19
Respublikanın ümumtə hsil məktəbl ərinin 6-c ı sinifl əri üçün “Fizika” dərslik komplekti əllifl ər: Mirzəli Murquzov Rasim Abdurazaqov Rövşən Əliyev Bakı: Bakı Nəşr, 2013. Dərslik komplekti il ə bağlı TQDK-ya daxil ol muş v ə açıq müzakirələrdə bildirilmiş qeydl ər, iradlar v ə təklifl ər əsasında hazırlanmış YEKUN RƏY

Respublikanın ümumtəhsil məktəblərinin · 2014-04-18 · həmçinin, tədris vahidlərinin sonunda kiçik summativ, yarımilliklərin sonunda böyük summativ qiymətləndirməyə

  • Upload
    others

  • View
    3

  • Download
    0

Embed Size (px)

Citation preview

Page 1: Respublikanın ümumtəhsil məktəblərinin · 2014-04-18 · həmçinin, tədris vahidlərinin sonunda kiçik summativ, yarımilliklərin sonunda böyük summativ qiymətləndirməyə

Respublikanın ümumtəhsil məktəblərinin

6-cı sinifləri üçün “Fizika” dərslik komplekti

Müəlliflər: Mirzəli Murquzov

Rasim Abdurazaqov

Rövşən Əliyev

Bakı: Bakı Nəşr, 2013.

Dərslik komplekti ilə bağlı TQDK-ya daxil olmuş və açıq

müzakirələrdə bildirilmiş qeydlər, iradlar və təkliflər əsasında

hazırlanmış

YEKUN RƏY

Page 2: Respublikanın ümumtəhsil məktəblərinin · 2014-04-18 · həmçinin, tədris vahidlərinin sonunda kiçik summativ, yarımilliklərin sonunda böyük summativ qiymətləndirməyə

2

Yekun rəy aşağıdakı meyarlar əsasında formalaşmışdır:

1. Məzmunun işlənməsi baxımından;

2. Dil və yazı üslubu baxımından;

3. Dizayn və bədii tərtibat baxımından;

4. Tapşırıqların elmi-metodiki uyğunluğu baxımından;

5. “Müəllim üçün metodik vəsait”in (MMV-nin) məzmununun işlənməsi

baxımından.

1. Məzmunun işlənməsi baxımından

Dərslik komplekti dərslik və müəllim üçün metodik vəsaitdən ibarət olmaqla,

yeni təhsil proqramına (kurikulum) əsasən hazırlanmış ilk komplektdir. Dərslik 4

tədris vahidi üzrə (“Fizika nəyi öyrənir”, “Materiya”, “Maddə və onun xassələri”,

“Qarşılıqlı təsirlər və hərəkətlər”) 25 mövzunu əhatə etmişdir. Dərslikdə hər bir

mövzu üzrə “Maraqoyatma”, “Araşdırma”, “İzahlar”, “Bilirsinizmi”, “Mühüm

bacarıqlar”, “Bu maraqlıdır”, “Öyrəndiklərinizi tətbiq edin”, “Nə öyrəndiniz”,

“Açar sözlər”, “Öyrəndiklərinizi yoxlayın”, “Layihə”, “Ümumiləşdirici

tapşırıqlar” kimi təlim materialları verilmişdir. Dərsliyin sonunda “Əlavələr”

bölməsində verilmiş cədvəllər şagirdlərə tapşırıqları həll etməkdə köməklik göstərən

bir vasitədir.

Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş tədris

planına əsasən fənnin tədrisinə həftədə 1 saat olmaqla, 32 saat vaxt ayrılmışdır. Bura

həmçinin, tədris vahidlərinin sonunda kiçik summativ, yarımilliklərin sonunda böyük

summativ qiymətləndirməyə ayrılan vaxt da daxildir.

Dərslikdə verilmiş materiallarla yeni təhsil proqramına (kurikulum) əsasən 3

məzmun xətti üzrə əsas və alt standartların reallaşdırılması nəzərdə tutulmuşdur.

Materiallar elmilik, mövzular üzrə məqsədlərin dəqiqliyi, fəndaxili və

fənlərarası inteqrasiya mövcudluğu, fizika sahəsində şagirdlərin dünyagörüşünün, söz

ehtiyatının və nitq mədəniyyətinin formalaşması baxımından standartların

reallaşdırılmasına yönəlmişdir. Burada tapşırıqların mövzularla uyğunluğu, elmiliyi,

sadədən-mürəkkəbə prinsipinin gözlənilməsi, dil və ifadə tərzi şagirdlərin yaş

səviyyəsinə uyğunluğu baxımından təqdirəlayiqdir.

Bununla belə, dərslikdə müəyyən qüsurlar, dəqiqləşməyə ehtiyacı olan

məqamlar vardır:

Page 3: Respublikanın ümumtəhsil məktəblərinin · 2014-04-18 · həmçinin, tədris vahidlərinin sonunda kiçik summativ, yarımilliklərin sonunda böyük summativ qiymətləndirməyə

3

Səhifə 8-də 1-ci abzasda verilmiş cümlələr səhifə 13-də “Bilirsinizmi?”

bölməsində təkrarlanmışdır. Təkrarçılığa yol verilməməsi üçün bu rubrikanın

çıxarılması təklif olunur.

Səhifə 10-da verilmiş “Təbiətdəki bütün canlı və cansız varlıqlar (obyektlər)

fiziki cisim və ya cisim adlanır” cümləsinin “Təbiətdəki bütün canlı və cansız

əşyalar fiziki cisim və ya cisim adlanır” kimi verilməsi məsləhətdir. Çünki heç də

bütün varlıqlar cisim deyil. Məsələn, sahə varlıqdır, ancaq cisim deyil. Bu təklif

səhifə 39-a da aid edilir.

Səhifə 12-də dərsliyin rus dilində olan variantında verilmiş “İşıq hadisələri”

fikrinin tərcüməsi Azərbaycan dilində olan variant ilə üst-üstə düşmür. Buradan

“günəş şüalarının havadakı su damcılarından sınaraq 7 rəngə ayrılması” ifadəsi

çıxarılarsa və ya rus dilinə tərcümə olunarsa hər iki variantda fikir eyni olar.

Səhifə 16-da sonuncu cümlənin “Reaktiv hərəkət-qaz, buxar və s.-nin

yaratdığı təsirə əsaslanan hərəkətdir” deyil, “Reaktiv hərəkət-cisimdən bir hissə

müəyyən sürətlə ayrılaraq hərəkət etdiyi zaman onun qalan hissəsinin əks istiqamətdə

hərəkət almasıdır” kimi verilməsi məqsədəuyğundur. Çünki qaz, buxar və s.-nin

yaratdığı təsirə əsaslanan hərəkət reaktiv olmaya da bilər.

Səhifə 18-də “Araşdırma 1” bölməsində “Xətkeşin yerədüşmə qanunu”nun

yazılışı doğru hesab edilmir. Burada bir neçə əşyanın yerə düşməsinin şəkilini

vermək və “Cisimlərin yerə düşməsi hadisəsi” yazmaq daha düzgün olar.

Səhifə 20-də “Bilirsinizmi” bölməsində “İngilis fiziki Ceyms Maksvellin

formalaşdırdığı “Elektromaqnit sahə” nəzəriyyəsi klassik mexanikanın

tətbiqolunma sərhədlərini müəyyən etdi” cümləsinin “İngilis fiziki Ceyms Maksvell

“Elektromaqnit sahə” nəzəriyyəsini vermişdir” kimi verilməsi məsləhətdir.

Ümumiyyətlə, 6-cı sinif dərsliyində məşhur fiziklərin kəşf etdikləri mürəkkəb

nəzəriyyələrin adının verilməsinə ehtiyac duyulmur. Sadəcə bu alimlərin fizikanın

inkişafında böyük xidmətlərinin olduğunun qeyd edilməsi kifayətdir. Çünki həmin

nəzəriyyələrin adlarının açıqlanması 6-cı sinif şagirdlərinin yaş səviyyəsinə uyğun

deyil.

Səhifə 23-də sonuncu abzasda verilmiş “Uzunluğun vahidi metr, kütlənin

vahidi kiloqram və zamanın vahidi saniyə – metrik hesablama sistemini əmələ

gətirdi” cümləsindən “və zamanın vahidi saniyə” ifadəsinin çıxarılması tövsiyə

edilir. Çünki saniyə metrik hesablama sisteminə aid deyil.

Page 4: Respublikanın ümumtəhsil məktəblərinin · 2014-04-18 · həmçinin, tədris vahidlərinin sonunda kiçik summativ, yarımilliklərin sonunda böyük summativ qiymətləndirməyə

4

Səhifə 38-də “Nə öyrəndiniz” bölməsində “hadisələr və” ifadəsinin

çıxarılması təklif edilir. Materiyanın tərifinin “Kainatda mövcud olan bütün varlıqlar

materiya adlanır” kimi ifadə olunması məqsədəuyğundur. Çünki hadisə materiya

deyil, materiyanın xassəsidir.

Səhifə 42-də 3-cü abzasda verilmiş “Proton və elektronların mühüm xassəsi

onların elektrik yüklərinə malik olmalarıdır” cümləsindən sonra “Proton və

elektronun elektrik yükləri qiymətcə bərabər, işarəcə əksdir” cümləsinin verilməsi,

daha yaxşı olar. Həmin abzasın sonunda “Atom bütövlükdə elektrik yükünə malik

deyildir, çünki onu təşkil edən müsbət yüklü protonların sayı mənfi yüklü

elektronların sayına bərabərdir” cümləsi verildiyindən təklif edilən cümlənin əlavə

olunması məqsədəuyğundur.

Yenə həmin səhifədə son abzasda verilmiş cümlənin “Atomdan elektron

ayrılması və ya özünə əlavə elektron birləşdirməsi nəticəsində yaranan zərrəcik

ion adlanır” deyil, “Özünə elektron birləşdirən və elektron itirən atomlar ion

adlanır” kimi verilməsi daha düzgün olar və şagirdlər tərəfindən daha yaxşı başa

düşülər.

Səhifə 45-də mövzunun axırıncı abzasında verilmiş “Maddələr dörd halda

mövcuddur. Bunlar maddənin aqreqat hallarıdır: bərk, maye, qaz və plazma”

fikrinin səhifə 48-də üç müddəadan sonra verilməsi daha yaxşı olar. Çünki bu

anlayışlar növbəti mövzuda (“Maddənin aqreqat halları”) öyrənilir.

Səhifə 49-da “Nə öyrəndiniz” bölməsində son cümlədə “mühit” deyil, “qabın

bütün həcmi” verilərsə, daha yaxşı olar.

Yenə həmin səhifədə “Öyrəndiklərinizi yoxlayın” bölməsində 1-ci sualın

“Hansı maddənin molekullarını görmək olur?” kimi verilməsi düzgün deyil.

Çünki heç bir molekulu gözlə görmək mümkün deyil. Sual “Maddənin molekullarını

görmək olarmı?” kimi verilərsə, daha düzgün olar.

Səhifə 52-də mövzu ilə bağlı izahda “Maddələrdə baş verən bəzi fiziki

hadisələr molekullararası boşluqların olması ilə izah edilir” cümləsinin

“Maddələrdə baş verən bəzi fiziki hadisələr molekullararası boşluqların olması və

molekulların hərəkəti ilə izah edilir” kimi verilməsi və müvafiq olaraq səhifə 54-də

“Açar sözlər”ə “Molekulların hərəkəti” ifadəsinin də əlavə edilməsi məsləhətdir.

Həmin səhifədə dərsliyin rus dilində olan variantında son abzasda verilmiş

“Однако молекулы твердых тел не могут свободно поменять свое место,

поэтому между твердыми телами диффузия протекает очень медленно”

Page 5: Respublikanın ümumtəhsil məktəblərinin · 2014-04-18 · həmçinin, tədris vahidlərinin sonunda kiçik summativ, yarımilliklərin sonunda böyük summativ qiymətləndirməyə

5

cümləsinin “Однако, молекулы твердых тел не могут свободно поменять свое

место, поэтому диффузия в твердых телах протекает очень медленно” kimi

verilməsi məsləhətdir.

Səhifə 53-də 5-ci sətirdə verilmiş “Deməli, diffuziyanın sürəti maddənin

quruluşundan asılıdır” cümləsi dərsliyin rus dilində olan variantında öz əksini

tapmır. Məhz bu səbəbdən səhifə 54-də “Açar sözlər”də dərsliyin Azərbaycan və

rus dilində olan variantları arasında fərq yaranır. Verilmiş cümlə dərsliyin rus dilində

olan variantına əlavə olunarsa, “Açar sözlər”ə “Строение вещество” sözünün,

“Nə öyrəndiniz” bölməsinin sonuna isə “и ___” əlavə olunması məqsədəuyğundur.

Səhifə 54-də dərsliyin rus dilində olan variantında “Araşdırma 2” bölməsinin

ikinci bəndində verilmiş “Прижмите ватные шарики друг к другу и

подумайте над наблюдаемым явлением” cümləsinin “Прижмите ватные

шарики друг к другу” kimi verilməsi tövsiyə edilir.

Səhifə 54-də dərsliyin rus dilində olan variantında 3-cü sualın “Можно ли

стакан чечевицы ссыпать в чашу, заполненную горохом, не пересыпав

крупу через край?” kimi deyil, “Можно ли манного крупу ссыпать в чашу,

заполненную горохом, не пересыпав?” kimi verilməsi tövsiyə edilir.

Səhifə 54 və 57-də dərsliyin rus dilində olan variantında verilmiş

“Öyrəndiklərinizi yoxlayın” bölməsində yanlış fikirlərlə yanaşı düzgün fikirlərin də

verilməsi, uyğun olaraq 2-ci (səhifə 54) və 3-cü (səhifə 57) sualların isə “Найдите и

преобразуйте ошибочные утверждения в истинные” kimi verilməsi

məqsədəuyğundur.

Səhifə 61-də birinci abzasda verilmiş “Kütlə cismin ağırlıq dərəcəsini ifadə

edir. Cismin ağırlığı ondakı maddənin miqdarından asılıdır. Belə ki, cisimdəki

maddənin miqdarı nə qədər çox olarsa, o daha ağır olar” fikrinin “Kütlə cismin

ağırlıq dərəcəsini ifadə edir. Məsələn, içərisi dolu olan arabacığı yerindən

tərpətmək, boş arabacığı tərpətməkdən daha çətindir. Çünki dolu arabacığın kütləsi

boş arabacığın kütləsindən daha böyükdür” ilə əvəz edilməsi məqsədəuyğundur.

Yenə həmin səhifədə “Tərəzilərdə cismin kütləsi iridium və platin

maddələrinin ərintisindən hazırlanmış nümunənin-etalonun kütləsi ilə

müqayisə edilir” cümləsinin bu şəkildə verilməsi bütün çəki daşlarının iridium və

platindən hazırlanması fikrini yaradır. Bu fikirin “Kütlə vahidi olaraq platin və

iridium ərintisindən hazırlanmış etalon qəbul edilmişdir. Bu etalonun kütləsi 1 kq-

Page 6: Respublikanın ümumtəhsil məktəblərinin · 2014-04-18 · həmçinin, tədris vahidlərinin sonunda kiçik summativ, yarımilliklərin sonunda böyük summativ qiymətləndirməyə

6

dır. Həmin etalon Fransanın Sevr şəhərində saxlanılır (a). Tərəzilərdə cismin kütləsi

bu etalonun sürətləri ilə müqayisə edilir” kimi ifadə olunması məsləhətdir.

Səhifə 63-də “Öyrəndiklərinizi yoxlayın” bölməsində verilmiş “Müxtəlif

cisimlərin ağırlığı onların həcmlərinin böyük, yaxud kiçikliyindən asılıdırmı?”

sualının birmənalı cavabı yoxdur. Yəni müxtəlif cisimlərin ağırlığı onların

həcmlərinin böyük və ya kiçik olmasından asılı ola və ya olmaya da bilər.

Səhifə 68-də dərsliyin rus dilində olan variantında verilmiş “Температура–

физическая величина, которая количественно определяет степени

нагревания (или охлаждения) тел” cümləsinin “Температура–физическая

величина, определяюшая степень нагретости тела” kimi verilməsi

məqsədəuyğundur.

Həmin səhifədə dərsliyin rus dilində olan variantında axırdan ikinci abzasda

verilmiş “Наиболее часто используемых принцип действия термометров

основан на свойстве теплового расширения жидкостей” cümləsinin

“Принцип действия наиболее часто используемых термометров основан на

свойстве теплового расширения жидкостей” ilə əvəz edilməsi məsləhətdir.

Səhifə 69-da ilk termometr şkalasının Selsi tərəfindən təklif edilməsi mətndə

verildiyindən, Anders Selsi ilə bağlı şəkilaltı yazıda təkrar məlumatın yer alması

məqsədəuyğun hesab edilmir.

Səhifə 70-də “Araşdırma 2” bölməsində verilən tapşırığın ev şəraitində

aparılması məsləhət görülmür. Çünki evdə olan termometrlərlə isti suyun

temperaturunu ölçmək mümkün deyil.

Səhifə 71-də “Məsələlər” bölməsində 4-cü tapşırığı həll etmək üçün havanın

sıxlığının (3

1,29kq

m ) verilməsi tövsiyə edilir.

Səhifə 72-də 2-ci tapşırığın c bəndində “Su yeganə maddədir ki, təbiətdə üç

halda mövcuddur: buz ... , buxar ... və su isə onun ... halıdır” cümləsinin “Su

təbiətdə üç halda mövcuddur: buz ... , buxar ... və su isə onun ... halıdır” kimi

verilməsi məqsədəuyğundur.

Səhifə 75-də 1-ci abzasda verilmiş “Məsələn, yüksəklikdən sürüşən xizəkçi

Yerin cazibəsi nəticəsində sürətlənir, lakin qarın səthinə sürtünməsi onu

dayandırır” cümləsinin “Məsələn, yüksəklikdən sürüşən xizəkçi Yerin cazibəsi

nəticəsində sürətlənir, lakin qarın səthinə sürtünməsi onun sürətini azaldır” ilə əvəz

edilməsi məqsədəuyğundur.

Page 7: Respublikanın ümumtəhsil məktəblərinin · 2014-04-18 · həmçinin, tədris vahidlərinin sonunda kiçik summativ, yarımilliklərin sonunda böyük summativ qiymətləndirməyə

7

Yenə həmin səhifədə “Araşdırma 2” bölməsində verilmiş oyunun və şəkilin

mahiyyəti aydın deyil.

Səhifə 77-də şagirdlərin qravitasiya haqda bilgiləri olmadığı halda, ikinci

abzasda “Artıq bilirsiniz ki, kütləyə malik cisimlər ətrafında qravitasiya sahəsi

mövcuddur” cümləsi verilmişdir. Həmin abzasda “kütləyə malik cisimlər”

ifadəsinin “cisimlər” kimi verilməsi məsləhətdir. Çünki kütləyə malik olmayan cisim

mövcud deyil.

Səhifə 81-də verilmiş “Öz ətrafında maqnit sahəsi yaradan cisimlər maqnit

adlanır” cümləsinin “Uzun müddət maqnit xassəsini özündə saxlayan cisimlər

maqnit adlanır” ilə əvəz edilməsi məsələhətdir. Çünki heç də öz ətrafında maqnit

sahəsi yaradan bütün cisimlər maqnit hesab edilə bilməz. Məsələn, cərəyanlı naqil öz

ətrafında maqnit sahəsi yaradır, lakin maqnit deyildir.

Yenə həmin səhifədə axırdan ikinci abzasda 3-cü (“Dəmir filizi təbii

maqnitdir”) cümlənin çıxarılması, “Fizika laboratoriyalarında süni hazırlanmış

maqnitlərdən istifadə edilir” cümləsinin isə “Təbiətdə sabit maqnitlər mövcuddur.

Bəzi maddələrdə maqnit xassəsi yaratmaq mümkündür (məsələn, dəmir).

Laboratoriyalarda həmin maqnitləşmiş cisimlərdən istifadə edilir” kimi verilməsi

məsləhətdir.

Yenə həmin səhifədə sonuncu abzasda “Maqnitlərin uc hissələri maqnit

qütbləri adlanır” cümləsinin “Maqnit xassələri güclü olan hissələr maqnitin

qütbləridir” kimi verilməsi məqsədəuyğundur. Çünki kürə şəkilində də maqnitlər

olur.

Səhifə 86-da mövzu “İstilik hərəkəti” adlandırılmışdır, mövzunun adına uyğun

olaraq mətndə atom-molekulların istilik hərəkəti (məsələn, Broun hərəkəti və ya

diffuziya) haqqında yazılmalı olduğu halda, istilikvermənin növü olan konveksiya

haqqında izah verilmişdir. Həmin paraqrafda konveksiyanın izahı düzgün

verilməmişdir.

Səhifədə 89-da mövzu başlığının “Elektrik hərəkəti. Elektrik cərəyanı” deyil,

“Elektrik yüklərinin hərəkəti. Elektrik cərəyanı” kimi verilməsi tövsiyə edilir. Çünki

fizikada “elektrik hərəkəti” termini deyil, “elektrik yüklərinin hərəkəti” termini

mövcuddur.

Page 8: Respublikanın ümumtəhsil məktəblərinin · 2014-04-18 · həmçinin, tədris vahidlərinin sonunda kiçik summativ, yarımilliklərin sonunda böyük summativ qiymətləndirməyə

8

2. Dil və yazı üslubu baxımından

Dərslikdə verilmiş təlim materialları əsasən dil və yazı üslubu baxımından

şagirdlərin yaş səviyyəsinə uyğundur və sadə şəkildə yazılmışdır. Yeni termin və

sözlər izahı ilə verilmişdir. Bununla yanaşı, dərslikdə bəzi qüsurlara da rast gəlinir.

Bunlar aşağıdakılardır:

Səhifə 10-da 4-cü abzasda verilmiş “Ən sadə hadisələr belə, məsələn,

budaqdan qopan almanın yerə düşmə hadisəsində çoxlu sayda təbiət obyekti

iştirak edir: ağac, budaq, yarpaq, hava, Yer kürəsi” cümləsindən “yarpaq”

sözünün çıxarılması məsləhətdir. Çünki almanın yerə düşmə hadisəsində yarpaq

iştirak etmir.

Səhifə 13-də dərsliyin rus dilində olan variantında “Araşdırma 3” bölməsinin

3-cü bəndində “Заставьте посуду вращаться” deyil, “Приведите сосуд в

емкости вращательное” kimi verilməsi məqəsədəuyğundur.

Səhifə 14-də dərsliyin Azərbaycan dilində olan variantındakı “Açar sözlər”in

rus dilinə “Mexaniki hadisələr”–“Механические явления”, “İşıq hadisəsi”–

“Световые явления”, “İstilik hadisəsi”–“Тепловые явления”, “Səs hadisəsi”–

“Звуковые явления” kimi tərcümə olunması tövsiyə edilir.

Səhifə 22-də 3-cü abzasda verilmiş “Qısa uzunluqları ölçmək üçün baş

barmağın oynağının uzunluğundan–“düym”dən istifadə olunur” cümləsinin

“Qısa uzunluqları ölçmək üçün baş barmağının ucundan birinci oynağa qədər

məsafədən–“düym”dən istifadə olunur” kimi verilməsi məsləhətdir

Yenə həmin səhifədə 4-cü abzasda “Uzun məsafələr” ifadəsinin “Böyük

məsafələr” ilə əvəz edilməsi məqsədəuyğundur.

Səhifə 23-də mətnin 3-cü abzasında “və s.” ifasəsinin verilməməsi tövsiyə

edilir.

Səhifə 25-də “Nə öyrəndiniz” bölməsində verilmiş birinci cümlənin “Uyğun

ölçünü xarakterizə edən ____ və onun ____ müəyyənləşdirmək lazımdır” kimi

verilməsi məqsədəuyğundur.

Səhifə 27-də “Araşdırma 2”də “Nəticəni müzakirə edin” bölməsində 1-ci

sualın “Xətkeşlə ölçülən uzunluq hansı vahidlə ifadə olunur?” kimi verilməsi daha

doğru olar.

Həmin səhifədən başlayaraq dərsliyin rus dilində olan variantında işlədilmiş

“цена одного деления” ifadəsinin “цена деления” ilə əvəz edilməsi məsləhətdir.

Page 9: Respublikanın ümumtəhsil məktəblərinin · 2014-04-18 · həmçinin, tədris vahidlərinin sonunda kiçik summativ, yarımilliklərin sonunda böyük summativ qiymətləndirməyə

9

Səhifə 34-də 1-ci sualın qoyuluşunun düzgün olması üçün bir neçə fiziki

olmayan hadisələrin sadalanması məsləhətdir.

Yenə həmin səhifədə 4-cü bənddə verilmiş “yalan” sözünün “yanlış” sözü ilə

əvəz edilməsi məqəsədəuyğundur.

Səhifə 37-də ikinci abzasda 1-ci cümlənin “Hərəkət təbiətdə...” deyil, “Hərəkət

kainatda...”, beşinci abzasda isə 2-ci cümlənin “Fiziki sahənin bir neçə növü təyin

olunmuşdur” deyil, “Fiziki sahənin bir neçə növü mövcuddur” kimi verilməsi

məsləhətdir.

Səhifə 38-də dərsliyin rus dilində olan variantında “Araşdırma 2” bölməsində

verilmiş “Большой водоворот” ifadəsinin “Большой круговорот воды в

природе” kimi yazılması tövsiyə olunur.

Səhifə 39-da sonuncu abzasda verilmiş “bütün varlıqlar” ifadəsinin “bütün

obyektlər” kimi, “Cisim maddələrin müəyyən şəkil verilmiş halıdır, məsələn...”

cümləsinin isə “Cisim maddələrin müəyyən forma verilmiş halıdır, məsələn...” kimi

verilməsi məqsədəuyğundur.

Səhifə 40-da birinci abzasda verilmiş “Deməli, cisimlər maddədən təşkil

olunmuşdur” cümləsinin “Deməli, cisimlər maddələrdən təşkil olunmuşdur” kimi,

“Oxşar maddələr də müəyyən adla qruplaşdırılır; məsələn, yuxarıda sadalanan

maddələr metal adlanır” cümləsinin isə “Bir çox fiziki xassələri oxşar olan

maddələr də müəyyən adla qruplaşdırılır; məsələn, yuxarıda sadalanan maddələr

metallardır” kimi verilməsi məsləhətdir. Çünki “metal adlanır” ifadəsi metallara

tərif verilmiş kimi səslənir. Sadəcə onların metal olduqlarını bildirmək kifayətdir.

Yenə həmin səhifədə “Nə öyrəndiniz” bölməsində “calı” sözü “canlı” kimi

verilməlidir.

Yenə həmin səhifədə “Nə öyrəndiniz” bölməsində 1-ci cümlədə verilmiş

“elektrondan” sözünün “elektronlardan” kimi verilməsi məsləhətdir.

Səhifə 51-də dərsliyin rus dilində olan variantında mövzu başlığının

“Измеряемые свойства вещества: объем и его измерение” deyil,

“Измеряемые свойства тела” kimi verilməsi məqsədəuyğundur. Eyni təklif səhifə

58-ə də aid edilir.

Səhifə 52-də sonuncu abzasda “Ətir şüşəsinin qapağını açdıqda onun

molekullarının öz-özünə hava molekullarına qarışması nəticəsində qoxu bütün

otağa yayılır” cümləsinin “Ətir şüşəsinin qapağını açdıqda onun molekullarının öz-

Page 10: Respublikanın ümumtəhsil məktəblərinin · 2014-04-18 · həmçinin, tədris vahidlərinin sonunda kiçik summativ, yarımilliklərin sonunda böyük summativ qiymətləndirməyə

10

özünə hava molekullarına qarışması nəticəsində ətrin iyi bütün otağa yayılır” kimi

verilməsi tövsiyə edilir.

Yenə həmin səhifədə sonuncu cümlənin “Lakin bərk cisimlərin molekulları

yerlərini sərbəst dəyişə bilmədiklərindən onlar arasında diffuziya çox ləng

gedir” deyil, “Lakin bərk cisimlərin molekulları yerlərini demək olar ki, sərbəst

dəyişə bilmədiklərindən onlar arasında diffuziya çox ləng gedir” kimi verilməsi

məsləhətdir.

Səhifə 55-də “Araşdırma 1” bölməsində “Halqanı yuxarı qaldırıb

kürəcikdən keçirməyə çalışın” cümləsinin “Halqanı yuxarı qaldırıb kürəciyi

halqadan keçirməyə çalışın” kimi verilməsi daha yaxşı olar.

Səhifə 56-da birinci abzasda “Cismi qızdırdıqda onu təşkil edən

molekulların sürəti və ara məsafələri artır-cisim genişlənir” cümləsinin “Cismi

qızdırdıqda onu təşkil edən əksər molekulların sürəti və ara məsafələri artır-cisim

genişlənir” kimi verilməsi məqsədəuyğundur.

Yenə həmin səhifədə üçüncü abzasda verilmiş “Qazların istidən genişlənməsi

bərk cisimlərin genişlənməsindən təqribən 1000 dəfə böyükdür” cümləsində

“təqribən 1000 dəfə böyükdür” ifədəsinin “çox böyükdür” ilə əvəz edilməsi tövsiyə

edilir.

Səhifə 58-də dərsliyin rus dilində olan variantında 1-ci sualın “Почему при

выпечке торта используется прозрачная посуда с делениями” deyil,

“Почему при подготовке теста для выпечки торта используется прозрачная

посуда с делениями” kimi verilməsi məqsədəuyğundur.

Səhifə 59-da dərsliyin rus dilində olan variantında cədvəldə birinci sütunun

başlığının “Цена деления” kimi verilməsi məsləhətdir.

Səhifə 60, 61, 63, 65, 66-da dərsliyin rus dilində olan variantında verilmiş “в

системе СИ” ifadəsindən “системе” sözünün çıxarılması daha düzgün olar.

Səhifə 60-da birinci abzasda verilmiş “Nəticədə menzurkadakı mayenin

səviyyəsi ona batırılan cismin həcmi qədər qalxır” cümləsinin “Nəticədə

menzurkadakı mayenin həcmi ona batırılan cismin həcmi qədər artar” kimi verilməsi

məqsədəuyğundur. Çünki səviyyə həcm deyil, hündürlükdür.

Yenə həmin səhifədə “Öyrəndiklərinizi tətbiq edin” bölməsində 2-ci

tapşırığın “Suyun səviyyəsi neçə ml qalxdı” deyil, “Suyun həcmi neçə milli litr

artdı” kimi verilməsi məsləhətdir.

Page 11: Respublikanın ümumtəhsil məktəblərinin · 2014-04-18 · həmçinin, tədris vahidlərinin sonunda kiçik summativ, yarımilliklərin sonunda böyük summativ qiymətləndirməyə

11

Həmin səhifədə dərsliyin rus dilində olan variantında “Öyrəndiklərinizi tətbiq

edin” bölməsində “Вычислите средний объем одной горошины” cümləsinin

“Вычисление среднего объема одной горошины” ilə əvəz edilməsi tövsiyə edilir.

Səhifə 63-də “Bu maraqlıdır” bölməsinin son cümləsində verilmiş “dəfə

ağırdır” ifədəsinin “dəfə çoxdur” ilə əvəz olunması tövsiyə edilir. 40 000 000 000

(qırx milyard) ədədinin yazılış formasının sətirdən-sətirə keçirilməsi düzgün deyil.

Yenə həmin səhifədə “Araşdırma 2” bölməsində сədvəlin 3-cü sütununda “Su

dolu stəkanın kütləsi” ifadəsinin “Su ilə dolu stəkanın kütləsi” ilə, sonda verilmiş

sualda isə “adi tərəzi” ifadəsinin “tərəzi” ilə əvəz edilməsi, “Öyrəndiklərinizi

yoxlayın” bölməsində 2-ci sualda qarşısında ədəd olmadığına görə “kq” ifadəsinin

“kiloqram” kimi verilməsi məqsədəuyğundur.

Həmin səhifədə dərsliyin rus dilində olan variantında “Öyrəndiklərinizi

yoxlayın” bölməsində 2-ci sualda “Переведите его массу в килограммы”

ifadəsinin “Выразите его массу в килограммах” kimi verilməsi tövsiyə edilir.

Səhifə 65-də mövzu başlığının və səhifə 51-də 16-cı bəndin “Sıxlıq və onun

təyin edilməsi” kimi verilməsi düzgün deyil. Çünki sıxlıq çox məna kəsb edir,

məsələn, cərəyan sıxlığı, maddənin sıxlığı, enerji sıxlığı, əhalinin sıxlığı və s. Burada

məhz maddənin sıxlığı nəzərdə tutulduğundan mövzu başlığının “Maddənin sıxlığı”

kimi verilməsi məsləhətdir.

Həmin səhifədə dərsliyin rus dilində olan variantında “Araşdırma 1”

bölməsindən sonrakı abzasda “Масса, приходящася на единицу обьема,

называется плотностью вещества” cümləsinin “Масса единицы обьема

называется плотностью вещества” kimi verilməsi məsləhətdir.

Səhifə 66-da “Öyrəndiklərinizi yoxlayın” bölməsində verilmiş məsələnin ilk

cümləsində “metal” yazıldığı üçün sonrakı cümlələrdə “maddə” sözünün “metal”

ilə əvəz edilməsi məqsədəuyğundur.

Həmin səhifədə dərsliyin rus dilində olan variantında “Araşdırma 2”

bölməsinin üçüncü bəndində və səhifə 67-də “4-cü addım”-da “плотности”

sözünün “плотностей” kimi verilməsi tövsiyə edilir.

Səhifə 67-də “5-ci addım”-da “Cavabın tam verilməsi” cümləsinin “Cavab”

ilə əvəz edilməsi məsələhətdir.

Səhifə 69-da 3-cü abzasın sonuda “Termometr şkalası” ifadəsinin “temperatur

şkalası” kimi verilməsi məqsədəuyğundur.

Page 12: Respublikanın ümumtəhsil məktəblərinin · 2014-04-18 · həmçinin, tədris vahidlərinin sonunda kiçik summativ, yarımilliklərin sonunda böyük summativ qiymətləndirməyə

12

Həmin səhifədə dərsliyin rus dilində olan variantında 3-cü abzasın sonuncu

cümlələrində “помещается” sözünün “помещают” kimi, “отмечается” sözünün

isə “отмечают” kimi verilməsi məsləhətdir.

Səhifə 70-də dərsliyin rus dilində olan variantında “Araşdırma 2” bölməsində

son cümlədə, “Nə öyrəndiniz” bölməsində ikinci cümlədə verilmiş “принцип

работы” ifadəsinin “принцип действия” ilə əvəz olunması məqsədəuyğundur.

Həmin səhifədə dərsliyin rus dilində olan variantında “Açar sözlər”də verilmiş

“градуирование” sözü “проградуирована” kimi verilərsə daha yaxşı olar.

Səhifə 71-də dərsliyin rus dilində olan variantında 1-ci tapşırıqda verilmiş

“жидкости” sözünün “жидкостей” ilə əvəz edilməsi məsləhətdir.

Səhifə 72-də dərsliyin rus dilində olan variantında “Ümumiləşdirici

tapşırıqlar” bölməsində verilmiş cədvəlin “Tətbiq olunan əməliyyat” sütununun ilk

sətrindəki ifadənin “Ставят в мoрoзильную камеру холодильника” kimi verilməsi

məsləhətdir.

Həmin səhifədə 2-ci tapşırığın b bəndində verilmiş “Между молекулами

тела имеются …, поэтому возникает …” cümləsinin “Между молекулами

тела имеются … и они движутся, поэтому возникает …” ilə, d bəndində

verilmiş cümlədə “вещества” sözünün “жидкости” ilə, 4-cü tapşırıqda verilmiş

cümlədə “жемчуга” sözünün “жемчужины” ilə əvəz edilməsi, 5-ci tapşırıqdan isə

“Расплавив, их смешали” cümləsinin çıxarılması məsləhətdir. Ümumiyyətlə, 5-ci

tapşırıq 6-cı sinif şagirdləri üçün çox çətindir. Verilmiş tapşırığın çətinlik dərəcəsi

şagirdlərin yaş səviyyəsinə uyğun olan tapşırıqla əvəz edilməsi tövsiyə olunur.

Səhifə 75-də “Nə öyrəndiniz” bölməsində “Onlar cisimlərin bir-birinə__ və

toxunma olmadan yaranır” cümləsinin “Onlar cisimlərin bir-birinə__ olmaqla və

toxunma olmadan yaranır” kimi verilməsi məqsədəuyğundur.

Həmin səhifədə dərsliyin rus dilində olan variantında 1-ci sətirdə verilmiş

“воздействие” sözünün “действие” ilə əvəz olunması, “они” sözünün isə

cümlədən çıxarılması məqsədəuyğundur.

Həmin səhifədə dərsliyin rus dilində olan variantında “Öyrəndiklərinizi

yoxlayın” bölməsində 3-cü sualın “Какие тела взаимодействуют при нанесение

удара по резиновой “груше”?” kimi verilməsi məsləhətdir.

Səhifə 87-də “Bu maraqlıdır” bölməsində “Dənizlərin hərəkəti” ifadəsinin

dırnaq işarəsi içərisində verilməsi məsləhətdir.

Page 13: Respublikanın ümumtəhsil məktəblərinin · 2014-04-18 · həmçinin, tədris vahidlərinin sonunda kiçik summativ, yarımilliklərin sonunda böyük summativ qiymətləndirməyə

13

Səhifə 92-də “Araşdırma 1” bölməsində “Hansı cisim daha enerjilidir?”

sualının “Hansı halda kürəciyin enerjisi daha çoxdur?” kimi verilməsi məsləhətdir.

Çünki burada söhbət yalnız bir cisimdən-kürəcikdən gedir.

Səhifə 93-də “Araşdırma 2” bölməsində “Spiralı hərəkət etdirən nədir?”

sualının “Spiral nə üçün hərəkət edir?” kimi verilməsi tövsiyə edilir.

3. Dizayn və bədii tərtibat baxımından

Dərsliyin tərtibatı, burada verilmiş ilüstrasiyalar və sxemlər dərsliyin məzmunu

ilə uyğunluq təşkil edir. İstifadə edilən şriftlər müvafiq yaş qurupuna uyğundur.

Bununla yanaşı, dərslikdə müəyyən qüsurlara rast gəlinir. Bunlar aşağıdakılardır:

Dərsliyin rus dilində olan variantında “Elmi redaktor” göstərilməmişdir.

Səhifə 12, 16, 26, 28, 30, 31, 37, 46, 47, 53, 75, 78 və s.-də dərslikdə verilmiş

bir sıra illüstrasiyalar aydın deyil.

Səhifə 6-da “Bilirsinizmi” bölməsi “Bilirsinizmi?” kimi verilərsə, daha yaxşı

olar. Çünki digər mövzularda bu bölmənin adında sual işarəsi verilmişdir.

Yenə həmin səhifədə “Öyrəndiklərinizi yoxlayın” bölməsində verilmiş

sonuncu cümlədə “biliklərə dəyər vermək” ifadəsinin “bilikləri qiymətləndirmək”

kimi verilməsi məsləhətdir.

Səhifə 10-da dərsliyin rus dilində olan variantında Nizami Gəncəvidən verilmiş

misraların altında “Nizami Gəncəvi” yazılması məsləhətdir.

Səhifə 17-də “Layihə” bölməsində verilmiş şəkildə kölgə düzgün

çəkilməmişdir. Belə ki, yanan şam, oğlanın başının kənarları və kölgənin kənarları bir

düz xətt üzərində olmalı idi.

Səhifə 22-də verilmiş şəkildə 1 dirsəyin 6 ovuca bərabər olduğu göstərilmişdir.

Lakin şəkildə 7 bölgü verilmişdir.

Səhifə 29-da termometrin bölgüləri düzgün göstərilməmişdir.

Səhifə 30-da da həm termometrin, həm də üçüncü xətkeşin bölgüləri düzgün

göstərilməmişdir.

Səhifə 34-də sonuncu sxemdə soldan ortadakı düzbucaqlının içərisi dərsliyin rus

dilində olan variantında rəngli göstərilmişdir. Dərsliyin Azərbaycan dilində olan

variantında da onun rəngli verilməsi məsləhətdir.

Səhifə 36-da “Araşdırma 1” bölməsində verilmiş cədvəldə “Göy gurultusu”

və “Dondurma” sözləri qarşısındakı xanalarda “+” işarəsinin verilməməsi

məsləhətdir. Çünki şagird verilmiş obyektləri necə müəyyən etməyin mümkün

Page 14: Respublikanın ümumtəhsil məktəblərinin · 2014-04-18 · həmçinin, tədris vahidlərinin sonunda kiçik summativ, yarımilliklərin sonunda böyük summativ qiymətləndirməyə

14

olduğunu özü təyin etməlidir. Dərsliyin rus dilində olan variantında isə düzgün olaraq

yalnız “Книга” obyekti qarşısındakı xanalar doldurulmuşdur.

Səhifə 40-da sonda verilmiş sxemdə “qar” sözünün “qar dənəciyi” ilə, dərsliyin

rus dilində olan variantında isə “дерево” sözünün “деревесина” ilə əvəz edilməsi

məqsədəuyğundur.

Həmin səhifədə “Nə öyrəndiniz” bölməsində “Açar sözlər”də “тело” sözü

verildiyindən, “кольцо-это тело” ifadəsinin “кольцо-это __” kimi yazı lması

tövsiyə edilir.

Səhifə 41-də “Bəzi maddələrin atom modelləri”nin şəklində kölgəli kürələrlə

təsvirə ehtiyac yoxdur. Çünki növbəti səhifədə atomun modeli daha düzgün

verilmişdir.

Səhifə 52-də “Araşdırma 1” bölməsində verilmiş hər üç menzurkada 200

bölgüsünün göstərilməsi, 3-cü menzurkada isə maye səviyyəsinin 200 bölgüsündən

bir qədər aşağıda (190 ml-də) olmasının bilinməsi məqsədəuyğundur.

Yenə həmin səhifədə son sətirdə “bərk cisimlərin molekulları yerlərini

sərbəst dəyişə bilmədiklərindən” ifadəsinin “bərk cisimlərin molekulları yerlərini

demək olar ki, sərbəst dəyişə bilmədiklərindən” kimi verilməsi məsləhətdir.

Səhifə 59-da “Araşdırma 1” bölməsində verilmiş cədvəldə dərsliyin

Azərbaycan və rus dilində olan variantları arasında fərq mövcuddur. Belə ki,

dərsliyin Azərbaycan dilində olan variantında “Cisim” başlığı və cismin adı

(“Qaşıq”) verildiyi halda dərsliyin rus dilində olan variantında buna təsadüf edilmir.

Yenə həmin səhifədə şəkilə əsasən menzurkaya salınmış qaşığın həcmi 50 ml-

dir. Bu həcm hətta xörək qaşığı üçün də çox böyük həcmdir. Onu bir xeyli (reallığa

uyğun) kiçiltmək lazımdır.

Səhifə 60-da dərsliyin rus dilində olan variantında kubun tillərinin “a” olduğu

verilsə də, dərsliyin Azərbaycan dilində olan variantında bu öz əksini tapmır.

Səhifə 63-də “Bu maraqlıdır” bölməsində balina ilə ağcaqanadın

müqayisəsinin şəkildəki kimi veriməsi məqsədəuyğun hesab edilmir.

Səhifə 65-də “Araşdırma 1” bölməsində təchizat kimi “tərəfləri 1 sm olan

plastilin və penoplast kub” verilsə də, şəkildə plastilin və penoplast paralelepiped

formasındadır. Həmçinin, “Penoplast” sözünün “taxta tircik” kimi verilməsi

məsləhətdir.

Page 15: Respublikanın ümumtəhsil məktəblərinin · 2014-04-18 · həmçinin, tədris vahidlərinin sonunda kiçik summativ, yarımilliklərin sonunda böyük summativ qiymətləndirməyə

15

Səhifə 81-də dərsliyin rus dilində olan variantı üzrə “Araşdırma 1” bölməsində

sonuncu iki sualın Azərbaycan dilindəki varianta uyğun olaraq yerini dəyişmək

məqsədəuyğundur.

Səhifə 83-də şəkildə velosipedçinin hərəkət istiqaməti aydın deyil.

Velosipedçinin biristiqamətli hərəkətinin təsvir edilməsi tövsiyə edilir.

Səhifə 91-də şəkildə verilmiş naqildən axan cərəyanın istiqamətinə uyğun olaraq

kompasın əqrəbinin vəziyyəti düzgün göstərilməmişdir. Kompasın əqrəbinin

vəziyyətini müəyyən etmək üçün batareyanın qütbləri aydın olmalı (yəni “+” və “–”

qütbü), buna əsasən cərəyanın istiqaməti müəyyənləşdirilməli və cərəyanın

istiqamətinə görə maqnit əqrəbinin vəziyyəti təyin olunmalıdır.

Səhifə 95-də “Ümumilləşdirici tapşırıqlar” bölməsində 2-ci tapşırıq korrekt

verilməmişdir. 3-cü tapşırığın a bəndində isə verilmiş “Fiziki sahə” cavabı doğru

cavab kimi şagirdlər tərəfindən qəbul edilə bilər. Çünki qravitasiya sahəsi də fiziki

sahəsinin bir növüdür. Odur ki, “Fiziki sahə” cavabı “Elektromaqnit sahəsi” ilə əvəz

olunarsa, doğru cavab məhz e bəndi, “qravitasiya sahəsi” olur.

4. Tapşırıqların elmi-metodiki uyğunluğu baxımından

Dərslikdəki tapşırıqlar əsas etibarı ilə mövzulara uyğun verilmiş, burada

biliklərin tətbiqini tələb edən, məntiqi düçüncəyə və idraki bacarıqların

formalaşmasına yönəlmiş tapşırıqlar üstünlük təşkil etmişdir. Burada fiziki hadisə,

anlayış, model və kəmiyyətlərin, fiziki qanunların dərk edilməsi və mahiyyətinin

mənimsənilməsinə yönəlmiş keyfiyyət, hesablama xarakterli, müxtəlif tip və çətinlik

səviyyələrində olan məsələ və tapşırıqların yer alması təqdirəlayiqdir.

Bununla yanaşı, dəslikdə verilən tapşırıqlarda bir sıra qüsurlara da rast gəlinir.

Bunlar aşağıdakılardır:

Səhifə 18-də sxemdə hadisə, problem-sual, fərziyyə öyrənmə metodları ilə

qarışdırılmışdır.

Səhifə 39-da “Maraqoyatma” mövzunu tam əhatə etmir. Mövzu “Maddə və

cisim” olduğu üçün “Maraqoyatma”nın aşağıdakı kimi verilməsi daha yaxşı olar:

“Eyni bir qaşığı misdən, qızıldan, poladdan hazırlamaq mümkündür. Bəzən də

gümüşdən saat, qab-qacaq, bilərzik hazırlanır.

Bunlardan hansılar eyni cisimdir?

Bunlardan hansılar eyni maddədir?

Page 16: Respublikanın ümumtəhsil məktəblərinin · 2014-04-18 · həmçinin, tədris vahidlərinin sonunda kiçik summativ, yarımilliklərin sonunda böyük summativ qiymətləndirməyə

16

Cisimlər maddələrdən nə ilə fərqlənir?”

Səhifə 47-də “Maraqoyatma” mövzunu tam əhatə etmir. Burada verilmiş

şəkillər şagirdlərə nə öyrənəcəyini düşünməyə vadar etmir. Həmin şəkillər

səhifə 45-dəki “Suyun təbiətdə üç halı” şəkli ilə əvəz edilərsə, mövzuya daha uyğun

olar. “Maraqoyatma”nın “Fizikada təbiət hadisələrini yalnız müşahidə və təsvir

etmək deyil, həmçinin onları izah etmək də lazımdır. Məsələn, suyun soyuq havada

donaraq buza, qaynadıqda buxara çevrildiyini müşahidə etmisiniz” kimi verilməsi

məqsədəuyğundur. Suallar isə aşağıdakı kimi verilərsə daha yaxşı olar:

Nə üçün suyu dondurduqda buza, qaynatdıqda buxara çevrilir?

Nə üçün çaydandakı çayı armudu stəkana tökdükdə dərhal onun formasını

alır?

Qənd parçasını stəkana atsaq, onun stəkanın formasını almamasına səbəb

nədir?

Su buxarı formasını saxlaya bilirmi?

Səhifə 51-də 3-cü tədris vahidində maddənin xassələri ilə onun ölçülə bilən

kəmiyyətləri qarışdırılmışdır. Maddənin sıxlığı, istidən genişlənməsi və s. onun

xassələridir. Ancaq həcm, kütlə, temperatur onun ölçülə bilən kəmiyyətləridir.

Yenə həmin səhifədə “Diffuziya” mövzusunun verilməsi elmi-metodiki

uyğunluq baxımından düzgün deyil. “Diffuziya” 4-cü tədris vahidində, “İstilik

hərəkəti” mövzusunda verilərsə, daha düzgün olar.

Səhifə 57-də “Öyrəndiklərinizi yoxlayın” bölməsində verilmiş “Nə üçün

tarzən isti otaqda tarın simlərini dartaraq onu tez-tez kökləməli olur?” sualının

mətni aydın deyil.

Səhifə 76-da “Araşdırma 1” bölməsinin mövzu ilə, yəni qravitasiya qarşılıqlı

təsirlə və ya Günəş sistemi ilə qətiyyən uyğunluğu yoxdur. Bu araşdırmanın

dərslikdən çıxarılması məsləhətdir.

Səhifə 78-də “Öyrəndiklərinizi yoxlayın” bölməsində verilmiş tapşırığa əsasən

planetləri ölçülərinə görə dairəvi sxemdə sıralamaq mümkün deyil.

Yenə həmin səhifədə “Layihə” bölməsinin sonunda verilmiş “...“Günəş

sisteminin möcüzələri” adlı elmi məqalə yazın” cümləsinin “...“Günəş sisteminin

möcüzələri” mövzusunda yazı işini yerinə yetirin” ilə əvəz edilməsi

məqsədəuyğundur.

Page 17: Respublikanın ümumtəhsil məktəblərinin · 2014-04-18 · həmçinin, tədris vahidlərinin sonunda kiçik summativ, yarımilliklərin sonunda böyük summativ qiymətləndirməyə

17

5. “Müəllim üçün metodik vəsait”in (MMV-nin)

məzmununun işlənməsi baxımından

Müəllim üçün metodik vəsaitdə dərslik və MMV-dən istifadə qaydaları, tədris

vahidləri, bölmələr üzrə struktur, standartlatın şərhi, tövsiyə olunan iş planının

verilməsi müsbət haldır. Mövzular üzrə alt-standartların və qiymətləndirmə

meyarlarının verilməsi təqdirəlayiqdir. Bununla yanaşı, MMV-də müəyyən qüsurlara

da rəst gəlinir. Bunlar aşağıdakılardır:

MMV-də verilmiş qiymətləndirmələrdə zəif və orta səviyyə arasında fərqin

nədən ibarət olduğu aydın deyil. Zəif səviyyədə olan şagirdlərin göstəricisinin daha

üstün olması hiss olunur.

MMV-də müəllimə kömək məqsədi ilə dərslikdə verilən sualların cavabları,

təcrübələrin izahları ətraflı verilərsə daha yaxşı olar. Bəzi hallarda “müəyyən fiziki

hadisələrə aid özünüzdən misallar çəkin” yazılmışdır. Həmin nümunələrin vəsaitdə

verilməsi daha yaxşı olar.

Səhifə 3-də “Maraqoyatma”da “Verilən suallar əvvəllər qazanılmış biliklərə

əsaslanır və şagirdləri aktiv fəaliyyətə cəlb etməyi nəzərdə tutur” cümləsinin

“Verilən suallar əvvəllər qazanılmış biliklərə əsaslanır, şagirdləri nə öyrənəcəyini

düşünməyə sövq edir və onları aktiv fəaliyyətə cəlb etməyi nəzərdə tutur” kimi

verilməsi daha məqsədəuyğundur.

Səhifə 6-da sxemin sonuncu tədris vahidinin 24-cü mövzusunda “Elektrik

hərəkəti: elektrik cərəyanı” əvəzinə “Elektrik hadisəsi: elektrik cərəyanı” verilməsi

tövsiyə edilir.

Səhifə 7-də 2-ci məzmun xəttində (yuxarıdan 7-ci sətir və 18-ci sətir)

“qarşılıqlı təsir” əvəzinə “qarşılıqlı təsirlər” verilməsi məsləhətdir.

Səhifə 32-də 5-ci tapşırıqda verilmiş “Düyməciyin boyu nə qədərdir?” sualı

“Bir düymün uzunluğu nə qədərdir?” kimi verilməsi şagirdlər tərəfindən daha başa

düşülən olar. Çünki “düyməcik” dedikdə şagirdlərin onu düym kimi başa düşmələri

demək olar ki, mümkünsüzdür.

Yenə həmin səhifədə 4-cü tapşırığın cavabları içərisində doğru cavab yoxdur.

Yenə həmin səhifədə 8-ci tapşırıqda verilmiş təsvirdəki dairə şəkillərinin

kvadrat şəkilləri ilə əvəz edilməsi məsləhətdir. Çünki dairələrin bucaqlarla

kəsişməsindən alınan fiqurlar üçbucaq deyil, sektor olur.

Səhifə 44-də göstərilmiş misalda 2-ci bənddə “Molekullar arasında qarşılıqlı

cazibə qüvvələri daha böyükdür” fikri əvəzinə “Molekullar arasında qarşılıqlı

Page 18: Respublikanın ümumtəhsil məktəblərinin · 2014-04-18 · həmçinin, tədris vahidlərinin sonunda kiçik summativ, yarımilliklərin sonunda böyük summativ qiymətləndirməyə

18

cazibə qüvvələri itələmə qüvvələrindən daha da böyükdür”, 3-cü bənddə

“Molekullar arasında itələmə qarşılıqlı qüvvələri daha böyükdür” fikri əvəzinə

“Molekullar arasında itələmə qarşılıqlı qüvvələri cazibə qüvvələrindən daha da

böyükdür” verilməsi daha məqsədəuyğun olar.

Yenə həmin səhifədə göstərilmiş misalda səhifə 47-də 8-ci test tapşırığında “C”

distraktoru heç bir məna kəsb etmir. Bu isə testologiyaya ziddir.

Səhifə 50, 52, 54, 56, 58, 60, 65, 67, 71, 75, 77 və s.-də “Qiymətləndirmə və

ya refleksiya” bölməsində qiymətləndirmə meyarı kimi “Məsələ həlletmə” ifadəsi

işlənilsə də, həmin mövzular ilə bağlı nə dərslikdə, nə də MMV-də məsələlər

verilməmişdir.

Səhifə 51-də son abzasda “D” bəndi verilməmişdir.

Səhifə 61-də 1-ci sual MMV-nin Azərbaycan və rus dilində olan variantlarında

fərqli verilmişdir. Azərbaycan dilində olan variantda “Hansı hadisə zamanı

diffuziya baş vermişdir?” kimi, rus dilində olan variantda isə “В каких явлениях

диффузия не происходит?” kimi verilmişdir. Bu fərqin aradan qaldırılması

məsləhətdir.

Səhifə 62-də MMV-nin Azərbaycan dilində olan variantında 8-ci sual test

şəklində (cavablarla), rus dilində olan variantında isə (səhifə 61) sual şəklində

(cavabsız) verilmişdir.

Həmin səhifədə MMV-nin rus dilində olan varintında 9-cu sualda maddələrin

sıxlıqları verilməmişdir.

Yenə həmin səhifədə şəkildə çəki daşlarının və menzurkanın ölçüləri aydın

deyil.

Səhifə 66-da MMV-nin Azərbaycan və rus dilində olan variantları arasında fərq

mövcuddur. Belə ki, Azərbaycan dilində olan variantda “D” bəndi qeyd

olunmamışdır.

Yenə həmin səhifədə d) bəndində verilmiş “nəhəng kütlə” ifadəsinin “böyük

kütlə” ilə əvəz edilməsi məqsədəuyğundur.

Yenə həmin səhifədə MMV-nin Azərbaycan dilində olan variantında axırıncı

abzasda cizgi filminin adı “Quantum Ray”, rus dilində olan variantda isə “Cosmic

Quantum Ray” kimi verilmişdir. Bu cizgi filminə məktəblilərin böyük

əksəriyyətinin baxması mümkün deyil.

Səhifə 72-də şəkildə “D”, “E”, “G” bəndləri göstərilsə də, mətndə

verilməmişdir.

Page 19: Respublikanın ümumtəhsil məktəblərinin · 2014-04-18 · həmçinin, tədris vahidlərinin sonunda kiçik summativ, yarımilliklərin sonunda böyük summativ qiymətləndirməyə

19

Səhifə 76-da “B” bəndində ikinci abzasın sonuncu cümləsində verilmiş

“lampanı işıqlandırdığını müəyyən etdilər” ifadəsinin “lampanın közərdiyini

müəyyən etdilər” ilə əvəz edilməsi məsləhətdir.

Səhifə 80-də 1-ci çalışmanın şərti korrekt deyil. Bu səbəbdən verilmiş tapşırığın

birmənalı cavabı yoxdur.

Səhifə 81-də 7-ci sualda 1-ci şəkildə hansı enerji növlərinin çevrilməsinin baş

verdiyi aydın deyil.

Səhifə 82-də hava şarı şəklinin əvəzinə istənilən bir cismin lampa ilə

qızdırılması ilə bağlı şəklin verilməsi məsləhətdir.