23
Respublikanın ümumtəhsil məktəblərinin 5-ci sinifləri üçün “Azərbaycan dili” dərsliyi əlliflər: Rafiq İsmayılov Dilrüba Cəfərova Gülarə Xudiyeva Xanım Qasımova Bakı: Altun Kitab, 2012. Dərsliklə bağlı TQDK-ya daxil olan qeydlər, iradlar və təkliflər əsasında hazırlanmış YEKUN RƏY

Respublikanın ümumtəhsil məktəblərinin 5-ci sinifləri üçün ...derslik.edu.az/monitoring/level5/PDF/Azerbaycan_dili_5.pdfMətnlə bağlı dil qaydasında samit səslərin

  • Upload
    others

  • View
    2

  • Download
    0

Embed Size (px)

Citation preview

Page 1: Respublikanın ümumtəhsil məktəblərinin 5-ci sinifləri üçün ...derslik.edu.az/monitoring/level5/PDF/Azerbaycan_dili_5.pdfMətnlə bağlı dil qaydasında samit səslərin

Respublikanın ümumtəhsil məktəblərinin 5-ci sinifləri üçün “Azərbaycan dili” dərsliyi

Müəlliflər: Rafiq İsmayılov

Dilrüba Cəfərova Gülarə Xudiyeva Xanım Qasımova

Bakı: Altun Kitab, 2012.

Dərsliklə bağlı TQDK-ya daxil olan qeydlər, iradlar və təkliflər əsasında hazırlanmış

YEKUN RƏY

Page 2: Respublikanın ümumtəhsil məktəblərinin 5-ci sinifləri üçün ...derslik.edu.az/monitoring/level5/PDF/Azerbaycan_dili_5.pdfMətnlə bağlı dil qaydasında samit səslərin

2

Yekun rəy aşağıdakı meyarlar əsasında formalaşdırılmışdır: 1. Məzmun baxımından; 2 .Dil və üslub baxımından; 3. Bədii tərtibat və dizayn baxımından 4. “Müəllim üçün metodik vəsait”in (MMV-nin) məzmunu baxımından.

1. Məzmun baxımından

1. Dərslik komplekti dərslikdən və müəllim üçün metodik vəsaitdən ibarətdir. Dərsliyin əvvəlində mündəricat, sonra ardıcıl olaraq 6 bölmə və bölmələr üzrə ümumilikdə 64 mətn verilmişdir. Mətnlərdən 9-nun müəllifi, yaxud mənbəyi qeyd edilmiş, 55-nin isə müəllifi, yaxud mənbəyi göstərilməmişdir. Mətnlərdən 2-si nəzm, 62-si nəsrlədir.

MMV-nin 5-ci səhifəsinin ikinci abzasında yazılır: “Hər bir dərs (təkrar dərslərdən başqa) mətn üzərində qurulur. Bitkin kompozisiyaya malik mətn nitq bacarıqlarını (dinləmə, danışma, oxu, yazı) inkişaf etdirməyə imkan verir və eyni zamanda dil qaydalarının öyrədilməsi üçün material rolunu oynayır”. Dərslikdə bu qaydaya tam əməl edilməmişdir. Mətnlərin məzmunundakı qüsurlar, informasiya tutumunun ağırlığı, yaş səviyyəsinin gözlənilməməsi, tapşırıqların tələbinin mətnlə və qaydalarla uyğunsuzluğu müvafiq nitq bacarıqlarının tam mənimsənilməsinin qarşısını alır.

2. 1-ci bölmədə dilin fonetika bəhsi tədris olunur. Burada, 3 dərsdə “Oxu” məzmun xəttinə aid: 2.2.1. “Tələffüz qaydalarını gözləməklə mətni düzgün oxuyur.” alt-standartının reallaşdırılması nəzərdə tutulub. Düzgün oxu sözlər və şəkilçilərin normalara uyğun tələffüzünü, vurğunu qoymaqla sözün düzgün oxumasını, məqsəd və intonasiyaya görə cümlənin növlərindən, məntiqi vurğudan yerində istifadə edilməsini və s. məsələləri özündə əks etdirməlidir.

1-ci bölmədə bu alt-standartın reallaşdırılması iki mətn, bir tapşırıq üzrə nəzərdə tutulub. MMV-də bu alt-standartın reallaşdırılması ilə bağlı göstərilən istiqamət bu alt-standartın tam reallaşdırılmasına imkan vermir.

1-ci bölmənin ilk dərsi “Mükafat” adlanır. Bu dərsdə 2.2.1. alt-standartı üzrə iş aparılmalıdır. MMV-də buna aşağıdakı kimi istiqamət verilir:

(St. 2.2.1.) “Mətnin oxunması aşağıdakı mərhələlərlə həyata keçirilir:

Page 3: Respublikanın ümumtəhsil məktəblərinin 5-ci sinifləri üçün ...derslik.edu.az/monitoring/level5/PDF/Azerbaycan_dili_5.pdfMətnlə bağlı dil qaydasında samit səslərin

3

- Şagirdlərin diqqəti mətnin adına yönəldilir. Müəllim: Sizcə, bu mətndə nədən danışılır? Həyatınızda heç mükafat almısınızmı? Həmin mükafatı nəyə görə almısınız? Yaxşı dərs oxuduğunuza görə kimdənsə mükafat gözləyirsinizmi?

- Şagirdlərə tapşırılır ki, mətni oxuyarkən mənasını bilmədikləri sözləri qeyd etsinlər, sonda bu sözlərin izahı ilə bağlı iş aparılacaq.” Lakin təhlil göstərmişdir ki, MMV-də dərs boyu sonradan bu barədə hər hansı bir işin aparılması haqqında istiqamət verilmir, fikir həyata keçirilməmiş qalır.

“- Dərslikdə mətndaxili suallar verilən yerlərdə oxu dayandırılır. Suallar şagirdlər tərəfindən cavablandırılır, tapşırıqlar yerinə yetirilir”.

Suallar belədir: “1. Aysunun yerində olsaydınız, nə edərdiniz? 2. Nəyə görə müəllif Aysunu “ağıllı” adlandırır? Sizcə bu, doğrudanmı, belədir? 3. Sizcə, Aysu atasını aldada biləcəkmi? Hadisələrin davamı ilə bağlı öz versiyanızı söyləyin. 4. Mətnin giriş və əsas hissələrini müəyyən edin...” və s. Sual və tapşırıqlar mətnin məzmununa yönəldilir və sırf məzmunun öyrədilməsinə yönəlmiş 1.2.1. “Deyəcəyi fikrə müvafiq ifadə forması seçir”, 2.2.2. “Mətnin tərkib hissələrini fərqləndirir”, 3.1.3. “Mətnin tərkib hissələrini (giriş, əsas hissə və nəticə) əlaqələndirir” alt-standartları ilə bağlanır (bax: MMV, səh. 36).

Göründüyü kimi, ilk dərsdə alt-standart üzrə sistemli iş görmək, onu dərs prosesində mənimsətmək, dil qaydası ilə minimum səviyyədə izah etmək işi yoxdur. Dərsə aid dil qaydasında sait və samitlər haqqında qısa və sistemsiz məlumat verilir. Dil qaydası ilə müvafiq nitq bacarığı arasında heç bir əlaqə qurulmur. Tələffüz qaydasına aid hər hansı bir qayda verilmədən, tapşırıq təqdim olunmadan, mətndə müəyyən söz və ifadələrlə bilik möhkəmləndirilmədən düzgün oxu reallaşdırıla bilməz.

3. 2-ci dərsdə verilən “Əsl dost” mətni, tapşırıqlar və MMV-də bununla bağlı göstərilən istiqamət 2.2.1. alt-standartını tam reallaşdırmır. MMV-də heç bir məqamda tələffüz qaydalarının soruşulması, tətbiq edilməsi haqqında işarə yoxdur. Dərslə bağlı MMV-də verilir:

“- Şagirdlərin diqqəti mətnə çəkilmiş illüstrasiyaya yönəldilir. Şagirdlər şəkillərə əsasən mətndə nədən danışıldığını, hadisələrin harada baş verdiyini təxmin edirlər.

- Mətn 1-ci mətndaxili suala qədər şagirdlər tərəfindən oxunduqdan sonra şagirdlərin təxmin etdikləri versiyalarla müqayisə olunur”. Sonra mətndaxili sual verilir:

Page 4: Respublikanın ümumtəhsil məktəblərinin 5-ci sinifləri üçün ...derslik.edu.az/monitoring/level5/PDF/Azerbaycan_dili_5.pdfMətnlə bağlı dil qaydasında samit səslərin

4

“1. Sizcə, bu hadisə nə ilə bitəcək? Öz versiyanızı söyləyin və hekayəni gözlənilməz sonluqla bitirməyə çalışın.

- Şagirdlər hadisələrin davamı ilə bağlı öz versiyalarını söyləyirlər. - Mətnin oxunması davam etdirilir. Hadisələrin davamı şagirdlərin təxmin etdikləri

versiyalarla müqayisə olunur”. MMV-də də yuxarıdakı təqdimat həmin alt-standartın reallaşdırılmasına aid edilib.

Mətnlə bağlı dil qaydasında samit səslərin növləri haqqında məlumat verilir. Bu dərsdə də nitq bacarıqları ilə dil qaydalarının paralel işlənməsi yoxdur.

4. 1-ci bölmədə biri “dil qaydaları üzrə təkrar” olmaqla 12 dərs, 29 dərs saatı nəzərdə tutulub, 11 mətn təqdim olunub. 10 dərsdə - 10 mətndə 2.2.3. alt-standartı reallaşdırılmalıdır. Alt-standartın tələbi belədir: “Mətndəki əsas fikri müəyyənləşdirir”. Bu alt-standart üzrə MMV-də verilən təlim məqsədinin isə Azərbaycan dilinə birbaşa aidiyyəti yoxdur. Həmin təlim məqsədləri bölmədə dərslər üzrə belədir: “Verilmiş atalar sözlərindən mətnin məzmununa uyğun olanını seçir. Mətndəki hadisələr arasında səbəb-nəticə əlaqələrini müəyyən edir. Mətndəki əsas fikirlə bağlı mühakimə yürüdür. Obrazların xarakter və hərəkətlərinə münasibət bildirməklə mətndəki əsas fikri müəyyənləşdirir. Əsərdəki qəhrəmanların xarakter və hərəkətlərini qiymətləndirməklə mətndəki əsas fikri müəyyənləşdirir. Bir neçə mətndən çıxan ideyaları müqayisə edir və ortaq ideyanı müəyyənləşdirir” və s.

2.2.3. alt-standartı 2-ci bölmədə 9 dərsdə, 3-cü bölmədə 11 dərsdə əks olunub. Şagirdlər əsərin məzmunu ilə işləməli olur. Əslində “Oxu” məzmun xətti ibtidai sinifdə “Ədəbiyyat” fənninin yükünü də öz üzərində apardığından burada yuxarıdakı məqsədlərin qoyulmasında problem yaşanmır. 5-ci sinifdən isə “Ədəbiyyat” ayrıca fənn kimi tədris olunduğundan, burada “oxu” məzmun xəttinin əsas məqsədlərindən biri şagirdin yaş səviyyəsinə uyğun olaraq Azərbaycan dili üzrə düzgün oxu, tələffüz qaydalarını mənimsətmək olmalıdır.

5. Müəllim üçün metodik vəsaitdə yazılır: “Bitkin kompozisiyaya malik mətn, nitq bacarıqlarını (dinləmə, danışma, oxu, yazı) inkişaf etdirməyə imkan verir və eyni zamanda dil qaydalarının öyrədilməsi üçün material rolunu oynayır” (səh. 5). Təəssüf ki, dərsliyə daxil edilmiş əksər “bitkin kompozisiyaya malik” mətnlərin nə “nitq bacarıqlarının inkişaf etdirilməsi”, nə də “dil qaydalarının öyrədilməsi” baxımından faydalı rol oynadığı müşahidə edilmir (Məsələn: səh. 27, 48, 50, 70, 110 və s. mətnlər).

Page 5: Respublikanın ümumtəhsil məktəblərinin 5-ci sinifləri üçün ...derslik.edu.az/monitoring/level5/PDF/Azerbaycan_dili_5.pdfMətnlə bağlı dil qaydasında samit səslərin

5

Bu mətnlərin məzmununun öyrədilməsi və təhlili məqsədə çevrilir. Bu, ədəbiyyat dərsindən heç nə ilə fərqlənməyən dərslərin yaranmasına səbəb olur. Buna dərslərdə istifadə üçün təklif edilmiş (MMV, səh.13) təlim məqsədləri də şərait yaradır. Məsələn, 2.2.3. “Mətndəki əsas fikri müəyyənləşdirir.” alt-standartı üçün müəyyənləşdirilmiş təlim məqsədlərindən biri belədir: “Əsərdəki qəhrəmanların xarakter və hərəkətlərini qiymətləndirməklə mətndəki əsas fikri müəyyənləşdirir” (MMV, səh.13). Sırf ədəbi təhlillə bağlı olan bu məqsəd, nə qədər təəccüblü olsa da, çətinlik dərəcəsinə görə ədəbiyyatın məzmun standartlarını qabaqlayır. Belə ki, 5-ci sinfin ədəbiyyat kurikulumunda obrazlarla bağlı alt-standart belə ifadə olunub: 1.2.2. “Obrazların xarakterindəki başlıca xüsusiyyətləri aydınlaşdırır, əsaslandırılmış münasibət bildirir”. Bu alt-standart 6-cı sinifdə aşağıdakı şəkildə müəyyənləşdirilib: 1.2.2. “Bədii nümunələrdəki qəhrəmanları davranış və əməllərinə görə səciyyələndirir”. Göründüyü kimi, 5-ci sinfin ədəbiyyat dərslərində öyrədilməsi məqsədəuyğun sayılmayan məsələlər 5-ci sinfin “Azərbaycan dili” dərsliyində məqsəd kimi müəyyənləşdirilib.

6. Dinləmə mətnlərində də eyni hal müşahidə olunur. Məsələn, 3-cü dərsdə reallaşdırılması tələb olunan 1.1.2. alt-standartı belədir: “Dinlədiyi məlumatlardakı əsas faktları seçir”. Alt-standartla bağlı təlim məqsədində qeyd olunur: “Elmi-kütləvi mətni dinləyərkən mühüm faktları seçir və qeyd edir”. MMV, səh. 43-də verilən dinləmə mətni kifayət qədər ağır informasiya yüklüdür. Mətndən əvvəl qeyd olunur:

“(St. 1.1.2.) Müəllim fasilələrlə suallar verməklə aşağıdakı mətni səsləndirir. Şagirdlərə tövsiyə olunur ki, dinlədikcə onlara əhəmiyyətli görünən məlumatları özlərində qeyd etsinlər”. Mətn “Əlifba necə yaranıb” adlanır. Bu mətnin informasiya yükü və dilinin ağırlıq səviyyəsi hazırda 10-cu sinif “Azərbaycan dili” dərsliyində dilçilik haqqında verilmiş eyni məzmun daşıyan məlumatdan həcm və məzmunca ağırdır. Mətndə şagird istər-istəməz ona təqdim edilmiş faktları yadda saxlamalı, əzbərçilik etməlidir ki, bunlar da müstəqil təlimə imkan yaratmır, şagirdin mətndən nəticə çıxara bilməsini imkansız edir.

7. Dinləmə ilə bağlı standartların reallaşdırılması daha çox müzakirələrin, məruzə və çıxışların həyata keçirilməsi prosesində özünü göstərməli idi. Müəllim üçün metodik vəsaitdə dinləmə materiallarının verilməsi dərsin daha da yüklənməsinə səbəb olub. Əslində, dərsliyə daxil edilmiş oxu materiallarından müəyyən parçanın həmin məqsəd üçün istifadə edilməsi daha məqsədəuyğun olardı.

Page 6: Respublikanın ümumtəhsil məktəblərinin 5-ci sinifləri üçün ...derslik.edu.az/monitoring/level5/PDF/Azerbaycan_dili_5.pdfMətnlə bağlı dil qaydasında samit səslərin

6

8. 3.1.4. alt-standartında göstərilir ki, şagird 5-ci sinfin sonunda müxtəlif əməli yazılar (elan, məktub) yazmağı bacarmalıdır. Dərslikdə bu əməli yazıların xüsusiyyətləri, onların 5-ci sinif şagirdinin yaş səviyyəsinə uyğun izahları verilmir. İndiki halda şagirdin onları mənimsəməsi çətinləşir.

9. 4.1.1. alt-standartında qeyd olunur ki, şagird cümləni məqsəd və intonasiyaya görə növlərə ayırmağı bacarmalıdır. Dərslikdə nə cümlə, nə də məqsəd və intonasiyaya görə cümlənin növləri barədə məlumat verilmir. 5-ci sinif təhsilin yeni bir pilləsidir və burada bir çox anlayışların izahı şagirdlərin yaş və fizioloji xüsusiyyətlərinə uyğun olaraq yenidən verilməli idi.

10. MMV-də 4.1.1. alt-standartı ilə bağlı tapşırıqlar “Əlavə tapşırıq” kimi verilib. Bu şəkildə alt-standart tam reallaşdırıla bilməz.

11. 4.1.3. alt-standartında qeyd olunur ki, şagird cümlənin sonunda və dialoqlarda durğu işarələrindən məqsədyönlü istifadə etməyi bacarmalıdır. Lakin dərslikdə bununla bağlı heç bir qayda verilməmişdir. Nəzərdə tutulan istiqamətlər isə bu alt-standartı tam reallaşdıra bilmir.

12. Dərslikdə 4.1.4. alt-standartının tələbinə uyğun qayda verilməmişdir. Halbuki “dinləyib-anlama, danışma”, “oxu” məzmun xətlərinin, nitq bacarıqlarının reallaşdırılmasında bu alt-standartın rolu danılmazdır. Bu alt-standartın reallaşdırılması 1, 2, 3 və 4-cü bölmələrdə nəzərdə tutulmamış, yalnız 4-cü bölmədə 1, 6-cı bölmədə 3 yerdə bununla bağlı ötəri istiqamət verilmişdir.

13. İrihəcmli mətnlərdən dil qaydalarının öyrədilməsi üçün, əksər hallarda istifadə olunmamışdır. Verilən bir neçə tapşırıq isə (Məsələn: “Altından xətt çəkilmiş sözləri yaxınmənalı sözlərlə əvəz edin” ) bu mühüm vəzifəni həyata keçirməkdə əhəmiyyətli rol oynamır. MMV-nin 6-cı səhifəsinin 3-cü abzasında yazılır: “... Bu məzmun xətlərindən ilk üçünü nitq bacarıqları, dördüncünü (dil qaydaları) isə bu bacarıqları əldə etmək üçün vasitə kimi qiymətləndirmək olar”. Bu fikir “Azərbaycan dili” fənninin tələblərinə uyğundur. Dərslikdə isə bu tələblərə qətiyyən əməl edilməyib. Dil qaydaları əvvəlki fənyönümlü proqramlar əsasında hazırlanmış dərsliklərdə olduğu kimi, ayrıca tədrisə cəlb olunur. Hər hansı bir dil qaydası və buna uyğun olaraq müvafiq nitq bacarıqları paralel şəkildə əks etdirilməli idi. Məhz “Azərbaycan dili” üzrə dinləmə, danışma, oxu, yazı bacarıqları konkret dil qaydası faktları ilə işləməli, qaydalar bacarığa çevrilməli idi.

Page 7: Respublikanın ümumtəhsil məktəblərinin 5-ci sinifləri üçün ...derslik.edu.az/monitoring/level5/PDF/Azerbaycan_dili_5.pdfMətnlə bağlı dil qaydasında samit səslərin

7

14. Bir çox hallarda kurikulumun “Dil qaydaları” məzmun xəttində qeyd olunan tələblərlə dərslikdə ayrı-ayrı bölmələrdə bununla bağlı verilmiş qaydalar üst-üstə düşmür. Belə ki, “Dil qaydaları” məzmun xəttinə aid olan 4 alt-standartdan ikisinə (4.1.1., 4.1.3.) aid qaydalar verilməmişdir.

15. “Fonetika”nın adı çəkilmədən bəhs haqqında məlumat verilir ki, bu da nizamsızlıq yaradır.

16. Saitin və samitin nə olduğu haqqında məlumat verilmədən birbaşa sait və samitlərin növləri verilir. Bununla bağlı verilmiş çalışmalar da elə də önəmli səciyyə daşımır. Aşağı siniflərdə sait və samit haqqında məlumat verilsə də, burada da nisbətən əhatəli məlumat vermək lazım idi.

17. Fonetika bəhsi üzrə heca və vurğu haqqında məlumat verilmir. 2.2.1. alt-standartı, ümumi müddəalardakı “mətni tələffüz qaydalarına uyğun oxuyur” tələbi, MMV-də 32-ci səhifədəki “qiymətləndirmə cədvəli” 3-də “Oxu texnikasının qiymətləndirilməsi”ndə “İntonasiya və vurğuya düzgün riayət edir” müddəası vurğu, MMV-də 33-cü səhifədəki “qiymətləndirmə cədvəli” 5-də “Yazı bacarığının qiymətləndirilməsi”ndə “Orfoqrafik normalara uyğun yazır” tələbinə əsaslanıb heca və sözün sətirdən sətrə keçirilməsi haqqında məlumatı dərslikdə qeyd edilə bilərdi.

18. Qeyd etmək lazımdır ki, ibtidai siniflərdə müəyyən dil qaydaları verilsə də, bu mərhələdə də dil qaydaları əvvəlki mərhələdən məzmun və formaca fərqlənən müəyyən sistemlə, ardıcıllıqla verilməlidir. Lakin bir çox məqamlarda bu qaydalar tam açıqlanmamış, lazımsız hökmlər verilmişdir ki, bu da, dolaşıqlıq və çaşqınlıq yaradır.

19. İlk dil materialı 12-ci səhifədə verilmiş, səbəbi göstərilmədən sait səslərin məlum bölgüsü sadalanmışdır. Burada əmələgəlmə yerinə görə uyğun gələn saitlərin fon rəngləri ilə fərqləndirilməməsi, fonetika haqqında məlumat verilməməsi və əsas anlayışların sistemli şəkildə təqdim olunmaması dolaşıqlıq yaradır.

20. Səhifə 12-də 13-cü tapşırığı şagird müəllimin göstərişi və köməyi olmadan icra edə bilməz. Tələb olunur ki, şagird şeir parçasında hansı səslərin iştirak etmədiyini və bu səslərə xas olan cəhətləri müəyyənləşdirsin. Nümunə Aşıq Ələsgərin “Çata-çat” dodaqdəyməzindən bu bənddir:

Qışda dağlar ağ geyinər, yaz-qara, Sağ dəstinlə ağ kağıza yaz qara. Əsər yellər, qəhr eyləyər yaz qara,

Page 8: Respublikanın ümumtəhsil məktəblərinin 5-ci sinifləri üçün ...derslik.edu.az/monitoring/level5/PDF/Azerbaycan_dili_5.pdfMətnlə bağlı dil qaydasında samit səslərin

8

Daşar çaylar, gələr daşlar çata-çat. Bir kəlmə belə barəsində məlumat verilməyən məsələnin həlli şagirddən tələb

olunur. Şeir parçasında qoşadodaq samitləri olan “p”, “b”, “m” iştirak etmir. Dərslikdə danışıq səsləri nədir, onlar necə yaranır, nədən sait və samitlərə bölünür, sait səslər hansı, samit səslər hansı xüsusiyyətlərə malikdir sualları cavablandırılmır. Birbaşa sait və samitlərin bölgüsü verilir. Bu cür yanaşma isə doğru hesab edilə bilməz.

21. Səhifə 14-də samit səslərin növləri barədə məlumat verilir və yazılır: “Azərbaycan əlifbasında samit səsləri işarə edən 23 hərf var. Lakin dilimizdə bu səslərin sayı daha çoxdur, çünki işləndiyi sözdən asılı olaraq “k” hərfi üç səsi ifadə edir: kənd sözündə - [k] səsini, konsert sözündə [k`] səsini, məktəb sözündə [x`] səsini”. Dəqiq fikir deyil. Bir hərfin müxtəlif səslər ifadə edə bilməsi dilimizdəki səslərin sayının çox olması anlamına gəlmir. İzahat dəqiqləşdirilməli, anlaşılmazlıq aradan qaldırılmalıdır.

Bundan başqa, Azərbaycan dilindəki danışıq səslərinin tədris səviyyəsi üçün qəbul olunmuş konkret miqdarını, “K” hərfinin nədən üç səsi ifadə etməsini göstərmək lazım idi.

22. Səhifə 16-da tapşırıq 4-də qeyd olunub: “Altından xətt çəkilmiş sözləri yaxınmənalı sözlərlə əvəz edin” (altından xətt çəkilmiş sözlər bunlardır: danış, kürəyimə, anlayıram, müqavilə, hirsin, cırnatmaq). Tapşırıq 1-ci bölməyə yox (bu bölmədə yalnız danışıq səslərinə aid nəzəri məlumat verilib), leksika barədə məlumatların verildiyi 2-ci bölməyə aiddir.

23. Səhifə 17-də Ahəng qanunu barədə dörd cümlədən ibarət olan məlumat 1-ci cümlədə tam açıqlandığı üçün sonrakı cümlələrə ehtiyac yoxdur. Bu abzaslardakı məlumatı müvafiq tapşırıqlarla şagirdlər özləri asanlıqla müəyyənləşdirə bilərlər.

24. Səhifə 22-də saitlərin uzun tələffüzü verilərkən tək işlənən saitlərin uzun tələffüzü verilmir, yalnız qoşa saitlərdən danışılır. Natamam izahatdır.

25. Ümumiyyətlə, “Fonetika” bölməsinə aid dil materialları içərisində narahatlıq doğuran məsələlərdən biri, sait səslərin uzun tələffüzü ilə bağlı verilən məlumatdır. Məlum olduğu kimi, normal tələffüz zamanı “ı” və “ü” saitləri istisna olmaqla, qalan yeddi sait bəzi məqamlarda uzun tələffüz olunur və bunun səbəbi var. Əvvəla, şagird bilməlidir ki, uzun tələffüz nədir, ikincisi, hansı vəziyyətlərdə tələffüz zamanı saitin uzanması hadisəsi baş verir və vurğunun saitlərin uzun tələffüzü ilə əlaqəsi var, yoxsa yox. Təbii ki, dərslikdə verilmiş üç cümləlik məlumat və bir neçə nümunə ilə danışıqda

Page 9: Respublikanın ümumtəhsil məktəblərinin 5-ci sinifləri üçün ...derslik.edu.az/monitoring/level5/PDF/Azerbaycan_dili_5.pdfMətnlə bağlı dil qaydasında samit səslərin

9

və yazıda çətinlik törədən bir məsələni həll etmək mümkün deyil. Şagirdə bir cümlə ilə çatdırmaq olardı ki, eyni saitlə yazılan müəyyən qoşasaitli sözlərdə tələffüz zamanı saitlərin biri düşür, digəri uzun tələffüz olunur (inşaat – inşa:t, bədii – bədi:, mənfəət-mənfə:t və s. ).

26. Səhifə 26-da “ “O” saitinin “a” kimi tələffüzü” qaydası belə verilib: “Bir sıra sözlərin tərkibindəki “o” saiti [a] kimi tələffüz olunur. Məsələn, Moskva – [Maskva], konfet –[ kanfet]. Bu sözlər dilimizə başqa dillərdən keçmədir”.

Alınma sözlər barədə dərslikdə, ümumiyyətlə, heç bir məlumat verilmirsə, bu səthi məlumatı oxuyan şagird alınma sözlər hansılardır və nə üçün “o” ilə yazılan sözlərdəki “o” saiti bəzən “a” kimi tələffüz olunur fikirlərini başa düşə bilməz.

27. Yenə həmin səhifədə 8-ci tapşırıqda iyirmi bir söz verilib və tələb olunur ki, bu sözlər tələffüz normalarına uyğun yazılsın. Dərslikdə orfoepiya və orfoqrafiya normaları barədə heç bir məlumat verilmədiyi halda, şagird bu tapşırığı yerinə yetirə bilməz.

28. Səhifə 29-da “Söz sonunda cingiltili samitlərin tələffüzü” başlıqlı qayda verilib. Qaydanın çətinlik səviyyəsinə görə, verilən məlumatla mövzunu şagirdlərə mənimsətmək mümkün deyil ( nümunələr: corab – corap, bulud – bulut, nəhəng – nəhənk).

Bu qaydada “z” hərfinin söz sonunda “s” kimi tələffüz olunması verilmir. Amma qaydaya aid 10-cu tapşırıqda “aşpaz” sözünün sonundakı hərfin tələffüzünü tapmaq tələb olunur. Dolaşıqlıq yaranır.

29. Səhifə 33-də “ “K” samitinin tələffüzü və yazılışı” başlıqlı qayda verilir. Nə məlumat, nə də verilmiş nümunələr məqsədi tam əhatə etmir. İzah belə verilib: “ Bir çox sözlərdə “k” samiti “y” samitinin kar qarşılığı olan [x`] kimi səslənir: məktəb [məx`təp], çiçək [çiçəx`]”. Bu dəyişmənin səbəbi göstərilmir. “K” samitinin “k`” kimi tələffüzü barədə bir kəlmə də deyilmir.

Təkhecalı və çoxhecalı sözlərdə bu tələffüzün reallaşdırılmasından danışılmır. Amma qaydada danışılmayan məsələ haqqında 7-ci (kürk) və 10-cu (yük, türk, tank) tapşırıqlarda təkhecalı sözlər verilib və şagirddən bunları ayırd etmək tələb olunur. MMV-də də bu haqda heç bir məlumat yoxdur.

30. Dərsliyin 2-ci bölməsindəki dil materialları bütünlüklə dilçiliyin “Leksikologiya” bölməsinə aiddir. Bu bölmədə “Ümumişlək və ümumişlək olmayan sözlər”, “Əsl Azərbaycan sözləri və alınma sözlər”, “Neologizmlər” barədə məlumatın

Page 10: Respublikanın ümumtəhsil məktəblərinin 5-ci sinifləri üçün ...derslik.edu.az/monitoring/level5/PDF/Azerbaycan_dili_5.pdfMətnlə bağlı dil qaydasında samit səslərin

10

verilməməsi təəssüf doğurur. Lakin bir çox tapşırıq və izahlarda istər-istəməz bu qaydaları bilməyin vacibliyi özünü göstərir. Məsələn: səhifə 72, tapşırıq 6-da hansı sayların alınma olduqlarını tapmaq tələb olunur. Alınma söz nədir və hansı xüsusiyyətlərə malik olan sözlər alınma söz hesab olunur suallarının cavabı dərslikdə yoxdursa, belə bir tapşırığı şagirdin öhdəsinə buraxmaq məntiqli deyil.

31. Səhifə 33-də verilmiş qayda ilə 36-cı səhifədəki qayda məzmun qrupuna görə oxşardır. Qaydaların təqdimatında isə vahidlik yoxdur.

32. Səhifə 39-da verilmiş qayda ilə 42-ci səhifədəki məlumatlar oxşar, eyni xarakterlidir. Vahid təqdimat burada da yoxdur.

33. Səhifə 42-də verilmiş “Qoşasamitli sözlərin tələffüzü” haqqında məlumat və nümunələr qənaətbəxş deyil, dəqiqləşmə tələb edir.

34. Səhifə 49-da dil qaydasında sondan ikinci abzasda “və digər xüsusiyyətləri” ifadəsinin orta məktəb dərsliklərində verilməsi məqsədəmüvafiq hesab edilmir.

35. Səhifə 53-də dil qaydasının izahı uğurlu deyil. “Sözün məcazi mənası necə yaranır” başlığı verilir, amma məcazi mənanın necə yarandığı izah edilmir, yalnız nümunə verilir. Məcazi mənanın mahiyyəti şagird üçün açılmamış qalır.

36. Səhifə 58-də (çoxmənalı sözlər), 61-də (omonimlər), 64-də (sinonimlər) və 67-də (antonimlər) dil qaydaları eyni xarakterlidir. Bu qaydaların izahında və təqdimatında eynilik gözlənilməli idi. Məsələn, 67-ci səhifədə antonimlərdə son cümlədə qeyd olunur: “Onlar ifadə olunan fikrin bədii təsir gücünü artırır”. Bəs bu fikir omonim, sinonim, çoxmənalı sözlərə, frazeoloji birləşmələrə aid deyil?

37. Səhifə 69-da etimologiyanın izahında hər hansı bir milli sözün etimologiyasını qısaca vermək yaxşı olardı.

38. Yenə həmin səhifədə “Etimologiya nədir?” məlumatında etimologiya termininin izahı verilib. “Sinonim, antonim, ...”-in etimologiyası verilməyib. “Omonim”in etimologiyası isə mövzudan 4-5 dərs sonra verilir (səh. 72-də "qruplarla iş"də). Sistemsizlik özünü göstərir.

39. Səhifə 75-də dil qaydasında son abzas artıqdır. Arxaizm və tarixizmləri fərqləndirmək 5-ci sinif, ümumiyyətlə, orta məktəb üçün əhəmiyyətli deyil. Qaydanın 1-ci cümləsi sözlərin köhnəlmə səbəbini açıqlayır.

40. Səhifə 82-də 13-cü tapşırıqda qeyd olunur: “Vurğusu son hecaya düşən hansı sözlərdə -la, -lə şəkilçi kimi işlənmişdir?”

Page 11: Respublikanın ümumtəhsil məktəblərinin 5-ci sinifləri üçün ...derslik.edu.az/monitoring/level5/PDF/Azerbaycan_dili_5.pdfMətnlə bağlı dil qaydasında samit səslərin

11

Əvvəla, -la, -lə morfeminin bağlayıcı və qoşma kimi işlənə bilməsi, yaxud leksik

şəkilçi olaraq feil və zərf düzəldən şəkilçi olması, ikincisi, nə vaxt vurğu qəbul edib-etməməsi, tələffüz forması, nəhayət, vurğu barədə dərslikdə məlumat verilmirsə, bu tipli tapşırıqların şagirdlərə təqdim olunması məqsədəmüvafiq hesab edilmir.

41. Səhifə 91-də “Bir cür yazılan şəkilçilər” haqqında məlumat verilib. Dərslikdə şəkilçilər özləri göstərilməyib və buna aid yalnız bir tapşırıq verilib.

42. Səhifə 96-da dil qaydasında 2-ci cümlə qüsurlu, 3-cü cümlə anlaşılmazdır. 43. Səhifə 99-da dil qaydası qüsurludur. Heç bir izahat verilmədən və aydınlıq

gətirilmədən qavranılması 5-ci sinif şagirdi üçün çətin sayılan qayda təqdim olunub. 44. 4-cü bölmədə “Nitq hissələri nədir, morfologiya nəyi öyrənir?” suallarına heç

bir aydınlıq gətirilmədən nəzəri məlumatlar təqdim edilmişdir. 45. Dərslikdə isim, sifət, feilin nitq hissəsi kimi əsas xüsusiyyətləri haqqında

lazımi məlumat verilmirsə, mövzuları sistemli şəkildə tədris etmək mümkün deyil. Halbuki 4.1.2. alt-standartı isim, sifət və feil haqqında məlumat verməyi tələb edir (Sözün səs tərkibini, semantik xüsusiyyətlərini, tərkibini, yaranma üsullarını və qrammatik mənasını (ad, əlamət, hərəkət bildirməsini) izah edir.).

46. Səhifə 108-də 9, 11, 13-cü tapşırıqlarda “sözdüzəldici şəkilçi” ifadəsi “leksik şəkilçi” ifadəsi ilə əvəz olunmalıdır.

47. Səhifə 119-da “Kiş Alban məbədi” mətni və ismin hallarına cəmi 2 saat ayrılıb. Şagirdinin ismin hallarını 15-20 dəqiqə ərzində mənimsəməsi mümkün deyil. Həmin mövzuda ismin qeyri-müəyyən yiyəlik və qeyri-müəyyən təsirlik halları haqqında heç bir məlumat verilmir.

48. Dərslikdə orfoqrafiya qaydalarında və durğu işarələrinin qoyuluşunda aşağıdakı qüsurlar vardır:

Səhifə 10-da 1-ci mətndaxili sualdan əvvəlki cümlədə “o” əvəzliyindən sonra vergül qoyulmalıdır.

Səhifə 42-də tapşırıq 6-da ehtiyat-ehdiyat kimi verilib. "Ehtiyat" sözünün tələffüzündə "t", "d"-ya çevrilmir.

Page 12: Respublikanın ümumtəhsil məktəblərinin 5-ci sinifləri üçün ...derslik.edu.az/monitoring/level5/PDF/Azerbaycan_dili_5.pdfMətnlə bağlı dil qaydasında samit səslərin

12

2. Dil və üslub baxımından

49. Dərsliyə daxil edilmiş mətnlərin əksəriyyətində şagird üçün “Azərbaycan dili”nin tədrisi zamanı vacib olmayan çoxlu sayda yorucu məlumat vardır. Buraya aşağıdakı mətnləri daxil etmək olar: “Dünyanın ən sürətli adamı” (səh. 27-29), “Lüğətlər” (səh. 48-49), “Qanadlı misralar” (səh. 50-53), “Sərhədsiz İnternet” (səh. 70-72), “Şuşa qalası” (səh. 113), “Çıraqqala” (səh. 114), “Pəri qalası” (səh. 114), “Dərbənd qalası” (səh. 117), “Kiş Alban məbədi” (səh. 119), “İçərişəhər” (səh. 122), “Memar Əcəmi” (səh. 126), “İsmailiyyə” (səh. 128), “Xudafərin körpüsü” (səh. 131), “Opera teatrı” (səh. 133), “Gələrsən-Görərsən qalası” (səh. 135), “Səadət sarayı” (səh. 138), “Əlincə qalası” (səh. 140) “Demosfen” (səh. 178-179) və s. “Azərbaycan dili”nin tədrisi prosesində şagirdlərlə müvafiq məzmun xətləri üzrə iş aparan zaman mətnlərdəki məlumat yükünün ağırlığı dinləyib-anlama, danışma, oxu işinin reallaşdırılmasında çətinlik yaradır.

50. Səhifə 27-də verilmiş “Dünyanın ən sürətli adamı” mətnində məlumatın çoxluğu oxu zamanı çətinlik yaradır. Mətndə şagird 10 rəqəm-faktla ( 1917-ci il, 23 yaş, 1500 metr, 1934-cü il, 1 mil məsafə, 4:06 dəqiqə, 800 metr, 6 sm, 4-cü yer, 1940-cı il və s.), bir neçə tanımadığı yer və şəxs adı ilə (“Kanzas ştatı”, “Elxart şəhəri”, Q”len Kaningem”, “Elxart ekspress”, “Kanzasın polad atı” ), çətin sözlərlə (“amputasiya”, “stress”, “ekspress”, “natamamlıq kompleksi”) qarşılaşır.

51. Səhifə 48-də verilmiş “Lüğətlər” mətni 2-ci bölməyə, 13-cü dərsə aiddir, 2 saat üçün nəzərdə tutulub. Bu mətndə də məlumat yükü ağırdır. Məlumat hətta hazırda 10-cu sinifdə tədris olunan “Azərbaycan dili” dərsliyində dilçiliyin sahələri hissəsindəki “Leksikoqrafiya” haqqında verilmiş məlumatdan həcm və məzmunca çox və ağırdır.

52. Səhifə 50-də verilmiş “Qanadlı misralar” mətni də həcmcə böyükdür. Mətndə irəli sürülən fikirlərin, faktların çoxluğu və rəngarəngliyi anlamaya mane olur, şagirdin nəticə çıxarmasının qarşısını alır. Bir mətndə 9 hökm 7 söz ustasından gətirilmiş şeir nümunələri ayrıca cümlələrlə izah olunur ki, bu da faktlar arasında rabitənin itməsinə səbəb olur.

53. Səhifə 51-də Mehmet Cemal Kuntayın “On beş yılı karşılarkən” şeirinin müəllifi səhvən Tofiq Fikrətin adına getmişdir ki, bu da “Dərsliklərin qiymətləndirilməsi

Page 13: Respublikanın ümumtəhsil məktəblərinin 5-ci sinifləri üçün ...derslik.edu.az/monitoring/level5/PDF/Azerbaycan_dili_5.pdfMətnlə bağlı dil qaydasında samit səslərin

13

meyarları”nın 1.2. amilinin (Təlim materiallarının və faktların elmiliyi, dəqiqliyi və etibarlılığı) pozulmasıdır.

54. Həmin şeirdə uğursuz və məntiqsiz dəyişiklik aparılmış, nümunə belə təqdim olunmuşdur:

Bayraqları bayraq yapan üstündəki qandır. Torpaq, üstündə ölən varsa əgər, vətəndir. 55. Səhifə 70-də təqdim olunmuş “Sərhədsiz İnternet” mətnində də şagird kifayət

qədər çox məlumat, çətin söz və ifadələrlə qarşılaşır: “international”, “network”, “virtual”, “şəbəkə texnologiyası”, Amerika Birləşmiş Ştatları Təhlükəsizlik Nazirliyi, orbit, ARPANET, Amerika İnkişaf Etmiş Müdafiə Araşdırmaları Dairəsi Şəbəkəsi, yahoo. com, hotmail.com, portal, World Wide Web, domen, organization, commercial və s. Mətnin dili və üslubu, faktların izah forması şagirdin anlama bacarığını çətinləşdirir.

56. Səhifə 110-da “Atəşgah” mətninin də məlumat yükü çoxdur. Mətndə işlənmiş “qədim Bizans diplomatları, Midiya, Pirallahı adası, Suraxanı kəndi, Bakı buxtası, Qız qalası, Abşeron yarımadası, Yanardağ, zərdüştilik, “Suraxanı” sözünün etimologiyası, zəvvarlar, kahinlər, ibadətgah, Böyük İpək yolu, Hindistan, hücrə, karvansara, daş kitabələr, fransız yazıçısı Aleksandr Düma, “Atəşgah məbədi” Dövlət Tarix Memarlıq Qoruğu və s”. söz və ifadələr, eyni zamanda, bu ifadələrin şagird üçün ağır dillə təqdimatı mətndə didaktik tələblərin pozulmasına gətirib çıxarır. Yuxarıdakı məlumatlar lazımlıdır, amma bunların 5-ci sinif “Azərbaycan dili” dərsliyində, 2 saat üçün nəzərdə tutulmuş mətnin daxilində izahları ilə bir yerdə verilməsi çaşqınlıq yaradır. Mətn dil və üslub cəhətdən şagirdin yaş səviyyəsinə uyğun deyil.

57. Səhifə 114-də “Çıraqqala” mətnində ilk abzasda yazılıb: “VI əsrdə Sasani hökmdarı Qubad şah şimal tayfalarından qorunmaq üçün “Gilgilçay səddi” və ya “Gil divar” adlanan sədd tikdirmişdi. Gilgilçayın Xəzər dənizinə töküldüyü yerdən Babadağa qədər məsafəni əhatə edən bu sədd 60 km uzunluğunda idi. Sədd boyu bir neçə qala tikilmişdi. Çıraqqala Şabran rayonunun 20-25 kilometrliyində Çanaqqaya adlanan sıldırım qayanın zirvəsində yerləşir”. Məlumatda şagirdin yaş səviyyəsinə uyğun olmayan yorucu məlumatlar çoxdur.

58. Səhifə 117-də verilmiş “Dərbənd qalası” mətnində Dərbənd qalası, Azərbaycandan şimalda, Qafqaz dağları, Xəzər dənizi, “Kaspi qapıları”, “Alban

Page 14: Respublikanın ümumtəhsil məktəblərinin 5-ci sinifləri üçün ...derslik.edu.az/monitoring/level5/PDF/Azerbaycan_dili_5.pdfMətnlə bağlı dil qaydasında samit səslərin

14

qapıları”, “Hun keçidi”, “Qafqaz qapısı”, “Dəmirqapı”, “Kitabi-Dədə Qorqud”, “Koroğlu”, Dədə Qorqud, Fətəli xan Qubalı, Tuti Bikə, Əmir Həmzə, Dağıstan hakimləri, Xudat, 1875-ci il, Bakı, Bibiheybət kimi ad və ifadələr, çətin dil, üslub bu mətnin də “Azərbaycan dili” fənnində tədris üçün yararlılığını aşağı salır.

59. Digər mətnlərdə də artıq məlumat və yaş səviyyəsinə uyğunsuzluq özünü göstərir.

• “Şuşa qalası” (səh. 113) mətnində : Şuşa qalası, monqol-tatarların Azərbaycana ikinci yürüşü, XIV əsr, Qarabağ xanı Pənahəli xan, 1753-cü il, Pənahabad, 1795-ci il, Ağa Məhəmməd şah Qacar, Qacarın Qafqaza yürüşü, Şuşanın mühasirəsi, Qalanın dairəvi mühafizə bürcləri və s.;

• “Pəri qalası” (səh. 114) mətnində: Zaqatala rayonu, Yuxarı Çardaqlar kəndi, Pəri qalası, memarlıq üslubu, eramızın IV əsri, qalanın təyinatı, mülahizələr, XII-XIV əsrlər, Abşeron kəndləri, Mərdəkan qalası, Nardaran qalası, Şağan qalası, XVI əsrdə, Ramana qalası, Bayıl qalası, folklor nümunələri və s.;

• “Kiş Alban məbədi” (səh. 119) mətnində: Şəki rayonu, Kiş kəndi, Kiş Alban məbədi, səmavi din, Xristianlığın əsasını qoymuş İsa peyğəmbər, həvari, Müqəddəs Yelisey, İsanın din qardaşı Yakov, bizim eranın 50-ci illəri, Uti vilayəti, kilsə, eramızın I-II əsrlərində, xristianlığı qəbul edənlər üçün ibadətgah, IV əsr, Rəşid bəy Əfəndiyev, minval, Nuxa, məbəd, qəbirlərdəki insan sümükləri, günbəz, Böyük Qafqaz, abidə-muzey, maket;

• “İçərişəhər” (səh. 122) mətnində: dalanlar, labirint, XII əsr, müdafiə gücünü artırmaq, 15-20 metr, novlar, “naftandazlar”, qoşun növü, Şamaxı, Salyan, arxeoloqlar, 1806-cı il, rus generalı Sisyanov, Knyaz Sisyanov, Hüseynqulu xan, 1420-ci il, 30 il, saray kompleksi, divanxana, ovdan, V-VI əsrlər, 3000 yaş, Məhəmməd məscidi, XI əsr, Sınıq qala, 1723-cü il, məscidin minarəsi, 1977-ci il, tarix-memarlıq qoruğu, status, Dünya Mədəni İrsi, 28 abidə və s.;

• “Memar Əcəmi” (səh. 126) mətnində: XI-XII əsrlər, Qətran Təbrizi, Bəhmənyar, Xətib Təbrizi, Məhsəti Gəncəvi, Nizami Gəncəvi, Xaqani Şirvani, Əcəmi ibn Əbubəkr Naxçıvani, “Şeyx-ül-mühəndis”, həndəsi fiqurlar, Yusif ibn Küseyr, Möminə xatun türbəsi, Cümə məscidi, Qoşa minarə, Atabəylər hökmdarı, Şəmsəddin Eldəgizin birinci arvadı, 1175-ci il, 1186-cı il, fasad, Qurandan ayələr, Hindistan memarlığı, Tac Mahal,

Page 15: Respublikanın ümumtəhsil məktəblərinin 5-ci sinifləri üçün ...derslik.edu.az/monitoring/level5/PDF/Azerbaycan_dili_5.pdfMətnlə bağlı dil qaydasında samit səslərin

15

dünyanın 8-ci möcüzəsi, türk hökmdarı Cahan şah, Mümtaz Mahal, 1648-ci il, 300 il, Memar Sinan;

• “İsmailiyyə” (səh.128) mətnində: XX əsrin əvvəlləri, İsmailiyyə binası, 1907-ci il, Ağa Musanın oğlu İsmayıl, Azərbaycan milyonçusu Musa Nağıyev, İsveçrə, 50 min manat, Hacı Zeynalabdin Tağıyev, başılovlu, iki milyon, Bakının qala divarlarının qərb tərəfində, Seyid Hüseyn, “Həzin bir xatirə – İsmailiyyə”, polyak olan Ploşko, milli ornamentlər, 1918-ci il martın 31-də, foye, Elmlər Akademiyasının binası və s.;

• “Xudafərin körpüsü” (səh. 131) mətnində: 200 il, “Xudafərin”, Cənubi və Şimali Azərbaycan, `1989-cu il dekabrın 31-də, Cəbrayıl rayonu, Baş Xudafərin körpüsü, 11 aşırım, uzunluğu 130, eni 6, hündürlüyü 12 metrdir, ikinci körpü isə 15 aşırımlı olmaqla uzunluğu 200, eni 4,5 hündürlüyü 10 metrdir, Əhəmənilər dövrü, Eldəgizlər dövləti, İran tarixçisi Həmdullah Qəzvini, Bəkir ibn Abdulla, 736-cı il, “Xuda-Afərin”, “Allah tərəfindən yaradılmış” Makedoniyalı İsgəndər, Roma sərkərdəsi Pompey və s.;

• “Opera teatrı” (səh. 133) mətnində: 1910-cu il, Bakı, Rusiya, Bakı milyonçusu Mayılov, Qubernski-Torqovı, indiki Nizami, Hacı Zeynalabdin Tağıyev, mərc gəlirlər, 1910-1911-ci illər, N.Q. Bayev, 1928-ci il, M.F. Axundov, 1959-cu il, Akademik Opera və Balet Teatrı, Azərbaycan Opera və Balet Teatrı, 1920-ci il və s.;

• “Gələrsən-Görərsən qalası” (səh. 135) mətnində: Şəki şəhəri, Kiş kəndi, Qaratəpə dağı, Gələrsən-Görərsən qalası, 1551-ci il, Səfəvi hökmdarı Şah Təhmasib, Dərviş Məhəmməd xan, “Qız qalası”, 200 il sonra, Nadir şahın Şəkiyə hücumu, 1736-cı il, Məlik Nəcəf, 1741-ci il, Hacı Çələbi, səlahiyyət, iftira, 1743-cü il, canişin, 1744-cü il, 1745-ci il və s.;

• “Səadət sarayı” (səh. 138) mətnində: Murtuza Muxtarov, Əhməd Cavad küçələri, “Səadət sarayı”, Liza xanım, Venesiya, layihə, çertyoj, 1912-ci il və s.;

• “Əlincə qalası” (səh. 140) mətnində: Əlincə qalası, Naxçıvan Muxtar Respublikası, Culfa rayonu, Əlincəçay, “Keçi cığırı”, XIV əsr, Əlincə adının etimologiyası, yekdil fikir, 2000 il, epos, “Kitabi Dədə Qorqud”, XII əsr, Eldəgizlərin hakimiyyəti, XIV əsrin sonu, Əmir Teymur, 1393-cü il, 40000 nəfərlik qoşun, Əmir Altun, Miranşah, 1399-cu il və s.

Bu mətnlərdə verilmiş rəqəm, söz və ifadələr şagirdlərin anlama qabiliyyətini çətinləşdirir, didaktik tələbləri ödəmir, şagirdlərin yaş səviyyəsinə uyğun gəlmir. Bununla da həmin mətnlərdə nitq bacarıqlarının formalaşdırılması çətinləşir.

Page 16: Respublikanın ümumtəhsil məktəblərinin 5-ci sinifləri üçün ...derslik.edu.az/monitoring/level5/PDF/Azerbaycan_dili_5.pdfMətnlə bağlı dil qaydasında samit səslərin

16

Əksəriyyəti nəsr formasında olan bu mətnlərin estetik keyfiyyəti çox aşağıdır. Məlumat və informasiya yükü çox ağırdır. Dərslikdə elə mətnlər seçilməli idi ki, onlar birinci növbədə Azərbaycan dilinin gözəlliyinin, zənginliyinin, özünəməxsusluğunun görünməsinə xidmət etsin; onlarda yüksək mənəvi-əxlaqi keyfiyyətlər: vətənpərvərlik, xalqpərvərlik, millətsevərlik, milli dövlətə sevgi və hörmət, təhsilə – öyrənməyə maraq, milli kökə – türkçülüyə və azərbaycançılığa, xalq adət-ənənələrinə bağlılıq, qürur hissi aşılansın.

60. Mətnlərin bir çoxu məzmun xüsusiyyətlərinə görə, şagirdlər üçün, sadəcə olaraq, məqbul deyil. Şagirdlərin yaş səviyyəsinə, məktəb etikası və tərbiyə qaydalarına görə mətnlərin məzmununa ciddi fikir verilməlidir. “Mükafat” (səh. 10 ), “İradənin gücü” (səh. 15), “Bizim riyaziyyat müəllimimiz” (səh. 18 ), “Ala-bəzək torba” (səh. 23), “Xeyirxah Əli” (səh. 34 ), “Hamının bildiyi dil” (səh. 40-42 ), “Rəmzə çevrilmiş adlar” (səh. 65), “Sərhədsiz İnternet” (səh. 70-72 ), “Sözün qüdrəti” (səh. 76), “Yoxsulluq nədir” (səh. 94) və s.

61. Səhifə 10-da təqdim olunmuş “Mükafat” mətninin baş qəhrəmanı Aysu kitab oxumaq həvəskarı deyil. “İşi-gücü internetdə rəfiqələri ilə “çatlaşmaq” idi. Kitab oxutdurmaq üçün ata uşağa on manat “mükafat” vəd edir. Fikrimizcə, bu “mükafat” pul hərisliyinə, təmənnalı işə gətirib çıxara bilər. Odur ki, nəzərdə tutulan ideya didaktik tələblərə cavab verən mətn üzərində reallaşdırılmalıdır. Deməli, uşağa kitabı sevdirməyin daha faydalı və uğurlu yolunu seçmək lazım idi.

62. “Mükafat” mətnində atanın övladına oxumaq üçün tövsiyə etdiyi əsər Mark Tvenin “Şahzadə və dilənçi” əsəridir. Dünya ədəbiyyatına müraciət lazımdır. Amma milli-mənəvi dəyərlərimizi özündə əks etdirən “Məlikməmməd”, “Yetim İbrahimin nağılı” , “Ağ atlı oğlan”, “Qaraca qız” və s. kimi gözəl nağıllarımız, hekayələrimiz olduğu halda, dərsliyin ilk mətnindəcə xarici ədəbiyyata müraciət etmək məqbul hesab edilmir.

63. “Mükafat” mətnində mətnlə bağlı verilən tapşırıqlar çoxdur. Bu tapşırıqların effektiv yerinə yetirilməsi nə fiziki imkanlar, nə də vaxt baxımından münasibdir. Hətta iki 45 dəqiqə ərzində də verilmiş 13 sual və tapşırığı səmərəli yerinə yetirmək mümkün deyil. Buraya mətnlə bağlı iş və oxu da əlavə edilərsə, bunu aydın görmək olar.

64. Səhifə 13-də verilmiş “Əsl dost” mətni də tərbiyəvi baxımdan ürəkaçan deyil. Belə ki, Fuad valideynlərinə heç nə demədən həyətdəncə Leyla və Mərdan əmiyə

Page 17: Respublikanın ümumtəhsil məktəblərinin 5-ci sinifləri üçün ...derslik.edu.az/monitoring/level5/PDF/Azerbaycan_dili_5.pdfMətnlə bağlı dil qaydasında samit səslərin

17

qoşularaq sirkə gedir. Deməli, belə çıxır ki, uşaq valideynlərinə heç nə demədən kiməsə qoşulub hara istəsə gedə bilər.

65. “Əsl dost” mətninin sonunda Mərdan əmi Leylaya deyir: - Qızım , Fuad əsl dostdur. Onunla kəşfiyyata da getmək olar”. Kəşfiyyat hara, sirk hara? Qəribə məntiqdir.

66. “Əsl dost” mətnində 3-cü cümlə belə verilib: “Odur ki, çox vaxt dərslərinə birgə hazırlaşır, gəzməyə də bir gedirdilər”. Belə ifadə olunsa, daha düzgün olar: “Odur ki, birlikdə dərslərinə hazırlaşır, gəzməyə gedirdilər”.

67. Səhifə 18-də təqdim olunmuş “Bizim riyaziyyat müəllimimiz” mətni pedaqoji-psixoloji baxımdan düzgün seçilməyib. Şagird şəxsiyyətdir, onu gülüş, məsxərə obyektinə çevirmək olmaz. Mətn indiki vəziyyətdə didaktik tələblərə cavab vermir. Burada müəllimin də, sinfin də davranışı nöqsanlıdır. Elşən müəllimin pedaqoji ustalığından danışılır. Lakin səhvə yol vermiş uşağı istehza obyektinə çevirmək heç də ustalıq deyil. “Əlahəzrət”, “Pifaqorxan” kimi ifadələr gərəksizdir. Eyni zamanda, 4 səhifəlik mətn olduqca yorucudur.

68. Səhifə 30-da “Təcili qan axtarılır” (Əslində “axtarılır” yox, “lazımdır” daha düzgündür.) mətnindəki 4-cü absazda ardıcıl işlənmiş "-mış;-miş" şəkilçiləri üslubi ağırlıq gətirir: “Mustafa hirslənmiş”, “ağzına gələni demişdi”, “Səlim səsini çıxarmamışdı”, “oyunun qəhrəmanı olmuşdu”. Belə cümlələr kitabın başqa mətnlərində də çoxdur. Dili sadələşdirmək lazımdır.

69. Səhifə 31-də Mustafanın “...mənim qan qrupum da B RH mənfidir" deməsi inandırıcı görünmür. 5-ci sinif şagirdi heç vaxt belə deməz. Mətnin məzmununda və məntiqində də qüsur var: 5-ci sinif şagirdi Səlim gedib Mustafanın atasına qan verir. Münasib mətn deyil.

70. Səhifə 34-də verilmiş “Xeyirxah Əli” mətnində Əlinin Əhməd adlı sinif yoldaşına məhz onların maddi vəziyyətinin ağırlığına görə qəpik-quruş verməsi bu mətni keçərkən siniflərdə maddi sıxıntısı olan şagirdlərin psixoloji gərginlik keçirməsinə səbəb ola bilər. Mətn yaxşı olardı ki, Əhmədin dərs çalışmasındakı qüsuruna, bununla bağlı Əlinin müəllimlə məsləhətləşməsinə aid olsun. İdeya yaxşıdır, məzmun qüsurludur. Bu halda mətn tədrisə yararsızdır.

71. Səhifə 40-da verilmiş “Hamının bildiyi dil” mətni həcmcə kifayət qədər böyük, məzmunu isə yorucudur.

Page 18: Respublikanın ümumtəhsil məktəblərinin 5-ci sinifləri üçün ...derslik.edu.az/monitoring/level5/PDF/Azerbaycan_dili_5.pdfMətnlə bağlı dil qaydasında samit səslərin

18

72. Mətnlərin bir çoxunda ibtidai sinif dərsliklərində olduğu kimi uşaqlar “utanır, qızarır, xəcalət çəkirlər”. Məsələn, səh. 18, səh. 21, səh. 30, səh. 32, səh. 85, səh. 162 və s. mətnlərdə.

73. Yenə həmin səhifədə işlənmiş “Həyat kredosu” ifadəsi şagirdlərin yaş səviyyəsinə görə çətin qavranılan ifadədir.

74. Səhifə 75-də “anlayışın itməsi nəticəsində köhnələn sözlər” ifadəsi dəqiqləşdirilməlidir. Bəzi lazımlı məlumatlar verilmədiyi halda, bir çox hallarda gərəksiz məlumatlar dərsliyin yüklənməsinə səbəb olur.

75. Səhifə 162-də verilmiş “Yeddi küçük “ mətni bədii cəhətdən zəifdir. 76. Dərslikdə "qruplarla iş" verilir. Məsələn, “Təcili qan axtarılır” ....(4-cü

tapşırıqdakı şərt). İnşa yazmaq da tövsiyə olunur. Mövzuya cəmi 2 saat verilib. Bu vaxt ərzində mətni oxumaq, ona münasibət bildirmək, "qruplarla işi" yerinə yetirmək, tələb olunan inşanı yazmaq mümkün deyil. Eyni zamanda, dil qaydalarına aid verilmiş 6 – 12-ci tapşırıqlara vaxt qalmaz. Bu, demək olar ki, bütün dərslərə aiddir.

77. Səhifə 42-də tapşırıq 5-də “itki” sözü 2 dəfə verilib. 78. Səhifə 50-də “Qanadlı misralar” mətnində 2 və 3-cü abzaslar arasında fikir

ayrılığı var. Ümumiyyətlə, bu mətn şagirdlərin yaş xüsusiyyətlərinə uyğun deyil. Bəxtiyar Vahabzadənin fəlsəfi şeirləri buraya hansı meyarla salınıb? “Bircə ondan

razıyam ki, özümdən narazıyam...” misraları ilə 5-ci sinif şagirdinə nə öyrətmək olar? B. Vahabzadə bu şeiri 60 yaşında yazıb. 5-ci sinfin şagirdi nə üçün özündən narazı olmalıdır axı? Yaxud, “yaşamaq yanmaqdır, yanasan gərək!...” kimi fəlsəfi misralar uşaqların yaş xüsusiyyətlərinə uyğun deyil. B. Vahabzadənin “məktəbli şeirləri”ndən istifadə etmək lazım idi.

79. Səhifə 54–55-də bəzi deyimlərin yaranması haqqında məlumat verilir. Məsələn, “karın könlündəki”, “Süleymana qalmayan dünya” və s. Şagirdlərin yaş xüsusiyyətlərinə, qavramasına uyğun deyil.

80. Səhifə 90-da “Yolla gözəl gedən adam” yox, “Yolu gözəl gedən adam” yazılmalıdır. Hər hansı bir əsərin adından götürülsə də, dilimizə uyğunlaşdırılmalıdır.

81. Səhifə 95-də “Məhlənin hasarı yox idi” deyil, “həyətin hasarı yox idi” ifadəsinin verilməsi daha məqsədəuyğundur.

Page 19: Respublikanın ümumtəhsil məktəblərinin 5-ci sinifləri üçün ...derslik.edu.az/monitoring/level5/PDF/Azerbaycan_dili_5.pdfMətnlə bağlı dil qaydasında samit səslərin

19

3. Dizayn və bədii tərtibat baxımından

82. Üz qabığında dərs prosesinin bir anı təsvir edilmişdir. Təsvirdə şagird və müəllimin sifət cizgilərində heç bir yaş fərqi hiss edilmir. Bilmək olmur ki, müəllim oturub arxa tərəfə baxan, yoxsa yazı taxtasının qarşısında dərs danışandır. Məntiqə görə, müəllim, yəqin ki, dərs danışandır.

83. Səhifə 13-də “Əsl dost” mətninə aid ayı və qız şəkli mətnin mənimsənilməsinə yönəlməyib.

84. Səhifə 105-də şəkildə kəndxudanın əlində qırmanc təsvir olunsa idi, daha yaxşı olardı.

85. Səhifə 167-də “Tarixdə iz qoyanlar” bölməsinin başlığında tanınmış tarixi şəxsiyyətlərimizin şəkilləri verilsə idi, daha məqsədəuyğun olardı.

4. “Müəllim üçün metodik vəsait”in (MMV-nin) məzmunu baxımından

86. Səhifə 6-da məzmun xətləri, standart və alt-standart anlayışları düzgün açılmamışdır;

87. Yenə həmin səhifədə axırıncı qrafik təsvir əyanilikdən daha çox fikri dolaşdırmağa, əlavə şərhə ehtiyac yaradır. Onu sadə bir variantda təqdim etmək lazımdır;

88. Səhifə 8-də nəzərdə tutulan 1.1.1. alt-standartının məzmunu təhrif olunmuşdur və ona verilən şərhdə də (təlim məqsədi kimi təqdimi nəzərdə tutulur) yanlışlıq var. Burada söhbət "Danışanın fikrini verdiyi suallar əsasında aydınlaşdırır" cümləsində "verdiyi suallar"ın kimə məxsus olmasının – danışana, yoxsa dinləyənə aid olması düzgün müəyyənləşdirilməmişdir. Həmin ifadə daha çox birinci tərəfə - danışana aiddir və burada danışanın verdiyi suallara dinləyənin nə dinlədiyi barədə aydınlıq gətirməsi önə gətirilir. Yəni fikrin anlaşılması hansı səviyyədə olmuşdur. Standart bu cür qəbul olunmalı idi: "danışanın fikrini danışanın verdiyi suallar əsasında aydınlaşdırır". Qeyd edilən şəkildə anlaşılmasının səbəbi 1.1. əsas standartındadır ("Dinlədiyi fikri anladığını nümayiş etdirir").

Page 20: Respublikanın ümumtəhsil məktəblərinin 5-ci sinifləri üçün ...derslik.edu.az/monitoring/level5/PDF/Azerbaycan_dili_5.pdfMətnlə bağlı dil qaydasında samit səslərin

20

89. Alt-standartların təlim məqsədlərinə çevrilməsində standartın tələblərindən yayınmalar, ondan yan ötmələr, təhriflər özünü göstərir. Alt-standartlar vəsaitdəki şəkildə təlim məqsədlərinə çevrilə bilməz. Çünki standartlar dövlət tələbidir və ondan yan keçmək, onu dəyişdirmək, təhrif etmək, başqa cür şərh etmək qətiyyən olmaz. Səh. 8-də 1.1., səh. 9-10-da 1.2., səh. 12-13-də 2.1., səh. 14-15-də 3.1., səh. 15-17-də 4.1. əsas standartlarının tərkibi açıqlananda belə yayınmalara çox yer verilmişdir. Bu da öz növbəsində dövlət tələbinə - standartlara yeni standartların əlavə olunması kimi başa düşülür. Standartlara əlavə etmək, bu cür düzəlişlərlə MMV-yə daxil etmək yolverilməz haldır.

89. Vəsaitin əvvəlində "İllik planlaşdırma" cədvəli təqdim olunmalıdır. 90. Səhifə 19-20-də "Çalışma modelləri" başlığı altında təqdim olunan modellərin

standartlarla bağlılığı, demək olar ki, yoxdur. Onlarda "Dinləyib-anlama və danışma", "Oxu", "Yazı" və "Dil qadaları" məzmun xətlərində əhatə olunan standartlara dair konkret bir tapşırıq yoxdur. Səh. 19-da "Boşluğu doldur", "Ardıcıllığı bərpa et", "Doğru, yoxsa yanlış" və digərlərində həmin hal özünü göstərir.

91. Səhifə 22-də "Təlim texnologiyaları" başlığı yerində deyil. Burada fəal/interaktiv təlim üsulları təqdim olunur. Əslində isə burada əvvəlcə fəal/interaktiv dərslərin quruluşu (buna ciddi ehtiyac vardır), sonra isə təlim üsulları və onların hansı dərs mərhələsində və necə istifadə imkanları təsvir olunmalı idi.

92. Səhifə 27-də təqdim olunan "Dərslərin strukturu" başlığı müəllimlər üçün mücərrəd xarakter daşıyır. Burada konkret şəkildə göstərilməli idi ki, hansı mərhələlər vardır və onlarda hansı işlər yerinə yetirilməlidir. Yəni yuxarıdakı səh. 22-yə dair verilən qeydlər təmin olunmalı idi.

93. Səhifə 27-də "Fəndaxili və fənlərarası inteqrasiya" başlığında əksini tapan material müəllimlərə düzgün istiqamət vermir. Qeyd etmək lazımdır ki, bu məzmunun açıqlanması daha çox fənn kurikulumunun işi olmalı idi. Amma Azərbaycan dili üzrə fənn kurikulumu olmadığından müəlliflər bu ehtiyacı ödəmək istəmişlər. Təəssüf ki, buna müvəffəq ola bilməmişlər. Burada fəndaxili inteqrasiyada məzmun xətlərinin yaratdığı inteqrasiya imkanlarına nəzər salınmalı və müəllimlərə istiqamət verilməli idi. Həmçinin dərslərdə fənlərarası inteqrasiyanın nə vaxt və necə yaradılması işinə dair də bir təlimat, göstəriş verilməli idi.

Page 21: Respublikanın ümumtəhsil məktəblərinin 5-ci sinifləri üçün ...derslik.edu.az/monitoring/level5/PDF/Azerbaycan_dili_5.pdfMətnlə bağlı dil qaydasında samit səslərin

21

94. Səhifə 29-da "Qiymətləndirmə" başlığında nəzərdə tutulan məsələlər tamamən yenilənməlidir. Burada fənn müəllimlərinə kömək üçün diaqnostik, formativ və summativ (kiçik və böyük summativ) qiymətləndirmələrlə bağlı yeni təlimatın tələblərini təqdim etmək lazımdır. Bu baxımdan səh. 30, 31, 32, 33, 34-də təqdim olunan cədvəllər vəsaitdən çıxarılmalı, əvəzində isə formativ qiymətləndirməni necə və hansı meyarlarla aparmaq lazımdır, bu barədə formativ qiymətləndirmə jurnalında və məktəbli kitabçasında qeydlər necə edilməlidir, kiçik və böyük summativ qiymətləndirmə necə aparılmalıdır sualları ətrafında təlimati qeydlər verilməlidir.

95. Bölmələr üzrə təqdim olunan cədvəllərdə əksini tapan məlumatlar vəsaitin əvvəlində "İllik planlaşdırma" cədvəlində əks olunmalı idi. Hazırda bölmələrin əvvəlində təqdim olunan bu materiallarda (səh. 35, 68, 99, 126, 157 və 178-də) ciddi qüsurlar vardır. Belə ki, "Məzmun standartları" var, amma "fəndaxili və fənlərarası" inteqrasiya, dərsdə istifadə olunacaq iş formaları və iş üsulları, eləcə də illik planlaşdırmanın digər bölmələri üzrə məlumatlar yoxdur. Həmçinin dərslərə ayrılan saatların ümumi miqdarı verilmiş, amma saatbasaat bölüşdürülməsi göstərilməmişdir. Bu, müəllimlər üçün bir nümunə, istiqamətverici rol oynamalı idi. Müəllimlərə xatırladılmalı idi ki, təqdim olunan bölgü istiqamətverici xarakter daşıyır və onu hər bir müəllim yaradıcı şəkildə yenidən işləyə, dəyişdirə, dəqiqləşdirə bilər.

96. Bölmələrin sonunda qeyd olunan kiçik summativ qiymətləndirmə vasitələrinin təqdimində də səhvə yol verilmişdir. Məlumdur ki, kiçik summativlərdə verilən suallar səviyyələr üzrə qruplaşdırılmalı və qiymətləndirmə standartlarının tələblərinə uyğun olmalı idi. Təlimatda bu barədə açıq şəkildə göstərilir ki, verilən suallar səviyyələr üzrə belə olmalıdır: a) Təqdim olunan sualların ümumi miqdarının 20%-i 1-ci, 30%-i 2-ci, 30%-i 3-cü, 20%-i isə 4-cü səviyyəyə uyğun olmalıdır; b) hər bir sualın üzərində onun kodu (məsələn, 1.1.2.Q1., 2.2.3.Q2., 4.1.2.Q3. və s.) göstərilməlidir. Əks halda təlimatın necə yerinə yetirilməsi nə müəllim, nə də ona nəzarət edənlər üçün aydın ola bilməz.

97. Standartların dəyişdirilməsi və ondan uzaqlaşma halları daha çox təsadüf olunan qüsurlardandır. Dərslərin təqdimatlarından görünür ki, bir çox hallarda standartla təlim məqsədləri tamamilə fərqlənir. Bunun üçün mövzuların əvvəlində təqdim olunan cədvəllərə - onun standartlar və təlim məqsədləri qeyd olunan qrafalarına baxmaq kifayətdir: səh. 36-da dərs 1-ə: 2.2.1., 2.2.2., 2.2.3., 2.2.1., 1.2.2. və 4.1.2.; səh. 39-da

Page 22: Respublikanın ümumtəhsil məktəblərinin 5-ci sinifləri üçün ...derslik.edu.az/monitoring/level5/PDF/Azerbaycan_dili_5.pdfMətnlə bağlı dil qaydasında samit səslərin

22

2.2.1., 1.2.4., 2.2.2., 1.2.2.; səh. 41-də 2.2.3., 2.1.1., 1.1.2., 3.1.1.; səh. 45-də 2.2.3., 1.2.2.; səh. 48-də 2.2.3., 2.1.1., 1.2.1., 3.1.1.; səh. 51-də 2.2.3., 2.1.1., 2.2.1., 1.1.2.; səh. 54-də 2.2.3., 3.1.1.; səh. 56-da 2.2.3., 1.1.2., 3.1.1. və digər dərslərin əvvəlindəki cədvəllər.

Nəticə

1. Dərsliyin forzas səhifəsində Dövlət Himni “Azərbaycan Respublikasının Dövlət Himni haqqında” 1992-ci il 27 may tarixli Qanununun tələblərinə uyğun çap olunmayıb. Himnin adı (“Azərbaycan marşı”) ixtisar olunub. Himnin musiqisinin müəllifinin soyadı (Hacıbəyov) redaktə ilə (Hacıbəyli) verilib. Həmçinin forzas səhifəsində Dövlət Gerbinin rəngli təsviri “Dövlət Gerbi haqqında Əsasnamə”nin təsdiq edilməsi barəsində Azərbaycan Respublikasının 1993-cü il 23 fevral tarixli Qanununun tələblərinə uyğun çap olunmayıb.

2. Məzmun xətlərinin balanslaşdırılmasında, alt-standartların təqdimatında və reallaşdırılmasında, Azərbaycan dilinin əsas xüsusiyyətlərinin məzmun xətləri üzrə əhatə olunmasında qüsurlar vardır.

3. Nəzəri məlumatların verilməsində sistem yoxdur. Dilin tədrisi üçün ayrılmış mövzular arasında əlaqə qurulmayıb. Dilin bu və ya digər sahəsi haqqında məlumat bir növ göydəndüşmə səciyyəsinə malikdir. Şagird və müəllim də hansı sistemlə, hansı istiqamətdə dərs keçdiyini, nədən başladığını, hansı istiqamətdə dilin quruluşu barədə məlumat alacağını bilmir. Bir tədris ilində fonetikadan, leksikologiyadan, söz yaradıcılığı və morfologiyadan məlumat verilir. Lakin ümumi anlayışlarla bağlı məlumatlarda izah yoxdur. Şagird verilən məlumatı yalnız əzbərləyə bilər.

4. Dil qaydalarının sistemində, nizamlılığında, təqdimatında qüsurlar var. Müəlliflər kiçik həcmli rabitəli mətnlər hazırlayıb, dil qaydaları üzrə bilik və bacarıqların formalaşdırılmasını daha çox onların əsasında həyata keçirməli idilər. İndiki halında dərslik dil və ədəbiyyatın qovuşuq bir fənn kimi tədris edildiyi ölkələrdə hazırlanmış dərsliklərdən heç nə ilə fərqlənmir. Dərslik dilin ifadə imkanlarının öyrənilməsində, şagirdlərin Azərbaycan xalqının milli, mənəvi və mədəni dəyərləri ruhunda tərbiyə olunmasına şərait yaratmır. Dərslikdə dünyəvilik əvəzinə, qərbçilik ruhu aşılanır.

Page 23: Respublikanın ümumtəhsil məktəblərinin 5-ci sinifləri üçün ...derslik.edu.az/monitoring/level5/PDF/Azerbaycan_dili_5.pdfMətnlə bağlı dil qaydasında samit səslərin

23

5. Mətnlərin əksəriyyətinin dil və üslubunda, şagirdin yaş səviyyəsinə uyğunluğunda nöqsanlar vardır. Oxu materialları elə seçilib ki, onların əsasında nə ifadə, inşa yazmaq, nə də onları danışmaq olar. Əslində, onları yadda saxlamaq 5-ci sinif şagirdi üçün heç bir əhəmiyyət daşımır. Saysız-hesabsız ağır sözlər, birləşmələr, yad xüsusi isimlərin işlədilməsi 5-ci sinif şagirdinə indiki sinif səviyyəsində gərək deyil. Bunların yerinə milli folklordan, bədii ədəbiyyatdan gözəl və asan seçmələr, nəsr və şeir parçaları vermək olardı. Tərbiyəvi mövzularda olan belə yazılar şagirdlərin yaddaşından silinmir, ömür yolunda ona kömək edir, vətənə, insana sevgi yaradır. Əsas fikri belə mətnlərdə tutmaq daha asandır. Dərslikdə verilən əksər mətnlər əlavə oxu materialı kimi daha maraqlıdır. Lakin bunlar 5-ci sinif üçün tərtib edilmiş standartları reallaşdırmaq üçün imkan vermir .

6. Təhlil göstərmişdir ki, “Azərbaycan dili” üçün standartlarda nəzərdə tutulmuş tələblərin təkmilləşdirilməsinə ehtiyac vardır. “Oxu” məzmun xəttinin tələbləri “Ədəbiyyat” fənninin məzmun xətlərindən seçilmir. Standartlarda “dinləyib-anlama, danışma”, “Oxu”, “Yazı”, “Dil qaydaları” məzmun xətlərinin tələbləri elə qurulmalı idi ki, Azərbaycan dilinin ifadə imkanları, dilimizin ən zəruri dil qaydaları sistemli və nizamlı şəkildə qüsursuz əks oluna bilsin.

7. Dərsliyin dizaynında qüsurlar vardır. 8. MMV-də müəyyən nöqsanlar vardır.