24
Ərp və korroziyaya qarşı müdafiə Almaniyada istehsal olunub

Ərp və korroziyaya qarşı müdafiə - cwt-international.com · əhəng kristalları birləşəndə əhəng qabığı əmələ gəlir və bu zaman karbon anhidridi ifraz olunur

  • Upload
    others

  • View
    9

  • Download
    0

Embed Size (px)

Citation preview

Page 1: Ərp və korroziyaya qarşı müdafiə - cwt-international.com · əhəng kristalları birləşəndə əhəng qabığı əmələ gəlir və bu zaman karbon anhidridi ifraz olunur

Ərp və korroziyaya qarşı müdafiə

Almaniyada istehsal olunub

Page 2: Ərp və korroziyaya qarşı müdafiə - cwt-international.com · əhəng kristalları birləşəndə əhəng qabığı əmələ gəlir və bu zaman karbon anhidridi ifraz olunur

Kimyəvi maddələr və duz əlavə etmədən suyun fiziki üsulla emalı illərlə sınaqdan keçmiş üsuldur. Ələlxüsus bizim günlərdə ətraf mühitə neqativ təsir göstərməyən texnologiyaların istifadəsi, eləcə də insanla təbiət arasında optimal balansın tapılması mühüm əhəmiyyət kəsb edir.

Vulcan cihazı belə texnologiyaların birinə əsaslanır. Cihaz CWT şirkətinin işləyib hazırladığı və 40 il ərzində təkmilləşdirdiyi suyun fiziki emalı üsulunun nəticəsidir. Sizə alman keyfiyyətinə malik bu yeni nəsil cihazları uzunmüddətli zəmanətlə təqdim edirik.

Texnologiyamıza etibar etdiyinizə və suyun fiziki emalı sahəsində bizim bacarığımıza güvəndiyinizə görə sizə öz minnətdarlığımı bildirmək istəyirəm. Bütün dünyada bizdən razı qalan müştərilərimiz Vulcan cihazının uğurunun əsas meyarıdır. Siz də buna əmin ola bilərsiniz.

Diplomlu mühəndis-iqtisadçıCWT şirkətinin müdiri

Page 3: Ərp və korroziyaya qarşı müdafiə - cwt-international.com · əhəng kristalları birləşəndə əhəng qabığı əmələ gəlir və bu zaman karbon anhidridi ifraz olunur

Mündəricat

Vulcan cihazının korroziya və ərpə qarşı təsiri

Vulcan cihazının korroziya və ərpə qarşı təsiri ....................................................................2

Vulcan cihazının cəhətləri .................................................................................................3

Vulcan cihazı — alman keyfiyyəti .......................................................................................3

Ərp problemi .................................................................................................................... 4

Vulcan cihazının 3 effekti .................................................................................................5

Ev istifadəsi seriyası - Vulcan 3000 / Vulcan 5000

İstifadə sahəsi və texniki parametrləri ...............................................................................8

Ev istifadəsi seriyasının üstünlükləri....................................................................................9

Sahibkarlıqda istifadəsi nəzərdə tutulan seriya - Vulcan S10/ Vulcan S25/ Vulcan S100

İstifadə sahəsi və texniki parametrləri ............................................................................. 10

Sahibkarlıq fəaliyyəti sahəsində istifadəsi üçün seriyayanın üstün cəhətləri ........................ 11

Sənaye sahəsi üçün nəzərdə tutulmuş seriya - Vulcan S250/ Vulcan S500

İstifadə sahəsi və texniki parametrləri ............................................................................. 12

Sənayedə istifadəsinin üstün cəhətləri ............................................................................. 13

Ümumi göstərişlər

Sual — cavab ................................................................................................................ 14

Ümumi göstərişlər / Quraşdırılması üzrə rəhbərlik ........................................................... 15

Vulcan 3000 / 5000 cihazının quraşdırılması üzrə rəhbərlik ............................................... 16

Vulcan S10 / S25 / S100 / S250 / S500 cihazlarının quraşdırılması üzrə rəhbərlik ................ 17

Rəylər ............................................................................................................................ 18

Müştərilərimizin siyahısının fraqmenti ........................................................................................ 20

Texniki parametrləri ................................................................................................................ 21

Page 4: Ərp və korroziyaya qarşı müdafiə - cwt-international.com · əhəng kristalları birləşəndə əhəng qabığı əmələ gəlir və bu zaman karbon anhidridi ifraz olunur

2

Vulcan cihazının korroziya və ərpə qarşı təsiri

Vulcan cihazını almaqla siz boru və cihazlarınızı korroziya və ərpdən qoruyacaq ekoloji su emalı sistemi əldə edirsiniz. Emal üsulu patentləşdirilmiş Vulcan-IMPULS texnologiyasına əsaslanır; duz və kimyəvi maddələrdən istifadə edilmir. Xüsusi elektron impulslar həll olunmuş kalsiumun kristallaşma prosesini dəyişməklə onun səthə yapışmaq xassəsini aradan qaldırır. Vulcan cihazları ev, sahibkarlıq fəaliyyəti və sənaye sahəsində suyun istifadəsi ilə bağlı problemlərinizin sizə uyğun olan tərzdə əlverişli həll üsuldur.

● Bütün su kəmərində ərp əmələ gəlməsi prosesi azalır

● Vacib minerallar suda qalır

● Cihaz və avadanlıqların ömrü uzanır

Vulcan sizin şərait və tələbatlarınıza uyğun olaraq problemlərin ideal həlli yollarını təklif edir. Vulcan cihazlarının müxtəlif variantları evdə, sahibkarlıq strukturları və sənaye obyektlərində individual problemləri həll etməyə kömək edir.

Page 5: Ərp və korroziyaya qarşı müdafiə - cwt-international.com · əhəng kristalları birləşəndə əhəng qabığı əmələ gəlir və bu zaman karbon anhidridi ifraz olunur

3

Vulcan cihazının cəhətləri

● Kimyəvi maddələr və duz istifadə olunmadan ekoloji cəhətdən əlverişli vasitə

● İstənilən materialdan olan boruların üzərinə quraşdırıla bilər: dəmir, mis, plastik, yüksək keyfiyyətli polad və s.

● Akrildən tökmə möhkəm məmulat

● Borunun kəsilməsini tələb etməyən rahat quraşdırılma

● 10-dan 500 mm-ə qədər diametrdə olan borularda istifadə oluna bilər

● Qulluq göstərilməsi tələb olunmur

Vulcan cihazı — alman keyfiyyəti

● Su emalı sahəsində 30 illik təcrübə

● 10 il beynəlxalq zəmanət

● Bütün dünyada 500 000 mindən artıq razı müştəri

● Müstəqil müəssisələr tərəfindən sınaqdan keçirilib

● TÜV Nord, UL və CE sertifikatlarına malikdir

Page 6: Ərp və korroziyaya qarşı müdafiə - cwt-international.com · əhəng kristalları birləşəndə əhəng qabığı əmələ gəlir və bu zaman karbon anhidridi ifraz olunur

4

Ərp problemi

Evdə, ofisdə və ya sənayedə istifadə edilən suda kalsium və maqneziumdan ibarət olan əhəng var. Hərarətin qalxması və təzyiqin aşağı düşməsi zamanı maye halında olan əhəng kristallaşaraq səthdə ərp əmələ gətirə bilər. Bu bərk çöküntülər suyun qızdırılan, boru sistemində burulan və borudan çıxan yerlərində əmələ gələ bilər.

Boruların daxili səthində, qızdırıcı hissələrdə və bahalı istehsalat avadanlıqlarında yaranan ərp çox vaxt növbəti neqavit nəticələrə səbəb olur:

● Qızdırılma prosesinin ləng getməsi nəticəsinə böyük enerji itkiləri

● Boruların diametrlərinin daralmasının nəticəsində təzyiqin aşağı düşməsi

● Dəzgah və avadanlıqların təmir və qulluğu ilə bağlı böyük xərclər

● Təmizlik işlərinə və aqressiv təmizlik vasitələrinə böyük xərclər

● Sənayedə istehsalatın aşağı düşməsi

Bu problemləri nə qədər uzatsanız, onların həlli sizə bir o qədər də baha başa gələcək. Bu halda su borularının tamamilə dəyişdirilməsi, eləcə də yeni dəzgah və avadanlıqların alınması isə sadəcə olaraq vaxt məsələsidir.

Page 7: Ərp və korroziyaya qarşı müdafiə - cwt-international.com · əhəng kristalları birləşəndə əhəng qabığı əmələ gəlir və bu zaman karbon anhidridi ifraz olunur

5

Vulcan cihazının 3 effekti

1. Vulcan cihazı boru və avadanlıqlarda

ərpin əmələ gəlməsinin qarşısını alır Vulcan cihazı ilə suyun emalı onun keyfiyyətini yox, əhəngin kristallaşma prosesini dəyişir. Emal edilməmiş cod sudakı maye halında olan əhəng hərarətin qalxması və ya təzyiqin aşağı düşməsi zamanı «ayıpəncəsi çiçəyi» formasında ərp əmələ gətirir. (Bax: şəkil 1.) Bu kristallar bir-biri ilə birləşərək səthlərə yapışır və beləliklə, qısa müddət ərzində möhkəm ərp təbəqəsi əmələ gətirir.

Təbii elekroforez prosesinin köməyi ilə patentləşdirilmiş Vulcan texnologiyası kalsiumun və maqneziumun kristallaşma prosesini dəyişir. Vulcan cihazı ilə emal edilmiş suda maye əhəng «zərərsiz» monokristal oxları formasında kristallaşır. (Bax: şəkil 2.) Bu kristal oxlar bir-biri ilə birləşə bilmədiyindən su ilə yuyularaq çıxarılır. Beləliklə, Vulcan cihazı əhəng kristallarının yapışqanlıq xüsusiyyətini aşağı endirir.

Ca (HCO3)2 Vulcan CaCO3 CO2 H2O

Hidrokarbonat kalsium İmpulslar Kristallaşımış oxlar Karbon 2-oksid Su

à+ + +

Vulcan cihazı ilə

emal edilib

Vulcan cihazı ilə emal

edilməyib

1 2

Page 8: Ərp və korroziyaya qarşı müdafiə - cwt-international.com · əhəng kristalları birləşəndə əhəng qabığı əmələ gəlir və bu zaman karbon anhidridi ifraz olunur

6

2. Vulcan cihazı ehtiyatla bütün su borularını sağlam vəziyyətə qaytarır

Emal edilməmiş əhəngli suda paralel olaraq arasıkəsilməyən iki proses gedir. Birinci proses zamanı əhəng kristalları birləşəndə əhəng qabığı əmələ gəlir və bu zaman karbon anhidridi ifraz olunur. Pa-ralel proses zamanı karbon anhidridi yaranan ərpi həll edir. Bu proses «təbii özünühəlletmə» prosesi adlanır. Ərpin əmələ gəlməsi təbii özünühəlletmə prosesindən daha tez şəkildə getdiyindən boruları ərp basır. (Bax: şəkil 3.)

Vulcan cihazı boruda yeni ərpin əmələ gəlməsinin qarşısını alır. Təbii özünühəlletmə prosesi isə bundan öncə yaranan ərpi aradan qaldırmalıdır. Beləliklə, köhnə ərp yenisi yaranmamış artıq həll olur və boru tamamilə təmizlənir. (Bax: şəkil 4.) Karbon anhidrid ərpi parçaladığı və onu borunun divarlarından tam olaraq qoparmadığı üçün boruda nazik qoruyucu təbəqə qalır.

3 4

Vulcan cihazı ilə

emal edilib

Vulcan cihazı ilə emal

edilməyib

Page 9: Ərp və korroziyaya qarşı müdafiə - cwt-international.com · əhəng kristalları birləşəndə əhəng qabığı əmələ gəlir və bu zaman karbon anhidridi ifraz olunur

7

3. Vulcan cihazı korroziyadan qoruyur

Bütün növ metal (xüsusilə mis, dəmir və sinklə örtülmüş) boruların aqressiv, cod su ilə təması metalın oksidləşməsinə gətirib çıxarır. (Bax: şəkil 5.) Bu oksid boruların səthinə işləyərək çuxurcuqlar şəklində korroziya əmələ gətirir.

Vulcan-IMPULS texnologiyası sayəsində karbonat metalından ibarət qoruyucu qatın əmələ gətirən elektrofarez effektini idarə etmək olur. Bu qat emal edilməyən bütün dəmir səthlərin üzərinə yatır və borunun metalından asılı olaraq, karbonat mis, karbonat dəmir və ya karbonat sinkdən ibarətdir. O, borunu korroziyaya uğradan aqressiv maddələrdən qoruyur.

5 6

Vulcan cihazı ilə

emal edilib

Vulcan cihazı ilə emal

edilməyib

Page 10: Ərp və korroziyaya qarşı müdafiə - cwt-international.com · əhəng kristalları birləşəndə əhəng qabığı əmələ gəlir və bu zaman karbon anhidridi ifraz olunur

8

Buraxma xassəsiBoru kəsiyinin diametri (maks.)Enerji sərfiyyatı İmpuls kabeliTutduğu yer

3000 l/h1 1/2" (38 mm)2,0 Watt2 x 1 m250 mm

Buraxma xassəsiBoru kəsiyinin diametri (maks.)Enerji sərfiyyatı İmpuls kabeliTutduğu yer

5000 l/h 2" (50 mm)2,0 Watt2 x 1 m 350 mm

Ev istifadəsi seriyası — Vulcan 3000 / Vulcan 5000

Ev istifadəsi üçün nəzərdə tutulan Vulcan 3000 və 5000 cihazları fərdi yaşayış evlərində, çoxmənzilli evlərdə, eləcə də kiçik və ortaölçülü üzgüçülük hovuzlarında istifadə üçün nəzərdə tutulub. Vulcan cihazının istənilən növünü bir neçə dəqiqəyə özünüz quraşdıra bilərsiniz. Heç bir texniki qulluq tələb edilmir, əsası odur ki, onu elektrik cərəyanına qoşmağa yer olsun.

İstifadə sahələri:

● Fərdi yaşayış evləri

● Mənzillər

● Hovuzlar

● Cihazlar

● ...

Vulcan 3000 Vulcan 5000

Page 11: Ərp və korroziyaya qarşı müdafiə - cwt-international.com · əhəng kristalları birləşəndə əhəng qabığı əmələ gəlir və bu zaman karbon anhidridi ifraz olunur

9

Ev istifadəsi seriyasının üstünlükləri

Bütün su xəttində ərpin əmələ gəlməsinin azalması

Minimum xərclə mətbəxdə və hamamda təmizlik

Yuyucu vasitələrinə qənaət olunur

Duz və kimyəvi maddələri istifadə etmədən ekoloji cəhətdən təmiz vasitə

Vacib minerallar suda qalır

Evinizdəki avadanlıqların (su qızdırıcıları, paltaryuyan və s.) təmirinə və qulluğuna sərf olunan vəsaitələrə qənaət

Page 12: Ərp və korroziyaya qarşı müdafiə - cwt-international.com · əhəng kristalları birləşəndə əhəng qabığı əmələ gəlir və bu zaman karbon anhidridi ifraz olunur

10

Sahibkarlıqda istifadəsi nəzərdə tutulan seriya - Vulcan S10/ Vulcan S25/ Vulcan S100

Buraxma xassəsiBoru kəsiyinin diametri (maks.)Enerji sərfiyyatı İmpuls kabeliTutduğu yer Proqramlar

10 m3/h 3" (76 mm)2,25 Watt2 x 1 m500 mm3

Buraxma xassəsiBoru kəsiyinin diametri (maks.)Enerji sərfiyyatı İmpuls kabeliTutduğu yer Proqramlar

100 m3/h6" (150 mm)2,5 Watt6 x 4 m1200 mm 10

Buraxma xassəsiBoru kəsiyinin diametri (maks.)Enerji sərfiyyatı İmpuls kabeliTutduğu yer Proqramlar

25 m3/h 4" (100 mm)2,25 Watt4 x 2 m600 mm5

Bu seriyayadan olan cihazlar saatda 100 m3 buraxlış xüsusiyyətinə malikdir. Onlar kiçik və ortaölçülü sahibkarlıq müəssisələri üçün optimal seçimdir. Cihazı borunun diametrinə və materialına uyğun kökləmək olur.

İstifadə sahələri

● Mehmanxanalar

● Yaşayış binaları

● Kənd təsərrüfatı

● Qolf meydançaları

● İdman kompleksləri

● ...

Vulcan S25 Vulcan S100

Vulcan S10

Page 13: Ərp və korroziyaya qarşı müdafiə - cwt-international.com · əhəng kristalları birləşəndə əhəng qabığı əmələ gəlir və bu zaman karbon anhidridi ifraz olunur

11

10 m3/h 3" (76 mm)2,25 Watt2 x 1 m500 mm3

100 m3/h6" (150 mm)2,5 Watt6 x 4 m1200 mm 10

Sahibkarlıq sahəsi üçün seriyayanın üstünlükləri

Suyu qızdırmaq üçün enerjidən effektiv istifadənin

nəticəsində xərclərin azalması

Cihaz və avadanlıqların ömrünün uzanması

Təmizlik üçün vaxta qənaət olunması

Suvarma və suburaxıcı qurğularına göstərilən qulluğun

həcminin azalması

Qida və içkilərin təbii dadı qorunub saxlanır

Suyun qovşaqlarda daha etibarlı təminatı

Page 14: Ərp və korroziyaya qarşı müdafiə - cwt-international.com · əhəng kristalları birləşəndə əhəng qabığı əmələ gəlir və bu zaman karbon anhidridi ifraz olunur

12

Sənaye istifadəsi seriyası: Vulcan S250/ Vulcan S500

Saatda 500 m3 suburaxma xüsusiyyətinə malik olan böyük Vulcan cihazları yüngül və ağır sənayedə problemlərin həlli üçün nəzərdə tutulub. İnteqrasiya edilmiş 10 proqramın sayəsində cihazı borunun diametrinə və materialına uyğunlaşdırmaq olar.

İstifadə sahələri

● Soyuducular

● İstilik mübadiləsi qurğuları

● Qida sənayesi

● Xəstəxanalar

● Saflaşdırma zavodları, ...

Buraxma xassəsiBoru kəsiyinin diametri (maks.)Enerji sərfiyyatı İmpuls kabeliTutduğu yer Proqramlar

250 m3/h 10" (250 mm)2,75 Watt8 x 10 m2500 mm10

Buraxma xassəsiBoru kəsiyinin diametri (maks.)Enerji sərfiyyatı İmpuls kabeliTutduğu yer Proqramlar

500 m3/h 20" (500 mm)3,25 Watt10 x 30 m5000 mm10

Vulcan S250 Vulcan S500

Page 15: Ərp və korroziyaya qarşı müdafiə - cwt-international.com · əhəng kristalları birləşəndə əhəng qabığı əmələ gəlir və bu zaman karbon anhidridi ifraz olunur

13

Sənaye istifadəsi seriyasının üstünlükləri

Soyuducuların və hava təmizliyicilərinin turşuları işlətmədən rahat təmizlənməsi

İstehsalatı dayandırmadan avadanlıqların quraşdırılmasına sərf edilən kiçik vəsait

Ərpin azalması nəticəsində məhsuldarlığın artması

Bahalı itehsalat qurğularının uzun ömürlü qalması

Duz və digər kimyəvi maddələrdən istifadə etmədən proble-min sərfəli həlli

Əldə olunan avadanlığın çox tez bir zamanda amortizasiya edilməsi

Page 16: Ərp və korroziyaya qarşı müdafiə - cwt-international.com · əhəng kristalları birləşəndə əhəng qabığı əmələ gəlir və bu zaman karbon anhidridi ifraz olunur

14

Sual — cavab

Vulcan avadanlığı hansı boru materiallarına uyğun gəlir?Cihazlar bütün növ materiallardan olan borulara uyğun gəlir: mis, dəmir, yüksək keyfiyyətli polad, plastik və birləşdirilən borular.

Mis və plastikdən olan boruları qorumaq üçün bu cihazlar ümumiyyətlə mənə lazımdırmı?Bəli. Mis və plastik borular da zaman keçdikcə ərp bağlamaq xüsusiyyətinə malikdir. Borunun səthi nə qədər hamar olsa, bir o qədər də gec ərp yaranma prosesi başlayır. Amma yaranan ilk qatdan sonra, ərp hər yerə bərabər şəkildə yığılmağa başlayır.

Vulcan cihazı ilə emal edildikdən sonra su nə dərəcədə yumşalır?Kalsium və maqnezium kimi vacib minerallar suda qaldığı üçün suyun kimyəvi xassəsinə heç bir dəyişiklik edilmir. Amma su bir qədər yumşalır. Bu effekt duş qəbul edən və saçların yuyulması zamanı xüsusilə hiss olunur. Səthi gərilmə isə ölçülə bilən sərhəddə dəyişir. Suyun ölçülən codluğu emal nəticəsində dəyişmir.

Vulcan cihazının istifadəsi zamanı su xəttinin təmizlənməsi prosesi nə qədər çəkir?Ərp və pasın təmizlənməsi yavaş-yavaş və ehmalla keçir. Ərp nə qədər müddətə yaranıbsa, sağlamlaşdırma prosesi bir o qədər də çəkir. Ərpin daha sürətli şəkildə təmizlənməsi boru xətlərinin bağlanmasına və boru materialının zədələnməsinə səbəb olardı.

Suyun hansı codluq dərəcəsinə qədər Vulcan cihazından istifadə etmək olar?Vulcan cihazı çox səmərəli tezlik diapazonunda işləyir və hətta suyun yüksək codluğu dərəcəsində uğurla istifadə oluna bilər.

Necə müəyyən edə bilərəm ki, Vulcan cihazı mükəmməl şəkildə işləyir?Kabellərin çıxışında olan qırmızı nəzarət lampaları impuls generatorlarının işlək vəziyyətdə olduğunu göstərir. Əgər onlar yanmırsa, zəhmət olmasa, cihazın cərəyana qoşulu olub-olmadığını yoxlayın.

Cihazın adapteri hansı gərginlyə hesablanıb?Vulcan cihazının bütün adapterlərini 87 V-dan 260 V-a qədər cərəyanlarında və 50 Hz-dən 60 Hz-ə qədər gərginliklərdə istifadə etmək olar.

Vulcan cihazına qulluq göstərmək üçün ildə nə qədər xərc tələb olunacaq?Vulcan cihazına heç bir texniki qulluğun göstərilməsi tələb olunmur. Cihazın ölçüsündən asılı olaraq, elektrik enerjisinə sərf olunan vəsait il ərzində 2—14 avro arasında dəyişir.

Page 17: Ərp və korroziyaya qarşı müdafiə - cwt-international.com · əhəng kristalları birləşəndə əhəng qabığı əmələ gəlir və bu zaman karbon anhidridi ifraz olunur

15

Ümumi göstərişlər

1. Şəbəkə adapterini sudan və nəmişlikdən qoruyun.

2. Ancaq komplektə daxil olan impuls qida mənbəyindən istifadə edin.

3. İmpuls kabelinin, eləcə də 24 voltluq adapterin kabelini kəsməyin.

4. İmpuls kabelinin qoruyucu qapaqlarını və izolyasiyasını çıxarmayın.

5. Vulcan cihazı –25°С-dən +50°С-ə qədər iş hərarəti üçün nəzərdə tutulub.

6. Cihazı ancaq su və yaş əski ilə təmizləmək olar.

7. Cihazın qızan hissələrindəki hərarəti +95°С-dən artıq olmamalıdır.

Quraşdırılması üzrə rəhbərlik

1. Cihazdan tam surətdə faydalanmaq üçün onu su sayğacının yanında və ya mərkəzi su borusunda quraşdırmaq lazımdır.

2. İmpuls kabellərini cihazdan sağ və sol tərəfdə, eləcə də cihazın elektron hissəsinin alt hissəsində, minimum 1 sm məsafə saxlamaq şərti ilə dolamaq olar.

3. Cihaz şaquli, üfüqi şəkildə və hər hansı istiqamətə tərəf quraşdırıla bilər.

4. Cihazın quraşdırıla biləcək yeri məhdud olsa, sarğı qismən əsas boruda, qismən də ondan çıxan boruya quraşdırıla bilər.

5. Sadalanan bütün quraşdırma növləri mümkündür, çünki suyun impulsla emalı boruların hər iki istiqamətinə bir neçə metrə qədər uzanır.

min.1 cm

Page 18: Ərp və korroziyaya qarşı müdafiə - cwt-international.com · əhəng kristalları birləşəndə əhəng qabığı əmələ gəlir və bu zaman karbon anhidridi ifraz olunur

16

Vulcan 3000/ Vulcan 5000 cihazının quraşdırılması üzrə rəhbərlik

1. Tutqacları cihazın aşağı hissəsindəki deşiklərdən keçirin. Cihazı borunun üzərinə quraşdırın və tutqaclarla onu bərkidin.

2. İmpuls kabellərindən birini cihaza taxın və tutqacla onu bərkidin. Əgər boruda yer qalmayıbsa, cihazın elektron blokunu divara bərkitmək olar.

3. İmpuls kabellərini boruya elə dolamaq lazımdır ki, çarx əmələ gəlsin. Kabelin boruya, eləcə də sarmaşıqlarının bir-birinə kip olduğuna fikir verin.

4. İmpuls kabelinin sonunu tutqac ilə bərkidin; ikinci impuls kabelini də eyni qayda üzrə bərkidin.

5. Şteker transformatoru cihazın yuxarı sağ hissəsindəki yerinə taxın. Transformatoru elektrik mənbəyinə qoşun.

6. Qırmızı impuls lampaları yanır və cihaz işlək vəziyyətdədir.

Page 19: Ərp və korroziyaya qarşı müdafiə - cwt-international.com · əhəng kristalları birləşəndə əhəng qabığı əmələ gəlir və bu zaman karbon anhidridi ifraz olunur

17

Vulcan S10/ Vulcan S25/ Vulcan S100/ Vulcan S250/ Vulcan S500 cihazlarının quraşdırılması üzrə rəhbərlik

1. Tutqacları cihazın aşağı hissəsindəki deşiklərdən keçirin. Cihazı borunun üzərinə quraşdırın və tutqaclarla onu bərkidin.

2. İmpuls kabellərindən birini cihaza taxın və tutqacla onu bərkidin.

3. İmpuls kabellərini boruya elə dolamaq lazımdır

ki, çarx əmələ gəlsin. Kabelin boruya, eləcə də sarmaşıqlarının bir-birinə kip olduğuna fikir verin.

4. İmpuls kabelinin sonunu tutqac ilə bərkidin; ikinci impuls kabelini üfüqi vəziyyətdə əks tərəfdə yerləşən impuls kabeli üçün nəzərdə tutulan yerinə taxın və eyni qayda üzrə bərkidin.

5. Növbəti impuls kabelini onun üçün nəzərdə tutulmuş yerinə taxın və cihazın növündən asılı olaraq, bütün kabellər taxılana qədər, 2 - 4 addımları təkrarlayın. Bütün impuls kabelləri boruya kip sarılmalı və tutqaclarla bərkidilməlidir.

6. Şteker-transformatoru cihazın yuxarı sağ hissəsindəki yerinə taxın. Transformatoru elektrik mənbəyinə qoşun.

7. Vulcan cihazını sensor düymələrinə toxunmaqla sizin borular üçün uyğun olan su emalı prosesini işə salın.

Page 20: Ərp və korroziyaya qarşı müdafiə - cwt-international.com · əhəng kristalları birləşəndə əhəng qabığı əmələ gəlir və bu zaman karbon anhidridi ifraz olunur

18

Rəylər

Bu rəylər — çoxsaylı və razı olan müştərilərimizdən müntəzəm surətdə aldığımız minnətdarlıq məktublarından seçmələrdir. Suyun fiziki emalında onlar bizim keçən, eləcə də gələcək uzun illər ərzindəki nə dərəcədə səriştəli olduğumuzu bir daha təsdiq edirlər.

Page 21: Ərp və korroziyaya qarşı müdafiə - cwt-international.com · əhəng kristalları birləşəndə əhəng qabığı əmələ gəlir və bu zaman karbon anhidridi ifraz olunur

19

Leopoldstr. 120 • 80802 MUENCHEN • GERMANY

Christiani Wassertechnik GmbHHeinrich-Heine-Straße 1552249 Eschweiler

Re: physical water treatment unit Vulcan S 100

Munich, November, 9th 1995

Dear Mr. Christiani,

We are pleased to inform you that the water treatment unit has been working perfectly and to our full satisfaction ever since its installation in july 1995.

Only a short time after that we observed that we no longer needed acetic or asorbic acid in order to clean the perlators and shower heads in out hotel, which has more than 65 guests rooms, since the chalk that builds up now is no more than a layer which is easy to wipe off. Due to the fact that the efforts employed at maintaining the sanitary facilities can be kept to a minimum, and resulting from the smaller electricity consumption, we are able to econo-mise. Simultaneously, we also make an active contribution to environmental protection by renouncing on aggressive cleansing agents.

We are glad to own a water treatment unit that is compatible with the environment and which renders the optimum outpup at low running costs (approx. 10 € on electricity costs/year). Moreover, this unit has finally provided us the solution to a problem we had been confronted with day by day and which was difficult to put up with.

Given our satisfaction it will allways be a pleasure for us to recommend your company and your produc to other clients.

Sincerely yours

Horst SchneiderDirector

Page 22: Ərp və korroziyaya qarşı müdafiə - cwt-international.com · əhəng kristalları birləşəndə əhəng qabığı əmələ gəlir və bu zaman karbon anhidridi ifraz olunur

20

Müştərilərimizin siyahısının fraqmenti

Əsil su, bax, budur

Alcatel

Bayer-Leverkusen

Beutelsbacher (sokların istehsalı)

Block House Restaurant

COSWIG

Daimler Chrysler

Design Hotel Q!

Dynamit Nobel

Eberswalder(kolbasa məmulatlarının istehsalı)

Freixenet

Gegenbauer Healthcare

Hyatt Hotels

Holstein Therme (sağlamlıq mərkəzi)

Hotel Cadolzburg

Hotel President

Hotel Terme Dolomiti

McDonald’s

koelnmesse exhibition center

MAN

Mercure Hotel

Meridien Hotel N‘Fis

MeridianSpa

Mövenpick Restaurants

Opel

Park Hotel

Pilbara Commercial Laundry

Public Services of Munich

Rhein Chemistry

School of Langwedel

SHELL

Staedtler

Starbucks Coffee

St. Joseph Hospital

Südmilch (süd zavodu)

University of Munich

University of California

Tim Hortons

VarioPlast

Viessmann

Volkswagen (VW)

Whitecastle

Wolfies Waterfront Grill

və sairə...

Page 23: Ərp və korroziyaya qarşı müdafiə - cwt-international.com · əhəng kristalları birləşəndə əhəng qabığı əmələ gəlir və bu zaman karbon anhidridi ifraz olunur

21

Ev istifadəsi seriyası

Sahibkarlıq sahəsi üçün seriya

Sənaye istifadəsi seriyası

Texniki parametrləri

Vulcan 3000 Vulcan 5000 Vulcan S 25Vulcan S 10 Vulcan S 100 Vulcan S 250 Vulcan S 500

Buraxma miqdarı 3000 l/h 5000 l/h 10 m3/h 25 m3/h 100 m3/h 250 m3/h 500 m3/h

Borunun maksimal diametri

11/2"~ 38 mm

2"~ 50 mm

3"~ 76 mm

4"~ 100 mm

6"~ 150 mm

10"~250 mm

20"~500 mm

Gərginlik 24 Volt 24 Volt 24 Volt 24 Volt 24 Volt 24 Volt 24 Volt

Enerji sərfiyyatı 2,0 Vt 2,0 Vt 2,25 Vt 2,25 Vt 2,5 Vt 2,75 Vt 3,25 Vt

İmpuls sarğısı (sarğı lentinin enliyi)

2 x 1 m10 mm

2 x 1 m10 mm

2 x 1 m20 mm

4 x 2 m 20 mm

6 x 4 m 20 mm

8 x 10 m 20 mm

10 x 30 m 20 mm

Ölçüləri (mm)

80/130/30 85/150/30 120/190/40 125/200/40 150/240/40 200/295/50 220/320/50

Tezliklərin diapazonu

3-32 kHz 3-32 kHz 3-32 kHz 3-32 kHz 3-32 kHz 3-32 kHz 3-32 kHz

Tələb olunan yer 300 mm 350 mm 500 mm 600 mm 1200 mm 2500 mm 5000 mm

Proqramlar 1 1 3 5 10 10 10

Page 24: Ərp və korroziyaya qarşı müdafiə - cwt-international.com · əhəng kristalları birləşəndə əhəng qabığı əmələ gəlir və bu zaman karbon anhidridi ifraz olunur

11/2

008_

2

Christiani Wassertechnik şirkətinin məhsuluwww.cwt-international.com

AZ

09/2

012