İsti, rütubətli hava, saxlanma şəraiti,

Preview:

DESCRIPTION

İsti, rütubətli hava, saxlanma şəraiti, Xəstəlik törədicinin konidilərinin cücərməsi üçün optimal temperatur – 28 ºC. Daim saxlama kamerasında kökümeyvələr ekspertizadan keçirilməli, xəstə kökümeyvələr çıxdaş edilməli. - PowerPoint PPT Presentation

Citation preview

BƏRDƏ

MASALLI

ŞƏMKİR

AĞDAM

İsti, rütubətli hava, saxlanma şəraiti, Xəstəlik törədicinin konidilərinin cücərməsi üçün optimal

temperatur – 28ºC

Daim saxlama kamerasında kökümeyvələr ekspertizadan keçirilməli, xəstə kökümeyvələr çıxdaş edilməli

Səpin üçün sağlam toxum materialı, toxumların səpinqabağı dərmanlanması, TMTD (6-8 qr/kq), Fentiuram (3 qr/kq)

Saxlanma rejimi - 1-2ºC temperatur, Saxlanma üçün havanın nisbi rütubəti – 85-90%

Təsnifatda yeri:

Fungi və ya Mycota aləmi, Anamorfic

fungi şöbəsi, Hyphomycetes sinfi,

Hyphomycetales sırası, Dematiaceae

fəsiləsi, Fusarium cinsi

Bioloji qrupu:

Hemibiotrof

Soğanın dibinin fuzarioz çürüməsi – Fusarium oxysporium Schl. F. sp. cepae (Hans)

Sneyder et Hansen

Xəstəlikyin xarakterik əlaməti yarpaqların vaxtından əvvəl saralması və ölüşgəməsidir. Bu əlamətlər adətən

təpə hissədən başlayır. Soğanağın dibində ağ və ya tünd çəhrayı-kip torlu örtük müşahidə edilir.

Soğanaq yumşalır, sulu olur. Ən güclü isə soğanağın bazal hissəsi yoluxur, nəticədə köklər tələf olur.

Xəstəlik soğanaqların saxlanma dövrü daha sürətlə inkişaf edir, nəticə etibarilə yumrular çürüyür və

mumyalaşırlar.

Makrokonidilər hava mitselində, nadir hallarda isə sporodoxilərdə əmələ gəlir. Onlar miləoxşar-oraqvari,

elliptik əyri və ya tamamilə düz, 3-5 arakəsməlidir. Xlamidosporlar bir-iki hüceyrəli, hamar və ya ştrixli,

rəngsizdir.

NAXÇIVAN MR

TOVUZ

GORANBOY

ŞƏMKİR

SAMUX

MASALLI

Torpağın yüksək rütubəti, nəmlik Xəstəliyin inkişafı havanın 19-24ºC sürətlənir Mexaniki zədələnmiş və soğan milçəyi ilə sirayətlənmiş soğanaqlar

Xəstəliyin zərəri soğanaqların çürüməsinə mane olur Cücərtilərin böyüməsini ləngidir Yarpaqların ölüşgəməsinə mane olur Toxumların cücərmə qabiliyyəti pisləşir Saxlama zamanı soğanaq itkisi – 30%

Saxlanma rejiminə əməl etmək Məhsul toplanışı dövrü mexaniki zədələnməyə yol verməmək Soğan milçəyinin uçuşu müşahidə edildikdə - roqor 0,5 l/ha, fosforin 0,2 l/ha biri ilə çiləmə aparmaq

Təsnifatda yeri:

Fungi və ya Mycota aləmi, Ascomycota

şöbəsi, Euascomycetes sinfi,

Erysiphales sırası, Erysiphaceae

fəsiləsi, Erysiphe cinsi

Bioloji qrupu:

Biotrof

Unlu şeh – Erysiphe umbelliferarum d. By.

Yarpaq, saplaq, gövdə və hamaşçiçəklərdə ağ örtük meydana çıxır. Müəyyən zaman kəsiyindən sonra ağ örtük

qaralmağa başlayır. Buna səbəb patogenin cinsi çoxalması nəticəsində qara nöqtə formasında formalaşan qapalı meyvə bədəni- kleystotesilərin əmələ gəlməsidir.

Xəstəliyi törədən göbələk inkişaf tsiklində mitsel üzərində formalaşan konidi spormərhələsi və

kleystotesiləri əmələ gətirir. Patogen vegetasiya dövrü qeyri-cinsi çoxalma nəticəsində formalaşan konidilərlə

yayılır. Göbələyin konidiləri birhüceyrəli, silindrik, rəngsizdir.

Erysiphe umbelliferarum göbələyinin kleystotesiləri həlqəvidir. Hər bir kleystotesi çoxlu sayda sadə qısa

çıxıntılara malikdir. Hər kisədə 2-5 uzunsov ellipsoidaol kisəspor mövcuddur.

AZƏRBAYCAN

AVROPA

ASİYA

AMERİKA

Xəstəlik 22-24ºC temperaturda inkişaf edirNisbi rütubət – 70-80%-ə yaxın

Yoluxma nəticəsində maddələr mübadiləsi pozulurFotosintez fəallığı zəifləyirMəhsuldarlıq kəskin şəkildə aşağı düşür

Bitki qalıqlarından sahənin təmizlənməsi, Dərin şumTorpağı NPK gübrələri ilə zənginləşdirməkSistem təsirli dərmanlardan biri ilə çiləmə aparmaqSkor – 0,1 l/ha, Bayleton – 0,2 kq/haTopsin M- 0,5 kq/haİşçi məhlulun məsarifi 200-300 l/ha

Təsnifatda yeri:

Fungi və ya Mycota aləmi, Anamorfic

fungi şöbəsi, Coelomycetes sinfi,

Sphaeropsidales sırası, Dematiaceae

fəsiləsi, Phoma cinsi

Bioloji qrupu:

Hemibiotrof

Qonur çürümə və ya fomoz –Phoma rastrupii Sacc.

Bu xəstəlik törədici yalnız yerkökü bitkisində qeydə alınmışdır. Birinci il becərilən yerkökü əkinlərində xəstəlik yayın II

yarısında meydana çıxır. Yarpaq, saplaq və damarlarda bu zaman uzunsov boztəhər-qəhvəyi ləkələr əmələ gəlir. Bəzən

belə ləkələrdə qara piknidlər müşahidə edilir.

Saxlama zamanı kökümeyvələrin yoluxması artır. Ləkə dərinləşmiş xarakter daşıyır, onların daxilində ağ mitsel görünür, yoluxmanın səthində qrupla yerləşən kiçik qara piknidlər əmələ gəlir. Toxumluqlarda hamaşçiçək əmələ

gələnə qədər yerüstü kütlə soluxur.

Patogen adətən piknidlərdə əmələ gələn piknosporlarla çoxalır. Piknidlər şarşəkilli, piknosporlar ellipsoidal, şəffaf

qırmızıdır. Yoluxmuş bitki qalıqlarında göbələk yazda peritesilər əmələ gətirə bilir. Kisəsporlar milşəkilli, boztəhər

ağ, üç eninə arakəsməlidir. Kisəsporlar əlverişli şəraitə düşərək cücərə və bitkiləri yoluxa bilir.

20-25ºC intensiv inkişaf edir, Azotlu gübrələrin artıqlığı xəstəliyə qarşı həssaslığı gücləndirir, Fosfor və kalium gübrələrinin yüksək dozada tətbiqi

Cücərtilərin tökülməsi, toxum məhsulunun azalması, cücərmə qabiliyyətinin pisləşməsi

Səpin üçün sağlam toxum materialı, toxumların səpinqabağı dərmanlanması, TMTD (6-8 qr/kq), Fentiuram (3 qr/kq)Saxlanma rejimi - 1-2ºC temperatur Saxlanma üçün havanın nisbi rütubəti – 85-90%

Təsnifatda yeri:

Fungi və ya Mycota aləmi, Ascomycota

şöbəsi, Euascomycetes sinfi, Helotiales

sırası, Sclerotiniaceae fəsiləsi,

Whetzelinia cinsi

Bioloji qrupu:

Hemibiotrof

Ağ çürümə – Whetzelinia sclerotiorum (d.By)

Kopry. Et Dumont.

Xəstəlik kərəviz fəsiləsinə daxil olan bitkilərdə qeydə alınmışdır. Lakin yerkökü, cəfəri və kərəviz

kökümeyvələri üçün daha təhlükəlidir. Yoluxmuş orqanlarda ağ örtük əmələ gəlir, sonra örtüyün səthində

qara sklerosiyalar formalaşır.

Xəstəliyi törədən göbələk sklerosiya formasında qışlayır. Yazda qışlayan sklerosiyalar cücərir və slindrik

ayaqcıqlarda boşqabaoxşar meyvə bədəni- apotesi əmələ gətirir. Sklerosiyanın ölçülərindən asılı olaraq 1-5

apotesi əmələ gələ bilir.

Onların təpə hissəsi kisə çatlarından ibarət olmaqla 8 elliptik rəngsiz askosporlara malikdir. Askosporlar

(kisəsporlar) bitki orqanlarını yoluxur. İnkubasiya dövrü 7-10 gündür. Xəstəlik törədici bir bitkidən digərinə

mitselin köməyi ilə yayılır.

ŞƏMKİR

GORANBOY

TƏR-TƏR

BƏRDƏ

GÖY-GÖL

SAMUX

0ºC temperaturda inkişaf edir15- 20ºC temperaturda tez inkişaf edir

Bitkinin orqanları qidalılıq dəyərini itirirSaxlanma rejiminə əməl etmədikdə çıxdaş məhsul çoxalır

Növbəli əkinSaxlanma rejiminə ciddi əməl etməkHavanın temperaturu 1- 2ºCHavanın nisbi rütubəti 88- 90%

Təsnifatda yeri:

Fungi və ya Mycota aləmi, Anamorfic

fungi şöbəsi, Hyphomycetes sinfi,

Hyphomycetales sırası, Dematiaceae

fəsiləsi, Cercospora cinsi

Bioloji qrupu:

Hemibiotrof

Erkən yanıq və ya serkosporoz – Cercospora

depressa (Berk. et Br.) Wass.

Xəstəliklə yerkökü, kərəviz, cır havuc, cəfəri və şüyüd yoluxur. Yarpaq, gövdə, saplaq və meyvələrdə ləkəliklər

formasında meydana çıxır. Rütubətli hava zamanı ləkənin səthində məxməri boz örtük əmələ gəlir.

Kərəvizdə ləkələr yarpağın hər iki tərəfindədir, düzgün olmayan və ya həlqəvi formalı, qonurtəhər, ortası daha

şəffaf, kənarı məhdud şəkildə qalxmış (yuxarı) vəziyyətdədir. Kərəvizdə bu xəstəliyi Cercospora apii Fres. göbələyi törədir.

Cəfəri, şüyüd, cır havuc bitkilərinin yarpaq, saplaq, gövdə və meyvələrində ləkələr kiçik, kələ-kötür, sarı və ya çirkli qonur, bəzən ləkələr qovuşandır. Bu bitkilərdə xəstəliyi Cercospora depressa (Berk. et Br.) Wass. göbələyi əmələ

gətirir.

BƏRDƏ

ŞƏMKİR

AĞDAM

NAXÇIVAN MR

TƏR-TƏR

GORANBOY

Yoluxma üçün optimal temperatur 16-18ºC

Yarpaqların assimilyasiya səthi azalırGüclü sirayətlənmədən yarpaqlar ölüşgəyir

Aqrotexniki tədbirlər kompleksinə əməl edilməliOptimal su rejiminin saxlanmasıBitkiləri kalium və fosfor gübrələri ilə yemləndirmə

Təsnifatda yeri:

Fungi və ya Mycota aləmi, Anamorfic

fungi şöbəsi, Ceolomycetes sinfi,

Sphaeropsidales sırası, Sphaeropsidaceae

fəsiləsi, Septoria cinsi

Bioloji qrupu:

Hemibiotrof

Kərəviz fəsiləsi bitkilərinin septoriozu – Septoria sp.

Xəstəliklə yerkökü, kərəviz, cır havuc, cəfəri

və şüyüd bitkiləri yoluxur. Cücərti və yaşlı bitkilərdə yarpağın hər

iki tərəfində formalaşan ləkə kimi müşahidə edilir. Toxumlar da

sirayətlənə bilir. Xəstəlik törədicidən asılı

olaraq ləkələr sarı yaşıldan qonur rəngə qədər rəng qəbul edə

bilir.

Yoluxmuş yarpaq saralır və soluxur. Ləkələrin

səthində xəstəlik törədicilərin meyvə

bədəni-piknidlər meydana çıxır. Belə piknidlər sarşəkilli

rəngsiz sporlara malikdir. Onlar külək və

həşəratlarla yayılır və sağlam yarpaqları

sirayətlənir.

Septoria cinsinə daxil olan növlər

S.carotae Nogorny.-yerkökündə

S.apii-kərəvizdə

S.pastinacae West.-cır havucda

S.petroselini Desm.-cəfəri, kərəviz, şüyüd və yerkökündə

Yüksək rütubət – 80-90%Mülayim temperatur 18-20ºCXəstəlik törədicinin inkişafı 28ºC30-32ºC-də mitsel məhv olur

Yarpaqlarda fotosintez pozulurAssimilyasiya səthi aşağı düşürMəhsul azalır

Aqrotexniki tədbirlər kompleksinə əməl edilməliOptimal su rejiminin saxlanmasıBitkiləri kalium və fosfor gübrələri ilə yemləndirmə

Təsnifatda yeri:

Chromista aləmi, Oomycota şöbəsi,

Oomycetes sinfi, Peronosporales

sırası, Peronosporaceae fəsiləsi,

Plasmorapa cinsi

Bioloji qrupu:

Biotrof

Kərəviz fəsiləsi bitkilərinin yalançı unlu şehi- Plasmorapa nivea Schraet.

Kərəviz fəsiləsinə daxil olan müxtəlif mədəni və yabanı bitkilər yoluxur. Yarpaqların alt tərəfində ayrı- ayrı hissələrdə küllü miqdarda ağ örtük inkişaf edir.

Yarpağın üst tərəfində əvvəlcə sarıtəhər, sonra qəhvəyi ləkələr formalaşır. Yalançı unlu şeh xəstəliyi güclü inkişaf

edən zaman yarpaqlar quruyur və ölüşgəyir. Xəstəlik kərəviz bitkilərinin toxumluqları üçün daha təhlükəlidir.

Xəstəlik törədicinin konidaşıyanları sadə və ya zəif budaqlanan, qısa uclarda budaqlıdır. Zoosporangilər həlqəvi və ya yumurtaya-oxşar, təpədə zəif görünən

çıxıntılıdir. Törədicinin biologiyası kifayət qədər öyrənilməmişdir.

ABŞ, Fransa, Şərqi Avropa ölkələri, RusiyaŞəki- Zaqatala, Lənkəran- Astara, Gəncə- Qazax

Havanın gündəlik orta temperaturu 18-20ºCNisbi rütubət 100%, inkubasiya müddəti 4-5 gün

Yoluxma zamanı toxum məhsulu 10% azalır

Bitki qalıqları sahədən toplanmalı və məhv edilməsiNövbəli əkin sisteminə riayət etmək

1%-li bordo məhlulu, 0,4%-li xlor oksidi

0,4%-li monika bordoİşçi məhlulun məsarifi 600-800 l/ha

Təsnifatda yeri:

Qrammənfi fakültətiv aerob

çubuqlar qrupu, Enterobacteriaeae

fəsiləsi, Erwinia cinsi

Bioloji qrupu:

Hemibiotrof

12.2 Soğan, sarımsaq və kərəviz fəsiləsinə daxil olan bitkilərin bakteriya mənşəli xəstəlikləri

Soğan və sarımsağın bakteriozu – Erwinia carotovora (Jones) Holland.

Xəstəliklə soğan və sarımsaq yoluxurlar. Xəstəliyin ilkin əlamətləri sağlam toxumadan kəskin şəkildə seçilən lətli

pulcuqların səthində əmələ gəlir.

Xarici sağlam pulcuqların altında 1-2 yumşalmış, selik verən pulcuqlar görünür. Sağlam və xəstə pulcuqların

növbələşməsi soğanağın hətta ən dərin daxili qatlarında müşahidə edilir.

Bakteriyadan başqa Pseudomonas gladioli pv. alliicola Jong. et al da soğan və sarımsaqda bakterial və ya yaş çürümə

xəstəliyinin törədicisidir. Bakteriyalar bitkiyə hələ tarlada ikən müxtəlif mexaniki zədə yerlərindən, xüsusilə həşərat

zədələrindən daxil olurlar.

Azərbaycan, ABŞ, Çin, Hindistan, Türkiyə, Serbiya, İran, MDB

Optimal temperatur 25- 30ºCİnfeksiya mənbəyi: bitki qalıqları, mədəni və yabanı bitkilərin rozetləri, su hövzələri

Saxlanma dövrü xəstə soğanaqların çıxdaş edilməli

Saxlanmaya sağlam soğanaqlar seçilməli, saxlanmazdan əvvəl silinməli, mexaniki zədələnmələrə yol verilməməliSoğan və sarımsaq saxlanmada 50 sm-dən artıq qatda saxlanmamalıdır

Təsnifatda yeri:

Qrammənfi fakültətiv aerob

çubuqlar qrupu, Enterobacteriaeae

fəsiləsi, Erwinia cinsi

Bioloji qrupu:

Hemibiotrof

Kərəviz fəsiləsi bitkilərinin yaş bakterial çürüməsi- Erwinia carotovora pv. carotovora

(Jones.) Bergey et al.

Yaş bakterial çürümə xəstəliyi ilə yerkökü, kərəviz, cəfəri, cır havuc

və başqaları sirayətlənirlər. Köklərin quyruq hissəsində

sulutəhər ləkələr əmələ gəlir və onlar tezliklə büzüşür. Yoluxmuş

bitkilər soluxur.

Saxlama zamanı kökümeyvənin başcığının səthində şəffaf-çəhrayı ləkələr meydana çıxır. Kəsikdə az və

ya çox dərəcədə cürümə mənbələri görünür və o sağlam toxumadan kəskin sərhədlənir. Yoluxmuş

toxuma möhkəmlik konsistensiyasını itirir və pis iyli çürümüş kütləyə çevrilir.

İnfeksiya mənbəyi torpaqda qışlamış

yoluxmuş bitki qalıqları, saxlamada olan xəstə

kökümeyvələr və toxumlardır.

Ölkənin yerkökü plantasiyalarında və saxlama anbarlarında qeydə alınmışdır.

Qrammənfi düz çubuqlar olub, hərəkətli bakteriyalar olub, peritrixial qamçılara malikdir. Yüksək rütubət və böyümə üçün tələb olunan 27-300C temperatur

optimal hesab edilir.

Məhsuldarlığa müəyyən zərbə vurulur, hər 7-10 gündən bir saxlama anbarlarında fitopatoloji

müayinələr aparılır və xəstə kökümeyvələr çıxdaş edilir.

Növbəli əkin sisteminə düzgün əməl edilməlidir. Yoluxmuş anaclıq kökümeyvələr ciddi baxılmalı və

xəstələri çıxdaş edilməlidir. 3%-li TMTD suspensiyası ilə (200 l/ton) dərmanlama səmərəlidir. Saxlama

anbarı ciddi surətdə dezinfeksiya edilməlidir. Binanın 1 m2-i 60 qram kükürdlə tüstüləndirilməlidir.

Soğanın mozaika xəstəliyi –Allium virus 1 Smith.

12.3 Soğan, sarımsaq və kərəviz fəsiləsinə daxil olan bitkilərin virus mənşəli xəstəlikləri

Bütün yaşlarda olan soğanları yoluxur. Əvvəlcə yarpaqlarda sarı-ağ kiçik ləkələr əmələ gəlir. Ləkələr zolaq şəklində yerləşir.

Bir müddət sonra yarpaqlar xlorotikləşir, soluxur və quruyurlar. Toxumluqlarda kəskin deformasiya

hamaşçiçəklərdə müşahidə edilir, çiçəkayaqcıqları eyni uzunluqda deyildir, bəzən erkəkcik və dişicik əvəzinə uzunsov

yarpaqcıqlar formalaşırlar.

Soğan və sarımsaqda mozaika mənşəli virus xəstəliyinin törədicisinin daşıyıcıları olan mənənələr, habelə torpaqda

yaşayan gənə və nematodlardır. Xəstəliyin inkubasiya dövrü 10-14 gündür.

Yerkökünün ala -bula cırtdanlığı – Carrot mottle virus

Xəstəliyin ilkin simptomları 3-4 yarpaq fazasında yarpaq sap-laqlarının qısalması və əyilməsi formasında meydana çıxır.

Yarpaqlar kiçikdir, onlarda xloroz əmələ gəlir, saplaqlar qıvrılır, bitkilər cırtlanlaşır və əmtəə kefiyyətli köklər vermir.

Vegetasiyanın ortalarında yoluxma zamanı bitki yarpaqları böyümədən qalır, onlar qıvrılmış və deformasiyalıdır.

Kənar üst yarpaqlarda səliqəsiz xlorotik alabəzəklik görünür.

Xəstəliyi törədən virus xəstə bitkilərin şirəsi ilə ötürülür. Virusun daşıyıcısı Cavariella aegopidii Scop. mənənəsidir.

Yüksək aqrofon təmin edilməli və virusun daşıyıcısı mənənəyə qarşı kimyəvi çiləmələr aparılmalıdır.

Soğanın mozaika xəstəliyi –Allium virus 1 Smith.

Yerkökünün ala -bula cırtdanlığı – Carrot mottle virus

1. Soğanın yalançı unlu şeh və ya peronosporoz xəstəliyinin törədicisinin sinonimini

düzgün təyin edin?

Özünü yoxlama üçün mövzuya aid test sualları

a) Peronospora brassicae

b) P. destructor

c) P. schleidenii

d) P. tabacina

e) Pseudoperonospora cubensis

2. Yalançı unlu şeh xəstəliyi soğan bitkilərini hansı formada yoluxma ilə meydana çıxır?

a) yalnız yerli və ya lokal

b) yalnız ümumi və ya diffuz

c) bitkilərin kök sistemini yoluxma ilə

d) bitkilərin generativ orqanlarını yoluxma ilə

e) ümumi, diffuz və yerli, lokal

3. Peronospora destructor göbələyinin inkişaf tsiklində hansı çoxalmalar mövcuddur?

a) cinsi və qeyri-cinsi

b) yalnız qeyri cinsi

c) cinsi

d) yaz və ya etsi mərhələsi

e) uredino və uredinosporlar

4. Soğanın boz boğaz çürüməsi xəstəliyini hansı göbələk törədir?

a) Botrytis cinerea

b) Sclerotinia sclerotiorum

c) Penicillium italicum

d) Botrytis allii

e) Fusarium allii

5. Boz boğaz çürüməsi bitkiləri və ya onun orqanlarını hansı mərhələdə yoluxur?

a) saxlama zamanı soğanaqlarda

b) vegetasiya dövrü bitkinin bütün vegetativ orqanlarında

c) vegetasiya dövrü vegetativ orqanlarda

d) məhsul toplanışı dövrü bitki qalıqlarında

e) saxlama zamanı soğanaqlar və məhsul toplanışı dövrü

6. Sürmə xəstəliyini soğan və sarımsaqda törədən göbələk hansı bioloji qrupa

mənsubdur?

a) biotrof

b) heterotrof

c) hemibiotrof

d) saprotrof

e) nekrotrof

7. Sürmə xəstəliyinin törədicisinin teliosporları üçün cücərmədə optimal temperatur neçədir?

a) 7-13ºC

b) 0ºC-dən yuxarı temperatur

c) 3-32ºC

d) 40ºC-dən yuxarı temperatur

e) -1+6ºC temperatur

8. Soğanda pas xəstəliyini törədən göbələklər hansı fəsiləyə mənsubdurlar?

a) Melampsoraceae

b) Pucciniaceae

c) Ustilaginaceae

d) Tilletiaceae

e) Erysiphaceae

9. Soğanın antraknoz xəstəliyinin törədicisi hansı cinsə mənsubdur?

a) Gloesporium

b) Colletotrichum

c) Erysiphe

d) Peronospora

e) Uncinula

10. Soğan və sarımsağın bakteriozunu törədən Erwinia carotovora hansı ixtisaslaşma

tipinə aiddir?

a) məhdud

b) geniş

c) filogenetiki

d) orqanotrop

e) fizioloji -yaş ixtisaslaşması

11. Bakteriozun vurduğu zərər nə ilə xarakterizə edilir?

a) məhsul keyfiyyətini qismən itirir

b) məhsula ciddi zərər dəymir

c) xəstə soğanaqlar cücərmə qabiliyyətini tam itirir

d) əmtəəlik məhsulun çox hissəsi çıxdaş edilir

e) xəstəliklə yoluxmuş soğanaqlar saxlanmaya tam

davamsızdırlar

12. Soğanın mozaika xəstəliyinin törədicisi Allium virus 1 harada saxlanır və

necə ötürülür?

a) soğanaqlarda saxlanır və şirə ilə ötürülür

b) bitki qalıqlarında saxlanılır, həşəratlarla yayılır

c) birillik yaşıl zoğlarda saxlanır, gəmiricilərlə ötürülür

d) torpağın əkin qatında saxlanılır və ötürülmür

e) soyuducuda soğanaqların qabığında saxlanır və

antropik amillə ötürülür

13. Kərəviz fəsiləsi bitkilərində unlu şeh xəstəliyini hansı göbələk törədir?

a) Erysiphe graminis

b) Sphaerotheca pannosa

c) Uncinula necator

d) Microsphaera alphitoides

e) Erysiphe umbelliferarum

Diqqətinizə görə təşəkkür edirəm !

Recommended