71
AvtoStop 10/2016 №17 RESS

AvtoStop · Sürücülərin təkər problemi ... təkcə Azərbaycanda rastlaşmaq mümkündür. Bütün bu xaotik davranışları görəndə istər istəməz adamın ağlına gəlir

  • Upload
    others

  • View
    15

  • Download
    0

Embed Size (px)

Citation preview

Page 1: AvtoStop · Sürücülərin təkər problemi ... təkcə Azərbaycanda rastlaşmaq mümkündür. Bütün bu xaotik davranışları görəndə istər istəməz adamın ağlına gəlir

AvtoStop10/2016

№17

RESS

Page 2: AvtoStop · Sürücülərin təkər problemi ... təkcə Azərbaycanda rastlaşmaq mümkündür. Bütün bu xaotik davranışları görəndə istər istəməz adamın ağlına gəlir

| 1

FEATURE ARTICLE

WWW.AVTOSTOP.TV

Rəhman və Rəhim olan Allahın adı ilə.

AVTOSTOP PRESS

Page 3: AvtoStop · Sürücülərin təkər problemi ... təkcə Azərbaycanda rastlaşmaq mümkündür. Bütün bu xaotik davranışları görəndə istər istəməz adamın ağlına gəlir

2 | www.addictmotorist.com

BU DƏFƏ NƏ OXUYACAQSINIZ?

Oktyabr 2016 | # 17Təsisçi

AvtoStop Media MMC

Baş Redaktor Babək Yusif oğlu

Redaktor Səma Abiyeva

Fotoqraf Orxan Əli

Dizayn AvtoStop Media

Reklam Meneceri Zəhra İsgəndərova

([email protected])

Müəllifin fikirləri ilə redaksiyanın fikirləri üstüstə düşməyə bilər. Reklam mətnlərinə görə redaksiya məsuliyət

daşımır.

SƏHİFƏLƏR

04 Yerin rahatdır ?Avtomobildə düzgün oturma

08 Sübutdur ? Video sübutlar nədir ?

24 Vurub qaçıblarAvtomobilə naməlum ziyan dəyib. Nə etməli ?

28 Mükəmməl 10-uq Tarixin 10 ən yaxşı avtomobili

34 Avtonişan Yeni nişan tanıdıq

36 Daha imkanlı hibridYeni videoqeydiyyatçını yaxından tanıyın.

38 Su ki girdi qaba . . .Avtomobildə gəzdirməli olduğunuz su qabı

42 Çətin işin ustaları F1 konstruktorları necə yaşayırlar ?

48 Sükanın o tayında F1 -in ən nüfuzlu 5 şəxsi

52 Rəngsaz Avtomobilin rənginə nə təsir edə bilər ?

58 Fi-Fa Avtomobil siqnallarının tarixi

62 Avtoimtahan Yol hərəkəti ilə bağlı çətin suallar

68 AvtoYumorSürücülərin təkər problemi

14səhifə

AVTOSTOP PRESS WWW.AVTOSTOP.TV

Page 4: AvtoStop · Sürücülərin təkər problemi ... təkcə Azərbaycanda rastlaşmaq mümkündür. Bütün bu xaotik davranışları görəndə istər istəməz adamın ağlına gəlir

| 3

FEATURE ARTICLE

MƏNƏ ELƏ GƏLIR KI, INDI TOXUNDUĞUM PROBLEMLƏRI BƏZILƏRI CIDDIYƏ AL-MASALAR DA , ƏKSƏR SÜRÜCÜLƏR ÇOX VACIB HESAB EDƏCƏKLƏR. ONA GÖRƏ ƏKSƏR ŞƏXSLƏRIN HƏMFIKIR OLACAĞINDAN ƏMINƏM KI, BU HƏR KƏSIN, HƏTTA PIYADALARIN DA QARŞILAŞDIĞI ÜZÜCÜ SƏHNƏLƏRDI. YƏNI, BELƏ DEMƏK MÜMKÜNSƏ, SÜRÜCÜLÜK MƏDƏNIYYƏTININ, SÜRÜCÜ ETIKASININ, CƏMIYYƏT IÇƏRISINDƏ ICTIMAI ƏXLAQIN... TAPDANMASI INSANLARIMIZA SÖZÜN ƏSL MƏNASINDA STRESS YAŞADIR.

Şəxsən mən belə düşünürəm ki, əksər maşın sahibləri nəqliyyat vasitələrinin idarə edilməsi haqqında olan mövcud qaydalara yerli-yerində əməl etməyə

çalışırlar. Hətta elə sürücülər tanıyıram ki, onlar nəinki küçədə, dalanda, prospektdə... hətta öz həyətində belə həmin vərdişini, yəni sürücülük mədəniyyətini unutmur.

Yoxsa, bəziləriniz deyəcəksiniz ki, “əşi, öz həyətindi də, nə qaydabazlıqdı ey?” Şəxsən mən o bəziləri kimi düşünmürəm. Elə bilirəm ki, çöldə mədəni olub, qanun-qaydaya riayət etmək, evə gələndə isə mədəniyyətsizlik, xaotik davranışlar sərgiləmək ən azı ikiüzlülükdür. Bəli, doğrudan da bəziləri öz həyətində belə maşınını ev adamlarının gediş-gəlişi üçün ayrılmış yolda, səkisi varsa səkisində, evin pilləkəninin ağzında və s. maneçilik yara-dan yerlərdə saxlamır. Şəxsi həyət Dövlət Yol Polisi (DYP) əməkdaşlarının müdaxilə edə biləcəyi bir məkan olmasa da əsl sürücü mədəniyyəti imkan vermir ki, kimlərəsə rahatsızlıq törətsin. Yol ayrıcında qırmızı işığı görüb, cərimədən qorxduğuna görə maşını saxlamaq və s. hələ şərt deyil...

Amma bu gün Bakıda çoxmərtəbəli bina evlərinin həyətlərinə baxsanız sözün əsl mənasında “mənim kefim belə istəyir”in,“burada mənəm, Bağdadda kor xəlifə”liyin şahidi olarsınız. Bəli, əksər həyətlərdə günün sonunda işdən qayıdan sürücülər onlara rahat olsun, mənzillərinin pəncərəsindən baxanda avtomobillərini görsünlər deyə bina sakinləri üçün olan səkiləri, keçidləri, uşaqların oyun meydançalarını... saymadan avtomobillərini həmin yerlərdə saxlayırlar. Bəlkə inanmayanlar da oldu, vallah, maşının bir hissəsini öz blokunun girişinə salanlar da var. Məgər bu, “mənə nə var”lar, “məndən ötsün, qardaşıma dəysin”lər deyilmi millətin evini yıxan...

Yaxın vaxtlarda təsadüfən qarşılaşdığım bir səhnəni xatırlatmaq məncə yerinə düşər. Bir binanın qarşısında dayanıb qohumunu çağırmaq üçün maşınına quraşdırdığı gücləndirici siqnalı ara vermədən “qışqırdan” sürücü-nün üstünə aşağı mərtəbədə yaşayan bir kişinin hücum etdiyini gördüm. Bir anda qışqırıq-söyüş qulaq batırmağa başladı. Dava-dalaş zamanı aydın oldu ki, sürücüyə hü-cum çəkən bina sakininin həyat yoldaşı xəstədir və həmin an ona həkimlər sistem köçürürmüşlər...

Ən dəhşətlisi nədir, bilirsinizmi? Maşın sahibi qəti özü-nü günahkar sayıb üzr istəmir, qarşısındakına bağırırdı ki, sənin evindən mənə nə var?! Yaxınlıqdan keçənlər, sakinlər araya girib onları ayırmasaydı kim bilir orada qan

da tökülə bilərdi...Bu günlərdə çox yaxın adamla maşınla yol gedir-

dik. Tələssək də böyük bir marketin qarşısında “P” lövhəli yerdə, qaydalara uyğun şəkildə dayanmalı ol-duq. Marketdən çıxanda təəccübümüzü yenə bilmədik. Maşınımızın düz arxasında, təxminən yolun ortasını da zəbt edərək bir avtomobil saxlamışdılar. Yəqin bu və ya buna bənzər səhnələr çoxunuza tanışdı. Hərəkət üçün şərait yoxdur, nə etməlisən? Səbirli insanlar səbir “ehtiyatlarının axırına çıxmalıdır”, səbirsizlərsə özləri ilə gəzdirdikləri ürək dərmanı içməli, ya da hönkür-hönkür ağlamalıdır ki, daxilindəki gərginliyi boşaltsın, ya da... Belə görünür dövlət hər addımbaşı, hər həyətə, hər yolüstü parkinqə bir polis təyin etməlidi ki, bəziləri qorxub özünü normal aparsın??? Tutaq ki, inzibati orqan nümayəndələri yoxdur, millət olaraq biri-birimizi qırmalıyıq məgər?! Xalqımızın minilliklər boyu yaşatdığı tərbiyəvi, əxlaqi dəyərlərimizi heçə saymalıyıq ki?! Bəs insanların mənəvi məsuliyyəti hara yox olub!? Bəs sürücülük mədəniyyəti!?

Yolun ortasında maşınlarını saxlayıb rahat-rahat söhbətləşən, yağmurlu havalarda yol kənarındakı gölməçələrin suyunu marşrut gözləyən insanların üzərinə sıçradan, gur-gur guruldayan musiqi sədaları altında avtomobili “idarə” edən, biri-birinin “marağına” toxunduqları üçün küçənin ortasında dayanıb qadın, uşaq bilmədən bağıraraq tərbiyəsiz söyüş müharibəsinə girən... sürücülərlə yəqin ki, təkcə Azərbaycanda rastlaşmaq mümkündür.

Bütün bu xaotik davranışları görəndə istər istəməz adamın ağlına gəlir ki, indi hər tərəfə quraşdırılmış ka-meralar, DYP əməkdaşlarının nəzarəti, yüksək məbləğli cərimələr... olmasaydı görəsən nələr baş verərdi? Əslində hər kəs bilir...

Lap sürücülük mədəniyyəti, Yol Hərəkəti Qaydaları bir yana dursun, ümumiyyətlə belə ləyaqətsiz, əcaib davranışlar daha ciddi şəkildə bir toplum olaraq özü-müzün əleyhinə işləyir, mənəvi-əxlaqi dəyərlərimizə zərbə vurur. Gəlin, üzərimizdə qanunun nəzarəti olsa da, olmasa da sürücülük mədəniyyətinə sahiblənək, mənəvi dəyərlərimizdən vaz keçməyək, içimizdə hansı xalqın tərbiyəsini daşıdığımızı unutmayaq, başqasının haqqına girib ağır günahlar qazanmayaq!

Buna zorla məcbur edilməliyikmi???

Hərəninöz keyfi . . .

BAŞ REDAKTORDAN

WWW.AVTOSTOP.TV

Babək Yusif oğ[email protected]

Page 5: AvtoStop · Sürücülərin təkər problemi ... təkcə Azərbaycanda rastlaşmaq mümkündür. Bütün bu xaotik davranışları görəndə istər istəməz adamın ağlına gəlir

4 |

AVTOFAYDA

Yerin rahatdır ?Alimlər sübut edib ki, insan ətraf mühitlə,

müntəzəm təmasda olduqlarıyla, hətta əşyalarla belə psixoloji, mənəvi bağlılığa meyillidir. Mən də bu iddanı bölüşürəm. Düşünürəm ki, bunu inkar etmək kökündən səhv olardı. Bir müddət ayrı düşdüyümüz yaxınlarımızdan, doğmalarımızdan ötrü darıxmağımız, görünməz bağlarla bağlandığımızları yanımızda arzulamağımız məhz bu üzdən deyilmi? Bu, hətta bizim həmişə istifadə etdiyimiz cansız əşyalara da aiddir. Daim bizimlə olan eynəyimizi, saatımızı itirəndə, maşınımızdan ayrı düşəndə dərin narahatlıq keçirmirikmi?..

İnsan sanki müəyyən zaman içərisində təmasda olduqlarıyla bütünləşir. Mən

deyərdim ki, bunların sırasında hətta daha vaz keçilməyənləri də var. Məsələn, yaxın “dostunuza” çevirilən maşınımız...

İnsan avtomobilinə öyrəşəndən sonra elə bil bir bədən olur. Diqqət edin, avtomobil də ayaqlarınız, əlləriniz, gözləriniz kimi sizə, şüurunuzdan gələn əmrlərə tabe olur. Özü də yoruldum demədən. İrəliləyir, sürətini artırır, sağa dönür, sola dönür, dayanır, alın şüşəsini yağmurdan təmizləyir, qaranlıqda önünüzü işıqlandırır... Çünki bunlara siz qərar verirsi-niz və situasiyaya uyğun bütün bu hərəkətlər yaddaşınızda qalır, getdikcə vərdişə çevrilir. Əlbəttə, çox qəribədir , rahat oturmadıqda avtomobil sizin üçün əzab kamerasına çevrilə bilər. Sanki haranızdasa narahatlıqlar var.

AVTOSTOP PRESS WWW.AVTOSTOP.TV

Tural Yusifov

Page 6: AvtoStop · Sürücülərin təkər problemi ... təkcə Azərbaycanda rastlaşmaq mümkündür. Bütün bu xaotik davranışları görəndə istər istəməz adamın ağlına gəlir

| 5

July 2012 | Issue 312

Yerin rahatdır ?

WWW.AVTOSTOP.TV AVTOSTOP PRESS

Bilənlər yəqin məni təsdiqləyər, bir çox sürücülər var, sükan arxasında elə otururlar ki, elə bil indicə burunları şüşəyə dəyəcək. Bəziləri isə ayaqlarını pedaldan çox aralıda saxlayırlar və onlardan elə ürkəkcəsinə istifadə edirlər ki, sanki pedalı basmaqdan qorxurlar. Amma hamı bilməlidir ki, təhlükəsiz, rahat idarəetmənin əsasını sükan arxasında düzgün oturma təşkil edir.

Ayaqlar deyil, pəncələrPedala pəncə ilə basmaq lazımdır, bütöv

ayala deyil. Vaxtıyla bunu mənə Aqil Rəhimov aydınladıb və zamanında öyrəndiyim üçün həmin “dərsi” özümdə vərdişə çevirmişəm. Ona görə də pedallarla “işləmək” üzündən hər hansı qanqaraçılıqla üzləşməmişəm.

Lakin şahidi olmuşam ki, bir sıra sürücülər pedalları bütöv ayaqla sıxdıqlarına görə qəzaya düşüblər. Mütəxəssislərin fikrinə görə, pedal-larla bu cür davranışlar əksər hallarda sükan arxasında düzgün əyləşməmək səbəbiylə baş verir. Yuxarıda qeyd etdiyim kimi, keyfiyətli idarəetmə üçün mütləq sükan arxasında yeri-niz düzgün və rahat olmalıdır.

Ayağınızı sıxan və ya hündürdaban, altı qalın ayaqqabılar, əsgər yarımçəkmələri bu işdə əlavə çətinliklər yaradır. Havanın istiliyini, yorğunluğu bəhanə görüb yalın ayaqla maşın sürmək heç düz deyil. Əlbəttə, avtomobil istehsalçıları rahat oturacaqlar üçün milyon-larla vəsait xərcləyir ki, sürücü sükan arxasında maksimum səviyyədə rahat olsun. Buna görə bu erqonomikadan yararlanın. 2-3 dəqiqə vaxtınızdan ayırıb kreslonu özünüzə uyğun şəkildə ayarlayın.

Axı, müasir avtomobil oturacaqları ən müxtəlif vəziyyətlər üçün daha yaxşı hazırlanır. Əslində bu da o deməkdir ki, sizin sükan

arxasında düzgün oturmanız üçün ilk növbədə oturacağın ən optimal vəziyyədə olmasıdır. Əlbəttə, oturacağın nisbətən aşağı salınması sizi avtomobilin ağırlıq mərkəzinə yaxın edəcək və dəngəyə daha həssas olacaqsınız. Lakin bu zaman çox diqqət edin ki, önünüzün görüntüsünə xələl gəlməsin və ya sükan görünüşünüzü bağlamasın.

Bilin ki, əgər əyləc düz açılmış ayaqla basılırsa, onda effektli tormozlamaya özünüz mane olacaqsınız. Ayaqlarınız 15-30 dərəcə qatlanmalıdır ki, pedallarla keyfiyyətli dava-rana biləsiniz. Unutmayın, daban yerə dəymiş şəkildə olarsa hər dəfə ayaq götürülüb pe-daldan pedala dəyişməyəcək, yalnız sağa və sola çevirmək kifayət edəcək. Bir çox avtomobillərdə boş qalan sol ayaq üçün söykənmə yeri də olur və o, həm də döngələri keçən zaman bədənin vertikal qalması üçün sürücüyə köməklik göstərir.

ƏllərSiz kresloya yerləşəndə əlləriniz bir qədər

qatlanmış olmalıdır. Yox, əgər onlar tam açılmış vəziyyətdədirsə bu zaman siz cəld və lazımi gücdə sükanı fırlada bilməyəcəksiniz.

Sükana çox yaxın əyləşmək də düz deyil: a) kənardan gülməli görünəcəksiniz, b) nə vatxsa üzünüz harasa dəyərək burnunu-zu sındıracaqsınız. Doğru vəziyyəti tapmaq istəyirsinizsə onda sükanı saat kimi təsəvvür edin. Əlləriniz saatın rəqəmləritək sükanda durduqda çiyninizlə eyni səviyyədə olmalı, qolarınız isə saatın əqrəbləri kimi 3-ə 15 dəqiqə qalımış “vaxtı” göstərməlidir. Əllərinizi sükana qoyun və rahatlayın. Rahat deyilsə, deməli əvvəldə nəyisə düz etməmisiniz. Yenidən başlayın.

AVTOFAYDA

Sükan arxasında səhv oturuş formaları

Page 7: AvtoStop · Sürücülərin təkər problemi ... təkcə Azərbaycanda rastlaşmaq mümkündür. Bütün bu xaotik davranışları görəndə istər istəməz adamın ağlına gəlir

FEATURE ARTICLE

Təhlükəsizlik kəməriYol qəzalarında həlak olan vətəndaşların

ölüm səbəbi əksər hallarda təhlükəsizlik kəmərinin taxılmamasıdır. Kəmər ona görə icad edilib ki, sürücünün bədəni idarəedilməyən «mərmiyə» çevrilib digər sərnişinləri öldürməsin. Nəzərə alın ki, insanın kəllə sümüyü kifayət qədər bərkdir və maşının hərəkət sürəti, üstəgəl yaranan təzyiq bu bərkliyi ölümcül silaha çevirə bilər. Əgər sizin 5-ci nöqtəniz kreslodan rəqqasə Asena kimi qalxırsa, deməli sizin şansınız yoxdur. İdarəetmə zamanı kəmər ən müxtəlif hal-

larda kresloda əminliklə qalmağı təmin edir. Məsələn, qəflətən kimsə və ya nəsə (normal nəzəriyyəyə görə, maşının idarəedilməsində qəflətən heç nə olmur, amma bir çoxlarına görə bu mümkündür) yola çıxarsa, əlbəttə sürücü qəzadan qaçmaq üçün ani hərəkətlər edəcək. Bu zaman avtomobilin içərisində müvazinətdən söhbət gedə bilməz. Amma maşındakılar, xüsusən də sürücü təhlükəsizlik kəmərini taxmış vəziyyətdədirlrsə demək hər kəsin ən azı kresloda qalmağı təmin oluna-caq. Ümumiyyətlə, istər yarış avtomobili ol-sun, istərsə başqası, kəmər sizə avtomobili düzgün hiss etmənizə də köməklik göstərir.

6 | AVTOSTOP PRESS WWW.AVTOSTOP.TV

AVTOFAYDA

Pedalda ayağın düzgün yerləşdirilməsi

Page 8: AvtoStop · Sürücülərin təkər problemi ... təkcə Azərbaycanda rastlaşmaq mümkündür. Bütün bu xaotik davranışları görəndə istər istəməz adamın ağlına gəlir

Ciddiyə alınmayan digər məsələlər Kreslo başlığı başınızı ora söykəmək üçün deyil.

Əgər siz bu başlığı çıxartmısınızsa və ya düzgün ayarlamamışsınızsa o zaman bundan ötrü sizə təbrik düşmür, əksinə çox ciddi xəbərdarlıq lazımdır. Çünki ilk qəzadaca boynunuzu sındırmanız mümkündü.

Bəzi məsələlərə əhəmiyyətsiz kimi baxmayın. Hadisə qəflətən, gözləmədiyiniz tərəfdən gələr. Elə qollarınızı da, ayaqlarınızı da sıxmayan, rahat geyimdə olun. Əlinizin altında hər zaman gün eynəkləri olsun ki, günəş şüaları gözünüzə düşəndə axtarış aparmadan onu götürüb istifadə edəsiniz. Amma polyarizasiyalı eynək taxmayın. O, günəş şüalarını saxlasa da görməni pisləşdirir...

Əlbəttə, rahat və təhlükəsiz idarəetmə haqda söhbəti istənilən qədər davam etdirmək mümkündü. Amma bu qədəriylə kifayətlənib qalanını növbəti saylarımıza saxlayıb sağollaşırıq və deyirik: sükan arxasında rahatlığınızı təmin etdikdən sonra yola çıxın. Yaxşı yol...

WWW.AVTOSTOP.TV

AVTOFAYDA

AVTOSTOP PRESS 7 |

Page 9: AvtoStop · Sürücülərin təkər problemi ... təkcə Azərbaycanda rastlaşmaq mümkündür. Bütün bu xaotik davranışları görəndə istər istəməz adamın ağlına gəlir

AVTOSTOP PRESS WWW.AVTOSTOP.TVWWW.AVTOSTOP.TV

AVTOFAYDA

8

Videoregistratorların görüntüsü sübut sayılırmı?

Sübutdur ?

Page 10: AvtoStop · Sürücülərin təkər problemi ... təkcə Azərbaycanda rastlaşmaq mümkündür. Bütün bu xaotik davranışları görəndə istər istəməz adamın ağlına gəlir

WWW.AVTOSTOP.TVWWW.AVTOSTOP.TV

Oktyabr 2016 | № 17

| 9

Videoregistratorlar Azərbaycanda 2011-ci ildən peyda olmağa başlayıb. Və bu cihaz

bəzən mübahisəli məsələlərdə, məhkəmə işlərində bir sübut kimi təxminən 5 ildir istifadə edilir. Əlbəttə, bu məqamda bir

çoxları işlətdiyim “sübut” iddiasına etiraz edə bilər.

Tural Yusifov

Videoregistratorların görüntüsü sübut sayılırmı?

Sübutdur ?

AVTOSTOP PRESS

Page 11: AvtoStop · Sürücülərin təkər problemi ... təkcə Azərbaycanda rastlaşmaq mümkündür. Bütün bu xaotik davranışları görəndə istər istəməz adamın ağlına gəlir

WWW.AVTOSTOP.TV

AVTOFAYDA

10 | AVTOSTOP PRESS

Əslində bu məsələ onsuz da müxtəlif fikirlərin toqquşmasına tez-tez səbəb yaradıb. Bəs görəsən videogörüntülər

həqiqətən bir mənalı olaraq sübut kimi qəbul edilə bilərmi? Bəli, elə biz də indi bunu aydınlaşdırmağa çalışacayıq. Əlbəttə, daha çox öz sahəmiz daxilində…

Videoçarxların sübut kimi istifadə edilıməsi İnzibati Xətalar Məcəlləsinin (İXM) 76-cı, 77-ci və 80-ci maddələri ilə nizamlanır.

Maddə 76. Sübutlar

76.1. İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir.

76.2. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir.

Maddə 77. Maddi sübutlar

77.1. İnzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər, yaxud üzərində inzibati xətanın izlərini saxladığına görə inzibati xəta haqqında iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edən predmetlər maddi sübutlar hesab edilir.

77.2. Maddi sübutların fotoşəkilləri çəkilir və onlar inzibati xəta haqqında işə əlavə edilir. Maddi sübutlar inzibati xətalar haqqında pro-tokolda qeyd edilir.

77.3. İcraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) iş üzrə icraat başa çatanadək maddi sübutların qorunub saxlanılmasının təmin edilməsi üçün tədbirlər görməli, inzibati xəta haqqında iş üzrə icraat başa çatdıqdan sonra maddi sü-butlar haqqında qərar qəbul etməlidir.

Maddə 80. Sənədlər

80.1. Sənədlərdə müəssisələrin, idarələrin, təşkilatların, vəzifəli şəxslərin və fiziki şəxslərin təsdiq etdikləri və ya şərh etdikləri

məlumatların inzibati xəta haqqında iş üzrə icraat üçün əhəmiyyəti vardırsa, bu sənədlər iş üzrə sübutlar hesab edilir.

80.2. Sənədlər yazılı və ya digər formada müəyyən edilmiş məlumatları özündə əks etdirə bilər. Fotoşəkillər, səsyazma və ya videoyazı materialları, məlumat bazası və məlumat bankı və digər məlumatları olan mü-vafiq daşıyıcılar sənədlər hesab olunur.

80.3. İcraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) iş üzrə icraat başa çatanadək sənədlərin qorunub saxlanılmasının təmin edilməsi üçün tədbirlər görməli, inzibati xəta haqqında iş üzrə icraat başa çatdıqdan sonra onlar haqqında qərar qəbul etməlidir.

Göründüyü kimi qanuna əsasən video çəkiliş iş üzrə sənəd hesab edilir. Özü də birmənalı şəkildə. Yəni, “hesab edilə bilər yox” hesab edilir. Bəzən telekanallarda səhv olaraq səs-küy yaradırlar ki, onlar sübut sayıla bilməz. Əlbəttə, o da düzdür ki, videogörüntülərin sübut kimi istifadə edilməsi hakimin qərarına bağlıdır. Lakin qayda pozuntusunun olub-olmaması kamerada dəqiq görünürsə, mən ininanmıram ki, ədaləti bərqərar etmək istəyən hakim və ya vəzifəli şəxs belə dəlilləri rədd etsin.

Amma dediyimiz kimi, bu məsələ hələ də mübahisəli olmaqdan tam şəkildə çıxmayıb. Məhz bü üzdən əksər sürücülər eynicür davranmaqda davam edirlər. Kamera alıb, avtomobilə qoşaraq işlədirlər. Bəs sonra ? Gəlin aydınlaşdırmağa çalışaq.

Bilirik ki, bəzən hakimlər səbəbsiz yerə

belə video görüntüləri işə əlavə etməyi lazım bilmirlər. Bu zaman ədalətsizliyə uğradığını söyləyən sürücü videregistratoru kənara atıb facebookda çox alovlu çıxışlar etməyə başlayır və günahkar tapıb özünü sakitləşdirmək üçün bu cihazı təbliğ etdiyimiz üçün bizi də ittiham edir. Onlar unudurlar ki, doğrunu tapmaq üçün hərəkət etmək lazım gəldiyi zamanlarda vaxtı boşuna sərf etmək gərəksizdi...

Öyrənək görək hakim nə zaman videogörüntülərdən imtina edə bilər?

Ümumiyyətlə, hadisə baş verdikdə tərtib edilən protokolda bu olanların qeydə alındığı kameralar, həmçinin sizin kamera da göstərilməlidir.

Page 12: AvtoStop · Sürücülərin təkər problemi ... təkcə Azərbaycanda rastlaşmaq mümkündür. Bütün bu xaotik davranışları görəndə istər istəməz adamın ağlına gəlir

WWW.AVTOSTOP.TV

İyun 2016 | № 15

AVTOSTOP PRESS | 11

Page 13: AvtoStop · Sürücülərin təkər problemi ... təkcə Azərbaycanda rastlaşmaq mümkündür. Bütün bu xaotik davranışları görəndə istər istəməz adamın ağlına gəlir

AVTOSTOP PRESS WWW.AVTOSTOP.TV12

AVTOFAYDA

Hətta markası, seriya nömrəsi və yaddaş kartı. Çünki qanunda bildirilir: “…hesab edilir”. Yəni, qanunda yazılsaydı ki, hesab edilə bilər, bu za-man imtina üçün əsas tapmaq olardı.

Hadisə sənədləşdirilərkən mütləq proto-kolda bu cihaz haqqında məlumat olmalıdır ki, məhkəmədə də bu video görüntülər sübut kimi qəbul edilsin. Həmçinin hakimin İXM 80-ci maddəsinə əsasən işə aidiyyətinə görə video görüntünü qəbul etməməsi yol verilməzdir və bu, sürücünün hüquqularının tapdalanmasıdır. Bir qədər də irəli gedib deyə bilərik ki, belə hal-la üzləşən sürücü məsələ ilə bağlı Məhkəmə Şurasına müraciət edərək həmin hakimin cəzalandırılmasına belə nail ola bilər. Lakin bu zaman sizin təqdim etdiyiniz video görünütü-nün apelyasiyasız qəbul olunacağına ümid bağlamayın. Çünki həmin videogörüntü də incələnməlidir. Yəni, dəqiqləşdirilmədən hər

şeyin xeyirinizə bitdiyinə əmin olmayın. Nəticə ekspertizanın rəyi və hakimin ədalətindən asılıdır.

Bəs hakimin bu videonu ekspertizasız qəbul etməsi üçün nə etmək lazımdır?

Cavab sadədir: hadisənin görüntüləri elə video cihaza yazılmalıdır ki, ora sonradan redaktələrin edildiyi şübhə doğurmasın. Ekspertiza bu video-nun montaj olduğunu təsdiqləsə bu video keçərli olmayacaq. Ona görə də cihazda qeydə alınan hər hansı bir video görüntüyə öncədən özünüz müdaxilə etməyin. Baş verən hadisə görüntüyə alınıbsa dərhal kartı çıxarıb etibarlı şəkildə saxlayın: əlbəttə, əvvəldə qeyd etdiyim kimi, onu tərtib olunan protokola əlavə etdirdikdən sonra. Və məhkəmənin dəvətini gözləyin. Uğurlar.

Page 14: AvtoStop · Sürücülərin təkər problemi ... təkcə Azərbaycanda rastlaşmaq mümkündür. Bütün bu xaotik davranışları görəndə istər istəməz adamın ağlına gəlir

WWW.AVTOSTOP.TV AVTOSTOP PRESS |

İyul 2016 | № 16

Page 15: AvtoStop · Sürücülərin təkər problemi ... təkcə Azərbaycanda rastlaşmaq mümkündür. Bütün bu xaotik davranışları görəndə istər istəməz adamın ağlına gəlir

WWW.AVTOSTOP.TV

.

Tural Yusifov14 |

AVTOFAYDA

AVTOSTOP PRESS

AVTOMOBilin .

Page 16: AvtoStop · Sürücülərin təkər problemi ... təkcə Azərbaycanda rastlaşmaq mümkündür. Bütün bu xaotik davranışları görəndə istər istəməz adamın ağlına gəlir

WWW.AVTOSTOP.TV AVTOSTOP PRESS

.«'ayaqqabilari'«

|

Oktyabr 2016 | № 17

AVTOMOBilin .

Page 17: AvtoStop · Sürücülərin təkər problemi ... təkcə Azərbaycanda rastlaşmaq mümkündür. Bütün bu xaotik davranışları görəndə istər istəməz adamın ağlına gəlir

WWW.AVTOSTOP.TV16

AVTOFAYDA

Son dövrlər Bakıda bir çox sürücülərlə Dövlət Yol Polisi (DYP) arasında təkər pro-blemi yaşanır. Vətəndaşlarımız belə hesab

edirlər ki, dövlət qurumu bu məsələdə onlara haqsızlıq edir. Lakin onu demək lazımdır ki, əslində bir çox sürücülərimiz avtomobili üçün şin seçərkən özləri səhvə yol verirlər. Onlar təyinatına fərq qoymadan xoşlarına gələn şini alıb arxayınca istifadə etməyə başlayırlar. Düşünmürlər ki, bu məsələdə bəzi tələblər nəzərə alınmalıdır. Anlaşmazlığın ilkin mərhələsi də elə buradan başlayır.

Əslində şin seçilməzdən öncə onun hansı hallarda istismar ediləcəyi nəzərə alınmalıdır. Yəni, ilk olaraq hansı relyefdə yaşadığımıza, iqlim şəraitimizə, əsasən necə yollardan istifadə etdiyimizə diqqət verməliyik. Kimsə bu qədər xırdalıqların mövcud olduğundan narahatlıq duymasın. Hazırda bu işlə bağlı heç bir mürəkkəblik yoxdur. Çünki nə qədər çox sual varsa, bir o qədər də asan seçim var. Yetər ki, azacıq diqqətli olaq.

Qış, yoxsa yay şinləri?

Bunun üçün bəzi şeyləri öyrənməmiz lazımdır. Minik avtomobilləri üçün şinlər 3 növ olur. Qış, yay və (belə deyilən) bütün

mövsümlər üçün. Bu işin peşəkarları qışda qış şinlərindən, yayda isə yay şinlərindən istifadə

etməyi məsləhət görürlər. Bütün mövsümlər üçün deyilən şinlərin universal protektorları olur və bu zaman çox şey protektorun naxışından və rezinin tərkibindən asılıdır. İqlimimiz yumşaq olduğuna görə bütün mövsüm üçün təkərlər əlbəttə sərfəli seçimdir. Amma unutmayaq ki, qış mövsümündə əgər havanın tempraturu müsbət 5 dərəcədən aşağı düşürsə mütləq avtomobilin təkərlərinə qış şinləri taxılmalıdır. Əgər daha güclü şaxtalar olmazsa bu “tikansız” təkərlər bütün qışı sizi qoruya biləcək.

AVTOSTOP PRESS

Təkəri necə seçim?

Page 18: AvtoStop · Sürücülərin təkər problemi ... təkcə Azərbaycanda rastlaşmaq mümkündür. Bütün bu xaotik davranışları görəndə istər istəməz adamın ağlına gəlir

AVTOSTOP PRESS |

Oktyabr 2016 | № 17

17

Şin ölçüləri, yüklənmə indeksi və sürət

İndi daha əsas olan məsələdən danışaq: təkərlərin ölçüsündən. Yazının əvvəlində sürücü-DYP əməkdaşları arasında yaranmış problemi qeyd etmiş, maşın sahiblərinin şin seçimlərindəki səhvləri vurğulamışdım. Lakin bu heç də situasiyanın tam təhlili deyil. Mənzərə xeyli fərqlidir. Bu gün DYP inspektorları bir sıra hallarda sürücünü saxladıqda ona belə deyir:

“Təkər 16-lıq olmaldır, amma sən 17-lik vurmusan. Cərimə olunursan, gedirik cərimə meydançasına”.

Bax, burada «STOP» eləmək lazımdır. Bilir-siniz niyə? Ümumiyyətlə, “16-lıq”, “17-lik” söhbəti şinlərdə deyil, disklərdə olur .

Və disklərə görə cərimə ümumiyətlə İnzibati Xətalar Məcəlləsində (İXM) nəzərdə tutulmayıb. Burada cərimə təkər bazasının pozulmasına görədir.

İXM –nin 342.2.3. maddəsində deyilir:

“Nəqliyyat vasitəsinin tam kütləsinin və bu kütlənin oxlar üzrə paylanmasının, ağırlıq mərkəzinin təkər bazasının və ya təkər düs-turunun pozulmasına yaxud tormoz və sükan idarə sisteminin əvəz olunmasına səbəb olan dəyişikliklər edilməsinə;”

Yəni, DYP inspektoru əvvəlcə bu təkərin “16-lıq” yox, “17-lik” olmasını məhz 342.2.3-ə uyğun gəldiyini təsdiqləməlidir.

Bunu isə xüsusi texniki avadanlıqlarla ölçmək lazımdır. Azərbaycan Respublikası “Yol Hərəkəti Haqqında” Qanunun (YHQ) 1 saylı Əlavəsində isə şinlərin avtomobilin ölçüsünə və yükgötürmə qabiliyətinə uyğun olmadıqda dəyişdirilməsi nəzərdə tutulub. Demək Qanun göstərir ki, şinlər ölçüsünə və ya yükgötürmə qabiliyyətinə görə, nəqliyyat vasitəsinin modelinə uyğun gəlmədikdə nasazlıq aradan qaldırılır. Yəni, cərimə meydançasında sadəcə şinlər dəyişdirilir. Bundan ötrü isə cəza nəzərdə tutulmayıb.

Qayıdaq “16-lıq” və ya “17-lik” məsələsinə. Hər bir istehsalçı öz avtomobili üçün müxtəlif ölçülər təklif edir və edə bilər. Yəni, zavodda 235.40 R16 olaraq çıxan avtomobilə istehsalçı 245.35 R17 təkər quraşdırılmasına icazə verir. Yəni, bütün bunlara görə, DYP inspektoru-nun İXM-nin 342.2.2 maddəsi ilə 150 manat cərimə yazması doğru deyildir. Maddədəki normativ tələblər həmçinin istehsalçının nor-mativi deməkdir. Yəni, şinlərlə əlaqədar hər hansı bir istehsalçının normativindən savayı ölkənin normativi olmur.

Azərbaycanın tərəfdaş çıxdığı və icrası məcburi olan “Yol Hərəkəıti Haqqında” Vya-na Konvensiyasının 3-cü fəslinin Əlavələr bölməsində şinlər haqqında deyilir:

“54. Avtomobilin təkərləri və onun qoşqularının təkərləri pnevmatik şinlərlə təchiz edilməllidir. Bu şinlər təhlükəsiz idarəetməni təmin etməli, onun yerlə təması, hətta yağış zamanı belə kəsilməli deyil”.

Page 19: AvtoStop · Sürücülərin təkər problemi ... təkcə Azərbaycanda rastlaşmaq mümkündür. Bütün bu xaotik davranışları görəndə istər istəməz adamın ağlına gəlir

WWW.AVTOSTOP.TV18 |

AVTOFAYDA

AVTOSTOP PRESS

Göründüyü kimi, Vyana Konvensiyası ölçüdən yox, təhlükəsizlikdən danışır. Və istehsalçının verdiyi təkər ölçüləri dəyişik və ya digər marka üçün nəzərdə tutulsa belə ondan istifadə etmək olar. Yeri gəlmişkən, şinlərinizin düzgün seçilib-seçilmədiyini təkər kalkulyatoru ilə öyrənə bilərsiniz.

Təkər seçimi zamanı yükləmə indeksi əsasdır. Bu, maşının təkərlərinin dözdüyü çəkidir. Sürət indeksində isə avtomobilin gücü və idarəetmə

üslubu nəzərə alınmalıdır. Məsələn, güclü və iri avtomobillər üçün yüksək indeksli şinlər seçmək lazımdır ki, yolda toz-torpaq qaldırmasın. Əgər təmkinli sürücüsünüzsə normal sürət indeksli şinlərdən istifadə edə bilərsiniz. Sürət indeksi nə qədər yüksəkdirsə şin bir o qədər bərk olur. Aşağı sürət indeksli təkərlərdə isə yüksək sürət zamanı yolla təmas pisləşir.

Protektorun rəsmləriÜmumiyyətlə, qanuna əsasən müxtəlif rəsmli

protektorları olan şinləri avtomobilə bir ox üzrə vurmaq olmaz. Çünki hər protektorun öz funksiyası var. Şəklə nəzər salaq.

İstiqamətlənməmiş naxışlı (A) – Radial mərkəzindən keçən xətli şinlər daha çox universaldır. Ona görə bir çox şinlər bu naxışla buraxılır.

İstiqamətlənmiş naxışlı (B) – Protekto-

run mərkəzi ilə keçən simmetrik fırlanama istiqamətində naxışları olan şinlər suyu ayırmaq üçün ideal sayılır. Və belə naxışlı şinlərin səsi hərəkət zamanı daha aşağı olur. Ehtiyat təkəriniz bu naxışda deyilsə ondan yüksək sürətlə sürmədən əsaslı müdaxilə yerinədək istifadə etmək mümkündür.

Assimetrik naxışlı (C) – Onlar təkərin fırlanma mərkəzinə simmetrik olmur. Bu tip şinlərin bir hissəsi quru, digər hissəsi yağışlı havada daha effektlidir.

A B C

Page 20: AvtoStop · Sürücülərin təkər problemi ... təkcə Azərbaycanda rastlaşmaq mümkündür. Bütün bu xaotik davranışları görəndə istər istəməz adamın ağlına gəlir
Page 21: AvtoStop · Sürücülərin təkər problemi ... təkcə Azərbaycanda rastlaşmaq mümkündür. Bütün bu xaotik davranışları görəndə istər istəməz adamın ağlına gəlir

WWW.AVTOSTOP.TV

Şinlərin balansı Şinlərin hər 1.500-2.000 km-dən sonra

balansını yoxlatdırın və korrektə etdirin. Uzun müddət eyni təkərdəsinizsə onda hər 10.000-12.000 km-dən sonra balans etdirmək lazımdır. Təkərlərin disbalansı təhlükəsiz idarəetmədən tutmuş rahatlığa qədər “cavabdehlik” daşıyır.

Sükanda 70-110 sürət zamanı titrəyiş müşahidə olunursa demək hansısa dərin enişdə və ya yoxuşda, yaxud zərbədə şinə güclü təzyiq düşüb. Bu nasazlıq mütləq nizamlanmalıdır. Əslində təkərlərin balansı profilaktik bir ri-tuala çevirilməlidir. Ümumiyyətlə, təkərlərin

balansı həm də şinlərin vaxtından tez sıradan çıxmasının qarşısını alır.

Bəzən disbalans çox kiçik problemlərdən də qaynaqlana bilir. Disklərdə palçığın donması, təkər bağlanan zaman qaykaların düzgün bərkidilməməsi, supinatorun (təkəri mərkəzləşdirmə avadanlığı) yoxluğu üzündən baş verən uyğunsuzlu buna səbəb olur. Amma disbalansı yaradan əsas səbəbsə nara-hat yollarımızdır. Hər dəfə sürətlə bir çuxura düşdükdə və ya məhəllələrdə sürətə qarşı düzəldilmiş süni maneəni keçdikdə təkərlərin əyilməsi gözləniləndir.

20

AVTOFAYDA

AVTOSTOP PRESS

Page 22: AvtoStop · Sürücülərin təkər problemi ... təkcə Azərbaycanda rastlaşmaq mümkündür. Bütün bu xaotik davranışları görəndə istər istəməz adamın ağlına gəlir

Şinlərin təzyiqiŞinlərin içərisində hava çatışmırsa bu, onun

tez qızmasına səbəb olur. İstehsalçı tərəfindən müəyyənləşdirilmiş havanın təzyiqi norma-dan aşağıdırsa şin qısa müddətə sıradan çıxacaq və laqeyd sürücüləri qəflətən yırtılıb yolda qoyacaq. Ona görə havanı şinə “yumşaq olması”, “komfort yaratması” üçün deyil, istehsalçının müəyyənləşdirdiyi normada dol-durun ki, artıq xərcə də düşməyəsiniz.

Şinlərdəki təzyiqin yoxlanışı avtomo-bil sürülməmişdən öncə, soyuq təkərlərdə aparılmalıdır. Çünki müəyyən qədər məsafə

qət etmiş avtomobilin şinləri qızdığı üçün orada təzyiq artmış vəziyyətdə olur. Guya “normallaşdıracaqsınız” deyə qızmış təkərdə təzyiqi aşağı salmayın. Çünki sürülmə zamanı təzyiqin 20%-yə qədər arta biləcəyi əvvəlcədən istehsalçılar tərəfindən nəzərər alınıb.

Şinlərdə ay ərzində normal təzyiqitirmə 1psi (0.08 атм.) -dir. 2 həftə ərzində təzyiq 1 dəfə yoxlanmalıdır. Təsadüfi insanların deyil, istehsalçının tövsiyələrinə əməl edin ki, ən azı sonradan qarşılaşdığınız xoşagəlməz situasiyaya görə əlavə pul xərcləmək məcburiyyətində qalmayasınız.

| 21

Iyul 2016 | # 16

| 21AVTOSTOP PRESS

Page 23: AvtoStop · Sürücülərin təkər problemi ... təkcə Azərbaycanda rastlaşmaq mümkündür. Bütün bu xaotik davranışları görəndə istər istəməz adamın ağlına gəlir

WWW.AVTOSTOP.TV

AVTOMOBİL

Page 24: AvtoStop · Sürücülərin təkər problemi ... təkcə Azərbaycanda rastlaşmaq mümkündür. Bütün bu xaotik davranışları görəndə istər istəməz adamın ağlına gəlir

WWW.AVTOSTOP.TV |

İyun 2016 | № 15

Page 25: AvtoStop · Sürücülərin təkər problemi ... təkcə Azərbaycanda rastlaşmaq mümkündür. Bütün bu xaotik davranışları görəndə istər istəməz adamın ağlına gəlir

WWW.AVTOSTOP.TV24 |

AVTOFAYDA

AVTOSTOP PRESS

Vurub qaçıblarYəqin ki, kimsə söhbətin nədən getdiyini

anlamaqda çətinlik çəkmədi. Çünki bu iş hər bir sürücünün başına gələ bilir. Və bilirik ki, bu durumla qarşılaşan hər

kəs dərin qanqaraçılıq keçirir. Təsəvvür edin, avtomobilinizi park edib gedirsiniz, qayıdanda görürsünüz ki, maşının üzərində cızıq və ya zədə var...

Əlbəttə, dilxorçuluq çözüm deyil və hamı maraqlanır ki, bəs bu zaman nələri etmək va-cibdir?!

İlk olaraq müəyyınləşdirmək lazımdır ki, zədəni törədən günahkar bununla bağlı Dövlət Yol Polisinə (DYP) məlumat veribmi. Əgər verilməyibsə o zaman əraziyə DYP əməkdaşını, daha sonra isə sığorta nümayəndəsini dəvət etməlisiniz (əlbəttə, əgər KASKO sığortanız varsa). Bu zaman əraziyə baxış keçirilərək avtomobilinizin yanında park edilmiş maşının kimə aid olduğu (hər bir nəqliyyat vasitəsinin təbii ki, dövlət nömrə nişanı var) müəyyənləşdirılməlidir. Bütün bu prosedürlər yolda baş verən adi qəzalardakı kimi yerinə yetirilməlidir.

Günahkar hadisə yerindən qaçıbsa

İlk olaraq yaxınlıqdakı şahidlərin və kame-raya (təhlükəsizlik, bank, bankomat və ya videoqeydiyyatçı kameralarına) düşmüş görüntülərin vasitəsiylə hadisəni törədəni üzə çıxarmaq mümkündür.

Çağırdığınız DYP əməkdaşıyla qəzanı rəsmiləşdirdikdən sonra öz kiçik tədqiqatınızı da apara bilərsiniz. Yəni, yetirilmiş zədənin, cızığın, yerini, hündürlüyünü müəyyənləşdirərək yaxınlıqdadakı avto-servislərdən uyğun gələ bilən zədəylə müraciət edilib- edilmədiyini öyrənin. Çünki DYP yalnız günahkların hadisə yerindən getməsi ilə bağlı cərimə yazacaq. Digər hallar üçün sizə dəymiş ziyanın ödənilməsində kömək etməyəcək. Əgər hadisə yaşadığınız binanın həyətində baş veribsə sahə müvəkkilini də dəvət edin.

Tural Yusifov

Page 26: AvtoStop · Sürücülərin təkər problemi ... təkcə Azərbaycanda rastlaşmaq mümkündür. Bütün bu xaotik davranışları görəndə istər istəməz adamın ağlına gəlir

WWW.AVTOSTOP.TV

Subasma zamanı avtomobilə ziyan dəyərsə...

Güclü yağış zamanı yeraltı parkinqləri su basa bilər. Belə halda dəymiş zərərə görə ödənişi sizin KAS-KO sığortanız ödəməlidir. Çox təəssüf ki, icabri sığorta belə hallarda dəymiş ziyanı ödəmir. KASKO sığortanız yoxdursa onda məhkəməyə müraciət edib, subasmanın səbəkarı olan qurumu, texniki təhlükəsizliyə cavabdeh təşkilatı məhkəməyə verə bilərsiniz. Avtomobilə dəymiş ziyan-la bağlı müstəqil ekspertlərin rəyini almanız da işin xeyirinə olacaq.

Yeri gəlmişkən, bunu da bilməniz vacibdir ki, icbari sığorta ilə məhkəməyə müraciət etsəniz yüz faiz məğlub olacaqsınız...

| 25

Oktyabr 2016 | № 17

AVTOSTOP PRESS

Vurub qaçıblar

Avtomobilinizin üzərinə ağac düşübsə

Onda avtomobil üzərindən ağacı və ya budaqları heç bir halda götürməyin, təmizləməyin. Polis çağırın və onun gəlişinədək kimsəyə bunu etməyə də imkan verməyin. Nəzərə alın ki, burada DYP deyil, məhz polis lazımdır. Tərtib olunan protokolda isə hər şeyin dəqiq yazılmasına özünüz diqqət yetirin. Çünki nədən və hansı ziyanın dəyməsi protokolda eynən göstərilməlidir (zədə siyahısı protokolda tam qeyd olunmalıdır).

Bundan başqa, polis sizə dəymiş ziyanla bağlı arayış verməlidir. Əgər hadisənin hal şahidi varsa, onun da kimliyini, şəxsiyyət vəsiqəsi və şəxsi məlumatlarını protokola əlavə etdirin. Avtomobilə dəymiş ziyanla bağlı foto və video çəkiliş aparın. Günahkarın müəyyənləşməsinədək avtomobilin təmirinə çəkdiyiniz xərclərin qəbzlərini də saxlayın. KASKO sığortanız varsa sığorta şirkəti bu xərci qarşılayıb ağaca cavabdeh olan qurumdan bu ödənişləri özü məhkəmə qaydasında tələb edəcək. Digər halda isə həmin qəbzlər ağaca vaxtında müdaxilə etməyən qurumun məhkəməyə verilməsində kömək olacaq.

Tural Yusifov

Page 27: AvtoStop · Sürücülərin təkər problemi ... təkcə Azərbaycanda rastlaşmaq mümkündür. Bütün bu xaotik davranışları görəndə istər istəməz adamın ağlına gəlir
Page 28: AvtoStop · Sürücülərin təkər problemi ... təkcə Azərbaycanda rastlaşmaq mümkündür. Bütün bu xaotik davranışları görəndə istər istəməz adamın ağlına gəlir

| 27

İyun 2016 | № 16

|

IQUAM EAT. TEM EICIENT LABORERSPIS DEBIS PARUM QUAE ILLIBEATENIA QUATI CORE NUM QUAM VOLUPTUR? SAPITIOSSED QUO ES EXPLABO. US SUNT VOLUPI-CATUS, ESTISSUS ET PRE VOLOREC EREREPRATEM ANDITATA QUE.

By Jane Doe

AVTOSTOP PRESS

Page 29: AvtoStop · Sürücülərin təkər problemi ... təkcə Azərbaycanda rastlaşmaq mümkündür. Bütün bu xaotik davranışları görəndə istər istəməz adamın ağlına gəlir

WWW.AVTOSTOP.TV28 |

AVTOFAYDA

mükəmməl10 uqAVTOSTOP PRESS

Hər gün dəfələrlə gördüyümüz, bir çox hallarda birbaşa təmasda olduğumuz üçün gözümüzdə adiləşən Avtomobil(lər) əslində çox möcüzəvi bir kəşfdir. Məhz onun sayəsində insanlıq ilkin ola-raq uzaq mənzillərə daha tez, daha rahat getməyi reallaşdırdı. Və bu texnologiya zaman keçdikcə təkmilləşdi, böyük imkanlara malik oldu. İndi isə elə bir mərhələyə çatib ki, həyatı avtomobilsiz təsəvvür etmək mümkün deyil.

Əvvəlki dövrlərdən fərqli olaraq hazırda maşınlararın çeşidi də inanılmaz şəkildə çoxalıb. Onlar çox bahalı, üstün texniki imkanlara malik, sürətli, qənaətcil və ya çox sadə, yığcam ola bilirlər. Hər biri də öz məziyyətlərinə görə bu aləmdə özünə yer qazanır. Və biz də məlum keyfiyyətlər üzrə onların arasında araşdırma apardıq, nəticələr də əldə etdik.

İndi 10 nominasiyada avtomobillərin reytinqini sizə təqdim edirik.

Page 30: AvtoStop · Sürücülərin təkər problemi ... təkcə Azərbaycanda rastlaşmaq mümkündür. Bütün bu xaotik davranışları görəndə istər istəməz adamın ağlına gəlir

| 29

Oktyabr 2016 | № 17

mükəmməl10 uqAVTOSTOP PRESS

Tural Yusifov

Page 31: AvtoStop · Sürücülərin təkər problemi ... təkcə Azərbaycanda rastlaşmaq mümkündür. Bütün bu xaotik davranışları görəndə istər istəməz adamın ağlına gəlir

WWW.AVTOSTOP.TV

Ən sürətli avtomobil Dünyanın ən sürətli avtomobili “Thrust”

SSC sayılır. Britaniyalı hərbi pilot Endi Qrin 15 oktyabr 1997-ci ildə Blek Rod səhrasında (ABŞ, Nevada ştatı) həmin maşınla saatda 1123.657 km sürət yığa bildi. Və bu sürət rekord kimi qeydiyyata alınıb.

Beləliklə “Thrust” SSC səsin sürətini belə geridə qoydu. Lakin Endinin uğurunu kölgə altına salanlar da tapıldı. Belə ki, onlar iddia edirlər ki, Endi avtomobil deyil təyyarəyə bənzər hibrid idarə edib. Əsas ar-qument kimi isə təkərlə mühərrik arasında mexaniki əlaqənin olmaması göstərilir. İş burasındadır ki, reaktiv avtomobil sayılan “Thrust” SSC “Rols Roys”a məxsusu 2 təyyarə mühərriki ilə təchiz edilib və bu mühərriklər birlikdə 100 min at gücünə ma-likdir. Bütün şübhələrə baxmayaraq həmin sürət «Ginnesin rekordlar kitabı»na salınıb.

“Thrust” SSC

Ən sürətli elektrik dartıclı av-tomobil

Sürət arxasınca düşənlər nədənsə elektro-avtomobilləri unudurlar. Axı, ilk sürətli maşınlar məhz elektromobillər olu-blar. Məsələn, ilk dəfə saatda 100 km sürəti məhz elektromobil yığıb. Bu da 1899-cu ilin 29 aprelində baş verib. Onda elektromobi-lin sükanı arxasında belçikalı sürücü Kamil Jenatsi olmuşdur. “La Jamais Contante” (tərcüməsi – həmişə narazı) 67 at gücünə malik idi və saatda 105.867 km sürəti vardı.

Hazırda isə bu ada Monakodan olan «Venturi Automobiles» şirkətinin avtomo-bili layiqdir. 2010-cu ildə Ohayo ştatının universiteti ilə birlikdə “Buckeye Bullet” 2.5 adlı bu elektromobil saatda 494 km sürətə çata bilib. Hazırda müəssisənin konstruktorları daha güclü — «VBB-3» üzərində işləyirlər. Bizə məlum olan bu yeni avtomobil 3.000 a.g. və 2.800 nм fırlanma anına malik elektrik mühərriki ilə təmin ediləcək. Mühərrik 2.000 hücrədən ibarət litiyudəmirfosfat akkumulayotrdan enerji alacaq. İstehsalçılar əvvəlki mərhələdə saatda 600, daha sonra saatda 700 km sürət rekordunu əldə etmək istəyirlər. Bəs görəsən indi ən sürətli elektrocar hansıdır?

“La Jamais Contante”

“Venturi” BB2.5

30

AVTOFAYDA

AVTOSTOP PRESS

Page 32: AvtoStop · Sürücülərin təkər problemi ... təkcə Azərbaycanda rastlaşmaq mümkündür. Bütün bu xaotik davranışları görəndə istər istəməz adamın ağlına gəlir

Ən sürətli seriya avtomobiliİstehsalda olan və ən sürətli avtomo-

bil sayılan fransız “Bugatti Veyron” 16.4 Super Sport-dur. O, saatda 431.072 km sürətlə hərəkət edə bilir. Lakin bu sürətə də şübhə ilə yanaşanlar var. Belə ki, 2013-cü ildə məlum olub ki, “Bugatti”də sürət məhdudlaşdırıcı limit söndürülüb. Digər superkarlarda bu limit saatda 415 km sürət zamanı avtomatik işə düşür. Buna görə bəziləri hesab edirlər ki, in-detik olmayan avtomobillərin sürətinin ölçülməsi ədalətli sayılmır. Lakin qeyri-rəsmi sürət rekordu «Hennessey Ve-nom GT» tərəfindən 2014-cü il 14 fevral tarixində vurulub. Bu sürət saa-tda 435.31 km olub. Əslində burada da çatışmayan cəhətlər var. Bu, seriya av-tomobili deyil, ondan 15 ədəd istehsal edilib. Seriya istehsalı sayılması üçünsə ən azı 25 maşın buraxılmalıydı. Hazırda “Bugatti Veyron”un əvəzinə “Chiron” gəlir. Artıq bu maşın təqdim edilib və satışları da başlayır. “Chiron”un saatda 460 km sürətlə hərəkət edəcəyi bildi-rilir. Və bu baş tutarsa “Chiron” artıq seriya buraxılışları arasında ən sürətlisi sayılacaq.

Maşın 8 litrlik W şəkilli mühərrikə ma-likdir. 19 silindirli belə hiperkarın daha effektiv turbo kompressorları peyda olub ki, bunun da nəticəsində at gücü 1.200-dən 1.500-ə yüksəlib. Bu da sürətin saa-tda 300 km-in 13.6 saniyəyə çatmasına imkan yaradır. Adi avtomobillərsə həmin müddətə saatda 100- km sürətə çatırlar.

“Bugatti Chiron”

“Bugatti Veyron”

Ən bahalı seriya avtomobiliBurada da lider “Bugatti”dir. Onun

“Veyron” 16.4 Super Sport modeli 2.6 mln dollardan başlayır. Deyilənə görə, “Chiron” modeli bundan daha bahalı olacaq. “Bugatti” fransız “əsilli” olmasına, istehsalçı zavodun Fransadakı Molshamda yerləşməsin baxmayaraq markanın sahibi «Volkswagen» şirkətlər qrupudur.

|

Oktyabr 2016 | № 17

AVTOSTOP PRESS

Page 33: AvtoStop · Sürücülərin təkər problemi ... təkcə Azərbaycanda rastlaşmaq mümkündür. Bütün bu xaotik davranışları görəndə istər istəməz adamın ağlına gəlir

AVTOSTOP PRESS WWW.AVTOSTOP.TV32 | 32

AVTOFAYDA

Ən bahalı kolleksiya avtomobiliDünyanın ən bahalı kollesiya avtomo-

bili yenə “Bugatti”yə məxsusdur. Type 57SC “Atlantic” modelidir. Və bu maşını almaq üçün məşhur kuterye Ralf Loren 40 mln dollar xərcləyib. 1930-cu ildə həmin avtomobildən 3 ədəd istehsal edilib. Saatda 200 km sürətə malik olan maşını Bugaqt-tinin oğlu Jan Bugatti hazırlayıb. Kuzovun daha yüngül olması üçün onu magni ərintisi və alüminiumdan hazırlayırlar. Maraqlıdır, belə material yüngül, lakin yanan olduğu üçün istehsal zamanı qaynaqdan istifadı edilməyib. Panellər bir-birinə bırkidilib. Və bu bərkidilmə xaricdən aparıldığına görə natamam tikilmiş pencəyə oxşayır.

Hər üç Bugatti Type 57SC “Atlantic” indiyədək saxlanılır. Onlarrdan 2-si şəxsi kollkesiyalarda, biri isə muzeydədir.Bugatti Type 57SC “Atlantic”

Ən ucuz avtomobilDünyanın ən ucuz avtomobili adına “Ba-

jaj Qute” namizəddir. 13 at gücünə sahib bir silindirli mühərriki və 4 qapısı olan bu maşının qiyməti 2.000 dolardır. Deyilənə qədər şüşələri dəyişdirilsə bu avtomobillə yol getmək olar.

“Bajaj Qute”

Ən kiçik avtomobilDünyanın ən kiçik avtomobili britaniyalı

“Peel” P50-dir. 1963-64 cü illərdə istehsal edilən avtomobilin uzunluğu 1.34 metr, eni isə 0.99 metrdir. Hündürlüyü isə 1.2 metr olan bu maşına bir nıfər öz kiçik qovluğu ilə yerləşə bilər.

Texniki cəhətdən P50 4.2 at güclü, 49 ku-blu motosiklet mühərriki ilə təmin edilib. Arxaya hərəkət etməyən bu avtomobildə 3 pilləli sürətlər qutusu mövcuddur. Arxaya dönmək üçün istehsalçı qulp təklif edir ki, siz həmin qulpdan tutub bu 59 km-lıq avto-mobili istədiyiniz tərəfə çevirə bilərsiniz. Maşının maksimal sürəti saatda 61 km-dir. 100 km-ə cəmi 3 litr benzin sərf edən “bala-ca” dünyanın ən kiçik avtomobili adını hələ də qoruyur.

Page 34: AvtoStop · Sürücülərin təkər problemi ... təkcə Azərbaycanda rastlaşmaq mümkündür. Bütün bu xaotik davranışları görəndə istər istəməz adamın ağlına gəlir

| 33

Oktyabr 2016 | № 17

Ən böyük avtomobilDünyanın ən böyük avtomo-

bili isə “БелАЗ”-75710 sayılır. Uzunluğu 20.6, eni 9.87, hün-dürlüyü isə 8.165 metr olan bu nəhəngin təkər bazası 8 metr, dönmə radiusu 19 metr-dir. Maşın maksimal saatda 60 km sürətlə hərəkət edir. Bu böyüklükdə gövdəni 2.330 at gücünə bərabər iki dizel mühərriki – MTU DD 16V4000 1715 кВт hərəkətə gətirir. Avto-mobilin iştahı da pis deyil. Saa-tda 300 litr yanacaq “həzm” edir.

Dünyanın ən böyük şini olan Bridgestone Titan 10.6 ton yük götürmə imkanına malikdir. Hər oxun maksimal gücünü almaq üçün hər oxa 4 təkər qoyulub. Və “BelAz” ən çox yük götürə bilən maşın sayılır. Formal ola-raq bu avtomobilin 450 ton yük götürə biləcəyi nəzərdə tutul-sa da 2014-cu ilin yanvarında həmin “nəhəng” 503.5 ton yük daşımaqla Ginnesin rekordlar kitabına düşdü.

Ən qənaətcil avtomobil100 km-ə 1 litrdən az yanacaq sərf edən avtomobili Volfsburqda

hazırlayıblar. Belə “Volkswagen” XL1 iki nəfərlikdir. Aerodinamikanı saxlamaq üçün sərnişin və sürücü dioqanal olaraq yerləşirlər. Bu avtomobil 2 silindrli dizel və elektrik mühərriklərinin hibridi ilə hərəkət edir. Вu avtomobil asketik həyat tərzi sürənlər üçündür. Məsələn, şüşələr elektrikli deyil. Simvolik olaraq 100 km-ə 1 litr yanacaq həddi bu avtomobillə keçilib. Lakin istehsalçının təlimat kitabçasında bu rəqəm 100 km-ə 0.9 litr göstərilib.

Ən təhlükəsiz avtomobilİllər keçdikcə avtomobillərin

təhlükəsizliyi daha çox təmin olunur. Qəzadanqaçma, hadisə zamanı xəsarət dərəcəsinin aşağı salınması kimi tədbirlər düşünülüb ki, bunların da təminatı üçün elektron avadanlıqlar yaradılıb. EurNCAP-ın nəticələrinə görə, dünyanın ən təhlükəsiz av-tomobili “Volvo” XC90-dır. Kraş testlərin nəticələrinə görə, bu “isveçli” ən maksimal bal yığan yeganə avtomobildir. Belə ki, sürücü və sərnişinin qorunmasına görə 37 bal (97 faiz müdafiə), təhlükəsizliyə cavab verən elektron avadanlıqlara görə 13 bal (100 faiz müdafiə), azyaşlı sərnişinlərin müdafiəsinə görə 43 bal (87 faiz müdafiə) və piyadanın təhlükəsizliyinə görə 25.9 bal (72 faiz müdafiə) toplayıb. Həmçinin “Volvo” XC90 avto-nom idarəetmədə ən təhlükəsiz avtomobil adına namizəddir. Bu nəqliyyat vasitəsiylə yolun müəyyən hissəsini avtopilot rejimində təhlükəsiz şəkildə hərəkət etmək mümkündür.

Page 35: AvtoStop · Sürücülərin təkər problemi ... təkcə Azərbaycanda rastlaşmaq mümkündür. Bütün bu xaotik davranışları görəndə istər istəməz adamın ağlına gəlir

WWW.AVTOSTOP.TV34 |

AVTONİŞAN

AVTOSTOP PRESS

5.9. Marşrut nəqliyyat vasitələri üçün zolaq. NV-nin axını ilə eyni istiqamətdə hərəkət edən və ancaq ümumi istifadədə olan NV-ııin hərəkəti üçün təyin olunmuş zolaq. Nişanın qüvvəsi onun üzərində yerləşdirildiyi zolağa şamil edilir. Yoldan sağda quraşdınlmış nişanın qüvvəsi yolun sağ zolağına şamil edilir.

5.10.2, 5.10.3. Marşrut nəqliyyat vasitələri üçün zolağı olan yola çıxış.

5.10.4. Marşrut nəqliyyat vasitələri üçün zolağı olan yolun qurtaracağı.

5.10.4. Marşrut nəqliyyat vasitələri üçün zolağı olan yolun

Page 36: AvtoStop · Sürücülərin təkər problemi ... təkcə Azərbaycanda rastlaşmaq mümkündür. Bütün bu xaotik davranışları görəndə istər istəməz adamın ağlına gəlir

| 35

İyuL 2016 | № 16

AVTOSTOP PRESS

Page 37: AvtoStop · Sürücülərin təkər problemi ... təkcə Azərbaycanda rastlaşmaq mümkündür. Bütün bu xaotik davranışları görəndə istər istəməz adamın ağlına gəlir

WWW.AVTOSTOP.TV36 |

AVTOTEXNOLOGİYA

36 | AVTOSTOP PRESS

Aynur Hüseynzadə

DAHA İMKANLI HİBRİD

X-COP 9100 NEOLINE

İndi sürücülər arasında hibrid cihazların daha çox populyarlıq qazanması heç də səbəbsiz deyildir. Və bu səbəblər barəsində

əslində baş sındırmağa da dəyməz. Çünki kimdən soruşsanız hər kəs eyni cür cavabı verəcək. Məsələn, həm videoqeydiyyatçının, həm də radar detektorunun bir yerdə olması sürücü üçün rahatdır və sərfəlidir: hətta qaydaları pozmayan sürücüyə yalnız video-qeydiyyat bəs etsə də. Həqiqətən də artıq elə bir dövr gəlib ki, cihazların baza funksiyalarıyla kifayətlənmək olmur. İndi daha çoxfunksiyalı qurğulara ehtiyac var.

Gəlin bunların birindən danışaq: NEO-LINE X-COP 9100-dən. Belə cihazdan Bakıda

hələki yoxdur. Amma siz əldə edə bilərsiniz və onun imkanlarından yararlanan ilk sürücülərin sırasında olarsınız. Özü də onu bildirim ki, istehsalçı da, necə deyərlər, sıradan bir şirkət deyil. Yəni, NEOLINE hibrid cihazlar hazırlayan şirkətlər arasında pionerlərdən sayılır. Əslində onlar cihazda yeni funksionallıqlar yaratma-qla hibrid cihazların əhəmiyyətini daha da artırmışlar.

Cihaz xarici görkəminə görə öz sələflərindən çox da seçilmir. Amma X-COP 9100 ilk hibrid cihazdır ki, demokratik qiymətlərinə görə fərqlənir.

Dördbucaqlı korpusu, kənarlarında düymələri, elektrik təminatının altında iki kart oyuğu var. Bu cüt yuvacıq da ondan ötrüdür ki, baş verən hadisə zamanı sübut kimi “iş başında” olan kartlardan birini aidiyyati qu-ruma verdikdə ikincisi hər ehtimala görə sizdə qalsın.

Əsas fərqi bərkidici hissədə görmək müm-kündür. Belə ki, burada kiçik çıxışlar var. Bu o deməkdir ki, elektrik mənbəyinə kronşteyn vasitəsiylə də qoşulmaq mümkündür. Orada bunun üçün kabel mövcuddur və istəsəniz cihazı enerji mənbəyinə birləşdirdikdən sonra kronşteyni şüşəyə bərkidib yolunuza davam edə bilərsiniz. Bu zaman kameranı yapşqanlı rezin və ya sovurucu kroştenylə də şüşəyə birləşdirmək mümkündür.

NEOLINE-la Rusiyada tanış olmuşam və deyə bilərəm ki, onun baza funksionallığı hər zaman yüksək səviyyədə olub. Bildirim ki, vi-deo FullHD (1920x1080) olaraq həm gündüz , həm də gecə çəkə bilir. Üstəgəl detektor işlək haldakı bütünü cihazlar haqqında məlumat da verir.

Aqil Eminov

Page 38: AvtoStop · Sürücülərin təkər problemi ... təkcə Azərbaycanda rastlaşmaq mümkündür. Bütün bu xaotik davranışları görəndə istər istəməz adamın ağlına gəlir

Aynur Hüseynzadə

| 37

Oktyabr 2016 | № 17

AVTOSTOP PRESS

Aynur Hüseynzadə

X-COP 9100 NEOLINE

Radar-detektorun işləmə rejimləri müxtəlifdir. Bunların sırasında X-COP daha əsasdır. Bu rejimdə cihaz nəqliyyat vasitəsinin sürətinə uyğun olaraq məlumatlar ötürür, TURBO rejimdə isə aqressiv sürüş tərzinə görə sürücüyə xəbərdarlıq edir.

Cihazın içliyi heç nəyə qənaət edilmədən hazırlanıb. İçərisində güclü Ambrella A7 prosessoru, onunla bərabər çalışan Sony, EXMOR IMX 322 matrisası yerləşdirilib. Heç optikasına da söz ola bilmız: 6 şüşəli, 135 dərəclik linzasısı var.

Onun faydalı cəhətlərindən biri də budur ki, özünüzə sürət həddi qoyduğunuz zaman o, özü hərəkətin səviyyəsinə nəzarət edəcək: əgər müəyyən olunmuş sürət həddini aşmışsınızsa cihaz öndə radar olduğu barədə siqnal vasitəsiylə xəbərdarlığı bildirəcək. Sürət limitdən aşağı olarsa o, məlumatı eləcə ekrana çıxaracaq. Yalnız radar bazasını neo-line.ru saytında yeniləməlisiniz. Onu da bildi-rim ki, Azərbaycan üzrə radar bazası mövcud olmadığı üçün cihaz sadəcə radio-dalğalarla qarşıda hansısa qurğunun işlədiyini xəbər verəcək. Əlbəttə, bu, radar olmaya da bilər.

Cihazdakı mövcud GPS modulu geoloka-siyada dəqiqliyinə cavabdehdir. X-COP 9100 radio-dalğa ilə çalışmayan radarlar haqqında da məlumat verə bilir: əgər bu radar GPS-lə əlaqəli çalışırsa.

Bildiyimiz kimi radar növləri çoxdur. X-COP 9100 sevtoforlara nəzarət edilməsi, zolaqlar

üzrə hərəkət , piyadanın buraxılması və s. ra-dar sistemi üzrə nizamlanıbsa o, bütün bun-lar haqqında da məlumatları verməyi bacarır.

Növbəti yenilik isə jestlərlə idarə edilməsidir. Heç kimə sirr deyil ki, tez-tez radar haqqında verilən məlumatlar sürücünün ovqatına pis təsir göstərir. Bu zaman əlinizi 5-10 sm uzaqlıqda cihazın önündən keçirsəniz, belə xəbərdarlıqlar sizi “bezdirməyəcək”. Çünki «Motion Control» jestinizi başa düşəcək və səssizlik yaradacaqdır.

Bu cihazın daha bir yeniliyini xüsusi qeyd etməmək ona haqsızlıq olar. Bu, cihazın ma-lik olduğu ekrandır. Belə ki, İPS matrisanın köməyi ilə ekranı daha işıqlı, daha dəqiq və daha kontrastlıdır. Gözləriniz önündə hər şey aydındır. Yox, əgər kameradakı görüntünü izləmək istəmirsinizsə bunu dəyişrmək müm-kündür, onda ekranda vaxt və real sürətiniz haqda məlumatlar peyda ola bilər…

NEOLINE X-COP 9100 kütləvi məhsul hesab edilir. Qiyməti də nə çox ucudur, nə də çox baha. Bizim pulla 449 manatadır.

Page 39: AvtoStop · Sürücülərin təkər problemi ... təkcə Azərbaycanda rastlaşmaq mümkündür. Bütün bu xaotik davranışları görəndə istər istəməz adamın ağlına gəlir

WWW.AVTOSTOP.TV38 |

AVTOFAYDA

AVTOSTOP PRESS

Su k

i gir

di q

aba

. . . Tural Yusifov

Page 40: AvtoStop · Sürücülərin təkər problemi ... təkcə Azərbaycanda rastlaşmaq mümkündür. Bütün bu xaotik davranışları görəndə istər istəməz adamın ağlına gəlir

| 39

Oktyabr 2016 | № 17

AVTOSTOP PRESS

Yəqin sürücülər mənimlə razılaşar ki, sükan arxasında susuzlayanda hər birimiz yolüstü mağazadan plastik

qabda su və ya limonad alırıq. Bəs maşına minəndən sonra nə edirik? Hə, bunu da hamı bilir. Necə, hansı üsulla olsa da onu içməyə çalışırıq. Guya dünyanın ən qlobal, təxirəsalınmaz probleminin həllinə tələsirmiş kimi yol gedə-gedə sükanın arxasındaca butulkanı dizlərimiz arasına qoyub qapağını açırıq. Ardınca stəkan qabına qoyub yolda içə-içə gedirik.

Və heç düşünmürük ki, bütün bu davranışlarımızla öz həyatımızı, ən azı sağlamlığımızı, yaxud kiminsə taleyini zərbə altında qoyuruq. Halbuki iki-üç dəqiqəlik dayanıb nuş-canlıqla susuzluğumuzu yatırtmağımız daha yaxşıdır. Lakin bunu et-mirik. Çünki bizə “Əşi, heç nə olmaz”, “bir-iki qurtum su ucməklə nə olasıdı ki?” kimi şüarlarımız hakimdir.

Əslində bunun çözümü çox sadədir. Əvvəldə qeyd etdiyim kimi, ya səbrli olub maşını saxlayaraq suyu için,

ya da təhlükəsizlik vəd edən qablardan yararlanın. Müqayisə etmənizdən ötrü sizə onlardan 4-ünü təqdim etmək istəyirəm. Yəqin ki, bəzi qabların qiymətinin 10-50 ma-nat arasında olması sürücüləri qorxuda bilər. Amma həqiqət budur ki, təhlükəsilik daha dəyərlidir axı. Şəxsən mənim – tam səmimi deyirəm – bir barmaqla açılan qabım var və suyu alanda həmin qaba boşaldıram. Çünki “əşi, heç nə olmaz” deyib problem yaşamaq istəmirəm.

Özü də əmin olun ki, konkret nəticəyə varmaq və yaxşısını tapmaq üçün test et-diyim qablar da var. Və indi 4 qab haqqında danışacağam. (Ümidvaram bu təhlilim sizin də köməyiniz olacaq).

Əlbəttə, sərinləşdirici içkilərin elə qablaşdırılanları var ki, onlar fikirinizi yayındıracaq hərəkətlərin əksəriyyətinin olmaması üçün düşününülüb. Funksiyaları rahatdır. Və təbii ki, bu, təklif etdiklərimizin arasında ən bahalısıdır. Həmin qablar deformasiyaya uğramayan plastikdən hazırlanıb. Ağzı bircə barmaqla açılır və bağlanır. Bundan başqa, həmin qablar digərlərindən daxili boruya malik olması ilə seçilir. Təsəvvür edin, boru sifon kimi-dir. Tərpəndikdə belə içindəki su dağılmır. İstifadə üçün çox uyğundur, yəni su içərkən başınızı arxaya əyməli də olmayacaqsınız. Sanki kokteyl içirsiniz.

Bizim rəyimiz: – Yaxşıdır.

Page 41: AvtoStop · Sürücülərin təkər problemi ... təkcə Azərbaycanda rastlaşmaq mümkündür. Bütün bu xaotik davranışları görəndə istər istəməz adamın ağlına gəlir

WWW.AVTOSTOP.TV40 |

AVTOİDMAN

AVTOSTOP PRESS

Qab paslanmayan metaldan hazırlanıbsa, əldən sürüşmürsə, ağzına yerləşdirilmiş klapan bir barmaqla açılıb-bağlanarsa və bağlıykən əyiləndə su axıtmırsa, içərisindəki suyun həcmini müəyyənləşdirmək mümkünsə etibarlıdır.

Bizim rəyimiz: – Olsa, yaxşıdır.

Plastik korpusludur. Qapağı rahatlıqla açılmır. Açılandan sonra isə əyilərkən axmaya qarşı klapanı olmasına bax-mayaraq içərisindəki suyu axıdır. Dizaynı da göz oxşayan deyil. Bu, seçimimiz arasında qiymətinə görə ən ucuzudur.

Bizim rəyimiz: – Bəyənmədik.

Plastik materialdan hazırlanıb. Korpusu şəffaf, İstifadəsi rahatdır. Erqono-mikdir, rezin altlıqları var. Sor-ma klapana malikdir. Bu qabı yüngülcə sıxmaq mümükün-dür. Hermetikdir. Lakin xarici görünüşü xoşumuza gəlmədi.

Bizim rəyimiz:– Bəyənmədik.

Elə görünə bilər ki, kiçik bir məsələni bu cür ciddi yanaşmalarla çox böyüdürük. Hətta bir çox maşın sahibləri də var ki, bu barədə heç adi məsləhət belə eşitmək istəmirlər. Lakin düşünürəm ki, insanın təhlükəsizliyindən, sağlamlığından, həyatının qorunmasından bəhs edən məsələnin kiçiyi və ya böyüklüyü yoxdur. Yetər ki, laqey-dlik göstərmədən bunu lazımınca dəyərləndirə bilək.

Yəni, üzücü qəzaların adi və ya cid-di səbəb üzündən törənməsinin nə əhəmiyyəti var ki???

Page 42: AvtoStop · Sürücülərin təkər problemi ... təkcə Azərbaycanda rastlaşmaq mümkündür. Bütün bu xaotik davranışları görəndə istər istəməz adamın ağlına gəlir
Page 43: AvtoStop · Sürücülərin təkər problemi ... təkcə Azərbaycanda rastlaşmaq mümkündür. Bütün bu xaotik davranışları görəndə istər istəməz adamın ağlına gəlir

WWW.AVTOSTOP.TV42 |

AVTOİDMAN

AVTOSTOP PRESS

RövşənYRuhi

Page 44: AvtoStop · Sürücülərin təkər problemi ... təkcə Azərbaycanda rastlaşmaq mümkündür. Bütün bu xaotik davranışları görəndə istər istəməz adamın ağlına gəlir

SƏYYAR HƏYAT, ZƏDƏLƏR,, 18 SAATLIQ İŞ GÜNÜ...

(Formula-1 mexanikinin yaşam tərzi)

Page 45: AvtoStop · Sürücülərin təkər problemi ... təkcə Azərbaycanda rastlaşmaq mümkündür. Bütün bu xaotik davranışları görəndə istər istəməz adamın ağlına gəlir

AVTOSTOP PRESS WWW.AVTOSTOP.TV44 |

AVTOİDMAN

Müasir dünyada elə məsələlər var ki, onların uzun-uzadı izaha ehtiyacı yoxdur... Bilənlər bilir, müəyyən

mənalarda Formula-1 və dəbdəbəli həyat elə bərabər anlayışlar sayılır.

Əksər yarışmacı sürücülərin iqamətgahları Monakoda və digər möhtəşəm şəhərlərdə yerləşir, şəxsi təyyarələrdə uçurlar, media onlardan bəhs edir, istədikləri həyat tərzini sürdürürlər, əmək haqqları da milyonlarla ölçülür. Özü də çox maraqlıdır, bunun üçün mütləq dünya çempionu olmağa ehtiyac da yoxdur. Əlbəttə, Formula-1 dedikdə gözlərimiz önündə ilk növbədə boliddəki pilotlar canlanır.

Və təbii ki, dəbdəbəli həyat bu sürücülər üçün keçərlidir. Lakin bununla belə For-mula-1-in öz gerçəkləri də vardır. Və onlar pərdəarxası həyatın həqiqətləri sayılır. Belə ki, komandaların hər birində adları nadir hallarda çəkilən, işləri “gözə soxulmayan”, şəkilləri heç jurnal səhifələrinə çıxmayan insanlar da möcuddur. Zəhmətləri, məsuliyyətləri çox böyük olan heyət üzvlərindən biri də mexaniklərdi. Onların həyatı pilotlarınkından tamam fərqlidi. Bu texniki işçiləri hər yerdə tanıyıb “buyur, buyur” demirlər. Onlar da digər sərnişinlər kimi aeroportlarda növbə tutur, gündəlik həyatlarında müxtəlif məişət problemləri yaşayır, iş saatları bəzən sutkaya bərabər olur.

Özü də necə iş saatları. Onları da pilot-lar kimi trasslarda müxtəlifcür macəralar

gözləyir: elektrik cərəyanı “şiltaqlığıyla”, yanıqlarla, zədələrlə və ən əsası təkər altında qalmaq ehtimallarıyla dolu olan iş saatları.

Heç şəxsi həyatları da, necə deyərlər, “yağ-bal” içərisində keçmir. Mexaniklər ilin təxminən 180 gününü evində, ailəsiylə bərabər keçirmir. Formula-1 haradadırsa, onlar da orada olurlar. Və beləcə çətin, səyyar həyat keçirirlər. Amma bununla belə təəccüblüdür ki, Formula-1 mexaniki ol-maq istəyənlərin sayı kifayət qədər çoxdur.

Bu möhtəşəm, həyacan dolu yarış həmişə insanları özünə cəlb edib. Ön planda olma-salar belə mexaniklər də məsuliyyətdən zövq almağı bacarırlar. Məsələn, britaniyalı Kenni Xendkammer Formula-1-ə ömrü-nün 25 ilini verib. O, 1994-cü ildə Almaniya Qran-prisi zamanı Yos Ferstappenin bolidi-nin ön hissəsində işlədiyi halda, Sebastyan Fettelin çempionluq dövründə Red Bull Ra-cing komandasının baş mexaniki olmuşdur.

Səyahəti xoşlayanlar heç də elə düşünməsinlər ki, ölkələri dolaşmaqdan maraqlı nə var ki? Amma bu, o “gəzməklər”dən deyil.

Mexaniklər demək olar ki, səyahət etdikləri, şəhərləri ölkələri sərbəst, və ya turist kimi gəzmir, görməli, əylənməli məkanlara getmir, gözəlliklərin dadını çıxara bilmirlər. Mexaniklərin marşrutu belə olur: trass, mehmanxana və onların arasındakı məsafə, vəssəlam.

Page 46: AvtoStop · Sürücülərin təkər problemi ... təkcə Azərbaycanda rastlaşmaq mümkündür. Bütün bu xaotik davranışları görəndə istər istəməz adamın ağlına gəlir

Aynur Hüseynzadə

| 45

İyul 2016 | № 16

AVTOSTOP PRESS

Page 47: AvtoStop · Sürücülərin təkər problemi ... təkcə Azərbaycanda rastlaşmaq mümkündür. Bütün bu xaotik davranışları görəndə istər istəməz adamın ağlına gəlir

AVTOSTOP PRESS WWW.AVTOSTOP.TV46 |

AVTOİDMAN

Ən yaxşı halda onların iş günü 12 saatadək uzanır. Əmək haqları, əlbəttə fərqlidir. Yəni, maaşları

30-60 min funt sterlinq arasında dəyişir. Adətən trassa çərşənbə günü gəlirlər və bolidləri yığırlar. Mexaniklər üçün cümə axşamları yoxlama, cümə isə yarış uik-en-dinin başladığı günləridür. QEYD: 2011-ci ildə qaydalara edilən dəyişikliklərə görə, sutkanın qaranlıq vaxtlarında işləmək ol-maz.

Çox ciddi və ağır iş rejiminə görə bütün mexaniklər zaman keçdikcə səhhətində problemlər yaşayır. Çünki normal in-san orqanizmi 22 saat ayaqüstü fiziki gərginliyə uyğunlaşmayıb. Yarışlararası istirahətə şəraitləri, ümumiyyətlə çox deyil. Əgər Qran-prilər arasında iki həftə fasilə yaranırsa, onda da mexaniklər yarış bitəndən sonra bazar günü axşamı artıq bo-lidi bazaya göndərməli, özləri bazar ertəsi bazaya qayıtmalı, bir gün istirahətdən son-ra – çərşənbə günü yenidən hazırlıqlara başlamalıdırlar. Növbəti çərşənbəyə isə cəmi bir həftə qalır.

Qəribə də olsa deyim ki, sürücülər mexaniklərlə elə də sıx ünsiyyət saxlamırlar. Jan Alezi, Nelson Pike, Lyuis Hemilton, Seb Fetteldən fərqli olaraq, digər sürücülər gün

boyu birlikdə işləyədikləri mexaniklərlə ümumiyyətlə danışmırlar.

Bütün bunlara baxmayaraq, Formula-1 mexanikinin həyatında sevincli dəqiqələr də az deyil. Təmsil etdikləri komandanın üzvü qələbə qazanarsa və ya ümumiyyətlə yarışı problemsiz başa vurarsa artıq bu onların fəxr etdikləri bir məqam hesab olunur. Daha qürurlu anlar isə briqadanın 2 saniyədən az, yəni rekord vaxtda etdiyi pit-stopdur. Bu da onların kiçik qələbəsidir. (“BBC sport”)

Page 48: AvtoStop · Sürücülərin təkər problemi ... təkcə Azərbaycanda rastlaşmaq mümkündür. Bütün bu xaotik davranışları görəndə istər istəməz adamın ağlına gəlir
Page 49: AvtoStop · Sürücülərin təkər problemi ... təkcə Azərbaycanda rastlaşmaq mümkündür. Bütün bu xaotik davranışları görəndə istər istəməz adamın ağlına gəlir

WWW.AVTOSTOP.TV48 | AVTOSTOP PRESS

Page 50: AvtoStop · Sürücülərin təkər problemi ... təkcə Azərbaycanda rastlaşmaq mümkündür. Bütün bu xaotik davranışları görəndə istər istəməz adamın ağlına gəlir

| 49

İyun 2016 | № 15

AVTOSTOP PRESS

SÜKANIN O TAYINDA

Aynur Hüseynzadə

Page 51: AvtoStop · Sürücülərin təkər problemi ... təkcə Azərbaycanda rastlaşmaq mümkündür. Bütün bu xaotik davranışları görəndə istər istəməz adamın ağlına gəlir

WWW.AVTOSTOP.TV50 |

AVTOİDMAN

AVTOSTOP PRESS

Uzun illərdir hər kəs Formula-1-də ən vacib adamın Berni Ekklstoun olduğunu bilir və həmin fikrə artıq öyrəşib. Bu əlbəttə, təbiidir və bununla mübahisə etmək fikrimiz yoxdur. Çünki – başqa səbəbləri sadalamıram, ən azı yarış təqvimlərinin hər birində

neçə Qran-prinin yer alacağını, Qran-prilərin hansı avtodromlarda keçiriləcəyini, texniki reqlamentlərin müəyyənləşməsini və digər bu kimi mühüm məsələlərlə bağlı həlledici qərarları verən şəxs məhz Ekklstoundur. Lakin elə simalar da var ki, onlar əksər sahələrdə olduğu kimi Formula-1-də də vacib, çox önəmli yer alsalar da pərdə arxasında qalırlar, adları nadir hallarda gündəmə gəlir.

Bütün bunlara rəğmən dünyaca məşhur avtoidman dərgiləri belə şəxslərin də adlarının “dövriyyədə” olması üçün müəyyən addımlar atmaqdadır. Belə ki, onlar hər il Formula-1-də ən nüfuzlu insanların siyahısını dərc edir. Və pərdə arxasındakı həmin şəxslər də Dünya Çempionları, digər liderlər ilə bərabər top-30-da sıraya girirlər.

Biz də öz oxucularımızı məlumatlandırmaq məqsədiylə Britaniyanın “F1 Racing” jurnalının sonuncu dəfə dərc etdiyi siyahılardan birini təqdim edirik.

Qeyd: Siyahıda Formula-1-in ən nüfuzlu 5 siması yer alıb.

Donald MakkenziMakkenzi demək olar kı, Formula-1 sa-

hibidir. O, CVC Capital Partners sərmayə fondunun təsisçisidir və Formula-1-in 35,5% səhmləri məhz sözügedən fonda məxsudur. Son dövrlərdə belə deyilir ki, həmin fond yaxın zamanlarda səhmlərini satacaq və sahibkarlıq artıq başqa mi-lyonçunun ixtiyarına keçəcək.

Qeyd edək ki, CVC hər il Formula-1-dən 600 milyon dollar gəlir əldə edir. Daha maraqlısı isə odur ki, Ekklstounun Formula-1-dəki karyerası, həmin vəzifəyə digər namizədin irəli sürməsi ilə bağlı qərarları qəbul etmək məhz Makkenziyə aid olsa da o, Bernin işlərinə qarsımır.

Berni EkklstounEkklstounu “boz kardinal” adlandırmaq

çətindir. Çünki bu şəxs olduqca popu-lyar və Formula-1-in aparıcı simasıdır. Formula-1 səhmlərinin 5,3 % ona, 8,2% isə onun qızları Tamara və Petraya məxsusdur. O ki, qaldı Formula-1-in başqa bir şəxsin səlahiyyəti altına keçəcəyi ha-qda danışılan söz-söhbətlərə, Ekklstoun bundan narahat deyil, çünki təcrübəli təşkilatçının fikrincə, bu onun karyerasına təsir göstərməyəcək.

Page 52: AvtoStop · Sürücülərin təkər problemi ... təkcə Azərbaycanda rastlaşmaq mümkündür. Bütün bu xaotik davranışları görəndə istər istəməz adamın ağlına gəlir

AVTOSTOP PRESS | 51

Oktyabr 2016 | № 17

| 51

Sercio MarkionneFormula-1-in ən təcrübəli komandası

əlbəttə Ferraridir və Skuderiya bu idman növündə xüsusi yer tutur. Beləliklə Fer-rarinin prezidenti də avtomatik olaraq Formula-1-də “avtoritet” hesab edilir.

Sercio Markionne həmçinin İtaliya-Amerika avtokonserni hesab olunan Fiat Chrysler Automobiles NV şirkətinin rəhbəridir. Ferrari də məhz bu şirkətə daxildir. Nahaq yerə Markionneni XXI əsrin Sezarı adlandırmırlar, çünki o hər bir böhrandan çıxış yolu tapmağı bacarır.

Diter TsetşeDaimler AG şirkətinin baş direktoru, Mercedes-

Benz Cars departamentinin rəhbəri, bacarıqlı iş adamı doktor Diter Tsetşe yalnız tək Formula-1 aləmində deyil, ümumiyyətlə planetin ən nüfuzlu şəxsiyyətlərindən hesab edilir. Tsetşenin sözlərinə görə, onun əsas həyat kredosu heç bir zaman təslim olmamaq və yalnız mübarizə aparmaqdır.

Diterin fikrincə Formula-1 əsasən texnoloji sahəni, xüsusən də İnternetin yayımını inkişaf etdirməlidir, çünki onun fikrincə TV yayımları artıq çoxdan dəbdən düşdüb.

Ditrix MateşitsDitrix Mateşits “Red Bull

Racing” və “Toro Ros-so” komandalarının sa-hibdir. Bununla bərabər onun sərvətinin içərisində həmçinin Avstriyanın Red Bull Ring avtodromu da yer alıb.

2004-cü ildə Mateşits şəxsən Ekklstounla razılaşma vasitəsiylə Qran-prini Avs-triyaya qaytarmışdır. Hətta deyilir ki, biznesmen bunun müqabilində 20 milyon dol-lar şəxsi hesabından pul ödəmişdir. O, eyni zaman-da futbolla da yaxından maraqlanır. Hətta Mateşits in “Red Bull Salzburg” və “Red Bull New York” adlı komandaları var.

Page 53: AvtoStop · Sürücülərin təkər problemi ... təkcə Azərbaycanda rastlaşmaq mümkündür. Bütün bu xaotik davranışları görəndə istər istəməz adamın ağlına gəlir

WWW.AVTOSTOP.TV52 |

RƏNGSAZ

AVTOSTOP PRESSTəsir = Əkstəsir

Page 54: AvtoStop · Sürücülərin təkər problemi ... təkcə Azərbaycanda rastlaşmaq mümkündür. Bütün bu xaotik davranışları görəndə istər istəməz adamın ağlına gəlir

| 53

Oktyabr 2016 | № 17

AVTOSTOP PRESSTəsir = Əkstəsir

Aynur Hüseynzadə

Page 55: AvtoStop · Sürücülərin təkər problemi ... təkcə Azərbaycanda rastlaşmaq mümkündür. Bütün bu xaotik davranışları görəndə istər istəməz adamın ağlına gəlir

WWW.AVTOSTOP.TV54 |

RƏNGSAZ

AVTOSTOP PRESS

Sürücülər çox yaxşı bilir ki, avtomobillər xarici təsirlərdən zərər görə bilir. Mən hələ istənilən

qəzalar zamanı üzə çıxan “xəsarətləri” vurğulamıram. Çünki bunu xatırlatmağa heç lüzum yoxdur. Söhbət bir qədər “gizli” təsirlərdən gedir. Belə ki, qızmar yay günlərində “şübhələnmədiyimiz” həm isti, həm də günəş şüaları maşının xaricinə, yəni boya qatına olduqca mənfi təsir göstərir.

Bunu fərq etməyənləri deyə bilmərəm, amma bir qədər diqqətli maşın sahibləri bu durumun ciddiliyini yaxşı anlayırlar. Və onda da bununla bağlı ən çox səslənən sorulardan biri – qızmar günəş şüalarından ən çox əziyyət çəkən hansı rəngli avtomobillərdir – sualı olur?

Parlaq boyalı maşınlar ətrafdakıların diqqətini özünə cəlb etsə də “kapriz”ləri çoxdur. Xüsusən də qızmar günəş şüalarına qarşı. Ən çox ziyan çəkənlər isə qırmızı, sarı, tünd göy və c. rəngli avtomobillərdir. Əlbəttə, söylənənlər sadəcə ehtimalllar olmadığı üçün statis-tika “deyir” ki, yayda avtobazlar daha çox ağ rəngli avtomobillərə üstünlük verirlər. Çünki ağ və ümumiyyətlə açıq rəngli avtomobillər günəş şüalarını daha yaxşı əks etdirdiyindən həmin avtomobillərin salonu yayda daha sərin qalır.

Mütəxəssislərin keçirdiyi eksperimentlər nəticəsində aydınlaşıb ki, istiyə ən çox “nifrət edən” qara rəngli avtomobillərdir. Belə ki, eksperiment zamanı, yəni 1 saat günəş şüaları altında qalan ağ və qara rəngli avtomobillərin salonlarında tem-peratur fərqli göstəricilərə malik olub. Belə ki, ağ rəngli maşın 42 dərəcəyədək, qara rəngli avtomobil isə 47 dərəcəyədək qızıb. Əlbəttə, bu rəqəmlər əlavə izaha yer qoymur.

Page 56: AvtoStop · Sürücülərin təkər problemi ... təkcə Azərbaycanda rastlaşmaq mümkündür. Bütün bu xaotik davranışları görəndə istər istəməz adamın ağlına gəlir

AVTOSTOP PRESS | 55

Oktyabr 2016 | № 17

Buna görə də yay mövsümündə avtomobili-nizin rəngini qorumaq üçün şam cilalannmasına xəsislik etməyin. Əks halda daha çox ziyana düşərsiniz. Belə ki, isti havada uzun müddət tıxaclarda qalan avtomobili-nizin rəngi elə təhrif olunar ki, sonradan onun rəngini heç rəsmi dilleri belə əvvəlki vəziyyətinə qaytara bilməz.

Günəşli havalarda maşınınızı qaydalara zidd olmayan kölgəli yerlərdə saxlayın, əgər bun-dan ötrü müəyyən qədər piya-da gedəcəksinizsə tənbəllik göstərməyin. “Əşi, heç nə olmaz”la özünüzə təsəlli verməyin. Daha yaxşı olar ki, “parkinqlər”dən istifadə edəsiniz.

«Audi» şirkəti öz avtomobilləri üçün qoruyucu tent hazırlayıblar. Futuristik dizaynda olan bu tent istənilən yerdə quraşdırıla bilər. Rahat açılıb qurulan bu tent vasitəsi ilə «Audi» sahibi avtomobilinin ərngindən nara-hat ola bilməz.

Page 57: AvtoStop · Sürücülərin təkər problemi ... təkcə Azərbaycanda rastlaşmaq mümkündür. Bütün bu xaotik davranışları görəndə istər istəməz adamın ağlına gəlir

WWW.AVTOSTOP.TV56 | AVTOSTOP PRESS

Page 58: AvtoStop · Sürücülərin təkər problemi ... təkcə Azərbaycanda rastlaşmaq mümkündür. Bütün bu xaotik davranışları görəndə istər istəməz adamın ağlına gəlir
Page 59: AvtoStop · Sürücülərin təkər problemi ... təkcə Azərbaycanda rastlaşmaq mümkündür. Bütün bu xaotik davranışları görəndə istər istəməz adamın ağlına gəlir

58 |

«Fi-Fa»

VAXT VAR İDİ

AVTOSTOP PRESS WWW.AVTOSTOP.TV

Aynur Hüseynzadə

Page 60: AvtoStop · Sürücülərin təkər problemi ... təkcə Azərbaycanda rastlaşmaq mümkündür. Bütün bu xaotik davranışları görəndə istər istəməz adamın ağlına gəlir

| 59

«Fi-Fa»

Oktyabr 2016 | № 17

AVTOSTOP PRESS

Bəlkə də çoxları inanmayacaq, vaxt var idi avtomobillərdə siqnal əvəzinə qarşıdakını xəbərdar etməyə sürücünün

ucadan “Ehtiyyatlı ol!” qışqırması kifayət idi. Çünki onlar çox səs-küylü hərəkət etdiyi üçün bu köhnə avtomobillərin klaksona və ya siqna-la heç ehtiyacı yox idi. Lakin buna baxmayaraq siqnal icad olundu..

XX-ci əsrin əvvələrində polislər belə qərara gəldilər ki, avtomobilin yaxınlaşmasını ətrafdakı insanlara sürücülərin hər hansı bir yolla xəbər verməsi lazımdır. Qeyd edək ki, o vaxtlar ilk velosipedlər sadə bir zənglə təmin olunurdu-lar. Və bu təcrübəyə əsaslanaraq maşınlara da belə bir vasitə quraşdırdılar. Lakin onlar daha böyük və günü-gündən təkmilləşən zənglər idi. Həmin qurğular mühərriklə və ya hava na-sosu ilə işə düşürdü. Artıq bu tip ilk siqnal-lara tətbiq olunan heyvan səsləri və ya dəbli musiqilər ətrafdakıların diqqətini cəlb edə bilir-di. Bu zaman hətta görüntüyə də diqqəti yad-dan çıxarmamışdılar. Bəzi maşınlarda zəngin borusu heyvan başı, digərlərində isə orkestr formasında düzəldilirdi.

Qeyd: XX əsrin əvvələrində arxa fənərlər və nömrə nişanının görünməsi üçün ağ fənərlər icad edilmişdi. Onda sürücülər sürətin azalmasını və ya digər durumu müxtəlif jestlərlə piyadalara xəbər verirdilər.

Vaxt var idi, velosiped və maşınlar üçün hazırlanan ilk klakson mexaniki qurğu idi və yaylı (prujin) lövhələr formasında hazırlanırdı. Həmin lövhə fırlanan dişli çarxla toqquşduqda spesifik səs çıxarır, bunun da ucadan gəlməsi üçün ona xüsusi rupor quraşdırılırdı .

Qeyd: Klakson yunan dilindən tərcümədə “gurultu”, “səs-küy” mənasını verir. İlk elektrik klaksonları Ris Miller və Tomas Edisson kəşf edib.

Page 61: AvtoStop · Sürücülərin təkər problemi ... təkcə Azərbaycanda rastlaşmaq mümkündür. Bütün bu xaotik davranışları görəndə istər istəməz adamın ağlına gəlir

60 |

Müasir avtomobillərdə iki növ siqnal istifadə olunur: gurultulu və tonal. Gurultulu siqnal-larda membran tezliyi bir saniyədə 220-510-a çatdırır. Adətən yüksək, daha nazik tonlu səs siqnalları balaca avtomobillərə, aşağı səsli siqnallar isə daha böyük ölçülü avtomobillərə yerləşdirilir. Bir sıra ölkələrdə müxtəlif kateqoriyalı nəqliyyat vasitələri üçün xüsusi səs tonları nəzərdə tutulur.

Sovet dövründə yaşayanlar şahidi olub, 1980-90-cı illərdə SSRİ-də çoxtonlu siqnallar dəbdə (polifonik) idi ki, bunlar da populyar melodiyaları çalırdı: “Lambada”, “Kontakt ” və s.

Onu da bildirək ki, bir çox ölkələrdə siqnala münasibət heç də birmənalı deyil. Məsələn, Hindistanda sürücülər hər manevrdə siq-nal verməyi çox sevirlər. Analoji davranış Yaxın Şərq ölkələrində də müşahidə olunur. Lakin avropalılar xeyli fərqlidirlər. Aparılan araşdırmalardan məlum olub ki, ölkənin inkişafı nə qədər yüksəkdirsə orada sürücülər yollarda siqnallardan bir o qədər az istifadə edirlər. Bəs bizdə necədir?..

Azərbaycan qanunvericiliyinə əsasən nəqliyyat vasitələrində səs siqnallarından yalnız iki halda istifadə oluna bilər:

1) yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün. Bu halda səs siqnalı başqa hərəkət

iştirakçılarının diqqətini cəlb etməyə, onları daha diqqətli olmağın, qaydalardan kənara çıxan, təhlükə yaradan hərəkətlərdən çəkinməyin zəruriliyi barədə xəbərdar etməyə yönəlib. Bu məqsədlə səs siqnalı həm ya-şayış məntəqəsində, həm də bundan kənar yollarda verilə bilər. Lakin svetoforda öndəki avtomobilin bir az ləng hərəkəti kimi hallar heç bir qəza vəziyyəti sayılmadığından bu zaman səs siqnalı vermək qəti qadağandır.

2) yaşayış məntəqəsindən kənarda ötmə niyyəti haqqında başqa sürücüləri xəbərdar etmək üçün zəruri olan hallarda verilir. Həmin məqsədlə yaşayış məntəqəsində səs siqnalından istifadə qadağandır. Səs siqnalından istifadəyə yol verilən hal olarsa onda sürücülər bunu zəruri müddətdən artıq verməməlidirlər.

Yeri gəlmişkən xatırladaq ki, müvafiq icazəsi olmayan nəqliyyat vasitlərinin xüsusi (çoxavazlı) səs və ya sayrışan işıq siqnallarından (əhalinin dincliyini nümayişkaranə şəkildə pozan) istifadə etməsinə icazə verilmir. Belə inzibati xətanın törədilməsində alət və ya in-zibati xətanın bilavasitə obyekti olmuş pred-met müsadirə edilməklə 500 (beş yüz) mana-tdan 800 (səkkiz yüz) manatadək miqdarda cərimə tətbiq edilir.

Bu da onu göstərir ki, ölkəmizdə bu məsələyə barmaqarası baxılmır...

VAXT VAR İDİ

AVTOSTOP PRESS WWW.AVTOSTOP.TV

Page 62: AvtoStop · Sürücülərin təkər problemi ... təkcə Azərbaycanda rastlaşmaq mümkündür. Bütün bu xaotik davranışları görəndə istər istəməz adamın ağlına gəlir

| 61

Page 63: AvtoStop · Sürücülərin təkər problemi ... təkcə Azərbaycanda rastlaşmaq mümkündür. Bütün bu xaotik davranışları görəndə istər istəməz adamın ağlına gəlir

WWW.AVTOSTOP.TV

İMTAHANAVTO

62 |

AVTOİMTAHAN

AVTOSTOP PRESS

Page 64: AvtoStop · Sürücülərin təkər problemi ... təkcə Azərbaycanda rastlaşmaq mümkündür. Bütün bu xaotik davranışları görəndə istər istəməz adamın ağlına gəlir

İMTAHANAVTO

| 63

Oktyabr 2016 | № 17

AVTOSTOP PRESS

Page 65: AvtoStop · Sürücülərin təkər problemi ... təkcə Azərbaycanda rastlaşmaq mümkündür. Bütün bu xaotik davranışları görəndə istər istəməz adamın ağlına gəlir

WWW.AVTOSTOP.TV

1. Minik avtomobilinin sürücü bu vəziyyətdə ötmə edə bilərmi ?

A) Edə bilər B) Yolayrıcından sonra edə bilər C) Edə bilməz

2. 3.5 t-a qədər olan yük avtomobilinin sürücü sol kənar zolağa bunun üçün keçə bilər :

A) Ötmə, sola dönmə və geriyə dönmə

B) Sola dönmə və geriyə dönmə

C) Sola dönmə

D) Geriyə dönmə

64 |

AVTOİMTAHAN

AVTOSTOP PRESS

Page 66: AvtoStop · Sürücülərin təkər problemi ... təkcə Azərbaycanda rastlaşmaq mümkündür. Bütün bu xaotik davranışları görəndə istər istəməz adamın ağlına gəlir

3. Hansı sürücü parklanma qaydasını pozub ? A) Pikap və yük avtomobili B) Minik avtomobili yük avtomobili C) Pikap D) Yük avtomobili E) Heç kəs pozmayıb

4. Tıxac sürücüyə yolayrıcını boşaltmaq imkanı vermədi. Sürücü nə etməlidir ? A) Keçə biləcəyi məqamı gözləməlidir B) Geriyə sürməlidir

C) Sola dönüb geriyə qayıtmalıdır D)Bütün hərəkətləri YHQ-a ziddir

| 65

İyun 2016 | № 15

AVTOSTOP PRESS

Page 67: AvtoStop · Sürücülərin təkər problemi ... təkcə Azərbaycanda rastlaşmaq mümkündür. Bütün bu xaotik davranışları görəndə istər istəməz adamın ağlına gəlir

5. Yolayırıcı hansı ardıcıllıqla keçilməlidir ? A) Tramvay və minik avtomobili eyni anda, yük avtomobili , motosiklet B) Tramvay, yük avtomobili, motosiklet, minik avtomobili

C) Yük Üavtomobili , motosiklet və minik avtomobili tramvayla birlikdə

6. Minik avtomobilinə yükavtomobilini bu cür üstələmək olarmı? A) Olar B) Olar, baş yoldan gələnlərər yol verdikdən sonra C ) Olmaz

WWW.AVTOSTOP.TV66 |

AVTOİMTAHAN

AVTOSTOP PRESS

Page 68: AvtoStop · Sürücülərin təkər problemi ... təkcə Azərbaycanda rastlaşmaq mümkündür. Bütün bu xaotik davranışları görəndə istər istəməz adamın ağlına gəlir
Page 69: AvtoStop · Sürücülərin təkər problemi ... təkcə Azərbaycanda rastlaşmaq mümkündür. Bütün bu xaotik davranışları görəndə istər istəməz adamın ağlına gəlir

WWW.AVTOSTOP.TV68 |

AVTOYUMOR

AVTOSTOP PRESS

Page 70: AvtoStop · Sürücülərin təkər problemi ... təkcə Azərbaycanda rastlaşmaq mümkündür. Bütün bu xaotik davranışları görəndə istər istəməz adamın ağlına gəlir

| 69

İyul 2016 | № 16

AVTOSTOP PRESS

Page 71: AvtoStop · Sürücülərin təkər problemi ... təkcə Azərbaycanda rastlaşmaq mümkündür. Bütün bu xaotik davranışları görəndə istər istəməz adamın ağlına gəlir

Ehtiyyatlı ol !!!

QƏŞƏNGDİR ?