34
Təsnifatda yeri: Fungi və ya Mycota aləmi, Anamorfic fungi şöbəsi, Hyphomycetes sinfi, Hyphomycetales sırası, Dematiaceae fəsiləsi, Botrytis cinsi Bioloji qrupu: Fakültətiv parazit Üzümdə boz çürümə - Botrytis cinerea Pers.

Təsnifatda yeri :

Embed Size (px)

DESCRIPTION

Üzümdə boz çürümə - Botrytis cinerea Pers. Təsnifatda yeri : Fungi və ya Mycota aləmi , Anamorfic fungi şöbəsi , Hyphomycetes sinfi , Hyphomycetales sırası , Dematiaceae fəsiləsi , Botrytis cinsi Bioloji qrupu : Fakültətiv parazit. - PowerPoint PPT Presentation

Citation preview

Page 1: Təsnifatda yeri :

Təsnifatda yeri:

Fungi və ya Mycota aləmi, Anamorfic fungi şöbəsi,

Hyphomycetes sinfi, Hyphomycetales sırası,

Dematiaceae fəsiləsi, Botrytis cinsi

Bioloji qrupu:

Fakültətiv parazit

Üzümdə boz çürümə - Botrytis cinerea Pers.

Page 2: Təsnifatda yeri :

Patogenin morfologiya və biologiyası. Üzüm tənəyinin bütün yerüstü orqanları - hamaşçiçək, gilələr, yarpaq və zoğlar yoluxurlar.

İsti və rütubətli hava şəraitində üzümün çiçəkləmə dövrü xəstəlik erkəkcik və dişiciklərdə inkişaf edir. Sirayətlənmiş çiçəklər quruyur və tökülürlər.

Gilələrin yetişmə dövrü onlar boz çürümə ilə sirayətlənmə nəticəsində boz kifəoxşar örtüklə örtülür, yumşalır, sellüloza pərdəsi lətdən ayrılır. Dadı turş olur, kif iyi verir, şirə hazırlanması üçün yararsızlaşır. Belə məhsuldan hazırlanan şərab da pis iyli olur, rəngi qonurlaşır və tezliklə turşuyur. Qırmızı üzüm sortlarında rəngverən maddələr dağılırlar.

Yetkin gilələrin yoluxmasından sonra əgər quru və isti hava başlayırsa, sirayətlənmiş gilələr kişmişləşir. Onların şirəsi spesifik iy verir, şəkərliliyi yüksəlir. Bu zaman boz çürümə xəstəliyi "xeyirxah çürümə" tipi üzrə inkişaf edir. Belə məhsulun şirəsindən yüksək keyfiyyətli şərab alınır.

Page 3: Təsnifatda yeri :
Page 4: Təsnifatda yeri :
Page 5: Təsnifatda yeri :
Page 6: Təsnifatda yeri :
Page 7: Təsnifatda yeri :
Page 8: Təsnifatda yeri :

YAYILMASI

• Cəlilabad, Şamaxı, Qarabağ, Gəncə-Qazax

EKOLOGİYASI

• Mitsel 5-30º S temperatur həddində inkişaf edir• 70% nisbi rütubət, 15-25°S temperaturda, quru və yağmurlu havalarda gilələr

çürüyürlər• Yazda 12°S və daha yuxarı temperaturda sklerosiyalar cücərir• Yüksək temperatur və rütubət şəraitində boz çürümə 50-60% məhsulu məhv edir

TƏSƏRRÜFAT ƏHƏMİYYƏTİ

• Xəstəliyin epifitotiya formasında inkişafına birtərəfli qaydada azotlu gübrələrlə qidalanma, sıx əkinlər, vaxtsız bağlamalar da kömək edir

MÜBARİZƏ TƏDBİRLƏRİ

• Xəstəliyin inkişafına təkan verən yüksək rütubət şəraitinin aradan qaldırılmalı,• Gencərgəli üzümlüklər salınmalı, onlar şpalerə qaldırılmalı, vaxtında yaşıl

əməliyyat aparılmalı, cərgə və bitki araları alaqlardan təmizlənməli,• Sorucu və gəmirici ağız aparatına malik həşəratlara qarşı səmərəli mübarizə təşkil

edilməli,• Mexaniki zədələnmələrə yol verməməli, dolu zədələrinin vurduğu zərərin aradan

qaldırılmalı,• Çiçəkləmədən sonra sistem təsirli bayleton (0,015-0,03%), tilt (0,05%), topsin M

(0,1-0,15%) preparatlarından biri ilə 14-18 günlük intervalla 3-4 çiləmə aparılır

Page 9: Təsnifatda yeri :

Təsnifatda yeri:

Fungi və ya Mycota aləmi, Anamorfic fungi şöbəsi,

Coelomycetes sinfi, Melanconiales sırası,

Melanconiaceae fəsiləsi, Gloeosporium cinsi

Bioloji qrupu:

Hemibiotrof

Üzümdə antraknoz - Gloeosporium ampelophagum (Pass.) Sacc.

Page 10: Təsnifatda yeri :

Patogenin morfologiya və biologiyası. Xəstəliyin əsas mənbəyi dağ, dağətəyi ərazidə yerləşən üzümlüklərdir. Çünki yeraltı suların torpağın üst laylarına yaxınlığı, tez-tez yağışların yağması, çən-dumanın olması bu xəstəliyin inkişafı üçüm uyğun şərait yaradır (H.İbrahimov və başqaları, 1989).

İlkin olaraq üzüm tənəyinin yarpaqlan xəstəliklə sirayətlənirlər. Yarpaqlar əmələ gəldikdən az sonra onlarda qırmızıtəhər və ya tünd qonur haşiyəli parlaq-boz ləkələr formalaşırlar. Əvvəlcə ləkələr kiçik olur, sonra ölçüləri böyüyür. Yarpaq ayəsinin toxumaları dağılır, onlar tökülürlər. Bu əlamət xəstəliyin diaqnostikasında mühüm amildir. Sirayətlənmiş yarpaqlar sanki dəlik-deşikdir. Ləkələr çox zaman damarları tutur, nəticədə qida maddələrinin ötürülməsi pisləşir, yarpaqlar quruyur və tökülürlər.

Zoğlar yalnız cavan yaşlarında sirayətlənirlər. Əvvəlcə onların üzərində bənövşəyi çalarlı kiçik qonur ləkələr əmələ gəlir. Onlar qara və ya al-qırmızı haşiyə ilə əhatə olunurlar. Zoğlar böyüdükcə ləkələr artır, uzanır, uzunsov formalı olur.

Page 11: Təsnifatda yeri :
Page 12: Təsnifatda yeri :
Page 13: Təsnifatda yeri :
Page 14: Təsnifatda yeri :
Page 15: Təsnifatda yeri :

1 - sirayətlənmiş üzüm və zoğu2 - sirayətlənmiş gilə və yarpaq3 - xəstəlik törədicinin konidi lojası

Üzümdə antraknoz

Page 16: Təsnifatda yeri :

YAYILMASI• Lənkəran, Astara, Cəlilabad, Masallı, Şamaxı, Ağsu, Gəncə,

Göy-göl, Qazax EKOLOGİYASI• Xəstəliyin törədicisinin sporları 11-40°S-də cücərirlər. Bunun üçün

damcı su tələb edilir. • Ən intensiv cücərmə 23-32°S-də müşahidə edilir. • 24-30°S temperaturda inkubasiya 3-4 gün davam edir• Bir vegetasiya müddətində patogen 30 generasiya verir

TƏSƏRRÜFAT ƏHƏMİYYƏTİ• Antraknoz vegetasiyanın əvvəlində daha fəal inkişaf edir, yaranan

hava şəraiti törədicinin inkişafı üçün əlverişlidir, yayın ikinci yarısında yüksək temperatur və aşağı nisbi rütubət onun depressiyaya uğramasına kömək edir, xəstəlik tədricən dayanır.

MÜBARİZƏ TƏDBİRLƏRİ• 0,5%-li moniko bordo (5-6 kr/ha) və ya yeni sistem təsirli

füngisidlərdən ridomil MS (0,2%) biri ilə profilaktiki çiləmə həyata keçirilməlidir

Page 17: Təsnifatda yeri :

Üzümdə ləkəli nekroz- Rhacodtella vitis Schier.

Təsnifatda yeri:

Fungi və ya Mycota aləmi, Anamorfic fungi şöbəsi,

Hyphomycetes sinfi, Hyphomycetales sırası,

Dematiaceae fəsiləsi, Rhacodtella cinsi

Bioloji qrupu:

Fakültətiv parazit

Page 18: Təsnifatda yeri :

Patogenin morfologiya və biologiyası. Ləkəli nekroz xəstəliyi üzüm tənəyinin yerüstü odunlaşmış orqanlarında zoğlarda, ştambda, bar manqalarında, qollarında əmələ gəlir. Yoluxmuş orqanların qabığının altında sarı-qəhvəyi. bəzən demək olar ki, qara ləkələr əmələ gəlir. Belə ləkələrin ölçüsü 1 -2 mm-dən 20-30 mm-ə qədərdir. Nekrozlu ləkələr yalnız qabıq soyulduqdan sonra görünür, çünki qabığın üstündə elə bir dəyişiklik hiss edilmir. Xəstəlik güclü inkişaf edən zaman nekrozlu ləkələr qovuşur, iri xətlər əmələ gətirir. Çox vaxt bu şaxta zədələrinə bənzəyir.

Yoluxmuş toxumalarda xarakterik anatomik dəyişmələr baş verir. P.M.Şterenberqin (1963) tədqiqatlarına görə oduncaq və floemanın yoluxmuş toxumları qəhvəyi hummlərlə dolur. Ən çoxu yumşaq floema hüceyrələri yoluxurlar. Onlar qonurlaşır və dağılırlar, formasız kütləyə çevrilirlər. Bərk floemanın lifləri bir az artıq qalır. Ksilemada da belə dəyişikliklər baş verir.

Page 19: Təsnifatda yeri :
Page 20: Təsnifatda yeri :

•Şamaxı, Cəlilabad, Fizuli, Göy-göl, Şəmkir, Qarabağ

YAYILMASI

•Göbələk 0°S-yə yaxın temperaturda böyüyür

•Vegetasiya dövrü üzüm tənəyinin çoxillik oduncağında 3-15°S temperaturda kisə mərhələsi – apotesi kisə və kisəsporlarla əmələ gəlir

EKOLOGİYASI

•Sirayətlənmiş tənəklərdə tumurcuqların açılması yubanır, cavan zoğlar böyümədən qalır, onların üzərində olan yarpaqlar xlorozludur, adətən yarpaq ayələri deformasiyaya uğrayırlar

TƏSƏRRÜFAT ƏHƏMİYYƏTİ

•Xəstəliyə qarşı kompleks sanitar-gigiyenik, aqrotexniki və kimyəvi tədbirlər kompleksi həyata keçirilməlidir

MÜBARİZƏ TƏDBİRLƏRİ

Page 21: Təsnifatda yeri :

Üzümdə bakterial xərçəng - Agrobacterium tumefaciens (Smith et Townsend) Conn.

Təsnifatda yeri:

Qrammənfi aerob çuğuqlar qrupu, Rhizobiaceae fəsiləsi,

Agrobacterium cinsi

Müasir adı:

Rhizobium radiobacter

Bioloji qrupu:

Hemibiotrof

Page 22: Təsnifatda yeri :

Patogenin morfologiya və biologiyası. Xəstəlik üzüm tənə-

yinin kök boğazında, calaq vurulan hissədə, gövdədə fırlar, şişlər

formasında əmələ gəlir. Fırların əmələ gəlməsinin ilkin mərhələ-

sində onlar ağ və ya açıq-qəhvəyi rənglidir. Sonra bitkinin periferik

hüceyrələrinin dağılması və məhv olması ilə əlaqədar fırlar ölçücə

böyüyür və tünd-qəhvəyi, qara rəng alır.

Müşahidələrə görə, fırlar ya dağılırlar, ya da odunlaşaraq

bərkiyirlər.

Page 23: Təsnifatda yeri :
Page 24: Təsnifatda yeri :
Page 25: Təsnifatda yeri :

Üzümdə bakterial xərçəng

1- kök boğazında şişlər

Page 26: Təsnifatda yeri :

YAYILMASI• Şamaxı, Tovuz

EKOLOGİYASI• Bakteriyanın inkişafı üçün optimal temperatur 25-30°S-dir,

50-52°S-də məhv olurlar

TƏSƏRRÜFAT ƏHƏMİYYƏTİ• Xəstə bitkilərdə böyümənin gecikməsi, kiçik, xlorozlu yarpaqlar

müşahidə edilir• Qış şaxtalarına qarşı dözümsüzdürlər və tezliklə zədələnirlər

MÜBARİZƏ TƏDBİRLƏRİ• Üzümlüklərdə bakterial xərçəng xəstəliyinə qarşı kimyəvi və

bioloji tədbirlər səmərəli deyildir. Bakteriyadan azad əkin materialının alınması, öz kökləri üzərində bitən üzüm bağlarının salınması önəmlidir

Page 27: Təsnifatda yeri :

Təsnifatda yeri:

Fungi və ya Mycota aləmi, Ascomycota şöbəsi,

Euascomycetes sinfi, Helotiales sırası,

Sclerotiniaceae fəsiləsi, Coniothirium cinsi

Bioloji qrupu:

Hemibiotrof

Üzümdə ağ çürümə - Coniothirium diplodiella (Speg.) Sacc.

Page 28: Təsnifatda yeri :

Patogenin morfologiya və biologiyası. Xəstəlik gilələr üçün təhlükəli xarakter daşıyır. Adətən gilələrdə patogen yayın ikinci yarısında inkişaf etməyə başlayır. Xəstəliyin inkişafına gilə və zoğların dolu ilə zədələnməsi stimuləedici təsir göstərir. Günəş yanıqlarından sonra adətən gilələrdə xəstəlik kütləvi olur.

Patogen üçün əlverişli şəraitdə gilə və zoğlar mexaniki zədələr olmadan da yoluxa bilirlər.

Sirayətlənmiş salxımlarda əvvəlcə sarı, sonra qonur, bənövşəyi haşiyəli ləkələr müşahidə edilir. Yoluxmuş gilələr qonurlaşır, bişmiş görkəm alır, sonra büzüşür və quruyurlar. Xəstəlik tək-tək gilələrdən başlayır, nəticədə törədici meyvəayaqcığından darağa, oradan isə başqa meyvəayaqcığı və gilələrə keçir. Tezliklə salxımda bütün gilələr yoluxurlar. Sirayətlənmiş gilə və daraqların səthində çoxsaylı çirkli, şarşəkilli çıxıntılar əmələ gəlir.

Yoluxmuş gilələr solğun, çirkli yaşıl rəng alırlar. Xəstəliyin sürətli inkişafı nəticəsində yarpaqlar da çirkli-yaşıl rəng alır, quruyur və tənəkdən asılı qalırlar.

Page 29: Təsnifatda yeri :
Page 30: Təsnifatda yeri :
Page 31: Təsnifatda yeri :
Page 32: Təsnifatda yeri :
Page 33: Təsnifatda yeri :

YAYILMASI

• Gəncə, Qax, Zaqatala, Naxçıvan MR• Şərqi Avropa ölkələri, İran, Türkiyə, Gürcüstan

EKOLOGİYASI

• Patogenin sporları piknidlərdə həyatilik qabiliyyətlərini 2-3 il və daha artıq saxlayır

• Asanlıqla suda və üzümün təzə yaralarında 15-33°S temperatur həddində cücərir• Göbələk sporlarının cücərməsi üçün optimal temperatura 22-27°S• Rütubətli hava şəraitində patogen 3-5 gün müddətində gilələrin 30-60%-ni

sirayətlənir

TƏSƏRRÜFAT ƏHƏMİYYƏTİ

• Sirayətlənmiş salxımlarda əvvəlcə sarı, sonra qonur, bənövşəyi haşiyəli ləkələr müşahidə edilir.,

• Yoluxmuş gilələr qonurlaşır, bişmiş görkəm alır, sonra büzüşür və quruyurlar,• Sirayətlənmiş gilə və daraqların səthində çoxsaylı çirkli, şarşəkilli çıxıntılar əmələ

gəlir.

MÜBARİZƏ TƏDBİRLƏRİ

• Profilaktiki və aqrotexniki tədbirlər yüksək səviyyədə aparılmalı

Page 34: Təsnifatda yeri :