədən yüzlərlə, minlərlə insanı, xalqın say-seçmə nümayəndələrini güllələyərək Azərbaycanın milli genefonduna ən ağır, sağalmaz zərbələr.vurdular. Ancaq Xudadat bəy Məlikaslanov kimi heç bir vaxt açıq siyasi fəaliyyətlə məşğul olmamış, hökumətin tərkibinə hansısa fırqənin daxilində deyil, fərdi şəkildə təqdim olunma yolu ilə təyin edilmiş, həqiqi peşəkar olan şəxsləri asanlıqla ittiham etmək, günahlandırmaq mümkün deyildi. Buna görə də, planlaşdırılmış cəzanın verilməsi üçün müəyyən müddət gözləmək və irəli sürüləcək ittihamın “əsaslandıniması” üçün yeni faktlar toplamaq lazım idi. Bu məqsədlə Xudadat b.əy Məlikaslanov haqqında müxtəlif üsullarla, o cümlədən onun əvvəllər iş yerlərindən arayışlar alınmaqla məlumatlar toplanırdı.

Bu məqsədlə istintaq işinə əlavə edilmiş Az.SSR Xalq yollar komissarlığı tərəfindən 14 iyul 1920-ci ildə verilmiş bir vəsiqədə göstərilir ki, “Xudadat Məlikaslanov Yollar komissarlığında qeydiyyatdadır, ixtisası dəmiryolçudur. Ümumi şöbə rəisi və kargüzar. №1876”.

Və daha neçə bu tipli sənəd... 11-ci ordunun xüsusi şöbəsinin Azərbaycanda çox qısa

müddətdə törətdiyi qanlı cinayətlərin davam etdirilməsi məqsədilə atılmış növbəti addımlardan biri 1920-ci ilin oktyabr ayında onlarla millətsevərin, o cümlədən Xudadat bəy Məlikaslanovun həbsə alınması oldu. 1920-ci il 31 oktyabnnda imzalanmış 2373 saylı

'77

həbs kağızı əsasında 308 saylı order yazıldı və xüsusi şöbə tərəfindən İsayev soyadlı bir şəxsə Xudadat bəy Ağa oğlu Məlikaslanovun həbs edilməsi tapşırıldı. Həmin əməkdaş öz vəzifə borcunu operativ surətdə yerinə yetirərək, Xudadat bəyi həbsə alır və istintaqa onun barəsində belə bir məlumat da çatdırır: “Ailəsi var, bitərəfdir. Yol mühəndisliyi institunu bitirib”.

Xalqa saxta vədlər verməklə onun milli hökumətini devirib, yalan və zorakılıq üzərində öz hakimiyyətini qurmaqdan çəkinməyən bolşeviklərin xislətindən irəli gələn riyakarlıq istintaq materiallarının elə ilk səhifəsindəcə özünü açıq-aydın göstərir. Belə ki, Xudadat bəy Məlikaslanov 30 oktyabrda həbs edildiyi halda onun həbs ilə bağlı order bir gün sonra, oktyabrın 31 -də imzalanmışdır. Dediklərimizi istintaq-arxiv işində saxlanılan 109 saylı anket də təsdiq edir.. Həmin anketdən aşağıdakılar qeyd olunub: “Xudadat bəy Ağa oğlu Məlikaslanov. Anadan olduğu yer Gəncə quberniyasının Şuşa qəzası, 1879-cu il təvəllüdlü, milliyyəti azərbaycanlı, türk, 42 yaş, Peterburqda yol mühəndisliyi institutunu bitirib, qohumları - anası Minə, Bakıda yaşayır, arvadı Mariya, Bakıda yaşayır, musiqi ilə məşğul olur, heç bir partiyanın üzvü olmayıb, iş yeri Zaqafqaziya dəmiryolu, sahə rəisi. Məlikaslanov 1.03.1917-ci ildən dəmiry'olu sahəsində komissar vəzifəsində və sonra nazir işləyib, heç bir əmlakı olmayıb, məsuliyyətə cəlb edilməyib, hərbi xidmətə çağrılmayıb, 30 oktyabr 1920-ci ildə, xüsusi şöbənin orderi ilə İrəvan küçəsi ev 5- də həbs edilib. 11-ci ordunun komendantı Uvarov.” Blankın yuxarısında qeydlər var: R.or.№57, d.№l 17, post.№14, qr.6-ə por.№28..

“Heç bir əmlakı olmayıb” ömrünün 4 ilə yaxın bir dövrünü yüksək vəzifələrdə keçirmiş bir şəxsin xalqa təmənnasız və ləyaqətlə xidmət göstənnəsini sübut etmək üçün bu faktdan tutarlı dəlil gətirmək bəlkə də mümkün deyil. Çünki Xudadat bəy haqqında həmin sözləri onun silahdaşları, yaxınları, yaxud tədqiqatçıları yox, əleyhdarları, xalqa xidmət baxımından əqidə və mənafe düşmənləri qeyd ediblər. Yəqin oxucularımız belə bir qənaətlə də razılaşarlar ki, Xudadat bəy Məlikaslanov kimi insanlar hansı dövrdə və mühitdə yaşamalarından asılı olmayaraq

278

ən yaxın ətraflarından belə fərqlənmiş, öz vəzifə səlahiyyətlərindən şəxsi mənafeləri üçün istifadə etmədikləri üçün çoxlannın həsəd apardığı sözübütöv şəxsiyyətlər sayılmış, hamının yanında daim başlarına uca tutmuşlar. Və nə qədər ki, hazırda öz müstəqilliyini yenidən bərpa etmiş və bütün sahələrdə onu möhkəmləndirməyə çalışan Azərbaycanımızda bu gün dövlət orqanlannda işləyənlərin əksəriyyəti bu cür əqidə sahibi deyil milli tərəqqiyə gedən yolumuz o qədər ağır və məşəqqətli olacaq. Mətləbdən uzaqlaşmadan belə bir faktı təkrar yada salaq ki, Xudadat bəy Məlikaslanovun Cümhuriyyət dövrü hökumətində fasiləsiz surətdə eyni nazirlikdə nazir postu tutması yalnız onun peşəkarlıq keyfiyyətləri və intellektual səviyyəsi ilə bağlı deyildi, bu həm də onun necə deyərlər, mənəvi təmizliyi, yuxarıda qeyd olunan təmənnasızlığı, dövlət mənafeyini hər şeydən üstün tutması, vəzifə səlahiyyətindən sui-istifadə etməməsi ilə əlaqədar idi.

İstintaq-arxiv işində saxlanılan başqa bir sənəddə göstərilənlər də Xudadat bəyini 920-ci il oktyabr ayının 30-da həbs edildiyini təsdiq edir. “RSFSR 11-ci ordu yanında İnqilabi Hərbi Şuranın xüsusi şöbəsinin fəal hissəsinin (aktivnaya çast) 308 №-li orderi 30 oktyabr 1920-ci il Xudadat bəy Ağa oğlu Məlikaslanov həbsi və axtarış üçün. Xüsusi şöbənin rəisi, fəal hissənin rəisi”.

Həbs olunduğu 30 oktyabr 1920-ci ildə Xudadat bəy Ağa oğlu Məlikaslanovun mənzilində axtanş apanlır və heç nə tapılmır. Axtarışda İ.İsayevlə bərabər Klenjevskaya Klavdiya və İvan İqnatyev iştirak ediblər.

Xudadat bəy Ağa oğlu Məlikaslanovun 11-ci ordu yanında İnqilabi Hərbi Şuranın xüsusi şöbəsinin açdığı PS 20219 saylı istintaq işinin üstündə belə bir qeyd var “y.Mudrak, xüsusi şöbə, order №308”.

20-ci ildə onlarla məşhur həmvətənimizi cəza orqanının ilk sərt tədbirləri ilə üz-üzə qoymuş, dövlət və siyasi xadimlərimizi məhv etməklə genefondumuza vurulan yaralarda “müstəsna” xidmətlər göstərmiş Mudrak soyadı oxucuya yəqin ki, yaxşı tanışdır. Pankratov kimi cəlladın tabeçiliyində fəali)^ət göstərmiş bu qaniçənin milliyətini dəqiq bilməsək də, istintaq-arxiv işlərini

279

nəzərdən keçirəndə bir həqiqətə şübhə etmirsən, o da türklərə qarşı əsl erməni xisləti ilə mübarizə aparıb.

Xudadat bəy Məlikaslanov yollar naziri kimi 1919-eu ilin iyun ayının 9-da xarici müdaxilə və daxili təzyiqlər qarşısında qalmış Azərbaycanda milli hakimiyyəti möhkəmləndirmək, ölkənin müdafiəsi ilə bağlı məsələləri hərtərəfli və operativ surətdə həll etmək məqsədilə yaradılmış Dövlət Müdafiə Komitəsinin (DMK) üzvü, şəxsi nüfuz və iş qabiliyyətinə görə isə həmin Komitədə sədrin müavini olub. Azərbaycan Xalq Cümhuriyyətinin çox ağır bir dövründə müstəsna səlahiyyətlərə malik belə bir orqanın təşkil edilməsi qısa bir müddət ərzində özünü doğrultdu. DMK ölkə həyatının ən mühüm sahələri üzrə vəziyyətə hərtərəfli nəzarət etməklə gənc dövlətin bütün potensialının strateji məqsədlərin həyata keçirilməsinə istiqamətləndirə, xüsusilə müdafiə məsələləri ilə bağlı qəbul edilmiş qərarlann operativ surətdə yerinə yetirilməsinə, bu sahədə vahid siyasi xəttin hazırlanması və yeridilməsinə nail oldu. Sözsüz ki, bütün bu işlərin görülməsində Xudadat bəy Məlikaslanovun da iştirakı var idi. O, sədr müavini kimi öz müstəsna səlahiyyətlərindən istifadə etməklə DMK-nın digər üzvləri ilə bərabər ölkənin müdafiə qüdrətinin artırılması, Azərbaycan dövlətinin möhkəmləndirilməsi istiqamətində bir sıra təxirəsalınmaz tədbirlərin yubadılmadan həyata keçirilməsi, hökumətin ayrı-ayrı nazirlikləri arasında qarşılıqlı əlaqələrin yaradılması üçün çalışırdı. Məhz bu mühüm dövlət orqanının gərgin və səmərəli fəaliyyətinin nəticəsi idi ki, 1919-cu ilin sonlanna doğru Azərbaycanda hərbi qurumlann və digər müdafiə məsələlərinin təşkili sahəsində xeyli iş görülmüş, Muğanda və Lənkəranda milli hakimiyyətin dayaqları kifayət qədər möhkəmləndirilmiş, gənc respublikanın hakimiyyət qummlannm ilk aylarda, yaxud müstəqilliyin nisbətən əvvəlki dövrlərində fəaliyyətə başladıqları ərazilərdə isə vəziyyət tam nəzarət altına götürülmüş, ölkəyə müxtəlif istiqamətlərdən gözlənilən müdaxilələrin qarşısının alınması üçün bir sıra zəruri addımlar atılmışdı. Əlbəttə, bu ardıcıl tədbirlər sonrakı dövrlərdə, xüsusilə 1920-ci il ərzində də eyni səviyyədə davam etdirilsə idi, Azərbaycan dövlətçiliyinin qorunub saxlanılması üçün daha

280

müvafiq imkanlar əldə edilə və əlverişli şərait yaradıla bilərdi. Aneaq çox təəssüf ki, bolşeviklərin milli xəyanətkarlıq mövqeləri və onların ölkə daxilindəki hakimiyyəti zorla ələ keçirmək səylərinə 11-ci ordu tərəfindən dəstək verilməsi nəticəsində Azərbaycan Parlamenti dövləti təslim etmək məcburiyyəti qarşısında qaldı.

Xudadat bəy Məlikaslanov rəhbərlik etdiyi sahədə işin ümumi təşkili ilə kifayətlənmir, təbiətən tərəqqiyə, yeniliyə meylli şəxs kimi Azərbaycanda yolların, xüsusilə dəmiryollarının tikilməsində, müasir layihələrin hazırlanıb həyata keçirilməsində israrlı təşəbbüslər göstərirdi. Dövlət büdcəsinin müdafiə tədbirləri sahəsində ən mühüm işlərin görülməsinə yetərli vəsaitlər ayrılmasına kifayət qədər qadir olmadığı bir vaxtda Xudadat bəy hökumət qarşısında yol tikintisi və bərpa işləri üçün böyük həcmlərdə kreditlər ayniması təşəbbüsləri qaldırırdı. Təbbi ki, ölkənin qan damarları sayılan dəmiryolları şəbəkəsinin yaradılmasında hökumət bu nadir mütəxəssisin tövsiyyələrini imkan daxilində nəzərə alır, Azərbaycanın gələcəyinə istiqamətlənmiş bu strateji addımlan dəstəkləyirdi.

19 mart 1919-cu ildə Nazirlər Şurasında Xudadat bəy Məlikaslanovun Culfa-Bakı dəmiryolunun tikintisinin davam etdirilməsi ilə bağlı məruzəsi dinlənilmiş və hökumət tərəfindən bu dəmiryolunun birinci variantda tikintisi üçün parlamentə müvafiq qanun hazırlayıb təqdim etməsi və 100 milyon həcmində kredit ayrılmasını xahiş etməsi qərara alınmışdı (ARDA, f.895, S.3, iş 165, s57).

Nazirlər Kabinetinin sədri Nəsib bəy Yusifbəyli 5 may 1919- cu ildə şəxsən Hərbi nazirə çatdırılmalı olan 102 saylı məxfi məktubunda yazırdı: “Zati Aliləri, Sizin 21 aprel tarixli 1664 saylı raportunuza uyğun olaraq. Sizə bildirirəm ki, raportda deyilənlərlə mən şərikəm. Təcrübəli şəxsin (dəmiryol mühəndisi) ezam olunmasına gəlincə, Azərbaycan dəmir yollarının səfərbərlik planının tərtib edilməsi üçün mənim tərəfimdən belə bir şəxsi tapıb Sizin sərancammıza ezam etmək tapşırığı verilmişdir. Bakı ş”.

281

Xudadat bəy yol mühəndisi kimi nadir mütəxəssis və ixtiraçı idi. Qeyd etdiyimiz kimi o, institutu bitirdikdən sonra I917-ci ilin martına qədər Peterburqda və Tiflisdə dəmiryol nəqliyyatı sistemində işləmiş, mühəndis ixtiraları ilə məşhurlaşmışdı. Artıq böyük təerübəyə malik olmasını nəzərə alıb, 1917-ci ilin martında onu Müvəqqəti hökumətin Zaqafqaziya dərhiryolu üzrə səlahiyətli nümayəndəsi təyin etmişdilər. 1917-ci ilin noyabrından 1918-ci ilin mayına qədər isə Xudadat bəy Məlikaslanov Zaqafqaziya Federativ Respublikasının Zaqafqaziya komissarlığında yollar naziri olmuşdu. Bunların heç biri təsadüfi uğurlar, yaxud başqa səbəblərlə bağlı təyinatlar deyildi. Bu uğurlar onun mütəxəssis kimi özünütəsdiq etməsi, başqalarından ən azı bir boy uca olması və çox çətin bir dövrdə son dərəcə məsuliyyətli bir sahənin işi bilən bir şəxsə həvalə edilməsi zərurətinin meydana çıxardığı qanunauyğun nəticələr idi.

Xudadat bəy ixtisası ilə birbaşa bağlı olmayan sahələrdə də böyük xidmətlər göstərməyə qadir bir şəxs idi. Təsadüfi deyildi ki, 1919-cu ilin aprelində Nazirlər Şurasının sədri Nəsib bəy Yusifbəylinin göstərişi ilə latın əlifbasına keçilmək üçün yaradılmış xüsusi komissiyaya məhz o rəhbərlik etmişdir. Xudadat bəyin rəhbərliyi altında fəaliyyət göstərmiş bu komissiya səmərəli işləmiş parlamentə latın əlifbasına keçməklə əlaqədar layihə təqdim etmişdir. Təəssüf ki, bir sıra təşəbbüslər kimi məlum səbəblərlə bağlı olaraq bu layihənin də müzakirəsi yarımçıq qalmışdır.

5829 №-li arxiv işindən daha bir səhifə. Az. çeka əməkdaşları tərəfindən 7 noyabr 1920-ci ildə istintaq

işi üzrə müttəhim kimi dindirilən Xudadat bəyin bildirdikləri əsasında Protokol tərtib edilir “adı Xudadat, soyadı Məlikaslanov, yaşı 42, mənşəyi bəy, yaşayış yeri Bakı şəhəri İrəvan küçəsi ev 5, ailəli, daşınmaz əmlakı yoxdur (sənədin yuxarısında karandaşla rus dilində qeyd var - Bail türməsi, xəstəxanada 17 noyabrdan), bitərəf, siyasi əqidəsi - sosial marksisit və harada oxuduğu, işlədiyi barədə qeydlər verilmiş, işin mahiyyəti üzrə aşağıdakı ifadə alınmışdır: “Mən hakimiyyətdə vəzifə tutarkən bolşeviklərə xeyirxah münasibət göstərmişəm, mənim

282

yanımda Əli Bayramov və Çingiz İldırım xidmət etmişlər. Mən ruspərst olmuşam.”

Daha sonrakı qeydlərindən aydın olur ki, o, iş adamı kimi siyasətlə az maraqlanmış, təqribən 1919-cu ilin dekabnnda Dövlət Müdafiə Komitəsinə onun tərəfindən Azərbaycan əks- kəşfiyyatının ləğv edilməsi (əksinqilab ilə mübarizə təşkilatı adlanan) haqqında məruzə təqdim olunmuşdur. “Belə ki, bu orqan tərkibində sosialistlər olmadığı və quberniyalarda fəaliyyət göstənnədiyinə görə ləğv edilməli idi. Qərara alındı ki, bu orqan ləğv edilsin və hərbi aparatın tərkibində yaradılsın. “İttihad” partiyasının kommunistlərlə fikir ayrılıqlarının nəzərə alın- mayacağı təqdirdə sonuncuları müdafiə edəcəyim qərarı düzdür. “İttihad” partiyasının əsas rəhbəri Qarabəyovla mən Behbud bəy Cəvanşirin mənzilində 2-3 dəfə görüşmüşəm. “İttihad” partiyasının üzvü olmamışam və keçmiş tarixi barədə heç nə bilmirəm. Məmməd Rəsul İsmayılovu tanımıram. Siyasi baxışlarıma görə beynəlmiləlçiyəm və sosialist-marksistəm. Hər yerdə sosializm prinsiplərini yeritmişəm. Həbs edildiyim vaxtdan 4 ay əvvələ qədər evdən nadir hallarda, ən zəruri iş dalınca və sağlamlığımdan asılı olaraq çıxmışam”.

Bununla da bütün dindirmələr başa çatdırılır və Xudadat bəyin adı bir də Cümhuriyyət hökumətinin başqa bir naziri Ə.Pepinov həbs edildikdən sonra onun ifadəsində çəkilir. Pepinovun “Əksinqilabi millətçi təşkilatın Sizə məlum olan üzvlərini sayın” sualına cavab verərək Məmməd Həsən Hacmski, Firuz Ordubadski, Rza Şabanov, Şamo Naxçıvanski, Çingiz İldırım, Mahmudbəyov, Bilyarbəyovla yanaşı Xudadat bəy Məlikaslanovun da adını çəkir. Ancaq növbəti ittihamlar üçün əsas olacaq bu ifadə artıq gecikmişdi. Çünki iki ilə yaxın bir müddət idi ki, Xudadat bəy Məlikaslanov həyatda yox idi.

Xudadat bəyin yuxarıda özünü müdafiə məqsədi ilə dediklərinə gəlincə isə, ilk əvvəl onu bildirək ki, 11-ci ordunun xüsusi şöbəsinin və Az.çekanın tüğyan etdiyi bir dövrdə yalançı qəhrəmanlıq göstərilməsi dərhal güllələnmə ilə nəticələnə bilərdi. İkinci tərəfdən Xudadat bəy həqiqətən də, 1901-1904-cü illərdə RSDP-nin üzvü olmuşdu və sonrakı dövrdə hər cür siyasi təmayüldən uzaq durmasına baxmayaraq, belə bir ağır məqamda

283

özü barəsində siyasi baxışlarına görə “beynəlmiləlçiyəm və sosialist-marksistəm” deyəndə heç bir riyakarlığa yol vermirdi. Əksinə bu təbiətinə xas bir uzaqgörənliklə və onu heç vaxt yanıltmamış fəhminin gücü ilə hansı rejimlə qarşılaşdığmı duymaq, ətrafında nələr baş verdiyini düzgün qiymətləndirmək bacarığı idi. Bütün bunlann məhz belə olduğunu sonrakı proseslər də sübuta yetirdi. İki ifadə arasındakı zaman kəsiyində Xudadat bəyin özünəbəraət, Ə.Pepinovun isə məcburiyyət qarşısında əksinqilabçı millətçilər sırasında Çingiz İldırımın adım çəkməsi sadəcə

KaÖMHCT MHitMCTpoıı AP

zamanın gərdişinin dəyişməsi ilə deyil, bolşevik xisləti, rejimin mahiyyəti ilə izah olunmalıdır və o, bu mahiyyəti ilk gündən görmüşdü. Dünənə qədər öz siyasətini yeritmək üçün milli qüvvələrə qarşı qoyaraq istifadə etdiyi Çingiz İldırım bu gün bolşevik sovet rejiminə lazım deyildi, indi onun özü də düşmən idi. Çünki rus-erməni qaragüruhunun millətin başına 20-ci illərdə gətirdiyi müsibətlərin birbaşa iştirakçılarından olmuşdu və 30-cu illərdə həmin proseslərin nə məqsədlə davam etdirildiyindən xəbərdar idi.

284

Əsl həqiqətdə, Xudadat bəy Məlikaslanov millətçi, yaxud, beynəlmləlçi idi. Yəqin bu suala ən obyektiv cavabı onun müasirləri verə bilərlər. Belə şəxslərdən biri uzun müddət onunla bərabər çalışmış Məmmədhəsən Hacınski 29 dekabr 1930-cu ildə verdiyi ifadədə aşağıdakıları bildirirdi:

“Məlikaslanovu müsavat hökuməti dövründən tanıyıram. Qatı millətçidir, 1919-cu və 1920-ci illərdə bolşeviklərlə saziş əleyhinə mübarizə aparıb və 28 apreldə bolşeviklərə qarşı silahlı müqavimət göstərmək tərəfdarı olub. Mən Dövlət Plan komitəsinə gələndə o, sənaye və nəqliyyat bölməsinin sədri idi. Bundan əlavə o, Zaqafqaziya dəmiryolunun idarə heyətinin üzvü, ASSR-in əksər müəssisələrində məsləhətçi idi, ASSR ali müəssisələrində böyük nüfuzu vardı və etibar edilirdi... 1926-cı ildə ASSR Xalq Komissarları Şurası məni Azərbaycan Dövlət Plan komitəsinə sədr təyin etmişdi, ancaq mən razılaşmadım və S.Orconikidzenin vasitəsi ilə qərann dəyişdirilməsinə nail oldum. İmtinanın səbəblərindən biri bu idi ki, mən gərək Məlikaslanovu kənarlaşdıra idim. Onu dəmir yol və şosse yollanmn tikintisi, elektrikləşdirmə və su təsəiTÜfatı maraqlandmrdı. O çox inadcıl və səbatlı adam idi, çoxları ilə məsləhətləşməyi sevirdi, ancaq həmişə özü bildiyi kimi edirdi. Onun bütün xalq təsərrüfatı məsələlərinə yanaşması dar milli məhdudiyyət dairəsində qalmırdı, hər bir addımı, hər bir tədbiri gələcək müstəqil Azərbaycanın mənafeyi naminə qiymətləndirirdi. Bu onun tərəfindən deyilirdi, yaxud fəaliyyətindən görünürdü, o, bu barədə məndən çox irəli getmişdi.Bir sıra faktlan mən əvvəl göstərmişəm. 1928-ci ildə Kislovodskda mənimlə Volqa-Don kanalının layihəsi barədə danışarkən, o, dedi ki, bu kanalın Azərbaycanın gələcəyi üçün böyük əhəmiyyəti var. Bu kanal neft məhsullarını xarici bazara çıxarmaqda bizi Gürcüstanın asılılığından xilas edir. Belə bir söhbəti də xatırlayıram. Mən qatı rus millətçisi kimi tanıdığım professor Vasilyevə və onun əməkdaşlarına çox şübhəli yanaşırdım. Onun Muğanın və Milin suvarılması ilə bağlı işləri məndə ora mslann köçürülməsi ilə bağlı ciddi narahatlıq yaradırdı. Mən bu barədə Məlikaslanova dedim. Məlikaslanov Vasileyvə çox yaxşı münasibət göstərirdi. O dedi ki, layihə heç kimə mane

285

olmur və gələcəkdə bu hazır bir sistemdir. Şabanov da bu cür fikirləşirdi.

Bu da Azərbaycanın gələcəyi ilə bağlı idi ki, Məlikaslanov bir neçə dəfə mənimlə söhbətində bizim siyasi dostlarımız olduqlan üçün Gürcüstan ziyalıları ilə yaxın əlaqələr qurulması zərurətindən danışmışdı.

Milli məqamlar Məlikaslanov üçün başlıca stimul idi. Culfa- Bakı dəmir yolunun tikintisi də yadımdadır, o, bu işi müsavat hökuməti dövründən başlamışdı. Sovetləşmə dövründə bir müddət o ancaq bu işlə məşğul idi. Sonrakı dövrdə də, sonadək bu işin əsl ilhamçısı və vətənpərvəri idi. O, həmişə deyirdi: bu yolun tikintisinin vacib milli məqamı təkcə ondan ibarət deyil ki, bu dəmir yolu Azərbaycanın ucqar əyalətlərinə getmək imkanı verəcək, həmçinin Naxçıvanı Azərbaycanla yaxınlaşdırıb, birləşdirəcək. Bu baxışlarla bütün ziyalılar, o cümlədən mən də şərik idim. Naxçıvanla bağlı bir dəfə şayiə yayıldı kı, onu ASSR- dən ayrı olduğu üçün Ermənistan SSR-lə birləşdirmək təklifləri olub. Bundan əlavə Məlikaslanov Cülfa-Bakı dəmiry-olu haqında Azərbaycanın xarici bazara çıxışı kimi söhbət açırdı. O, dəmir yolu xətlərinin haradan keçməsi məsələsinə də milli yanaşmışdı. Məsələn, 0 mənə demişdi ki, Yevlax-Şuşa dəmir yolunun o elə istiqamətdən keçməsini planlaşdırır ki, əvvəllər, fərdi kompaniyalar tərəfindən inqilaba qədər Saruxanovun (erməni) çəkdiyi layihəni dəyişdirsin və xəttin Ağdamdan, türk rayonlarından keçməsinə nail olsun. Suvarma məsələlərində də hamımız kimi o da məsələyə milli mövqedən yanaşırdı.”

M.Hacınskinin 22 dekabrda istintaqa verdiyi ifadədən isə aydın olur ki, Məlikaslanov yüksək səviyyəli, bacarıqlı müliəndis kimi öz ixtisası ilə birbaşa bağlı olmayan sahələrin inkişafı ilə əlaqədar həlledici söz demək səlahiyyətinə malik şəxs olub. Onun məsləhəti və tövsiyyələri olmadan hər hansı addım atılmasına risk edilməyib: “Azhidromərkəzin” tikintisinə dair hələ 1927-ci ildə eskiz layihələrin bütün variantları hazır idi. Ancaq işə başlanmamışdı, çünki Məlikaslanov Tərtər variantını Dağlıq Qarabağ muxtar vilayətində yerləşdiyi üçün istəmirdi... Nuxa barama fabrikinin tikintisi onun təşəbbüsləri sayəsində baş tutmuşdu...

286

Məncə, bu məqamlar həm mütəxəssis, həm də şəxsiyyət kimi müasirlərinin əksəriyyətindən yüksəkdə dayanan Məlikas- lanovun milli mənafelərə sonadək sadiq qaldığını və öz millətinə bağlı olduğunu əyani surətdə nümayiş etdirir və əslində əlavə nəsə deməyə ehtiyac qalmır.

Digər həbs edilənlərin barəsində materiallar da toplanmış işin lap sonuneu səhifəsində isə belə bir qərar var: “1926-cı il iyunun 15-də mən Əks-Kəşfiyyat Təşkilatı 1-ci şöbəsinin müvəkkil köməkçisi Ostapov 11-ci ordunun istintaq hissəsi üzrə istintaq materiallanna baxaraq belə hesab edirəm ki: bu işlər lazım olmadığı üçün aşağıda göstərilən şəxslərin qeydiyyata alınması ilə URSO arxivinə təhvil verilsin: l.Məlikov Fərzulla oğlu, 2. Mirzə Əliyev, S.Zülfüqar Mirzəyev (11-ci ordunun xüsusi şö- nin hərbi müstəntiqi Koribut-Daşkeviç “İttihad”çılarm işinə baxaraq, ikinci dindimıədə Az.FK-dan alınan materiallar əsasında müəyyənləşdirib ki, Az.FK-nın ’60 saylı gizli agentidir və o, anlaşılmazlıq ucbatından həbs edilib. Ona görə də müstəntiq onun təcili həbsdən azad edilməsi qərannı çıxarır.), 4.Xudadat bəy Məlikaslanov, S.Əliheydər Abbasov, 6.Kərbəlayı Mirzə Cavad oğlu, 7.Əli Bəhri oğlu, S.Hüseyn Qasımov, 9.Rəşid Fəxrəddin (Türkiyə vətəndaşı), lO.Həsən Hacı oğlu Əlibəyov”. Sənədi Əks- Kəşfiyyat Təşkilatının rəisi təsdiq edib. İşdə cəmi 188 səhifə var. İşdə bununla da bütün qeydlər bitir. Xudadat bəyə və qeyrilərinə hansı müddətlərdə cəza verildiyi və işə hansı orqan, yaxud məhkəmə tərəfindən baxıldığı qaranlıq qalır. Yalnız başqa mənbələrdən öyrənə bildik ki, Xudadat bəy həmin vaxt həbsdən azad edilmiş və 1930-cu ildə yenidən cəza orqanlarının yadına düşmüşdür.

“Azərbaycan Cümhuriyyəti sənədlər və materiallar 1918- 1920-ci illər” məcmuəsində Xudadat bəy Ağa oğlu Məlikaslanov (1879-1935) barəsində əlavə olaraq aşağıdakı qeydlər verilib. 1920-ci ilin aprelindən sonra sovet müəssisələrində rəhbər vəzifələrdə çalışıb, müəllim işləyib. 1926-1930-cu illərdə Az.MİK-in üzvülüyünə namizəd seçilib. 1930-cu ildə isə yenidən represssiya olunub və həbsdə ölüb.

287

Xudadat bəyin çalışdığı həmin müxtəlif müəssisələrdən biri - 1921-ci ilin əvvəllərində əvvəlcə şöbə müdiri, som'a isə komitə sədri işlədiyi Azərbaycan Dövlət Tikinti komitəsi idi. Sonra isə o, Azərbaycan Ali Xalq Təsənüfatı Şurası yanında dəmir yolu tikintisi idarəsinin rəisi və şuranın məsləhətçisi, 1924-30-cu illərdə Azərbaycan İnşaat İstitutunun dekanı olmuş, 1922-25-ci illərdə Zaqafqaziya Dəmir yolu idarəsinin və Azərbaycan Dövlət Plan komitəsinin sənaye-nəqliyyat tikinti bölməsinin, 1921-30-cu illər arasında eyni zamanda RSFSR və Azərbaycanın bir sıra elmi- texniki və mədəni-maarif təşkilatlarının, 1927-30-cu illərdə isə SSRİ Ali Xalq Təsərrüfatı Şurasının elmi-texniki kollegiyasının üzvü seçilmişdir.

Bizi xüsusilə maraqldandıran da məhz yuxarıda isnad etdiyimiz mənbədəki sonuncu qeyd oldu. “1930-cu ildə isə yenidən represssiya olunub və həbsdə ölüb.” MTN arxivində saxlanılan “Azərbaycan Milli Mərkəzinin işi” (RS-7525) və “Əksinqilabi Azərbaycan Milli Mərkəzinin işi üzrə yekun ittihamnaməsi” (RF-56) saylı işlərdən aydın olur ki, Xudadat bəy 1930-cu ildə Az. XDİK yanında Dövlət Siyasi İdarəsi tərəfindən həbs edilmişdir. “1924-cü ildə sovet hakimiyyətinə qarşı düşmən mövqedə dayanan millətçi əhval-ruhiyyəli ziyalıların bazası” əsasında yaranmış bu mərkəzin üzvləri arasında ittiham edilən Xudadat bəy Ağa oğlu Məlikaslanov (bu barədə E.Qocanın 2000- ci ildə “Şuşa” nəşriyyatında işıq üzü görmüş “Sibir dərsi” kitabında daha geniş söhbət açılmışdır) 30 sentyabr 1931-ci ildə mühkimə edilmişdir. Azərbaycan.SSR DSİ kollegiyasının məhkəməsi Milli Mərkəzin işinə baxaraq, Ə.Pepinova güllənmə, X.Məlikaslanova və digər tanınmış millətçi ziyalılara 10 il, bir qrupa isə 5 il və 3 il müddətinə azadlıqdan mərhum etmə cəzası kəsmiş, ölümü ilə əlaqədar M.Hacınskininin işini ləğv etmişdir. Ancaq bu hökmün çıxanimasından təqribən 4 ay somu Zaqafqaziya DSİ kollegiyası yanında məhkəmə “Azərbaycan Milli Mərkəzin işi”nə yenidən baxaraq, güllənməyə məhkum olunanların cəzasım 10 il işlə, Xudadat bəy Ağa oğlu Məlikaslanovun həbs cəzasını yanbayan azaldıb, 5 il işlə əvəz etmişdir.

288

ikinci dəfə həbs edilən X.Məlikaslanova qarşı aşağıdakı ittihamlar irəli sürülərək o, Az.SSR CM-in 64, 65, 66 və 68-ci maddələri üzrə cinayət törətməkdə ittiham olunmuşdur:

a. qarşısına sovet hakimiyyətini devirmək və milli-müstəqil Azərbaycan qurulması məqsədi qoymuş AMM-in əksinqilabi mərkəzi komitəsinin üzvü olmaqda;

b. AMM-in nüfuzlu nümayəndələrindən biri kimi təşkilatın xaricdən aldığı göstərişlərin yerinə yetirilməsində fəal iştirak etdiyinə görə;

V. ASSR-in dəmir yollarında və şosse yollannda ziyankarhq və təxribat işlərinə rəhbərlik etməkdə;

q. energetika sahəsində ziyankarhq həyata keçirdiyinə və bu məqsədlə Elektroenerxidə və Azneftdə və ASSR-in digər energetika bazalarında ziyankar qruplarla əlaqə yaratmaqla;

d. təşkilatın ziyankarhq və təxribat işlərində iştirak üçün yeni üzvlər eəlb olunmasında;

e. nəqliyyatda təxribat-pozuculuq mərkəzinin yaradılmasının rəhbərlərindən biri olmaqda;

j. Dövlət Plan komitəsində tutduğu vəzifədən istifadə etməklə ASSR-də təsərrüfatın bütün sahələrində planlaşdırma işlərində ziyankarhq törətməkdə.

Ancaq istintaqın bütün təzyiqlərinə baxmayaraq Xudadat bəy bu ittihamların heç birində özünü günalikar hesab etməmişdir.

Həmin dövrdə, daha dəqiq desək 1931-ci il aprel ayının 6- da verdiyi ifadədə Xudadat bəy aşağıdakıları bildirmişdi: “Azərbaycan türkləri arasında sosialist ideyalarına birinei (1901- ci il) inanan şəxs kimi mən belə hesab edirdim ki, insanların rifahı, bütün bəşəriyyətin rifahı ancaq xalqların birliyi, sosialist quruluşunun yaradılması ilə mümkün ola bilər. Mən Kommunist partiyası tərəfindən bu məqsədlə təklif edilən yola inanmırdım, (bəli, Xudadat bəy məhz inanmırdı, elə məsələnin mahiyyəti də burasında idi - L.Ş.) Mən qorxurdum ki. sonuncu yol məncə, həddən artıq insanların qurban verilməsi baxımından baha başa gələcək və bununla sosializm ideyalanm gözdən sala, xalqı ondan kənarlaşdıra bilər. Buna görə də uzun illər mən Qərb

289

sosialistlərinin bu istiqamətdəki fəaliyyətinə ümid bəsləmişəm. İndi öz səhvlərimi açıq etiraf edirəm”.

Ancaq bütün bunlarla yanaşı X.Məlikaslanov yuxarıda ona qarşı irəli sürülən ittihamlarda özünü günahkar bilmirdi. İlk bolşevik cəza orqanlarının layiqli davamçıları, Azərbaycanda müstəqillik ideyalarının əbədi susdurulması məqsədilə bir nəfəri deyil, yüz minləri sorğu-sualsız güllələməyə hazır olan imperiya qulları üçünsə onun nəyi etiraf edib, yaxud etmədiyinin fərqi yox idi.

Cümhuriyyət dövrü tarixinin ilk tədqiqatçılarından olan M.Əliyevin yazdığına görə, Xudadat bəy həbsdən “1933-cü ilin ortalarında azad olunmuşdur. O, həmin ilin sentyabrın 1-dən Azərbaycan Nəqliyyat İnstitutunda dəmir yolu kafedrasına və Azərbaycan İnşaat İstitutunda inşaat işinin təşkili kafedrasına rəhbərlik etmişdir. Texnika elmləri sahəsində ilk azərbaycanlı professorlardan biri olan X.Məlikaslanov 1934-cü ilin avqustunda əsassız ittiham edilərək yenidən həbs olunmuş və 1935-ci ilin iyulun 23-də vəfat etmişdir”. (“Odlar yurdu” qəzeti № 19, sentyabr 1989).

Özünü bəraət üçün beynəlmiləlçi və sosialist olduğunu söyləyən bir şəxsi millətçi ziyalı sayılaraq bundan sonra dalbadal iki dəfə həbs edilməsi təsadüfi idimi? Xudadat bəy millətçi, yaxud beynəlmiləlçi idi? İstintaq zamanı verdiyi həmin ifadə və cəmi üç il müddətinə sosial-demokrat partiyasının üzvü olması faktları istisna edilməklə, onun bütün həyatı millətçi olduğunu açıq surətdə ortaya qoymurmu? Yalançı beynəlmiləlçilər Xudadat bəy kimi millətini sevən, doğma Vətənin dirçəlişi yolunda əzmlə çalışan insanları repressiyaya məruz qoyaraq məhv edən, dünya proletariatını birləşdirmək uğrunda sərsəm ideyalarla nəfəs alan bolşeviklər idilər? On illərlə siyasi ittihamlarda ən qatı cinayət kimi səslənmiş millətçilik əslində qürur, iftixar hissi duyulacaq bir xidmət idi və Xudadat bəyə də tale öz millətinə belə bir xidmət göstərməyi qismət etmişdi. Axı insan öz valideynlərini, yaxud övladını başqasından az sevə bilərmi? Bilməz, elə millətçiliyin gücü də bu aksiyom kimi onun altemativsizliyindədir.

290

Ancaq bütün cəhdlərimə bamayaraq, hələlik Xwdadat bəyin üçüncü dəfə hansı ittihamlarla həbs edildiyi, kimlər tərəfindən dindirildiyi və ölməsinin səbəbləri barədə heç bir şey öyrənə bilməmişəm. Axtarışlan bir həqiqətə inamla davam etdirirəm, onun taleyinin bu son səhifəsi də nə vaxtsa aşkar olunub, xalqımıza çatdınlacaqdır. Həmin mə’lumatlann MTN arxivində, yaxud başqa arxivlərdə saxlandığına Xudadat bəyin taleyi ilə maraqlanan tədqiqatçı dostlarım da şübhə etmir və onların nə vaxtsa əldə olunaeağma inanırlar.

291

Qaynaqlar

1. Rəfıq Özdək “Türkün qızıl kitabı”, Bakı, “Yazıçı” ədəbi nəşrlər evi, 1996.

2. “Azərbaycan Demokratik Respublikası. Azərbaycan hökuməti 1918-1920”, Bakı,“Gənclik”, 1990.

3. “Azərbaycan Cümhuriyyəti sənədlər və materiallar 1918- ci 1920-ci illər”, Bakı, “Elm”, 1998.

4. ARDA, f.970, s l , i ş4 , v. 1-2. 5. ARDA, f.970, s l , i ş5 ,v . 1. 6. ARDA, f.895, sl, iş 29, v. 1. 7. ARDA, f.894, s7, iş 5, v. 50. 8. ARDA, f. 1046, s2, iş 38, V. 22. 9. “Azərbaycan” qəzeti, 1918-ci il 19 sentyabr. 10. “Azərbaycan” qəzeti, 1918-ci il 17 noyabr. 11. “Azərbaycan” qəzeti, 1918-ci il 6 dekabr. 12. “Azərbaycan” qəzeti, 1918-ci il 10 dekabr. 13. “Azərbaycan” qəzeti, 1918-ci il 15 dekabr. 14. “Azərbaycan” qəzeti, 1918-ci il 17 dekabr. 15. “Azərbaycan” qəzeti, 1918-ci il 21 dekabr. 16. “Azərbaycan” qəzeti, 1918-ci il 22 dekabr. 17. “Azərbaycan” qəzeti, 1918-ci il 24 dekabr. 18. “Azərbaycan” qəzeti, 1918-ci il 29 dekabr. 19. “Azərbaycan” qəzeti, 1919-cu il 11 fevral.

292

2143.

20. “Azərbaycan” qəzeti, 1918-ci il 23 mart. 21 “Azərbaycan” qəzeti, 1919-cu il 5 aprel. 22. “Azərbaycan” qəzeti, 1919-cu il 23 may. 23. “Azərbaycan” qəzeti, 1919-cu il 3 avqust. 24. “Azərbaycan” qəzeti, 1919-cu il 28 avqust. 25. “Azərbaycan” qəzeti, 1919-cu il 9 noyabr. 26. “Azərbaycan” qəzeti, 1919-cu il 1 dekabr. 27. MİA AN Azerbaydjanskoy Nauçmy arxiv inventar №

28. “Odlar yurdu” qəzeti, 1989-cu il, № 1. 29. “Odlar yurdu” qəzeti, 1989-cu il, № 13. 30. ARDA f. 894, s. 10, iş 96, v. 30. 31. ARDA f. 894, s. 10, iş 124, v. 15-16. 32. ARDA f. 970, s. 1, iş 62, v. 78. 33. ARDA f. 894, s. 10, iş 99, v. 8-9. 34. ARDA f. 894, s. 4, iş 60, v. 69. 35. ARDA f. 894, s. 10, iş 99, v. 15. 36. ARDA f. 970, s. 10, iş 198, v. 1. 37. ARDA f. 894, s. 10, iş 99, v. 20-21. 38. ARDA f. 1054, s. 1, iş 4a, v. 2. 39. ARDA f. 894, s. 7, iş 5, v. 50. 40. ARDA f. 19, s. 3, iş 6, v. 4-6. 41 ARDA f. 19, s. 3, iş 203, v. 84. 42. ARDA f. 895, s. 3, iş 86, v. 18. 43. ARDA f. 895, s. 3, iş 165, v. 57. 44. ARDA f. 894, s. 2, iş 41, v. 27. 45. ARDA f. 970, s. 1, iş 226, v. 24. 46. MTN arxivi PR-19871 saylı iş. 47. MTN arxivi PR-20584 saylı iş. 48. MTN arxivi PR-36409 saylı iş. 49. MTN arxivi PR-25562 saylı iş. 50. MTN arxivi PR-27275 saylı iş. 51. MTN arxivi PR-12174 saylı iş. 52. MTN arxivi PR-41065 saylı iş. 53. MTN arxivi PR-28006 saylı iş. 54. MTN arxivi PF-56 saylı iş.

293

55. MTN arxivi PF-206 saylı iş. 56. MTN arxivi PS-7525 saylı iş. 57. MTN arxivi PR- saylı iş. 58. Gürcüstan Respublikası Dövlət Arxivi f. 13/51, s. 1, iş 83,

V. 20. 59. “Nağı bəy Şeyxzamanlının xatirələri”, Bakı, “Qartal”,

1997. 60. Əliağa Şıxlinski “Xatirələrim”, SSRİ EA, Moskva, 1944. 61. Məmməd Cəfərli “Siyasi repressiya və Azərbaycan

almanlarının taleyi”, Bakı, 1998. 62. Elşad Qoca “Cəllad etirafı”, Bakı, “Şuşa”, 1999. 63. Elşad Qoca “Sibir dərsi”, Bakı, “Şuşa”, 2000. 64. Ş.Nəzirli “Azərbaycan generallan”, Bakı, “Gənclik”,

1991. 65. Tadeuş Svyataxovski “Rusiya Azərbaycanı 1905-1920-

ci illər”, “Azərbaycan” jurnalı, 1989-cu il № 11. 66. Maqsud Mahmudzadə “Dünyanın bəzəyi Naxçıvan”,

Bakı, “Nicat” 1998. 67. İsmayıl Musayev “Azərbaycanın Naxçıvan və Zəngəzur

bölgələrində siyasi vəziyyət və xarici dövlətlərin siyasəti (1917- 1921-dillər)”.

68. Səməd Ağaoğlu “Babamın arkadaşlan”, İstanbul, 1957. 69. Rafael Hüseynov “Rəfıbəylilər”, Bakı “Azərbaycan”,

1996. 70. “Bednota” qəzeti, 1919-cu il 8 oktyabr № 15. 71. “İskra” qəzeti, 1919-cu il 7 fevral. 72. “Günay” qəzeti, 2000-ci il 26 fevral, № 8. 73. “Turan” qəzeti, 1955-ci il 21 fevral. 74. Hacıağa İbrahimbəyli “Səməd bəy Mehmandarov”,

Bakı, 1946.

75. “Bakinski raboçi” qəzeti, 1922-ci il 14 may.

294

MUNDƏRICAT

Giriş .............................................................................................. 3 Milli hökumətin baş memarı -

Fətəli xan Xoyski .................................................................... 8

Azərbaycanın ilk ordu generalı ................................................. 32

Görkəmli diplomat ..................................................................... 5 1 .

Sultanov qardaşları .......................................................................95

Rəfıbəylilərdən biri ................................................................... 123

Azərbaycan naziri, yoxsa, vahid Rusiya uğrunda mübariz . 15 6

Daşnak gülləsinin qurbanı ......................................................... 174

Camo bəy Hacmski ................................................................... 184

18 illik təzyiq və təqiblərin sonu .............................................. 210

Ona bəraəti zaman verdi ............................................................ 248

Cümhuriyyət hökumətlərinin dəyişməyən yeganə naziri - Xudadat bəy Məlikaslanov ...................................................275

Qaynaqlar ...................................................................................292

295

Lətif Şüküroğlu

(Lətif Şükür oğlu Babayev)

“Cümhuriyyət hökuməti

repressiya məngənəsində”

(Azərbaycan dilində)

1-ci cild

Nəşriyyat redaktoru S.Mustafayeva

Texniki redaktoru İ.Mahmudov Dizayner M.Rzayev Korrektoru G.Tağızadə

Yığılmağa verilmiş 02.06.2000. Çapa imzalanmış 20.06.2000.

Kağız formatı 60X84 1/16. Ofset çap üsulu ilə. Şərti çap vərəqi 18,5.

Sayı 1000. Sifariş 62. Müqavilə qiyməti ilə.

Şirvamıəşr, 2000.

Ünvan: Bakı. Badamdar qəs 77

Tel: 92-92-27

92-93-72

Zaman-3” mətbəəsi

Babək 2360-cı nmhalı ,̂———*■

can